-
Azərbaycanda həbsdə 6 yazar var.
Bu, Beynəlxalq PEN Təşkilatının “Həbsdə olan Yazarlar Komitəsi”nin açıqladığı siyahıda əskini tapıb.
İldə iki dəfə açıqlanan siyahı dünyada “peşə fəaliyyətinə, yaxud dinc siyasi fəaliyyətinə görə” həbs edilmiş yazarlara aiddir.
Komitə “yazar” deyəndə yazıçı, naşir, şair, redaktor, tərcüməçi, dramaturq, bəstəkar, bloggerlər və fikrini mətbuatda, yaxud İnternetdə ifadə edən başqa şəxsləri nəzərdə tutur.
Siyahıya Azərbaycandan 7 yazar daxil edilib, amma onlardan biri avqustda azad edilib:
Nicat Əliyev - azadxeber.az saytının baş redaktoru. 2012-ci il mayın 20-da Yasamal Rayon Polis əməkdaşları tərəfindən “Memar Əcəmi” stansiyası yaxınlığında həbs edilib. Onun barəsində narkotiklərlə bağlı ittihamla 2 aylıq həbs-qəti imkan tədbiri seçilib. Hazırda Kürdəxanı istintaq təcridxanasında saxlanır.
Ramin Bayramov - islamazeri.az saytının redaktoru. Abşeron Rayon Məhkəməsi
narkotik və silah saxlamaq ittihamı ilə onu 18 aylıq həbs cəzasına məhkum edib. 2011-ci il iyulun 11-dən həbsdədir. Beynəlxalq PEN Təşkilatının “Həbsdə olan Yazarlar Komitəsi” bildirir ki, “lap əvvəldən onun həbsinin səbəbləri ilə bağlı şübhələr olub. O, Azərbaycanda İslam icmalarını maraqlandıran məsələlər haqda davamlı şəkildə jurnalist materialları hazırlayıb”. (Artıq azad edilib - red.)
Nazim Quliyev – “İdeal” qəzetinin təsisçisi və baş redaktoru. Qəzet nəşr edilmir. 2010-cu il yanvarın 15-də Ağır Cinayətlər Məhkəməsi tərəfindən əmlakı müsadirə edilməklə 13 illiyinə həbsə məhkum edilib.
Aydın Canıyev – “Xural” qəzetinin bölgə müxbiri. Sərpəkəran kəndinin dindarlarının şikayəti əsasında 2011-ci il sentyabrın 8-də polis tərəfindən həbs edilib. Beynəlxalq PEN Təşkilatının “Həbsdə olan Yazarlar Komitəsi” bildirir ki, “Müstəqil “Turan” agentliyinin məlumatına görə, yerli jurnalistlərin apardığı tərəfsiz araşdırma göstərib ki, Canıyevə qarşı ittihamlar əslində onun Lənkəranda məmurların narkotik ticarətində əli olması haqda hazırladığı jurnalist materialları ilə bağlıdır”.
Taleh Xasməmmədov – blogger, hüquq müdafiəçisi. “Xuliqanlıq”, dövlət orqanlarının əməkdaşlarına müqavimət ittihamı ilə tutulub. Beynəlxalq PEN Təşkilatının “Həbsdə olan Yazarlar Komitəsi” bildirir ki, “deyilənə görə, Xasməmmədov həbsi zamanı polis
zorakılığına məruz qalıb və 2012-ci il aprelin 20-də Kürdəmir Məhkəməsi tərəfindən 4 illik həbs cəzasına məhkum edilib.
Hilal Məmmədov – Müstəqil “Tolışi sədo” qəzetinin baş redaktoru və hüquq müdafiəçisi. Beynəlxalq PEN Təşkilatının “Həbsdə olan Yazarlar Komitəsi” bildirir ki, “narkotik maddə saxlanması ittihamı ilə tutulsa da, Məmmədovun qohumları deyir ki, o heç zaman narkotik maddədən istifadə etməyib və ittihamlar siyasi motivlidir”. 2012-ci il iyulun 4-də H.Məmmədova qarşı narkotik maddələrin saxlanması ittiham ilə yanaşı vətənə xəyanət, etnik və dini ədavətin qızışdırılması ittihamı da irəli sürülüb. Bu ittihamlarda təqsirli bilinsə, o, ömürlük həbs cəzasına məhkum edilə bilər.
Əvəz Zeynallı – “Xural” qəzetinin baş redaktoru. 2011-ci il oktyabrın 28-də həbs edilib. Gülər Əhmədovanın iddiası ilə ona qarşı korrupsiya ittihamı irəli sürülüb. Sonda vergidən yayınma ittihamı ilə də üzləşib. Hazırda məhkəməsi davam edir.