Müəllim şagirdi döyür, günah kameradadır

Sosial şəbəkələrdə müəllimin şagirdləri döyməsi ilə bağlı yayılan videodan görüntü

-

Facebook-dan birbaşa şərh yaz

Facebook-dan birbaşa şərh yaz
Sosial şəbəkələrdə müəllimin şagirdləri döyməsi ilə bağlı video kadrlar yayılıb. Amma rəylər müxtəlifidir:

«Kötək yeməyəsəydim, adam olmazdım» deyənlər də var, döyülməni təhqir kimi qarşılayan da.

http://www.youtube.com/embed/fyhUvIuzikY

Bəs şagirdlər virtual aləmin yardımı ilə məktəblərdə real nəzarətə nail ola biləcəklərmi? Müəllim şagird şıltaqlığını necə ram etməlidir?

Azadlıq FM-də müəllim-şagird davranışlarını Təhsil Nazirliyinin rəsmisi Ağababa İbrahimov və təhsil məsələləri üzrə ekspert Məlahət Mürşüdlü müzakirə edib.

Təhsil Nazirliyinin rəsmisi Ağababa İbrahimov:

- Çox narahat oldum, Təhsil Nazirliyinin mövqeyi belədir ki, uşaqlara qarşı zorakılıq yolverilməzdir. İnternetdə yayılan videodan sonra həmin məktəbin direktor müavini vəzifədən azad edilib. Məktəblərdə uşaqlara qarşı fiziki cəza yolverilməzdir.

Təhsil məsələləri üzrə ekspert Məlahət Mürşüdlü:

- Döymək, fiziki cəza Sovetlərdən qalma metod idi. Biz indiki zamanda belə üsullardan istifadə edə bilmərik. Məktəblərdə elə müəllimlər var ki, uşaqlara obyekt kimi baxırlar...

Ağababa İbrahimov:

- Azərbaycanda minlərlə savadlı, istedadlı müəllimlər var. Bir adamın fonunda minlərlə müəllimə qara yaxmaq da düzgün deyil...

Verilişi dinlə: