Almaniya kansleri Angela Merkel Yeni İllə bağlı müraciətində ölkə vətəndaşlarını iqtisadiyyatda gərginliyin hələ tam aradan qalxmadığı barədə xəbərdar edib.
Yeni İl gecəsi yayılacaq müraciətində Merkel qeyd edir ki, avrozona ölkələrini bürüyən borc böhranın həlli üçün bəzi irəliləyişlər var. Amma o eyni zamanda xəbərdarlıq edib ki, bu böhran hələ tam aradan qalxmayıb.
Angela Merkel çıxışında həm də Almaniyada işsizliyin aşağı səviyyədə olduğunu vurğulayıb. Onun dediyinə görə hazırda işsizlik 1990-cı ildə Almaniyanın yenidən birləşməsindən keçən müddətdə ən aşağı səviyyədədir.