Gülər Əhmədova YAP-dan çıxarılıb

Gülər Əhmədova

-
Milli Məclisin keçmiş üzvü, Elşad Abdullayevlə məlum video qalmaqalından sonra deputat mandatından imtina etmiş Gülər Əhmədova Yeni Azərbaycan Partiyasından çıxarılıb.

Bunu APA-ya YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.

O deyib ki, G.Əhmədovanın partiyadan çıxarılması barədə qərar YAP-ın Zahid Xəlilov ərazi ilk təşkilatının dekabrın 14-də keçirilmiş toplantısında qəbul edilib.

G.Əhmədova hazırda istintaq altındadır. Bu ilin sentyabrında onun keçmiş universitet rektoru Elşad Abdullayevdən deputat seçilməsi müqabilində 1 milyon dollar istədiyi deyilən video yayılıb. Hazırda istintaq araşdırması aparılır.