Azərbaycan «Junior Eurovision 2012»-də 11-ci olub

Arxiv foto

-

Amsterdamda keçirilən «Junior Eurovision 2012» yarışması başa çatıb. Dekabrın 1-də axşam saatlarında başlanan yarışma gecə saatlarında bitib. Azərbaycan yarışmada 11-ci olub.

«Junior Eurovision 2012» on ildir keçirilir və Azərbaycan yarışmaya ilk dəfəydi qatılırdı.

Azərbaycanı müsabiqədə Ömər və Suada «Girls&Boys» mahnısı ilə təmsil ediblər. Sosial şəbəkələrdə Ömərin İctimai televiziyanın rəhbəri İsmayıl Ömərovun nəvəsi olduğu yazılırdı.
Yarışmanın qalibi isə Ukrayna olub. O bir çox ölkələrdən 12 xalq qazanıb. İkinci yeri Azərbaycanın qonşusu Gürcüstan tutub.

Bu yarışmada qaliblərin seçilməsində münsiflər heyəti də mühüm rol oynayır. Yəni qalib 50% münsiflər heyəti, 50% tamaşaçı səsverməsi nəticəsində müəyyən olunur.

Azərbaycan münsiflərdən 2 bal, Gürcüstan 12 bal ala bilib.

Səsvermə zamanı Azərbaycan ən yüksək balı Albaniya, Gürcüstan və
Ukraynadan alıb. Albaniya Azərbaycana 10, Gürcüstan 8, Ukrayna 5 bal verib. Rusiya ilə İsveç isə Azərbaycana 3, Belarus 2, Belçika 1 bal verməklə kifayətlənib.

Azərbaycan isə 12 xalını Albaniyaya verib.

Yarımada 12 ölkə iştirak edib. «Junior Eurovision 2012» canlı olaraq iştirkçı ölkələrdə yayımlanıb.