-
Dünyanın ən yaxın ulduzuna
Qaranlıqlar çatmayıb.
Amma ən sönük ulduzun da
İşığı dəlib keçir qaranlıqları.
Ən uzaq ulduzun da işığını
Ovcumuzda gizləyirik.
Qaranlıq içində də
Açılacaq çiçəyi,
Doğulacaq ümidi gözləyirik.
Qaranlıqda gözlərin olsa da –
Kor kimisən!
Əllərini ən tünd,
ən ipək qaranlığa sürtə-sürtə,
Qara buludları itələyə-itələyə,
Ürəyində min cür arzunu yoza-yoza
Üzünü tutursan
Qaranlıqdan o yana
Ən yaxın, ən uzaq qəmli ulduza!
1985
Dünyanın ən yaxın ulduzuna
Qaranlıqlar çatmayıb.
Amma ən sönük ulduzun da
İşığı dəlib keçir qaranlıqları.
Ən uzaq ulduzun da işığını
Ovcumuzda gizləyirik.
Qaranlıq içində də
Açılacaq çiçəyi,
Doğulacaq ümidi gözləyirik.
Qaranlıqda gözlərin olsa da –
Kor kimisən!
Əllərini ən tünd,
ən ipək qaranlığa sürtə-sürtə,
Qara buludları itələyə-itələyə,
Ürəyində min cür arzunu yoza-yoza
Üzünü tutursan
Qaranlıqdan o yana
Ən yaxın, ən uzaq qəmli ulduza!
1985