-
Avropa Şurasının Venesiya Komissiyası Azərbaycanın «Dini etiqad azadlığı haqqında» qanununa rəyini açıqlayıb. Rəydə 2011-ci ildə dəyişikliklər edilmiş bu qanunda kifayət qədər məhdudlaşdırıcı müddəaların olduğu bildirilir.
Komissiyanın rəyində qanunun qarışıq terminologiya ilə zəngin olduğu qeyd edilir.
Qurum tövsiyə edir ki, «Dini etiqad azadlığı» anlayışı genişləndirilməli, vətəndaşlığı olmayan və xarici vətəndaşların dini təbliğat aparmasına qoyulmuş qadağa aradan qaldırılmalı, dini icmaların qeydiyyata alınması sadələşdirilməlidir.
Komissiya həmçinin hesab edir ki, «islami dini ibadət və rituallar yalnız Azərbaycanda təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilə bilər» maddəsi qanundan çıxarılmalı, xaricə dini təhsil almağa getmək istəyənlərin icra hakimiyyəti orqanından razılıq almaq tələbi ləğv edilməlidir.
DÖVLƏT KOMİTƏSİNİN RƏY BİLDİRMƏK SƏLAHİYYƏTİ YOXDUR?
Venesiya Komissiyasının rəyini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi şərh etmək istəmir. Qurumda hesab edirlər ki, Komitənin adıçəkilən qanunla bağlı rəyə hər hansı münasibət bildirmək səlahiyyəti yoxdur.
Milli Məclisin oktyabrın 16-da keçirilən iclasında isə sənəd tənqid edilib. Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Siyavuş Novruzov Venesiya Komissiyasının rəyinin qərəzli olduğunu deyib.
Tənqidin məqsədli olduğunu bildirən deputat bunu Azərbaycanı poliqona çevirmək istəyənlərin planları ilə əlaqələndirib.
«NİYƏ QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNDƏN RƏY ALMALI?»
Dini ekspert Elşad Miri isə Venesiya Komissiyasının rəyi və tövsiyələri ilə əsasən razıdır. Amma düşünür ki, dini etiqad ilə bağlı hərbi xidmətə getmək istəməyənlərə alternativ mülki xidmət imkanı yaratmaq barədə tövsiyə atəşkəs şəraitində yaşayan ölkə üçün düzgün deyil. Ekspert dini icmaların qeydiyyatı ilə bağlı iradları isə düzgün sayır:
«Məsələn, dini icma qeydiyyata alınanda, niyə görə gedib özü ilə eyni statusdakı dini icma olan Qafqaz Müsəlmanları İdarəsindən rəy almalıdır? Bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə versin».
«ONDA AZƏRBAYCANDA TƏHSİL ALAN ƏCNƏBİLƏRƏ DƏ BELƏ YANAŞILMALI»
«Tolerant» Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Azər Rəşidoğlu isə alternativ xidmət də daxil olmaqla bütün məsələlər barədə Venesiya Komissiyasının irad və tövsiyələrini əsaslı sayır. Mərkəz rəhbəri xüsusən də islam dini ibadət və rituallarının yalnız Azərbaycanda təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilə bilməsi ilə bağlı məhdudiyyətin qanundan çıxarılmasını doğru yanaşma sayır:
«Ehtimal olunur ki, xaricdə dini təhsil alan insan həmin ölkənin kəşfiyyat orqanları tərəfindən əməkdaşlığa cəlb oluna bilər. Bu məntiqlə onda Azərbaycanda təhsil alan əcnəbilərə də belə yanaşılmalı və onların da dini rituallarına imkan verilməməlidir».
Ekspert hesab edir ki, demokratik əsaslara söykənən və bütün strukturları öz qaydasında işləyən güclü dövlətdə xarici kəşfiyyatın maraqlarının qarşısını almaq o qədər də çətin olmaz.
Ekspert əks halda məhdudiyyətlərin və qorxu xofunun radikallaşmaya gətirib çıxara biləcəyini düşünür.