Müəllifin icazəsi ilə Azadlıq Radiosunun "Oxu zalı" ədəbiyyat portalında çap edilir.
-
İSA MUĞANNA
İDEAL
ÖN SÖZ
Fəlakətin həlledici mərhələsi onda başlandı ki, Qrek-Latın quldarlıq qanunları əsasında qurulmuş Vizantiya imperiyası 604-802-ci illərin dünya müharibəsində hərbi qələbələrini daha güclü fatehlik silahı olan Xristianlığın qələbəsinə çevirib, bu dini iki yüz il müddətində öyrənilən müxtəlif dillərin köməyi ilə müxtəlif ölkələrdə müxtəlif variantlarda yaya-yaya, o vaxta qədər planetin əsas - gur yaşayış yerlərində bəşəriyyətin vahid Elm - həqiqət dili kimi mövcud olan OdƏr dilini bir daha rəsmi qadağan etdi; hələ birinci əlliminillik tarixdə, sonra isə Yeni tarixdə (Xristianlığın yayıldığı əsrlərdə) hər cəhətdən təhrifə uğradılan, Kainat həqiqətlərindən uzaqlaşdırılan planetimizdə OdƏr dilində Bağ (insanı insana və bəşəriyyətimizi Kainatın OdƏr bəşəriyyətinə bağlayan Bağ) kəlməsi Qrek-Latın dilində təhrif "Boq" sözü ilə əvəz olundu, SafAğ İnsanın (Bağın) Əli - Oğlu mənasında işlənən ƏlAğ kəlməsi Ərəbin təhrif "Əllah" ("Allah") sözü ilə (təkallahlığla), BağhəmOd (vahid həqiqət Bağı) rütbəsi "Mühəmməd" adı ilə əvəz edildi. Bəşəriyyətimizin yalnız az bir qisminə (təhrif "Muğ", "Mağ" kəlmələrilə adlandırılan, "atəşpərəst" sayılan gizlin Bağlara) məlumdur ki, dinlərin əsasındakı kitablar, o cümlədən "Bibliya" ("Tövrat" - "Tora"), "Yevangeliya" ("Novıy zavet" - "İncil") "Quran"da,
vizantiyalıların özlərinin məcburən etiraf etdikləri kimi, "Bağ dilində" - "na bojyem yazıke" (yəni OdƏr dili ilə bu dil əsasında yaranmış Tərik - "Türk" dilində) verilmiş kitabların son dərəcə təhrif tərcümələrindən, uydurmalardan, əfsanələrdən ibarətdir. Həqiqətin nə dərəcədə təhrif edildiyi və təhriflərdən necə qlobal - ümumbəşəri fəlakət törədiyi barədə bu müqəddimənin özündə də az-çox təsəvvür vermək üçün bütün açıqlığı ilə deyilməlidir ki, zahirdə biri-birinə düşmən rolu oynayan dinlər, kökü vahid OdƏr bəşəriyyəti olan xalqları dil-şüur və mənəviyyatca ayırmaq, parça-parça ərazilər, sərhədlər daxilində məhdudlaşdırmaq, bəsitləşdirmək, nəticədə vahid Din mərkəzi Vatikanın - gizlin quldarlıq dövlətinin tələblərini təmin etmək məqsədi güdür. Planetimizdə əsrlərdən bəri hökm sürən dini, siyasi qadağalar, saysız-hesabsız "elmi" ("tarixi", "etnik") arakəsmələr (süni psixoloji düşmənliklər) mühitində Kainatdan
xəbərsizlik, açıq deyirəm, "sivilizasiya" altında cahillik o dərəcədə qatılaşıb ki,
bu cahilliyin yaratdığı labüd "katastrofa" qarşısında indi Vatikan dövlətinin özü
də qorxuya düşüb, nisbi proqressiv dairələrin planetdə "bütün dinləri
birləşdirmək" təklifini, "həqqi təhrif edən xristianlıq", "fundamental İslam",
"təriqətlər İslamı", "Bəhayilik", "Yəhudilik", "Buddizm" və sair "dini", "elmi"
"izmlər" əvəzində, mövcud Vahid həqiqəti yaymaq ehtiyacını rədd edə bilmir.
Mən sözün əsl mənasında ürək ağrısı ilə, faciə içində bildirirəm ki, əsrlər
boyunca Vatikan casuslarının təlimatları əsasında ("öz əlimizlə") gah açıq, gah
da gizlin məhv edilən "Muğ" - Bağ nəslinin təhrif adı ("Muğanna" - "Bizim
Muğlar") altında çap etdirdiyim ƏsƏrlərdəki Bağ həqiqəti - SafAğ Elmi hələ də
təhrif "izm"lərin müqavimət səddi arxasındadır. Yeni Zaman - 2000-ci il
ərəfəsində sədd dağılmalıdır, təhrif insan məhz SafAğ Elmi sayəsində
maariflənməli, saflaşmalı, hər cəhətdən ucalıb OdƏr bəşəriyyətinə - əbədi həyat
planetlərinə qovuşmalı, yəni "Yer" -EyƏr (Uca İşıq) planetinə gizlin gəlib gedən
İşıq gəmilərinin düşdükləri guşələrə buraxılası halda olmalıdır. Əks halda fəlakət
baş verəcək.
* * *
Yaxın və uzaq keçmişimizdən tarixi hadisələr, bədii süjetlər içində verilmiş
SafAğ həqiqətlərinin qavranılmasını asanlaşdırmaq məqsədilə mən Əsərlərin
hamısını yenidən işlədim. "İdeal", "Ölüm-dirim" Əsərlərində və bir səhifəlik
"Peyğəmbərin möhürü"ndə Elmin əsası verilib; bu üç Əsərlə tanış olmayan
oxucu dördüncü, beşinci, altıncı, yeddinci ƏsƏrləri - "qəbristan" - "Gur Ünü",
"İsahəq, Musahəq", "Məhşər"i ("ƏnŞər-MənŞər"i) dərk edə bilməz. Təkrar
edirəm; Əsərlər yalnız burada göstərdiyim xronoloji ardıcıllıqla oxunmalıdır ki,
fayda versin.
Muğanna.
SÜLEYMAN PADŞAHIN XƏZİNƏSİ
1
Zaman o zamandı ki, bir hissəsi Cənubi Azərbaycan, ikinci hissəsi Şimali
Azərbaycan və sair adlandırılan ölkənin bir qismi "super dövlət" SSRİ-nin
tərkibində, müharibədən təzəcə çıxıb, yoxsulluq, aclıq pəncəsində sıxılırdı.
Amerikadan alman, cəmaatın rişxəndlə "tısbağa yumurtası" adlandırıb, ancaq
əlacsızlıqdan yediyi kiflənmiş yumurta tozu -"yaiçnıy parasok" da nemət
sayılırdı; taxılı, ətlik heyvanı, yağı, pendiri silib-süpürüb aparmış dördillik ağır
müharibədən sonra bu "paraşok" demək olar ki, hər şeyi əvəz edirdi. İran kişmişi
isə qənd və ümumiyyətlə şirniyyat yerinə işlənirdi. Buna görə də, Kür boyundakı
ucqar rayonların ən ucqar kəndlərindən tez-tez Bakıya gedib-gəlib kisə-kisə
"yaiçnıy paraşok" gətirən, o biri tərəfdən Arazın o tayına ayaq açıb, ordan hər
dəfə bir at yükü kişmişlə qayıdan Çax-Çux Xalıqın Qonaqlıdakı həyəti bütün
həyətlərdən yığnaqlı olmuşdu.
Söyüd şivindən hörülüb, mal peyini ilə suvanıb, əhənglə ağardılmış
yöndəmsiz daxmanın qabağındakı hamar palıd kötüyünün üstündə daş-tərəzi
görünən kimi bütün kənd oraya axışırdı və bu vaxt Əmirli nəslinin əziz-ərköyün
yeniyetməsi Səməd də, əmisi Sultanın, yəni rayon partiya komitəsinin birinci
katibi Sultan Əmirlinin "payoku"ndan* hər cür nemət dadıb özünü "kişmiş acı"
saymadığına baxmayaraq, dərhal o yığnağa tələsirdi ki, yığnağın içində -
qarışıqlıqda Xalıqın qızı Gülbənizə göz vursun, Gülbəniz də öz bacılığı Gülgəzə
göz vursun, sonra daxmanın xəlvət bir küncündə çöməlib, önlüyünün ətəyini
açıb, atasından "çırpışdırdığı" kişmişi Səmədlə Gülgəzin qabağına tutsun ki,
Səmədlə Gülgəz onun – Gülbənizin ətəyindən kişmiş yeyə-yeyə, doyunca birbirinin üzlərinə tamaşa eləsinlər və pıçıldaşa-pıçıldaşa eşiyə, Çax-çuxun nəhəng
əllərlə ciblərinə basışdırdığı rəngli pula - göy əlliliklərə, qırmızı otuzluqlara
baxa-baxa, "Çax-çux özünə gün ağlasın, biz də özümüzə" - deyib gülüşsünlər.
___________
*Yüksək rütbəli işçilərə - məmurlara müftə paylanan ərzaq.
Bu üç nəfər- iki qız və bir oğlan, cəhalət və işgəncələrlə dolu ölümlü
dünyamızın əbədi həyat dünyası Kainatdan ayrılığının səbəblərindən bəhs edən
bu fəlakətlər kitabının ilk səhifəsində oynaşan üç anauşağı kimi şeydilər, üçü də
bu fikirdə idi ki, Çax-çux Xalıqın kişmişi təkcə onların "ağzını şirin eləmişdi",
cəmaat kişmişin kilosuna altmışca manat verirdi, onlar isə "müftəcə yeyirdilər".
Bundan başqa, Gülbəniz Səmədi sevirdi, Səməd Gülgəzi sevirdi, Gülgəz isə hər
ikisini sevirdi, buna görə də hər üçünün könlü şaddı, ağızları da şirin.
Səmədin gur, qara, deyilənə görə, mərhum anası Suranın saçlarına oxşayan,
dalğalı saçları Gülbənizin ətəyinə doğru sallananda, o biri tərəfdən Gülgəzin qara
ipək cığaları sallanırdı. Bu vaxt Gülbəniz qısqanclığını gülüşlə, zarafatla
gizlədirdi:
- Ey, ey, saçlarınız görüşdü! - deyib bir əlilə Gülgəzin, o biri əlilə Səmədin
başını dala itələyirdi.
Gülgəzin əli bir yandan Gülbənizin önlüyünün ətəyinə uzananda, Səmədin əli
də o biri yandan uzanırdı. Bu vaxt Gülbəniz yenə hər şeyi zarafatla gizlədirdi:
- Ey, ey, əlləriniz görüşdü! - deyib bir əlilə Gülgəzin, o biri əlilə Səmədin
əlini dala itələyirdi. Sonra saçların, əllərin görüşü təkrar olunub, "dizlərin
görüşü", "ayaqların görüşü" də bunun üstünə gəlib, hər üçünün arasında sehrli,
sirli ilk gənclik oyununa çevrilirdi və kişmiş qurtarana qədər bu oyun davam
edirdi.
Bu günlər Əmirli yeniyetməsi Səmədin ömrünün bəlkə də ən xoşbəxt günləri
idi. "Ekspeditor"* Xalıqın rəsmi "faktura" - malın siyahısı və qiymətləri ilə mal
payladığı və qeyri-rəsmi "çax-çux" - alver elədiyi üç para kənddə, o cümlədən
burda - Qonaqlıda hamıya məlumdu ki, Arazın bu tayı ilə o tayının, yəni Sovet
Azərbaycanı ilə Cənubi Azərbaycanın arasında "sərhədin açıldığı"** gündən
indiyə qədər - beş il ərzində bu adamın o taya ayaq döyməyi heç də alver üçün
deyil, bu get-gəl Əmirlilərin o tayda - "xarici ölkədəki qohumları" ilə, Təbrizin
Əmir məzarıstanında dəfn olunmuş ataları Məhəmməd Əmirlə, qardaşları Şeyx
Ağ Əmir, Şeyx Boz Əmirlə, o şeyxlərin bu tayda - Sovet
_________
*Ekspeditor - satılmaq üçün mal gətirən
**"1941-45-ci illər müharibəsi"ndə müttəfiq dövlətlər - SSRİ, ABŞ və İngiltərə arasında müqavilə üzrə Sovet-İran sərhəddi açılmış, Cənubi Azərbaycanda Demokrat Partiyasının başçılığı ilə Şura (Sovet) hakimiyyəti qurulduqdan sonra sərbəst gediş-gəliş başlanmışdı.
Azərbaycanında "sinfi düşmən" sayılan məsləkdaşları ilə əlaqədardılar* Palıd
kötüyünün üstündə daş-tərəzi görünəndə bütün kənd əvvəlcədən bilirdi ki, Çax-
çux yenə "Məhəmməd Əmirdən, şeyx qardaşlardan", o qardaşlardan qalan
mülklərdən, var-dövlətdən danışacaq.
Səməd isə öz aləmində idi. Hətta son günlərin böyük, ciddi hadisələri - "o
tayda Azərbaycan Demokrat Firqəsinin məğlubiyyəti, yəni "Milli Hökumətin
yıxılması" və "Şahın bizimkiləri topa tutması"**da bu gur saçlı, möhkəm bədənli,
"əziz-ərköyün sədr oğlunun" gur hissiyyatla dolu şadlığına mane olmamışdı.
Başqa sözlə, dünyada baş verən hadisələr bu cavana hələ bir o qədər
toxunmamışdı və toxuna da bilməzdi. Cəmaat deyirdi: "Sədr oğlunun Araz
aşığındandı, Kür topuğundan", yəni "heç nə vecinə deyildi". Və bu sözlərdə
həqiqət vardı.
Gözünü açıb dünyaya baxanda Səməd özünü kandarında çəmənotu və
qazayağı bitən, tavanında qaranquşlar uçuşan nəhəng bir otaqda, səhərdən gecə
yarıya qədər bu otağa dəstə-dəstə gəlib-gedən cəmaat arasında "əziz-ərköyün
sədr oğlu" kimi, "şəxsən Sultan Əmirlinin dizinin dibində oturan Əmirli
yetirməsi" kimi, "ordenli bolşevik Qılınc Qurbanın atının tərkində gəzən" və
"yetdiyinə yetib, yetmədiyinə bir daş atan dəliqanlı" kimi görmüşdü. Qonaqlının
nəsillikcə alverçi olan və var-dövlətlərini qorumaq üçün həyət-bacalarında çoxlu
it saxlayan Qudalı məhləsinin itlərini döyərdi; Əmirlilərə açıq-açığına
"düşmənlərim" deyən Qudalı ağsaqqalı Xəlvət Rəhimin atının quyruğunun altına
tikan qoyub soncuqladardı; Gülgəzin atası Məmiş Əlləzoğluna "Göbələk Məmiş"
deyib qaçışan Qudalı cavanlarını "deşiklərinəcən qovardı", əlinə keçənlərin ağızburunlarının qanını bir-birinə qatardı; "Qudalı cavanlarının atamanı Qıllı
Qeybalı", Qonaqlının partkomu Cəfər əminin - Lüt Cəfərin özündən iyirmi yaş
kiçik arvadı Ayna bacının "ora-burasına baxanda" Qeybalını "Dantes köpəyoğlu"*** adlandırıb "duelə"
__________
*Sovet Azərbaycanında "batin " - gizlin şəraitdə SafAğ Elminin tədrisi ilə məşğul olan adamlar həm öz adi adları, həm də "AdıPünhan" adı ilə tanınırdılar. "Əmirli" familiyası altında yaşayanlar ən qədim zamanlardan ərəbcə "Muğanna" nəsli adlanırdılar. Müasir Muğannalar Cənubi Azərbaycanda "Muğani", Sovet Azərbaycanında "Muğanlı", Türkiyədə "Muğlar" adı ilə tanınırlar.
**Həmin üç dövlətlə müqaviləyə əsasən İran, Cənubi Azərbaycanı yenidən fəth etmişdi.
***Dantes - Puşkinin qatili, Rus ədəbiyyatını öyrənən orta məktəb şagirdlərinin nifrət obyekti.
çağırardı və dueldə sapandına daş əvəzinə mal peyini yığıb Qıllı Qeybalının üzgözünü, üst-başını batırardı; hesabdar Mürsəl, Qonaqlının məşhur "qəlyanlı
qocalar"ından Çürük Aşıqla Xızr Abının əməkgünlərini kəsib, ömürlərini
bazarlarda keçirən Qudalılara əməkgünü yazanda Səməd atasının bu işə
qarışmağını gözləməyib, mühasibliyə cumardı, "vedomostu"* stolun üstündən
qapıb Mürsəlin başına çırpardı, "təzədən yaz, köpəyoğlu!" - deyib, ədalət bərpa
olunmayınca idarədən çıxmazdı.
Lap uşaqlıqdan başlayıb, hələ də davam edən bu cür dəliqanlılığına görə
Qudalı cavanları ona "Dəli Səməd" deyirdilər və yəqin ki, elə haqlı deyirdilər;
daim dingildəyib hökmən nə isə eləmək, hətta gecələr çarpayıda da qaynayıb
yorğan-döşəyi, balıncı əzişdirib bir-birinə qatışdırmaq heç də adi, normal adam
vəziyyəti deyildi və Səməd özü də hiss edirdi ki, ancaq son vaxtlar "Kamal
attestatı proqramı"nda imtahan biletlərinin çoxluğundan qorxub kitabların üstünə
cumanda, bir də Gülbənizin önlüyünün ətəyindən kişmiş yeyə-yeyə Gülgəzə
tamaşa eləyəndə "az-çox adam olurdu".
1946-cı il dekabrın iyirmi üçünə qədər vəziyyət belə idi.
O qış günü Çax-çuxun "o taydakı şeyx qardaşlar" barədə cəmaata danışdığı
xəbəri, "O Əmirlilər Sovetin düşmənləridilərsə, burdakı Əmirlilər Sovetə dost
olarlarmı, ay cəmaat!" - dediyini qulağı alar-almaz Səməd əlini Gülbənizin
önlüyündən çəkib, birbaş idarəyə - atasının kabinetinə yüyürdü və o gün də
birinci dəfə eşitdi ki, demə, Sultan əmidən başqa, "Ağ Əmir, Boz Əmir adında
şeyx əmiləri" də varmış; haçansa - "İranda məşrutə vaxtı", Səttar xan üsyanı
illərində gəlib-gedərmişlər, Bakının, Gəncənin, Tiflisin, İrəvanın** məscidlərində
ianə yığıb o taya apararmışlar. Axırıncı dəfə, Şimali Azərbaycanda Şura
respublikası qurulanda Nəriman Nərimanovun "Şərqdə müstəmləkəçilikdən,
azadlığa çıxmağın yolları" haqqında nitqinə qulaq asıb gediblər, bundan iki il
sonra - iyirmi ikinci ildə isə, sonuncu Azərbaycan şahının təxtində oturan təzə
Pəhləvi şahının qəzəbinə keçib zindana düşüblər, yeddi-səkkiz il müddətində
şaha dəfələrlə məktub yazıb Pəhləvilərlə türklərin eyni millət olduğunu sübut
eləməyə çalışsalar da, "millətpərəst qiyamçılar" damğasından qurtara bilməyiblər
və nəhayət,
______________
*"Vedomost" - Kolxozçuların əməkgünlərinə verilən pulun siyahısı.
**Əsrin əvvəlində Tiflisdə, İrəvanda da məscidlər vardı, əhalinin əksəriyyəti dindar azərbaycanlılardı. 1918-ci ildə rusların qələbəsindən sonra qədim ƏrEvÜn - o dərcəsi: (Ərişıq, Ev, Ün - İşıq Evinin ünü), indiki "Yerevan" Ermənilərə verilib.
otuzuncu ilin qışında iki qardaşın ikisi də bir gündə xəlvəti öldürülüb, "Əmir
məzarstanı" deyilən qəbristanda dəfn olunub... Atası Səmədi stolun böyründə
oturtdu, özü isə ayağa qalxdı. Boyu elə uca idi ki, stolunun dalından qalxanda
başı divarda Stalinin portreti ilə yanaşı durardı və bu vaxt Səməd qalın, bir az
yağlıtəhər saçlarında daraq dişlərinin izi qalan, bığı da saçları kimi parıldayan
atasının Stalinə necə oxşadığını daha yaxşı görüb, kükrək qürurla coşub dik
atılardı. Atası bu hərəkətdən təəccüblənib; "hoppanırsan elə", - deyərdi. Sonra
gözucu portretə baxıb dodaqucu gülümsünərdi, "Yaxşı böyüyürsən, oğlum. İşıqlı
böyüyürsən, əmma çox hoppanma. Oğul təmkinli olmalıdı", - deyib hər dəfə
nəsihət eləsə də, Səməd heç cür təmkin saxlaya bilməzdi. O gün isə, sədr
stolunun böyründə, xüsusi xalça üstündə, Sultan əmi kimi, Qılınc Qurban kimi
böyük adamlar üçün qorunub saxlanan "qonaq yerində" - kresloda oturduğunu da
hiss eləməyib, atası kabinetdən çıxıb gedəndən sonra da kresloya yapışıqlı qaldı.
Qabağında, stolun küncündə üç şəkil vardı. Biri "Əmir məzarıstanı"nda bir
cüt yanaşı qəbrin şəkli idi. İkinci, üçüncü şəkillər isə, həmin qəbirlərin
başdaşlarının ayrı-ayrılıqda şəkilləri idi. Danışıb qurtarıb kabinetdən çıxanda,
atası qapıdan qayıdıb bu şəkilləri buraya atdı və hirsli-hirsli gəzinməyə başlayıb:
- Bax! Bax! - dedi.
- Baban Məhəmməd Əmirin qəbri də o məzarıstandadı, əmilərin Ağ Əmirnən
Boz Əmirin qəbirləri də. Adlarını kommunist qoyanlar şeyx adlananları özlərinə
düşmən sayırlar, - dedi.
- Aclıq ili* gəlib bu tayda qalmasaydıq, rus dilini öyrənib, Leninin kitablarını
oxuyub Kommunist Partiyasına daxil olmasaydıq, Sultan əminnən mənim
yerimiz də o məzarıstan olardı indi, - dedi. - Cəllad şahın əli çatmadı, bu tayda
səlamət qaldıq. İndi özümüz özümüzə cəllad olmuşuq. O taydan şeyx
qəbirlərinin şəkillərini gətirdirik, bu tayda kommunist Sultan Əmirliynən
kommunist Mədəd Əmirlini çək-çevirə salırıq: "Sinfi düşmənlərimizin
qardaşlarısınız!" - filan!.. Bax o şəkillərə, fəxr elə ki, Əmir adınnan adlanan o
məzarıstanda qədim nəslin-kökün, Səttar xan, Bağır xan mücahidlərinə haqq-
ədalət dərsi deyən şeyx əmilərin var. "Şeyx" kəlməsi qorxutmasın səni.
Oxumusan, Lenin deyir:
___________
*XX əsrin əvvəllərində Cənubi Azərbaycanda (cənuba "Güney" də deyilir) aramsız üsyanlar nəticəsində kütləvi aclıq olmuş və Arazın o tayından bu tayına insan axını gəlib burada məskunlaşmışdı.
"Religiya opium dlya narodov". "Din tiryəkdir xalqlar üçün". Yəni beyinləri
dumanlandırır din, real dünyadan ayırır. Əmilərin Ağ Əmirnən Boz Əmir
razıydılar bu fikirnən, tez-tez bizim Doktornan, yəni Nəriman Nərimanovnan
görüşürdülər. Dini məhz "tiryək" adlandırırdılar. "Mollaların nazıynan oynama,
Doktor, - deyirdilər. - Çox hiyləgər məxluqatdı mollalar, bir də ayılıb görərsən
elə özün də tiryək çəkirsən", -gülüşürdülər. "Şeyx" rütbəsinin, din libasının
altında gizlənib "Kainat elmi" - "SafAğ Elmi" adlanan böyük elm yayırdılar
əmilərin.
Təbrizdə mədrəsəmiz vardı. "Quran"ın tədrisində surələrin oxunuşu, yəni
kəlmələrin, ayələrin-cümlələrin ərəbcə tələffüz tərzi, qiraət üsulu qurtarandan
sonra mədrəsənin qapılarını bağlayıb "batin", yəni gizlin "təfsir"o, yəni şərhə -
izaha başlayırdılar.
"Həqiqət Quran"ın kəlmələrində, ayələrində, surələrində deyil, hürufatda, hər
bir hərfin əslindədi. Hərfin əsli isə ərəbcə deyil (yazıram bura, oxu): OdƏr dili
adlanan dildədi. Məsələn, "Quran"ın ilk surəsinin əvvəlindəki iki hərfə diqqət
yetirək:
"ƏlifLam".
"Əlif- "A" hərfinin əsli - OdƏrcəsi "ƏlEv"di. Mənası: "Evin Əli".
Bunları da yazıram kağızda, gözünnən görəsən ki, OdƏr kəlmələri, söz
daxilindəki söz birləşmələrinin hamısı böyük hərfnən yazılır.*
Məna isə izahat tələb eləyir. Necə yəni "ƏlEv" - "Evin Əli"? Kimin evinin əli? Evin də əli olarmı?.. Uzun təfsirdən - şərhdən sonra məlum olurdu ki, "Ev" (hələlik belə bil)
Allahın Evidi. Bu Evin Əli, yəni işləyəni, yaradanı isə Allahın Oğludu.
Nə başa düşdün?
Əgər Əli-Oğlu varsa, demək Allah tək deyil və demək, "Quran"dakı "Allah
təkdir", "Allah doğub törəmir" sözləri yalanmış?!
Bax belə təfsir-şərh!
"Lam" hərfinin əslinə - OdƏrcəsinə diqqət yetir:
"Əlim!"
Birinci surənin əvvəlindəki "Əlif Lam" hərflərinin birlikdə mənası nə olur?
"ƏlEv Əlim!" Yəni "Evin Əli mənim əlimdir". Hər bir Aləmdə, yəni
"Qalaktikada" əhaliyə söz, məna çatdıran, kitab, həqiqət verən Əl-Oğul var.
___________
Yabançı tədqiqatçılar deyirlər: "Qədim Türk dilində hər bir söz hecalardan ibarətdir". Yəni dilimizin zənginliyini anlamayıblar.
İndi görək bu "Allah" və ya Ərəbin dilindəki kimi "Əllah" deyilən bu
kəlmənin özünün əsli - OdƏrcəsi nədi?
ƏlAğdı!
Yazıram, əyani gör: "ƏlAğ".
Yəni "Ağ"ın "Əli?" Bəli.
Bəs "Ağ" nədi?
SafAğ İnsandı "Ağ". Yəni, ən saf İnsan, rusca desək, "Preçistıy".
ƏlAğın mənaşı oldu "SafAğ İnsanın əli.
Demək, "Oğul" - ƏlAğ - "Allah" özü kiminsə Əli-Oğludusa, o Oğulun
özünün də oğlu ola bilərmi? Əlbəttə! Demək, bir daha aydın olur ki, "Allah"
doğub törəmir" demək olmaz. Yəni, "Quran"ın əsas müddəasına -
"Lailahəilləllah" - "Allahdan başqa Allah yoxdur" müddəasına inanmaq mümkün
deyil. Elə isə, "İslam milləti" deyilən bu qədər əhalini necə inandırıblar? "İslam"
dinini necə yaradıblar? Sadəcə olaraq, "Quran"ın əslini yazan kişiynən bütün
qohum-əqrabasını qırıblar, qılıncı dirəyiblər boğazımıza: "Kəlmeyi şəhadətini
de!" Elə ki, "Laila-həilləllah" demədin, başın getdi bədəndən!.. Nəyə lazım olub
bu? Kimlərə lazım olub? Bax, bu sualların cavablarını öyrənəndə, dünyamızın
tarixini biləndə hər şey aydın olur və insan, həqiqəti bərpa eləməkdən ötrü
mübarizəyə başlayır.
Baban Məhəmməd Əmir, əmilərin Ağ Əmirlə Boz Əmir bax belə işlər
görürdülər. Belə adamlara SafAğ Elmi Alimləri deyirlər.
Sözüm çoxdu, oğul. Əmma qısa deyəcəm.
Lenin kimdi? Stalin kimdi? Mir Cəfər Bağırov kimdi? Biz - Sultan, Mədəd
adlananlar kimik? İnqilab nədi, kommunizm nədi? Sən hələ heç nə bilmirsən,
oğul.
Mir Cəfər Bağırova hamı Mirqəzəb - cəllad deyir xəlvətdə. Niyə?
Öyrənməlisən, bilməlisən!
Vəzifəlilər "Kişi" deyirlər ona, "Azərbaycan bolşeviklərinin atası", "xazeyin"
deyirlər.
"Kişi" sayılanın "Pers" çağırdığı istəkli bir generalı var. O "Pers", KQB"
Xudiyevi, NKVD Gülənovu, prokuror Sayılovu, RİK* Ağamalını çəkib
dövrəsinə, rayonun bütün aktivi əmilərini nöqsan tutur bizə.
___________
*"RİK" - Rayon İcraiyyə Komitəsi.
"Tərcümeyi-halınızı düz yazmayıbsınız". "Sinfi mənsubiyyətinizi
gizlədibsiniz!", "Partiyanı aldadıbsınız!.." "Təhlükəli adamlarsınız!.." Siz də
"batin", yəni gizlin işləyənlərdənsiniz, "Pünhan", "AdıPünhan" deyirlər sizə..."
və sairə. Xəlvəti qırğın, sürgün planları düzəldirdilər ki, ümumiyyətnən
xalqımızı məhv eləsinlər. Niyə? Lap sadəsini deyirəm sənə: vətənimizə,
torpağımıza, varidatımıza sahib olmaqdan ötrü.
Müharibədən qabaq başlanmışdı bu söhbət... Danışıram ki, başımıza bir iş
gəlsə, fikirləşmiyəsən ki, görəsən niyə gizlədiblər məndən bu işləri. Körpəydin
onda sən, cəmi on yaşın vardı. Xüsusi izahat yazdıq onda ki, dünyanın
həqiqətlərini açan "Pünhan" alimlər, el arasında gəzərgi şeyxlər, müridlər,
dastanların rəmzlərində Kainatın sirrlərini açan ustad aşıqlar, Ah, Ələsgər
kimiləri azalıb, kommunizm üçün təhlükəsiz olublar, yəni siz çox nahaq belə əlayağa düşübsünüz. İzah elədik ki, şeyx qardaşlarımızın bir çox fikirləri Leninin
fikirlərilə oxşardır. Biz özümüz də sinfi düşmən-filan deyilik, Vətənimizin o
tayında olanda bu tayı "xaric" saymırıq, bizə inansanız, çox xeyrimiz dəyər sizə.
Lap cavanlıqdan bir ayağımız Bakıda, o biri ayağımız o tayda, fədailərin
arasında olub, oğul. İki qardaş bir qarına ac, bir qarına tox, Doktorumuzun
başçılığıynan "Hümmət" Partiyasının pudnan qızılını daşımışıq o taya ki, Səttar
xan fədailəri silahsız qalmasınlar çöllərdə. Qohum-əqrəbalarımızı qan içində
qoyub qayıtmışıq bu taya ki, lazımıq burda.
Başa düşürsənmi nə deməkdi bu, oğul?
Fədakarlıqdı bunun adı, qəhrəmanlıqdı! Demək olar ki, hər gün "dopros" -
istintaq eləyirdilər, çalışırdılar bizim vasitəmiznən təbliğatçı kommunistlər
göndərsinlər o taya, SafAğ alimlərimizi axtarsınlar, tapıb qırsınlar - məhv
eləsinlər.
Sonra biləcəksən, tariximizdə çox olub belə qırğınlar.
Bil! Başa düş! Yadında saxla. Əmma lal-kar ol, danışma heç kəsə ha! Heç
kəsə!
İyirminci ildə Doktorun mandatıynan gəlmişik biz bu rayona, yerli
cəmaatnan, Qılınc Qurbannan çiyin-çiyinə, hökumət qurmuşuq. Əsas şeyləri
deyirəm sənə. Yazdıq bunun hamısını o vaxt, müharibədən əvvəl, verdik,
göndərdilər yuxarıya - Bakıda o "Kişi" deyilən Mirqəzəbin özünə, çünki elə o
vaxtdan onun özünün göstərişiynən incidirdilər bizi. Xəlvətdə özümüz də başa
düşürdük ki, Marksın, Engelsin, Leninin "bütün dünya füqərayi-kasıbları,
birləşin" şüarıynan heç cür razılaşammırıq. Çünki lap aydın məsələdi ki,
dünyamızın xarablığı adamların bir qisminin varlı, istismarçı kapitalist, feodal olmağında deyil; bizim hələ
Nizamimizdən əvvəllər də məlum olub ki, dünyamızın xarablığı insanın özünün,
yəni bütün bəşəriyyətimizin özünün qanmazlığındandı. Dünyamızın keçmişini
bilmir insan. Həqiqətin, yaxşının, pisin nə olduğunu qanmır. Nə iş görürsə, həm
özünün zərərinə eləyir, həm də başqalarının. Belə olan halda, yəni kapitalistin,
feodalın əlinin altında zillət çəkən füqərayi-kasib ilə birgə istismarçının özü daha
qanmazdısa, milləti iki yerə bölməyin nə mənası var?! Qan-qırğın, kin, ədavət
daha da xarab eləmirmi insanı?!
Kimə deyə bilərdik bunu, ay oğul?!
Kəndlərdə cəmaatdan məktub, şahid-filan yığdıq ki, biz ədalətli adamlarıq,
kasıb pənahıyıq. Sağ olsun ki, Qılınc Qurban da dil yetirdi. Köhnə bolşevikləri,
ağsaqqalları yığdı başına, o "Kişi" deyilənə teleqram vurdu. Sağ qaldıq biz. Çox
gizlin elədilər qırğınları, tutquları, sürgünləri.
Müharibə qurtaralı təzədən başlayıblar. Bakını materialnan doldurduqları bəs
deyil, indi də Çax-çux Xalıqın atını kişmişnən yükləyirlər ki, "Get kəndlərdə sat,
arada da söz yay ki, kişmiş özümün deyil, o taydan Ağ Əmirnən Boz Əmirin
oğulları öz əmiləri Sultan Əmirliynən Mədəd Əmirliyə göndərirlər, qorxuram
söz çıxar, ləkə gələr Əmirlilərin adına, taqsırı məndə görərlər, öz adıma çıxaram
kişmişi, satıram. Pullarını özlərinə verəcəm: Həqiqətən Sultan Əmiyin stolunun
üstünə yığın-yığın pul qoyurdu cəmaatın gözünün qabağında, "Sizə çatacaq", -
deyirdi. Başa düşürsənmi? Yəni dövlətlidilər Ağ Əmirnən Boz Əmirin oğulları,
dövlətli olduqlarına görə də guya şaha qulluq eləyirlər, o tay, bu tay
Azərbaycanın birləşib əsarətdən qurtarmağını istəmirlər.
Əslində, özləri, başda bu Bığlı*
dəridən çıxartdılar ki, o tay Azərbaycan farsın
əlində qalsın, bu tay Azərbaycan Rusun əlində, Borçalı, Başkeçid Gürcüstanın
əlində, İrəvan çökəyi, Zəngəzur, Göyçə, Dilican dərəsi Erməninin adına
yazılsın... Bil bunları da! Bil! Danışma ha! Lal-kar ol! Xüsusən var-dövlətimiz,
mədrəsəmiz-filanımız barədə lal ol! Bayaq dedim, bir də deyirəm, unutma, bizi
həməşə varidatın başından aşan sinfi düşmən qələmə verirlər,
- Bil! Uşaq deyilsən daha, onillik qurtarırsan, gör cəmaatın gözünə necə kül
üfürürlər, kor eləyirlər ki, sabahları əminnən mən "ifşa olunanda", partiyadan
çıxarılıb həbsə almanda ədalətsizlik kimi görünmə-
_________
*Stalinin ləqəbi.
sin bu, əvvəlcə cəmaat elə özü desin ki, belə də olmalıydı, şahnan əla-qədəydilər,
xalq düşməniydilər!.. Dost da Şura hökumətinin adından danışır, düşmən də.
Cəmaat seçəmmir yaxşını yamandan. Sən seçməlisən! Oğlumsan! Bilməlisən ki,
hümmətçi, yəni Nərimanovçu kommunistlər deyirlər bizə. Millətçi deyirlər,
əmma millətçi deyilik biz, inşallah, biləcəksən ki, biz bütün bəşəriyyətin qeydinə
qalan "Dəlilərdənik". "Dəli" pis söz deyil. Vaxtı çatanda biləcəksən.
Bir şeyi də açmalıyam sənə. Özlərini Leninçi bolşeviklər adlandıranlar
Moskvada kök salıb bizim ara-bərələrimizi casus agentlərnən doldurublar, biz
hümmətçiləri xəlvəti qırıblar həmişə. Stalin niyə yol verir belə şeyə? Dedim
Stalini də tanımırsan sən hələ. Sultan əmin danışacaq özü sənnən, başa salacaq
hər şeyi.
Əmin Sultan indiyəcən evlənməyib. Niyə? Bilirsən?
Qılınc Qurbanın bacısı Qıymat hələ biz Bakıdan gələn vaxtdan vurğundu
əminə. Qıymat da bir Qıymatdı. Nə gözəllikdə tayı-bərabəri var nə də ağıldakamalda. Əmma evlənmir əmin. Fədai sayır özünü ailə oğul-uşaq istəmir. İyirmi
ikinci ilə qədər, nə qədər ki, Ağ Əmirnən Boz Əmirin səsi gəlirdi o taydan, hər il
gedib Arazın üstündə Culfa körpüsündə fədailərnən görüşürdü, məsləhət verirdi.
Kitab paylayırdı. Sirr açırdı: "Əmirlilər deyilik biz. Dünyaya Kainat elmi yayan
AdıPünhanlarıq. Muğanna adlanan gizli nəsildənik. Kitabları oxuyun, görün
"leninçi kommunist" adlananlar kimlərdi, "Muğanna" adlananlar kimlərdi!.. Çox
sirrlər, həqiqət açırdı Sultan əmin fədailərə.
Milli hökumətimiz yıxılsa da, fədailər sağdılar o tayda. Bu taya keçib başqa
şəcərəynən-familiyaynan yaşayanlar da çoxdu.
Onlardan dərs alacaqsan sən. Əmma unutma ki, əsil fədailik silahlı
mübarizədə yox, şüurlara həqiqət yetirməkdədi! Yəni Şeyx Məhəmməd Əmir,
Ağ Əmir, Boz Əmir əməlindədi fədailik.
Çox çətin sözlər deyirəm bu gün sənə, oğul. Belə lazımdı. Çoxunu sonralar
dərk eliyəcəksən... Ürəyimə damıb, axıracan atalıq eliyəmmiyəcəm sənə. Başımı
yeyəcəklər. Özü də lap tez ola bilər bu iş. Tale özü gətirib səni bu gün bu
kabinetə, oğul. Qulaq as. "Vəsiyyət yüngüllükdü" deyiblər. Cəmisi iki şey
deyəcəm sənə. Eşit, sonra da otur burda, çıxma heç yana. Peçi qalamışam, istidi
otaq.
Otur, burdaca fikirləş, yaddaşına həkk elə sözümü.
Rəhmətlik anayın bir az saxlancı var sandığında. Götürərsən onu heç kəsə
heç nə deməzsən, bilet alıb birbaşa gedərsən Bakıya. Sultan
əmin deyəcək kimin yanına getməlisən Bakıda. Generaldı. Ona da "AdıPünhan"
deyirik. Sazı sinəsinə alandaca enir-qalxır sinəsi, gözləri dolur: "Koroğlunun çən
qalası, ərşə dayanıb naləsi..." "Familiyasını da deyim: Məhərrəmovdu. Bizim bu
tərəflərdəndi. Qohumluğumuz da var... Ola bilər Məhərrəmovun özünün də başı
əlində olmasın. Lap hamballıq elə, əmma oxu, təhsil al! Bu bir.
Çörək dalınca qaçma, bilik dalınca get. Cibini yox, bu sinənin altını doldur
ki, eşqin olsun sinədə, eşqnən yaşa bu dünyada, daha Xalıq-malıq kimi titriyə-
titriyə, ölo-ölə yox!
Bilikdi eşq. Məarifdi eşq. Dünyəvi, hərtərəfli dərin alimlikdi eşq.
Elm bir də eşq. Budu vəsiyyətim. Vəssalam.
İndi götür bu şəkilləri.
Sultan əmin partbiletinin arasından çıxartdı verdi mənə bu şəkilləri, mən də
sənə verirəm. Özü də ümidnən verirəm ki, vaxtı çatanda sən də partbiletiyin
arasında gəzdirəcəksən bu şəkilləri.
Eşit, unutma! Leninin köməyinə ehtiyacımız olmasaydı, biz girməzdik bu
partiyaya. Bayaq dedim əsas nöqsanmı bu partiyanın: bəşəriyyəti parçalamaq
olmaz! Qan tökmək, düşmənçilik yaymaq olmaz! Çox pis olar bunun axırı, oğul.
Çox pis! Əmma girdik bu partiyaya. Çünki fikri-fikrimizdən, ürəyi ürəvimizdən
Nərimanov vardı bu partiyada. Lazım gələndə Bolşeviklərdən on nüfuzlu
adamları doğru yola çağırırdı. Əslində, elə əmilərin də istəyirdilər ki,
Bolşeviklərdən ayrılmayaq. Əmma gülürdülər, məsxərəyə qoyurdular ikimizi də:
"Bizim şəkillərimizi yapışdırın firqə biletlərinizə, həqiqi kommunist olun", -
deyirdilər. Yəni həqiqi kommunizm ayrı cürdü.
İyirmi səkkizinci ilin yazında, axırıncı dəfə o taya gedəndə Qəsri-Qacar
zindanında görüşdüm o rəhmətliklərnən.
Yekə, qalın qapısı var o zindanın. O qapıdan sol tərəfdə lap dar dəhliz var.
Dəhlizin o başında, deyilənə görə divarın qalınlığı yarım metrədi. Bilirdim ki, o
başdakı lap dar qəfəs kimi yerlərdə saxlanan adamlar sağ çıxmırlar ordan. Buna
görə özüm-özümə söz verdim ki, işıqlı sözlər, şad xəbərlər danışacam, heç
olmasa beş-on dəqiqəliyə qəmləri dağılsın. Dedim oğlum olub. O rəhmətliklər
qoydular sənin adını. İki mənası var "Səməd"in. "Sin"nən, yəni incə "s"
hərfiynən yazanda "ehtiyacı olmuyan" deməkdi, yəni "azad". "Saf"nan - qalın
"s"nən yazanda "əbədi" deməkdi. Ərəbcədi bu. Əsli - OdƏrcəsi SimOddu
"Səməd"in. Sim həm Ağ - SafAğ deməkdi, həm də Uca. Od - həqiqətdi. SimOd -
Uca həqiqət deməkdi. Yadında qaldımı? Bir də deyirəm: "Səməd"in əsli - Od-Ərcəsi
SimOddu. Elmimizə görə, "Səməd" - SimOd adı daşıyan adam Uca həqiqətə,
SafAğ Elminə qulluq eləməlidi. Elmə qulluq eləmək üçün isə, SimOdun işi
cəmaatnan olmalıdı, çünki "cəmaat" kəlməsinin əsli - OdƏrcəsi də SimOddu.
Ərəblər Simo, uca olana - Kainata "cəm" deyiblər, həm elə "com olan" mənası
veriblər, həm ağ, yəni "gümüş", yəni təmiz mənası veriblər, "at" kəlməsini isə
qonşuları qreklərdən alıblar. Qrekcə həm "at", həm də "ki" "od" mənasındadı,
Yerdəki od-alov mənasında, bizim həm Yer odu, həm də Kainat Odu - həqiqət
mənasını Qreklər kimi, Ərəblər də unudublar. Bunlar heç. Sonralar dərs
keçəcəksən, biləcəksən hamısını. Hələlik bircə bunu yadda saxla ki, "Səməd" -
SimOd - Uca həqiqət mənasında olduğuna görə, SimOdnan cəmaat əlbir
işləməli, əlbir yaşamalıdı... Əmilərin dedilər böyüyəndə də kimlər qoyublar onun
adını, mənanı anlat, bilsin...
Sədr Mədəd ömründə birinci və axırıncı dəfə oğluna bu qədər sirr açdı,
"hoppanan" oğlunun necə tərpənməz qaldığını, qızıl-qırmızı ikən necə ağbəniz
olduğunu görsə də susmadı, yəqin ki, doğrudan da "ürəyinə damdığına" görə
vəsiyyət eləyib, kabinetindən və idarədən çıxdı, o vaxt rayonlarda məsul işçilərə
paylanan, biri də gəlib buraya - Qonaqlıya düşən "Villis"ə minib, qəzəbini, kinini
motorun gurultusu, nəriltisi ilə bütün kəndə yaya-yaya, Ortayolla üzü aşağı
Xalıqın həyətinə sürdü, vurub kötüyü aşırdı, daşı-tərəzini, kişmişi dağıtdı,
evlərin, töylələrin, ot tayalarının ara-bərəsində maşının yanınca yüyürə-yüyürə
nə isə deyən "dəllal köpoyoğlunu" söyə-söyə yenə Ortayola çıxıb, rayon
mərkəzinə tərəf getdi.
Və Səməd bir daha atasını görmədi.
* * *
Kənddən aralanıb meşə yoluna burulanda, dümdüz yerdəcə maşın aşmışdı.
Cəmaat uzun, arası kəsilməyən siqnal eşidib hadisə yerinə töküləndə kişinin hələ
nəfəsi üstündə imiş, siqnalı basan da özü imiş. Cəmaatı görüb əlini siqnaldan
çəkəndə nə isə demək istəyib. Əmma "dili yoxuymuş" daha. Sultan əmi xəbər
tutub gələndə isə "meyid soyuyubmuş".
Sultan əmi sarğını açıb, qardaşının gicgahında partlamış yerə baxıb ağlamaq
evəzinə elə hey köksünü ötürürmüş. "Yaran nə dərindi, dadaş" - deyirmiş və hərdən ondan-bundan soruşurmuş ki, niyə danışmırsınız, belə
dümdüz yerdə maşın niyə aşıb, necə olub ki, bədənin heç yeri zədələnməyib,
təkcə gicgahı bu cür partlayıb-dağılıb?!
Sultan əmiyə heç kim heç nə deyə bilməyib. Ancaq NKVD Gülənovun
"zaklyuçeniyasi”ndan* sonra aydın olub ki, "Sudüşən yerlə meşənin arasındakı
nəmişlikdə Mədəd Əmirli rulu kəskin şəkildə sola burduğuna görə maşın aşıb və
aşarkən sağ qapının yuxarı küncü Mədəd Əmirlinin sağ gicgahına batıb, çoxlu
qan axmasına və qanaxma nəticəsində ölüm hadisəsinə səbəb olub".
Bütün bunları Səməd hamıdan sonra bildi. Atasının köhnə yoldaşı,
Qonaqlının partkomu Cəfər əmi - Lüt Cəfər onu elə orda - kabinetdə, oddan
qızarmış dəmir peçin yanındakı nazik taxtda üzünü qəbirlərin başdaşlarının
şəkillərinə söykəyib yatan yerdə tapıb oyatdı.
- Qalx, oğlum... Bədbəxtlik olub... Atan avariyaya düşüb, - dedi.
Sonra qoluna girib, "uzun, arası kəsilməyən siqnal"dan "zaklyuçeniye"yə
qədər, hər şeyi yerli-yataqlı danışa-danışa və nədənsə, tez-tez "qəsd işi yoxdu",
"qəsd işi yoxdu", - deyə-deyə onu hadisə yerinə apardı. Bu vaxt nə maşın orda
idi, nə meyid, nə cəmaat. Qan tökülən yeri torpaqlayıb, dövrəsinə qaratikan
yığmışdılar ki, "qanı tapdalayan olmasın". Qaratikan yığınının yanında bir saqqız
ağacının döşünü balta ilə çapıb hamarlayıb, qızmar dəmirlə iri-iri qara hərflər
basmışdılar: "Mədəd Əmirli burda həlak oldu. 23 dekabr 1946-cı il".
Nə qədər ki, yaxınlaşıb yazını oxumamışdı, Səməd elə bil hələ də yuxulu idi,
ayaqlarını yerə basdığını da hiss eləmirdi və hətta Cəfər əmi - Lüt Cəfərin qəribə
pıçıltı ilə danışdığı təfsilata da bir növ laqeyd idi. Saqqız ağacının üç
addımlığında dayanıb o yazını oxuyanda isə birdən-birə boğulmağa başladı.
İçərisi sökülüb gəlib boğazına tıxanmışdı, boğazından qaynar qurğuşun
qalxıb dəhşətli ağrı ilə başına-beyninə, gözlərinin çuxurlarına dolurdu, bir şey
görməyə qoymurdu. Bu vəziyyətdə hardansa, lap yaxından ayaq səsləri eşitdi.
Atasının çəkmələri idi, saqqız ağacının altındakı tapdanmış yerdən o yanda
xəzəli, çör-çöpü əzə-əzə, ağır-ağır cırıldayırdı. Səmədin canından alov qalxdı. O
an da alov buza döndü... Bu nə deməkdi?! Sağ idi atası?!. Səməd titrəyə-titrəyə,
güc-bəla ilə gözlərini açdı. Ağacların qaraltıları arasında, kimsəsizlikdə heç nə
görmədi. Sonra lap yaxında Sultan əminin boz kitelini gördü.
______________
*Zaklyuçeniye - hadisə haqqında rəsmi nəticə
Kitelin sağ-solunda Qonaqlının qəlyanlı qocalarından Çürük Aşıqla Xızr
Abının qaraltılarını gördü. Sonra qaranlıq çökdü.
Müharibə illərində, gecəli-gündüzlü, aramsız işlərdə yorulub taqətdən
düşəndə, hərdən Sultan əmi belə zülmət içində, qardaşının qapısında səslənərdi:
"A kolxoz sədri, yenəmi nöyüdün yoxdu? Neyniyək indi? Gözədürtmə oynuyaq,
yoxsa bir-birimizin üzünü görmək üçün bir işartı tapaq?" Sədr Mədəd katib
qardaşından yaşca böyük - ağsaqqal sayılsa da, dərhal əl-ayağa düşərdi, ya neft
tapıb lampanı yandırardı, ya da ocaq qalayardı ki, "doğrudan da heç olmasa
gecələr bir-birimizin üzünü görək". Neft tapılana və ya ocaq qalanana qədər
Sultan əmi onu -Səmədi çağırıb "dizinin dibində" oturdardı, nə qədər üzgün
düşsə də, gümrah danışardı: "Hə, de görək, qardaşoğlu, harda oxuyacaqsan, nə
olacaqsan?" Bu onun hər dəfə təkrar elədiyi daimi sual idi. Səmədin cavabı da
daimi idi: "Partiya məktəbində oxuyacam, Sultan Əmirli olacam". Əmisi
ləzzətlə şaqqanaq çəkərdi: "Partiya məktəbinə ağzı qatıqlıları götürmürlər axı,
qardaşoğlu. De görüm ağzıyın qatığını necə siləcəksən?" Bu sualın da cavabı
çoxdan hazırdı: "Əmimin nəzarəti altında, ikiillik ali-orta institutun tarix
fakültəsini qurtaracam. Sonra yenə əmimin nəzarəti altında, əmimin Öz
yanındaca təlimatçı olacam. Azı üç-dörd il işləyib, bişib-bərkiyəcəm. Sonra elə
əmimin özündəncə xasiyyətnamə alacam, o xasiyyətnaməynən ağzımın qatığını
silib, girəcəm partiya məktəbinə..." Sultan əmi də, Səməd özü də, atası da yaxşı
bilirdilər ki, müharibə illərinin qaranlıq gecələrində dönə-dönə təkrar olunan bu
söhbət nə qədər zarafatyana idisə, bir o qədər də ciddi idi, elə ciddiliyinə görə də
axırda Sultan əmi mütləq kövrələrdi: "İki qardaşın bircə balasısan sən,
qardaşoğlu. Varlığımı sənin yolunda qoyacam, bircə bala!.." "Dədənnən
məsləhətləşmişik. Vaxtı çatanda bir sirr açacam sənə. Hələlik bircə bunu bil ki, o
Çax-çux Xalıqın-filanın dilində bir kəlmə var: "xəzinə". Bizdədi o xəzinə, bircə
bala, Süleyman peyğəmbərinkidi. Yalan demirəm. Vaxtı çatanda yerini deyəcəm.
Ağzıyın qatığını siləndən sonra dünyanın ən varlı bir kişisi olacaqsan, bircə
balam. Əmma bir şərtimiz var: dilini dişinnən tut. Xəzinəsi olan adam ağzına
qıfıl vurmalıdı ha, bircə balam" - və sairə. O qaranlıq gecələrdə Sultan əmi nələr,
nələr danışmışdı! Axırda da hökmən təkrar edərdi: "Varlığımı sənin yolunda
qoyacam, bircə balam!"
Çəkmələrin cırıltısı yaxınlaşıb kəsiləndə, Səməd əmisindən yenə məhz o
sözləri eşitmək istədi. Səbr, təsəlli mümkündüsə, ancaq o sözlərlə mümkün ola
bilərdi. Əmma... Əmma... Bu nə idi belə - Sultan əmi yoxa çıxdı! Sultan əmi
əvəzində tamam başqa bir adamın yad-yoğun, nəriltili səsini eşitdi. Bu yad səsin
dediyi sözlər də yad idi:
- Meyidin üzünü açma... Xahişimiz bircə budu səndən, açma meyidin
üzünü... qəsd işi yoxdu. Özüm şəxsən yoxlamışam, dəqiq müəyyənləşdirmişik.
Əmbə açma. O şeyi ki, biz görmüşük, istəmirik sən də görəsən...
Nəyi? Həmin "sağ gicgahda" dərin yaranı?..
Boğula-boğula, qarala-qarala çalışıb bir də baxanda Səməd başa düşdü ki, nə
cırıldayan çəkmələr o çəkmələrdir, nə də boz kitel o kiteldir; cəmaatın "NKVD
Gülənov" dediyi milis rəisi Gülənovdu, qəlyanlı qocaların qaraltıları arasında,
nəhəng qarnını irəli verib, qıp-qırmızı damarları görünən alma gözləri və
dəhşətli-boğucu çaxır qoxusu ilə ilk baxışdan nifrət doğururdu. Əmma bu nifrət
yalnız görkəmə görə deyildi, "NKVD Gülənov" açıq-açığına "Əmirlilərə
düşmənəm" - deyən adamın - lopa qara bığlı ikən "ağsaqqal sayılan Qudalı
Rəhimin ən yaxın dostu, deyilənə görə hətta qohumu idi və üstəlik, Əmirliləri
"daprosa" -istintaqa çəkənlərdən sayılırdı; atasının danışdığı "dapros" əhvalatı
əvvəllər də ordan-burdan qulağına dəysə də, "ərköyün sədr oğlu" buna, demək
olar ki, heç əhəmiyyət verməmişdi. Burada birinci dəfə açıq nifrətlə baxıb, üzünü
döndərib getdi.
Ayaqlarının altında yer dəniz dalğası kimi qabarıb onu da qaldırırdı, enib onu
da endirirdi, sağa qaçıb onu sola itələyirdi, sola qaçıb onu sağa itələyirdi. Bu cür
gedib hardasa uzun, qapalı bir tabut gördü, tabutun qapağının hər küncündə bir
mismar işıltısı gördü.
Yönəldi ki, qapağı qaldırsın, açsın, baxsın, qucaqlasın, hönkürsün. Yenə
çəkmə cırıldadı, yenə boz kitel bozardı, yenə "açma" deyildi:
- Açma, bircə bala, açma...
Bu dəfəki səs əmisinin səsi idi, boz kitel də əmisinin kiteli idi. Nədənsə əmisi
də Gülənovun sözlərini təkrar etdi:
- Qəsd işi yoxdu, - dedi. Xeyli susub bir də:
- Qəsd işi yoxdu, - dedi.
Əmma Səməd bu səsə tabe oldu, bu kitelə sığındı və eynilə Cəfər əmi - Lüt
Cəfərin dediyi kimi tez-tez köksünü ötürən əmisinin hənirində elə bil min il
həsrətində olduğu hənir tapıb, o tapıntıdan yapışdı.
O tapıntı ata həniri idi.
Sədr Mədəd Səmədlə bir süfrədə çörək yeyəndə, Səmədlə yanaşı çarpayıda
yatanda Səməd elə o hənirlə isindiyini bilməmişdi. "Yetdiyinə yetib, yetmədiyinə
bir daş atmağının", "hoppanmağının", "qaynamağının" da elə o hənirdən
olduğunu başa düşməmişdi. Hər şeyi indicə, o həniri əmisində tapandan sonra
başa düşdü. Gözlənilməz itkinin dərdi gözlənilməz tapıntının sevincinə qarışdı.
Hönkürtünün içində südəmər uşaq gülüşünə oxşayan gülüş titrədi. Gülüş yox,
Qonaqlıda buna "oxranma" deyirdilər. Bütün günü anadan ayrı, mələr qalıb,
axşamlar analarının üstünə cuman körpə quzular, oğlaqlar belə oxranırdılar.
Bütün günü "yasli"də göynəyə-göynəyə qalıb, axşamlar analarının məmələrindən
qoşa əllə yapışıb titrəyən "yasli" uşaqları belə oxranırdılar. Dərd içində tapdığı
xoşbəxtliyi Səmədi o dilsiz körpələr, o quzular, oğlaqlar kimicə oxrandırdı.
Duzlu göz yaşlarına qarışan ana südündən nə əmələ gələrsə, Səmədin dərdinə
qarışan əmi-ata hənirindən də elə bir şey əmələ gəldi. İndiyə qədər ancaq ad-sanı,
şan-şöhrəti ilə fəxr etdiyi əmisini Səməd belə sevdi.
Bu məhəbbət bir saniyədəcə Səmədin qanına-canına hopdu. Başına, beyninə,
gözlərinin çuxurlarına dolmuş qurğuşun birdən-birə yumşalıb, əriyib tökülməyə
başladı.
Ətrafda uğultu eşidildi: hamı, hamı hönkürürdü.
Sonra birdən hərəkətə gəldilər.
Qapağının hər küncündə bir mismar işıldayan tabutu qaldırdılar, axşamın
sazağında nəfəsləri buğlana-buğlana aparıb, Qonaqlının günbatanında, təpə
belində, Sura Əmirlinin baş daşı aylı-ulduzlu* qəbri ilə yanaşı qazılmış qəbirin
yanında yerə endirdilər.
Qəlyanlı qocalardan biri - Xızr Abı quyu kimi qaralan dərin qəbrin baş
tərəfində çöməlib hərəkətsiz qaldı, qalan qəlyanlılar - Çürük Aşıq, Təftiş Abbas,
Möhsün kişi, bir də bu ətrafdakı üç para kənddə məşhur olan, xəlvətdə "Erməni
mollası" ləğəbilə adlandırılan Gülənoğlu Molla tabutun qapağının bir tərəfini
qaldırıb, orda - gizlində nə isə vacib iş başladılar.
Səməd hər şeyi görürdü, hər şeyi eşidirdi. Əmma buna nə görmək demək
olardı, nə də eşitmək. Çünki Səməd üçün indi dünyada Sultan əmidən başqa heç
kəs və heç nə yoxdu. Atası, anası da, o tayda şeyx
____________
*Baş daşlarında Türk "ay-ulduzu" qadağan edilsə də, Sovet Azərbaycanının hər yerində bu qadağaya riayət edilmirdi.
əmilərinin oğul-uşaqları da, "vaxtı çatanda partbiletin arasında gəzdirmək" üçün
pencəyinin qoltuq cibinə qoyduğu şəkillər də - hamı və hər şey ancaq Sultan
əmidən ibarət idi.
Qocalar tabutun yanından ayağa qalxıb, qəbrin dövrəsində cərgələnib Sultan
əmiyə baxanda, Səməd yenə əmisinin səsini eşitdi.
Yolboyu Sultan əmi qolunu onun boynundan çəkməmişdi. "Ağla bircə bala,
ağla", - demişdi. "Ağlıyammıram mən, bircə bala, yaş düyünlənib qalıb,
ağlıyammıram, mənim əvəzimdə də ağla", - demişdi. Qəlyanlı qocalar cərgələnib
bəri baxanda Səməd böyründə yenə hamanca səsi eşitdi, Sultan əminin birdənbirə rusca danışmağının səbəbini isə, yalnız onun əlində "pravitelstvennaya
teleqramma"nı görəndən sonra başa düşdü, buna görə də o teleqramdan yadında
cəmi üç kəlmə qaldı: "Prekratite bezobraziye. Stalin"*.
Kimin üstünə vurulmuşdu teleqram? Bakıya, o "Mirqəzəb'in özünün, yoxsa,
"o taydan qəbir şəkli gətirdib bu tayda kommunist Sultan Əmirliynən kommunist
Mədəd Əmirlinin cək-çevirə salan"ların üstünə? Bu sual Səmədin beyninə tük
kimi toxundu, fikir oyatmadan, iz salmadan keçdi. Beyninə, ürəyinə və bütün
varlığına o üç kəlmədən bircəsi hakim oldu - "Stalin".
Sultan əmidən sonra kimlərsə nə isə danışdılar. Sovet sədri Qılınc Qurban,
qəlyanlı qocalardan Təftiş Abbas da nə isə dedilər. Qəbir daşlarının aralarında
nəfəsi buğlanan, lal-dinməz cəmaat da dilləndi. "Pers adında bədxah"ın,
"Xudiyev dəstəsinin", "doğrudan da bezobraziye"nin barəsində söz deməyən
bircə adam qaldı ki, o da "bezobraziye qurbanı olan" sədrin oğlu idi.
Qəbristanda, qapağının hər küncündə bir mismar işıldayan tabutun beş
addımlığında yox, Səməd indi atasının kabinetində idi, üzünü soyuq şəkillərə
söykəyib yatmışdı və yata-yata fikirləşirdi ki, Stalin adı, Stalin teleqramı olan
yerdə "Mirqəzəb" kimdir, Pers-mers, Xudiyev-mudiyev kimdir, "bezobraziye"
nədir?! Sudüşən yerdə qaratikan yığını ilə saqqız ağacı da, tabutla Sura
Əmirlinin qəbrinin böyründə qazılmış qəbr də taxtın üstündə yuxuya gedib qalan
Səmədin röyasıdır, keçib gedəcək, qurtaracaq, hamı, hər şey yoxa çıxacaq, təkcə
şəkillər qalacaq, bir də özü; oddan qızarmış dəmir peçin yanında taxtdan qalxıb
yenə "qonaq yeri"ndə - kresloda oturub, atasının yolunu gözləyəcək və bir azdan
motor səsi eşidiləndə yenə pəncərədən baxıb, Çax-çuxun kötüyünü vurub yıxan,
kişmişi dağıdan maşını görəcək.
__________
*"Əcaibliyə (biabırçılığa) son qoyun".
Əmma röya qurtarmadı. Hər şeyin keçib gedəcəyinə, yoxa çıxacağına
Səmədin əməlli-başlı inandığı bir vaxtda, cəmaatın arasından uzun, qara bir
adam çıxdı, hönkürə-hönkürə yüyürüb, tappıltı ilə dizləri üstə düşüb, Sultan
əminin çəkmələrini qucaqlayıb yalvarmağa başladı:
- Ayağıyın altında ölüm, bağışla məni! İki qardaşın bircə balasının başına
çevir məni, keç günahımdan! Mədəd deyil ölən, mən bəxtiqarayam ölən! Bu
rəhmətliyin barəsində heç vaxt pis fikirdə olmamışam. Özün bilirsən, dilimdən
nə çıxıbsa, tapşırıqnan olub hamısı. Yoxsa... bu gözəl, bu igid kişinin barəsində
hansı köpəyoğlunun dili gələr bir söz desin! Əgər buna əl qaldıran olubsa, başa
düşürəm, mənim danışdıqlarım əsasında olub. Öldür məni öz əlinnən!
Bağışlayammırsan, öldür! Atamız, rəhbərimiz Stalinin bu cür teleqramından
sonra yaşamaq istəmirəm mən, yoldaş Əmirli!..
Çoxdanışan adam, sözlərindən də bilindiyi kimi, Çax-çux Xalıqdı. Sultan
əminin qabağında, qəbir üçün yoğrulmuş gilli, qumlu palçığı ovuclayıb üzünə
yaxa-yaxa ağlayırdı.
- Qaradı üzüm yanında, yoldaş Əmirli, qaradı! - deyirdi.
- Stalininə də qurban olum, teleqramına da, sənə də! Öldür öz əlinnən! -
deyirdi.
Qəlyanlı qocalardan ən cavanı, nəhəng boy-buxunlu Təftiş Abbas çəkib onu
Sultan əmidən araladı.
- Çıx get, çıx get! - dedi.
Çax-çuxun beli əyilmişdi. Qolları birə-iki uzanmışdı. Qara, palçıqlı üzündə
göz yaşları işıldaya-işıldaya, qıçları bükülə-bükülə uzaqlaşdı, birdən-birə
kükrəyən dəhşətli bir şübhədən içərisi alışan Səmədi də elə bil ardınca aparıb,
atasının dəfn mərasimindən, hamıdan və hər şeydən ayırdı.
Bu ayrılma Əmirli yeniyetməsi Səməd Əmirlinin ruhi sıxıntısının, mənəvi
həyatının başlanğıcı idi.
Əmisinin hələ müharibə illərində, əvvəlcədən proqramlaşdırdığı həyat yolu
zahirən eynilə qalsa da, bu yol gözlənilmədən Səmədin içərisinə doğru
burulduğuna görə, Səmədin özündən başqa heç kəs bilmədi ki, kandarında
çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan Əmirli mülkü ilə
vidalaşıb kənddən gedəndə, qapağının hər küncündə bir mismar işıldayan tabutla
birgə, o illərdə ikiillik ali-orta institutun auditoriyalarında, yataqxanada,
kitabxanada, yeməkxanada o uzun adamın o qara, palçıqlı üzü havadan asılıb
bircə gün də Səməddən ayrılmadı. Qırx doqquz-əlli ikinci illərdə o qara üz həyulaya çevrilib, raykomun
təlimatçılar otağında məskən saldı, "sezonun işinə nəzarət üçün kolxoza təhkim
edilən" Səmədlə birgə əkində, səpində, pambıq yığımında Səmədlə birlikdə
çölləri gəzdi, Mədəd Əmirli ilə Sura Əmirlinin qoşa, aylı-ulduzlu qəbirlərinin
yanında dayandı. Sonra isə Bakıya getdi, partiya məktəbinin auditoriyalarında,
kitabxanada, yeməkxanada, yataqxanada tez-tez görünüb, müharibədən sonrakı
bu "quruculuq illərində" sürətlə dəyişməkdə olan dünya ilə Səmədin arasında
əməlli-başlı səddə çevrildi.
Bu illərdə iyirminci-otuzuncu illərin yadigarı "şinel" və müharibənin yadigarı
"teloqreyka"* yavaş-yavaş sıradan çıxırdı. Kənddə yaxşı maaş alan müəllimlərin,
qulluqçuların hamısı, ticarətdə, fermalarda, taxıl, yun, yağ tədarükündə gizlin
varlanan adamların isə əksəriyyəti "kitayski makentoş" - plaş geyinirdi və hamı
bilirdi ki, makentoşları Çax-çux gətirir... Axşamlar idarəyə gedən, idarədən
qayıdan briqadirlərin, manqabaşıların, xeyir-şər yığnaqlarından dağılışan ahıl
adamların, hətta həyətlərdə tərpənişən qocaların, qarıların əllərində güclü "mil"
işığı uzağı vuran Çin fənəri parıldayırdı. Elektrik işığından məhrum, zülmət
küçələrdə, cığırlarda hamı Çin fənəri ilə gəzirdi və hamı bilirdi ki, fənərləri də
Çax-çux gətirir, köhnə arvadı Badsəbanın öhdəsinə verib gedir, Badsəba isə
hökumət adamı sayılan göyü, yəni kürəkəni Məsimin narazılığına, deyintisinə
baxmayaraq malı açıq-açığına ortalığa töküb satır, hətta Qurbanlı sovetliyinin** üç
para kəndində, o cümlədən burda, Qonaqlıqda da alverçilərə qılınc çəkən Qılınc
Qurbandan da ehtiyatlanmayıb, alverindən qalmırdı***.
Qurbanlı sovetliyi raykomun təlimatçılarından təkcə "Məsimin zonası" - ərazisi olsa da, Sultan əmi
bu sakit, qaraqabaq oğlanı "əfəl" saydığına görə hərdən Səmədə "Get o əfələ
kömək elə", - deyirdi və bu vaxt Məsimə qoşulub Qonaqlıya gedəndə Səməd,
Badsəbanın makentoşları cərgə ilə kəndirdən asıb, fənərləri kilimin üstünə
düzüb, həyətdə əməlli-başlı dükan açdığını öz gözləri
___________
*Əsgərlər üçün qalın üst geyimləri.
**"Sovetlik" - kəndləri idarə edən dövlət orqanı.
***SSRİ-də fərdi alver qadağan idi.
ilə görürdü, o uzun, qara adamın özünün də hardasa hərlənib-fırlandığını və bu
şəxsi dükanı nə isə anlaşılmaz bir sehrlə qoruduğunu sövqi-təbii duyurdu, əmma
o həyətə nə qədər göz yetirsə də, bir vaxtkı "yaiçni paraşok", kişmiş alverçisini,
təzə makentoş möhtəkirini görə bilmirdi. Müəllimlərin, qulluqçuların və rüşvətfılanla gizlin varlanan adamların əyinlərində makentoşları görəndə də Səməd
dərhal o qara üzü görürdü, yollarda, cığırlarda, həyətlərdə Çin fənərlərinin
projektorsayağı "mil" işıqlarını görəndə də dərhal o qara üzü görürdü,
makentoşlar, fənərlər çoxaldıqca o qara üz də çoxalıb, yayılıb aləmi tuturdu,
Çax-çux Xalıqın özü isə, o il qəbristandan gedəndi ki, hələ də gözə dəymirdi.
Kənddə, rayonda, hər yerdə hamı ilə əlaqədə, ünsiyyətdə idi. Səmədin ayağı
dəyən yerlərdə isə, elə bil havadan iy çəkib yoxa çıxırdı, bəd üzü bədəndən
ayrılıb, qapağının hər küncündə bir mismar işıldayan tabutun yanında qaralaqarala qalırdı. Odur ki, hətta son iki ildə - Bakıda da Səməd onu unutmamışdı.
İş o yerə çatmışdı ki, əmisinin şoferi - "quşburun" Müslüm "Bircə bala"ya ilk
bahar nemətləri - "təzə, duzsuz pendir", "nəhrə yağı" aparıb yataqxanada
Səmədin sifətini görəndə qorxuya düşdü: "Bıyy! Xəstəsən-nədi, ay Səmi?!"
Səməd bu vaxta qədər necə qapalı gəzib-dolanmışdısa, orda, işgəncələrdən
bezmiş kimi, bir az açılışmalı oldu: "Qəbristanda Çax-çux o cür, əmimin ayağına
yrxılandan bəri onun sifəti yuxuda da yadımdan çıxmır, ay Müslüm!" - dedi.
Heç, yarım saat çəkmədi ki, Qonaqlının nə üçünsə Müslümlə Bakıya getmiş,
"Sestra" çağırılan şəfqət bacısı, yəqin ki, Müslümdən hər şeyi öyrəndiyinə görə
bircə kəlmə: "Patalogiyadı. O vaxt çox sarsılmısan. Keçib gedəcək" - dedi.
Əmma keçmədi "patalogiya". Çünki bunun həqiqi adı "şübhə" idi.
Yalnız şübhə?
Başqa nə vardı?
Sultan əminin qabağında diz çöküb yalvarandan sonra Çax-çuxun özünün
cəmaat arasında o vaxtkı söz-söhbətlərinə görə, diz çökməyi də, o cür hönkürüb
yalvarmağı da ondandı ki, "KeQeBe Xudiyev"o agentlik eləmişdi, Şeyx
qardaşların bu taya qaçan fədai şagirdləriynən Əmirlilərin xəlvəti əlaqələri
barədə KeQeBeyə yaxşı-yaman yazıb, kişiləri çək-çevirə salmışdı", xüsusən o
kişmiş əhvalatı ilə "sədr Mədədi hövsələdən çıxartmışdı", Mədəd də "maşını
sürəmməyib, düppədüz yerdəcə fələyin xərcinə getmişdi". Belə çıxırdı ki, bu
müsibətdə Çax-çux Xalıqın bircə günahı vardı, o da "KeQeBe Xudiyevə agentlik
eləməyi" idi?
Bəs Səməddən niyə qaçırdı? Niyə belə ardıcıl yayınıb gizlənirdi?!
Bu barədə Çax-çux, əlbəttə, heç kəsə heç nə deməmişdi və deyə də bilməzdi.
Çünki Səmədə görə Çax-Çux Xalıq daha böyük günah sahibi idi: cinayət
işləmişdi, adam öldürmüşdü. Səməd bunu bütün varlığı ilə hiss edirdi, bütün
qəlbi ilə duyurdu, hətta atası maşını nərilti, gurultu ilə sürüb kişmişi, daş-tərəzini
dağıdandan sonra Çax-çuxun onu harda, necə, nə ilə vurduğunu da bütün
təfərrüatına qədər görürdü.
O təfərrüat hələlik, əlbəttə, xəyaldan başqa bir şey deyildi. Yəni dəlil-sübut,
şahid-filan yoxdu. Əmma Səməd yəqin bilirdi ki, içərisini alovlandırıb kürə kimi
qaynadan xəyalı nə vaxtsa, hardasa çəkib onu Çax-çuxun üstünə aparacaq,
cinayətkarla - qatillə onu qarşılaşdıracaq və o vaxt mütləq bir hadisə baş verəcək;
çox ola bilər ki, illərlə gizlənəndən sonra qatil onunla üz-üzə gəlməyə dözməyib,
nə isə bir əlamətlə öz daxilini göstərməyə məcbur olacaq və elə o əlamət də
kifayət edəcək ki, Səməd hər şeyi onun gözünün içinə desin, yaxasından yapışıb,
lazımi yerə təhvil versin, cəzasına çatdırsın.
Əmma Səməd onu da yəqin bilirdi ki, nə qədər kükrəsə də, əvvəlki Səməd
deyildi. Vaxtilə Qudalılara qan udduran "Dəli Səməd" üzünü şeyx əmilərinin
qəbirlərinin başdaşılarının şəkillərinə söykəyib yatıb, oyanmamışdı. İçərisində
"cəhənnəm kürəsi" gəzdirən Səməd isə, əlbəttə, tamam başqa Səməddi və bu
Səməd öz kürəsində yana-yana, istər-istəməz düşünürdü ki, Çax-çux Xalıqın bu
qədər ardıcıl yayına-yayına sirr saxladığı tamamilə aydındısa, bəs Sultan əmi o
sirrə niyə laqeyddi? Hələ hadisə yerində şübhələnib "bəlkə qəsb işidi" dediyi
halda, sonra niyə fikrini dəyişmiş, NKVD Gülənovun sözlərini təkrar edən Cəfər
əmi - Lüt Cəfərlə birgə o da təkrar edib "qəsd işi yoxdu" demişdi? Sultan əminin
də belə deməyinin özündə də nə isə bir sirr yoxdu ki?!
Cavabsız suallar da bir cür "cəhənnəm kürəsi" idi, bu kürəyə düşəndə Səməd
qovrula-qovrula qalıb heç yana çıxa bilmirdi.
Ola bilərdimi ki, Səməd ömrü boyu elə-beləcə qovrula-qovrula qalsın, Çax-
çux Xalıq da elə o cür - gözdən yayına-yayına, "çax-çux eləyə-eləyə" qocalıb
ömrünü başa vursun, sirrini də özü ilə aparıb getsin? Təkcə bu sualın cavabı
aydın və qəti idi: YOX! Mütləq görüşməli idilər və o hadisə də baş verməli idi.
Əmma iş elə gətirdi ki, nə görüş Səmədin təsəvvüründəki kimi oldu, nə də
hadisə. Əvvəlcə yenə Sestra gözlənilmədən yenə yataqxanada
görünüb, "Mədəd əmi rəhmətə gedəndə Sultan Mamedoviç özü də çox
sarsılmışdı. Əmma keçdi-getdi. Səninki də keçəcək. Çətini Xalıqnan görüşüb
kəlmələşənə qədərdi", - dedi. Sonra "Sestra" ilə sözləşmiş kimi, o uzun, qara
adam özü göründü...
* * *
...Səməd üçün son dərəcə gözlənilməz görkəmdə - başında yaşıl vilyur
şlyapa, damağında gümüşə tutulmuş trubka, səhər ertə Bakının sərnişin
vağzalının qələbəliyində birdəncə zühur etdi, həm də yayınmaq, gizlənmək
əvəzinə trubkasını cəmaatın başı üzərində tüstülədə-tüstülədə özü Səmədə
yaxınlaşdı və səlamsız-kəlamsız, müqəddiməsiz-filansız, birbaşa soruşdu:
- Xəbərin varmı, əmin evlənib?
Çax-çuxun üzü qara məxmər kimi işıldayırdı. Gözləri bir cüt Çin fənəri idi -
iri, dəyirmi, par-par yanırdı.
- Eşitmədinmi, qadası?.. Deyirəm əmin evlənib. Səməd özünü itirmişdi.
- Sultan əmi?.. Necə yəni evlənib?!
- Hm, bildim elə təəccüblənəcəksən... Məktəb uşaqları elə bilirlər, müəllim
nə çörək yeyir, nə su içir, nə də ayaqyoluna-zada gedir... Əlli yaş nədi ki kişi
olandan ötrü! Evlənib də!
- Qıymat?
- Yox, Qıymat deyil... Qıymat heç yadına da düşməyib... Qız başqasının
istəklisiymiş. İşin bu tərəfi qəlizdi bir az. O oğlannan düşmənçilik olmasa
yaxşıdı... Hə... Çoxdan görüşmürdük biz sənnən, qadası. Vaqonda gələcəm
yanına. Hökmən!.. Cavan oğlansan, nə bilirsən nələr olur bu dünyada!..
Gələcəm. Hə... Tez-tez görüşəcəyik bundan sonra. Hə...
Fənərlər qapandı, trubka tüstülənə-tüstülənə uzaqlaşdı, bir də on saatdan
sonra, sarsıntılı, çaşqın Səməd çamadanını bağlayıb düşməyə hazırlaşanda, gəlib
kupedə tüstüləndi.
- Sən çatırsan... Kəndə getmirəm mən... Sədr Mədəddən sonra yaman dəyişib
cəmaat. Müharibənin qatı vaxtı o rəhmətlik azı on manat paylatdırardı
əməkgününə*. Bizim Qudalıların ağsaqqalı Rəhimin iki
___________
*Yalnız tək-tək kolxozları "milyoner kolxoz" adlandırıb, hər yerdə təbliğ edib, "Sovet kəndlisinin firavan yaşadığına" nümunə göstərirdilər.
arvaddan on qızı işləyirdi. Ayda hərəsi üç yüz manat qoyurdu Rəhimin qabağına.
O aclığın-gicliyin içində əməlli-başlı dolanırdı cəmaat, mən kimi çax-çuxnan baş
girəliyənləri də dolandırırdı, hə... Elə deyil indi. Qatıqsatan, alçasatan olub
hamısı. Manatı manatın üstünə qoyurlar. Bir qəpikləri çıxanda canları çıxır.
Əmbə kənddən ayağımı kəsməmişəm hələ. Hə... Gəldim deyim ki, mayda olub o
iş, dörd ay bundan qabaq. Deyirlər elə birdan-birə evlənmək fikrinə düşüb.
Müslümü çağırıb, şoferini, deyib Sultan Əmirli deyiləm mən daha,
arşınmalçıyam, gedək axtaraq bir Gülçöhrə tapaq gətirək bu evə... Müslüm elə
bilib zarafat eləyir. Sonra görüb yox, iş ayrı cürdü. O gördüyün zəhmli-zabitəli
Sultan Əmirli qəşəng geyinib-gecinib, oturub maşında, "Sür, - deyib, -gözüm
harda kimi tutdu, maşına basıb gətirəcəyik zaksa!"
Əmbə uğuru xeyir olmayıb, səhər dediyim kimi, başqasının istəklisini tutub
gözü, yarıxoş, yarızor gətirib, elə o günü də kəbin kəsdirib.
Qəribə işdi, hə? Təəccüblüdü?
Nə qəribədi, qadası, nə təəccüblüdü. Çox əcaib bir məsələ var bu evlənmə
söhbətinin altında. Qaş-qabağını nə qədər sallasan da, mən bir az da
çərənləməliyəm ki, o əcaib məsələnin heç olmasa bir qismi çatsın sənə. Hə.
Mənim kürəkənim Məsim orda işləyir, bilirsən, əmiyin yanındadı hələ. Qızım
Gülbəniz də, bilirsən, gedib-gəlir ora. Demək istəyirəm ki, az-çox xəbərdaram
mən əmiyin işlərindən... Keçən il Stalin öləndə yataqxanadan bir həftə
çıxmayıbsan eşiyə, oturub içib, içib ağlayıbsan. Bax, onda hesab elə ki, əmini
ağlayibsan. Stalin ölən günü əmin də ölüb, qaraltısı qalıb stolun dalında, hə!
Yadındadımı o "Molniya" teleqram?" "Prekratite bezobraziye". Qırmızı
qələmnən yoğun, qırmızı xətt çəkmişdi o iki sözün altından, qoymuşdu stolunun
şüşəsinin altına. Məsirn deyir, hətta Bakıdan gələn böyüklər də səslərini
çıxardammırdılar onun qabağında. Dillənən olanda o dəqiqə barmağı dirənirmiş
o iki sözün üstə, hamı lal olurmuş. Gülənov nədi, Sayılov nədi, rəhmətlik
Mədədin "Mirqəzəb" dediyi Kişinin özü də o saatca yumşalırmış,
gülümsünürmüş: "Həqiqətən sultan olmusan, Sultan Mamedoviç! Hətta məni də
öz təbən saya bilərsən, Sultan Mamedoviç!" Hə, gör kim təbəymiş əminə - Mirqəzəb! Elə böyütmüşdü onu o teleqram!.. İndi elə deyil. Hakimiyyəti,
hökmranlığı qurtarıb əmiyin, qadası. Gündə bir ziyalı öldürülür rayonda. Özü də
elə o cür: sağ gicgahdan iti çəkicnən vururlar deyirlər. Kimlərdi o usta qatillər?
Hamısı eyni cür vurur ki, guya çox adamın yox, tək adamın işidi. Körpə uşaq da başa düşür ki, nə isə gizlin kompaniyadı bu, qırğındı.
Qırx səkkizinci - əlli birinci illərdə Sibirə, Qazaxıstana sürülən azərbaycanlılar
ordan Moskvaya şikayət yazırlar, əvəzində burdakılar bədbəxt olurlar. Öz
aramızda qalsın ha! Siyasi məsələdi. Dilindən çıxar, səni də birtəhər eliyərlər!
Hə... Əmin susur. Heç cınqırını da çıxartmır! Niyə, bilirsən? Çünki tüpürüb hər
şeyə! Keyfindədi! Hə... Özü də yaxşı bilir ki, bu gün-sabahlıqdı. Uzaqbaşı,
konfransacandı. Bir-iki aya başlanır rayonlarda hesabat-seçki konfransları.
Bizimki oktyabrda olur həmişə. Deməli ikicə ay qalıb. Yeşikdən çıxmıyacaq
əmin o seçkidə. Tək vəzifəsi yox, özü də yeşikdə qalacaq. Bəs nə! O cür adamlar
elə vəzifəynən nəfəs almırlarmı, qadası? Nəyi var axı onun vəzifədən başqa?
Evində oturduğu stul da dövlətindi. Bəs nə! Fikir verməyibsən?! Ayağının altına
saldığı xalçanı qaldır bax astar üzünə, orda da birka var: "İnventar RKP"*.
Nə inventar, heç o ev də özünün deyil. Revkomun** qəza komitəsi olurmuş vaxtıynan
o bağın içindəki binada. Yeşikdə qalan günün sabahısı təzə katib çağırıb
deyəcək: "Zəhmət çək, çıx o evdən". Ordaca yatacaq ürəyi. Bəs necə? Belədi bu
vəzifəlilər, qadası. Vəzifəsi var - adamdı, yoxdu qurtardı, tamam oldu ömrü.
Əmin təzə qanır bunu. Elə buna görə də ac canavara dönüb indi, əlinə keçəni
basır ağzına, kam alır bu dünyadan. Nədi yediyi, kimin qismətidi? Fikir vermir,
udur! Fikir versəydi, başqasının adamını arvad elərdimi özünə?! Belədi indi
əmin, qadası. Otuzca yaş kiçikdi deyirlər Özündən o gözəl. Sürüdə əmlik təki bir
şeymiş, canavar ağzına keçib, hə... Görəcəksən o gözəli. Onda biləcəksən kimdi
başına and içdiyin əmin! "Əcaib məsələ" dediyim elə o gözəlnən bağlıdı.
İndiyəcən bir kəlmə də demək olmurdu onun barəsində. Katib deyildi ha,
yarımallahıydı o teleqramdan sonra. Xudiyevi, bilirsən, elə teleqram gələn günü
qovdu rayondan, o heç. Bir töhmət Gülənova yapışdırdı, birini prokuror
Sayılova, birini də RİK Atamalıya. O vaxtdan orqan-zad yoxuydu rayonda. Bir o
teleqramıydı stolun üstə, bir də Sultan Əmirli. "Prekratite" deyib ayaqlayırdı
hamını.
Məni necə ayaqladı, bilirsən? Büro iclasına çağırdı. Getdim gördüm yeddi
nəfər büro üzvündən altısı cərgəynən oturub divarın dibində. Əlləri dizlərinin
üstə, gözləri bərələ qalıb, quruyublar, elə bilirsən nəfəs də almırlar. İstədim himcimnən soruşum Gülənovdan ki, məni niyə
________
*"Rayon partiya komitəsinin əmlakı".
**İnqilab komitəsi
çağırtdırıb bu "həqiqətən sultan olan Sultan"? Gördüm dirigözlü ölüb o gördüyün
heyvərə nəçənnik, mənim üzümə baxmaqdan da qorxur. RİK Atamalıya baxdım,
o da ölmüşdü dirigözlü. Həmişə Sultanın böyründə, yumşaq kresloda oturan
"fəhlə sinfinin nümayəndəsi"ndən başqa heç kəs baxmadı üzümə. O da elə qanlı-
qanlı baxdı ki, elə bil atasını öldürmüşdüm. Hə!.. Əlahəzrət "sultan olan
Sultanımız" ayaq üstəydi. Yumruqları stolun, şüşənin üstə. Pırpız qaşlar çatılı.
Gözlər qan çanağı. Başladı ki, "RİK sədriynən, milis rəisiynən əlbir olub
rayonun bütün mağazalarına gələn malları hökumət qiymətinə kürüyüb
aparırsan, bədbəxt əhaliyə iki qat artıq qiymətə sınyırsan! İş o yerə çatıb ki,
partiya komitəsinin bürosu məşğul olur sənin işinlə. Öz iştirakınla rəy
soruşuram, qulaq as" Rəyi isə, bilirsən ki, "fəhlə sinfinin nümayəndəsi" deyir
həmişə. Döşündə bir qatar dəmir-dümür, o uzun-hoqqar fəhlə "fatihə" oxudu
mənə: "Rayonumuzun müdrik və ədalətli rəhbəri Əmirli yoldaşın qısa, lakin çox
aydın məlumatı əsasında prokuraturaya verilməlidi bu iş!" Qılınc Qurban malı
yüklədi belimə, eşşək kimi saldı qabağına, milisə qədər piyada apardı: "Əmirli
yoldaş tapşırıb ki, bu eşşəyin palanını alın, özünü də qovun ticarət
sistemindən..."
Məsimnən Gülbənizi qoşdum bir-birinə, yolladım yanına ki, buyruq quluyam
mən, Xudiyev elə buyururdu, o ayrı cür buyursun, nə oyun açır-açsın başıma,
əmbə çörəyimi kəsməsin. Yalvardım ki, bir parça vaxtımdan daşda-tərəzidədi
əlim, ayrı şey gəlmir əlimdən... Eşitmədi. Ayaqladı!.. Bədbəxt hardan biləydi ki,
orqandanam mən, "zasekreçen-niyəm"!*
Lazım gələndə lazımi adamlara
göstərirəm üzümü. Aydın oldumu?!
Məsələ ayrı cürdü, qadası. İcazə ver, nəzər-diqqətinə çatdırım ki, sənin
özüyün də vəziyyətin yaxşı deyil. Əmiyin evinə getməməlisən sən. Niyə?
Orasını demiyəcəm indi. Yaxşı olar ki, düşüb burdan birbaş gedəsən bizim
Məsimgilə. Mən bilirdim ki, sən bu il qurtarırsan məktəbini. Qohumum var
mənim orda. Sizin də qohumunuzdu ata tərəfdən. Hə, tanıyırsan. Professor
Məhərrəmov Məhərrəm Abbasoviç. Hə. Onu da bilirdim ki, təyinnamən öz
rayonumuzadı. Dünən partiya uçotundan çıxıbsan, ordan da gedib bilet alıbsan
bu altıncı vaqona. Gör iş nə yerdədi ki, vaqonunu da öyrənmişəm. May ayından
indiyəcən fikrim-zikrim sənnəndi, qadası. Niyə? Orasını da demiyəcəm indi.
Bircə şey deyirəm hələlik: getmə o evə!
_______
*Hərtərəfli məxfiləşdirilmiş (agent)
Gülbənizə bir neçə dəfə tapşırmışam bu dörd ayda, bəzi sözlər deyəcək o
sənə. Bilirəm, şübhən var mən sarıdan, yaxşıyaman fikirləşirsən. Soruşma hardan
bilirəm. Bax, birinci kərədi belə üz-üzəyik, əmbə səni mən sənin özündən də
yaxşı tanıyıram, qadası! İçərin qaynayır sənin. Düşmən görükür gozünə. Qan
düşməni... Hesablamışam, bu gün düz yeddi il səkkiz aydı beləsən. Rəhmətlik
Mədəd maşını o cür sürüb bizim həyətdə kişmişi dağıdanda idarədəydin sən,
pəncərəni açıb baxırdın. Yaman söydü məni rəhmətlik, yaman hədələdi. Sonra da
getdi elə iş gəldi başına... Deyirlər elə o vaxtdan başlanıbmış bu qırğın - terror.
Lap belə müharibədə qırırmışlar ey bizimkiləri! Qırx səkkizinci ildə erməniləri
xaricdən bizim irəvana - Göyçəyə-zada köçürdəndə, deyirlər, planlaşdırılıb
Moskvada ki, azərbaycanlı-türk deyilənin dünyadan bir şey qananı səlamət
qalmamalıdı. Tuturlar, sürürlər, qırırlar!.. Son uşağıydın onda... Atan əmbə
qananlardan, görənlərdəniydi. Elə ona görə də elə oldu. Budu açığı. Hə!.. inan,
sevinmədim.. Həyətdəydim onda mən. Oturub, podpolkovnik Xudiyev Aron
İsayeviçə lənət deyirdim. Xudiyev çağırtdırmışdı axı onda Mədədi rayona.
Doprosamı, tutmağamı, nə bilim, allah bilir. Şübhəsiz, bilirmiş Mədəd. Çünki
hirsliydi yaman. Heç nədənsə güdaza getdi rəhmətlik. Heç nədəncə! Gülbənizi
göndərdim xəbər eləsin sənə. Getdi gəldi ki, "yatır. Qıymadım oyadım". Açığı,
çox qorxurdum səndən, qadası. Yaman dəliqanlıydın o vaxt. Nə danım, qızı da
elə ona görə göndərdim ki, gedib öz gözünnən görəsən necə olub o bədbəxtlik,
qəsd işidi, yoxsa avariyadı?.. Sən qınama məni, can şirin şeydi, qadası, o
müsibətin içində öz canımın qeydinə qaldım. Gülbəniz, deyirəm, oyatmamışdı.
Özüm getdim. O şəkilləri gördüm, qorxu aldı canımı, dabanı üstə qayıtdım. O
vaxtdan qaçırdım səndən. Yeddicə il gündə bir evdə yatdım Qudalı məhləsində.
Keşikçim olmuyanda yuxu getmirdi gözümə. Mürgülüyən kimi görürdüm
gəldin... Danışılası şey deyil. Allah heç kəsə göstərməsin mən çəkəni... Sən
Bakıya gedəndən sonra bu iki ildəcə adam sifətinə düşmüşəm. Sən də dəyişibsən,
şükür, necə deyərlər, inteligent olubsan. O Səməd hara, bu hara? indi söhbət
eləmək olar sənnən, hə. Məni sən elə "Çax-çux" təki tanıyırdm. Savadım-zadım
haqqında təsəvvürün yoxdu. Bir az dedim, vaxtı çatanda biləcəksən hər şeyi,
inşallah.
Çox şey deyəcəm mən sənə, qadası.
O avariya günü bir yaradı, bu gün yeddi il səkkiz aydı qövr eləyir o yara bu
sinədə. Vaxtı çatıb, kəsib atmalıyam daha yaranı. Bu gün danışsaq, bu gün atacam, sabah danışsaq, sabah atacam. Onda özün görəcəksən,
kimlər vururlar bu yaranı, necə vururlar, nə üçün vururlar. Bir az dedim bayaq.
Əmbə hər şeyi açmaq olmur. Zəmanə çox dəyişib, qadası. Kim qarantiya verə
bilər ki, bu plaskart vaqonun ora-burasına səs yazan şey-mey qoyulmayıb?!
Xüsusi gələcəm yanına, xəlvət bir guşədə danışaq, açım töküm sənə bu
zəmanənin iç üzünü. Hə. Əmbə, dediyim kimi, əvvəlcə Məsimgilə gedəsən
gərək. Gülbəniznən kəlmələşəndən sonra o şəkk-şübhələrin hamısını özün
çıxardıb tulluyacaqsan ürəyindən, özün axtarıb tapacaqsan məni, danışmaq
istiyəcəksən hökmən.
Kənddə olacam. Getmiyəcəm heç yana. Oturub səni gözlüyəcəm. Həm də
çax-çuxum var orda bir az. Kişinin çax-çuxu olanda köhnə arvad da xoş baxır
üzünə. Elə onun yanında qalıram indi, Badsəbanın daxmasında.
Dörd otağım var Bakıda. İyirmi səkkiz aprel küçəsində. Qismət olacaq,
inşallah, görəcəksən. Qonşum da elə Məhərrəm Abbasoviçdi. Köməkləşib şərait
düzəltmişik ikimizə də. Əmbə Badsəbanın o cırıq daxmasını min elə şəraitə
dəyişmərəm. Ağzımın dadı da ordadı, can rahatlığım da. Sehv eləmirəmsə, sən
özün də meylliydin o cırıq daxmaya. Görürdüm, qadası, görürdüm hər şeyi.
Bizim Gülbəniz çox istəyirdi sənin xətrini. Nə danım, açığı, mən özüm də ayrı
göznən baxırdım sənə. Sonra o cığalı qız gəldi ortalığa. Əlləzoğlunun Gülgəzi,
qaraçı gözəli. Bir dəfə istədim risq eləyim açım sənə ki, o Göbələk Məmiş
deyilənə yazmaq, oxumaq öyrədiblər "mekbez"də - savad kursunda, donos
yazandı, ev yıxandı o cırtdan kişiciyəz, alma onun qızını. Sonra gördüm lap pis
çıxır axı, - ata qızına elçilik eləyir. Danışmadım onda. Nə isə... Bağışla, çox
açıqlıq eləyirəm. Məcburam da, neyləyim! Hə!.. Oturub gözlüyəcəm. Bax, bir də
deyirəm, Gülbəniznən danışandan sonra özün başa düşəcəksən ki, mənnən də
danışmalısan hökmən. Təkrar eləyirəm, çox şey deyəcəm mən sənə, qadası.
Sirnən doludu bu sinə. Əslində, bir də elə buna görə qaçırdım səndən. Çünki
əminə aiddi sirrin çoxu, əmin də ki, elə yanmallahıydı. Nə qədər səndən
qorxurdum, hesab elə ki, beş o qədər ondan qorxurdum. Sənə sirr açsaydım, o
saat gedəcəydin onun üstünə, çünki çox dəhşətli sirrdi, qadası. Açsaydım, əmin
yapışacaydı yaxamdan ki, de görüm Səməd hardan bilir qəsd işidi?! Odu ki,
qaçırdım, qadası. Hə!..
Mayda o iş olanda birinci elə mən bildim ki, başqasının istəklisini gətirib
evinə o yarımallah, başa düşdüm ki, axırı çatıb daha, sənnən görüşmək olar indi. Hə. O vaxtdan bu günü gözləyirdim. Avqustun iyirmi üçüdü bu
gün. Yadında saxla: iyirmi üç avqust, min doqquz yüz əlli dördüncü il, axşam
saat səkkiz. Stansiyada dayanhadayanda, altıncı vaqonun kupesində Çax-çux
Xalıq sənə deyir: "Gözün elə şeylər görəcək ki, bu gün, ömründə görməyibsən!
Qulağın elə sözlər eşidəcək ki, ömründə eşitməyibsən!" Falçı sözü deyil bu.
Əsasım var. Çətin gündü bu gün səndən ötrü, qadası. Ata gözündə gordüyün
əmin düşəcək gözündən, adamlıqdan çıxacaq, murdar əskiyə dönəcək nəzərində.
Dözümlü olmalısan bugün. Çox dözümlü!.. Bir dəfə sınıbsan. Bir də sınsan
düzəlməzsən. Odu ki, unutma məsləhətimi: qabaqca, deməli, Məsimgilə
getməlisən, Gülbəniznən görüşməlisən hökmən. Sonra da, deməli, məni
görməlisən. Gözlüyəcəm ha!..
Trubkanın qətran iyi və qatı tüstüsü ilə birgə, kupeyə anlaşılmaz və
anlaşılmaz olduğu qədər də dəhşətli xof dolub, Səmədin sinəsini tutub nəfəsini
daraltmışdı. İllərlə səndən gizlənən, şəksiz-şübhəsiz qatil, belə birdən-birə, belə
sərbəstcə üzə çıxıb, atasının müsibətindən sonra ata əvəzi əziz əmini də böyük
müsibətlər gözlədiyini xəbər verib, "gözün elə şeylər görəcək ki bu gün,
ömründə görməyibsən" deyirdisə, "falçı sözü deyil bu, əsasım var" deyirdisə və
sən bu adamın doğrudan da nəyəsə əsaslandığını duyurdunsa, bundan necə
xoflanmayasan?!
* * *
Çax-çuxu kupedə qoyub düşməyə tələsəndə Səmədə aydın olan bircə bu idi
ki, o əvvəlki üzü palçıqlı adam, o cinayətkar - qatil yoxa çıxmışdı, yaşıl
şlyapanın altında qara məxmər üzünün qətiyyəti ilə, dəyirmi fənər gözlərinin
cəsarəti ilə tamam başqa hisslər oyadan, "sinəsi sirlə dolu", çoxbilən bir adam
peyda olmuşdu və bu adam, bildiyinin yüzdə birini də açmayıb, hər şeyi nədənsə
sonrakı görüşə - Badsəbanın daxmasına saxlayıb, ancaq bunu lap aydın demişdi
ki, Səməd öz doğma, əziz əmisini, ata əvəzi himayədarmı heç də yaxşı tanımırdı,
əmisinin ətrafında baş verən hadisələrdən xəbərsizdi və bilmirdi ki, "Stalin ölən
günü əmisi də ölüb, stolun dalında qaraltısı qalıb", üstəlik, dörd ay bundan əvvəl
- may ayında başına nə gəlibsə, necə sarsılıbsa, "Sultan Əmirli deyiləm mən
daha, arşınmalçıyam" deyib, "Gedək axtaraq bir Gülçöhrə tapaq gətirək bu evə"
deyib, əmma uğuru xeyir olmayıb", "Gülçöhrə əvəzinə kiminsə - "başqasının istəklisini" gətirib!.." Qətran
iyi ilə, tüstü ilə birgə sinəsini tutub Səmədin nəfəsini daraldan da, əslində elə bu
evlənmə xəbəri idi ki, "canavara dönüb" və "dünyadan kam alır" sözləri ilə
birləşib onu tamam çaşdırmışdı.
Necə yəni "canavara dönüb?!"
Sultan əmi hara, belə bayağı sözlər hara?!
Sultan Əmirlini Sultan Əmirli eləyən elə bu deyildimi ki, "özünü fədai
sayıb", "oğul-uşaq istəməyib", "həm gözəllikdə, həm də ağılda-kamalda tayı-
bərabəri olmayan Qıymatı" da ailə səadətindən məhrum qoyandan sonra məhz
fədai kimi yaşamışdı. Bu barədə atasından eşitdiyindən əlavə Səməd özü də
yaxşı bilmirdimi ki, əmisinin ailə ilə bərabər şəxsi ev-eşikdən də imtina eləyib,
"inventar RKP" içində qalmağının böyük, ciddi səbəbi vardı?
Nə olub, nə baş verib ki, saç-saqqalının ağaran vaxtında "birdən-birə"
"dünyadan kam almaq" xəyalına düşüb?!
İnsanın "birdən-birə" bu dərəcədə metamorfozaya uğraması mümkündürmü?
Əgər metamorfoza yoxdursa, bəs Sultan Əmirlini "Sultan Əmirli deyiləm mən
daha" deməyə vadar edən nədir? Bəlkə heç deməyib? Nəyə görə təsdiq
olunmalıdır ki, Sultan əminin dilinə, təfəkkürünə bu qədər yad-yabançı
"arşınmalçı" məhz onun öz dilindən çıxıb? Bu kəlmə ilə birgə bu evlənmə
əhvalatının özündən də anekdot iyi gəlmirmi və elə anekdot iyindən məlum
deyilmi ki, Çax-çuxun dili ilə düşmən danışır? Belə çıxmırmı ki, Xudiyev rədd
olub rayondan getsə də, Xudiyevin dəstəsindəkilərin "hərəsinə bir töhmət
yapışdırılsa"da, "bezobraziye" heç də fəaliyyətdən qalmayıb, vaxtilə Əmir
məzarstarundan qəbirlərin başdaşılarının şəkilləri vasitəsilə ittihamnamə
düzəltdiyi kimi, indi də başqa cür bir vasitə ilə - qadın filanla, "başqasının
istəklisi" ilə ittihamnamə düzəldib? Azmı olub belə şeylər? Hələ müharibədən
əvvəl Qudalıların ağsaqqalı Rəhim, Cəfər əmi - Lüt Cəfəri partkomluqdan
çıxartdırmağa çalışanda, Qudalılar Cəfəri möhkəm içirdib, otaqda tək qoyub,
yanma qarmonçu Şənbə - gəzəyən Şənbə adında bir qız salmışdılar və taxtda
Şənbə ilə yanaşı lüt-üryan yatan Cəfəri cəmaata göstərib: "Baxın görün kimdi
böyüyünüz", - deyib kişini hörmətdən salmışdılar. Doğrudur, Cəfər əminin
adının böyründəki "lüt" kəlməsi köhnə şeydi. Hələ iyirminci ildə, Bakıdan təzə
gəldiyi vaxtlar "dünya inqilabı"ndan danışanda "proletariat" əvəzinə
"lümbülümlüt proletariat" deyirmiş. Bir ay hər gün belə danışıb, ayın axırında -
maaşını alan günü kəndin ortasında, yığnaqda deyib: "Kim lap lümbülümlüt proletardırsa, əlini
qaldırsın". Maaşını əllərini qaldıranların arasında tən bölüb paylayıb. Deyiblər:
"Özünə bir şey qalmadı axı". Deyib: "Sanadım. Düz otuz nəfərsiniz. Arvadım
yox, uşağım yox, hər gün birinizin evində qismət kəsəcəm, heç kəsə zor
düşmüyəcək, otuz günün tamamında təzə maaşımı yenə sizə paylıyacam". Sonra
gülüb, utananda həmişə boynunu qaşıyıb yerə baxdığı kimi, onda da boynunu
qaşıya-qaşıya: "Ayna adında bir yetim gözəliniz var burda, onu mənə alsanız,
daha hər gün birinizin qapınızda oturmaram", - deyib və elə o günü Aynadan söz
alıblar ki, "Get, ay qız. Belə insan yoxdur dünyada...". Hələ o vaxtdan partiya
özəyi katibi Cəfər Qaryağdı oğluna "Lüt Cəfər" deyirmişlər. "Aləmi bəzər, özü
lüt gəzər" deyirmişlər və Cəfər əmi özü də bu lütlüyü ilə fəxr edirmiş. Şənbə
əhvalatı "lüt" kəlməsinin mənası ilə birlikdə partkomun özünü də birdən-birə
dəyişdirmişdi. Və Səməd gözünü açıb dünyaya baxanda o dilavər kişinin
əvəzinə, tez-tez dili-dodağı əsən, susqun, sınıq, çoxuşaqlı bir adam görmüşdü.
Yadında idi ki, Şənbə əhvalatından atası da çox pozulardı: "Cəfəri yox, Qudalılar
partiya təşkilatını soyundurublar", - deyərdi. "Cəfərin adı Lüt qalandan bəri elə
bilirəm sağ əlimi kəsiblər, solaxay işləyirəm", - deyərdi.
Müharibə başlananda Lüt Cəfər hamıdan əvvəl ərizə verib, "körpələrini sədr
Mədədə tapşırıb" könüllü getdi, özünün dediyi kimi, "dörd qabırğasını qospitalda
qoyub, dörd orden-medalnan qayıtdı", əmma adı elə "Lüt" qaldı. İndi gündə bir
aşxanada qarmon çala-çala, qarmonu kimi özü də köhnələn Şənbə ilə birgə
Cəfərin "Lüt" adı da köhnəlib, cəmaat arasında saysız-hesabsız ləqəblərə qarışıb,
daha bir o qədər söz-söhbətə səbəb olmasa da, həqiqət belə idi ki, bircə "lüt"
kəlməsi Qonaqlının partkomunu ömürlük ləkələmişdi. Bu "arşınmalçı" kəlməsi
elə o "lüt"ü xatırlatmırdımı? Əgər Çax-çux Xalıq evlənmə ə'hvalatını da dildə-
ağızda olan bir əhvalat kimi danışırdısa, belə çıxmırdımı ki, bu "arşınmalçı" da
dildə-ağızda idi və indi haralardasa, kimlərsə Sultan əminin uca adı əvəzində,
"arşınmalçı" deyirdilər?! Bundan da belə çıxmırdımı ki, "bezobraziye" doğrudan
da fəaliyyətdə idi?! Qara məxmər üzün o cür qətiyyəti, dəyirmi fənər gözlərin o
cür parıltısı da açıq-aydın göstərmirdimi ki, "zasekreçenmy" Çax-çux Xalıq yenə
hamanca "KeQeBe Xudiyev" dəstəsinin - Gülənovun, Sayılovun, RİK
Atamalının himayəsində idi, "həmişəki qaydadaca çax-çuxunu eləyə-eləyə" çax-
çux" altında hamanca işini - agentliyini davam etdirirdi? Belə olmasaydı,
vaxtilə Sultan əminin qabağında diz çöküb, "Stalininə də qurban olum,
teleqramına da" deyib hönkürtü ilə aman diləyən rəzil adam indi bu qədər cürətlə
"hakimiyyətdən, hökmranlıqdan" danışardımı, Sultan Əmirlinin oğul əvəzi
yetirməsinin gözünün içinə "hökmranlığı qurtarıb", "axın çatıb" deyə bilərdimi?
Bütün bunlardan aydın deyildimi ki, metamorfozaya uğrayan Sultan əmi deyil,
onun düşmənləri idi, səbəbi isə bu idi ki, "dörd ay bundan əvvəl, mayda olan
işlə" - evlənmə əhvalatı ilə indi nə isə daha əsaslı ittihamnamə düzəltmişdilər? O
"gözəl" doğrudan da "başqasının istəklisi" idisə, üstəlik, "özündən otuzca yaş
kiçikdisə", demək, Sultan əminin adına ləkə yaxılmışdı?! Elə ləkə ki, Sultan
Əmirlinin bu dəfə mütləq "yeşikdə qalacağına" dəstə üzvlərinin hamısını, o
cümlədən Çax-çux Xalıqı da inandırmışdı? Elə bu inama görə deyildimi ki, Çax-
çux, nəhayət, üzə çıxıb qorxusuz-hürküsüz danışmağa başlamışdı?! "Axırı
çatıb?!"
Qatardan Səməd belə təlatümlü düşdü.
Ürəyinin çırpıntısı necə idisə, addımlarının sürəti də elə idi.
Vağzal meydançasından küçəyə çıxıb, şəhərin dəmiryolla paralel uzanan bu
yeganə geniş küçəsində kazarmasayağı alçaq, boz binaların -rayon idarələrinin
səkilərində dəstə-dəstə dayanmış çesuyça* kostyumlu, "səbət" şlyapalı
adamlardan birinin də üzünə baxmayıb, tutqun qaşqabaqla, ağızucu salam verə-
verə keçdi.
Heç kəslə görüşmək istəmirdi. Heç kəslə danışmaq istəmirdi. Bir rayonda ki,
"bütün aktiv" Xudiyev dəstəsinin səsinə səs verib, ömürlərini mübarizələrdə
keçirmiş kommunist qardaşları "əmir törəmələri", "şeyx qardaşları" adlandırıb,
"sinfi mənsubiyyətinizi gizlədibsiniz", "xariclə əlaqəniz var, təhlükəli
adamlarsınız" - demişdi, bir rayonda ki, hətta Stalinin teleqramından sonra da o
dəstəyə meydan verilirdi və "bezobraziye" yenidən Sultan Əmirlinin üstünə ayaq
alırdı, o rayonun hər axşam bu səkilərdə baş-başa verib saatlarla məxfi pıçıldaşan
"fəalları" ilə görüşməyin bir mənası vardımı?
Təlimatçı işlədiyi illərdə Səməd bu adamları gah kəndlərdə - təhkim
olunduqları təsərrüfat üstündə, gah iclaslarda, müşavirələrdə, gah da
_____________
*Ağ ipəksayağı parça - kostyum, don - əllinci illərin kütləvi dəbi
elə bu səkilərdə müşahidə eləyib, həmişə acı təəssüf hissi ilə görmüşdü ki,
xüsusilə qırx səkkizinci ildə tutqular, sürgünlər başlananda bu adamlar "əsli o
taydan olan" raykom katibi ilə üz-üzə gələr-gəlməz nə qədər quruyubqapanırdılarsa, Gülənovla, Sayılovla və ya RİK Atamalı ilə rastlaşanda bir o
qədər yumşalıb-açılışırdılar, - xüsusi hörmətlə qoşa əl uzadıb görüşüb hal-əhval
tuturdular, toya-şana, xeyrə-şərə çağırıb yaxınlaşmağa, əlaqədə-ünsiyyətdə
olmağa can atırdılar. Səməd əmindi ki, bu çesuyça geyimli adamlar indi Çax-çux
Xalıqa da qoşa əl uzadırdılar, ondan "kitayski makintoş", "kitayski termos" və
sair ala-ala, şübhəsiz, "şeyx törəməsi" Sultan Əmirli barədə yeni söz-söhbətlərə
qulaq asıb, hər axşam bu səkilərdə bir-birinə ötürürdülər və yəqin ki, indinin
özündə cərgələnib Sultan Əmirlinin qardaşı oğluna tamaşa eləyəndə də elə o
barədə pıçıldaşırdılar. "Fəallar"ı Səməd belə tanıyırdı və Mədəd Əmirlini
"güdaza verib" indi də o biri qardaşı güdaza verməyə hazırlaşan çesuyçalılara
kinini heç də gizlətmək istəmirdi. Odur ki, düz keçdi.
Geridə - stansiyada parovozun qışqırtısı eşidildi. Vaqonlar dartınıb
taraqqataraq saldı. Kazarmasayağı uzun, alçaq, boz binalar boyunca əks-səda -
quru, sərt tıqqıltılar axıb uzaqlaşdı. Səməd hiss etdi ki, tüstü ilə dolu kupe
qatardan üzülməkdə, ayrılmaqdadır. Çax-çux indi də "sirlə dolu sinəsi" ilə
həyulaya çevrilib yaxınlaşır ki, sözünün axırında dediyi o müəmmalı sözləri
təkrar etsin: O evə getmə... "O evə getmə..." Gəlib çatdığı, cəmisi yüz addım
irəlidə o doğma evin üfüqdən rəng çəkib qırmızı çalan qızarttaq darvazasını
gördüyü bir vaxtda nəinki dayanmaq, azacıq tərəddüd eləmək do Sultan
Əmirlinin uca adını təhqir kimi bir şey olardı. Bütün sirlərin açan o qızarttaq
dəmir darvazanın arxasında, sərin, ətirli bağ içindəki ikimərtəbəli ağ daş evdə idi.
Odur ki, raykomun alçaq, boz binalardan kəskin seçilən qırmızı tuf daş binasının
həyətində ikinci katib Əziz Mayılovla üçüncü katib Məleykə bacını görüb,
salamlaşıb, keçən il rayonda təcrübədə olduğu aylardan indiyə qədər onlarla
görüşmədiyinə baxmayaraq, bu əziz adamların yanında da dayanmadı.
* * *
Darvazanı açıb, çaylaq daşları ilə döşənmiş, kənarlarına qırmızı kərpic
düzülmüş cığıra ayaq basar-basmaz, səbirsiz boylanıb, bağın dərinliyində fasadı
ağaran evə baxanda isə elə bir aləm gördü və elə bir səs
eşitdi ki, hətta tüstülü kupenin birdən-birə peyda olub cığırın üzərində havadan
asılı qaldığına və Çax-çuxun indi daha ciddi xəbərdarlıqla "Getmə... Əvvəl
Gülbəniznən görüşməlisən hökmən" dediyinə də əhəmiyyət vermədi.
Sıxlıqdan ağaclarının budaqları bir-birinə pərçimlənmiş bağdakı toranlığın
arxasında, evin üst mərtəbəsində altı pəncərənin altısı da tay-batay açıqdı.
Soldakı tək pəncərənin dalında yataq otağının tünd qəhvəyi divarlarından
başlamış, bina boyunca uzanan yetmiş kvadratmetrlik zalın - yemək otağının
açıq qəhvəyi divarlarının künclərinə qədər, hər yer üfuqün parıltısına
bürünmüşdü. O parıltının içində, raykomun qonaq evinin qarovulçusu və
bufetçisi Seyid kişinin sarı samovarı buğ püskürürdü. Əmma Seyid kişinin arvadı
Xeyrə arvadın əvəzinə indi orda -samovarın yanında qırmızı xalatlı, qırmızı
qıymaçalı, zərif bir qadın dayanıb, bir ucunu çiyninə atdığı dəsmalla stəkannəlbəki silirdi.
Qıymat?! Yox, Qıymat deyildi.
"Saçının birini ağ, birini qara hörüb gözləyən" o uca qadın indi xeyli yaşlı
olmalı idi, hörükləri də ağ olmalı idi. Bunun boyu alçaraqdı, hörükləri isə qara
idi. Əmma bu da tanışdı, Qonaqlıların "durnaboğaz" dedikləri uzun boynu,
aşağıya doğru meylli çiyinlərinin yatımı, ümumiyyətlə, duruşu-tərpənişi kimi isə,
lap yaxın, hətta doğma adamı xatırladırdı. O qədər yaxın, o qədər doğma ki, elə
bil Ayna bacı idi, "Lüt ərimi yemlədim, sizi də yemləyim", - deyə-deyə gəlib,
kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan mülkdə
"rəhmətlik Suranın samovarını" qaynatmışdı, işləməkdən codlaşmış
barmaqlarından təkcə çeçələ barmağına düşən üzüyü ilə stəkan-nəlbəkini
çıqqıldada-çıqqıldada silib qurtarıb indicə sədr Mədədlə ərköyününü səsləyəcək,
"Gəlin, a yetimlər, çay hazırdı" - deyəcəydi. Ya da elə bil Gülbənizdi, Gülgəzi
qabaqlayıb özünü içəri salmışdı, "Ayna bacının başı qarışıqdı bu gün,
gələmmiyəcək". Bir də ki, bilirsən özüm gedəcəm nər Səmədimizə, a bacı,
incimə! - deyib qımışıb, eşikdən boylanan bacılığına yanıq verə-verə, sədr
Mədədlə dəliqanlısına qulluq eləyirdi.
Səmədin gördüyü adam bu idi - öz ata yurdundan, doğma kəndindən,
məhrəm bir elqızı.
Eşitdiyi isə çox qəribə, qəfil, bəlkə də heç bir əsası olmayan gur sevinc və
xoşbəxtlik səsi idi, öz içərisində birdəncə qaynamağa başlamışdı: Çax-çux da
rədd olsun, KeQeBe Xudiyev-filan da, dəstəsi də, o dəstənin səsinə səs verən
agent "fəallar" da! Sultan Əmirli evlənib lap yaxşı eləyib! Əlinin içindən gəlib! Sultan Əmirli deyəndə, məgər daşdır,
dəmirdir-nədir, Sultan Əmirli? İnsan deyilmi?! Sevə bilməzmi?! Təkliyin əzab-
əziyyətlərini azmı çəkib, subaylığın məhrumiyyətlərini azmı görüb ki, bundan
sonra da görsün?! Könlü azmı qubarlı olub ki, bundan sonra da olsun?! Yaşasın
Sultan Əmirli ki, o tay-bu taylı vətən müsibətlərinin içində, bu qədər düşmən
arasında özündə qüdrət tapıb, belə bir elqızı gətirib evinə! Bu elqızı Sultan
əminin həyatını, şübhəsiz, tamam dəyişdirib, bundan sonra da dəyişdirəcək,
ömrünü uzadacaq, düşməni xar edəcək!
Bəs "özündən otuzca yaş kiçik?!"* yəni lap cavanca qızcığaz?! Üstəlik,
"başqasının istəklisi?!", "əcaib məsələ?!". Bu sözlərdə elə bir şey yoxdursa,
tüstülü kupe yolu niyə kəsib? Qara həyula niyə belə təkidlə təkrar edir ki, "Əvvəl
Gülbəniznən görüşməlisən hökmən?!"
Səməd bu barədə düşünmədi. Daha doğrusu, düşünmək istəmədi. Üfuqün
parıltısından səhnə kimi işıqlanmış otaqda, buğ püskürən samovar yanında
doğma, məhrəm elqızına bircə baxışdan kükrəmiş sevinci, xoşbəxtliyi ilə vurub
kupeni dağıtdı, həyulanı "sirlə dolu sinəsi", qətran iyi, xofu-filanı ilə birgə
qovub, illərin uzaqlığında qalmış "Dəli Səməd"in yerişini xatırladan zərbli
addımlarla, dabanlarını cığırın çaylaq daşlarına döyəcləyə-döyəcləyə evə
yönəldi.
Gözü yuxarıda - otaqda idi. Vaxtilə, təlimatçılıq illərində bu evdə gördüyü
həyatı, məişəti indi daha aydın görürdü. O nə həyatdı, nə məişətdi ki, ad-sanı
bütün ölkəyə yayılmış Sosialist Əməyi Qəhrəmanı Əmirli yoldaş gecə saat birdə,
ikidə, bəzən hətta üçdə, dörddə evə qayıdanda öz əli ilə kirəqaz yandırardı,
üstəlik, "Bircə bala"dan dönə-dönə üzr istəyib, "Bağışla, səni yuxudan elədim,
bir bax gör o səbətdə yumurta qalıbmı", - deyərdi! Yorğunluqdan, üzgünlükdən,
qayğanağı nimçəyə boşaltmağa belə ərinib, birbaşa tavadan yeyib ayaqlarını
sürüyə-sürüyə, zalın o başından dala acılan qapıdan öz köhnə, revkomun
vaxtından qalma "revkom kabineti"nə keçən kimi divana döşənərdi və çox vaxt
səhərə qədər elə orada döşəli qalardı. Səhər isə, əgər bazar açılana qədər qaçıb
getməsəydi, Seyid kişinin bazardan gətirdiyi bir nəlbəki qaymaqdan üç-dörd
qaşıq alıb, bir stəkan şirin çay içib, "Mən qaçdım, bala, sən otur arxayın ye", -
deyərdi. Hətta nisbətən asudə günlərdə, nahara çıxmağa imkan tapanda da
"qaçmağa" tələsdiyinə görə yenə kirəqaz yan-
____________
*Bu cür evlənmək əxlaq qaydalarını tapdalamaq, "nümunəvi sovet adamı", raykom katibi üçün isə böyük əxlaqsızlıq sayılırdı.
dırıb, yenə də "Bax gör o səbətdə yumurta qalıbmı?", - deyərdi. Əmi, qardaşoğlu
gündə bəzən iki dəfə qayğanaq yeyərdilər. İş o yerə çatmışdı ki, Səməd
yumurtadan diksinmişdi və yəqin ki, elə diksindiyinə görə, elini səbətə atanda və
ya qayğanaq ortalığa gələndə drəhal "yaiçnıy paraşok" alverçisini qarşısında
görüb, "cəhənnəm kürəsinə" düşərdi. Əmma neyləmək olardı? Fədai əmi öz fədai
odunda yana-yana Qıymatdan uzaqlaşdığı kimi, o da öz "kürəsində" yana-yana
cığalı Gülgəzindən aralı düşməmişdimi? Hər dəfə Qonaqlıya gedəndə "Səbr elə,
qaraçı gözəli, səbr elə", - deyib ürək sakitliyi, könül xoşluğu olmayınca hər cür
məhrumiyyətə dözməyi vacib bilmirdimi? "Qaraçı gozəli"nin qaş-qabaq
salladığını görəndə isə, zarafata başlardı: "Birdən elə ola bilməzmi ki,
Demokratlarımıznan, əmimnən mən də o tayı azad eləməyə gedəndə səndən
göyçəyinə rast gəldim, vuruldum, qaldım orda! Belə axmaqdan ötrü niyə
çürüdürsən özünü? Çıx get ərə!" - deyib, Gülgəzi ağladıb, özü şaqqanaq çəkərdi.
