Güntay Gəncalp sovet dönəmində Azərbaycan alim və yazıçılarının 14-15-ci əsrlər hürufi şairi İmadəddin Nəsimi haqda yazdıqlarını tənqid edir.
-
Qabil öz intellektual səviyyəsi, din və fəlsəfi bilgisi etibarı ilə Nəsimi haqqında əsər yaza biləcək şair olmamışdır.
Asif Əfəndiyevin hürufiliyin "Cavidannamə", "Nomnamə", "Məhəbbətnamə", "Məhrəmnamə" kimi əsərlərindən heç xəbəri olmamışdır.
İsa Muğannanın hürufiliyi bu qədər humanist, tərəqqipərvər, dünyagörüşü kimi təqdim etməsi Azərbaycan xalqının mənəviyatı üçün zərərli ola bilər.
B.Vahabzadənin əsərə “Allahu-əkbər demişik— İnsanu əkbər deyirik” kimi ifadələr yerləşdirməsi hürufişünaslıq və insanşünaslıq baxımından problemli bir yanaşmadır.
Bundan əvvəl "Səfəvilər" kitabı böyük polemika doğurmuş Finlandiyada yaşayan araşdırmaçı yazar Güntay Gəncalp indi də sovet dönəmində Azərbaycan alim və yazıçılarının 14-15-ci əsrlər hürufi şairi İmadəddin Nəsimi haqda yazdıqlarını tənqid edir.
Güntay Gəncalp
SOVET DÖNƏMİ AZƏRBAYCAN ƏDƏBİYYATINDA NƏSİMİ
Ədəbiyyat tarixi - şair və yazıçıların qoyub getdikləri əsərlərin mahiyyətini yanlış formada anlatmaq, gerçəyi sapdırmaq niyyətinə xidmət etdirilməməlidir.
Elmi bilginin təxəyyülə qarışaraq estetik çərçivə qazanması başqadır, tarixi gerçəyi estetik yaradıcılıq adı altında sapdırmaq başqa.
İkinci Dünya Savaşından sonra Azərbaycanda ”Babək” və ”Nəsimi” haqqında yazılan əsərlər tarixi gerçəkləri estetizə etməmiş, tarixi gerçəkləri sapdırmış, təhrif etmişdir.
Nəsimi haqqında yazılan hər hansı bir əsər öz tarixiliyindən təcrid edilərək yazıçı və şairin qeyri-tarixi xəyal dünyasına dayanmamlıdır.
Hürufilik haqqında yazan yazar və şair məncə bu mövzuları yaxşı bilməlidir:
1. İslam
2. İslam fəlsəfəsi
(İslam və İslam fəlsəfəsi eyni şey deyillər. Necə ki Qərbdə din fəlsəfəsi ilə uğraşanlar üçün xristianlıq və xristianlıq fəlsəfəsi fərqli mövzulardır).
3. Kəlam (teoloji) elmi
4. Hadisənin sosioloji və kulturoloji tərəfi
5. Mətnşünaslıq
Dini mətnlərin incələnməsi asan iş deyil. Özəllikllə onun metafizik kodlarını çözmədən ortaya anlaşılacaq və olayın mahiyəti və tarixiliyi ilə bağlantılı olacaq bir şey qoymaq olmaz.
Yuxarıda saydıqlarım amillər olmadan tarixi şəxsiyyətin kimliyinin, dünyagörüşünün bədii əsərlərdə açıqlanması mümkün ola bilməz.
O zaman bədii və ya hər hansı bir əsərə “Nəsimi” adı vermək də dorğu sayılmaz.
Bilinməyən bir hürufinin sərgüzəşti kimi bir əsər yazmaq olar. Ancaq Nəsiminin şeirləri ortadadır.
Onun dünyagörüşünü anladan qəzəlləri, rübailəri, məsnəvisi, qəsidələri vardır.
Heç bir əsər bu şeirlərin anlatdığı hürufi görüşün xaricinə çıxmamalıdır. Bu şeirlərin, ya da hürufi mətnlərinin geniş izahı istiqamətində əsər yazıla bilər. Bu əsəri yazmaq üçün əski mətnlərə tənqidi yanaşmağı da başarmaq lazımdır. Yoxsa o mətnlərin heyranı olmaqla da gerçəkçi bir düşüncə ortaya qoymaq olmaz.
