Ayda 140 manatla dolanan Neftçala sakini: «Beş nəfərlik ailə 24 kvadratmetrlik yerdə, betonun üstündə qalırıq»
-
ÖTƏN İLİN UĞURLARI
– 2012-ci ildə «Eurovision» mahnı müsabiqəsi Bakıya minlərlə əcnəbi gətirdi. Ancaq bu tədbir üzündən evindən didərgin salınanlar da oldu...
– İdmançıların da uğuru az olmadı. London Yay Olimpiadasından 10 medal qazanıldı – 2 qızıl, 2 gümüş, 6 bürünc. Prezident İlham Əliyev: «2012-ci ildə idmançılar müxtəlif beynəlxalq yarışlarda 700-dən çox medal qazanıb. Onlardan 255-i qızıl medaldır. İdmançılarımız ölkəmizi beynəlxalq arenalarda ləyaqətlə təmsil ediblər».
– TANAP layihəsi ilə bağlı qanun imzalandı. TANAP qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq. İlk dövrdə TANAP kəməri ilə axıdılacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.
– Sovet dövrü əmanətləri qaytarılmağa başladı.
BEŞ NƏFƏRLİK AİLƏ BETON ÜSTDƏ
«Beş nəfərlik ailəyik. 24 kvadratmetrlik yerdə qalırıq. Betonun üstündə. Uşaqlar xəstələnir. İcra hakimiyyətinə, bələdiyyəyə, qəsəbə nümayəndəliyinə demişəm, kömək eləyən olmadı».
Neftçalanın mərkəzindən 10 km aralı olan Söyüdlü kəndinin 34 yaşlı sakini Vüsal Tağıyev AzadlıqRadiosuna danışır. Deyir bir neçə il əvvəl gözündən əməliyyat olunub, iş qabiliyyətini itirib. Övladlarından böyüyü 3-cü, digəri 1-ci sinfə gedir, sonbeşiyi isə xəstədir:
«Gəlib baxsanız, görərsiniz, burda it də yaşamaz. Deyirəm tavana, döşəməyə material verərdilər, tanış adamlar var, yardım edərdilər, düzəldərdik. Soyuqda kömək olardı. Hamısına demişəm, deyirlər köməklik eləyə bilməzlər, elə vəsait yoxdur. Deyirəm yaxşı, uşaqlarımı götürüb Prezident Aparatına getsəm, onda necə
olacaq?».
Vüsal Tağıyev başqa heç bir gəlir mənbəyinin olmadığını, əlil təqaüdü üçün də ondan rüşvət istənildiyini deyir. Üstəlik, soyuqlar düşəndən xərcləri də artıb. Yaşadıqları yeri odunla qızdırırlar, çünki elektrik qızdırıcılarının xərcini ödəyə bilmirlər:
«Birini tapırıq, birini tapmırıq. Yoldaşımın qızıllarını, bəxt üzüyünü də satdıq. Bilinmir nə olacaq».
Söyüdlü qəsəbə icra nümayəndəsinin müavini Əlisağa Əlihüseynov deyir ki, icra nümayəndəliyinin Vüsal Tağıyevə yardım imkanı yoxdur:
«Bələdiyyəyə dedik, gücü iki xalçaya çatdı, betonun üstünə saldılar ki, uşaqlar betonun üstündə qalmasınlar. Ona da razıdırlar. Bizim başqa imkanımız yoxdur. İcra hakimiyyətinə müraciət edib, yəqin imkan olsa, kömək edərlər».
Vüsal Tağıyev ümidini 2013-cü ilə bağlayıb.
«Ünvanlı sosial yardım verirlər, onu da əskik. 140 manat verirlər. Televizorda deyilənə görə, bu il 93 manat olub. Yanvar gəlincə, gedib deyəcəm ki, uşağın birinə 93 manat verilməlidir. Verməsələr, şikayət edəcəyəm».
MAAŞ ARTACAQMI?
– 2013-cü il üçün yaşayış minimumu ölkə üzrə 8 manat artırılıb, 116 manat olub. Ehtiyac meyarı isə 93 manat müəyyənləşib, yəni 9 manat
artıb.
– Ötən il əməkhaqqı sarıdan üzügülən olmadı. Büdcə işçilərinin maaşlarının 2013-cü ildə - prezident seçkisi öncəsi artırılacağı istisna deyil. Təbii ki, baxır kimin nə qədər. Məsələn, gələn il təhsilə 1 milyard 530 milyon manatdan bir qədər artıq pul ayrılacağı gözlənilir, yəni müəllimlərin maaşı təxminən 10 manat arta bilər. Elə həkimlərin də o qədər.
– Ancaq ola bilsin, seçki ilində hüquq-mühafizə işçiləri daha çox sevinsinlər, onlara 12 faiz çox vəsait nəzərdə tutulub. www.azadliq.org/content/article/24755508.html
–2015-ci ildə Bakıda ilk Avropa Olimpiya Oyunları keçiriləcək. «Eurovision» hamıya sevinc gətirmədi, bəs Olimpiada adi adamlara nə verəcək – bunu Yeni İldə biləcəyik.
– «Musiqi öləndə hər şey ağ-qaraya çevrilir, günəş də çıxmır musiqi öləndə». Səbinə Babayeva və Alim Qasımovun «Eurovision» müsabiqəsində ifa etdiyi mahnıda belə deyilir. Qoy, bu bədbinlik yalnız sözdə qalsın, Yeni İl hamının, elə Vüsal Tağıyevin övladlarının da üzünü güldürsün...