Bu birinci dəfə idi ki, Səməd o yazıq zənənlərə və əmi ilə qardaşoğlunun
həyatına, məişətinə ayrı cür baxırdı və hətta bir növ təəccüblənirdi ki, iyirminci
ilin may ayından bu ilin mayına qədər, düz otuz dörd il ərzində o cür yaşayışa
Sultan əmi necə dözmüşdü?! Axı məsələ heç də yalnız kirəqazda, qayğanaqdafılanda deyildi. Məsələ onda idi ki, Sultan əmi, ümumiyyətlə, çox gərgin
yaşayırdı. Hətta yataq otağında "adam kimi" yatdığı gecələrdə də rahatlamnayıb,
yuxunun içində elə ah-nalə çəkər, elə inildəyər, zarıyardı, deyərdin ətindən ət
kəsirlər. Ayıq olduğu vaxtlar kimi, aydın tələffüzlə "Qırıb qurtaracaqlar
milləti!..", "Sürəcəklər, ay oğul, büsbütün sürəcəklər, bircə bala!..", "Yurdumuza
murdar millət dolduracaqlar, bircə bala!..", "O tay əldən getdi, bu tay da
getmirmi?!" - və sair qorxunc, vahiməli sözlər deyirdi. Tərslikdən, məhz orda -
çarpayıda yanmoyaq yatdığı gecələr Bakıdan o Mirqəzəb zəng vurardı. Sultan
əmi sərsəm atılıb telefona qaçanda hökmən ayağı yorğan üzünün cırığına
keçərdi. Seyid kişinin arvadı Xeyrə arvadın həftədə cəmi bir dəfə sildiyi tozlu
döşəmədə yorğanı dalınca sürüyüb aparıb, Mirqəzəblə danışandan sonra, o tozlu
yorğanı çiyninə salıb, telefonun yanında oturardı, "Sən yat, yat. Yuxumu haram
elədi yenə mənə Mirqəzəbli" - deyib bəzən səhərə qədər elə orda hərəkətsiz
qalardı. Səməd cınqırını da çıxarmayıb, əmisinin qara qalın qaşlarının o
gecələrdə tədriclə çallaşıb pırpızlaşdığına, boz-ala gözlərinin necə heybətli qan
çanağına döndüyünə tamaşa edərdi və təkcə "Mirqəzəb" kəlməsindən körüyə dönən köksü atlana-atlana, əmisinin canındakı
alovu öz canında duyardı.
Bu alovun içində Sultan əmi evlənmək qərarına gəlmiş və evlənmişdisə, özü
də belə bir yaxın, doğma, məhrəm elqızı gətirmişdisə, aydın deyilmi ki, saç-
saqqalının ağ vaxtında heç də "dünyadan kam almaq" yox, otuz dörd illik gərgin
mübarizələrdən sonra da "bezobraziye"yə qarşı barışmaz, ardıcıl mübarizəsini
davam etdirmək üçün sağlamlığını, qüvvəsini, iradəsini saxlamaq məqsədi
güdmüşdü?! Qurtardı daha! o həyatın, o məişətin bütün məhrumiyyətləri, əzab-
əziyyətləri qurtardı! Elqızı samovarla məşğuldursa, demək Sultan əmi "revkom
kabinetin"dədir, hamanca üstünə parusin çəkilmiş divanda dincəlir ki, qalxıb çay
içəndən sonra raykoma gedib, öz əvvəlki iş rejimi ilə gecə saat birə, ikiyə qədər
işləsin.
Səməd köksünü ötürdü. İlahi, o iş, o rejim üçün necə darıxmışdı! Gecə
yarıda, bütün şəhərin sükuta batdığı, təkcə stansiyada parovozların nəfəs aldığı
bir vaxtda, "rayonun döyünən ürəyi, düşünən beyni" adlanan o qırmızı tuf daş
binanın çilcıraqları altında, qaraqabaq, yerəbaxan, "əfəl Məsim"lə, Əziz müəllim
Mayılovla, Məleykə bacı ilə, fədai əmi ilə birgə yuxusuz qalmaq, öz evlərində
başlarını atıb yatan adamlar üçün nə isə bir xeyirli iş gördüyünü bütün qəlbinlə
duymaq necə xoşdur!.. Məleykə bacı – Məleykə Muradova tez-tez "Sultan
Mamedoviçin çayını təzələyib", arada rusca qalın-qalın kitablar oxuyardı:
"Voskresenye", "Anna Karenina", "Bratya Karamazovı", "İdiot". Sən də oxu,
Səməd. Bunları oxu, gör Rusiya necə bədbəxtmiş, indi necə xoşbəxtdi!" -
deyərdi. "Rusiya bizi də xoşbəxt eləyib, bax belə böyük mədəniyyət verib!" -
deyərdi. Səmədin ürəyindən keçərdi ki, kaş əmisi elə bu "diapozonlu xanım"
adlandırdığı katibə ilə evlənəydi. Əmma Sultan əmi "diapozonlu xanım"la yola
getmirdi: "Sabiri də oxu! Mirzə Ələkbər Sabiri! Sabun bişirən şairi!" -deyərdi.
"Vaqifi də oxu! Vurğunu da oxu!" - deyərdi. Sonra birdən-birə məlum oldu ki, o
"diapozonlu"nun gizlin əri var, o "gizlin ərin qardaşı "xalq düşməni çıxıb,
güllələnib. Buna görə də kəbin kəsdirmirlər". Xəlvətdə, kabinetin küncündəki
palma ağacının böyründə başını Sultan əminin çiyninə qoyub hıçqırardı:
"Nolacaq axırımız, Sultan Mamedoviç?! O tay Farsın pəncəsində, Borçalı
dəhşətli şovinist gürcülərin əlində, bu tay belə, Dağıstan elə!.. Mən Ruşun bu
həqiqətən nəhəng ədəbiyyatıynan təsəlli verirəm özümə, sən buna da tərs
baxırsan! Ədəbiyyatçıyam mən, Sultan Mamedoviç! Mən çox gözəl
bilirəm ki, Sabir nədi, - Nizamisi var bu millətin, Nəsrəddin Tusisi var! Füzulisi
var! Bax, əslində elə buna görə heç cür dözəmmirəm ki, belə rəzil olmuşuq..."
Çesuyçalıların arasına çıxanda isə mavi rəngli kişi kitelini kip düymələyib, qupquru, rəsmi çinovnik qadına çevrilərdi. "Başqasının istəklisi?.." Bəlkə elə
Məleykə bacı idi o qırmızı qıymacalı? Yox! Gör necə sarsılmışdı yazıq Səməd, -
Məleykə bacı bir az bundan əvvəl raykomun qabağında qalmamışdımı?!.
Qonaqlının ədəbiyyat müəllimi Ələskər müəllimin - "Dam direktor" ləqəbli o
zərif kişinin qardaşı Qurban da "37-ci ilin qurbanı, yəni sürülənlərdəndi. Evindən
"Övliyalar" kitabı tapılmışdı. Ələskər müəllim müharibə vaxtı Rusiyanın
harasındansa "evokuasiya" edilmiş - köçürülmüş həmin, adı unudulmuş şəfqət
bacısı Sestra ilə evlənmişdi ki, "rusnan qohumluğuna görə həbs olunmasın".
Bədbəxt adamlarla dolu idi hər yer: son bir neçə ildə xəbər tutub Səməd bu
işlərdən və "ərköyün sədr oğlu" ikən əzab-keşə çevrilib! Bədbəxtliklərdən necə
bezib Səməd! Əmisinin yarıyuxulu iniltilərindən, "cəhənnəm kürəsindən" necə
cana doyub! Bəsdir! Yazıq ata, bədbəxt ata, qanın batdı! O "zaklyuçeniye"nin, o
"qəsd işi yoxdu" sözlərinin altında gizlənən açıq-aydın qəsd işini açmağa
oğluyun nə imkanı var, nə də qabiliyyəti. Oğlun "cəhənnəm kürəsindən" çıxmaq
istəyir, yaşamaq, işləmək, sevinmək, sevindirmək istəyir!.. Bu evdə ailə qurulub.
Doğrudanmı bu evdən də çağa səsi gələcək?! O çal, pırpız qaşların altında o cür
heybətli qan çanağına dönən gözlər də güləcək?! Qardaşoğluna "Bircə bala"
deyən Sultan Əmirli də "mənim balam" deyəcək?! Nə vaxt ola bilər bu iş? Lap
tezliklə?! Beş-altı aydan, bircə ildən sonra?! Oğlu olsa adı nə? Mədəd?! Əla!..
Qızı olsa adı Sura! Xoşbəxtlikdən başına hava gələr adamın!
Daş cığırın qurtarıb qalın, əkmə çayırlığın başlandığı yerdə, həyətin
genişliyində Səməd bir daha yuxarı baxdı və elqızını bu dəfə bəridə - pilləkəndə
görüb istər-istəməz ayaq saxladı. Elqızı onu tanımışdı? Qarşılamağa gəlirdi?
Yox, deyəsən elə deyildi.
Üfüqün parıltısı çəkilmişdi. Evlə bağın arasında toran qatılaşıb, demək olar
ki, əməlli-başlı qaranlıq çökmüşdü. Elqızı həyətin ortasında dayanmış əli
çamadanlı adamı deyəsən heç görməyib, pilləkəndən düşən kimi sola buruldu.
İndi qaramtıla çalan uzun xalatının ətəkləri yellənə-yellənə, evdən on-on iki
addım o yanda, tut ağacının altındakı dəyirmi stola tərəf getdi. Orda, dəyirmi
stolla köhnə qarğı kresloların yanında, kərpic yığınının üstündə manqal qızarırdı.
Elqızı tutun dövrəsində, stolun ətrafında hərlənib-fırlandı, manqalın
hənirindən titrəşən yarpaqların altına qayıdanda bir əlində maşa, o biri əlində
hərəsinə bir-iki yağlı qabırğa çəkilmiş dəmir şişlər peyda oldu. Maşa ilə odu
yayıb, şişləri manqala düzdü. Sonra tutun haçasından qalayı ağaran böyük bir
sini endirib, su kranını açdı, gur şırıltılı suyun altında sinini yuyub, bayaqdan
çiynində ağaran çay dəsmalı ilə qurulayıb, stolun küncünə qoydu. Sonra
hardansa bir yığın yuxa gətirdi, yuxalara su çiləyib, bircə-bircə siniyə yığıb, çay
dəsmalı ilə örtdü və cəld dönüb, manqalın yanında çöməlib, şişləri çevirməyə
başladı.
Səməd yaxınlaşıb on addımlıqda dayanmışdı. Başını azca yana əyib, elə dolu
ürəklə, elə aludə gözlərlə tamaşa eləyirdi ki, elə bil ömründə nə belə səliqə-
səhmanlı gəlin görmüşdü, nə də belə səriştə ilə hazırlanan xörək-çörək. Bir azdan
o yuxalar piləyə dönəcək. Elqızı bu bütöv, şirə ilə dolu qabırğaları birbaş
yuxanın arasına çəkib bükəcək, qaynar-qaynar aparıb süfrədə açanda kababın
buğu tavana vuracaq. Yaşa, əmi, o müsibətlərin hayıfını çıx!
Sevincdən, riqqətdən Səmədin hətta gözləri doldu. Bu, övlad sevinci idi.
Bəlkə lap uşaq sevinci idi. Eynilə, körpə uşaq görəndə yanaqları uzunu damlalar
süzülən o "diapozonlu xanım" kimi, göz yaşı axıtmağa hazırdı. Yəqin elə buna
görə də Səməd bu "göz yaşı zəifliyindən yaxa qurtarmaq", lap uşaq kimi, bir
oyun açmaq istəyib fikirləşdi ki, səsini çıxarmasın, özünü göstərməsin, elqızı
yuxalı, kabablı sinini aparıb süfrəyə qoyandan sonra birdən qapıdan girib
başlasın ki, "Çoxdandı qayğanaq yeməmişəm, əmi. O yumurta səbəti hardadı?"
Əmisinin bu zarafatdan necə şaqqıldayıb güləcəyini, "Bircə bala"nın belə
gümrah gəlişindən necə fərəhlənəcəyini indidən görüb, qərara aldı ki, elə-belə də
eləsin.
Əmma həyatı Səmədlə başqa oyun oynayırdı.
Tut ağacına doğru uzadılıb altına dəmir yol relslərindən dirəklər vurulmuş
eyvana işıq zolağı düşdü, o zolaqdan bəriyə, tutun topa tacına doğru kölgə
uzanıb çəkildi, sonra Sultan əminin hamanca yorğun, cod səsi eşidildi:
- Nə uzun çəkdi sənin bu kababın! Getməliyəm axı mən!
Hamanca yorğunluq! Hamanca gərginlik! Hamanca Sultan Əmirli!
Səməd buna inanmadı. Daha doğrusu, inanmaq istəmədi.
Eyvandan kabinetə qayıdanda Sultan əmi qapını çırpdı. Özü də elə çırpdı ki,
bütün evdə pəncərələr cingildədi. Səməd isə, bu aşkar əsəbiliyə də inanmaq istəmədi. Əmisinin sevincində sevinc, xoşbəxtliyində
xoşbəxtlik tapmaq, ötən illərin əzablarından birdəfəlik qurtarmaq arzusu necə
güclü idisə, hətta qapı çırpılandan sonra elqızının birdən-birə qəmli göründüyünə
də əhəmiyyət vermədi, evin gəlininə xəlvətdən tamaşa eləmək nə qədər xoş olsa
da, əmisi tələsdiyinə görə o da tələsib, nəhayət, yaxınlaşıb "salam" verdi və atası
ilə əmisindən götürdüyü cənub ləhcəsilə: - Səlam verdim, səlam almaz, belə
olmaz, belə olmaz, - deyib güldü. - Səlam, elqızı!.. Axşamın xeyir, gəlinbacı!
Sən bu evə xoş gəlmisən! Səfa gətirmisən!
Hesabla, "gəlin bacı", "doğma məhrəm elqızı" Qonaqlıda uşaqdan böyüyə,
qarıya, qocaya qədər hamının tanıdığı bu sinədən gələn qalınaraq səsi dərhal
tanımalı idi, Qudalı məhləsinin adamlarından başqa bütün kəndin ərköyünü,
istəklisi "Dəli Səmədin", "iki qardaşın bircə balası", "Əmirli yeniyetməsi"nin
qayıdıb gəlməyindən sevinib boynuna sarılmalı idi, o doğma elin bütün elqızları
kimi mehriban, açıq, səmimi ürəklə o üz-bu üzündən, alnından öpməli idi, öz
növbəsində "xoş gəlibsən, səfa gətiribsən" deyib, bəlkə iş-gücünü atıb, ərini də
sevindirmək üçün evə yüyürməli və ya elə burdan qışqırıb, "Muştuluq, Səməd
gəldi" - deməli idi. Səmədin ürəyindən keçən bu idi və hesabla, elə belə də
olmalı idi. Əmma elqızı nəinki sevinmədi və boynuna sarılmadı, heç başını da
qaldırmayıb, üzünə də baxmayıb, duruxub qaldı. Bu çox təəccüblü idi.
Qabırğaların yağı əriyib cızhacız töküldükcə ordan-burdan gur alov dilləri
püskürüb, əti qarsalayıb korlayırdı. Bayaq alov püskürdükcə elqızı şişləri tezcə
kənara çəkirdi, alov yapıxıb sönəndə yenidən yaxınlaşdırıb böyür-böyürə
söykəyirdi. İndi isə heç əlini də tərpətmirdi. Qarşısında xoşagəlməz naməhrəm
dayanmış kimi, başını endirib, elə bil hətta manqalı da unudub, qəribə gərgin,
hərəkətsiz qalıb, naməhrəmin rədd olub getməsini gözləyirdi.
Səməd canında sıxıntı duydu. Hamanca xofun köksünü tutub yavaş-yavaş
boğazına, xirtdəyinə yığıldığını, nəfəsinin daralmağa başladığını hiss etdi və
əmisinin qismətinin göz qabağındaca yanıb qismətdən çıxdığına baxmayaraq, o
da duruxub qaldı.
Elqızı anbaan uzaqlaşıb yadlaşsa da, bu qadının doğmalığını, əzizliyini
Səməd indi daha aydın görürdü. Sadəcə elqızı yox, bu qadın Səmədin ürəyinin
parçası idi. Elə ürək parçası ki, nəinki boyun-boğazının, çiyinlərinin yatımından,
onu hətta qıymaçanın altından sallanan cığalarından da tanıya bilərdi və tanımışdı. Əmma gözünün gördüyünü beyni
görmürdü, ağlı kəsmirdi.
Öz səsi əvəzində Səməd elə bil kənardan xırıltı eşitdi:
- Sən kimsən?! Niyə üzümə baxmırsan?!
Bu xırıltı insan səsinə bənzəmirdi.
Elqızı bu xırıltıdan diksindi. Səmədin o bayaqkı gümrah, şən səsindən
tutulmuşdu, indi isə diksinib titrəməyə başladı və elə titrəyə-titrəyə ayağa qalxdı.
Alovun işığında qorxudan boyümüş gözləri parıldadı.
Səmədin çamadanı əlindən düşdü.
- Gülgəz!..
Daha heç nə deyə bilmədi.
* * *
Əslində, Səməd onu hələ bayaq darvazadan evə baxandaca tanımışdı. Əmma
Gülgəzi Sultan əminin evində görmək başqa planetin adammı Yerdə görmək
kimi bir şey idi. Buna görə də Səməd onu hansı əlamətləriləsə Qıymatı, Ayna
bacını, Gülbənizi, hətta Məleykə bacını yada salan mücərrəd bir elqızına
oxşatmışdı. İndi üçaddımlıqdan üzünə baxan "qaraçı gözəli"ni isə heç kəsə
oxşatmaq mümkün deyildi.
Onların arasında qıpqırmızı alov fışıldayırda. Yağla, ətlə birgə alışmış
közdən qəribə - mavi tüstü qalxıb tutun budaqlarını çulğalayırdı, durğun, bürkülü
havada yayılıb enib bütün bağı götürürdü.
Yanan Sultan əminin qisməti idi, Səməd isə Gülgəzi alov içində görürdü və
beynində Çax-çuxun sözləri səslənirdi: "Əcaib məsələ!.. Əcaib məsələ!..",
"Getmə o evə!.. Getmə o evə!.."
Alov gödəldi, yatdı. Qatı tüstü və yanıq iyi qaldı.
Gülgəz həmin yerdə, həmin qorxu içində, hələ də titrəyirdi. Əmma Səməd
daha onu görmürdü. Tüstünün içində indi Çax-çux dayanıb, gümüşlü trubkasını
tüstülədə-tüstülədə təkrar edirdi: "Getmə o evə!.. Getmə o evə!.."
Bu səsin arasında yenə qapı çırpıldı, yenə pəncərələr cingildədi. Həyətə enən
taxta pillələrdə, sonra daş cığırda çəkmələr cırıldadı -Sultan əmi getdi. Sonra
hardasa, deyəsən bağın hasarının dalında, raykomun qonaq evi səmtində Seyid
kişi hay-küy saldı:
- Bu nə tüstüdü, a başma dönüm, bu nə iy-qoxudu belə?!
Hay-küy hasarın dalından bu üzə - bağa keçdi, yaxınlaşıb bəridə -həyətdə
kəsildi. Tüstüdən qatılaşmış qaranlıqda Çin fənərinin mil işığı uzanıb manqalın
dövrəsində, dəyirmi stolun, qarğı kresloların üzərində gəzdi, qalxıb, nəhayət,
tutun budaqlarının altında dayandı. Orda Səməd yenə Gülgəzi gördü, Gülgəz də
Səmədi gördü.
Seyid kişi fənəri döşü bərabərində tutub, asta-asta, addım-addım yaxınlaşırdı.
Fənərin arxasında boyunun hədsiz uzunluğundan əyilmiş donqabel qaraltısı
qaralırdı, qırxıq ağ başı ağarırdı. Səməd hər şeyi görürdü, hətta maxorkadan
tutulmuş batıq sinənin yaxınlaşdıqca necə xışıldadığını eşidirdi, əmma buna nə
görmək demək olardı, nə də eşitmək. Çünki dünyada Səməd üçün indi
Gülgəzdən başqa heç kəs və heç nə yoxdu. Seyid kişini ancaq ona görə görürdü
ki, bu kişinin hədsiz uzunluğu Gülgəzin atası Məmiş Əlləzoğlunun bircə metrlik
boyunu xatırladırdı; maxorkadan tutulmuş sinənin astmatik-sinəgir xışıltısını isə
ona görə eşidirdi ki, bu xışıltı vaxtilə Qonaqlının qəlyanlı qocalarından qəlyan
çəkmək öyrənib indi gecələr yorğan-döşəkdə də qəlyanı damağından qoymayan
Əlləzoğlunun sinəsinin xışıltısını xatırladırdı.
Bir vaxt vardı, çöldən evinə qayıdanda Əlləzoğlu hər axşam çiynində bir
yaba qaratikan gətirib, il boyu çəpərini qalınlaşdırmağa çalışırdı, odur ki, həyətbacasına həmişə sarı-qızılı iynəsayağı uzun-uzun tikan səpələnərdi. Günün nə
vaxtı o tərəfə getsəydin, görərdin ki, bapbalaca, ayaqyalın, başıaçıq "Qaraçı
gözəli" yerdə oturub, ayaqlarına dolmuş tikanları dırnaqları ilə dartışdıradartışdıra, yanaqları uzunu iri-iri damlalar axıdır. Elə o balacalıqda, başı qızıl
əsgər papaqlı, ayaqları "əmisinin çəkməsi kimi" qara xrom çəkməli sədr oğlu da
quru yerdə orurub, "Qaraçı gözəli'nin ayağını dizinin üstünə qoyardı, "Mənim
dişim siçan dişidi", - deyib ağzını o qarayanıq, toz-torpaqlı ayağa söykəyib,
tikanları dilinin ucu ilə yaşlaya-yaşlaya bircə-bircə çıxarıb tüpürərdi: "Bu bir...
bu iki... bu üç..." - on-on beş, bəzən iyirmi tikan çıxardardı və bu işdən
usanmazdı. Çünki o bu işə başlayanda "Qaraçı gözəli" dərhal hıçqırtısını kəsərdi,
başını azca yana əyib, ayaqlarından çiyrinməyən sədr oğluna mat-mat tamaşa
edərdi... Sonralar Cığalı Gülgəzlə bir yerdə oturandı "Dəli Səməd" o balaca
"Qaraçı gözəli"nin təqlidini çıxarmaq üçün başını yana əyərdi. "Avariya" gününə
qədər belə idi. "Avariya" günü Səməd üzünü şeyx əmilərinin qəbirlərinin
şəkillərinə söykəyib yatıb daha oyanmayan "Dəli Səməd'lə birgə "Qaraçı
gözəli"lə vidalaşmışdı və bilmirdi ki, o balaca gözəlin təqlidini çıxara-çıxara özü
də vərdişkar olub, kiməsə, nəyəsə tamaşa edəndə hökmən başını yana əyirdi. Bilmirdi
ki, indicə fənərin işığı üzünə düşəndə də eynilə təqlid çıxaran "Dəli Səməd" kimi
baxırdı və Gülgəz də elə bu baxışdan birdən-birə dəyişib, hamanca, ayaqları
tikanlı qızcığaz kimi, yanaqları uzunu iri-iri damlalar axıtmağa başlamışdı.
Özündən xəbərsiz Səməd indi ancaq o göz yaşlarını görürdü.
- Mən inanmıram... İnana bilmirəm, Gülgəz. Dedilər, əmim başqasının
istəklisini gətirib... arvad eləyib özünə... Ürəyimə nəsə damdı...
Kim inanar belə şeyə?!
Bu sözləri ürəyindəmi deyirdi, dilindənmi? Nə fərqi vardı? Nə dediyini və nə
üçün dediyini Səməd özü bir o qədər anlamadığı kimi, Gülgəz də bir şey
anlayana oxşamırdı, yəqin buna görə də Səməd ondan heç nə soruşmurdu, izahat
tələb eləmirdi.
Seyid kişi duruxa-duruxa, addım-addım gəlib dayandı. Bu evdə, bu ailədə baş
verən hadisə lap ilk gündən ona məlum idi. "Başqasının istəklisi"ni məhz kimin
istəklisi olduğunu Seyid kişi yaxşı bilirdi, odur ki, Səmədi tanıyar-tanımaz hayküyünü kəsib, səsini içinə salmışdı və yaxına gəlsə də, nə isə demək-danışmaq
fikrində deyildi. Arvadı Xeyrə arvad bağın hasarından o yana - qonaq evinin
həyətinə açılan qapının arasında əli çıraqlı durub, dönə-dönə "Nədi, a kişi? Bir
şey yoxdusa, mən gedim" desə də, kişi burda dillənməyi də münasib saymırdı.
Əmma cavanların üzlərinə baxanda dözmədi, xışıldayıb-xırıldadı:
- Dağıl, ay dünya! - dedi.
- Niyə uçmursan, niyə dağılmırsan, ay dünya?! - dedi.
Özü də elə dedi ki, əgər dünya insan sözündən təsirlənə bilən bir şey olsaydı,
"beş oğlunun beşi də müharibədə qalandan maxorkaya dəm verən" bu xışıltılı
kişinin naləsindən sonra nə isə baş verməli idi.
Əlbəttə heç nə baş vermədi. Təkcə Xeyrə arvad bayaqkı laqeydliyinin əksinə,
narahat olub irəli yeridi.
- Nədi axı yanan? Evdə bir şey dəymir gözümə, - dedi.
Bir də Seyid kişi özü doluxsundu.
- Şey-mey deyil... İnsandı yanan, arvad. İki növrəstə cavandı yanan.
Bədbəxt Sultanımızdı yanan! - dedi.
Yalnız bu sözlərdən sonra Səməd uzun müddət nəfəssiz, şüursuz qalıb aydan
adam kimi dərindən nəfəs aldı.
- Necə, necə olub bu?! Sən necə gəlib çıxmısan bu evə?!
Bu ilk sualdan sonra beynində sual suala calandı. Qardaşoğlunun istəklisi
əminin evində arvad?! Düşmən işi, düşmən qurğusudursa, bu necə qurğudur?!
Gülgəzin dili yoxdumu, Sultan əmiyə deyə bilməzdimi kimdir, kimin
istəklisidir?!. Belə çıxır ki, Gülgəz susmuşdu?! Niyə?! Nə isə, kim isə məcbur
eləmişdi ki, sussun?!. Bəs kənd?! O boyda kənddə bir adam tapılmazdımı ki, bu
"bir dənə gözələ" "Bircə bala"nın münasibəti barədə söz çatdırsın, işarə vursun?
Bircə kəlmə, bircə işarə kifayət deyildimi ki, bu bədbəxtlik olmayaydı? Demək,
kənd də susmuşdu?! Cəfər əmi, Ayna bacı da, Gülbəniz də susmuşdu?!
Əlləzoğlu özü də, Hənifə arvad da?! Niyə?!
Saysız-hesabsız sualları necə yağdırdığını, nəyi soruşub, nəyi soruşmadığını
Səməd özü də bilmədi.
Cavab əvəzinə ancaq hönkürtü eşidirdi.
Gülgəz əllərini üzünə basıb hönkürtüsünü boğdu, dözülməz ağrı çəkən xəstə
kimi sızıltı ilə əyilib yerə çökdü və daha qalxmadı.
Səməd də əyilib donqarlandı və daha heç nə soruşmadı.
Dərdli qoca düz deyirdi: yanan insandı. Bu evdə həyatı, məişəti dəyişdirib,
yorğun, gərgin raykom katibini xoşbəxtliyə çıxaran o doğma, məhrəm elqızı və
evdən yenə ac gedən Sultan əminin qisməti ilə birgə Gülgəz də yanıb tüstüyə
çevrilmişdi. Bu sızıldayan, göynəyən Gülgəzin ancaq adı Gülgəzdi, özü
"başqasının istəklisi" idi... Qara həyula düz deyirmiş: Səməd bu evə gəlməməli
idi, "ömründə görmədiyi şeyiəri" görməməli, "ömründə eşitmədiyi sözləri"
eşitməməli idi, "bir dəfə sınandan sonra bir də sınmamalı" idi. O "sirlə dolu sinə"
doğrudan da sirlə doludur. İndi daha aydın görünür və təsdiq olunur ki, çoxbilən
adam bildiyinin bəlkə heç mində birini də deməyib; "ömründə görmədiyi şeyləri"
Səməd hələ bundan sonra görəcək, "ömründə eşitmədiyi sözləri" hələ bundan
sonra eşidəcək.
Əli çıraqlı arvad da gəldi, "bıyy" eləyib heyrətlə içini çəkdi.
Seyid kişi arvadına nə isə pıçıldadı, xışıldayıb-xırıldadı:
- Yeri, yeri! -dedi.
Özü isə fənər əlində, necə dayanmışdısa, eləcə qalıb tərpənmədi. Səmədə elə
gəldi ki, kişi fənəri ancaq sarsıldığına görə yox, həm də ona görə belə tutub
durub ki, bədbəxt "növrəstə cavan" istəklisinə son dəfə baxsın, vidalaşsın, çıxıb
getsin və bir də bu tərəflərə ayaq basmasın. Başqa cür necə ola bilərdi? Əlbəttə,
çıxıb getməli idi. Xeyrə arvadın o cür "bıyy" eləməyindəncə məlumdu ki,
Səmədin bu həyətdə görünməyinin özü də yaxşı deyildi, əmisinin arvadına belə
baxmağı isə bəlkə, hətta qəbahətdi.
Əmma Səməd baxmaya bilmirdi.
Əlləzoğlunun yaba ilə döyəcləyib, yapıxdırıb çəpərə qaldırdığı qaratikanlardan tökülüb, yağışlardan sonra da korşalmaq, çürümək bilməyib üst-üstə
yığılan sarı-qızılı tikanlardan elə bir gül bitmişdi ki, o gülün ətrini duyandan
sonra "Dəli Səməd" kəndə sığışmayıb, sinəsi, başı açıq, özünü yelə verə-verə
düzlərə düşərdi və bu vaxt bədənində qeyri-adi qüvvət, zehnində qeyri-adi itilik,
gözlərində qeyri-adi işıq hiss edərdi. Qəsdən soruşmuşdu, öyrənmişdi ki, bütün
Qonaqlıda, bütün Tahirlidə və bütün Qurbanlıda, yəni sovetliyin üç para
kəndinin üçündə də cavanlar qaratikan kolunun da vaxtı çatanda gül açdığından
xəbərsizdilər. "Sədr oğlunun" sualından təəccüblənərdilər: "Qaratikan hara, gül
hara?!" Qıllı Qeybalı isə, şaqqanaq çəkib, sonra kinli-kinli fısıldayardı:
"Biyabanda qaratikan da tabedi sədr oğluna, əmr eliyəndə gül bitirir", - deyərdi
və hətta "sədr oğlunun" cibindən çıxarıb ovcunda göstərdiyi xırda-xırda, sarı-
qızılı ləçəkləri öz gözləri ilə görəndə də inanmazdı: "Güldümü ki bu?!" - deyərdi.
Belə çıxırdı ki, çəpərə vurulmaqdan və təndirdə odunun altına yalonqu kimi
qoyulmaqdan başqa heç nəyə yaramayan qaratikan kolunda Qəlyanlı qocaların
"axça" dedikləri qədim qızıl pulsayağı sarı-qızılı ləçəklər bitdiyini təkcə "Dəli
Səməd" görmüşdü. Başqa güllərin ləçəklərinə bənzəməyən o qalın ləçəklərin
meyvə-bar kimi uzun müddət kolda qalıb getdikcə zərifləşdiyini, soğulub
yüngülləşdiyini və payızla qış arasında güclü küləklər əsməyə başlayanda
kollardan kəpənək kimi uçub çöllərə yayıldığını da təkcə "Dəli Səməd"
görmüşdü. Hər ləçəyin ortasında tək bir dənə barama toxumuna oxşayan, dəftər
vərəqində qara nöqtə kimi xırdaca toxum gizləndiyini, o toxumun ən quru-quraq
çöllərdə aylarla xarab olmayıb nə vaxtsa yağış yağanda, ləçəklə birlikdə torpağa
yapışıb cücərdiyini də, həmin quru çöllərdə qaratikan kollarıının o sap kimi
nazik cücərtilərdən qalxdığını da təkcə "Dəli Səməd" görmüşdü və gördüklərini
Qəlyanlı qocalara danışıb, "yerin altını-üstünü bilən" qəlyanlılardan "yaşı
bilinməyən "Xızr Abı" ilə yaşının çoxluğuna görə və özünün dediyi kimi,
"zəmanə ilə düz gətirmədiyinə görə" "Çürük" adlanan Çürük Aşıqdan
öyrənmişdi ki, "Qaratikan heç yerdə tək-tək bitməz, gur bitər", buna görə də
Qaratikan - "Gur-tikən" deməkdir... Bir vaxt varmış, indiki Qonaqlı meşəsindən,
Sudüşən çəmənindən, əkinlərdən, otlaqlardan əsər-əlamət də yoxmuş, quruqaysaq çöllərmiş, boş-boşanaq düzlərmiş. Gecə-gündüz yel əsərmiş, tozanaq
qalxarmış. Elə tozanaq ki, göyün üzünü tutarmış, gecə ilə gündüzün fərqi bilinməzmiş. Haman tozanağın içində bu yerə hardansa Qaratikan
toxumları düşüb, bu meşənin yerində əvvəlcə kom-kom Qara-tikan bitib, artıb
çoxalıb, qaratikanların dibində, ara-bərəsində ot-ələf, kol-kos bitib və bu aralara
dolan toxumlardan Qaraağac şivləri əmələ gəlib, sonra da "bu gördüyün meşə,
sel-su, əkin-tikin...". "Yel toxum gətirər, meşə bitirər", - deyirdilər. "Meşə su
götürər, su verər, çay axıdar" - deyirdilər. Belə-belə şeylər danışmaqdan nə
Çürük Aşıq usanardı, nə də Xızr Abı. Və Səməd yaxşı bilirdi ki, qocalar hər şeyi
ona -Səmədə eşitdirmək üçün danışardılar. Buna görə də bütün kənddə təkcə
"Dəli Səməd" görmüşdü ki, Qaraağac da "Gurağacdır", çünki bu da "axça" -
"qızıl" bitirir, yazın orta ayında isti yellər əsəndə Qaraağacın sarı-qızılı ləçəkləri
də kəpənək kimi uçuşub çöllərə yayılır. Əmma bu ləçəklər çox tabsızdır, quru
yerlərdə tezcə ölüşgəyir, buna görə də lap yüngül yaranıb ki, çölə düşəndə azmaz mehdən də yenidən qanadlanıb gedib Qaratikanı tapsın, vaxtı yetişəndə o
Gurtikənliklərdə də meşə əmələ gəisin, sel-su, əkin-tikinti olsun.
"Dəli Səməd" belə şeylər görüb, gördüklərinin sevincindən demək olar ki, hər
"həftə sonu" adlanan qısa dərs gününün axırında sinif yoldaşları Xızr Abı ilə
Çürükdən saz, söz öyrənməyə gedəndə "Dəli Səməd" Ortayolda qalardı, gur,
dalğalı saçlarını dalğalandıra-dalğalandıra, yolla o baş-bu başa addımlayaaddımlaya, bütün kəndə səs salardı: "Ey Qıllı! Korsunuz hamınız!" - deyərdi.
"Sizin aranızda bir mən bilirəm nə var-nə yox bu dünyada!" - deyərdi.
Danışmaqdan, qaynamaqdan yorulanda isə, yenə gülünün ətrini arzulayardı.
Əgər o vaxtlar o gülə qəsd eləmək, o sehrli ətri yanıq iyinə çevirmək
niyyətinə düşən olsaydı, "Dəli Səməd"də, şübhəsiz, kiməsə xətəryetirmədən,
hardasa nəyisə uçurub dağıtmadan, yandırmadan sakitlik tapa bilməzdi. İndi,
Gülgəzin yanıb tüstüyə çevrildiyini bütün aydınlığı ilə gördüyü, yanıq iyini
bütün kəskinliyi ilə duyduğu dəqiqələrdə isə Səməd ümidsizliyin son həddində
dərd yükünün ağırığından başqa heç nə hiss eləmirdi.
Yenə nə isə soruşmaq istəyirdi, soruşa bilmirdi.
Dönüb getmək istəyirdi, gedə bilmirdi.
Ovcuna nə isə soyuq, sürüşkən şey toxundu. Diksinmədən, ürpənmədən
baxdı: çamadanının qulpu idi; Xeyrə arvad birdən böyründə peyda olub,
biləyindən yapışıb silkələyirdi ki, çamadanmı alsın.
Ərinin əksinə, arvad elə sərtdi ki, elə bil onu cinayət üstündə tutmuşdu.
- Söz-gap yerdən-göydən çıxıb. Sən də gəlib durubsan burda dirək təki!.. Nə
baxırsan, ay oğul?! İşdi, olub də!.. Neçə kərə çalışıb özünə qəsd eləsin bu yazıq
gəlin. Bir dəfə nöyüt qabını almışam əlindən. Başına tökürdü... Bir dəfə də
paravozun qabağından itələyib çıxartmışam. Günahı yoxdu bunun. Yoxdu! Əmin
də günahsızdı. Görüş özünnən. Görüş! İndi yox... Yara təzədi hələ. Çıx get
burdan. Elə qaranlıqlı get ha, gözə görükmə!..
Arvad onun barmaqlarını çamadanın qulpunun altında qatlayıb, hətta
qolundan çəkdi. Səməd bu kobud qadının iradəsinə tabe oldu, əmisinin arvadına
daha ötəri baxmağa da cəsarət eləməyib, nəhayət, ayağını yerdən üzdü, başını
qaldırmadan, ağır-ağır aralandı.
* * *
Hara gedirdi? Nə üçün gedirdi?
Baş verən hadisənin özü də, ürək də, ağıl da deyirdi ki, Gülgəzdən həmişəlik
ayrılıb. Gülgəzlə birgə "Gürtikənli", "Gurağaclı" dünyadan da, o sevinclərdən,
fərəhlərdən də həmişəlik ayrılıb. Dünya indi yanıq iyindən və tüstüdən ibarətdir.
Başqalarına "kor" deyən Səməd özü indi kor olub, bu tüstünün içində hətta
əmisini də görmür. Bundan sonra Sultan əmi ilə nəinki bir evdə, bir süfrə başında
oturmayacaqlar, yəqin ki, heç üz-üzə də gəlməyəcəklər, bir vaxtkı kimi, rayonun
işlərindən, şeyx əmilərin elmi fəaliyyətini davam etdirən "Batin-gizlin",
"AdıPünhan" Ağların, yəni Ağ Əmir kimi SafAğların, "Muğ"ların Sibirə,
Qazaxıstana sürülüb, itib-batmağından, Cənubda şah zülmündən -
savadsızlıqdan, aclıqdan danışıb dərdləşməyəcəklər. İndi tamamilə aydındır ki,
Sultan Əmirli də "ölüb, stolun dalında qaraltısı qalıb". O qaraltının isə "axın
çatıb", tezliklə doğrudan da "yeşikdə qalacaq", "hakimiyyəti qurtaracaq". O vaxt
Xudiyev dəstəsi ilə birgə fəallar da qorxusuz-qadağasız olub daha o səkilərdə
pıçıldaşa-pıçıldaşa "konfrans"-filan gözləməyə də ehtiyac duymadan, hər gün,
hər saat Gülənovun, Sayılovun, RİK Ata-malının səslərinə səs verəcəklər,
beləliklə, qırmızı tuf daş binadakı kabinetlərdən başlamış, o kazarmasayağı
binalara, kolxoz və sovxozlara qədər, hər yerdə - ancaq "bezobraziye"nin
KeQeBe kadrları əyləşib, "bezobraziye"nin əmrlərinə "baş üstə", "göz üstə"
deyəcəklər, Səməd isə, bütöv bir rayonda hamıya, hər şeyə nifrətdən, qəzəbdən
boğula-boğula, tək-tənha qalıb, bu mühitdən baş götürüb qaçmağa, doğma yurddan,
doğma torpaqdan da həmişəlik ayrılmağa məcbur olacaq.
Belə bir aqibəti görə-görə hara gedir, nə üçün gedir? "Bezobraziye" kadrları
arasında perspektivsiz yaşamağa dəyərmi? Ümumiyyətlə, yaşamaq
mümkündürmü? Yaxşı olmazmı ki, bu saat burdan cumub bu səhərdə az-çox
hörmət elədiyi adamlar arasında, "Dəli Səməd"in köhnə dostlarından "pyanska
Yusifi" "pyanskaların" daimi məskənində - dəmiryol restoranında tapsın, iki il
bundan əvvəl Bakıya yola düşəndə anasının sandıqçasından götürdüyü və birini
də xərcləmədiyi qədim "axça"lardan birini ofisiant Qayım Qudalının üstünə
atsın, "Bufeti köçürt bu stolun üstünə!" - deyib, Yusifin muğamlarına,
təsniflərinə, bayatılarına qulaq asa-asa nə ki var "vursun", sonra da stansiyanın
ucqar, qaranlıq bir yerində başını relsin üstünə qoysun. "Pyanıska"nın o gözəl,
köyrək səsi qulaqlarında cingildəyə-cingildəyə, bu yanıq iyindən, bu tüstüdən,
Sultansız, Gülgəzsiz dünyadan birdəfəlik yaxa qurtarmaqdan yaxşı nə ola bilər?!
Darvazaya qədər Səməd belə getdi. Sultansız, Gülgəzsiz, perspektivsiz
dünyadan yaxa qurtarmaq ehtirası birdən-birə necə güclənmişdisə, darvazada
dəmir şəbəkələrin işıltılarını seçər-seçməz dərhal özünü stansiyanın ucqar,
qaranlıq yerində, relslərin arasında gördü. Bunlardan isə tamam başqa hisslər
törədi: ölüm niyyətli ümidsizliyin dərinliyindən etiraz kükrədi, "Dəli Səməd"in
öz ətrafındakı haqsız işlərə üsyanlarına oxşayan bir üsyan dalğası qabarıq qalxdı:
"Günahsız Gülgəz"lə "günahsız Sultan Əmirli"ni və "Bircə bala"nı yandırıb
dünyanı yanıq qoxusuna bürüyən qüvvəni, qara həyulanın cəsarəti arxasındakı
"bezobraziye" dəstəsini cismən məhv etmək! Qaçaq Nəbi, Dəli Alı, Qaçaq
Kərəm, Qaçaq Ələs kimi qisasçıya çevrilmək! Öldürə-öldürə ölmək!.. Qaynar
qan sifətinə, beyninə vurub gözlərini tutdu və Səməd kükrək üsyanın belə qəti
qərarılnı necə həyata keçirəcəyini o qədər də düşünmədən, dar-vazadan geriyə,
manqal tərəfə cumdu. Bayaq orda, manqalın yanında əmisinin ət doğramaq üçün
saxladığı enli, ağdəstə xançal gözünə sataşıb, dumanlı, ötəri hiss oyadıb tüstünün
altında qalmışdı. Həmin hiss indi tamam aydın, qəti fikrə, niyyətə çevrildi:
"Hamısını tapmalısan bu gecə, hamısını məhv etməlisən, ey məhv olan
bədbəxt!.." - xançalı yerdən qapıb pencəyinin altında kəmərin altına soxdu...
Lakin bu qan-qisas ehtirasının qabağında Xızr Abı adlanan, qara qarmon qırışları
arasında açıq mavi, dərin ziyalı - alim gözləri parıldayan heybətli bir pələng
dayanmışdı.
Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xırdaca
cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi.
Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələ-kötür barmaqlarla
Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın
dərinliyinə fırlatmağı bir oldu.
- Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda
qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah
Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı "diapazonlu
qadını" bir tərəfinə şpik* qoyublar, öz əmi- uşağınız Əziz Mayılovu da o biri
tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə!
Bəs necə?! "Dovşanı arabaynan tutan Şura hökuməti" deyiblər buna! Kimin
ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi
kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonar
hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə
buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm
mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan** oturubdurardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə
sənin təhsildən qayıtmağını gözləyirdim.
Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!
Qəzəblə, hiddətlə, bir az da ağsaqqal ərkilə Səmədi itələyə-itələyə aparıb
həyətin yan qapısından o yana, qonaq evinin alçacıq dəmir dirəklər başında
araxçınsayağı dəmir qalpaqlar altında solğun lampalarla işıqlanmış həyətinə
saldı, eynilə ağ binanın yançağındakı tut ağacı kimi, budaqları yanlara süzmüş
ağacın altına, dəyirmi stol dövrəsindəki qarğı kreslolardan birinə basdı,
çamadanını da böyrünə atıb:
- Qulaq as! - dedi. - Bircə kəlməmi də buraxma, huş-guşnan dinlə!
Mədədin vəsiyyətini eşitdiyin vaxtdan nə qədər keçib? O qırx altıncı ilin
dekabrı, bu əlli dördüncü ilin avqustu. Səkkiz ilə yaxındı hər dəfə səni görəndə
içim qaynayır. "Elm və eşq" deyib sənə Mədəd Sultanın tapşırığıynan, iki
qardaşın vəsiyyətini deyib. Sultan özü sənə millətimizin, dünyamızın taleyi
barədə çox şey danışammır. O ağ binanın dəlmə-deşiklərinin hamısına anfaq
doldurub KeQeBc. Ona görə burda
____________
*Xəbərçi.
**"Dəli Alı" - məşhur qaçaqbaşı.
danışıram sənnən. Babanız da alim olub sizin: Məhəmməd Əmir. Təbrizdə
indinin özündə də çox şeyi gizlədirik Məhəmməd Əmirin barəsində. Çünki şahın
siyasilərindən xeyli adam şəxsən Stalinin tapşırığıynan göndərilən casuslardı.
Yəni o tayda da tutqu gedir, qırğın gedir! Bildinmi?! Beynin boşdu sənin! Elmin
yoxdu! Lənət sənin partiya məktəbinə! Partiya tarixinə! Elmi kommunizminə!
Hoppanma! Sakit otur və dinlə!
Sultan bir kəhnə də danışammayıb sənə bu "elmi kommunizm" adlanan
nəzəriyyənin təhrifliyindən. Niyə? KeQeBe qorxusu öz yerində. "Dəli
Səməd"sən sən! Hamanca "hoppanan", ərköyün bircə balasan. Allahların Elmi
barədə məlumatın olsaydı, "elmi kommunizm"in təhrifliyini bilib təhsil
alammazdın o məktəbdə. Sultan ehtiyatlanıb ki, dilinə içki-zad dəyəndə
ehtiyatını itirib dilindən söz qaçırdarsan, Mirqəzəbin agentlərinin qələminə
keçərsən, evimiz yıxılar, varissiz qalarıq... Varis deyirəm. Çünki varissən sən!
Bilmirsən!
"Allahların Elmi" deyirəm, bunu da qanmırsan! Şeyxlərin yox, məhz
"Allahların!" Hoppanma! Qulaq as! Göbələk Məmiş Əlləzoğlunun, Hənifə
arvadın ocağından çıxan gözəl eşqilə yox, Elm eşqilə yaşamalısan! Qızarıbbozarma!.. - AradaXeyrə arvaddan "bir tikə çörək, çay" istəyib, "Əlli tərpən,
yoldan gəlib bu adam", - deyəndən sonra Xızr Abı kreslosunu Səmədə lap yaxın
çəkdi, iri, sallaq döş cibləri qələm, qəlyan, kibrit və sair xırda-para şeylərlə dolu
olan tünd yaşıl qalın köynəyinin yaxasını açıb, uzun günlüklü boz kepkasını
stolun küncünə atıb, nəfəsini dərib, birdən-birə sakitləşən, bəlağətli səslə heyrətli
sözlər yağdırdı:
- Bağday, Bağ OdEy nədi? Bağ Ata kimdi? Ulu Bağ kimdi? EySar kimdi?
Bilmirsən!.. O vaxt o rəhmətliyin yazdığı kimi, OdƏr sözlərini mən də yazım bu
bloknota, bax. Mədədin yazdığını elə orda qoymusan, stolun üstündə,
götürmüşəm, səkkiz ildi saxlayıram bu bloknotun arasında. Bunu də götürərsən
söhbətimizin axırında... Təkcə bu yazdığım sözlərin mənalarını bilsən və bu
mənalarla bağlı mənaları öyrənsən, "Yer" adlanan bu planetin bütün tarixini
bilərsən... Ey! Fikrin hardadı?! O evdəki müsibəti unutmalısan son! Çünki o
deyil müsibət, Həqiqət Elmi, Kainat Elmi, Ağların - SafAğların SafAğ Elmi
adlanan Elmin Varisinin dünyadan xəbərsizliyidi! Bu millətin az-çox savadlı
aşığının da bələdliyi var SafAğ Elmindən. Bakıya gedirəm, Sultan putyovka
düzəltdirir, göndərir. Üzümə baxandaca bilirlər kiməm, sevinirlər, parolumuzu
deyirlər: "Əmi Bağdan gələr, dayı dağdan gələr!" Nə deməkdi bu, millətiyin müstəmləkə olandan bəri dilindən düşməyən, milyonlarla adamın bildiyi
parol nə deyir? "Bağ" - Bağdı. Yazıram oxu. "Dağ" - OdAğdı. Nə deməkdi
OdAğ, ey dili dilim-dilim doğranan bədbəxt?! Qulaq as, cahil!.. - Kor-kobud
barmaqlar düyünləndi, Xızrın yumruğu stolu titrətdi. - Qulaq as!
Səməd boğulurdu. Lap körpəlikdən, atasının dililə sadəcə "Abı" çağırdığı indi
'AdıPünhan ƏlifBeyə" çevrilən bu qocanın belə rəftarının səbəbsiz olmadığını
görsə də, ağ binanın həyətindən gələn tüstü içində itkinin ağırlığından və "məhv
etmək" qərarının icrası əvəzində bu sirrli, sehrli nitq qarşısında əsirliyindən
boğulurdu.
Çay gəldi. Bir-iki qurtum qaynar çay içib, hətta "qismət kəsdi" - bir az yuxa,
pendir yedi, diqqətini toplamağa çalışdı. Əmirlilərin "iç adamı" saydan, "Quranın
əslini bilən", "böyük həriflə Alim" kimi tanman bu adam ailəyə üz vermiş
bədbəxtliyin səbəbi barədə danışmağı, heç olmasa, Xeyrə arvadın bayaq dediyinə
uyğun əlavə bir şey deməyi lazım bilmirdimi?!
Bloknotdan cırdığı vərəqə biri-biriridən qəribə sözlər yaza-yaza:
- Bax! Bax!.. Fikrin yayınmasın bu müqəddəsatdan! - dedi. - Sultan özü,
şəxsən özü verəcək sənə Elmi. Sağ qalsa... Başımıza gələn müsibətlərin arasında,
belə qanıqara vaxtımda dərs demək, Elm öyrətmək deyil mənim məqsədim.
Ayıltmaqdı, Cüzi də olsa ayıltmaq!.. Partiya işçisi olmuyacaqsan. İndidən nəzərə
almalısan ki, başqa bir yolun yolçususan sən.
Dərk eləyirsənmi ki, qulsan sən?! Vətənin parça-parça, Rusun, Farsın,
Erməninin, Gürcünün əlində müstəmləkə! Millətini aramsız qırırlar! Aramsız!
Gecələr!.Səssiz-səmirsiz, doldururlar maşınlara! Yurdun Viran qalır! Sən isə
"Yaşasın Stalin!" deyirsən! Çünki korsan! Korsan!..
Bayaq bura gələndə itələdiyim kimi itələmiyəcəyik, Təzə yolla özün
gedəcəksən. Çünki bu yolun lap əvvəlindən həvəs verilir insana, sonradan Eşqə
çevrilir verilən həvəs.
Diqqətli ol, gör nə deyirəm indi.
Ərəb dilində "ilahiyyat" elmindən, "Tövrat"dan, "İncil"dən, "Quran"dan
başlayırıq sözümüzü, sonra cəmi dillərin kökü OdƏr dilində əzəli-əbədi
həqiqətləri açırıq.
Rus dilində "SSRİ tarixi" öyrədiblər sənə o məktəbdə. Xəbərin varım ki,
"Rus" dili, "Rus" xalqı olmayıb tarixdə?! "Araz" dediyin ƏrÜz çayının o tay-bu
tayında OdƏrcə ƏrÜz adlanan vilayətdən tərik düşüb. Tərikə - "Türk"ə, sonra "Rus"a dönən mülətindi o "böyük Rus xalqı", ey
dünyadan xəbərsizim!
Xüsusi dərs keçəcəksən, inanacaqsan hər şeyə. "Rus" nədi, özümüzdən -
OdƏr adımızdan məhrum olmuşuq. Nəinki OdƏr dilindən, vaxtı gələndə dərk
eləyəcəksən ki, hətta o kök dildən yaranmış "Türk" - "Azərbaycan" dilindən də
məhrum olmuşuq. Heyrətlənmə! Dilimizlə birlikdə Adımızdan da məhrum
olmuşuq deyirəm!
"Azər" nədi?! Guya od deməkdi bu, "az ər", "atəş"di guya!.. Savadsızlıq-
ölümdü! Bir institut bitiribsən, bir də ali məktəb səviyyəsində məktəb, amma
savadsızsan! Mən deyirəm "az ər", gözünü döyürsən. İndi "Rey" deyilən yerdən,
ƏrEydən qırıb-çatıb qovublar bizi, parça-parça olan, tarixini unudan savadsız
millət hardan bilsin ki, "Malenkaya respublika" deyil. Nəhəng dünyası olub!
Vahid dili olub! Ayrı-ayrı biri-birini başa düşmüyən Türkmənə, Qazağa, Qırğıza,
Tatara, Başqırda, Xakasa, Nenə-filana dönübsən! "Rey"də EvƏrEy olubsan,
qovulub dünyaya səpələnib "Yevrey" olubsan!
MədəçPƏlAğ" deyib, (SafAğ İnsanın Əli - Oğlu). Yəni kim? Deyirəm: "Boq
Otes"in yox, insanı insana bağlayan Bağ Atanın Əli - Oğlu: EySar! Ey - Uca
deməkdi, Sar - əhatə eləyən, saran hökmdar. Uca hökmdar - EySar "İsa" olub
Ərəbin təhrif dilində! "İis+us" olub Qrekin müsibətli təhrif dilində! Yer
bəşəriyyətini planetlərin, yəni bütün Kainatın OdƏr bəşəriyyətinə bağlayan Bağ
ilk dəfə məhz Qrek dilində "Boq"a dönüb. Cahil insan deyir "Bağ olmasın, Boq
olsun, Allah olsun, nə fərqi var?!" Bədbəxt hardan bilsin ki, OdƏr dilində "Bağ"
kəlməsini unudandaca həqiqətdən məhrum olur insan! Beyindən, daha doğrusu,
BağÜndən, yəni Bağ əcdadlarımızın planetlerdən gələn Ünündən - səsindən
məhrum olur... Bəli, Ün eşidəndi insan! Milyon kilometrlərlə məsafədən Ün
eşidəndi insan!
Heyrətlənmə!
Mən ƏrÜz - "Rus" deyəndə EvƏrEy - "Yevrey" deyəndə dəhşətə gəldin,
gördüm, əmma izah eləmədim. Çünki vətəndən tərikliyimiz -"Türk"lüyümüz,
"Rus'Muğumuz, "Yevrey"liyimiz yəni kökdən, OdƏr dilindən azan dillər barədə
Sultan özü danışacaq sənə. Diksinmə. Görüşməlisən əminlə! Onun özündan dərs
almalısan! Mən ancaq bəzi vacib şeyləri deyirəm. Müxtəsərcə bil hələlik ki, Ər -
İşıq deməkdi, Üz - məna deməkdi. ƏrÜz - məna işığı deməkdi. Nə mənadı belə?
Qulaq as
ƏrÜzdən azma "ruz" sözü də var. "Nov ruz" Fars sözüdümü? Bəli! İndi
belədi. "Araz"ın o tayında, bu tayında hamımız "Novruz" bayramı eləyirik.
Əmma bilən yoxdu ki, Farsın dilindəki "Novruz" OdƏrcə -"Tərik"cə - "Türk"cə
ÜnEv ƏrÜz sözündəndi. ÜnEv aydındı ki, Evin səsi deməkdi. EySarın Evinin
Ünü. ƏrÜz də ki, dedim, məna işığı deməkdi. ÜnEv ƏrÜz - Ün Evinin məna
İşığı deməkdi. Həmin qədimdən qədim ÜnEv ƏrÜz günü EySarın evindən
göndərilən məlumatı ayrı-ayrı alimlər yox, bütün əhali eşidərmiş. İlk bahardan
başlamış hansı ərazidə nə əkilməlidi, hansı ayda nə yeyilməlidi, hansı xəstəliklər
olacaq, əlacı-dərməni nə olacaq və sairə bu cür məlumat gəldiyi gündən
başlayaraq, Bağdayın bütün əhalisi bayram elərmiş.
Budu ÜnEv ƏrÜz - "Novruz". Görürsənmi necə azıb Fars dili həqiqətdən?
Başqa dillər də bax belə azıb OdƏr dilindən. Vahid bəşəriyyətimiz parça-parça
olub! Niyə?
Həqiqi tarixə yaxın gəlmiyən "Midiya tarixi" öyrədiblər sənə o məktəbdə.
"Midiya" bədbəxtliyimiz də Qrek dilindən gəlir. Əsli - Od-Ərcəsi BağOdEydi
"Midiya"nın. Dedim Od - Kainatın energiyasıdı, OdƏrcə Həqiqət deməkdi, Ey,
bayaq dedim, Uca deməkdi; BağOdEy -Uca Həqiqət Bağı deməkdi. "Tərik" -
"Türk" dilində Bağday demişik. Bağın və ya Bağların "day durduğu" - ayağa
qalxdığı yer, məkan! Bax belə vətənin olub, oğul. İndi də var o vətən. Əmma
ixtiyarı gedib əlimizdən! Od - həqiqət də gedib, ad da gedib! "Yer"də yaşayan
Ün eşidənlər də yox dərəcəsindədi.
"Azər bay can" sonrakı şeydi. Düşmən sözüdü: "Az ər" "bay", yəni "vay"
can. "Aytropatan" Qreqcədi, yaddı bizə, Dünyaya.
Tarix deyil bu təhrif, təhqirimiz adlar tarixi. Sonra biləcəksən.
Vətəni qaytarmaqdan ötrü vətənin həqiqətini bilməlisən, oğul. Bilməlisən ki,
ƏrÜz - məna İşığı Bağlarımızın Üzünün - mənasının işığıdı. "Araz", "Rus", "ruz"
isə ilahi məna işığından məhrum təhrif sözlərdən ibarətdi.
OdƏr dilindən, OdƏr bəşəriyyətindən ayrılma xəstəliyinin tarixi, elmi izahı
xüsusi elmdi. "Yer" adlanan bu EyƏr - Uca İşıq planetinin ən böyük dərdi ayrılıq
dərdidi, oğul. Əsli - OdƏrcəsi ÜnƏs (Yaradan Ün) olan "ins"anın bu böyük dərdi
barədə də əmin danışacaq sənə. Ayrılığın səbəbi çoxdu. Hələlik bunu bil ki,
"ins"anın özünü tanımamağı, özündən ayrılması, BağÜnünün "beyin"ə
çevrilməsi nəticəsində hissiyat şüuru üstələyib, hissiyat əsiri insan isə belə
çəyirtkə təki artıb, Bağday ərazisindən uzaqlaşıb, ya quru səhraya, ya dəniz sahilinə, ya da dağa-dərəyə
qapanıb, həm bədəncə, ağız-burun, dil-dodaqca, həm də şüurca daha da dəyişib;
yalnız müvəqqəti yaşamaqdan ötrü yaradılan təhrif ərazilərdə sözü, mənanı elə
təhrif tələffüz eləyib, daha əslinə qayıda, yaxınlaşa da bilməyib. Nenin üzünə
bax, Hindin üzünə, Çinin üzünə, Qazağın, Rusun üzünə bax, öz üzünə bax! Gör
ərazinin ab-havası nə kökə salır insanı. Ev ƏrEy (Uca İşıq Evi) hara, Yevrey
hara?! EvƏrƏs sözü "Pərəsu"ya "Pers"ə, "Pars"a, "Fars"a, yəni tam mənasız
"sözə" dönüb. Halbuki fars da bizdən olub vaxtilə. Və ya. Gur (Güclü) SafAğ
İnsan mənasında olan GurAğ - "Qrek"ə, ƏrEv tamam təhrif "Ərəb"ə dönüb!
EvƏrÜn - "Fər" Ünə - "Faraon"a dönüb!.. Yenə deyirəm, kütlələr məcburən
təhrif ərazilərə düşdükcə üzləri dəyişdiyi kimi, dodaq, diş, damaq da dəyişib.
"Dillər" Bağdaydan uzaqlaşdıqca dediyim kimi, hissiyat gücləndikcə "beyinlərdə
vəhşi ehtiras"lar hakim olub, Əs - ya-rat, yaradan mənası verir. ÜnƏs - Yaradan
Ündü. "Beyni" ehtiraslarla tutulan ÜnƏs bir daha OdƏr - həqiqət işığı ola
bilərmi?! "İns"anı ÜnƏsə qaytarmaqdan ötrü Eylik - Ucalıq tələb edən
OdƏrlərimizə, Bağlarımıza qarşı hücumlar başlanıb, nə başlanıb! Müharibə,
basqın, qrrğın!
Həqiqətimizin üstündə "İns" adında İlan qıvrılıb, oğul! BağƏsƏr (Yaradan
İşıq Bağı) ikən "bəşər"ə dönmüş İlanın zəhəri okeandı! Başqa ünvanı, başqa adı
da var İlanın. Onu da Sultan tanıtdıracaq sənə...
Səməd hiss etdi ki, bu heyrətli, sehrli nitqi bir az da dinləsə, baş vermiş
bədbəxtliyin səbəbləri barədə nə isə aydın bir söz-xəbər eşitməsə, daha dözməyib
kobudluq eliyəcək.
Və elədi. Səbrsiz, sərt hərəkətlə əlini qocanın ağzına basıb:
- Bəsdi! - dedi. - Atamın ölümündən betərdi bu iş! Necə olub axı bu?! Sultan
Əmirli günahsızdısa, niyə danışmırsan ki, "günahsızdı" deyənlərin bildiyini mən
də bilim, mən də deyim günahsızdı!
Abı qolyanmı, tütün kisəsini çıxara-çıxara başını buladı.
- O barədə aydın bir söz deyəmmiyəcəm mən. Əmiyin özündən də gözləmə
heç. O günüqara gözəldən də... Düzünü heç bu "günahsızdı" deyənlər də
bilmirlər, həqiqətən günahsız bədbəxtlər özləri də bilmirlər.
- Nə?! - Səməd necə axmaqcasına, əməlli-başlı dəli kimi şaqqıldayıb
güldüyünə özü də təəccübləndi. - A kişi! Nə danışırsan?! Necə yəni "özləri də
bilmirlər?!"
Abı qəlyanı alışdırıb, gözlərinin açıq maviliyində od közərə-közərə, boğazını
Səmədə doğru uzadıb səsini endirdi:
- İlan elə çalıb ki, dişinin yeri də bilinmir. Sultannan o günüqara oyanıb
görüblər bir yorğanın altında ər-arvaddılar. Daha nə deyim bundan artıq?!
Səməd də istər-istəməz səsini endirdi:
- Şənbə, Lüt əhvalatı?!
- Təfsilat lazımdımı, ay oğul?!
- Demək, qurğu olmağına qurğudu?! Kimin işidi?!
- Coşma!
- Xudiyev dəstəsi?! KeQeBe?! O dəstənin işidi, ya yox?!
- Oğul! Ay gözümün nuru! Qaynama! Coşma! Bayaq "vəhşi" ehtiras dedim.
Sonra çox vacib söhbət başladım. Səndən ötrü bu saat hava, su kimi vacib
söhbətdi, inan! Məni eşitməsən, bir varis kimi öhdənə düşən işdən xəbər
tutmasan, daha böyük, daha ağır müsibət olacaq. SafAğ İnsanların SafAğ Elmi
varissiz qalacaq!.. Qırğın gedir dünyada! Bəli, dünyada! "Az ər baycana
döndərilən Bağdayımızı əsrlər boyu parçalayıb, indi görürlər bu Şimalımızda da
qalıb Elm, Cənubumuzda da, Şərqimizdə də, Qərbimizdə də! Yenidən
parçalamağa hazırlaşırlar! Lap xırda-xırda, arası sərhədli dövlətlər eləmək
istəyirlər. Plan var ey, ay oğul! Plan var! Əmma həyata keçirəmmirlər. Ona görə
də qırırlar. SafAğdan az-çox başı çıxanların hamısının sağ gicgahına iti uclu
çəkic çaxırlar. Gürcüstandakı o Georgi kilsəsinə şifrəli teleqramlar gedir, bir-iki
kəlmə: "Bir Sak!", "Beş Sak!", "On Sak!"*
Ordan da Stalinə hesabat verilir!..
Qohumlarınız vardı Qazağın Muğanlı kəndində: AğEy Bağlar! Ağabəylər
deyirdik. Şamaxıdan sürülmüşdülər otuz yeddinci ildə Muğanlıya. Getdim
soruşdum ki, sizləri Sibirə sürürlər axı, niyə bura göndəriblər? Dedi Dərbəndi,
Şamaxını, Muğanı hələ birinci Aleksandrın vaxtında ƏsAğsız qoyublar, yerində
heç nə başa düşmüyən, saz da çalammayan bədbəxt, "Aşıq"lar qalıb, ƏsAğ
əvəzində, ey oğul! Bədbəxtliyimizin dərəcəsini duyursanmı?! Sovet alimləri
deyirlər: "Sak" olub vaxtilə, ƏsAğ hara, "Sak" hara?! "Kaspi"lər olub deyirlər,
"Xəzəri"lər olub! Bir xalqı elə yazı-pozudaca yüzlərlə təhrif sözə parçalayırlar
ki, Bağday silinsin tarixdən. Xəbərin varmı Qrek neçə əsr tapdalayıb Bağdayı?!
O fatehin iki sözü var: "ki", "at", ikisi də od deməkdi. Kainat Odu - həqiqət
mənasında yox adi od-alov mənasında işlədirlər. "K", "ka", "ko", "ku", "xə", "xa"
- hamısı "ki"dəndi. Fikir ver: "Sak" -
___________
*Əsli: ƏsAğ. İndiki Gürcüstan ərazisindəki bir bölük əhali. Açar adı da Odərdəndir.
hara, - ƏsOd (Yaradan Od) hara?! "Ka s pi" hara, OdƏşBağ (Yaradan Həqiqət
Bağı hara?! "Xə z ər" hara, OdƏsƏr (Yaradan İşıq həqiqəti) hara?! Sənə bax
belə, qıyma-qıyma, incə-incə dərs deməlidi əmin! "Varis" - EvƏrEyƏs
sözündəndi. ƏrEyimizin Yaradan Evi olmahlısan sən! Ev - beyin mənasında da
işlənir. Beyin olmalısan sən! Səməd ayağa qalxdı.
- Abı! Bu saat heç nə girmir beynimə! Beyinsiz deyiləm, başa düşürəm ki,
"dilim-dilim" dil, "Boq" - Bağ çox ciddi məsələdi. Əmma qan tutub ağlımı-
fəhmimi bədbəxtliyimiz öldürür məni! Qan içəcəm! Qan içən itəm bu saat!
Abı da ayağa qalxdı.
- Qaynama!
- ...Qayınyacam da, daşacam da!... Atamın qanı batıb! Bu iş də elə-belə
qalacaq?!. Dözəmmərəm! Yeməz-içməz qalaram! Yuxum ərşə çəkilər, ölərəm,
Abı!.. Gedirəm! Çax-çux Xalıq çox şey bilir. Ondan başlıyacam. Xirtdəyindən
yapışıb öyrənəcəm hər şeyi, qıracam hamısını! Xançalnan doğruyacam! Səssizsəmirsiz! Elm nədi?! Cəlladam mən bu saat!
Abı bozardı.
- Bu boyda SSRİ-nin qanını içəmməzsən!
- Mən soyumalıyam, Abı! Qan içməliyəm, soyumalıyam.
Abı burda bir az fikrə gedib, sonra, gözlənilmədən, astadan soruşdu:
- Heç olmasa beş-on dəqiqə qulaq asammazsanmı mənə?!
- On dəqiqə?!. On dəqiqədən sonra əl çəkəcəksən yaxamdan?
- Hökmən! Bayaq dedim qulaq as, sonra hara gedirsən get.
- De!
- Deyirəm... Sultan, mən, "Adıpünhanlar" (Yəni "Muğ"larımız - Bağlarımız)
özümüz də xeyli vaxtdı xeyli açıq işləyirik. Beynəlxalq miqyasda dəst-tərəfdar
axtarırıq. Çünki SafAğ Elmi düşmənlərinin, məhz beynəlxalq miqyasda
casusların, çuğulların sayı-hesabı yoxdu! Biləcəksən, tanıyacaqsan. SafAğ
ƏsƏrlərimizi, dəstanlarımızı fəsilləə-fəsil, sətirbəsətir dəyişdiriblər. Bu saat,
indinin özündə Bakıda Moskvanın, Tehranın casus alimləri işləyirlər,
Məhərrəmin gözünün qabağındaca, Nizamidən, üzübəri hamısının SafAğa aid
nəyi varsa, dəyişdirirlər!Biri var Bakıda, Akademiyada. Cılız bir şeydi. Məndən
betər. Əmma hələ o cür həyasız, qorxusuz insan görməmişəm mən. Bakıda gizlin
şairlik eləyən bir Pünhanımıza deyib, kömək elə "İsgəndərnamə"ni dəyişdirək, hər sətrinə bir manat verərəm. Üstəlik bir kilo qızıl, yaxşı varlanarsan...
Lap çoxdankı bəladı bu. Sən bilməlisən və ətrafında gördüyün adamların
hamısıyla dil tapmağı bacarmalısan. Tarixən beləyik biz: təhrif insanın evimizə
dürtülən ən həyasız, ən iyrənc casusuyla da dil tapmışıq, Elm verib beynini-
şüurunu dəyişdirmişik.
Düşmənin əsas üsulu zordu, silahdı, qırğındı. Əmma ikinci üsulu, cahilləri
təsir altına salıb ikicə kəlmə "Allahdan qorx" kəlməsilə və bunun əsasında əməli
işlə qorxudub, həqiqət əleyhinə qaldırmaq bacarığı daha təhlükəlidi.
Bir neçə tarixi fakt deyim, yadında saxla.
Müasir "Azərbaycan"da ayrı-ayrı guşələrdə saysız-hesabsız dili dəyişmiş
"Yəhudi" var ki, çoxunun kəndlərinin adı "Muğanlı"dır. Bilən varmı ki, bu da
fatehlərin əməlidir?!
"İsrayıl"ı indi də "İzrail" eləyirlər! Əsli – OdƏrcəsi ƏsƏrƏldi (Yaradan İşığın
Əli). Bilirsən ki, lap qədimlərdən "Beytül müqəddəs" deyilən ziyarətgah var
orda. "Ərəb"cədi bu "beyt", guya "ev" deməkdi. Əsli OdƏrcəsi BağOddu (Bağ
Həqiqəti). "Ərəb"in dilində "Yəhudi", "Qrek"in dilində "İudey"ə dönən EyOd
OdƏrlərimizin övladları haman BağOdun əhatə elədiyi yerlərdə Elm
öyrənərmişlər. Geri sananan əlliminillik tarixin ortalarından başlayaraq
"Assuriya"lılar - "Su-riya"lılar, "Qreklor", "Latınlar" dəfələrlə dağıdıblar
BağOdu. Sonra görüblər "Beyt"ləri dağıtmaqla tədrisin qabağını alammırlar,
bayaq dediyim haman ikinci üsula əl atıblar: "Beytül müqəddəs"i veriblər Ey-Od
- "Yəhud" qiyafəli "Qrek" "monax"larının ixtiyarına... "Beyf"dən -BağOddan bir
az o yanda bir dağın adını qoyublar "Səfa dağı". Diqqət yetir. "SafAğ"
kəlməsinin əvəzində təhrif dildə - Ərəbcə "Səfa!" Yəni təmizlik. O "Səfa"
dağından "Beyf"ə doğru axan suyun adını da qoyublar "Səfa suyu". Ətraf
ölkələrdə, o cümlədən fəth elədikləri Bağday ərazisində də tədris
dayandırıldığına görə Elmdən ayrılan, Qrek kaloniyalarında qula dönən kütlələri,
qocalı-cavanlı, sel kimi axıdıblar o "Saf su" axan yerə: əl-üzünü, ayaqlarını yu
"müqəddəs Səfa suyu"nda, get "Beyf"in kandarına yıxıl, daşı-divarı öp, arzunudiləyini de, vəssalam! Diqqət yetir, gör SafAğ Elmini, Kainat haqqında məlumatı
nə ilə əvəz eləyiblər: su ilə!.. Qrekinköhnə "xristian" üsuludu bu-"su"dan istifadə
yolu ilə "Religiya" yaratmaq!.. Bədbəxt cahil hardan bilsin ki, "su" OdƏrcə Əs
(Yaradan) sözündən azıb. Danışanda üz-gözümüz əsir-titrəyir, həm sifətimizdə
məna yaranır, həm də səsimizdə - Ünümüzdə,
sözümüzdə. Suyun axınından başqa, lap laltərpənməz qalanı da Əsir-yaradır.
Torpaq, daş, qaya, dağ, dərə, hamısı hər şey Əsir-yaradır. Hətta ən tərpənməz
suyun özündə də səs var. O da Bağlarımızın Ünü - səsi sayılır. Bağlarımız məhz
Ünlə, sözlə - məna ilə bağlayırlar Kainatı özlərinə. Bağ Əsməsə - yaratmasa,
təhrif "ins"an ÜnƏsə - Yaradan Ünə çevrilməyib "ins"liyində - mənasızlığında
qalar. Bax buna görə də fatehlər OdƏr dilinin "Əs"ini "su"ya döndərib bədbəxt
insanı "Səfa dağı"nın "saf su"yuna bağlayıblar. Bu cör asan, sadə bir üsulla
yıxıblar bəşəriyyətin evini! Suya bas, çıxart de: "okrestili", oldun xristian!
Düşməni tanımırsan sən, oğul. Bütün planetdə cəhalətdi bizim nəslimizi,
kökümüzü kəsən! Çax-çux Xalıq, Xudiyev dəstəsi "Saxara" deyilən, "Dəşti
kəbir" deyilən səhrada qum dənəsidi.
Səməd diksindi:
- Don Kixotam, nəyəm mən, kişi, "Dəşti-kəbir"nən döyüşməliyəm?! Sən lap
sərsəmləyirsən, Abı! Bağışlı məni, köhnənin kobuduyam. Getdim!
- Dayan, cahil! - Uzun qol kənara uzanıb necə qayıtdısa, şapalaq Səmədin
üzündə iz saldı. - Otur aşağı. Sizi kimi əbləhlərin əla roman saydıqları o "Don
Kixot"lar deyilmi insanı yolundan azdıran?! Guya ədalət yoxdu dünyada?! Bəs
mən kiməm, ay cahil! Sizin Tolstoyunuzu cibinə qoyan saysız-hesabsız SafAğ
Alimlərini tanıyanda biləcəksən necə zibillərdi o "Don Kixof"unuz!, "Hərb və
sülh"ünüz!
İyirmi altı yaşındasan indi. Deyilib: "Əlli yaşında yüksək rütbəyə çatacaq".
Yalandı bu. "Altmış yaş" deyiblər şeyx əmilərin, Mədəd gizlədib səndən, "əlli"
deyib. Soruşma "niyə", sirrdi bu. Məhz altmış yaşında biləcəksən nədi o "yüksək
rütbə". Yeni səksən səkkizinci ildə.
De görüm, iyirmi altı il bundan əvvəl şeyx əmilərin necə biliblər altmış il
sonranın hadisəsini? Sadə deyirəm, loru deyirəm: göydən eşidiblər!.. Ən pis
təhrif sözlərdən biri də "vəhy" deyiləndi. Cəbrayıl adına çıxılan kəlamlar
EvEydən deyilib. Uca Evdən. "Quran" yox, "Gur Ün" deyilib.
Ağ Əmir də Ün eşidirdi, Boz Əmir də! Baban Məhəmməd Əmir də! Ulu
baban Musa ağa da! Musa ağanın başqa Pünhan Bağ oğulları da!
Yeni Peyğəmbərdi hamısı? Bəli! Bəli, ey Peyğəmbərlər varisi! "Muğ" - Bağ
nəslindən ancaq sənin kimi nadan cavanlar bilmirlər "Peyğəmbər" nədi.
"Peyğəmbər" - "Peyğəmbər"in əsli - OdƏrcəsi Bağ Ün Ev ƏrEydi (Uca İşıq
Evinin BağÜnü - "beyni"). "Ərəb" "BağÜn" sözünü təhrif eləyib "PeyğÜn" şəklinə salıb. Hiss eləyirsənmi necə təhrifdi?! "Pey-ğÜn"ə
"əvvəlcədən xəbər verən" mənası veriblər. Belə şərhlərin -izahların vaxtı deyil
hələ, nəslini tanımalısan indi. Özünü tanımalısan!
Diqqətli ol!
Bağlarımız ilk-əvvəl Olam adında kiçik bir yerdə olublar. O ayrı söhbətdi.
Əsil dövlət Olamdan sonra yaranıb. Bağdayın ilk vilayəti Ər-Eydə, "Əmir"
EvƏrEylər ordandılar. Mən də sizdənəm. Təhrif dillərdə "Yevrey"ə dönən
EvƏrEylərik. EvƏrEy OdƏrləri, əbədi Bağlar deyirlər bizə. Əbədi! Ölümsüz!
Hoppanma! Qulaq as!
Olam, irəli sınanan əlli minillik tarixin birinci minilliyində olub. O minilliyin
axırında GurAğ - "Qreklər" hücumları başlanıb. Belədi. SafAğ İnsan mühitində,
yəni əbədi insan mühitində ilk ölümlər tarixi -o vaxtdandı.
Bağdayın ordusu olub GurAğlar. Niyə qiyama qalxıblar, o xüsusi dərsdi,
öyrənəcəksən.
Silah işlədən, qan axıdan əxlaqca, mənəviyyatca, ağd-şüurca murdarlaşan
insan torpağa gedir-çürüyür. Saf mənəviyyatlı SafAğ İnsan öləndə isə bətnindən
təhrif dildə "Ruh" adlanan ƏrAğ (SafAğ İşıq) çıxır. Adını hələ bilmədiyin
planetə çatana qədər "Ruh" - ƏrAğ təhrif dildə "element" adlanan zərrəciklərlə
dolur, beləliklə, ölən insan ikinci dəfə yaranıb əbədi yaşayır. "İkinci yaranış"
yox, "ikinci doğuluş" deyirlər buna. Çünki ölən insanın beynindən çıxan ƏrAğ
rüşeymidi o insanın, başqa sözlə proqramıdı. İşığın içində başqa planetə uça-uça
proqramdan yaranır, işıqdan doğulur. Həm də lap qısa müddətdə!
Sultan təfsilatla danışacaq sənə bu ikinci doğuluşu. Hələlik bircə bunu bil ki,
"Əmir" - EvƏrEy OdƏrlərinə ölüm yoxdu. Bir şərtlə: qan tökməsinlər,
bətnlərindəki SafAğ İşığı - ikinci doğuluş proqramım öldürməsinlər. Bu əsas
şərtə əməl eləsən, "Yer" mühitində nə qədər çirkaba batsan da, sarsıntılar,
işgəncələr bahasına saflaşa bilərsən.
Yerin özündəcə. Bildin?! Yalnız tək-tək hallarda həqiqət naminə qisas almaq
niyyətilə qan tökənlərdən də elə Yerin özündə əzab-işgəncə hesabına saflaşanlar
olur.
İşgəncələrdən keçib əbədiyyət qazananlarımıza, yəni təhrif həyatı dərindən
dərk edənlərimizə icazə verilir ki, "Yer"ə, öz vətənlərinə Ün göndərsinlər.
Belələri, lazım gələndə, "İşıq gəmiləri" dediyimiz planetlərarası gəmilərdə
"Yer"ə gəlib, gizlin guşələrdə gizlin yaşayırlar, Ey-Sarın tapşırığı ilə iş görürlər.
Gözlərin böyüməsin! Nə deyirəm, həqiqətdi hamısı!
Bax bu Xızr Abı deyilən kaftarın indikindən qat-qat pis kaftarlaşan bir vaxtı
vardı. Rus, Göyçəni əlimizdən alıb Erməniyə verməmişdi hələ. Getdim ki, bulaq
suyu içim, qantəpər, baldırğan, qoyungözü-zad* yeyim, dirçəlim bir az. Elə
gedən günü baban Məhəmməd Əmirin səsini eşitdim: "Niyə belə axmaqladın, ay
Abı? Göyçənin nemətlərini elə burdan göndərmirikmi sənə?!" Məlum oldu ki,
SafAğ İşıq içində hər şey göndərirlər, mənim bu kaftar canımda qanıma, onun
hesabına yaşayıram.
SafAğ Elmindən kənar insanın, yəni, təhrif insanın beyni yox dərəcəsindədi.
"Ölüb" - doğulub qayıdanlarımızdan bəziləri, özlərindən asılı olmuyan səbəblərə
görə "Yer"də gözə görünəndə "xortdayıb" deyir təhrif insan. Həqiqət Ününə -
OdÜnə "Din" deyənlərin sözüdü "xortdamaq". Öldürürlər "xortdayan"ları. "Ruh"
bədəndən ayrı yaşamalıdı" deyirlər ki, ikinci doğuluş, planetlərdə əbədi həyat,
OdƏr bəşəriyyəti haqqında bir kəlmə də həqiqət deyilməsin. Çünki diri ikən
çürüyən murdarların xeyrinə deyil həqiqət. Məhz buna görə "din"lərdən dördəlli
yapışırlar çürümüşlər.
Səbrini itirmə! Bir-iki dəqiqə də qulaq as.
OdƏr dilində üç sözdən ibarət bir söz var: EyOdƏr. Uca Həqiqət İşığı
deməkdi. Kainatda ilk və ən böyük planetin adıdı bu, həm də Kainatın sahibi,
yaşı məlum olmuyan əbədi Bağ EyOdƏr Babamızın adıdı. Pünhanlarımız
ƏsƏrlərində Yer təbirilə, "Heydər" yazırlar. On beşinci əsrdə Şah İsmayılın lap
uşaq vaxtı Məkkədən "Heydərilər" adıyla casus ordusu dolub içərimizə. Ona
görə də bilməlisən ki, hər "Heydəri"yəm deyənə SafAğ demək olmaz. "Biz
ayrıyıq" deyiblər onlar sonralar! "Şiə"yik - Ayrıyıq! Və başlayıblar Bağları açıqaçığına qırmağa. Bağday tarixinin ən qara səhifələrindən biri də budu. SafAğ
Alimi Şah İsmayılın dövrəsində hakimiyyəti alıb, üstəlik "Ruma" -Ərimə, indiki
Türkiyəyə də əl uzadıblar. Sultan Səlib kəsib əllərini! Diqqətli ol!
EyOdƏr Babamızın Oğlunun adı BağBağÜndü. "Beyin" - BağÜn Bağı
deməkdi.
BağBağÜn Babamızın Oğlunun adı BağOddu, biz Bağ Ata deyirik.
Bağ Atamızın böyük oğlunun adı ƏlBağdı, biz Ulu Bağ deyirik.
Bəri başdan bilməlisən ki, bütün OdƏr ƏsÜzləri (Yaradan mənaları) -
"Söz"ləri Bağların Odlarıdı (Həqiqətləridi) - adlandı - rütbələridi.
___________
"Jenşen"
Məsələn, ƏsƏlMən sözü (Mənim Yaradan Əlim - Oğlum). Əlliminillik irəli
sananan tarixin birinci ilindən başlıyaraq, geri sananan əlli-minillik tarix
müddətində və bu son Yeni tarixin min doqquz yüz əlli dörd ili müddətində
ƏsƏlMon Odu - adı Ulu Bağın ilk və əbədi rütbəsidi.
Altı qitəli EyƏr - "Yer" planetinin bütün qitələrinin sahibi Bağ Atanın
ƏsƏlMəni - Yaradan Əli - Oğlu Ulu Bağdı.
Təhrif dil "Solomon"a döndərib ƏsƏlMəni. Sonra "Süleyman"a döndərib.
Mənasız sözlərdən başqa bir şey deyil "Solomon", "Süleyman"; "Bibliya"nın
milyon-milyon nüsxələrində bütün planetə yayılıb. İlanın "sözü" - mənası -
"elmi" Elmimizin Yaradan mənasını - Əs-Üzünü - sözünü öldürüb! Hiss
elədinmi, duydunmu faciəmizi?!
Mücərrəd "Midiyskiy tsar", "Boq Midii" yazır İlan və bu "tsar"ın, "Boq"un
hətta təhrif adlarını - "Solomon"u, "Süleyman"ı da gizlədir ki, "Süleyman
padşahın xəzinəsi" - Elmi, Bağdayda Bağ nəsli, OdƏr xalqı, Kainatın OdƏr
bəşəriyyəti həmişəlik "batin" - gizlin qalıb, nəhayət, "batil" - yox olsun.
Budu EvƏrEy OdƏrlərinin kütləvi qırğınlarının sirri!
"Qrek"in "od" mənasında işlənmiş "ki" kəlməsini Rim senatının xüsusi
qərarilə yeridiblər OdƏr dilinə, "Tərik" - "Türk" dilinə. Sonralar Vizantiya da
davam etdirib bu dəyişdirmək - həqiqəti öldürmək siyasətini. "Qrek"in, "Latın"ın
gah açıq, gah da gizlin müttəfiqləri "Fars", "Ərəb" də davam etdirib təhrif sözlə
məna öldürmək siyasətini. İndi isə "Böyük qardaşımız" - "Rus" xalqı davam
etdirir. Hünərin var "Bakı" əvəzinə həqiqi adını - BağOd də, yoxa çıxarsan!
"Quba", "Kuba" əvə-zinə OdBağ desən, "Bağdad" əvəzinə BağOd desən və ya
"Ərəb"cə "Mək kə" əvəzinə BağOd desən, Sibir bu yanında qalar! OdƏr çayı
əvəzində "Ki Ər" - "Kür" deməlisən!. GurOd əvəzində "qurd" (canavar) və ya
"Kird", "kürd", GurOdMən əvəzində "Kirdman" deməlisən! Ey OdÜnƏs
əvəzində "Ki Ün Əs" və ya indi deyildiyi kimi, "Günəş" deməlisən!
Ey OdÜnƏsi - Uca Həqiqətin Yaradan Ününü unudub "Günəş" deyən
"Türk"ün faciəsini hiss eləyirsənmi, duyursanmı?!
OdÜnƏs əvəzinə "dəniz" deməlisən! Əks halda başıyın üstündə "Domokl
qılıncı" peyda olar!
Sultandan sonra çoxlu Pünhan gizlin Muğannalarla görüşəcəksən. İşıq
gəmilərində uçan əbədi Bağ nəsli ikən ölümlü insanlara çevrilib müxtəlif
yerlərdə gizlənən "Muğ" - Bağlarımızı, "Aşıq" - ƏsAğlarımızı tanıtdıracaqlar sənə. "Əlhəmik" - Vahid Əlik biz, yəni ƏlAğımız -
"Allah"ımız birdi sənnən" deyəcəklər. "Sələm əleyküm" əvəzinə "ƏsƏlim ƏlEy"
deyirlər. Yəni, "Yaradan Əlim Uca Əldir!" Cavab verirlər: "ƏlEyƏsƏlim". Yəni,
"Uca Əl Yaradan Əlimdir..." Vaxtı çatanda çox adam açılışacaq sənə. Hərəsi
Elmimizin bir guşəsini işıqlandırıb yeni-yeni həqiqətlər açacaq. Elmi
mənimsəyib, bütün varlığınla inanacaqsan ki, Yeni tarixin qırxıncı ilindən
"Qalaktika"mızın - QalAğımızın "Allah"ı - ƏlAğı (SafAğ İnsan Əli) olan
EySanmızın ("İ sa"nın, İiS+usun) Əlisən! Bəli, oğul! Budu sənin sevgin, ailən,
oğul-uşağın, qohum-əqrəban: Əl! Bütün OdƏr bəşəriyyəti Vahid Əldir, "Lailahə-
illəllah" ola bilməz!
EySar özündən böyük qardaşı EvƏrim Sar ÜnAğın ("Avrama" döndərilənin)
Əlidi;
EvƏrim özündən böyük qardaşı EySar ÜnEvin ("İsay"a, "Noy"a, "Nuh"a
döndərilənin) Əlidi;
EySar ÜnEv özündən böyük qardaşı Ulu Bağ ƏsƏlMənin Əlidi; "Din"
yalançıdı; EySar ÜnEv - "Nuh" nə ilk peyğəmbərdi, nə də ilk oğul.
Ulu Bağ, Bağ Atamızın Əlidi;
BağBağÜn Babamız isə EyOdƏr Babamızın Əlidil Bu ilkməlumatı alanlara
bunu da deyirlər ki, təhrif dillərdə "Peyğəmbər"ə, "Peyğünbər"ə döndərilən
BağÜn EvƏrEy "Məhəmməd" - "Mühəmməd" -"Muhamməd"in Odu - adı -
rütbəsi BağHəmOddu (Vahid Həqiqət Bağıdı).
"İmam" Əlinin Odu - adı - rütbəsi EyMən Əlidi (Mənim Uca Əlim).
BağHəmOda - "Məhəmməd"ə qədim "GurÜn" verilib, GurÜn! Yəni, "Quran"
uzaq, - "Türk"cə, OdƏrcəsi. O kitab bir müddət "Məkkə"də bağlı seyfdə
saxlanılıb; maraqlananlara deyiblər: "Bu alimlər üçündü, adi bəndələrə verilmir".
Belə çıxır ki, iki "Quran" var? Xeyr, oğul! "GurÜn" var və "GurÜn"ün
əfsanələşdirilmiş, iyrənc tərcüməsi "Quran" var.
Əslini EySar verib BağHəmOda. "Allah" - ƏlAğ EySar ("İsa"; "İis+us").
Bilməlisən ki, ƏlAğ EySar cəmi OdƏr bəşəriyyətin - cəmi Kainatın yox, tək
bizim "Kalaktika"mızın QalAğımızın "Allahı" -ƏlAğıdı. Hər QalAğın öz ƏlAğı
var. Hər ƏlAğın yanında öz SimOd məclisi var.
"İslam" yoxdu, ƏsƏlim var, oğul. ƏsƏlim - Yaradan Əlim!
Gör indi, necə gizlədilib həqiqətimiz, dünyamız, bəşəriyyətimiz!
İndi gedə bilərsən. Xançalı yox, çamadanını götür, get Əmirli mülkünə.
Çürüknən orda qalırıq indi biz. Get sakitləş, yat dincəl. Sonra Sultannan
görüşəcəksən!..
Səməd duruxdu: "Sultannan görüşəcəksən! Mümkündümü?!" Yenə də beyni
qıjıldaya-qıjıldaya, gözləri tutula-tutula, hara getdiyini, necə getdiyini bilmədi.
Qapını Hənifə arvad açdı.
Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın
ortasından sallanan yeddilik lampanın* alovu qapının yelindən uzanıbyaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin
üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.
- Xeyir ola... Gəl gör bu kimdi belə, a kişi, - deyib içəridən ərini çağırdı,
tanıyanda isə, əllərini üzünə basdı, - Allah, mənə ölüm ver!
Əlləzoğlu otağın yarısını tutmuş nəhəng taxtın üstündə böyrünü cecimə verib,
mütəkkəyə dirsəklənib yatırdı. Arvadının çığırtısına quş yuxusundan bir göz
qırpımında ayılıb, quş cəldliyi ilə yerə atıldı, səhərdən axşama qədər yollarda
arabaların, atların, mal-qaranın qaldırdığı toz-torpaqdan keçəyə dönən çal tüklü
sinəsini qaşıya-qaşıya, gözlərini qıyıb, qonağa diqqət yetirdi və bir əli sinəsində,
o biri əli qəlyanın zorba başında, donub qaldı.
Kandarın bir tərəfində Gülgəzin ata-anası, o biri tərəfində Gülgəzin istəklisi
dayanmışdı. Nə qədər ki Gülgəz aralıqda idi, bu kandar görünməzdi. Gülgəz
aralıqdan getmişdi, kandar əvəzində sədd əmələ gəlmişdi, odur ki, nə bu yandan
ayaq atan vardı, nə də o yandan.
Səməd özü də məəttəl qalmışdı ki, bu evə nə üçün gəlib? Necə gəldiyini də
doğru-dürüst bilmirdi. Yadında qalan bu idi ki, meşə çox qaranlıqdı, lap
uşaqlıqdan hər qarışına bələd olduğu Kəsəyolla yerisə də, tez-tez ağaca
toxunurdu, üz-gözünə şax-budaq çırpılırdı, üstəlik, əlində nə isə tez-tez kol-kosa,
kötüyə-zada ilişirdi, əsəblərini daha da tarıma çəkib lap cana doydururdu. Əmma
heç nəyə diqqət yetirmədiyi kimi, əlindəki şeyə də diqqət yetirmirdi. Yalnız
seyrəkliyə çıxıb, göydə ulduz,
____________
*Neftlə yanan çırağın (lampanın) ən xırdası.
yerdə şeh işıltısı görüb, Sudüşəndə, həmin saqqız ağacının yaxınlığında
olduğunu başa düşüb istər-istəməz yavaşıyanda gördü ki, əlindəki şey
çamadandır.
"Dəli Səməd"dən Səmədə qalan yadigarlar içində bir yadigar da qalmışdı, o
da daş əzələlər idi, həmişəlik daşlaşıb, hətta "cəhənnəm kürəsi"ndə də
əriməmişdi, əksinə, "cinayətkarla" - "qatillə" görüş gününün yaxınlaşdığını
duyduqca Səməd sövq-təbii bir ehtiyacla əzələlərini daha da daşlaşdırmışdı.
Odur ki, çamadanı rastına çıxan ağaca çırpanda meşədə elə bil mərmi partladı,
bürküyə görə yuxarılarda -uca budaqlarda yatışan iri quşlar gurultu ilə dağılışıb,
qaranlıqda göyün dərinliyinə cumdular.
Yadında qalan bir də bu idi ki, Qudalı Rəhimin hansı möcüzə iləsə elektrik
işığına qərq olmuş həyətində boynu xışlı it ağzını açar-açmaz bütün məhlədən
çoxlu canavarsayağı it xılı - köpək sürüsü töküldü, ağ tor köynəkdən camış qılı
kimi qara qılı çıxmış Qıllı Qeybalı üç yüz voltluq lampanın gür işığı altında
çarpayıdan qalxıb it xılına təpindi, hələ qaranlıqda olan köhnə düşmənini hansı
hikmətləsə uzaqdan-uzağa tanıyıb, gülə-gülə qabağına yeridi: "Qorxma, qorxma.
Gel, gəl, ay Səməd. Sən də öz kəsiyimizsən* daha, dəyməzlər sənə", - dedi.
Qıllının açıq şadlığı, rişxəndi və "sən də öz kəsiyimizsən daha" sözlərindəki
gizlin məna təhqirdən betər səslənib Səmədin üzünə şapalaq kimi yapışdı.
Rəhimin üstü dəmirli, daş imarətindən o yanda, məşhur palıd kötüyünün
arxasında xırda pəncərəsi saralan daxmaya doğru getdiyi halda, dabanı üstə
döndü. O söz şapalağından nə kökə düşdüyünü indi Hənifə arvadla Əlləzoğlunun
gözlərindən oxuyurdu.
Deyəsən "Dəli Səməd" oyanmışdı, özü də indi yox, əmisinin darvazasında
sevinc və xoşbəxtlik həsrətindən kükrəyən etiraz və üsyanla birgə oyanmışdı.
Düz yeddi il səkkiz ay yatıb, birdən-birə gözlərini açıb, ancaq atasını yox, ata
hənirli əmisini də, istəklisini də itirib tamam tək qaldığını, Xızr Abının sirrli,
sehrli nitqindən sonra isə, qulaqlarında çox uzaq, anlaşılmaz aləmlər kimi
səslənən "OdƏr", "SafAğ", "Bağ" sözlərinin qatı dumanı içində faciəsinin
ağırlığını duyub, darvazadan eşiyə, küçəyə atılanda deyəsən əvvəlcə qırmızı tuf
daş binaya doğru cummuşdu, birbaş əmisinin kabinetinə qalxıb, qapını
bağlamaq, "Qaraçı gözəli"nin ayaqlarından tikanları dişləri ilə çıxara-çıxara, hələ
o körpə
_____________
*Təhqiri ifadə, yəni "sən də öz "sünnətimizsən".
vaxtından Gülgəzə necə könül bağladığından başlayaraq hər şeyi danışmaq,
"avariya" günü hamının təkrar etdiyi "qəsd işi yoxdu" sözlərini, qəbristanda
kükrəyən şübhəsini, "qara həyulanı", "cəhənnəm kürəsini", Çax-çuxla görüşünü,
həyətdə Sultansız, Gülgəzsiz dünya haqqında düşündüklərini açıq-açığına
ortalığa tökmək, hər şeyi aydınlaşdırmaq, bədbəxtliyi törədən səbəbləri bütün
dərinliyi ilə öyrənmək, bilmək, Abının çox ciddi xəbərdarlığına, qadağasına
baxmayaraq, hökmən qisas almaq niyyətinə düşmüşdü, əmma yəqin ki, əmisi ilə
üz-üzə gəlməyin, "açıq-açığına" danışmağın çətinliyini, bəlkə də heç mümkün
olmadığını hiss edib yolunu dəyişmişdi. Çax-çux dönə-dönə, müəmmalı təkidlə
"Gülbəniznən görüşməlisən hökmən" desə də, bu sözləri yox, "kənddə
gözlüyəcəm" sözlərini yada salıb, şəhərlə Qonaqlının arasındakı Kəsəyola -
meşəyə şığımışdı... Pal-paltarla, nadir kitablarla, qiymətli şeylərlə dolu çamadan
yox, Səmədə mənalı, perspektivli insan həyatı da yox, o həyətdən götürdüyü
xançalı əvəz edən dəmir barmaqlarla, Çax-çuxun xirtdəyindən yapışmaq lazımdı.
Odur ki, barmaqlarını üyüşdürən, əsəblərini tarıma çəkən çamadanda hətta
anasının çox qiymətli yadigarından -"açxa"lardan olduğunu da, diplomunu da
unudub, o yükü ağaca çırpdı, hətta qan tökülən yerə - saqqız ağacının yanına da
burulmayıb tələsdi ki, bir əlilə Çax-çux adında o "sirlə dolu sinə"dən, o biri əlilə
iri hulqumlu uzun, quru boğazdan yapışsın, "Danış! Aç tök hamısını!" - desin.
Yeddi il səkkiz ay müddətində, "avariya" günündən, "qəsd işi yoxdu" sözlərindən bu günə qədər nə baş vermişdisə, hamısı o sinədə idi və Səməd o sinəni
bütün açıb, kitab kimi oxumalı idi. Odur ki, Ortayoldan və Qudalı Rəhimin
imarətindən o yanda, palıd kötüyünün arxasında saralan o üçcə qarış
uzunluğunda, ikicə qarış enində pəncərəyə doğru qətiyyətlə gedəndə bu qətiyyəti
sındırası bir şey görmürdü. Əmma Qeybalının beş-altıca kəlməsindən sındı.
"Gəl, gəl, ay Səməd. Son də öz kəsiyimizsən daha". Yəni: Sultan Əmirlinin
düşmənlərinin məhləsinə gəlirsənsə, o "sirlə dolu sinə"dəki sirlərin hamısının
Sultan Əmirlinin əleyhinə olduğunu bilə-bilə, mütləq öyrənmək, bilmək
istəyirsənsə, daha sənlə bizim fərqimiz yoxdur?! Yəni, Çax-çux Xalıqla Qudalı
Rəhim Sultan Əmirliyə necə düşməndirlərsə, daha sən də eləcə düşmənsən?!
Dabanı üstdə dönüb gəlib bu qapını döyəndə Səmədin üzündə belə bir fikrin
dəhşəti həkk olunmuşdu. Dağılıb tökülüb tərdən islanmış gur qara, ordan-burdan
azca şabalıdı saçların arasından heybətli gözlər parıldayırdı. Hənifə arvadla
Əlləzoğlunun qanlarını donduran da elə bu idi.
Əlləzoğlu sönmüş qəlyanı damağından çəkib kəmərinə taxdı, əllərini biz-biz
tükləri bozaran qara üzünə sürtdü, xırdaca, yumruca başı ilə bədəni arasında
nazik armud saplağına oxşayan boğazını qəribə - quş-sayağı uzadıb udqundu və
beləcə, yenə quruyub qaldı: iri qol-budaqlı, hündür, qorxunc adamın qabağında
nə başqa bir hərəkət eləməyə cəsarəti çatdı, nə də bir kəlmə deməyə.
Hənifə arvad isə, "Allah, mənə ölüm ver" deyəndən sonra pıçıltıya keçmişdi,
ovsun oxuyurdu ki, bəla sovuşsun, hələ başı qızıl əsgər papaqlı ərköyün sədr
oğlu vaxtından "Göyüm" deyib əzizlədiyi, indi isə içəri çağırmağa da ürək
eləmədiyi bu dəli-divanə cavan bu evə bir xətər yetirməsin, can-cürəfəsi, əl-qolu
da olmayan, bircə qızdan savayı kim-kimsəsi qalmayan, oğulsuz, arxasız ərinə əl
qaldırmasın, atan-tutan, vuran-yıxan, qara naxırlı, sel sürülü igidlər məskəni
Əlləz ocağında tək göbələk təki bitmiş bu bədbəxt, el içində şərməndə olmasın...
Səmədin sükutu nə qədər çəkdisə, Hənifə arvadın ovsunu da bir o qədər
uzandı.
Qudalıların və ümumiyyətlə, bütün kəndin dilində "Atdan azma" bəzəməsi və
"Əkə Hənifə" ləqəbi ilə tanınan bu kor-kobud arvadın gözlərində elə bir bulaq
qaynarlığı vardı ki, belə yalvarışlı vaxtında bu qaynarlıq daşı da yumşaldırdı.
Qorxudan arvadının dalına qısılmış cırtdan kişinin fındıqburun, qara-quru
sifətində isə elə yazıqlıq vardı ki, bu yazıqlıq cəlladı da yumşaldardı. Səməd də
elə buna görəmi tutulmuşdu? Yoxsa, ona görəmi ki, bir-birinə qəti yaraşmayan
bu təzadlı ər-arvaddan möcüzəli gözəllik əmələ gəlmişdi və Səməd Hənifə
arvadın gözlərinə baxdıqca, Cığalı Gülgəzin - "qaraça gözəli"nin qaynar bulaq
gözlərini görürdü, Əlləz-oğulunun "armud saplağı" boynuna baxdıqca, Gülgəzin
"durna boğazını" görürdü və hiss edirdi ki, bu ata-ana ilə kobud rəftar, bunların
yaratdıqları gözəlliyin özü ilə kobud rəftar kimi bir şeydir.
Təpiyib qaysaq bağlamış, qalın dodaqları elə bil Səmədin özündən asılı
olmadan tərpənib ağır-ağır aralandı və Səməd, yaratdıqları gözəlliyin bədbəxtliyi
ilə birlikdə, şübhəsiz, bədbəxt olan bu ata-anaya olduqca səmimi sözlər dedi:
- Zülmətdəyəm mən. Heç nə görmürəm, heç nə bilmirəm. Necə olub bu iş?!.
Atamın sağlığında... hələ o vaxtlar Gülgəznən mənim münasibətimi bilirdi
əmim... Sonralar da eşitməmişdimi?! Gəlmişəm, qızınız əmimin evində arvad!..
Necə olub bu?!. Nə Seyid kişi bir söz dedi mənə, nə də Xeyrə arvad... nə də Xızr Abı!.. Mən bilməliyəm!.. Soruşuram
necə olub bu iş?! Niyə dillənmirsiniz?!
Nə Hənifə arvaddan səs çıxırdı, nə də arxasında büzüşmüş Əlləz-oğlundan.
Onların əvəzində gözlənilməz bir səs:
- Sənə deyilmədimi ki, heç kəs heç nə bilmir! - deyəndə Səməd diksindi, geri
dönüb yenə də Abım gördü.
Hündür, qara çəpərin darvazasında Sultanın boz "Pobeda"sı dayanmışdı. Gur
işıqlı faraların qabağından bəriyə doğru şofer quşburun Müslümün nazik, uzun
kölgəsi uzanmışdı. Səməd maşının açıq qapısı arxasında, oturacaqdakı adamın
qaraltısına baxıb, bir də diksinən kimi oldu. Sultan?! Yox, əmisi deyildi, Çürük
Aşıqdı, köynəkli sazmı qucağında tutub bu yana boylanırdı.
- Gəl, min gedək! Qapılara düşməyini məsləhət görmür səni böyüdən adam! -
Abı əlini Səmədin biləyinə atıb, elə bil hətta zorla aparmaq istədi. Əmma gözü
Səmədin gözünə sataşanda birdən-birə süstləşib köksünü ötürdü. - Belə baxma
mənə, gözümün işığı! İnan, inan, inan ki, heç kəsdən heç nə eşitmiyəcəksən.
İstəyirsən keç içəri, otur. Bir yana baxanda elə yaxşı olar oturasan söhbət
eliyəsən bir az. Qırx yeddinci ilin iyununda ikilliyə qəbul imtahanına gedəndə
ayrılmısan sən o vaxt "A qaynənə! A qaynata!" - dediyin bu gözəlçələrdən.
Dünyanın məndən zəhləsi gedir, mənim də bunlardan. Açığını deyirəm, elə o "A
qaynata!" - dediyin vaxtlardan mən istəmirdim qaynatan, qaynənən olsun bunlar.
Qırx yeddinin iyunundan bəri dərd içində, yas içində keçib illərin, nə qızla
əməlli-başlı ünsiyyətdə olubsan, nə də bunlarla. "Nə var, nə yox? Dolanmanızzadınız nə təhərdi?" vəssalam! İndi otur bu evdə, indi danış bunlarla! Tutmaz,
oğul! Kolxoz qurulanda qardaşları güllələndi, sürüləri, naxırları alındı, Sovetin
yalaq itinə döndü bu Məmiş. Yalını verirlər, kimin üstünə qısqırdırlar, ona hürür!
İnan mənə, adamlıqdan çıxıb ikisi də!
Açıqdı mənim aram bu Göbələknən. Üzünə deyirəm: "Yal içənsən,
materialbaz, böhtançısan, Məmiş!" Deyir: "Görmüşük, elm-savad insanı insan
eliyər, əmbə səni tərsinə, qudurdub, ay Abı, hey elə harf eləyirsən tutursan
adamı. Bilmək də olmur, azarın nədi, a dərdin alım, niyə qapırsan!.." Deyhəm:
"Mənə baxıb sən də qəlyan almısan ağzına. Olmazdımı vaxtında sözümə
baxaydın, tək-tənha qalıb rəzilləşəndə gəlib yanımızda balabançıdan, dəfçidənzaddan olaydın. Əyri yola getməzdin, çalınan, oxunanlardan başına da bir şey qoyardın!" Gülür heyvan,
deyir: "Çürüknən işiniz-peşəniz pul yığmaqdı toylarda. Başımda nə işin var,
xeyir vermək istəyirsənsə, cibiməcə bir şey qoy!" Zarafat eləyir guya, hırıldayır.
Əslində, bir ilan da budu elə. Yazıq Çürüyü də, məni də dilə-ağıza salıb:
"Hərəsinin yüz yaşı var. Əmbə pul yığmaqdan doymurlar, aparıb şəhər
balnisasında sestraların ətəklərinə tökürlər, masaj elətdirirlər ora-buralarını,
cavanlaşdırırlar özlərini!.." Eşidirsən? Boş-boşuna danışmıram bu Göbələyin
barəsində. Bir ilan da budu dedim. Tək deyil. Yüzdü, mindi bu! Burda -
Qonaqlıda, Tahirlidə, Qurbanlıda, o yanda - Qazağın kəndlərində Göbələk
Məmişin papağı qaralar-qaralmaz, dörd-dövrəsi dolur heyvanatla. Pıçha-pıç,
pıçha-pıç! Ötən illərdə İrəvan, DərəƏləyəz, Göyçə, Vedi tərəflərdən nə qədər
insan seli qovulub, çoxu qırılıb, qalanı qaçır isti, susuz yerlərdən, çalışırlar bizə
sığınsınlar. Əmma bax bu, "dərdin alım, dərdin alım" deyə-deyə, astaca-astaca
sürünür NKVD Gülənovun, prokuror Sayılovun, RİK Atamalının arabərələrində, ordan gedir, dediyim kimi, pıçha-pıç: "Göyçədən sürülənlərin hamısı
köhnə EvƏrEy Odəridi. Çoxunun adı da üstündədi: ƏlƏs, EvƏlƏs, Ələsgər,
ElƏsƏl - "Veysəl", BağSim - "MakSim", Bağı, Ağı..." - bir sicilləmə siyahı
verib, hamısı Sibirin lap qatı yerinə sürülüb, məktub var, qışdan yaza
çıxammayıb qırılıb hamısı! Qatildi bu "qaynata" dediyin murdar!.. Əlli birinci
ildə Başkeçiddən sürülənlərimiz barədə də yazıb: "Vəh deyil bu adam, EvƏldi,
Kərim deyil OdƏrimdi, Zal deyil, ƏsƏldi..." Yer verməyin kənddə-kəsəkdə, kök
salmasınlar!" - və sairə və ilaxirə. Bax, belə ilandı bu Göbələk. Soruş: "Dəmiryol
vağzalının poçtandan maaş alırsan yetmiş manat hər ay, hardan gəlir o pul?"
"Bilmirəm, - deyir, - kimsə, uzaq qohumlarımdandı". Çax-çux göndərir öz
cibindən! Kim oldu indi bu "A qayınata?!" Niyə gəlmisən bu Xudiyev itinin
qapısına?!
Abmın aramsız səsindən beyninə əlavə qıjıltı düşsə də, Səməd deyilənin
hamısını eşidə-eşidə keçib otağın döründə - yuxarı başında, yorğun-üzgün,
taburetkaya – kətilə çökmüşdü. Abı qəlyanına tütün basa-basa, sarı samanları
işıldaşan boz divar boyunca o yan-bu yana narahat gəzinir, usanmadan deyinirdi:
- Göyçənin beş kəndlərindən biri bizim AğBizən kəndidi. Ulu Babamz Musa
ağa tikdirib orda ilk evi. Bir baş kəndimiz də Qazağdan bəridə Padşahlıqdı, onu
da Musa ağa tikdirib oğullarına, özü qaçıb qaçaqların arasında Comərd adıyla
yaşayıb. Ən gizli şeylərdi bunlar, əmma bu da KQB-dədi. Kim yazıb? Bax bu
yaramaz Göbələk!..
Əlləzoğlu lampanın altında-ortalıqda dodaqlarını dodaqlarına yapışdırıb
quruyub qalmışdılar.
Səməd Hənifə arvadm "qaynar bulaq gözlərində" vahimə ilə birgə Gülgəzin
gözlərindəki vahiməni də gördü. Əgər Hənifə arvadın kirpikləri bir az tozlu kimi
boza çalmasaydı, ana ilə balanan gözləri demək olar ki, bir-birindən seçilməzdi.
Qalın buz bulağın gözünü necə tutarsa, vahimə də bu gözləri eləcə tutmuşdu.
Səməd əlini üzünə çəkdi, içərisindəki burulğanda çalxanıb-burulub, arvadı
silkələməyə, ayıltmağa çalışdı:
- Niyə belə baxırsan mənə, Hənifə xala! Davaya gəlməmişəm mən.
Qorxmayın, söz tutsun diliniz, bir söz deyin mənə!
Axır ki, buz sındı:
- Ay belə ağlına-dərrakənə qurban olum sənin! Deyirəm axı, bəd niyyətnən
gəlməzsən sən bizim üstümüzə. İzin ver, o ay qabağından öpüm, a dərrakəli
oğul!
Abı üzünü divara tutdu:
- Öp, öp! Tfu!..
Arvad başdan-ayağa titrəyə-titrəyə yönəlib Səmədin islaq saçlarını qaldırıb,
hətta, ovucları ilə tərini silib "ay qabağından" yəni alnından, sonra o üzündən, bu
üzündən öpdü.
Elə öpə-öpə titrəyirdi.
- Səni həməşə öz balamız bilmişik biz. Allah şahiddi... Xızr Abı burda bizim
yazıq kişinin barəsində nə qədər yaxşı-yaman desə də, elə kişi də çox istiyir
səni... Nolsun yazıb "Avdı döyül, EvOddu!", "Nağı" döyül, ÜnAğdı, "İrşad"
deyil, Ərşaddı. Göyçəynən az-çox gediş- gəlişi olanın elə hamısı bilmirmi ki,
mollalar qoymurlar orda adamların çoxunun adını! Məmiş yazıq yanı o qədərmi
böyük qələt eləyib?!
Hamı yazmırmı?!
Bulağın gözü bulanlıqdı: "Sağ söz" əvəzinə, arvad elə hey o yan-bu yan
danışırdı:
- Gözümüzün nurusan, a nur, nər oğul!.. Yazıq, nakam Sura dünyadan gedən
günü bax bu döşlərimdən süd vermişəm sənə. Qıymat əlimdən almasaydı, özüm
saxlıyardım səni, özüm böyüdərdim səni.
Sonra da, allah versəydi, qapında qulun, qulluqçun olardım! Biz neyniyək ki,
arxlarda sular tərsinə axdı!..
Səməd nə vaxtsa doğma, əziz "qaynana" olan, indi isə qızmı xatırlatmaqdan
başqa bir doğmalığı qalmayan arvadın bir kəlməsini də ötürmürdü: arvad eyham vurmurdumu, demək istəmirdimi ki, bu bədbəxtlikdə
günahsızıq biz? Necə günahsız ola bilərdilər? Gülgəz ata-anasından gizlinmi
aparılmışdı?!
Əlləzoğlu da, nəhayət, dirçəlib, səsini arvadının səsinə qatdı:
- Xoş gəlibsən, dərdin alıb. Öz evinə gəlibsən... Deyirdim bizi yad eləməzsən
daha. Bu çərxi-fələyin necə fırlandığını, vallah, fələyin özü də bilmir heç. Odu
ki, adamı elədən elə tullayır bu çərx, belədən-belə tullayır, axşam yatırsan,
bilmirsən sabah nə gələcək başına... Bu Abı qocaldıqca itirir ağlını. Sən fikir
vermə bunun çərən-pərəninə, dərdin alım. Deyirəm "Abı"sanmı sən, ay
AdıPünhan?! Sabah-biri gün Şura hökuməti sənin özüyün də çarəni
qılmıyacaqmı?! Mənim özümə demiyəcəkmi naxır, sürü sahibi Ələs
uşağındansan, Əlləzoğlu deyilsən!.. Allahın yolundan çıxıb bu Abı, xəlvəti
bədəməl işlərnən məşğuldu. Sizin nəslə qohumluğu çatır bu bayquş gözlünün,
odu ki, dərdin aldığım əminə də badalaq qururlar bu Xızrın bədəməlliyindən
xoşu gəlmiyənlər. Bu milləti istəmiyənlər deyilənə görə, peyğəmbərdən çox-çox
əvvəllər də varıymış. Mən bədbəxtin nəyinə gərəkdi Erməninin, Rusun dediyini
deyim?! Rus deyilmi məni belə rəzil eliyən?! Bu Xızrın özü də milləti
çaxnaşdıran, ayrılıq salan, a dərdin alım! Vallah-billah, bizim bədbəxt
balamıznan Sultanın başına nə gəldisə, o da bax bu Xızrdandı! Bu rahat otursa,
inan bizi də incitməzlər ordan-burdan, a dərdin alım!.. Adı molla, özü şeytan
düşüb ortalığa!.. Novruz bayramında gecələr tonqalların qıraqlarında uşaq-muşaq
da bunun sözünü deyir: "Novruz" deyil, ÜnEv ƏrÜzdü. Qurban bayramı da:
"İsmeyil qurbanı" deyil, ƏsEvƏli, yəni özünü öldürmək istəyirmiş "İbrahim" -
EvƏrim peyğəmbər!.. Dünyamız özü dəyişir nədi, dərdin alım, düz iş yoxdu!
Səməd bunun da hər kəlməsinə diqqət yetirirdi: bu da eyham vurmurdumu,
demək istəmirdimi ki, bəla kənardan gəlmişdi? Məhz necə olmuşdu? Abı niyə
elə əsəbi gəzinirdi? Bircə balanın dalınca maşın gətirməkdə fikri-məqsədi nə idi?
Çürük Aşıq da maşında idisə, o da ağ binaya getməli idisə, demək Sultan Bircə
balası üçün hətta saz, söz də hazırlamışdı?!
Əlləzoğlunun cır, quru-sərt səsi indi əsəbilik törədirdi:
- ...Açığı, gözləmirdim qapımızı açasan. Xoş gəlibsən, dərdin alım.
Bu üst-başını harda bu kökə salıbsan? Şalvarın cırılıb. Sudüşəndən kəsəsinə
gəlibsən nədi, balağların batıb. Corabların da su içindədi... Yamaqlı paltar geyən
yoxdu daha, dərdin alım, yoxsa deyərdim şalvarını yamasın Hənifə xalan. Əli qızıldı Hənifə xalayın. Axır vaxtlar arvaddı məni
dolandıran. O yetmiş manatın sirri var: mənim adıma gəlir, ayrısı alır, dərdin
alım. Rəhmətlik Mədəddən sonra xeyir-bərəkət yoxdu kənddə. Gündə bir sədr
qoyurlar, hər sədr də bir hoqqa çıxardır. Qılınc Qurban da elə o köhnəcə qılıncdı,
gah yerimizi ölçür, deyir artıqdı, kəsir, gah heyvanı sanayır, bircə baş şaqqıldaqlı
toğlunu da qoymur normadan artıq qalsın bu həyətdə*, qonaq-qonaça gələndə bir
toğlu boğazı qanadaq, özümüz də bir tikə dadaq. Hərdən prakror Sayılovun ayağı
dəyərdə bizim qapıya, uzaq qohumumdu, ondan bir az çəkinərdi Qılınc Qurban.
Sayılov ayağını qapımızdan kəsəli, genə ley** təki cumur üstümə Qılınc Qurban:
"Lüt Cəfəri cana doydurubsan. Rayondan böyük-böyük adamları qonaq
çağırırsan, kabab verirsən, iş düzəldirsən, Lütün xirtdəyindən yapışırsan ki,
xərcim çıxıb böyüklərə, bu kağıza qol çək". Nolar, a bala?! Mənim ağ sürülərimi
udan kolxozdan bir toğlu alsam, dağılar kolxoz?! Deyirəm, eşit, yeri düşəndə
qamaşdır o Qurbanı. Beləydimi Mədədin vaxtında? Yox, yox. Ayrı əyyamıydı o
əyyam, dərdin alım. Əmək gününə kolxoz özü verirdi ətliyi. Toğlu nədi, həftədə,
yarım ayda bir əmlik kəsərdi qonağının ayağının altında bu suyumsuz Göbələk
Məmiş. İndi Hənifə xalayın əriştəsinədi umudum. Olanda əvəliknən, pencərnən
deyişirik dişimizi, olmuyanda elə ərişdədi ki, ərişdədi...
Məlum oldu ki, Əlləzoğlu qonaqlarına toğlu-filan kəsmək niyyətində deyildi.
