«BP-Azərbaycan» şirkətinin rəhbərliyində dəyişiklik olub. Bu barədə «APA»a «BP-Azerbaijan» şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı məlumat verib.
Onun sözlərinə görə, son bir neçə gün ərzində «BP-Azərbaycan» şirkətindən heç kim istefaya getməyib və ya göndərilməyib: «Sadəcə, şirkətin uzun müddətdir təqaüdə çıxmağı planlaşdıran terminal və quruda ixrac-boru kəmərləri üzrə vitse-prezidenti təqaüdə çıxıb. O, 5-6 ay öncə təqaüdə çıxmağı planlaşdırırdı. Elə o vaxtdan da «BP-Azərbaycan» vitse-prezident seçiminə başlayıb və artıq bu posta yeni təyinat olub. Azərbaycan vətəndaşı olmayan əvvəlki vitse-prezident 5 ildən çox müddətdə Azərbaycanda çalışıb və neft sənayesinin inkişafına öz töhfələrini verib. Yeni vitse-prezident də Azərbaycan vətəndaşı deyil».