-
«Yer planeti Obama-nın tərəfindədir, lakin Romney bu nisbəti bircə jesti ilə dəyişə bilər».
Özünün dəlisov jestləri, kəskin çıxışları və bir çox başqa istedadları ilə yanaşı, London şəhərinin meri olan Boris Johnson həm də bənzərsiz üslubu olan jurnalistdir.
Boris Johnson yazır ki, bu gün – noyabrın 6-da ABŞ-ın və bir çox mənalarda dünyanın taleyini müəyyənləşdirəcək seçkilərin nəticəsi seçki məntəqəsinə gətirilən «bir avtobus Ohio pensiyaçısının» iştirakından asılı olmayacaq.
Kimin qələbəsini arzulayırsan və niyə?
İndi isə baxın görün, bir jurnalist kimi London merinin üslubu nə qədər təkrarolunmazdır.
Boris Johnson ABŞ seçkilərində prezidentliyə namizədin vəziyyətini belə təsvir edir: «Elə bilin ki, bu yaxşı oğlan Niaqara şəlaləsi üzərindən çəkilmiş kəndirin üstündə gözübağlı və tək protez ayağı üstündə geriyə doğru hərəkət etməlidir və bu zaman diqqətli olmalıdır ki, başına qoyduğu qalın ensiklopediya cildi sürüşüb yerə düşməsin. Burada bir meh hər şeyi həll edə bilər».
Onun fikrincə, namizədin qələbəsini onun son anda rəqibini yıxmaq üçün «kəpənək qanadının yeli qədər» meh yaratmaq qabiliyyəti təmin edə bilər.
LONDON MERİ İNANIR Kİ, OBAMA QALİB GƏLƏCƏK
«Doğrudur, Romney kampaniyanı udub, lakin gəlin, baxaq görək mərc nə deyir», Johnson yazır.
London meri dünyanın ən böyük internet mərc qoşanı «Betfair» şirkətinin proqnozuna müraciət edir.
İspaniyada yerləşən, Böyük Britaniyaya məxsus Cəbəllütariqdə qeydiyyatdan keçmiş mərc şirkəti Obama - Romney yarışında birincinin qələbəsini 4-1 nisbətində müəyyən edib.
Boris Johnson da deyir ki, o, pulsuz keçirilən rəy sorğularından daha çox «Betfair» şirkətinə inanır, çünki adamlar bu yarışın nəticəsinə artıq 23 milyon dollar qumar pulu qoyublar.
London meri onu da xatırladır ki, «Betfair» mərc şirkətinin ən yaxşı proqnozları iki at arasında qaçışın nəticələri barədə olan proqnozlarıdır.
O, yazır ki, belə yarışlarda adamlar adətən hazırda hakimiyyətdə olan şəxsə üstünlük verirlər:
«Ola bilsin ki, Obama vəd etdiyi qədər parlaq ola bilməyib, lakin fəlakət də gətirməyib və elə buna görə də ikinci müddətə seçilməyə layiqdir. Əslində, Romney nə isə fövqəladə bir şey nümayiş etdirməlidir».
İSRAİLDƏN BAŞQA HAMI OBAMAN-I DƏSTƏKLƏYİR
London meri ABŞ seçkilərinə Ohio ştatından baxmağa çağırır:
«Əgər günü bu gün planet əhalisinə dünyanın ən qüdrətli siyasi vəzifəsi seçkilərində iştirak icazəsi verilsəydi, Obama böyük üstünlüklə qalib gələrdi. «UPİ» agentliyinin bu günlərdə keçirdiyi rəy sorğusu göstərir ki, Obama-nı Fransanın 90 faizi dəstəkləyir.
Dünyanın qalan yerlərində - Avropada, Danimarka, Finlandiya, Almaniya, İslandiya, İrlandiyada onun dəstəyi çox böyükdür. Və bəli, rəy sorğusundan belə görünür ki, biz də 70 faiz dəstəklə Obama düşərgəsindəyik. Hazırkı prezident Avstraliya, Çin, Latın Amerikası, Kanada, Meksika, bütün Yaxın Şərqdə daha populyardır. O, rəy sorğusu keçirilmiş 32 ölkədən 31-də qalibdir və Romney-i dəstəkləyən yeganə ölkə, çoxlarının güman etdiyi kimi İsraildir».
London meri bunun səbəbini onunla izah edir ki, dünya Respublikaçıların xarici siyasətindən bədgümandır.