Abının aramsız ayaq səsləri də bir tərəfdən əsəbiləşdirirdi. Üstəlik, Hənifə
arvad gah içəridə, gah da eşikdə, ocağın, qazanın böyür-başında yüyürübyıxılırdı.
Əlləzoğlu isə, Abının arada dediyi kimi, "yaman xoda düşmüşdü":
- Məktəbini qurtardınmı, dərdin alım? Bakıya qayıdacaqsan, yoxsa
qalacaqsan? Şəhərdə yaşamaq ayrı şeydi... - Fındıq burnunun xırdaca, zərif
pərələri tir-tir əsirdi. Cücən gözlərin kirpiksiz qapaqları vur-hay tərpənirdi.
Dırnaqları qaralan, gödək-gödək, yoğun-yoğun, qabarlı barmaqlar vur-hay
qəlyanı doldururdu. Səməd bunun hamısını görürdü. Daha doğrusu, diqqət
yetirirdi və elə bil hər şeyi birinci dəfə görürdü.
Kəmərindən asılı kisədən tütünü çimdik-çimdik çıxarıb, barmaqlarının
ucunda didə-didə, əzə-əzə, uzun həngamədən sonra qəlyanı
_______
*Kolxozçunun həyətyanı sahəsində "artıq torpaq", "normadan artıq heyvan"zorla alınırdı.
**Ley - kiçik qartal cinsi.
doldurub, nəhayət, alışdırmaq lazım gələndə, kibrit əvəzinə, Əlləzoğlu evinin
suvaqsız divarından bir saman çöpü qopartdı. İndicə taxtın küncünə çıxıb, ordan
əlini uzadıb, quru saman çöpünü lampadan alışdırıb qəlyanda tənbəkinin üstünə
qoyacaqdı. Hələ "başı qızıl əsgər papaqlı" vaxtlarından ta bu son illərə qədər
Səməd Əlləzoğlunun bu hərəkətini min-milyon dəfə görmüşdü. Yadında idi ki,
bu hərəkətə hamı gülərdi, o cümlədən, Abı da gülərdi: "Göbələk Məmişdi də.
Göbələkdən nə əhliyyət umursunuz?" - deyərdi. Tək bir nəfər - "Göy" gülməzdi.
"Bəsdi, a kişi, bəsdi. Belə şeylər eləmə! Ucuzlaşdırma özünü!" - deyərdi. "Mən
sənin hörmətini qoruyuram cəmaatın arasında, sən güldürürsən özünə cəmaatı!" -
deyərdi və o vaxtlar burda - kənddə dükanda işləyən Qayım Qudalıdan kibriti
yeşiklə alıb gətirərdi ki, "Qayınata" bir də saman çöpünə əl uzatmasın, saqqalının
çallaşan vaxtında uşaq kimi taxta dırmanmasın. Belə şeylər o qədər olmuşdu ki,
kənddə hətta zərbi-məsəl əmələ gəlmişdi; hardasa, kim isə xəsislik eləyəndə və
ya dünya dolanması - güzəranlıq üzündən çox qənaətcillik eləyəndə dərhal o
zərbi-məsəl yada düşərdi: "Əlləzoğlu təki qəpik qısırsan, acından köpük
qusursan".
Səməd diqqət yetirdi: Əlləzoğlu hamanca uşaq çevikliyi ilə taxta qalxdı, əlini
uzadıb saman çöpünü lampadan alışdırdı. Sonrasına Səməd daha baxa bilmədi.
Qəribə idi ki, cırtdan kişinin bütün başqa hərəkətləri kimi, min-milyon dəfə
gördüyü bu son hərəkətini də elə bil birinci dəfə görürdü.
Hörmətini, ləyaqətini qoruduğu "Qayınata" əvəzinə tamam başqa, yadyabançı bir adam, əldəqayırma, çılpaq stolun o tərəfində, kətildə oturub, Abıya: -
Əşi, adamlığın olsun, evə gəlibsən, yanını yerə qoy, -deyib, onu da oturmağa
məcbur eləyib, qəlyanını tüstülədə-tüstülədə, yenə nə isə danışırdı, Səməd isə
daha bir kəlmə də eşitmirdi. Bayaq Abının dilindən eşitdiyi "Xudiyev iti"
sözlərindən də bir o qədər təsirlənmədiyi halda, indi Əlləzoğlunun həmişəki adi
hərəkətindən - saman çöpü alışdumağından sarsıntı duyub, başını köksünə
əymişdi. Müsibətin, bədbəxtliyin içində də qəlyanını saman çöpü ilə yandırmağı
unutmurdusa, belə yüngül sümüklə taxta qalxıb taxtdan tullanırdısa, demək, bu
kişi üçün heç bir müsibət yoxdu?! Əksinə, sevinirdi?! Sevinirdi ki, raykom
katibinin qayınatası olub?! Qudalı Rəhim öz məşhur professor qudası
Məhərrəmov Məhərrəm Abbasoviçə arxalandığı kimi, bu da öz şan-şöhrətli katib
göyü-kürəkəni Sultan Əmirliyə arxalanacaq, daha nə qapısında yeri ölçüləcək, nə heyvanı sananacaq, "qəpik qısmaq, köpük qusmaq"
əvəzinə fıravanlıq, xoşbəxtlik tapacaq?! Bu müsibətin içində də "xeyirbərəkətdən" danışırdısa, evinin suvaqsız divarlarında işıldaşan saman çöpləri ilə
bu adamın nə fərqi vardı? Yoxdusa, Səməd burda nə üçün otururdu?! Saman
çöpü ilə nə danışmaq istəyirdi?!
- Ay Hənifə, nə oldu əriştən? Süzmədinmi? Yağ əritmə, qovurma çıxart.
Əmlik kəsəmmirik dərdini aldığıma, heç olmasa qovurmaynan çıxaq əvəzini.
Köhnə qovurmaynan əriştə yaxşı tutur, dərdin alım. Xızr Abıya da, o eşikdəki
çürümüş Çürüyə də elə əriştə yaxşıdı. Diş sarıdan da kasaddılar, ağıllan təki, bu
alimi biəməllər...
Səmədbaşını qaldırabilmirdi. Təhqirdən, xəcalətindən, öz ləyaqəti, ucalığı
qarşısında utandığından ölüb yerə girirdi.
Ayaq səsləri - çəkələk şappıltısı eşidildi. Hənifə arvad gəlib, Səmədin
sözlərindən dəhşətlənib, birdən yenə qurumuşdu.
- Əriştə yeməyəmi gəlmişəm mən bura?! Sağ söz deyəmmirsən demə!
Cəhənnəmə, goracan demə! Mən hiss eləyirəm, duyuram, görürəm ki, nə isə
qurğu qurublar. Abı da etiraz eləmir buna. Bə sən niyə bir şey demək
istəmirsən?! Qızını raykom katibinə verib xoşbəxt olmusan?!
Yəni güman eləyirsən ki, binələnib qalacaq qızın orda?!
"Armud saplağı" yenə də çiyinlərin arasına çəkilmişdi, Əlləzoğlunun
hülqumu gedib gəlirdi.
- Diyəsən yaman yorulubsan, dərdin alım. Çox yorulanda adam heç
danışığını da bilmir... Ay arvad, tərpənsənə!.. O ki qaldı qızın orda binələnibbinələnməməsinə, onu Həqq-təala bilər, dərdin alım. Olan olub, keçən keçib.
Cavansan sən, ömrün hələ qabaqdadı. Qayıdarsan Bakıya, inşallah, ad-san sahibi
olarsan. Yaxşı qulluqdu, ixtiyaratdı bu zamanınkı, dərdin alım. Onda hər şey öz-
özünə yağacaq başından aşağı, mən təki çulucırıq kəndçiynən heç danışmaq da
istəmiyəcəksən. Saman çöpüynən yandırdım qəlyanı, dedim görüm
neyniyəcəksən? Buludtəki tutaldu qaşqabağın. Niyə? Çünki şəhər adamısan sən
daha, dərdin alım, qəpik qısarınan oturub-durammazsan sən daha. Düz deyir Xızr
Abı, ləyaqət-zad hardadı bizdə?! Üz-gözümə, əlimə-ayağıma fikir verirsən
bayaqdan. Həftədə bir kərə ülgüc dəymir üzümə. Dırnağımı da vaxtlı- vaxtında
kəsəmmirəm. Sədr bir yana buyurur, partkom o biri yana, ispalkom bu biri yana.
Briqadirnən manqabaşı da əlahiddə buyurur. Hamısına "bəli" deyəsən gərək,
hamısını razı salasan, üstəlik, qapı- bacanda da qurtdalanasan gərək ki, çörəyin
olsun bir tikə. Ayının, deyir, yüz əlli iki oyunu var, hamısı da bir armud ağacının başında. Neynəsəm,
nə iş görsəm, hamısı qəpiyə bağlanır, dərdin alım. İyirmi ildən artıqdı
kolxozçuluq alıb insanlığımızı. Evin divarına suvaq da vurammıram ki, deyərlər
manatı artıq düşüb!..
Səməd yenə tüstü görürdü və yenə də nə isə pis qoxu hiss edirdi.
Hənifə qazanı içəri gətirib birbaş yerə - torpaq döşəməyə qoydu, ətəyilə
sininin üstündən külü sildi. Gülgəzin "qaynar bulaq gözlü" anası əvəzinə, Səməd
eynilə bu cırtdan kişinin yatımında, yad-yabançı bir qadının süni gümrah səsini
eşitdi:
- Ay kişi, nə "qəpik-qəpik" başlayıbsan yenə? Hökmətdimi, divan-dərədimi
Səməd, nədi ki, bu qədər ah-zar eləyirsən? Öz balan deyilmi! Ah-zardansa,
Bakıdan-zaddan soruşsan, görək qurbanı olduğum nə danışır?
- Çox yorulub, arvad, yaman birtəhərdi dərdini aldığım. Yoldan gəlib, axı!
Əvvəl gərək adamın canı dincəlsin ki, sonra da boğazına çörək getsin. O tası-zadı
bəri elə, isti su gətir, bir ayağını, başını yuyaq yaxşı-yaxşı...
Hənifə yenə eşiyə yüyürdü.
Əlləzoğlu "hə, hm" elədi.
- Yuyaq ayağını, başını. Dincəl, qal gecəni. Sonrasını özün bilərsən, dərdin
alım. Eşikdə Çürük dəydi gözümə. Hələ də elə bilirsən qumrovdu səsi batmışın.
İçəri çağırram indi, çalar, oxuyar. Məndən olsa, heç görükmə bu kənddə.
Qudalılardı indi bu kəndin ağası. Başda Rəhimnən Qeybalı, ayaqda Çax-çux
Xalıqnan yeniyetmələr... Qurbanlıdan o yanda razyezd* var, poyezd gah bir
dəqiqə dayanır o razyezddə, gah da eləcə yavaşıyıb keçir. Elə ki, bu Qudalı
yeniyetmələri maşınnan gedib dururlar o razyezddə, bil ki, Çax-çux Xalıq
gəlməlidi. Poyezd yavaşıyanda çamadanlar, bağlamalar dolu təki yağır
vaqondan. Bu yeniyetmələr göydə tururlar, doldururlar maşına, Xalıqı da
oturdurlar kabınkada. Ordan sürürlər əvvəl Qurbanlıya, mal paylayırlar Xalıqın
adamlarına. Sonra Tahirlidə paylayırlar, sonra da burda. Belə pullu adamlardı
indi burda dövran sürən, dərdin alım. Hökumət-zad sayan yoxdu daha. "Dünya
bizimdi" deyirlər bu alver adamları. Açığı, sənin kimilərin yeri deyil daha bura.
Hayıf deyilmi sədr Mədədin belə pəhləvan oğlu, gəlsin bu Qudalıya-zada yoldaş
olsun burda? Get otur Bakıda, böyü! Yaxşı
____________
*Dəmir yoldan keçid.
sədan gəlsin qulağımıza, biz də sevinək, fəxr eliyək o sədan-sorağınnan! Sultana
yol vermiyənlər sənnən də yola getməzlər, dərdin alım!...
Səməd boğulurdu. Eyhamlarla dolu, hiyləli sözlərdən başqa, həm də çox pis
iylənmiş dəri qoxusundan boğulurdu. Döşəmənin ortasında buğlanan qazanın ətri
də bu qoxunu dəf eləmirdi.
Təngnəfəslikdən istər-istəməz dikəldi. Gözləri taxtın ayaq tərəfində cərgə ilə
düzülmüş boz taxıl çuvallarının, qədim kirkirə daşlarının üstündə motalın, yağla
dolu, ağzı çilikli mal qaranın, qovurma küpünün, bir az o yanda divara
söykədilmiş qara sacın, içində qurumuş xəmirdə barmaq izləri görünən teştin və
oxlovun üzərində gəzdi. Nəhayət, nəzəri küncə dikilib qaldı. Orda, qapağından
yumruq irilikdə qıfil asılmış dəmir sandıq, sandığın üstündə bir cüt qara xrom
çəkmə, bəridə - yerdə isə bir cüt çarıq vardı. Çəkmələrin üstünü toz basmışdı.
Çarıqların isə yəqin ki, altı deşildiyinə görə içinə gön parçaları qoyulmuşdu.
Səməd nifrətlə üzünü yana çevirdi, çarıqların üfunətinə təmizlənməyən
qəlyanın qətran iyi də qarışmışdı. "Sirlə dolu sinə"nin biri də burda idi, qır kimi
qatı nikotinlə dolduğuna görə qoxusundan baş çatlayan qəlyanını sümürə-
sümürə, cücən gözlərini qıyıb, tüstünün arxasından Səmədə baxırdı.
Hənifə bir əlində tas, o biri əlində isti su ilə dolu vedrə və mis dolça, tövşüyə-
tövşüyə içəri gəldi. Çənəsindən tər tökülürdü.
Əlləzoğlu qəlyanı stolun küncünə söykəyib, tası çəkişdirdi.
- Bəri ver. Son su tök, özüm yuyacam!
Çöməlib, iki bükülüb, qonağın palçıqlı tuflilərindən yapışdı.
- Qaldır ayağını, dərdin alım...
Səməd mat-məəttəl, tutulub qalmışdı. Abı isə daha dözə bilməyib, qalxıb
Səmədə açıq qəzəblə baxırdı:
- Bu rəzilləri niyə rəzilləşdirirsən?! Nə qədər oturacaqsan bu heyvanat
töyləsində?! Nə eşitmək istəyirsən axı bunlardan?!
Hiddəti coşanda dəyirmilənib doğrudan da "bayquş gözləri"ni xatırladan,
əslində isə qeyri-adi işığı, sözün əsil mənasında parıltısı ilə valehlik, səcdə
oyadan gözləri yana-yana yeriyib Səmədin üstünə qışqıranda Abının sifətində
qan qalmadı, qara qarmon qırışları dümağ ağarıb soyuq tərdən islandı.
- Qalx, cahil! Qalx, min maşına! - Yaşıla çalan bozumtul brezent çəkməsinin
burnu ilə Səmədin qıçına necə sərt təpik ilişdirdisə, Səməd, sümüyə işləyən
ağrıdan dik atıldı, üfunətlə, alçaqlıq və rəzalətlə dolu Evdən tezcə çıxıb qaçmağa, hətta maşının yanında müti əyilib baş əyən köhnə
dostu Müslümdən, oturacaqda boynu buruq oturan dərd-ələmli Çürük Aşıqdan
da qaçıb uzaqlaşmağa tələsdi. İndi aydın olan bircə bu idi ki, əmisi maşın
göndərmişdisə, üstəlik, Müslüm də hadisələrdə iştirak edirdisə, demək, Sultan
onu sərbəst buraxmayacaqdı. Buna görə də evdən çıxıb, ortayolla üzüaşağı
gedib, yenə meşə yoluna buruldu.
* * *
Əmma çox uzaqlaşa bilmədi. Hələ Sudüşənə çatmamış, Əlləzoğlu arxadan
özünü yetirib, pencəyinin ətəyindən yapışdı.
- Belə getmə!.. Aman günüdü, belə getmə, dərdin alım!.. Vay, dağılan
çəpərim, yıxılan evim! Azdımı mənim düşmənim, sən də bir yandan düşmən
olasan mənə, ay oğul?! Bədbəxt eləmə məni, belə getmə. Məsəl var, gəlin
atdandı, gör kimin qapısına düşdü. Başımın tükü sanı belə şeylər görmüşəm bu
tərs-avand dünyada, dərdin alım. Sənin, mənim istəyimnən olsaydı hər şey, mən
bəxtiqara istərdimmi qapımdan gözü yaşlı getsin övladım?! Mən olmayım, sən ol
qız atası, bu dünyanın beş yiyəsindən birinin elçiləri maşın sürsünlər qapına,
başlasınlar ki, "Sultan Əmirli vurulub qızına", "yox" deyə bilərsənmi, a dərdin
alım?! Nəkarayam "yox" deyim mən Sultan Əmirliyə?! Özü elə böyük adam,
elçiləri özündən də böyük, necə "yox" desin Göbələk Məmiş?! Sən Sandan belim
bağlı olsaydı, bəlkə də söz tutardı dilim. Mədədin ölümü düşdü araya, elçi
göndərmədin, el qaydasıynan, üzükdən-zaddan bir şey tullamadın üstümüzə.
Dərdliydin, qanırdıq. Bə sonra?! İki il oxudun, gəldin-getdin bu kəndə, sonra
genə iki il oxudun! Niyə özünnən aparmadın, niyə oxutmadın öz yanındaca?! O
da məktəb qurtarmışdı. Sən təki oxumasa da, fəməl-yəməl oxumuşdu. Taytuşunun hamısı getdi. Gözünün qabağında Çax-çux Xalıqın qızı da getdi, ikiillik
qurtardı, diplom aldı əl qalında, sonra gəlinlik paltarı geyindi, xoşbəxt oldu
Qudalı Məsimnən. Görmürdünmü sən belə-belə şeyləri, a dərdin alım? Nə qədər
gözlüyəcəydi səni mənim balam? Niyə gözlədirdin bu qədər?! Qılınc Qurban özü
əbləhdi, bacısını da əbləh elədi, gözlətdi, axırı nə oldu? Qırmızı geyinərdi!
Şəstnən gəlib gedərdi Qurbanlıdan bura, burdan Qurbanlıya. İndi yasa batıb,
oturub, un çuvalına tay olub qalıb qardaşının evində. Əbləh-əbləh, at sürdü
qapıma bu yaz qardaşı, sən təki acı danışdı o da: "Gör neçə adamı bədbəxt eliyibsiniz..." Mənəmmi bədbəxt eliyən?!
Nə günahı var bu külbaş Göbələyin, a dərdin alım?! Ağzım allahdaydımı ki,
Sultan Əmirli maşın göndərsin qapıma! Sənə "göyüm" demişdim mən, ona yox.
Sən özün göylük eləmədin, atan rəhmətə gedəndən sonra yeddicə il gözlətdin
qızı, indi niyə düşməntəki açırsan mənim qapımı, dərdin alım, niyə düşməntəki
gedirsən?! Niyə xoşbaxt olmasın, niyə saxlamasın mənim qızımı Sultan Əmirli?!
Əlin dəyməyib, ayağın toxunmayıb. Namusu üstündə, bu çöl-çəmənin şehli gül-
çiçəyi təki, tər-təmiz adnan vermişəm mən uşağımı, niyə xoşbaxt olmasın?! Özü
təki gülçiçək balalar qoyacaq o, Sultanın qucağına! Yaşının ölgün vaxtında oğuluşaq sahibi olacaq sənin əmin! İstəmirsənmi?! Yaxşı oğul tək özünü fikirləşməz,
dərdin alım. Əmindi, can-ciyərindi! Boşamaz! Yox! Boşamaz! Söz çatdırsan,
yaxın olmuşuq desən, bilirsənmi neylər?! Mədədin mauzerini saxlayır evində,
stolunun siyirməsində... Allah göstərməsin!.. Əmini də, özünü də, bizi də qana
salma, dərdin alım, aman günüdü! Bir qızdı, elə bil ölüb, Öz əlinnən qəbrə
sallayıbsan, torpaqlayıbsan üstünü... Çıx get Bakıya, dərdin alım, çıx get. Hənifə
xalana da, mənə də yazığın gəlsin. Açığını deyirəm, nə qədər yazığam, bir o
qədər də tərs adamam mən. Sultana söz desən, bilirsənmi neylərəm?! Nöyüdü
tökərəm, kibriti çəkərəm o boş qalan Əmirli mülkünə, bir kibrit də çəkərəm
Əlləz mülkünə, çal-çəpərimnən bir yerdə özümü də yandırram! Sən hədələdin,
qorxutdun məni, mən də belə qorxuduram səni, dərdin alım. Yandırram, vallah!
Eşidirsənmi? Yandırram! Düşmənləriniz elə bir şey istəyirlər allahdan. Sultan
onsuz da dildə-dişdədi. Bu yanğınlar da bu tərəfdən dilə-dişə düşsə, uçmazmı
arxan? Malsız-mülksüz, arxasız, köməksiz, tək bir gədə, neylərsən ondan sonra?
Sultansız, kim adam sayar səni?! Belədi məsələ, dərdin alım. Odu ki, deyirəm,
düşməntəki getmə. Düşmən deyiləm mən sənə. Qohumam! Bə nə?! Qohumam,
özü də lap yaxınca! Qohumunu yad eləmə... Əyildim qabağında, ayağını yuyum
öz əlimnən, hoppandın qaçdın! Xoşummu gəlir mənim ayaq yumaqdan?!
"Əyildim" deyirəm. Bu yaşımda kiçildim sənin qabağında, sən də gərək qiymət
verəsən mənim kiçilməyimə, hoppanıb qaçmıyasan! Xızr Abı qanmaz adamdı,
Allahlıq iddiasındadı kaftar! Səni də özü təki bədbəxt eliyər o, sözünə baxsan.
Qaçma məndən, qaçma! Düşmən olma! Sultan oğul bilir səni özünə, "Bircə bala"
qoyub adını. Sultan da mənim balamdı. Balamın balasısan sən, nəvəmsən!
Göyüm olmalıydın, fələk belə döndərdi, nəvəm oldun. Nəvə də babasına düşmən kəsilərmi, dərdin alım?! Qayıt gedək evə, qulluğunda duraq, başına
fırlanaq. Qayıtmırsan, onda sırğa elə, as qulağından dediklərimi, dilin-ağzın
özündə, fas-farağat çıx get Bakıya! Əmin elə orda da arxa olar, yaxşı qulluq, eveşik, hər şey düzəldər, inşallah. Nə qədər çulu cırıq olsam da, mən də əlimdən
gələni elərəm. Mal-qoyun yazdırram adına. Sənin adın olan yerdə Qılınc Qurban
heç yaxın da gəlməz çal-çəpərimə. Artırram mal-qoyununu, beşi on elərəm, onu
yüz elərəm, o boş qalan mülkdə bir cah-cəlal yaradaram ki, Qudalı Rəhimin cahcəlah yalan olar onun yanında! Belə xeyir verrəm mən sənə, dərdin alım. Adam
da xeyrindən qaçarmı?! Bir qız nəmənədi belə xeyrin qabağında?!.
Bu yolla gələndə çamadan Səmədi nə hala salmışdısa, Əlləzoğlu da eləcə bir
hala saldı. Qaranlıqda təkərək kimi dığırlanıb tövşüyə-tövşüyə, xışıldayaxışıldaya ətəyindən, əl-qolundan yapışan bu ərdovdan, cindən, şeytandan heç cür
yaxa qurtara bilmədiyini hiss edəndə Səməd dayanmağa məcbur oldu, çamadanı
ağaca necə çırpmışdısa, yaxasından yapışıb onu da eləcə çırpdı.
Meşənin gecə sükutunda, dəyənək dəymiş it zingiltisisayağı uzun-uzadı
zingilti eşidildi. Qırxıq başından tökülüb üz-gözünə yayılan isti, çirişli qanı silə-
silə, arvadını haraylamaq əvəzinə, əməllicə zingildədiyini başa düşəndə
Əlləzoğlu bu it güzəranına dözməyib hönkürdü. Başı gicəlləndikcə yıxıla-yıxıla,
dizin-dizin sürünüb, özünü evə salıb, Hənifənin gözlərində dərdinin əlacsızlığını
görəndə Əlləzoğlunun hönkürtüsü sızıltıya, göynərtiyə çevrildi. Çallaşmış,
durub-toxtamış kişi əvəzin elə bil kimsəsiz, sahibsiz, yetim uşaq, başdan-ayağa
qan içində, kandardaca oturub büzüşdü. Gülgəz Sultan Əmirlinin həyətində,
manqalın yanında necə çarəsiz sızıldayıb göynəmişdisə, indi atası da eləcə
sızıldayıb göynəyirdi...
Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə
qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin
alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq
otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: - Qardaşoğlun dəlidivanədi! Çarə, dərdin alım! - deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında
durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.
Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir
cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi
ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı
danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut
ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə
dillənmirdi? Nə fikirləşirdi?
- Dərdin alım, bir tədbir tökməsən, hara çıxar bu söz-söhbətin axırı?!
Pırpız qaşlar çatılıb qabardı, Sultan Əlləzoğlunun sözünü ağzında qoydu:
- Burdan bir yana tərpənmə. Gözün qızıyın üstündə olsun. İt-qurd fırlanmasın
yan-yörəsinə.
Əlləzoğlunun əli sinəsi üstə idi:
- Baş üstə, baş üstə, dərdin alım!... - Nigarançılıqdan üzülə-üzülə qul kimi
əyilib, qarğı kreslolardan birinin dalına çəkildi. Qapalı idi kürəkən. Çox qapalı.
Bu tut ağacının altında, otuzuncu illərdən bu vaxta qədər qarala-qarala qalan bu
dəyirmi, qalın stol Əlləzoğlu üçün nə idisə, hələ iyirmi yaşından, beli mauzerli,
şapqası ulduzlu vaxtından Qonaqlıya gəlib-gedən bu zəhmli, zabitəli adam da elə
bir şeydi, yəni Əlləzoğlu kürəkəninin ancaq qaraltısını görürdü, ürəyini, beynini,
adamlığını isə demək olar ki, qətiyyən duymurdu. Əsl bədbəxtlik isə bunda idi
ki, hiss qarşılıqlı idi: kürəkən də qaymatasını qətiyyən duymurdu; səhər-səhər bu
bağın qalınlığında ağaca dırmanan pişiyi görüb qışqıran Qaratoyuq quşunun
narahatlığı Sultan üçün nə idisə, Əlləzoğlunun narahatlığı, nigaranlığı da demək
olar ki, elə bir şeydi. Səməd barədə fikirlərini, qayğılarını, sarsıntılarını
bolüşdürmək üçün Xızr Abı ilə Çürük Aşıqdan başqa adamlarla ünsiyyətə
ehtiyac duysa da, Sultan bu Qaratoyuğa ürəyini necə açaydı, necə deyəydi ki,
ötən dörd ayda bir gecə də rahat yatmayıb, evdə də, işdə də aramsız düşünübdanışıb qardaşı oğlu rayona qayıdanda necə hərəkət edəcəyini dönə-dönə ölçüb
biçmişdi, özlüyündə hətta qərar çıxartmışdı və buna görə indi təntiyib
darıxmırdı!
Seyid kişi sinidə bir nəlbəki qaymaq, bir parça təzə pendir və yuxa gətirdi,
başının boz çit sarğısında qan ləkələri qızaran Əlləzoğlunu və tut ağacından xeyli
kənarda, samovarın yanında qıymaçasını burnunun ucuna qədər çəkib hərəkətsiz
duran Gülgəzin qarısız dodaqlarına baxıb, köksünü ötürə-ötürə çıxıb getdi.
Sultan ömründə bəlkə də birinci dəfə işə tələsməyib, heç bir şey olmamış
kimi, əmin-arxayın oturub arvadı sayılan bədbəxtin həmişəkindən fərqli - ağır
süst tərpənişlə süfrə düzəltməyini gözlədi və qısaca:
- Artıq-əskik sözə-gapa, hərəkətə yol vermə, - dedi.
Bir xeyli susandan sonra yenə qısaca:
- Telefon zənglərinə cavab vermə, - dedi. Və qayınatasını süfrəyə dəvət
etmədən, bir nəlbəki qaymağı, pendirlə yuxanı büsbütün yedi, sakitcə, rahatca
çay içdi, sonra evə qalxıb mehmanxanaya zəng vurdu. Mehmanxananın müdiri
Marqodan Səmədin indicə gəldiyini, soyunub nömrədə uzandığını eşidəndə də
Sultan tamamilə sakitcə:
- Narahat eləməyin, yatsın, - dedi və təkcə bu faktdan - Sultan Əmirlinin
Bircə balasının evə baş salmayıb mehmanxanada qalmağından şəhərə necə sözsöhbət yayılacağı aydın olsa da, Marqoya əlavə bir şey tapşırmayıb, işə getdi.
* * *
Qırmızı tuf daş binada qəribə sükut vardı. Çoxdan qanuna çevrilmiş qayda
üzrə, katiblərdən başlamış makinaçılara qədər, raykomun bütün işçiləri birinci
katibi dəhlizdə və qəbul otağında qarşılasalar da, "sabahın xeyir" deyən də
tapılmadı. Sultan bilmirdi və bilməyəcəkdi ki, dünən axşam Səmədin bu
küçədən, bu binanın qabağından necə təlatümlü keçib gedib əmisinin darvazasını
necə itələdiyini, sonra darvazadan küçəyə necə dəli-divanə görkəmində atıldığını
nə qədər adam görmüşdüsə, yüz o qədər adam da ondan-bundan eşitmişdi; bu
səhər Səmədin Qonaqlı meşəsindən nə kökdə çıxıb gəlib, əmisinin darvazasına
burulmadan, bu küçə ilə bir baş mehmanxanaya getdiyini də nə qədər adam
görmüşdüsə, yüz o qədər adam dildən-ağızdan eşitmişdi; Sultan bilmirdi və
bilməyəcəkdi ki, ətrafda söz-söhbətin artdığı bir vaxtda Bircə balası burda əməlli
başlı sensasiya yaratmışdı, o özü nə qədər məşhurdusa, bu saat Bircə balası da
eləcə məşhurdu və bütün şəhərlə birlikdə, raykomun kollektivi də nə isə böyük
biabırçılıq gözləyirdi.
Öz çəkmələrinin cırıltısından başqa heç nə eşitməyib, gərgin sükutla
qarşılaşanda, gözlənilən biabırçılığı Sultan ancaq indi hiss etdi.
Bu hiss təzə deyildi. Duru bir göl suyuna bulanıq arx suyu və ya sel qarışanda
gölün dibində lil necə çöküb qalırsa, may ayında o hadisə baş verəndən sonra bu
hiss də Sultanın ürəyinin dərinliyinə eləcə çöküb qalmışdı: suda xırdaca bir
tərpəniş bəsdi ki, lil, palçıq da tərpənib qalxıb gölü yenidən bulandırsın. Odur ki,
Sultanın hərəkətləri ağırlaşmışdı: hərdən özündən asılı olmadan, evdə qapı çırpıb pəncərə cingildətsə də, şəhərdə,
təsərrüfat sahələrində və burda - raykomda şəxsiyyətinin siqlətini, təmkin və
ləyaqətini saxlayırdı. Əmma bunun üçün xüsusi səy, xüsusi iradə filan lazım
deyildi. Həyatın, ömrün böhranlı günlərini Sultan çox görmüşdü və yaxşı bilirdi
ki, böhran şiddətlənəndə, çıxış yolu görünməyəndə çapalamaq, atılıb düşmək işin
xeyrinə olmur. Böhrandan səlamət qurtarmaq üçün adamdan iki əsas qabiliyyət
tələb olunur: səbrlə dözüb gözləmək qabiliyyəti və qəti hərəkət məqamı
yetişəndə, heç bir kənar təsirlərə qapılmadan, böyük qurbanlar bahasına olsa
belə, qətiyyətdən dönməmək qabiliyyəti. Yaxın işçilərinə, yaxın dostlarına və
Sultanın özünə tamamilə aydındı ki, Mirqəzəbin bu rayonda məsul vəzifələrə
şəxsən təyin etdiyi Xudiyev dəstəsilə gizlin və açıq mübarizələrdə Sultan məhz
hər şeyə dözüb gözləmək və qəti hərəkət məqamı yetişəndə qətiyyətdən
dönməmək qabiliyyəti ilə qələbə çalmışdı.
Qırx altıncı ilin dekabr ayında Mirqəzəb özü şəxsən zəng vurub "Prikazıvayu
teleqrammu nə oqlaşat i vernut liçno mne"* deyəndən sonra yaranan böhrandan
Sultan məhz dözümü və qətiyyəti ilə çıxmışdı. Həmin teleqram əhvalatına
bənzəyən, demək olar ki, analoji hadisələr qırx səkkiz, qırx doqquz, əlli, əlli bir,
əlli iki, əlli üçüncü illərdə və bu ilin may ayında da baş vermişdi; Mirqəzəb bu
dəfə Azərbaycanca danışıb: "Mənə hər şey məlumdu, Sultan Mamedoviç. Mən
susuram, çünki sənin başına oyun açan adamların çoxu xaric kəşfiyyatla bağlıdı.
Hələlik toxunmuram onlara. Hər şeyin vaxtı var", - deyib telefonun dəstəyini
asmışdı. Sultan, əlbəttə, o dəqiqə anlamışdı ki, bu sözlər yalnız bir məqsədlə -
"oyun açan adamları" qorumaq üçün deyilmişdi. Və Sultan bu hadisədən də
ancaq dözümlə qalib çıxmışdı, Xudiyevi KeQeBe-nin səlahiyyətinə daxil
olmayan işdə - rayonun ərazisindən Ermənilərə torpaq verməkdə
taxsırlandırmaqla kifayətlənib, bu işdə iştirak edən Gülənova və başqalarına
toxunmamışdı. Mirqəzəbin özü ilə rəftarı təsdiq edirdi ki, həm partiya işçisi, həm
də bir insan kimi, dözüm və qətiyyət Sultan Əmirlinin xarakterinin əsas
cəhətlərinə çevrilmişdi. Odur ki, qəbul otağının divarları dibində dirək-dirək
duran əməkdaşların sükutu nə içərisində lil palçıq kimi çöküb qalan o köhnə
hissində bir dəyişiklik əmələ gətirdi, nə də zahirində. Sultan lap ilk gənclikdən,
Bakı ilə Təbriz arasında çox vaxt piyada gedib gəldiyi vaxtlarda adət
_____________
*"Əmr edirəm teleqramın məzmununu açmayın və şəxsən mənə qaytarın".
etdiyi sakit, ləngərli yerişi, ümumi siqləti, təmkin və dəyanəti ilə, ağır-ağır
addımlayıb, palıdı dərmantinli, hündür qapının sağ-solunda dayanmış Əziz
Mayılovla katib köməkçisinin arasından o yana - kabinetinin genişliyinə keçib
şapqasını asdı, kitelinin döş cibindən köhnə, qalın, möhkəm sümük daraq
çıxarıb, seyrəlib yapıxmış çal saçlarını səliqə ilə arxaya daraya-daraya, ovucları
ilə gicgahlarının dümağ tüklərinin yatımını sığaya-sığaya, stolunun dalına
hərləndi, oturmadan, tünd qırmızı örtüyünün və göyümtül şüşənin üstündə qara
üzlü, gündəlik iş qovluğunu açdı. Böyük formatlı, yağlı-işıltılı kağızları
tələsmədən aşıra-aşıra, üç vərəqdə - üç siyahıda adamların ad və familiyalarını
bircə-bircə gözdən keçirdi. Bu, sabah - avqustun iyirmi beşində başlanan pambıq
yığımı kompaniyası üçün məsul olan, "üç zonada üç operativ ştab"ın siyahıları
idi.
Sultan burada - kabinetdə də həmin qəribə sükutla dayanmış adamların
üzlərinə baxmadan, birinci siyahını Əziz Mayılova verdi, ikincini Məleykə
Muradovaya, üçüncünü isə, bu il gözlənilmədən irəli çəkilib təşkilat şöbəsinin
müdiri təyin edilmiş Məsim Qudalıya verdi. Üc ştabm üçünün də üzvləri sabah
axşam saat altıda burda - mərkəzi ştabda olmalı, zonalarda işin təşkili haqqında
hesabat verməli, dərhal yerlərə qayıdıb, sentyabr-oktyabr aylarında pambıq
yığımı planının ödənilməsi və noyabrın yeddisinə, yəni Oktyabr inqilabının
ildönümünə qədər mərkəzə raport göndərilməsini təmin etməli idilər; Sov. İKP
MK-nın göstərişi və rayon Bürosunun qərarı belə idi. Hər şey danışılmış, bu
günə ancaq əlavə işçi qüvvələrinin səfərbərliyi haqqında təkliflərin müzakirəsi
qalmışdı. Əmma Sultan bu müzakirəni təxirə salıb, gecə saat on ikiyə -ştabın
növbədənkənar iclasına saxladı.
- Qurtardıq. Gedə bilərsiniz, - dedi.
Bununla da bu gün daha heç bir işlə məşğul olmayacağını bildirib qovluğu
örtdü, müharibə illərində nikotindən zəhərlənib çox pis arıqladığına görə o
vaxtdan seyrək çəkdiyi papirosa - "Kazbek"ə əl atdı, gah stolun dalında, gah
divanda oturub, gah küncdə çəkic kimi taqqıldayan və vaxtı çatanda zəng
vurmaq əvəzinə köksünü ötürən kəfkirli saat, gah da küçənin o tərəfində,
qovaqların, çinarların hündür budaqlarında dolaşanların böyük kütlə qəhqəhəsinə
bənzəyən qaqqıltılarına qulaq asa-asa, səbrlə, dözümlə, qardaşı oğlunun yatıb
yuxudan doymasını gözlədi, nəhayət, kəfkirli saat dörd dəfə köksünü ötürəndən sonra,
dermantinli qapını açıb, bircə balanın yanına getmək üçün bütün hiss və
düşüncələrin üstündən qələm çəkib, qətiyyətlə kabinetdən çıxdı.
* * *
Mehmanxananın pillələrini də qətiyyətlə, birnəfəsə qalxdı. Dar, təkadamlıq
nömrənin qapısını aralayanda isə, qış aylarından qalma, tünd rəngli pəncərə
pərdələri örtülmüş otağın alaqaranlığında gördüyündən təəccüblənib ayaq
saxladı.
Çarpayı boşdu. Səməd döşəmədə, yalxı döşəkağı üstündə, köynəkcək
yatmışdı.
Sultan, bir əli ürəyinin üstündə, hərəkətsiz qaldı, o biri əli boğazında,
boynunda gəzdi. Birdən-birə nəfəsi daralmışdı, gözləri toranlamışdı.
Əmirlərdə bu lap köhnə irsi azardı: şeyx oğullarını fədailərin cənubdakı
gizlin məskənlərinə, "hümmət"çi oğullarını bu taya göndərmək üçün yol ayrıcına
qədər ötürüb, orada - ayrıcda tək qalanda Məhəmməd Əmir də bu cür birdən-birə
tor görərdi. "Əylənin. Gözüm seçmir dünyanı. Gözləyin bir az", - deyib, bir əli
ürəyinin üstündə, o biri əli boynunda, dayanıb, boğaz, boyun damarlarını
əzişdirib, birdən də gözlərini açardı, "Hə, di gedin. Əmma bir gün də unutmayın
ki, mən ayrılığa dözənlərdən deyiləm", - deyərdi.
Dörd oğulun dördü də yaxşı bilirdi ki, onlar Ulu Bağ ƏsƏlMən
nəslindəndilər. Min yeddi yüz doxsan yeddinci ilin qışında bir gəzərgi Monax -
casus Peterburqa, Çar Pavelin oğlu, polis rəisi və vəliəhd I Aleksandra depeş
göndərmişdi: "Zdes na Muqani obyavilsa nekto Solomon, poçitayemıy vsem
zdeşnim narodom, kotorıy İran i Tursiyu derjit pod svoyey vlastyu".* Bu depeşin
surətini Ünlə eşidəndən sonra Ulu Bağ Muğandakı saysız-hesabsız AğEy - "Əxi"
icmalarının bir qismini Ərdəbilə, ikinci qismini isə Təbrizlə İrəvan çökəyi
aralarına dağıtmış və bütün icma üzvlərinə əlaqə saxlamağı, görüşməyi qadağan
etmişdi. Buna görə də təbiətcə zərif, köyrək, qohumcanlı UluBağlılar, o
cümlədən, Məhəmməd Əmirin adı ilə adlanan Əmirlilərdən çoxu
__________
*"Burada Muğanda yerli xalqın çox hörmət bəslədiyi kim isə bir Solomon peyda olub, İranı və Türkiyəni öz hakimiyyəti altında saxlayır.."
qəribliyə, ayrılığa dözməyib xəstələndilər. Sultan da belələrindəndi. Odur ki, əlli
beş yaşlı oğulsuz, uşaqsız Sultan da eynilə atası Məhəmməd Əmir kimi bir
vəziyyət keçirib, dar nömrədə, "Bircə balanın" üç addımlığında öz-özünə
"Əylən, gözlə bir az", - dedi və bu bir az vaxt ərzində necə qeyri-adi gərginlik
hesabına toxdadığını o qədər də dərk etmədən, tünd rəngli pərdədən süzülən
tutqun işıqda Bircə balanı yenidən görüb, yaxınlaşıb böyründə çöməldi, cod,
nahamvar döşəmə taxtası dizlərini əzə-əzə, tamaşaya durdu.
Səməd sağ yanağını biləyinə söykəyib üzü üstə yatmışdı. Qıçının birini düz
uzadıb, o birisini qurbağasayağı, qarnına yığmışdı. Bu "qurbağa yatışını" görərgörməz Sultan nəinki fikir və qayğılarını, elə bil əzablarını da bütüncə unutdu,
sarsıntılar, işgəncələr əvəzinə, sinəsi hüznlə doldu: Mədəd də həmişə bu cür, üzü
üstə, qıçını qarnına yığıb qurbağa-sayağı yatardı. Uşaqlıqda iki qardaş bir yorğan
altında yatanda, aralarında dava düşərdi. "Dizin böyrümü deşir, uzatsana
sınmışını!" - deyib Sultan dümsükləyib Mədədi oyadanda, Mədəd mızıldanıb
qıçını uzadardı, əmma mürgüləyəndə yenə yığardı. Sultan bir də dümsükləyəndə
isə Mədəd hirslənib kiçik qardaşının üstünə atılardı, gecənin yarısında köhnə,
hündür taxtdan döşəməyə dığırlanana qədər süpürləşərdilər. Küsüşüb hərəsi
döşəyin bir küncünə çəkilərdi. Səhərə yaxın evin havası soyuyanda isə
qucaqlaşıb, bir-birini nəfəsləri ilə isidərdilər.
Qırx-qırx beş ilin uzaqlığındakı "qardaş" adında dünya, həsrətdən, yanğıdan,
qəhərdən ibarət o tay, Azərbaycan adında dünya ilə birləşib Sultanın boğazından
yapışdı. Sultan nə vaxtsa, hardasa qardaşına və qardaşı ilə birlikdə o taya,
Məhəmməd Əmirə, Ağ Əmirə, Boz Əmirə xəyanət etmişdi, bu dumanlı,
anlaşılmaz xəyanətə görə, hakimi və müttəhimi də özü olan gizlin bir
məhkəmədə boğulmağa məhkum edilmişdi. Hökm elə indi, bu dar nömrədə icra
oluna bilərdi. Əmma Bircə bala onu xilas elədi: Səmədin pələng biləyi kimi enli
biləklərinə, möhkəm əzələli çiyinlərinə, burulub gərili qalmış boynuna göz
gəzdirdikcə Sultanın nəfəsi genişləndi, təqsirkarlıq, həsrət və yanğı əvəzində,
qəlbinə kədər qarışıq qürur doldurdu: Mədəd dünyasını dəyişməmişdi, haraya isə
uzaq səfərə çıxmış və möcüzə ilə cavanlaşıb qayıtmışdı.
Sultan barmaqlarının titrədiyini görə-görə, əlini onun bir az arxaya yatımlı,
geniş alnında, əvvəlki Mədədin saçından ancaq dalğaları ilə fərqlənən saçında,
boynunda, kürəyində gəzdirdi.
Səməd ağır yatmışdı. Oyanmırdı. Sultan çağırmaq istədi, nə "Bircə bala" deməyə dili gəldi, nə də "qardaşoğlu"
deməyə. Əmmə müraciət tapıldı.
Keçən yay raykoma təcrübəyə gələndə, üç il təlimatçılıqdan sonra iki aylıq
təcrübəyə elə bir ehtiyac duymadığına görə Səməd vaxtının çoxunu partiya
kitabxanasında oturub, dövlət imtahanı üçün ən vacib dərslik sayılan
"Materializm i empriokritisizm" kitabını dönə-dönə oxumağa çalışardı. İşin
axırında kabinetinin dal həyətə baxan pəncərəsindən boylanıb, Bircə balanın hələ
də kitabxanada oturduğunu görəndə, Sultan bu səydən həm sevinərdi, həm də
narahat olardı. "Ey, filosof! Bəsdi kitablarnan əlləşdiyin!" - deyərdi. "Fəlsəfəni
ancaq kitablardan öyrənsən, mənim yaşıma çatanda hər şeydən məhrum olarsan,
ey filosof!" - deyərdi.
Bu gümrah, zarafatyana müraciəti xatırlayıb, bundan Sultan hətta sevinc
duydu.
- Ey, filosof! - deyib hətta əlini Səmədin çiyninə şappıldatdı.
Səməd oyandı.
Əmma buna hələ oyanmaq demək olmazdı. Çünki indicə yuxuda gördüyü
röya gözünün qabağında idi. Qara meşin şapqanın uzun günlüyü altında sifəti
qapqara görünən, çiyni tüfəngli Qurban əmi - Qılınc Qurban Gülgəzin
hörüklərindən yapışıb, qaranlıq meşədə, ağacların arasında sürüyürdü, iri-iri,
sarı-qızılı tikanları zülmət içində aydınca görünən qaratikan kollarının
qalınlığına basırdı, böyür-başlarında insan qulağı-sayağı ağacgöbələkləri saralan
kötüklərə çırpırdı. Qışqıra-qışqıra "Qancıq! Qancıq!" - deyirdi. "Mənim
qardaşımnan qardaşoğlumun arasına nifaq salıbsan sən! Səmədi Sultana düşmən
eyləyibsən sən!" - deyirdi. Qurban əmi - Qılınc Qurbanın bu qışqırtısının
arasında Sultan əminin yorğun, üzgün səsi də eşidilirdi. Özü yoxdu. Hərdən
haradasa kitel bozarırdı, səs də elə kiteldən çıxırdı: "Dayan, Qurban, dayan. Əl
çək, Qurban, bəsdi! O mənim arvadımdı! Kəbinli arvadımdı!" - Kitelin səsi
Səmədi üşürgələndirirdi.
Oyanıb gözlərini açdı, başını üyüşmüş biləyindən ayırıb, arxası üstə çevrildi
və beləcə qaldı. Yad divarlar arasının yad mühitdə əmisini görüb, onun belə
gözlənilməz yaxınlığından çaşıb, yuxu ilə reallıq arasında asıldı: o dəhşətli,
içərisi boş kitel zehnində idi, sarımtıl düymələrinə, boğazının dəmir çalkeçirinə
qədər doğma, boz kitel isə qarşısında idi və bu boz kiteldə Sultan əminin özü də
həmişəki əmi idi: doğma, əziz, boz ala gözləri dərin hüznlə, yorğun-yorğun
gülümsəyirdi. Bu gözlərdən, bu baxışdan ayrılmaq, uzaqlaşmaq mümkündümü?
"Yox-yox!.. Yox-yox!"
Beynində oyanan ilk sözlər bu "Yox-yox" oldu və Səməd özü də bu sözlərin
ahənginə uyğun ürək çırpıntısı ilə, titrək, hürkək atılıb ayağa qalxdı.
Gərgin sükut içərisində əmi ilə qardaşoğlunun, yaxın ikən uzaqlaşmaq,
doğma ikən yadlaşmaq istəməyən iki nəfərin nəzəri bir-birinə sancıldı.
Qardaşoğlunun üzündəki təşviş əminin sifətini də dəyişdirdi. Əmma Sultan
buraya "aydın fikirlə, qəti qərarla" gəlmişdi və indi məhz qətiyyət məqamı idi.
Odur ki, ciddiləşməyi ilə gülməyinin arası bir saniyə də çəkmədi və Sultan
əməlli-başlı qəhqəhə çəkib, iri, ağır yumruğu ilə Səmədin açıq sinəsini
dürtmələdi.
- Ey, filosof! Hardasan?.. Ə, nə gözlərini döyürsən? İçmisən nədi, əmini
tanımırsan?
Mübaliğəsiz demək olar ki, Səməd xoşbəxt idi. Çünki əmisinin dürtməsi də,
baxışı da, gülüşü də xoşbəxtlikdən xəbər verirdi: "Boş kitel" dolu idi; o dəhşətli
röyanın özü kimi dəhşəti də röya idi. Bu dürtmə, bu baxış, bu qəhqəhə açıqaydın demirdimi ki, Sultan əmi doğrudan günahsızdı. "Həqiqət", "müqəddəsat"
sözləri ömrü boyu dilindən düşməyən Xızr kimi ciddi adamın inamından da
məlum deyildimi ki, Sultan həqiqətən günahsızdı?! Səməd əmisi üçün təhqiramiz
şübhəyə düşüb Gülgəzə, sonra da Hənifə arvadla Əlləzoğluna sual vermişdisə,
bu, sadəcə, sarsıntıdan olmamışdımı?!
Yox, dünya Sultansız deyildi. Səməd xoşbəxtdi və bu xoşbəxtlik üçün hər
şeyi unutmağa hazırdı. Odur ki, özünü əmisinin üstünə saldı. Qucaqlaşdılar. Və
Səməd doğrudan da hər şeyi unutmuş kimi, hönkürtülü, sızıltılı, göynərtili
Gülgəz əvəzinə, üfüqün parıltısı içində buğ püskürən samovar yanında qırmızı
qıymaçalı, qırmızı xalatlı "elqızmı" gördü. İndi Səməd ömrü boyu tək qalmağa
da, fədai əmi kimi hər cür məhrumiyyətə, əzab-əziyyətə, işgəncəyə də hazırdı ki,
əgər Sultan əmi qardaşı oğlunun o "elqızı" ilə yaxınlığını unudub xoşbəxt ola
bilərsə olsun, körpə səsi eşitsin, "mənim balam" desin! Səmədə bundan artiq heç
nə lazım deyildi və əmisini qucaqlayıb bağrına basmağı ilə də yəqin elə bunu
demək istəyirdi ki, sənin xoşbəxtliyindən başqa mənə heç nə lazım deyil.
Əgər öz gur hissiyatından əlavə bir şey düşünə bilsəydi, bu saniyələrdə
Səməd özünü nadir saf insan ucalığında görərdi.
Elə ucalıqda idi ki, əmisini hətta öpmək istəyirdi. Sultan imkan verməyib,
ərklə onu dala itələdi.
- Qoy bir baxım görüm imtahan çoxmu sıxıb səni?.. Sıxıb deyəsən. Əmma
çox yox. Yeməkxana yaxşıdı orda. Professorun Məhərrəm çox vaxt ordan hazır
xörək apartdırır evinə... Səndən heç bir gizli sözüm olmayacaq. Açığı, dünyamız
zülmətə bürünüb, oğul. Danışacam... Dedilər kəndə getmisən. Onu başa düşdüm.
Xeyli vaxtdı zəng vurmuram, yoxlamıram yeni kadrımı. Nə qədər ərköyün olsa
da, məncə, kadrım inciməməlidi belə şeylərdən...
Səməd susurdu. Səmimiyyətdən kənar söz demək, yalan danışmaq istəmirdi.
Sultan özü onu bu vəziyyətdən qurtarmağa çalışdı:
- Bəs niyə quru yerdə yatmısan? Çarpayıda taxtabiti var, nədi? Hə də, əlbəttə
var. Geriyik hələ, çox geriyik. "Kommunizmin astanasındayıq!"* Əmma adicə
sanitariya qaydalarına riayət eliyəmmirik. Kənddə birə daraşır canımıza, şəhərdə
taxtabiti. Hətta sanitariya işlərinə də raykom qarışsın gərək, o dərəcədədi
səviyyəmiz! Şəriksən mənnən ya yox? Taxtabitiyə görə düşmüsən bu
çarpayıdan, ya yox?
Səmədin yadında idi ki, səhər-səhər mehmanxana müdiri Marqonun
müşayətilə gəlib dar nömrədə, cır-cır cırıldayan yarıtaxta, yarıdəmir çarpayıya
səriləndə, başının üzərində peyda olan Qurban əmi - Qılınc Qurban da
taxtabitidən danışmışdı və döşəkağını döşəməyə sərib, "Burda yat", - demişdi.
Nə isə, dumanlı bir hiss o taxtabiti söhbəti ilə bu taxtabiti söhbətini birləşdirib
aparıb Əlləzoğlunun iyli çarıqlarına bağladı və Səməd əmisinin sualının
cavabında, birdən-birə ürəyinin özəyinə işləyən kədərlə dillənib:
- Şərikəm əmi, şərikəm! - dedi.
Sultan köksünü ötürdü.
- Hə... Bu taxtabitili çarpayıynan gedirik kommunizmə! Rəhbərimizin
sözüynən əməli tutmur, qardaşoğlu. Bakıdan kamandirovkaya gələnlər bircə gecə
qalıb, səhərisi vağzala cumurlar. Bəribaşdan nəzərə al bunu, yoldaş təzə kadr.
Yaxşı, hələ çoxmu dayanacaqsan belə lütüryan? Geyin də!.. Yuyun, geyin gəl!
Aşağıda gözləyirəm.
Sultan qardaşoğlunun yuyunub, geyinib əmisi ilə birgə evə gedəcəyinə və
orada - evdə hər şeyin öz qaydasında olacağına şübhə etmədən, nömrədən çıxdı,
içərisində yatıb qalan lil-palçıqdan xilas olub daxilən yüngülləşmiş kimi dikəlib,
çəkmələrini cırıldada-cırıldada, göv-
_______________
*Stalinin sözləri.
dəsinin ağırlığı altında, mehmanxananın min yerdər çatlamış binasını titrədə-
titrədə, dəhliz boyunca addımlayıb, birinci mərtəbəyə endi.
* * *
Səməd döşəkağına bürünüb, bütün mərtəbəni gəzib, hətta tualetdə də su
tapmadı, bir də nömrəyə qayıdanda orda, əhəng qoxuyan divarın küncündə, paslı
lüləyi fırladıb sızğıntı gördü, lüləyin dal tərəfinə söykədilmiş paltar sabununu
götürüb, ovcunun sızğıntıdan dolmağını gözləyə-gözləyə yuyunmağa başladı.
Ülgücü çamadanda idi, çamadanı isə qaranlıq, zülmət meşədə. Əilərini üzünə
sürtdükcə, sıx, cod saqqalı ovuclarında xışıldadıqca, o zülmət meşədə
budaqlardan gurultu ilə qopub ulduzlu göyün dərinliklərinə cuman quşların topa
qaraltısı Əllozoğlunun zingiltili qaraltısına, Gülgəzlə Qurban əmi - Qılınc
Qurbanın qaraltıları içi boş kitelin bozartısına qarışırdı. İnanmaq olmurdu ki,
Sultan əmi indicə bu nömrədə idi, "Bircə balanın" çılpaq çinəsini dürtmələmişdi,
gülmüş, danışmış və indi aşağıda gözləyirdi ki, Bircə balam evə aparsın. Səməd,
əlbəttə, gedəcəydi. Getməli idi. Üzü, peysəri od kimi idi, alnının sümüyü elə bil
kürədə qızmışdı, soyuyan şey deyildi, küçədə də, evdə də elə bu cür qızğın
qalacaqdı. Əmma Səməd mütləq getməli idi ki, Sultanlı dünya Sultansız olmasın,
elqızı o evdə binələnə bilərsə, binələnsin, o evdən də körpə səsi gəlsin. Mədəd və
ya Sura adında körpə!
Möcüzə baş verəydi, Mədəd və ya Sura adında körpə elə günü bu gün
dünyaya gələydi!
Lüləkdən, - sızqadan Səməd belə ayrıldı, səhər-səhər sulu, palçıqlı atdığı
şalvarının yuyulub yamandığını, ütüləndiyini, ayaqqabılarının təmizlənib
silindiyini hiss etmədən, cəld geyinib birinci mərtəbəyə endi, orda - qarderobla
yanaşı otağın kandarında dayanmış yorğun-üzgün erməni qızı Marqo əvəzinə elə
bil daş divara baxa-baxa keçib, mehmanxanadan çıxdı.
Sultan əmi küçədə idi. Həmin yeganə geniş küçənin bu başında,
kazarmasayağı binalardan və vağzaldan təxminən iki yüz addım aralı olan bu
çinarlı, çökəli yaşıllıqda, qədim məsciddə yerləşən anbarın sağ-solundan ətrafa
dar küçələr uzanırdı. Şəhər əhalisi əsasən elə bu küçələrdə, taxta darvazalar
arxasında, kirəmid dalı, birmərtəbə evlərdə yaşayırdı. Rayonun məsul işçiləri, o
cümlədən Məsim Qudalı - "Əfəl Məsim" də, Əziz Maydovla "diapozonlu xanım"
-Məleykə bacı da bu tərəfdə olurdular. Səhər gəlib mehmanxanaya burulanda Səməd istər-istəməz
anbar məscidin qabağından o yana baxdı. Küçənin dərinliyində, boz taxta
darvazalardan biri Məsimgilin darvazası idi və Səməd yəqin bilirdi ki, əgər
dünən qatardan düşəndə birbaş Məsimgilə getsəydi, "Gülbəniznən görüşsəydi, nə
əmisinin həyətində olardı, nə kənddə -Əllozoğlunun evində, nə də burada -
mehmanxanada. Çünki palıd kötüyünün arxasında pəncərəsi saralan daxma kimi,
boz taxta darvaza arxasındakı ev də sirlə dolu idi və əgər o sirlər açılsaydı,
bundan, şübhəsiz, tamam başqa hadisələr törəyərdi. Özü də elə hadisələr ki, əmi
ilə qardaş-oğlunu həmişəlik ayırardı; Səməd bunu hiss edirdi, duyurdu, hətta bir
növ anlayırdı. Odur ki, palıd kötüyünün arxasında saralan pəncərədən necə qaçıb
uzaqlaşmışdısa, boz taxta darvazadan da eləcə uzaqlaşıb özünü mehmanxanaya
salmışdı. Bir sirr ki, Sultanlı dünyanı Sultansızlaşdıra bilər, necə sirr olur-olsun,
Bircə bala o sirlə heç vaxt maraqlanmamalıdır. Gör bir nədən danışdılar -
taxtabitidən. Və elə bu taxtabiti söhbəti əmi ilə qardaşoğlu arasında körpü
yaratdı. Çax-çux da rədd olsun, daxması da, darvazası da! Körpünü saxlamaq,
əmi ilə ünsiyyəti saxlamaq, taxtabitili, birəli, çarıqlıq dünya içində dərdinin
böyüklüyü açıqca görünən bu əzabkeş katibin hər dərdinə şərik "yeni kadr"
olmaq üçün Səməd daha heç bir kənar söz-söhbətlə maraqlanmamalıdır. Necə
yəni "partiya işçisi olmayacaqsan?!" Necə yəni, "Bağların varisi?.'"-Bütün
bunlarla birlikdə elə bil Abı özü də Qurban əmi - Qılınc Qurban kimi, danışan
kitel kimi röya idi. Bir az bundan əvvəl Bircə balaya "yeni kadr" deyən əminin
bu sözləri isə hər ikisinin köhnə arzusu, "proqramlaşdırılmış həyat" idi. Bu
həyatın əksinə nə varsa, kim varsa, hamısı məhv olsun! Səməd hisslərini
cilovlamalı, iradəsini toplayıb ancaq və ancaq Sultan Əmirlinin xoşbəxtliyinə
tabe etməlidir!
Küçədə əmisinə belə yaxınlaşdı.
Sultan hamanca hüznlü gözlərlə onun boy-buxununa, qıçlarının sərbəst,
sanballı tərpənişinə, qollarını uzunluğuna, əllərinin ağırlığına fikir verirdi.
- Gəl, gəl, - dedi.
Sonra küçə boyunca irəli boylanıb ciddiləşdi, sərtləşdi, öz köhnə zəhmli,
zabitəli görkəmində:
- Getdik! - dedi.
Beləliklə, dünəndən bəri çalxanıb, vurnuxub, dəli-divanə hərəkətləri ilə bütün
şəhərdə sensasiya yaradan qardaşoğlu ilə bu gün mütləq biabır olacağı gözlənilən əmi, iş gününün axırına yaxın, səkilərin adamla
dolduğu bir vaxtda, küçənin tən ortası ilə, yanaşı, çiyin-çiyinə addımlamağa
başladılar.
Vağzal meydanının bərabərindən ta Sultan Əmirlinin evinin bərabərinə
qədər, bu küçəyə raykomun, icraiyyə komitəsinin, milis şöbəsinin,
prokurorluğun və maarif şöbəsinin maşınlarından başqa, at, araba buraxılmırdı.
Günün bu vədələrində yanğın idarəsinin maşını bu başdan o başa gedib, o başdan
bu başa gəlib su çiləyəndən sonra isə ümumiyyətlə nəqliyyat kəsilirdi.
Çesuyçalıların səkiyə yığışması, cərgələnməsi, beşbir-üçbir baş-başa verməsi də
elə bu vaxt başlanırdı. Odur ki, Səməd anbar məscidin dövrəsindəki cökəli,
çinarlı yaşıllıqdan bu yana ilk addımını atandaca, dərhal çesuyçalıların
ağartılarını gördü və əmisinin küçə boyunca irəli boylanan gözlərinin
dəyişməyinin səbəbini anlayıb, istər-istəməz özü də dəyişdi.
Solda, mərkəzin göstərişi ilə əkilmiş, qaralıb-boğulub boy atmayan "Rus
ağaclarının", yolkaların qaraltıları arxasında, geniş həyətli bir-mərtəbə binalarda
yerləşən RİK-lə milis şöbəsinin və prokurorluğun səkilərində heç kəs yoxdu.
Sağda - kazarmasayağı binaların səkiləri isə beşbir-üçbir ağartılarla dolu idi. Lap
yaxşı! Qoy baxsınlar! Əmi ilə qardaşoğlunun münasibətini görsünlər! Ölsünlər!
Səmədin içərisi tərpəndi: ağartılara yaxınlaşdıqca bu adamlara köhnə kini
necə qaynadısa, heç cür özünü saxlaya bilməyib, nümayişkaranə hərəkətlə
əmisinin qoluna girdi.
- Afərin!.. - Sultan ovcunu onun əlinin üstünə sıxdı və küçənin tən ortası ilə
getdiyi halda, birdən yolunu dəyişib səkiyə qalxdı. Sağ səkiyə!
- Süleyman nəslisən! Məhəmməd Əmirsən! Ağ Əmir, Boz Əmirsən!
Mədədsən! Sultansan!.. Xızr Abı mənim tapşırığımnan danışıb sənnən... Gizlin
"Muğlar" - Bağlar övladısan sən, Bircə balam! Gizlinlər tülki-sifət
olmamalıdılar. Sənin ən adi hərəkətin də düşmənin gözünə iynə kimi batmalıdı,
sarsıtmalıdı ki, çox da fəallıq eləməsinlər. "Düşmən" deyirəm. Əslində düşmənzad deyillər. Bu çesuyçalıların çoxunu Zəngəzurdan Naxçıvanın Sədərək
rayonundan köçürdüblər. Göyçə gölünün dövrəsindən, dağ kəndlərdən
köçürüblər. Bu adnan ki, bəs, Azərbaycanın hər yerindən Almanlar sürgün
olunublar, Stalin yoldaşın öz əmridir ki, Naxçıvan, Zəngəzur səmtində nə qədər
"türk" adıynan tanınanlar varsa, hamısı Kür çayı boyuna köçürülsünlər. Bu ağ
ipək geyilib sallana-sallana gəzənlərdən birinin də xəbəri yoxdu kimdi milliyyətcə! "Stalin
yoldaş deyib" "Türk deyilsiniz siz, Azərbaycanlısınız!" İnanıblar ey! İndi gör
mənə nifrətlərinin kökü nədi: "Sultan Əmirli bizdən deyil, türkdü!.. Bir nəfər də
qanan yoxdu ki, "Stalin yoldaş" bu bədbəxtləri Osmanlı türkü deyilənlərdən
ayırmaqdan və Zəngəzura, Göyçəyə Erməni doldurub, bizi belə-belə üsullarnan
tədricən məhv eləməkdən ibarətdi! Vaxtı çatanda biləcəksən ölkəmizdəki bu
ayrılıq, kin toxumunun dərin-dərin səbəblərini. Hələlik bir bunu bil: insan yoxdu
bu səkilərdə, kütbeyin eşşəkdi hamısı! Babası Tehrandan Zəngəzura köçürülüb,
farsca danışıb orda Tehran ləhcəsiynən, deməli bu da farsdı! Türk Sultanın başını
yeməlidi! Xudiyev açıq deyirdi bu eşşəklərə: "Vı oturçanen-nıye persı! Vı doljnı
nenavidet Turkov! Vot tak!.."*
Sultan bu sözləri qardaşoğlu ilə birlikdə çesuyçalılara da eşitdirirdi. "Türk!
Türk!.. Əsl ad getdimi bada?!"
Birdən səsini qaldırıb:
- Bizim şəxsi bədbəxtliklərimizin hamısı bax, bu köhnə antitürk
ideologiyasındandı! - dedi. - Kitablarda bir dənə də OdƏr adına rast gəlməzsən!..
Çesuyçalılar özlərini itirmişdilər. Qardaşoğlunun qolu qolunda, onların
üstünə yeriyən bu Sultan Əmirli həmin, köhnə yarımallah Sultan Əmirli idi ki,
ordan-burdan salam verənlərin salamını da almadan, düz irəli baxa-baxa, danışadanışa şəstlə addımlayıb, dediyi həqiqətlərin zəhmi ilə hamını qırağa çəkilməyə,
divara qısılmağa məcbur edirdi.
Tək bir nəfər, əli portfelli, yoğun adam ləyaqətlə dayandı.
- Axşamınız xeyir, yoldaş Əmirli, - dedi.
Bu, maarif müdiri Mirbağır müəllim idi. Əmma Sultan ona da cavab vermədi.
Bu Mirbağır da özünü yarıfars, yarıtat sayırdı, Xudiyevin səpdiyi toxumu
cücərtmək üçün maarif şöbəsini, məktəbləri "özününkülərlə" doldururdu. "Şiə bu
tayı tutub, burda da möhkəmlənəcək, Sultan Mamedoviç. Rus durub arxamızda.
Siz özünüzü çox nahaq kənar tutursunuz. Xeyri dəyməz" - deyirdi. Bu yumşaq,
itaətkar görkəmli "naxal" - həyasız kişini Sultan daha çox bəyənmirdi. Odur ki,
səlama qəsdən cavab vermədi. Bir də ki, bu səkidən, bu binaların taybatay açıq
qapı-pəncərələrinin qabağından keçib mehmanxanaya gedəndə olduğu kimi, indi
də fikri Bircə balada idi.
_____________
*"Siz türkləşdirilmiş, farslarsınız. Siz türklərə nifrət etməlisiniz! Bax belə!"
- Heyif, Abıya imkan verməmisən danışsın. Bütün cinayətlər cəhalətdən
törəyir, oğul. Güzəştə getmə cahilə. Stalinin, Mirqəzəbin, Xudiyevin səpdiyi
toxumdu. Bitib qalxıb, rayonu basıb! Vətən saymırlar Azərbaycanı, təsəvvür
etmirsən. Şəxsi maraq xirtdəkdəndi, ictimai maraqdan əsər-əlamət yoxdu! Çünki
milli kökdən, məhz milli kökdən -OdƏrlikdən, şüurdan məhrumdurlar!
Qorxmasalar, çəkinməsələr, çöpü çöp üstə qoymazlar. Hökmən gərək əmr olsun,
zorakılıq olsun aparatdan! Özü də, ümumiyyətlə, aparatdan, katiblərdən,
şöbələrdən yox, mütləq "şəxsən Sultan Əmirlinin özündən!" Su kəməri partlayıb,
cəhənnəmə partlasın! Maliyyə nazirliyi cari təmirə pul buraxmır, su idarəsi təmir
darəsi ilə müqavilə bağlamır, təmir idarəsi də müqaviləsiz işləmir, vəssalam!
Kimin nəyinə gərəkdi başqa tədbir fikirləşsin?! Nə qədər ki, şəxsən Sultan
Əmirli xəbər tutmayıb, ictimai əsaslar üzrə işləmək barədə şəxsən göstəriş
verməyib, su düzə axacaq, su kəmərinin sağ-solunda keçilməz bataqlıq əmələ
gələcək, ağcaqanad dünyanı gotürəcək, pul buraxılandan sonra da o bataqlığa
görə iş getmiyəcək, nəticəsi də bu olacaq ki, antisanitariya basacaq şəhəri,
mənim qardaşım oğlu da üzünü qırxmamış çıxacaq küçəyə, baxan da deyəcək
görəsən niyə saqqallıdı, adamı ölüb nədi!
Sultan indi lap ucadan danışırdı. Çesuyçalılardan bəzilərinin - xırda idarə
başçılarının əməlli-başlı titrədiklərini, yəni, öz ünvanlarına deyilən sözlərdən
qorxuya düşdüklərini, eynilə Əlləzoğlu kimi rəzilləşdiklərini gördükcə Səməd
fikrən "Tfu!" - deyirdi.
Qolu əmisinin qolunda, əmisinin addımlarına uyğun addımlarla, eynilə əmisi
kimi düz irəli baxa-baxa, qızartdaq darvazaya doğru gedirdi. "Avariya" günü
əmisinin hənirində ata həniri tapdığı dəqiqədən sonra əmisinə heç vaxt indiki
qədər yaxın olmamışdı: çesuyçalılara kin onları iki canda bir qəlbə çevirmişdi və
bu dəqiqələrdə Səməd bu birliyə mane olası bir şey görmürdü. Əmma raykomun
qabağından keçib, çesuyça-lılardan uzaqlaşıb, qızartdaq darvazaya yaxınlaşdıqda
qolu öz-özünə boşalıb əmisinin qolundan üzüldü, ürəyi qəribə - uzun fasilələrlə
vurdu, hətta addımları da dəyişib tərəddüdlü oldu və Səməd başa düşdü ki,
hisslərini cilovlamaq, hər şeyi Sultan Əmirlinin xoşbəxtliyinə tabe etmək
qərarının qətiliyinə baxmayaraq, ürəyi iradəsinə tabe olmur, əgər bu müxənnət
ürək bir az da bu cür dayana-dayana vursa, Bircə balanın üzünü vaxtında
qırxmadığına da diqqət yetirən əmi bu ürəyi görəcək, evdə "elqızı"nın yanında
isə, şübhəsiz, çarəsiz dərd içində qalacaq...
* * *
Neyləsin? Bəlkə getməsin evə? Necə getməsin? Bir bəhanə tapıb dayansın,
qayıtsın? İndicə, raykomun qabağından keçəndə Əziz Mayılovla Məleykə bacını
həmin yerdə - həyətdə gördü. Bəlkə desin ki, ayıb oldu Əziz müəllimlə
görüşmədim? Axı o kişinin qabağından düz keçmək doğrudan da yaxşı iş deyil.
Həm qohum idi, həm də uzun müddət rayonun ən hörmətli pedaqoqlarından
olub, otuzuncu illərin cavan müəllimləri səfərbərliyə düşüb müharibəyə
apardanda, yəni məktəblərdə müəllim çatışmayanda, Əziz Mayılov
"narkomprosun*, kandarını yağır eyləyib", "təcili pedaqoji kadrlar hazırlamaq
üçün" Qazax şəhərində iki-illik institut açılmağının vacibliyini sübut eləyib. Qısa
müddətdə - ikicə ildə cibi diplomlu olmaq imkanına görə cavanların əksəriyyəti,
o cümlədən Səməd məhz Əziz müəllimə minnətdardır. Bütün bunlar əsas
vermirmi Səmədə desin ki, qayıdım görüşüm? Bəs niyə dillənmir? Sünilikdən
çəkinir? İkiüzlülükdən? Bəs bu cür sıxılıb açılan ürəklə, bu cür dolaşıq
addımlarla gedib Gülgəzin yanında da üzə maska çəkmək nədir? Hər şeyi Sultan
Əmirlinin xoşbəxtliyinə tabe etmək qərarı ilə gəlibsə, daha bu bəhanə-filan
nədir? Yox, yox, əlbəttə ki, heç bir bəhanə gətirmək olmaz. Bax elə bu cür
ürəklə, bu cür addımlarla getməlidir, çətinliyi birdəfəlik və həmişəlik üstələmək
üçün, əmisinin arvadı ilə görüşməlidir, bəlkə hətta, "Sən bu evə xoş gəlmisən", -
deməlidir. Başqa yol yoxdur. Ancaq bu cür hərəkət etməlidir və bu hərəkətin
işgəncəsinə dözmək nə qədər çətin olsa da, dözməlidir!
- Təzə kadr nə tez daldı qayğılar dəryasına?.. Rayonun daxili vəziyyətiynən,
dost-düşmənnən maraqlanardın əvvəllər. Başa düşürəm... Sarsıntının buzunu
sındırmaq çətindi. Abı hazırlamalıydı səni ki, görüşümüz çətin olmasın. Əmma
insanı öz səviyyəsindən yuxarı qaldırmaqdan ötrü vaxt lazımdı. Çox, çox, qeyriadi qaydada dəyişdirməliyik biz səni. Yoxsa dil tapmayacaqsan əminnən. Açığı...
lap açığı budu ki, rayonun daxili vəziyyəti-filan haqqında qəsdən sual verdim.
Susma, oğul! Tərpət dilini!
Gərginliyin aradan qaldırılması üçün yəqin ki, məhz belə mərdlik tələb
olunurdu. Səməd nəfəsini dərib, əlini üzünə çəkib saqqalını xışıldatdı.
- Daxili vəziyyəti özün yaxşı dedin. Qısa və aydın: "Kommunizmə taxtabitili
çarpayıynan gedirik".
_______________
*Xalq-maarif komissarlığı (nazirlik).
Sonra sövq-təbii, söhbəti uzatdı:
- Təyinnamə alanda soruşdular ki, rayonunuzun perspektiv işləri barədə nə
bilirsən? Şişdim qaldım... Zabitlər evinə aparmışdılar o günü. Sən daha yaxşı
bilirsən necə zabitlər evidi ora. Orqanın* məxfi guşələrindən biridi. Sual verdilər.
Leninin maxizmi** tənqidi haqqında. Kimsə bilirdi kiməm mən, elə ona görə
məhz maxizmə aid sual verdilər. Mən də açıqca, hərtərəfli danışdım, başa saldım
ki, maxizmin dəxli yoxdu mənim şeyx əmilərimə. Dini kommunizm, materiyanın
fövqündə olan ədalət yaddı Ağ Əmirlə Boz Əmirə. Təhrif dillərdə "Allahı"
tənqid eləyiblər şeyxlər, ƏlAğı, yəni Safİnsan Əli - Oğlunu, insanı təbliğ
eləyiblər. Onu da dedim ki, "İsa" təhrif addı Ərəb dilində. Əsli EySardı dedim;
qısası köhnə söhbətlərimdən yadımda az-çox nə qalmışdısa, dedim orda. Biri
qışqırdı ki, "İisus adı ilə məşhurdu Sın Boqa! Sən niyə türkə çəkirsən?!" Dedim
"Türkə çəkənlər yox" həqiqəti deyənlər məndən əvvəl deyiblər. Mən istəyirəm
ki, o əmilərim Şeyx Ağ Əmirlə Şeyx Boz Əmir "Sın Boqa"nı Yerlə sıx əlaqəli
şəkildə, materiya ilə bağlı biliblər, kasıb əhali ilə əlaqələrini bizim proletar
ideyaları ilə əlaqəli götürüblər. Din yoxdu burda! Özümün də xoşum gəldi
cavabımdan. Əmma rayonumuzun perspektiv işlərinə gələndə köpdüm. Etiraf
elədim ki, cari ilin plan göstəricilərindən başqa heç nəynən maraqlanmamışam.
Yaman sərtləşdilər. Dedilər "rayonun sabahına laqeydsənsə, partiya işçisi demək
olmaz sənə!.." Başa düşdüm ki, anketimə görədi hamısı. Zabitlər evində o sual
da anketimə görə idi, bu da... Bilirsən nə dedim?.. "Bezobraziye" barədə
danışdım. Sədr Mədədin ölümü barədə. Teleqram barədə! Stalin yoldaşın
internasionalizm prinsiplərini anlamayan, məhdud dünyagörüşlü kadrlara nə ki
var döşədim! Xudiyevə, Gülənova! Dedim "nə qədər ki, orda elə adamlar var,
Sosialist Əməyi Qəhrəmanı Sultan Əmirlinin rəhbərlik etdiyi rayonda planların
ödənilməyinin özü də qəhrəmanlıq sayılmalıdı. Perspektiv işlər məni o vaxt
maraqlandırar ki, kadr sağlam olsun. Sultan Əmirlinin ətrafında, gələcəyə baxan
adamlar olsun. Pıçhapıç düşdü aralarında. Sonra zarafata düzdülər dalmı: "Kadr -
sən! Bir də əmin Əmirli! Başqa qohumun varsa, de onu da göndərək, Əmirlilər
partiyası təşkil eləyin orda". Belə... Daxili vəziyyəti belə görürəm mən. Sənnən
sənin beş-üç dostundan, bir də təzə kadrından başqa
_____________
*KeQeBe nəzərdə tutulur.
**Dini kommunizm
kadr görmürəm... Bakı mühitindən gəlir bunun hamısı. "Bezobraziya"nın kökü
ordadı, əmi, yerli kadr neyləsin?! Daha nə deyim?.. Açığı, ən səmimisi budu ki,
başım dumanlıdı... - Səməd qızardı, öz səmimiyyəti üzündən artıq danışdığını
duyub pörtdü.
Sultan ona baxıb dərhal gözünü yayındırdı. Eynilə mehmanxanadakı kimi,
ciddiləşməyi ilə gülməyinin arası bir şey çəkmədi:
- Yoldaş Əmirlinin tənqid atəşindən başları xarab olanda çesuyçalılar
deyirlər: "Gedək başımızı düzəldək", yəni içək, qəmlər dağılsın. İçirdəcəm bu
gün səni, Bircə bala. Özüm də möhkəm içəcəm. Mədədin vəsiyyətini Abının
diliynən mən xatırlatmışam sənə... Heyif, Elm barədə kifayət qədər
danışmamışıq sənə. Abı təsir eləməyib sənə. Deyir əvvəllər eşitdiyini də unudub.
Rayonda zurna çalınır: "Qardaşı oğlunun, Bircə balasının istəklisini gətirib
özünə arvad eyləyib"!..
Düşmən qəvidi, canım-ciyərim.
Qazağın Dağ Kəsəmənində köhnə Pünhanlarımızdan Fətəli Xan Xoynan* qohumları qalmışdı. Köçürdüm o yan-bu yana, dağılışdılar, kömək elədim
pasportlarını da dəyişdirdilər. Əmma əlaqələrini kəsmirlər mənnən... Aşıq
Hüseyn Cavanın başına yığışmışdıq Qarayazıda –Qaratəpədə. Biri dedi: "Dilünlə
deyil, dilim-dilim olan, ay ustad, elimdi!" Dedik: "fərqi nədi?" Dedi: Tatarları da
sürmüşdülər Krımdan, Tatarıstandan, Balkanları, Qaraçayları da! Yazdılar,
yazdılar Kremlə, axır odu bax qayıdırlar öz vətənlərinə! Bizi it unu kimi
dağıdıblar hər yerə, bos biz neyləyirik?! Yığışırıq, öz aramızda sızıldaşırıq: "Ay
dilim-dilim dilim! Nolsun?!"
Düz deyir o kişi.
Sözdən işə keçməyin vaxtı çoxdan çatıb, Bircə bala. Əmma hanı Fətəli Xan
kimi, Nərimanov kimi kadrlarımız?!
"Bezobraziye" dəridən çıxır, hazırlaşır ki, bu il mütləq yeşikdə qoysun məni.
Professorun Məhərrəm zəng vurmuşdu Bakıdan. İki ildə sənin orda kefin-
_____________
* Fətəli xan Xoylu, Qazax qəzasında məskunlaşan Muğannalarla əlaqə yaratmışdı, SafAğ Elmi əsasında, bütöv Azərbaycan ərazisində dövlət yaratmaq niyyətində idi: Şimali, Qərbi, Şərqi, Cənubi Azərbaycan arasında çəkilmiş, sərhəd sədlərini möhkəmləndirmək və Rusiyanın himayəsi altında, yalnız Şimali Azərbaycanda hakimiyyəti almaqla kifayetlənən "Müsavat" dövləti ilə gizlin rəqabətdə idi. Buna görə də qızı Məstanəni indi "Ermənistan" adlandırılan ərazinin AğBizən kəndində gizlin adla yaşayan İsmayıl ağa Muğannanın oğluna ərə verib qohumlaşmışdı ki, Muğannalarla əlaqəsini
sırf qohumluqla pərdələsin. Sultan Əmirlinin Fətəli xanı da "Pünhan" adlandırması, Azərbaycan tarixinin nə qədər gizlin məcralarla axdığını göstərir.
əhvalın, oxumağın, dolanman barədə hər ayın başında məlumat verib o mənə.
Yoxsa rahat olammazdım. İndi dediyin "maxizm" əhvalatını da səndən qabaq
professorun deyib mənə. Fəxrnən danışırdı: "Safdı, mərddi, prinsipialdı!.." Sonra
səsi dəyişdi, dedi qohumum Çax-çux buralarda hərlənir, Xudiyevnən görüşür...
Povışeniye alıb Xudiyev, nə isə yeni vəzifəsi var... Onun vasitəsiynən Mərkəzi
Komitədə kiminsə qəbulunda olublar "dostlarım", məsələ qaldırıblar ki, Sultan
Əmirli daha yaramır katibliyə. Belə işlər var, yoldaş təzə kadr... Gedərik indi
dincələrik, danışarıq. Kişi bir dəfə evlənmılidi ömründə. Mənim o platonik
sevgim də dildə-ağızdadı. Dostlarım deyirlər doğrudan platonik olub Qıymatnan,
düşmənlərim deyirlər elə əvvəlcədən pozğun adamdı Sultan, hər küncdə bir
arvad saxlayıb, uşaq-zad da istəməyib ki, əl-ayağına dolaşmasın, kam alsın bu
dünyadan. Çox söz deyəcək qulağına, ömründə eşitmədiyin sözlər eşidəcəksən
əmiyin barəsində. Dözmək lazımdı. Səbr eləmək, dözmək! Yeri gələndə də elə
davranmaq lazımdı ki, gözü kəlləsinə çıxsın düşmənin! Bayaq qolunu qoluma
salanda dədələrini yandırdın. Çəyirtkədilər! Sarança! Nə danışırlar, boğaznan,
qarınnan bağlıdı hamısı. Sabah yığım kompaniyası başlanır, kababxanaların
çoxunu bağlatmışam, içkini qadağan eləmişəm. Ta yığım qurtaranacan qarın
söhbəti eləyəcəklər mənim bu fəallarım, kababa görə despot adlandıracaqlar
məni. Hələlik bu qədər. Dalını evdə danışarıq. Konkret təklifim var yeni
kadrıma. Harda, hansı postda kimlərnən və necə işləyəcəksən? Hamısı qət
olunub. Çox təəssüf, öz həyatın proqram üzrə getmədi. Mirqəzəb adlı iblisin
pəncəsində sıxıldım, Elm verəmmədim səne. Əmma ətrafın boş deyil. Məhərrəm,
Abı, Cənubdan gələnlər. "Mühacir" adlandırırlar hamısını; guya yad ölkəyə
qaçıblar! Onlarla əlaqə yaradacaqsan, başqa cür yaşayacaqsan. Şəxsi həyatın,
evin-eşiyin də, şübhəsiz başqa cür olmalıdı.
Səməd suya batmışdı. Boz triko kostyumun altından qolsuz köynəyin ancaq
boyunluğu quru idi. Əmma tər yüngüllük gətirmədi. Kiminsə taybatay açdığı
darvazadan da əmisi ilə yanaşı keçib, bağı, həyəti yenə tüstülü görüb, başı sarğılı
Əlləzoğlunu da tüstünün içində görəndən sonra nə hala düşdüsə, Səməd hara və
necə getdiyini bilmədi. Bir də o vaxt ayıldı ki, evdə, həmin yetmiş
kvadratmetrlik zalda, stolun arxasında təkcə oturmuşdu.
Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də
"mühacirlər" və bütün "Pünhan"lar - helə heç kəs bilmirdi ki, "çesuyçalılar"
adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki
nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MKdan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə
təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan
Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda - şərait
yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər,
bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə "Saşa" adlandırdıqları bir nəfər
polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan
demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. "Saşanın
üzündə şeytan tükü var" - deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin,
əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan "Muğ" -
Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər,
Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə
xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə
-həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə
qoyub, qısaca "Azad edin" və ya "mənim şəxsi işçimdir" deyib buraxdırırdı.
Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın
dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki,
Saşanın kor görünməz əli həmişə haralardasa - ətraflarda dolana-dolana onun
özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki
nəfərin - əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o "əl" idi. Çox
təhlükəli hallarda isə o "əl" Saşanın özü idi. Başında Əlləzoğlunun "motal"
papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında
bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan
o oğlanı nə aşağıda - həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa
məlahətlə qımışıb, dabanı üstə donüb yoxa çıxdı. Səməd onu Sultanın həyətbacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də
yetirmədi...
Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin
yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb,
yeyə-yeyə Saşanı daimi "pod kolpakom"* saxlayırdı ki, lap tezliklə qanını axıtsın
və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da
tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal
hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb
keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi "Rayon yun idarəsi, Alınma,
satılma məntəqəsinin künc otağında "priyomnik"in "nauşniklərini" başına
keçirəndə o adamın eşitdiyi ilk sözlə "Ya Saşa! Ya Saşa..." olurdu. Yəni,
Moskvadan danışan adamın "kliçkası" da "Saşa" idi... Bu gecə o Moskvalı səs,
vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr
etdi: "Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu
tyozku” çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının
dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...
Fəlakətdən xəbərsiz Səməd zalda bayaqkı yerində təkcə oturmuşdu.
Uşaqlıqdamı, ilk gənclikdəmi, nə vaxtsa, əzələlərini daşlaşdırmaq fikrinə hələ
təzə düşdükləri günlərdə, əzələ qayğısından başqa heç bir qayğıları olmayan
çağlarda sədr Mədədin ərköyünü ilə Cəfər əmi - Lüt Cəfərin qaynı Yusif,
Sudüşənlə meşənin arasında kərpickəsənlərin sarı torpaq çıxartmaq üçün
qazdıqları dərə kimi dərin qaznağa su buraxmışdılar, göl düzəltmişdilər. Hər gün
məktəbdən çıxanda birbaş o gölün qırağına yüyürərdilər, kitab-çantalarını bir
yana, paltarlarını o biri yana atıb, suya baş vurardılar, "eşmə" üzə-üzə çıxıb, canı
sulu-sulu meşəyə cumub, ağacların budaqlarını turnikə çevirərdilər, pambıq əkini
üçün köklənmiş sahə kənarında kötükləri ştanqa çevirərdilər, turnikdə
oynamaqdan, ştanq qaldırmaqdan pörtəndə isə bir də suya baş vurub çıxıb,
paltarları qoltuqlarında, çantaları çiyinlərində, kandarında çəmənotu və qazayağı
bitən, tavanında qaranquşlar uçuşan evə qayıdıb, Ayna bacının, Gülbənizin və ya
Gülgəzin həmişə hazır saxladıqları süfrənin qırağında çıl-çılpaq oturub, bir əllə
çörək yeyib, o biri əllə "Ədəbiyyat müntəxəbatının", "Cəbrin", "Həndəsənin"-
filanın vərəqlərini o yan-buyana
_______________
*"Mən Saşayam... Mən Saşayam... Mənim adaşımı tutmağın vaxtı çatıb".
**Nəzarət altında.
aşırandan sonra yenə gölə cumardılar. Ömrün necə şirin çağları varmış! Əmma
elə gün olmazdı ki, Qıllı Qeybalı şirinə acı qatmasın. Dantes Qeybalı yox, o
vaxtlar Qıllı Qeybalı və "Ataman" deyilən pələpüsür oğlan suyun altında qara
camış kimi peyda olub Səmədin ayaqlarından asılanda, Qudalı uşaqları da
cinşəyatin kimi qaynaşa-qaynaşa Yusifin əl-qoluna sarılardılar. Sudan kənarda
sədr Mədəd vardı, Qılınc Qurban vardı, adı Lüt qoyulsa da partkomluğunda
qalan Cəfər əmi vardı, orda sədrin ərköyünü ilə partkomun qaynına yaxın
düşmək çətin idi, suyun altında isə ərköyünün tərifli qara, gur saçlarından çəngə-
çəngə qopartmaq olardı, "Yusif kimi gözəl Yusifin" ağzını cırmaq, burnunu
burub əzmək, şişirtmək olardı. Odur ki, suyun altında nə qədər qalmaq
mümkündürsə, bir o qədər qalıb, lap boğulunca vuruşardılar. Xüsusən sədr
Mədədlə Qudalı ağsaqqalı Rəhimin idarədə-iclasda sözləşdikləri günlərdə suyun
altında vuruşma çox çəkərdi. Elə çox ki, qıllı camışla cinşəyatin dəstəsinin
ardınca sudan çıxanda göl dibinin həyəcanla dolu, uğultulu sükutu Səmədin
beynindən getməzdi.
Qıllı Qeybalı Dantes Qeybalı oldu. Göl qurudu. Bayaqkı "motal papaqlı,
arxalıqlı adam qapıda görünüb yoxa çıxandan sonra, zalda tək qalanda Səməd
göl dibinin uğultulu sükutunu xatırladı. İllər keçəndən sonra, əmisinin yemək
otağında - yetmiş kvadrat metrlik zalda Səməd özünü həmin göl dibində hiss
etdi. O göl dibi ilə bu zalın fərqi bircə bunda idi ki, burda ayaqdan asılan, çəngə-
çəngə saç qopardan, ağız cıran, burun buran yoxdu, həyəcanla dolu, uğultulu
sükut içində Səməd özü könüllü boğulurdu.
Sükutu əvvəlcə Sultan əminin səsi pozdu:
- Nə oldu orda? Yenə yandırmısınız?
Sonra Əlləzoğlunun səsi:
- Yandırmamışıq, dərdin alım. Közün üstə qalıb qurumuşdu. Təzədən
çəkirəm. Özü də bel ətindən, uc qabırğasından! Gətirrəm indi, gətirrəm. Siz
başlayın. Gətirrəm!
Səməd əlini süfrəyə uzatdı. Nimçələrin, araq, konyak şüşələrinin, qədəhlərin
parıltıları içində göyümtül qrafində qaraya çalan çaxır gördü, qrafinin
boğazından yapışıb, ağzına söykədi.
Haradasa, deyəsən "revkom kabineti" tərəfdə Sultan əminin qəh-qəhəsi
eşidildi:
- Barakallah, qardaşoğlu! Ə, yıxar səni çaxır. Qoy yemək gətirsin kişi!
Bu təzə - "macar" çaxırın təmi tanışdı. Bir vaxt Sultan əmi bu çaxın Tat
Seyidin məlhəmi adlandırardı. İndiki Seyid kişiyə - raykomun qonaq evinin
qarovulçusuna o vaxtlar - müharibə illərində "Tat Seyid" deyərdilər. Seyid
kişinin indiki arvadı Xeyrə arvada isə "alverçi Xeyrə" deyərdilər. Tat Seyid üç
para kənddə yeganə müsəlmandı ki, çaxır çəkərdi, alverçi Xeyrə isə, yeganə
zənəndi ki, iynə-sapdan, düymədən başqa çaxır da satardı.
Günlərin birində Qonaqlıda xəbər yayıldı ki, Başkənddə, yəni Qurbanlıda
alverçi Xeyrə, ərlərindən qara kağız gələn gəlinləri gecələr evinə çağırıb, xəlvəti
çaxır içirdir, səhərisi qapı-qapı düşüb, həmin gəlinlərdən çaxırın əvəzinə un
yığır. Bu xəbərə əvvəlcə heç kəs, o cümlədən Səməd də, atası da inanmadı.
Sonra isə Səməd, Qurban əmi - Qılınc Qurbanın atının tərkinə, atası isə öz atını
minib gedib, öz gözləri ilə gördülər ki, dörd tərəfinə qarğıdalı şaxı döşənmiş,
alçaq bir çardağın altında, qara çırağın işığında qarmonçu Şənbə Zarıncı çalır,
qara geyimli, göy örtüklü, cavan-cavan gəlinlən oturub ağlaşırlar, alverçi Xeyrə
isə, yekə bir çəlləyin yanında dizləri üstə oturub, mis dolçanı çəlləyə basıb
çıxarıb, gəlinləri dümsükləyə-dümsükləyə çaxır içirdir.
Bütün bunları Səməd qarğıdalı şaxlarının arasından gördü.
Atası ilə Qurban əmi isə içəri getdilər.
Qurban əmi Şənbənin qarmonunu dartıb alıb yerə çırpdı, beşaçılan tüfəngin
qundağı ilə vurub çəlləyi partlatdı.
O vaxt, o yaşında Səməd hələ dilinə içki vurmamışdı.
Çardağın altındakı hadisənin sabahısı Tat Seyid, qoltuğunda bir "çelvert"* çaxırla, qapıdan girib, donqar belini bir az da əyib, köyrələ-köyrələ uzun bir
söhbət başladı. Məlum oldu ki, oğulları müharibəyə gedəndən sonra alverçi
Xeyrənin əri ölüb, Tat Seyidin isə arvadı; bir düjün tifil Xeyrənin üstə düşüb, bir
düjün də Tat Seyidin üstə düşüb, quru-taqqanaq arpa çörəyi yeməkdən qurutaqqanaq olublar yetimlər, o yetimlərin çörəyini kəsmək Kəbənin qulpunu
qırmaq kimi bir şeydi, odur ki, Qılınc Qurban insafa gəlsin, qılıncını qına
qoysun, çax-çuxunu əlindən almasın Xeyrənin.
Bu yanıqlı şikayətin cavabında nə sədr Mədəd bir söz dedi, nə də böyüklərin
işlərinə qarışmağı xoşlayan ərköyün oğlu. Tat Seyid qolutuğundakı çetverti
küncə, divar dibinə qoyub getdi. Qırx dördüncü ilin
_______________
*Üç litrlik şüşə.
axırındamı olmuşdu bu, qırx beşin əvvəlindəmi, Səmədin yadında deyildi.
Yadında qalan bu idi ki, bu göyümtül qrafinə bənzəyən o göyümtül çetvert şüşə
elə o küncdə qaldı, üstünü toz basdı. Bir də "Müharibə qurtardı" xəbəri çıxanda,
Sultan əmi o vaxtkı qara "Emadin"ində kəndləri gəzə-gəzə hər yerdə cəmaatı
təbrik eyləyə-eyləyə, axırda yorğun-üzgün gəlib qardaşının evində oturanda, yəni
çardağın altındakı hadisədən təxminən beş-altı ay sonra sədr Mədəd, nəhayət, o
şüşəyə diqqət yetirdi, tozunu silib, tıxacını çıxarıb, Sultan əmiyə bir stəkan çaxır
verdi və Sultan əmi ilk dəfə onda "məlhəm" dedi. "Çaxır deyil ki, məlhəmdi", -
dedi. Sultan əminin Tat Seyidlə alverçi Xeyrənin işləri ilə maraqlanmağı da o
gündən başlandı və Səmədə məlum oldu ki, Sultan Əmirli ilə Mədəd Əmirli o
taydan nə vaxt gəliblərsə, Seyid kişi də elə o vaxtlar gəlib, Qurbanlıda dam tikib,
yurd salıb. Özü də çaxırçı-zad deyil, üç para kənddə ən mahir rəncbər və
bağdandır. Alverçi Xeyrə də alverçi-zad deyil, oğulları gedəndən sonra, güngüzəran ucbatından, Qayım Qudalının iynə-sapını, sancağını, düyməsini satasata alverçi olub, axırda çaxır satmağa başlayanda isə ilişib, "gəzəyən Şənbəni
evinə salan", cavan-cavan gəlinləri el içində xar eləyən murdar zənən kimi
tanınıb!.. Sədr Mədəd "o çardağın altına ayaq basdığı gecəyə lənət" deyirdi, ağı
qaradan seçməmiş qılınc sıyıran dətələb ispalkomu, yəni Qurban əmini
pisləyirdi. "Elə mən də onun tayıyam!" - deyirdi. "Cəmaatın qəzəbi, kini yerdəngöyə çıxıb. Üç kəndin üçündə də qapılar bağlanıb üzünə o bədbəxt kişiynən o
bədbəxt arvadın!" - deyirdi. "Batırmışıq Seyidnən Xeyrəni. Heç fələk də xilas
eliyəmməz!" - deyirdi.
Sultan əmi isə çox asanca xilas elədi. "Emadin"ini birbaş Qurbanlıya
sürdürüb, Seyid kişinin, Xeyrə arvadın "damlarında", yəni töyləsayağı yeraltı
qazmalarında oldu, ordan kəndin ortalığına çıxıb cəmaatı yığdı. "Nə Tat Seyid
sizin tanıdığınız tatdı, nə də alverçi Xeyrə sizin tanıdığınız alverçidi", - dedi.
"Müharibədə həlak olan oğlanların körpələrini boya-başa çatdırmaq üçün
özlərini oda-közə vuran, qeyrətli nənə, babadı hər ikisi!" - dedi. Sultan əmi belə
deyəndə Seyid kişi "Emadin"in bir tərəfində ağlayırdı, Xeyrə arvad isə o biri
tərəfində. Maşının dal oturacağında oturub, əmisinə qulaq asa-asa, gah Seyid
kişiyə, gah da Xeyrə arvada baxan Səmədi də qəhər tutmuşdu, Qurban əmi -
Qılınc Qurbanın səhvi və atasının bu səhvə uyduğuna görə necə yanıb-yaxılmağı
barədə nə isə demək istəyirdi, deyə bilmirdi. Çox çəkmədi ki, Sultan əmi Seyid
kişi ilə Xeyrə arvadı oğlanlı-qızlı nəvələri, cır-cındır şələ-şəltələri ilə birgə qara damlardan çıxarıb aparıb, birini qonaq evinə qarovulçu və bufetçi
qoydu, o birini raykomda xidmətçi. Və elə o günü anbar məscidin böyründə,
cökələrin yaşıllığı içində karvansarasayağı tikilinin içindən köhnə barama
tərəcələrini çıxartdırıb, dörd yerdən böyük, işıqlı pəncərə qoydurdu. Seyid kişi
ilə Xeyrə arvad orda- yeni evlərinin qabağında da ağladılar. Səməd isə öz
sevincini, qürurunu bildirmək üçün ancaq o axşam əmisinin evində, bu zalda, bu
stolun arxasında, ömründə ilk dəfə çaxır içəndən sonra söz tapdı: "Mənim əmim
el atasıdı!" - dedi. Sultan əmi çox bərk tutulub, dolub, qəhərli-qəhərli uzun bir
nitq başladı: "Nə elin var hələ, Bircə bala, nə də atası!.. Hissiyyatın güclüdü,
gözəldi. Əmma bir vaxt gələcək, sınacaqsan. Elimizin Türk deyiləni də zülm
altındadı, Tat, Kürd deyiləni də. Elm öyrənəcəksən, biləcəksən ki, zülm altında
olanların ataları da zülm altındadılar... Kimlərdi o atalar, hardadılar, nə üçün
zülm altındadılar? Diqqətnən dinlə!.. Az-az iç bu məlhəmdən, dinlə və
unutma!.." Uzun nitq uzun olduğu qədər də dumanlı oldu, Səmədin yaddaşının
dərinliyinə gedib orda yatdı ki, bir də uzun illərdən sonra zülm altında olanların
zülm altında olan ataları Muğlar-Bağlar SafAğ Elmi sözləri ilə açılıb aydınlaşsın.
Məlhəm çaxırın təmi isə "Mənim əmim el atasıdı" sözlərilə bağlı idi. Bu təm
Səmədin qürurunun, sevincinin, fərəhinin təmi idi. Həyəcanla dolu, uğultulu
sükut içində əməlli başlı boğulduğu, gözlərinin qaraldığı dəqiqədə qrafindən
başına çəkdiyi çaxır, Səmədi dünənki, bugünkü hadisələrin burulğanından
çıxarıb, vurğunu olduğu "el atası" Sultan Əmirliyə qovuşdurdu. Bayaq yolda
onlan Mirqəzəbin səpdiyi toxumdan bitib rayonu basmış çesuyçalılara nifrət
birləşdirmişdi, indi isə məhəbbət birləşdirdi. Və elə bu məhəbbət də Səmədi göl
dibində burulğandan qurtardı.
Babasından əmisinə və ona keçən irsi xəstəlikdən Səmədin hələ xəbəri yox
idi. Boğazının birdəncə genişlənib, nəfəs yolunun açıldığını, beynində ağrının
divardan qopan kərpic kimi qopub düşdüyünü və əlindəki göyümtül qrafindən
başqa şeylər görməyə başladığını hiss edib, bunun ardınca əmisinin qəhqəhəsini
eşidəndə, avariya günü boz kitelə necə sığınmışdısa, indi qəhqəhəyə də eləcə
sığındı, bu qəhqəhədən gülüş alıb güldü.
- "Məlhəm" nədi, əmi, möcüzədi bu, - dedi. - Verim sənə də?
- Yox, yox! Məlhəm adamı yıxır! Sorxoşluqdan qurtarmaq olmur. Debil
eləyir adamı. Mənimki elə konyakdı... - Sultan divarda Stalinin qara lentlə
haşiyəli portretinin qabağından keçib stola yaxınlaşdı. - Konyak, azdan-çoxdan Səməd sevincindən, lap axmaq-axmaq danışmaq da olsa, mütləq nə isə
demək, danışmaq istəyirdi.
- Yox, bu dəfə Məlhəm içəcəksən əmi, məlhəm!
- Niyə axı?
- Nə bilim, - Səməd başını azca yana əyib yumşaq, ağrılı, dərin gözlərlə
əmisinə baxdı. - Bircə balanın könlü belə istəyir!
"Bircə bala..." Bunu qardaşı oğlu özü dedi və bundan əminin gözlərinə əlavə
işıq gəldi. Sarsıntılarla dolu, yanıqlı məhəbbət isığı Sultanın sifəti ilə birgə
səsində də titrədi:
- Bircə balama qurban olum... Tək gəlsin! İkimiz də Məlhəm içirik bu gün!
Səməd ayağa qalxdı, adi stəkanlara həyat sarsrntılan ilə mənalanmış çaxır
tökdü, stəkanın birini əmisinə verib, o birini özü götürdü. Bayaqdan gözü
Stalinin portretinə sataşanda, fikri o ətrafda dolanırdı.
- Sağlığım var, - dedi. - Məhv olsun Mirqəzəblər! Yaşasın, əbədi olsun
"Bezobraziye"ni qamçılayan kişilər!.. Bunun barəsində atamdan da yaxşı-yaman
eşitmişəm səndən də. Partiya məktəbində də bir sicilləmə nitq dedilər
"şəxsiyyətinə pərəstişin" cəmiyyətə zərərləri haqqında. Açığı, beynimə girmədi,
düz-əməlli dinləmədim də, bir Ucarlı yolaşımnan sivişdik çıxdıq zaldan, getdik
içdik o möhtəşəm şəxsin sağlığına. Düzü, mən bağlıyam bütün sosializm,
kommunizm korifeylərinə, əmi! Qara lent yaraşmır bu kişiyə. İcazə ver o lenti
qopardım.
Səməd portretin çərçivəsinə dörd xırda, iynəvari mıxla sancaqlanmış lenti
asanlıqla ayırıb, ovcunda büküb-büküb pəncərədən o yana atdı.
- İçək "xüsusi materiyadan biçilmiş"lərin sağlığına! O kişi boş- boşuna
deməyib bu sözləri. Məgər əmim xüsusi materiyadan biçilməyib?
Məgər atam xüsusi materiyadan biçilməmişdi? Babamı demirəm. Şeyx
əmilərimi demirəm, bolşevik deyildilər onlar. Əmma bir yana baxanda, onlar da
biz əqidəli deyildilərmi, əmi? Oğullarım nə üçün güllənin qabağına göndərirdi
babam? Xeyrin şər üzərində qələbəsi naminə göndərmirdimi? Bəs əmilərim nə
uğrunda qurban verdilər özlərini? Maxizmi tənqid eləyirəm mən, cünki
xoşbəxtliyi bəşəriyyətin fövqündən gözləmirəm! Öz əlimnən yaratmaq istəyirəm
öz səadətimi! Əmilərim də belə düşünmürdülərmi, əmi?
Pəncərədən görünürdü ki, həyətdə, tut ağacının altında, ocağın qırağında
Çürük Aşıq yəqin ki, yağışa düşüb nəmlənmiş qara cürəsinin döşünü alovun
üstündə o yan-bu yana gəzdirə-gəzdirə, yaylıqla sürtürdü,
kökləyirdi Səmədin lap uşaqlıqdan eşitdiyi ağır, dərin kədərli "Divani" havası
çalırdı və asta-asta mızıldanırdı:
"...Beş gözəlin vurğunuyam..."
Hansı məclisdənsə Səmədin qulağında ötüb keçib getmişdi ki, "beş gözəl də
rəmzdi; Aşıqlar Bağ Ata ilə dörd oğlunu nəzərdə tuta-tuta məclisi çox vaxt bu
sözlərlə başlayırdılar.
Səməd Çürüyün mızıltısını ötəri dinləyib, beyni qıjıltılı:
- Əlbəttə, el atasız olmamalıdı. Yetim qalmamalıdı. Lap nə cür nöqsanları
olsa da Stalin el atası deyildimi?! Mənim atam, Şeyx əmilərim el ataları
deyildilərmi? Sən özün!..
- Bircə dəqiqə, bircə bala, bircə dəqiqə...
Sözünü kəsmək istəmirəm. Əmma bircə dəqiqə... - Sultan stəkanı stolun
küncünə qoyub, barmaqları titrəyə-titrəyə kitelin yaxasını açdı. Səməd narahat
oldu:
- Həyəcanlandırdım səni?!
- Yox, yox... Kaş həmişə belə həyəcanlanaydım... - Sultan papiros yandırdı,
ağır-ağır yeriyib, əlini portretin arxasına uzadıb, ordan kiçik formatlı bir şəkil
çıxartdı. Sifəti avazımışdı. Dərin, uzun qırışlarla doğranmış hündür alnında narın
tər işıldayırdı. - Dünya dəyişir, vulqar sosiologiyanın dövranı qurtarır, Bircə
bala. Ömrümdə təsəvvürümə gətirməzdim ki, partiya məktəbinin müdavimləri
belə açıq siyasi mübahisələr eləyə bilərlər. Deyəsən doğrudan da dəyişir dünya...
O murdar, o Çax-çux hələ müharibədən qabaq hardasa görübmüş bu şəkli, xəbər
veribmiş o birisi murdarlara- Gülənova, Persə, onlar da dübarə çatdırıbmışlar
Mirqəzəbə ki, Əmirlilər şeyx qardaşlarının şəkillərini saxlayırlar evlərində. Guya
namaz qılıram mən! Belə əcaib-əcaib böhtanlar içində keçib ömrüm, oğul!..
Dünən Bakıdan ifşa xəbəri eşidəndə bayram eləməliydim mən Mirqəzəbin
ifşasını. Dünəndən burdadı bu içki. Sevinəmmədim, içəmmədim... Çoxdan
bilirdik onun düşmənçiliyini. Əmma arxası elədi ki, açığı, ifşa olunduğuna indi
heç kəs inanmırdı. Dünən sən qatarda olanda tutulub Mirqəzəb Mir Cəfər
Bağırov! Həbs olunub. Sultan Əmirlinin qələbəsidi bu. Korifey-filan, öz yerində.
Qələbə şərəfinə iç!
- Yox, əmi! - Səmədin ürəyi sökülürdü. Həyəcanla, ehtirasla, stəkanını
qaldırıb əmisinin stəkanına vurdu. - Korifeylərdən sağ qalmış Sultan Əmirlinin
sağlığına! Ah-uf yaraşmır sənə, əmi. Mirqəzəb də rədd olsun, zülm də. Mətin
Sultan Əmirlinin sağlığına içirəm! Qalib Sultan Əmirlinin sağlığına!
Sultan dikəldi. Solğun, bozumtul üzünə pul-pul qızartı çıxdı. Gözləri gülürdü.
- Xeyli vaxtdı eşitmirdim belə sözləri. Dağ götürdün çiynimdən!.. Gəl belə
danışaq. Sən iç mətin əmi sağlığına, mən içim mətin qardaş- oğlu sağlığına!
Mirqəzəbin bezobraziye sürüsü içində əmisinin qolundan tutan, əmisiynən çiyin-
çiyinə addımlayan dirəkli oğul - arxa sağlığına!..
Səməd həyəcandan stəkanmı bir də stəkana vurdu.
- Məndə az-çox yetkinlik varsa, o da sənin xidmətindi, əmi. Sənin
şəxsiyyətinnən fəxr edirəm mən. Sənin uca şəxsiyyətinnən, ideallarınnan!..
Gözəl insanlığınnan!..
- Mən də sənnən fəxr edirəm, Bircə balam! Varisim! Hələ dərk eliyəmməzsən
kimlərin, nəyin varisisən. Elmimiz batmır beyninə. Abıynan burda kobud rəftarın
göstərir ki, hələ çox, çox uzaqsan Varislikdən. Ərraflı söhbətlərdən sonra Yer
üzündə misli olmuyan bir xəzinə verəcəm sənə. "Süleyman peyğəmbərin
xəzinəsi"ni!
İçdilər.
Hər şey yaxşı gedirdi. Əlləzoğlu içəriyə qulaq verə-verə, pillələri lap pişik
kimi səssiz qalxsa da, Sultan qeyri-adi həssaslıqla, qayınatasının gəlişini duyub
qabağına getdi, zəhmli pıçıltı ilə: - Qayıt, qayıt! - deyib, sinidə yuxaya bükülü
kababı ondan alıb, gətirib ortalığa qoydu. İlk addımı Sultan yolda atmışdı. İkinci
addım - çətin, ağır addım burda -evdə yox, başqa şəraitdə atılmalı idi, Sultan
Səmədlə tamam açıq danışmalı idi. O açılışmadan sonra, başı yanları qayınata da
yaxın gələ bilərdi, bəlkə hətta Gülgəz də gözə dəyə bilərdi. Hələlik isə Sultan
maksimum ehtiyatlı olmalı və addımı öz vaxtında atmalı idi.
- Çox içmə hələ. Çesuyçalı "korifeylər"lə görüş təyin eləmişəm bu gecə, saat
on ikiyə. Lap qısa söhbət olacaq. İstəyirəm sən də iştirak eləyəsən. Görəsən...
Sultan sözünü tamamlaya bilmədi. Qapıda, nəhəng, qalanın üstündə iri
qırmızı ulduz-toqqalı, qırmızı dəri kəmər, tərli at sifəti və nəhəng at gözləri
parıldadı.
- Nuş olsun! Axşamınız xeyir, yoldaş Əmirlilər! Gəldim ki, həm o qar?
Düşməniniz Mərqəzəbin, axır ki, ağzıbirə salındığına görə təbrik eləyim sizi,
həm də... aranızda nələr olub keçdiyinə baxmayaraq, bu cür istəkli ata-oğul təki,
belə süfrə arxasında oturmağınıza görə təbrik eləyim, şadlığımı bildirim və...
rüsxət olsa siznən bir az düzəldim bu əyri başımı.
Səməd həm o heybətliyə baxırdı, həm də əmisinə. Sultanın sifəti bir andaca
saralmışdı.
Ağır-ağır ayağa qalxdı. Çağırılmamış qonağa əlinin hərəkətilə elə orda -
qapıda dayandırıb, asta-asta ağır sözlər deməyə başladı:
- Adın Zərridi, əmma kolxozları soymaq məharətinə görə Zor nəçənnik
deyirlər. Hər səhər Xəlvət Rəhimin həyətində bir yazabuğanın xaşını yediyinə
görə Xaş nəçənnik deyirlər. Bir ad da mən verirəm: naxal nəçənnik!.. - Və birdən
acığından gülüb, ruscaya keçdi: - Kruqom marş!
Gülənov şişib qaldı. Sonra sağ əlinin barmaqlarını sağ gicgahına qaldırıb,
birdən-birə üzgünləşib:
- Yest kruqom! - deyib getdi.
Sultanın yumruqları stola, çənəsi sinəsinə dirənmişdi.
- Birini gördün!.. Tök içək! - dedi. – Belələrinin yığıncağına sərxoş da
getmək olar. Tök! Kəşfiyyata gəlmişdi köpəkoğlu, görsün... Əmma elə bil nəsə
olub, bu belə gəlib... Ürəyimə damıb nə isə.
Bu dəfə də sözünü tamamlaya bilmədi. Aşağıda - bağın dərinliyində biribirinin ardınca iki güllə şaqqıldadı.
Sultanla Səməd diksinib tez pəncərəyə cumdular. Gülənov darvazaya doğru
tarappa-tarap qaçırdı.
Sultan bir az duruxub soruşdu:
- Kimə atdı a kişi?
Əlləzoğlu bağın dərinliyini göstərdi.
- Nə bilim, a dərdin alım...
Çin fanarlarının işığı altında çoxlu təzə qandan başqa heç nə tapmadılar...
Səməd səndələyirdi. Əmma beyni açıq idi. Əmisinin ardınca gedə-gedə,
bayaqkı müəmmalı qandan, ocaq, tüstü qoxusundan içərisinə necə üzüntülü, qatqarışıq hisslər dolduğunu, eyni zamanda bu hissləri cilovlamaq üçün indi bir o
qədər çətinlik çəkmədiyini bütün aydınlığı ilə başa düşdü. Qırmızı tuf daş
binanın pillələrini qalxanda, özünün düşündüyü kimi "əməlli başlı toxtamışdı".
Qəbul otağında dörd divarın dördünün də dibində sıx cərgə ilə düzülü
stullardan çesuyçalılar bir nəfər kimi gurultu ilə ayağa qalxdılar.
Bu gurultuda gizlin məna vardı; birbaş dermantinli qapıya gedən əmisinin
ardınca yeriyib heç kəsə baxmasa da, Səməd hiss etdi ki, həbs xəbərini burda da
eşitmişdilər və teleqramdan sonra yarımallah olan Sultan Əmirlinin bu dəfəki
qələbəsindən sarsılmışdılar, məhz buna görə də, stullardan dik atıldılar, qısıq,
müti, rəzil qullara çevrildilər. Pıçıldaşıb, "Kişi, Kişi" dedilər.
Qısıqlığı, qorxaqlığı, mütiliyi, rəzilliyi Səməd dermantin qapının sağında,
küncdə dayanmış üç nəfərin üzündə daha aydın gördü.
O üç nəfərdən - Xudiyev dəstəsindən birincisi prokuror Sayılovdu. İkincisi
milis rəisi Gülonovdu. Üçüncüsü RİK Atamalı idi.
Prokuror Sayılovun sürməli qadın gözlərinə bənzəyən süzgün gözlərində
təhlükə qoxusu ilə çılpaq yaltaqlıq elə orqanik birləşmişdi ki, Səməd bütün
rayonda ən yaraşıqlı kişi sayılan bu adama "iyrənc" deməyə bilmədi.
Qorxaqlıqla yaltaqlığın orqanik birliyi milis rəisi Gülənovun at üzünə
münasib alma gözlərində donuq təbəssümdən, RİK Atamalının içikidən şişib bir
cüt yupyumru ətə dönmüş göz qapaqları arasında qəribə civə titrəkliyindən də
görünürdü.
Vaxtilə Mirqəzəbin vaqonu gəlib stansiyada parovozdan açılanda, bu üç
nəfərlik dəstənin başçısı Xudiyevlə birgə, o vaqonun qabağında necə
dayanırdılarsa, indi Sultan Əmirlinin qabağında da eləcə "smirno"
dayanmışdılar; dil tərpədib salam verməyə də cürət etmədən, baş əyirdilər.
Qəribə idi ki, uzun-uzun illər ərzində bu adamların bu gününü arzulayan Səməd
onların bu rəzil tabeliyindən heç bir sevinc duymadı. Beynində fırlanıb təkrar
olunan "iyrənc, murdar" kəlmələrilə hər üçünü damğalayıb, öz köhnə kinindən
də güclü ikrahla üzünü döndərib qapıdan soldakı küncə meylləndi.
Üç nəfər də o sol küncdə dayanmışdı; solğun, bozumtul üzü, qalın-pırpız
qaşları və boz-ala gözlərilə Sultan əmiyə ekiz qardaş kimi oxşayan Əziz
Mayılov, sakit nəlbəki gözləri, ağ kəlağayısı, yumru qızıl tənələri -sırğaları ilə
katibdən daha çox gözəl ev gəlininə oxşayan "diapazonlu xanım" - Məleykə bacı
və şümşad boylu arıq, qayğılı katib köməkçisi Məlik.
Səməd bu üç nəfərin üçünə də eyni hörmət və rəğbətlə əl verdi. Xüsusi dəvət
gözləmədən, binada öz köhnə sərbəstliyi ilə əmisinin ardınca kabinetə keçdi.
Lakin Sultan elə dabanı üstə qəbul otağına çıxıb, gözlənilməz, heybətli xırıltı ilə
Gülənova:
- İçəri gəl, - dedi.
İçəridə isə, üzü divara, lap astadan soruşdu:
- Kimiydi vurulan?.. Saşa Babayev?
Gülənov bir addım irəli yeriyib, nəfəsilə Sultanın boynunu döyə-döyə:
- Bəli, - dedi. - Ölməyib... Sağ qolundan, bir də qıçından vurdular. Yun
idarəsində sandılar yaralarını apardılar.
- Hara?
- Bakıya. Ordan gecə reysiynən Moskvaya təcili istintaqa aparmalıdılar.
- Niyə təcili?
- Bayılov türməsindən xeyli adam çıxarıb Babayev, xaricə qaçırdıb. Təbrizə...
Demokrat partiyasının Bakıda bağlandığını bilmirlər Muğannalar o tayda.
Babayev Bayıldan çıxartdıqlarını göndərib ki, bərpa eləsinlər partiyanı, sonra
Amerikaya mühacirətə getsinlər.
- Niyə məhz Amerikaya?
- Fransada, Germaniyada daşnaklar çox fəaldırlar. Muğannalar özləri
Amerikanı istəyiblər, Vaşinqton da razılıq verib.
- Son köhnə qurdsan. De görüm, nə olacaq?
Gülənov pıçıltıya keçdi.
- Azərbaycan daxilində, həm o tayda, həm bu tayda terror güclənəcək. Sizi də
daha sağ qoymazlar. Əmma xaricdə hərəkatınız güclənəcək.
- Yaxşı, çıx!
Sultan özü də qəbul otağına çıxdı və kabinetdə Gülənovla boğuq söhbəti
birdən-birə qışqırtıya çevrildi:
- Bax indi sizə öz adımdan "prekratite bezobraziye" deyə bilərəm! - dedi. -
Mirqəzəb adında qaniçən qaraquş qanadıynan uçurdunuz hamınız! Qanadınız
sındı! Əgər yerlərinizdə qalıb tutduğunuz vəzifələrdə işləmək istəyirsinizsə,
tamamilə dəyişməlisiniz!.. Qorxudan itaət olmamalıdır. Səmimi işgüzarlıq
olmalıdır! Xalqa diqqət olmalıdır! Bacarmadığınızı açıq etirafla bildirməlisiniz!
Rüşvət üstə dərhal həbs olunacaqsınız!.. Bu, minimum proqramdır!..
Açıq qapıdan Səməd milis rəisi Gülənovun gözlərində hamanca donuq
təbəssüm parıldadığını gördü. Əmisinin nə barədəsə suallarına hamının, o
cümlədən sürməli qadın Sayılovun da eyni müti səsini eşidirdi:
- Bəli, bəli, yoldaş Əmirli. Mən Kəlbəcərin saf ab-havasında böyümüşəm,
yoldaş Əmirli"! "Saf" kəlməsini çox eşitmişəm orda Şəmşirin saf dilindən...
Ustad Aşıqlara və SafAğa az-çox istinad edən çesuyçalılar da vardı və
belələri nə isə deməyə başlayanda Sultan həmişə susub, ustadlara aid dərdinə
qapılardı. Çünki Dərə Ələyəz, Göyçə səmtindən Muğan duzlaqlarına sürülən
qoca ustadlar bürküyə dözməyib qırılırdılar - ölürdülər.
