-
Deputat Gülər Əhmədova ilə bağlı yayılmış video araşdırılır. Nəticələr bəlli olan kimi ictimaiyyətə məlumat veriləcək.
Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov sentyabrın 27-də AzadlıqRadiosuna belə deyib.
İsveçdə yaşayan Rahim Sadıqbəyli televiziya və kino sahəsində 25 illik təcrübəsi olduğunu deyir. O bildirir ki, bu videoda nə montaj, nə də dublyaj əlamətləri var. Rejissor hesab edir ki, normal ölkələrdə bu cür fakta görə deputatla bağlı cinayət işi açılmalı idi.
FƏZAİL AĞAMALI: «GÜLƏR XANIM SIRADAN İNSAN DEYİL»
Yeni Azərbaycan Partiyasının parlamentdəki təmsilçiləri isə rəsmi araşdırmaların nəticələrini gözlədiklərini, yalnız bundan sonra şərh verəcəklərini deyirlər.
İqtidaryönlü Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə baş verənlərə belə münasibət bildirdi:
- Kifayət qədər şok yaradacaq görüntüdür. Bununla bağlı yəqin ki, araşdırmalar aparılır. Ancaq baş verən hadisə və onun ətrafında müzakirə məndə təəssüf doğurur. Hər halda yaxşı deyil, Gülər xanım sıradan insan deyil, neçə ildir millət vəkilidir, Milli Məclis var, millət vəkilləri var, onların adı var, imici var. Bu, düşündürücü məsələdir. Bir daha deyirəm ki, bu, təəssüf doğuracaq hadisədir.
- Bu məsələ parlamentdə gələn həftə qaldırıla bilərmi?
- Mən bilmirəm. Şəxsən mən bunu qaldırmaq niyyətində deyiləm. Araşdırma qurtarsın. Hər kəsə hər şey bəlli olacaq. Bir az səbir etmək lazımdır.
«İSTEFA, İSTEFA!»
Deputatla bağlı videogörüntü yayıldıqdan sonra son iki gündə parlamentin istefası haqda danışanların da sayı artıb.
Müsavat Partiyası bununla bağlı bəyanat verib və hesab edir ki, yeni parlament seçkiləri keçirilməlidir.
Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də parlamentin istefa verməli olduğunu düşünür:
«Bu video Azərbaycanda saxta və korrupsiya yolu ilə formalaşan parlamentin anatomiyasını göstərdi. Əslində Azərbaycan cəmiyyəti bilirdi ki, zəngin məmurlar, oliqarxlar rüşvət müqabilində deputat təyin edilirlər. Seçki prosesi ifşa olundu. Seçki komissiyalarının fəaliyyətlərini davam etdirməyə mənəvi haqları yoxdur. Bu video sübut etdi ki, parlament legitim deyilmiş və bu korrupsiya piramidası dövlət başçısına qədər gedib çıxır. Bu video hakimiyyəti ifşa etdi. Normal ölkədə belə biabırçılıq halında hansısa deputatın məsuliyyətindən yox, hakimiyyətin məsuliyyətindən söhbət getməliydi. Bütünlükdə hakimiyyət istefaya getməliydi».
Amma Fəzail Ağamalı hesab edir ki, bir nəfərin addımına görə Milli Məclisi ləkələmək ədalətsizlik olardı.
CƏMİYYƏT HAZIRDIRMI?
2010-cu il parlament seçkilərindən narazı qüvvələrin yaratdığı İctimai Palata sentyabrın 29-da ictimai dinləmələr keçirməlidir. Bu dinləmələrə bütün təbəqələrin təmsilçiləri dəvətlidirlər. Tədbirin sonunda isə baş prokurora və Korrupsiya ilə mübarizə İdarəsinə sorğu göndəriləcək. Qurum etiraz aksiyaları keçirməyi də nəzərdən keçirir.
Əli Kərimli:
RUSLAN BƏŞİRLİDƏN ELŞAD ABDULLAYEVƏ
Siyasi təhlilçi Azər Rəşidoğlu isə 2005-ci il parlament seçkiləri ərəfəsində «Yeni Fikir» Gənclər Təşkilatı ilə bağlı yayılan videonu xatırladır. Həmin videodan sonra qurumun rəhbərləri həbs olundu və sədri Ruslan Bəşirli vətənə xəyanətdə ittiham olunaraq azadlıqdan məhrum edildi. Azər Rəşidoğlu deyir ki, Ruslan Bəşirli Gürcüstan demokratlarından pul almışdısa, Gülər Əhmədova, Elşad Abdullayev və başqaları daha ağır cinayətdə ittiham oluna bilərlər:
«Ruslan Bəşirlinin başına bu iş gətiriləndə cəmiyyətin təhlil qabiliyyəti olan təbəqəsi deyirdi ki, belə qara piara getmək olmaz. Bu, gec-tez hakimiyyətin başında çatlayacaq. Prinsipcə, bu, həmin siyasətin davamıdır. İndi hakimiyyət rəqiblərini sıradan çıxarıb deyə, bunu öz düşərgəsindəkilərə tətbiq edir. Özünə hörmət edən ölkələrdə bu, bir sıra gurultulu istefalara səbəb olmalı idi. Eləcə də ictimaiyyətin nəzarəti altında şəffaf istintaq başlamalı idi».
Azər Rəşidoğlu deyir ki, indi Azərbaycanda etirazlar sosial şəbəkələrdə və mətbuatda görünür. Buna səbəb cəmiyyətin sındırılmasıdır:
«Cəmiyyət o qədər sındırılıb ki, baş verənlərə ciddi reaksiya verə bilmir».

«Bu prosesi diqqətdə saxlamaq fikrindəyik. Biz düşünürük ki, parlamentin buraxılması tələbilə silsilə aksiyalar keçirilsin. Bizim üçün də maraqlıdır ki, ictimaiyyət irimiqyaslı və ya ardıcıl aksiyaların keçirilməsini istəyirmi? Buna hazırdırmı? Ciddi etirazlara başlamaq əhval-ruhiyyəsi olacaqsa, müxalifət bu barədə qərar verəcək».