Onun fikrincə bu, «doğru ya yanlış» o inamla bağlıdır ki, sadə adamlar Respublikaçıların xarici siyasətini Yaxın Şərq ölkələrini bombalamaq həvəsi ilə əlaqələndirirlər və İsrailin Romney-ə meyllənməsi də bununla bağlıdır.
BU «TIXAC RÜSUMU» NƏ BÖYÜK PULDUR Kİ?...
Və məqalənin bu ciddi anında Boris Johnson ona xas olan «lağlağı» janrına keçir:
«Romney bu vəziyyətdə iki cür reaksiya göstərə bilər... O, deyə bilər ki, xaricilər üçün yox, amerikalılar üçün prezident olacaq. O, göstərə bilər ki, Amerika düşmənlərinə münasibətdə lovğa superdövləti deyil…və ya Kennedy-nin ölməz bəyanatını sitat gətirə bilər: «Amerika barışıq naminə istənilən qiyməti ödəməyə, istənilən yükü çəkməyə hazırdır».
«Mitt son anda Amerikanın mötədilliyini və xoş məramını göstərən simvolik və nisbətən ağrısız bir addım atmalıdır. Onun Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmasına, iqlim dəyişikliyi barədə Kioto Protokolunu imzalamasına ehtiyac yoxdur. O, heç xaricdəki Amerika hərbi bazalarından bircəsini də bağlamaya bilər», London meri yazır.
London merinin fikrincə, Romney Obama-ya üstün gəlmək istəyirsə, vəd etməlidir ki, Ağ Evə sahib olan kimi Amerika diplomatik korpusuna aid maşınların indiyədək London bələdiyyəsinə ödəmədiyi 7 milyon funt sterlinqlik «tıxac rüsumu» çekini imzalayacaq.
«Əgər belə olsa, mən Romney-i dəstəkləyərəm», mer yazır.
«DÜNYANIN DİREKTORU»NUN MAŞINI
Məsələ bundadır ki, Londonun mərkəzi hissəsinə həftə içi günlərdə daxil olan bütün maşınlar 10 funt sterlinq «tıxac rüsumu» ödəməlidirlər.
Bu qayda şəhərin mərkəzi hissəsində tıxacların aradan qaldırılması üçün tətbiq edilib.
Di gəl ki, Londonun göbəyində yerləşən ABŞ səfirliyi öz maşınları üçün bu vergini ödəməkdən imtina edir.
Vaşinqton bunu onunla əsaslandırır ki, Londonun «tıxac» rüsumu yerli vergidir və xarici diplomatlar Vyana Konvensiyasına müvafiq olaraq bu pulu ödəməkdən azaddırlar.
Rusiya, Almaniya, Yaponiya da daxil olmaqla daha 30 ölkənin diplomatik missiyaları Vaşinqtondan nümunə götürüblər.
Bu ölkələrin London bələdiyyəsinə üst-üstə yığılıb qalmış borcu 23 milyon funt sterlinqi keçib.
2011-ci ilin mayında Boris Johnson bu məsələni Barack Obama-nın özü ilə müzakirə edib.
Elə həmin vaxt Bukingem Sarayında rəsmi səfərdə olan Barack Obama-nın prezident avtomobili tıxac rüsumuna görə, 120 funt sterlinq cərimə olunub.
Cərimə ödənməyib və çox güman, seçkilərdə Mitt Romney qalib gəlsə də, London merinin bu məyusluğuna son qoyulmayacaq.
Merin öz bənzətməsi ilə desək «dünyanın direktoru» maşınını istənilən yerdə və istənilən vaxt sürə və ya saxlaya bilər.
«Yer planeti Obama-nın tərəfindədir, lakin Romney bu nisbəti bircə jesti ilə dəyişə bilər».
Özünün dəlisov jestləri, kəskin çıxışları və bir çox başqa istedadları ilə yanaşı, London şəhərinin meri olan Boris Johnson həm də bənzərsiz üslubu olan jurnalistdir.
Boris Johnson yazır ki, bu gün – noyabrın 6-da ABŞ-ın və bir çox mənalarda dünyanın taleyini müəyyənləşdirəcək seçkilərin nəticəsi seçki məntəqəsinə gətirilən «bir avtobus Ohio pensiyaçısının» iştirakından asılı olmayacaq.
Amerika seçkilərini şərh et