Sayılovun Dədə Şəmşiri, "saf" kəlməsini xatırlatması kifayət etdi ki, Sultan
birdən-birə öz "proqram" çıxışını yarıda kəsib, qapıya yönəlsin.
Belə hərəkəti yalnız SafAğ dərdindən xəbəri olanlar duya bilərdilər. Səməd
isə heç nə hiss etmədi. O bilmirdi və heç vaxt bilməyəcəkdi ki, məşhur Aşıq
Şəmşir SafAğ Elmi ustadlarındandı. Bu mövzuda şeirləri ardıcıl dəyişdirilib,
dinə bağlanırdı, ya da sadəcə, gizlədilirdi. Səməd bilmirdi və heç vaxt
bilməyəcəkdi ki, xüsusilə öz qohumları Göyçəli, Aşıq Alının adını daşıyan
AğBizənli Alı ilə oğlu Aşıq Şamil Muğannalarla gizlin ünsiyyətdə olduqlarına
görə zəhərlə öldürülmüşdülər və bu bəd əməldə Sayılov da iştirak etmişdi. Məhz
buna görə Səməd, əmisinin qəmini hiss etmədi.
Cəmisi beş-on dəqiqəlik söhbətdən sonra Sultanın ardınca çıxanda Səmədə
elə gəldi ki, bu dəqiqələrdə Sultan Əmirli onunla da sərt danışacaq.
Əmma Sultan köyrək dilləndi:
- Saşam getdi... Dirəyim yıxıldı...
Səndən ayrılsam o günü ölərəm. Mübaliğəsiz. Nəfəsim kəsilər...
Yaşamalıyam mən. "Xəzinə"ni sənə verəndən sonra, layiqli Varis səviyyəsində
durduğuna əmin olandan sonra da yaşamalıyam sənnən bir yerdə! Ağır
mübarizələr var irəlidə. İnsanın özünün özünnən psixoloji mübarizəsi çox ağır
olur. Başa düşdün?!
Nə isə dumanlı bir şübhə, qara bir fikir Səmədi sarsıtdı.
Küçənin kimsəsizliyində Sultan ayaq saxlayıb yerə baxdı.
- İstəyirsən bir az da açıq danışım? Səməd udqundu.
- Danış... Həyatımız dumana bürünüb, əmi...
- Yaxşı dedin, dumanı dağıtmaq lazımdı. Kişi kimi mərdanə söhbət eliyək!
Mən onu boşaya bilmərəm. Kəbinlidi! - Sultanın dili bıçaqdı. Bu söhbət
olmalıdı. Birdəfəlik... Boşasam, düşmən böhtanı təsdiq olunacaq: "Əxlaq
pozğunluğu". Sultan Əmirli ləkələnsə, Varis də ləkələnib hər yerdən qovulacaq.
"Xəzinə" sahibsiz qalacaq. Elm məhv ediləcək, batinlərlə birlikdə xalq da bütün
qırılacaq! Bütün hər şey səndən asılıdı indi. Ya tüpür əminə çıx get, səhər gəl
dəfn elə. Ya da bu axşam evə necə getdik, necə yedik-içdik, eləcə gedək oturaq - Sultan xırıldadı, inildədi. - Hansını
seçirsən? Mərd ol! Üzümə bax! Ya tüpür get, ya qal. Səmədin səsi əmisinin
xırıltısından seçilmədi:
- Mən fikirləşmişəm... Gələli bundan başqa bir şey fikirləşməmişəm...
Dumanı dağıdırsan. İmkan verirsən sözümü deyim... Deyirəm: Qalıram, əmi...
- Səbr... fil səbri tələb olunur! Qeyri-adi dözüm!
- Başa düşürəm əmi.
- Məsələnin bir tərəfidi bu.. Günü sabahdan əmrini verirəm. İdeologiya üzrə
işlə: təbliğat-təşviqat şöbəsini götür. Raykomda struktura dəyişikliyi gözlənilir.
Tək təşkilat şöbəsi olacaq. Bütün rayonun kəndlərində, qəsəbələrində partiya
təşkilatı katibləri, raykomun instruktorlarının hamısı sənə tabe olacaq. Hələlik,
demək, təbliğat-təşviqatı götürürsən. Elə günü sabahdan da təhkim get kəndə,
yığıma kömək elə, camaatımızın da dərdinə qal. Nə deyirsən? Lap açığı, bir az
aralan buralardan... Hələlik...
- Razıyam, əmi.
- İçəri gedirik indi. Təkrar edirəm: fil səbri! Dözüm!..
Səməd dillənə bilmədi: həyətə keçmişdilər.
* * *
... Süfrə. Həmin süfrə idi. Göyümtül qrafində çaxır da həmin çıxırdı. Çaxırı
içənlər isə indi tamam başqa adamlardı.
- Çörək ye, tutar səni bu Məlhəm.
- Yox... Sən danış...
- Danışım, danışım... Axşam sən o qara lenti portretdən qopardanda
danışıqsız anladıq bir-birimizi: sən Stalinin şöhrətindən, müharibənin, qələbənin
miqyasından ayrılammırsan... Əmma məsələ mürəkkəbdi. Moskvanın münasibəti
keçən ildən məlumdu. Bilirdik ki, təsərrüfatda, elmdə, mədəniyyətdə bütün
əyintiləri, geriliyi tək Stalinin adına yazmaqla partiyaya bəraət qazandıracaqlar.
Çünki beynəlxalq məsələlər vardı: bu sistemin hər yerə yayılmaq təhlükəsi
qorxutmuşdu hamını - Amerikanı, İngiltərəni. Xüsusən Almaniyada sosialist
dövləti – FRQ*
____________
* Almaniya Federativ Respublikası müstəqil dövlət sayılsa da, SSRİ-nin respublikalarından birinə
cevrilmiş, bütün Avropanın sovetləşmə təhlükəsi yaranmışdı.
vahiməyə salmışdı hamını. Planetdə kasıblıq, aclıq, bir qrup kapitalistin fantastik
varlanması, Afrikanın, Asiyanın səfaləti... Hamısı SSRİ-nin xeyrinədi. İnqilabın
eksportu sürətlənir. Moskvada plakat çap eləyiblər, milyard tirajnan: "Leninizm
şaqaet po planete".* Xruşşov qoymayıb yaysınlar: "Mı i tak vspuqnuli kapitala.
Ya bı deystvoval naoborot. Spravte etot lozunq. Ya s mirom poyedu v London, a
nado i v Vaşinqton"**. Qısası, Stalini təkcə sıradan çıxarıb kapital dünyasıynan
az-çox barışmaq istəyirlər, - danışıram ki, belə gizlin şeylərdən də xəbərin olsun.
Mayda professorun gəldi. Stolumun üstündə şüşənin altında o teleqrama işarə
elədi, dedi bunu çıxart burdan. Məlum oldu ki, Mərkəzi Komitənin xəttiynən
gəlib Məhərrəm. Həmin məktub oxundu. Sizdə də oxunub, bilirsən özün hər
şeyi. Məncə, hətta dərk eləyirsən ki, yoldaşlarıyın "Stalinizm" adlandırdığı "izm"
dəhşətlərdən ibarətdi. Əmma dəhşətlər hələ irəlidədi. Türkiyənin kapitala
söykənib Azərbaycanı, Türküstanı azad eləyəcəyindən qorxduqlarına görə
gizlindən Türkiyəyə dolur Sovetlər. Burda isə köhnə "pantürkizmlə mübarizə"
şüarı indiki sürgünlər, qırğınlar "xalq düşmənləri" adında yalan sehrinə bürünüb.
Bircə il də yaşasaydı, o "Stal" - "Polad" deyilən cəllad, əmin də "xalq
düşmənləri" sırasında olmalıydı. "Xəzinə"miz barədə çox məlumat gedib
Moskvaya. Açılıb hər şey. Zahirdə guya qırxsəkkiz əlli üçüncü il terror, sürgün
kompaniyası guya qurtarıb daha, əslində isə daha dəhşətli - maksimum gizlin
aparılır. Mayda professorun dedi bunu mənə. "Nəzərə al ki, Muğannalardan bir
nəfəri də səlamət qoymuyacaqlar", - dedi. Sən gəldin durdun gözümün
qabağında. Məhərrəmi yola salıb qayıdanda dəli kimiydim. Gözüm seçmirdi
dünyam. Nəfəsim kəsilirdi. Axşam sən bu qrafini necə çəkdin başına, mən də
eləcə çəkdim başıma, ac qarına. Şoferi çağırdım, Müslümü. Seyid kişidi indi
burda mənim məhrəmim, bir də Müslümdü. Seyid kişi kostum tapdı, qalstuk
gətirdi. Ömrümdə birinci dəfə kiteldən çrxdım, qalstuk taxdım. Müslüm də
üzümü qırxdı. Oturdum maşında. "Sür! - dedim. - Kəndlərin ara-bərəsində,
sahələrdə, harda gözünə gözəl qız dəysə saxla, maşına basıb gətirəcəyik bir baş
zaksa!" Yazıq güldü, sonra da qəmləndi. "Evdə anamnan elə sənin fikrini çəkirik,
-dedi. - Nə olar axı bir allah bəndəsi gətirəsən bu evə? Qocalmamısan, əldən
düşməmisən. Uşağın olsa, öz balamız kimi saxlıyarıq".
______________
*"Leninizm bütün planetə yayılır".
**"Biz onsuz da qorxutmuşuq kapitalizmi. Məndən olsa, əksinə hərəkət edərəm. Gizlədin bu
şüarı. Mən sülhlə gedəcəm Londona, lazım gəlsə Vaşinqtona da..."
Yaxşı oğlandı Müslüm. Açığı, özüm də birtəhər oldum, oğul, yaş boğdu
məni. O tayda qardaşlarımın taleyi elə, bu tayda Mədədimin taleyi belə, özümün
də axırım bu cür! Doğrudan da, niyə bir züryət qalmasın?! Səməd də sağ
qalmasa, bədbəxt "Muğ", "Mağ" Bağlarının varisi kim olar?!
Elə birdəncə ciddi fikrə düşdüm. "Sür, Müslüm, - dedim, - sür". "Sultan
Əmirli yoxdu daha, - dedim, - Arşınmalçıyam! Sür gedək bir Gülçöhrə tapaq
gətirək evimizə".
Baxtıma o çıxdı. Qara baxtıma... Danışılası deyil.
Necə oldu məhz Xəlvət Rəhimin həyətinə düşdüm o günü? Kim apardı? Niyə
getdim? Axı, ömrümdə qapısını açmazdım o "Xəlvət Rəhim - Agent Rəhimin,
möhtəkirlər ağsaqqalının! Bilirdim ki, Xudiyev də o evdə görüşür Xalıqnan,
dəstəsi də daimi qonağıdı Rəhimin. Getdim içə-içə azı bir saat danışdım,
çalışdım Elm verim, təsir eləyim... Yadımda deyil məhz nə baş verdi. Səhərisi
gözümü açanda gördüm zaks müdiri gəlib zaldan baş əyir yataq otağına:
"Sabahınız xeyir olsun, yoldaş Əmirli. Gəlmişəm təbrik eləyim, həm də zaksınızı
kəsim. Zəhmət olmasa, gəlin bu anketə qol çəkin. Özüm doldurmuşam anketi,
qol çəkməyiniz qalıb". Deyirəm "Danışılası deyil". Əmma danışıram... Beşcə
gün ərzində Tiflisin o tərəflərindən, Borjomi yolunun sağ-solundakı
kəndlərimizdən, Borçalı çökəyindən, Baş keçiddən başlamış Lerikə qədər
gəzdim, Ərdəbildə olanlarımızdan adam çağırdım, sərhədçilərin köməyiynən
xəbərdarlıq elədim ki, Şahnan Moskvadakılar eyni siyasət itləridi, ayıq olsunlar.
Kür-Araz boyunda Muğannalardan kimi tapdunsa, hamısına xəbərdarlıq elədim.
Lerikdəkilərin çoxu da Muğan düzünün duzlaq basmış yerlərinə sürülmüşdülər.
Stalinin xüsusi göstərişiynən, Mirqəzəbin şəxsən iştirakıynan, dağ əhalisi
cəhənnəm bürküsünə salınmışdı ki, qırılsın bədbəxtlərimiz. "Ermənistan"
adlandırdıqları ƏrMən torpağımızdan sürülənlərimiz duzlaq bürküsündə nəfəs
çəkəmmirdilər. Gəzdim... SafAğ carçısı Aşıq Ah Ağ Bizənli sazı qucağında, son
nəfəsdə gəl "Gəl, ey ı Şeşpayi Behrim" oxuya-oxuya can verib. Ne deməkdi, nə
rəmzdi bu "Şeşpayi Bəhrim",
1
"Altıayaqlı dəniz atı"? Altı qitəli Yer - EyƏrin
sahibi Ulu Bağ ƏsƏlMəndi. Alı əmimiz, yəni Aşıq Alı AğBizənli nur
1
Elmin xalq variantında "Şeşpayi Bəhr" - "Altı ayaqlı dəniz atı", - "Altı qitəli Yerin "at"ı - Odu
(Həqiqəti) Ulu Bağ ƏsƏlMən - "Süleyman padşah". Xalq variantında rəmzlər, adətən farscadır;
Nizamidən qalan ənənəyə görə, rəmzi məna fars dili altında gizlədilir, yalnız Türkcəyə tərcümədən
və şərhdən sonra rəmz açılır. Məs: "Nuşab"ə - "içməli su" - "dirilik suyu" - OdƏr dili (Bərdə
hakiminin rəmzi rütbəsi) mücəssəməsiydi. Yandım, oğul. Daxilən sındım. Həftənin axırında maşını
sürdürdüm "Şüşəli" pavilyona - restorana.
Dörd aydı nə gecəm var, nə gündüzüm. "Gülgəz" deyirəm, ağzımda dilim
yanır. Üzünə baxıram bədbəxtin, üzüm yanır. İçirəm, nə çərənləyirəm, özüm də
bilmirəm, guya dərs deyirəm bədbəxtə.
Dörd aydı Qurban gəlir kabinetə: "Boşa! Qaytar". "Nə qədər ki, bu qancıq
burdadı, Səməd adında qardaşoğlun yoxdu" - belə deyir. Axırda məcbur oldum
Saşaya ismarladım ki, vaxt tapsın, Qılınc Qurbannan söhbət eləsin.
"Qaytar bu qancığı!" Hm...
Qaytarsam guya nəsə dəyişəcək! Nə dəyişə bilər axı?!
Əksinə!.. Axşam dedim sənə... Çax-çux Xalıq xüsusi gedibmiş Bakıya.
Əhvalat çatıb yuxarıya. Daha doğrusu, yuxarıdan gəlir hər şey. Qaytarsam,
demək, öz əlimnən təsdiq eləyirəm bədbəxtliyimizi.
İndi gör nə çəkir bədbəxt əmin. Təsəvvür elə, gör nə halda olmuşam dalınca
mehmanxanaya gedəndə. O cür abırsız, həyasız!.. - Sultan stəkanı boşaldıb
yenidən doldurdu.
- İçirəm ey, içirəm! Yoxam mən!.. Yoxam!.. RİK Atamalının təşəbbüsüynən
Azərittifaq tikdirib o "Şüşəli'ni, Tahirliynən Qonaqlının arasında. Adı internatməktəb yeməkxanasıdı, özü Gülənovun qardaşı Molla Gülənoğlunun traktiridi,
həm Erməni, Sovet casuslarının görüş yeridi, açıq-açığına! Həm də Mirqəzəb
toxumlarının kef yeridi. "Şüşəli pavilyon"da Sayılov "pastayannı tamadadı",
Gülənov tamadanın birinci müavini, Atamalı ikinci müavini. Moskvadan necə
göstəriş alıblarsa, hər həftənin altıncı günü gecəykən sərhəddi açırlar Culfada.
Tehranda yaşayan "xüsusi dəstə" adlanan cəllad rusları göndərirlər düz bu
Şüşəliyə, Moskvadan, İrəvandan xüsusi intruksiyalaman yığışırlar.
"Arşınmalçılar nəsli" barədə topladıqları məlumatı müzakirə edirlər. Sənin
xəbərin yoxdu, "Ermənistan" adlandırılan ƏrMən torpağında qalıb hələ
Muğannalar. Bir etibarlı adamımızın, gizlətmirəm, həmin Saşanın məlumatına
görə, Xudiyev agentlərinin Türkiyədə də agentləri çoxdular, deyir, türk
ordusunun içinə göndəriblər, Türkiyənin ən məsul işçilərinə çevriliblər, asta-asta
dağıdırlar ölkəni daxildən. Belə bədbəxtliyimiz var, Bircə bala. Şüşəli
pavilyondan qərar yayılır hər yerə: harda, kim, nə vaxt öldürülsün. Tək bir nəfər
nəzarətçimiz var bizim o pavilyonda. Lap cavanca rus qızıdı: Marina. "Məryəm
ana" deyirik. Tam. Lazım olacaq. Başqa nə deyim sənə?
Rayonun belə müsibətli vəziyyətində, köhnə qayda üzrə səfərbərlik aparıb
pambıq yığımını təşkil eləyirəm. İclasın yarısında, birdən elə bil yuxudan
ayılıram, görürəm dilim o sürüynən danışıb, özüm sənin yanında olmuşam. Bu
dörd ayda, bu divarların arasında ancaq sənnən oturub-durmuşam. Üçüncü adam
olmayıb burda. İnanırsanmı mənə? Başını qaldır, üzümə bax, gözümün işığı! De
görüm inanırsanmı mənə?! Səni məndən, məni səndən ayıra biləsi qüvvə varmı
bu dünyada?!
Səməd başını qaldıra bilmədi. Çünki gözləri dolmuşdu.
- Yoxdu əmi! - dedi. - Elə bir qüvvə yoxdu! Sən incə adamsan, böyük
insansan, əmi! Gör nə qədər casus, terrorist arasında işləyirsən!
Əgər bu vaxt Əlləzoğlu görünməsəydi, məhəbbəti Səmədə çox söz
dedirdəcəydi. Çit sarğının üstündən başına həmin qıllı, boz "motal" papaqda,
Göbələk, hər əlində bir şiş kabab, yox yerdən peyda olan şeytan kimi, birdəncə
stolun böyründə peyda olub, Səmədin sözlərinin qabağına tıxac kimi tıxandı.
- Köhnə əyyamın kəlamıdı; əvvəl təam, sonra kəlamı. Əvvəl yeyin, sonra
danışın, dərdin alım... - Qara, gödək barmaqlar şişin birini Sultanın nimçəsinə
çəkdi, ikincisini Səmədin nimçəsinə.
Sultan bu müdaxilədən nə qədər tutulmuşdusa, Səməd bir o qədər sarsılmışdı.
Stəkanı ovcunda sıxıb, kirpiklərini endirib, Əlləzoğlunun burdan rədd olmağını
gözləyirdi. Yox, vəziyyətə alışmırdı Səməd!
Sultan əllərinin titrədiyini görə-görə, öz nimçəsindən yuxa parçası ilə bir tikə
götürüb ona verdi, birini də özü götürdü.
- Düz deyir, əvvəl təam...
Alovlu ocağa su tökülən kimi bir şey oldu. Dolu stəkan Səmədin birdən-birə
barmaqlarının arasından sürüşüb böyrü üstə düşdü. qara- qırmızı çaxır yayılıb
dümağ süfrədə qan ləkəsinə çevrildi və Səmədin gözləri o ləkəyə dirənib qaldı.
Dumanlı bir hiss, içərisinə çöküb qalmış o lil-palçıqdan da qatı, köhnə bir
çöküntü tərpənib Sultanı tələsdirdi ki, duz qabını tezcə götürüb süfrədəki "qan"ın
üstünə duz töksün, - Ye, ye! Çörəyini ye! - deyib qardaşoğlunu yeməyə məcbur
eləsin.
Səməd başını endirib, üzünü gizlətməyə çalışıb yeməyə başladı, əmma
gözləri dolanıb yenə o ləkəyə dirəndi.
- Hə, meylinizə yarayırmı, dərdin alım?.. Yaxşı iççalat da var. Bəlkəm gedim
bir-iki şiş də iççalatdan çəkim?
- Hə, get, get! - Sultan qayınatasını açıq- açığına qovdu.
Səməd əlini qrafinə atdı, stəkanı doldurub, təkbaşına içdi. Cəmisi bir neçə
dəqiqə əvvəl, "Elə bir qüvvə yoxdu" deyəndə nə qədər ayıqdısa, indi bir o qədər
sarxoşdu.
Qalın duz layının üstünə çıxan qızartıdan başqa heç nə görmürdü.
O qızartıya "Dəli Səmədi" yuxudan oyadıb hadisə yerinə - saqqız ağacının
yanına aparan Cəfər əmi - Lüt Cəfərin və Gülonovun səsləri həkk olunmuşdu:
"Qəsd işi yoxdu!.. Qəsd işi yoxdu!" Qapağının hər küncündə bir mismar
işıldayan tabutun yanında dayanmış Sultan əminin səsi də Cəfər əmi ilə
Gülənovun səslərinin arasında idi: "Qəsd işi yoxdu!"
Bu səslər çoxdan açılmış bir sirri yenidən açırdı.
O sirri ki, Səməd hələ "avariya" günü əmisinə məhəbbətinin altında
basdalayıb gizlətmişdi. Elə indinin özündə də basdalayırdı, mürəkkəb hiss və
duyğular çəlpəşiyində saxlayıb, aydın sözə-fikrə çevirmək istəmirdi, əmma
əmisinin süfrəsində qan ləkəsinə həkk olunmuş səslər məhz o sirri sözə-fikrə
çevirirdi: "Öldürülüb!.." "Öldürülüb!" "Öldürülüb!.." "Qəsd işi yoxdu", - deyib
özündən əvvəlkilərin sözünü təsdiq edən, "Açma" - deyib qapağı qaldırmağa
qoymayan qardaş bilir ki, qardaşı öldürülüb, əmma sirri qardaşoğluna açmır,
çünki o sirri açsa, yəni qardaşına sui-qəsddən xəbərdar olduğunu etiraf etsə,
gərək qəsd işinin gizlədilməyində iştirakını da və bu hərəkətinin səbəbini də açıb
desin...
Süfrədə qan duzu yedi. Kim isə zalın o baş-bu başındakı çilçıraqlardan əlavə
işıq yandırdı, stolun üzərindəki parıldayan çilçırağın altında ləkə açıq qırmızı
rəngə düşdü, ordan - ləkədən çıxan səslərdən biri son dəfə "Açma" - dedi.
"Açma! Bircə bala, açma!" - dedi və susdu. Səmədə elə gəldi ki, bu axırıncını
heç də ordan - ləkədən yox, əmisinin özündən eşitdi. Diksinib, hövl içində başını
qaldırıb baxdı. Əmma əmisi yerində deyildi.
Sultan, əlində çaxırla dolu stəkan, əyri-üyrü addımlarla qapı tərəfdən gəlirdi
və gələ-gələ zalın yuxarı başında kiməsə üz tutub: - Ağlıyammıram, - deyirdi.
- Düz yeddi il səkkiz aydı yaş düyünlənib qalıb, ağlıyammıram, -deyirdi.
Səməd ancaq indi gördü ki, içəridə tək deyil.
Yuxarı başda döşəməyə xalça salınmışdı, döşəkçə, mütəkkə qoyulmuşdu.
Xalçanın bir tərəfində, sinidə Seyid kişinin samovarı buğlanırdı, o biri başda -
döşəkçənin üstündə Abı ilə Çürük Aşıq, ayaqlarında qara-qırmızı naxışlarla
bəzəkli corablar, bardaş qurub yanaşı oturmuşdular.
Çürük Aşığın qabağında, stəkanınm yanında özü kimi qədim, xırda, qonurqara cürəsi işıldayırdı. Abının çay stəkanının yanında isə, "iç adamının" özü kimi
qədim yastıbalabanı qaralırdı.
Vaxtilə Suranı o taydan - Təbrizdən gətirib kəndə özünə toy eləyəndə sədr
Mədəd, daha doğrusu, o vaxtkı "Bedkom* Mədəd" öz halal dədə-baba malından
bir axça Çürük Aşığa bağışlamışdı, bir axça da Xızr Abıya. Səməd qocaların o
axçaları xərcləməyib, birini saza, birini də balabana yapışdırdıqlarını eşitmişdi.
Əmma görməmişdi. Çünki Çürüyün haçansa bütün mahalda məşhur aşıqlığı,
toylarda, şənliklərdə otuzluq lampanın altında dayanıb öz cəkkiltisi ilə lampanın
alovunu oynatması lap çoxdan nağıl kimi, əfsanə kimi bir şey olmuşdu. Xızr Abı
isə, Aşıq qardaşı sazı yalnız hərdən qocaların təkidilə üzə çıxardığına görə,
"axçalı-pullu" balabanını sandığın dibinə atıb, mollalıq eləyirdi, daha doğrusu,
arxalığının ciblərini çərəklərlə doldurub divarlar dibində, qəlyanlı qocaların
arasında qəlyanını tüstülədə-tüstülədə oturub, oraya gəlib ƏsƏlim deyənlərin
cavabında "ƏlEy ƏsƏUm" deyə-deyə "Təhlə"dən, "Qaraçöpdən, Qarayazıdan** gələn müridlərin*** hamısının toplaşmasını gözləyəndən sonra hərəsinə bir Təbriz
çapı kitabça paylayıb, "Süleyman padşah"dan, "Xəzinə"dən hədis deməyə
başlayır, o yığnağa kənar adam qoşulardısa, o dəqiqə "Qurani Şərif"dən,
Şəriətdən söz salırdı. Yad adam gedəndən sonra isə, öz əvvəlki ovqatını
təzələmək üçün hökmən Çürüklə baş-başa verib, bəzən hər ikisinin qələmindən
çıxan qəzəl, gəraylı, qoşma oxuyurdu:
"...Mən Əlhəm oğluyam Əlvənd**** dağında..."
Abıya, Çürüyə aid belə-belə qəribə, anlaşılmaz söz-söhbətləri xatırlayıb,
haqqında bu qədər danışılan SafAğ Elmini "boş bir şey" adlandırıb, hətta bundan
qəmlənəndə birdən Səməd son dərəcə anlaşılmaz bir aydınlıqla atasını Abı ilə
yanaşı gordü, o, üşütmə içində tir-tir əsdi. Eyni anda içərisində qışqırtı titrədi:
"Bu nədi, bu nədi'?!" Bədbəxt hardan
_____________
*Kasıblar komitəsinin sədri (1930-cu ilə, kolxoz qurulana qədərki rəhbər vəzifə).
**Gürcüstan SSR-nə verilən ərazilərdən.
***Şagirdlərə şərti olaraq "mürid" də deyirdilər.
****"Əlvənd" - ƏlEv Ün dağı (Ulu Bağ ƏsƏlMənin Olam "Olimp" ərazisində -"saray"ı - SarEyi
olan dağ). Hal-hazırda ziyarətgah sayılır.
biləydi ki, uzaq OdAğÜz BağOdƏr planetindən SafAğ İşıq içində göndərilən bu
canlı insan qədər canlı şəkil tək-tək adamlara nəsib bir xoşbəxtliyin başlanğıcı
idi.
Görüntü tezcə yox oldu.
Sultanın səsi eşidildi:
- Özünüzə məlumdu hər şey. Çıxardın içimdən bu düyünü!
Çürük dilləndi:
- Abıya çoxdan ayandı sənin düyünün. Hazır gəlmişiz biz, oğul. O əlindəkini
bir qırağa qoy. Əyləş, başlayaq.
- Başlayın, başlayın!.. - Sultan stəkanı boş qrafinin yanına qoyub, keçib
portretin altında oturdu, qollarını sinəsində çarpazlayıb, başını arxaya - divara
söykədi, göz qapaqlarını endirdi. "Açma! Bircə bala, açma!" – deyən o asta,
xırıltılı səs hələ də Səmədin beynində idi. Bu səsin təhriki ilə, Səməd gecədən
indiyə qədər keçən müddətdə birinci dəfə əmisinin üzünə diqqətlə baxdı. "Açma"
- deyən, içərisi düyünlü əminin qapqara yanmış, qurumuş göz qapaqlarında
yeddi il səkkiz ayın yuxusuzluğunu gördü. Səməd, əlbəttə, açmayacaq, hər
küncündə bir mismar işıldayan qapaq necə əbədi örtülü qalıbsa, bu açıq sirri də
elə qalacaq.
Qarayanıq göz qapaqları titrədi, çal, pırpız qaşlar düyünlənib daha da
pırpızlaşdı. Həmin bu anda da yastıbalabanın bəmi cürənin cingiltili zilinə
qarışıb qarmon səsinə çevrildi. İllərin uzaqlığından bir sehr gəldi, Səmədin
ürəyini ovcuna alıb apardı. Bu sehr "Zarıncı" idi. O "Zarıncı" ki, hamının, o
cümlədən Səmədin də pislədiyi Gəzəyən Şənbənin barmaqlarından çıxmışdı,
qara geyimli, göy örtüklü gəlinləri ağlatmışdı. O "Zarıncı" indi Çürük Aşıqla
Xızr Abının barmaqlarından çıxırdı.
Aşxana, kababxana künclərində "lotu-potu üçün çalan", "gündə bir kişinin
altında uzanan", o bədnam Gəzəyən bu sehri hardan alırdı?!
Bu quru-taqqanaq qocalar bu sehri hardan alırdılar?!
Səməd əmisini də unutmuşdu, özünü də.
Birdən balaban susdu. Çürüyün quru, uzun barmaqları on bəm-baş pərdədə,
"Baş Divani" üstündə ağır-ağır tərpənib, "Zarıncı" göynərtisindəki sehri
ciddiləşdirdi. Eyni vaxtda qocaların başları əsə-əsə bir-birinə doğru əyildi. Zəif,
üzgün-heysiz, əmma bulaq suyu kimi tərtəmiz zil Abının məxmər bəmi ilə
qoşalaşdı, iki səs bir-birinə elə qovuşdu ki, daha üçüncü səs-cürə lazım olmadı;
Çürük əlini saxladı ki, sözlər aydın eşidilsin:
Əhvahını soruşursan, nə təhər deyim, ey qardaş,
Azərbaycan nə təhərdi, mən o təhərəm, ey qardaş.
Şimaldan bir səmum əsir, Cənubumuzdan başqası,
Səhralaşan yurdumuzda tozdan betərəm, ey qardaş!
Səməd yenə əmisinə baxırdı. Pırpız qaşlar necə çatılmışdısa, eləcə qalmışdı.
Yeddi il səkkiz ayın yuxusuz gözləri necə qapanmışdısa, eləcə qalmışdı. Yox,
düyün açılmırdı. Bunu, deyəsən, qocalar da gördülər. Oxumaq əvəzinə elə bil
hönkürməyə başladılar:
Farsın içində dilsizəm, Rusun içində elsizəm,
Ağlamaq da qadağandı, boğuq qəhərəm, ey qardaş!
"Qəhər" sözü "qəhr"dəndi, "qəhr" - "ki ər" - OdƏrdəndi,
Odu, Əri də qəhr olan məzlum OdƏrəm, ey qardaş!
Qarayanıq göz qapaqlarının tökülüb seyrəlmiş kirpiklərini bu fəryaddan sonra
da qupquru görəndə Səməd başa düşdü ki, düyün açılmayacaq. Çünki Sultan əmi
yatmışdı. Özü də hələ bayaq qollarını sinəsində çarpazlayıb başını divara
söykəyəndəcə yuxuya gedib, nə "Zarıncı"ın eşitmişdi, nə də "Divani"ni.
Qocalar birdən-birə qəzəblənmiş kimi, heç birinə yaraşmayan heyrətli, uca,
hönkürtülü səslə bayatı çəkdilər:
Eheeeey, oyan dağlar!
Nə yatmısan, oyan, dağlar!
Bu yanın zülmətxanədi,
Necədi o yan, dağlar?! A dağlar! Od Ağlar*,
dağlar!
Qocalar susar-susmaz, bayaqkı görüntünü Səməd bu dəfə əmisinin böyründə
- divanda gördü; Sultanın o cür bayatıdan da oyanmadığına elə bil Mədəd də
heyrətlənib, üzündə heyrəti, oğluna baxıb yoxa çıxdı.
Qocalar kor-peşman, Sultana tamaşa eləyirdilər.
Səməd isə daha nə əmisinə baxa bildi, nə də qocalara.
______________
*SafAğlar həqiqəti: El şairlərinin ustad Aşıq - ƏsAğların şeirlərində "dağlar" motivinin çoxluğu
"Od Ağla" və "sinəsi dağlar" olan ölkə ilə - Bağdayla bağlıdır.
Yeddi il səkkiz ay öz "cəhənnəm kürəsi"ndə yanıb qovrulandan sonra burda,
əmisinin süfrəsinin başında atası ilə əmisinin "məzlum OdƏr" talelərinə yanayana ilk dəfə doyunca, demək olar ki, lap boşalınca ağladı. Üzünü biləyinə
söykəyib, elə burda da yatdı və gecənin bir vaxtı oyandığı anda röya gördü. Bu
röya həm şirindi, həm də acı. Şirinliyi bunda idi ki, Gülgəzlə üz-üzə oturmuşdu.
Gülgəzin gözlərinə, cıqalarına baxa-baxa, Gülbənizin önlüyünün ətəyindən
kişmiş yeyirdi. Acılığı isə bunda idi ki, kişmiş acı idi. Dilinə-damağına çökən
zəqqutun dadını duyduqca, Səməd tez-tez Gülgəzin biləyindən yapışırdı. "Yemə,
yemə! Kiflənib kişmiş! Zəhərlənərsən!" - deyirdi. Əmma Gülgəz qulaq asınırdı.
"Sənnən zəhər də xoşdu!" - deyib gülə-gülə kişmişi ağzına basırdı və acılıqdan,
elə gülə-gülə inildəyirdi.
Oyanıb qaranlıq zalda, yığışdırılmamış süfrədə qabların soyuq işıltılarına
baxa-baxa, həmin iniltini yenidən eşidəndə Səməd röya ilə reallıq arasında,
anlaşılmaz və anlaşılmaz olduğu qədər də əzablı bir aləmdə bir müddət
hərəkətsiz qaldı. Sonra dik atılıb inilti gələn tərəfə cumdu.
Qapıları, pəncərələri taybatay açıq yataq otağında, stolüstü lampanın işığında,
arxası üstə uzanıqlı Gülgəzin elə bil son nəfəsdə "qamətə" dikilmiş, işgəncə ilə
dolu gözləri parıldayırdı. Sultanın zil qara hörüklərə qarışmış çal saçı işıldayırdı.
Səsi xırıldayırdı:
- Qalmalısan!., Sən bu evdə qalmalısan!
Səməd əllərini üzünə basdı. Yataq otağına tərəf cumduğunun, orda
gördüyünün, eşitdiyinin də röyada baş verdiyini hiss etmədən, burdan qaçmağa,
uzaqlaşmağa çalışıb, səndələyə-səndələyə geri çəkildi. Taleyin dönüklüyündən,
təhqirin ağırlığından, bədbəxtliyin sonsuzluğundan boğulurdu. Ani bir nəzər, ani
bir mənzərə qəlbində hər şeyi alt-üst eləmişdi, bütün həyatını varlığını qurban
verməyə hazır olduğu əmisinə - "uca şəxsiyyətə, gözəl insana" məhəbbət
əvəzinə, ürəyinə ikrah doldurmuşdu.
O balıncın üstündə dəbərə qalan, işgəncə ilə dolu gözləri, o qara saçların
arasında işıldayan çal tükləri xəyalından, uzaqlaşdırmağa, eşitdiyi inilti ilə
xırıltını qulağından çıxarmağa çalışdı, mümkün olmadı. O gözlər daha da
böyüdü, dəhşət dünyanı tutdu və Səmədin Qaraçı gözəli adında Qaratikanlı-
Gurtikənli, Qaraağaclı-Gurağaclı dünyası ilə birgə Sultan Əmirli adında
möhtəşəm dünyası da o dəhşətə qarışıb yoxa çıxdı və Səməd bu yoxluq, heçlik
içində əmisinin evinin pillələrındən axırıncı dəfə düşüb, eynilə dünənki kimi,
haraya və nə üçün getdiyini bilmədi...
Yoxluq, heçlik içində bir qaraltı göründü. Səmədə elə gəldi ki, düz bu yana
gələn qaraltı kim isə Sultanın adından gəlir. Əmma qaraltının böyründə "Pobeda"
maşını görünüb faraların qəfil parlayan gur işığında o "qaraltı"ın zərli
paqonlarında üç iri qrrmızı ulduzu işıldayan bəstəboy, dolu, möhkəm, gözəl bir
oğlana çevirdi. Axsaya-axsaya, bir yanının üstünə çökə-çökə, sürətlə yaxınlaşıb,
sol əlini tənziflə boynundan asılmış sağ qolunun altından çəkib, iri, qabarlı
pəncəsini Səmədin qarşısında geniş açıb:
- Salam, əzizim. Mən Saşayam, - dedi.
NKVD-də müavin işleyirəm. Çaşma. Burda yox, Bakıda. Sənin də, mənim də
şəcərəmiz əslində Ulu Bağlı olmalıdı. Ya da Süleymanlı. Babayev yazdırıram.
Atamın adını familiya gotürmüşəm. Atam işimizin xatirinə Mirqəzəbin baldızı
ilə evlənmişdi, Bağırovun sağ-solundakı Ermənilərin hər həftə, bəzən hər gün
təşkil etdikləri terrora göz qoyurdu, Muğannaları xəbərdar eləyirdi. Elə bunun
üstündə öldürdülər. Məşhur adam olub, tanıyarsan: Baba Əliyev Ulu Bağ
ƏsƏlMən, (Solomon) bilirsən on doqquzuncu əsrə qədər Yerdəki Adlarını teztez dəyişirmiş: Comərd, Musa ağa... Bu bizim tanışlığımız. İndi sonrasına qulaq
as. Qılınc Qurbana danışmışam, nə lazımdısa. Onnan söhbət elə. Beynin
açılacaq. Ətrafında nə baş verdiyini tamam dərk eliyəcəksən... Vəssalam.
Missiyanı qurtardı. Səlamət qal, əzizimiz. Bu bizim birinci və sonuncu
görüşümüzdür. Mən həbsdəyəm.
"Volqa"ya minib qapını çəkdi. İşıq uzaqlaşdı.
* * *
Yoxluq, heçlik içində bir qaraltı da göründü. Bu dəfəki bir metrlik qaraltı
Əlləzoğlu idi. Bir əlində yaba, o biri əlində neft qabı, Ortayolun o tərəfində, uzun
illər ərzində günbəgün, aybaay qalınlaşıb keçilməz hasara çevrilmiş çəpərin
darvazası səmtindən gəlib, Əmirli mülkünün qabağında dayananda yabanı yerə
sancdı, nefti tələsmədən, təntimədən, pəncərə taxtalarının arasından o yana
axıtdı.
Səməd çəpərsiz, hasarsız, hamar, geniş həyətin çəmənə qovuşduğu yerdə, su
quyusunun dikdirində oturmuşdu. Baxırdı və səhərin toranında hər şeyi görürdü.
Gödək, yoğun barmaqların ucunda kibrit çöpü alovlanıb Əlləzoğlunun
üzünün biz-biz tüklərini işıqlandırdı, sonra şam kimi şölələnib, içəridən zirəzə ilə
boşurğu bağlı pəncərə taxtalarının arasından o yana düşdü.
Səmədin kirpiyi də tərpənmədi.
Sədr Mədədlə ərköyününün qoşa çarpayıları kibrit çöpünün düşdüyü yerdə -
divarın dibində idi. Neft oraya, iki il bundan qabaq Ayna bacının naftalinləyib
palazla örtdüyü yorğan-döşəyin üstünə tökülmüşdü, yanğın da ordan başlandı,
neftdən islanmış divarla dikinə yeriyib pəncərə taxtalarına dırmandı.
Quyunun üstündə su mancanağı necə hərəkətsizdisə, Səməd də eləcə
hərəkətsizdi. Pəncərə taxtalarını bürüyüb tavana doğru uzanan alova baxa-baxa,
cibində - partbiletin arasında gəzdirdiyi qəbir şəkillərini görürdü. O şəkillər nə
idisə, kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan ev
də indi eləcə, şəkil kimi bir şeydi; Əgər şeyx əmilərinin qəbirlərinə "nöyüt töküb
kibrit çəkən" olsaydı, Səməd, əlbəttə, laqeyd qalmazdı. Divar arxasında
avadanlığa isə tamamilə laqeyd, oturub, nəyin harda və necə yandığını bütün
aydınlığı ilə görürdü.
Yorğan-döşəklə eyni vaxtda, çarpayılardan sağda, şüşələrində bir cüt qanadlı
mələk olan şkaf da dərhal alışmışdı, odur ki, qapının yuxansında, "Bircə balanın
qaranquşları" üçün qoyulmuş bacasayağı yerdən eşiyə buxarı işığı kimi titrək,
qırmızı işıq düşürdü. Arada qara, qatı tüstü burulub o işığı basdı. Bu o deməkdi
ki, çarpayılardan solda, şifonerdə sədr Mədədin sarı meşin paltosu, sarı xrom
çəkmələri, qalın qayış kəmərlə naqan qoburu da alışmışdı, dəri qoxulu qara
tüstüyə çevrilib, qaranquşların bacasından buruq-buruq çıxırdı, balkon
dirəklərinin arasında yaymalanıb havaya - torana qarışırdı.
Səhər yuxusunun elə vaxtı idi ki, Sudüşən çəmənində və Tahirliyə,
Qurbanlıya doğru uzanıb gedən kanal boyunda qurbağaların qurultuları da ara
vermişdi. Hətta Qudalıların çəpər diblərində kirpi yerişinə, dovşan hoppanışına
hürən itlərinin də səsi çıxmırdı. Bu cür sükutda, içəridə gurultu qopanda Səməd
dərhal başa düşdü ki, anasının sandığında, dörd-künc dəmir qutuda "bezdımnı"
barıtdı, partlayıb, qutu ilə birgə sandığı da dağıtdı.
Müharibə qurtaranda sədr Mədəd öz köhnə naqanı, mauzeri, beşaçılanı və
patrondaşı ilə birgə küncdə-bucaqda boş gilizlərə qədər yığışdırıb aparıb təhvil
vermişdi, evdə "bir tiyə də qoymamışdı", o dördkünc qutuda "bezdımnı" barıta
isə toxunmamışdı.
Hər il martın iyirmi birində Bircə bala sandığı açıb barıtdan bir ovuc
götürərdi. "Novruz" bayramı münasibətilə qoz, fındıq satan Çax-çuxdan bir kilo
qoz alıb, Yusif kimi gözəl Yusiflə birgə xəlvətə çəkilərdi, çuvaldızla, bizlə
qozların içini eşib boşaldıb, əvəzinə "bezdımnı" barıt doldurardılar. Qaranlıq
düşəndə, bütün həyətlərdə "hər ölünün ruhuna bir tonqal" qalananda isə, Çax-
çuxun daxmasının yanından o yana - məhləyə keçərdilər, çəpərlərin, ot
tayalarının ara-bərələrində gizlənə-gizlənə, həyətlərə yaxınlaşıb, Qudalı
ağsaqqalı Xəlvət Rəhimin öz atası ilə qardası Məmmədəlinin ruhlarına qalatdığı
qoşa tonqaldan başlayaraq, "hər Qudalının tonqalına bir qoz" atardılar, irilixırdalı tonqallarla bəzənmiş, rahat kənddə birdən-birə partapart düşərdi. Çoxları
bu partapartı atışma zənn eləyib narahat olardılar, kandarında çəmonotu və
qazayağı bitən, tavanında qaranquşlar uçuşan evin həyətində isə şaqqıltılı
qəhqəhə ucalardı. Sədr Mədəd, ispalkom Qılınc Qurban və hətta sakit, susqun
partkom lüt Cəfər də "döyüşdən qayıdan Koroğlu dəlisi" Bircə balanı qəhqəhə ilə
qarşılayıb qucaqlayardılar. "Yaxşı eləyirsən, lap əliyin içindən gəlir", -
deyərdilər. "Qudalılar özləri bu kəndi azmı zibilləyiblər ki, üstəlik oğru-əyri
əcdadlarının ruhları da zibilləsin!" - deyərdilər.
"Avariya" günü üzünü qəbirlərin şəkillərinə söykəyib həmişəlik yuxuya
gedəndə Bircə bala anasının sandığında "bezdımnı" bantı da özü ilə aparmışdı.
İçəridə gurultu hər şeyi yenidən qaytardı. Əmma bu xatirənin ömrü bir an da
çəkmədi: "Novruz" axşamının tonqalları da, sədr Mədədin, Qılınc Qurbanın, Lüt
Cəfərin qəhqəhələri də, "Döyüşdən qayıdan" Bircə balanın özü də "bezdımnı"
barıtla birgə partlayıb dağılıb tavana çırpıldı. Orda- tavanda çartaçat düşdü, belə
ağaclarının -kərənlərin aralarına çitənmiş qarğı-qamış çatıltı-patıltı ilə yanıb
tökülməyə başlayanda, döşəmənin meydan genişliyində nəhəng, uzun stolla
dövrəsindəki stullar da, naftalinlənib, bükülüb stulların üstünə yığılmış xalçalar,
kilimlər də, lap yuxarı başda - Bircə balanın yazı stolu, kitab tərəcəsində
"Dumanlı Təbriz", "Tegeran", "Gələcək gün", "Polad necə bərkidi", "Voyna i
mir" və sair seçmə kitabları və tərəcənin üstündə Qaratikan - Gürtikən, Qaraağac
- Gürağac budaqları da od tutdu. Ev kürə kimi uğuldadı və nəhayət, dörd
pəncərənin dördündən də gur alov püskürüb, on addımlıqda, quyunun üstündə
Səmədin üzünü, sinəsini, əllərini qızğın külə batırdı, sonra evi çulğalayıb göyün
dərinliyinə milləndi. Ordan - dərinlikdən parça-parça od-alov, qurum, kül
yağmağa başladı...
* * *
Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, yaz və payız gecələrində burda -
quyunun dikdirində oturub, o taydan gələn, bu taydan gedən durnaların səslərini
dinşəyəndə sədr Mədəd kandarında çəmənotu və qazayağı bitən, tavanında
qaranquşlar uçuşan ev əvəzinə başqa bir ev görürmüş ki, o ev səhərdən axşama,
axşamdan səhərə qədər qaynayan Əmir bazarının söykəyində, gecələr təkbir
almaları tappıldayan hündür, seyrək alma ağaclarının arasında qırmızı kərpicdən
tikilib, Əmir fədailərinin Şeyx Məhəmməd Əmirdən təhsil-tərbiyə alan uşaqları
üçün ayrılıbmış, min doqquz yüz doqquzuncu-onuncu illərdə aclıq üzündən
fədailərin çoxu ailələri ilə birlikdə Bakıya - fəhləliyə gedəndə isə, o ev bütün
Əmirlilərin uşaqlarının, o cümlədən Məhəmməd Əmirin özünün sonbeşikləri
Mədədlə Sultanın daimi məskəninə çevrilibmiş. Uşaqlar o evin torpaq
döşəməsində, boz kilimlərin, ala-bula cecimlərin üstündə, qamış əlfəcli, açıq
kitabların önündə cərgə ilə bardaş qurub, gündəlik dərslərini hazırlayıb,
çörəklərini də orda yeyirmişlər, Şeyx Məhəmməd Əmirə pənah gətirən aclardan
birinə, bağla bazar arasında hamballıq eləyən Fağır Məmmədliyə, sonralar Yağır
ləğəbi ilə məşhurlaşan, quru sümük ələngəyə-skeletə oxşayan adama kömək
eləmək üçün meyvə yığıb qax kəsəndən sonra, Məhəmməd Əmirin o vaxtkı
aşpazı Xeyriyyənin, indiki alverçi Xeyrənin - Xeyrə arvadın qulplu qazanlarının
qulplarından tutub, evlərinə xörək aparırmışlar, xörək olmayanda isə, çox vaxt
gecəni də orda qalırmışlar; qırx yaşlı sədr Mədəd burda - quyunun dikdirində
otura-otura, on iki yaşlı, gödərək, tökmərək ev sahibinə çevrilib, haman boz
kilimlərin, ala-bula cecimlərin üstündə yorğan-döşək döşəyib, kiçik qardaşı
Sultanla özündən başqa iyirmi-iyirmi beş, bəzən otuz nəfər əmiuşağı, dayıuşağı,
xala, bibiuşağı üçün yer salırmış. Ə ev də kandarında çəmonotu və qazayağı
bitən, tavanında qaranquşlar uçuşan ev kimi, bircə otaqdan ibarətmiş. Əmma o
bircə otağın uzunu Məhəmməd Əmirin arşın addımı ilə on altı arşın, eni səkkiz
arşınmış. O başda bir buxarı, bu başda bir buxarı varmış. Evin özü kimi
buxarıların bacaları da qırmızı kərpicdən hörülüb damdan o yana dörd arşın
uzadılıb, palıdsayağı nəhəng alma ağaclarından yuxarı çıxarılıbmış ki, Təbrizin
ab-havası nə qədər təmiz olsa da, bağa qurum çökməsin. Bacalarla tavanın
arasında dörd barmaq enində iki əlavə baca da qoyulubmuş ki, buxarılarda,
sacayaqlarının üstündə qulplu qazanlar qaynayanda divarlara xörək iyi hopmasın. Şəhərə qatı duman çökdüyü, bağda dumanın
burulub-büküldüyü vaxtlarda o əlavə bacaların ensiz, uzun deşiklərindən içəriyə
də duman təpilib, tavanın altına ağ cuna çəkirmiş. Quru sümük ələngə hambalfağır Məmmədəli divarın dibində sallağı oturub çubuq sümürə-sümürə, tavanın
altındakı ağ cunaya doğru tüstü üfürə-üfürə, köksünü ötürüb, elə hey "bərəkət
ərşə çəkilib, bərəkət ərşə çəkilib" - deyirmiş və Mədədlə kiçik qardaşı yorğandöşəyin arasında o ağ cunaya tamaşa edə-edə qəmə batıb köyrəlirmişlər, gecənin
bir aləmində hambalın hətta yuxuda da "Bərəkət ərşə çəkilib" dediyini eşidəndə
isə nəhayət, dözməyib, birdən-birə üsyan qaldırırmışlar ki, "Bəs deyilmi?!"
Yağış yağanda əlavə bacalardan buxarıların qızğın kərpiclərinə iri damcılar
döyəclənib, səssiz cızıldayıb o an da quruyurmuş. Hambal həmin divar dibində
çubuğunu sümürə-sümürə Mədədlə Sultana o damcıları göstərirmiş, "O damcılar
əhli Təbrizin ruzusudu. Göydən gəlib göyə gedir. Himayədarımız Şeyx
Məhəmmədin iltiması da fayda vermir!" - deyirmiş. Uşaqların yenə də qəmlənib,
köyrəlib, dillənmədiklərini görəndə isə, bir dəfə dediyini beş də, on da deyib,
axırda yenə üsyana səbəb olurmuş: Qardaşlar ikisi də yorğan-döşəkdən atılıb
Fağır Məmmədəlinin yaxasından yapışıb soruşurmuşlar ki, əyər Şeyx
Məhəmməd Əmir fədailərlə birgə cəmi əhli-Təbrizin himayədar Şeyxidisə, necə
ola bilər ki, iltiması fayda verməsin?! Fədailər Bakıdan tüfənglə, patronla
qayıdıb, Sərdara, Salara59* qoşulub, ərbablarla vuruşurlarsa, bu o demək deyilmi
ki, himayədarlarımızın iltiması faydalıdır? Şeyxin bu qədər cavan-cavan
yetirmələrini niyə ruhdan salırsan, etiqadlarını sındırırsan?! Belə üsyanlardan
Fağır Məmmədəlinin donqar beli daha da donqarlanırmış. "Ərbabın dalında
İngilisin topxanası** durur. Beş-üç fədai neylər topxananın qabağında?!" -
deyirmiş. Adətən, bütün Təbrizin yuxuda olduğu, qaraul fədainin də harayasa
söykənib səsini çıxarmadığı vaxtlarda olan bu söhbətlər kəskinləşəndə Fağır
Məmmədəli birdən belinin donqarını düzəldəndə elə bil içərisindən tamam başqa
- ziyalı, hətta müdrik bir insan peyda olub, qardaşların taxtanın
_________________
*Səttar xanla Bağır xanın hərbi rütbələri.
** Səhvən "Birinci dünya müharibəsi" adlandırılan müharibə (1914-18), əslində 1910-11 –ci illərdə başlanmışdı; Rusiyanın ətrafındakı ölkələrdə bir tərəfdən "Antanta" adlanan dörd iri dövlətlə o biri tərəfdən Rusiyanın Gəncə quberniyasındakı ordu (qaçaq) hissələri ilə döyüş gedirdi.
üzərində qəribə, gözlənilməz mülahizələr deyərmiş: "Tədrisin üçüncü ili nə
deyilir burda sizə, bəradərlərim? Deyilmirmi ki, Bağ Atadan ucalan da,
BağBağÜn Babaynan EyOdƏr babanın SimOdları da birdəfəlik və həmişəlik
hökm çıxarıblar ki, insan insana əl qaldırmamalıdı?! Üstünə fateh gələn millətin
döyüşməyib ərazini tərk etməsi daha münasib sayılır, düzdü?! Ən son cümlə,
hətta fatehin qanını tökmək də çayiz sayılmır! Düzdü? Bəs möhtərəmlərimizin,
himayədarlarımızın fədailəri nə üçün belə qan tökürlər?! Himayədarlarımız sizə
bir söz deyir, əməldə başqa söz deyirlərsə, Heydərimizə* xoş gedərmi bu?! Nə
deyax indi, nə fikir eliyax, bəradərlərim?! Təbrizin ruzisinin ərşə çəkilməsinin
səbəbi nədi indi?! İngilisnən İngilislıx elamax nə demaxdı?! Beləliklə,
himayədar Şeyx ata ilə birlikdə fədailərin döyüşləri də "elmsizlik", "cahillik"
sayılanda, əmiuşaqları, dayıuşaqları, xala, bibiuşaqları da yorğan-döşəklərin
arasından hoppanışıb, hambala hücum çəkirmişlər ki, "Əgər Şeyx Məhəmməd
Əmirin bu bağdakı fədai ocağından başqa Təbrizin hər yerində fədai ocaqları
silahlanıbsa, Şeyx Ağ Əmirlə Şeyx Boz Əmir də şəhərbəşəhər, kəndbəkənd
gəzib hətta o taya - Comərdin** qaçaqlarına kömək göndərirlərsə və o gedənlər də
Comərdin qaçaqlar; ilə çiyin-çiyinə, rus qoşunlar;na qarşı vuruşurlarsa, bunun
hamısı həq-ədalət üçündürsə, niyə "elmsizlik" sayılsın?!.." Təhsil, tərbiyə-tədris,
qurtarandan sonra bu evdəki Əmir yetirmələri də Comərdə, Sərdara, Salara
qoşulacaqlarsa, fədailər "beş-üçdürlərmi?!" Bu cür həmlə ilə hambalı elə didibdartışdırırmışlar ki, Fağır yenə birdən-birə fağırlanıb, sözünü geri götürməyə
məcbur olurmuş. "Ay dadaş, məni o bacalardan düşən damcılar azdırır. Xətamı
bağışlayın. Yıxılın yatın. Sabah burnunuz kitaba dəyəndə genə mənim üzümə
söz gələcək", - deyirmiş və qalxıb, ilk növbədə Mədədlə Sultanı uzanmağa
məcbur eləyib, böyür-başlarını basdalayırmış. Əmma yerə uzanandan
____________________
*EyOdƏr Babaya
**"Comərd" hələ XII əsrdən Gəncə AğEy - "Əxi" əsnafının (sənətkarların) Xilafətə qarşı başçısı
(komandan rütbəsi) idi; Şeyx Məhəmməd Əmirin, Göyçəli Aşıq Alının və Qazax qəzasında Hüseyn
ağanın atası, gizlin "Süleyman" adı daşıyan Bağ da "Comərd" rütbəsində idi; həm Antanta, həm də
Rusiya ilə döyüşməyə məcbur edilmiş, 1899-cu ildə "yoxa çıxıb" gizlin məkandan comərdlik
edirmiş. "Comərd" - "Süleyman", "Musa" haqqında tarixi materiallar itirilib-batırılıb, yalnız SafAğ
Elmi yayan Pünhan aşıqların əsərlərində qalıb; "Aşıq Qərib" dastanında "Ağ atlı pirani", "Şahzadə
Qasım" dastanında "Şeşpayi bəhr" - "dəniz atı" - "OdÜnƏs Odu (Günəş həqiqəti), 'Məsim və
DilƏfruz" dastanında "Süleyman padşah".
sonra qardaşlar özləri də səssiz-səmirsiz cızıldayan damcılara baxdıqca Təbriz
əhlinin "ərşə cəkilən ruzusu" haqqında fikirləşirmişlər, ruzunu qaytarmaq üçün
himayədar Comərdin, Şeyx Məhəmmədin və Şeyx Ağ Əmirlə Şeyx Boz Əmirin
gördükləri işlər haqqında pıçıldaşa-pıçıldaşa, bacalardan işıq süzülüb, buxarıların
kərpiclərinin rəngini açana qədər gözlərini yummurmuşlar.
Dolu yağanda o ensiz, uzun bacalardan içəriyə dolu dənələri tökülüb,
döşəmədə atdanıb diyirlənirmiş. Hambal divar dibində çubuq sümürə-sümürə
yenə elə hey köksünü ötürürmüş, "Getdi... Millətin ruzusu getdi!" - deyirmiş,
birisi on iki yaşında, o birisi on yaşında, "Millətin ruzusu"nun dərdini çəkən
qardaşlar isə, daha hücuma keçmədən, o atdanan, diyirlənən dolu dənələrini
yığıb buxarılara atırmışlar ki, "göylərin bərəkəti ocaqlarda qalsın".
Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, iyirmi səkkizinci ildə QəsriQacar zindanında şeyxlərlə görüşüb qayıdanda da Mədədlə Sultan öz uşaqlıq
məskənlərinə baş çəkib görüblər ki, Şeyx Məhəmməd Əmirin ölümündən və Ağ
Əmirlə Boz Əmirin Qəsri Qacar zindanına aparılmasından sonra kimsəsiz evdə
bacalardan tökülən dolunu yığışdıran uşaq olmadığına görə, dolunun əriyib
islatdığı yerlərdə - buxarıların yan-yörələrində çəmənotu və qazayağı qalxıb, ağ
cunalı uca tavanın altında, divarların künclərində isə qaranquşlar yuva tikiblər...
O vaxtkı Tat Seyidlə - Şeyxlərin bağbanı ilə aşpazı Xeyriyyə hələ Təbrizdə imiş,
Mədədlə Sultanın Tehrandan qayıtmağını gözləyirmişlər ki, onlara qoşulub bu
taya adlasınlar. Mədədin bir tərəfdə - buxarının qabağında yasa batdığını,
Sultanın o biri tərəfdə - buxarının qabağında yasa batdığını görüb ağlaşıblar, "Ot
bitdi. Comərd ocağında ot bitdi. Quşlar yuva saldı" - deyib hönkürüşüblər...
Sonra oturub, ətraflı danışıblar ki, "o quru sümük ələngə hambal - Fağır
Məmmədəli casus çıxıb: o tayda Qaçaqların başçısı Dəli Alını tutdurub
"Fitilbörgə" - Peterburqa, Çarın hüzuruna apartdırıb, o vaxta qədər tutalub
aparılan başqa Pünhanlarla birlikdə Dəli Alı çara anladıblar ki, əslində bu
müharibənin üç tərəfi olan ölkələrdə - Antantada, Rusiyada, o tay-bu tay
Azərbaycanda və Türkiyədə əsrlərdən bəri məskun olan xalqların hamısı
BağOdƏr ƏlAğ, EySar ("İsa", "tisus") və BağHəmOd adlarına söykənən vahid
millətdir, aralarına ayrılıq toxumu səpilib, hətta dillərini də dəyişdiriblər... Dəli
Alı Çarın "dilmancına" - tərcüməçiyə deyib ki, biz bu tarixi lap çoxdan bilirik,
ona görə də heç bir yerə basqına müharibəyə getmirik; siz ruslar, o yanda da ingilislər bizim şeyxlərimizi vadar elədilər döyüşək, əslində
isə, biz cəmi Yer üzündə qardaşlıq Elmi fədailəriyik... Çar Dəli Alıya "bir
çamadan qızıl" verib, deyib yoldaşlarını da apar, gedin Elminizi yayın. Əmma
çarın cahilləri yenə qırğın salıblar, hambal Məmmədəli özüynən o taydan rus
gətirib Səttar xanı vurdurub... Aradan keçəndən sonra indi-indi məlum olur ki,
Şah özü də, İngilisdən savayı, Rusnan da əlaqədə imiş... "Seyid" ömrünün
yarısını Məhəmməd Əmirin qapısında", fədai ocağında bağbanlıqla keçirib, orda
da ailə, oğul-uşaq sahibi olduğuna görə, bu tayda şeyxin oğullarının qapısında
bağbanlıq niyyətində imiş. Xeyriyyə isə "ömrünün yarısını Məhəmməd Əmirin
mətbəxində" keçirib, orda da ər, oğul-uşaq tapdığına görə, bu tayda da şeyxin
oğullarının xörək-çörəyinə baxmaq niyyətində imiş və ayrı cür həyat təsəvvür
eləmirmiş. Odur ki, Sultan Culfada yük maşınına doldurub gətirdiyi
həmşəhrilərinə ağ daş evi göstərib, "Bura qəza komitəsidi. Mən burda oluram.
Sizin nə burda qalmağınız məsləhətdi, nə də bu tərəfdə görükməyiniz" deyəndə
Seyidlə Xeyriyyə Sultanın belə gözlənilməz dönüklüyünü anlamayıblar; Mədəd
maşını Qonaqlı əvəzinə, Qurbanlıya sürdürüb, "Bu kənddə yurd salacaqsınız. Nə
Comərdin, nə Şeyx Mehəmməd Əmirin, nə Şeyx Ağ Əmimən Şeyx Boz Əmirin,
nə də Sultannan mənim adımızı dilinizə gətirəcəksiniz" deyəndə Seyidlə
Xeyriyyə bundan heyrətləniblər. Əmma Mədəd heç nə izah eləməyib, o vaxtkı
İsgəndər kişinin, sonrakı Çeteze İsgəndərin köməyi ilə həm-şəhrilərinə dam,
avadanlıq, güzəranlıq düzəldib Qonaqlıya qayıdanda isə, özü də "yurd salmaq"
niyyətinə düşüb, Möhsün kişinin - kərpickəsən Möhsünün el yolu ağzında qazıb
"el quyusu" adlandırdığı bu quyunun yanında mərhum atasının arşın addımları
ilə on altı addım uzununa, səkkiz addım eninə ölçüb, bu ölçüdə özül qoydurub.
Dəmir yolundan o tərəfdə Xırran çayı deyilən dağətəyi sel yerindən çaylaq daşı
gətirib, balta küpü ilə, çəkiclə sındırıb-xırdalayıb, özülə xır tökəndə, iş
avadanlığına gələnlər özülün eninə, uzununa baxıb təəccüblənib, "bedkom"
Mədəddən soruşublar ki, "Bu boyda mülkü" kimdən ötrü tikdirir? "Bedkom" heç
kəsə heç nə izah eləməyib. Lüt Cəfər mızıldanıb söylənəndə ona da izah
eləməyib. Qılınc Qurban açıq danışıb: "Arvadın rəhmətə gedib. Çağan da
Qıymatın qucağındadı. Bəysən, xansan-nesən, bu saray nəyinə lazımdı?!"* - deyib, Mədəd yenə izah eləməyib.
_____________
*Sinfi mübarizələrin şiddətli zamanı keçdikdən sonra da böyük evlər tikdirməyi, yəni, varlı
görünməyi təhlükəli sayırdılar.
Divarları qaldırıb, damı örtdürüb qapını asdırandan sonra bir payız axşamı
quyunun dikdirində oturub, o taya uçan durna qatarının səsini eşidəndə birdən
yerindən atılıb, Möhsün kişinin hacatlarının arasından "lom"u götürüb, ayağının
altına kətil qoyub, qapının yuxarısında divarı deşib-dağıdıb yekə bir baca açıb.
Bacanın dörd dövrəsini hamarlayıb öz əli ilə suvayandan sonra isə, lapatkanı
götürüb gedib Sudüşəndən "bir neçə lapatka ağzı çumbuz" - nəmtorpaqlı
çəmənotu gətirib kandarın sağında basdırıb, bir neçə lapatka ağzı da çumbuzlu
qazayağı gətirib kandarın solunda basdırıb. O axşam da, sonralar da bütün
kənddə və rayonda "bedkom" Mədədin bu qəribə işlərindən danışırmışlar. "Beş
dənə metrəyarımlıq pəncərəsi var. Əmbə üstəlik, baca da açıb", - deyirmişlər.
Çəmənin içindədi evi. Əmbə kandarda çəmənotu əkib", -deyirmişlər və bu
qəribəlikləri dəlilik əlaməti sayırmışlar. Sultandan başqa heç kəsin, o cümlədən
Səmədin də xəbəri yoxdu ki, bu tayda "yurd salıb" quyunun dikdirində ilk dəfə
oturub ilk dəfə durnaların səsinə qulaq asanda, sədr Mədəd birdən-birə vahiməyə
düşübmüş ki, təzə yurda isinişəndən sonra "fədai ocağı"nı unudub fədailikdən
çıxa bilər, bu vahimə ilə də "lom"u qapıb, qapının üstündə divarı deşib-dağıdıb
baca açmışdı ki, yazbaşı qaranquşlar gəlib Qonaqlının evlərində yuva tikəndə
burda da tiksinlər, balalasınlar, civildəşsinlər, nəğmələrini oxusunlar və beləliklə,
iki vətənli quşlar, iki vətənli adama gecə-gündüz rahatlıq verməyib, "Sən
fədaisən! Sən fədaisən!" - desinlər. Kandarda çəmənotunu, qazayağını da ona
görə əkmişdi ki, payızda qaranquşlar uçub o biri vətənə gedəndən sonra "iki
vətənli adam" evə girəndə də, evdən çıxanda da çəmənotunu, qazayağını görüb,
"fədai ocağı"nın taleyini düşünsün.
Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, axşamlar briqadirlərlə
manqabaşılar, tək-tək xüsusi "naryad"* alanlar və şəxsi iş üçün sədrlə görüşmək
istəyənlər Əmirli mülkünə doluşan vaxt təsadüfən ayaqlarını çəmənotunun,
qazayağının üstünə basanda, çəmənotunu, qaz-ayağını yox, sədr Mədədin ürəyini
tapdalayırmışlar; camaat dağılışandan sonra soyunub, çarpayıya uzanıb, "Yataq,
Bircə bala, yataq", - deyib, qaranquşların yuxulu civiltilərinə qulaq asa-asa
gözlərini yumanda, sədr Mədəd heç də burda yox, "fədai ocağ"ında yatırmış.
Odur ki, qırx beşinci ilin dekabrında Milli hökumət qurulduğunu və Əmir
fədailərinin "fədai ocağı"na qayıtdıqlarını eşitdiyi gün sədr Mədədin ən xoş-
_______________
*Gündəlik işlərə aid tapşırıqlar.
bəxt günü imiş; qırx altıncı ilin dekabrında Milli hökumətin yıxıldığını, Əmir
fədailərinin bağdan çıxmağa da imkan tapmayıb, mərmi altında qırıldıqlarını
eşitdiyi gün isə, sədr Mədədin ömrünün ən qara günü imiş; ondan sonra -
dekabrın on ikisindən iyirmi üçünə qədər yaşadığı on bir gün ərzində beyni necə
tutulubmuşsa, gözləri necə qapanıbmışsa, daha çəmənotunu, qazayağını
görmürmüş. Səməd bunların heç birini bilmirdi.
Səmədin bildiyi ancaq bu idi ki, "bir ayağı o tayda, bir ayağı bu tayda olan,
hər dağ döşündə bir kənd sala-sala gəzən qəribə ulu babası Comərd - Süleyman
birdən-birə yoxa çıxıb, sayı-hesabı bilinməyən qohum-əqrəba Arazı keçib bu
taya səpələnib, o tay-bu taylı vətəni də, yol ayrıcında keçinən babası ilə başlan
"çarvadar" xurcununda gətirilib Persə verilən şeyx əmiləri də, top atəşi altında
qırılan Əmir fədailəri ilə kimsəsiz qalan "fədai ocağıda, hamısı bu yanan evdə -
"Əmirli mülkü"ndə nə isə daha böyük bir aləmlə birlikdə alova bürünmüşdü...
Atasi gurultulu alov üzərində, qırmızımtıl işıq içində görünüb qışqırmağa
başladı: "Sənin Elmin, Eşqindi bu yanan! Şeyxlərin Elmi, Eşqidi bu yanan!
Süleyman dünyasıdı bu yanan!"
Səmədin beyninə gurultu, uğultu düşdü.
Necə oturmuşdusa, eləcə də qaldı. Alova dikili gözləri alovla dolu idi. Əgər
indi özü özünə kənardan baxa bilsəydi, görərdi ki, nə qədər laqeyd otursa da,
gözlərində qaynayan alov heç də yalnız yanğının şəklindən ibarət deyildi.
* * *
Arxadan kim isə yaxınlaşıb quyunun dikdirində daşlığı, qumluğu xışıldatdı.
Əlləzoğlu heyrətli cəsarətlə Səmədin qənşərinə fırlanıb tamam qorxusuzhürküsüz:
- Demişdim sənə! - dedi... - Hələ nədi bu?! Kənddə Xəlvətnən Qeybalı, orda
– şəhərdə Gülənovnan Xalıq bir səsnən deyir: "Səfərbərik, Məmiş kişi!.." Nə
ağılnan işə girirsən sən burda?! Görmürsənmi nə haldadı əmin?! Ata əvəzi əmin,
a dərdin alım!.. Çıx get! Getməsən, sənnən bir yerdə, sağ-solunda gəzənlərin
hamısı güdaza gedəcək, hamısı! Abını da öldürtdürəcəklər, Çürüyü də, bayaq
burdan maşınnan gedəni də. Ala itdən məşhurdu sizin o polkovnikiniz. Bir çekist
sağında oturmuşdu, biri də solunda. Qandığı bu oldu ki, deyəsən tutulub o
qabağından yeməyən polkovnik! Qalx! Eşitmirsənmi, ay insan balası, insan
deyilsənmi, a dərdin alım, daşsanmı, qayasanmı!..
Səməd daşdan, qayadan da səssiz-səmirsiz, kirpiyini də tərpətmirdi...
Hardasa kim isə heybətli səslə bağırırdı:
- Korsunuz?!. Görmürsünüz?!.
Dikdirdə daş, qum xışıldadı: Əlləzoğlu rədd olub getdi.
Hardasa at kişnədi, bir-birinin ardınca iki güllə açıldı. Qudalıların it xılı
dünyanı başına götürdü. Qapılar, darvazalar şaqqıldadı, kəndə çaxnaşma düşdü.
Hay-küyə həvəs Qurban əmi Qılınc Qurbanda hələ "əsrin əvvəllərində", gah
məşhur qaçaq Dəli Alının dəstəsində, gah da ikinci məşhur qaçaq Kərəmin
dəstəsində, çar tərəfdarları bəylərlə döyüşdüyü "cavanlıq çağları"ndandı. "Dəli
Alıynan Kərəmin dövranları qurtaranda", yəni iyirminci illərdə Qurban əmi -
Qılınc Qurban "Türkiyəyə keçən Qazax bəyləri ilə atışıb", bununla da "atryad
nəçənnikliyi" ilə vidalaşıb, kənd sovetində tək bir milisioneri və katibi ilə
qalandan sonra, müharibə illərində də öz əvvəlki vərdişilə gecələr səhərə qədər at
belində, sovetliyin ərazisində "gəşt eləyərdi", hardasa fövqəladə hadisə baş
verəndə beşaçılanın dalbadal havaya boşaldıb, "Trevoqa! Trevoqa!"* -qışqırıb
cəmaatı oyadardı və elə hadisə yerində "prakrorsuz-mrakrorsuz, sudyasızmudyasız", "ədalət qılıncını sıyırıb əyrini kəsərdi, düzü yoluna qoyardı".
Müharibə qurtarandan sonra "ömür yoldaşı beşaçılan"la da vidalaşıb, əvəzində
adi qoşalülə gəzdirsə də və "Trevoqa" qışqırmağa daha ehtiyac olmasa da,
adətini tərgitməyib, yenə də axşamdan yatıb ; qalxıb, əvvəlki atlarının nəslindən
qalan, "paçası guppultulu" kəhərinin belində, sovetliyin ərazisində "gəşt
eləyirdi", yenə də həmin qayda ilə "ədalət qılıncını sıyırıb əyrini kəsirdi, düzü
yoluna qoyurdu".
At kişnərtisinə, güllə səslərinə dönəndə Səməd axırıncı dəfə mehmanxanada
röyada gördüyü hamanca qara meşin pencəkli, qara meşin şapqalı, əli qoşalüləli,
hay-küylü Qurban əmini gördü. O Qurban əmini ki, hər yerdə "ədalət
mücəssəməsi köhnə bolşevik" kimi tanınırdı; o Qurban əmini ki, Stalinin
"prekratite bezobraziye"sindən hələ səkkiz il əvvəl köhnə bolşevikləri və
ağsaqqalları başına yığıb gedib Gülənovla Sayılova "kontra* beləfilan uşağı"
deyibmiş və elə bu "kontra"ya görə
______________
*Rus ordusunda qəbul olunmuş həyəcan ifadəsi, 30-40-cı illərdə Azərbaycanda da işlənirdi.
**Əksinqilabçı mənasında.
də Mirqəzəb özünü yığışdırıb, bir də ta qırx altıncı ilə, o kişmiş əhvalatına qədər
"şeyx qardaşlarına" toxunmayıbmış.
Bu Qurban əmi o Qurban əmi idi ki, "iki qardaşın bir balasına" "üç qardaşın
bir balası" deyərdi. Bircə bala kəhər atın tərkində, əllərinin ikisini də Qurban
əminin kəmərinin altına salıb, yırğalana-yırğalana Süleyman Rüstəmin
"Çapayev"* şerini oxuyanda Qurban əmi o şeri bir də, beş də oxutdurardı və
Bircə bala hər dəfə eyni həvəslə "Çakıl daşlı çaylardan Çapayev çapa-çapa" -
deyəndə Qurban əmi hər dəfə qəhərlənərdi, "Bah-bah! Məni yazıb, ay oğul,
mənciyəzi yazıb!" - deyərdi; Bircə bala Maksim Qorkinin "Fırtına quşu"nu** oxuyanda isə, Qurban əmi şahin kimi qiyyə çəkərdi. Sonra yəhərin qaşına, atın
yalına baxa-baxa əyilib uzun-uzadı deyinərdi: "Fırtınalar qurtarır, biclər əyyamı
gəlir, ay oğul!.. Şahinlər qarğalaşacaq, ay oğul! Bax onda şahin ol sən. Əyrilərin
qabağında əyilmə! Yoxsa, bu dünya əyildikcə əyilər!" - deyərdi.
Kişnərtiyə və güllə səslərinə dönəndə, Səməd dərhal hiss etdi ki, adı sədr
Mədəd və Sultan Əmirli adları ilə yanaşı dayansa da, bu "ədalət mücəssəməsi",
"ədalət qılıncı" nə hardasa, nədənsə güdaza gedər, nə də deyişib tanınmaz olar.
Qurban əmi öz şəxsiyyətinin ucalığı ilə ürək isidirdi. Əmma bu istilik həm də
kədər gətirirdi. Dünən mehmanxanada peyda olub, döşəkağını öz əli ilə
döşəməyə salıb "Burda yat. Sən yat, Qılınc əmin də keşiyini çəksin" deyəndə
Qurban əmi bu yaşında hər cür təhlükəyə qarşı hazırlığı ilə onu nə qədər
sevindirmişdisə, indi bir o qədər kədərləndirdi və Səməd, şapqasının qabağında
ulduzu parıldaya-parıldaya yəhərdən yerə atılan balaca kişiyə baxa-baxa,
qapıların, darvazaların şaqqıltılarını dinləyə-dinləyə fikirləşdi ki, bu "trevoqa"nın
nə mənası var, yoxluq, heçlik içində ədalət qılıncı kimi kəsə bilər?!
Göyə dirənmiş alov sütununun işığında təkər izlərinə qədər görünən
Ortayolda əlləri vedrəli, belli, yabalı kişilər, arvadlar, cavanlar, qocalar
vurnuxdular, gah yaxından, gah uzaqdan bir-birlərinə nəsə deyə-deyə, bağırışabağırışa, yanğının ətrafına toplaşdılar, balkon dirəklərindən başlamış, bel
ağaclarına qədər od içində qıjıldayan evə yaxın düşməyin mümkün olmadığını
görüb duruxdular, kütləşdilər, sonra ordan-burdan
___________________
*Çapayev Rus monarxiyasına qarşı döyüşən partizan komandiri kimi, çox təbliğ olunduğuna
görə Azərbaycanda da sevilirdi.
**İnqilabi şeir.
sökülüb, quyunun üstündə təkcə oturan ev sahibinə doğru meylləndilər, bu
bədbəxt cavanın aqibətindən qəmlənib hərəkətsiz qaldılar.
Təkcə Qurban əmi hərəkətdə idi: ortalıqda - od-alov yağmurunun altında o
yan-bu yana gedib gəlirdi, kiməsə qışqırırdı, kiminsə yaxasından yapışıb
silkələyirdi, hədələyirdi. Nə üçün? Göbələk Məmiş Əlləzoğlunu "kəsməyin" nə
mənası var? Tutaq ki, kimsə xəbərdardır Əlləzoğlunun bu cinayətindən, tutaq ki,
kim isə Sultan Əmirlinin qayınatası haqqında danışmağa cəsarət eləyib irəli
çıxsın, "Mən gördüm, Əlləzoğlu yandırdı evi", - desin, Qurban əmi də gedib,
qaratikan çəpərinin dalından Göbələyi çıxarsın, atının qabağına qatıb aparıb
Gülənova təhvil versin, nə dəyişər bununla? Yoxluqda, heçlikdə nə əmələ gələr?!
Nəhəng palıd kərənlərindən yonulmuş bel ağacları yanıb ortadan üzüldükcə
bir-birinin ardınca guruppagurup tökülüb, divarların arasında üst-üstə qalaqlandı,
bayaqdan yuxarıda - havada qıjıldayan alov indi təndirə düşmüş kimi
guruldamağa başladı, tüstü-duman dünyanı götürdü. Səməd boğazına dolub
nəfəs yolunu bıçaq kimi kəsən bu acı tüstü içində də bir xeyli oturandan sonra,
qəlyanlı qocalarsayağı, əllərini dizlərinə dayayıb, ağır-ağır qalxdı, dönüb getdi.
Tüstü-duman altından baxanların hamısı görürdü ki, boy-buxununun,
qollarının, qıçlarının sanbalı-siqləti ilə həmin Əmirli yetirməsi idi. Yetirmənin
özü isə bütün aydınlığı ilə dərk edirdi ki, bu sanbalın, siqlətin içərisi bomboşdu.
Elə boş ki, hətta "prakrorsuz-mrakrorsuz, sudyasız-mudyasız kəsən" nadir
nüfuzlu köhnə bolşevikin canıyananlığından da üz döndərib çölə-biyabana
gedirdi. Qurban əmi, şübhəsiz, nə isə eləməyincə yorulmaq, usanmaq
bilməyəcək, bəlkə hətta öz köhnə dostunu "kəsməyincə" sakitləşməyəcək. Əmma
bunun faydası nədir? Qardaşoğlunu müsibət içində qoyub o biri otaqda qadın
zorlayan, tamamilə ayıq baş və aydın şüurla "Sən bu evdə qalmalısan" -deyən o
dəhşətli adamı "kəsməyin" nə mənası var?! Bircə balasının zalda, süfrə arxasında
olduğu bir vaxtda öz çal saçlarını qara saçlara qatan insan insandımı?! Hələ
qardaşının dəfnində "Ağlıyammıram, Bircə bala, yaş düyünlənib qalıb,
ağlıyammıram", - deyib, yeddi il səkkiz ay sonra o düyünü ürəyindən çıxarmaq
üçün sehrkar aşıq çağıran, sehrin başlandığı dəqiqədə isə yuxuya gedib daş kimi
yatan o daşı "kəsmək"dən nə çıxar?! Yoxluqda, heçlikdə nə isə bir şey yaranar?
Daş dönüb yenidən insan olar və Əmirli yetirməsi əmisinə yenidən vurular?!
- Səməd!.. Səməd!.. Dayan, ay oğul! Sınma, ay şahin balam! Günü bu gün
düşmənlərini diz çökdürəcəm sənin qabağında! Dayan! Elə şeylər eliyəcəm ki,
ürəyin dağa dönəcək! Dayan!
Səməd dayanmadı. Əksinə, "şahin" sözündən necə qəzəblə aralandısa,
Qurban əmi yedəklədiyi atı və yanınca yortan Xızr Abı ilə birlikdə yüyürməyə
məcbur oldu.
Abı dala qaldı. Qurban əmi çatıb, atı yedəkləyə-yedəkləyə, yanaşı
addımlamağa başladı.
- Sərt danışacam sənnən, oğul... Ürəyim yalvarır üç qardaşın Bircə balasına.
"Qurban əmin qurban olsun sənə, belə yerimə, belə əyilmə! Dözmərəm" - deyir
ürəyim. Ağlım, şüurum "sərt ol, ay Qurban - deyir, - Qoyma, qoyma qanadı
sınsın şahiniyin!" Bu iki gündə hara gedibsən, Saşaynan yanaşı, kölgəntək
sürünmüşəm dalınca. Qaçaqçılıq vaxtından vərdişimdi, lazım gələndə addımaddım gəzərəm adamın dalınca, gözə görükmərəm. Çürüknən Abı oxuyandan
sonra necə ağladığını da gördüm, evdən necə çıxdığını da gördüm... Papağını
qoy qabağına, bir fikirləş yaxşı-yaxşı, gör Leyli-Məcnun zəmanəsidimi bu
zəmanə, Əsli-Kərəm zəmanəsidimi?!. Kontralarnan vuruşduğumuz vaxtlar
Sultan özü dərs deyib mənə. Əslimizi - nəslimizi bir dəfə Məcnun zamanında
itirmişik biz. Yəni o zaman ki, Müaviyəynon oğlu Yezid qırmışdı bizim
SafAğlarımızı. ƏlEy əvəzində "Leyli" deyən Məcnun oldu millətimiz, dağıldı.
Sonra da içimizə rus dolub Gəncəmizi Yelizavetpol eləyəndə itirdik əslimizinəslimizi, "Kərəm" olduq, düzlərə düşdük, "Əslim haray!" qışqırdıq. İndiki
zəmanə daha pis olub, ay oğul. Fədailərimiz qırıldı, qaçaqlarımız hamısı
dağılışdı. Təbrizdə də elə müsibətlər!.. Elmimiz, tariximiz yandırıldı. Sazımız
sındı, səsimiz batdı. Söz deyənimiz qalmadı. Kor kimisən sən! Mədədin
vəsiyyətindən qaçırsan sən! O vəsiyyət irəlidi, o Elm, Eşq irəlidi, yoxsa agent
Məmişin məlakə qızı?! Sultan nə deyib sənə? Onun işinin elə məqamıdı ki,
həməşəlik yıxıla da bilər indi, həməşəlik qalib də ola bilər... Eşidirsənmi?! Fikrin
nə qədər qarışıq olsa da, çalış fəhmnən qulaq as... O vurğun vurmuş, qanı
köynəyinə bulanmış Mirqəzəbin məhkəməsi başlanır Bakıda, Dzerjinski*
klubunda. SSRİ prokurorunun özü şəxsən gəlib. Rudenko! Gör məsələ nə
yerdədi ki, vayenni tribunal baxır işə. Şəxsən Rudenko ittihamçıdı!.. Xudiyev
zəng vurmuşdu səhər saat beşdə, yaltaqlana-
________________
*KeQeBe-nin klubu.
yaltaqlana. Dözəmmədim, trubkanı aldım Sultanın əlindən. Dedim ə, polkovnik
qırışmal, o paqonları Mirqəzəb taxmayıbmı sənin çiyninə?! Gələrəm, bu rayonda
"Hümmət"çilərin başlarına açdığın oyunları bircə-bircə oxuyaram üzünə, sübut
eliyərəm ki, "sosializm", "kommunizm" deyə-deyə milləti qırıb-çatıb quldarlıq
quranların lap yekə başçılarındansan sən Xudiyev! Səsi kəsildi, lal oldu qırışmal.
Əmma sonra bir yaxşı xəbər dedi Sultana. Rəhmətlik Mədədin vaxtında əmin nə
yazıbsa Moskvaya, hamısı ittihamnamə olub. Klubun səhnəsi doludu deyir,
qalın-qalın ittihamnamə qovluqlarıynan, çünki tək əmin yox, respublikadan çox
adam yazırmış Moskvaya. Heyif, görmədin necə getdi əmin. Uçmağa qanadı
yoxuydu!
- Getdi?!
- Əlbəttə!
Səməd nəyə təəccübləndiyini o qədər də anlamadan, dumanlı beyinlə dolaşıq
sözlər mızıldadı:
- Bu vəziyyətdə... Bakıya... Bəs məni... məni tapdaladığını hiss eləmirmi heç
olmasa?! Deyirsən sevinirdi?!
Səməd ayaq saxladı. Rəngi qaralmışdı.
- Demək, cəllad da sevinc hissindən məhrum deyil! Qılınc Qurban ağır-ağır
yana döndü. Gözləri böyümüşdü.
- Cəllad?! Sultana cəllad deyirsən sən?! Səmədin başı sinəsinə əyildi.
Qılınc Qurbanın qırğı gözləri qıyıldıqca, nazik, qara, quru dodaqları birbirinə sıxılıb, cod, çal tüklər arasında yox oldu. Qəzəbindən kişi nə qədər
nəfəssiz dayandısa, ağzını açanda boğazı boru kimi güyüldədi.
- Bilirsən nə şillə çəkərdim!
- Çək... İndi hamı şillə çəkir mənim üzümə... "Vəsiyyət!.." "Varis!.." Kimə
varis olmalıyam?! Meyidəm mən!.. İstəyirsən lap heyvan kimi döy o əlindəki
şallaqnan. Fərqi yoxdu. Ölüyəm!
- Ölünün içində kin qaynamaz, oğul!
- Qaynayırdım... İndi elə deyiləm, Qurban əmi. Boşdu indi içim... Sultan
Əmirliyə de kinimə görə vermədim o adı... Cəllad deyil, o da ölüdü!..
Qılınc hiss edirdi, hərdən də eşidirdi ki, Abı arxada ağlayırdı. Şallağı geriyə
vıyıldadıb, pıçıltı-xırıltı ilə:
- Ə! Ey! Kos! Neynirsən?! - deyirdi.
Səməd isə heç nə eşitmirdi:
- İki sözündən biri "dərdin alım" olan Əlləzoğlu da ilana dönüb, qalxıb
quyruğunun üstündə, "Çıx get!.. Çıx get!.. Sürdürəcəm!" - deyir, "öldürəcəm" -
deyir... Quyunun üstündə özümü bilmirdim. İndi görürəm yox, bir aləm şey
fikirləşmişəm orda. Bəli, ölüdü Sultan Əmirli! Ağlını itirib! Xudiyev dəstəsinə
qalib gəlmək olar?! Almaniyanı yedi, Reyxstaqı yedi bu KeQeBe! Məncə,
Mirqəzəbin tutulmağı da fırıldaqdı. Moskvada necə hər şeyi yoğurub-yapıblar
Stalinin üstünə, burda da eləcə, hər şeyi yıxacaqlar Mirqəzəbin boynuna, yenə öz
cəlladlıqlarını davam elətdirəcəklər! Bunu bu axşam başa düşdüm. Bayaq alova
baxa-baxa dərk elədim ki, Əmirli mülkü deyil o yanan, Vətənimizdi! O tayı verib
Farsa, bu tayı paylayıb erməniyə, gürcüyə "böyük qardaşımız Rus" çoxdan içib
qanımızı, Qurban əmi! Kim dura bilər bu boyda imperiyanın qabağında?!
Əmimnən, mənnən bərabər sən də ölmüsən! Heyif, o igid polkovnik də ölüdü,
Məhərrəm Abbasoviç də!.. Şahinlərin çoxdan qarğalaşıblar, Qurban əmi. Bizim
dünyamız deyil bu dünya. Düz demirəm?! Ulu babamız Comərdi dirilt! Şeyx
Məhəmmədi, Ağ Əmiri, Boz Əmiri dirilt! Milli hökumətin fəxri Pişəvərini dirilt!
Nərimanovu dirilt! Qəbristandı vətənimiz! Bu qəbristanda Elm nədi?! Varis
nədi?! Başına at təpib Xızr Abının, Sultan Əmirliynən, yarımcan Çürüknən bir
yerdə!.. Kəsmə sözümü, Qurban əmi! Bilirsən necə istəyirdim mən əmimi?!
Mübaliğəsiz deyirəm, atamı itirəndən sonra atama məhəbbətim də, üzünü
görmədiyim anama həsrətli məhəbbətim də Sultan Əmirlinin uca şəxsiyyətinə
məhəbbətimdə birləşmişdi. Oturub hətta saatlarnan fikirləşirdim ki, şəxsi
həyatında, məişətində məhrumiyyətlərə necə dözürsə, mən də eləcə dözüm. O
tayda demokratların qələbəsinin həsrətiynən, o tayda gecəni gündüzə qatıb
işləmək arzusuynan öz istəkli Qıymatını necə gözlədirsə, mən də məhz o cür
hərəkət eləyim. Mən ancaq zahirən başqa cürüydüm, Qurban əmi, daxilən
əmimin kopyasıydım... Səni də çox istəyirəm, sədr Mədədin xatirəsini də əziz
saxlayıram mən. Əmma siz deyildiniz mənim idealım. Bircə elmim, bircə eşqim
varıydı mənim, o da Sultan Əmirliydi. Lap dünənəcən bütün həyatımı qurban
vermək istəyirdim mən ona!
- Sultan həməşə səcdəgahın olmalıdı sənin.
- Yox!.. İdealım qadın zorlayıb!
- Bilirəm mən onu.
Səməd diksindi.
-Nə?!Bilirsən?!
- Dedim bilirəm.
- Həm də ideal adam sayırsan onu?! Belə hərəkətdən sonra mən də ideal
sayım o canavarı?! O qatili!
Qılınc Qurbanın yenə gözləri qıyıldı.
- Bir hərəkətiynən yox, mübarizələrdə tanınır adam!.. Dedim, deyirəm:
Sultan həməşə səcdəgahın olmalıdı sənin. İnsan yel deyil ki, gah o yana əssin,
gah bu yana. İdealdan dəm vuran oğul əvvəl bir özünə baxsın yaxşı-yaxşı,
fikirləşsin dərindən, görsün başı çıxırmı bu dünyadan. Mənim dediyimi deyirsən
sən də, Ruhdan düşəndə. Əmma cəllad var içərimdə! Ölüm-dirim mübarizəsi
gedir bu saat hər yerdə! Mən bu kəmsavadlığımnan qanıram ki, Stalindən
sonrakı bu demokratiya söhbəti xeyrimizə deyil bizim. Sultan müdrik adamdı.
Düz deyir ki, bir tərəfdən Mirqəzəbi müttəhim kürsüsündə oturduruq, o biri
tərəfdən Mirqəzəbin yaratdığı Bezobraziyeyə demokratiya veririk. Hələ
demokratiyasız-filansız belə oyunlardan çıxırlar! Ələ salırlar bizi, dolayırlar,
gülürlər! Bu nə?! Danışmadımı Sultan sənə? "Arşınmalçı" damğasıynan
neyləyirlər onlar, bilirsən?! Gülmək nədi?!
O casuslar, banditlər yuvası Şüşəli pavilyona yaxın gedəmmirik. Biznən
yaxınlıq eliyən adamlara arağın içində zəhər içirdirlər! "Terrordu bu!" - deyirlər
özləri! Necə hərəkət eləməlidi Sultan indi bu cəlladlar zəmanəsində?!
Mən deyirdim boşasın. Dörd aydı, gecə-gündüz, axşam-sabah bircə kəlməm
varıydı ona: "Boşa!" Rədd elə deyirdim o qancığı. İndi demirəm.
Artistlik elədim orda - yanğında. Yazıq canım, nə oyunlardan çıxıram!
Əməlli-başlı artist təki, yapışdım Qıllı Qeybalının yaxasından, başladım
qışqırmağa ki, bu kəndlərdə nə fənalıq var, hamısı siz Qudalılardandı, Mədədin
evinə də siz od vurubsunuz ki, Mədədin oğlunun ayağı kəsilsin kənddən...
Qeybalı da Qeybalıdı. Fısıldadı, tısıldadı, axırda qıpqırmızı dedi: "Düşmən
Sultan Əmirlinin ocağının başındadı, Səmədin ayağını kənddən kəsmək istiyən
do odu, evi yandıran da..." Nə desəm yaxşıdı? Güllə qabağında da əyri
danışmıyan Qılınc Qurban başladı ki, Əlləzoğlu qohumudu, can-ciyəridi
Səmədin. "Srağagün gecə burda qolunu çirmədi, ayaqlarını yudu Səmədin, -
dedim, - qovurmalı əriştə aşına qonaq elədi". Gözü kəlləsinə çıxdı sənin o
Dantesiyin. Bilir axı, yalan danışan deyil Qılınc Qurban. Əgər yalan danışırsa,
deməli, nəsə məqsədi var. Qorxdu heyvərə! Çəkildi, kənarda fısıldadı: "Qılınc
Qurban da bic adamdı". Zəmanə dəyişir, oğul. Yaman dəyişir, zəmanə!.. Yaxşı qulaq as, indi açmalıyam mən sənə bu bədbəxtliyi. Necə olub, elə
danışmalıyam. Hamımıza "əzizim" deyən o igid polkovnik bərk silkələdi məni,
dedi: "Danışmalısan! Bilməlidi Səməd, lap qatilə dönüb həqiqətən hamısını
qırmaq niyyətinə düşsə də danışmalısan!.. Qulaq as, gör necə işləyib KQB-miz!
"Şüşəli" pavilyonda baş-başa verib hırıldaşa-hırıldaşa tələ qurublar. Nə
yediriblər, nə içirdiblər Sultana, necə deyərlər, bir allah bilir. Heç nə qalmayıb
yadında! Heç nə! Səhər tezdən zaqs müdirini göndəriblər evinə ki, "Get
Arşınmalçıynan Gülçöhrəninin kəbinini kəs!" Sultan yuxudan ayılmamış başının
üstünü alıb müdir köpəyoğlu ki, bəs şəhərdə hamı gözaydmlığı verir bir-birinə,
Sultan Mamedoviç, deyirlər, ailə qurubsunuz, gəldim təbrik eləyim, həm də
kəbin şəhadətnaməsini doldurum... Axşamdan narahatıydım mən... Həməşə
siyirməqılınc girərdim Xəlvət Rəhimin məclislərinə, xəbərdarlıq eliyərdim ki,
rayon partiya komitəsinin və şəxsən Sultan Əmirli yoldaşın əleyhinə bircə kəlmə
danışıq olsa, damlıyacam Rəhimi, böhtançı kimi, məhkəməyə verəcəm işini.
Qamaşırdılar məndən kontra köpəyuşağı. O gecə elə bil allah fəhmimi aldı. Fikir
elədim ki, Sultan özü olan yerdə mən kiməm! Sabahısı tezdən getmişəm şəhərə,
görürəm o küçə doludu çesuyçalıynan, beşbir-üçbir, baş-başa veriblər, deyibgülürlər, Çax-çux Xalıq da dayanıb düz Sultanın darvazasının qabağında,
demisini tüstülədə-tüstülədə söhbət eləyir zaqs müdiriynən. Qorxusuz-hürküsüz
gözümün içinə baxdı. "Kəbin kəsməyib bu kişi, -dedi, - ölüm aktı yazıb Sultan
Əmirliyə!"
Sənin fəhmin Mədədin fəhmidi, gözün itidi, şahin balam! Düz deyirsən ki,
öldürüblər. Özün fikirləş indi, gör nə yollaman gedir ölüm-dirim mübarizəsi!
Söznən deyiləsidimi necə alçaqdılar düşmənlərimiz, necə heyvandılar, necə
vəhşidilər! Səncə, neyləməlidi bu vəhşilərin qabağında Sultan Əmirli?! Taleyinə
kor deyib oturmalıdı?! Təslim olmalıdı?!
Güclü adamdı sənin əmin! Bəli! O qancığı zorlamaqdan ötrü yox, o vəhşilərə,
murdarlara, Mirqəzəb toxumlarına qalib gəlməkdən ötrü saxlayır onu evdə. Lüt
Cəfər deyil Sultan! Comərd qanı axır Sultanın damarlarında! Təbrizdə Əmir
bazarı deyilən dünya bazarının sahibi, aqil, adil Məhəmməd Əmir qanı axır
Sultanın damarlarında, oğul! Dörd oğlunun dördünü də xalqın xidmətinə
göndərib, yol ayrıcında tək-tənha ölən kişinin oğludu Sultan!
Pünhanlarımız arasında Şeyx Əlimiz vardı, "Aşıq Alı" adıynan çalıb oxuyaoxuya ellər gəzirdi, gecələr səhərə qədər Elm yayırdı. Folklorçu professor deyilən uzunhoqqar bir naçalnik gəldi Göyçəyə, şerlərini yığdı apardı,
yoxa çıxartdı! Çürük yığır indi orda-burda yadda qalanları, yazır kopyalarını
Qaraçöpə, Təhləyə göndərir ki, ordan da hər yerə yaysınlar. Şeyx Əlinin şan-
şöhrəti AdıPünhan ƏlƏskərimiz vardı, "Aşıq Ələsgər" adıynan gəzirdi.
AdıPünhan Hüseyn AğEyimiz vardı, "Hüseyn ağa" adıynan gəzirdi, cəmisi beş-
altı Qaçaqnan Tiflisdə qubernatorun buxarısının bacasından odun içinə düşürdü
ki, mauzerini dirəsin qubernatorun boğazına, xəlvəti müqavilə bağlasın: "Qazax
mahalına qoşun göndərmiyəcəm. İmza qubernator kopəyoğlu!"
Hüseyn AğEyin oğlu Hacı Əlimiz vardı. Məkkəyə gedirdi hər il, guya
zəvvarlara azuqə yığan taciriydi, əslində, ədalət Əliydi. Qubernator Tiflisdən
qaçaq libasında qatil göndərib ki, Hüseyn AğEyimizi öldürsün, Hacı Əli
ovcuynan tutub xançalı, qoymayıb atasının başı yarılsın. İşləmədi sağ əli,
yumulu qaldı... Üçcə tağın adamlarının adlarını çəkdim mən sənə Comərd
Süleyman nəslinin. Təbrizdəkiləri dedim, Göyçədəkiləri dedim. Qazaxdakıları
dedim... Budumu?! İsa Əfəndimiz olub, bircə atryadnan Denikinin piyadasını
pərən-pərən salıb Dərbənddə. Ordan gedib qoşulub Kamal Paşa Atatürkə,
Trabzonda rusu pərən-pərən salıb, Gəncəyə bizimkilərə depeş göndərib ki, rusun
on beş eşalonu gedir o tərəfə, qabağını kəsin, qoymayın gedib Bakıda
oturuşmağa. Bax bu Qılınc əmin, əlində mauzer, at belində parovozun qabağına
getdi... Nə Mədədin adı Mədəddi, nə Sultanın adı Sultandı. Mollalar açırlar
Quranı: "Adın oldu Xızr!" "Xızr" nədi?!. "Kisr" nədi?! OdSardı, oğul! Pünhandı
adlarımız, özümüz də ki, Alim!.. Vaxt keçdikcə daha nə adımız qalır, nə də
biliyimiz!.. Əhməd, Məmməd, Səməd, Alı, Vəli - hamısı ərəbin yalan
"Quran"ından. Gülüşürlər indi mollalar: "Ağ yalan!" Bilən varmı nədi bu?! Bu
yaxınlardaca bilmişik ki, otuzuncu ildə Stalin, Leninin "dekret o zemle"sini ləğv
eləyib torpağı kəndlidən alanda xəlvətcə Dini də azad eləyibmiş, odu ki, molla
hər yerdə başda oturur, "Quran" əlində: "Bir salavat da çevirin hökumətimizə,
Stalin yoldaşa, Varaşilov yoldaşa, Kaqanoviç yoldaşa!" Nədi bu, ay oğul? KQBdi, ay oğul! "Molla" adında! Sənə ərəb adı qoyub adınnan bərabər Elmini də
məhv eliyən molla KQB!.. Nə yaxşı ki, Sultanın revkomuna düşdü yolum o
vaxtlar. Gecələr, beşaçılan qucağımda, revkomun damında keşik çəkəndə mənim
bu kəmsavad başıma Elm yeridən alim Sultanın nə qədər şagirdi var,
bilirsənmi?! Hamı savadsız təki tanıyır bizi. Açıb-ağardammırıq ki, revkomda
darülfünun qurtarmışıq biz! Universitet deyirlər indi. Oxuduqları da nədi? Yunanıstan mədəniyyəti belə gəldi,
Roma Sezan elə getdi. Güya ali təhsil verirlər bədbəxt cavanlarımıza. Bir
köpəyoğlunun da xəbəri yoxdu ki, Bağdaydı yer üzündən silən Qrekin tarixini
öyrədirlər balalarımıza... Abı! Səsin niyə batıb?! Niyə demirsən düzdü, Bağday
tarixidi dünya tarixi! Bilmirsənmi beyni qatıdı "Dəli Səməd"in?! Başını götürüb
getsə, kim sahib durar o "Xəzinə"yə?!
Xızr Abı dümağ, nəhəng yaylığı üz-gözündən çəkib irəliyə, Səmədin sol
tərəfinə çıxdı.
- Sarsılıb, ay Qurban. Aman ver, özü danışsın, boşaltsın ürəyini. "Elm nədi!"
- desin, "Varis nədi!" - desin, "Başuuza at təpib!" - desin. Batmayıb səsim,
əksinə, o mülkün alovundan üstümə qurum yağa-yağa, üz-gözüm qarsalanaqarsalana axtardım, Çax-çuxu tapdım, dedim: "Şahid var, sən yandırtdırıbsan
evi! Get yır-yığış elə, günü bu gün damlanacaqsan!.." Sən ləngitmə bu işi, ay
Qurban. Gördüm orda, Rəhimə, Xalıqa sarı getmədin. Ehtiyatlanırsan, yoxsa,
gizlin hazırlıq işi görürsən, nədi? Bilmirəm. Öz işini gör sən. Səmədi mənə tapşır
daha.
- Sözümün əsası geridədi. Sən göstəriş vermə Qılınc Qurbana. Gün qalxır,
yandıracaq. Çöldə saxlama Səmədi, evə apar. Ya da, pullu adamsan, apar
Şüşəliyə. Çürük də yəqin orda olar. Casusların "sbor günü" deyil bu gün. Apar,
yaxşı-yaxşı ətraflı danış bunnan, Xızrlığını göstər!
İndi hələ mənim ixtiyarımdasan, oğul.
Sözümə fikir ver.
O məktub - "Şəxsiyyətə pərəstiş" oxunandan bəri Əziz də ilana dönüb. O
gördüyün mehriban Əzizimiz! Asta-asta sürünüb kabinetlerdə əmiyin kadrlarını
udur bircə-bircə. Dünənnəri maarif müdiri Mirbağırı qaldırıb Sultanın üstə. Bu
səhər müəllimlərin, uşaq-muşağın gözünün qabağında bar-bar bağırdı Mirbağır
ki, "Tədris proqramlarını pozammarıq! Bir nəfər də şagird vermirəm pambıq
yığımına!"
Elə bilirsən doğrudan qorxublar Mirqəzəbin tutulmağından?! Əksinə, Saşa
elə bundan ötrü xüsusi gəlibmiş desin ki, "partiya daxili demokratiya" şüarı
köhnə partiya kadrlarının başlarını yeməkdən ötrü şərait yaratmadan, yəni
cəmaatı qızışdırmaq, kadrları tənqid atəşinə tutub başlarını yeməkdən ötrüdü.
Budu bax həqiqət!
Mənə de görüm, məktəb uşaqlarını pambığa həməşə şüarnan, şərqiynən
aparan Mirbağır deyilmi bu?! Nə olub, indi niyə bağırır birdən-birə?! Çünki
Bezobraziye demokratiya alıb! Ağızları allahdadı ki, yığım kampaniyası mütəşəkkil keçməsin, plan dolmasın, Sultan Əmirlinin işi bu
yandan da əyilsin!.. Axı əsas məsələdi yığım. Rayon pambıq rayonudu.
Cəmaatın dirriyi də pambıqdandı, katibin üz ağlığı da.
Mən bilirəm necə qayıdacaq əmin o məhkəmədən. Keçən il Mirqəzəbin şəxsi
tapşırığıynan Pers gəldi tutqu təşkil elədi rayonda. Silistsiz-filansız, təsərrüfat
rəhbərlərini doldurdu eşalonun vaqonuna! Əgər əmini də o işə bulaşdırıb lap
azmaz da olsa günahkar saysalar, Bezobraziye dərhal pıçapıç salıb pozacaq
yığım kompaniyasını. Tükdən asılıdı əmiyin taleyi, oğul. Sənə bel bağlayıb,
təhkim eləyib bu zonaya. Gülənova, Rəhimə, Tahirlinin, Qurbanlının sədrlərinə
ayrı-ayrı tapşırıb ki, Səmədin bir sözü iki olmamalıdı. Dünən qəstindən evə
qayıdanda qolundan necə tutubsan, necə dirək durubsansa, bax bu çöllərdə,
pambığın arasında da o cür dirək durmalısan! Düşmənin yaxdığı ləkəni səndən
savayı kim silə bilər?! Mənim Qeybalıyı yalan danışmağımnan silinərmi o cür
qara ləkə? Sənin bayaqkı o əyili qədd-qamətinə Qeybalının bircə kərə rişxəndnən
baxıb "Məcnun" deməyi bəs deyilmi ki, dildən-dilə düşsün təzə adın, Sultanın
ürəyinə yük olsun, Bezobraziyenin niyyəti "avariya"sız-zadsız keçsin həyata?!
İndi de görüm, kimdi qadın zorluyan? Sultandı, yoxsa Sultanı belə kökə
salanlardı?!
Heç bilirsənmi nə qədər zir-zibil yaxıblar mənim üstümə?.. Gövdəm deşikdeşikdi düşmən gülləsindən, hər yaranın tarixinə bir dastan qoşmaq olar. Əmma
gör düşmən nə deyir: paçamın arasını da güllə aparıb guya, onçun övladım
yoxdu!.. Adam yanında hörmətimi gör necə bəzəyiblər: "Bacısını kabinetlərə
ötürüb oğraşlıqnan qazanıb hər şeyi!.." Güllə qabağına çıxmağa nə vardı?! Oğul
istəyirəm bu murdarlarnan döyüşsün!
"Fırtına quşu" oxuyardın mənə atımın tərkində. Çürük nəsihət eleyərdi ki,
Aşıq Alıdan, Ələsgərdən oxu, Abbas Divarqanlıdan oxu, ay oğul. Çürüyün
cavabında yenə "Fırtına quşu"nu deklomasiya eliyərdin. Səsin hələ də
qulağımdadı. İndi niyə qaçırsan fırtınadan?! Bu cığırı əlinə alıb hara gedirdin
belə?! Nə qədər vurnuxmaq olar bu aralıqlarda?! Üz-gözünə bax, əyninə-başına
bax! Bircə o qalıb ki, quşlar yuva qursun başında! Belə eşqmi vəsiyyət eləmişdi
sənə bizim qardaşımız?!
Başını qaldır, üzümə bax görüm. Mən sözümü qurtardım hələlik. Üzümə bax
görüm, bir şey düşdümü içərinə. Heç nə demə. Eləcə üzümə bax, kifayətdi...
Səməd başını azca yana əyib necə baxdısa, bu baxışdan sonra yəqin ki,
doğrudan da heç nə demək lazım deyildi. Əmma söz Səmədin ürəyini deşirdi:
- Daş deyiləm, insanam. Düşünürəm... Əlləzoğlunun nöyüdü necə tökdüyünü
də gözümnən gördüm, kibriti necə çəkdiyini də. Qalxmadım yerimdən. Ev o vaxt
evdi ki, insan olsun, mənalı həyat olsun içində... Nə ev-eşik lazımdı mənə, nə də
var-dövlət. Heç nə lazım deyil mənə, insandan başqa!.. Yeddi il yanmışam,
qovrulmuşam öz daxilimdə. Məncə, sən bilirsən bunun səbəbini. Abı da bilir.
Əmim də bilir. Gecə bir şey oldu orda, evdə: süfrəyə çaxır dağıldı. Qırmızı
çaxır... Mən qan ləkəsi gördüm o çaxıra baxanda, əmimin süfrəsində. Əmim özü
də elə gördü! Əhvalı dəyişdi, çoxlu duz tökdü ləkənin üstünə. İndi məlum olur
ki, sən də ordaymışsan. Sizin bir-birinizdən gizlin sözünüz yoxdu. Mənə hər şeyi
demirsiniz. Əmma nahaq. O şeyi ki, sirr kimi saxlayırsınız, sirr deyil o mənim
üçün.
Avariya günü gözüm tutuluydu mənim. Dünya zülmətə bürünmüşdü.
Tabutnan tabutun qapağının künclərində mismarlardan başqa bir şey
görmürdüm. Əmma qəribə zülmətiydi o zülmət. Qəti deyə bilərəm ki, məndən
aralıydınız siz orda, dəfndə. Sonralar da yaxın gəlmədiniz heç biriniz. Niyə?!
Yeddi ildə həmişə aralı gəzmisiniz. O qan sirrinə görədi hamısı!. Narahatlıq
keçirməyin, əzab çəkməyin, tamam arxayın olun ki, atamın ölümü barədə bir
kəlmə də soruşmuyacam sizdən.
Avariya deyil, öldürülüb və Gülənovun o "zaklyuçeniye"siynən hər şey örtbasdır olunub. Aydın məsələdi. Kimlər iştirak eləyiblər o ört-basdırda? O da
aydındı! Təkrar eləyirəm ki, sirr yoxdu burda mənim üçün. Hətta nəynən və necə
öldürüldüyünü də bilirəm. Bunu danışacam sizə.
Xalıqın o palıd kötüyünün üstündə, çəki daşlarının arasında bir nal varıydı.
At nalı. Ortasına qurğuşun yapışdırılmışdı. Təxminən yarımkiloluq daş qədər,
yastı qurğuşun.
Dəfndən qayıdanda gordüm kişmiş yığışdırılıb yerdən. Çəki daşları da haman
yerə qoyulmuşdu, kötüyün üstə. Tək o nal yoxuydu!
Sonralar gözüm axtardı, nə Çax-çux Xalıqın özünü gördüm, nə də o
qurğuşunlu nalı. Mən yəqin bilirəm, lap dəqiq bilirəm ki, atam maşınnan vurub
kötüyü aşırıb kişmişi dağıdanda qatil ordaymış, cəmaatın arasında. Nalı götürüb,
minib maşına... - Səməd istər-istəməz meşə ətəyinə, haman saqqız ağacına tərəf
boylandı.
- Deyirsən yəni Xalıq?! - Qılınc Qurbanın bəbəkləri qığılcımlanırdı.
Səmədin gözləri isə gərgin və durğundu.
- Yox... İkicə gün bundan əvvələ qədər Çax-çux Xalıqı şəksiz- şübhəsiz qatil
sayırdım mən... Atam kişmişi dağıdanda idarədəydim. Pəncərədən baxırdım.
Kişmişi dağıdandan sonra Qudalı Rəhimin evi tərəfə getdi maşın, məhlənin o biri
evlərinin, ot tayalarının aralarında o yan-bu yana şığıdı. Atam tez-tez qapıdan
boylanırdı, deyəsən kimisə axtarırdı. Əmma heç kəs yoxuydu o yanda. Təkcə
Xalıqıydı, maşının böyrüncə yüyürürdü, atama yalvarırdı, atam da söyürdü onu.
Sonra bu yana, yola tərəf buruldu maşın. Xalıq gorükmədi daha...
- Demək Xalıq?!
- Yox, Qurban əmi, yox!.. Gecə orda, stolun dalında yatanda bir röya
gördüm. Gördüm Xalıqın daxmasında kişmiş yeyirəm, zəhər dadır kişmiş. Zəhər
verib Xalıq mənə. Əmma qatil deyil... Bakıdan bir vaqonda gəldik onnan...
- Xalıqnan?
- Hə... Srağagün. Əmimin evləndiyini Bakıda dedi o mənə. Kimnən
evləndiyini demədi. Niyə? Başa düşmürəm... Yəqin ona görə ki, desəydi, daha
söhbət eliyəmməzdi mənnən. Sonra kupeyə gəldi. Orda da çox müəmmalı şeylər
dedi. Mən görən Xalıq deyil bu Xalıq. Tamam başqa adamdı. Əlaqələri
genişlənib. Çox mürəkkəb, təhlükəli adama oxşayır indi Çax-çux Xalıq. Hərdən
fikirləşirəm ki, bəlkə elə çox dəyişdiyinə görə daha qatil görmürəm mən onda?
Əmma o deyil. Məlum deyil qatil. Xalıq şübhəsiz tanıyır onu. Mənə elə gəlir ki,
qatil ordan, kötüyün üstündən nalı götürəndə qorxub Xalıq. Qorxub ki, hadisə
yerində qalar o nal, ələ düşər... Cənubumuzda Məhəmməd Əmir, Ağ Əmir, Boz
Əmir kimi gizlin iş adamlarının gizlin işləri barədə məlumat toplamağa
göndərilən kəşfiyyatçı, şübhəsiz hazırlanmış adamdı. Bu tayda Gülənovnan,
Sayılovnan işləyir, demək, kriminalistikadan-zaddan başı çıxır. Ona görə də
qorxuya düşüb, maşının yanınca yüyürə-yüyürə çalışıb ki, nalı alsın qatildən.
Alammayıb, əlbəttə... Kupedə dedi: "Avariya günü yaradı ürəyimdə"... Bunu
başa düşürəm. Qurğuşunlu nal məşhur naldı. Kimə göstərsən, o saat deyər
Xalıqındı. Üstündə də Xalıqın əlinin izi. Lazım gəlsəydi sübut eliyə bilərdilər ki,
Xalıqdı qatil, kişmiş dağılanda nalı götürüb, minib maşına, saqqız ağacına çatana
qədər maşında olub, orda nalı geridən çaxıb sədr Mədədin sağ gicgahına, rulu
burub, maşın çevrilənə yaxın atılıb qaçıb... Çox asanca sübut eliyə bilərdilər.
Əmma eləməyiblər. Açıq-aydın qəsd işi!.. Bir səhifə kağız yazılıb, atılıb arxivə.
Əmim də razılaşıb o kağıznan! Necə yəni "qəsd işi deyil?!" Terrordan söhbət
gedir burda! Söz-söhbətinizdən tamam aydındı ki, xalqın elminə, dilinə, tarixinə
terror elan olunub! Sədr Mədədin ölümü "qəsd" deyil?!
Yeddi il səkkiz ayda aramsız fikir-zikrimi az-çox durulanı budu indi. Kiməsə
danışmalıydım bunu mən. Danışdım budu!..
Qılıncın gözlərindən qıyıqlıq getmirdi.
- Bə niyə indi danışırsan?! Əmiyin o "qəsd işi yoxdu" sözlərini niyə indi
deyirsən?!
- Məsələ də elə bundadı, Qurban əmi...
Üç sual var beynimdə.
Birinci sual: Kim öldürüb? Bunu tapmaq çətin olar. Həm vaxt uzanıb. Həm
də o "Şüşəli pavilyon" adında düşmən ştabı yaranıb.
İkinci sual: Niyə öldürüb? Elmə görədi, şübhəsiz! Əmimi, səni, Xızr Abını,
Çürüyü, o gedən KQB polkovnikimizi - Saşanı... Ümumiyyətlə, hamınız niyə
susmusunuz?!
Üçüncü sual: Bu anlaşılmaz sükut sizin xeyrinizədirsə, yəni susmaq
lazımdısa, məndən niyə gizlədirsiniz?!
Tabutu açmağa qoysaydılar, çox şübhələnməzdim bəlkə də. Gülənov da
"Açma" dedi, əmim də. Sonra qəbiristanda gördüm qocalar atamın yarasını
gizlədirlər. Tək məndən yox, cəmaatdan da gizlədirlər. Aydınca gördüm, başa
düşdüm ki, atama qəsd olunduğunu çox adam bilir, əmma hamı dilini dişiynən
tutur, çünki bir nəfərin bir nəfərə qəsdi deyil bu qəsd, ele işdi ki, hamı susmalıdı.
Niyə açmırsınız mənə ki, mən də bilim və susum?!
O qurğuşunlu nalı bu yeddi il səkkiz ayda ürəyimdə qurğuşun kimi
gəzdirmişəm, heç kəsə heç nə açmamışam. Gözüm nalı axtarıb həmişə. Qatili
xəyalımda dəfələrlə ifşa eləmişəm, yaxasından yapışıb aparıb təhvil vermişəm.
Xəyalımda! Həyatda isə heç nə eləməmişəm. Çünki nə qədər "qan-qan" desəm
də, qaynayıb coşsam da, ürəyimin dərinliyində həmişə duymuşam ki, əslində, nə
nalın tapılmağını istəmişəm, nə də qatilin ifşasını. Çünki ifşa mənim "qəsd işi
yoxdu" deyən idealımı ifşa eliyə bilər, Qurban əmi! Sən duyursan məni.
Duyursan! Qəsd işi açılsaydı, sizin məndən gizlətdiyiniz sirr də açıla bilərdi,
əmim etiraf məcburiyyətində qalıb, etiraf eləməli olardı ki, düşmənnən
kompromisə gedib, inayətin üstünü örtüb. Bəli! Hamınız örtmüsünüz! Dəli
Səmədəm mən, dilimi dişimnən tutmaq qabiliyyətim yoxdu. Açıq deyirəm:
cinayəti gizlədənlərin hamısı iştirak eləyib cinayətdə!
Deyirsən "səcdəgahın olmalıdı". Bu qurğu quran murdarların mühitində ideal
saflıq, əlbəttə, qeyri-mümkündü. Əmma nə vaxt dərk elədim bunu mən? İndicə!
Sən danışanda! Bu ötən yeddi il səkkiz ayda, dünən, bu səhər, lap beş dəqiqə
bundan əvvəl faciə içindəydim mən! O kupedə əmimi ifşa eliyəndə Xalıq
deyirdi: "Əsasım var". Mənim faciəmin də əsası var: idealım qadın zorlayıb
deyirəm! Bəraət vermə buna! Vermə! Bu hərəkəti məndən gizlətdiyiniz hərəkətin
üstünə gəlib cəlladdan da betər, alçaq adama çevirib əmimi! Abı kimi son də,
necə deyərlər, azacıq aşın duzu deyilsən, analiz verdin, xeyli yüngülləşdirdin
dərdimi. İndi yoxdu bayaqkı faciə. Mübaliğəsiz deyirəm, yoxdu. O qadının
gözləri var gözümün qabağında. Öz fağırlığına, məzlumluğuna görə zalımlar
əlində oyuncağa dönən zənənin bədbəxtliyi var! Bir də... Gizlətmirəm ; səndən,
ağır itki hissi var, Əlləzoğlu nədi?! İnsanın istəyi - bütün varlığıdı! Varlığımı
itirmişəm mən! Niyə gizlədim?! Sultan Əmirlini xoşbəxt eləmək istəyirdim
dünən. Həqiqətən gördüm mən dünən. Deyirdim gücüm çatar, yanğımı
basdalıyaram içərimdə. İndi bu itki daha pis üzür məni! Əmma... bayaq
"Ölmüşəm" deyəndə nəzərdə tutduğum faciə isə yoxdu. Yanan Vətənimi
görmürdüm! Qırılan xalqımı görmürdüm! Sədr Mədədin iki vətənli durnalarını
görmürdüm! Belə dəhşətli böyük faciə içində əmimi yenidən göstərdin sən mənə.
Saşa Babayev bilirmiş kimə tapşırmaq lazımdı mənnən danışmağı!.. Abı babam
peyğəmbər kimi adamdı. Əmma o Şüşəli pavilyon barədə danışmalıydı o mənə...
