Atəşkəsdən sonra İsrail ordusu Qəzza sərhədindən çəkilir

İsrail ordusunun əsgərləri Qəzza sərhədində

-
İsrail ilə Həmas arasında imzalanan atəşkəsdən sonra İsrail ordusu Qəzza sərhədindən çəkilir. Bununla belə ordu bir qrup əsgərin təhlükəsiliklə bağlı bölgədə qalacağını bildirib.
İsrailin baş naziri Benjamin Netanyahu bildirib ki, atəşkəs pozularsa, “yenidən əməliyyatlara hazır olacağıq. Daha sərt reaksiya gözləyən vətəndaşların olduğunu bilirəm. Onun üçün hazırıq”.
Qəzzadakı Fələstin hökumətinin baş naziri Ismail Haniyeh deyib ki, atəşkəs böyük məsuliyyətdir. Haniye deyib ki, “islam ölkələrinin və Türkiyənin reaksiyası İsrailin hücumları qarşısında Qəzzaya qələbə gətirib”.
Noyabrın 14-dən bir həftə əraində baş verən hücumlar nəticəsində 161 fələstinli və 6 israilli ölmüşdü.