Sovet dönəmində Azərbaycanda yazılmış elə bir bədii əsərə rast gəlməmişəm ki, hürufiliyin elmi izahı əsasında mətnləşsin.
Hürufilik və onun türkcə yazan təmsilçisi Nəsimi ilə məşğul olanlar öz təxəyyüllərini qələmə almışlar.
Tarixdə sovet dünyagörüşü sisteminə uyğun olan şəxslərin qabardılması məsləhət görülmüşdür.
Bu, bütün sovet məkanında olmuşdur.
Bildiyim qədəriylə Azərbaycanda Asif Əfəndiyev (Asi ata), İsa Muğanna, Qabil, Bəxtiyar Vahabzadə Nəsimi haqqında əsər yazmışlar.
Asif Əfəndiyevin Nəsimi haqqında yazdığı “fəlsəfi” fikirlərinin Nəsimi yaradıcılığı ilə heç bir əlaqəsi yoxdur.
O, ortaya qoyduğu dünyagörüşünün izini tarixdə ararkən Nəsimini də ateist kimi təqdim etmişdir.
Asif Əfəndiyev ”Zərdüşt, Babək, muğam, Dədə Qorqud, hürufilik, Füzuli, saz” adı altında Azərbaycan mənəvi tarixini sinifləndirmişdir.
Bu tarixi olayların və şəxslərin, özəlliklə Nəsimi haqqında söylədiklərinin tarixi gerçəkliklə heç bir əlaqəsi olmamış, bunlar onun xəyal dünyasının məhsulu olmuşdur.
Asif Əfəndiyevin Nəsiminin şeirləri üzərinə yazdığı yazılar təhrifdən başqa bir şey deyildir. Məzhəb və təriqətlərin psixologiyası, bəşəri olanla ilahi olan haqqında dinlərin, məzhəb və təriqətlərin görüşlərinin incələnməsi olmadan onları necə izah etmək olar?
Asif Əfəndiyevin hürufiliyin "Cavidannamə", "Nomnamə", "Məhəbbətnamə", "Məhrəmnamə" kimi əsərlərindən heç xəbəri olmamışdır.
Özü üçün tarixdə Nəsimi və hürufi obrazı uydurmuşdur.
Bu incələnmə olmadan Əfəndiyevin baxdığı bucaqdan varlığa və tarixə baxmaq mümkün ola bilməz.
Keçənlərdə oxudum ki, Qabil və İsa Muğanna Nəsimi haqqında eyni zamanda yazmışlar. Muğanna mənsur, Qabil isə mənzum bir əsər yazmış.
Demək ki, bəlli sifariş var imiş.
İsa Muğanna bu romanı yazarkən daha sonra ortaya qoyduğu “Saf Ağ elmi” nəzəriyyəsini yeni-yeni öz içində şəkilləndirirmiş və bu nəzəriyyənin etkilərini bu romanda görməkdəyik.
“Məhşər” romanında zaman sınırlarını aşmaq bəzi doğruların inkarı ilə başlamışdır. Nəsimi ilə Əmir Teymurun tarixdə bir qarşılaşması olmamışdır. Hətta Nəimi ilə də olmamışdır.
Tarixi verilərə görə Əmir Teymur Hafiz Şirazi ilə görüşmüşdür. Çünkü 14-cü əsrin ən böyük şairi Hafiz Şirazi olmuşdur. Hafiz Şirazi Nəimi və Nəsimi kimi bir ideoloq
olmamışdır.
Hürufilərin şeirləri şeir olmaqdan daha çox ideoloji reklam və təbliğatdır.
"Məhşər" romanında mütləq doğru olanla, mütləq şər və pis olan qarşı-qarşıya gəlməkdədir. Özəlliklə Teymuru öz gerçək adı ilə verməmək və onu “Teymur ləng” və ya “axsaq və topal Teymur” adı ilə vermək də doğru bir yanaşma deyildir.
