-
Əsasən payız aylarında yetişən yapon xurması qərb bölgəsində boldur. Bu meyvəyə el arasında xırnik də deyilir. Hansı evin həyətinə baxsan yarpaqları tökülmüş, bozarmış ağaclarda narıncı meyvələr göz oxşayır. Təəssüf ki, elə bu meyvələr bəzi hallarda ya ağacların başında qalıb qurda-quşa yem olur, ya da torpağa tökülüb məhv olur.
Lakin dərmansız-davasız yetişən, ekoloji baxımdan təmiz olan bu meyvənin satışı ilə məşğul olanlar da var. Gəncənin Zərdabi küçəsində özlərinin yetişdirdikləri xurmaları Moskva bazarları üçün alverçilərə satan Musa Muradov deyir ki, bu meyvəni çox ucuz qiymətə verirlər:
«BİR YEŞİYİ HARDASA 50-60 QƏPİYƏ ALIRLAR»
«Ucuz qiymətə satırıq, bir yeşiyi hardasa 50-60 qəpiyə alırlar. Amma az alınır. Bunu Moskva bazarlarına alırlar. Bundan nəsə emal eləsələr, zavodlar olsa, meyvənin qiyməti də qalxar, biz də dolanarıq».
Həyətində 4 yapon xurması ağacı olan digər sakin Cəfər deyir ki, az gəlirli və çox zəhmətli iş olduğundan bəzən meyvəni toplamırlar. Elə fevral ayının əvvəlinə kimi meyvələr ağac başında qalır və quruyub yerə tökülür.
Azərbaycan Texnologiya Universitetinin doktorantı Ulduz Babayeva bu sərfəli meyvənin ağaclarda məhv olmaması üçün çıxış yolu tapıb və elmi araşdırmaya başlayıb. Ağ xələtini geyib, texnologiya otağına keçən gənc müəllimin sözlərinə görə, 1 ildir ki, başladığı tədqiqat nəticəsində xurma meyvəsindən konsentrat, lətli və lətsiz şirə əldə edib. Xurma meyvəsində təbii şəkərin bol olduğunu vurğulayan Ulduz Babayeva deyir ki, əgər emal müəssisələrində bu meyvənin konsentratlarından istifadə olunarsa həm ekoloji, həm də iqtisadi səmərəlilik əldə olunar:
«ƏGƏR BU MEYVƏDƏN EMAL MÜƏSSİSƏLƏRİNDƏ İSTİFADƏ OLUNARSA...»
«Biz elmi tədqiqat işimizdə xurmadan lətli və lətsiz şirələrin hazırlanmasını, eləcə də xurma meyvəsindən alınan konsentratların digər şirələrə tətbiqi ilə məşğuluq. İşin nəticəsi olaraq aldığımız şirə və konsentratların patentləşdirilməsi üçün müraciət olunub. Konserv və şirə istehsalı ilə məşğul olan zavodlara təkliflər göndərilməsi nəzərdə tutulur. Əgər bunlardan istifadə olunarsa, həm şirələrdə şəkər qatqısı əvəzinə bu konsentratlardan istifadə etmək mümkün olar, həm də şirələrin qiyməti aşağı düşər. Bu məhsullardan istifadə olunarsa həmin məhsul ağacda qalmayacaq. O məhsul ağacda qalır ki, ondan emal kimi yox, sadəcə meyvə kimi istifadə olunur. Almaniyada xurma meyvəsi apteklərdə satılır. Dərman bitkisi olaraq. Bu qədər qiymətli meyvə ağacda qalıb məhv olur».
Mütəxəssislər deyir ki, ən çox istifadə olunan alma meyvəsinə yetişmə dövrü bir neçə dəfə dərman vurulsa da xurma ağacına dərman verilmir. Bu meyvə xarab olanda belə qurdu olmur. Xırniyin konsentratının necə əldə olunması prosesindən texnoloq Mərdan Tağıyev danışır:
DİGƏR ŞİRƏLƏRDƏN FƏRQİ BUDUR Kİ...
