Oktyabrın 23-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsini plenar iclasa tövsiyə edib. Komitənin 23 oktyabr iclasında belə qərar qəbul olunub.
Müzakirələrdə iştirak edən 11 deputatdan biri layihənin əleyhinə səs verib. Layihənin müəllifi hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılovdur.
Layihəyə görə, qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda 5000 manatdan 8000 manatadək cərimə nəzərdə tutulur (indi cərimənin məbləği 300 manatadəkdir).
Toplantıların keçirilməsi zamanı toplantıda iştirak edənlər tərəfindən odlu və ya soyuq silah, yaxud partlayıcı maddə və qurğular, eləcə də ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə törədən sair maddə və əşyaları gəzdirənlər üçün də 5000-8000 manat cərimə nəzərdə tutulur (indi bu məbləğ 100-500 manatdır).
Bu cərimələrin nəzərdə tutulduğu maddənin hər iki bölümündə (169.1 və 169.2) azadlıqdan məhrumetmə ilə bağlı hissə əvvəlki kimi saxlanıb.
Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştiraka görə 5000 manatdan 8000 manatadək cəza nəzərdə tutulur (bu məbləğ indi 500 manatdır).