Mətləb Muxtarov Bahman Gobadi-nin son filimi haqda yazdı.
-
Belluccinin bir az uzun dialoqlu səhnələrində isə ya üzü kameraya tərəf olmur, ya da yuxarıda qeyd etdiyimiz kimi rejissor öz poetik gedişləriylə bu ayıbını ört-basdır edir.
Mətləb Muxtarov
KƏRGƏDAN MÖVSÜMÜ
Bahman Gobadi - son dövrlərin ən məşhur kürd əsilli İranlı rejissorudur.
Kinoya Abas Kirostaminin köməkçisi olaraq başlayan rejissor sonradan qısa metrajlı filmlər çəkməyə başlayıb.
İlk tam metrajlı filmi isə ‘’Sərxoş atlar zamanı’’ filmidir.
İraq-İran sərhədində yaşayan kürdlərin problemlərindən bəhs edən film elə Gobadinin öz kəndində çəkilib.
Digər tam metrajlı filmləri isə “Tısbağalar da uçar’’, “Fars pişiklərini heç kim tanımır" və “Kərgədan mövsümü” filmləridir.
“Kərgədan Mövsümü” filmi onun sonuncu və ən çox büdcəli filmidir.
Baş rollarında isə uzun fasilədən sonra kamera önünə keçən iranlı aktyor Bəhruz Vüsuqi, Monica Bellucci, Yılmaz Erdoğan, Beren Saat, Caner Cindoruz və hətta Araş iştirak edir.
http://www.youtube.com/embed/302s-oSvkJ4?feature=player_detailpage
Film Sahel Farzan adlı kürd əsilli bir şairin həyatından, daha doğrusu bədbəxtliyindən bəhs edir.
Ssenarisi çoxşaxəlidir.
Gobadi ssenaridə ən incə məqamlara da diqqət yetirib.
Filmdə keçmişdən gələcəyə anidən sıçrayışlar çox dəqiqliklə edilib.
Zamanın anidən dəyişməsiylə rejissor tamaşaçını çaşdırmasa da, başqa bir taktiki gedişlə - filmin ortasında - bütün hadisənin necə baş verməsi haqda ipucu verir.
Amma hər şey görsəndiyi kimi deyil.Heç nəyə inanmayın və filmi sonuna qədər izləyin.
Rejissor işinə gəldikdə isə bu məqamda mənimlə bərabər filmi izləyən dostumun fikri çox yerində söylənmişdi.
Fikir isə tam olaraq belədir:
"Tanımadığımız bir rejissor bu filmi çəksə, ilk baxışdan hamımız bu filmi bəyənərdik,
hətta şedevr də deyə bilərdik, amma filmin rejissoru Gobadidir və bir izləyici kimi ondan belə bir şey gözləmirdim”.
Filmin rejissor işinə pis deməyəcəm, amma Gobadinin ilk işlərinə baxanda həqiqətən də rejissor öz tərzini dəyişib.
Yüz səksən dərəcə dəyişib. Reallığı, həyatiliyi poetikliyə dəyişib.
Bəlkə də rejissoru qınamaq olmaz, çünki filmin əsas qəhrəmanı şairdir. Amma “əmması” var, axı bu qədər də poetiklik nəyə lazım?
Sanki Qobadi hər kəsə “bəli, mən Kirostaminin tələbəsiyəm”’ deyir.
İlk filmlərindəki məsumluq, təbiilik bu filmdə yox idi. Yenə də təkrar edirəm, ilk filmlərindəki məsumluq yox idi.
Bəzi kadrlar sırf “mən sənət filmi çəkmişəm” deyirdi.
Səhnə quruluşu da məhz bunu deyirdi.
Bəzi səhnələr Antonioni, Nuri Bilgə sayağı çəkilsə də, tamaşaçı darıxmır, çünki rejissor hər səhnənin zaman uzunluğunu ustalıqla ölçüb.
Nuri Bilgə filmlərində bir dəqiqə boyunca ekranı ‘’işğal edən’’ səhnə, bu filmdə 30-35 saniyəyə qədər endirilib.
Filmin ən zəif cəhəti isə aktyor seçimidir.
Çünki farsca bilməyən Monica Bellucci həqiqi fars qadınını canlandıra bilmir, danışarkən bir-iki sözlə dialoqu bitirir.
Belluccinin bir az uzun dialoqlu səhnələrində isə ya üzü kameraya tərəf olmur, ya da yuxarıda qeyd etdiyimiz kimi rejissor öz poetik gedişləriylə bu ayıbını ört-basdır edir.
Filmin baş qəhrəmanı olan şair isə öz səssizliyi ilə filmə ayrı bir rəng qatır.
Zindandan qurtulan şairin səssizliyi filmin bəlkə də ən anlamlı tərəfidir.Rejissorun bu səssizliyə belə böyük önəm verməsi isə həqiqətən də böyüklükdür.
Sonda nəsə demək artıq olar.
Bir film izləyicisi bu filmə baxmalıdır.
Gobadini sevənlər bəlkə də “Gobadi tərzini” bu filmdə görməyib, az da olsa kədərlənəcəklər,amma nə etmək olar???...
Su da bir yerdə qalanda iylənir, ona görə də dəyişmək lazımdır. Rejissorla bərabər tamaşaçı da dəyişməli, mühafizəkar qalmamalıdır.
P.S. Fars dili çox poetik dildir. Fars dilini öyrənib Hafizi, hətta Nizamini orjinaldan oxumağı hamıya arzulayıram. Filmə baxarkən fars dilinin poetikliyini bir daha görəcəksiniz.