Əmimnən bərabər səni də yenidən gördüm. Kimin ağlına gələr ki, hətta Qılınc
Qurbanı da çirkaba batırıblar bu murdarlar?! Qıymat kimi uca qadının barəsində
də söz deyiblər! Doğrudan da, xəbərim yoxuymuş dünyadan. Kömək elə mənə,
əgər mümkünsə, bu nalı, bu qurğuşun yükünü də çıxardım ürəyimdən. Fakt
özlüyündə dəhşətli faktdı axı! Qardaşının qanını batırıb!.. Özü də gördüyünə göz
yummaqnan yox, saxta "zaklyuçeniye"ni şüurlu təsdiq eləməknən batırıb Mədəd
Əmirlinin qanını! Nədi bu?! Mənəvi iflas deyirlər belə kompromissə. Əmma
əmimə yaraşdırmamışam mən "iflas" kəlməsini. Ağlıma gəldikcə dərhal atmışam
beynimdən bu kəlməni. Səbəbini dedim sənə, ifşadan qaçmışam. Əmimin hər
şeydən əvvəl, məhz uca mənəviyyatıynan fəxr eləmişəm mən həmişə, üstünə toz
qonmağını da istəməmişəm. Hətta Mirqəzəbnən telefon danışıqlarından sonra
necə sındığını, necə əyildiyini görəndə də, həmişə yenilməz saymışam əmimi.
İndi ayıq düşünmək istəyirəm. Ən acı həqiqəti də çəkinmədən deyə bilərsən.
Bu vaxta qədər soruşmamışam, indi də soruşmuram ki, necə olub razılaşmısınız
o cür sənədnən. Dəhşətə gəlirəm, deyirəm Qılınc Qurban hara, o cür cinayəti örtbasdır eləmək hara?! Əmma bunu da soruşmuram səndən. Bircə şeyi dəqiq
bilməliyəm mən: əmim niyə o hala düşdü o ləkəni görəndə süfrədə?! Qardaşının
yarasını gördü, dözəmmədi? Əgər belədisə, bəs Çürüknən Abının "Zarıncı"sı
niyə yaş çıxartmadı gözündən?! Heç olmasa köyrəltmədi! Niyə o cür yatdı?! Daş
kimi!
Əzabımı duyursanmı, Qurban əmi?!..
Bayaq sən vəhşi düşmənə qalib gəlməyə qabil güclü adam göstərdin mənə və
mən başa düşdüm o dəhşətli adamın o gücünü. Deyəsən çox böyük faciələr
gözləyir bu bədbəxt xalqı. Məhz buna görə də hər cür dəhşətə dözür Sultan
Əmirli ki, səlamət qalsın, mübarizələri davam elətsin.
Yas qurub yasda yatan adamı isə başa düşmürəm!
Çürüknən Abını xüsusi gətirtmişdi. Ağlayıb daxilən yüngülləşmək istəyirdi.
Bəs niyə daşa döndü?!
Duyursanmı mənim işgəncəmi, Qurban əmi?! - Səməd dartıb köynəyinin
yaxasını açdı, Sudüşənin qurtaracağından, meşənin sağ səmtindən başlayıb,
ulğunluqlar, pöhrəliklər, sirkanlıqlar arasında zolaq-zolaq uzanan pambıq
sahələrinə tərəf boylandı. - Bura göndərib məni. Gecəni gündüzə qataram,
pambığın arasında yataram, ta yığım qurtaranacan bu çöllərdən yığışmaram!
Bircə bu əzab olmuyaydı, Qurban əmi! Güclü adam öz yerində! Mübarizlik,
yenilməzlik, hamısı bir yana, mən insan görmək istəyirəm, Qurban əmi! Dünən o
yatanda məhz insan itirmişəm mən! Necə qaytarım, necə dirildim o insanı?!
Qılınc Qurban dümdüz yerdəcə tövşüyürdü.
- İndi hər şeyi açıq deməliyik biz sənə. Deyirsən "böyük faciələr gözləyir bu
bədbəxt xalqı". Xəbərin varmı ki, İrəvanda, Dərə Ələyəzdə, Göyçədə,
Başkeçiddə yurdumuza süpürgə çəkiləndə, yəni qırx səkkizinci ildən bu yana
Borçalıya da süpürgə çəkildi, Təhləni də, Qara-Çöpü də, Qarayazını da (hansını
deyim), Tiflisin arxalarının, bərisinin camaatını da irdələyib lap az-maz
şübhələndikləri adamları da sürdülər. Eşalonlarda çörəksiz, susuz saxlayıb
qırdılar! Əmin "Emadin"də gedirdi, Çalışırdı heç olmasa tək-tək adamlara, yəni
şəxsən dərs dediyi, Elm öyrətdiyi təsərrüfat başçılarına tutarlı partiya sənədi-filan
düzəltsin, saldırsın, saxlasın, sürgündən, üzü üstə ölü kimi qayıdırdı, dost,
məsləkdaş yanında da rəmznən danışırdı: "Ağac qalmadı, qırdılar, ay Qurban, ay Abı,
Bağlar bəhrə verməz daha!" Nər Sultanımız uşaq təki hönkürürdü: "Bağdayı
əfsanəyə döndərdilər!.."
Bir gün var... Bir payız günü, yağışı-yağmırıynan, dolub camma, ürəyimə,
beynimə, çıxmır ki, çıxmır... Sultan o cür uşaq təki ağlıyandan sonra yuxum ərşə
çəkildi. Bu cırtdan əmin elə sındı, arıqladı ki, lap, nə deyim, ərdova döndü,
adamlıqdan çıxdı. Nədən ki, boğazımdan çörək də getmirdi... Necə oldusa,
gecənin bir aləmində bir azacıq mürgüləyib, birdən dik atıldım, köhnə mauzeri
belimə taxdım, tüfəngi çiynimə keçirdim. Dörd daraq patron sol çiynimdən, bir
daraq sağ çiynimdən saldım, birini də belimə bağladım. Stansiyada gurhagur
düşmüşdü, vaqonlar dartışırdı, arvad-uşaq qışqırışırdı, güllə səsi gəlirdi. O
dəqiqə bildim iş nə yerdədi. Yazıq atı çala-çuxurlarda, selavarlarda nə hala
saldımsa, Məhərin budkasına çatanda gördüm tir-tir əsir altımda. Qorxdum
çatdıyar at, düşdüm, buraxdım, cumdum, gördüm ne?.. Boyunu yerə soxum ay
Qılınc Qurban rayonun yarıcasını doldurublar on-on beş uzun eşalona, əmbə
aparammırlar; parovozlar qırıq-qırıq qışqırışır, vaqonları açırlar kimlərsə, o
biriləri kimlərsə güllə zoruna qoşurlar! Gülənovu görəndə qan beynimə vurdu bir
güllə sol ağının dabanına çaxdım, dübarə çökdü köpəyoğlu, birini də sağ
dabanına çaxdım, dəymədi, çökə-çökə döndü baxdı, gördü mənəm. Bağırdı ki,
"Başına atını təpib, görmürsənmi sürülür rayonun, sabah da sizin kəndləri bu
hala salacaqlar". Çəkildim, atıldım xəndəyə, alaqaranlıqda, heç bilirsən necə qıfıl
sındırdım?! Şarak-şarak, vaqonun qıfılı daloy! Şarrak-şarrak - o birisi daloy.
Cəmaat da ayıq tərpəndi, qapıları o yan-bu yan çəkib töküldülər düzə, kolakosa... Məxlək bir də o vaxt ayıldım ki, tüfəngin qatarları bom-boşdu. Mauzerdə
də üç-dörd güllə qalıb. O damda, relslərin dalında da rusun əskəri qarışıb
Erməninin yekəpapaqlısına, üzü üstə döşənişib parta-part döşəyirlər. Öz-özümə
dedim "işin bitib, a Qurban". Bir də nə görsəm yaxşıdr, qız uşağı, arıqlığından
yıxıldıqca sümükləri taqqıldayır. Baxdım - kim? -Lütün kiçiyi, o Diniş deyilən,
özü ağırlığında xurcunun iki dolusu patron, sürüyür, yıxılır, qalxır. Xır-xırıldadı
ki, dədəmgil daldan gəlirlər, qorxma. Məxləs, gün çırtanacan döyüşdük, camaat
qaçdı, dağıldı dağa-daşa, Rusnan Erməni də doluşdu vaqonlara, taraq-taraq dala
sürdülər köpəyuşağı. Bilirsənmi niyə? Nə qədər açığıydısa sürgün, bir o qədər də
xəlvətiydi, ay oğul! Əmin! Əmin də ordaymış, ey, kürəyimdə ağacın dalına
gedib atırmış! Özü də nə? Pulemyot! Bəli!.. Hökumət heç üstünü vurmadı o işin. Demə Moskvadan qadasın aldığım o istinni bolşeviklərdən
hansısa dədəsini yandırıb. Bağırovun ki, Mejdunarodnıy skandalını istəyirsən,
ayıb olmasın şalvarlarını çıxartdı Bağırovun sağ-solundakı ermənilərin. Getdi
Kremli də bir-birinə vurdu. Görüm necə deyib? Hə: "Rano ili pozdno sarvyotsya
etot antiturkskiy plan! Toqda ves mir poydet na nas! Yəni "Na vas!.."* Əmin insanlığım itirməyib, oğul!.. Otuz dörd ildə şəxsən yetirdiyi Bağ
övladları getdi! Cəfər kimi pak mələk getdi! Göz yaşı qalarmı Sultanda?! Demə
"bəs niyə daşa döndü?!" Deynən "nə yaxşı dözür?!."
Səmədin fikri haçalanmışdı:
- ...Cəfər əmi də... tutulub?
- Hə də... Bədbəxt Lüt!.. Zahirən suyumsuz, daxilən Bağ övladı getdi
əlimizdən. Danışardım. Qorxuram tamam-kamal bir şey çatdırammaram. Sultan
özü dərs deməlidi sənə. Özü! Üz döndərmə qardaşımdan, oğul! Başqaları təki
sən də mükəmməl dərs al. Bax, onda biləcəksən bu dünyanın tarixini. Yazıq Abı,
"Adəm, Həvva" eşidəndə dəli olur: "Torpaqdan yaranmışıq, torpağa gedirik"
deyən olanda, inanırsanmı ki, kəndin ortasında palçıq yığır ovcuna, yoğurur,
başdı-ayaqlı kuklasayağı düzəldir, düşür o "torpaqdan yaranmışıq" deyənlərin
üstünə: "Budu ha! Nəfəs verin, Adəm eleyin bunu, Həvva eləyin! Ər-arvad
eləyin, doğsunlar, törəsinlər!.." - qan-tərə batır, daha Qudalılardan-zaddan da
qorxmur, yığır cavanları, aparır dərs deməyə... Təftiş Abbasın oğlu Məmməd
Xələf Zal sənnən oxuyurdu məktəbdə. Xızr Abıdan dərs alandan sonra getmədi
ali məktəbə, bilirsən, şoferlik eləyir. Hünərin var get ona deynən "Bağ hara,
insan hara?!", göyə çıxar hirsindən ki, "Bağ olmuyan insan da var?!"
Səməd Mədəd oğlu Əmirli, üç qardaşın Bircə balası bu vaxta qədər bilmir ki,
Bağlığından xəbərsiz insanların cəhaləti ucbatından zülm altındayıq biz!.. Sağ
olsaydı, bədbəxt Lüt də belə deyərdi sənə. Səməd duruxdu. -Ölüb?! Qılınc
Qəhərləndi. - Dalını Abı danışsın. Abı da qəhərli idi. Astadan:
- Öldürüblər, - dedi. - Burda, sovetliyin üç para kəndində, bir də
Qaraçöpdən, Təhlədən gələnlərimizin arasında öz rəmzlərimiz varıydı.
________________
*KeQeBe-nin klubu.
Elmi mənimsəyən adamlara "Varlı adam" deyirdik, mənimsəyə bilmiyənlərə,
ümumiyyətlə, cahillərə "kasıb" deyirdik. Yazıblar KeQeBeyə. Məhərrəm Sultana
xəbər çatdırıb ki, "Varlı", "Kasıb" məsələsini şəxsən Mirqəzəbə çatdırıblar,
Mirqəzəb də şəxsən Stalinə deyib. Təfsilatını Qurban yaxşı bilir.
Qılınc Toxtamışdı.
- Hə, bilirəm, - dedi. - Krımdan, Stalinnən görüşdən qayıdanda Mirqəzəb
burda, Məhərin budkasında vaqonuna çağırıb Sultanı. İçəri girəndə yekə bir
siyahı qoyub əmiyin qabağına: başda bizim bədbəxt Lüt, Qurbanlının sədri
İsgəndər kişi, Tahirlinin sədri Cəbrayıl kişi... Qışqırıb ki, "Vot tvoyo istinnoye
litso.* Millionen vse oni!" Əmin deyib: "Bunlar təsərrüfat başçılarıdı, hərəsi altmış
əməkgünü alır, aylıq əmək haqları beş yüz-altı yüz manat olur". Gözü kəlləsinə
çıxıb ki, "Tı yeşşo zaşişayeş ix? Moy rabomik Xalıq xoroşo znayet ix".** Yazıq Sultan! Nələr çəkib başı!
Deyir: "Dərdimi heç kəsə açammadım, düz iki il gecə-gündüz dişimnən,
dırnağımnan müdafiə elədim"... Bildirrəri elə bu vaxt, yığım-qabağı, günortaüstü
atın yəhərini alırdım həyətdə. Bir də gördüm əmin maşınını qoyub düzün
ortasında, pay-piyada gəlir. Bir əli boğazında, o biri əli ürəyinin üstə. Dolçanı
doldurdum daş suyuynan, yüyürdüm qabağına. Dolçanı aldı, başına, sinəsinə
tökdü suyu. Dedi: "Sualıma cavab ver, a Qurban. De görüm, kolxoz sədrlərini
müşavirə zalında sorğusuz-sualsız həbs eləyib, dustaq vaqonuna basdırsam,
neylərsən mənə?" Dedim: "Gülləliyərəm səni". Dedi: "Lüt Cəfəri də o cür
basdırıb, Çax-çux Xalıqın arzusuynan, general Persin əmriynən Qudalı Rəhimi
sədr təyin eləsəm, neylərsən?" Dedim: "Gülləliyərəm". Dedi: "Yun planını yüz
əlli faiz eləmək xatirinə cəmaatın evindən, körpələrin altından döşəkləri çəkib,
cırıb yunu alsam, neylərsən?" Dedim: "Gülləliyərəm". Dedi: "Onda üçqat
güllələnmə düşür mənə". Dedim: "Sən belə şey eləməzsən axı, ay Sultan!" Dedi:
"Özüm elədim, ya general Persə mane olammadım, nə fərqi var?!"
Belə dərd sahibidi əmin, Bircə bala!
_______________
*"Budu bax sənin həqiqi sifətin!"
**"Sən hələ bir müdafiə də eləyirsən onları?! Mənim işçim Xalıq yaxşı tanıyır onları".
Çox naziksən sən, mənim balam. Əmma dünyadan ayrılıbsan, yeddi ildə öz
içərinnən əlləşibsən. Bakıdan gələli, bu iki gündə çəkdiyini bəlkə yeddi ildə də
çəkməyibsən. Əzabını duyuram. Əzabına, işgəncənə qurban olsun Qurban
əmin!.. Bağışla baş-ayaq danışıram, fikrim qarışdı bir az. Elə sözmü dedin ki,
qarışmasın? "İnsan itirmişəm"... Qanan adamdan ötrü çox ağır sözdü bu.
Əmindən ayırmıram mən özümü. Nə vaxt bilsəm, başa düşsəm ki, doğrudan da
itirmişəm insanlığımı, o vaxt bu qoşalülənin lüləsini diriyərəm çənəmin altına,
ayaq barmağımnan tətiyi basaram, məsələ qurtarar.
Əmini görmürsən sən, görəmmirsən hələ. Öz içərindən savayı heç nə
görmürsən hələ sən. Gözün baxmağına baxır, əmma qabağındakı adamı
görmürsən. Daş kimi yatdı deyirsən. Əmin, axı, yatmamışdı, oğul! Yatmamışdı!
- Yatmamışdı?!. Necə yəni, yatmamışdı?!
- O bayatıdan sonra Sultan yox, son yatmışdın! Sən! Sultan heç
mürgüləməmişdi də! Mənim gözümdən yayınmaz heç nə, bala!
Səməd xeyli dayandı.
- A kişi, sən nə sərsəmləyirsən?!
- Artıq söz demə! Şillə yeyərsən!.. Bəli, Sultan yatmamışdı deyirəm. Sən
başını stola dirəyib silkələnirdin dərdli-dərdli. Sultan divandan sürüşdü, diz
çökdü sənin qabağında, hönkürdü, yalvardı: "Sən burda qalmalısan!.. Sən burda
qalmalısan, Bircə balam!.." Bə sən neylədin?! Dik atıldın həqiqətən dəli təki!..
Sultanı mən bilirsənmi necə tanıyıram? Bir otaqda yüz adam yatsın, Sultan da
olsun o yüzdən biri. Gözümü bağla mənim, sal o otağa, deynən tap Sultanı
bunların arasında, gözü bağlı gedib deyərəm budu. Çünki inildəyir əmin yatanda.
Lap az-maz mürgüləyə ha, mütləq inildəməlidi! Neçə il bir damın altında
olubsan əminnən, eşitməyibsənmi yatanda necə inildəyir?! Mən, məsələn,
ömrümdə uzanmaram yatanda. İki balınc qoyuram kürəyimə, oturan yerdə
yatıram. Rəhmətlik Mədəd gərək hökmən üzü üstə uzanaydı, qıçının birini
yığaydı qarnına, ayrı cür yuxu getməzdi gözünə. Sultan da elə yatır, əmma
gözünə yuxu gedəndə elə inildəyir, elə bilirsən ətindən ət kəsirlər.
Dal otaqdaydım, ordan gördüm gözünü yumub yazıq, sənin üzünə baxammır.
Sən hönkürəndə əyildi, ikiqat oldu divanda. Daş əyilərmi, bala?! Elə əyildi ki,
stolun bu biri tərəfindən görmədin daha sən onu. Qabağında diz çökəndə də
görmədin. Çünki deyirəm, başını stola dirəmişdin, silkələnirdin, ağlayırdın.
Abıynan mən, Çürük, bu biri yandan tamaşa eleyirdik nər Sultanımızın aqibətinə, biz də ağlayırdıq. Çünki, deyirəm,
əmin yalvarırdı sənə: "...Getmə bu evdən, oğul! Sənsiz puçdu hər şey, ay Səmi
balam, Bircə balam!.. Sən getməməlisən bu evdən!.. Getməməlisən!.."
Hoppandın, əllərini üzünə şappıldatdın, gurultuynan düşdün pilləkandan,
yıxıldın, qalxdın qaçdın!.. Necə yəni "qadın zorlayıb?!" Yazıq canım, dona
girdim, dedim: "Bilirəm mən onu". Nəyi bilirəm, əşi?! Budu bax, Abı desin, bu
müqəddəs insan desin necə olub əhvalat! İçirdiblər, deyirəm, sonra aparıblar
Rəhimin evinə, Gülgəzi çağırıblar ki, gəl qaynatana qulluq elə. Sonra da eşikdə
qızı yıxıblar qurta-qurt bir şüşə konyak töküblər boğazına!..
- Bəsdi!.. Bəsdi, Qurban əmi!.. - Səməd boğuldu. Gözləri qaraldı. Əmma
dünəndən bəri beynini qaynadan sözləri çatdırmağa çalışdı:
- Mən stolun dalında elə ağlayanda divanda deyildi əmim?! Yataq
otağındaydı! O yataqda, o taxtda... ağ yastıq üstündə qara saçlara qarışan ağ saç
mənimki idi?! Necə yeni "bu müqəddəs adam desin?!" Mayda nə olub, bilmirəm.
Mən...
Abı gözlənilmədən, əlini onun yaxasına atdı.
- Bura bax ey! Sən niyə belə tərs-avand görürsən hər şeyi?!
Səməd qışqırdr.
- Mən dünən öz gözümnən gördüyümü deyirəm! Qara saçlara qarışan o ağ
saçları!..
Qocaların rəngləri dəyişdi. Abı dedi:
- Elə şey olmadı dünən.
Qılınc dedi:
- Nə?!
- Atan əvəzi bu kişi deyir Sultan divanda ikiqat olub yalvarırdı sənə. "Sən bu
evdə qalmalısan!.." Niyə inanmırsan, ay nadan?! "Taxt" nədi?! "Qara saç, ağ
saç" nedi?! Gözün alacalanıb sənin!.. Bəli!
* * *
Bir az sonra Qonaqlı ilə Tahirlinin arasında, meşənin ətəyində, bu yerlər üçün
yenilik sayılan "Şüşəli" pavilyonda, yəni fasadı və sağ-sol divarları şüşədən
ibarət olan intemat yeməkxanasında oturanda da Səməd sevincindən titrəyirdi:
"Gözüm alacalanıb?! Demək, mənə deyirmiş "qalmalısan!.." Gör, diqqət yetir
indi, ağ evdəki o qara saçla ağ saçlıların arasında necə mərd söhbətlər olub, münasibətləri necə açıq və aydındır ki,
Sultan üçüncü nəfərin də o evdə qalmasını mümkün sayıb "Qalmalısan!" - deyib!
Yəni "qal, bir evdə, bir süfrə başında, birlikdə qalib gələk bu dərdə!
Bezobraziyeyə birlikdə qalib gələk!.." "Mərd əmim! Uca əmim! Səcdəgahım!.."
Belə bir kədər, dərd içində gur sevincin ardınca boz "Pobeda" pavilyonun
qabağında, qoca çinarın qatı kölgəsində dayananda, Müslüm soldan, Sultan
sağdan düşüb, taybatay açıq dəmir qapıya yönələndə Səmədlə birlikdə Xızr Abı
da ayağa qalxdı.
- Qurban hardadı?! - Sultanın sifəti avazımışdı.
Abı gözlərini tavana qaldırıb:
- Ey sahibim, özün kömək ol! - deyəndən sonra udqundu. - Xoş gəldin,
qurbanın olum. Bakıda deyildinmi?! Niyə qayıtdın?!
- Soruşuram Qılınc hardadı?!
- Burdaydı. Kənddə deyəsən nəsə olub, çağırdılar, Qonaqlıya getdi.
- Bəs siz niyə burdasınız?! O xaraba Qonaqlıda ele işlər olur, sizin də bu
xarabada iştahanız açılıb?! Əclaflar!
Abı tamam özünü itirdi.
- Sən belə danışmazdın mənnən, qurbanın olum, nə olub?! Desənə!
- Necə nə olub a kişi?.. De görüm adı "falçı" qoyulan Abımız heç nə bilmir?!
Dünən səhərdən göstəriş verilib Əlləzoğluna ki, mülkü yandırmalısan. Qurban
eşidib... Dünəndən eşidib. Bəs kitabxananı niyə çıxartmamısınız ordan?!
Abının uzun qolları yavaş-yavaş qalxdı, uzun, kələ-kötür barmaqlarla başını
tutub hərəkətsiz qaldı.
- Kitabxana!.. "Vərəsə?.'" "Xəzinə?!"
- Hə!.. "Süleyman peyğəmbərin xəzinəsi!.."
- Ay oğul, "Xəzinə"nin bu mülkdə olduğunu sən nə vaxt demisən mən
bədbəxtə?!
Sultan duruxdu:
- Qurbana demişdim... Mədəd, mən, Qurban, Məhərrəm, Saşa... Beşimiz
bilirdik. Bakıda Saşa dedi mənə ki, evi yandırdılar, yəqin "Xəzinə" də yandı... O
bədbəxti Moskvaya istintaqa apardılar. Deyirdi: "Güllələyəcəklər məni". Onun
dalınca getmək əvəzinə bura cumdum. Çünki, yadımdadı, Xudiyev ora-bura
çəkirdi. Sənin "Xəzinə"nin orda olduğunu kimsə çatdırmışdı ona. Demək,
yanıb?!
- Vay, vay!.. Evdə hər şey külə dönüb, ay oğul!
- Yaxşı, gəlin!
***
Hələ maşına minməmişdilər ki, qeyri-adi gurultular eşidib, o səmtə
boylandılar: Əmirli mülkü toz-duman içində idi. Evi, daha doğrusu, divarları
traktorla uçurub-dağıdırdılar.
Dumanın altından bir qaraltı çıxdı. Qılınc idi. Atı maşının qabağına çapdı və
çatıb, maşınla yanaşı sürdü:
- Dünən Əlləzoğluna möhkəm təpindim ki, yandırsan özün də səlamət
qalmıyacaqsan! Gecəni yatmayıb, qovrulub. O başdan gedib yandırıb. Bu heç...
Musibət budu ki, "Voroso" divarda, qaya daşlarının arasında, üç qardaşın sirri
içində dura-dura bu səhər biz yanğından aralanandan sonra kimsə, bir adam
bizim cavanları yığıb ora - "Şüşəli"yə. Traktorçu Mirini, Məmməd Xələf Zalı,
ekizləri. Deyib: "Sultan Əmirli göndərib məni. Məhərrəmovam. Məhərrəm
Abbasoviç. Alın bu bir paçka yüzlüyü. Yaxşı-yaxşı yeyin-için. Sonra o yanıq
divarları uçurun, hamarlayın. Axşamacan daş daşıyın karyerdən. Elə çalışın ki,
günü sabah özülü qoyulsun təzə evin, Sultan Əmirli Bakıdan qayıdanda görsün
təzəsi tikilir". Budu, Miridən, Məmməd Xələf Zaldan, ekizlərdən eşitdiyim.
Məhərrəm deyil, kimsə ayrı adamdı. Öyrəndim sir-sifətini, boy-buxununu.
Qaşlarınının arası bitişik, ağzı yekə. Qızıldiş. Zırpı... Məncə, KeQeBedənzaddan
deyil. Erməniyə oxşayırdı deyirlər...
- Qurban!.. Qurban!.. Nə çərənnəyirsən?! Qaya daşlara dururmu?!
Səlamətdimi "Xəzinə?!"
Qılıncın cavabı Sultanı ildırım kimi vurdu:
- Traktor xıncıb hamısını... daşları da, kitabxananı da.
Səməd qorxu, heyrət içində, əmisinə baxırdı. Maşının arxa oturacağında,
Abının yanında Sultan elə əyildi ki, Abıdan da balaca oldu. Xırıltılı, iniltili səslə:
- Kömək elə, a kişi, - dedi, - dərmən kitelin yan cibindədi. Solda.
Müslüm istər-istəməz maşını saxladı. Abı dərməni – həbi çıxarıb verənə
qədər Müslüm iri bir Çin termosundan stəkana dəmsiz çay kimi sarımtıl bir şey
tökdü.
Sultan stəkanı başına çəkib irəli baxdı.
- Dayandırın, - dedi.
Cavanlar boz "Pobeda"nı görmürdülər.
Gicgahlarında və çənəsinin ucunda ağ tükləri də tozdan bozarmış, his-paslı
kombinizonda çox pinti, çirkli bir adam kimi görünən traktorçu Miri ekizlərdən və Məmməd Xələf Zaldan xeyli yaşlı olduğuna görə
yoldaşlarının toz-duman, bürkü içində şit, söyüşlə dolu zarafatlarına qarışmırdı.
Gur topa saçlı, alçaraq, enlikürək Məmməd Xələf Zal sınıq-salxaq "paltaratonka"
maşınının ayaqlığında dayanıb, rulu-sükanı tək əli ilə, "pedal"lan isə tək ayağı ilə
idarə edə-edə maşını qıjıldatdıqca, ikisi də cürəfəsiz, sarı, çil-çil ekizlərin -
Tofiqlə Fikrətin divar küncünə bağladıqları "tros" - yoğun məftil divarın olanqalan hissəsini də dağıtdıqca traktorla maşının gurultularına şaqqıltılı gülüş
qarışırdı:
- Dağıldı! Ay Miri, Qıllıya xəbər göndər, arvadının... dağıldı!.. - və sairə,
əməlli-başlı sərxoş cavanlar hərzə-hərzə şeylər danışırdılar. Deyilənlər pis
eşidilsə də, dörd dövrəyə yığışmış "avara-uvara"lar, yəni işsiz qocalar, uşaqmuşaqlar da gülüşürdülər və yalnız Miri ağır "STZ"* traktorunun qabağına
bağladığı "buldozer yığanı"nı çox sərt taqqıltı ilə yerə çırpıb, dağılan divarın
"ayıbalası" kərpic əzintiləri ilə birlikdə daş parçalarını və qara kitab cildi
qırıntılarını yığanlayıb aparıb, Ortayolun çala-çuxurlarına töküb, sərxoşluqdan
yarımyumulu gözlərini geniş açıb traktoru cəmaatın üstünə sürəndə gülüş
kəsilirdi.
Nə qədər ki, bu hay-küy, zarafat, gülüş davam edirdi, ayrı-ayrı sözlər Səmədə
çatmırdı, çatanda da heç bir təəssürat doğurmurdu.
Eynilə Sultan kimi birdən-birə heydən düşmüş Abı demək olar ki, sürünə-
sürünə özünü yetirib traktorun qabağında dikələndə heybətli qışqırtı eşidilidi:
- Saxla! Dala çək, sənin keçmiş keçənini!.. Görmürsənmi nədi bu
kürüdüyün?!
Traktoru geri çəkməyə, motoru söndürməyə məcbur eləyib, Mirini söyə-söyə
Məmməd Xələf Zalın üstünə yüyürdü. Qan-tər içində birdən elə dirçəlmişdi ki,
boynunun qırışları olmasaydı, deyərdin cavan oğlan yüyürürdü.
- O zəbriman elə içəmməzdin ki, bir tikə ağıl qalaydı başında?! Bəsdi!
Tərpətmə daha! - deyib camaatın üstünə qayıtdı.
- Bu dəliqanlıları tutaq ki, başdan çıxarıblar, gözləri kəllələrində oynayır, bəs
siz niyə görmürsünüz bu müqəddəsatı?! - deyib kərpic əzinti-qırıntılarının
arasından əski parçası kimi qalın, əzik bir kağız götürüb, ona-buna göstərdi -
Müqəddəsatdı deyirəm! - "Tövrat"dı? "İncil"di? "Quran"dı? Xeyr, onlardan
əvvəlki, onlardan sonrakı əbədisidi!
____________
*"Stalin adına traktor zavodu".
Gurultular kəsiləndən sonra cəmaat gah yerə, gah da Abının əlindəki əski
parçası kimi qalın kağıza baxırdı.
Abı o kağızı çırpıb, silib təmizləyə-təmizləyə qışqırır, deyinirdi:
- Şura hökuməti qadağan elədi bu müqəddəsatı, yığışdırdı, yandırdığını
yandırdı, yandırmadığını gizlətdi! Mən yaşadığımı yaşamışdım, tutqudanfilandan qorxmadım, ordan-burdan "Quran", "Hədis" adı altında yığışdırdım
sizin bu varidatınızı! Bədbəxt millət! Mədəd rəhmətlik bu mülkü tikdirəndə
gecəynən gəldim, pul verdim ustalara, dedim bu müqəddəsatı qoyun bu qaya
daşlarının arasına, horün divara, sədrin heç xəbəri olmasın. Kimdən ötrü
eləmişdim mən bunu? Sizdən Ötrü eləməmişdimmi?! Sizin müqəddəsatdan
xəbərsiz balalarınızdan ötrü saxlamamışdımmı ki, bu gün, Stalin belə-filan gora
qoyulandan sonra, Xruşşov xalqa azad nəfəs verəndən sonra çıxardım üzə, deyim
gəlin dərs alın, ay balalarım... Xruşşovun da atasına rəhmət oxuyaq!
Abı elə yerli-yataqlı yalan danışdı ki, maşında Sultanın hətta dodağı qaçdı.
- Xudiyev burda olsaydı, əməlli-başlı inanardı ki, əsl kommunistdi bizim Abı,
"Xəzinə"nin sahibi də guya elə bu donqar kommunist imiş, bunu güllələsək
bəsimizdi!"..
Bir daha gülüb:
- Sür qayıdaq, bala. Neyniyə bilərik daha?! - Məhv eleyiblər "Xəzinə"mizi!
Lakin Müslüm əlini tərpətməmiş yenə Abının qışqırtısı eşidildi:
- Başınıza nə gəlibsə, hamısı bax bu müqəddəsata biganəliyinizdəndi!
Tərpənməsin heç kəs! Əl vurmayın! Özüm yığışdıracam hamısını!
Səlamət qalanını da, lap xırda-xırda əzik-üzüyünü də, hamısını yığışdıracam!
Qolumdan tutanım, sahibim varsa, qoymaz güdaza getməyə!
Bu sonuncu sözlər artıq Sultana ünvanlanmışdı. Odur ki, Sultan: - Dayan,
saxla, - dedi. - Görək bir şey qalıbmı?
Abı cibindən iri, yaraşıqlı bir bıçaq çıxartdı, böyük tiyəni açıb köynəyinin
yaxasına saldı və sərt cırıltı ilə köynəyini tən ortadan cırdı, çıxarıb yerə sərdi.
Tərtəmiz, dümağ can köynəyində, diz çöküb, namaz qılansayağı əyilib, toztorpağın içində qara cında kimi bir şeyi öpüb, qoşa ovcunda götürdü.
- Cildi qalıb Babək dediyiniz bədbəxtinizin haqqında yazılanın! Sovetin
yazıçıları, gorbagor Stalinin alimləri bunun atası EyAğı "yağ satan" eləyiblər,
anasının adının əvəzində "qəhbə" yazıblar. O eybəcər böhtanlar ifşa olunurdu burda, cildciyəzi qalıb indi! - Cildi köynəyin üstünə
qoydu.
Səməd ancaq indi gördü ki, Abının yerdə öpdüyü cında kimi şey kitab üzü
idi, Bircə balanın vaxtilə "revkom kabineti"ndəki nəhəng taxta sandıqlarda və
burda - kandarında çəmənotu, qazayağı bitən, tavanında qaranquşlar uçuşan evdə
gördüyü daş cildli kitablardan birinin cildi idi, traktorun təkərinin altında xıncmınc olmuşdu. Xeyli kənardan baxsa da, cildi Səməd dərhal tanıdı. Çünki
kandarında çəmənotu, qazayağı bitən, tavanında qaranquşlar uçuşan evin kərpic
qırıntılarının arasında belə kömür kimi qara cild başqa cild ola bilməzdi. Abı
silib-təmizlədiyi vərəqi köynəyin üstündə sığallayanda, Səməd vərəqi də dərhal
tanıdı. Çünki kandarında çəmənotu, qazayağı bitən, tavanında qaranquşlar
uçuşan evin yerində bu cür, dörd dövrəsi qızılgüllərlə, sarı bülbüllərlə bəzənmiş,
tən ortasında əski əlifba ilə cəmisi on-on beş sətr yazılmış vərəq də başqa vərəq
ola bilməzdi. Cəmaat heyrətlə çaxnaşırdı:
- A kişi, bir adam təki danışsana!.. "Qəhbə" nədi?! Babəkin anasının adına
"qəhbə" yazan yazıb, bə bunu kitaba salıb çap eliyən köpəyoğlu nə təhər eliyib
ki, səsini çıxardan olmayıb?! Əlini kəsərəm mən elə adamın!..
Abının hönkürtüsü cəmaatın səs-küyünə qarışdı.
Məmməd Xələf Zalın maşınının dövrəsi, "tros"un süründüyü yerlər, traktorla
buldozer yığanının zolaq-zolaq izləri və Ortayolda çala-çuxurlara basılmış
kərpic, daş qırıntılarının ara-bərəsi də əzik-üzük, cırıq-cırıq, parça-parça
vərəqlərlə dolu idi.
Abı dizin-dizin sürünə-sürünə, vərəqləri ovuclarında sığallaya-sığallaya, can
köynəyinin ətəyi ilə silə-silə köynəyin üstünə yığırdı.
Əmma bu iş çox çəkmədi. Növbəti kağız dəstəsini köynəyin üstünə qoyanda,
Abı ətrafına baxıb birdən ayağa qalxdı, tarım gərilib sıxılan qarmonun qırışları
necə çaxnaşarsa, Abının üzündə qırışlar da elə çaxnaşdı, qırışların arasından
tamam başqa- dümağ sifət çıxıb, hətta, yolun qırağında boy-boya verib məyus
gözlərlə ona tamaşa edən qəlyanlı qocalan da təəccübləndirdi: üzünün birdənbirə uzanantəhər olması, qırışların açılması Xızr Abının nədənsə dəhşətə
gəldiyini göstərirdi. Qəlyanlılar bir-birinə baxıb təşvişlə: - Nə oldu?! Abıya nə
oldu belə? - deyəndə Abıdan qışqırtı qopdu:
- Canmıza azar oldu! Niyə kömək eləmirsiniz?! Köynəklərinizi çixarın, bircə-
bircə yığışdırın hamısını! Bərpa eliyərik bacarsaq!
Çürük köynəyini heysiz qollarından zorla çıxarıb yerə sərdi. Sonra qalan
qəlyanlılar, hətta "qabırğası qalın", yəni çox ağır tərpənişli sayılan nəhəng
gövdəli Təftiş Abbasla özünü heç vaxt "qara işə verməyən" Qılınc da Abının o
cür heyrətinə laqeyd qalmayıb, köynəklərini çıxarıb yerə sərdilər. Dörd tərəfdən,
cəmaatdan da tərpənişən olanda Abı onlara da qışqırdı:
- Dedim yaxın gəlməyin siz! Qədrini bilməzsiniz, yığammazsınız siz bu
müqəddəsatı!
Qılınca da qışqrrdı:
- Dağıt bu avara yığnağını! Rayonun sahibi gəlib qardaşının mülkünü viranə
görüb quruyub qalıb. Bəlkə beş-üç kəlmə sözümüz var kişiynən. Gərək elə
ağzımızın içinə baxsınlar?!
Qılınc Qurban gözlərini dolandırıb elə təkcə baxışı ilə avaraları dağıdanda
sir-sifətdən çıxmış Sultan da, nəhayət maşından düşüb, yaxınlaşıb, taqətsiz
əyilib, orda-burda tək-tək az-çox səlamət qalmış kitabları, əzik-üzük vərəqləri,
cild, kağız qurıntılarını yığışdırmağa başladı. Müslüm də, əlbəttə, dərhal işə
girişdi, Məmməd Xələf Zalla ekizlər də.
Tək Səməd, "paltaratonka"nın böyründə, cəmaatdan xəlvətdə peyda olub
biləyindən yapışan hədsiz kök bir qadının dilinin altına düşüb hərəkətsiz
qalmışdı.
* * *
Kök qadın illərin uzaqlığında qalmış zərif, gözəl Gülbənizin səsilə danışırdı:
- Oğraş əmin gətirib Gülgəzi, atası evindədi. Bakıya qayıdır genə əmin.
Əllozoğluna deyib: "Özün göz-qulaq ol, qıza hədyan söz deyən- filan olmasın!"
Gedək, qurbanın olum! Gedək, kəlmələşin!.. Bu "Xəzinə" batdı. Fikir vermə
buna. Gedək!
Səməd biləyini qadının əlindən qoparıb irəli yeriyəndə burda da Abının
danlağı altına düşdü:
- Hə, gəl, gəl! Azdan-çoxdan bir şey qoyursanmı indi qabına?! Bax, gör
nələrə qabildi Bezobraziye! Şəkkak olmasaydın, dünən orda gözün
alacalanmasaydı, bu səhər heç olmasa bu quru divarlara sahib dursaydın, düşmən
dağıda bilərdimi bu müqəddəsatı?! Məhəmməd Əmirin, Ağ Əmirin, Boz Əmirin
düz on il sərasər gecə-gündüz fədailərə yazdırdıqları, dünyanın özü boyda tariximiz traktorun altında qalardımı?!
"Kitabi-Dədə Qorqud"un izahıdır" yazan Pünhanımızın bu nadirincisi belə
xıncılardımı?! - Abı səsini qısıb, ağzını Səmədin qulağına tutdu: -Nadanlığıyın
bəhrəsidi bax bu! Yığışdır indi, dəli-divanə yaramaz! Bundan sonra da divanəlik
eləsən, bu dəfə Sultanın özünü də məhv eliyəcəksən! "Xəzinə"nin dalınca onu da
güdaza verəcəksən!
Səməd biləyində hələ də Gülbənizin barmaqlarının təmasını hiss edə-edə
ağır-ağır yerə çökdü.
- Mən bilmirdim, Abı... Bilmirdim ki, divarlarda belə şey var...
- Nə?! - qarmon qırışlar yenə açılıb Abının dəhşətini göstərdi. - Nə
danışırsan, ey divanə?! Kitabları sən özün, əminnən, Mədədnən, Qurbannan,
Cəfərnən bir yerdə, öz əlinnən gətirməmişdinmi Naxçıvandan?!
- Yox... Yooox...
- Necə yox?! Qırx altıncı ildə o tayda hökumətimiz yıxılanda, qırğın
xəbərindən sonra Mirqəzəbin əmriynən Persin bu kitabları "Şeyx Xorasan"*
türbəsindən çıxardıb asfalta tökdüyünü gözlərinnən görmədinmi?!
Səməd toz-torpağın içində oturub, hərəkətsiz qaldı...
Semədin xəbəri yoxdu və ola da bilməzdi ki, hələ müharibədən əvvəl, Sultan
Əmirli ilə Mədəd Əmirlinin "tərcümeyi-hallarını gizlətdikləri" barədə söz
yayıldığı və "şeyx qardaşlarının əleyhinə kompaniya" başlandığı vaxtlar gecənin
birində Bakıdan Sultan əminin yanına sadə görkəmli, çopur üzlü, "Müəllim"
kliçkalı cavan bir çekist gəlib xəbər veribmiş ki, Mirqəzəbin şəxsən özünün
sərəncamı ilə, Gülənovla Sayılovdan və RİK Atamalıdan ibarət "üçlüyün"
başçılığı ilə iki qardaşın ikisinin də evində axtarış aparılmalıdır; Şeyx Ağ
Əmirlə, Şeyx Boz Əmirlə və ümumən o taydakı "Muğanna"larla - UluBağlılarla
əlaqələrinə və "Kainat Elmi"nə - SafAğ Elminə aid bircə parça kağız, məktub,
şəkil-filan tapılsa, bu da bəsdir ki, qardaşların sinfi mənsubiy-
______________
*"Şeyx Xorasan" Naxçıvanda, Əlincə çayının qırağında, Xanəgah kəndinin yaxınlığında dəfn
edilmiş məşhur "Yan Pünhanın" - SafAğ Aliminin gizlin adlarından biridir. Müxtəlif adlar altında
müxtəlif məkanlarda müxtəlif qiyafələrdə olmaq Ulu Bağ ƏsƏlMənin ("Süleyman"ın, "Solomon"un)
həyat təcrübəsindən götürülüb hər yerdə tətbiq edilirdi.
yəti təsdiqlənsin; Elmə heç dəxli olmayan təriqətlərə və ümumən köhnə dünyaya
aid bircə kitab, əlyazması-fılan tapılsa, bu da bəsdir ki, qardaşların siyasi
orientasiyası haqqında hökm verilsin. Buna görə də dostları -köhnə çekist
yoldaşları və şəxsən "Müəllim" özü Sultan Əmirliyə məsləhət görür ki, özünün
və Mədədin evində o taydan nə varsa, hamısını təcili yığışdırıb, əldən-ayaqdan
uzaq, etibarlı yerdə gizlətsin və ya yandırıb məhv etsin... Səmədin xəbəri yoxdu
və ola da bilməzdi ki, o axtarış ərəfəsində "şeyx qardaşlarf"nın beş-üç həyanı,
sirdaşı varmışsa, o həyan və sirdaşlardan biri də həmən "Müəllim" kliçkalı
çopur, uzun adam imiş.
Müharibədən əvvəllər, Sultanın köhnə yoldaşları ilə işlədiyi illərdə
"Müəllim" də Xüdiyev dəstəsindən sayılırmış. Əmma Sultana, Mədədə yaxşı
məlummuş ki, "Müəllim" "AdıPünhan" "Muğannalar"dandır; Ulu Bağ nəslinin
bir qolundan, bütün dövlətlərin - quruluşların dövrlərində açıq fəaliyyətdə
olmağı da bacaran məşhur "Ağ Türklər"dəndir və demək, ona inanmaq lazımdır.
Məhz bu inama görə də məsləhətə yatıb, elə o gecə, yəni "Müəllim"in gəldiyi
gecə ağ daş evdən və Əmirli mülkündən bir maşın dolusu yük yığıb, "əldənayaqdan uzaq, etibarlı yerə" göndərmişdi. Dost-tanışlardan ancaq Lüt Cəfərlə
Qılınc Qurbanın, bir də ki, "müəllinf"in iştirakı ilə baş verən bu hadisələrdən o
vaxtkı on yaşlı Bircə balanın yaddaşında bəzi şeylər qalsa da, Səmədin xəbəri
yoxdu və ola da bilməzdi ki, o "əldən-ayaqdan uzaq, etibarlı yer" qardaşların
vaxtilə gedib-gəldikləri "Şeyx Xorasan türbəsi" adında məqbərə idi; "Quran
hürufatının sirrini açdığına görə" "Hürufi" adlandırılan "Şeyx Xorasan"ın gizlin
qəbri idi, oraya göndərilən yük isə Ağ Əmirlə Boz Əmirin şəxsi arxivi və "köhnə
dünyaya aid" kitabxana idi. "Şeyx Xorasan"ın oradakı qədim kitabxanasına
qarışdırılmışdı ki, seçilməsin. İyirmi ikinci ilin yazında, yəni Ağ Əmirlə Boz
Əmirin tutulmağı ərəfəsində arxiv, üstünə "İttihadi-İslam" yazılmış iki nəhəng
taxta sandıqda Culfa "tamojnasına" - gömrükxanaya gətirilib Sultan Əmirlinin o
vaxtkı dostu, sonrakı düşməni Xudiyevə təhvil verilibmiş, bir az sonra isə
şeyxlərin Qəsri-Qacar həbsxanasından yazdıqları məktubla birlikdə qardaşların
özlərinə təhvil verilibmiş; otuzuncu ilin qışında, yəni Ağ Əmirlə Boz Əmir
öldürüləndən sonra isə kitabxana elə o cür nəhəng sandıqlarda Culfa
"tamojnasından" gətirilib, mərhumların şəxsi möhürləri ilə möhürlənmiş vəsiyyət
məktubu ilə birlikdlə burada - rayonda yenə qardaşlara təhvil verilibmiş. Bircə
bala o sandıqlardan ikisini ağdaş evin sağ küncündə - əmisinin "revkom kabineti"ndə, üçünü isə, kandarında
çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan mülkdə, baş divardakı
tək pəncərənin sağ-solundakı kitab tərəcələrinin sağ-solunda görüb, daş cildli
kitabların əski əlifba ilə naxış-naxış, gül, bulbul* şəkilli səhifələrini dəfələrlə
vərəqləsə də, Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, Sultan Əmirli ilə
Mədəd Əmirlinin "sinfi mənsubiyyəti" və "siyasi orientasiyası" hələ arxivlə
kitabxananın "tamojnada" qeydə alındığı vaxtlardan məlummuş. Yəni hələ iyirmi
ikinci və otuzuncu illərdən Mirqəzəbin əlində sübuta ehtiyacı olmayan faktlar
varmış və Mirqəzəb elə o faktların əsasındaca, axtarışsız-filansız da qardaşların
taleyini həll edə bilərmiş.
Bəs niyə həll eləməmişdi?
Səbəb nə idi ki, KQB işçilərinə çox yaxşı məlum olan "İttihadi-İslam"
firqəsinin adı sandıqların üstündə, göz qabağındaca dura-dura, yəni Sultan
Əmirli her şeyi açıq saxladığı halda, Mirqəzəb hökmən axtarış aparmağı lazım
bilmişdi?
Axtarış əgər "üçlüyün" qərarı üçün, "üçlüyün" qərarı isə həbs üçün
lazımmışsa, bəs səbəb nə idi ki, Gülənov arxivlə kitabxananın, üstəlik
"tamojnada" təhvil-təslim sənədlərinin yoxa çıxdığını aktlaşdırıb, Sultan Əmirli
ilə Mədəd Əmirlini "panislamist ədəbiyyat" gizlətməkdə təqsirləndirəndə
Mirqəzəb yenə də işi ləngidib, həmin aktı və Qonaqlı kənd sakini Xalıq
Qudalının materialını rayon fəallarının müzakirəsinə verməyi vacib saymışdı?
Əgər rayon fəallarının müzakirəsi, qardaşların haqqında "əfkarümumiyyə"nin
rəyi də ittihamnamə hazırlamaq üçün lazımmışsa, bəs səbəb nə idi ki, general
Pers gəlib rayondan Bakıya məhz belə rəy və ittihamnamə aparandan sonra da
Mirqəzəb məsələni qurtarmaq əvəzinə, Persin üstünə əsib-coşub, "sənin işçilərin
dövlət təhlükəsizliyi ilə yox, Əmir, Şeyx törəmələrini himayədarlıqla
məşğuldular!" - deyib, o "akt"dan, "rəy"dən və "ittihamnamə"dən əlavə "əsaslı
ittihamnamə" tələb eləmişdi?
Əgər söhbət doğrudan da "dövlət təhlükəsizliyi"ndən gedirmişsə və Sultan
Əmirli ilə Mədəd Əmirli doğrudan da o dərəcədə təhlükəli
_______________
*Səhifələrdə "gül", "bülbül" şəkilləri bütün Şərqdə "Elm bilən" ("Alim") rəmzləri kimi işlənirdi;
"gül" - "kiƏl" - OdƏl (Həqiqət Əli), "bil-bil" (bülbül) bilən mənasındadır; Klassik ədəbiyyatımızda
"gül", "bülbül", "xarı bülbül", "köksünün altı sarı bülbül" (dərdli) ifadələrinin çox işlənməsi bu
deyilən səbəbdəndir.
sayılırmışlarsa, bəs səbəb nə idi ki, Mirqəzəb qardaşların müharibə illərində
tamamilə sərbəst yaşamağına imkan verib, o taya ayaq döyən "rabotniki"nin -
Çax-çuxun materillarını düz beş il gözləmişdi, üstəlik, hətta o materiallardan "bir
qovluq dolusu əsaslı ittihamnamə" hazırlanandan sonra da qardaşları
tutdurmayıb, ancaq "çək-çevir"lə kifayətlənmişdi?
Səbəb nə idi ki, "şeyx qardaşları"nın məsələsi iyirminci illərdən otuzuncu
illərə, otuzuncu illərdən qırxıncı illərə qədər uzanıb, ancaq "avariya" günü
teleqramda "prekratite bezobraziye" sözləri ilə qurtarmışdı?
Nəhayət, səbəb nə idi ki, teleqramı vuran adamın vəfatından - əlli üçüncü
ildən sonra məsələ yenidən qaynayıb, bu dəfə heç bir il də çəkməyib, Mirqəzəbin
özünün tutulması ilə nəticələnmişdi?..
Səmədin xəbəri yoxdu ki, bu sualların cavabları heç də ancaq Dzerjinski
klubunun səhnəsindəki qovluqlara yox, həm də Dzerjinski; klubundan beş yüz
kilometr uzaqda, burada - Qonaqlıda Çax-çux Xalıq adlanan "rabotnik"in
"sinəsindəki sirlərdə" idi.
* * *
...Sultan Əmirlinin, Qılınc Qurbanın və bütün qəlyanlıların gözünün
qabağında Çax-çux Qudalıların həyətindən çıxıb birbaş Əmirli mülkünün yerinə,
Səmədin üstünə yeridi.
- Bu xərabəlikdə heç nə qalmayıb, qadası! Əmin də havayı zəhmət çəkir!
Dostları da!.. Bu "Xəzinə"nin sirləri Çax-çuxun bu quru sinəsinin altındadı. Sədr
Mədədin qatili də məlumdur mənə... Gəlmədin, danışmadım. Bu gün də
danışmasam, ola bilər ki, sirrlərin hamısı elə həmişəlik bu sinədə qalar. Yəni
mənim özümü də öldürə bilərlər... Məhərrəm Abbasoviçin kitabxanasında "Sirli
dastanlar" adında nəhəng bir kitab var. Sənin professorun olub o kişi, mənim isə,
bilirsən ki, bacanağımdı. Gedərik, öz əlimnən verərəm sənə o "Sirli dastanlar"ı.
Bu dastan "Xəzinə"nin məzmununu elə ordan da bilərsən, yazarsan, söz verirəm
sənə ki, birdən-birə elmlər doktoru olarsan. Hə!.. Demək istəyirəm ki, bu
"Xəzinə"nin aqibətindən qəmlənmə. Heç!.. Sən başqa həqiqətlər bilməlisən.
Qalx, gedək danışım. Qalx! İnan mənə, belə məsləhətdi.
Səməd donuq, dumanlı gözlərlə gah Çax-çuxa baxırdı, gah da əmisinə. Bir
şey anlayası halda deyildi.
Abı:
- Get! Qoy danışsın, - deyəndə bunu da başa düşmədi. Yalnız Sultan
kənardan-kənara:
- Get! - deyəndə ayılan kimi oldu.
Ayağa qalxıb Çax-çuxun ardınca yeriyəndə də, yöndəmsiz daxmanın
qabağında, həmin palıd kötüyünün yanında yenidən Gülbənizlə rastlaşanda,
"hədsiz kök qadın"ın atasına anlaşılmaz qəzəblə baxa-baxa: - Danış, danış! Sonra
mən də danışacam! Paxırını açıb göstərəcəm! -dediyini eşidəndə də beyni,
bədəni tutqundu, Çax-çuxun çənəsinin işlədiyini görsə də, heç nə dərk eləmirdi.
Əgər Çax-çuxu az-çox diqqətlə dinləsəydi, Səməd elə ilk sözlərdən başa
düşərdi ki, trubkanın qətran qoxulu tüstüsü arxasında tez-tez közərən dəyirmi
gözləri parlaya-parlaya danışan "rabomik" bu dəfə daha dəhşətli həqiqətlər açıb
"qəsd işi yoxdu" deyən qardaş qatili" adlandırdığı Sultan Əmirlinin cinayətinin
üstünə yeni-yeni cinayətlər gətirirdi.
Əgər Çax-çuxu az-çox diqqətlə dinləsəydi, "Müəllim" "kliçka"sından başqa,
Səməd, əmisi ilə köhnə çekist yoldaşlarının vaxtilə şərti olaraq "Nəcəfoğlu"
təxəllüsü ilə tanıdıqları "məşhur bir marksist filosofun adını da eşidərdi və bilərdi
ki, "rabotnik"in o taya ayaq döydüyü vaxtlar - qırx bir-qırx altıncı illərdə
Nəcəfoğlu tez-tez həmin "əldən-ayaqdan uzaq, etibarlı yerə" - Naxçıvanın Əlincə
qalası yaxınlığında Nəimi məqbərəsinə gedib, orda "Kainat Elmi"nə aid kitabları
oxuyub, əllinci ilin yanvarına qədər - doqquz il sərasər işləyib, "ancaq Kişinin
şəxsi icazəsiynən oxunan" bir kitab yazıbmış, o kitaba görə Stalin mükafatı alıb,
Elmlər Akademiyasının həqiqi üzvü seçilibmiş, əmma elə o vaxtlar o kitabın
ətrafında nə baş veribmişsə, Nəcəfoğlu birdən-birə guşənişinliyə qapılıb,
Mərdəkandakı bağından kənara çıxmırmış. Həm cismən, həm də ruhən tamamilə
sağlam ikən elə guşənişinmiş ki, ən yaxın dostlarının və hətta Akademiyanın
prezidentinin çağırışlarına da getmirmiş. O vaxt - əllinci ilin yanvarında heç
kəsin şübhəsi yoxmuş ki, guşənişinlik kitabla əlaqədardır. Çax-çux isə yəqin
bilirdi ki, Nəcəfoğlunun hamıdan, hər şeydən üz döndərməyi köhnə əhvalatdır,
özü də ancaq sədr Mədədin ölümü ilə və o teleqramla bağlıdır. Köhnə
məsləkdaşı Sultan Əmirlinin qardaşının, "Pünhan" - gizlin alim sədr Mədədin
"avariya"ya düşdüyündən və teleqramdan xəbər tutanda Nəcofoğlu dərhal yola
düşüb gəlib burda - rayonda teleqramı oxuyub və Xudiyev dəstəsi ilə o dəstəyə
yaxın adamlardan başqa, hamının ürəyindən olan teleqramda nə görübsə,
raykomda - "qardaş qatili"nin kabinetində
başını qamarlayıb, "fəlakət, fəlakət" deyə-deyə bütün günü danışıb: "Demək, bu
ölüm birbaş Stalinnən sənə bağlıdı?! Belə də fəlakətmi olar?! Demək, səni
qəsdən həbs eləmirmişlər ki, istifadə eləsinlər?!" Çax-çux "Müəllim"i şahid
gətirib deyirdi ki, Mərdəkana -bağına qayıdanda da Nəcəfoğlu hey "Fəlakət!
Fəlakət!" - deyirmiş. Dörd il sonra -əllinci ilin yanvarında Sultan Əmirli alim
dostunu görmək üçün Mərdəkana gedəndə məhz sədr Mədədin ölümü və
teleqram barədə aralarında nə söhbət olubsa, Nəcəfoğlu yenə başını qarmalayıb,
"Fəlakət!" - deyib. Sonra elə bu kəlməni təkrar edə-edə "vanna otağına girib,
qapını daldan bağlayıb, ülgüclə venasını kəsib".
Çax-çux bu ölümü sədr Mədədin ölümundən sonra Sultan Əmirlinin "ikinci
cinayəti" sayırdı. Niyə?!
- Biləcəksən, qadası. Birinci cinayətin səbəbini də, ikinci cinayətin səbəbini
də biləcəksən - deyirdi. - Səbrnən qulaq as. Səbrnən! Çünki qırx altıncı ilin
oktyabrındakı "avariya"ynan əllinci ilin "vena" hadisəsinin əlaqəsini açmaqdan
ötrü mən özüm də səbrnən, yerli-yataqlı danışmalıyam. Hə!.. Öldürülən adam
beş deyil, on deyil. Milyonlarnan adamın nə vaxt, harda, necə öldürüldüyünü
bilməsən, Sultan Əmirlinin qatilliyini dərk eləməzsən! Qulaq as... EvƏrEyləri
yer üzündən köklü-köməcli silmək planı "Vatikan"da yazılıb. Alman Patriarxına,
Gürcüstanda, xəlvəti dərədə yerləşən lap gizlin Georgi kilsəsi mərkəzinə,
ermənilərin bütün Qriqoryan kilsələri mərkəzlərində bütün katalikoslara
göndərilib. Milliyyəti bu vaxta qədər məlum olmuyan, yalan bioqrafiyaynan ömr
sürmüş köpəyoğlunun birisinə - Hitlerə, Qrek Vissarionun oğlu Qrek İosif
Stalinə göndərilib. Hə!.. Bax elə o vaxtlar bu planın birinci qurbanı kim olub,
səncə? Mustafa Kamal Pasa AtaTürk! Bəli! Hə!.. AtaTürkü öldürəndən sonra bu
məhv olan "Xəzinə"dən gizlin dərs alanların siyahısı tutulub. - Xalıq güldü. –
Bəzi ağzıgöyçəklər söz yayıblar ki, guya o siyahını mən tutmuşam!.. Hə!
Əbləhliyə bax ey! Mən özüm, büfün əslim-nəslim EvƏrEy, EvƏrEy Mustafa
Kamalı siyahıya salarammı, qadası?! Hə! Stalinnən Hitler, məhz AtaTürkün
qətlindən sonra görüşüblər, Vatikanın planı üzrə, bilərsən yəqin, əvvəlcə
İspaniyada başlayıblar qırğını. Özü də necə?! Nəzərə alsan ki, "Alman",
"Nemes", "Doylid"-filan millətin özünün də kökü indi "Ariy" yazılan
ƏrEydəndi, yəni xaliscə EvƏrEydilər, onda gör İspaniyada kimnən kim
müharibə eləyirmiş: "Kastil" - OdƏs OdƏl, yəni "İspan" - ƏsEv OdƏrləri lap
xalis EvƏrEylər, bu bir! Rusiyadan səfərbər olunub İspaniyaya göndərilən OdƏs
- "Odessa" EvƏrEyləri (yəni qədim "Krım"lılar- OdƏrEvlər), bu "faşist", "nemes" damğasıynan damğalanan bədbəxt ƏrEy
OdƏrləri özləri!.. Bildinmi nədi bu qan-qırğın, hardandı? Sonrasına qulaq as!..
Əgər Çax-çuxu az-çox diqqətlə dinləsəydi, "Müəllim", AtaTürk, OdƏs, ƏsEl,
ƏrEy OdƏrlərin Nəcəfoğlu adlan ilə yanaşı, Səməd əmisinin köhnə
yoldaşlarından daha birinin, vaxtilə kəndinin adı ilə Xalxali təxəllüsü ilə tanınıb
sonralar Demokrat firqəsinin sədri və Milli hökumətin başçısı kimi məşhurlaşmış
daha bir alimin - Mir Cəfər Pişəvəri-nin adını da eşidərdi və bilərdi ki, qırx birqırx beşinci illərdə Cənubda qırx dörd qəzet redaksiyasını "Azadlıq cəbhəsi"
təşkilatında birləşdirib, gecəli-gündüzlü çalışdığına baxmayaraq, Xalxali də vaxt
tapdıqca bu taydakı həmin "əldən-ayaqdan uzaq, etibarlı yerə" - "Şeyx Xorasan"
məqbərəsinə gəlirmiş, ordakı arxivin və "Kainat Elminə aid" kitabların əsasında
məqalələr yazırmış, yazdıqlarının bir üzünü Bakıya - Fəlsəfə İnstitutuna -
Nəcəfoğluna göndərib, o biri üzünü Təbrizdə özünün buraxdığı "Ajir"* qəzetində
çap edirmiş... Çax-çux yenə də "Müəllim"i - "Çopur" adlandırdığı çekisti şahid
gətirib deyirdi ki, qırx beşinci ilin dekabrında Demokrat firqəsinin qətəbəsindən
və Milli hökumət qurulandan sonra da Xalxali bu tayda Sultan Əmirli ilə görüşə
gəlməyə imkan tapırmış. İşi o qədərmiş ki, iftarı, naharı, şamı da maşında
yeyirmiş, yuxusunu da maşında alırmış, əmma firqəsinin məğlubiyyətindən və
Milli hökumət yıxılandan sonra Şimali Azərbaycana mühacirətə hazırlaşdığı
günlərdə də Xalxali bu tayda Sultan Əmirlinin rayonuna gəlməyə imkan
tapırmış. Qırğına məruz qalan mühacirləri xilas eləmək üçün, yenə gecə-gündüz
maşından düşməsə də, bəzən hətta güllə yağmuru altında bu taya - Naxçıvana
keçib dostu ilə görüşürmüş. "Avariya" günündən sonra - qırx yeddinci ildə də
Xalxalinin vəziyyəti bir o qədər yaxşılaşmayıbmış. Əmma "avariya"dan və
teleqramdan xəbər tutanda da imkan tapıb, dərhal gəlib teleqramı oxuyub və
teleqramda nə görübsə, eynilə Nəcəfoğlu kimi, o da "fəlakət, fəlakət!" - deyib.
Və elə bu kəlməni təkrar edə-edə rayondan çıxıb gedəndə hardasa Yevlax
səmtində avariyaya düşüb ölüb.
Bu ölümü Çax-çux "bu yazıq, bədbəxt oğlanın atasının", yəni sədr Mədədin
və Nəcofoğlunun ölümündən sonra Sultan Əmirlinin üçüncü cinayəti sayırlı.
Niyə?
- Səbr elə. Biləcəksən. Əmin adi qatillərdən deyil.
______________
"Həyəcan" - "Təbil".
Söhbətin bu yerində Gülbənizin səsi eşidildi:
- Bəsdi, dədə! Görmürsənmi sözünü eşitmir? Rusiya, Krım, Odessa, İspaniya,
Faşist-filan, nə qədər çərən-pərən danışmaq olar, a kişi?! Konkret söz de, sən bu
əzizimə! Aydın, konkret! Başa düşsün! Görmürsənmi nə haldadı?! Get burdan!
Çax-çux təəccüblü itaətlə dönüb aralandı.
Badamı gözlərdə anlaşılmaz qəzəbi anlaşılmaz gülgünlük, sonra köyrəklik
əvəz etdi.
- Boyuna qurban olum! Bayaq da gördüm, boy-buxunun daha da gözəlləşib.
Biləyindən tutdum. Tutduğumu da düz-əməlli bilmədin, sənin dərdini çəkəni
əlinin hənirini bilmədin... Hayıf, boynun bükük olub, ay Səməd! Hayıf səndən!
Mənə niyə belə boynuburuq baxırsan, yadına nələr düşür, ay Səməd?!
Sözlər nə qədər ürəkdən gəlsə də, Səməd hədsiz köklüklə birgə bu sözlərdə
də vulqarlıq duydu. Əmma bu vulqarlıq da birdən-birə dəyişib, yanğıya çevrildi:
- Niyə belə başı bəlalı oldun, ay Səməd?! Yel hayandan əsdi, tufan hardan
qopdu, niyə ayırdı səni bizdən, ay canım-ciyərim?! Bu "dədə" dediyim belə-
filanın adını "Manyak" qoyublar! Soruşurlar bu Kətyən deyilən kişinin çəpəri
niyə belə dağılıb? Kətyənnən çəpəri qalır burda, bu başlayır çərənləməyə ki, bəs
bu Kətyənin bir oğlu Fin müharibəsində batdı getdi, o birisi, nə bilim harda'...
Axırda deyirlər, ay Çax-çux, biz səndən Kətyən kişinin çəpərini soruşuruq ki,
cəmaat niyə əl tutmur, sən bizə Finlandiyadan danışırsan!.. Bədbəxtdi də! Elə
gün yoxdu ki, bu "dədə" dediyimnən dalaşmıyaq, çırpışmıyaq. Əclafdı!
Materyalbazdı, evyıxandı! Sənin bir dırnağını da dəyişmərəm buna. Günsən,
Aysan sən! Gündüzlər gün kimi işıq saçardın üstümüzə, gecələr Ay kimi nur
çiliyərdin!.. Özün bilirsən, oxuyan deyildim mən. Gözümün altını, üstünü
yırtdım, o iki illikdə bircə elə ona görə oxudum ki, sən harda işləsən, mən də
sənin yanındaca işləyim, "qardaş" deyim, bacın olum, ömrümün axırınacan
qulluğunda durum!.. Ayağıyın kirini içərəm sənin! Xörək yediyin qabın dibini
yalıyaram! Özün də bilirsən bunu, bəs niyə uzaq gəzirsən məndən, niyə
qapımdan qaçırsan, qurbanın olum?! Niyə bu qədər qəlbiqaralıq eləyirsən, a
canım-ciyərim, bu "dədə" dediyim, yəni o qədərmi köpəyoğludu ki, adam
öldürsün?! Bu deyil qatil! Bu deyil!.. Sözünü çatdırdımı sənə, bilmirəm...
Eşitmişəm, heç özün də inanmırsan bunun Mədəd əmiyə əl qaldırmağına!.. O
günü... O müsibət günü olanları bax bu gözlərimnən görmüşəm. Hə, bə nə! Elə ona görə
danlayıram bunu ki, çox danışma, söz de! Hə... Hamıdan qabaq mən eşitdim ki,
siqnal səsi gəlir, uşaqlar da Sudüşəndə çığırışırlar, "maşın döndü, maşın döndü"
deyirlər.
Cəmaat bizim həyətdən, o yığnaqdan tərpənəndə də hamıdan qabaq mən
tərpəndim, getdim gördüm qızıl-ala qanın içindədi yazıq Mədəd əmi. Bax bunu
da mən tapdım ordan...
Gülbəniz əlini irəli uzatdı. Ovcunda at nalı vardı. Çax-çuxun çəki daşı
əvəzinə işlətdiyi həmincə qurğuşunlu nal! "Avariya" günü bu daxmanın
qabağında, bu palıd kötüyünün üstündən yoxa çıxan həmincə nal!
- Eşidirsənmi, a qurbanın olum? Deyirəm bu nalı mən tapmışam ordan.
Maşının yanından... Vuran bunnan vurmuşdu, qanlı-qanlı tullamışdı ora ki,
əşyayi-dəlil olsun, dədəmdən görsünlər kişinin ölümünü!.. Fikrin məndədimi?
Əvvəlcə mən də elə bilirdim avariyadı. Ağlıya-ağlıya əlimdə tutub, heç
baxmırdım da buna. Milis töküləndə də elə əlimdəydi. Bir də gördüm o Zor
nəçənnik deyilən, Xaş deyilən Gülənovdu, kağız kimi bir şeyi tutub durub
qabağımda, ayağını ayağıma vurur, böyrümü dümsükləyir ki, "Sənnənəm, ay qız!
Əlindəkini bura qoy..." Dərd başdan aşanda adamın ağlı da itərmiş. Gözüm baxabaxa, bilə-bilə ki, bizim naldı bu nal, verdim ona, bükdü götürdü. Sonradan
sonraya başa düşdüm ki, dədəmin evini yıxmışam! "Qəsd işi, qəsd işi" deyirdilər.
"Nal Xalıqındı", "Qurğuşunlu naldı" deyirdilər. "Nalnan vuran Xalıq özüdüsə,
Xalıq niyə bura tullayıb nalı?!" - deyirdilər... Yaranı təzələyirəm, bağışla məni,
canım-ciyərim! Məcburam, neyniyim!.. Yeddi il idi bu nal Gülənovun
evindəydi... İşin arasına qoymamışdı. Özün bilirsən ki, "zaklyuçeniye"sini ayrı
cür yazmışdı. Bunu da aparıb evindəki stolunun siyirməsində saxlayırdı. Yeddi il
idi bu nalnan bir yerdə biz hamımız ailəliknən o siyirmədəydik. Guya
qohumumuzdu o Gülənov deyilən. Üzünü mürdəşir yusun! Yeddi il idi hər il
soğan qabığı kimi soyurdu bizi. Bu "dədə" dediyimin özünün qazancınnan
anamın əlinə gələni yığırdıq. Dəmiryol məktəbində sinif vermişdilər mənə.
Əmbə bilmirdim maaş nə olan şeydi. Maaşıını da qoyurdum o pulun üstə,
aparırdım verirdim Gülənovun arvadı Leyla xanıma, ayağına düşürdüm ki, nalı
qaytarsın, qaytarmırdı!.. Belə dümdüz dayandığına baxma bu "dədə" dediyimin,
içərisi yoxdu. Yeyib qurtarıb bağır-övkəsini, yaradı içərisi! Çünki canı
Gülənovun siyirməsindəydi, var-dövləti də Leyla xanımın barmaqlarında,
biləklərində, boynunda!.. İndi sənə verəcəm bu nalı? Niyə? Qulaq as.
Bu yaz, mayın əvvəlində, bədbəxt Gülgəzin başına o iş gələn günün axşamısı
hamımız oturmuşduq burda, anamın həyətində. Bu "dədə" dediyim araq
qoymuşdu kötüyün üstə, təkbaşına içirdi, çırtıq çalırdı. "Sultanınkı da
buryacanmış", - deyirdi. "Axın çatdı, dövranı qurtardı", - deyirdi. Qalxdım
arağını divara çırpdım. Dedim: "Allahın olsun, vicdanın olsun! Sultan
Əmirliynən düşmənsən, biz də bilirik düşmənsən. Bəs cavanlara yazığın
gəlmirmi?!" Dedi: "Sultan Əmirlinin özünün öz Bircə balasına yazığı gəlmirsə,
qardaşını öz əlinnən əzrayıla verib, ən yaxın dostu Xalxalini - Pişəvərini əzrayıla
verib, ən istəkli alimi Nəcəfoğlunu əzrayıla verib, indi də qardaşı oğlunu Bircə
balasını da öldürürsə, mənim niyə yazığım gəlməlidi!"
Onda bir şey qanmadım bunun sözlərindən.
Hardan biləydim ki, sənin əmin mənim bu "dədə" dediyimdən də əclafıymış!
Hönkür-honkür ağladığım yerdə, bir də gördüm yenə Gülənovdu, maşınından
düşüb dayanıb qabağımda, bu nal da əlində, elə o vaxtkı kimi, yenə ayağını
ayağıma vurur, böyrümü dümsükləyir ki, "Sənnənəm, ay qız! Hazırlaş, Bakıya
gedəcəksən. Bu nalı aparıb Səmədə verəcəksən, atasının ölümü barədə həqiqəti
deyecəksən".
O vaxtkı kimi, nal əlimdə, qurudum qaldım.
Anam süfrə açdı kötüyün üstə. Bu əclaf öpüşdü Gülənovnan. Demə Mirqəzəb
elə onda yerində deyilmiş, dostları da Gülənova xəbər veribmişlər ki,
Mirqəzəbnən Persin işləri xarabdı, Sultan Əmirlinin bəxt ulduzu doğur,
Gülənovlar, Qudalılar yığışın, başmıza çarə qılın. Bunlar da yığışıb "Şüşəli"də,
sonra da ağsaqqallarının dağılmışında qurğu qurubmuşlar, Sultan Əmirlini
ləkələmək xatirinə mənim yazıq bacılığımnan sənin məhəbbətinə suiqəsd
düzəldibmişlər. Gülənov "qardaş-qatili"ndən danışırdı, mənim bu "dədə"
dediyim də ağzından öpürdü onun. Dəli oldum, Səməd! Kötüyünüstə nə varıydı,
başlarına çırpdun!.. Əsl dəli mənəm o gündən. Kəndə gələndə gözüm dirənir
Xəlvət Rəhimin darvazasına. Elə ki, görürəm yığışdılar, heç olmasa qazanlarını
aşırmasam, rahat olmur ürəyim.
Eşit, bax, gözünün içinə deyirəm bunun: dədəm yoxdu mənim!
Anamı atdı getdi professor Məhərrəmovun baldızıynan evləndi, bağışladım.
O taya getdi gəldi, "Şeyx Ağ Əmir, Şeyx Boz Əmir" yazdı,! mənim canciyərimin atasını çək-çevirə saldı, onu da bağışladım. Çünki Sultan Əmirliyə
düşmənçiliknən əlaqədarıydı bunun hamısı. Professornan qohum olmağı da
düşmənçiliknən bağlıdı, yazı-pozusu da.
Üzünə deyirəm, evi yandırtdıran da budu!
Bir tərəfdən "Mirqəzəbə qalib gələn Kişini" ağızdolusu tərifləyir, o biri
tərəfdən düşmənçiliyini eləyir, dəridən çıxır ki, "qalib gələn Kişi"nin özünə qalib
gəlsin. İstədiyini eliyəcək bu. İndiyəcən heç kəs qabağına durammayıb, indən
belə də durammıyacaq. Özü pıçıldayıb mənə ki, Məhərrəmovun bacanağına fələk
də toxunammaz... Bircə şeyi, bircə əclaflığı bağışlamıram mən, o da Gülgəznən
səni də bu düşmənçiliyə qurban eləməkləridi. Ömürlük bağlıdı mənim qapım
bunun üzünə! Nə Gülbəniz adında qızı var bu əclafın, nə də Məsim adında
kürəkəni! Anama da demişəm, ya bunun ayağını kəssin bu qapıdan, ya da çıxsın
getsin Bakıya, zir-zibilini satsın bunun orda. Yanğında, sən quyunun qırağında
oturanda axırıncı sözüm belə olub buna.
Atam da sənsən, anam da, Səməd! Gülgəzinə qovuşduracam səni, qurbanın
olum! Eşidirsənmi nə deyirəm? Qovuşduracam!.. Dörd aydı Qaraçı gözəliyin
məktubunu gəzdirirəm qoynumda. Bu nalnan bir yerdə məktubu da
aparmalıydım Bakıya. Ürəyim gəlmədi, qorxdum dərsinə -dövrünə mane olar
bəd xəbərlər. Keçən həftə bu əclaf Bakıya gedəndə tapşırdım ki, əgər Səməd
eşitməyibsə, sən də açma. Dedim: "Özün də bilirsən, mən də bilirəm ki,
Mirqəzəb gedib - arxanız ucub, umudunuzu bu at nalına bağlayıbsınız. Səmədə
söz açsan, didərgin düşər. Ya elə Bakıda qalar, ya da çıxar gedər Moskvaya,
Leninqrada-zada. Sən elə elə ki, vaqondan düşəndə birbaş bizə gəlsin" - dedim.
Çox çalışıb bu əclaf, mümkün olmayıb.
Allah məni öldürsün, müsibət çəkibsən bu iki gündə. Hamısı ondandı ki,
həqiqətdən xəbərin yoxdu, canım-ciyərim, o "əmi" dediyin əclafı tanımırsan.
Axı, Mədəd əmini doğrudan da "öz əliynən əzrayıla verib! Doğrudan da "suiqəsd yoxdu" deyib, vəzifədə qalmağın xətrinəcə qanını batırıb qardaşının!
Üstəlik də belə bədbəxtlik: Gülgəz!. Dörd aydı nə gecəm var, nə gündüzüm, elə
bu barədə fikirləşirəm.
Qulaq as, gör necə olub.
O teleqram Mirqəzəbin üstünə vurulubmuş. Bir üzü də "əmi" dediyin əclafın
özünə gəlibmiş. Mirqəzəb əvvəlcə Xudiyevə zəng eləyib, qışqırıb ki,
"Teleqrammu nemedlenno otnimitc u neqo!"*
Sonra "əmi" dediyinə zəng eləyib,
qışqırıb ki, "Teleqrammu ne oqlaşat i sroçno vernut liçno mne!". Sonra da
Persnon öz şəxsi mühafizəçisini mindirib hərbi təyyarəyə. Heç yarım saat da
keçməyib, Pers tezcə alıb Sultan Əmirlinin başının üstünü. Lüt Cəfərnən
Qurbanlının sədri İsgəndər kişi,
__________________
*"Teleqramı təcili alın ondan!".
bir də Tahirlinin sədri Cəbrayıl kişi ordaymışlar. Üçü də oxuyubmuş teleqramı.
Pers hamısının dilindən iltizam alıb ki, Sultan Əmirlinin kabinetində oxuduqları
sənədin, gördükləri adamların, eşitdikləri sözlərin haqqında heç vaxt heç kəsə
heç nə deməyəcəklər. Qol çəkdirib, kağızı qoyub cibinə, naqanını çıxardıb,
deyib: "Ya teleqramı ver, ya da həyatından keç". "Əmi" dediyin deyib: "Məndə
deyil. Konverte qoydum, qardaşıma göndərdim". Aydındımı, ay Səməd?!
Hey fikirləşirəm ki, teleqramı ordaca qaytarsaydı, bədbəxtlik olardımı?! Özü
ölməliykən qardaşını öldürtdürüb. Budu bax həqiqət!
Bu dədə dediyim əclaf indi gizlətmir heç nəyi. Deyir: "Persi həyətdə,
yığnağın içində, başında motalpapaq, əynində kürk görəndəcə bildim ki, nəsə
olacaq". Özünü görməməzliyə vurub bu. Guya nə görüb, nə də tanıyıb. Başını
sallayıb kişmişini satıb. Persin yanında bir yekəsi də varmış, bu deyir deyəsən
mühafizəçisiymiş. Camaata qarışıb kişmiş alıb o "Yekə". Sonra xəlvətə salıb nalı
götürüb, maşnı gələndə atılıb minib, işini görüb, əmbə teleqramı tapmayıb
Mədəd əminin üstündə. Qardaşını bada verəndən sonra qardaşının tabutunun
yanında qəhrəman kimi oxuyub o əmi dediyin əclaf! "Prekratite"-filan!
Eşidirsənmi, qurbanın olum, başa düşürsənmi kimdi əmi dediyin, nəyin
hesabına oturub stolda?!
O bədbəxt Qaraçı gözəlin çox şey yazıb məktubunda. Oxuyacaqsan,
görəcəksən ki, namussuzluğu da əmiyin özündən düşüb. Yəni o qədərmi içibmiş
ki, ayıb olmasın görməyib altındakı kimdi?! Bu dədə dediyimin əl-üzünü
yumuram mən. Əmbə istəyirəm biləsən ki, yeddi ildə qatil kimi tanıdığın adam
qatil deyil! Qarasına uçduğun, canını qurban dediyin adamdı qatil, a qurbanın
olum!.. Eşidirsənmi? Xalıq Məmmədəli oğlu Qudalı deyil sənin düşmənin! Xalıq
Qudalının da, sənin də, Gülgəzin də, mənim də bir düşmənimiz var, o da qardaş
qatilidi! Eşitdinmi?! Lap hündürdən deyirəm, özüdə eşitsin: özüdüqatil! Qardaş
qatili!.. Döşündə qızıl ulduz, ayıb olmasın altında dünya gözəli, kefə baxır! Tfu!
Tfu!.. Əlini üzündən çək, qurbanın olum, ağlama! Eşitdinmi dediyimi?!
Yox, Səməd eşitmirdi. "Şirin-şıtıq gözəl" ikən vulqar qadına və vulqar qadın
ikən belə çoxbilmiş zənənə çevrilən zənənin əlində nala baxırdı və "qardaş qatili"
kəlmələrindən başqa, daha heç nə eşitmirdi. Kirpiklərindən yaş əvəzinə elə bil su
axırdı.
Çoxbilmiş zənən "Qurbanın olum, Canım-ciyərim" deyə-deyə əşyayi-dəlil
nalı Səmədin kəmərinin altına soxub, hönkürüb kənara çəkildi.
* * *
Sonra yenə Çax-çuxun çənəsi işləməyə, sinədəki sirləri açıb tökməyə başladı:
- Qardaşını necə güdaza verdiyini bildiyin kimi, o böyük adamları necə
güdaza verdiyini də yerli-yataqlı, dəlil-sübutnan biləcəksən, qadası - deyirdi.
Əmma Səməd hələ də dinləyəsi halda deyildi.
"Şirin-şıtıq gözəl" ikən vulqar qadına, vulqar qadın ikən dədəsindən də ötə,
müəmmalı çoxbilmiş zənən əşyayi-dəlil nalı qoftasının altından çıxarıb irəli
uzadanda, bu nal bir parça buza dönüb Səmədin əmgəyinə yapışmışdı. Bu nal
ortalıqda ola-ola, Gülənovun ardınca əmisinin də "qəsd işi yoxdu" dediyini
xatırlayar-xatırlamaz Səməd əmgəyində əməlli-başlı buz soyuqluğu hiss etdi.
Tək bir dəfə, tələbə vaxtı, Yusif kimi gözəl Yusifin dodaqlarının kənarlarında fır,
burnunun üstündə qoz əmələ gəldiyini görüb, dostunun "Qozdu Yusifəm, idbar
Yusifəm indi" dediyini eşidəndə belə bir şey hiss eləmişdi: əmgəyi birdən-birə
buzlaşmışdı. Sarsıntıdanmı? Böyük itki qoxusundanmı? Nədənsə, Yusif kimi
gözəl Yusifin doğrudan da İdbar Yusifə çevrildiyini görəndə necə olmuşdusa,
nalı Gülbənizin əlində görüb, əmisinin "qəsd işi yoxdu" dediyini xatırlayanda da
eləcə oldu: buzun altında beyin gizildəyib, sıxılıb bərkidi, qulaqlarının dalından,
peysərindən kürəyinə, çiyinlərinə, qollarına və bütün bədəninə soyuq çimildəşmə
yayıldı. Gülbəniz göz yaşı tökə-tökə, "canım-ciyərim" deyə-deyə nalı onun
kəmərinin altına keçirəndə isə, bu nal sehirli güzgüyə çevrilib Səmədə bir tabut
göstərdi.
Hamanca tabutdu: qapağının hər küncündə bir mismar işıldayırdı...
Yeddi il səkkiz ay bundan əvvəl mismarları Səməd necə aydın görmüşdüsə,
indi də eləcə - bütün aydınlığı ilə görürdü və anbaan daha da bərkiyib daşlaşan
beynində o dörd mismardan başqa heç nə olmasa da, anlayırdı ki, qırx altıncı ilin
dekabrının iyirmi üçündə gördüyü tabutu bu gün - əlli dördüncü ilin avqustunun
iyirmi beşində eynilə görməyi boş-boşuna deyildi: "avariya" təkrar olunmuşdu!
Məhz təkrar olunmuşdu.
Əmma o avariya ilə bu avariyanın fərqləri də vardı.
Əsas fərq bunda idi ki, tabutdakı meyid indi tək atasının meyidi deyildi. Atası
ilə yanaşı meyidin boz kiteli, boz, düzbalaq şalvarı, qara xrom çəkmələri vardı.
Pırpız qaşları, açıq qalmış boz-ala gözləri, iri burnu, qalın, sərt dodaqları vardı. O
meyid Səmədin yeddi il səkkiz ay və iki gün ərzində bütün günahlarını bağışlaya-bağışlaya, öz ürəyi, öz vicdanı
kimi qoruduğu Sultan Əmirli adında möhtəşəm dünyasının meyidi idi; tabutun
örtülü qapağının altında, Səməd atasının ancaq partlayıb dağılmış qanlı
gicgahını, əmisinin isə, yuxusuz gecələrdə çallaşmış qaşlarının birər-birər
tüklərini də görürdü və başa düşürdü ki, hətta qaşlarının tükləri də dilə gəlib min
bir fikir söyləyən bu "uca şəxsiyyəti", bu "gözəl insanı", bu "ata hənirli ata
əvəzini" heç kes əvəz edə bilməyəcək.
O "avariya" ilə bu "avariya"nın əsas fərqi bunda idi.
Fərq bir də bunda idi ki, bu dəfə nə teleqram vardı, nə Stalin adı, nə də Stalin
adından ikicə kəlmə "Prekratite bezobraziye" deməklə bütün "bezobraziye"lərə
son qoyub, hətta ölümün dəhşətini də yuxuya çevirə bilən bir adam vardı.
"Prekratite bezobraziye" əvəzinə o adam "Qəsd işi yoxdu", - deyib qardaşına da,
qardaşı oğluna da, özünə də xeyanət eləmişdi və elə xəyanətinə görə gözdən
düşüb xırdalaşıb, rəzilləşib, nəhayət, ölmüşdü. Elə ləyaqətsiz, elə şərəfsiz
ölmüşdü ki, dəfnə, yasa gələn də yoxdu. Tək bir nəfər - Çax-çux Xalıq tabutdakı
"uca şəxsiyyət"in ölüsünü də Səməddən almağa gəlmişdi:
- Əsl Bezobraziye öz əmin ola-ola, hansı Bezobraziyedən danışırsan?! -
deyirdi.
- Mirqəzəbin yekəsi öz əmin ola-ola, hansı Mirqəzəbdən danışırsan?! -
deyirdi.
Fərq, nəhayət, bir də bunda idi ki, beyni nə qədər daşlaşsa da, bu dəfə Səməd
boğulmurdu. Gözlərinə qaranlıq çökmürdü. Dünya zülmətə batmırdı. Tabutla,
qapağın hər küncündə bir mismarla birgə Səməd, qarşısında bir cüt fanarını
parıldada-parıldada aramsız ötən Çax-çuxla Gülbənizi görürdü.
Əgər Çax-çuxu az-çox diqqətlə dinləsəydi, "Müəllim"in, Nəcəf- , oğlunun,
Xalxalinin adları ilə yanaşı, Səməd Mirqəzəbin Pers adlandırdığı "rabotnik"in
həqiqi adım da eşidərdi və bilərdi ki, qırx bir-qırx beşinci illərdə Pers - general
Atakişiyev də həmin "əldən-ayaqdan uzaq, etibarlı yerə" - "Şeyx Xorasan"
məqbərəsinə gedirmiş, yol kənarlarında nəzarətçilər qoyub, məqbərəyə girib,
arxivdə və kitabxanada nə isə məxfi iş görürmüş, Nəcəfoğlunun, Xalxalinin, ya
da onların işçilərindən kiminsə gəlişindən xəbər tutanda isə, məqbərədə hər şeyi
əvvəlki qaydaya salıb, çıxıb tezcə uzaqlaşırmış.
Arxivlə kitabxananın o məqbərəyə göndərildiyini Pers hardan, necə
öyrənibmiş? Çax-Çux bu barədə bir söz deməsə də, belə çıxırdı ki,
hələ "Müəllim"in axtarış xəbəri apardığı gecədən, Mirqəzəb özü də, Perslə
birlikdə, hər şeyi bilirmiş; "siyasi mövqeyi yanlış, millətçi" sayılan
Nəcəfoğlunun ətrafına toplaşmış alimlərin və çekistlərin təhriki ilə Sultan
Əmirlinin evinə gedib "dövlət sirrini açdığına görə" "Müəllimə" töhmət
veribmişlər, özünü də fəlsəfə institutunda Nəcəfoğlunun aspirantı və katibi
düzəldibmişlər ki, "o millətçinin" o taya - Xalxalinin qəzetinə göndərdiyi
məqalələri əvvəlcədən oxuyub təhlükəli fikirləri qeydə alsın və Persə tez-tez
məlumat yazıb günahını yusun.
Çax-çuxun fikrincə, bacanağı "Müəllim" - Məhərrəm Abbasoviç elə o
"danosçik" alim olduğu vaxtlarında da haqqı nahaqqa verməzmiş, vətəninin,
xalqının o tayda milli istiqlaliyyət yolunda çalışan oğullarını qorumaq üçün
canından keçməyə hazırmış. Əmma, eyni zamanda, elə indiki kimi ayıq və
tədbirli imiş; bir tərəfdən "kəfəni boğazına dolayıb", Mirqəzəblə Persin növbəti
"dövlət sirrini" də dostlarına açıb, "Mənim elimnən Nəcefoğlunun başını
yeyəcəklər", - deyibmiş, o biri tərəfdən, dostlarına xidmətini davam etdirmək
üçün, Nəcəfoğlunun o taya göndərdiyi "Prometey odu" adlı məqaləsində
"millətçilik" barədə məlumat yazıb Perslə yaxınlaşıbmış, sonra Xalxalinin o
taydan fəlsəfə institutuna "Pişəvəri" imzası ilə göndərdiyi bir əlyazmasında
Prometeyi "EvƏrOd* Bağday" adlandıra-adlandıra "əfsanəni Bağday həqiqəti"
kimi qələmə verib**, "milli lovğalığa yuvarlandığını" şəxsən Mirqəzəbə yazıb,
beləliklə, Mirqəzəbin özünün də etibarını qazanıbmış və elə bu etibara görə
"Müəllim", nəhayət, general Atakişiyevlə - Perslə birlikdə məqbərəyə gedib,
ordakı "məxfi işi" öyrənməyə nail olubmuş.
O nə iş imiş?
Elə bir iş imiş ki, indi Mirqəzəblə Persin məhkəmədə müttəhim kürsüsündə
oturduqları bir vaxtda da o barədə açıq danışmağa icazə verilmir; iki gün bundan
əvvəl bacanağını rayona yola salanda Məhərrəm Abbasoviç köksünü ötürüb,
"Heyif, danışmaq olmaz. Dövlət sirridi", -deyib. Odur ki, məhkəmədən beş yüz
kilometr uzaqda Çax-çux da Mirqəzəblə Persin əsas cinayəti sayılan o "məxfi iş"
barədə açıq söz deməyi lazım bilmir. Əmma Səməd sözdən söz çəkməyi bacaran
_______________
*EvƏrOd təhrifi "Fərhad". Bütün bədii əsərlərdə də "Fərhad"dır.
**Yəni "FerOd" (əsli EsƏrEyOd) "Bisütuna" döndərilmiş Bağstan qayalarındakı təhrif. Farsi
yazıları çapıb, "su" - SafAğ Elmi çıxarır.
oğlandır, diqqətlə qulaq assa, özü başa düşər ki, qırx bir-qırx beşinci illər
arasında o məqbərədə görülən iş nə iş imiş. Səmədə kömək üçün Çax-çux ancaq
bunu deyə bilər ki, iyirmi ikinci ildə İranın siyasi polisi kommunistləri hər yerdə
həbsə alıb Qəsri-Qacara göndərəndə, Pişəvərinin təklifi ilə, partiyanın
arxivindəki əsas sənədləri, o cümlədən Ənzəlidə, Ərdəbildə, Mazandaranda,
Təbrizdə, Xorasanda, Rəştdə, Gilanda və Tehranda "podpolya" ların sənədlərini
də Ağ Əmirlə Boz Əmirə etibar edibmişlər. Ağ Əmirlə Boz Əmir də kağızları
vaxtilə özlərinin mənsub olduqları "İttihadi-İslam" firqəsinin kağızlarına
qatışdırıb, sandıqlara doldurub, "şəxsi arxiv" adı ilə bu taya göndəribmişlər.
Otuzuncu ildə şəxsən Stalindən məxfi "depeş" alıb İranda "təhlükəliləri həbs
etmək" haqqında siyasi polisə göstəriş verəndə və polis ikinci dəfə kütləvi
həbslərə başlayanda isə, yenə də Pişəvərinin təklifi ilə partiyanın Təbrizdəki gizli
kitabxanasından ən vacib kitabları seçib. "İttihadi-İslam"ın kitablarına qatışdırıb,
mərhum şeyxlərin "vərəsəlik şəhadətnaməsi" ilə birlikdə "Vərəsə kitabxana"* adı
ilə bu taya göndəribmişlər. Perslə məqbərəyə gedəndə Məhərrəm Abbasoviç
dərhal görüb ki, arxivlə kitabxana əslində Demokrat firqəsi zəminində yaradılmış
Kommunist Partiyasına məxsusdur; Partiyanın hələ Demokrat adından əvvəl
"Hümmət" adı ilə tanındığı vaxtdan rəhbəri olan "Doktor"un - Nərimanovun
1904-cü ildə öz dəst-xətti ilə yazdığı "Məramnamə"dən başlamış, sonuncu
rəhbəri Pişəvərinin "Qızıl sətirlər" adlanan məqalələr məcmuəsi də, bütün
şəhərlərdə və vilayətlərdə özəklərin şifrəli ünvanları da, həmin özəklərdə işləyən
"Hümmət"çi "kommunist"lərin - gizlin Bağday tarixi öyrənən fədailərin şifrəli
siyahıları da ordadır. Sonrakı səfərlərində Pers özü ilə köməkçi "şifrovalşik"** aparıb, sandıqda yeddi yüz əlli kitabın hamısını bircə-bircə, səhifə-səhifə
zərrəbinlə yoxlamağa başlayanda isə, Məhərrəm Abbasoviç başa düşüb ki,
məqbərə həm də təlimat mərkəzidir; otuzuncu ildən qırx birinci ilə qədər, on bir
il "Qəsri-Qacar zindanında və sürgündə qalıb buraxılandan sonra Pişəvəri "qayət
məxfi" təlimat və tapşırıqlarını "etibarlı yerdə" kitabların səhifələrinə yazırmış,
"podpol"yalar da hər şeyi ordan aparırmış. Səməd elə bundan nəticə çıxara bilər
ki, general Pers orda nə iş görürmüş. Demokrat partiyası bütün gizlin özək
ünvanları ilə birlikdə, Mirqəzəbin ovcunda imiş.
_________________
*Kitabxananın bir qismini 1964-cü ildə Cənublu elm adamı, Musəvinin Bakıdakı evində
gördüm. Məsələ KQB ilə bağlı olduğu üçün sirri açmadım (Muğanna).
**Şifrə açan.
Bu iş elə məxfi aparılırmış ki, "Müəllim"i məqbərəyə apardıqca Pers onu hər
dəfə ölümlə hədələyirmiş: "Xatırladıram, bu sirri cəmi üç
nəfər bilir. Birinci elə birincidi.* İkinci mənəm. Üçüncü sənsən. Dördüncü də var,
onun adını çəkənin dili kəsilər!** Sirr açılsa, bu məqbərəyə ayağı dəyən adamlardan biri də
sağ qalmıyacaq", - deyirmiş. "Müəllim" isə yenə "kəfəni boğazına dolayıb", Persin
hədələrini dostlarına çatdırıb, dönə-dönə "Ehtiyatlı olun", - deyirmiş. Belə çıxırdı ki, hələ
sədr Mədədə sui-qəsddən, Pişəvərinin "avariya"ya düşməyindən, Nəcəfoğlunun venasını
kəsməyindən xeyli əvvəllər də təhlükə gözlənirmiş. Bu cür qırğın təhlükəsinə
baxmayaraq, Sultan Əmirli məhz o "məxfi işi" açmaq niyyətilə Ali Baş Komandan Stalinə
məktubu məktub üstündən yazıb "Müəllim"ə oxuyurmuş. "Müəllim" qəti etiraz eləyib,
"Bəlalarımızın hamısı "Bığlı"dan*** gəlmirmi?! Mirqəzəbnən kəşfiyyatçılarını tutdursan,
Bığlı sənin Özündən necə istifadə eliyər, bilirsənmi?!" - deyirmiş və Mirqəzəbin indi "za
slujeniye kapitalu"**** ittihamı ilə güllələnmiş "şefinin" – Beriyanın***** adını çəkməsə də,
eyham vururmuş ki, "Böyük arxası olmasa, Mirqəzəb belə iş görməz". Məhz "Müəllim"in
qəti etirazlarına görə, qırx iki, qırx üç, qırx dördüncü illərdə yazılan məktubların heç biri
göndərilməyib. Əmma "məxfi iş" barədə Ali Baş Komandan Stalinə Bağday tarixinin
açılmasının bütün planet üçün xeyirli olması barədə elmi məlumat çatdırıb, Stalinə təsir
etmək fikri dostların hamısının fikri imiş. Həm də müharibədən sonraya saxlamağı
məqsədəuyğun saymırmışlar. Odur ki, qələbə ərəfəsində - qırx beşinci ilin yazında dostlar
məqbərəyə yığışıb qərara gəliblər ki, o iş haqqında Sultan tək bir, geniş, hərtərəfli məktub
hazırlasın, "Müəllim"in vasitəsilə Bakıya - Nəcəfoğluna göndərsin, Nəcəfoğlu fəlsəfə
institutundan Cənub mətbuatına material aparan çekist dostlarının vasitəsilə Pişəvəriyə
göndərsin, Pişəvəri isə məktubu "Azadlıq cəbhəsi"nin****** konvertinə qoyub, Tehrandan
Moskvaya "ikinci cəbhənin" ******* poçtunu daşıyan təyyarə ilə göndərilməyinə nail olsun, həm "konspirasiya"******** gözlənilsin, həm də
_______________
*M.C.Bağırov nəzərdə tutulur.
**Stalin nəzərdə turulur.
***Stalinin ləğəbi.
****Kapitala xidmət.
*****Lavrenti Beriya - SSRİ Təhlükəsizlik Komissarlığının sədri.
******Cənubda "Azərbaycan milli hökuməti" siyasi məqsədlə SSRİ tərəfindən təşkil olunub "Azadlıq
cəbhəsi" adlandırılmışdı.
*******"İkinci cəbhə" - SSRİ-nin o vaxtkı müttəfiqləri tərəfindən Almaniyaya qarşı cəbhə xətti.
********Gizlinlik.
Ali Baş Komandan Cənubi Azərbaycanda "Azadlıq hərəkatı"nın ən güclü
təşkilatlarından birinin - "Mətbuatın azadlıq cəbhəsi"nin konverti ilə maraqlanıb,
raykom katibi Sultan Əmirlinin məktubunu şəxsən oxusun, Bağdayı bərpa
etməyin və qədim dünya OdƏrlərinin bütün planet miqyasında birləşdirməyin
bütün ölkələr üçün necə xeyirli bir iş olduğunu anlaya bilsə, "Azadlıq
hərəkatı"na münasibətini dəyişdirsin.
Necə qərara gəliblərsə, elə də eləyiblər və Sultan Əmirlinin yandırmağa
məcbur olduğu əvvəlki məktublarının əksinə, qırx beşinci ilin yazında hazırladığı
axırıncı məktub - geniş tarixi məlumat, nəhayət, ünvana gedib və məlumdur ki,
qırx altıncı ilin dekabrının iyirmi üçündə haman teleqram gəlib. Əmma
"prekratite bezobraziye" sözlərinin kəskinliyinə və bu sözlərin altındakı imzanın
qüdrətinə baxmayaraq, Mirqəzəb heç də qamaşmayıb və "Müəllim"i
hədələyəndə general Pers necə deyibmişsə, təxminən elə də olub: "məqbərəyə
ayağı dəyənlərdən" hərəsi bir yolla dünyadan gedib, "yarımallah Kişiyə" çevrilən
"qardaş qatili" salamat qalıb, bir də Məhərrəm Abbasovic. Çünki "Yarımallah
kişi" Sultan, "Bığlı"nın şəxsi müxbirinə çevrilibmiş!
- Bildinmi, ay yazıq "Bircə bala"sı?!
Çax-çuxu diqqətlə dinləsəydi, Səməd bilərdi ki, hələ "Ehtiyatlı olun, ehtiyatlı
olun" dediyi vaxtlar "Pünhan" - "Müəllim" - Məhərrəm Abbasoviç Sultan
Əmirlinin məktubundan nələr törəyəcəyini, yəni Bığlının qan tökəcəyini
qabaqcadan görürmüş və Sultan Əmirlinin özü ilə sədr Mədədə də, Nəcəfoğlu ilə
Pişəvəriyə də dönə-dönə xəbərdarlıq eləyib, "Mirqəzəbnən Pers yox, siz
cəzalanacaqsınız. Siz cəzalanacaqsınız!" - deyirmiş. Odur ki, "konspirasiya"ın
təşkil eləyib, məktubun ünvana yetişəcəyini başa düşən kimi, məktubun ardınca
özü də Moskvaya gedib, Mirqəzəblə Persdən gizlin, Rudenkodan əvvəlki SSRİ
prokurorunun - tələbə yoldaşının qəbulunda olub, Culfa yolu üstündə, qədim
məqbərədə "məxfi işi" bütün təfsilatı ilə danışıbmış və elə orda da - prokurorun
kabinetində oturub, hər şeyi rəsmi yazıb, imzalayıb veribmiş. O vaxtdan - qırx
beşinci ilin yazından qırx altıncı ilin dekabrına qədər Məhərrəm Abbasoviç
"fövqəl"adə siyasi iş" üçün SSRİ prokurorluğunun sərəncamında olan kadr kimi,
"operativniklər" tərəfindən qorunurmuş və o iş üçün ayrılmış "xüsusi qrup"un
köməkçiləri ilə birlikdə gah Cənubi Azərbaycanın müxtəlif şəhərlərinə -
Ərdəbilə, Ənzəliyə, Təbrizə, Xorasana, gah da Rəştə, Gilana və Tehrana
gedirmiş. Əgər Çax-çuxu diqqətlə dinləsəydi, Səməd bilərdi ki, qırx altıncı ilin
dekabrında teleqram gələndən sonra "xüsusi qrup" ləğv olunub, "kapitala xidmətinə görə güllələnən
şefin hökmüynən Cənub məsələsi bağlanıb arxivə atılıb", bir də bu "yaxınlarda,
Rudenko SSRİ prokuroru təyin ediləndə meydana çıxarılıb. Əmma Məhərrəm
Abbasoviç özünü həmişə o "ləğv olunan xüsusi qrup"un üzvü sayırmış, köhnə
qrup üzvləri ilə, o cümlədən Rudenko ilə əlaqəsini kəsmirmiş, hətta Azərbaycan
tarixinin Sovet dövrünə aid dissertasiya yazıb, tarix elmləri doktoru olub, partiya
məktəbi ilə yanaşı, müxtəlif institutlarda mühazirə oxumağa başlayandan sonra
da Məhərrəm Abbasoviç həmin "xüsusi qrup"un işini davam etdirib, indi
Dzerjinski klubunun səhnəsinə qalaq-qalaq yığılmış qovluqların arasındakı
nömrəsiz qovluqda ilk rəsmi yazısını şərh edən əlavə sənədlər toplayırmış.
Demə, Bığlının atası kimi tanınan məşhur keşiş "Cuqaşvili" Gürcüstan və
Azərbaycan ərazisindəki Qrekləri himayə edən çox varlı Vatikan casusu imiş.
"Müəllim" hələ cavanlıqda bu "informasiyanın" izinə düşüb və öyrənib ki, Sovet
dövründə bağlanmış sayılan Georgi kilsəsi əməlli-başlı işləyirmiş və keşiş özünü
"Dağ qartalı" adlandıran Stalinin başçılığı ilə, Qafqazda zəncirlənmiş, yəni
Qreklərlə əhatə olunmuş Prometeyin qanını içmək üçün "qartallardan" -
Qreklərdən ibarət "internasionalnıy otryad" düzəldibmiş və "qartallarına, o
cümlədən Mirqəzəbə də hər il "Cuqaşvili paketi" - qızıl göndərirmiş. Çax-çuxun
sözündən belə çıxırdı ki, bu cür cinayətlərin açılmasında onun - Xalıq Qudalının
özünün də əməyi az deyil; aşkarda Mirqəzəbin "rabotniki" kimi tanınsa da,
əslində Xalıq öz əziz bacanağının, nadir qabiliyyətli böyük çekist, alim və
ictimai xadim Məhərrəmovun "rabotnik"i olub; aşkarda general Persin,
podpolkovnik Xudiyevin buyruqlarına getsə də, əslində, Məhərrəm Abbasoviçin
tapşırıqları ilə işləyib və indi, nəhayət, açıb deyə bilər ki, təkcə Təbrizə yox,
Ərdəbilə, Ənzəliyə, Xorasana da gedib, Milli hökumət qurulanda isə, məhz
Məhərrəm Abbasoviçin tapşırığı ilə Mazandarana, Rəştə, Gilana və Tehrana da
gedib, hər yerdə Demokratlarla görüşə-görüşə, Mirqəzəblə Persin "məxfi işi"
barədə xəbərdarlıq eləyib: "Bütün ünvanlar, bütün siyahı əllərindədi. Hazır olun,
sizi qıracaqlar". Əgər bu deyilənlərə şekk-şübhəsi varsa, Səməd "Müəllim"dən -
professorunun özündən soruşsun, bilsin və inansın ki, bu "Çax-çux" adlanan
adam, "kitayski makentoş", "kitayski fanar, kitayski termos" sata-sata, özü
özünəcə "Çax-çux" adı qoyub şəxsiyyətini, mənliyini kiçildib, hətta eşşək kimi
yüklənib atın qabağında milisə aparılanda da cınqırını çıxarmayıb. Bütün rayon
danışır ki, bu taya gələndən sonra Fağır - Yağır Məmmədəli Sultan Əmirlinin təqiblərinə dözəmməyib özünü
quyuya atıb. Quyuya hələ də "iyili quyu" deyilir. Xalıq yalnız Məhərrəmovun
xahişinə görə, atası Fağır Hambalın - Yağır Məmmədəlinin şəksiz qatili Sultana
toxunmayıb, o qatilin işləri barədə nə Xudiyevə bir kəlmə deyib, nə Persə, nə də
Mirqəzəbin özünə; içindən qovrula-qovrula susub, o böyük çekistlə çiyin-çiyinə
vətənə xidmət eləyib. İndi o klubda SSRİ prokurorunun yenidən fəaliyyət
göstərən "xüsusi qrup"unun üzvləri yəqin ki, birinci sırada oturublar, iyirminci
illərdən bu vaxta qədər - otuzca il masqalı qalmış Mirqəzəb adında siyasi
cinayətkarı ifşa etdiklərinə görə hamısı qəhrəman sayılır, Çax-çuxun isə, necə
deyərlər "it dəftərində" də adı yoxdur. Əmma Çax-çux buna da dözür. Əgər
Məhərrəm Abbasoviç hardasa, kiməsə nə isə deyib Qonaqlı kənd sakini Xalıq
Qudalının vətənə xidmətini rəsmi qeyd etməyi lazım bilməsə, "Çax-çux" adı və
"rabotnik" damğası üstündə qalsa, Çax-çux buna da dözər. Tək bircə şeyə
dözməz. O da budur ki, vaxtilə teleqramı stolunun şüşəsinin altına qoyub,
yarımallah Kişiyə çevrilən o "qardaş qatili", indi də Mirqəzəbin "qəbrini qazan"
qəhrəmanlardan biri kimi, o məktubun surətini şüşəsinin altına qoyub, yenə
yarımallah olsun. Srağagün qatarda Çax-çux belə fikirləşmirdi. "Dövranı
qurtarıb" - deyirdi. Çünki Gülbənizin həqiqətini Səməd srağagün qatardan
düşəndə bilməli idi və elə o gecə qatilin üstünə getməli idi, qatil isə, qardaşı
oğlunun qabağında heç olmasa az-çox bəraət qazanmaq üçün Əlləzoğlunun
qızını evdən qovub, əxlaq düşgünlüyü barədə söhbətləri öz əli ilə təsdiqləməli idi
və bununla da dövranı qurtarmalı idi. Səmədin dünyadan xəbərsizliyi hər şeyi
tərsinə döndərdi; o qatil şəhərin mərkəzi küçəsində qardaşoğlu ilə çiyin-çiyinə
yeridi! Hətta evinə apardı! Hətta qədəh döyüşdürdü! Kefləndirib, yanına salıb,
işıqlı küçədə gəzdirib, yetirməsi ilə dostluğunu nümayiş etdirib, hamının ağzına
daş basdı. Səmədin dünyadan xəbersizliyindən belə istifadə etdi o usta siyasətcil,
qatil! Bu səhər isə sevinə-sevinə, gülə-gülə getdi! Niyə? Çünki Səməd sarıdan
beli bağlıdır; əmindir ki, Mirqəzəbə qalib gələn Kişi şöhrətilə qayıdanda hamı
səsini içinə salacaq və "avariya" günündən indiyə qədər qardaşı oğluna "Bircə
bala" deyə-deyə necə hər şeyi gizlədibsə, bundan sonra da eləcə ört-basdır
eləyib, öz yarımallah Kişiliyində qalacaq. Bax, buna dözməz Çax-çux. Heç cür
dözməz. Odur ki, "əşyayi-dəlil nal"ı ortalığa çıxarıb ki, "teleqramı qardaşıma
göndərdim" deyib qardaş qanına bais olan qatil cəzasız qalmasın! Əlbəttə, nə
həqiqəti
danışıb "əşyayi-dəlili" Səmədə verən Gülbəniz razı olar ki, Səməd bu nalı silah
kimi işlətsin, nə də Çax-çux özü arzu eləyər ki, bu nal bir vaxt Persin əmri ilə
sədr Mədədin gicgahını partlatdığı kimi, indi də sədr Mədədin oğlunun qisas
hökmü ilə, "qardaş qatili"nin gicgahını partlatsın; Gülənovun darvaza qabağına
qoyduğu milisionerlə və sədr Mədədin mauzeri ilə əlaqədar qurğunu Çax-çux
ona görə ləğv elədi ki, başına gələn müsibətlərdən sonra Səməd üstəlik də "eşq
dəlisi", "əmisi arvadının oynaşı" və "əmisinin qatili" damğaları ilə damğalanıb
qazamata düşməsin, partbiletini, gələcəyini itirib, ömürlük bədbəxt qalmasın;
əgər ömürlük bədbəxt qalmağını istəmirsə, Səməd sadəca bir iş görməlidir: bu
nalı aparıb o qatilin qabağınaca qoymalıdır. "Danış, əmi. Danış görüm qardaşını
necə öldürdün" deməlidir, vəssalam. Bundan başqa heç nə lazım deyil. Niyə?
Çünki divin canı şüşədə olan kimi, o siyasətcil qatilin canı da bu
"əşyayidəlil'dədir: "əşyayi-dəlil" özü onun gözünün içinə deyəcək ki, məktub
yazıb Mirqəzəbi ifşa eləməyə çalışanda da tək öz canıyın qeydinə qalıbsan,
teleqramı gizlədib, əzrayılı qardaşıyın üstünə göndərəndə də!.. Beləcə ifşa
edəcək onu bu nal. Xirtdəyindən yapışıb boğacaq. Hətta Səmədin heç
dillənməyib, nalı onun qabağınaca qoymağı da bəsdir ki, nəfəsi kəsilsin, Yağır
Məmmədəlinin oğlu ilə birlikdə Səməd də rahatlıq tapsın, düşmənçilik qurbanı
olan o zənən də, təhlükə gözləyən Qudalılar da.
"Sinəsindəki sirləri" açıb tökəndən sonra Çax-çux Xalıq Səmədə belə "sadəcə
bir iş" təklif etdi.
* * *
Səməd duyurdumu, anlayırdımı ki, "sadəcə bir iş" və "Danış, əmi. Danış
görüm qardaşını necə öldürdün" sözləri ilə beyninə toxum səpilir, əmi ilə
qardaşoğlunun arasında toqquşmaya zəmin hazırlanırdı? Duyurdumu,
anlayırdımı ki, qurduğu qurğunu "ləğv elədiyin"dən danışan bu qorxunc qurğu
ustası, əslində, heç nəyi ləğv eləməyib, ancaq silahı dəyişdirmişdi - sədr
Mədədin mauzerinin əvəzinə "əşyayi-dəlil nalı" qoymuşdu ki, lap tezliklə, hadisə
yerində bu "silah" "eşq dəlisi"nin, "əmi qatili"nin əlinin izi ilə birlikdə "ortalığa
çıxsın". Yox, Səməd, əlbəttə, nə duyurdu, nə də anlayırdı; əmisini onsuz da
tabutda görən və bu ölümdən özü də dirigözlü ölüyə çevrilən adam nə duya
bilərdi, nə anlaya bilərdi?!
Toz-torpaq içində son kağız qırıntılarına qədər yığandan sonra Qılınc, Təftiş,
Kətyən koması çağrılan başıaşağı, səssiz-ünsüz qəlyanlı ilə elə ona oxşayan
Möhsün kişi, hamıdan axırda isə, bir-iki saatda yüz il də qocalmış kimi ikiqat
Abı, arası dolu, ağır köynəklərini aparıb, Müslümün açıb təmizlədiyi "baqajnik"o
- yükyerinə, oturacaqların "sideniye"lərin aralarına doldurdular. Sultan necə
hiddətli və yarımcan gəlmişdisə, eləcə də yarımcan, xarabalığın qırağında,
quyunun dikdirində oturub hərəkətsiz qalmışdı. Bayaqdan bəri azı beş-altı dəfə
öz- özünə: - Kimin işidi?! Kimin işidi?! - deyə-deyə Qılıncı çağırıb sorğu-suala
tutmuşdu: "Mədəd divardan kitab çıxarmamışdı ki? Bəlkə çıxarıb, görüblər?..",
"Mən Müslümü çox sədaqətli sayıram, sən necə?", "Bəlkə, deyirəm Bakıdan
təcrübəli adamlar çağıraq, elə Xalıqın özünü istintaqa çəksinlər?", "Vərəsə"nin
bu qədər gizli yerini bilən adamı tapmalıyıq, ya yox?!" və sairə.
Xarabalıqda heç kəs hiss eləmirdi ki, Sultanın bir gözü Badsəbanın daxması
tərəfdə tək dirək kimi duran Bircə balada idi, Səmədin gözü də əmisində idi.
Yalnız əmisi xırıltı ilə: - Yaxın gəl! - deyəndən sonra Səməd yaxın getdi və
yalnız indi gördü ki, əmisi də eynilə Abı kimi büzüşüb, elə bil həyatdan əlini
üzmüşdü.
- Nalı niyə götürdün?!
Sual nə qədər gözlənilməz olsa da, Səməd o an başa düşdü ki, əmisi
düşmənin niyyətini duyub və məhz duyduğuna görə də sözünü naldan başladı.
Gizlətmə! Açıq de! O gecəki kimi, mərd danış!
Səməddə də hey qalmamışdı.
- "Əşyayi-dəlil" deyirlər onlar bu nala... Gülbəniz kəmərimə sancdı, mane
olmadım... qaytarmadım.
- Niyə?!
- Olub.
- Çax-çux bunu Sultan Əmirlinin birinci cinayəti adlandırdı.
- Düz deyir. Cinayətdi. Səməd tir-tir əsdi.
- Əmi! Mən yaşamaram bundan sonra. Sən... sən necə yaşamısan?!
- Qulaq as... - Sultan inildəyirdi. - O il... Qırx altıncı ildə Rusiya
ermənilərinin, Suriya ermənilərinin, Türkiyə, Qresiya ermənilərinin...
qısası, bütün planet ermənilərinin birbaşa Roma papasına bağlı Katalikoslara,
Sovetler İttifaqı Kommunist partiyasının bilavasitə köməyiynən beynəlxalq
nüfuzlu qərar çıxartdırıblar Vaşinqtonda. Əslində Vaşinqtonun yox, Vatikanın
əməlidi o qərar. "Genosid" - milli qırğın deyirlər. Guya Türk Ermənini qırır...
İşin kökünü bilməlisən sən. Dünənin -srağagünün işi deyil bu. Qresiyada, Rimdə
illərlə yox, əsrlərlə düşünülmüş plandı. Eramızın onuncu əsrinin axırına qədər
indiki Rusiya, Ukrayna, Belorusiya, Bolqarıstan, Gürcüstan ərazilərini
xristianlaşdırandan sonra, indiki Türkiyə ərazisində Ərzincan - "Yerzincan"
deyilən yerə bir dəstə Hay sürüblər. Daha, doğrusu, köçürdüblər. Bu niyyətnən
ki, Türkiyə müharibəyə cəlb olunanda Hay arxadan vursun. Eşidirsənmi?..
Əmiyin cinayətinin tarixini danışıram. Diqqət yetir: hardadı indiki "Ermənistan
SSR?" Yerində deyil. Bunu lap asta-asta eləyib Vatikan. Ərzincandan, bir az da
bizim Cənubumuzdan yavaş-yavaş sürüşdürüb bu yana, "Hay" olub ƏrMəni.
Bizim torpağın adıynan ey!.. Nəticə nə olub? Erməni girib türk ərazilərinin
ortasına. Vatikan başlayıb Ermənini silahlandırmağa. Rusun, İngilisin əliynən.
Qalanını az-çox bilirsən. Min doqquz yüz beşinci ildən bu vaxta qədər,
fasilələrnən qanımızı su yerinə axıdıblar. Həyasızlaşdılar, başladılar xaricdən
Ermənini köçürməyə buraya - içərimizə. Bakı doldu Erməni milyonerləriynən,
İngilisnən əl-ələ, nefti aldılar ələ. Gəncə, Şamaxı, Şəmkir, Qazax, hər yerdə
Erməni! "KPSS - "Domokl qılıncı" durub başımızın üstə, hünərin var səsini
çıxart, etiraz elə. Əksinə! "Qardaş oldu Hayestan - Aaazərbaycan!.." Bir yandan
sür, qır, o biri yandan müğənnilərimizə hər gün oxutdur: "Qardaş olub..." Belə
şeyləri də bilirsən az-çox. Bilmədiyini bil indi. Xeyirxah adamlar o dediyim
"genosid" qərarının, katolikosların məktublarının, bu barədə nə varsa, hamısını
surətlərini çıxardıb göndərirdilər mənə: SafAğ Varisinə!.. Bütün materiallardan
lap aydın görünürdü ki, plan çoxillik müharibələr üçündü, Türkü Yer üzündən
silmək, Xəzərnən Qaradəniz arası ərazidə "Velikaya Armeniya" dövləti
yaratmaq, neftimizi, varidatımızı sağa-sola axıdıb qızıl yığmaq, nəhəng ordu,
böyük hərbi texnika yaratmaq, bütün planeti inək kimi sağmaq... Mirqəzəb dörd
yüz kommunisti - Türkü - SafAğı bir gecəyə güllələtdi. Başladılar orda-burda
Muğannaların - UluBağların "Pünhan"larını beş-bir, üçbir dənləməyə ki, belə
böyük fatehlik planından baş açan qalmasın. Hər gecə Gürcüstana qaçırdım,
Pünhan "Aşıq"larımızı təhlükə zonalarına göndərirdim ki, toy-şan bəhanəsiynən
gəzib-dolanıb xəbərdarlıq
eləsinlər, düşmənin qeydiyyatına düşmənlərimizi - "üzdə olan"larımızı
Naxçıvana, Muğana, Lerikə, Yardımlıya göndərib gizlətsinlər... Mirqəzəbə kim
çatdırmışdı bu işi? Bilmirəm. Yerevannan, sonra da Moskvaynan, Stalinnən
Mikoyannan danışmışdı Mirqəzəb. Tək o teleqramı yox, surətləri mənə
göndərilən məktubları tələb eləyirdi: "Anastas İvanoviç Mikoyannan ayaq-ayağa
durmusan son!" - deyirdi. "Erməni xalqına qarşı siyasi fəaliyyətə girişmisən!" -
deyirdi. "İşini dayandır! Məktubların hamısını ver Xudiyevə, özün də izahat yaz
mənim adıma ki, "xalqları bir-birinə düşmən eliyən siyasi avantüristlərin toruna
düşmüşəm" və sairə, hər gün azı yarım saat qışqırırdı telefonda. Qısası,
öldürülməliydim mən, oğul. Mədəd yox, mən öldürülməliydim ki, Eçmiədzin
Katolikosuynan Suriya Katolikosunun antitürk yazışmalarıynan başlanan
dəhşətin üstü açılmasın. Bildinmi niyə demişəm konvertə qoydum, qardaşıma
göndərdim?! "Güdaza vermişəm" demirəm mən, qardaşımı xalqıma qurban
vermişəm deyirəm!.. İnsanın yalnız özü üçün, yəni sırf subyektiv hissləri ilə
yaşaya-yaşaya xoşbəxt olması mümkün deyil. İnsan uzunqulaq deyil ki,
yoncalığa buraxasan, yeyə, doya, şıllaq ata! Katolikoslarının açıq-saçıq
həyasızlıqnan yazdıqları "Türkə ölüm" məktublarıynan bir yerdə öz tarixi
bədbəxtliklərimizi sübut edən tədqiqi yazılarımız Mirqəzəbin, Stalinin dırnağına
keçirsəydim, mən bütün xalqı öz əlimnən məhv eləmiş olurdum. Bildin?!. İnsan
yalanlar, iftiralar qurbanıdı, oğul! Xoşbəxtliyin yalnız həqiqətdə olduğunu bütün
bəşəriyyət dərk eləməsə, mənim və ya bir başqa fərdin xoşbəxtliyi mümkün
deyil! - Atan yaxşı bilirdi bunu. Zəng vurdum, dedim "teleqram" kəlməsi altında
Katolikosların məktubları və bizim bəşəriyyətə müraciətnən yazdığımız tarix,
həqiqət nəzərdə tutulur. Alsalar, şübhəsiz, ikimizi də götürəcəklər. Varisi təcili
gətir, vəsiyyətimi eliyim..." Təsadüf elə gətirib ki, sən özün getmisən onun
kabinetinə, səni mənim yanıma gətirməyib. Maşında tək oturub sürüb birbaş
Badsəbanın daxmasının qabağına, vurub kötüyü aşırıb, özü şərait yaradıb ki, nal
işə düşsün... Kimdi qatil? Bu başqa söhbətdi, heç kəsi taqsırlandırma! Heç kəsi!
