-
Seymur Baycan
BÖYÜK ŞƏHƏRİN İŞIQLARI
Tolstoyun “Anna Karenina” əsəri bu cümləylə başlayır: “Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir”.
Bu sözü ailəyə yox, diktatorlara aid etsək, belə bir mənzərə alınar; diktatorların hakimiyyətə gəlmələrinin süjeti eynidir, onların hakimiyyətdən getməsi, siyasi səhnədən silinmələri isə fərqli olur.
Onlar qəfildən xilaskar rolunda peyda olurlar. Şeyx Nəsrullah kimi gəlməmişdən əvvəl onların gəlişini şərtləndirən “məktub” adamları çaşdırır.
Vədlər verirlər. Kimisi işğal olunmuş torpaqların işğaldan azad olunacağını, kimisi uşaqların doyunca dondurma yeyə biləcəyini, kimisi də hər ailənin ev ala biləcəyini vəd edir...
Onlar tarixdən ibrət götürməyi bacarmırlar. Özündən əvvəlkilərin səhvlərini təkrar etməməklə hakimiyyətdə qalacaqlarını düşünürlər.
Məddahların, təlxəklərin təriflərinə inanırlar. Onların əvəzolunmaz şəxsiyyətinə şübhə edənləri müxtəlif vasitələrlə sıradan çıxarırlar. Onların fikrincə, hər kəs Şeyx Nəsrullahın ölü diriltməsinə inanmalıdır.
Xarici düşmən faktoru da diktatorlar üçün göydəndüşmə nemətdir. Xarici düşmən faktoru ölkədə azadlıq istəyən adamların səsini “birləşmək lazımdır” saxta şüarı ilə boğmaq üçün gözəl vasitədir.
Diktatorlar atalar sözlərini, deyimləri sevirlər. Atalar sözlərini, deyimləri özlərinə sərf edən formada və məqamında istifadə etməyi bacarırlar...
Gözəlliyə düşməndirlər. Bütün tikililər onların hakimiyyətinin əbədi olacağına işarə vurur. Yuxarıda da qeyd etdiyim kimi, başqalarının səhvini təkrarlamamaqla hakimiyyətdə əbədi qalacaqlarını düşünürlər.
İnqilabın, çevrilişin dəqiq düsturu yoxdur. Ona görə də, diktatorların hakimiyyətə gəlişinin süjeti eyni olsa da, hakimiyyətdən getmələrinin süjeti fərqli olur. Bir göysatanın özünü yandırması milyardlara, güc strukturlarına, öz qaniçənlərinə, başkəsənlərinə arxalanan neçə diktatoru məhv etdi.
Hələ bir neçəsi də öz növbəsini gözləməkdədir. Əgər Bin Əli, Qəddafi, Mübarək, Abdulla Saleh bilsəydi ki, göysatanın özünü yandırması onların hakimiyyətdən getməsinə səbəb olacaq, o, göysatanın bütün nəsil-nəcabətini qızıla tutardılar.
Lap tutaq ki, ərəb ölkələrində baş verən hadisələri Amerika təşkil edib... Nə dəxli var?
Meydana çıxan, döyülən, öldürülən, sürgün edilən adamların fədakarlığına, mübarizliyinə heç bir şübhə kölgə sala bilməz.
Onsuz da öz köləliklərinə haqq qazandırmaq istəyənlər hər bir dəyişiklik cəhdində mason barmağı axtarmağa, Amerika izi tapmağa öyrəşiblər.
Əsas odur ki, bir göysatanın özünü yandırması milyardlara arxalanan diktatorları siyasi səhnədən sildi. Ərəb ölkələrində dəyişikliklərin baş verməsinə səbəb oldu. Digər diktatorlar düşünürlər ki, onların ölkələrində özünü yandıran göysatan olmayacaq...
Göysatan olmayacaq, amma balıqsatan, pomidorsatan, evisökülən, nə bilim, pulsuzluqdan uşağını satan mütləq olacaq... Ya sən bu adamların hamısını təmin etməlisən, ya da o adamların birinin özünü yandıracağı günün baş verəcəyini yaddan çıxarmamalısan.
kultura.az