İsmayıllı olayında döyülən Ramil Bəkirov Azadlıq Radiosuna danışıb
Sizin brauzer HTML5-i dəstəkləmir
Yanvarın 23-də İsmayıllı şəhərində «Çıraq» oteldə işləyən Bakı şəhər sakini Emil Şəmsəddinov şəhərin Nizami küçəsində sərxoş vəziyyətdə avtomobilini elektrik dirəyinə çırparaq qəza törədib, eyni zamanda sərnişini Elməddin Məmmədovla birgə yaxınlıqdakı VAZ-2107 markalı avtomaşının sahibi, rayon sakini Ramil Bəkirovu döyüb. R.Bəkirov baş verənlər barədə AzadlıqRadiosuna danışıb.