Mədəd Əmirli söhbəti deyil bu söhbət. Dünyamızın özü qədər böyük məsələdi
bu. Vaxtı çatanda o barədə geniş danışmalıyam mən sənnən. İndi, bu
vəziyyətində görmək istəmirəm səni! Pişəvərinin ölümü də xalqımızın taleyi ilə
bağlıdı! Nəcəfoğlunun ölümü də! Əgər aramızda az-çox münasibət qalsa, o
dəhşətli hadisələrin necə olduğunu da danışaram. Hələlik mənim deyilsən sən!
Get hara istəyirsən! Neyləmək istəyirsən, elə! Nal hər şeyi həll eliyər, xoşbəxtliyə çatdırar səni! Qurtardıq!.. Nə
vaxt hiss eləsənki, sədr Mədədə, Sultan Əmirliyə layiq oğul olmaq arzusundasan,
onda gəl, danışaq. Yoxsa... belə olmaz!... Dayanmısan qənşərimdə, gözünü
zilləmisən üzümə: "qardaşını güdaza vermisən!.." Qurban verməknən güdaza
verməyin fərqini dərk eliyəndə gələrsən! Dərk eləməsən gəlmə!
* * *
Necə hiddətli və yarımcan gəlmişdisə, Sultan, eləcə də hiddətli və yarımcan,
qardaşı oğlunun üzünə baxmadan, "çay" təkliflərini eşitmədən, yeməz-içməz,
Bakıya qayıtdı. Səməd isə Qurban əminin dediyi kimi, "təhkimçiliyində qaldı".
Gecəni harda gecələdiyini, yuxusunun necə ərşə çəkildiyini, nə yeyib nə içdiyini
bilmədən, kolxozun sədri Rəhim Qudalının, briqadir Qıllı Qeybalının deyibdanışdıqlarını eşitmədən, idarədə oldu, çöllərdə, manqaların düşərgələrində
gəzdi. Yalnız bir sarsıntını, Sultan Əmirlidən, Xızr Abıdan, Qılınc Qurbandan
başlamış Kətyən kişiyə qədər, hamını bədbəxt eləmiş "Vərəsə" faciəsinin
ağırlığını yavaş-yavaş aydın hiss etməyə, duymağa başlayırdı, haralardasa
dolanıb qayıdıb Abını yenə xarabalıqda görəndə daha ondan ayrıla bilmirdi. Sədr
Mədədin ərköyünü heç də ərköyün yox, dünyadan xəbərsiz heyvanmış! Üç
qardaşın bir balası heç də Bircə bala yox, uzunqulaqmış! O uzunqulaq daş cildli
kitabları vərəqləyib güllü, bülbüllü miniatürlərə tamaşa eləsə də, "əski əlifbaynan
yazılanları" "köhnə dünyanın zir-zibili" bilib, nəinki kitabların həm ağ hinada
"revkom kabineti"ndən, həm də Əmirli mülkündən yoxa çıxmağı ilə
maraqlanmırmış, hətta "bizimkilərin topa tutulduğunu", "Milli hökumətin
yıxıldığını" da vecinə almayıb, sürgünlərdən, qırğınlardan üzülən əmisinin
əzablarından xəbərsiz, kəndin ara-bərəsində anqıra-anqıra, şıllaq ata-ata
gəzirmiş! Anqırmaqdan, şıllaq atmaqdan yorulub, acıb, təntiyib qayıdanda isə,
əlinə keçəni ağzına təpişdirib daş əzələləri ilə fəxr edə-edə, çarpayısında səvərib,
fədailərin qırılmağından, atası ilə əmisinin yasa batdığından xəbərsiz yekə başını
nazbalınca basıb, çox yeməkdən tısqıra-tısqıra köpürmüş! Ancaq yeddi il səkkiz
aydan sonra "şeyxlərin varidatı"nın xarabalığında hələ də dizin-dizin sürünən,
sifəti gah dümağ ağaran, gah qapqara qaralan qocanın sözündən bilirdi ki, demə,
hələ
"bizimkilər topa tutulan gecə" - qırx altıncı ilin dekabrın on ikisində Mirqəzəb
Persi Culfaya, Təbrizdən və bütün Cənubdan qaçanlarımızın qabağına göndərib
əmr veribmiş ki, qayıdanbaş "Şeyx Xorasan" məqbərəsindən Demokrat
firqəsinin arxivi ilə kitabxananı Bakıya aparsın. "Çarvadarlar" adlanan agentlər
dəstəsindən başqa Məhərrəm Abbasoviç də Persin dəstəsində imiş. Culfadan
Sultan Əmirliyə zəng vurublar ki, farsca, ərəbcə bilən bir köməkçi tapıb, təcili
gedib məqbərədə otursun, üstündə şeyxlərin şəxsi möhürü olan "Vərəsə
kitabxananı" partiya kitabxanasından və "Şeyx Xorasandan" iri bir daş sandıq
dolusu kitabxanasından ayırsın, ərizə yazıb Persdən rəsmi icazə alıb, "Vərəsə"ni
aparsın. Demə, Sultan əmi elə o gecə - dekabrın on ikisində Abını da götürüb
gedibmiş. Kitabları seçib, sandıqlara doldurub hazır qoyubmuşlar ki, Pers öz
adamları ilə məqbərəyə gələndə icazə alsınlar. Əmma Pers nəinki icazə
verməyib, üstəlik, məqbərənin qapısından dəmir qopardıb o dəmirlə, sandıqları
sındırıb-dağıdıb, "SafAğ Elmi" əvəzində "şeyxlərin dini, mövhumatı" - deyə-
deyə "Vərəsə"ni "Şeyx Xorasan"ın qəbrinin yanındakı sandıqda saxlanan
kitabxanaya qatışdırıb, sonra da əmr verib ki, "Bu ilan zəhərini çıxardın,
mühacirləri daşıyan maşın kalonun altına tökün! Cibində partbilet gəzdirən şeyx
törəməsinin özüynən bir yerdə mühacirlər də indidən bilsinlər ki, belə şeylərdə
güzəşt yoxdu!"
Demə, kitablar asfalta töküləndə Sultan əmi elə ordaca "çıraq kimi
sönübmüş", Abı "Emadin"də onun "Ölüsünü gətirib", rayonda "möcüzəynən
dirildibmiş". Uzunqulaq isə heç nə eşitməyib, heç nə görməyib, anqırmağında,
şıllaq atmağında, köpməyində imiş! Yeddi il səkkiz aydan sonra, indicə görürdü
ki, "avariya" gününə cəmisi üç gün qalana qədər anqırmışdı, şıllaq atmışdı,
köpmüşdü!
* * *
"Avariya" gününə üç gün qalmış - dekabrın iyirmisində səhərin alatoranında
atasının "Villis"indən başqa həyətdə iki yük maşını görüb, sədr Mədədin özünün,
Qurban əmi Qılınc Qurbanın və Cəfər əmi Lüt Cəfərin, yəni kəndin üç rəhbər
işçisinin üçünün də Naxçıvana "göy duz" gətirməyə getmək niyyətinə
düşdüklərini eşidəndə az-maz şübhə də eləmədi ki, ilin bu çağında, fermalarda
bir kilo yağ çalxanmadığı, bir baş pendir mayalanmadığı, malın, qoyunun duza
ehtiyacı olmadığı bir
vaxtda duz dalınca Naxçıvana getməzlər. Getsələr də, üç rəhbər işçinin üçü də
birdən getməz. Dəliqanlı başında başqa fikir oynadı: üçü də birdən hazırlaşıbsa,
deməli, kefə gedirlər. Pambıq yox, bostan yox, taxıl səpilib, fermalara ot daşınıb,
kahaların, töylələrin yırtığı-söküyü tutulub. Qalan bir dondurma şumudur, onun
da təkcə Miri öhdəsindən gələcək, öküz, kəl haylamağa, kotan qoşmağa da
ehtiyac qalmayacaq. Belə arxayınlıqda duz, əlbəttə, bəhanədir; müharibədən
qabaqkı kef-damaqlı çağları yada salıblar bu həriflər, sözləşiblər ki, "Naxçıvan
diviziyası" adında, müharibənin on şiddətli vaxtı büsbütün qırılmış "diviziyada
qırılan oğlanlar" hər il yazbaşı qalaq-qalaq yuxa bişirtdirib, əməkgününə düşən
ətlik heyvandan burmabuynuz erkəklər seçib, Seyid kişidən adama bir "çetvert"
çaxır gətirdib, arabaları qoşub "göy duz səfərinə" çıxanda həm gedənbaş, həm də
gələnbaş yollarda kefə baxdıqları kimi, bunlar da bir-iki gün o cür eləsinlər.
Belə şeydən qalmaq olar?
Çarpayıdan atılıb geyindi, qara xrom çəkməsini ayaqlarına çəkib, qara dəri
paltosunu qoltuğuna vurdu. "Mən də gedirəm!" - dedi.
Hətta "Villis"lə iki yük maşınından başqa "Emadin"i də həyətdə görüb,
əmisinin papirosu papirosun oduna yandıra-yandıra, cod, xırıltılı səslə "hə,
gedirəm" dediyini eşidəndə də heç nədən şübhələnməyib, "kef" havasını
başından çıxartmadı.
Rayonun ərazisindən uzaqlaşıb, hardasa Yevlax səmtində "aşxana" görərgörməz maşından yerə atıldı. "Siz əl-üzünüzü yuyun, qırışığınız açılsın, yuxunuz
dağılsın, bu Koroğlu dəlisi özü hər şeyi təşkil eliyəcək!" deyib aşxanaya cumdu.
Aşxananın müdiri əli təsbehli, ağır bir kişi idi. Qara xrom çəkmələrini
cırıldada-cırıldada, qara dəri paltosunu xışıldada-xışıldada üstünə yeriyən yelli
oğlana gözucu baxıb, yerindən də tərpənmədi. Əmma yelli oğlan çox hay-küylü
idi. "Azərbaycanın ən məşhur dörd nəfər adamı qonaq gəlib sizə! Qaçaq-quldur
qənimi Qılınc Qurban! Sosialist Əməyi qəhrəmanı Sultan Əmirli! İlk bedkom
sədri sədr Mədəd və ilk özək katibi Lüt Cəfər!" - deyib Qonaqlı yeniyetmələrinin
doğrudan da "Azərbaycanın ən məşhur adamları" kimi tanıdıqları "dörd nəfər"in
ad-sanı ilə o ağır kişini tərpədib, bufetdəki qara "buxanka" çörəkdən, "qallandski
su"dan və "pikuli" adında zay turşudan başqa, Kür balığı, gürcü çaxırı tapdırıb
"kefcil hərifləri" içəri çağırdı. Qələbə günü Seyid kişinin şərabı dilinə dəyəndən
bəri "böyüklərin məclislərinin yaraşığına" çev
rilmiş Koroğlu dəlisini tamada seçib, "dörd qardaşın dördünün də bir yerdə
sağlığına tost" dedi. "Bülbül olun, qəfəsdə olmayın", - dedi. Bədbəxtlərin
qəfəsdən də betər bədbəxtlik içində sıxıntısını hiss etmədən, nərildəyibguruldayıb, hər birinin ayrılıqda, axırda da "dörd qardaşın bir balası tamadanın
sağlığına tost" dedi. O "kef"dən başı ayılmamış, bir də hardasa yol qırağında
əhənglə ağardılmış alçaq bir daxmanın qabağında "piti" kəlməsi oxuyanda
maşından atılıb, piti ilə tut arağı "təşkil elədi". Dəmlənib, köyrəlib, "Siz məni
necə istəyirsiniz, bu qocaman təbiət də elə istəsin sizi!" - dedi. "Hər övladın bir
atası var, mənim dörd atam, dörd arxam var!" - dedi. "Dörd ata"dan birincisinin -
: "Ədalət mücəssəməsi"nin xətri üçün Maksim Qorkinin "Fırtına quşu" şerini
oxudu, ikincisinin - "şan-şöhrətli partiya xadimi"nin xətri üçün Səməd Vurğunun
"Rəhbərə salam" şerini oxudu, üçüncüsünün - susqun, qəm-qüssəli Lütün xətri
üçün Koroğlunun "Şad ol, könlüm, nə məlulsan" mahnısını, dördüncüsünün -
sədr Mədədin xətri üçün isə sədr Mədədin özünün mahnısını oxudu: "Sən
haralısan, haralı, durnam? Ovçu əlindən yaralı durnam. Yar-yoldaşından aralı
durnam. Həm buralı, həm oralı durnam". Gör bir, yazıq kişiyə necə kef
verirmiş!.. Yeddi il səkkiz aydan sonra indicə görürdü ki, mahnı qurtaranda
Cəfər əminin dodaqları titrədi, gözləri doldu. Sədr Mədəd üzünü bir tərəfə tutub
yaylığını çıxartdı. Sultan əmi üzünü o biri tərəfə tutub inildədi. Hətta Qurban əmi
də qəhərlənən kimi oldu və açıq-aşkar qəzəblə ayağa qalxıb, "Kef qurtardı!" -
dedi. "Müslüm səni qaytaracaq burdan. Naxçıvanda bizim işimiz çoxdu. Sən
dərsdən qalma", - dedi. Uzunqulaq onda da qanmadı ki, səfər duz səfəri deyil.
"Hara qurtarır?! Kef təzə başlanır! Koroğlu dəlisi hələ təzə qızışır! Dərsdənzaddan nigaran qalma. Bir həftənin dərslərini bir geceyə hazırlıyaram!" - deyib
özünü "Emadin"ə basdı.
Dal oturacaqda qalın, sarı kürk vardı. Qış aylarında kürk həmişə orda olurdu.
Sultan əmi Müslümün yanında oturub, başını döndərib, məzlum- məzlum
"Qayıt, qurbanın olum" deyəndə ərköyün qanmaz, əmisinin kədərindən də bir
şey qanmadı, Sultan Əmirliyə qırx ikinci ildə verilmiş "komandir kürkü"nü
çiyninə salıb, özünü dartıb əlini irəli uzatdı: "Vperyod! Tolko vperyod! Yalnız
irəli!"
Kürkün arasında xumarlanıb, mürgüləyib, oyananda yenə "Vperyod" deyə-
deyə, quzeylərinə qar çilənmiş təpələrə, quroydan ağarmış qanqallara və sarı,
qızılı, çəhrayı çalan qəribə dağlara tamaşa edə-edə axşama
qədər yol gedib, dağ aşırımına oxşayan hündür bir yerdə soyuq külək vıyıltısı ilə
"Emadin"in içinə uğultu salan güclü yağış şappıltısını eşidənə qədər kef
həvəsindən düşmədi. Vıyıltıdan, şappıltıdan, uğultudan bezikib, həvəsdən
düşəndən sonra isə, div yuxusuna gedib, bir də o vaxt oyandı ki, yay gecələrində
Qonaqlının qəbristanından o yandakı qarğıdalı sahələrində xorultu qoparan
qaban sürülərinin xorta-xortu dünyanı götürmüşdü. "Emadin"in şüşəsindən
içəriyə güclü işıq vurub, başı şişmiş, gözləri dumanlanmış uzunqulağı kor eləyib,
dərhal da keçib gedəndə ardınca ikinci işıq, üçüncü işıq vururdu. Uzunqulağın
xəbəri yoxdu ki, Qonaqlının qarğıdalı sahələrinə xorultu salan qaban
sürülərindən başqa, dünyada "Stüdobekker" adında nəhəng, xorultulu maşınlar
da var. "İkinci cəbhə" deyilən cəbhə açılanda yəni Amerika ilə İngiltərənin də
faşizmə qarşı müharibəyə qoşulanda Qonaqlıda meydana çıxan "yaiçni paraşok"
da, sonralar "kitayski fanar", "kitayski termos", "kitayski makentoş" da
Cənubdan bu maşınlarda daşınmışdı. Xəbəri yoxdu ki, "bizimkilər topa
tutulandan", "Milli hökumət yıxılandan" sonra dekabrın on ikisindən iyirmisinə
qədər Culfaya axın-axın yığışıb bu taya pənah gətirən Demokratlarımızı da bu
maşınlar daşımışdılar; bu küləkli, yağışlı gecədə Əlincə qalasının, Əlincə çayının
yarğanı qırağında "Emadin"in şüşəsindən içəriyə gur işıq vura-vura, "Etibarlı
yer" adlandırılmış "Şeyx Xorasan" məqbərəsinin yanından keçdikcə dərəyə, dağa
xorultu salan "Stüdobekker"lər də qaçqınlarla - mühacirlərlə dolu idi; xəbəri
yoxdu ki, "kalon"da axırıncı "Stüdobekker" Şeyx Xorasan məqbərəsinin yanında
dayanmışdı, "kabinka"dan boz kepkalı, boz paltolu, arıq, zərif bir ziyalı ilə
ağbəniz bir polkovnik düşmüşdü; o arıq, zərif ziyalı Demokrat firqəsinin sədri
Xalxali - Mircəfər Pişəvəri idi, o ağbəniz polkovnik isə "Müəllim", alim və
çekist Məhərrəm Məhərrəmovdu. Əllərini bıçaq kimi kəsən küləyin, üzünü dolu
kimi döyən iri damlaların altına çıxanda fəhmi bir ona çatdı ki, "quş dimdiyi"
burnunun ucunda yağış suyu titrəyən Müslümü sorğu-suala tutsun: "O nə
xorhaxordu?", "Niyə dayanmışıq?", "Əmim hanı?", "Naxçıvana çoxmu qalıb?",
"Saat neçədi?" - və sairə. Müslümün nə dörd təkəri dalda, iki təkəri qabaqda,
əjdaha maşın "Stüdobekker" barədə dedikləri beynini tərpətdi, nə "çekist
Məhərrəm", nə "Əlincə qalası", nə "Şeyx Xorasan məqbərəsi", nə də "dibindən
kəlləsinəcən sal daş" olan ilan dağı. "Dörd atası"nın dördü də "Stüdobekker"dən
düşən o iki adamla "aşağıya", yəni Əlincə çayının qırağında pəncərələri saralan
kəndə enmişdilər. Niyə? "Çünki Naxçıvana
belə gecə vaxtı gedib cəmaatı narahat eləmək istəmirdilər". Burada -"Xanəgah"
deyilən kənddə isə "Şeyx Xorasan türbəsi"nə gələnlərin gecələməyindən ötrü
qonaq otağı vardı. "Dörd ata"nın dördünün də məsləhəti belə idi ki, bu əriş-arğac
Culfa yolu ağzında hər yetənin "bit saldığı" qonaq otağında qalmaqdansa, Bircə
bala elə "Emadin"də uzansın. Hiss etmədi ki, "ata"ları onu özlərindən ayırırdılar.
Fəhmi bircə buna çatdı ki, yola çıxanda əmisinin həmişə özü ilə götürdüyü
"kitayski termos"u açıb, "saçaqlı konfet" deyilən, şam kimi uzun konfetden qırıb
ağzına atıb, samovarın lüləsindən təzəcə düşmüş kimi qaynar, ədviyyatlı çayla
yanğısını söndürdü, iki küpə piti ilə aşırdığı yarımca 5itr tut arağının beynini
yenidən yelləndirdiyini hiss eləyib, qabaq oturacaqda təzəcə mürgüləyən
Müslümü dümsüklədi, "Radionu qurtdala bir şey tap!" - dedi. Bədbəxt hardan
biləydi ki, "ata"ları burada təhlükəli siyasi iş gördükləri yerdə artıq səs-küyü
Müslümə də qadağa eləmişdilər. Əmmə Müslüm elə o vaxtlardan bu yelbeyinin
əsiri idi. Ağ daş evdə gecənin bir aləmində oyanıb Sultan əmini çarpayıda
görməyəndə yelbeyin əlini dərhal telefona uzadardı, "Əmim yoxdu, darıxıram,
gəl kəndə apar məni", - deyərdi. Və ya bazar günləri məktəbin həyətində, kəndin
ara-bərəsində səssizlikdən qulaq tutulanda, idarədə isə Qudalı Mürsəlin
"çötkə"sinin çaqqılltılarından başqa bir şey eşidilməyəndə yenə telefonun
dəstəyini götürərdi: "Müslüm, gəl şəhərə apar!" Müslümün həmişə bircə cavabı
vardı: "Baş üstə". "Qurtdala, bir şey tap" əmrinin cavabında "Bu vaxt radioda heç
nə olmaz" deməli idi, əmma yazıq yenə "Baş üstə" dedi və yuxusuzluqdan, "quş
dimdiyi" burnunun tez-tez "rulu" dimdiklədiyinə baxmayaraq, hansı ölkədəsə
musiqisiz-filansız mələyən bir ərəb tapdı. Yelbeyin o ərəbin avazına başını
yelləyə-yelleyə xumarlanıb yenidən yuxuya getdi və bilmədi ki, o küləkli, yağışlı
gecədə "dörd atası"nın dördü də yağışın altında idi. Yeddi il səkkiz aydan sonra,
indicə xəbər tuturdu ki, "varidatı" - "Verəsə" kitabxananı o gecə sel-suyun,
palçığın-zımrığın içindən yığışdırıb, çadıra, palaza büküblər, üstündən Naxçıvan
duzu doldurub, "duz yükü" adı ilə gətirib, əvvəlcə qoyun fermasında kahaya
qoyublar ki, kahanın istisində suyu çəkilsin, sonra susuz Xırrançayın axarında
daşlığa səriblər ki, gün buludun arasından çıxanda daşlıqda kitablara da hənir
dəysin. Elə həmin bu vaxt - dekabrın iyirmi ikisində o teleqram, "Erməni
katolikoslarının məktublarının Türkcəyə tərcümələrinin və Sultanın, Məhərrəmlə
Saşa Babayevin "Dünya xalqlarına müraciəti, yəni o vaxt hələ
təzə təşkil edilmiş "OON"-a- Birləşmiş Millətlər Təşkilatına müraciət məktubu
üstündə həngamə qopubmuş; Mirqəzəb Perslə adamlarının hamısını söyüb
kabinetdən qovubmuş ki, "Bircə sutqa vaxtımız var. Teleqramı alıb şeyx
törəmələri ilə əsabələrini sürgün eləməsəniz, özünüz həbs olunacaqsınız!"
Uzunqulağın xəbəri yoxdu ki, həmin həngamənin başqa bir ciddi səbəbi də
varmış; demə, "Yağır Məmmədəlinin oğlu"nun, yəni Çax-çuxun Xanəgah
kəndində də adamı varmış. "Şeyx Xorasan" türbəsinə gəlib-gedənlərə göz
qoyurmuş; o tayda top atəşi altında qırğından sonra bu taya qayıdanda "Yağır
agentin" - Yağır Məmmədəlinin zibili Çax-çux, Sultanın Xanəgahda XalxaliPişəvəri ilə görüşdüyünü də, kitabların yığışdırıldığını da bilib, elə o gecə -
dekabrın iyirmisində bir "depeş" Persə, bir "depeş" də Mirqəzəbin özünə
göndərib. O "depeş"lərin ikisinin də məzmunu təxminən belə imiş ki, şeyx
qardaşları, Qılınc Qurbanla, Lüt Cəfərlə bir yerdə, Pişəvərinin, Məhərrəm
Məhərrəmovun iştirakı ilə "İttihadi-İslam" firqəsinin kitabxanasmı Şeyx Xorasan
türbəsindən apardılar... Yazıbmış ki, "Bu işə şahidliyimi məhkəmədə deməyə söz
verirəm və belə hesab edirəm ki, şeyx qardaşlarının "delo"sunu bağlayıb,
prokurora vermək olar". Həngamə də elə bundan başlayıbmış; "teleqramla",
məktublarla yanaşı, həm də kitabxananın üstündə imiş və bunu Mirqəzəbin özü
ilə Persdən başqa, Arazdan o yana "Çarvadar kliçkası" ilə gedib-gələnlər də,
rayondakı "rabotnik"lərdən Xudiyevlə Gülənov, Sayılov və RİK Atamalı da,
Çax-çuxla yanaşı Xəlvət də, Xəlvətin "gədələri" - Qeybalı ilə Qayım da
bilirmişlər. Çax-çux özü daxmasının qabağında kişmiş satmağında, Comərdin,
Şeyx Məhəmmədin, Şeyx Ağ Əmirlə Şeyx Boz Əmirin barəsində çərən-pərən
danışmağında olsa da, Gülənovun əksəriyyəti Gülənoğlulardan, Qudalılardan
olduğuna görə "məhlə milisionerləri" adlanan "qoçuları"ndan başlamış,
Qudalıların uşaqlarına qədər dağılışıb "iki maşın Quran" axtarırmışlar. Heç kəsin
gümanına gəlmirmiş ki, "iki maşın. Quran" elə orda - çaylaqda imiş. Abı
çobanlardan ağır-kirli yun yığıb, "Vərəsə"nin üstünə səribmiş, kitablardan
quruyanlarını seçib, yuna büküb, Çürük Aşığın, Qonaqlıda "Dam direktor"
ləğəbilə məşhur olan Ələsgər müəllimlə onun öz evinin damında xəlvəti
"Astronomiya" (əslində "Kainat elmi") öyrətdiyi yetkin uşaqların qoyunqoltuğuna qoyub sədr Mədədə ötürürmüş və Sədr Mədəd "Xəzinə"ni gizlətməyə
tələsirmiş. "Lap nəm də olsa, tez eləyin. Sonra qurudarıq. Tez eləyin!" -deyirmiş.
Səbəbi isə bu imiş ki, Mədəd "özümüzünkülərdən ehtiyatlanırmış". Məhərrəm Məhərrəmovdan, Qılınc Qurbandan, Lüt Cəfərdən, Təftiş
Abbasdan. Çünki həngamə qopandan sonra "özümüzünkülərdən" heç biri
"Vərəsə"nin gizlədilməyinin tərəfdan deyilmiş: Məhərrəm Bakıdan Sultana teztez zəng vururmuş ki, "delo"da katolikosların məktubları, "OON"-a müraciətfilan göstərilmir, Azərbaycanda, Türkiyədə tutqular, qırğınlar barədə işarə də
yoxdur, - gizlədilir hər şey; əsas ittiham "Vərəsə"dir, "Vərəsə"ni təcili qaytarıb
rəsmi imtina eləsəniz, əllərində tutarlı əsas qalmaz". Qurban da tez-tez Mədədə,
gah da Sultana qışqırıb-bağırırmış ki, "Tərəzinin bir gözünə insan həyatı, o biri
gözünə "Vərəsə" qoyulubsa, "Vərəsə"yə görə niyə güdaza verirsiniz özünüzü?!"
Lüt də, Təftiş də gah rayonda Sultana, gah çaylaqda - kitabların yanında Mədədə
yalvarırmışlar, təkid edirmişlər: "Aparın təhvil verin, canınızı qurtarın". Əmma
nə Qurbanın xəbəri varmış ki, "Vərəsə" necə vərəsədir, nə də Lütün, Təftişin
xəbəri varmış ki, "Varidat" -"Xəzinə" Məhəmmədin, Şeyx Ağ Əmirin, Şeyx Boz
Əmirin və fədailərin əlləri ilə yazılsa da, "Süleyman padşahın xəzinəsi"dir. Bu
kənddə hələ heç kəs bilmir ki, məktəbin ağıllı-kamallı direktoru, "Qonaqlının
istəkli həkimi" - rus qızı Sestranın istəkli əri Ələsgər müəllim niyə "Dam
direktor" olub; yəni Ələsgər müəllimin öz ikimərtəbə daş evinin çardağında
uşaqlara "ulduz-mulduz" danışmağının səbəbi" bu "Vərəsə"dən götürülmüş
tarixdən ibarətdir. Abının özünün xəlvəti yol qıraqlarında, divar diblərində
oturub "qərib adamlarla kəlmələşməyi" də bu varidatla bağlıdır. Cəmi bəşərin
dilində gəzir ki, "Süleyman peyğəmbərin xəzinəsi qalıb, üstündə ilan yatır".
Hardadır o "Xəzinə"? O necə ilandır ki, heç əl çəkmir "Xəzinə"dən. Bir kimsənin
xəbəri yoxdur ki, Vətəndən tərik salınıb "Türk"ə döndərilən OdƏrlərin, Ev ƏrEy
ikən "Yevrey"ə, ƏrÜz ikən "Rus"a, AğÜz ikən "Oğuz"a döndərilən- ; lərin
ƏsƏlMənidi o "Solomon" - "Süleyman!.." "Süleymandan qalan dünyadan" inci
götürməyə cürət edənləri o ilan dübarə çalıb öldürür. Varis bilməlidir ki,
Məhərrəmin, Saşanın Bakıdan zənglərindən sonra, Qurbanın qışqır-bağırından,
Lütün, Təftişin yalvar-yaxarından sonra Sultan yumşalıbmış; "avariya" günündən
əvvəlki gecə gedib orda -çaylaqda Mədədə təklif eləyib ki, "Bəlkə təhvil verək?"
Mədəd deyib: "Vərəsə qardaşlarımızın zindanda kəsilən başlarıdı. Nəyi təhvil
verək? Qardaşlarımızın başlarını, ya özümüzü?"
Sultan deyib: "Tək sənnən mən yox, Abı da, Cəfərnən Qurban da bulaşıblar
bu işə. "Hümmof"dən - Nərimanovdan başlanıb bu iş, Leninə
çatıb, on səkkizinci ildə Mustafa Kamal Paşaya çatıb, "Rus ordusu"adı altında
Anadolunu azad edən Təriklər ordusunun təşkili də ümumbəşəri xilaskarlıq
naminə təşkil olunub. Hamısı qırılıb! Hamısı! Atatürkün Türkiyədə bir nəfər də
yaxın adamı qalmayıb, qaçıb Dərbənddə gizləniblər, ordan da buraya -
Şimalımıza dağılışıblar. Tək sən, mən, Abı, Çürük özümüzü təhvil versək,
işgəncələrə eyni dərəcədə dözə biləcəyikmi hamımız, hətta Atatürk nəslini də
qırğına verməyəcəyikmi?!"
Mədəd deyib: "Vərəsə nəsilbənəsil "Muğ" yetirmək üçün deyilmi, dadaş?!
Əsrlərnən qırıla-qırıla dağılışan Türk hələ də dünyanın ən böyük xalqı deyilmi?!
Mən bilirəm, bundan sonra da çox qıracaqlar bizi. Yerdə qalanların umudu nədi,
dadaş?! "Vərəsə"ni versən, Türk kar-kor qalıb tamam savadsızlaşmazmı?!
OdƏrliyimiz tamam unudulmazmı, dadaş?!"
Sultan hirslənib deyib: "Məsələ elə ondadı ki, Türk qırılandan sonra kitabları
açan da olmuyacaqsa, necə yetişəcək nəsilbənəsil "Muğ" -Bağ?! "İttihadi İslam",
damğası var kitabxananın üstündə. Stalinin teleqramının cavabında əsaslı
ittihamnamə hazırlatdırıb cəllad! Panislamizmdə, "Mövlud" gecələrində din
yaymaqda taqsırlandırır hamımızı. Məhz buna görə imkan verirmiş geniş
miqyasda "Mövlud"ə ki, bütün kəndlərdə dərnəklərə yığılanları qeydə alsınlar,
antisovet din təşkilatı üzvləri kimi hamını yığışdırsınlar! Ondan sonra sahibi kim
olacaq "Vərəsə"nin?!"
Qısası, Mədədin sözü qalmayıb. Qərara gəliblər ki, kitabxananı təhvil
versinlər, əvəzində bütün Pünhanları, Ustad "Aşıq" - ƏsAğlan səfərbər eyləyib
yaddaşlarda qalan həqiqətləri yazdırıb dərslik kimi yaysınlar.
Mədəd lap əlacsız qalıb, deyib: "Mirqəzəbin folklorçu professoru
ƏsAğlardan dostanların əksəriyyətini yığıb, "dəri"sini - OdƏrini çıxarıb. ƏsAğ -
"Aşıq"lara tapşır daha yazıya almasınlar, elə şifahi şərhə keçsinlər, görək
başımıza nə gəlir".
Xırrançay axarında çox kədərli gecə olub o gecə; qardaşlar Abını, Qılıncı,
Təftişi çağırtdırıb, qərarı deyiblər ki, kimlərin hansı rayonlara, hansı kəndlərə
gedəcəyini müəyyənləşdirsinlər. Əmma burada Mədəd birdən gülüb. Özü də elə
gülüb ki, Sultan lap çaşıb gözünü döyüb, qışqırıb ki, "Başa düşmürəm gülməli nə
var burda, dadaş?!"
Rəhmətlik deyib: "Gülməli yox, ciddi sözlər var, dadaş. Ün eşidən
qardaşlarımız "Vərəsə"yə varisi Ün əsasında təyin eleyiblərsə, bele çıxmırmı ki,
təyin olunan Varis bu kitabxananı oxumalı və başqalarına da oxutmalıdır?!"
Bununla da mübahisəyə, şəkk-şübhələrə son qoyub o rəhmətlik. Elə ordaca
əyilib, indi bu nadan Səməd xarabalıqda Abının qabağında necə oturubsa, Mədəd
də eləcə oturub, başlayıb vəsiyyət eləməyə: "Dünya belə getmiyəcək, Abı.
Məndə inam var, sən görəcəksən hər şeyi. Elə ki gördün Stalin yoxdu, Elmin
zamanıdı, varisə deyərsən: "Mədədin öz dilindən eşitmişəm, Varis bilməlidir ki,
"Vərəsə"mizi qoruyan var".
Sözünün bu yerində Abı birdən-birə yenə büzüşüb, xarabalıqda cild, kağız
qırıntılarını göstərdi:
- Niyə belə oldu?! Baş açammıram. Əmma Mədədin Xırrançayda dediyini
əsassız saymıram. Maşının dalına doldurduğumuzu Sultan yəqin ki, hardasa
gizlədəcək. Nə hasil olacaq o əzik-üzük qalıqdan? Məlum deyil. Ulu Bağ
ƏsƏlMənin "Xəzinə"si beyinlərdədi indi. Araz, Kür üstə dağlarda Muğanlı,
Muğan, Sadıqlı, Poylə, Kəsəmən, Ağtəpə, Qaratəpə, Şıxlı, Sarallı, Sarvəlli,
Kəpənəkçi, Saraclı, Təkəl və sair, və sair kəndlər, obalar var. Hansına getsən
sazı-filanı da atıb, əkin-tikinnən dolanan ustad "Aşıq" - ƏsAğ tapacaqsan,
"Muğan" - BağÜn kəlamı eşidəcəksən. Varis obaların adlaranın əslini
öyrənməlidi, etibar eləsinlər. Bircə-ikicə yerdə inansalar, açıb deyəcəklər ki,
"Kəsəmən" kəndləri "KiƏsMən" - OdƏsMəndi. Yaradan Od-Həqiqəti. "Sadıqlı"
kəndləri ƏsOdAğdı. SafAğ İnsanın Yaradan Həqiqəti. "ƏlHom" kəlməsiynən
tapacaqsan adamları. Əmma heç vaxt, heç vaxt unutma ki, yerin də qulağı var bu
SSRİ adlanan cəhənnəmdə. Bu gündən, bəlkə elə bu dəqiqə də KeQeBenin
nəzarəti altındasan... Mən özüm də... çox açıq fəaliyyətdə oldum burda. Belə
vaxtlarda yaman quduzlaşırlar Xudiyevin yetirmələri, cəmaatın gözünün
qabağındaca əzab-işgəncə verirlər mənə, döyürlər bu yaşda qocanı, qorxanlardan
məlumat yığırlar. Hansı kənddə "Abdulla" adında molla görsən, bil ki, KQB-nin
sağ əlidi hamısı, yəni ciblərində zəhər gəzdirirlər, xeyirdə, şərdə zəhərləyirlər
Muğları. Çox, çox ehtiyatlı ol! Əmma lazım gələndə qurban verməyi bacarmaq
lazımdı. "Güdaza vermək" deyil bu, Elm naminə qurban verməkdi! Düşün bu
barədə! Çoxlu düşün! Və unutma ki, bircə umud çırağın var indi sənin, o da
Sultandı, oğul. O çıraq sönsə, tək sən yox, bütün nəslimiz-kökümüz zülmətə
batar, bütün xalq uzun müddət zülmətdə qalar cavanlarımız bax bu "Dəli Səməd"
kimi cahil, kor böyüyərlər!
Xarabalığın ağırlığı "çıraq sönsə" sözlərilə, sonra isə əmisinin gözlərinin
içinə cəllad kimi dediyi "Güdaza vermisən" sözlərilə birləşib
necə dözülməz ağırlıq saldısa, Səməd nə o günü qəddini düzəldə bildi, nə də
ertəsi günü. Şüşəlinin "dal otağı"nda Abının, Çürüyün sazına-sözünə yığışan
köhnə məktəb yoldaşları ilə yeyib-içəndə də, səhərisi sahələrə çıxanda da Dam
direktor Ələsgər müəllimin, otuzuncu, qırxıncı illərin tələbələri "Pünhan"lardan
biri-birinə qarışan tövsiyələr eşidirdi: "Xəlvəti şərait yaradılacaq, çekistlik
öyrənəcəksən, Bağdada, Hələbdə, Şamda Elmimizə aid çoxlu məlumat
oxuyacaqsan. İstanbulda, İzmirdə, Bursada, Ankaranın özündə adlarını dəyişmiş
batin "Muğ"lar görəcəksən", - "Unutma, Sovet - SSRİ-də gizlin yayılıb hər yerə.
"Abdulla"lar, "Əbdül"lər - zəhərli ilanlar addımını da izliyəcəklər"... Əmma, sözsöhbət nə qədər çox olsa da Abının iki kəlməsi Səmədin beynindən çıxmırdı:
"Çıraq sönsə..." Və özünün iki kəlməsi "Güdaza vermisən!.. Güdaza vermisən!.."
Haralarda gəzirdi Səməd, nə iş görürdü? Yaddaşında az-çox iz salan
tövsiyələrin, məlumatların və o qoşa kəlmələrin ağırlığını unutmuşdu, az-çox
unutduran şeylər vardısa, o da çöllərdə rast gəldiyi müsibətlərdi; hələ yaşılyarpaq
ikən dümağ ağarışan pambıq sahələrinin ara-bərələrində, tək-tük, yastıraq palıd
ağaclarının budaqlarından sallanan yüyrük-nənnilərdə ağızlarına, gözlərinə
milçək daraşmış, çığırışan çağalar görürdü, bloknotunu çıxarıb tir-tir əsən
barmaqlarla "Yasli! Yasli! Uşaq baxçaları! Yaslilər!" - yazırdı. Pıtraqlı,
yağtikanlı düzlərdə ayaq-yalın, qarnıaçıq skelet uşaqlar, uzun-uzun, qara-qara
dırnaqlarla qanqal qabığı soyan skelet əllər görüb, eyni qayda ilə tir-tir əsən
barmaqlarla "Aclıq! Aclıq! Səfillik! Səfillik! Sahibsizlik! Sahibsizlik!" - yazırdı.
Qızmar günəş altında, bankalarda qıcqırmış qatığa bulanıq arx suyu qatıb quru
cad çörəyini o sulu qatıqla isladan üzgün, qarayanıq qızlar, gəlinlər, üzgün, qaş-
qabaqlı məktəb uşaqları görüb, həmincə tir-tir əsən barmaqlarla "Bezobraziye!
Bezobraziye" - yazırdı. Gördüyü, yazdığı dəhşətləri harda, kimlərə deyəcək,
fəlakətin qarşısını ala biləsi bir şey eləyə biləcəkdimi? Yeganə şikayət yeri
"raykom" adlanan o qırmızı tuf daş bina idi, ora da indi bomboşdu, çünki Sultan
Əmirli orda deyildi, fikrində Bircə balasının "Güdaza vermisən" - sözləri, bir də,
şübhəsiz, Əmirli mülkünün, "Vərəsə"nin xarabalığı, elə bil başını götürüb
qaçmışdı. Səməd haraya, kimin üstünə getməli idi? Bilmirdi... Hardasa başını
qaldırıb, boz "Pobeda"nı, Müslümü gördü. Şoferin hüznlə:
- Sultan Mamedoviçin vəziyyəti yaxşı deyil. Səni çağırır, - dediyini eşidəndə
bir əlini boğazına, o biri əlini maşının qapısına atdı.
XƏZİNƏ ÜSTÜNDƏ YATAN İLAN
Oturacaqda ağzı açıq bir konvert vardı. Müslüm, yola düşər-düşməz, o
konvertə işarə eləyib:
- Sənədi. Oxu, - dedi.
Səməd oxudu: "Kürəyimdə dünya ağırlığında yük var. Gəl götür üstümdən,
heç olmasa bir az rahatlanım. Gəlməsən, bəlkə də məni görmüyəcəksən daha".
Müslüm:
- Cır at, - dedi. - Qayda belədi.
Səməd kağızı, konvertlə birlikdə, xırda-xırda cırıb pəncərədən külçəyə
sovurdu. Sonra isə harda, nə vaxt yuxuya getdiyini bilmədi. Uşaqlıqla ilk gənclik
arasında, əzələlərini təzə-təzə daşlaşdırmağa başladığı çağlarda, Sarıyerdəki
haman göl dibində qara camış Qıllı Qeybalı ilə, Qudalıların cin-şeytan yığnağı
ilə vuruşurdu. Yusif kimi gözəl Yusiflə Məmməd Xələf Zaldan başqa Müslüm
də boz "Pobeda" ilə birlikdə orda - suyun altında idi, "rul"dan qoşa əlli tutub:
"Səni çağırır", - deyirdi. "Eşitmirsənmi?! Çağırır!" - deyirdi. Əmma daş əzələlər
əskiyə dönmüşdü, qara camışın qıllı qollarının, cin-şeytan yığnağının əyiş-üyüş
qaraltılarının arasından çıxmaq mümkün deyildi. Müslümün təkidli səsindən, göl
dibinin uğultusundan başqa, Səməd öz xırıltısını eşidirdi və başa düşürdü ki, bir
az da belə getsə boğulacaq. Odur ki, sən gücünü toplayıb, Qeybalının döşünə
təpik vurdu və bu təpiklə də yuxudan canını qurtardı.
Nəfəsi qaralırdı, ağrıdan başını tərpədə bilmirdi. Radioda bir-birinə qarışan
dalğaların çatıltı-patıltısı qulaqlarını deşirdi. Çatıltı-patıltı kəsiləndə mühacir
Aşıq Cavanın səsi eşidildi: "Xoca Əziz sənə qurban. Ağlama, oğul, ağlama.
Ağlama, Məsim ağlama..."
Səmədə elə gəldi ki, Müslüm bu verilişi məhz onunçün tutub.
Üz-gözünü əydi:
- Əmimin evində o qədər ağlamışam ki, ömrümün axırınacan yaş çıxmaz
gözümdən, - dedi.
Müslüm yanakı baxıb, sərnişininin üzündə nə gördüsə, dərhal radionu
söndürdü.
- Bağışla... çatmışıq. Onçun qurtdaladım, - dedi.
Və Səməd ancaq indi anladı ki, maşındadır, çatdıqları yer isə Bakıdır, ərnik
qır qoxusu ilə dolu, ala-tala işıqlı, dar bir küçə ilə üzü aşağı -enişə gedirlər.
Pencəyi arxadan - oturacağın söykəyindən sürüşüb, sağ budunun altında
əzilmişdi. Sağ əli də budunun altında qalıb, keyikib, tamam hərəkətsiz ət
parçasına çevrilmişdi; elə hərəkətsizdi ki, barmaqlarında gizilti olmasaydı,
Səməd iflic gümanına düşərdi. Ovuşdurub, silkələyib, maşının ora-burasına
çırpıb əlini hərəkətə gətirdi və indicə hiss etdi ki, gözlərinə qor dolub, baxışı
dumanlanıb; "avariya" günü saqqızın altından kəndə doğru gedəndə ayağının
altında yer necə çökəlib, dəniz kimi qabarıb dalğalanırdısa, ərnik asfalt yol da elə
dalğalanırdı.
Əlini Müslümün biləyinə atdı.
- Müslüm, aptek tap!... Qan təzyiqindən ötrü bir şey... Başımın ağrısı
kəsməsə, bu vəziyyətdə heç yana çıxammaram. Gözümə qaranlıq çökəcək indicə.
Müslüm maşını qırağa verib saxladı. Oturacağa qara daş cildləri yada salan
qara "padnos", "padnos"un üstünə isə "qranyonnı stəkan" qoydu. Sultan əminin
termosunu oturacağnı dalındakı cibdən çıxarıb çay tökdü, müharibədən sonra
RİK Atamalının açdırdığı "Əlillər emalatxanası"nda hazırlanıb şəhərdə və
vağzallarda satılan "saçaqlı konfet"dən birini parçalayıb, stəkanın böyrünə
qoydu.
- Hələ bir bunu iç. Aptek qaçmır, - dedi. Sultan əminin termosu ilə samovarın
lüləsindən indicə düşmüş kimi qaynar, ədviyyatlı çay da, "saçaqlı konfet" də
Naxçıvan səfərini, o nadan, yelbeyin ərköyünü xatırladırdı. Çoxmu keçmişdi o
vaxtdan? O - qırx altıncı il, oktyabr, bu - əlli dörd, avqust. Düşündü ki, ilahi,
səkkizcə ildə insan nə qədər dəyişərmiş! Köməyə, "yük götürməyə" çağıran əmi
də dəyişmişdi: acizləşmişdi, güzəştli olmuşdu? Deyəsən... Ağrı, ağrı, ağrı...
Gözlərini yumub, qaynar çayı üfürə-üfürə, qurtum-qurtum içdi.
- Tök! Bir də tök! - dedi.
İkinci stəkanı konfetsiz içəndə başa düşdü ki, bu çay deyil, ədviyyat da deyil,
nə isə başqa şeydir. Gözlərini açıb Müslümə baxanda isə hiss etdi ki, daha nə
ağrı var, nə də qaranlıq çökmək təhlükəsi.
Təəccüb içində, Səməd uşaq kimi sevindi.
- Bu nədi, ay fırıldaq, nə verdin mənə?
Müslüm güldü.
- Aptek-maptek lazım deyil ki?
- De görüm nədi axı bu?!
- Sultan Mamedoviç "dirilik suyu" deyir buna. Yemşən suyudu. Təziqi o
dəqiqə götürür.
- Doğrudan da, "dirilik suyudu!" Yemşən!
- Qarışığı da var. Onu da bir allah bilir, bir də Xızr Abı.
- Deməli, Abı düzəldib?
Müslümün üzündən gülüş çəkildi.
- O ili, avariyadan iki-üç ay qabaq risq eləmişdi Abı, ermənilərin təzə-təzə
qızışan, qan-qan deyən vaxtı Göyçəyə getmişdi. Ordan bizim "qoyun gözü"
dediyimiz jenşen meyvəsi gətirmişdi. Jenşen kolunun boyu bir qarışdı, meyvəsi
elə yemişəninki təkidi. Məncə odu bu. Kökü deyil. Kökünə toxunmuruq biz.
Çünki müqəddəs sayılır. Köksünü ötürüb, birdən-birə:
- Heyif! Heyif Göyçəmizdən! Belə də ədalətsizlik olar, a kişi?! "Qardaş olub
Haystan, Aaazərbaycan!.." Torpağını versin "qardaşına", özü getsin Muğanın
duzlaqlarına, Sibirin şaxtasına!.. Aşıq Hüseyn cavanın konsertini bu vaxta
salırlar həmişə, ay Səmi. Niyə? Şər qarışandan sonra adam onsuz da qəmlənir.
Bir yandan da bu: "Ağlama, oğul, ağlama..." Necə ağlamayım? Müqəddəs
dağlarımda müqəddəs dərmənlərim, sağlamlığını gedib!.. O vaxtdan Sultan
Mamedoviçi saxlayan elə budu. YemSən hara, "jensen" hara?! Yer-yurd əldən
gedəndə dil də gedir! Sultan Mamedoviç deyir "y"ya "j" deyən Qazaxlardı, Rus
Qazaxdan alıb bu "jenşen" kəlməsini, arvadının adına da "Jenşen" qoyub! Onu
da "jenşina" eləyib. İndi bax Gör Goyçə nədi, Yemsən nədi, "jenşina" nədi?!
Səməd astadan:
- Yaxşı, bəsdi! - dedi. - Bilirəm, alimlər yanında oturub alim olmusan! Əmma
adi şeyi qanmırsan: "Jenşina!..."
Sevinc getdi, iniltili xəstə əminin evindən nifrətlə qaçan sərxoş nadanı
xəcalət təri basdı.
Müslüm günahkar kimi, xeyli susub, sonra birdən danışmağa başladı.
- Qurbanın olum, kobud olma! Abı da danlayır məni... "Qiyabi oxuyursan, ali
təhsil alırsan. Dilindən söz çıxanda fikirləş də, ay oğul". Deyirəm, ay baba, bütün
o tay-bu tay Azərbaycan "dərman" deyir "dərman" eşidir. Nə böyük xəta
eləyirəm ki, hər dəfə "dərmana gəlmişəm" deyəndə bu qədər danlayırsan". Deyir:
"Evimiz elə onda yıxılıb ki, o tay-bu tay Azərbaycan da "dərman" deyir, bütün
Türkiyə də, Türkmənistan da, Özbəkistan, Qırğızıstan da, Tatarstan da,
Başqırdstan, Göy Oğuz, Uyğur-filan da! Bir fikirləşən yoxdu ki, "yemşən"" deyil
Bu, "yemşən" suyu deyil, YemSəndi! YemSən! YemSən! Bu kəlməni sənin diline
verən bədbəxt "DərMən" deyib. Yəni "dərirəm!". Budu bax, qaynadıram,
tökürom termosa, apanrsan Sultanım içir, ikicə dəqiqəyə qan təziqi düşür, sən də
fıkirləşirsən ki, "Bah, bah, bu Xızr Abı nə müd-rik adamdı!". Mon deyilom
müdrik, ay oğul, sənə yem yaradıb "YemSən" deyəndi! Tanımırsan sənə yem
yaradanı...
Səməd termosa baxırdı. İndi o da bir az günahkar kimi idi.
- Belə çıxır ki, çay adına kişinin dərmənini içmişəm həmişə?!..
Təhkimçilikdən qayıdanda Xeyrə arvadın samovarını gözləməzdim, bu termosun
üstə cumardım... Eşşəkliyə bax!.. Öldüm ey!..
- Allah eləməsin!.. Bundan bilirsən nə qədərdi? - Müslüm oturacağın
dalından - termosun yanından büzməli torba çıxartdı, büzməsini aralayıb,
ovcunda quru YemSən - "Jenşen" göstərdi. - Budu ha!.. Xeyrə arvadda da var
bundan. O taydan gətirib vaxtilə. Boxçaçiçəyidi, Qaymaq çiçəyidi bir də budu,
xarab olmur, istər yüz il saxla. Sultan Mamedoviçin kabinetində stolun
siyirmələrinin hansını açsan elə YemSəndi. İsti-isti içəndə ikicə dəqiqəyə
sağaldır.
Soyuq içəndə bir az gec təsir eləyir. Damarı genəldir, qanı durulaşdırır, başda
ağrını götürür. Qara ciyərə, ödə xeyir eləyir. Nə bilim, özgə neyləyir. Dam
direktor Ələsgər müəllimin arvadı Sestra "çudo"* deyir buna.
- O da bilir?
- Dam direktorunun da başağrısı var.
Rəhmətlik Mədəd əmi boğulanda, elə bilirdin sinəgir-astmadı.
- Atam da?!
- Onda lap pisinnəniydi... Yəni heç görməyibsən?
- Yox...
- Mədəd əminin sağlığında KeQeBe yaman çəkirdi Abını o yan-buyana. Abı
da məcburuydu, aralı gəzirdi Sultan Mamedoviçdən. Bizim evə telefonu o vaxt
qoydurdu Sultan Mamedoviç. Gecələr o cəlladnan danışandan sonra elə ki
görürdüm rəngi dəyişib, əli də boğazındadı, o dəqiqə xoddayırdım maşını...
"Emadin" idi onda. Elə gedirdim, elə qayıdırdım, Kəsəyolda şaxa-budağa
çırpılmaqdan o gördüyün qara "Emadin" bomboz bozarırdı. Yarımca saata gedib
gətirirdim Mədəd əmini. Qapıdan girən kimi sappadan-sağ eləyirdi Sultan
Mamedoviçi.
_______________
*Möcüzə, xariqə.
Əmgəyini ülgücnən çərtirdi. O vaxt cibində ülgüc gəzdirirdi Sultan Mamedoviç.
Bir ülgüc də Mədəd əminin cibindəydi...
Yanğısı kəsməsə də, Səməd daha içə bilməyib, stəkanı "padnos"a qoydu.
Xəcalətinə, narahatlığına hiddət qarışmışdı.
- Mən hələ təzə-təzə qanıram Mirqəzəb kimdi. Burda, partiya məktəbində
yoldaşlarım deyirdilər gecələr ekzemasının gicişiyi şiddətlənir, guya elə ona görə
səhərə qədər zəng eləyir, zəhərləyir hamını... Hələ çox adam tanımır onu,
Müslüm. Yaxşı oldu çağırdınız məni. Görmək istəyirəm, bu qədər qan-qırğından
sonra necə oturur müttəhim kürsüsündə. Niyə sürmürsən? Məncə, propusk-zad
yazdırmaq lazım olacaq. Hər adamı buraxmazlar axı elə məhkəməyə. Sür!
Müslüm tərpənmədi. Dayandıqları yerdə küçə genişdi, hündür dəmir
dirəklərdə sərt işıqlı lampaların qoşa cərgəsi uzanırdı. Tək-tək maşın keçirdi.
Səkilərdə başları, yaxaları açıq, tərli adamlar tərpənişirdilər. Müslüm gah
maşınlara, gah adamlara baxsa da, puçurdan təzəcə çıxmış yarpaq rəngində,
xırdaca gözlərindən görünürdü ki, fikri ayrı yerdə idi.
- Səməd... Söhbət var... Mən bilirəm, həyatınız, mühitinizdi sizi sarsıdan.
Əmbə əlacım yoxdu, ciddi söhbətim var sənnən.
- ...Əmimə bir şey olmasın!
- Yox, yox!.. Nə danışırsan?! Ayrı şeydi... Açığı, yolda qəsdən demədim.
Qorxdum qızışarsan, yoldan qayıdarsan.
- De görək!
- Bilirsənmi... Səni boş-boşuna çağırmayıblar... Qurban əmi Məhərrəm
Abbasoviçnən danışanda yanındaydım. Danışıb qurtarandan sonra dedi get
benzin götür, hazırlaş, təcili apar Səmədi, özünə də deynən vəziyyəti yaxşı deyil
kişinin. Çağırır. Əmma mən düzünü deyəcəm sənə. Rayondan Sultan
Mamedoviçə zəng vurublar.
- Kim?
- Çox adam...
- Məndən şikayət eləyiblər? Təhkimçilik eləmirəm, yığıma köməyim dəymir.
- Hə...
- Nə olsun ki? Təhkimçilərin elə hamısı bütün günü kölgəliklərdə səvərişib
çay içirlər. Kimdi iş görən? Faydası yoxdu təhkimçiliyin! Pambığı yığanların
özlərinin rəhbər işçiləri var, daha bu "təhkimci" nədi?!
- Gülənov da danışıb.
________________
*Buraxılış vərəqəsi.
- Əmimnən?! Mənim barəmdə?!
- Hə... Deyib: "avara-sərgərdəndi, Məcnun olub çöllərə düşüb, sənin adsanını batırır. Bizə, orqan işçilərinə də söz gəlir ki, katibin, partiyanın şərəfini
qorumuruq".
Səməd çiynini çəkdi.
- Bezobraziyenin köhnə işidi böhtan atmaq. Əmim tanımırmı Gülənovu?!
Çoxlu qeydim var. Cəmaat it günündədi! Xəlvət Rəhimin, briqadirlərinin,
mühasibinin dədələrini bellərinə şələliyəcəm! O biri kolxozlarda olmamışam
hələ. Başa düşmürəm, Qurban əmi niyə ayırır məni işdən?! Səbəbini niyə
gizlədir?! Bəs əmimin yazdığı o "yük" nədi?
Müslüm elə küçəyə baxırdı.
- "Yük?.." Açığı, Elmi bərpa eliyəmmiyəcək əmin. Yığdığımız cildlərin çoxu
parça-parçadı, tək-tək, əzik-üzük vərəqlərdi. Tək bir "Sirli dəstanlar" kitabı az-
çox oxunur. "Dədə Qorqud...", "Koroğlunun Divlərnən müharibəsi..." Əmin
istəyir elə bunlardan başlıyasan. Qurban əmi deyir "Səmədi işə qoşma hələ".
- Niyə?
- Bilmirəm, qardaşım. Bilsəm də, incimə, mən çox şeyə qarışammaram.
- Çox şeyə?! Nəyə?
- Qurban əmi deyir Səməd sarsıntılıdı, əmisini də çox sarsıdır. Beynini
yükləmək olmaz onun. O nalı, deyir, al ondan, at getsin.
Səmədin qaşları düyünlü idi.
- Əgər Qurban əmi sənnən bu mövzuda danışıbsa, deməli, sənə xəbərdarlıq
eləyib ki, yolda mənim beynimi çox yükləmiyəsən? Burdan da belə nəticə çıxır
ki, sən özün də sirr dağarcığısan! Açıq danış! Bilirəm, sən də çekistsən. Çəkinmə
məndən! Sözünü de!
Müslüm qızardı.
- Böyük adamların şoferlərinin hamısının qarnı sirnən dolu olur, ay Səməd.
Vəzifələri dəyişəndə niyə şoferlərini də özləriynən aparırlar?
Hamısı elə sirrə görədi də! Sultan Mamedoviç deyir: "Bu planetdə nə qədər
gözəgörünməz mikrob varsa, "Xəzinə üstündə yatan İlan"ın da bir o qədər mikro
ilanı var. Mikroilanlar elə zəhərləyirlər ki, heç Bağlar da bilmirlər!.." Əmin yenə
açıq, mərd kişi söhbəti eləmək istəyir sənnən. Deyir: "Səmədnən aramızda çoxdu
gizlin şey. Nə əmisini tanıyır Səməd, nə də öz imkanlarını bilir". Sən, açığı,
düşmənlərimizi də tanımırsan, qardaş. Sultan Mamedoviç deyir: "Şüşəli"yə
yığışanlar şpionajın heç beşdən biri də deyil". Moskvadan gələn bəlaların hamısının kökü
xaricdədi. Mikroilanları tanımalısan son. Onda daxilimizi, Bezobraziyenin özünü
də tanıyarsan. Xalqı, vətəni qoruyanlarımıza köməyin dəyər. Sultan Mamedoviç
deyir: "Bizim bir-birimizdən lap cüzi narazılığımızdan da dərhal istifadə
eləyirlər, təhlükə törədirlər", ...Şamaxıdan bu yanda, Acıdərədə körpünün altında
dirəklər laxlamışdı. Gördüm, körpü yırğalanır, üstəlik, körpünün lap ortasından
iki enli taxta çıxarıb qırağa qoyublar. O dəqiqə saxladım maşını, dala verdim,
torpaq yolnan dolayı çıxdım asfalta. Xeyli qıraqda qoşa podfarnik saralırdı. Hiss
elədim ki, kimdilərsə, məhz onlardı bizə tələ quranlar. Sonra gördüm dalımızca
gəlirlər. Maşını qaza basdım.
Təhlükəni gərək vaxtında görəsən. Açığı, ölüm-dirimdi. Çax-çux Xalıqı da
tanımırsan sən, qardaş. Rütbəli adamdı. Həm də çox təhlükəlidi. Səni, bir
tərəfdən, elə buna görə belə təcili çağırıblar. Tək əmin özü deyil səni çağıran. Bu
sözü deməyə bilməzdim sənə. İstəyirəm Məhərrəm Abbasoviçnən əmiyin yanına
hazır gedəsən. Başqa sözüm də var... Bir dəli şeytan deyir o sözü də de.
Dəli şeytana qulaq asım beynini yükləyim, yoxsa Qılınc Qurbanın
xəbərdarlığını nəzərə alım, yükləməyim?..
Müslüm gülümsünəndə "quş dimdiyi" burnunun ucunda dəri dartılıb ağarırdı,
sifətinin nazikliyinə nisbətən ətli dodaqları qatlanıb dörddodaq olub Müslümü
çirkinləşdirirdi, əmma xırdaca quş gözlərinin təzə yarpaq yaşıllığından necə
məlahət saçılırdısa, Səməd özündən iki yaş böyük dostunu uşaq kimi qucaqlayıb
bağrına basmaya bilmirdi.
Bu dəfə o məlahət olmadı. Çünki Müslüm süni gülümsünürdü.
- Yükləyim, yükləməyim?.. Niyə dillənmirsən? Səməd stəkanı göstərdi.
- Bunu götür. Sonra yüklə. Gözümü deşir bu stəkan.
"Dirilik suyu" elə ağır fikirlər oyatmışdı ki, bir tərəfdən "Mirqəzəbə qalib
gələn Kişi" ilə yeni münasibət yaratmağa, o biri tərəfdən "Mirqəzəbə qalib gələn
Kişi"yə yeni zərbə vurmağa cəhd göstərən Bezobraziye xadimlərinin
çaxnaşmasına laqeyd qalmaq mümkün deyildi. Bezobraziye hər yerdə hakim
kəsilsə, nə olar? Tutqu, sürgün, qırğın son həddə çatmazmı?!
Lakin Müslüm tamam başqa, gözlənilməz xəbər dedi:
- Bilirsənmi... iş bu yerdədi ki, bacı ikicanlıdı. Uşağı var. Dörd aylıq uşağı
Səmədin sifəti birdən-birə tamam ifadəsiz oldu. Dodaqları keyləşdi. Nə qədər
qəribə olsa da, sevgi adlı əzabı yalnız indi dərk edirdi.
- Gülgəzin... uşağı...
Müslüm, "bacı"nın adını Bircə balanın dilindən eşitdiyinə heyrətlənib,
duruxub gözlərini döydü.
Səməd isə yenə birdən-birə dəyişmişdi. "Uşaq!.. Əmimin evində... öz varisi...
Mən ələ-ayağa dolaşacam. Mən yaşamamalıyam!.. O sərxoşluq... O konyak
şüşəsi... O zaks... Nəticəsi də bu..." Qıllı Qeybalının səsi gəldi: "Kimdəndi uşaq,
ay Səməd? Sənnəndi, yoxsa əmindən?! "Uşaq... Uşaq... Sultan əmimin
qucağında öz balası!.."
Birdən yenə də darvaza qabağından ağ binanın içinə baxanda düşündüklərini
xatırladı, "sonsuz əmi"nin qucağında körpə gördü! Hiss etdi ki, belə
gözlənilmədən qayıdan o sevinci gizlətmək istəmir. Əmma nə isə mane olurdu.
Nə? Bu barədə düşünmədən:
- Dost olsaq da, çox açıq deyil aramız, - dedi. - "Gülgəz" adı eşidəndə
gözlərin böyüdü... Eşit və bil, Müslüm, onnan mənim armada heç nə olmayıb.
Heç nə! Çox pak qonşuluq olub, sonra istəyə çevrilib, vəssalam. O da qurban
olsun Sultan Əmirliyə, mən də! Bildin?! Uşaq!.. Uşaq demə, Müslüm, Sultan
Əmirli üçün əsl dirilik suyu de! Ağ Əmir, Boz Əmir de! Məhəmməd Əmir de!
Mədəd de! Sura de!.. On iki ildi şoferlik eləyirsən Sultan Əmirliyə, sirdaşı,
qardaşı olmusan! Bilirsən uşaq nə deməkdi Sultan Əmirli üçün! Niyə mısmırıqlı
danışırsan uşaq barədə?!
Belə qışqırıb, birdən susdu.
"Pobeda"nın böyründə, küçənin işığında "podfornik"ləri sarala-sarala arxadan
gələn bir "Villis" dayandı. Tünd abı kitelinin döşündə qızıl ulduz, çiyinlərində
yaşıl zehli, zərli paqonları parıldayan bir mayor "rul"un - sükanın arxasından
başını çıxarıb gülümsəyirdi.
- Xoş gördük, qadası. Xoş gəlmisən vətənimizin mərkəzinə! Son günlərin
hadisələri yaman heyrətləndirir səni. Yadındadımı dediklərim? Əmin qırx
qazanın çalasısıdı! Bütün dünyaynan bağlıdı! Hey elə qurban verir xalqına,
özünü saxlayır. Qanmır ki, Eçmiədzinin o qızıl xaçlı Varneti də bəsdi ki, Sultan
adında adam qalmasın bu dünyada!.. Nə çox baxırsan ora-burama, qadası,
mənim bu görkəmimə heyrətlənmə. Forma geyinmirik biz. Bu axşam xüsusi izn
almışam ki, Bircə bala görsün Xalıq Qudalovun əsil sifətini!.. Ulduzuma yaman
baxırsan! Sovetlər İttifaqının daxili və xarici düşmənlərinə qarşı mübarizəmə
görə verilib.
İcazənlə keçim başqa söhbətə:
- Gördüm gəlirsən, bu dəfə keçəcəksən o qatilin tərəfində fəaliyyət
göstərəcəksən. Baxtın gətirdi, bu dəfə Müslümün həssaslığı xilas elədi səni.
Əmbə müvəqqəti sağlıqdı bu, qadası. Bu bir. Hə! Əyri yola düşsən, kim sağ
qoyar səni?!
İkincisi, sənə dönə-dönə demişdim Gülbənizi gör. Axır ki gördün. Əmbə
qardaş qatilinə münasibətin kəskin deyil. Bu da xeyrinə deyil sənin. Hə!
Səmədin əli qapının dəstəyində titrəyirdi.
Qapını açıb, bir andaca suya batmış əlini Çax-çuxun boğazına uzatdı. Lakin
"Villis" vaxtında tərpəndi, qıjıldayıb getdi.
Səməd özünə gələ bilmirdi. Müslüm ehtiyatla qolundan tutub, yavaşca çəkdi.
- Gəl, qardaşım... Allah özü bəlasını versin Bezobraziyenin! Gəl otur. Əmin
intizar qalar.
Səməd keçib oturub, qapını çəkdi. Müslüm yenə süni güldü.
- Əmbə lap tumana əl apardı ha qaniçən köpəyoğlu! Adamı üstəliyəndə şirdi,
zor görəndə tülküdü! Sultan Əmirlinin çörəyi halalın olsun! Rəhmətliklərin
torpağı sanı yaşıyasan. Sən əmini necə istəyirsən, rəhmətliklər də elə
istəyirmişlər bir-birlərini... Bu dərmən-dava işindən savayı, Xızr Abının
görücülüyü də var axı. Sən anayın qoynunda olanda anayın üzünə baxıb, Mədəd
əmiyə deyib: "Uşağın olan günü Sura rəhmətə gedəcək. Uşağı xərc eləsəniz, özü
səlamət qalacaq, əmma doğar qarnı olmuyacaq". Anan eşidib bunu, həkimə
gedib. Həkim də Abının sözünü təsdiq eləyib deyib: "Ya uşağından keç, ya
canından". Anan canından keçib ki, Mədəd əmi övladsız qalmasın... Srağagün
gecə danışdı bunu mənə Sultan Mamedoviç, dedi: "Səmədin ürəyi anasının
ürəyidi..." Çox içibsiniz ikiniz də, nəsə olub, sən pis çıxıbsan evdən. Zəng vurdu
Sultan Mamedoviç, getdim gördüm təkcə oturub tut ağacının altında, bu
termosnan bu stəkan da qabağında. Stəkanı doldurmuşdu, içmirdi... İnsanın
insana məhəbbətinə bax ki, o da sən deyəni dedi: "Mənim dirilik suyum
Səməddi! Comərddi, Süleymandı Səməd! Məhəmməd Əmirdi Səməd! Ağ
Əmirdi, Boz Əmirdi, Mədəddi, Suradı Səməd!.."
Mən bilmirəm nə olub orda, gecə niyə elə çıxıbsan evdən. Bildiyim budu ki,
sən gedəndən sonra Qurban əmi çox pis dalaşıb Sultan Mamedoviçnən. Açığını
deyim sənə. "Beynini yükləsəm" də, bu elə şeydi ki, alayarımçıq danışmaq
olmaz, ay Səməd. Açığı belədi ki, Qurban əmi
lap əndazədən çıxıb, deyib: "Çağır o evdən belə filan qızını, bu dəqiqə tərkimə
mindirib səyirdəcəm atı aparacam, atacam atasının dağılmışına, uşağı xərc eləsin,
bir söz-söhbət də burdan çıxmasın".
Sultan Mamedoviç bacını yox, Xeyrə arvadı çağırıb. Xeyrəni də ki tanıyırsan.
Deyib "ata mindirmək olmaz, bu bir, ikincisi qoynu dolu zənəni atası evinə
qaytarsan, nə allah götürər bunu, nə bəndə".
Qurban əmi qışqırıb ki, "Bəs o cavanın dəli-divanə olub düzlərə düşməyini
götürərmi allahımız, bəndəmiz?!"
Arvadı qovub, qalxıb yuxarı, yazıq, binəva bacının üstə düşüb ki, Sultan
Əmirlinin evi, ailəsi də, oğul-uşağı da Səməddi! Əmirli nəslinin varisini didərgin
salsan, nə sən özün xoşbəxt ola bilərsən burda, nə də Əmirlilər. Çıx get burdan,
uşağı xərc elə! Sonra da çıx kəndin ortasına, deynən düşmən sözüdü deyilənin
hamısı!.. Nə başını ağrıdım, axırda bacı deyib: "Uşaq-zad olmuyacaq". Özü də
gedib atasının evində oturacaq, ölənəcən heç kəsin üzünə çıxmıyacaq.
Atası evindədi indi.
Arvad ərinin damının altında deyilsə, nədi bu, ay Səməd?!
Haqlıdımı Qurban əmi?
Özü də başa düşür ki, haqlı deyil. Dünən Sultan Mamedoviçi yola salanda
ayrı hava çalırdı: "Kəbinin də qalsın, uşağın da. Mənə lazım olan budu ki, Səməd
onu bir də o evdə görməsin", - dedi dönə-dönə. Sultan Mamedoviçə söz verdi ki,
bacının özünə də, Əlləzoğluynan Hənifə arvada da tapşıracaq, uşağa xətər
dəyməsin.
Təklənəndə Sultan Mamedoviçin gözü dörd olmuşdu. Dəli kimi, öz-özünə
danışırdı: "Uşaq əldən gedəcək, əldən gedəcək" deyirdi. "Bezobraziye rahat
buraxmıyacaq o bədbəxti. Şübhəsiz, felyeton-filan da olacaq" deyirdi. Məni
çağırdı. Soruşdu ki, "Ağlın nə kəsir? Səmədnən danışsam, Səməd onun könlünə
nur sala bilərmi ki, uşağa toxunmasın?" Özü soruşdu, özü də dedi: "Bircə
balamnan danışacam, balamı xilas eləsin! Bir dəfə açıq, mərdanə kişi söhbətimiz
oldu, dözmədi. Yəqin təbiidi. Bir də danışacam, Bircə balam özü qurtarmalıdı
məni bu dardan! Kürəyimdən yükü götürsün, bir az yaşayım, iş görüm!" Budu,
əslində "yük" dediyim. Elm barədə söhbət getmir hələ.
İndi nə fikirdədi Sultan Mamedoviç? Bilmirəm. Məncə, bu fikirdədi ki,
məktub yazasan bacıya, mən aparım verim. Bu işi ləngitmək olmaz, ay Səməd.
Sultan Mamedoviç Əlləzoğluna deyib qızı gözdən qoymasın. Bədbəxtlikdən o
murdarlar Əlləzoğlunu xəstəxanaya basıblar rayonda. Başa düşürsən?!
Çax-çux səndən çox çəkinir. Bilmirəm hansı belə-filan çatdırıb ona həyətdəki
o xançal əhvalatını. Elə ona görə KeQeBeyə çağırtdırdı məni bu səhər, hava
işıqlananda, dedi Əmirlilər nəfəslərini necə çəkirlər, o da məlumdu bizə. Sizin o
Saşanız o biri rayonda KQB-nin rəisiydi. Altmışa qədər "Muğ" buraxdırdı
məhkəmədən. Dözdük. Rütbəsini artırdıq, göndərdik Bakıda müavin elədik, öz
ayaqlarıynan güllə qabağına göndərdik. Sultanınız da o yolnan gedir. Hansı
kənddə, hansı şəhərdə məhz kimlərdi "Muğ"lar - Bağlar, hamısı uçotdadı. Get
mənim adımdan de Səmədə, əlini tərpətməsin, səlamət qalsın, ayrılsın
UluBağlardan -"Muğanna"lardan. Onsuz da qırılırlar. UluBağlar, OdƏr, Türkfilanlar. Ümumiyyətlə Türkün qəbri qazılıb, hələ o ikiyüzillik müharibə vaxtı -
yeddinci əsrdə Türkün Dədəsi hayana gedir, elə qəbir görür". "İndi işin axırıdı" -
dedi. - Səməd başına çarə qılsın".
Səmədin beynində dəhşətli fikir dolanırdı: gizlətmədi, dedi:
- Sən axı deyəsən elə Bezobraziyeyə işləyirsən, Müslüm!
Şofer elə bil heç nə eşitmədi.
- Mənim vəzifəm düşməni görmək və tanıtdırmaqdı. Açığı, çox böyük
təhlükə var, qardaş!.. Məhlə milisənerləri hərlənirlər dəmir yol xəstəxanasının
qabağında. Bu səhər benzin götürəndən sonra ora sürdüm maşını. Palatanın
qapısı bağlıydı. Açdırdım. Əlləzoğlu özünü üstümə saldı ki, "Mən dustağam
burda! Sultana çatdır, evi mənim əlimnən yandırıblar, gözü kölgəli eləyiblər
məni, deyirlər "Səməd səni ağaca çırpanda beynin silkələnib". Deyirlər "nöyüt
qabıynan kibrit əlimizdədi, ayaq iziyin şəklini çəkmişik. Dilindən kağız verib
Səmədi tutdurmasan, beyin zədəsindən ölcəksən". "Sultana sədəqə olum, Səmədi
tutdurarammı?!.. "Məni tez çıxartsın burdan, gedim göz-qulaq olum, balama
sədəmə toxunmasın".
Belə şeylər dedi Əlləzoğlu.
Veziyyət elədi ki, allah göstərməsin, özünə qəsd eliyər bacı. Günü bu gün
qəsd eliyər. Ondan sonra, dilim qurusun, ölmüş bil Sultan Mamedoviçi!.. -
Müslüm köksünü ötürüb, yaylıqla tərini silə-silə Səmədə baxdı. - Əgər beynini
doğrudan da yüklədimsə, bağışla.
Ağır yox, "yük" elə dəhşətli idi ki, Səməd maşını elə bu dəqiqə geri
sürdürmək istəyirdi.
- Kənddən çıxmamış deyəmməzdin?! Kitabxananın müsibəti düşdü araya...
Orda ikicə kəlmə desəydin ki, iş bu yerdədi, bətnində Sultan Əmirlinin balasını
gəzdirən qadının qabağında diz çökərdim mən, yalvarardım! Hamının gözünün qabağında yalvarardım... Gülgəzin özünnən
danışardım. Təəccüblənmə! Böyük səhv eləmisən, Müslüm! Düzəltmək lazımdı
bu səhvi. Özü də təcili! Qayıtmalıyıq! Xilas eləməliyik uşağı, Müslüm! Zəng
vuranlar da cəhənnəm olsunlar, Mirqəzəb də, Pers də! Çax-çux da!
Bezobraziyeni bircə çıxışnan darmadağın eliyərəm! Bloknotumda çoxlu
şikayətlər var. Bir-birindən müsibətli, açıq cinayətlər eləyib Bezobraziye!
Döndər maşını! Döndər gedək benzin götür, qazı bas! Əmim düz fikirləşir.
Arvadı bilirsən necə adamdı?! Ürəyindəkini gözləriynən deyən lal-dinməz
mələkdi! Başqasının ürəyini də bircə baxışnan görən, nadir həssas insandı!
Duyacaq, o saat başa düşəcək sözümü! Yorulmusansa, keç bu yana. Rulda
çoxdan oturmasam da, sürrəm. Gözüyün acısını alarsan, sonra özün oturarsan.
Döndər! Gedək, yaxşı xəbərnən gələk əmimin yanına!
Təzə yarpaq gözlər məhəbbətlə doldu:
- Qadan alım! Bir dənə oğulsan! Tayın-bərabərin yoxdu! Əmbə
qayıdammarıq, qardaşım! Yaxşısı budu məktub yaz, məktubunu aparım.
Sənin özünü aparammaram.
- Niyə?!
- Mümkün deyil, ay Səməd. Bezobraziye dağılmasa, qayıdammazsan sən.
Tutarlar. Qayıtsan, Sultan Mamedoviçin əhvalı xarab olar burda.
Uşağını xilas eləyib gəlib görərsən atası yoxdu.
Səmədin canından üşütmə keçdi.
- Müslüm! Nə çərənləyirsən?! Çoxmu ağırdı kişinin vəziyyəti?!
Müslüm elə köksünü ötürürdü.
- Səni görməsə yaxşı olmuyacaq Sultan Mamedoviç. Bir də... Hər şeyi açıq
deyəmmirəm. Açığı... Rayondan qaçırtmışıq biz səni. O murdarların səmtinə
qayıtsan, özün orda əlimizdən gedərsən, əmin də burda. Açığı, tələdəsən sən,
Əlləzoğlunu elə orda - xəstəxanada öldürüb səni lap asanca, cani kimi
gülləliyərlər. Görmədinmi qızışıb Çax-çux!
- Müslüm!.. Bilirəm, silahın var sənin bu maşında. Yolda məni qorumağa
gücün çatar, istəsən... Sonrasınnan işin yoxdu. Açarı ver, düş keç bu yana! Keç!
Müslüm açarı çıxarıb ovcunda sıxdı.
- Ay Səməd! Dəliqanlılıq yeri deyil. Neyniyə bilərsən axı sən o canavar
sürüsü Bezobraziyeyə?! Bəlkə bir tədbirin var, de bilim, sonar verim açarı da!
Səməd tövşüyürdü.
- Bilmirəm... Hələlik ağlıma gələn budu ki, bu Bakı - Tiflis magistralı
boyunda mənim çoxlu tələbəlik yoldaşlarım var. Qazı Məmmədlidə,
Kürdəmirdə, Ucarda, Göyçayda. Kürdəmirnən Ucarın arasında bir aləm qohum-
əqrəbamız var. Vaxtilə Birinci Aleksandr danışıq aparıb İrannan, Ulu Bağın
sarayının dörd dövrəsindən, Elvənd dağının ətəklərindən köçürtdürüb ki, özü
nəzarət altında saxlasın. Abı danışdı bunu mənə mülkün küllüyündə. Əmma
əvvəllər, partiya məktəbində də Elvəndlilər deyirdilər: "Qohumuq biz". Yevlax
heç, yığamatdı ora. Əmma orda da var bizdən. Abı deyir Bərdədə lap çoxdu.
Ağdam da elə, hamı Ağ Türkdü deyir. Gör nə qədər vəzifəli, vəzifəsiz qohum-
əqrəba sahibiyik biz! Bezobraziyenin qanını içməyə hazıram! Ver açarı! Düş,
keç bu yana!
Müslüm üzünü yuxarı tutub, ağzım açıb, dərindən nəfəs aldı. Onun da havası
çatışmırdı. Əmma şəhərdə ağır bürküyə yox, professor Məhərrəmovun evinin
cəmi yüz-yüz əlli addımlığında dayandıqları bir vaxtda Səmədin qaynadığına
dözmürdü.
- Sən Ucar, Kürdəmir-filan deyirsən. Buralardı tanıdığın-bildiyin. Mənim
babalarımın əsli bilirsənmi hardandı? Qarsdandı, Borçalıdan o yanda
AğBabalıdandı. Hamısı Ağdı ey! SafAğ! Ağ tərik - Türk! İndi tək Qarsdakılar
qalıblar. AğBabalı mahalını büsbütün köçürdüblər yurd- yuvalarından. Sən elə
bilirsən tək Vatikannan Eçmiədzinin, Rusun əməlidi bu? Xeyr, qardaşım. Allah
bilir hansı əsrdə "Rey"don - ƏrEydən qovublar AğBabaları. "Baba" deyillər,
BağBağÜn. "Bababani" adı daşıyan BağBağÜnlər. ƏsƏrEy OdƏrləridirlər... İndi
gör nə deyirəm: Sultan Mamedoviç xeyli adam gizlədib orda-burda
AğBabalıların. Bəzilərini Moskva, Leninqrad Yevreylərinin himayəsinə
göndərib, bir aləm xərc çəkiblər adlarını dəyişdirib pasport alıblar, gizlin
yaşayırlar. "Xəzinə"mizin əsli, ən qədimi Vatikandakı o Papa adlı İlanın
altındadı. Bağlan hər yerdə batırır, qardaşım! Hər yerdə! Belə bəladı bu. Sənin
Ucarın- mucarın, Kürdəmirin, Ağdamın-filanın neyniyə bilər Bezobraziyeyə?!
Nə Stalin ölüb, nə Hitler, nə də ilanlar padşahı - şahmar İlanın minlərnən
Stalinləri, Hitlerləri!.. Əvvəl-axır belə söhbət olmalıydı bizim aramızda.
Bədbəxtlik burasındadı ki, EsƏrEydən OdƏrlərin xəbəri olmayan "Yevrey"lərin,
"Cühud"ların əliynən öldürürlər bizi, qardaşım! Elələri də ki, bilirsən, yüz-yüz
milyonlarnandı bu xaraba dünyada!.. Başa düşdünmü dediyimi?! Mətləbim
əvvəlkidi: səbrini bas! Kükrəmə! Qayıtmaq olmaz, qardaşım! Səbr! Səbr! Səbr
elə, qadan alım! Bir-iki bayram böyügəm səndən. Özün bilirsən, çox istəyirəm
səni. İndiyəcən bir dəfə də sözündən çıxmamışam. İndi də çıxmaram. Qayıdaq deyirsən, qayıdarıq. Əmbə səbr
elə, qulaq as, başqa sözüm də var.
İndi eşitdin ki, mən heç kəsdən az bilmirəm ətrafımızda baş verənləri. Bu
heç. Qırx ikinci ildə rulda oturanda mənim cəmi on altı yaşım vardı. Dost-tanış
danlayırdı Sultan Mamedoviçi ki, "Belə ana uşağına da rul tapşırarlarmı?" Hamı
təəccüb eləyirdi ki, əldən-ayaqdan saz, möhkəm şoferləri qoyub niyə bu "quşu"
götürüb Sultan Mamedoviç. Sonradan açıldı ki, general Pers, Xudiyev dəstəsini
divara qısnayıb şeyx qardaşlarının barəsində material istiyəndə, elə o vaxtlar hər
səhər xaş yediyinə görə Xaş nəçənnik deyilən NKVD Gülənov hər xaş vaxtı
Sultan Mamedoviçin bir şoferini içirdib leşə döndərirmiş, sürüyüb Gəzəyən
Şənbənin otağında lüt-üryan soyundururmuş, ayılanda da təpiyin altına salırmış
ki, "Bizim rabotnikin namusuna sataşmısan! Şeyx qardaşlarının şpionusan!
Şənbəni əlekeçirib məlumat almaq istəyirsən!.." Gülənovun dalınca Sayılov
çarmıxa çəkirmiş şoferi, Sayılovun dalınca Pers özü!.. Qırx birinci ildə
qoşunumuz o taya keçəndə Culfada Xudiyev açıb bu sirri Sultan Mamedoviçə,
deyib: "Tarixin təkəri sizin xeyrinizə fırlanır. Əmbə siyahımıza düşən
şoferlərdən uzaq olmasanız, təkərin altında qalarsınız". Sultan Mamedoviç
yoxlayıb görüb raykomnan RİK-in qarajında tək bir nəfər milisə düşməyib, o da
şoferlərin əldə-ayaqda buyurduqları "Quş"du. Öz adı Müslüm, atasının adı
Müslüm, familiyası da Müslüm. O saat tanıyıb, deyib: "Tez bura çağırın o
Müslüm Müslüm oğlu Müslümü".
İçəri girəndə gördüm ayaq üstədi. Dedi: "Xəbərin varmı ki, atan Müslüm
Müslüm oğlu Müslüm qəza komitəsində mənim şoferim olub, vuruşmada mənim
bu qolumun üstə keçinib?" Dedim: "Bizim evdə səhər yerimizdən qalxanda da o
barədə danışırıq, günorta da, axşam da". Dedi: "Mən istəyirəm atanı əvəz
eliyəsən". Dedim: "Mənim bundan böyük arzum yoxdu". Dedi: "Arzuna
çatmaqdan ötrü get pasport al. Gəl pasportunu göstər, əmrini al. Ordan da get
qaraj müdirindən açarı al, maşını qarajdan çıxart. Əmma bir şərtnən götürürəm
səni. Bığın, saqqalın çıxmamış, indidən yadda saxla: hardasa, kimsə bir qədəh
araq təklif eləsə, bil ki, Gülənovun tapşırığıynan verir. Hardasa, kimsə, bir zənən
xeylağı üzünə gülümsəsə, bil ki, Gülənovun tapşırığıynan gülümsəyir". Dedi:
"Hamı bilir, sən də bil: Xaş nəçənnik Gülənovun iki qorxunc silahı var: birincisi
araqdı, ikincisi zənəndi. Bu silahlardan özlərini gözləmiyənlər, tələyə düşürlər,
ömürlük tələdə qalırlar"... Beynim qanıydı.
Çox təəccüb elədim ki, araq nədi, zənən nədi, Sultan Əmirli kimi adamın dilində
nə söhbətdi bu? Demə, o günü Sultan Mamedoviçin ən tərifli kolxoz sədri
Cəbrayıl kişini tələyə salıbmışlar o murdarlar. Görmüş olarsan, Tahirlidə Sürməli
Söylü adında gözəl arvad vardı. Əri Muxtar Sultan Mamedoviçnən, Qurban
əmiynən, atamnan bir atryadda vuruşan adamlardanmış, kolxoz sədriymiş.
Müharibə başlayan günü yerini Cəbrayıla verib əsgər gedibmiş. Qırx ikinci ilin
yazında "Qırılan diviziyada qırılanlar"nan bir yerdə ondan da qara kağız
gəlibmiş. Qurban əmiynən Sultan Mamedoviç o Sürməli arvadı kursa göndərmək
istəyirmişlər ki, kursdan qayıdanda Tahirlidə partkom seçsinlər. Murdarlar guya
Muxtar kişinin ailəsinə yoluxmaq münasibətiynən gedib Sürməlinin evində
məclis düzəldiblər, Cəbrayılı da ora çağırtdırıblar, içirdib leşə döndəriblər,
çıxanda Sürməlinin də boğazına konyak töküblər, içəridə qoyub, eşikdən qapını
bağlayıblar, kəndə səs yayıblar, qalmaqal qaldırıblar ki, bəs Cəbrayıl əsgər
ailəsinin namusuna sataşıb, öz dostu Muxtarın arvadını zornan arvad eləyib
özünə.
Getdik gördük Sürməlinin böyük oğlu Cümrünün başına hava gəlib. Kiçik
oğlu Tapdıq az qaldı özünü "Emadin"in altına salsın. Sultan Mamedoviçin
yaxasından yapışdı, qışqırdı ki, "Cəbrayıl tutulmalıdı! Tutulmasa, öldürəcəm
onu!"
Maşını qarajdan çıxardan günü belə şeylər bildim.
On iki il keçib o vaxtdan.
Lüt Cəfər kimi durub-toxtamış kişini tələyə saldılar o Bezobraziye
murdarları! Cəfər əminin evinin ətrafında on iki evi birdən xaraba qoydular!
Axırda Sultan Mamedoviçin özünü tələyə saldılar! Çapalaya-çapalaya qalıb!
Dünən tələsiyə düşdü, bu torbaynan termosu çatdırammadım, indi əlim ürəyimin
üstədi ki, dərmənsiz qalıb, görəsən necədi halı?!
Mən boş-bekara söz danışan deyiləm, qadan alım, qardaş. Bezobraziye
qudurmuşları Əlləzoğlunun "beyninin zədələnməsi"ni "eşq dəlisi" adına
yazıblarsa, aydın deyilmi ki, qudurmuş it tutub səni?! Cəbrayıl kişini, Cəfər
əmini tutan it tutub! Sultan əmini tutan it tutub! Hamanca zənən tələsidi, qadan
alım, özü də lap yekəsindən!
Dünyada yeganə doğru elmnən kamil insan yetirmək yolunda can qoyanların
tərbiyəsindən çıxıbsan sən. SafAğı mükəmməl bilməsən də irsiyyətcə Ağsan!
Qəlbin billurdu! Ona gorə də tez aldanansan. Hər rayonda lap min qohumun,
dostun da olsa, Bezobraziyeyə qalib gələmməzsən! Bayaq danışdım
Bezobraziyenin miqyasını...
Səməd öz dəyişmiş səsinin xırıltısını eşitdi:
- Müslüm!.. Çax-çuxun sözüynən saxlamamışdınmı maşını sən küçədə?! Mən
ayıq tərpənməsəydim vurmalı idi o məni! Qucağında siyirmə xançal vardı!
"Mikroilan" deyilsənmi sən özün?!
Müslümün rəngi ağardı.
- Yox! Yox! Nə danışırsan, qardaş! Mikroilan olsaydım, elə o körpüdə
güdaza verərdim səni.
- Orda sən özün də avariya qurbanı olardın. Ona görə qaçdın. Düzdü?!
Səmədin əlləri bayaq Çax-çuxun boğazına necə yönəlmişdisə, indi də elə
yönəlib Müslümün ağzını-burnunu bir-birinə qatışdırdı.
- Danışma! Bəsdi zəhərin! Şofer deyilsən sən, çoxbilənlərdənsən! Sür!
Maşın Nizami kino-teatrının qabağından sola burulub, 28 Aprel küçəsinin
solunda, hər mərtəbəsi azı dörd metr hündürlüyündə, köhnə ikimərtəbə bir
binanın kino-teatra baxan tərəfində dayandı. Səməd bunu bilmədi. Özündə
deyildi.
Müslüm termosla büzməli torbanı və qəzetə bükülü "padnos"la stəkanı
qoltuğuna vurub düşüb, fırlanıb sağdakı qapını açdı, başını bulaya-bulaya,
qanamış burnunu, gözlərini sildikcə, qanını göz yaşına qata-qata, qoluna girib
Səmədi qalın, hündür, boz bir qapı qabağına apardı, geri yüyürüb, maşının
qapılarını açarla bağladı, qayıdıb yenidən qoluna girdi, Səməd bunları da
bilmədi. Sarsıntıdan ancaq onda az-çox ayıldı ki, Müslüm əlini qapıya uzadanda
yuxanda zınqırov cingiltisinə bənzər cingilti eşidildi. Boz qapı açıldı. Müslüm
onu ikinci mərtəbədə geniş, yarı-qaranlıq foyedən keçirib, - çatdıq, - dedi.
2
Bir nəhəng otaq solda idi, azı iki metr enində, taybatay açıq qapı arxasında -
uzaq divar dibində şifonerlərdən və taxtlardan məlumdu ki, ora "spalni" - yataq
otağı idi.
Bir nəhəng otaq da sağda idi, azı iki metr enində, taybatay açıq qapı
arxasında - uzaq divarda uca rəflərdəki kitablardan məlumdu ki, ora kabinetdi.
"Spalni" ilə kabinetin ortalığındakı meydan genişliyinin üzərində büllur
çilçıraq yanırdı. Çilçırağın altında nəhəng, çılpaq stolla qədim, ağır kreslolardan
başqa heç nə yoxdu. Stolla kreslolardan o yandakı divar
iki nəhəng pəncərədən və nəhəng qapıdan ibarətdi. Pəncərələr də, qapı da
taybatay açıq olduğuna görə, bütövlükdə azı üç yüz kvadratmetrlik mənzilin
saray genişliyindən küçənin üzərinə uzanan balkonun özü də ayrıca bir otaq kimi
görünürdü. Sultan əmi orada - balkonun ağlı-qaralı metləx döşəməsində, böyük
xalı - zili üstündə, yalxı maykada, üzü üstə uzanıb, ovcundakı yaylığı alnına
sıxmışdı.
Səməd dumanlı təhlükə hissi ilə dolu canında, ruhunda nə baş verdiyini bir o
qədər anlamadan dayanıb, gah əmisinin çilçıraqdan işıldayan islaq, çal saçına,
burulub gərilmiş boynunda törə, gah da ağır bürkü və sükut içində kimsəsiz
otaqlara tamaşa edirdi. Çoxbilmiş şoferin törətdiyi sarsıntıdan sonra elə bil qatqarışıq yuxudan oyanmışdı, bu bürkü və sükut içində əhalisi bağlara, sahilləri,
parklara dağılışmış avqust Bakısına düşdüyünü indicə anlayırdı. İnana bilmirdi
ki, cəmisi beş gün bundan əvvəl, bu cür bürkü və sükut içində çamadanını
götürüb, qapını bağlayıb, açan komendanta verib vağzala getmişdi, orda - altıncı
vaqonun ayaqlığının yanında bir az sərinləmək üçün dayananda perronun
qələbəliyində o yaşıl vilyur şlyapanı, dəyirmi fanar gözləri, zərif, gümüşlü
trubkanı görmüşdü.
İnanmaq mümkün deyildi ki, cəmisi iki gün bundan əvvəl bu doğma, əziz
adamın bu islaq, işıltılı çal saçlarını o qara, qıvrım saçların arasında görmüşdü,
"Sultan Əmirli adında möhtəşəm dünya" uçub dağılmışdı, "ideal" ölmüşdü və
idealın Bircə balası ağ daş binadan qaçıb, boşluq-heçlik içində çalxanandan
sonra, o qəbir kimi dar nömrədə, taxtabitili çarpayının yanında eynilə bu cür üzü
üstə döşəli qalmışdı. Möcüzə kimi bir şey idi ki, Qılınc Qurbanla Xızr Abı "ölü
səcdəgahı,, diriltmişdilər, əvvəlki idealla müqayisə edilməz dərəcədə boyük, o
tay-bu taylı vətəninin heyrətli igid, alim çekistinə çevrilmişdilər və əmini tezcə
görməyə can atan xoflu Səməd, indi "Muğ" nəslindən "Müəllim"in mənzilində
yox, sözün əsl mənasında ibadətgahda dayanmışdı, üzü üstə döşəli idealı görərgörməz qaynayan göz yaşını uda-uda, qəlbinə-ruhuna hakim səcdəgahına -
vətənin fədaisinə səcdə eləməyə tələsirdi.
Ayaqqabılarını çıxarıb cütlədi, aparıb qapının dalına qoydu, orda nəhəng
çəllək içindən uca tavanın ortasındakı dəyirmi, bacasayağı şüşəli yerə qədər
uzanmış palma ağacının altındakı yumşaq dəri çəkələklərdən birini ayağına
keçirib, ibadətgaha bu dəfə necə lazımdısa o cür - ustufca girdi, kandardan
Müslümü yana itələyib, qapını da ustufca çəkib, balkona yönəldi.
Gedə-gedə gördüyü birinci bu oldu ki, əmisinin boynunun, sol üzünün rəngi
ovcundakı islaq yaylığın rəngindən seçilmir. Eşitdiyi isə bu oldu ki, əmisi
inildəyir - yatır.
Xalıya çatanda çəkələkləri də çıxarıb, əmisinin böyründə çöməldi. Əgər
Sultan oyaq olsaydı, yəqin ki, mütləq fikir verib görərdi ki, o taxtabitili
mehmanxanada, o dar nömrədə qardaşoğlunun yanında əyiləndə necə dizləri üstə
düşüb, boyun-boğazını necə ovuşdurmuşdusa, burda Səməd də eləcə dizləri üstə
düşüb, boğazından yapışıb nəfəs almağa çalışırdı. Əmma bunun səbəbi heç də
təkcə o deyildi ki, Sultan Əmirlinin sifətinin rəngi ovucundakı islaq yaylıqdan
seçilmirdi. Səbəb bir də bu idi ki, mərhum qardaşı kandarında çəmənotu və
qazayağı bitən, tavanında qaranquşlar uçuşan evdəki dəmir çarpayısında necə
yatardısa, Sultan əmi də o cür, qurbağa kimi, qıçının birini qarnına yığıb,
mütəkkəni qucaqlayıb, sağ üzü üstə yatmışdı. Gözünü açıb dünyaya baxdığı
gündən əmisini atası ilə yanaşı gördüyünə baxmayaraq, Səməd burda birinci dəfə
görürdü ki, qardaşların profilləri bir-birinin eyni imiş. Saçın, alnın geriyə yatımı,
gicgahın, bığın sığalı, alt dodağın xətti, burnun pərəsi elə oxşayırdı ki, elə bil
Sultan Əmirli deyildi, sədr Mədəddi, yeddi il səkkiz ayda qocalıb, dünyaya çal
saçla qayıtmışdı.
Səməd nə Bezobraziye murdarlarının gözündən yayınmaq üçün
"qaçırıldığını", nə də müsibət içində olan ac-yalavac kənddən ayrılıb Bakıda
qalmaq təhlükəsini unutmuşdu; bunlar elə şeylərdi ki, əmi əvəzinə indi doğrudan
da atasını görsəydi, bəlkə onda da unutmazdı. Əmma hər şey bu üzgün xəstə
fədainin taleyinə bağlı idi. Küçədə maşınların qıjıltısı ara verdikcə Səməd onun
iniltisindəki sızıltını, göynərtini də eşidirdi. Uzun illər ərzində qoşa çarpayılarda
yanaşı yatanda kar qalmışdı, indi isə eşidirdi. Çünki indi tək Sultan Əmirli yox,
qurğuşunlu nalın zərbəsindən gicgahı partlayıb dağılmış sədr Mədəd də
inildəyirdi, Bircə bala özü də inildəyirdi, top atəşi altında qalan fədailər də
inildəyirdilər, partbiletinin arasında Məhəmməd Əmir, Ağ Əmir, Boz Əmir də
inildəyirdilər.
- Gəlmişəm, ay əmi... Gəlmişəm...
Yaş Səmədi boğdu. Müslümün çöməlib termosu açdığını, haman qara
"padnos"da stəkana "dirilik suyu" tökdüyünü və çiyninə toxunub kişini
oyatdığını görmədi. Əlini əmisinin kürəyinə qoyub, özü asta-asta tərpədirdi.
- Oyan, əmi... Nə qədər inildiyərlər?!. Qoymaram daha inildiyəsən!
Qoymaram!.. Kar olmuşam, eşitməmişəm sənin bu iniltini. Kor olmuşam, səcdəgahımı, möhtəşəm dünyamı görməmişəm, tanımamışam. Qurban əmi
hər şeyi danışdı mənə. Düşmənimizdən eşitdiklərim də yadıma gəlir indi. Stalinə
məktubunu, o tayda, bu tayda olanları, hər şeyi bilirəm. Səcdənə gəlmişəm!
Eşidirsənmi? Deyirəm səcdənə gəlmişəm. Əsirinəm, qulunam, sənin, əmi.
Ömrümü sənə həsr eliyəcəm. Əsl həyatın, əsl ömrün bundan sonra başlanacaq.
Ailən, uşağın da olacaq. Bircə balan xüsusi fəaliyyət göstərəcək. Eşidirsənmi,
əmi? Bezobraziye murdarlarına divan tutacam!.. - Hönkürtü arasında içərisindən
elə təpər gəldi ki, hətta əlini əmisinin kürəyinə şappıldatdı. - "Kadr həll eləyir hər
şeyi!"* Kadr, ay əmi, kadr! Xalqın qatili Bezobraziye kadrlarıynan qırmayıbmı
sizi?!. Əvvəllər o qədər başa düşmürdüm mən o qatilin şüarını. İndi bütün
varlığımnan dərk eləmişəm. Tək bir nəfər namuslu prinsipial kadrın fəaliyyəti
bütöv bir kollektivin fəaliyyətinə bərabər ola bilər. Kim nə deyir desin, şəxsiyyət
lazımdı. Qatil yox, kamil şəxsiyyət lazımdı bizə. Məqsədə qan seliynən çatanları
şəxsiyyət adlandıranlarnan döyüşəcəm, əmi! "Vintik"ləri** "vintik"dən də betər,
dilsiz-ağızsız, lal-kar bədbəxtlərə döndəriblər.' Nəinki mərkəzdəkilər, mən kimi
sıravi təlimatçıların hər biri də kamil insan olmalıdı! Lapatka, kətmən tutanlar da
rəzillikdən qurtarıb, məhz sənin arzuladığın kimi kamil adamlar olmalıdılar.
Tamam unutmuşdum, elə bu dəqiqə yadıma düşdü ki, Nizaminin anadan
olmasının yüz illiyindən xeyli keçmişdi. Üç ilmi, beş ilmi? -unutmuşam. Gecənin
bir vaxtı sənin qışqırtına oyandım. Telefon qulağında, "Kommunist" qəzetinin
redaktoruynan danışırdın: "A kişi, ay Xasay, sən necə redaktorsan ki, bu vaxta
qədər "Xəmsə"ni oxumamısan!" - deyirdin. "İxtisar olunan Xəmsəni saxla, Stalin
yoldaşın əmrindən, akademik Bertelsdən yadigar qalsın. Sən yubileydən
əvvəlkini oxu, gör Nizaminin iqtəsindəki*** AğEy - "Əxi" icmalarıynan bizim
təxminən otuz dörd-otuz beşinci illərdəki "kolxoz"un fərqi nədi? Qardaşım
Mədəd neyləmişdi, yadındadımı? SSRİ-nin hər yerində "Kolxoz
Nizamnaməsi"ni atmışdılar getmişdi. Mənim qardaşım Mədəd məhz o ilk
nizamnamə əsasında əməlli-başlı AğEy icması yaratmışdı: kollektivin əməyinin
bəhrəsini - əmtəəni hər kəsin əməkgününə əsasən bərabər
_______________
*Stalinin ifadəsi.
**Stalin sıravi vətəndaşları "vintiklər" adlandırırdı.
***Nizaminin iqtəsi (hakimiyyəti altında olan sahə) - Gəncədən Abxaziyaya qədər ərazidə AğEy -
"Əxi" icmaları təşkil edilmişdi.
bölürdümü? Ümumi fonddan xəstələrə, şikəstlərə fond ayırmışdımı? Lap lütlərə
fondun hesabına ev tikdirirdimi? Və sairə, və ilaxirə, nələr eləməmişdi Mədəd!
Nəyin əsasında? "Nizamnamə"nin altında İosif Stalinin imzasının əsasında! Bəs
Stalin hardan götürmüşdü o ədalət mücəssəməsi "Nizamnamə"ni? Nizamidən
götürməmişdimi?! Sonra siz, siz, siz feal kommunistlər bütün ölkədə yaydınız ki,
kolxozun məhsulunu xalq içində bol-bol paylaşdırıb, dövləti kənd-təsərrüfat
məhsulundan məhrum edən solçu - Nərimanovçu Mədəd Əmirlinin simasında
biz "kulaçestvalı", varı başından aşan feodalları bərpa edən antikommunistlər
görürük!.." "Bu dərəcədə yalan-palan böhtanları kim verib sənin adı
"kommunist" özü antikommunist qəzetinə?!" Görürsənmi, necə kəlməsinə qədər
gəldi yadıma sənin telefonda qışqırdıqların?! Cəngavər gördüm mən o gecə sənin
simanda!.. Sonra "Bakinski raboçi" qəzetində cavabın çap olundu o böhtançının
əleyhinə! Yadındadı? Mirqəzəb əlacsız qalıb tribunadan tərifləmişdi səni! Niyə?
Çünki sənin mövqeyini müdafiə eləyə-eləyə Mirqəzəb öz nüfuzunu qaldırmışdı
xalqın nəzərində. Sonra da parovozun dalına tək qoşulan vaqonuna minib
rayonları gəzə-gəzə kolxoz sədrlərini xəlvətcə asıb-kəsmişdi ki, "Mədəd Əmirli
şirmadı əlimizdə. Siz noturplata vergisini ilk növbədə ödəməlisiniz dövlətə!
Cəmaat dolanar..." və sairə, və ilaxirə. Bizə məhz indi o zamankı Sultan Əmirli,
o zamankı Mədəd Əmirli kimi cəngavər, obyektiv kadrlar lazımdı.
Yoxdu! Məhv olub hamısı! Atam elə, sən də belə - üzü üstə! Kim yaradacaq
Nizaminin "utopiya" damğasıynan damğalanan AğEy - "Əxi" icmasını?!
Ac, sıxıntılı, büzüşük adamlardan ibarətdi kəndimiz! Sənin bu çoxbilmiş
şoferin qaynadıb içərimi, bayaqdan özümə gələmmirəm. Guya cəmiyyət elə
korlanıb ki, daha ancaq Bezobraziyedən ibarətdi xalq! Uca şəxsiyyət Sultan
Əmirliynən yetirdiyi uca şəxsiyyətlər, büllur ürəklər acizdilər?! Deyirdin
sındırıblar səni. İnanmıram! Eşidirsənmi? İnanmıram! Murdar Bezobraziyenin
qurğularından sarsılmamalısan sən! Mirqəzəbin taxta çıxdığı vaxtdan indiyə
qədər müsibətlərə necə sinə gərmisən, bundan sonra da o cür mətin
dayanmalısan! Vurub dağıtmalısan! Kürüyüb atmalısan Uca şəxsiyyətlərə, gözəl
insanlara yol açmalısan! Bilmirəm harda eşitdim, iki kəlmə demisən:
"kürüyəcəm atacam". Proqram olub məndən ötrü bu iki kəlmə. Belə bir vaxtda
sənin döşəli qalmağa ixtiyarın yoxdu! Eşidirsənmi?! Bu çoxbilmişin
dedi, açıq, mərd söhbət eləmək istəyirsən mənnən. Bircə balan özü elə sən kimi
fikirləşir. Sultan Əmirlinin ailəsinin yanından yel də keçmiyəcək! Ağır söhbət
deyil bu məndən ötrü daha. Öz yetirdiyin balananı sənin. Bədbəxtlik bundadı ki,
Bircə balan da qanmaz olub, ətrafında baş verən hadisələri qanmayıb, səni
tanımayıb! Məncə, arvadın da hələ yaxşı tanımır. Nə bilir o sənin barəndə? Dörd
ayda dediyin dərsdən bir şey qalıbmı beynində onun? Danışacam! Özüm
danışacam! Mən sənə necə səcdə eləyirəmsə, o da elə səcdə eliyəcək! Sənin
balanı qucağımda böyüdəcəm, fəxrnən, qürurnan başımın üstə gəzdirəcəm! Mərd
kişi söhbəti yox, oğul-ata söhbəti eləyirəm sənnən. Tamamilə doğru demisən ki,
bizim aramızda ən xırda şeylərdən də sui-istifadə eləyirlər.
Bu gündən belədi, bundan sonra da belə olacaq: ürəyimi, beynimi ovcunda
görəcəksən həmişə. Başqa cür mümkün deyil, əmi! Mədədin olacam sənin. Mənə
hələ təzə çatır atamın vəsiyyəti. İndi-indi dərk eləyirəm "Allah" nədi, ƏlAğ nədi!
Ulu Bağ ƏsƏlMon kimdi, UluBağlar nəsli nədi? OdƏr bəşəriyyəti nədi?
"Vərəsə" kitabxana ətrafında olanlar, mülkümüzün yandırılması, divarların elə
təcili dağıdılması, Abının, qocaların elə dizin-dizin, sürünə-sürünə vərəqləri
yığmaqları indi-indi çatır mənə. İndi-indi qanıram Xızr Abının böyüklüyünü.
Öyrənəcəm Elmi! Mütləq! Eşidirsənmi?!
Enli kürək Səmədin əlinin altında qalxıb endi. Sultan köksünü ötürürdü.
- Eşidirəm, eşidirəm...
Səməd gərginləşdi. Əmma əmisi gümrah danışdı:
- Hamısını eşitdim. Sözün canıma sarı yağ kimi yayıldı, Bircə balam!
"Bakinski raboçi"dəki o məqalə yığışdırılmışdı. Əmma Moskvaya çatmışdı.
Stalin çağırıb Bertelsi biabır eləmişdi ki, "bu gün-sabah şəhərlərdə çörək
olmayacaq, sən öz dostlarına Nizaminin utopik cəmiyyətini təbliğ etdirirsən!
Bertels məcbur olub xüsusi məqalə yazmışdı ki, "Əxi cəmiyyəti böyük
Nizaminin təxəyyülündən ibarətdir. Qədim Azərbaycanda elə cəmiyyət
olmayıb..." Dözəmmədim, yazdım. Bertelsin bir cavan ola oğlu var: Andrey
Bertels. Ona yazdım, poçtnan yox, əlnən göndərdim ki, "Xəmsə"nin xarici
dillərdə tərcüməsindən məhz Əxi cəmiyyəti haqqında yerləri xüsusi təbliğ
elətdirsin. Heyif, nədənsə cavab almadım. Əmma Mədəd öz işindəydi öz
kolxozunda. Mirqəzəb dillənmirdi. AğEy icması əvəzinə "milyoner kolxozlar"
ideyası atmışdılar ortalığa. Bir rayonda, iki rayonda iki milyoner kolxoz,
vəssəlam. Pokazuxa!
Qalxıb oturdu. Pırpız qaşların altında boz-ala gözlər gülürdü.
- Mədəd həmişə bax beləcə dirildirdi məni. Torpağı sanı yaşıyasan! İşıqlı
balam! İgid balam!.. Səməd deyilsən, SimOdsan! Nursan, Nur balam!
Səməd gözlərini sildi. Sol döşünü sıxıb, ürəyini sakitləşdirməyə çalışdı.
- Yaxşısan indi?
- Görmürsən?.. Əmma "dirilik suyu"na ehtiyacım var.
Müslüm o dəqiqə stəkanı doldurdu.
Səməd, hələ də əli ürəyinin üstündə, ayağa qalxmışdı.
- İndi icazə ver qayıdım rayona.
- Nə?!.. - Sultanın qaşları endi. - Nə danışırsan?! Saşanı bu gün güllələyiblər.
Mən igid məsləkdaşımdan məhrum olmuşam! Məhərrəmnən təklikdə
görüşmeyimi qadağan eləyiblər. Xalıq Qudalovun ətrafında böyük dəstə işləyir
əleyhimizə!.. Əlimdən buraxarammı səni?!
Tezdən məhkəmənin səhər iclasına aparmalıyam. Hökmən iştirak eləməlisən!
Vətənimizin bütün tarixi açılıb-töküləcək orda. Dinləməlisən!
- Yox, əmi!.. Üzr istəyirəm səndən, bu saat, bu dəqiqə qayıtmasam, ailə
söhbətinə təcili son qoymasam, başqa söz girməz beynimə! İnan.
Sultan baxdı, baxdı, gözləri doldu.
- Çox tərs, çox inad böyütmüşük səni... Yaxşı pivə var. Çörək ye, bir az da
dincəlin, sonra da qayıdarsınız.
Səməd əlini Müslümə uzatdı:
- Açarı ver!
Əslində, Sultana da aydındı ki, Müslümə verilən tapşırıqdan, yəni yolda
söhbətdən sonra, bu təcili gəlişin gedişi də vardı. Odur ki, "Bakıda qalmaq",
"Məktub yazmaq" barədə danışmağı münasib bilməyib razılıq verdi. Müslüm
YemSən torbasından iki-üç ovuc götürüb, qəzetə büküb cibinə qoydu və maşının
açarını elə burdaca Səmədə verməli oldu.
Səməd:
- Sağ ol. Bir də xəstələnmə! - deyib qapıya meylləndi. Əmma Sultan sözlü
adama oxşayırdı:
- Demək istəmirdim, əmma, şərt qoymuşam: biz maksimal açıq olmalıyıq,
qardaşoğlu. Mən yalnız qatil deyiləm, həm də... həm də inkvizitoram: sözüm
işgəncə verir hamıya. Sənə işgəncə verməliyəm. Xızr Abı Gülgəzə deyib: "Oğlun
olacaq". Get onu qoru, məni, bəlkə
hətta səni də əvəz eləyənimiz olsun!.. - Birdən səsini qaldırdı: - Heyrətnən
baxma mənə! İş belə getsə, "Muğ" - Bağ qalmıyacaq! Get, əməl elə tapşırığıma!
Əmrdi bu! Mənim yox, əbədiyyətə gedənlərimizin əmridi!
Səmədin əmgəyi buzlaşdı, gözləri torlandı.
Sultan ona baxıb bu dəfə çox pis inildəyib, üzü üstə döşəndi.
- Dayan!.. Ayaq saxla... - dedi. - Ürəyin böyükdü! Bilirəm, xilas eliyəcəksən
o bədbəxtin körpəsini... özünə təsirin də böyük olacaq. İnanıram. Güclüsən,
Bircə balam!.. Bircə sualıma cavab ver... Mədədin başına gətirdiyimi
unudammıyacaqsan axı! Düzdü?.. Mərd ol! De! Qatiləm mən, yox?! Bax, burdan
başla sözünü!
Səməd alnını ovuşdurub başını köksünə endirdi.
Sultan inildəyirdi:
- Mədəddən başqa neçə-neçə batin Bağımız gedib... Bağ deyəndə diksinmə.
Elmimizin beş faizini də bilmirsən. Bir var yaradanlar – xaliq Bağlar. Yəni
EyOdƏr Baba, BağBağÜn Baba, Bağ Ata, dörd oğlu. Onların beyinləri bütün
Kainata bağlıdı. Bütün Kainata! Yəni planetlər, canlılar, cansızlar, bütün OdƏr
bəşəriyyəti Onların beyinlərinə bağlıdı... Bir də var biz "Muğannalar" -
UluBağlılar. Biz xaliq deyilik. Bizim Bağlığımız Ün eşitməkdən, eşitdiklərimizi
yazılı, şifahi şəkildə Yer bəşəriyyətinə çatdırmaq, insanı nəsilbənəsil
maarifləndirmək, saflaşdırmaq, ucaltmaq, ƏlAğ EySarın Ününü eşitmək
dərəcəsinə çatdırmaq, Yerdə EySarın Əlləri - işləyənləri olmaq... Bu cür dərs
keçməliyəm mən sənə. Mən olmasam, bir başqa AdıPünhan müəllimin olar.
Əmma... Əmma, məni bu hala salan sözün əsil mənasında cinayətimdi!.. Qorxum
bundadı ki, bağışlayammıyacaqsan məni, yaran qövr eliyəcək... Pişəvərinin
taleyi də var... Nəcəfoğlunun taleyi də... Ümumi işin xatirinə çox adam qurban
gedib... Elə üzgün vaxtlarında Abını, Çürüyü evə çağırdım, işə qoşdum... Hamısı
düşmənin ovcundadı. Yaşa-zada baxmır Sovet rəhmsizliyi. Göyçəli Aşıq Sadığı
işə qoşdum, Alı əmini, oğlunu - Aşıq Şamili işə qoşdum. Qaratəpədə -
"Qardabani"də gözümün qabağında zəhərlədilər Sadıqnan Şamili, şam kimi
əridilər, söndülər... Bu dediklərim barədə Qılınc Qurbannan söhbət elə. Hiss
eləsən ki, doğrudan da bağışlaya bilirsən əmini, bax onda gəl... dərsə gəl... Get
indi. Uğur olsun. Əmma açarı Müslümün özünə ver. Sən fikirlisən, maşın
sürəmməzsən. Gedin! Get! Ölmərəm! İt canıdı Sultan Əmirlinin canı! Get!
...Heç yerdə dayanmadan, dincəlmədən qayıtdılar. Səhərə yaxın maşını birbaş
Əlləzoğlunun həyətinə sürdülər. Səməd, açıq qapı arasından içəriyə: - Mənəm! -
dedi.
- İşdən sonra evdə olun. Gələcəm. Əmimin ismarıcı var... arvadı, uşağı
barədə. Tələf eləmək olmaz o uşağı! - dedi. Əlləzoğlu qəlyanın tüstüsünü
üfürmək əvəzinə udub boğulub, xırıldaya-xırıldaya qaldı. Hənifə qarı tir-tir əsib
sevincdən hönkürdü...
Səməd heç nə görmədi, heç nə eşitmədi.
Ordan qayıdıb Şüşəli pavilyonda çay içib, "böyük adamlardan ötrü
düzəldilmiş", "dal otaq" adlanan genişlikdə açıq pəncərələr qabağında –
sərinlikdə yatdılar.
Gün günortaya çatanda Səməd yenə şaxımış günəş altında idi...
* * *
Qulaqbatırıcı sükut yaradan gur cırcırama ötüşməsi içində kim isə sədr
Mədədin mahnısını oxuyurdu:
- "Sən haralısan, haralı, durnam?.."
Qonaqlının bütün pambıq sahələrini suvaran baş kanalın haçalanıb arxlara
bölündüyü yerdə Hacehsan deyilən ikinci bir çəmən-biçənək vardı, bir tərəfi
pambıqlığa sökənirdi, o biri tərəfi uzanıb gedib Sudüşən çəmənliyinə qovuşurdu.
Müharibə illərində Başkənd Qurbanlıda Axsaq Hacı adı ilə, Ortakənd Tahirlidə
və Aşağıkənd Qonaqlıda isə feldşer Hacı adı ilə məşhur olan bir adam üç para
kəndin dövrəsində qara-qızdırma ocaqlan gölməçələri quruda-quruda gəlib,
kanalın qurtaracağındakı gölü də qurudandan sonra, bir payız günü burda başım
bir daşa söykəyib yatıb, elə yatdığı yerdə ölmüşdü. O gündən bu çəmən
ehsanlıqdı, yəni kim nə qədər ot çalmaq istəsəydi, çalıb apara bilərdi, malını,
qoyununu otara bilərdi. Qırx altıncı ilin yayında isə birdən-birə ot çalmaq da
qadağan olundu, mal-qoyun otarmaq da. Çünki "Dəli Səməd" burda mixək və
moy kəşf eləmişdi, cəmaat da birdəncə baxıb görmüşdü ki, Hacehsan çəmənində
çəmən otlarının, qazayağıların ara-bərəsi Çax-çux Xalıqın o taydan kişmişlə
birgə gətirib od qiymətinə satdığı mixəkdən, moydan da ətirli mixəklə, moyla
doludur. O yay Qonaqlıda, sonra da Tahirlidə və Qurbanlıda Hacehsan mixəyinin çayı və "Dəli
Səməd"in adı dillərdə gəzdi. Qaraçı gözəli çəpər dibində, ağac altında "Dəli
Səməd"lə yanaşı otarmağa gedəndə qıymaçasının uclarına mütləq moy
düyünləyərdi, "Dəli Səməd" mütləq o düyünləri qoxlayıb "Oxxay", - deyərdi.
Gülbəniz isə dodaq büzüb gülə-gülə: "Gözəlin moyu da özündən olmalıdı,
mixəyi də", - deyərdi.
"Dəli Səməd" üzünü qəbirlərin şəkillərinə söykəyib yuxuya gedəndən sonra
moy ətri, mixək çayı da, Hacehsan çəməninin özü də yoxa çıxdı, başqa
çəmənlərdən seçilməyən, adi yaşıllıq-otluq qaldı; təlimatçılıq illərində Səməd
kanal boyundan enən bu ağ cığırla enib, Hacehsandan keçəndə hər dəfə adi
otluqdan başqa heç nə görməmişdi. İndi isə heç otluğu da görmürdü.
Gördüyü sahə idi, bir də sahədə - cərgələrin arasında pambıq yığa-yığa
əyilib-dikələn adamların qaraltıları idi.
