-
Bakı yaxınlığında yerləşən «Binə» Ticarət Mərkəzinin əməkdaşları kütləvi etirazlar keçirib. Yanvarın 19-da onlardan yerpulu tələb edəndən sonra satıcılar məbləğin yüksək olmasından hiddətlənərək, Bakıya yürüş etmək istəyiblər. Etirazçıların qarşısını kəsən polis qüvvələri ilə satıcılar arasında qarşıdurma baş verib. Aşağıda AzadlıqRadiosu müxbirlərinin hadisə yerindən verdiyi xəbərlərlə tanış olun. (Ən yeni xəbərlər yazının yuxarısında yerləşdirilib. Baş verənlərin xronologiyasını izləmək üçün xəbərləri aşağıdan yuxarı oxumağı məsləhət bilirik)
SAXLANANLARIN YAXINLARI QARADAĞ POLİSİNİN QARŞISINA TOPLAŞIB
AzadlıqRadiosunun müxbiri xəbər verir ki, Qaradağ rayon Polis İdarəsinin qarşısında saxlananların yaxınları gözləməkdədir:
«İçəridən heç kimə saxlananların vəziyyəti və sayı barədə məlumat verilmir. Yaxınları saxlananlara işgəncə verilə bilməsindən narahatdırlar. Saxlananlara gətirilən yeməklər də qəbul edilmir».
Hadisə yerində olan bloqqer Emin Milli AzadlıqRadiosuna deyib ki, o, idarədən çıxan bir polis əməkdaşının saxlananların yaxınları ilə etdiyi söhbəti eşidib. O, içəridəkilərin döyüldüyünü deyib.
«Polis deyirdi ki, içəridəkilərin hamısını döyürlər. Əlim yoruldu vurmaqdan».
CİNAYƏT İŞİ AÇILIR
Aksiyada saxlananlara qarşı Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Bu barədə Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsinin birgə yaydığı məlumatda deyilir.
NEÇƏ NƏFƏR SAXLANDI?
100 nəfərə yaxın aksiyaçının saxlandığı bildirilir.
Onlardan 80 nəfərinin Qaradağ rayon Polis İdarəsində, 15 nəfərinin isə 10-cu polis bölməsində saxlandığı deyilir. 10-cu polis bölməsindən 15 nəfər aksiyaçının saxlandığını təsdiqləyiblər. Amma Qaradağ rayon Polis İdarəsindən sayla bağlı konkret məlumat verməkdən imtina
ediblər.
Polis növbətçisi: «Sayı bilmirik».
Polis İdarəsi qarşısında olan vəkil Xalid Bağırovun AzadlıqRadiosuna dediyinə görə, onlara idarədə saxlananların 80 nəfər olduğunu bildiriblər:
«Gəldim ki, vəkil xidmətimi təklif edim, hələ ki heç kim müraciət etməyib. İdarənin qarşısında saxlananların xeyli yaxınları toplaşıb».
AzadlıqRadiosunun müxbiri də hazırda Qaradağ rayon Polis İdarəsinin qarşısındadır. Bizi izləyin.
***
«Binə» Ticarət Mərkəzinin hüquqşünası AzadlıqRadiosuna satıcılardan əlavə icarə haqqı istənilməsi barədə məlumatları təkzib edib. O, bildirib ki, mərkəzə kassa aparatları quraşdırmaq istəyirlər, satıcıların da etirazı bununla əlaqədardır.
«Binə» Ticarət Mərkəzinin direktoru Dilşad Əmirovadır. Təsisçilərdən biri isə Kəbirə Məmmədovadır.
CİNAYƏT İŞİ AÇILDI
Yanvarın 19-u «Binə»də baş verən hadisə ilə əlaqədar Bakı şəhər Prokurorluğunda müvafiq maddə ilə cinayət işi açılıb.
Bunu AzadlıqRadiosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyib.
«10 polis əməkdaşı xəsarət alıb. Aksiya iştirakçıları da saxlanıb, amma say barədə bir şey deyə bilməyəcəm. Bir azdan rəsmi məlumat yayacağıq».
DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov aksiyaçılara qarşı polisin rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə etməsi ilə bağlı məlumatların düzgün olmadığını bildirib.
***
Yanvarın 19-da «Binə»də aksiya zamanı 15 nəfər saxlanıb.
Bu barədə AzadlıqRadiosuna Qaradağ rayon Polis İdarəsindən məlumat verilib.
Aksiya zamanı bir neçə polis əməkdaşının xəsarət aldığı bildirilir.
Daxili İşlər Nazirliyinin gün ərzində hadisə ilə bağlı rəsmi məlumat yayacağı gözlənilir.
***
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, hazırda Qaradağ rayon Polis İdarəsinin əməkdaşları hadisə yerindədirlər və aksiyaçılarla profilaktik iş aparılır:
«Bir qrup sahibkar yolun kənarına toplaşıb. Qaradağ rayon Polis İdarəsinin əməkdaşları da hadisə yerindədirlər. Aksiyaçılara qarşı heç bir rezin güllədən istifadə olunmayıb. Bu barədə deyilənlər yalandır».
***
Satıcılar Salyan-Astara yolunu bağlayıb. Qarşıdurma var. Əraziyə Çevik Polis Alayı cəlb edilib. Jurnalistlərin ərazidə çəkiliş aparmasına imkan verilmir.
XƏSARƏT ALANLAR VAR
«Binə» Ticarət Mərkəzinin satıcıları Bakıya yürüş edir. Polislə qarşıdurma var. Aksiyaçılar və polislər arasında xəsarət alanlar var.
«BİNƏ» TİCARƏT MƏRKƏZİNDƏ AKSİYA BAŞLAYIB
«Binə» Ticarət Mərkəzində yerpulu artımına etiraz olaraq yanvarın 19-da satıcılar etiraz aksiyasına başlayıb.
Bu barədə AzadlıqRadiosuna satıcılardan Əlabbas Əhmədov məlumat verib.
Onun dediyinə görə, aylıq icarə haqqının 250 manat artırılması satıcıların narazılığına səbəb olub. Buna etiraz olaraq alveri dayandıran satıcılar Ticarət Mərkəzinin qarşısından keçən Bakı-Lökbatan yolunu bağlayıblar:
«İndiyə qədər 40 kvadratmetrlik bir satış yeri üçün ayda 1000 manat ödəyirdik. Bura işıqpulu daxil deyil. Onu da ayrıca ödəyirik. İki gün əvvəl bizə xəbərdarlıq etdilər ki, bu aydan başlayaraq icarə haqqı 250 manat da artırılır. Biz buna etiraz edirik. Nə qazanırıq ki, üstəlik qiyməti də artırırlar?».
Mərkəzin hüquqşünası AzadlıqRadiosuna satıcıların aksiya keçirməsindən xəbərsiz olduğunu deyib. Qiymətlərin artırılması barədə məsələlərə gəldikdə, o, bu barədə açıqlama verməkdən imtina edib.
"Binə" ticarət mərkəzində qarşıdurma (Geniş YouTube videosu)
-Qarşıdurmadan ətraflı görüntülər
http://www.youtube.com/embed/IRv9bfVJuRs?rel=0SAXLANANLARIN YAXINLARI QARADAĞ POLİSİNİN QARŞISINA TOPLAŞIB