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev də etiraf edir ki, hazırda ölkədə xurmanın emalı aparılmır. Əlavə edir ki, bazarlarda təkcə xurmanın qurusuna tələbat var. O qeyd edir ki, elə az sayda olan xırda emal müəssisələri də ancaq xırnik meyvəsinin qurudulması ilə məşğul olur.
Qərb bölgəsində də bu meyvənin emalı ilə məşğul olan bir müəssisə yoxdur. Latınca «Diasfinus» olan bu meyvənin adı «Allah təamı» kimi də tərcümə olunur.
Əsasən payız aylarında yetişən yapon xurması qərb bölgəsində boldur. Bu meyvəyə el arasında xırnik də deyilir. Hansı evin həyətinə baxsan yarpaqları tökülmüş, bozarmış ağaclarda narıncı meyvələr göz oxşayır. Təəssüf ki, elə bu meyvələr bəzi hallarda ya ağacların başında qalıb qurda-quşa yem olur, ya da torpağa tökülüb məhv olur.
Lakin dərmansız-davasız yetişən, ekoloji baxımdan təmiz olan bu meyvənin satışı ilə məşğul olanlar da var. Gəncənin Zərdabi küçəsində özlərinin yetişdirdikləri xurmaları Moskva bazarları üçün alverçilərə satan Musa Muradov deyir ki, bu meyvəni çox ucuz qiymətə verirlər:
«BİR YEŞİYİ HARDASA 50-60 QƏPİYƏ ALIRLAR»
«Ucuz qiymətə satırıq, bir yeşiyi hardasa 50-60 qəpiyə alırlar. Amma az alınır. Bunu Moskva bazarlarına alırlar. Bundan nəsə emal eləsələr, zavodlar olsa, meyvənin qiyməti də qalxar, biz də dolanarıq».
Həyətində 4 yapon xurması ağacı olan digər sakin Cəfər deyir ki, az gəlirli və çox zəhmətli iş olduğundan bəzən meyvəni toplamırlar. Elə fevral ayının əvvəlinə kimi meyvələr ağac başında qalır və quruyub yerə tökülür.
«ƏGƏR BU MEYVƏDƏN EMAL MÜƏSSİSƏLƏRİNDƏ İSTİFADƏ OLUNARSA...»
«Biz elmi tədqiqat işimizdə xurmadan lətli və lətsiz şirələrin hazırlanmasını, eləcə də xurma meyvəsindən alınan konsentratların digər şirələrə tətbiqi ilə məşğuluq. İşin nəticəsi olaraq aldığımız şirə və konsentratların patentləşdirilməsi üçün müraciət olunub. Konserv və şirə istehsalı ilə məşğul olan zavodlara təkliflər göndərilməsi nəzərdə tutulur. Əgər bunlardan istifadə olunarsa, həm şirələrdə şəkər qatqısı əvəzinə bu konsentratlardan istifadə etmək mümkün olar, həm də şirələrin qiyməti aşağı düşər. Bu məhsullardan istifadə olunarsa həmin məhsul ağacda qalmayacaq. O məhsul ağacda qalır ki, ondan emal kimi yox, sadəcə meyvə kimi istifadə olunur. Almaniyada xurma meyvəsi apteklərdə satılır. Dərman bitkisi olaraq. Bu qədər qiymətli meyvə ağacda qalıb məhv olur».
Mütəxəssislər deyir ki, ən çox istifadə olunan alma meyvəsinə yetişmə dövrü bir neçə dəfə dərman vurulsa da xurma ağacına dərman verilmir. Bu meyvə xarab olanda belə qurdu olmur. Xırniyin konsentratının necə əldə olunması prosesindən texnoloq Mərdan Tağıyev danışır:
DİGƏR ŞİRƏLƏRDƏN FƏRQİ BUDUR Kİ...
«Sadə bir texnologiyadır. Məhsul xırdalanır, üzərinə su əlavə edilir, bişirilir. Saxlanılır ki, ekstraktiv maddələr daha yaxşı üzə çıxsın. Sonra isə süzülür. Digər şirələrdən fərqi budur ki, heç bir qatqı əlavə olunmur. Təbiidir. Əlavə şəkərdən belə istifadə olunmur».