Gərginlik içində, vaxtilə sədr Mədədin oxuduğu mahnı qulağına dəyəndə bu
mahnı Səmədi əvvəlcə bir növ çaşdırdı. İnsansız adada uzun müddət tək qalan
adam birdən insan səsi eşitsə, necə olarsa, Səməd də eləcə oldu. Sonra oxuyan
adamı tanıdı: Təftiş Abbasdı. Yumşaq tıqqıltılı arabanın qolunun üstündə, ağır
yerişli kəllərin arasında saqqalı qarala-qarala, Səmədə doğru boylana-boylana,
sədr Mədədin həmişə oxuduğu mahnını oxuyurdu:
Sən haralısan, haralı, durnam?
Ovçu əlindən yaralı durnam.
Yar-yoldaşından aralı durnam,
Həm buralı, həm oralı durnam.
Səməd bilmirdi və heç vaxt bilmiyəcəydi ki, bu mahnını vaxtilə babası
Məhəmməd Əmir oxuyarmış. Oğullarından ikisini o tayda fədailərin, ikisini də
bu tayda "Doktor"un və Hümmətçilərin xidmətinə göndərib, yol ayrıcında
boğulub qaralanda birdən hayqırarmış: "Sən haralısan, ey "Durna"* Məhəmməd
Əmir? Niyə o tayda bu tay üçün üzülürsən, bu tayda o tay üçün üzülürsən?!" –
deyərmiş və oğullarının qaraltıları uzaqlaşıb yerə yapışana qədər oxuyarmış:
"Sən haralısan, haralı, durnam..." "Üç telli, dörd telli, beş telli Durnam..."
"Yaralı, yaralı, yaralı Durnam..."
_____________
*SafAğ rəmzidir: "Durna" ("Turna") - "Bizim OdƏrlər", OdƏrÜn - OdƏr səslilər, qərib səslilər,
təriklər - "Türk"lər; "üç telli, dörd telli, beş telli" - "üç dilli, dörd dilli, beş dilli" (çox dilli) "Durna".
Səməd bilmirdi və heç vaxt bilmiyəcəydi ki, qırx altıncı ilin axırında, yəni o
tayda Milli hökumətin məğlubiyyətə uğramağından sonra Mirqəzəb Sultan
Əmirlini tez-tez Bakıya çağırtdırarmış və öz kabinetində bir neçə yaxın
adamının, o cümlədən Persin iştirakı ilə, "Cənubda inqilabi hərəkatın tarixi"ndən
söhbət başlayıb, əvvəlcə hökmən "doktorun" - Nərimanovun haqqında söz
salarmış: "Doktor bıl çestneyşim çelovekom"* Sonra İran kommunistlərinin
proqramlarının variantları haqqında danışarmış. Təbrizdı azərbaycanlıların
proqramı bir cür, Rəştdə, Tehranda farsların və kürdlərin proqramı isə tamam
başqa cür imiş. Mirqəzəb "Məhz Sultan Mamedoviçdən eşitmək", bilmək
istəyirmiş ki, bir ölkə daxilində bu cür proqram ayrılığı nədəndir?" "Sən ki
deyirsən bu xalqların hamısının kökü birdi: OdƏrdi - "dəri"di. Bəs Nərimanov
niyə yol verib bu proqram ayrılığına?! Bir dəfə Ənzəlidə qurultay eləyib. Sonra
da bütün Şərqin nümayəndələrini Bakıya çağırıb, Şərq qurultayı eləyib. Nə çətin
şey imiş vahid proqram vermək?.."
Bu sualları Mirqəzəb hər dəfə müxtəlif şəkillərdə verərmiş.
Sultan lap ilk söhbətdən cavabını təkrar edib: "Mən Nərimanovu Azərbaycan
bolşeviklərinin rəhbəri kimi tanıyıram. Rəşt və Tehran qırğınlarından sonrakı
ziddiyyətlərdə, proqram dəyişikliklərində nə özüm iştirak eləmişəm, nə də
doktorun iştirakı barədə eşitmişəm" deyəndə, Mirqəzəb yumşaqca qımışarmış:
"Opyat xitriş, Sultan Mamedoviç. No ya ne teryayu nadejdu. Koqda nibud tı
obrazumişsa i pomojeş nam razobratsa v etoy putanise..."** Ayağa qalxıb Sultanı
yola salanda hətta əl verərmiş. Yəni guya nə "internasionalnıy otryad"ın törətdiyi
gizlin qırğınlardan xəbəri var, nə də vahid proqramın üç proqrama
çevrilməsindən. Bu söhbətlərin nəticəsi isə bu olarmış ki, Bakıdan qayıdanda
Xudiyev dərhal Sultanın başının üstünü alarmış: "Kişi iyirmi dörd saat vaxt
verib, Cənubda məğlubiyyətin səbəblərini tələb eləyir", - deyərmiş, Sultan isə
burda da ilk cavabını təkrar edərmiş: "Səbəb də, səbəbkar da çox-milyonlu
Azərbaycan xalqının parça-parça ərazilərinin birləşməyinə mane olan beynəlxalq
irticadır və irticaya xidmət edən gizlin qüvvələrdir! Niyə məhz məndən eşitmək
istəyir səbəbi?!" - deyib bu mövzuda uzun
________________
*"Doktor son dərecə namuslu adam idi".
**"Yenə hiyləgərlik edirsən, Sultan Mamedoviç. Ancaq mən ümidimi itirmirəm ki, gün gələcək,
ağlını başına yığacaqsan və kömək edəcəksən bizə ki, baş açaq bu dolaşiqlıqdan..."
müddət danışandan sonra bir əli ilə ürəyini, o biri əli ilə boğazını tutub
yıxılarmış, bir də xəstəxananın və ya öz kimsəsiz evinin qapısında Mədədin
boyunu görüb, qardaşının elə orda qapıya söykənib pəsdən oxumağa başladığı
"yaralı durna"nı eşidəndə ayağa qalxarmış. Səməd bunların heç birini bilmirdi.
Səmədin bildiyi bu idi ki, həmişə yazda və il payıza dönəndə, ilkindi çağları
Qonaqlının üzərində durna qatarlarının səsi eşidiləndə atası həyətdə, su
quyusunun dikdirində oturardı, Səmədi də çağırıb böyründə oturdardı, qolunu
oğlunun boynundan aşırıb, "oxu onu", - deyərdi. "Onu", yəni Molla Pənah
Vaqifin "Durnalar" şerini:
Bir zaman havada qanad saxlayın,
Sozüm vardır mənim sizə, durnalar.
Qatarlaşıb nə diyardan gəlirsiz?!
Bir xəbər versəniz bizə, durnalar...*
Xəbərdən xəbərsiz, ərköyün oğul bu şeri çatıltı-patıltılı deklomasiya ilə axıra
vuranda, sədr Mədəd dodaqucu gülümsünərdi: "Sədr oğlu elə belə oxumalıdı", -
deyərdi. "İndi sədr Mədəd özü oxusun, oğlu qulaq assın", - deyərdi və gecənin
qaranlığına baxa-baxa öz mahnısını oxuyardı. "Sən haralısan, haralı, durnam?.."
Əsli-nəsli barədə hələ bir şey bilmədiyinə görə, atasının mahnısının əsl
məzmununa Səməd o vaxt, əlbəttə, tamamilə laqeyd idi. Mahnının məzmununu
və mahnı ilə birlikdə sədr Mədədin özünün məzmunun Səməd ancaq o vaxt hiss
etdi ki, "avariya" günü, qapağının hər küncündə bir mismar işıldayan tabutun
yanında kim isə bu mahnını oxudu. Əmma o "kim isə" elə "kim isə" olaraq qaldı.
Durnalar isə birdən-birə qəribələşdilər. Qəribə yox, heyrətli idi ki, Səmədin
təhkimçi-təlimatçı olduğu illərdə durnalar gecəyə düşüb, enməyə yer axtaraaxtara lap alçaqdan uçanda Əmirli mülkünün üzərində fırlana-fırlana qalırdılar,
gecə yarıdan keçəndə, yəni kəndə yuxu sükutu çökəndən sonra isə Səməd
heyətdə qanadların yellərini eşidib, quşların , birbaş oraya - həyətlə Sudüşən
çəməninin arasına töküldüklərini görüb, bezən hətta hava işıqlaşana qədər
pəncərənin qabağında qalırdı. Evdə, tavanla divarların aralarında sonuncu -
dördüncü, ya beşinci dəfə bala
______________
*M.P.Vaqif batin-gizlin alim idi; "Durnalar" şerində gizlin Elm mərkəzi ƏrAğa ("İraq"a) gedib
qayıdan zəvvarlara həsr olunmuş rəmzi mənalar var.
böyüdüb sabahda-birigündə köçməyə hazırlaşan qaranquşlar köyrək-köyrək
civildəşirdilər, həyətlə Sudüşənnin arasında isə durnalar qısıq-qısıq, qərib-qərib
səsləşirdilər. Qaranlıq söküləndə səslər çoxalırdı və durnalardan biri-ikisi, sonra
bütün dəstə havalanıb qalxırdı. Eyni vaxtda qaranquşlar da evin içində fırlanıb,
çaxnaşıb bacadan çıxmağa başlayırdılar. Boşalan yuvalarla boşalan həyət
aralığında, bu hikmətdən quruyub qalan Səməd isə, kimdənsə, nə isə soruşmağa
ehtiyac duyanda Ortayola boylanıb, səhərlər öz manqaları-briqadası ilə hamıdan
əvvəl sahəyə yollanan Təftiş Abbasın arabasının cırıltısını eşidirdi. O sərt,
qaraqabaq kişiyə yaxın getmədən, qızlara, gəlinlərə, kişilərə durnaların
"işləklərini" danışıb soruşurdu: "Bu nədi belə, nə sirdi belə? Əlbəttə, heç bir
qaneedici söz deyən olmurdu. Tək bir dəfə, nəhayət, Təftiş Abbas oturduğu
yerdən - arabanın qolunun üstündən geri burulub: "Quşların bildiyini bilsəydik,
bu günə qalardıqmı, ay bala!" - dedi. Cəmaat Ortayoldan aralanıb çəmənin
işıldaşan şehliyində, uzaqda qaralışanda isə Səməd yenə o "kim isə"nin dərdli-
ələmli səsini eşitdi: "Bir zaman havada qanad saxlayın..." Səs yenə də qulağında
qalıb, quşların sirrinin üstünə sirr gətirdi. Sonra hardasa kim isə dedi: "O bizim
Təftişin səsidi". Sonra əmisinin evində Çurüklə Abı "Zarıncı" çalıb, sonra
"Divani" üstündə "ey qardaş" oxuyanda Səməd Təftişin səsini xatırladı.
"Avariya" günü "Dəli Səməd" uzun müddətli yuxuya gedəndə, sədr Mədədin üç,
bəzən dörd briqadasından birinin briqadiri, təftiş komissiyasının sədri,
kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquslar uçuşan evin
daimi qonağı Abbas əmi Təftiş Abbas da sədr Mədədin bütün yoldaşları, dostları
ilə birlikdə zülmətə batıb yoxa çıxmışdı. Yeddi ildə Səməd atasının dostlarından
birinə də yaxınlaşmamışdı; elə bil hamı qatil idi. Əgər təsadüfən yaxınlaşdığı
adamlar vardısa, onlar da Abı kimi, Qurban əmi kimi, "kənardan-kənara hal-
əhval tutub" yoxa çıxmışdılar. Odur ki, illərin uzaqlığından - "avariya" gününün
zülmətindən və Sudüşənin parıltıları içindən qulağına gələn "Yaralı durna"nın
Özü kimi, bu mahnını oxuyan Abbas əmi də Səməd üçün bir qədər gözlənilməz
oldu. Yatanda inildəyən Sultan Əmirlinin iniltisi Səməd üçün nə idisə, durnalar o
taya köçəndə və o taydan qayıdanda quyunun dikdirində oturan sədr Mədədin
"Yaralı durna"sı da elə bir şeydi. O iniltinin haqqında danışan Qurban əmi Qılınc
Qurban Səməd üçün kimdisə, bu mahnını oxuyan Abbas əmi - Təftiş Abbas da
elə bir adamdı.
Qurban əmi Səmədə oyaq vaxtı ağrılarını içinə salıb, yalnız yatanda inildəyən
mətin insan göstərmişdi. Bakıda o evin o balkonunda "Abı deyib, oğlum
olacaq...", "Get onu qoru. Əmrdi bu! Əbədiyyətə gedənlərimizin əmridi!" - deyən
Sultan özü isə qeyri-adi bir "inkivizitor"la yanası, təsəvvüredilməz dərəcədə
mətin fədai göstərmişdi. Burada -Hacehsanda Abbas əmi isə, ağır yerişli kəlləri
ilə yumşaq tıqqıltılı arabasından başlamış, kəllərin arasında qaralan saqqalına
qədər doğma adam göstərdi.
Bezobraziye ilə günü bu gün çarpışmaya girişmək üçün faciəli hadisələri
xatırlaya-xatırlaya nifrətdən qıjıldayan beynindən qıjıltı getdi, qəzəbdən
dumanlanmış gözlərdən duman çəkildi və yeddi ildən sonra Səməd Abbas əmi
ilə birlikdə Hacehsan çəmənini də gördü.
Uzaqda, Əmirli yurdunda cavanların qurduqları, toyxana kimi böyük çadır
qaralırdı. Çadırın qabağında yəqin ki, elə cavanların qaladıqları ocağın tüstüsü
yayılıb evlərin, daxmaların, töylələrin, tayaların üzərinə çərmə çəkirdi. Hacehsan
çəməni isə birdən-birə necə aydınlaşmışdısa, indi Səməd yaşıllıqda balınc kimi
ağaran Hacıdaşını da, "Dəli Səməd"lə "Yusif kimi gözəl Yusif "in, Qaraçı gözəli
ilə Gülbənizin cığırlarını da görürdü, çəmənotlarının xırdaca-xırdaca, qızılı
toxumlarını, qazayağıların diş-diş, bıçqı sayağı yarpaqlarını, çəmənotları ilə
qazayağıların ara-bərələrində moyun qonur ləçəklərini, mixəyin dənəbir
dənələrini və payızın son ayına qədər solmayan bu tünd yaşıllığın genişliyində o
yan-bu yana şütüyən haçaquyruq qaranquşları da görürdü və bütün aydınlığı ilə
dərk edirdi ki, kandarında çəmənotu, qazayağı bitən, tavanında qaranquşlar
uçuşan evin əslində nə kandarı varmış, nə də tavanı; sədr Mədəd çiy kərpic
divarların arasının yox, dünya yaranandan, quşlar qanad açandan bəri o taydan
bu taya, bu taydan o taya uçuşan durnaların qanadlarının altındakı böyük vətənin
Mədədi imiş, "Dəli Səməd" də o dörd divar arasının yox, çomənotulu,
qazayağılı, mixəkli, moylu, Qaratikanlı-Gurtikənli, Qarağaclı-Gurağaclı yurdun
dəlisi imiş. Bir tərəfdən sədr Mədədin əziz, doğma xatirəsi, bir tərəfdən "yaralı
duma"nın xatırlatdığı yaralar, bir tərəfdən də Hacehsan çəməninin zəngin
gözəlliyi Səmədin sinəsindən yanıqlı, dərin bir nida qopardı:
- Sənə qurban olum, vətənim!
"Avariya" günü üzünü Ağ Əmirlə Boz Əmirin qəbirlərinin şəkillərinə
söykəyib yuxuya gedib, yeddi il yatandan sonra bu yurdun köhnələrindən Abbas
əmi - Təftiş Abbasın mahnısından tamam oyanmışdı,
ağır-ağır qalxıb enən sinəsində, atasının vəsiyyət elədiyi dumanlı, əmma
böyüklüyü-əzəməti aydın duyulan Elmin eşqini duya-duya, arabanın
yaxınlaşmasını gözləyirdi ki, özünü Abbas əminin üstünə salsın, mehmanxanada
əmisini necə qucaqlamışdısa, bu qarasaqqal qocanı da eləcə qucaqlayıb bağrına
bassın. Bir Göbələk Məmiş yox, min bir Göbələk Məmiş Əlləzoğlu "nöyüd
töküb, kibrit çəkib" min bir mülk yandırsın, min bir Bezobraziye "mikroilanı "
təhlükə yaratsın, məhəbbətini uzaqdan-uzağa mahnı ilə çatdıran bu eşqli qocanın
torpağının yetirməsi ruhdan düşərmi?!
Araba yaxınlaşdı, kəllər dayanıb fısqırışdı.
Səməd isə, eləcə - sinəsi atlana-atlana qalıb, yerindən tərpənə bilmədi. Çünki
Abbas əminin səsindən duyduğunu üzündə görmürdü.
Qocanın qabarıq, parıltılı gözlərində "Yaralı durna"dan əsər-əlamət də yoxdu.
Mahnını Səməd elə bil yatıb röyada eşitmişdi və indi mahnı ilə birlikdə elə bil
Abbas əmi özü də yoxa çıxmışdı, əvəzində "qırx beş nömrə girzovı sapoq"larını
arabanın qol ağaclarına dirəyib, "boyunduruq enində" çiyinlərini dala gərib,
başını da dala atıb, saqqalını dik qaldırmış hirsli-hikkəli bir qoca oturmuşdu.
Əkin-tikində, ot-ələf, çır-çırpı içində dərisi cızıq-cızıq olmus, bomboz, nəhəng
əllərinin birində yoğun, gödərək tənək çubuğunu, o birisində çibinlənən gəlin
quyruğunu tutub, Səmədi başdan ayağa, ayaqdan başa süzürdü.
Baxıb-baxıb dillənəndə bu qocanın dilindən zəhər töküldü:
- Əlləzoğlunun qızı gəlib, atası evində gözləyir. Oğlum Məmməd Xələfi çağır
xoddasın maşını, get götür qaç o qancığı! Kəbini geri oxutdur, arvad elə özünə!
Səməd sinəsini atlandıran uca eşqin necə köpük kimi partladığını, köksünün
necə çöküb sıxıldığını və sağ-solunda birdən-birə peyda olan, qırmızı, enli
sifətinin ortasında çal lopa bığı ağaran Xəlvət Rəhimlə Qıllı Qeybalının necə
açıq tülkülüklə qımışıb bir-birinə baxdıqlarını hiss edə-edə, zərbədən ayılmağa
çalışdı.
"Get gotür qaç o qancığı!"
Zərbə deyildi bu, yara üstündən yara idi!
O mahnı hara, bu yara hara?! O məhəbbət hara, bu təhqir hara?! Qoca onu
doğrudanmı bu qədər alçaq sayır?! Bu gizlin-gizlin qımışan murdarların yanında
niyə belə danışdı bu məşhur mötəbər "qəlyanlı qoca"?!
- Eşitdinmi dediyimi?!.. Çax-çuxun qızı səni axtarır ki, aparsın görüşdürsün
Əlləzoğlunun qancığıynan! Nə qədər ki, bu yanındakılar
"əmisinin arvadının oynaşı" qoymayıblar sənin adını, get bəri başdan götür qaç!
Boyürdən Səmədin qoluna qol toxundu. Rəhim idi.
- Mən elə bu söz-gapa görə yığıncaq elmişəm bu gün, təklif irəli sürmüşəm
ki, ağsaqqallarımız barışdırsınlar bizi sənnən, yoldaş Səməd. Sağlığına, vardanhaldan pis deyilik. Pislikləri duz-çörəknən kəsək-ataq, yeyək-içək, dərd-qəmi
dağıdaq. O mülkün yerində elə bir imarət qaldırarıq ki, mahalda tayı-bərabəri
olmaz! Biz bilirik, Əlləzoğlunun o cığalısından savayı da istəklin var sənin.
Toyun da bu qoca Rəhimin boynuna! Sözün bədini gətirmiyək dilimizə. Adını
Qıllı qoyduğun Qeybalı da səninki olar, yoldaş Səməd! Adını Piyli qoyduğun da
səninki olar! Bu zəmanədə rayokmun təhkimçilərindən heç biri sahə-filan
gəzmir, ay oğul. Gedək əyləş evimin döründə, hamılıqnan qulluğunda duraq! Nə
işin var axı Təftişin yanında ki, qulağın da belə söz eşidə! Adını bolşevik qoyub,
cibində revkomun yadigar naqanını da gəzdirir. Bu yandan da gecə-gündüz Xızr
Abıynan, Çürüknən pıçhapıçdadı. Onların o Elmi hara, cibi naqanlı bolşevik
hara?! Görürsənmi nə təhər ikiüzlü adamdı bu yekə! Naqan zamanı genə gəlib,
dünya çaxnaşır deyir, hədələyir bizi! Səni indi öz tərəfinə çökməkdən ötrüdü bu
hərbə-zorbası, inan!
Qeybalı da o biri tərəfdən qoluna toxunurdu.
- Vallah, bizdən savayı, heç kəsdən xoş üz görmüyəcəksən, ay Səməd! Gül
kimi təklif eləyirik sənə. Gedək biznən...
Təftişin əlində tənək çubuğu vıyıldayıb kəlin belində şappıldadı.
- Aparın, aparın! Böyügü siznən əlbir olubsa, kiçiyi niyə olmasın?!
- Səmədə döndü. - Sultanın, hökmdarın da bunlarnan oturdu-durdu, rumka
döyüşdürdü, axırda da başına elə iş gəldi! Get! Sən də get bunlarnan!
Araba eyni yumşaq tıqqılltılarla aralandı.
Çal bığ dövrəsində qızaran enli sifət qabağa keçib, Çax-çuxun qara məxmər
üzünü xatırlada-xatırlada, məxmər, ipək yumşaqlığı ilə yenə nə isə deyibdanışmağa başladı.
Səməd isə tıqqıltılı arabanın dalınca baxa-baxa, alçaq, boz binalar boyunca
uzaqlaşan qatar tıqqıltıları eşitdi, ağ daş binanın ikinci mərtəbəsində üfüqün
parıltısına bürünmüş samovarın yanında qırmızı qıymaçalı, qırmızı xalatlı
"məhrəm elqızı"nı, sonra küçəyə süzmüş balkonda, zili üstündə sərili uca
şəxsiyyəti və o şəxsiyyətə dediyi uca sözləri xatırladı.
Bezobraziye bu şaxımış günəş altında da ardınca düşmüşdüsə, Müslümün
təkidlə dediyi təhlükə labüddüsə, "Məhrəm elqızı"nın özü, uşağı ilə birlikdə
Sultan Əmirlinin xoşbəxtliyi illüziya deyilmi?!
Bəs bu "mahnılı qoca" ilə bu sevinc, bu xoşbəxtlik nədir, doğrudanmı bu da
illüziyadır?!
Birdən hayqırıb, arabanın dalınca: - Dayan! - deyəndə öz səsindən Səməd özü
də təəccübləndi: ömründə bir dəfə də bu cür heybətli qışqırmamışdı.
Sahənin kənarında Təftişlə üz-üzə gələnə qədər sifətinə elə bil kənardan qor
doldu. Hələ Şüşəlidə ikən Səmədə elə gəlirdi ki, işdən sonra Əlləzoğlunun evinə
gedəndə Müslümün, Hənifə arvadın şahidliyi ilə, ürəyini köksündən çıxarıb
Gülgəzin qarşısında açacaq, yəni necə düşünürsə, nə hiss edirsə, hamısını səmimi
sözlərlə danışacaq, sonra bəlkə hətta qonşulardan da çağırıb, onların gözləri
qarşısında bir daha hər şeyi təkrar edəcək. Bu qətiyyəti Müslüm lap astadanehtiyatla dediyi beş-on kəlmə ilə sındırdı: "Gecə gedərik. Günün günortasında
yaxşı deyil, ay Səməd... Qonşu-monşu nədi?! Səbrin çatmasa, axşamüstü
gedərik".
Axşama elə bil bir insan ömrü qədər vaxt vardı. Təftiş olan-qalan səbri vurub
dağıtdı və Səməd elə bu saat bu anlaşılmaz qocanın Sultan əmiyə o cür
alayarımçıq, küskün dost münasibətinin cavabını verib, ləngimədən kəndə
getmək qərarına gəldi.
Təftişə çatanda hiddətdən gözləri oynayırdı.
- Mənnən niyə elə daşındın sən, a kişi?!
- Bə nə təhər danışmalıydım?
- Təhqirini başa düşmürəm. Nə özümü layiq bilirəm o sözlərə, nə əmimi, nə
də o bədbəxt zənəni!.. Necə yəni "əlbir olub?!" O murdarlarnan?. Sən yəqin
bilməlisən ki, orda əmimə qurğu qurublar! Əmim təmiz adamdı!
- Kimin təmiz, kimin murdar olduğunu ayırammazsınız siz Əmirlilər.
Ömrünüz boyu özünüz-özünüzü alladırsınız!
- Nə?! Əmirlilər?! Yəni hamımız?!
- Hamınız! Sualıma cavab ver. De görüm ad-sanı dünyanı götürən Comərdin
o qədər dəstə-dəstə, biri-birindən igid qaçaqları ola-ola, o qədər fədaisi ola-ola
niyə bəda verdi o tay-bu tayı, bilirsənmi? Bilmirsən! Comərd inanırmış ki, qan
düşməni dost eləyər. Dəli Alı niyə getdi Nikolayın çəkisinə?! Niyə aldı onun
qızılım?! Çünki sənin o Comərdin təki, bu Dəli də heyvanatı insan eləmək
istəyirdi! Hamınız belə şah, sultan görkəmində, qıcqırmış xəmir təki şeysiniz, nə çörək bişirmək olar, nə
də it yalağına tökmək olar! Bildinmi?! Qandınmı?!. Ay qandın ha!.. De görüm
Mədədin mülkü niyə yandı?
- Yandıranlar elə şeyləri yaxşı bacarırlar, Abbas əmi.
- Ay-hay! Çünki loşsunuz siz hamınız deyirəm, loş-mağmın! Oturmuşdun
orda quyunun dikdirində. O yassır agentin xirtdəyindən yapışıb geri
itəliyəmməzdin?!. Mən bilirsən neyniyərdim onu? Yabasını taxıb tulluyardım
çəpərinin o tərəfinə!.. Getmişəm ora, balnisiyə, soruşuram de görüm nə
qazandın, a heyvan? Deyir sizin o dəlinizi qovmalıyam mən buralardan. Niyə?
Çünki, deyir, dəlinizin gözü əmisinin arvadındadı hələ də! Yalan deyir?!
Çamadanın niyə əllərdə gəzir?! Hökumət xərc çəkib sənə, savadına, biliyinə
qiymət verib, qırmızı diplom qoyub cibinə. Bə niyə ayaq altdan tapılır
diplomun?! "Partiya işçisi" yazılıb ora. Nəfsini cilovluyammıyan, ayağını hara
atdığını bilmiyən adamdan partiya işçisi çıxar?!
Hə, səsin batdı?!
"Mənnən niyə el danışdın, sən a kişi!" Allahına şükür elə ki, hələ danışıram!
Bilirsənmi necə gözləyirdik yolunu? "Səməd" demirdik biz sənə burda,
"Mədədimiz" deyirdik. Barmaq hesabı hesablayırdıq: "İki ay qalıb Mədədimizin
gəlməyinə". "Bir ay qalıb..." Deyirdik gəlib Qudalılan iş başında görən kimi
əmisini dara çəkəcək! Gözünün içinə deyəcək: "Cəmaatı çörəyə möhtac
qoyubsan!" Sonra da mərd, müdrik oğul təki sinəsini gərib, Bezobraziye
köpəyuşağının qabağına hasar çökəcək...
Budu, gəldi Mədədimiz!
Gəldi ki, zincirrəmə olub düşsün yollara, şəhərdə şəhəri çaxnaşdırsın, kənddə
kəndi! Göbələk Məmişin başını partlatsın! Göbələk də soyunub, alt paltarını
qanlı görüb, qanlı tuman-köynəkdə düşsün Ortayola, gecənin yarısında haray
təpsin: "Oyanın ay Qonaqlılar, ay Kərpickəsənlər, ay Kətyənlilər, görün dəliniz
nə kökə salıb məni..." Soruşurlar: "Niyə döydü səni?" Deyir: "Necə niyə?! Qızı
Sultana verdiyimə görə!.."
Aydındımı necə alabaydaq* eləyibsən özünü?!
Çax-çux Xalıqın qızı şəhərdə şəhərə küy salıb, kənddə də kəndə küy salıb ki,
"Bu dörd ayda qız gecə-gündüz Səmədi gözləyib". Qudalı cavanları qapı-qapı
düşüb mal sata-sata hər yerdə deyirlər: "Dəli Səməd
______________
*"Alabaydaq" - "Alabayraq" - namussuzluq - əxlaqsızlıq mənasında, xalq içində çox geniş
işlənir. "Murdar əski" sayılır.
gəlib əmisinin arvadını götürsün qaçsın. Xalıqın arvadı Badsəba da bu yanda
pambığın arasında açıb gül ağzını. Guya manqal deyilmiş yanan, Sultan
Əmirlinin eviymiş! Arvadı kişini yuxuya verib qapını bağlayıb od vurubmuş ki,
əri yansın, özü də qoşulsun qaçsın!
Yüzdən birini deyirəm sənə.
Əmin Qurbana öz diliynən tapşırıb ki, kənardan göz qoy Səmədə, mən
Bakıdan qayıdanacan bir xata çıxartmasın. Öz diliynən tapşırıb! Başa
düşürsənmi nədi bu?! O qızarttaq darvazanın qabağından keçəndə Qurban görüb
milisəner dayanıb orda. Soruşub ki, "Burda neynirsən?" Milisəner deyib:
"Nəçənnik Gülənov əmr elədi ki, get Sultan Mamedoviçin arvadına keşik çək.
Dəli Səməd rayondan gedənəcən postda durmalıyam burda".
Qurban qovub milisəneri, bu heç. Ordan gedib Gülənovun üstə əsib-coşub,
bu da heç. Sən gör Gülənov nə deyib: "Sultan Mamedoviçin şəxsi xahişidi.
Kişinin namusunu qoruyuruq biz".
Bildinmi nə yerdədi iş?! İkiüzlü nədi, minüzlü alabaydaq qəhbədi əmin! Orda
Qurbana elə deyəndən sonra Gülənov gəlib burda, Şüşəli pavilyonun qabağında
car çəkib ki, "Xəbərdarlıq eləyirəm, ay cəmaat, əgər hamılıqnan nəzarət
eləməsəniz, adınızı batıracaq o dəli!"
Bildinmi necə gəlib "Mədədimiz?!"
Belə gəlməkdənsə, heç gəlmiyəydin! Ölüb qalaydın Bakıda!
Təftiş Abbasın töhmətindən, danlağından utanmaq, qızarmaq əvəzinə, hələ
bir şeşələnirsən də: "Mənnən niyə belə danışdın sən, a kişi!" Öləydi "kişi",
Mədədin yurdçusunu belə görənəcən. Demə, eşq dəlisiymiş Mədədin yurdçusu!
Diplom nəyinə gərəkdi eşq dəlisinin?! Abı düz demir. Mənim qəti fikrimdi ki,
son qırmalısan bu murdarların hamısını! Gedib kişi kimi türməni çəkməlisən, ya
da güllələnməlisən. Odu ey, bax, Saşanız! Abı deyir gecənin bir vaxtı oyadıb
Bayıl türməsinin nəçənniyini, müavini-filanı ki, Qazağın Muğanlı kəndindən altı
kişi saxlayırsınız, silistsiz-filansız gətirin görüm nə yazıb cinayət qaldıran
prokuror? Deyiblər bir tikə kağız da yoxdu. General Atakişiyev deyib basın
bunları, ayrı-ayrı kameralarda saxlayın çürüyənəcən". "Biz də çürüdürük
bədbəxtləri". Açdırıb qapıları buraxdırıb hamısını, üstəlik, aparıb evində
qonaqlıq verib, ciblərinə pul qoyub göndərib evlərinə!.. Budu bax Ulu-Bağlar
kökü! Abının, Sultanın dediyi təki deyil!
Qocanın gözlərində şimşək çaxdı.
- Mənim pəhləvan oğlum bir toyuq başı da kəsəmmir. Tərifli əminnən Abı
xarab eləyiblər oğlumun başını. Get onnan danış sən, barış murdarlarnan!
Səməd cərgəarası arxın qırağına çöküb, yaşıl qozalarla dolu, pambıq
kollarının dibində hərəkətsiz oturmuşdu. Bayaqkı heybətli qışqırtıdan sonra ürəyi
necə vururdusa, nəbzini barmaqlarının ucunda hiss edirdi. Arx içinin çat-çat gilli
torpağına dikilmiş gözlərində qırpım-qırpım zoqqultular vardı. Tuflilərdə
ayaqlarının pəncələri də zoqquldayırdı. Yəqin elə canındakı bu zoqqultulara görə
də Səməd əvvəlcə çox üzgün dilləndi:
- Mən əbləh də məhəbbət umurdum səndən... Sonra birdən səsi çıldırdı:
- Sən tanımırsan məni!.. Tanımırsan!
Təftiş duruxub, çaşan kimi olub, təəccüblə soruşdu ki:
- Necə yəni "tanımırsan?.." Bu əlimin içində böyüməyibsənmi? İndiki
əməllərin göz qabağında deyilmi?!
- Yox!.. Nə sənin əliyin içində böyümüşəm mən, nə Qılınc Qurbanın, nə də
Sultan Əmirlinin əlinin içində... Öz içimdə böyümüşəm mən! Öz içimdə! –
Səməd yenə qışqırırdı. Az qalırdı hönkürsün.
Elə qışqıra-qışqıra da ayağa qalxdı.
Sahədə dərin sükut vardı. Arabaya pambıqla dolu xaşa,* kisə, çuval qaldıran
cavanlar, kilimlərin, çətənlərin** üstündə sərilən pambığı cevirən, əlləri yabalı
qocalar, cərgələrin aralarında döşləri önlüklü qaraltılar - hamısı əl saxlayıb,
dirək-dirək dayanıb bu yana – Səmədlə Təftişə doğru boylanırdı.
Əmma Səməd səsini qısmadı:
- Eşq dəlisi deyiləm mən! İnsan dəlisiyəm! Bu torpağın, bu yurdun
dəlisiyəm! Ömürlərini bu yurda həsr eləyən, xoşbəxtliklərini bu yurda qurban
verən Mədəd Əmirlinin, Sultan Əmirlinin dəlisiyəm! Əlləzoğlunun qızı da
qurban olsun Sultan Əmirliyə, mənim eşqim varsa, o da qurban olsun, özüm də
qurban olum Sultan Əmirliyə!.. Cəmaatın rəzilliyi məgər Sultan Əmirlidəndi?!
Yoxsa, Stalinin, Mirqəzəb Mircəfər Bağırovun yaratdığı Bezobraziye
sistemindəndi?! Dağılmalıdı bu cəlladlar sistemi, məhv olmalıdı! Sultan Əmirli,
Qılınc Qurban, Təftiş Abbas kimi el təəssübkeşlərinin əl-qolları açılmalıdı. Sədr
Mədədin ürək dostuna,
_____________
*Böyük kisə.
**Deyənin (alaçığın, xeymənin) dövrəsinə cəkilmək üçün qamışdan çitənmiş çitən.
iyirmi ilin təftiş komisyonu sədrinə yaraşarmı ki, düşmən sözünə uyub Sultan
Əmirlinin özüynən yetirməsinin namusuna, qeyrətinə şübhə eləsin?! Qurban əmi
özü deyir ki, narahatdı mən sarıdan, dalımca gəzir. Ola bilər ki, əmim də tapşırıb.
Çünki Bezobraziyenin dib ocağına göndərib məni. Vəhşilər içinə! Necə olub,
kim inandırıb səni ki, "ikiüzlüdü", "minüzlüdü", mənə inanmır?! O dərəcədə
alçaq sayır məni ki, hətta aramızda bu hadisəni törədənlərin ən qəddarından xahiş
eləyib, milisəner qoyub darvazasına?! Məyər aydın deyil ki, Bezobraziyenin
növbəti qurğusudu bu?! Mənə münasibətini, etibarını, məhəbbətini küçədə
nümayiş elətdirdi Sultan Əmirli! Qoluna girdim, qol-qola, çiyin-çiyinə yeridim
əmimnən! Gözləri kəllələrinə çıxdı "fəallar"ın!.. Sonra açıq söhbət oldu
əmimnən aramızda.
Mərd-mərdanə! Kişi söhbəti!.. Üstəlik, ötən gecə Bakıda da oldu. Müslüm
şahiddi!.. O teleqramın vaxtındakı kimi, Bezobraziye yenə ikiqat olur Sultan
Əmirlinin qabağında, yenə "Kişi, Kişi" deyirlər. Sultan Əmirlinin üzü o yana
dönəndə isə, öz iyrənc təbiətlərinə uyğun hərəkətlər eləyirlər, mənim namusuma,
qeyrətimə nə dəxli var bunun, Abbas əmi?! Saşa Babayevə tay tutma məni. O
qədər iş görən oğul bir nəfərə də güllə atmamışdı. Mən isə hazıram dünyanı qana
batırım! Abı qoymur, əmim özü, heç biri aman vermir mənə əl tərpədim, yoldaş
cibi naqanlı bolşevik! Ruhən sənə daha yaxınam mən!
"Mədədimiz" demə, Mədəd ola bilmərəm. Səmədəm mən, Səməd kimi də
tanıyacaqsan sən məni! Tanıyacaqsan!
Qurban əmi də "Məcnun" dedi. Belə görürəm, yəqin bütün kənd "eşq dəlisi"
sayır məni.
Eşidin, ay cəmaat! Ay eloğlularım, elqızlarım! Düşmən qurğu qurub, Sultan
Əmirlinin uca adına ləkə yaxıb. İndi də başqa cür qurğular qurur. Hər dəqiqə bir
söz dəyir qulağıma. Bakıdan əmim arvadını götürüb qaçmağa gəlmişəm?! O
qədər murdaram ki, hətta, ata əvəzi əmimin özü də inanmır mənə?! Bir tərəfdən
Qılınc Qurbana tapşırıb ki, göz qoysun mənə, o biri tərəfdən milisəyə müraciət
eləyib, üçüncü tərəfdən Gülənov car çəkib ki, siz də nəzarət eliyəsiniz?!
Eşidin, bilin, görün necə "eşq dəlisiyəm".
Mən dəqiq bilmirəm nə vaxt yaranıb bu düşmənçilik. Qandan qana keçir,
nəsildən nəslə keçir bu düşmənçilik. Qudalı uşaqları Sultan Əmirlinin maşınının
təkərinə yaba soxurlar, darvazasını murdarlayırlar. Mən yəqin bilirəm ki, o
məhlədə çörək yeyəndə də Sultan Əmirliyə kin
ləriynən qarışdırıb yeyirlər, su içəndə də Sultan Əmirliyə kinləriynən qarışıq
içirlər. Yatanda yuxuda da Sultan Əmirlini görürlər. Harda bir boz kitel
bozaranda, qara çəkmə qaralanda da o dəqiqə Sultan Əmirlini görürlər. Yəqin
bilirəm mən bunu, çünki özüm belə olmuşam, o məhlənin itini, pişiyini görəndə
də Çax-Çux Xalıqı görmüşəm, Çax-çuxnan yanaşı, o məhlənin hətta daşınadivarına da nifrət eləmişəm! Cib doldurmaqdan, qarın şişirtməkdən başqa, o
məhlənin tək bir məqsədi var həyatda, o da eşalonlara basılan saysız-hesabsız
əqidəli adamları məhv elədikləri kimi, Əmirliləri də məhv eləməkdən ibarətdi!
Yəni, bildiyiniz kimi, Bezobraziye dövlətinin tapşırığıynan işləyir o məhlə,
Xudiyev dəstəsinin fəal üzvü Çax-çux Xalıqın nələr törətdiyini yaxşı bilirsiniz
siz. Mənim o məhləyə nifrətim Çax-çuxun əməlindən sonra birə yüz qatılaşdı.
On səkkiz yaşımdan nifrətnən, kinnən nəfəs almışam, kinnən yatıb, kinnən
durmuşam. Ürəyimdə atamın tabutunu gəzdirmişəm, beynimdə Çax-çux Xalıqın
qara üzüynən Gülənovun saxta "zaklyuçeniye"sini gəzdirmişəm. İndi sizdən də,
Təftişdən də, özümdən də soruşuram, necə "eşq dəlisi"yəm ki, heç bilmirəm bu
yeddi ildə bir kəlmə adam sözü demişəmmi o bədbəxt zənənə, heç olmasa bircə
dəfə sakit ürəknən, açıq başnan oturub-durmuşammı?! Yükü tabut olan ürəkdə
nə eşq, nə məhəbbət, Abbas əmi?! İndi-indi qanıram, bir dəfə də taleyini
fikirləşməmişəm mən o bədbəxt zənənin! Gəlib onu həyətdə görəndən sonra, o
müsibətin içində də, hər şeydən əvvəl əmimin taleyini düşünmüşəm. Rayonun
taleyini! Bunun qabağında gör sən nə deyirsən mənə: "Nəfsini
cilovluyammıyan!" "Ayağını hara atdığını bilmiyən!" "Çamadan!" "Diplom!.."
Nəfs nədi, Abbas əmi?! Çamadan nədi, diplom nədi?! Gəlib Sultan Əmirlinin
Bezobraziyenin pəncəsində görəndən sonra diplom görünərdi mənim gözümə?!
Guya vurub baş partlatmışam, qana qəltan eləmişəm.
Yalandı!
Nə evində kobud rəftar elədim Əlləzoğluynan, nə do sonra. Əlləzoğlu özü
başdan ayağa qan çanağıdı. İçinə yetsəniz görərsiniz özü əl-ayağıma ilişib. Özü!
Şüurlu!.. Yadımdadı ki, addımımı atmağa da qoymurdu, hədələyirdi, qorxutmaq
istəyirdi ki, çıxım gedim rayondan. Qısası, bezdirmişdi, cana doydurmuşdu.
Əlləzoğlunun mənnən rəftarı da, o cür qorxusuz-hürküsüz, "nöyüdü töküb, kibrit
çəkməyi" də Bezobraziyenin əməlidi. Onların tapşırığıdı!.. Bəli, Abbas əmi!
Nəfsimi yox, Bezobraziyenin murdar nəfəsini duyanda hissimi cilovluyammıram
mən, Abbas əmi,
cilovlamaq niyyətində də deyiləm. Bəraət üçün demirəm bunu. İstəyirəm
inanasan ki, "eşq dəlisi" kimi getməmişdim mən Əlləzoğlunun evinə. Bax bu
cibimdə, partbiletin arasında böyük bir nəslin faciəsini gəzdirirəm mən. Bu
nəslin fəxri Sultan Əmirlinin adına yaxılan ləkənin səbəbini öyrənməyə
getmişdim Əlləzoğlunun evinə hələ nə əmimi görmüşdüm o gecə, nə də Qurban
əmini. Əmma Bezobraziyenin fəallaşdığını duymuşdum, buna görə də
vurnuxurdum, oda-közə vururdum özümü.
Onda da, indi də Bezobraziyedi mənim ağlımdakı. Peyin kimi kürüyüb atmaq
lazımdı bu murdarları! Qərarı belədi Səməd Əmirlinin! Bir məhkəmə Bakıda
qurulub, biri də burda qurulmalıdı. Bayaq yolda da bu barədə fikirləşirdim, indi
də bircə fikrim, bircə qayğım var, o da Bezobraziyeni kürüyüb atmaqdan
ibarətdi!
Tanıdınmı məni, Abbas əmi?!
Gəl danışaq. Birdəfəlik və həmişəlik danışaq.
Təhkimçi göndərilmişəm mən bura. İş görməyə gəlmişəm. Düşmən gündə bir
qurğu qursa, Təftiş Abbas da düşmən sözündən sarsılıb gündə bir dəfə yaramın
üstündən yara vursa, nə iş görə billəm mən burda?!
Nə "Mədədimiz" de mənə, nə də bu qədər şübhə elə.
İnan mənə, Abbas əmi, inan!
Quş qanadnan uçar deyiblər. Sənsən mənim qanadım, Qılınc Qurbandı, Xızr
Abıdı, Sultan Əmirlidi. Bayaq o mahnınnan göyün yeddinci qatına qaldırdın sən
məni. Arxa gördüm mən sənin simanda, dayaq gördüm, qanadlandım. Bolşevik
gördüm. Yuxarıdakılardan bolşevik olan azdı, son vaxtlar başa düşürəm, bəlkə
də heç yoxdu. "Ədalət qılıncı" demisiniz həqiqi bolşevikə! Sən özün də ədalət
qılıncısan. Mahnılı, eşqli, ədalətli Mədədsən, "Yaralı durnam"san! Körpəlikdən
belə görmüşəm mən dövrəmdəki bolşevikləri - Hümmətçiləri! Nə Stalin bolşevik
olub, (qaniçən olub), nə Bağırov, nə Beriya! Eşqli olmayıblar onlardan heç biri!
Kinli düşmən olublar, tanımamışıq. Sən, belə eşqli, mahnılı ürəyin sahibi niyə
sındırsın mənim qanadlarımı?!
* * *
Qalın, hündür sirkənliyin arxasından buruq-buruq qatı toz-duman qaldıraqaldıra qeyri adi sürətlə gələn "qruzovik" Səmədin sözünü ağzında qoydu. Maşın
gəlib uzaqda qaralan tək palıd ağacına doğru gedəndə Zal tormozu necə basdısa, təkərlərdən tükürpədici cığıltılar qopdu. Zal tər
içində işıldayan enli sifətini pəncərəyə tutub vahimə ilə bağırdı:
- Döyürlər! Abrnı ağaca bağlayıb döyürlər ki, biz də gedək məhlə
milisənerlərini döyək, hamımızı tutub damlasınlar! Özünüzü qoruyun!
Mən gedirəm ora, bəsdi, qoy məni tutsunlar! Siz gəlməyin, qarışmayın bu
qurğuya! Tələdi, tələ!..
Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi - ilğımı içində topa bir
ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü
qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən,
Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu,
yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər
danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:
- Qulağım almışdı, - dedi. Məmməd Xələf isə Səmədə:
- Əlləzoğlu bunlara yaramır. Sənin üstündədi burda hər şey, - dedi. Və
maşından düşər-düşməz, gözlənilmədən, sinəsini gərib, nəhəng qolları ilə
Səmədin qabağında səd çəkdi.
- Yaxın getmə! Qarışsan tutacaqlar səni bu heyvərələr.
"Heyvərələr"ə - məhlə milisionerlərinə baxar-baxmaz, bürküdə çox pis
tərləmiş paçalarını geniş açıb cəlladsayağı duran bu dörd nəfər, Səmədə ilk
gənclikdə - müharibə illərində idarənin əhənglə ağardılmış divarında gördüyü
faşist əsgərlərini xatırlatdı. O kino-kadrlardakı zabitlə bu dörd nəfərin ortalığında
dayanmış starşina paqonlu oğlanın fərqi bunda idi ki, bu "sovet milisioneri"
libasında idi və almanca yox, tərtəmiz azərbaycanca danışırdı:
- ...Yaşı keçmiş adamsan. Bir ayağın burdadı, bir ayağın gorda. Sənin nəyinə
gərəkdi antisovet təbliğat?! Bu Təftişnən qaban oğlu Məmməd Xələfə arxalanıb
belə hirsdi-hirsdi baxan bu təhkimçinin də əsli-nəsli düşməndi Sovet
hökümətinə, altını da çəkirlər. Açıq-açığına car çəkirəm burda: prokuror
Sayılovun sanksiyası var. Tutulasıdı bu Səməd Əmirli deyilən. Bu heç.
Sayılovun da, nəçənnik Gülənovun da, məsləhəti budu ki, sən əl çəkəsən bu
Əmirlilərdən, bizə kömək eliyəsən əlavə məlumat yazaq bunların barəsində.
Nədən ki, zapros var.
SSRİ prokurorundan, o məhkəmənin sədrindən. Təcili məlumat getməlidi bu
gün. Cavab ver, yazılsın, bu cəhənnəm istisində bizim də canımız qurtarsın...
Təbrizdə, Ərdəbildə, Göyçədə Comərd olub! Dəli Alı olub deyirlər. Əmbə yazılı
lazımdı bu. Ağ Əmir, Boz Əmir törəmələrindən əlavə, Şeyx Məhəmməd Əmirin
atası Comərd deyilən həm də İsmayıl ağa adıynan gizlənib, sonra Qazağın
Muğannalarından Hüseyn ağanın atası Musa ağa adıynan yaşayıb bu tayda
Amasiyada, Karsda, ümumiyyətnən Türkiyədə oğul-uşaqları məhz haralarda
gizlənirlər? Cavab ver! Mustafa Kamal paşanın nəslindən kimləri tanıyırsan bu
tərəflərdə! Dillən!
Səmədin gözləri palıdın haçasından bəriyə doğru uzanmış, yoğun budaqdan
aşınlmış, keçi qılından boz-ala çatıda idi. Çatının bir ucu Abının biləklərini sıxıb
düyünləmişdi, o biri ucu sağ tərəfdə "heyvərə"lərdən birinin əlində idi.
Səməd, bürkünü hətta beynində hiss edə-edə, susuzluqdan biri-birinə
yapışmış dodaqlarını zorla aralayıb, qəfil qışqırtı ilə: - Abı! Niyə susursan?! -
dedi. - "Sədrdən zapros" nədi?! Mərkəz hər şeyi bilmirmi bizim haqqımızda?!
Çax-çux yazmayıbmı?! Xudiyev özü məlumat toplamayıbmı?! Mirqəzəb özü,
Stalin özü şəxsən məşğul olmayıbmı "Muğ"laman?! Danış! Yoxsa, bunların
istədikləri kimi eliyəcəm, qırıb-çatacam hamısın, akt bağlasınlar, Əlləzoğlu
barədə materialın üstə əlavə material qoyub bassınlar məni!
Starşina Səmədə baxdı; qızıl dişləri, yastı burnu kimi isə xatırlada-xatırlada:
- Deməli, bilirsən hər şeyi? Çox yaxşı! - dedi. Sonra əli çatılıya: - Çək! - dedi.
Əli çatılı çatını çəkdi, Abının ayaqları yerdən üzülüb asılı qaldı, göyərmiş
əllərinin göylüyü qatılaşmağa - qaralmağa başladı. Qadınlar, qızlar, uşaqlar
arasında boğuq ah-nalə gəzirdi. Səməd əlini Məmmədin çiyninə atdı.
- Çəkil qabağımdan.
Atasının yanında gödərək, əmma çiyinlərindən xeyli enli görünən Məmməd
Xələf tərpənmədi.
- Qurbanın olum! Aman günüdü, yaxın getmə bunlara!
Cəmaatın arasından Çürüyün üzgün səsi eşidildi:
- Xudiyev Naxçıvanda işgəncə verib Abıya, qollarını geri qanırıb, kürəkdən
qırıb. Belindəki donqar o işgəncədən qalıb. Fikir verin, əlləri qap-qaradı! Biləkdən, dirsəkdən, çiyindən çıxsa, sağalarmı bu yaşda adamın
çıxıqları?!
Məmməd gözləri yumulu Abıya doğru cumub qışqırdı:
- Abı! Danış, Abı! Səmədi tutacaqlar, Abı! Bədbəxt qoca, tər-su içində, ağırağır başını tərpətdi.
- Yaxşı... Danışaram.
Starşina əli çatılıya baxdı. Əli çatılı çatını buraxdı. Abı dizləri üstə yerə dəyib
böyrü üstə yıxıldı. Əliçatılı, palıdın qatı kölgəsində, əl arabasındakı xırdaca su
çəlləyindən bir dolça su gətirib qocanın alnına, üzünə tökdü, qalığını içirtdi.
- Mən o qədər də cəllad deyiləm. Danış, çıx get evinə.
Abı dikəlib, tövşüyə-tövşüyə:
- Peterburqda bir idarə var, - dedi - Rusca adına "Upravleniye po delam
pereselentsev" deyirlər. Yəni yurdlarından köçürülənlərin işləri üzrə polis
idarəsi. Köçürülənlərin yox, sürgün olunanların işləri üzrədi o "upravleniye". Bir
şöbəsi də Bakıdadı. Comərd, Süleyman, Musa ağa adlarıynan tanınan kişi
padişah olub, elm yayıb. Sən qanmazsan nə elmdi. Heç özünü də
tanıyammazsan. Mümkün deyil min-bir adnan yaşayan padşahı tanımaq. İraqdan
o yanda olub paytaxtı, İraqın özündə olub, Təbrizdə, Ərdəbildə olub, bu yanda
Qazaxda da olub hətta. O kişinin, oğul-uşaq nədi, xalqı var. Böyük milləti var.
Bu milləti haralardan haralara köçürə-köçürə bir ucunu Tiflisdən o yanlara aparıb
çıxardıblar. İndi də Sibirə, Qazağıstana sürdülər, bunu bilərsən. Bu boyda milləti
mən necə sayım-sadalayım adıynan, şəcərəsiynən, ay nacins?! Qədimlərdən
başlanıb bizim millətin bədbəxtliyi, sonra Birinci Aleksandrın sərəncamı ilə
təşkil olunub, Comərdin, Süleymanın, Musa ağanın millətinin nə vaxt haraya
sürülməsi barədə məlumat istədiyin qədərdi o "upravleniye"də. Mirqəzəb də
ordan alır məlumatı. Necə yəni "sədrdən zapros?!" O hansı sədrdi ki, öz
"upravleniye"sindən yox, bu çöllü-biyabanda, bu palıdın altında Xızr Abıdan alır
məlumatı?! "Məhlə milisənerləri" yox, Qudalı Rəhimin it xılısınız siz! Fərqiniz
budu ki, o it xılı Xəlvətin həyət-bacasında hürüşür, qalan yerlərdə quyruğunu
qısıb düz keçir, siz elə hər yerdə qapırsınız cəmaatı! Açın biləklərimi, it uşağı!
Starşina çaşqınlamışdı.
- Yaxşı, deyək ki, o elə adam olub, milləti də belədi, "Upravleniye"də var. Bə
Mustafa Kamal paşa Atatürk? O ki dünənin, srağagünün adamıdı. Bə onun
qohum-əqrəbasını niyə gizlədirsən? Sən ki, yaxşı tanıyırsan bu Türk deyilənin
böyügünü, kiçiyini! De! Canını qurtar!
Abının tamam qaralmış barmaqları tir-tir əsirdi.
- Sizin o "Upravleniye"nizdə o da var!
Starşina "hi, hi" elədi.
- Varsa, bə niyə səndən soruşuruq? Abı başdan-ayağa titrədi:
- Atatürkün qohum-əqrəbasının altını, üstünü yeyəsən, it oğlu! Aç qolumu!
Ölsəm, bu cəmaat sağ qoymaz səni, a bədbəxt!
Starşina deyəsən bir az çəkindi, əmma əl çəkmədi. Nəzərə al ki, nəçənnik
Gülənov özü səni ayrı şəraitdə ayrı cür danışdıra bilər. Əmbə orda olsa, bu iş
sənədləşdirilər. Yüz əlli yaşını əlli yazarlar, xalq düşmənləriynən əlaqə saxlayıb
antisovet təbliğat apardığına görə, məhkəməsiz-zadsız basarlar, əlli-ayaqlı
gedərsən!.. Danış!
Abı çox pis tövşüyə-tövşüyə, yəqin ki, biləklərinin, qollarının ağrısından
inildəyə-inildəyə dikəlib Səmədə baxdı.
- Sən... Sən çıx get burdan! Eşidirsənmi?! Çıx get deyirəm! Kənddən get!
Rayondan get! Pis qurtaracaq bu işlərin axırı! Çox pis! Bu xaraba deyil Varisin
yeri! Şərait olanda qayıdarsan, buralarda da işini görərsən. Hələlik mümkün
deyil! Heç cür, heç cür mümkün deyil, ay gözümün işığı! Ləngimə! Min o
maşına, təcili get burdan!..
Starşina deyəsən bunu gözləmirdi.
- A kişi! Ey! Bəsdi! O yana yox, mənə bax! - sifəti ağardı. - Sualıma cavab
ver! Məhz haralarda?! Eşidirsən?! Məhz haralarda gizlənir o qohum-əqrəba
təlimatçısı?!
Yenə Çürüyün səsi eşidildi:
- Ay Abı! Başına dolanım! Niyə danışmırsan axı?! Lap belə düzünü de! Bu
paqonnunun hədə-hərbəsinə baxma. Bir köpəyoğlu da toxunammaz Atatürk
əqrəbasına! Türk ölməyib hələ. - Həmişə, hər yerdə olduğu kimi, boz çit köynək
içində sazının - qara cürəsinin qaytanı çiynində, sağ əli aşağıda - cürəsinin
qolunda, sol əli çubuq qəlyanının yumru başında, ortası-qarnı çökələ-çökələ, beli
əyilə-əyilə yeriyib qəlyanı Abının ağzına soxdu. - Çək! Toxta! Ağlını itirmə,
başına dolanım, ay Abı, düzünü danış!
Əvvəlcə starşinadan, sonra "xıl"ın hamısından hırıltılı gülüş qopdu.
- Bəlkə bir saz da çalasan, a çürümüş! Qəlyanını dart, rədd ol ordan! -
Starşina əliçatılıya baxdı. Əliçatılı çatını çəkdi, Abının qolları yuxarı dartılandı
qıçları havada o yan-bu yana yelləndi, eynilə Sultan əminin iniltisi kimi bir
iniltidən palıdın altına sükut çökdü. Səmədi qəhər boğdu. Qulaqlarında Abı il Çürüyün qoşa səsi cingildədi: "Ağlamağı
tərgitmişəm, boğuq qəhərəm, ey qardaş!.." Daha nə Məmməd Xələfin "qaban"
gövdəsi sədd çəke bildi, nə də yalvarışı; Səməd budağın altına atıhb, Abını sol
qolu ilə qucaqlayıb yuxan qaldınb, o biri olilə çatını necə çəkdiso, əliçatıh
heyvərə üzü üstə yerə sərildi.
Starşinanın bayaq qorxudan ağarmış sifətinə qan gəldi, yəqin ki, "zapros"
işinin yaxşı nəticələnəcəyinə əmin olub, balta dişləri üstündə nazik, qısa
dodaqları yuxarı, aşağı dartıla-dartıla şaqqanaq çəkdi:
- Qəhbələr nəslinin nümayəndəsini zakona tabe eləyin!..
"Xıl" starşinası hələ sözünü qurtarmamış, "xıl" hər tərəfdən şığıyıb, Səmədi,
qucağındakı qoca ilə birlikdə yerə sərib, heyrətli kin-küdurətlə, dəhşətli
rəhmsizliklə, nallı çəkmələrin altına saldı. Heç bir dəqiqə də keçmədi ki,
Səmədin çənəsində, alnında, başında, əl-qolunda çapılan yerlər ağ, qolsuz
köynəyilə pencəyini qırmızıya boyadı. Ordan-burdan qan fəvvarə vurub, ölümü
labüd göstərirdi.
Starşinanın balta dişləri örtülmürdü.
- Bəsdi! Bəsdi! Aman verin tərifli Dəli də göstərsin özünü! Yoxsa, nə təhər
isbat eliyəcəksiniz ki, zakon əhlinə əl qaldırıb bu!
Bayaq üzü üstə sərilən "zakon əhli'" qoşa əllərini açıb starşinanın qabağına
uzatdı.
- Budu bax! - dedi; çatının bıçaq kimi kəsən keçi qılları ovuclarının dərisini
aparıb ətini kəsmişdi, üstəlik, üzü üstə səriləndə milisionerin burnu, alnı da yəqin
ki, yerə sürtülüb cızıq-cızıq olmuş, göyərmişdi. Bu görkəm elə gözlənilməz oldu
ki, starşina hətta pərtləşdi.
- Köpəyoğlu nə yaman çəkib ə çatını! Pah-pah! Yeri, qisasını al əclafdan!
Milisioner qanlı çəkmələrinə baxıb, şübhəsiz, yenə də elə çəkmələrini işə
salmaq üçün geri döndü.
Lakin Təftişin iyirminci ildən, Qılınc Qurbanın atryadının əsgəri olduğu
vaxtdan qalan "imennoy revolver"i Məmməd Xələfin əlində, starşinanın sinəsinə
tuşlanmışdı.
- Burdan rədd olub getməsəniz, nəçənniyinizin iştirakıynan qaldırılan cinayət
işini ləğv eləməsəniz, Səməddən, Sultan Əmirlidən ol çəkməsəniz, atam Abbasın
həzrət Abbas adına and içirəm, cavanlarımızın hamısını silahlandıracam, o it xılı
məhləsindəki Xəlvətdən, Qıllınızdan, Piylinizdən başlamış, hökumət
idarələrindəki itlərinizin son nəfərinə qədər, hamınızı qırıb, öz ayağımıznan
gedəcəyik güllə qabağına! Çünki bu Bezobraziye zülmü atamdan, anamdan eşitdiyim xan, bəy
zülmündən betər olub, daha cana doydurub hamımızı! Rədd olun! Yoxsa,
meyidlərinizi aparacaqlar burdan!
Aydın görünürdü ki, Məmməd Xələfin asta, boğuq səsi adi hədə səsi deyildi.
Starşina qadınların, qızların bir-birinə qarışan qarğı-nifrinləri altında başını
endirib hündür sirkənlik arxasında şüşələri parıldaşan iki yanaşı "Villis"ə doğru
gedəndə "xıl"da süpürüldü. O dəqiqə də palıdın altına çaxnaşma düşdü. Səmədin
köhnə məktəb yoldaşları, ordları ordlarından keçmiş, tanınmaz olmuş gəlinlər,
qızlar: - Qara yandırın!* Su gətirin! Təmiz əski tapın! - deyə-deyə o yan-bu yana
yüyürüşdülər. Qarğaşalıq içində Təftişlə Məmməd Xələfin səsləri də eşidilirdi:
- Bu silahı mən sandıqda, qıfıl altında saxlayıram! Niyə səndədi?
- Dədə, üzrlü hesab elə. Sənin qulağın alanı mənim də qulağım almışdı.
Hamımızın qapıdan qovduğumuz, qoltuğu qarmonlu zənən ağlıya-ağlıya gəldi
ki, məni pyanska eləyib qoltuqlarda qoyan it xılı iclas eləyir Şüşəlidə. Elimizingünümüzün gözəl oğulu Səməd Əmirlini həbs eləyib türmədə öldürəcəklər.
Kimin qeyrəti var silah alsın əlinə, getsin tək palıdın altına. Mən olmuyaydım,
sən olaydın, dədə, sındırardın qıfılı, ya yox?!
Təftişin gözlərindən üzünə təbəssüm işığı yayılıb o an da çəkildi.
- Zal balam getdi gəlmədi. Xələfim qardaşının adını üstünə götürüb,
Məmməd Xələf Zal adında ikiqat oğul oldu. Pəhləvan oğlum atasına çəkdi. Abı!
Elmin boşa çıxdı! Bant iyi olmuyan yerdə ədalətin yeriməz!
Abı başını bulayıb Səmədə baxdı.
- Bu da o həyətdəki xançal əhvalatıdı, ey gözümün işığı! Min dəfə, beyninizə
batana qədər, milyon dəfə deyəcəm: Xançal-bıçaqla, top- tüfənglə, ən, ən, ən
güclü ordu, ən adil, ən aqil hökmdar qüdrətilə də düzəlməz bu dünya! Elmdi,
Elmdi bu dünyanın əlacı, o da belə kin- küdurətlə, belə ədavətlə bu araya
sığışmır! İçərinizi yeyirsiniz! Sözümü unudursunuz! Qara qanınızı qan
tökməknən doldurursunuz!
Çürük dizləri üstə çöküb, Abının köynəyini çıxarıb, can köynəyi tərdən
islanmış dostunun çiyinlərini, qollarını ehmallı sığallaya-sığallaya:
- Səlamətsən, şükür, səlamətsən, başına dolanım, - deyir. Abı isə, arada
inildəyə-inildəyə:
_______________
*Təzə yaranın qanını kəsmek üçün əski yandırıb "qara"sını yaraya basırlar.
- Yavaş, a kişi! - desə də, cavanları danlamaqdan qalmırdı:
- Uzağa getməyin! Elə Təftişin cibindəki o "imennoy revolver"dən dərs
götürün. Nə qədər ki, mənnən yaxınlaşmamışdı, sözümü-söhbətimi eşitməmişdi,
Rus paqonu taxıb familiyasını "ski" eliyən bəylərdən hansınısa sərhəddən o yana
qovanda Təftiş Abbas o "imennoy"u marçıltı ilə öpüb gözünün üstünə qoyurdu.
Hanı o "imennoy"un yaratdığı ədalətli fəhlə-kəndli hökuməti* niyə yoxdu, ey
beyinləri qanlarım?! Oktyabr bayrağına** and içirdi Təftiş Abbas, komandiri
Qılıncla bir yerdə! Kimlərin əllərindədi indi o bayraq?! "Cavanları silahlandır!"
Sözünə bax üzü üzlər görmüş qancığın! Nə var bu "Cavanları silahlandır"
sözlərinin altında?! Qanırsınızmı, ey dərsimi ala-ala cəhalət bataqlığına
batanlarım! Açıq-açığına, hamınızı qırmaq qəsdindədi Bezobraziye! Sultanın
dediyi mikroilanlardandı Şənbə! Başa düşdünüz?!
Sirr açıram, qulaq asın. Qazağının gizlin Muğannalarından, biri-birindən
cavan, biri-birindən gözəl şagirdlərim vardı, Sultanın Rus dostlarının təqdimatı
ilə Moskvada təhsil alıb zabit olmuşdular, qayıdıb Araz qırağında, "zastava"
deyilən yerlərdə qulluq eləyirdilər. Bezobraziye cəlladları hamısını bircə gündə
boğdular tulladılar Araza. Meyitləri geyindirib-kecindirib, döşlərinə orden,
medal taxıb, müşayiətçi-filanlarla göndərdilər rayonlara, valideynlərinin üstünə.
Birini də bizim üstümüzə göndərdilər. İnişil, əlli ikinci ilin yayında oldu bu
bədbəxtlik... Moskvanın göstərişilə! Əsrlərdən gələn bəlamızdı bu bəla. Batingizlin ikən tamam açıq oluruq, qışqırıqnan deyirik sözümüzü. Adını aşıqlardan
eşitdiyiniz Elm mücahidi Mənsurumuz da ağılsız mərdlik, düşüncəsiz igidlik
qurbanı olub, dara çəkilib! Əxi Fərrux, FəzluHah Nəimi, İmadəddin Nəsimi -
hamısı açıq söz qurbanı olub. Çünki cəhalət dünyasında açıq söz də hamanca
xançaldı, qəzəbdən, kindən törəyir, cahilin əlində çatıya dönür, Xızr Abının
biləklərini çatır bir-birinə. Dartıb dara qaldırır!. Nallı milisəner çəkməsi olur.
Səməd Əmirlinin damarını partladır! Başa düşdünüzmü, ey beyni qan?!
Muğannaya "müğənni" deyirik, ƏsAğa "Aşıq" deyirik, qırılırıq, əlimizi silaha
uzadanda əlimiz iflic olur! Mən özüm də açıq qışqıran olmuşam indi. Əbədiyyətə
qovuşmağımın vaxtı çatmasa da, ürəyim sizin ürəklərinizdən də cavan olsa da,
açıq danışıram ki, vidalaşım daha siznən!
_____________
*Leninin ən məşhur tezisi: "Hakimiyyət fəhlələrə, torpaq kəndlilərə!"
**Oktyabr inqilabının, SSRİ-nin qırmızı bayrağı.
- Ölən deyilsən sən, ay qırx qazanın çalasısı! – Xəlvət idi. Arxasında
ayrılmaz kölgəsi - Qıllı Qeybalı, sirkənliyin arxasından peyda olub, çal, lopa bığ
dövrəsində tamam dərisiz ət kimi qan-qırmızı sifəti pörtə- pörtə məktəb
uşaqlarının, qadınları, qızları itələyə-itələyə sahəyə qovub, özü də dallarınca
getdi. Tək bir nəfər, qayğısına qalıb, başının şalını yandırıb onun yarasına "qara"
basan bir qadın peyda oldu: Qarmonçu Şənbə!
Yanaqlarının yumru ətləri qırışıb, əpriyib solmuş qadın - Şənbə, Səmədi
təkbaşına qucağına alıb maşına qaldıranda heyrətdən hamı hıçqırışdı:
- Gücə bax ey, arvadda!
Maşının "kuzov"unda Səmədin sarıqlı başını dizinin üstə söykəyəndə isə
Şənbə, kişilərə: - Nə boylanışırsınız! Çoxlu bağayarpağı yığın yolların
qıraqlarından! - deyib, birdən son dərəcə ağrılı-acılı göz yaşları tökdü:
- Mən elədim bunun hamısını, mən baxtıqara! Prokuror Sayılov dedi:
"Abını döydürməsən, Səmədi aparıb orda tutdurmasan, özünü tutacam!"
Köpəyoğlu, elə bilir daha insanlıqdan məhrumam! Təftiş Abbas burdadı,
şahiddi, desin, dörd ilin müharibəsində qarmonnan qazandığının doxsan faizini
orduya yardım göndərmişəm, özüm qara qalağ* yemişəm!..
Səmədin alnından, əllərindən öpürdü, ağlayırdı.
- Səni ürəkdən istiyən bədbəxt zənənlərdən biri də mənəm, ay bəxtsiz, talesiz
Məcnun!
Maşın Qonaqlının ortasında, yastı-yappa bir qaradamın qabağında dayandı.
Şüurunu itirmiş Səmədi Şənbə yenə də tək qaldırıb o dama -ölmüş nənəsindən
qalmış iyli-qoxulu döşək üstə qoydu. Bütün gecəni əmisindən də betər inildəyən
oğlanın böyründə oturub "Allaha", "Peyğəmbərə", "Əliyə" yalvarırdı. Səhərisi,
Səməd özünə gələndə isə, köhnə, qara bir qazanda su qızdırdı, yaralara dolmuş
"qara"nı - yanmış əski küllərini yuyub, üstündən təomiz əskilərlə sarıdı. Üç
günmü yatdı, beş günmü, Səməd hesabı itirib, nəhayət ayağa qalxanda, ciddi
qayğılar içində gülürdü; demə, qarmonçu Şənbə Xüdiyevə "işləyə-işləyə", Sultan
Əmirliyə də gizlin "işləyirmiş", "gecələri yatmayıb", ondan Elm öyrənirmiş.
- Gülgəzinnən, sənin Qaraçı qızınan yanaşı oturub dəftərimə "Yaddaş"
yazırdım! Adamlardan danos yaza-yaza bax belə oldu Qarmonçu Şənbə! Qorxma
daha heç nədən! Nə qurğu qursalar, ovcundaca olacaq!
Səni bada vermərəm! - dedi.
_______________
*Təmizlənməmiş undan qara çörək "buxanka"sı.
Məhz buna görə də Səməd sahələrə yenə sağlam-gümrah çıxdı. Və elə həmin
palıdın altında Çürüyün dərmən-davası ilə sağalmaqda olan "qəlyanlılarla"
görüşməyə gedəndə sirkənlikdən onun - Səmədin yenidən gərginləşməsinə səbəb
olan bir səs eşidildi:
- Hə, indi məni dinləyə bilərsən, qadası!
- Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox- çox
həqiqətlər deməliyəm sənə, qadası.
Səməd fikrini toplamağa çalışdı.
- Ola bilər... Bilmədiyim şey, əlbəttə çoxdu. Əmma bir şeyi dəqiq bilirəm ki,
Şüşəlidəki iclasınızın qərarını həyata keçirəmmiyəcəksiniz! Partiya məktəbinin
müdavimiyəm mən. Rayon partiya komitəsi bu zonanın üç kolxozuna təhkim
eləyib məni. Məhsul yığımının belə qızğın vaxtında məni işdən ayırmayın!
Şüşəlidə çoxlu adamnan söhbət eləmişəm, çoxlu cinayət işi qeydə almışam,
hamısı bilavasitə Qudalılarnan bağlıdı! Sənin təmsil elədiyin gizlin canilərinnən,
Yerevannan, Eçmiədzinnən, Katalikoslarnan, kütləvi terrornan bağlıdı! Çax-çux
gülürdü.
- Nə deyirsən, hamısı SSRİ adlanan super dövlətin işləridi. Mən əmr
quluyam, qadası!
Səməd bu açıq həyasızlığa dözmədi. Qışqırdı ki:
- Bəsdi arxamca gəzdiyin! Bəsdi! Əl çək!
Çax-çux gülürdü:
- Şənbədən hünər almısan, Antey yerdən qüvvət alan təki. O Şüşəlidə Mariya
adında bir qancıq da var. On dörd yaşı yoxdu, indidən casusluq eləyir! Zənən
sarıdan baxtın gətirib sənin. Axı, mənim o köpəkqızı Gülbənizim də sənə qulluq
eləyir!
Çax-çux Şüşəli səmtindən - soldan gəlmişdi. Səməd kölgədən çıxıb, sağa -
camaata tərəf yönəlib, qurşağa vuran hündür kolların şaxları, qozaları dizlərinə
çırpıla-çırpıla, sahənin içərisinə getdi. Fikrini qarışdıran, peysərini deşən kobra
baxışından qurtara bilməsə də, o gün "qruzovik" də Məmməd Xələfin
müdaxiləsilə yanda kəsilmiş ürək sözlərini cəmaata çatdırmağa çalışdı:
- Taleyim elə gətirib ki, uzun müddət ayrı düşmüşəm sizdən. Xeyrinizdən,
şərinizdən xəbər tutmamışam. Cəfər əmi həbs olunub, bilməmişəm. Yerində
Xəlvət oturub, bilməmişəm. Əmim "Rəhim sədrdi" deyəndə dəhşətə gəldim. Demə, birbaş Mirqəzəbnən bağlıymış bu məhlə
ağsaqqalı! Qardaşı oğlu Çax-çux Xalıq Mirqəzəbin özünün agentiymiş! O taydan
Ağ Əmirnən Boz Əmirin oğul-uşağının siyahısını gətirdiyi kimi, burda da Sultan
Əmirliyə yaxın adamları siyahıya alırmış! Elimin taleyi cəllad əlindəymiş! Xəbər
tutmamışam mən bu bədbəxtlikdən. Təzə bilmişəm ki, Xalıqın siyahısı əsasında
ən etibarlı kadrları gedib Sultan Əmirlinin ətrafından. Qurbanlının sədri İsgəndər
kişinin əvəzinə "Qudalılara, Gülənovlara yaxın adam" qoyulub, Tahirlinin sədri
Cəbrayıl kişinin əvəzinə də Qudalılara, Gülənovlara yaxın adam qoyulub.
Bezobraziyenin həyasızlığı o dərəcəyə çatıb ki, xəlvət işlər ustasının özü də açıq
həyasızlığa başlayıb: uçot-hesabat "Qudalı hesabdan"nın əlində! Kassa "Qudalı
kassiri"nin əlində! Möhür də Qudalı sədrinin öz əlində!.. Təftiş komisyonu
dəfələrnən cinayət üstə tutub bu yaramazları. Qılınc Qurban aparıb milisəyə
təhvil verib. Gülənov isə, eldə cinayət aktları ola-ola, həbs eləmək əvzinə, çox
qəribə məntiqnən Qılınc Qurbanın özünü günahlandırıb: "Xruşşov yoldaş
amnistiya verib, ən peşəkar oğruları da buraxıb əmək-islah düşərgələrindən! Sən
isə gündə bir dustaq gətirirsən milisəyə!.." Aydan an, sudan duru Cəfər əmini
damğalayıb basmaq olar, Bezobraziye xadimlərinin qarınlarını şişirdənlərə
toxunmaq olmaz! Saf adamlar türməyə gedir, murdarlar eşikdə qalır! Qurtardı
daha belə şeylər! Mirqəzəbnən başlanıb bu yaramazların dövranı, Mirqəzəbnən
də qurtarmalıdı!
Səməd palıdın altına - qocaların yanına qayıtdı.
Gözlərini Təftişin köynəyinin döşündə bir cüt dolu torba ciblərinə dikib, sədr
Mədədin vaxtından "təftiş komisyonunun seyfləri" adlandırılan bu ciblərdə son
birillik sənədlərin ipçin-ipçin saxlandığına şübhə etmədən, əlini irəli uzatdı.
- Mənə ver o aktları!.. İkinci, üçüncü briqadalarnan da günü bu gün
danışacam. Təlimatçılıqnan, təhkimçiliknən yanaşı, "Yeni Mədəd" adında
yüksək, səlahiyyətli vəzifəm var mənim. Axşam idarə heyətinin iclasını
çağıracam, kolxoz nizamnaməsini oxuyacam cəmaata, məhz nizamnamə
əsasında qərar çıxaracam bu yaramazların haqqında. Gecə də ümumi iclas
keçirəcəm, heyətin qərarını səsə qoyacam. Kolxozun möhürü, kassa, uçothesabat təcili alınmalıdı yırtıcıların əlindən! Ver aktları! Rəhbərliyə namizədlər
ver!
- Son tələsmə, qadası, dotələblik eləmə... - Gümüşlü trubka kölgəliyin qatı
yerində qara sifətdən irəli uzanmış diş kimi işıldayırdı. - Rəhim
Qudalı evinə dəvət eləyir səni. Bir Quran söz deyib, bir kəlmə danışmayıbsan o
cür mötəbər ağsaqqalnan. İndi məni də daş, divar sayırsan. Əmbə Çax-çux
Xalıqnan danışmamaq olmaz! Adımı Mirqəzəbnən yanaşı qoysan da, sən özünü
necə səlahiyyətli adam sayırsansa, mən də eləcə sayıram. Bir aləm həqiqət
danışdım sənə o daxmanın qabağında. Düşmən sözü sayıbsan hamısını. Bilirəm!
Müslüm deyil xəbər çatdıranım. Təhqir eləmə o yazığı. Rəhimi, Qeybalını,
Gülənovu düşmən sayma! Mənnən bədrəftarlığı kəs! İncimirəm əlbəttə. Dünya
görmüşəm mən, kişilərnən oturub-durmuşam, səndən xüsusən incimərəm. Çünki
gözündə pərdə var sənin. Rəhimin evindəki süfrəni mən təşkil eləmişəm.
Getsəydin, əvvəlcə bizim qız gedəcəydi ora, gözündən pərdəni götürəcəydi.
Sonra mən gedəcəydim, "avariya" günündən bu günəcən bu sinədə qövr eliyən
yaranı göstərəcəydim sənə, bu yaranı kimlərin necə vurduğunu, nəyə görə
vurduğunu açıb tökəcəydim ortalığa. Elə olsaydı, barışıqlıq təklifindən də boyun
qaçırmazdın. Xruşşov dövrüdü indi, qadası, demokratiya, dinclik dövrüdü. Bir az
hərcmərclik-filan əmələ gəlib, çox danışan adamlar çıxıb ortalığa. Qurtaracaq
belə şeylər. Şüşəlidə deyilənlərə fikir vermə. Zaman dəyişir. Stalinnən getdi o
tutqular, sürgünlər. Deyirlər cuhud zad deyilmiş Stalin, Qrekiymiş milliyyətcə.
Qrek də ki, bilirsən, lap qədimlərdən qənimidi indi bu Türk deyilənin! Həqiqəti
bir azca da açsam, nəinki Mirqəzəbnən yanaşı qoymazsan mənim adımı, o
siyahını-filanı da, aktı-maktı da dilinə gətirməzsən, qadası. Bu Təftiş əgər mən
tanıyan Təftişdisə, heç bir akt-zad verməz sənə. Seyflərini Təftiş o vaxt açır ki,
gözüaçıq adam olsun qabağında. Sənin, yenə deyirəm, gözün bağlıdı, qadası,
adamları tanımırsan, ona görə də gücün çatan işdən yapışmırsan. Bu bir. İkincisi,
o aktları ki, sən tələb eləyirsən, yoxdu o aktlar. Mənim istəkli qohumum Gülənov
aparıb hamısını qoyub Sultan Əmirlinin stolunun üstə, sənin istəkli əmin Sultan
Əmirli də cırıb atıb zibil səbətinə!
Səməd, Abının köynəyini çırpıb palıdın budağına sərən qocaya baxdı.
- Abbas əmi!. Bu adam nə danışır?!
Qocanın qəlyandan üfurdüyü tüstünün titrəyişindən də qəzəb saçıldı. Düz
deyir! Əmbə yumşaq deyir. Bağlı deyil sənin gözün... kordu!
Səməd bu yeni dəyişiklikdən özünü itirib Abıya, Çürüyə baxdı. Lakin Abı
yatmışdı. Çürük nədənsə narazı, başını bulaya-bulaya, dostunun milçəyini
qoruyurdu. Məmməd Xələf Zal isə böyümüş gözlərlə atasına baxırdı.
Dərin sükut içində Çax-çuxun səsi elə bil quyu dibindən gəlirdi:
- Mənə qulaq assan kor olmazsan, qadası. Sənə demədimmi hökmranlığı
qurtarıb əmiyin?! Demədimmi özü də yaxşı bilir ki, axırı çatıb, ona görə
dünyadan kam alır indi?! Bu etibarsız dünyadan kam almaq qəsdinə düşən rəhbər
üçün nə fərqi var kimdi burda kolxoz sədri, mühasibi kimdi, kassiri kimdi, necə
pul qazanır, kimə verir?! Erməni Zərridən it kimi qorxur əmin. Zor Gülənov
deyib: "Gətirmişəm bu aktları öz əliniznən cırıb atasınız", o da cırıb atıb,
vəssalam! Qılınc Qurban gedib raykomda küy salanda ona ayrı cür izah eləyib
aktları cırmağının səbəbini. "Siyasətdi. Müvəqqəti güzəştdi", - deyib. Bəs əslində
necədi? Əslində, heç bir siyasət-zad işlətmir əmin, qadası. Çünki Rəhim daha
əvvəlki Xəlvət Rəhim deyil əmin üçün, Gülənov da daha əvvəlki Gülənov deyil,
Sayılov da, RİK Atamalı da, Çax-çux Xalıq da. Sürgünlər, qırğınlar səmumu
Stalindən gəlirdi hər şey. Onu da bil ki, bu məhkəmə əhvalatı dəyişdirmiyəcək
dünyanı. Doğrudu, bizim ağsaqqal ehtiyatların bir az. Yalvarır-yaxarır mənə ki,
daşı ətəyindən tök, düşmənçiliyi unut Sultan Əmirliynən. Unudaram mən, elə
bilirsən unudammaram?
Atam Fağır Məmmədəliyə niyə Yağır Məmmədəli deyiblər, bilirsən?
Təbrizdə, baban Şeyx Məhəmməd Əmirin alma bağında hamballıq eləyirmiş
atam. Səbətnən alma, qax daşımaqdan çiyinləri açılıbmış, beli yağır olubmuş.
Elə belinin yağırlığıynan tacirliyə çatıb. Beş araba dolusu var-dövlətnən bu taya
gəlib qardaşı Rəhim Qudalının həyətinə düşəndə Qılınc Qurban tüfəng çəkib
üstünə, var-dövlətini müsadirə eləyib, özünü də aparıb türmüyə basdırıb,
döydürüb, zornan boynuna qoyub ki, guya Nikolay padşahın casusu olub atam
sizin o mülkünuzdə, guya Muğannaların siyahısını ötürüb Peterburqa.
Sizin Saşanız varıydı, bizim də Xudiyevimiz. Bəs necə?! Xudiyev çıxarıb
bədbəxt atamı türmədən. Əmbə Qılınc Qurbanın, Sultan Əmirlinin hədə-
hərbələrinə dözəmməyib, özünü quyuya atıb. Atam yoxa çıxandan sonra,
bilirsən, "iyili quyu" deyirdilər o quyuya. Sonra cəsəd çıxartdılar o quyudan.
Belində atamın gümüş kəməri!.. Qılınc "casus oğlu", "kontra" qoydu adımı,
universitetdən qovdurdu. Budu düşmənçiliyimizin tarixi.
Tutaq ki, Yağır Məmmədəli doğrudan da casus olub. Kimdədi bunun taqsırı?
Atamdadı, yoxsa Azərbaycanın yarısını verbovat eləyib mikroilana döndərən
Nikolay Romanov ilanlarındadı?! Nə qədər mikroilan dolubmuş o alma bağının
dövrəsinə, bilirsən?! Səttar xandan, Bağır xandan başlamış, bu tayda Kainat elmi yayan Şeyx Əli-Aşıq Alınıza, Dəli Alınıza
qədər, hamısının axırına çıxan ilanları bir yanda qoyub, elə Yağır
Məmmədəlidən yapışmağınızın səbəbi nədi, qadası? İlan yumurtalarını
torpağımıza basıb, millətimiz özü ilan becərir! Aydındı?! Gümüş kəməri görəndə
kişinin sümükləri gəlir durur gözümün qabağında, əhvalım dəyişir. O "iyili
quyu"dan çıxan sümükləri deyirəm. Xızr Abı qoymadı sümükləri qəbristanda
basdırmağa. "Gorxanası bu quyudu Məmmədəlinin, quyuda da basdırılmalıdı", -
dedi. On iki metrlik quyu!.. Adam adama qarğıyanda deyir: "Dərin gedəsən!"
Əmiyin kəramətindən "dərin getdi" atam. Əmma unudaram mən. Ataram o
kəməri də, unudaram hər şeyi. İnanmırsan?!. Bu səhər Qeybalının briqadasına,
şəhərdən pambıq yığımına göndərilənlərnən söhbətə getmişdim (hərdən təbliğat
işi tapşırılır mənə). Nə dediyim hamı eşidib. Sən də eşit. Dedim: "Mirqəzəbə
qalib gələn Kişiyə zaval yoxdu'." Bəli, qadası! Doğrudu, necə deyərlər, çərxifələk özü döndərdi Mirqəzəbin çərxini!.. Zəmanə dəyişməsəydi, Sultan Əmirli
kimisinin mini-milyonu da tərpədəmməzdi onu. Əmbə mən məhz Sultan
Əmirlinin ayağına yazdım qələbəni. Ağsaqqalını da razı qaldı məndən, deyəsən
elə özüm də razı qaldım. Niyə? Çünki, sözün açığı, mən də bezmişəm bu
düşmənçilikdən, qadası. Necə əmin bezib, əl çəkib hər şeydən, mən də eləcə əl
çəkərəm. Vallah, billah, əl çəkərəm, qadası! Professor Məhərrəmov da mən
deyəni deyər, professoru bu rayona təhkim göndərənlər də deyərlər, baxarsan ki,
"Mirqəzəbə qalib gələn Kişiyə" doğrudan da zaval yoxdu.
Bəs sənin istədiyin nədi, qadası? "Qurban olum Sultan Əmirliyə" deyirsən.
Bəs niyə istəmirsən yaxşı olsun SultanƏmirlinin işi?!. Tutaq ki, heç cırılmayıb o
aktlar, hamısı zil-düzən durur Təftişin "seyfi"ndə. Sultan Əmirli də, deyək ki,
heç yana getməyib, oturub bu saat öz kabinetində. Təftiş versin aktları, sən də
apar qoy stolunun üstünə. Bilirsənmi neyliyər əmin? Qışqırar, bağırar,
yumruğunu stola çırpar ki, "Kürüyəcəm, atacam bu Bezobraziye köpək uşağını".
Əmbə sonra neyliyər? Dostu Qılınc Qurbanı necə arxayınlaşdırıb yola salıbsa,
sən "Bircə bala"nı da eləcə yola salar, sonra da cırar aktları, atar səbətə. Xeyrə
arvad da yığışdırar o səbətdən, hər axşam raykomun dal həyətində yandırdığı
süpürüntüynən bir yerdə od vurub yandırar, beləliknən aktların heç cırıqları da
qalmaz. Hə! Belədi haqq-hesab, qadası. Mənə inanmırsan, yenə soruş bu kişidən.
Bütün kənd şahiddi ki, ömründə yalan söz çıxmayıb Təftişin dilindən. Qılınc
Qurbanın adı var, əsl ədalət mücəssəməsi, əyrikəsən
bu Təftişdi. Cibində partiya bileti, üç gündü Xızr Abıya qulluq eləyir, bu palıdın
altında, Çürüknən bir yerdə. Niyə? Bu da ürəyinin düzlüyündəndi. Sözünün
düzlüyüynən kəsib bizi həmişə. Ağsaqqalımız əbəs yerə "zəhər tuluğu" demir ki
buna. Qoy yenə açsın tutuluğunun ağzını, desin, sən de bil ki, bizim ağsaqqal
sədr olandan bəri əmin neçə kərə "kürüyəcəm" deyib. Əgər kürüyəndisə, hər
bazar axşamı, əl-ayaq yığışandan sonra o boz "Pobeda"sını niyə sürdürür Qudalı
məhləsinə?! Xəlvət Rəhimin evinə burulanda faralan niyə söndürtdürür?!
Həqiqətən kürüyəndisə, niyə oturur Xəlvət Rəhimin məclisinin başında?! Hər
dəfə bircə şüşə konyakı boşaldandan sonra niyə qucaqlayır düşmənini, niyə
ağlayır, niyə deyir "Əbləh olmuşam, zülm eləmişəm sizə, ay eloğlular! Vicdanım
üzür məni! Bağışlayın! Siz mənimsiniz, mən də sizinəm, aramıza nifaq salan
Bezobraziyeyə lənət, ay əzizlərim!"
Dəhşətli bürküdə, başdan ayağa tər içində Səməd üşütmə hiss etdi. Üşütməli
canından çılğın qışqırtı qopdu:
- Mən inanmıram, Abbas əmi! İnanmıram! İnanmıram!
- Nəyə inanmırsan?.. Öz korluğuna?!. Yoxsa, əmiyin satqınlığına?!
Səməd göyümtül çalan qara üzə, yerə, göyə baxdı.
- Əgər Sultan Əmirli sizin deyiniz kimi iblisdisə, onda... atama, anama da
şübhə eliyərəm! Xalqının mənafeyini hər şeydən yüksək tutan fədai Sultanın
iblisliyinə inanmaram!
- Fədai əmin yenə fədaidisə, təkcə öz şəxsi mənafeyinin fədaisidi, qadası. Sən
kimi ictimai mənafe güdənləri əbləh sayır indi əmin! Mən demirəm bunu, onun
öz sözüdü. Xəlvət Rəhimin məclisində deyib!.. Hə!.. O gün Saşa Babayevin
dalınca Moskvaya gedibmiş ölə-ölə. Qayıdıb nə deyib? "Taxtabitili kommunizm
paytaxtı Saşamızı səhər çağırıb, axşamısı başını yeyib!" Sözə bax: 'Taxtabitili
kommunizm!" Elə bu bəs deyilmi, Saşanın dalınca əmini də güllələsinlər!
- Sus, köpəyoğlu! O kupedə, daxmanın qabağında sehrlədin məni... Sehrliyə
bilərsən, əmma kor eliyəmməzsən. Ürəyimin, hissiyatımın gözüynən görürəm ki,
Mirqəzəbin "moy rabotnik"i kimdi və necə işlərlə məşğuldu! Mirqəzəb hər
adama "moy rabotnik" deməzdi! Böyük miqyasda, böyük xidmətlər göstərmisən
ona! Mədəd Əmirlinin, Sultan Əmirlinin yaxın məsləkdaşı Lüt Cəfərin adı ilə
başlanan siyahı birinci siyahın deyil sənin. Arxivdən neçə yüz, neçə min fədainin
adını siyahıya almısan?! Məhz kimlərdən ibarətdi o fədailər? Təbrizdə Şeyx Ağ
Əmirlə Şeyx Boz Əmirdən, Culfada Sultan Əmirlidən dərs alanların
hamısı Demokrat partiyasına daxil olubmuşlar, 21 Azər günü şah üsulidarəsinin
devrilməyində iştirak eləyiblər. Sultan Əmirlinin öz dilindən eşitmişəm ki, qırx
altıncı ildə şah Demokratları topa tutanda, ilk növbədə məhz Ağ Əmir, Boz Əmir
dəstələri qalıblar atəşin altında! Niyə belə olub?! Niyə məhz sənin siyahındakı
demokratlar, məhz Əmirli yetirmələri qırılıblar?! Siyahını tutub Tehrana
ötürmüsən?! Qatil! Kobra gözləri Səmədin düz gözlərinin içinə baxırdı.
- Təbrizdə sənin əmiləriyin ancaq qohum-əqrəba tacir-tüccarlarıynan, açıq
deyirəm, Ərdəbildən, Muğandan, Lerikdən, Türkiyədə Muğlar deyilən yerdən
gedən zəvvarlarnan maraqlanmışam mən, qadası. Əmr beləydi. Sənə kim deyib
ki, başqa siyahı da tutmuşam mən o arxivdə?!
- Heç kəs!.. Mən özüm düşünürəm sənin barəndə. Mənə həmişə çox
təəccüblü gəlirdi ki, Əmir məzarstanını ziyarət eliyən adamlardan lap qısa
müddətdə hər cür məlumat almaq olardısa, beş il dalbadal gedib-gəlməyin səbəbi
nədi? Fikirləşirdim ki, yəqin alver niyyətiynən gedib-gəlmisən. Sonra duydum
"moy rabotnik"o verilən tapşırığı. Həm o tayda, həm də bu tayda Əmir
yetirmələrinin siyahılarını tutub Mirqəzəbin şəxsən özünə və ya başqa
"rabotnik"lərinə ötürmək, Sultan Əmirlinin özünü də müxtəlif qurğu və şantaj
yolu ilə aradan götürmək! Bu deyilmi sənə verilən tapşırıq?! Bu son hadisə -
evlənmə əhvalatı da o tapşırıq - şantaj nəticəsində olmayıbmı?! Qəlbim var,
hissiyatım var, lap bir parça vaxtımdan heç kəsin görmədiyi şeylər görürəm.
Sənin iç üzünü isə, ovcumun içi kimi görürəm indi, qatil!
- Bu sözü dilinə gətirmə!.. Nə deyirsən de, bircə bu sözü demə!..
Bu nə oyundu Abının ətrafında? Mən nə gəzirəm bu palıdın altında?
Mərd-mərdanə deyirəm: mən səni tutdurmalıyam bu gün, mən də azad
eləməliyəm. Çox-çox mürəkkəb iş gedir bu məhkəmə günlərində. Səbrnən qulaq
as mənə. Nə oldu Qarmonçu Şənbə birdən-birə mələyə döndü? Nənəsinin o iyli
damında sənə necə qulluq elədiyini danışa-danışa gəzir! Yuma bilərsənmi
Şənbənin ağzını?! "Gecə səhərəcən yaralarının gicişiklərini sığallayırdım!" Kim
vurdu sənə o yaraları? Zor Gülənovun milisonerləri, yoxsa Gülənova sən barədə
tapşırıq verən qardaş qatili?! Aman vermirsən danışım niyə, necə öldürtdürüb
Pişəvərini?! Sultanın Stalin iti olduğunu tək Pişəvəri yox, Nəcəfoğlu da aça
bilərdi! Hə!.. Sən mənim bu sinəmdəki yaranı görüb həqiqəti biləndən sonra bu
yeddi ildə çəkdiyin əzabdan da betər əzab çəkəcəksən!
- Yara deyil o sinədəki. Qorxudu! Qatil qorxusudu! İfşa qorxusudu! Özün də
çox yaxşı bilirsən ki, məhz mən ifşa eliyəcəm səni. Bilirsən!.. Ağsaqqalın o
məhkəmənin yelindən qorxur. "Moy rabotnik"in təcrübəli agent ağsaqqalı
indidən bilir ki, cəzası nədi Mirqəzəbin.
Şüşəli pavilyonda "moy rabotnik"in fəaliyyətinin miqyası haqqında
fikirləşirdim, orda başa düşdüm ki, Mirqəzəbə güllələnmə kəsiləcək.
Ağsaqqalınnan sən də başa düşürsünüz bunu. Məhkəmə xəbərini eşidən kimi
yeni fəaliyyətə başlamısınız. Yazıq Qurban əmi, o yanğında Qeybalının
yaxasından tutduğuna görə "artist" deyir özünə. Gör nə qədər təmiz insandı ki,
elə ötəri hərəkətini də bağışlamır özünə. Halbuki o yanğın da şəxsən sənin
tədbirindi, Çax-çux Xalıq! Kupedə özün dedin ki, Bakıda addım-addım
izləmisən məni. Burda da izləyirsən. Əlləzoğlunun dalımca düşdüyünü də
görmüsən, "kibrit, nöyüt" dediyini də eşitmisən. Qara üzün göyərib, gözləriyin
ətrafı yanıb, gecəni yatmamısan. Çünki qorxursan məndən. Çünki manqalın
yanından xançal götürdüyüm də, Seyid kişinin həyətində Abıynan söhbətimiz də,
şübhəsiz, çatdırılıb hamınıza. Belə də tələb həbs tədbiri də məhz qorxduğunuza
görədi. Ağsaqqalın məndən yox, dediyin kimi, məhkəmənin yelindən qorxur. Nə
qədər toxtaqlı dayansa da, başa düşür ki, cani güllələnəndən sonra Sultan Əmirli
doğrudan da kürüyəcək o caninin səpdiyi toxumları, Qudalıları da, şübhəsiz, iş
başında qoymuyacaq. Buna görə də çalışır ki, mənnən barışsın, məhz mənim
vasitəmnən Sultan Əmirliyə təsir göstərsin. Sənin isə bircə üsulun var:
öldürmək!.. Atamın nəynən, necə öldürüldüyünü çoxdan bilirəm. Kim
öldürdüyünü, niyə öldürüldüyünü də başa düşmüşəm. Sən vurmusan onu!
"Avariya" adlandırdığmız sui-qəsd günündən yeddi il səkkiz ay keçib, bu rəqəmi
sən dedin kupedə mənə. Saymısan. Çünki cinayət məcəlləsi iyirmi ildən sonra
bağışlayır qatili. Saymısan, ümid eləmisən ki, ara uzanacaq, cinayət müddəti
qurtaracaq? Qurtarmayıb, qatil! Cəmisi yeddi il səkkiz ay keçib!
Kobra gözləri həmin diqqət və fəhmlə baxırdı:
- Sən xəstəsən, Səməd. Açıq danışaq: Məcnunluğun sarsıdıb səni.
Xəstələndirib. O iyili damda Cığalıya xəyanət eləmisən, bir yandan da budu səni
üzən! Çünki dilə-dişə düşür pozğunluğun! Psixi xəstə adın qalıb yayılmayan, o
da yayılar, inşallah! Hə!.. - Xəstə idim. Yeddi il idi görmürdüm dünyanı. İndiindi ayılıram, görürəm ki, adi cani deyilsən sən, geroy Xalıq, rəhbərin Mirqəzəb
kimi, professional canisən! Odur ki, Sultan Əmirlini də öldürmək niyyətindəsən,
məni də.
- Bir də deyirəm: Vaxtikən ayıl! Həbs eliyəcəklər səni. Çalış ağlını başına
yığ. Psixi xəstə damğası pis şeydi. Belə dustaqları azad eləyib ayrı yerdə
saxlayırlar. Başa düşdün?! Dəlixana dəhşətli yerdi!
- Ayığam. Sən özün ayıltmısan məni. Evi niyə yandırtmısan? Qudalı
cavanları niyə şayiə yayırlar ki, "Dəli Səməd gəlib əmisinin arvadını götürsün
qaçsın?" Arvadın Badsəba niyə allah yoluna qoyub ağzını? Qızın niyə
"qovuşdurmaq" istəyir məni o bədbəxtə?! "Eşq dəlisi" damğası üçün deyilmi
bunun hamısı? Üstəlik də bu Şənbə əxlaqsızlığı!.. O milisəneri niyə
qoydurmusan o darvazaya?" "Eşq dəlisi"nin əmisi arvadını doğrudan da götürüb
qaçmaq niyyətində olduğunu təsdiqləmək üçün deyilmi bu milisəner?! Bəs bu
Şənbə?! Psix?! Hərtərəfli işləyirsən!
Sonrasına qulaq as.
Əlləzoğluna kim deyib ki, əmim guya atamın mauzerini saxlayır evdə? Atam
milisəyə təhvil verib o mauzeri! Qırx beşinci ilin yayında, mənim gözümün
qabağında, şəxsən Gülənova təhvil verib! Bax buna görə də mənim bu "kor"
gözlərim sənin qurduğun qurğunu bütün aydınlığı ilə görür, Çax-çux!
Əlləzoğlunu sən inandırmısan ki, mauzer milisdə deyil, Sultan Əmirlinin
evindədi. Ona görə inandırmamısanmı ki, lazım gələndə Əlləzoğlu şahid kimi
dindirilsin, təsdiq eləsin ki, mauzer o evdəydi! Bunun hamısı isə ona görə
deyilmi ki, gecənin birində Sultan Əmirli həmin mauzerdən atılan güllənin
qurbanı olsun, Bakıdan "əmisinin arvadını götürüb qaçmağa gələn" "eşq dəlisi"
isə əmisinin qatili kimi həbs olunsun?!. Şənbə isə məlumat yazsın ki, başı
xarabdı?! Gecə yarıda çalışdım sürünüm çıxım o qara damdan, qəsdən gicgah
damarımdan yapışdı sıxdı. Yenidən qan açıldı tərpənəmmədim.
Heç bilmirəm niyə çənə-çənəyə vermişəm qaniçən İblisnən! Yara! ,
"Sinəmdə yara!" De görüm nə yaradı elə! Düzünü de! O kitabxana müsibətinin
içində sənin o daxmayın qabağına məcburən getmədim mən. Sənin "sinəndəki
sirlər"ə laqeyd deyiləm, açığı. Gülənovu, Sayılovu, ümumən bütün Bezobraziye
xadimlərini kənardan tanıyıram. Özünü yox, onları tanıtdır mənə, xilas elə
qatillər yığnağını ki, onlar da səni xilas eləsinlər! Bacararsan?
- Sultan adında qatilin qatilliyini konkret faktlarnan dərk eləməsən, mənim
sinəmdəki yaranı duymazsan, qadası!
Səməd ətrafındakı adamları, hətta beş addımlıqda oturub qəlyandan tez-tez,
lopa-lopa tüstülər buraxan Təftişi də unudub, yenə də anlaşılmaz sehr saçan,
anlaşılmaz şəkk-şübhələr doğuran qatilin dediklərinə
qapılmışdı. Buna görə də Təftişin gözlənilmədən mübahisəyə qarışıb, -O öz
ağrılarından savayı ağrı duymur! - deyəndə Səməd diksinib təəccüblə qocaya
baxdı.
- Nə?!.
Abının iniltisi eşidildi:
- Abbas!.. Nə danışırsan danış, Sultanı təftiş eləmə! Öz arşınınla ölçmə onu!
Lakin Təftişin gözləri qanla dolmuşdu. Açıq qəzəblə Səmədin üzünə dikilib
qırpım çalmayan qıpqırmızı gözlər başqa sözləri yada salırdı: "Nəyə inanmırsan?
Öz korluğuna?! Yoxsa əmiyin satqınlığına?!" Elə bu vəziyyətdə dönüb Abıya
baxdı.
- Kimləri, nə üçün, necə təftiş elədiyimi yaxşı bilirsən sən. Bayrağını
öpdüyüm Leninin haqq-ədalət uğrunda əsgəri olanda revkomda Sultanın verdiyi
bu "imennoy revolveri" görəndə özümü elə təftiş eləyirəm ki, az qalır lüləni
söyküyəm gicgahıma, tətiyi çəkəm. Əmbə çəkmirəm. Bilirsən niyə? Çünki haqq-
ədalət xeyrinə söz deyən insane qalmayıb daha. Deyənlərin hamısı öz dərdini, öz
ağrılarını deyir. Uğrunda belə zülmə-zillətə dözdüyüm bu istəkli Bircə bala da öz
arşınıynan ölçür hər şeyi, sən özün də, Sultan da! Bəli, satqın deyirəm mən
bunun əmisinə! Qatil deyirəm! - Səmədə sarı döndü. Millət dərdi çəkən adam
gedərmi Lütün adını batıran qancığın qara damına?! Bunu eşitsə ölmüyəcəkmi o
dəqiqə o Qaraçı gözəli dediyin?! Demişəm, deyirəm:"Alabaydaqsan sən!" O
alabaydaq gəzdirənlər də öz ağrılarını fikirləşirdilər həməşə. Daşnaklarnan
birləşdilər İngilisi çağırdılar! İngilis generalı Dejtervil bir yandan soydu
Azərbaycanı, alabaydaqlar özləri də o biri yandan. Hümmətçilər Bakıya
yığışmışdı o vaxt. Nərimanın ordusunun gəldiyini eşidəndə getdik gördük
Alabaydaqlar Şirvanşahlar sarayını bütüncə soyub göndəriblər harayasa! İndi
Şüşəlidən xəbər gəlir qulağımıza, Türkiyəyə yığışıblar Alabaydaqlar, Rusun
əliynən hazırlaşırlar genə gəlsinlər!
Səməd hiss etdi ki, yenə nə isə böyük bədbəxtlik baş verir. Qapağının hər
küncündə bir mismar işıldayan tabut, sonra açıq tabutda qoşa qardaş görünüb
yox olurdu.
Təftiş qışqırırdı:
- İnişil Alabaydaq başçısı Məmmod Əminin ölüm xəbəri gəldi Türkiyədən.
Şüşəlidə yas tutdular casuslar! Sənin əmin Sultan niyə yas tuturdu o Alabaydaq
casuslarının arasında?!
Səməd boğuq:
- Mən bilirəm, Dumada Müsavat da sosialist adlanırmış, Ermənilərin Daşnak
partiyası da, EsErlər də, hamısı bir cəbhədə imiş, - dedi, - Əmim nifrət eləyir o
adlan "sosialist" özləri soyğunçuların hamısına. Rəsulzadənin hüzründə olubsa,
yəqin ki, başqa niyyətlə gedib ora. Ümumbəşəri hisslərlə! SafAğ proqramına
yaddı ayrı-seçkilik. Sən bu tərəfini fikirləşmirsən, Abbas əmi. Qurban əmi görür,
onçun da deyir vəhşilərin, murdarların arasında ləkəsiz qalmaq mümkün deyil.
Buna mən əlavə eləyirəm: güzəştsiz yaşamaq mümkün deyil. Böyük arzular, uca
məqsədlər naminə səlamət qalmaq üçün güzəştə gedir Sultan Əmirli, Abbas əmi.
Qudalılara da bəzi güzəştlər eləyib. "Yoxsa, əmini belə görməzdin" - dedi...
"Kor" de mənə. Hiss eləyirəm ki, çox şeydən xəbərim yoxdu. Başa düşürəm nədi
səni belə qəzəbləndirən. Casusların pəncəsi altında güzəştlərinə görə Sultan
Əmirliyə "satqın" demək olmaz! O mahnındakı "Yaralı durna" birincisi elə
Sultan Əmirli deyilmi, Abbas əmi?!
O, "akt", "akt" söhbətin də inandırmır məni. Bilmirəm, bəlkə doğrudan da
cırıb aktları. Əgər cırıbsa, şübhəsiz, mülahizəsi olub özünün. Mənə təhkimçi
olduğum vaxtlardan dəqiq məlumdu ki, mürəkkəb şəraitdə raykom katibinin hər
hansı bir hərəkəti haqqında dəqiq söz demək üçün gərək mütləq katibin
mühitində olasan, o "raykom" adlanan qazanda qaynayasan, katibin hər bir
hərəkətinin səbəblərini öyrənəsən.
Mən yenə öyrənəcəm. Özündən soruşacam. Əmma indidən deyə bilərəm ki,
nə isə çox ciddi səbəbi var əmimin o hərəkətinin... Maarif müdiriynən bir
mübahisəsi olub. Gülənovu çağırıb, məktəbləri yığıma cəlb eləməyi ona tapşırıb.
Gülənov da qarnını irəli verib, çox dəhşətli təhqiramiz şəkildə qarnıynan basıb
itələyib maarif müdirini - Mirbağır müəllimi. Heç bilmirəm kim danışdı, nə vaxt
danışdı mənə bu hadisəni. Maarif müdirini qarnıynan itələyəni elə bil öz
gözümnən görmüşəm. İl on iki ay hər səhər xaş yeyən "Xaş nəçənnik"
insandımı?! Əmim deyir "qarnına baxanda mal dırnağı görünür qarnında". Hələ
də ağlıma sığışdırammıram ki, əmim iş tapşırıb ona... Niyə deyirəm bunu sənə?
İstəyirəm biləsən ki, ağı qaradan seçirəm mən. Gülənov əmimdən üz görməsə, o
cür heyvərəlik eləməz. Əlbəttə! Heyvərəlik yox, əməlli başlı eşşəklikdi o cür
qarınnan itələmək! Dözülməz şeydi! O eşşəkliyi əmimin görməzliyə vurmağı
daha dözülməzdi, əlbəttə... Əmma qəlbinə bələdəm!.. RİK Atamalının
Gülənovnan, Sayılovnan, stansiya rəisiynən
əlbir fırıldaqları haqqında bir aləm şey danışıb Müslüm mənə ötən gecə. İyirmi
vaqonluq bir eşalonu paravozla toqquşdurub xınc-mınc eləyiblər, aktlaşdırıblar
ki, fəhlə qəsəbəsinə, kolxozlara dövlət qiymətinə satılmaq üçün göndərilən neçə
yüz "xolodilnik", mətbəx mebeli, məişət avadanlığı guya sıradan çıxıb, "istifadə
üçün yaramaz hala düşüb". Satıblar ey hamısını! Hansı respublikadasa satıb
basıblar ciblərinə! Rayon idarələrinə gələn avadanlıqları bir neçə il dalbadal
göndərib Gürcüstanda satdırıblar... Məni dəhşət götürdü ki, əmim
Bezobraziyenin bu cür açıq yırtıcılığına da dözüb! Çünki Mirqəzəbin yekə
"rabotnik"ləri Markaryan, Qriqoryan* və sair, "Cuqaşvili paketi" alanlar həmişə,
ardıcıl zəng vururmuşlar ki, "qızıl qiymətli kadrlarımızı ləkələmə, cənab Sultan".
Necə dözüb əmim buna, bilmirəm. Nəzərə al ki, bütün güzəştləri
məcburiyyətdəndi! Bütün güzəştləri!
- Qurtardın?
Səməd nəfəsini dərdi.
- Əsas fikrimi dedim. Əmma bir xahişim var.
- Buyur!
- Hiss eləyirəm, nə isə deyəcəksən. Xahişim budu ki, toxtaqlı danış mənnən.
Özün qışqırdın, məni də qışqırtdın, bəsdi. Səhv eləmirəmsə, inandın ki, düşmən
deyən "eşq dəlisi"-filan deyiləm mən, dəliliyim başqa dəlilikdi. Əmimin
barəsində ehtiyatlı ol... Otuz ildən sonra "imennoy"unu, özünü də təftiş eləyə
bilərsən. Nəzərə al ki, əmim mürəkkəb adamdı. Ağır kəlmə işlətmə... Yaralama...
Neştər kimidi dilin! Könlümə toxunma, Abbas əmi. Yekəliyimə baxma, tez
sınanam. Xüsusən əmimə aid o cür sözlər, "satqın"-filan öldürür məni. Qurban
əmiynən danışanda özümün elə bu "satqın"a yaxın bir söz gəldi dilimə,
düşüncəsizlik elədim dedim, əmimi yox, özümü vurdum o söznən, özüm özümü
öldürdüm. Qurban əmi olmasaydı, dirilmiyəcəydim. Nəzərə al bunları, ağır
kəlmə işlətmə... - Səməd arada Çax-çuxa baxa-baxa, tez- tez ağzını geniş açıb,
nəfəsini tənzim eləməyə çalışa-çalışa, özündən asılı olmayaraq, əməlli-başlı
yalvarırdı. Gözünü Çax-çuxdan çəkə bilsəydi, yalvarışının qan çəkmiş gözləri
nəmləndirdiyini görsəydi, əlbəttə, öz vəziyyəti ilə birlikdə qocanı da necə çətin
vəziyyətə saldığını duyardı. Əmma Səməd yenə təlatümdə idi.
_______________
*"Kadr siyasətində beynəlmiləlçiliyə riayət etmək" pərdəsi altında Azərbaycanda ən həlledici
vəzifələrə Ermənilər və Ruslar göndərilirdi. "Yevrey" göndəriləndə Muğannalar sevinirdilər.
Təftiş əlinin dalını gözlərinə çəkdi.
- Söhbət özü ağır söhbətdisə, necə işlətməyim ağır kəlmə?!.
Könlünə də toxunacam, hələ bir az o yana da gedəcəm!.. Otur!
Səməd dala çəkildi, böyüyündən tənbeh almış uşaq kimi səsini içinə salıb,
palıdın kölgəliyinə qədər gəlmiş sahədə iki sıx yarpaqlı, sıx qozalı kol arasında
bir topa çayırlığa çökdü.
Təftiş qəlyanı çəkməsinin dabanına döyəcləyib külü boşaltdı, "seyfləri"ni
eşələyib boz, sarımtıl, hətta yaşıltəhər vərəqlərin, "kopirovka" kağızlarının,
karandaşların arasından müharibə vaxtından qalma silindrvari alüminium
tütünqabı və kibrit çıxartdı, qəlyanı doldurub yandırdı, alovlu kibrit çöpünü
torpağa sancdı. Qəlyanı sümürməyindən, tüstünü üfürməyindən başlamış, kibrit
çöpünü dibinəcən yerə basan barmaqlarının tərpənişinə qədər gərginlik yağsa da,
gözlərini Səmədə qaldırıb, məhz onun istədiyi toxtaqlı, təmkinli səslə: - Qulaq
as, - dedi.
Əmma bu təmkinlə əsəbi qışqırtının arası bir an da çəkmədi.
- Hara baxırsan?! Mənə deyirsən düşmənin dediyinə demə, özüyün fikrinzikrin Çax-çuxun yanındadı!.. Sultana etiqadın varsa, onun o "qatil" kəlməsindən
niyə urvaya döndü rəngin?! Onun sözünə inanmırsansa, ağzın niyə balıq ağzı
təki açıq qalıb?! Necə yəni "bağışladım"?! Nəyi bağışlayırsan əminə? O
"zaklyuçeniye"ni öpüb gözünün üstünə qoymağını?! Stolun xatirinə, Məhərin
budkasında, o vaqonda lal olub, "Muğ"ları güdaza verməyini?! Yoxsa kolxozu
əjdahaların ağzına verib, Qurbana, mənə "müvəqqəti şeydi, siyasətdi" deyib,
xəlvətdə əjdahalarnan rumka döyüşdürməyini?!
"Yaralı durna!.." Durna deyilənin öz yolu var, o yolnan gedər gələr!
Koroğlunun Dəliləri durna teli gətirməkdən ötrü Bağdada gedirlər! Müharibəyə!
Nə olan şeydi o "Durna teli", niyə müharibə olur ondan ötrü?! Xəbərin var?! Bu
tüfəngsiz-topsuz müharibə xəyalında olandan soruş, Çürükdən soruş, izah
eləsinlər. BağOda, OdƏr dilinə görədi "Koroğlunun oğlu Eyvaz" deyilən EvƏsin
"Bağdad səfəri!" "Eyvaz, BağOddan "durna" - OdƏrlər barədə "tel" - ƏsOd
sirrləri gətirməli idi Səndən alıb Ərəbə vermişdilər BağOdu, Ərəb də yiyələnib,
"Bağdad" eləmişdi. OdƏrləri bu tərəflərə köçürdülər. Molla Pənah Vaqifi, Molla
Vəli Vidadini didərgin salmışdılar BağOddan! "Vidadi xəstədən Bağdad elinə,
siz yetirin bir nişanə, durnalar!" Budu bax bizi xəstə eliyən! "ƏnƏl başdan Bəsrə,
Bağdad eliniz!" Budu bax Sədr Mədədi sızıldadan: "Sən haralısan, haralı
durnam!.." Gedib Naxçıvanda, güllə qabağında kitab
oxuyan oğullar varıydı, niyə yoxa çıxdılar, kimdilər onlar? Xəbərin var?! Sultan
Əmirlinin Revkomda bizə dediyi dərsi deyirəm: "Eyvaz" - EvƏs, gözünü
döyürsən! Hardaydı o EvƏs - Yaradan Ev? Xəbərin var? "Rim" deyiləndə,
"Roma" deyiləndə olub. Kim qovub səni o "Rim" deyilən Ərim şəhərindən?
Xəbərin var?! Ayağımda "kuzovıy sapoq", araba sürürəm, pambıq daşıyıram
Şura hökumətinin zavoduna, fabrikinə, "plan doldururam", tərifnamə alıram:
"Köhnə bolşevik Təftiş Abbas Zal oğluna!" "Əmbə içərim qovrulub kabab olub!
"Rim" demə, "Ərim" də deyənim, "Gor oğlu" demə, OdƏr AğƏl de deyənim,
"Koroğlunun oğlu Eyvaz" demə, OdƏr AğƏlin EvƏsi de deyənim,
"revkomu"nun anbarı Osmannı tüfəngiynən, Maksim pulemyotuynan dolu
olanım, Dəli Alıcan da olmadı, qoymadı Rusnan döyüşməyə! Cibimizə partiya
bileti qoydu, "Lenin də, Nərimanov yoldaş da elə biz deyəni deyir deyib
başımızın altınayastıq qoydu: "Elm!", "Elm!", "Elm!" Nə olsun?! Kimə dərs
deyir gör öz "Elm"iynən - Çax-çuxa! Xəlvətə! Gülənova! Tfuu!.. Nemes gəldi
Qroznıyacan dirəndi, buburda pulemyotlarını işə salmaq əvəzinə "könüllülər"
yığdı, "Naxçıvan diviziyası"na popolneniye göndərdi, Rus Nemesin "yoldaşı"
dedi bizimkilərə, tüfəng-zad paylamayıb, əliyalın bədbəxtlərimizə "Vperyod"
dedi, çekistləriynən Erməniləri arxadan qırdı, nemes də o yandan! "Qırılan
diviziya" da qırılanlarımızın yetimləridi bax o ayaqyalın, başıaçıq, günün altında
pambıq yığan, qıcqırmış qatığa su qatıb doğramac eliyən bədbəxtlər!.. Əminnən
əmin kimilərin satqınlığının nəticəsi deyilmi bu, a bala?! Necə "tfu!" - eləməsin
bu bədbəxt?!.
Yaralama!.. Sözünə bax! Millətin yaralıdı sənin, ölüm ayağındadı.
Müəlliminə bax: "təftiş eləmə bizi. Hətta Qılınc Qurbanı da mübarizədən
çəkindirir bu Xızr peyğəmbərimiz!
O Çax-çuxu bu sapoqların altına sallam, təpəsindən dırnağınacan əzərəm,
sür-sümüyünü də xaşıla, xəmirə döndərrəm, yenə soyumaz ürəyim, əmbə onun
dediyinin bir kəlməsində də yalan yoxdu! İlin əvvəlindən bu vaxtacan, səkkiz
ayda bir kərə də vedemost tutulmasın, obaşdanın alaqaranlığında evindən çıxıb
bir də axşam qaranlığında qayıdan əli qabarlıya bir qara qəpik də verilməsin,
əvəzində Qudalılar dördcə kərə xəlvəti vedomost yazsınlar, hırıldaşa-hırıldaşa
camaatın əvəzinə qol çəksinlər, möhür basıb, Qudalı hesabdarının alt yeşiyində
gizlədib, hər vedemostdan yüz, yüz əlli min manat soxsunlar ciblərinə, raykom
katibi də gedib o pullarnan düzəldilən kef məclislərinin başında
əyləşsin, bu eldən çıxarılara "əziz eloğlularını" desin, nədi bu?! "Güzəştlərdi",
satqınlıqdı?! Nə var mənim bu "seyflərim"də, o satqın bilir hamısını! Keçən
yaydan bəri, bir ildə dörd yüz inək, camış satıblar canavarlar! Get bax, sağmal
mal fermasında bildirki doğar inəklər əvəzinə, çöpüklü danalar görərsən! Sançı
gəlib rayondan, içirdib ağlını başından çıxardıb oturdublar bir güllü-çiçəkli
təpənin belində, naxırı da səpələyiblər dərəyə, deyiblər "sana!" Sanayıb, aktını
bağlayıb, kəmisyə üzvlərinə də qol çəkdirib, aparıb verib RİK Atamalıya ki, bəs
Qonaqlıda bir inəyin də burnu qanamayıb. Axşamısı Qurbannan getdik əmiyin
hüzuruna. Knopkasını basdı, çağırtdırdı RİK Atamalını: "O boyda fermanı yerlidibli udublar, bir baş da südverən inək qalmayıb, RİK sədri də qulağım yapırdıb,
heç nə eşitməyib?! Dərəbəylikdi, nədi?!" Və sairə və ilaxirə, bir sicilləmə söz
yağdırdı. Atamalı da Gülənovsayağı gözlərini dombaltdı, guya çox təəccüblənib
başladı ki, "Əgər inək dönüb dana olubsa, bəs Rəhim kişi hardan verib bu qədər
yağ planını?! Danadan da süd çıxarmı, Sultan Mamedoviç?!" Dedi: "Bilmirəm.