Teymur savaşda yaralanıb axsaq duruma düşmüşdü və insanların zahirindəki qüsur onların nöqsanı sayıla bilməz. Onun tarixi adı "Əmir Teymur" olmuşdur.
Nəsimi xəyal dünyasında Əmir Teymurla görüşdürülür.
Muğanna Nəsimini mütləq doğru olaraq təqdim etdiyindən istər-istəməz “Məhşər” romanı hürufiliyin vəkilliyini etməkdədir.
Nəsiminin acılar içində işgəncə ilə öldürülməsi çox qeyri-insani bir işdir. İşgəncə altında öldürülmək hələ o demək deyil ki, ölənin bütün dedikləri dərhal həqiqət statusu qazanır.
İnsanın qəlbinin bir yerində müqəddəs bir məkan var. Oraya hər nə yerləşsə, insan onun yolunda ölümə gedə bilər.
Kommunizm yolunda da Çe Gevara kimi sədaqətlə ölənlər oldu.
Ancaq tarixin haqlı cərəyanı və insanı olmaq qəhrəmanca ölməklə müəyyən edilmir.
Həqiqət bir deyildir. Doğruluq da plüralistdir.
Haqqın bir, haqlının da bir olması düşüncəsi bəşər tarixində çox qanlar axıtmışdır.
Füzuli demişkən, hər kəsdə bir ölçü var və bu ölçüyə görə doğru və yanlış tərəflər ortaya çıxar. Yəni Teymuru da mütləq pisliyin nümunəsi kimi göstərmək ədəbi ədalətə uyğun gəlməməkdədir.
Pislik və yaxşılığı bəlli edən insanların tolerantlığı, dünyagörüşüdür.
Hafiz Şirazi kimi böyük şairlər tərəfindən çox gözəl şeir dili ilə öyülən Teymurda da yaxşı özəlliklər olmuş demək ki.
"Məhşər" romanında Nəsiminin Teymurla qarşılaşmasının tək səbəbi Teymurun pisliyini ifşa etmək olmuşdur.
Hürufiliyin nə olması isə əsərdə doğru-dürüst açıqlanmır. Açıqlana da bilməzdi, çünkü anlaşılan budur ki, İsa Muğanna bu açıqlamanı edə bilməsi üçün sadəcə Nəsiminin şeirlərindən əldə etdiyi bilgilərlə yetinmişdir.
Anlaşıılan budur ki, hürufiliyin digər qaynaqlarına istinad edilməmişdir.
Əslində hürufiliyi bu qədər humanist, tərəqqipərvər, fəlsəfi dərinliyi olan bir dünyagörüşü kimi təqdim etmək Azərbaycan xalqının mənəviyatı üçün zərərli ola bilər.
Tənqidin süzgəcindən keçməyərək tarixi şəxsiyyətləri bütləşdirmək, onlara bu yolla toxunulmazlıq haqqı qazandırmaq bir növ düşüncəni və sorqulamanı susdurmaq anlamındadır.
Qabilin yazdığı “Nəsimi” poemasının nə tarixi, nə bədii, nə fəlsəfi, nə də dini dərinliyi və dəyəri vardır.
Söz yığınından başqa bir şey deyildir. Qarış-qarış şeir yazma yarışında ortaya çıxan bir əsərdir Qabilin “Nəsimi” mənzum əsəri.
Fəlsəfi dərinlikdən və din bilgisindən məhrum olan Qabil öz əsərində Nəsiminin savunmasını alverçilik və gündəlik məişət məntiqi səviyəsinə endirmişdir.
Əsərdə özünü müdafiə etməsi və tövbə etməsi istənirkən Nəsimi bunu deyir:
“Sütə su qatanlar tövbə eyləyər,
Namusu atanlar tövbə eyləyər.
Quru böhtançılar tövbə eyləyər,
Qara yalançılar tövbə eyləyər.
Bəs mənim tövbəmin nə olsun adı?”
Nəsiminin belə aşağı səviyədə özünü savunması Nəsimi haqqında da ədalətsiz davranmaqdan başqa bir şey deyildir.
Nəsimi öz savunmasında fəlsəfi və fikri dərinliyi olan görüşlərinə haqq qazandırmalı idi. Sütdən, qatıqdan savunma düşüncəsi oluşdurmaq olmaz ki.
