-
...İvan durur ayağa, gəlib tutur Nuşinin qolundan, çəkir qapıya tərəf, dalından təpiyi vurub salır çölə. Arxasından bircə bunu deyir: «Paşol k çortu, Əruz!..
Bu hekayə son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb.
Rövşən Naziroğlu
Dedim-dedi
və ya paşol k çortu, Əruz!
“Qönçə-dəhan” bakirə qız deməkdir. Ustad dedi, mən eşitdim. Fikirləşdim. Birdən yadıma düşdü ki, bizim köhnə məhəllədə qeyrət inspektoru Bəkirin şırtısı çıxmış qızı Laləyə də məhlə uşaqları nədənsə “qönçə-dəhan” deyir.
Lalə ayağı sürüşkənin dal ayağıdır. Bir də lap əlinə əl dəyməmiş olsa belə, bu qönçə-dəhan sözü yaraşmır axı Lalənin ətli, qalın dodaqlarına.
Burda, əlbəttə, bir sirri-müəmma gizlənib. Yoxsa o boyda ustadi-əruzxan boş yerə soz deməz. Ustadla sağollaşıb çaparaq çatdırdım özümü məhəlləyə. Qalxdım pillələri, döydüm qapını. Mirzəqulu özü çıxdı qapıya. Dedi:
- Xoş gəlmisən!
Dedim:
- Xoş günün olsun, sənə bir işim düşüb.
Dedi:
- Keç içəri.
Keçdik, oturduq. Süfrəyə çay gəldi. Ustaddan eşitdiyimi nəql elədim. Mirzəqulu əvvəl çaydan bir qurtum içdi. Sonra siqaretdən iki qullab vurub, utanmadan, qızarmadan, sıxılmadan, boğuq, xırıltılı səsiylə ustadım haqqında amansız hökm verdi:
- Sənin ustadın heç nə bilmir.
Elə pərt oldum, elə qızardım, elə sıxıldım, elə utandım – elə bil yazdığım qəzəlin diz qapaqlarında sınıq tapıblar.
- Mirzəqulu, elə şey olmaz. Mənim ustadım çox şey bilir, – dedim.
Yüz dəlil-sübut gətirdim, xeyri olmadı. Zalım oğlu dönmədi fikrindən. Dedim:
- Yaxşı, nəyi bilmir o boyda şeiriyyət əjdahası?
Dedi:
- Əruzun öldüyünü ustadın bilmir.
Bu xəbəri eşitcək, ağladım, sızladım, bozladım. Əllərimlə diziərimə toy tutdum. Ağlamaqdan keçdim hönkürtü vurmağa: «Ohö… Öhö… Öhö…».
Hönkürtüdən boğula-boğula:
- Ürəyimi partlatma, – dedim, – Mirzəqulu, hadisə necə baş verib? Maşınlamı vurublar, bıçaqlamı yortublar, boğazından daş bağlayıb Kaspiyəmi atıblar, mey camına zəhərmi qatıblar? Kimdir bu işə cəsarət edən? Sən arvadının canı, gizləmə, de!
Dedi:
- Özünə gəl, toxta, çayını iç. Deyərəm. Nöş demirəm?
Dedim:
- Ə kişi, ürəyim qan ağlayır, nə çay, nə pirojna, nə vafli, nə keks, nə rulet, nə bulki, nə şokolad, nə marmalad?.. Heç nə gözümdə deyil bu dəqiqə. Tez elə, əruza təcavüz eləyənin adını söylə!
Müsahibim:
- Bu işi qələmlə iki dahi həyata keçirib,- dedi. – Xaqani yaralayıb, Nizami öldürüb. Dedim:
- Bəs, nəşi yerdəmi qalıb?
Dedi:
- Yox, Mövlanə basdırıb.
Dedim:
- Yalandı! Əruz dipdiridi! Bayaq öz gözlərimlə Baksovetdə görmüşərn!
Bu yerdə Mirzəqulu dostum hirsləndi, nə hirsləndi. Ağzını açıb, gözlərini yumdu ki, bəs:
- Sənin ustadın və ustadın kimilər gedib əruzun basdırıldığı yeri eşib, çıxarıblar nəşini çölə, alıblar çiyinlərinə, virus yaya-yaya gətirib çıxarıblar iyirmi birinci əsrə, bir ucdan gəncləri yoluxdururlar. Adını da qoyublar milli sərvət! Əruz ola milli sərvət, bu ölkədə qərar tuta?! Çoxdan Corc, Qriqori hərəsi bir yandan qatar-qatar, gəmi-gəmi daşıyıb aparmışdılar öz ölkələrinə. İngilisin, urusun əruz nəyinə lazımdı? Əruz heç monqola da lazım deyil!
