-
Rəsmi Bakı dünya mediasının Heydər Əliyevin Mexikoda ucaldılmış abidəsinə bir sıra meksikalıların etirazı barədə yaydığı xəbərlərə Azərbaycanın Meksikadakı səfirliyi vasitəsilə cavab verib.
Səfir İlqar Muxtarovun «Vaşinqton Post» qəzetində dərc olunmuş cavabında deyilir ki, az sayda meksikalının etirazına baxmayaraq, bu ölkə ilə əlaqələr inkişaf edir.
Səfir bildirir ki, Mexiko Azərbaycan liderinin yad edilməsi üçün təbii seçimdir. Belə ki, bir çox meksikalılar Heydər Əliyevin bu ölkəyə 1982-ci ildəki səfərini hələ də xatırlayırlar.
İlqar Muxtarov «BBCMundo» proqramına müsahibəsində deyib ki, abidənin 5 milyon dollarlıq xərci tamamilə Azərbaycan tərəfindən ödənilib.
«Bu pul birbaşa Mexiko şəhərinin hökumətinə verilməyib. Səfirlik tikinti şirkətləri ilə bu iki ərazinin abadlaşdırılması barədə müqavilə imzalayıb. Onlar isə öz növbələrində şəhərin müxtəlif hakimiyyət orqanları ilə əlaqəli şəkildə işləyiblər», - deyib Azərbaycan səfiri.
O əlavə edib ki, «Azərbaycan xalqının Meksika xalqına hədiyyəsinin qiyməti onların xidmətini ödəmək üçün çox azdır. Lakin əsas məsələ budur ki, bu hədiyyəni şəhərin sakinləri bəyənirlər».
«Associated Press» Azərbaycan Respublikasının Meksikadakı səfirinə istinadən yazır:
«Azərbaycanın Meksikaya belə dəbdəbəli diqqətinin səbəbi odur ki, Sovet İttifaqı çökərkən Meksika Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Bu abidə kiminsə reputasiyasını yaxşılaşdırmaq məqsədi güdmür. Heydər Əliyevin dünyada elə bir qavranışı var ki, onu xilas etməyə ehtiyac yoxdur».
BƏS MEKSİKALILAR NƏ DEYİRLƏR?
BBC-nin Latın Amerikası üzrə müxbiri Will Grant xəbər verir ki, Mexiko şəhərinin meri vəzifəsini bitirməkdə olan Marcelo Ebrard tənqidlərə hələlik heç bir şərh verməyib.
Lakin jurnalistlər onun açılış mərasimindəki çıxışını xatırlayırlar.
O vaxt cənab Ebrard demişdi:
«Son 16 ildə ölkədə olan 180 diplomatik missiyadan və ya 45 beynəlxalq təşkilatdan heç biri şəhərin ictimai ərazilərinin abadlaşdırılması üçün Azərbaycan qədər pul verməyib».
BBC müxbiri yazır ki, bu cür izahat Mexiko sakini cənab Lajous kimi adamları qane etmir:
«Əslində, Mexiko şəhərinin hakimiyyəti Azərbaycandan alınan pulun siyasi baxımdan qeyri-şəffaf olmasından sui-istifadə edib. Onlar George W.Bush'a və ya deyək ki, Hugo Chavez'ə abidə qoysaydılar, bu, qeyri-şəffaf olmazdı. Onlara nə qədər pul versələr də, Hugo Chavez'in abidəsini qoymazdılar. Lakin Azərbaycanla bunu etmək olar – uzaq ölkədir və biz bu ölkə haqqında çox az bilirik».
Başqa bir mexikolu Herminio Batalla parkdakı skamyalardan birində qəzet oxuyur və abidə haqqında soruşanda deyir:
«Mən bu adamı tanımıram, lakin düşünürəm ki, onların parkın abadlaşdırılmasına bu qədər pul ianə etmələri çox yaxşıdır».
Parkın yaxınlığında maşınyuma məntəqəsi olan Jose Romeo isə deyir ki, oyun qaydalarını oynayan seçir:
«Lakin düşünmürəm ki, bu abidəni burda qoymaq yaxşı bir ideya olub. Burası da var ki, biz meksikalılar nə deyə bilərik, öz pulları ilə ediblər».
Arxeoloq Paula Vaya bildirir ki, «başqa ölkələrlə əlaqələr yaxşıdır. Lakin Meksikanın elə simaları var ki, burada təmsil olunmaları daha mühüm idi».
«Onlarda Azərbaycanda yəqin hansısa anbarda belə abidələrdən çox var», - bunu ötən həftə abidənin qarşısında etiraz aksiyasını keçirənlərdən biri, insan haqları fəalı Daniel Gershenson deyir.
Yazıçı və fəal Homero Aridjis'in fikrincə, «bu, şəxsiyyətə pərəstişin Meksikaya idxalı kimi bir şeydir».
Abidənin ətrafındakı dörd skamyadan birində istirahət edən 33 yaşlı memar Brenda Torres deyir ki, park bura gələnlərin çox xoşuna gəlir, lakin onlar abidədə əks olunmuş adamı tanımırlar.
ABİDƏNİ GÜDÜRLƏR?
BBC müxbiri sonda maraqlı bir məlumat verir. O yazır ki, kamerasını yığışdırıb getməyə hazırlaşanda, ona maşın parkının nəzarətçisi yaxınlaşıb və hansı mediadan olduğunu soruşub.
Müxbirin cavabından sonra gözətçi deyib ki, Azərbaycan səfirliyi onunla danışmağı çox istərdi.
«Bir an içində o, səfirliyə zəng edib, mənim üçün görüş təyin etdi», - yazır müxbir.
Müxbir çaşqınlığını belə ifadə edir: «Bu nədir, Stalinsayağı nəzarət, yoxsa narahat bir «xeyirxah»ın Azərbaycana təmənnasız marağı?..».
İKİNCİ ABİDƏ XOCALIYA HƏSR EDİLİB
Azərbaycanın abadlaşdırdığı ikinci məkanda, Mexikonun mərkəzindəki «Tlaxcoaque Park»da yüzlərlə azərbaycanlının öldürüldüyü Xocalıya abidə ucaldılır. Abidə əllərini göyə qaldırmış qadın fiquru şəklindədir.
Hətta bu abidə də tənqidsiz ötüşməyib.
Bir sıra mexikolular deyirlər ki, burada Meksika xalqının öz iztirablarına abidə qoyulmalı idi, çünki bu yerdə əvvəllər polisin işgəncə mərkəzi yerləşirmiş.