Əlisəmid Kür. Tüstülü şeir

-





Qəzetdə çap edilmiş
Sevgi şeirlərimi
Göndərəcəkdim sənə.
Nə düşündüm, bilmirəm.
Cibimdə qalan son tütünü
Kəsdiyin qəzet kağızına bükdüm.
Sonra
Gözüm yaşara-yaşara
Tütünlə alışan
Şeirlərimi tüstüsünü
Çəkdim sinəmə...

1984