Mənə görə, Qabil əsla öz intellektual səviyyəsi, din və fəlsəfi bilgisi etibarı ilə Nəsimi haqqında əsər yaza biləcək şair olmamışdır.
Nəsiminin dərisinin soyulması bir çoxları kimi Qabili də təsirləndirmişdir. Ancaq hər təsirlənmə ilə bir əsər yazılmaz. Bu təsir də onun “Nəsimi” adlı əsərində bu şəkildə öz əksini tapır:
“Dinə, şəriətə bir asi kimi,
Dabandan soyulsun gərək Nəsimi.”
Qabilin “Nəsimi” əsəri haqqında daha ədalətli bir söz söyləmək gərəkirsə, belə demək olar: Qabil nə təsəvvüfü bilirdi, nə də hürufiliyi. Qabilin “Nəsimi” əsərinin Nəsmi ilə heç bir əlaqəsi yoxdur və ədəbi bir əsər sayıla bilməz.
Bəxtiyar Vahabzadə sovet dönəmi ədəbiyyatımızın ən önəmli şəxsiyyətlərindən biri və bəlkə də birincisidir.
1950-ci illər sonrası ədəbiyyatımızın zirvəsi sayıla bilər. Çünki 1950-ci ildən sonra Hüseyn Cavidlərin açdığı yol tam olaraq ortadan qaldırılmışdı.
Bunun səbəbi Bəxtiyar Vahabzadənin fitrətində fəlsəfi baxışın olmasıdır bəlkə.
Lakin onun tarix bilgisindən, tarixi düşüncə və inanc ortamından ən çox məhrum olan və Nəsimi kimliyini daha zəif əks etdirən əsəri də elə “Nəsimi” pyesidir. Bu pyesdə Vahabzadə öz duyğularını yaxşı ifadə edə bilmişdir. Ancaq əsərdə insanı Allah yerinə qoyması və “Allahu-əkbər demişik— İnsanu əkbər deyirik” kimi ifadələr yerləşdirməsi hürufişünaslıq və insanşünaslıq baxımından problemli bir yanaşmadır.
Hürufilər Nəimi kimi seçkin və seyyid insanların Allah olduqlarına inanırdılar. Nəsimi bir tərəfdən “mən Allaham” deyir, bir başqa tərəfdən də şeirində yazır ki:
“Dünü gün müntəzirəm mən ki, bu pərgâr nədir,
Günbədi-çərxi-fələk, gərdişi-dəvvâr nədir?
Fələyin əsli nədəndir, mələyin əsli nədən,
Adəmin surətinə bunca tələbkâr nədir?
Günəşin qursu nədən yer üzünə şölə verir,
Yenə bir məş´ələdə nûr nədir, nâr nədir?”
Allahsansa, niyə bilmirsən və “nədir?” deyə soruşursan? Allah hər şeyi bilən deyilmi? Bilmirsənsə, niyə “mən Allaham” deyirsən?
Sovet dönəmində Azərbaycanda mütləq həqiqətin hürufilik adında bir tablusu təşkil edilmişdi. Hürufiliklə məşğul olan yazarların çoxu onun tarixi qaynaqlarının, öncəsi və sonrasının nə olduğunu sorğulamadan öz fantaziyalarını qələmə almışlar.
Əslində isə bu yazılanların heç biri istər bədii əsər olaraq, istərsə də, elmi yanaşma kimi hürufişünaslığa uyğun gəlməməkdədir və bunlar sadəcə olaraq təhrif olunmuş hürufilikdir.
Bu əsərlərdə təsvir edilən humanist Nəsimi nə tarixdə olmuşdur, nə də hürufilik təlimləri Nəsimiyə belə humanist olmağa izn verərdi. Çünkü hürufizm şiə fanatizmi istiqamətində ortaya çıxmış olan ifratçı bir cərəyan olmuşdur.
7.01. 2013
Finlandiya
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir. Fərqli mövqedən yanaşmalara da "Oxu zalı"nda yer ayırmağa hazırıq. Yazınızı bu ünvana göndərə bilərsiniz: oxuzali@azadliqradiosu.az