Dedim:
- Bizə lazımdı!
Dedi:
- Lazım deyil!
Mən «lazımdır» dedim, o başını bulayıb «yox» dedi…
Tutulduğumu görən Mirzəqulu dedi:
- İstəyirsən sənə beli tarixi faktlara söykənən bir əhvalat danışım?
Dedim:
- Buyur.
Dostum başladı üyüdüb-tökməyə ki, bəs:
- On səkkizinci əsrdə İvan adlı urus ziyalısını sürgün edirlər Qafqaza. Yazıq urus diyari-qürbətdə möhkəm darıxdığından çıxır bazara, başlayır gəzməyə. Dəllək dükanının yanına çatanda görür camaat yığışıb bir nəfərin başına. Bu bir nəfər də yağlı-yağlı nəsə oxuyur. Kişinin nə oxuduğuyla maraqlanır. Cavabında eşidir ki, əruzun rəməl bəhrində filan naçalnikə yazdığı mədhiyyəsini oxuyur. Xülasə, mədhiyyə bitir, millət dağılışır. İvan yaxınlaşır bayaq şeir oxuyan kişiyə. Ki, oxuduğunuz xoşuma gəldi, əruzu mənə öyrədərsinizmi? Kişi xeyli tərəddüddən sonra deyir, hə, öyrədərəm. Vədələşirlər sabah görüşsünlər. Sən demə bu, zəmanəsinin namdar şairlərindən Nuşi imiş. İvan Nuşidən ayrılan kiıni, tez qaçır poçtxanaya. Tezcənə teleqram vurur Piterburqdakı dostu Yefremə, bəs, qaqaş, əntiqə şey tapmışam əruz adında, istəyirəm gətirəm onu, qataq öz şeirimizə, zənginləşdirək ədəbiyyatımızı. Teleqram zakaznoy vurulduğundan, elə ertəsi gün cavabı gəlir. İvan oxuyur teleqramı, çatır qaşlarını, gedir çorta. Fikirləşir Yefrem niyə belə yazsın axı? Niyə yazsın ki, nə gətirirsən gətir, bircə o zəqqumu gətirmə buralara? Yox, Yefrem kəlləli adamdı. Yəqin bu əruz çox xətalı şeydi. Məsləhət bilsəydi, deyərdi gətir. Demək, məsləhət bilmir ki, demir. Bu dəm Nuşi girir içəri, görür İvanın qaş-qabağı yernən gedir. Nə isə, Nuşi təklifsiz-filansız oturur yerdəki döşəkçənin üstündə. Başlayır söhbətə ki, ay İvan qardaş, səndən də ayıb olmasın, dünən axşam arvadla oturmuşduq dizbədiz, mırt vururduq özümüzçün, Bilmirəm arvad köpəyin qızı mənə nə elədisə, birdən-birə təbi-şairanəm köpməyə başladı. Aldım əlimə qələmi, tökdüm varağa sinəmin barını… Cibindən çıxartdığı əzik-üzük varağı dizinin üstündə hamarlayıb, başlayır oxumağa.
Dərdi-hicran belimi qatdadı, ey badi-səba,
Doğmadı gün, bağırım çatdadı, ey badi-səba.
Girmiş idim bağa sübhdən, suluyurdum baği,
Bir də gördüm ki, şlanq partdadı, ey badi-səba.
İvan durur ayağa, gəlib tutur Nuşinin qolundan, çəkir qapıya tərəf, dalından təpiyi vurub salır çölə. Arxasından bircə bunu deyir: «Paşol k çortu, Əruz!».
Mirzəqulu əhvalatı bitirib susdu. Düzü söz tapmadım nəsə deyəm. Dedim:
- Dostum, bir şeyi başa sal mənə, görüm, bəs onda Laləyə niyə qönçə-dəhan deyir məhlə uşaqları?
Dedi:
- Evdə arvad-uşaq var, qulağını bəri elə.
… Ustad doğrudan da heç nə bilmirmiş. Heyrətdən əlim üzümdə qaldı. Mirzəqulu xəbər aldı:
- Hə, indi nə deyirsən?
Dedim:
- İvan deyəndən.
Dedi:
- Yəni nə?
Dedim:
- Paşol k çortu, Əruz!