-
Prezident İlham Əliyev dekabrın 25-də baş nazirin keçmiş 1-ci müavini, Rusiya Azərbaycan Təşkilatları İttifaqının rəhbəri Abbas Abbasovu qəbul edib.
Görüşdə Rusiyadakı azərbaycanlıları özündə birləşdirən təşkilatların fəaliyyəti müzakirə edilib.
Bu barədə ANS-ə Abbas Abbasovun özü məlumat verib:
«Bütün yeni yaranan təşkilatlar, Ümumrusiya Azərbaycanlıları Konqresi, Federal Milli-Mədəni Muxtariyyətimiz haqqında - bütün bu məsələlər, qurumlar ətrafında dərin söhbətimiz oldu. Cənab prezident bu təşkilatların fəaliyyətini istiqamətləndirdi, öz tövsiyələrini verdi. Mənə bu məsələlərlə çox yaxından, sıx əlaqə yaratmaqla məşğul olmağı həvalə etdi. Bütün bu boşluqları aradan götürməyi tapşırdı».
«Milyarderlər ittifaqı» kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılmasını Azərbaycan hakimiyyəti narazılıqla qarşılamışdı. İttifaqı Rusiyada yaşayan bir qrup tanınmış azərbaycanlı yaradıb. Bu sırada Abbas Abbasovla yanaşı, Prezident İlham Əliyevin qudası Araz Ağalarov, dramaturq Rüstəm İbrahimbəyov, iş adamları Vahid Ələkbərov və Telman İsmayılovun da adı çəkilir.