12 yanvar "Əsgər ölümünə son!" etiraz aksiyasının görüntüləri - əvvəldən sona kimi
Sizin brauzer HTML5-i dəstəkləmir
Bakının mərkəzində, Fəvvarələr Meydanında gənclər və həlak olmuş əsgərlərin valideynləri orduda əsgərlərin şübhəli ölümlərinə etiraz olaraq aksiya keçirdi. Aksiya zamanı “Əsgərimiz ölməsin, ordu morqa dönməsin!”, “Ali baş komandan, cavab ver bizə!”, “Əsgərimiz can verir, nazir onun qətlinə fərman verir!” şüarları səsləndi.
YAP-ın Sahildəki qərargahının qarşısında da şüarlar səsləndirildi. Həm Fəvvarələr Meydanında, həm də Sahil parkında saxlananlar var. DİN-i tutulan aksiya iştirakçıları barədə heç bir məlumat vermir.