-
YAŞARIN AZƏRBAYCAN TEATRINA QAZANDIRDIĞI...
Onun fikrincə, Yaşar Nurinin Azərbaycan teatrına qazandırdığı ən vacib şey aktyor azadlığı idi:
«O, istədiyini edə bilirdi və istədiyini də gözəl edə bilirdi! Heç bir göstəriş gözləmədən edirdi. Elə edirdi ki, rejissorlar da onunla razılaşırdılar».
SAĞLIĞINDA DAHİ ÇAĞIRILANLAR...
Aydın bəyin fikrincə, Yaşar o aktyorlardandır ki, onu hamı sevdi-- kütlə də, ziyalılar da, hakimiyyət də:
«Belə sevgi hər aktyora nəsib olan şans deyil. Ona görə də, biz Yaşar Nurini xoşbəxt sənətkar adlandırmalıyıq. Deyirlər, gəlin sağlığında dəyər verək insanlara. Fikrimcə, biz də, bütün Azərbaycan da Yaşar Nuriyə sağlığında qiymət verməyi bacardı. Və mən Yaşar haqqında məqalə yazanda, hələ sağlığında onu dahi aktyor adlandırırdım. Bu da hər aktyora nəsib olmur».
XOŞBƏXTLİYƏ KÖLGƏ SALAN MƏQAM...
Verilişin digər qonağı Niyazi Mehdi də Yaşar Nurini «xoşbəxt sənətkar» adlandırmağın əleyhinə olmadı:
«Hərçənd Yaşar yaxşı kino aktyoru idi və Vaqif Mustafayevin maraqlı filmlərində oynamışdı. Azərbaycanda keyfiyyətli filmlər olsaydı, təsəvvür edin ki, Yaşar necə gözəl obrazlar yaradardı? Məncə, bu məqam onun xoşbəxtliyinə ləkə gətirir. Etiraf edək ki, Azərbaycanda Yaşarın səviyyəsinə uyğun filmlər, seriallar, tamaşalar az olub».
YAŞAR KAMERANI SEVİRDİ
Aydın Talıbzadə Yaşar Nurinin bir teatr aktyoru kimi yox, televiziya və kino aktyoru kimi sevildiyini vurğuladı:
«Yaşar kütlənin aktyoru idi. Bu aktyor kameranı sevirdi. O, kamera üçün oynamağı bacarırdı. Ramiz Həsənoğlunun teletamaşalarında Yaşar Molla Nəsrəddin teatrının aktyoru kimi zühur edirdisə, Vaqif Mustafayevin filmlərində o, özünü absurd teatrın aktyoru kimi tanıdırdı. Və maraqlı bir Absurdistan aktyoru olurdu...».
YAŞAR NURİNİN ATASINDAN FƏRQİ...
Aydın bəy Yaşar Nurini atası aktyor Məmmədsadıq Nuriyevlə müqayisə etdi:
«Mən onunla görüşəndə, deyirdim ki, sənin atan daha böyük aktyor olub. O, bulaq kimi qaynayırdı. Yaşar isə super peşəkar aktyor idi. Nə desən oynaya bilirdi! Yaşarın içində də atasına aşırı bir hörmət, rəğbət hissi vardı. O, bilirdi ki, nə qədər oynasa da, atası ondan öndədir. Bu, qəribə bir duyğudur. Mənə elə gəlir ki, Yaşar elə o yerə--atasına çatmaq istəyirdi... O, vücud olmaq istəyirdi, amma Yaşar Nuri oldu.
Bu da Azərbaycan mədəniyyəti üçün son dərəcə gözəl idi. Çox az sənətkar özünə adekvat dəyəri ala bilir...».
YAŞAR NURİNİN HƏYATI NECƏ KEÇDİ?
Aparıcının: «Nəyi çatırdı, nəyi çatmırdı Yaşar Nurinin? Ya bəlkə Azərbaycan aktyorları elə miskin gündədirlər ki, adi aktyor həyatı çoxlarına bəzəkli görünürdü?» sualını Aydın bəy belə cavabladı:
«Səhnə sənətçisinə ən çox tamaşaçı sevgisi lazımdır. Ona görə də, sevginin qucağında yaşayan adam o qədər də qayğılanmır. O, həmişə şən olurdu. Şənliyi yalandan oynamırdı. İçi o qədər dolu bir insan idi ki, bu onu daha cəlbedici edirdi. Öz fikri, öz düşüncəsi və daxili müstəqilliyi olan bir adam idi».
O, İÇİRDİ...
Aydın Talıbzadə: «Onu amansız xəstəliyin pəncəsinə atan səbəb nə idi» sualının cavabında Aydın Talıbzadə belə söylədi:
«Səbəb bu idi ki, Yaşar Nuri içirdi... Səbəb bu idi ki... sevgidən də məst olmaq olar. Sevgidən də içkiyə qurşanmaq olar. Yaşar elə bilirdi ki, bu sevgi onu daima yaşadacaq. Son məqama qədər—öləcəyinə heç bir şübhə qalmayanda belə səhnəyə çıxırdı. Deyirdi ki, mən yaşayıram və yaşayacağam! Necə yaşamışamsa, o haqdır. Ölümdən qorxmuram! Onu dilləndirən, ölüm qarşısında qorxusuz edən məqam ona olan tamaşaçı sevgisi idi».
ŞÖHRƏTLİ ADAMLARIN XƏSTƏLİYİ—DARIXMAQ...
Niyazi Mehdinin fikrincə, dünyadakı intellektual və mənəviyyat adamlarının ciddi bir problemi var:
«Darıxmaq! Elə sənətkarlar var ki, dünyada darıxmağı içkisiz həll edə bilirlər. Məsələn, Vaqif İbrahimoğlu, Telman Adıgözəlov... Eləsi də var ki, məsələn, pop ulduzları və s. darıxmağı içki ilə, narkotiklə aradan götürürlər. Görünür, Yaşar Nuri də darıxmağı bu yolla özündən uzaqlaşdırırmış...».
KİM DEYİB Kİ, SƏN XOŞBƏXT OLMALISAN?
Aydın Talıbzadə bu məsələdə Niyazi bəylə razılaşmadı:
«Aktyor həyatı elədir ki, bu gün buradasan, sabah başqa yerdə. Bu tip insanlar içki ilə həyatlarına rəng qatırlar. Çünki onların dincəlmək vaxtı azdır. Stressi çıxarmaq üçün isə içkiyə üz tuturlar... Həyatda ən xoşbəxt sənətkar belə ən qəmli məqamlardan keçir. Gəlin, bu məqamı unutmayaq. Mütləq xoşbəxtlik yoxdur. Federiko Fellininin «Səkkiz yarım» filmində qəhrəman soruşur ki, Müqəddəs Ata, mən niyə xoşbəxt deyiləm? Deyir, oğlum, kim deyib ki, sən xoşbəxt olmalısan? Odur ki, Yaşar Nurinin digərləri ilə müqayisəsi, mənim fikrimcə, etik deyil. Çünki onlar başqa-başqa dünyaların adamları idilər...».
«Yaşar Nuri son dərəcə azad aktyor idi».
Bu sözləri AzadlıqRadiosunun «İz» proqramının Yaşar Nuriyə həsr olunmuş xüsusi buraxılışının qonağı olan teatrşünas Aydın Talıbzadə söylədi.YAŞARIN AZƏRBAYCAN TEATRINA QAZANDIRDIĞI...