Təzə sançı göndər, yerli adamlardan Qılınc Qurbanın özünnən köhnə atryad
üzvlərini - Qəlyanlıların hamısını sal kəmisyəyə, yoxlasınlar. Kəmisyənin sədri –
Təftiş Abbas!"
Yoxladıq! Nəticəsi nə oldu?! O cırılan aktlardan biri bu həzmrabedən
keçirilən fermamıza aidiydi, biri də o pul vedomostlarına. Qurban gəştə çıxanda
öz qulağıynan eşidib, o Şüşəlidə Xaş nəçənnik "yuyurmuş" cırılan aktları!
Boğazının yoğun yerinə salıb nər-nər nərildəyirmiş ki, bəs, belə apardım, belə
dedim Kişiyə, belə cırdırdım "Kişinin öz əliynən!" Sənin Piyli, Qıllı dediyin
Qayımnan Qeybalı da əmiyin təqlidini çıxardırmışlar; qaşlarına yun yapışdırıb,
pırpızqaş olub qışqırırmışlar: "Prekratite bezobraziye!" Eşikdə, çinarın altında
çay içənlər də eşidirmişlər, bizim uşaqlardan ora konserva-zad almağa gedənlər
də. Gizlətmirlər daha heç nəyi. "Kişi" dediklərində kişilik qalmayıbsa, niyə
gizlətsinlər?! Qanun-qadağa yoxdusa, niyə nərildəməsinlər?!
Körpə uşağı dindir burda, uşaq da deyər ki, qoyun südünə plan qoymur
hökumət. Quzu əmdiyini əmir, əmmədiyinə maya vurulur, motal basılır,
əməkgününə paylanır. Mədədin vaxtında beləydi. Mən sədr oldum, mən də belə
elədim. Ələsgər müəllim sədr oldu, Lüt Cəfər sədr oldu, onlar da belə elədilər.
Dörd min qoyundan irili-xırdalı dörd yüz motal verirdik hər il camaata! Bə indi
niyə ceyranın belinə çıxıb
pendir?! Hökumət plan qoymursa, bu o deməkdimi ki, qoyun pendiri uçota
alınmamalıdı, Qudalı məhləsində hamının payı veriləndən sonra Şüşəli pavilyona
daşınmalıdı, Gülənoğlu Molla Gülənin əlində paçqa-paçqa pula çevrilməlidi,
Xəlvət Rəhimin əliynən casusların kef məclislərinə qoyulmalıdı?!
Pul Qudalıların, Gülənovların! Ət Qudalıların, Gülonovların! Yağ, yavanlıq
Qudalıların, Gülənovların! Çörəyini nəyə batırsın camaat? Qıllı Qeybalı bir
oturuma bir boçka pivə boşaldır, şalvarının qabağını açanda at kimi şırıldadır!
Qeyblının şırıldatdığına batıraq çörəyimizi?! Niyə göndərib səni bura o satqın?!
Ölür, deyirəm, millətin! Ölü dirildəcəksən?!
"Ay eloğlularım, ay elqızlarım!" Tfu! Kor deyilsənsə, niyə görmürsən
kimdilər burda pambıq yığanlar?! Bax də, bax! - Yoğun, uzun cod barmaqlar
Səmədin biləyini kəlbətin kimi qamarlayıb sahəyə doğru çəkdi. - Bax də, bax!
Kor deyilsənsə, gör kimdilər!
Səməd baxırdı. "Qruzovik"in yanında susqun, qaşqabaqlı dayanmış beş-altı
yeniyetmə ilə sərili pambığın içində əlləri yabalı Qəlyanlılardan başqa, sahənin
genişliyindən, cərgələrin aralarından boylanışan qaraltıların hamısı on-on iki, on
beş-on altı yaşlarında məktəb uşaqları idilər: "Dəli Səməd"in vaxtilə Ortayolda,
həyətlərdə, divarların, ot tayalarının diblərində gördüyü "burnu fırtıqlılar"dılar,
böyüyüb məktəbli olsalar da, "Dəli Səməd"in bəlkə heç adını da
eşitməmişdilər!.. Təftişin dediyindən belə çıxırdı ki, bu saat Qonaqlıda bircə "zildüzən briqada" vardı, o da Qeybalının Qudalılardan ibarət briqadası idi.
"Mirqəzəbə qalib gələn Kişinin", "Bakıdan - Sekadan gələn nümayəndə"nin
gözünə dürtülməkdən ötrü qapılarını bağlayıb yığıma çıxmışdılar.
Kərpickəsənlər məhləsinin briqadiri Möhsün kişiynən Təftişin briqadalarında
işləyənlər bax elə bu körpələrdi", çünki Səmədin tanıdığı "o vaxtkı cavanlar"dan
kimisi Qudalılara və "elə kəndə də tüpürüb, Mingəçevir, Sumqayıt tikintilərinə
fəhləliyə gedib, kimisi dəmir yolda-zadda taxta, Şalban oğurlayan allahsızvicdansız alverçiyə dönüb", yerdə qalanlar isə "poyezd ayağında alça-malça,
göyəm-möyəm satırlar ki, bu körpələr axşam ölüm-zülüm sürünüb evə
qayıdanda, qabaqlarına qoymağa konservadan-zaddan tapıb gətirsinlər".
Səməd Təftişin əsiri idi: "kəlbətin" barmaqlar biləyini sıxıb, ardınca əsl kor
kimi yedəkləyə-yedəkləyə gah o yana, gah bu yana sürüyürdü.
- Bax! Bax! Bu bizim uşaqların irzi-irəngi, əyni-başı! - deyib sahənin
cəhənnəm bürküsündə tərdən gözlərini aça bilməyən solğun üzlər, yalın ayaqlar,
əyiş-üyüş, cırıq-sökük ayaqqabılar göstərirdi.
- Bax! Bu bizim yağımız, pendirimiz! Plovumuz-çilovumuz! - deyib toztorpaqlı heybələrdə, əski-üskü bağlamalarda taxta kimi quru qarğıdalı cadları,
bankalarda istidən qıcqırıb qabarmış qatıq, göyərmiş şor göstərirdi, arada isə "o
satqının" haqqında bir-birindən dəhşətli sözlər deyirdi.
Axırda, sahənin harasındasa sükut içində dayananda o sözlərdən Səmədin
yadında ancaq bir neçəsi qalmışdı:
"Mirqəzəb, Mirqəzəb! Bezobraziye, Bezobraziye!.." Əsl Mirqəzəb öz
doğmaca əmin ola-ola, Mirqəzəbdən niyə danışırsan?! Bezobraziyenin yekəsi
canını qurban dediyin "ata əvəzi əmin" ola-ola, hansı Bezobraziyedən
danışırsan?!"
Yenə də həmin qoşa qardaş tabutu gəldi, havadan asılıb qaldı. Çax-çuxla
qızından, Təftişdən, dünyanı bürümüş ilğımdan və ilğımın içində ağır-ağır
tərpənişən məktəb uşaqlarından başqa, Səməd sahənin kənarındakı qalın
sirkanlıqda dayanmış Qılıncı görürdü. Əmma tabut gözündən getmədi; Qurban
əminin bu cəhənnəm bürküsündə heyrətli "köhnə inqilab paltarını" - qara meşin
pencəyini, qara meşin şapqasını, çiynində qoşalüləsini, əlində şallağını,
yedəyində atını da gördü, şallağın vıyıldayıb Çax-çuxun üzündə yanıq mluğu
kimi tuluq əmələ gətirib, çəkmənin boğazına sancıldığını, qoşalülənin iki
çaxmağının ikisinin də dabana çəkildiyini, lülələrin qara deşiklərinin qaralaqarala qalxıb "sirlə dolu sinəyə" tuşlandığını da gördü. Əmma həqiqətin dəhşəti
başından getmədi: Təftiş Abbasın sadaladığı heyrətli yırtıcılığa dözən katib niyə
otururdu katib stolu arxasında?!
İblis zənən palıdın kölgəsindən, atasından xeyli geridə dayanmışdı. Səssizsəmirsiz, addım-addım yeriməyə başlayanda qatı kölgədə lap əvvəlki durnaboğaz
gözəl, həməncə şirin-şıtıq elqızı kimi görünürdü; gülgün badamı gözlərini
süzdürüb, əsməri yanaqlarında zənəxdanları çökələ-çökələ gülümsəyib, indicə
başlayacaqdı ki, "Sən bir yaxşı-yaxşı bax mənə, fikirləş, gör Gülgəzi alacaqsan,
yoxsa məni?" Müsibət içində
Səməd beləcə xəyallandı. Əmma xəyal tez keçdi. Gülbəniz kölgədən günə
çıxar-çıxmaz, hədsiz kök, vulqar qadının yırğalanan döşləri də Səmədə dedi ki,
bu zənən öz sözünü də vulqar açıqlıqla deyəcək. Belə oldu.
- Yenə davadan çıxıb Koroğlu Dəlisi gözəl Səmədim! O Şənbə deyilən üç
gündə elə yaranımı sığalladı, köynəyinin qanını yumağa vaxt tapmadımı!..
Qanına-canına qurban olum sənin, ay canım-ciyərim! Nalı sənə boşboşuna
vermədim mən, a canım-ciyərim. Aparıb düz gözünün qabağına qoymaq əvəzinə
hələ də pencəyin cibində gəzdirirsən. Niyə?! Gülgəzə öz diliynən deyib, etiraf
eləyib ki, qardaşımı öz əlimnən verdim Əzrayıla. Sənin dilsiz-ağızsız saydığın
Gülgəz lombaynan tüpürüb üzünə qatilin, qaçıb evdən, həmişəlik gedib atasının
evinə. Oturub sənin yolunu gözləyir. Niyə, bu qədər gözlədirsən bədbəxt Leylini,
ay Məcnunum?! Sənsiz axı, bir gün də yaşamaz daha yazıq bacım! Məktub yazıb
qatil əminə. Açıq-açığına yazıb ki, qardaş qatilinin yasdığına baş qoymaram!
Səndən uşaq doğmaram! Belədi həqiqət, qurbanın olum! Həq-taala səni ona
yazıb, onu da sənə! Qatilin ömrü qurtarıb, a canım-ciyərim. Bütün respublikada
biabır olub, qurtarıb. Gəl gedək, qədəminə qurban olum! Leyliyin göz yaşı selə
dönüb. Ölər, ay Səməd! Ölər! Ölər! Gəl!..
Səmədin biləyindən yapışıb, ardınca dartmağa başladı. "Məcnun" gedirdi?!
Niyə? Gedib Gülgəzə nə isə deyəcəydi?..
Səməd üzüncə kimlərinsə heyrətlə dolu baxışlarını hiss edib, istər-istəməz
sağa-sola baxdı; buralar da hündür, qalın sirkanlıqlar olduğuna görə,
sirkanlıqların aralarında o baxanların özlərini yox, arıq, qarayanıq üzlərdə gözləri
görürdü və elə bil kimlərisə tanıyırdı: Qonaqlının məktəbdən çıxıb "pambığa
qurşanmış" qızlarını, dul gəlinlərini... və başa düşürdü ki, bu qız-gəlinin hamısı
Gülbənizin qışqıra-qışqıra danışdıqlarını eşidib, ətrafdakı sahələrdən bu yana
axışmışdı. Səfflədin sifəti, canı alışdı: "Abırdan düşdüm!.. Ölüm bundan
yaxşıdı!.. Ölüm!.. Bəlkə doğrudan başqa çıxış yolum yoxdu daha?!."
Vulqar zənən isə öz işində idi:
- Bədbəxt bacım boş-boşunamı yazıb o məktubu! Sən o məktubu oxu!
Zənən onun şalvarının cibini göstərirdi.
- Oxu, oxu! Cibinə qoydum, görmödinmi?! Nə Qılınc Qurbanın sözünə bax,
nə əclaf dədəmin, nə də mənim. Sən məktubu oxu!
Söhbət Gülgəzin məktubundan gedirdi?! Ölüm?!. Nə qədər ki, Təftiş
biləyindən yapışmamışdı, Səməd kardon kimi cod konverti şalvarının
sol cibində, budunun üstündə hiss edirdi, konvert oda dönüb budunu yandırırdı.
Tabut, üç yanaşı ölüsü ilə birlikdə havadan asılanda, konvert zehnin dərinliyində
anlaşılmaz nisgil sayağı bir şeyə çevrilmişdi. Qurban əmi sirkanlıqdan çıxandan
sonra isə tamam unudulmuşdu. Qəribə məhrəm səs odu yenidən közərtdi.
- Özün də belə köntöy baxma mənə, canım-ciyərim! Bayaq nə danışdımsa,
hamısını o tüfəngin qabağında gedən əclafnan Gülənovun qorxusundan
danışdım. Qatil nədi?! Başkəsən nədi'?! Mən bilmirəm nə ad verim bunlara.
Əminnən sən küçədə qol-qola, evə gedəndə bunlar bizim evdən çıxıb, yaraqlı-
yasaqlı gedib, "əmi" dediyiyin bağında gizlənmişdilər. Məhkəmə xəbəri dəli
eləyib hamısını. Əvvəl gəlib bizə dolmuşdular. Məsimi sıxma-boğmaya
salmışddar ki, "əmi" dediyiyin kabinetində Xeyrə arvad qrafinin suyunu
təzəliyəndən sonra Məsim qrafinə zəhər töksün. Yazıq Məsimin ürəyi xarab
oldu. Mənim üstümə düşdülər ki, raykoma Məsimin yanına getmək
bəhanəsiynən gedim, təlimatçılar otağında oturum, Xeyrə arvadın kabinetdən
çıxmağını gözləyim. Zəhər ampuladaydı. Gülənov barmağının ucunda tutub
gözümə soxurdu ki, "Dədənnən əriyin də, sənin də taleyiniz bu ampulanın
içindədi! Sultan Əmirli sağ qalsa, dədəni gülləliyəcəklər, ərini işdən
qovacaqlar"... Qeybalını küçədə gözətçi qoymuşdular, mehmanxananın
qabağında. Qeybalı gəldi ki, bəs, Sultan Əmirli apardı qardaşoğlunu. Ordaca
fikirlərini dəyişdilər, təzədən düşdülər üstümə ki, bu gecə əmiynən qardaşoğlu
bir-birini vuracaqlar, aralıqda Gülgəzə də güllə dəyəcək, sən də şahid olacaqsan
ki, bacılığını görməyə gedəndə görübsən hər şeyi, arvad üstə qırğın düşüb.
Dallarıyca getməsəydim, bağda bu qanına bulanmış dədəmi tapıb, "Səmədə
xəbər verəcəm" deməsəydim, dilim qurusun, indi nə sən sağıydın, nə Gülgəz, nə
də o "əmi" dediyin. Mədəd əminin mauzeri Gülənovdadı. O mauzernən üçünüzü
də öldürəcəydilər. Məni bağda görəndə quzğun kimi töküldülər üstümə... Mən
düz baxıram sənin üzünə, sən də düz bax, canım-ciyərim! Cəllad dədəmin
xeyrinə dediyim sözləri çıxart yadından. Bağda boğurdu məni o cəllad. Doğma
balasına "qəhbə" deyirdi. Dilimə belə murdar söz gətirdiyimə görə üzr istəmirəm
səndən. Özün bilirsən, bir parça vaxtımdan ürəyim ovcuyun içində olub. Bu
murdar kəlməni də ancaq ona görə gətirirəm dilimə ki, bu günün gündüzü kimi
aydın olsun aramızda hər şey, biləsən ki, təhqiramiz kəlmə nədi, ölüm də xoşdu
sənin yolunda mənə! İnan, canım-ciyərim! İnan ki, boğurdu, açıq-aşkar
öldürürdü
məni o cəllad. Gülənov qoymadı. Ağzıma dəsmal tıxadı, maşına basdı gətirdi, o
daxmada o nah qoydu qabağıma, dedi: "Burdakı adamların hamısı bilir ki,
Məsimə getsən də, ürəyin Səməddədi!" Dedim: "Allah mənə qardaş verməyib,
həsrətimi Səməddə tapmışam". Dedi: "Nə tapıbsan, nə tapmayıbsan, dəxli yoxdu.
Fakt budu ki, sənin ucbatından fürsət çıxdı əlimizdən, düşmənimizi
öldürəmmədik. Umudumuz bu nala qalıb. Əgər bu nalı təcili çatdırıb Səmədi
əmisinin üstünə göndərməsən, Məsim günü sabah ərizə verəcək, pozğun adıynan
boşuyacaq səni, Şənbədən betər şöhrət qazanacaqsan. Əmr eliyəcəyik, dədən də
o andan qovacaq evdən. Uşağın-zadın da olmur. Şənbə kimi sərgərdan
olacaqsan, İdbar Yusif kimi pyanskaların iyili yorğanlarının altında qalacaqsan!..
Eşidirsənmi, canım-ciyərim? Xoruz ağzını açanacan əl çəkmədilər canımdan.
Bədbəxtlikdən, sən də gəlib oturmuşdun quyunun dikdirində. Addımmı izləmək
nədi, harda nə təhər nəfəs alırsan, onu da bilirlər cəlladlar. O "əmi" dediyiyin
evindən necə çıxıbsan, niyə çıxıbsan, meşədə yıxıla-yıxıla, kol-kosa girə-girə
necə gəlibsən, hamısını bittə-bittə danışdılar, "Əvvəl də dəliydi, indi dəlidən də
dəlidi", - dedilər. "Dəlidən ötrü özünü də, bizi də bada vermə", - dedilər.
Saçımdan yapışdılar, eşiyə sürüdülər, səni göstərdilər, ortayolu, ara-bərəni
göstərdilər ki, "Bax, o oturandan başqa ənər-cinər yoxdu. Razılaşmasan, o
oturanın əl-qolunu bağlayıb tullayacayıq atasının mülkünə, od vuracayıq,
səhərəcən külü də qalmıyacaq!.." Ev alışanda ölmüşdüm. Elə bilirdim doğrudan
da oda atıblar səni. Quyunun üstə boyunu görəndən sonra dirildim, boybuxununa qurban olum! Dirildim, gördüm birinin əlində çatı var, o birində yaba.
Çatılı milisəneriydi, kəmənd qayırıb biləyinə keçirmişdi. Yabalı Qeybalıydı. Bir
əliynən Əlləzoğlunun boynunun kökündən yapışmışdı, o biriynən Əlləzoğlunun
yabasını döşümə dirəmişdi. Gülənov da saçının dəstələmişdi ovucunda, dartırdı,
başımı silkələyirdi ki, "Razılaşmasan, bu dəqiqə o dəliynən ikinizi də qarınqarına bağlıyacayıq, o yanan evə tullayacayıq, cəsədiniz yanaşı tapılacaq"...
Eliyəcəydilər, ay Səməd! O atası rəhmətlik Qılınc Qurban güllə atıb camaatı
oyatmasaydı, bədbəxt Gülgəzin boğazına konyak töküb adını Sultan Əmirlinin
adına bağlıyanlar, mənim meyidimi, dilim qurusun, sənin meyidinə
bağlıyacaydılar!.. "Əmi" dediyin haraya gəlib ürəyindən yapışanda dərman
əvəzinə zəhər verəcəydilər Müslümün termosunda, adını da qoyacaydılar ki,
qardaşı oğlunun fəlakətinə dözməyib, ürəyi partlayıb... Qılınc Qurban atası
rəhmətlik hay qaldıranda Əlləzoğlunu Xəlvətin zirzəmisinə salıb, qapısına it bağladılar, şalvarlarını çıxarıb, yanğının işığına geyinə-
geyinə çıxdılar ki, guya yorğan-döşəkdən qalxıblar. Məsim "mafiya" deyir
bunlara. "Hökumətin özünün əmriynən işləyirlər", -deyir. "İtaliya mafiyalarına
şükür oxutduracaqlar", - deyir. Elə Məsim işə-başa saldı məni; bunların başı
yanğına qarışanda ikimiz qaldıq o daxmada, Məsim dedi: "Çox sirlərini bilirik,
məhkəməyə qədər ikimizi də öldürəcəklər. Sən razılaş nalı Səmədə verməyə.
Sonra Səmədi ayıq sal ki, bağda, burda eliyəmmədiklərini nalnan eləmək
istəyirlər". Həqiqət belədi, canım-ciyərim. Qılınc Qurban yaxşı tanıtdırdı sənə bu
cəlladları. Əmbə onun da xəbəri yoxdu ki, mən "razıyam" deyib o nalı "Sultan
Əmirlinin cinayətinin "əşyayi-dəlili" adıynan sənə verənəcən neçə dəfə ölübdirilmişəm. Özün bilirsən, hər şeydən ötrü ağlayıb-sıtqıyan uzunsaçlılardan
deyiləm mən. Nə o bağda bir damcı saldım, nə də o daxmanın içində, eşiyində
ölüb-diriləndə. Əmbə sonra öz-özünə ələndi gözümün yaşı. Ürəyim sökülürdü,
haray təpmək istəyirdim ki, ayıq ol, ay gözümün işığı, bu nalnan əmiyin üstünə
göndərib əmi qatili eləmək qəsdindədilər. Demədim. Harayımı basdım saxladım.
Çünki təzə məktub yazdırmışdım. Bilirdim ki, lap nalı götürüb getsən də, bunu
oxuyandan sonra, Qaraçı gözəliyin taleyindən savayı, heç bir ayrı fikrin-zikrin
olmuyacaq. Bucuğazı oxu! Məktub deyil, əstəğfürillah, Qurandı, Tövratdı,
İncildi, ay Səməd! Qılınc Qurban iniltiynən yazılan məktublardan danışdı burda,
Gülgəzin məktubu o müqəddəs şeyxlərin məktubundan da müqəddəsdi! Oxu, gör
ki, əzabı başı kəsilən əmiləriyin əzablarından da ötədi, "əmi" dediyiyin evi QəsriQacar zindanından da betərdi ondan ötrü! Gülgəz o zindanda qalsa, nə yer, nə
göy götürər bunu, qurbanın olum! Mən demirəm ki, bu saat get qolundan tut
apar. Qanmaz deyiləm, "əmi" dediyiyin vəziyyətini də başa düşürəm, sənin
içərində necə burulğanlar burulduğunu da başa düşürəm. Desən ki, bu saat
gedirəm çıxardım onu o evdən, mən özüm ayağına yıxılaram, baldırına
sarılaram, addımını atmağa qoymaram. Bu vəziyyətdə Gülgəzə yaxın da getmə.
Sən ancaq umud ver ona, canım-ciyərim. Umud ver ki, ölməsin!..
Səməd ağ daş evin qızarttaq darvazasından o yanda, bağın toranının
arxasında, üfüqün şöləsinə bürünmüş ikinci mərtəbədə, buğ püskürən samovarın
yanında çay dəsmalının bir ucunu çiyninə salıb stəkan-nəlbəki silən "durnaboğaz
elqızı"nı gördü, sonra tut ağacının altında dəyirmi stolun üstündə süfrəni açıb
yuxaya su çırpan səliqə-səhmanlı "gəlin"i gördü, sonra yataq otağında balınca
dirsəklənmiş gəlinin yanında ağ
bələkli çağa gördü. Çal, pırpız qaşlar altında boz-ala gözlər o çağaya tamaşa
elədikcə yorğun-yorğun nur saçırdı, "Mədədim dirildi", - deyirdi.
Səməd axır ki, əlini cibinə salıb od parçasını budundan qopartdı,
kardonsayağı cod, boz konverti açmadan, cırmağa başladı.
Lap xırda-xırda cırıb, ovcunda sıxıb, yumrulayıb sirkanlığa doğru səpələdi.
Nəfəsi təngimişdi, indi özü də qışqırmaq istəyirdi ki, "inanmayın bu zənənin
hüdülədiklərinə, ay bacılarım! Əmimin həyat yoldaşına pis göznən baxmaz
Səmədiniz!.." Bunun əvəzində Gülbənizə qışqırdı:
- Bəsdi! Kəs səsini! Gülgəz mənim əmimin arvadıdı! Özüm danışacam
onnan! Təklikdə yox, bizim münasibətimizi səndən qat-qat yaxşı bilənlərin
yanında danışacam! Əmimin namusu mənim namusumdu!
Biləyini çəkib isti, odlu barmaqların arasından qoparıb, harayasa -irəliyə
doğru şığıdı. Əmma səs qulaqlarında idi:
- Bax bu ürəyə görə ölürəm mən səndən ötrü!.. "Əmi" dediyinə görə
məhəbbətindən keçirsən! Kim eləyər bunu?! Səndəki ürək heç kəsdə yoxdu! Mən
də onçun deyirəm ki, ayağıyın suyunu içərəm, qabıyın dibini yalayaram,
qaravaşın ollam ömrüm boyu, bir dəfə də yoruldum, usandım demərəm! Sənin
pis günün mənim pis günümdü, canım- ciyərim! İnan ki, qovuşmasanız öləcək
Gülgəz! Ondan sonra ömrüyün axırınacan qovrulacaqsan! Yaran istidi, ağrını
bilmirsən hələ! Bir vaxt gələcək, biləcəksən ki, məhəbbətsiz insan çaylaq daşıdı,
bir üzünə gün döyəndə də o biri üzü buz olur, qoşa əlli ovcuna alanda bir ovcunu
yandırır, o biri ovcunu üşüdür. Yana-yana üşüməkdən, üşüyə-üşüyə yanmaqdan
böyük bədbəxtlik yoxdu! Mən deyirəm bunu sənə. Özüməm çaylaq daşı!
Şamdan işıq alan pərvanənəm mən sənin, ay Səməd! "Əmi" dediyin zalıma görə
çaylaq daşına döndərmə özünü, canım-ciyərim! Qılınc Qurban ömrünü qanqadaynan keçirib, ürəyində od qalmayıb, hardan bilsin məhəbbət nədi?! Aşıq
deyir: "Can cana bağlıdı, can da cahana bağlıdı". Mənim tanıdığım Səmədin canı
da, cahanı da Qaraçı gözəlidi. Əmbə Qılınc apardı "əmi" dediyin qəddara bağladı
sənin canını. İnan mənə, ürək qalmayıb onda. Ağıllı kişidi. Ədalətli adamdı.
Geco- gündüz dəridən çıxır ki, haqqı nahaqqa verməsin. Əmbə ağlının zorunadı
hamısı. Ürəyi olsaydı, öz doğma bacısını o kökə salardımı? On beş yaşından
Qıymata şinel geyindirib, başına papaq qoyub, çiyninə tüfəng aşırıb, ata mindirib
atryadnan gəzdirib, "Ərə gedəndə Sultana getməlisən", - deyib, Qıymatın gül-
çiçək vaxtında gələn elçiləri darvazadan qaytarıb, baxtını bağlayıb! Sən
hörmətini saxla Qılınc Qurbanın, əmbə
sözünə uyma, canım-ciyərim. Özü deyilmi deyən ki, "kopirovalni bumaqadı?"
Ondan-bundan eşitdiyini danışır, onçun da boğazdan yuxarıdı danışdığının
hamısı. Çürük Aşıqnan Xızr Abının mahnısından eşidib, elə hər yerdə bunu deyir
ki:
"Can cana bağlıdısa, can da cahana bağlıdı,
Can cana "can" deməsə, o can hayana bağlıdı?!"
Soruş Qılınc Qurbandan, "kopirovalni bumaqa"sını bir yana qoysun, öz
sözünü desin görək, o yaşda qıznan kəbin kəsilməyinə razılıq verib özü belə
Bezobraziye olan "əmi" dediyin öz canından başqa cana "can" deyə bilərmi?!
Ürəyini zorlama, Gülgəznən bərabər ürəyini də zindana salma, gül-çiçək ürəyinə
qurban olum! Umud ver ona ölməsin, umud ver! Nə Məsimnən mən burda bənd
alasıyıq daha, nə də sən özün. Mən yəqin bilirəm ki, "əmi" dediyiyin Gülgəznən
bir damın altında yaşamağı çox çəkmiyəcək, o özü elə eləyəcək ki, Gülgəz də,
Gülgəznən bağlı olanlar da çıxsınlar getsinlər rayondan, söz-söhbət kəsilsin.
Bakı böyük şəhərdi. Səməd kimdi, Gülgəz kimdi, başlarına nə gəlib, fikir verən
olmuyacaq orda belə şeylərə. Fikir verən tapılsa da, sonra yaddan çıxacaq,
istəklinin istəkliyə qovuşmağına heç kəs kəc baxmayacaq orda. Qovuşacaqsınız!
İnan mənə! Sən bircə umud ver, bircə kəlmə "hə" de mənə, sonrasınnan işin
yoxdu. Bir də gözünü açıb görəcəksən Bakıdayıq hamımız...
Səməd:
- Bəsdi!. Bəsdi iblislik elədin!. – deyə-deyə nə qədər aralanmağa
çalışdısa, iblis zənənin səsi ara vermədi...
...Atın tükündən tor damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka
da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin
özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən
çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın
qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-
bircə dediyi sözlər də elə soyuqdu:
- "Qardaş qatili"nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq...
"Qardaşını öz əliynən güdaza verən"dən yox, bu nalı kötüyün
üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən
xəbər almacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar
adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?!
General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk* olub,
camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir
verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı
danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə
gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz
sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona
maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq
düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri
ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin
qəsd işinə?!
Səməd bu sözləri də, lülələrin deşiklərinin qabağında Çax-çuxun tamamilə
əmin-arxayın: - Persi görən tək mən deyiləm. Şahidlər ifadələrini çoxdan yazıb
veriblər Sayılova, - dediyini də, Qurban əminin birdən qiyyə çəkib: - Kim?!
Qudalılardan savayı kim şahid durar belə fırıldağa?! - dediyini də eşitdi və hətta
yeddi il səkkiz ay ərzində gah xəyalında, gah yuxusunda ifşa elədiyi qatilin indi
tamam ifşa olunduğunu da gördü, əmma ölü katib, tabut gözündən getmədi ki,
getmədi.
Meşin pencəyin qırışıq ətəkləri arasında, qayış kəmərin sarı dəmir toqqasının
dalında qurğuşunlu nal soyuq-soyuq işıldadıqca, əvvəlcə Cəfər əmi, uzun burnu
ilə uzun çənəsi arasında batıq dodaqları titrəyə-titrəyə: "Qəsd işi yoxdu, qəsd işi
yoxdu!" - deyə-deyə çirkinləşirdi, idbarlaşırdı və belə idbar sifətdə cəmaatın
üzünə çıxa bilməyib, çəkilib hardasa, gizlənirdi; sonra Gülənov Sultan əminin
kiteli kimi boz kiteldə, bir cüt Qəlyanlının qaraltıları arasında dayanıb, "Qəsd işi
yoxdu!" -deyə-deyə meşə ətəyindəki o döşü yazılı saqqız ağacının altında
bozara-bozara qalırdı; sonra isə, nəhayət, o uca şəxsiyyət, o gözəl insan
qapağının hər küncündə mismar işıldayan tabutun yanındaca "Qəsd işi yoxdu!" -
deyə-deyə qəsd işini ört-basdır eləyib, insanlığını, şəxsiyyətini, möhtəşəmliyini
itirirdi, alçalıb rəzilləşirdi və Bircə balanın bu rəzilliyi gördüyündən dəhşətlənib,
özü könüllü gedib, hər küncündə mismar işıldayan qapağın altına girirdi ki,
qardaşı ilə yanaşı dəfn olunsun, torpaq
______________
*Xalq teatrının güldürücü personajı.
eybini örtsün. Sonra birdən-birə idbarlaşan Lüt Cəfər - Cəfər əmi asta-asta,
könüllü yaxınlaşıb tabutda uzanırdı ki, qara torpaq onun da günahını örtsün.
Əmma torpaq, Cəfər əmini də götürmürdü, tabut havadan asılıb, qardaşın birinin
partlayıb dağılmış qanlı gicgahını, o birisinin dirigözlü ölüsünü, üçüncünün
idbarlığını göstərə-göstərə dururdu və Səməd, hətta yeddi il səkkiz ay gözlədiyi
ifşanın axır ki, baş tutduğunu anladığı dəqiqədə də tabutdan yaxa qurtara
bilmirdi; atın da dözmədiyi sirkan hürküsündə gözlənilmədən, qırğı kimi atılıb
çıxıb, "əşyayi-dəlil" toqqasının dalında, "keçəbörk qatil"in yalanlığını sübut edən
kişiyə də hörmətlə baxa bilmirdi, çünki bu kişi də - ədalət mücəssiməsi Qılınc
Qurban da rəzilliyin iştirakçılanndandı.
İfşa no yerə çatdısa, Çax-çux bayaqkı arxayınlığın əksinə, trubkanı tez-tez
sümürüb, birdən tüstünün içində hərəkətsiz qalıb, dimdik kobraya döndü.
- Gəl sən bu cavanı təzədən şübhəyə salma, a kişi! Təzədən şübhələnsə, bu
qədər qaynamağa, daşmağa dözməz daha! Ölər bu bədbəxt!
Qılıncın gözlərinin dövrəsində qırışlar yığışıb sıxlaşdı, gözləri də qurğuşun
kimi soyuq-soyuq işıldadı:
- Kəs səsini, ubiysa! Necə yəni "dözməz?!" Nə fitnə-feyi gəldi alğına yenə?! -
Qırışların arasında işıltılar Səmədə tərəf yönəlib, tezcə də çəkildi. - Nə qədər ki,
Sultan Əmirlini tanıyammır, çox qaynayıb daşacaq bu hələ...
"Tanımıram?!." - Səməd nəfəsində titrəyiş hiss etdi. Qılıncın səsi enmişdi:
- Təzə deyil qaynamağı. "İdealım ölüb" deyirdi. Dedim "Sultan Əmirli
həməşə səcdəgahın olmalıdı sənin!"
Dedim, arxayınlaşdım bir az. Əmbə bilirdim sən rahat qoymuyacaqsan bunu,
maşennik köpəyoğlu! Persin tutğu xəbəri çıxan vaxtdan sancılanıbsan, bir ayağın
Bakıda, bir ayağın burda, gecəni gündüzə qatıb əlləşirsən ki, Sultanın başını
yeyəsən, bu dünyadan xəbərsiz qardaş-oğlunu onun qanına bulayasan, əmiynən
qardaşoğlunun axırına çıxandan sonra da Mədədin ölümünü keçəbörk nağılına
döndərib generalıyın ayağına yazasan. Uduzubsan, ubiysa! Dörd ayda sən bu
dünyadan xəbərsizi necə izləyibsənsə, sənin özünü də eləcə addım-addım
izləyiblər! Kim? Necə kim?.. Sözümü kəsmə, ubiysa! Kimlər, nə məqsədnən
izləyiblər, məhkəmədə biləcəksən. Bu neçe gündə nə oyunlardan çıxıbsan, onu
da Qılınc Qurban danışacaq. O yanda Xəlvət Rəhimnən, burda Abıynan,
Təftişnən nə söz-söhbət oldu, hamısından xəbərdaram. Qarmonçu qəhbənin
işləklərini də bilirəm! Gülənovun paqonnularını bura göndərən şəxsən sənsən, o
qarmonçunun Zalı qızışdırıb Səmədə xəbər göndərən də sənsən! Bu ağacın
altındakı oyundan sonra qarmonçunun nənəsinin damını yada salan da sənsən!
Xəlvətnən sonradı mənimki.
Əvvəl sənnən qurtaraq. Əmbə mumla ağzını, ubiysa! Ölüm-dirim məsələsinə
qarışdırdığın bu ifritə qızın da mumlasın! Barmağını tətik-dədi! Əlim titrəməz,
hərənizə bir jakan* çaxaram, yaşımın bu vaxtı türməyə gedərəm! Düz deyir
Təftiş Abbas. Xızr Abı məni də loş eləyib. Bu ədalət mücəssəməsi adlananı.
Aman vermərəm daha sizə!
İfritə qızıyın dediyi "həqiqətin" müqabilində mən də həqiqət deyəcəm. Sənin
açdığın "sirlərin" müqabilində mən də sirr açacam, eşitsin bu, özü ayırd eləsin,
görsün kimdi "Ölüb" dediyi kişi!
Nəfəsindəki titrəyiş Səmədin ürəyinə doldu və Səməd ancaq indi duydu ki,
bu titrəyiş ümiddi; vaxtilə döşü yazılı saqqızın altında səndələyə-səndələyə
gedib, tabutu birinci dəfə görüb, əmisinin kitelinə sığınanda hönkürtü içində
əmələ gələn hamanca "oxranma", hamanca sevinc idi, fərq bircə bunda idi ki, bu
sevinc hönkürtü içində yox, üzüntü içində oyanmışdı, üzgün xəstə sevinci idi və
sevindiyinə xəstə özü də inanmırdı, əli tüfəngli qocanın soyuq nəmçikli üzünə
baxa-baxa fikirləşirdi ki, ölü göz qabağında ola-ola, bu yorulmaz, usanmaz qoca
doğrudanmı yenə diriltmək istəyir ölünü?!
Bu fikir Səmədi məcbur etdi ki, deyilənlərə diqqət yetirsin.
Qurban əmi danışa-danışa tüfəngi əlində tərpətdikcə meşin pencəyin
qoltuqları xışıldayırdı, "yorulmaz, usanmaz qoca"nın səsi də indi o meşin xışıltısı
kimi çatıltılı-patıltılı idi:
- Çox şey çərənlədiniz Təftişnən orda. Kor deyil! Yox!.. Gözü də var, gözəl
ürəyi də var. Gözü də mən vermişəm ona, ürəyi də. Atımın tərkində havalandırahavalandıra, ala kölgəli meşələrdə, çəmən-çiçək içində böyütmüşəm.
Bezobraziyenin qaynar qazanında, şeyx qardaşlarıynan yanaşı, mənim də
ürəyimdən qara qanlar axıb, əmbə buna heç nə bildirməmişəm ki, ürəyinə xal
düşməsin. Bakıdan radio "pəh-pəh"** oxuyanda buna da oxutmuşuq ki, eşqli
böyüsün, üç qardaş üçümüz də
_____________
*Qurğuşun güllə.
**"Pəh-pəh" Nə gözəl! - qırxıncı illər Azərbaycanında sosial həyat haqqında bayağı-vulqar
mahnı.
arxasında duraq, biz çəkənləri çəkməsin Bircə balamız... Səhvimiz də elə bunda
olub. Qohum-qardaşların o tayda qaldığını gizlətmişik. Şeyx əmilərinin, atasının,
nəslinin-kökünün, xalqın müsibətlərinin səbəblərini açmamışıq. Odu ki, hər
deyilənə inanır indi. Böyük səhv eləmişik, əlbəttə. Çox böyük! Vaxtında başa
salmalıydıq biz bunu ki, bu dünya "pəh-pəh" deyil, oğul, qaynar qazandı,
qapağını qaldıranda mələk donunda şeytan yığnağı hoppanışır, dörd dövrəni alıb
elə pəh-pəhnən salırlar səni qazana ki, bir də bişib qaba qoyulanda xəbər tutursan
ki, quyruqluların, buynuzluların xörəyisən.
Bu saat donunu cıracam mən sənin, quyruğunu, buynuzunu göstərəcəm buna,
maşennik! "Ata" adlandırdığın gorbagoru da gordan xortdadıb sənnən yanaşı
qoyacam. Sizi tanımasa, Sultan Əmirlini tanıyammaz bu.
O demini çıxart ağzından. Tüstünün dalından o yan-bu yana baxma. Heç kəs
dadına çatammaz, ubiytsa! Qovmuşuq o məhlə itlərini!
İfritən də qımıldanmasın. Bir dedim, bir də deyirəm: barmağım tətikdədi.
Farağatca qulaq asın. Keçəbörk nağılı danışmıyacam mən, həqiqi qatillərdən
danışacam.
Dam direktor Ələsgər Sestrasının diliynən "fotoaparat" deyir mənim gözümə,
yaddaşıma "kapirovalni bumaqa" deyir. Yaddaşımdan qorxur o Rus qızı. Sözüm
bunda deyil. Ondadı ki, bu "fotoaparat"da sənin bir şəklin var, ubiysa. Bu
"kapirovalni bumaqa"da da həqiqi qatillər barədə sənədlər var.
Əvvəlcə şəklinə bax.
Əlli birinci ildə, Mirqəzəbin vaqonu Məhərin budkasında dayananda gecə
bürküydü, vaqonun pəncərəsinin birini açmışdılar. Cəllad orda, pəncərənin
dalında gözlüyünü qaşqasına qaldırıb göyə baxa-baxa, əllərinin qoturunu şüşənin
qırağına sürtürdü. Sən onun böyründə demi tüstülədirdin... Qurultaya gedəndə
görmüşəm, böyük-böyük alimlər onun kabinetində çay içəmmirdilər. Biri stəkanı
götürüb bir qurtum aldı, boğazı qurtuldadı, o birisi vahimələndi: "Qurtuldatma!"
- dedi. Cəllad özü "çay için" deyənəcən heç kəs əlini vurmadı stəkana. Əmbə sən
onun çənəsinin dibində bu ağzındakını fısqırdırdın! O da o ekzema deyilən
qoturunu qaşıya-qaşıya, üzündən zəhər dama-dama dözürdü sənin fısqırtına!
Niyə? Çünki bir camdan qan içibsən onnan, Çax-çux Xalıq! Masqalı cəllad
yoldaşısan Mirqəzəbin. Elə yoldaşısan ki, ağzının içinə tüstü üfürəndə də
dillənmir!
Bu sənin şəklin.
İndi keçirəm sənədlərə.
Sultanın cibində bir məktub var.
Bilmirsən nə məktubdu. Nə qədər yerin altınnan yerisən də, sənin özüyün də
xəbərin yoxdu dünyadan. Səməd deyil kor, sənsən kor, ubiysa!
Otuzuncu ildə "Vərəsə" kitabxana tamojnada qeydə alınanda o məktub da
qeydə alınıbmış. Xudiyev də tamojnada işləyirdi o vaxt. Oxuyub o məktubu,
görüb indi "məxfi iş" dediyimiz işə aiddi, qaytarıb sandığa qoyub. Xəbər
Mirqəzəbə çatanda əlataşa düşüb, tələb eləyib ki, heç kəsə göstərməsinlər, aparıb
şəxsən özünə versinlər. Əmbə məktub yoxa çıxıb. Pers qarışıb işə, sandıqları
atım-atım eləyib, Xudiyevi, Sultanı, Mədədi, tamojnanın işçilərini tək-tək
danışdırıb, bir şey çıxmayıb. Axırda protokol bağlayıb ki, məktub xatalı məktub
olduguna görə kitabxananı o taydan gətirən adamlar qaytarıb aparıblar.
Mirqəzəbə də bu cür məlumat göndərib Pers, özünü elə göstərib ki, guya daha
maraqlanmır məktubnan.
Əmbə, əslində, nə Mirqəzəb özü sakitləşibmiş, nə də Pers. İndi bu aralıqlarda
saç-birçəyini töküb, qarmon qoltuğunda, səmə-səmə gəzən o agent qancıq məhz
o məktuba görə göndərilibmiş rayona. Sultannan Mədədin ətrafinda tanış-biliş
qalmayıb ki, evinə baş soxmasın. Axırda Sultanın özünün evinə ayaq açıb.
Gizlətmir daha o qancıq. Şüşəli pavilyonda hırıldaya-hırıldaya deyir: "İyirmi
yaşında top kimi qızıydım. Sultan Əmirli də qızıl-qırmızı oğlanıydı, əmbə üzümə
də baxmadı. Mirqəzəbin təxti də elə onda çevrildi ki, şeyxlərin məktubu Sultanda
qaldı..."
Yazıq Sultan, otuzuncu ildən bu vaxta qədər, iyirmi beşcə il gah aparıb
Naxçıvanda, Şeyx Xorasan məqbərəsində gizlədib məktubu, gah Stalinin
şəklinin ramkasında, gah da partbiletinin arasında saxlayıb. Heç mənə də
göstərməyib ki, nə olar, nə keçər, Qılınc Qurban hirslənib açar danışar orda
yazılanları, Mirqəzəb də təzədən axtartdırar məktubu.
Mayda "şəxsiyyətə pərəstiş" deyilən barədə məktubdan sonra o məktub da
oxundu. Sultan yox, "böyük" dediyin, həqiqətən də böyük çekist Məhərrəm özü
oxudu. "Əziz bacanağın" Məhərrəm!
General Persi, Gülənovu, Sayılovu dəstəynən elçi salıbsan, gedib zornan
dürtülübsən Məhərrəmin evinə! "Əziz bacanağım" belə gəldi, professor elə getdi!
Cəmaat da elə bilir doğrudan da Məhərrəmə arxalanırsan! Sirnən yox,
firıldaqnan doludu sinən, maşennik köpəyoğlu! Sirr açansansa, niyə demirsən ki,
vaxtıynan Məhərrəmin özünü Nəcəfoğlunun yanına necə aspirant
qoyubmuşlarsa, səni də eləcə, Məhərrəmin
yanına bacanaq qoyubmuşlar! Sirr açansansa, niyə açıb demirsən ki, o
məhkəmədə, o "qalaq-qalaq qovluqlar"dan biri elə "Bacanaq" kliçkasıynan,
Məhərrəmin əleyhinə materialnan doludu!
Rəngin niyə göyərdi, maşennik köpəyoğlu?!
"Kitayski fanar, kitayski termos sata-sata özüm öz adımı Çax-çux qoydum,
şəxsiyyətimi, mənliyimi kiçiltdim"... Bir yasdığa baş qoyduğu, dalbadal uç uşaq
doğuzdurduğu zənənin evinin içi barədə Persə mate-rial yazan heyvanda nə
şəxsiyyət, no mənlik ola bilər, quyruqlu, buynuzlu köpoyoğlu?!
Rəngin göyərməsin! Bu "kapirovami bumaqa"dakı sənədlərdən heç nə
deməmişəm mən sizə hələ! Qatillərin yanından da keçməmişəm hələ!
Yaxşı qulaq as, a dünyadan xəbərsizim! Məktubu Məhərrəmin dilindən necə
eşitmişəm, kəlməsinəcən, nöqtəsinə, vergülünəcən deyirəm. Hesab elə ki mən
yox, professorun dayanıb burda, oxuyur o məktubu, sən də qulaq asırsan. Eşit,
gör nə yazıblar şeyx əmilərin:
"Gündoğana baxanda gülən gözlərimiz indi qan ağlayır, ey bəradərlərimiz* Niyə rahat oturubsunuz?! İki il bundan əqdəm, Qəsri-Qacarın bu qapılarının
dalında siz bəradərlərlə görüşəndə sizə demədikmi ki, səmum siz tərəfdən qalxan
qara buluddandır! Demədikmi ki, bu taydakı Pəhləvi Mirqəzəbinin siyasiləri** kütbeyindilər, bizi çuğullayanlar da, üzümüzə durub gizlin işlərimizi faş
eləyənlər də sizin adınızdan gələn xainlərdir?! Pəhləvi Mirqəzəbi şahın qüdrəti
ancaq bu dəmir qapıların qalınlığındadır. Bir də ondadır ki, sizin içərinizdə
özlərini Türk qələmə verən, milliyyətcə Fars, Qrek, Erməni çuğulların nişan
verdikləri adamların hamısını dübarə gətirib bu qapıların dalına doldurur. Osman
boyin bu dünyada ən böyük səhvi o olub ki, vətənini azad eləyəndən sonra
Qreklərin Türkiyədən bu yanda gizlənməyinə imkan verib. Odur ki, burdakı
Qreklər indi birbaş Papadan, Stalindən göstəriş alırlar. Nəriman bax buna görə
düşmən idi oradakı "Orcanikidze" - "Serqo" adı ilə tanınan casusla. O Serqonun
"beynəlmiləl otryadı" tamam həyasızlaşıb indi, Qəsri-Qacara bizim yanımıza
gəlmişdilər şəklimizi çəksinlər. Dedilər: "şəkillərinizi çəkirik ki, başlarınız
kəsilib Kremlə göndəriləndə Stalin tanısın, arxayın olsun ki, sizin başlarınızdı".
Bu heç. Siz bəradər-
___________
*OdƏrcə "BirOdƏr" [Vahid OdƏr (xalqı)] sözündən azmış "bəradər" kəlməsi
("qardaş" mənasında) otuzuncu illərdə çox işlənirdi.
**Siyasi polis.
lərə göz yaşımızla yazdığımız bu məktubun səbəbi budur ki, Qəsri-Qacara
gətirilənlərin sayı günbəgün artır. Pişəvəri ilə yoldaşları gətirildilər. Pişəvəridən
sonra əlli üç nəfər gətirildi. Hamısı da sizin "rəhbər işçi" dediyiniz fəzilətlilərdir.
Kimiyə on il, kimiyə səkkiz il zindan cəzası kəsilib. Deməli, qırxıncı sənəyə
qədər qapı dalında qalacaqlar. Xəbəriniz yoxdurmu bu fəlakətdən?! Şeyx
Məhəmməd Əmirin nəvələri bizə xəbər verirlər ki, qeyrətli övladlarımız
çuğullardan bir neçəsini haxlayıb bərkə çəkiblər, səmumun səbəbini öyrənib
"etibarlı yerə" çatdırıblar, "etibarlı yerə" Bağlar* tərəfdən gəlib-gedənlər də sizə
çatdırıblar. Əgər siz tərəfdən işıq düşməsə, fəzilətli adamların hamısı bu
qapıların dalında qalsa, bədbəxt millətimizi kim çıxardar günəşli gündüzə, ey
bəradərlərimiz! Sidqimizi Ağlarımıza bağlasaq da, biz bu fikirdəyik ki, kimisinə
on il, kimisinə səkkiz il zindan cəzası kəsilmiş fəzilətlilər bu zülmətdə çürüsələr,
cəmi millət də Pəhləvi zülmətində çürüyəsidir. Odur ki, son ümidlə üzümüzü siz
iki əzizimizə tutub, son vəsiyyətimizi deyirik: canınızdan keçin, fəlakətimizi
Günəşə** çatdırın ki, qara buludu dağıtsın. Mümkün olsa, Tehrana çox bilici
fəzilətli Pünhanlardan göndərə bilsəniz, İngilisin, Rusun toruna düşüb qaan şahı
inandıra bilərlər ki, "Pəhləvi" deyilən yoxdur, "Pəhləvi" "Paxtavan" adlananlar
irsən BağOd EvÜn OdƏrləridirlər, cəhalət zülmətində özləri özlərinə düşmən
kəsiliblər... Bu "şah" adına da yaraşmayan Pəhləvi Mirqəzəbi həqiqəti anladın,
bəradərlər!.."
Ömrümün axırınacan bu "kapirovalni bumaqa"da qalacaq bu məktub!
"Qardaş qatili" belə gəldi, "qardaşını öz əliynən güdaza verən qatil" elə getdi!
Göylərnən bağlı alimlərin qatillərindən danışıram mən sənə, ubiysa!
Kitabxana gətirilən ili atan Yağırın qapısına qaradinməz, yerəbaxan çarvadar
seyidlər gəlib-gedərdilər. Rəhimin quyusundan su çəkdirib dəstəmaz alardılar,
namaz qılardılar, cəmaat da elə bilərdi doğrudan seyiddilər. Xızr Abını çağırıb,
"peyğəmbərin çarvadarlığı" barədə hədis
______________
*"Bağlar tərəf" tarixən gizlin ifadədir. Daxilimizdə yaşayan, dilimizi bizdən yaxşı bilən, bizdən
seçilməyən Qrek-Latınlar, Qızılbaşların zamanında hakimiyyət pillələrini, ordugalıları tutub XV -
XVI əsrlərdə təxminən yarım milyon "sehrkar Muğ" qırmışdılar və bunu "TatƏr"lərin adına
yazmışdılar. Ağ Əmirlə Boz Əmirin məktubundakı "Bağlar tərəf" ifadəsi "Ərdəbil" və "Muğan"
ərazilərində yaşayan Bağlara, yəni Ulu Bağ ƏsƏlMənin, Bağ Atamızın "Yer"dəki nəslindən, I
Aleksandrla Papanın sürgün tədbirlərini əvvəlcədən bilib gizlənənlərə işarədir.
**Adı gizlin saxlanan Muğannalardan biri.
danışdırardılar, cəmaat da elə bilərdi doğrudan çarvadardılar. Mədədə də, Cəfərə
də, Sultanın özünə də dönə-dönə deyirdim gözüm su içmir bu yerəbaxanlardan.
Sultan üzünü bir yana tuturdu, Mədəd bir yana. İki qardaş ikisi də boğulub
qalırdı. Cəfər də ki ağzını, burnunu titrədirdi. Elə Cəfərin titrəməyindən bilirdim
ki, nəsə gizlədirlər məndən. Qışqırırdım, bağırırdım. Çarvadar, görünüb, cəmaat
arasında olar, alınandan, satılandan xəbər tutar, bunlar niyə belə düz gəlib düz
gedirlər? - deyirdim. – Niyə qoymursunuz damlayım, danışdırım görüm nə
cannı-cinnidilər?!. Özüm bağırırdım, özüm də eşidirdim. Sultanın bircə sözü
varıydı: "Yaxın getmə o adamlara". Mədəd də bunu deyirdi, Cəfər də. Az qalırdı
ortamdan yarılım ki, atryad nəçənniyiyəm mən burda, ya bostan qarauluyam,
niyə başa salmırsınız ki, niyə "yaxın getməyim o adamlara?!" Demə, bu məktub
elə onda partbiletinin arasındaymış Sultanın. "Qara bulud" deyilən səmuma -
"internasyonalnı atryada" da yaxşı bələdiymiş, atryadın komandiri Serqonu da
tanıyırmış, çuğullarını da. Mədədnən Cəfərə danışıbmış dərdini, tapşırıbmış ki,
mənə açmasınlar. Gizlətmirəm, o vaxt Mirqəzəbin başına and içirdim mən.
Səbəbi də buydu ki, kontralarnan vuruşmada ölümcül yaralandığımı eşidəndə
Bakıdan paravoznan həkim göndərmişdi, qan vurdurmuşdu. Otuz altıncı ildə
çağırtdırdı, orden verdirdi, qonaqlıq düzəltdi, sağlığıma içdi. Yaxamı açdı,
sinəmin enini ölçdü, dedi: "Bu bir qarış dörd barmaq enində sinədə on yeddi yara
yeri var. Eto jivaya legenda!" Kimin ağlına gələrdi ki, cəlladıymış, yerəbaxan
çarvadarlar da o cəlladın çuğullarıymış, Yağır Məmmədəli də çarvadarlıqda yox,
şpionluqda yağır olubmuş!
Tamojnada bu məktub axtarılandan sonra Yağır Məmmədəli bir dəstə
"çarvadar" kliçkalı başkəsənlərnən gedib o taya. Məhərrəm deyir: "Pişəvərinin
arxivində "Zindan xatirələri" adında, ürək ağrısıynan dolu dəftərləri qalıb. O
"xatirələr"in bir yerində "kəsilmiş qanlı başları satan satqınlar"dan danışır. Əmbə
nə o satqınların adlarını çəkir, nə də kəsilən başların alıcısının adını çəkir. Çünki
alıcı "qara bulud"un kamandirinin* müavini - kamissarı Mirqəzəbiymiş, satıcılar
da kamandirin dörd dövrəsində mələk donuna bürünübmüş. Sən bilirsən hansı
xarabanın millətlərindəndilər o "mələk"lər, o "seyid"lər, ulu babaları neçənci
əsrlərdə tutublar bizim bu viranə vətənimizi! Sən özün də o ilanların
__________________
*"Qara bulud"un komandiri Serqo Orcenikidzenin fəaliyyətinin "Günəş"ə məlum olduğunu biləndə
Stalin "Serqo"nu öldürtdürüb, komandirliyi Mirqəzəbə tapşırmışdı, buna görə də Pişəvəri formal
tabeliyində olduğu "alıcı"nın adını çəkə bilməyib.
nəslindənsən, a bədbəxt, xəbərin yoxdu. Qrek Cuqaşvili -"Alıcı" -kamandir də o
toxumdandı. Yeyirsiniz içərimizi. Tək bir nəfəriniz otuzunci ilin qışında QəsriQacardan Şeyx Ağ Əmirnən Şeyx Boz Əmirin başlarını çarvadar xurcununda
gətirib Persə göstərəndən sonra öz "çarvadarları"nın əliynən otuz birinci ilin
yazında öldürülüb quyuya atılıb!" Məhərrəmin sözləridi bu. Gümüş kəməri
meyidin belində saxlayıb-mışlar ki, tacir Yağınn oğlu atasının cəsədini "tanısın",
"çarvadar"lar generalı Persə ömürlük qul olsun!
Sübut?!
Sən hələ sübut da istəyirsən məndən, qatil oğlu qatil?!
Sübut Persin verdiyi ifadədi!
Sübut o "iyili quyu"dan çıxan cəsəddədi!
Dedim, bir də deyirəm: Səməd deyil kor, sənsən kor! Əgər o sümüklər tapılan
günü gözün azdan-çoxdan bir şey seçibsə, yadına sal, de görüm general Pers
birinci dəfə nə vaxt gəlmişdi bu rayona?
Haman gün, ya yox?
Boçqaqarın qohumun - Xaş nəçənnik axşamdan cöngə kəsdirmişdi Xəlvətin
qapısında, xaş qoydurmuşdu. Gecə yarıyacan qovurmadan tıxaşdırdı, araqdan
vurdu. Sonra da guya quyu suyu düşdü könlünə. Bax, bu sən Çax-çux vedrəni
götürdün, daranqhadaranq yüyürdün Cəfərin quyusundan doldurdun apardın, o
da təpiyiynən vurdu aşırdı vedrəni, guya kefli-kefli bağırdı ki, "Mənim qudamı
partiyaya layiq görmüyən adamın quyusundan su içmərəm! Qudamın öz
quyusundan su istəyirəm!" Düzdü?.. Qudası yalvardı-yapışdı ki, bəs, "Bu saat
adam sallıyaram, çıxartıraram quyunun içini, əmbə suyu durulmaz belə
tezliknən..." Kefliniz guya qanmadı. Getdi oturdu xaş qazanının yanında, başladı
ki, "Mənim qudamı partiyaya layiq görmüyən kənddən su içmiyəcəm. Xaşın
üstündən generalıma da öz qudamın quyusundan su verəcəm!.." Tərpət beynini,
maşennik, özün fikir elə, o boçqaqarın maşennikinizin beyninə hardan düşmüşdü
"qudasının quyusunun suyu?!" Doğrudan da kefliydisə, gecənin yarısında, işıq
adına o ocaqdan savayı kənddə işartı da olmuyan bir vaxtda necə gördü, necə
bildi ki, Lüt Cəfərin qapısına yüyürdün, ordan gətirdin suyu?! Necə yəni "xaşın
üstündən generalıma da öz qudamın quyusundan su verəcəm?!" Günü o həyətdə
keçə-keçə bilmirdimi ki, "iyili quyu" deyilir qudasının quyusuna?! İlin üç yüz
altmış beş günü xaş tıxışdıran Xaş nəçənnik yaddan çıxartmışdımı ki, xaşın
üstündən su içmək olmaz? Generalını panos eləmək istəyirdi?!
Yoxsa, generalının tapşırığıynan, ayıqca-sayıqca başnan, qudasını vadar eləmək
istəyirdi ki, gedib Kərpickəsənlər məhləsində Möhsün kişini oyadasınız, "Gəl, a
kankan. Yaman dara düşmüşük. Gəl bizi dardan qurtar" deyə-deyə gətirib, çatını
belinə bağlayıb, yel fanarını bir əlinə, külüngü, lapatkanı o biri əlinə verib
quyuya sallıyasınız, o da daş-qum çıxartmaq əvəzinə, "Bissimillah, bissimillah"
deyə-deyə özü çıxıb xəbər verə ki, quyuda cəsəd var, belində də Yağırın kəməri!
Xaşa yox, silistə gəldi Pers!
Boçqaqarın nökəri alatorandan gedib daklad eləyibmiş ki, hər şey hazırdı,
gəlib işinizi görə bilərsiniz, yoldaş general.
O da gəldi!..
Əynində boz köynək varıydı. Ayağında boz brezent çəkmə. Sifəti də boz!
Qum kərtənkələsi kimi dingildiyə-dingildiyə guya gah Sultana, Mədədə, gah da
mənə, Cəfərə göz qoya-qoya mələfənin qırağını qaldırıb sümüklərə baxandan
sonra günortayacan gəzindi dingildədi o həyətdə, Öz "çarvadarları"nın əliynən
quyuya quylatdırdığı Yağırın ələngəsinin üstündə "ciddi siyasi məsələ" qaldırdı.
"Bəli, Sultan Mamedoviç! Çox ciddi siyasi məsələdi! Özün düşün, gör nə qədər
ədalətsizlik olub! Sizin alma bağınızdan bazara alma, qax daşıyan hambala,
sonrakı tacirə möhtəkir və casus damğası vurulub, bu bir! Malı, qoyunu, mülkü
müsadirə edilib, bu iki! Aradan yeddi il keçsə də, tamamilə aydındır ki, bu
mərhum ədalətsizliyə dözməyib, özünü quyuya atıb. Siz isə adını "qaçaq"
qoymusunuz bu bədbəxtin. Qardaşı Rəhim Qudalının qabağına Çin səddi çəkib,
partiyaya keçməyinə, bir vətəndaş kimi öz hüquqlarından istifadə etməyinə
imkan verməmismiz, bu üç! Oğlu Xalıqı hətta təhsil hüququndan məhrum
etmisiniz, bu dörd!"
Bax onda kor oldun sən, Çax-çux Xalıq! Pers, Yağırın cəsədinin üstündə nitq
deyəndə kor oldun!.. Ağsaqqalın, bir tərəfində boçqaqarın qudası, o biri tərəfində
kərtənkələ general himayədarı bir əlini Sultannan Mədədə doğru uzatdı, o biri
əlini Cəfərnən mənə uzatdı: "Düşmənimsiniz! Qan düşmənimsiniz!" - dedi. Sən
də rəzil-rəzil əyildin, atayın qatilinin əlini öpdün: "Bu gündən sənsən mənim
atam, yoldaş general! Yalvarıram, apar məni burdan! Nökərinəm, qutunam!
Ömrümün axırınacan qulluğunda duracam, yoldaş general!.."
Persə də elə buymuş lazım olan! Cəsədnənciyəz verbovat elədi səni, apardı.
Gülənovun kabinetində kağız, qələm qoydu qabağına: "Yaz! Çarvadar atam
Məmmədəli Qudalıdan dəfələrnən eşitmişəm ki, raykom
katibi Sultan Əmirliynən kolxoz sədri Mədəd Əmirli Muğ nəslindəndilər, Şeyx
Məhəmməd Əmirin oğludular, Təbrizdə Əmir bazarının sahibləri Şeyx Ağ
Əmirnən Şeyx Boz Əmirin dos-doğmaca qardaşlarıdı. Şəcərələrini gizlədiblər".
Şeyx qardaşları belə düşdülər Bezobraziye qazanına!
Yenə mindin Persin "Emadin"inə, getdin ki, atanı quyuya quylatdıran
cəlladın rəhbərliyi altında "vətənə xidmət eliyəsən!"
Gözün niyə ölü qoyun gözünə döndü?! Təzəmi bildin kimə xidmət
eləyirsən?!
"Müəllim" axtarış xəbəri gətirəndə dalınca salıblar səni. Mirqəzəbə nə Sultan
Əmirliynən Mədəd Əmirlinin "sinfi mənsubiyyəti" lazımıymış onda, nə də
"antisovetliyi". Tutqudan sonra Pişəvəri şəhərlərdə, vilayətlərdə firqə özəklərinin
yerlərini dəyişdiribmiş, təlimat mərkəzini xaricə keçiribmiş. Azadlıqda qalan
"Hümmət"çi, Nərimanovçular barəsində heç nə bilmirmiş Mirqəzəb. Onçun də
arxivnən kitabxananı Sultandan almaq istəyirmiş ki, bəlkə ordan bir şey
öyrənsin. Tula kimi düşübsən izimizə, arxivin, kitabxananın yerini tapıb, aparıb
qoyubsan Persin ovcuna. Məlum olub ki, Etibarlı yer- "Şeyx Xorasan" məqbərəsi
Nərimanovun vaxtından qalma təlimat mərkəzidi. Sonralar Nəcəfoğluynan
Pişəvərinin şərikli hazırladıqları elmi təlimatın hamısı "Etibarlı yer"dən
aparılırmış. Baxtın belə gətirib, ubiysa! Mirqəzəb bağrına basıb səni o mərkəz
məlum olan günü. Seyfindən bir cüt mayor petlisəsi çıxardıb, deyib: "Bu
petlisələr Məmmədəlinindi. Vaxtı çatanda bu petlisələri sən gəzdirəcəksən,
mərhum atan kimi, sən də çalışacaqsan ki, Cənubi Azərbaycanda Şura
cümhuriyyəti qurulanda o cümhuriyyətdə Əmirlilər kimi sinfi düşmənlər
fəaliyyət göstərməsinlər". Belə "rabotnik" eləyib səni o cəllad!
Otuz doqquzuncu, qırxıncı illərdə gözüyün biri burda - Sultan Əmirlinin
ağzında dişini sanayıb, o birisi Mərdəkanda dərs oxuyub, əski əlifba keçib, şifrə
öyrənib!
"Müəllim" öz dərsindən "pis" yazırmış sənə. Pers bağırırmış Məhərrəmin
üstünə ki, "Kişi indidən zvanya verib Xalıqa!" Məhərrəm yenə "pis" yazırmış.
Düzdümü, beyinsiz köpəyoğlu?!
Məhərrəm deyir: "O məktəbdə həftədə bircə qoşa saat dərsim varıydı. Əmbə
bütün həftə o bir saatı məşq eləyirdim. Mərdəkana gedəndə elə bilirdim
səcdəgaha gedirəm. Çünki vətənə layiq çekistlər yetirməliydim. Yağır
Məmmədəlinin oğlunu sinifdə görəndə elə bildim səcdəgaha
it bağlanıb. Çalışdım iti qovum. Nəticəsi bu oldu ki, iti əvvəlcə mənim öz evimə
saldılar, sonra da aparıb müqəddəs məqbərədə kitabxananın üstünə bağladılar".
Məhərrəmnən yox, Pers sənnən işləyirmiş orda, şpion oğlu şpion! Qırx
birinci ilin yayında Pişəvəri azadlığa çıxanda Məhərrəm çatdırıb ona ki, "Etibarlı
yer" Persin nəzarəti altındadı, padpolyalara gedən təlimatların üzü çıxardılıb
Mirqəzəbə göndərilir, kitablar da guya "rütubət çəkdiyinə görə xarab olur".* Pişəvəri təcili müşavirə çağırıb. Mərkəzi Komitənin üzvləri deyiblər: "Firqə
özəkləri "Qara buludu" tanısalar, "Şimala** etimadı itirərlər. Təlimat mərkəzi
yerində qalsın".
Beş sandıqda yeddi yüz əlli kitabı Məhərrəm yox, sən yoxlayıbsan
zərrəbinnən "bircə-bircə, səhifə-səhifə". Əvvəl baş açmayıbsan Pişəvərinin
şifrəsindən. Xızr Abını aparıbsan, dilindən iltizam alıbsan, xirtdəyinə naqan
dirəyibsən, sirri açmayıb. Qollarını qanırıb qozbel eləyibsən! Tfu sənə! Sonra
bədbəxt Çürüyü aparıb yüz yaşında sənətkarı təpiyin altına salıbsan, canağrısına
dözməyib Çürük, məcbur olub açsın ki, kitabların səhifələrindəki rəqəmlər köhnə
"əbcəd" şifrəsidi, gah sağdan sola, gah soldan sağa, gah da yuxarıdan aşağı
yazıblar ki, oxunmasın. Qırx birinci ildən qırx beşinci ilə qədər, beşcə il şifrə
açıbsan təlimat mərkəzində. Bir əlin burda çax-çux eləyib, o biri əlin şifrə açıb,
"Mətbuatın azadlıq cəbhəsi" təşkilatının, firqə özəklərinin işləri barədə məlumat
yazıb Persə verib, Persə də aparıb Mirqəzəbə verib, Mirqəzəb də Cənubda işlərin
hamısını öz adına çıxıb, Bakıda respublikanın hörmətli adamlarının qabağında
özünü "Cənub kommunistlərinin təlimatçısı" kimi göstərib!
Nökərləri "Azərbaycan bolşeviklərinin atası" eləmişdilər onu, sənin xidmətin
sayəsində Cənub kommunistlərinin də "atası" olub, ordumuz o taya keçəndən
sonra mətbəə kağızı, kitab, pul, mal göndərib, ürəklərinə girib!
________________
*"Şeyx Xorasan" məqbərəsində Nəiminin gizlin "Hürufi"liyə - SafAğ Elminə aid kitablarının
səhifələrində heç bir təlimat şifrəsi tapılmadığına görə "Pers" – general Atakişiyev o kitablara
toxunmamışdı. Yalnız iyirmi beş il sonra Nəsiminin yubileyinə hazırlıq başlananda kitablar yoxa
çıxdı. Mən şahidəm ki, Azərbaycanın mini sərvətlərini qiymətləndirməyi bacaran çekistlərin axtarış
səyi fayda vermədi.
**Şimali Azərbaycandakı quruluşa və şəxsən Mircəfər Bağırova inanan demokratların sayı az deyildi.
Belə xidmət eləyibsən vətənə! Cəllad casusu! Mirqəzəb Mirqəzəbi! pers oğlu
Pers! Orasını düz deyirsən ki, Ərdəbilə, Ənzəliyə də, Təbrizə, Xorasana da
gedibsən, Mazandarana, Rəştə, Gilana, Tehrana da gedibsən. Mirqəzəbin
əmriynən.' "Məxfı iş" barədə xəbərdarlıq eləməyə yox, firqə özəklərində
"çarvadarlarını" yerləşdirməyə gedibsən!
Kimləriymiş o təzə "çarvadarlar?" Bilirsən?
Bilmirsən, kor oğlu kor!
Məhərrəmə niyə böyük çekist deyirlər? Ona görə yox ki, "kəfəni boğazına
dolayıb", Cuqaşvili casusları barədə SSRİ prokuroruna geniş məlumat yazıb,
"xüsusi qrup" təşkil elətdirib, "xüsusi qrup"un ləğvindən sonra köhnə qrup
üzvləriynən əlaqə saxlayıb, şəxsiyyətinə pərəstiş olunan dünyadan gedəndən
sonra da ki, bayaq dedim neyləyib. Bunun hamısı böyük işdi, əlbəttə. Əmbə hər
bir namuslu çekistin borcudu betə işlər. Məhərrəmə mən ona görə böyük
deyirəm ki, həftədə bircə dəfə dərs deyə-deyə, Persin gözünün qabağında özü
kimi ayıq-sayıq vətənpərvər oğullar yetirib, indiki "xüsusi qrup"un üzvü olan bir
gizlin yetirməsinin köməyiynən öyrənib ki, Pers sənin "çarvadarları"yın hamısını
o tayda özünün Azərbaycana düşmən fars qohumlarından seçib gətiribmiş.
Xəlvətdə farsca danışırmış onlarnan. Muğdan olanda gülürmüş ki, "balam
dağlıyam da, ləzgicə danısıram. Taxta çıxdığı vaxtlar dilimizi düz-əməlli
bilmirmiş Mirqəzəb. "Gəlibən, gedibən" deyirmiş. Azdırmayın camaatı, "Quba
cühudu" deməyin Mirqəzəbə! Fikirləşəndə təpəmdən tüstü qalxır ki, "xleb"ə
"xlif" deyən kəmsavad Qılınc Qurban rusca "İnternasyonal" əzbərləyib
qurultayda rusnan,erməniynən yanaşı oxuyanda, öz torpağımızda öz əlimiznən
böyütdüyümüz ilan balası da "İnternasyonal" oxuyurdu, mənim gözümün
dolduğunu görüb, əlini kürəyimə döyüb "İstinni bolşevik" deyirdi!.. Leninə də
nifrət eləyirmiş, Nərimana da, Atatürkə də! Sənin cinayətin o deyil ki, "istinni
bolşevik" deyib Hümmətçi Qılıncı dolaya-dolaya kökümüzə balta vuran
Mirqəzəbə xidmət eləyibsən. Cəlladlığını görənə qədər elə biz hamımız xidmət
eləmişik ona. Sənin cinayətin budu ki, "məxfi iş"in nə iş olduğunu biləndən
sonra da cəlladın bağışladığı demini damağından yerə qoymayıbsan. Tüstülədə-
tüstülədə gedib "Azərbaycan bolşeviklərinin atasının" zəmanətiynən
"çarvadarlar" doldurubsan firqə özəklərinə. Məhərrəm deyir: "Ordumuz o taydan
qayıdandan sonra şahın ordu dəstələrinə Demokratları məhz "çarvadarlar" nişan
verirmişlər!" Məhz "çarvadarlar" şahın siyasiləriynən əlbir olub, qəzet
redaksiyalarından, tadiokomitetdən qaçan mühacirlərin yollarını kəsirmişlər".
Belə qan içibsən sən cəlladnan bir camdan, ubiysa!
O məhkəmədən sonra bir məhkəmə də qurulacaq. "Çarvadarlar"ını sənnən
yanaşı oturdacaqlar. Harda, necə qan içdiyini "əziz bacanağ"ın bircə-bircə
oxuyacaq üzünüzə. Atan - gorbagor Yağır iki baş kəsmişdi. Demokratları
vətəndən tərik salmaqnan bütün Azərbaycanın başını kəsibsiniz siz o tayda! Bu
dünyadan xəbərsizim bilsin ki, Sultan Əmirli də vətəninin başını kəsməyə
hazırlaşanların barəsində yazırmış Ali Baş Komandana ki, bəlkə bu yolnan
cinayətdən çəkindirsin o Ali Baş Cəlladı! O ağ daş binada Ağ Əmirnən Boz
Əmir gecələr səhərə qədər "Yazma! Yazma!" - deyirmişlər, Sultan inildəyə-
inildəyə, yuxusunda da yazıb, sonra yandırırmış yazdıqlarını! Təkcə bu əzabına
görə səcdə eləməlisən sən əminə, oğul!
Özün fikir elə, o məktublardan bircəciyi Mirqəzəbin əlinə düşsəydi, səlamət
qalardımı əmin? Hər gün, hər saat, hər dəqiqə tutqu gözlüyə-gözlüyə yazırmış!
Bu hesabdan gör kimdi, necə kişidi "Ölüb" dediyin kişi!
Axırıncı məktubun haqqında çox şey danışıb sənə bu maşennik. Bircə şeyi
gizlədir: həqiqəti.
Dörd nəfər yazıbmış o məktubu. Pişəvəri, Nəcəfoğlu. Məhərrəm, bir də
Sultan özü.
Stalin qırx birinci ildən bilirmiş ki, "Mətbuatın azadlıq cəbhəsi" adında
təşkilat da Nərimanovun "Hümmət"i kimi, özünü "kommunist təşkilatı"
adlandırıb Moskvadan kömək istəsə də, əsli Ağdı, yəni Saf- Ağdı. Buna görə də
təklif olub ki, Məhəmməd Əmirin mədrəsəsində oxumuyan, Elmdən xəbəri
olmuyan Stalinpərəst Mərkəzi Komitə üzvlərinin hamısı imzalasın məktubu.
Yəni məktub bütün partiyanın adından getsin. Sultan qəti etiraz eləyib:
"Çarvadarlar Mirqəzəbə, Mirqəzəb də, şübhəsiz, Stalinə çatdırıb ki, bu azadlıq
hərəkatının kökü də Şimalımızdakı kökümüzə. Comərdə, Şeyx Əliyə, Dəli Alıya
bağlıdı, bunlar da, məlumdu ki, "Vərəsə"yə bağlıdı. Odu ki, "Azərbaycan
Kommunist partiyasının Mərkəzi Komitə üzvləri özlərini Mircəfər Bağırova
sadiq göstərməlidilər. Şəxsən Bağırovdan, "internasiyonal atryad" üzvlərindən
şikayətnən dolu məktubu imzalasalar, başda Pişəvəri, hamısı öldürülər... Mən,
"Muğ" Varisi Sultan Əmirli, tək imzalamalıyam məktubu və icazə versəniz,
"Azərbaycan Kommunist Partiyasının" Mərkəzi Komitə üzvlərini də Mircəfər
Bağırovun sadiq silahdaşları kimi qələmə verməliyəm. Çünki siz hamınız
səlamət qalmalısınız. Hamınız! Hər nə olsa, tək mənə olsun!" Belə deyib
Sultanım. Eşidirsənmi, a Bircə balası? Tək öz canının qeydinə qalan adam belə aşkar təhlükə qucağına atardımı
özünü?!
Deyiblər məktub Mirqəzəbə göstəriləcək, izahat tələb olunacaq, Mirqəzəb də
çalışacaq işin altından çıxsın, material toplayıb "böhtançını" məsuliyyətə alsın.
Məktub partiyanın adından getsə, Mirqəzəb bütün partiyanı böhtançı
adlandırammaz.
Sultan yenə dönməyib inadından. Deyib: "Böyük bir ölkədə uzunmüddətli
azadlıq hərəkatına qarşı işləməyi bacaran adam, ölkənin partiyasını ləkələməyi
də bacarar". Partiya da, Mərkəzi Komitənin üzvləri də, Pişəvəri özü də
təhlükədən kənarda olmalıdı! Qurtardıq! Bağ hökmüdü bu!" Belə deyib
Sultanım, təkcə özü qol çəkib! Kim eliyər belə igidliyi?! Bu maşennik "qardaş
qatilinin cinayətləri"ni dal-dala düzüb. Pişəvəriynən Nəcəfoğlunun ölümünü də
məktubun nəticəsi kimi qələmə verib ki, əmiyin məhz qəhrəmanlığını gizlətsin
səndən. Get xahiş elə SSRİ prokurorundan, göstərsin o məktubu, Məhərrəm
deyir: "Rudenko nə qədər sərtdisə, bir o qədər də incə adamdı", Ukraynanın
prokuroru olub uzun müddət, Stalin dövründə çox ağıra, yüngülə düşüb,
qəbuluna get, deynən Sultan Əmirli yetirib məni. Əmimdi, atamdı, idealımdı.
Əmbə əcayib-əcayib şeylər danışırlar mənim idealım barədə. Başını səlamət
saxlamaq xatirinə qardaşını güdaza verib deyirlər, filosof Nəcəfoğlunun ölümünə
bais olub deyirlər, Azərbaycan Demokrat firqəsinin sədri Pişəvərinin ölümünə
bais olub deyirlər, bilmək istəyirəm ki, qırx beşinci ilin yazında "Mətbuatın
azadlıq cəbhəsi" təşkilatının konvertində Moskvaya göndərilən məktubu
doğrudanmı təkcə Sultan Əmirli imzalayıb?.. Qoy göstərsin, öz gözünnən gör o
tək imzanı!.. Rəhmətlik Mədəd həməşə deyirdi: "Bir rayonun raykom katibi
demək olmaz Sultana". "Qardaşım böyük dövlət xadimidi" deyirdi.
Məktubdan, o teleqramdan sonra Bezobraziye qazanında nələr qaynadığından
bir kəlmə də danışmır sənə bu maşennik. Özüm danışacam hamısını. Onda başa
düşərsən ki, tək öz canının qeydinə qalıb, əzraydı qardaşmın üstünə göndərən
"qatil" gizlədib teleqramı, yoxsa vətənimizi Farsın. Erməninin, Gürcünün
arasında bölüşdürənlərnən mübarizə naminə can-ciyər qardaşını qurban
verməkdən də çəkinmiyən əzabkeş insan.
"Yarımallah"-zad deyir bu qatil, belə çıxır ki, guya teleqram xeyrinəymiş
Sultanın. Sən özün də bu fikirdəsən. Qəbir üstə, o cür dərd yükünün altında
sevindin teleqrama, fəxr elədin. Gözüm üzündəydi, görürdüm ki, dərdini də
unutmuşdun! Dəli olmuşdun "Stalin" imzasından!
"Kapirovalni bumaqa"da tərcüməsini saxlamışam teleqramın. Bir dəfə o vaxt
qəbir üstə eşidibsən, bir də indi bu "məxfi iş" müsibətini biləndən sonra eşit, gör
fəxr olunmalıdı, ya necədi.
"İslam partiyasına mənsub qardaşlarına görə kommunist Sultan Əmirliyə və
kommunist Mədəd Əmirliyə etimadsızlıq üçün əsasınız yoxdur. Biabırçılığa son
qoyun". Budu Sultan Əmirlinin iniltilərinin səbəbi: "İslam partiyasına mənsub
qardaşlar..." Kainat Elmi nədi?! Bağ Atanədi?! Yoxuymuş hec nə!.. Tam Ali Baş
İlanın Ali Baş komandanını! "Atamız, rəhbərimiz" deyə-deyə səcdə elədiyin,
sağlığına içdiyin Stalini hələ bundan sonra tanıyacaqsan. Abı deyir: "Türk
millətinin yox, Allahların qatilidi Qrek Stalin!"
Həqiqətdi, oğul.
Rəhmətlik Mədəd boynunu büküb qəmli-qəmli soruşardı məndən ki,
"Bilirsənmi, Səməd niyə çox istəyir məni?" Başının üstə şəkli göstərirdi ki,
"rəhbərə oxşadır"... Doğma atanı da ona görə çox istəyirdin ki, "rəhbərə
oxşayırdı!"
Dərdimiz böyükdü, oğul!
Müharibədən qabaqlar da, müharibə vaxtı da, müharibədən sonra da,
İspaniyadan bu yana Qərb də ovcundaymış onun, Şərq də. Yer üzünün bütün
kilsələrindən "İnternasyonal" adı altında məlumat gedirmiş "yoldaş Stalinə!"
Üstündə də kommunizm şüarı: "Bütün ölkələrin proletarları, birləşin!" Bax gör
indi, necə birləşiblər "proletarlar" - ilanlar! Gör necə parça-parça eləyiblər
vətənini, xalqını! Budu bax "atamız, rəhbərimiz"! Üzdə "xalqlar dostluğu!",
xəlvətdə "parçala, hökmran ol!"
Mən kəmsavad bədbəxt dünən-srağagünəcən, Abıdan dərs alana qədər
bilməmişəm ki, Nərimanovun kitablarını yığışdırıbmış Mirqəzəb.
Min doqquz yüz dördüncü ildən iyirmi ikinci ilə qədər Cənubda Nərimanov
nə iş görübsə, hamısının üstündən qələm çəkibmiş! İndi məlum olur ki, Stalinin
işiymiş hamısı! Məhərrəm deyir: "İyirmi ikinci ilin kütləvi tutquları olmasaydı,
Cənubda Milli hökumət elə o vaxt qurulardı. Otuzuncu ilin kütləvi tutquları
olmasaydı Milli hökumət otuzuncu ildə qurulardı..." Deyir: "Xarici
düşmənlərimiz də rəsmi etiraf eləyiblər ki, qırx beşinci ilin dekabrından qırx
altıncı ilin dekabrına qədər bircə ildə Milli hökumət yüz ilin işini görübmüş..."
Pişəvəri yazıb bunu. Həmin "Zindan xatirələri"ndə. "Yüz ilin işini" məhv eləyib
Qrek Stalin!
Həməşəlik bil: Bezobraziye kadrlarının heç biri bizdən deyil. Kökünü
axtaranda ya Fars çıxır, ya da Farsnan əlbir olanlardan. Hamısı da
bir-birini qabağa çəkə-çəkə millətin içinə ziddiyyət toxumu səpməknən
məşğuldu.
Niyə? Çünki, əvvəla, məntəki kəmsavaddı hamısı. Abı deyir: "Tarixini bilsə,
nə Fars özünə Fars deyər, nə də Rus".
Əlləzoğlundan soruşur Abı: "Niyə Əlləzuşağı deyirlər sizə?" Əlləzoğlu deyir:
"Zatımdan xəbərim yoxdu. Zatıqırığam. Nəyimə gərəkdi? Mənimki qoyundu,
maldı, camışdı".
Müharibə vaxtı Əlləzoğlunun bir camışı varıydı. Uşaqlar "Begemot"
qoymuşdular adını. Çünki heybətli şey idi. Qarğıdalıya dadanıb o qədər
kökəlmişdi ki, yeriyəndə yer yırğalanırdı. Sənin yadında olar. Əlləzoğlunun
çəpərinin dalından çıxan kimi fısqırıb qonum-qonşunun qarğıdalısına düşürdü.
Qovurdular, gedirdi kolxozun qarğıdalısına təpilirdi, axşamacan azı bir hektar
yeri xıncıb tökürdü. Mən vurdum o camışı. Cavanlara tapşırdım ki, qanın iziynən
getsinlər, yıxılanda arabaya qoysunlar, gətirsinlər alışma eləsinlər. Əmbə ölmədi
güllədən. Vəhşiləşdi, axşamlar qapıya da gəlmədi. Axırda Mədəd tutdurdu o
"Begemotu", ətliyə göndərdi, qarğıdalının zərərini də Əlləzoğlunun
əməkgünündən çıxdı. Elə o gecə gəştə çıxanda gördüm Çax-çux Əlləzoğlunun
çəpərinin dalında demisini tüstülədir. Bildim ki, nəsə qurğu var genə. Gülənov
qudasının evinə xaşa gələndə Əlləzoğlu hər dəfə əli yabalı çıxırdı Xaş
nəçənniyin qabağına, haray-həşir qopardırdı ki, "Qurban mənim şikatıma baxmır,
sən də baxmasan, yabanı qarnıma soxub qanımı sənin üstünə tökəcəm..."
Müharibə qurtardı, Əlləzoğlunun camış dərdi qurtarmadı. Bu casus oğlu casus
kişmiş bazarı açandan sonra, teleqram gələn günü, səhər-səhər Göbələk
darvazada, kötüyün üstündə oturub, yeyəynən yabanın ucunu itiləyirdi. Dedim:
"Yaba işləndikcə öz-özünə itilənər. Niyə yeyələyirsən?" Dedi: "Sədrin qarnına
soxacam". Eşidənlərin hamısı güldü buna. Çünki axmaq söhbətiydi. Əmbə
saqqızın altında bu əşyayi-dəlil nalı bu ifritədən alanda Gülənov o axmaq söhbəti
yada saldı, Əlləzoğlunu darvazada, orta yolda, Çax-çuxun daxmasının yanında
əli yabalı görənlərdən şahid gətirdi. Belə çıxdı ki, Mədəd maşınnan gələndə
yabaynan vurmağa imkan tapmayıb Əlləzoğlu, qarışıqlıqda nalı götürüb, atılıb
minib maşına, oturacağın dalında gizlənib, sonra da nalı maşının yanına atıb ki,
iş nal sahibinin boynunda qalsın. Yəni əvvəl guya açıq-açığına öldürmək
istəyirmiş, sonradan gizlətmək istəyib. Bu cür yoğurdu-yapdı Gülənov, dedi:
"Bir camışa qurban olub sədriniz". Məhlə milisonerlərinə əmr elədi ki, "Məmiş
Əllozoğlunu tutun!"
Birinci zərbəni əmin orda vurdu bu Bezobraziye yığnağına. Meyid qucağında,
göynəyirdi: "Yaran nə dərindi, dadaş!" - deyirdi. Camış söhbətini eşidəndə
Mədədin başını Seyid kişinin dizinin üstünə qoydu, yaralı aslan kimi qalxdı
yerindən, dedi: "Mənim qardaşımın faciəsi haqqında camış anekdotu
danışılmıyacaq! Harda nə danışmaq lazımdı, mən bilərəm. Nə vaxt kim həbs
olunmalıdı, onu da mən bilərəm. Hələlik heç kəsdən şikayətçi deyiləm.
Avariyadı, avariya da yazın!"
Gülənov elə orda başa düşdü ki, əmin tədbirlidi. Üzü at üzüdü, gözü at
gözüdü Xaş köpəyoğlunun, pərtləşəndə sifəti şişir, gözləri də dombalır. Əmin
"Hələlik şikayətçi deyiləm" deyəndə də o cür şişdi, dombaldı Xaş, qarnını
yırğalaya-yırğalaya getdi, maşının böyründə bu əşyayi-dəlili sumkasına qoydu,
kriminalistini-filanı çağırdı. Sayılov da çaşmışdı. Təkcə bu maşennik şax
durmuşdu. Meyid həyətə aparılanda da, tabut yerdən götürüləndə də göz
qoydum, o ayazlı gündə bu qara üzü qızılı çalırdı. Əmbə qəbir üstə teleqram
ortalığa çıxanda birinci bunun şaxı sındı. Bu əmiyin ayağına döşənəndə,
"Stalininə də qurban olum, teleqramına da" deyəndə o birilər də başa düşdülər ki,
uduzublar.
Bizim cəmaatda təpər gördüm mən onda. Rusca bilmiyənlər də "Prekratite
bezobraziye" deyirdilər.
Sabahısı günü vağzalda vaqonun ayaqlığına çıxanda Mirqəzəb ipəyə
dönmüşdü. Əynində qara, qalın palto, başında da o cür qara, qalın uzun-dimdik
kepka, gözlüyü işıldaya-işıldaya baş əyirdi, artistlik eləyirdi: "Vot teper tı
istinnıy sultan, Sultan Mamedoviç! Şeyxom bıl, sultanom stal!" - deyirdi. "Tolko
jal, çto vse katalikosı protiv Sultana!" - deyirdi. - "No ne boysa, sam velikiy
Stalin zaşişşayet tebya..."* Əlli birinci ilə qədər belə danışdı əminnən. "Böyük Vətən müharibəsi
illərində müdafə fondunun pambıqla təmin olunmasında böyük xidmətlərinə və
rayon partiya təşkilatında uzun müddətli nümunəvi fəaliyyətinə görə" qızıl ulduz
taxdı döşünə. "Biz hər kəsi əməyinə görə qiymətləndiririk", - dedi. Əlli birinci
ilin yayında Krımda Stalinnən görüşdən qayıdıb Məhərin butkasında dayananda
necə buynuz çıxartdığını dedim sənə. "Nümunəvi fəaliyyət"in əvəzində iki il
______________
*"Bax indi sən həqiqi Sultan oldun, Sultan Mamedoviç! Əmma qorxma. böyük Stalin özü
müdafiə edir səni".
sərasər kəmisyə kəmisyə dalınca təşkil olundu, akt akt dalınca yazıldı: "Birinci
katibin xüsusi mülkiyyətə irsi rəğbətinə görə varlanmanın qarşısı alınmamış,
nəticədə rayonun bütün idarələri Sultan Əmirliyə qarşı çıxıb... Aşağıkənd
Qonaqlıda Lüt Cəfər adı ilə məşhur olan keçmiş partkom və indiki sədr öz
qızlarından, qaynından əlavə, "müharibədə həlak olanların yetimləri" adı ilə on
iki nəfər həddi-buluğa çatmamış nökər saxlayır və sovetliyin təsərrüfat kitabında
həmin nökərlərin üstünə yazdırdığı iki hektar torpaq sahəsindən şəxsi təsərrüfat
sahəsi kimi istifadə edir. Orta-kənd Tahirlidə on ildən artıq sədr vəzifəsində
hesaba gəlməz dərəcədə varlanmış Cəbrayıl Cəbrayıllı iki arvadlıdır, birinci
arvaddan iki ögəy oğlunun, ikinci arvaddan da iki ögəy oğlunun üstünə təsərrüfat
sahəsi yazdırmış, beləliklə, beş şəxsi sahəni mənimsəmişdir. Başkənd Qurbanlıda
İsgəndər Qurbanlı on beş ildən artıq sədr vəzifəsində o qədər varlanmışdır ki,
cəmaat arasında məhz varidatına görə "Çeteze İsgəndər" adlandırılmışdır. Və
sairə və ilaxirə! Onyeddi kolxoz sədrinin on yeddisini də beləcə bəzədilər,
altından da mübarək imzalarını düzdülər: Xudiyev, Sayılov, Gülənov, Atamalı!
Və sairə! İki il sərasər sədrlərin şəxsi gəlirləri, təsərrüfatları, ailələri barədə
arayış yığmaqnan, gah özünün, gah büronun adından izahat yazmaqnan məşğul
oldu əmin. Barmağını şüşənin altında o iki kəlməyə tuşlayıb, Tersin "Mərkəz
nümayəndələri"nə "Prekratite bezobraziye" deməknən məşğul oldu. Öz sözüdü
ki, dişiynən, dırnağıynan müdafiə elədi "Muğ"ları.
Keçən il, Stalin öləndən sonra teleqram hökmdən düşəndə əmin də hökmdən
düşdü. Pers gəldi, "varlıları" müşavirə zalından çıxardıb dəstəynən basdı vaqona,
"On yeddi nəfərin işi"ni xətm elədi.
Sovet Azərbaycanı deyilən ölkənin hər yerində beləcə yığışdırıldı təsərrüfat
başçılan! Xalqın əli işdən soyudu. Əmək haqqı kəsildi! Dostum Təftişin təftişi
cüzi şeydi, oğul. Tutqudan sonra Persin ayağı dəyən yerlərdə səmum əsdi, sildisüpürdü kadrlarımızı! Pünhanlarımızdan birinin qzəlini eşidibsən Abıynan
Çürüyün dilindən:
"Bir səmum Şimaldan əsir, biri də Cənubumuzdan,
Səhralaşan yurdumuzda tozdan betərəm, ey qardaş!.."
Bir dəfə atlandım. Pers Ortakənd Tahirlidəydi. "Operativ qruppa" təşkil
olunmuşdu. Gülənov o "qruppa"nın sədriydi. Qudalı hesabdan Mürsəl
hesabdarıydı, Qudalı ağsaqqalı da Qıllı Qeybalısıynan, Piyli Qayımıynan bir
yerdə üzvləriydi. Guya qoyun fermalarında qırxını vaxtı dövlətə yunun az qismi
təhvil verilib, çoxunu qırxıncılar mənimsəyiblər, cəmaata da paylayıblar ki, heç kəs dillənməsin. Atlanıb gedəndə
gördüm Tahirlinin bir evində bir dost yorğan-döşək də qalmayıb. Əlsiz-ayaqsız
qocaların, qanların altından döşəyi, üstündən yorğanı götürüb sökmüşdülər.
Xəlvət Rəhim, Qıllısıynan, Piylisiynən bir yerdə maşınlara yun doldururdu.
Məhərrəmin anası Mələk qarıynan qoca bacısı tut ağacının altında, quru cecimin
üstündə qalmışdılar. Allaha "Kor" deyirdi qan. "Hardasan, ay Məhərim, haqqı
nahaqqa vermiyən çekistim?.'" -deyirdi. Səsinə səs verən yoxuydu. Çünki haqqı
nahaqqa vermiyən çekist tutqudan qaçıb Moskvada SSRİ prokuroruna pənah
aparmışdı. İyirminci ildən revkom sədri, qoza komitəsi katibi, otuzuncu ildən
raykom katibi Sultan Əmirli, bir əli boğazında, o biri əli ürəyinin üstə, maşında
oturub, Mələk qarının gözünə görükəmmirdi! Sinəsi on yeddi yaralı köhnə
bolşevik Qılınc Qurban dodağını çeyniyə-çeyniyə qalmışdı!.. Fəhm elə, yorğandöşəkdən, yundan danışmıram mən. Yunnan bir yerdə camaatın haqqa-ədalətə
umudunu apardılar! Pul nədi, inək nədi, motal nədi?! Pers qazanın qapağını
qaldırıb quyruqluları, buynuzluları kolxozların canına daraşdırandan sonra
pulnan, fermaynan, yağ-yavanlıqnan bir yerdə xalqın özünü də yedilər. Bu Çax-
çuxların sayı-hesabı yoxdu, oğul! Düz deyir bu maşennik, torpağımızda ilan
becərir millətimiz! Təftişin hünəri var bu Çax-çuxun agent ordusunu aşkara
çıxartsın, gör kimlərnən döyüşür Sultanını! Əgər bu gün SSRİ prokuroru, bir
əlində o taydan göz yaşıynan yazılan məktub, o biri əlində bu taydan iniltiynən
yazılan məktub, Mirqəzəbə "müttəhim" deyirsə, kimin hünəridi bu?! Əgər
Məhərrəm Məhərromov bu gün o məhkəmədə sağ-salamat oturub, SSRİ
prokurorunun səsinə səs verirsə, kimin hünəridi bu?! Əgər Qılınc Qurban,
partbileti cibində, başı üstündə, sağ-salamat burda dayanıb, qoşa lüləsini
Mədədin qatilinin sinəsinə dirəyib üç qardaşın bir balasına həqiqəti
danışmaqnan, Bircə baladan ağıl, etibar, sədaqət tələb eləyirsə, kimin hünəridi
bu?!
Demişəm, bir də deyirəm: Sultan Əmirli həməşə səcdəgahın olmalıdı sənin!
Bədbəxt Saşamızın tapşırığıynan dedim mən bunun hamısını. Yoxsa,
yanğından sonra nə demişdim sənə, onnan da qurtarmışdım. Ağlını başına yığ,
Xızr Abı Hikmət oğlu Hikmətin nəsihətinə qulaq as. Təftiş yaman qızışdırıb səni
bu palıdın altında. O kaftarın sözüynən getsən, öldürəcəklər səni, mən kaftar da,
o iniltili əmin də sənnən bərabər gedəcəyik o dünyaya!..
Bundan sonra daha heç nə demiyəcəm. Özün fikirləş, özün də nəticə çıxart...
Nəticə çıxartmağa ehtiyac yoxdu. "Yorulmaz, usanmaz qoca" ölünü
diriltmişdi: tabut Səmədin gözündən getmişdi. Sultan adında möhtəşəm dünyanın
sehri Səmədin beyninin qapağını qaldırıb, böyüdüb, genişləndirib, tox mavi
rənglə tox yaşıl rəngin qarışığından zümrüd səmaya çevirmişdi; Qılınc qiyyə
çəkib:
- Düş qabağıma, ubiysa! - deyib, qoşa lülələrini qatilin sinəsinin taxtasına
tıqqıldadandan sonra və qatil səndələyib, bir kəlmə də deyib- danışmayıb geri
dönəndən sonra göyə Səməd lap ötəri baxsa da, dərhal hiss etdi ki, bu zümrüd
səma Qonaqlının yay axşamlarının həmişəki buludsuz, çərməsiz səması olmaqla
bərabər, həm də onun - Səmədin özünün səmasıdır, ucalıb, Sultan Əmirli adında
möhtəşəm dünyanın üzərində əbədiləşib.
Qatilin səndələyib geri döndüyü anda Səməd kobra dikliyi əvəzinə sınmış bel
gördü, dəyirmi fanar gözlər əvəzinə Qılıncın dediyi kimi, ölü qoyun gözləri
gördü, eyni anda "iyili quyu"nun dibində Möhsün kişinin "Bismillah" deyə-deyə
yığıb vedrəyə doldurduğu sümüklərin arasında Yağır Məmmədəlinin kəlləsinin
dərin göz çuxurlarını gördü, eyni anda da sallama gümüş kəmərli tacir
Məmmədəlinin xurcununu açıb Persə bir cüt ağ çalmalı baş göstərdiyini gördü.
Bunu Qurban əmi göstərdi. Tüfəngin lüləsi qatilin kürəyində, xeyli aralanandan
sonra geri buruldu:
- Şeyxlərin başlarını xurcunda Persə göstərən gorbagor, sonar buna verib
xurcunu, bu da aparıb Mirqəzəbə göstərib, Mirqəzəb də Stalinə teleqram vurub:
"Boqi obezqlavlenı".* Bunu da bil! Əmbə uyma Təftişə! Uyma!
Bu cür ağır hadisə də Sultan Əmirli adında dünyanın sehrini dağıtmadı,
əksinə, zümrüd səmanı daha da genişləndirib Arazdan o yana apardı, Səmədin
söhbətlərdən, şerlərdən, qəzetlərdən, xəritələrdən tanıdığı Savalan dağının
arxasına aşırdı və Səməd, Şeyx əmiləri kimi ağ Çalmalı Savalanla, Azərbaycanın
Həmədandan sonra ən qədim mərkəzlərindən biri sayılan ata-baba yurdu
Təbrizin minarələri üzərində də öz səmasını gördü.
Qatilin qaməti elə əyilmişdi ki, elə bil yenə də "eşşək kimi yüklənmişdi",
"kitayski makentoş"ların ağırlığı altında çiyinləri yapıxmışdı,
_____________
*"Bağların başları kəsilib".
qoları sallanıb uzanmışdı, biləkləri pencəkdən çıxmışdı, əlləri qanla dolub, şişib
yekələnmişdi, yoğun, yarıbükülü barmaqlarının arasında trubka qaralırdı. O
sönmüş, soyumuş trubkaya gözü sataşdığı anda Səməd tüstü ilə dolu kupeni,
sonra ağ daş evin həyətində, tut ağacının altında tüstülənən manqalın yanında
"bədbəxt zənən"in kömür kimi qara heykəlini, sonra ağ balınc üstündə qara
saçlara qarışmış çal saçları gördü, əmma bunlar da Sultan Əmirli adında böyük
və zəngin dünyanın sehrini dağıtmadı.
Əmma bunlar hamısı Gülənovun təntənəli qalib səsi eşidilənə qədərmiş.
* * *
Quyunun dikdirinə qalxıb kömür, taxta, kərpic qırıntılarını, yüz ilin xarabası
kimi qaralan dağılmış divarları və toyxana genişliyində çadırı görəndə Səməd
hiss etdi ki, burdan o yana yolu yoxdur. Geri dönüb, boğuq qışqırtı ilə, İblis
zənənin hələ də ötən səsini batırmağa çalışdı:
- Demədimmi bəsdi, ay qırsaqqız?! - dedi. - Uşaqlıqda Gülgəzin xəttiynən
məktub yazardın. Unutmamışam. Bəs indi yazdığın nədi?! Sən də zəhərlisən, ilan
törəməsi! Tfu sənə, Gülbəniz! Yeni Şənbə!
Axşama yaxın toranında qaralılarla dolmuş Sudüşənə baxıb dərhal başa
düşdü ki, qışqırtısı tək Gülbənizə aid deyil; bayaq sirkanlıqların aralarından
baxan o heyrətlə dolu gözlərədir; Təftişin briqadasında "uşaq-muşağa" dediyi
fikirlər də burda başqa cür - lap açıq-saçıq şəkildə hədəfə çatmalıdır.
Hamı eşitsin, - dedi. - Məmiş Əlləzoğlunun qızı Gülgəznən mənim aramda
uşaq ünsiyyətindən, saf münasibətdən başqa heç nə olmayıb! Gülgəz mənim
əmimin arvadıdı! Həyat yoldaşıdı! Car çəkirəm ki, əmimin namusu mənim
namusumdu! Düşmən qurğu qurub, Sultan Əmirlini bədnam eləmək, ləkələmək
istəyib. Əmma uduzub düsmən!
Ölkəmizdə böyük hadisələr baş verir. Sultan Əmirli həmişə böyük işlər
görüb, bundan sonra daha böyük işlər görəcək. Əgər məndə az-çox qeyrət varsa,
mən də kömək eliyəcəm, dayaq duracam ona. Heç kəs qarışmasın bizim
münasibətimizə. Öz ürəyim var mənim, öz ağlım, öz düşüncəm var! Dünyadan
xəbərsiz olsam da, öz ürəyimnən, öz ağlımnan görürəm hər şeyi. "Yeni Şənbə"
dedim mən bu zənənə, təhqir eledim... Bağışla kobudluğumu, Gülbəniz. İnanıram ki, sən də çox əzab çəkirsən.
Mənə görə yox, yəqin ki, hisslərinə xəyanət eləmək istəmədiyinə görə əzab
çəkirsən. Hisslərinə sadiq qaldığına görə mələksən, İlana qulluq elədiyinə görə
ilansan! Necə ki sən mənim qulluğumda durmaq arzusundasan, mən də ömrüm
boyu bütün yaxşı adamlara, o cümlədən Sultan Əmirliyə qulluq eləmək
arzusundayam!
Çayın suyunu duruldan çaylaq daşıdı, Gülbəniz! Sən daşın bir üzünün
soyuqluğuna fikir vermisən, mən daşın üzünə sürtünüb enib çaxrağın altına yatan
lilə-palçığa fikir vermişəm. Çaylaq daşı olmasa, daş-daşa söykənib çaxraq
yaratmasa, çaxraq lili-palçığı udmasa, sular durulmaz, Gülbəniz!
İcazə ver, mən də öz təbiətimə sadiq qalım.
Qurban əmi, Qılınc Qurban həmişə əzab çəkir ki, təhsil görməyib. Əmma
alimlər mühitində olub o kişi, nadir alirmərdən dərs alıb. İnsan haqqında, dünya
haqqında! Sən onun əzabını duymamısan, səni inandırıblar ki, Qılınc Qurban
ürəksiz adamdı, başqalarının ürəyindən xəbərsizdi. Mən isə duymuşam onun
əzabını, dərk eləmişəm ki, məhz əzab çəkdiyinə görə həssaslaşıb, gözü
"fotoaparata", zehni "kapirovalnaya bumaqa"ya dönüb. O adi sovet sədri,
beynəlxalq miqyaslı casusu - kəşfiyyatçını necə ifşa elədi, eşidirdin ki?!
Atamın dəfnində nə qədər adam olub, Qılınc Qurbandan başqa görən, bilən
varmı ki, nəfəsi kəsiləndə mənim üzümə baxmaqnan nəfəs alır Sultan Əmirli?!
Hamınız Bezobrazıyedən danışırsınız, Sultan Əmirlini də Bezobraziye
çirkabına batırırsınız. Car çəkirəm, hamı eşitsin: Stalin, Bağırov, Ordjanckidze,
Beriya, Şahənşah və sair Bezobraziye ustaları sözün əsil mənasında cəhənnəm
yaradıblar o tayda, bu tayda. Sultan Əmirli, Mədəd Əmirli, Qılınc Qurban isə
Bezobraziye cəmiyyəti içində insan saxlayıblar! Bu gün dərk elədim mən bu
həqiqəti. Qılınc Qurbandan başqa görən, bilən varmı ki, Bezobraziye qazanında
Sultan Əmirli neçə dəfə ölüb-dirilib?!
Çürük aşıqnan Xızr Abının "Ustadnamə"sini eşitmiyən adam yoxdu: "Can
cana bağlıdısa, can da cahana bağlıdı". Təzə-təzə dərk eləyirəm mən bu
sözlərdəki hikməri. Mənim səcdəgahlarım Sultan Əmirliynən Qılınc Qurban,
Xızr Abıynan Çürük Aşıq məhz cahana bağlı, vətənə bağlı adamlardı! Sultan
Əmirlidən məni ancaq ölüm ayıra bilər! Buna görə də tələb eləyirəm ki, bizim
axar çaymızın suyunu bulandırmasın
heç kəs! O cümlədən Təftiş Abbas da, çörək ucundan dəmir yoluna ayaq
döyənlər də, şəhərə-bazara dağılışanlar da! Sultan Əmirlidirmi kolxozu xaraba
qoyan?! Rayonda əsən səmumu Sultan Əmirli əsdirib?! Aydın deyilmi ki, katibi
bütün səlahiyyətlərdən məhrum eləyiblər?! Aydın deyilmi ki, rayon partiya
komitəsinin ancaq adı var! Əlləri qanlı siyasi cinayətkarlar hökmrandı burda!
İlanlar! İlanlar!
Mirqəzəbin qəbrini qazıb qayıdandan sonra, burdakı Bezobraziye ilanlarını
kürüyüb atandan sonra bilərsiniz kimdi Sultan Əmirli!..
Qışqırtısı nə qədər boğuqdusa, bir o qədər də heybətli idi. Eynilə Təftişin
arabasının dalınca cumanda olduğu kimi, gözlərində qırpım-qırpım döyüntülər
atılıb-düşürdü və bu döyüntülər işıqla qaranlığın qarışığında əks eləyib, havada
bir cüt xırdaca ürək kimi açılıb yumulurdu. Əmma Səməd taya kimi yüklənmiş
arabaların taya qaraltılarından başqa cavanların arasında Təftişin div qaraltısını
da, Kərpickəsənlərin qocalan, qanları arasında Möhsün kişinin şəlit geyimli
yastıraq qaraltısını da görürdü. Qudalıların gur dəstəsi arasında üç yoğun adamın
- Xəlvət Rəhimin, Qıllı Qeybalının, Piyli Qayının qaraltılarını da, kanal boyunda
cığırdan enib, əlləri çamadanlı, çiyinləri xurcunlu, heybəli gələn "alça-malça
satanlar"ın cərgələrini də görürdü. Səhər-axşam cəmaatın, at-arabanın, malheyvanın ayağı altında nə qədər tapdansa da, gur-kükrək otu yapıxmayan
Sudüşən çəməni adamların ayaq səslərinə, arabaların tıqqıltılarını udub, hərəkət
axınındakı bu sükutu gizlin, müəmmalı həyəcanla doldururdu: Səmədin bütün
varlığını göstərən sözlərə hamı laqeyd idi?! Yoxsa, bu sükutda nə isə başqa məna
vardı?
Toran qatdaşdıqca meşədən Sudüşənə əlavə toranlıq gəlib, arabaların taya
qaraltılarından aşağıda boyunduruqlu kəlləri, öküzləri uddu. Həmin bu vaxt
Gülənovla milisionerlərin əllərində Çin fanarlarının işıqları çadırın arxasından
çıxıb çəmənə düşəndə kəllərin, öküzlərin gözləri parıldaşdı, adamların kölgələri
çaxnaşdı, bununla birlikdə Səmədin ürəyində, ağlında, iradəsində də çaxnaşma
başlandı.
Gülənov məhlə milisionerləri ilə, birbaş onun üstünə gəlirdi.
Səməd o dəqiqə başa düşdü ki, qatili qoşalülənin qabağından alıblar və indi
özləri həbs niyyətindədirlər.
Dikdirə qalxanda Gülənovun qarnı sallanıb dizlərinin bərabərinə endi.
Dikdirdə, Səmədin iki addımlığında dikələndə isə qarnı qabarıb irəlidə durdu,
parıltılı çiyinləri dala dartıldı, qoltuğundakı qırıq, əzik çamadan tappıltı ilə düşüb
açıldı və daşın, xırın üstünə yaymalandı.
Gülənov kitelin bir cibindən qırmızı diplom, o biri cibindən bir ovuc axçaqızıl çıxartdı. Əmma nə diplomu Səmədə verdi, nə də axçalan. Cildinin zəri
parıldayan diplomu da ovcunda bərq vuran qızılla birlikdə cəmaata göstərib, yəni
nümayiş etdirib, çamadanın üstünə tulladı. Bir cüt at gözü əvəzinə, bir cüt neştər
işıldadı:
- Eşq dəlisi olanda nə olar. Baxmayaraq ki, bu eşq dəlisi Şənbənin nənəsinin
damına gedir. Deyəsən yaxşı sağaldıb səni qarmonçu. Dodaqlarıyın, üz-gözüyün
dərisi sağalır... - çəmadanı göstərdi - çalış bir də tökülüb-itmə! Milisəynən aranı
vursan da, şeylərini yığışdırmağa həməşə hazırdı milis. Mən istəməzdim ki, əlayağını da milis yığışdırsın. Odu ki, tövsiyəm var sənə, qadası. "Əmimin
namusu", Əmimin namusu" deyib, xəlvətdə tərsinə eləməyinə yenə dözmək olar.
"Sultan Əmirlidən məni ancaq ölüm ayıra bilər" deyib gözümüzə kül üfürüb,
xəlvətdə başqa məqsəd güdməyinə heç cür dözmək olmaz!.. Yaxşı ki, Əllozoğlu
ölməyib hələ. Ağaca dəyəndə beyni silkələnib. Xəstəxanadan sağ çıxsa, onun
məsələsinə də baxarıq. Bu boyda mülkü yandırıb. Bir aləm avadanlıq, rəhmətlik
Mədədin palpaltarı... Cinayət işi qaldırılıb. Sənnən bərabər gərək onu da
məsuliyyətə alaq. Əmbə yaşı ötgündü, özü də Sultan kimi adamın qayınatasıdı,
məsuliyyətə alınsa, Kişiyə də ləkə gətirər. Bütün bunları nəzərə alıb, nə sənə
toxunuruq, nə ona. Bu şərtnən ki, əvvəla, belə tökülüb-itmiyəcəksən. Partiya
işçisisən, məsul vəzifə tapşırılıb sənə. Belə şeylərnən belə vəzifə bir araya
sığışmaz.İkincisi və ən vacibi də budu ki, Kişiynən ədavətini bəri başdan qurtar.
Gecəni qarının damında yatıb, burda cəmaatın gözünə kül üfürə bilərsən, milisin
yox! Milisin gözü itidi, yumruğuna fakt yığanda vurduğu adam yerindən
qalxammır. Odu ki, sən yalan əmi məhəbbətini dilinə alma, rahat otur, qadası...
Həm tövsiyyədi bu dediklərim, həm də xəbərdarlıqdı!.. Xalq qarşısında söz ver
ki, Sultan Əmirliyə xətərin dəymiyəcək. Söz ver! Yoxsa, tutaram səni!
Bir cüt neştər də aşağıdan - Qıllı ilə Piylinin arasından parıldadı:
- Mən tövsüyəmi demişəm. Bir də deyirəm: "Kişi biznən çörək kəsir. Sən də
kəs, bala! "Yoldaş Səməd" dedim, hörmət mərtəbəsinə qaldırdım... Durammır
hörmət mərtəbəsində, ay nəçənnik. Belə ki görürəm, heç vaxt durammıyacaq.
Eşq dəlilərinin hansı durub ki, bu da dursun?! Söz-zad verən deyil bu. İşini gör!
Neştərlər elə kəsdi, elə doğradı ki, ətrafda heç kəs səsini çıxartmadı. Əgər
Səməd lap azacıq da olsa səbrini itirsəydi, daha nə özünü xilas
edə bilərdi, nə dünyasını. Böhtanlar çirkabında, qurğular torunda, şübhəsiz,
özünü də məhv edərdi. Sultan Əmirlini də.
- Demək, tökülüb itirəm... Demək həm eşq dəlisiyəm... Həm də pozğunam...
Söz verməliyəm ki, Sultan Əmirliyə toxunmuyacam...
Susub nəfəsini dərdi. Canında üzgünlük hiss edirdi. Başı çiyninə əyilir, köksü
ağır-ağır qabarır, enirdi. Qeybalının fısıltısı, nəriltisi eşidildi:
- Ölür ki, bu yazıq, ay nəçənnik! Aman ver toxtasın!
Gülənov güldü.
- Mən amansız olmamışam heç vaxt! Gücünü palıdın altında sərf eləyib əl
qaldırıb sovet milisinə. Olan-qalanını da, bilirsiniz damda qoyub. Güc qalarmı bu
yazıqda - dedi. Və səhvi də elə bunda oldu ki, ləngidi. Neştərlərini açıq, öldürücü
təntənə ilə parıldada-parıldada dayanıb, düşməninin dodaqlarının qaralmış
dərisindən hələ də qan sızdığına tamaşa elədi, Səməd isə, eynilə "əşyayi-dəlil"
nalı görəndə olduğu kimi, bədəninin təpədən dırnağa soyuduğunu hiss edə-edə,
güclü Bezobraziyenin qarşısında güclü olmaq ehtiyacından törəyən gərgin
təmkinlə dayanıb, düşünməyə imkan tapdı və beyni nə qədər sıxılsa da, bu
adamla ilk dəfə üz-üzə dayandığı günü - döşü yazılı saqqızın altını xatırlayarxatırlamaz, söz öz-özünə gəldi:
- Tökülüb-itməyim təzə deyil, Gülənov... Yeddi il səkkiz ay keçib o
vaxtdan... Şey-meyi yox, ürəyimi, ağlımı, iradəmi itirmişdim... Təftiş Abbasın
sahəsində, tək palıdın yanında Qılınc Qurban itirdiklərimi yığışdırdı verdi
özümə. Ağlımı, inamımı, etiqadımı tapdım... Nə bu yandırdığınız evi var-dövlət
sayıram, nə də o qızılı. Mənim dövlətim içərimdədi. Dövləti içərisində olan
adamın gözü də hamının gözündən iti olur, Gülənov, əli də hamının əlindən sərt
olur. Vurduğu adam yerindən qalxmır. Sənin milisin mənə ancaq təsadüfən zor
göstərdi. Belə qərara gəlirəm ki, milis adına böhtan olan bu Xaş nəçənniyin əlayağını yığışdırmaq lazımdı. Bakıya aparmışdılar məni. Qayıtmışam ki. Bezobraziyeynən döyüşüm.
Üstündə qan ləkələri qaralmış, qolsuz köynəyin altında daş əzələlər oynayıb
öz işini gördü: zərbə Gülənovun alt çənəsini sağdan sola fırladanda Gülənovun
yüz kiloluq bədəni də sağdan sola fırlanıb, dolu çuval kimi dığırlanıb, bir də
dikdirin ayağında dayandı. Elə döşəli halında Gülənovun qırmızı, ətli əli kitelin
ətəyini çirməyib, pistoletin qoburunu
dartışdırdı. Əmma bir an da keçmədi ki, Təftişin qırx beş nömrə "sapoğu" o
qırmızı, ətli əlin üstünə endi.
İkinci zərbə Qıllını yıxdı: Qeybalı da eynilə Gülənov kimi dığırlanıb, dikdirin
çəmənə qovuşduğu yerdə - Ağsaqqalının ayaqlarına ilişib dayandı.
Üçüncü zərbə Piylini yıxdı: Qayım da dığırlanıb, Qeybalının yanına getdi.
Məhlə milisionerləri Səmədi tutmaq əvəzinə yıxılanları qaldırmağa çalışdılar.
Qışqırtı-bağırtıda, çaxnaşmada Səməd daha heç kəsi görmədi. Gördüyü indi
ancaq həmin zümrüd səma idi - qaranlıq göyün arxasında öz gözəl rəngində
gərilmişdi. Səməd nə yerə baxırdı, nə göyə; qabarıb oynaşan, döyüş tələb edən
əzələlərini yığmaq, toxtamaq üçün gözlərini yummuşdu, əmma səmasının
ucalığını, dərinliyini, genişliyini bütün aydınlığı ilə görürdü. O dərinlikdə sədr
Mədədi görürdü. Atasının səsini eşidirdi: "Səmədim - SimOdum - uca həqiqətim!
Səmədim -SimOdum - uca həqiqətim!.."
Səməd görüntündən və səsdən bu dəfə heç təəccüblənmədən, vəziyyətinin
qeyri-adiliyini düşünmədən, özünü də orda - zümrüd ucalıqda, dərinlikdə,
atasının yanında gördü: ayaqları burda - quyunun dikdirində idi, başı orda -
yuxarıda idi; hiss etdiyi, anladığı isə bircə bu idi ki, həyatında kəskin dönüş
yaranmışdı. Bu dəqiqədən etibarən nə isə olmalı idi, çox ciddi hadisələr baş
verməli idi.
Səməd səhv eləmirdi...
Gülənov nə vaxt ayağa qalxdı, hara getdi, niyə getdi'? "Yoldaş Səmədi"
gündüz "çörək kəsməyə" çağırıb, axşamısı burda neştər çıxardan Qudalı
ağsaqqalı, Qıllısı, Piylisi və it xılı məhləsinin gur dəstəsi ilə hara rədd oldu?
Səməd bunların heç birini bilmədi. Sədr Mədədin Bircə balası ilə Qonaqlı
cəmaatının yeddi il səkkiz ay ayrılığından sonra birdən-birə elə görüş vulkanı
püskürmüşdü ki, bu vulkanın gözündə Sudüşən, Hacehsan çəmənlərinin axşam
sərinliyindən, moy, mixək ətrindən, kəpənək, qaranquş qanadlarından, doğma
səslərdən və isti nəfəslərdən başqa heç bir zir-zibil yoxdu: Səmədi qolları ilə yox,
Sudüşənin, Hacehsanın axşam sərinliyi ilə qucaqlayırdılar; alnından,
yanaqlarından dodaqları ilə yox, kəpənək, qaranquş qanadları ilə öpürdülər;
öpəndən sonra
üzünü kəlağayılarının, qıymaçalarının ucları ilə yox, moy, mixək ətri ilə
silirdilər; qucaqlaya-qucaqlaya, öpə-öpə dediklərini də adi səslə yox ən gözəl
mahnıdan da gözəl mahnı ilə deyirdilər:
- Mədədimizin balası, Mədədimizl Umudumuzu sənə bağlamışıq, ay
umudumuz! Dizimizə dirək gətirdin, ay dirəyimiz! - deyirdilər.
- O vuran əlini ver, ürəyimizin üstə qoyaq, ürəyimiz toxtasın, ay ürəyimiz!
Lap körpəlikdən haqq-ədalət əlidi sənin əlin, ay ədalətimiz! - deyirdilər.
- Bilirdik ki, sədrimizin qisasını sən özün alacaqsan. Kişiliyi olanlarda da
kişilik, namus, qeyrət qoymayıblar, a namusumuz! Ay qeyrətimiz! - deyirdilər.
- Səndən başqa heç kəs öhdəsindən gələmməzdi Xaş nəçənniyin! Dana,
buzov qoymayıb kənddə. Həyət-bacamız bərəkət tutar bundan sonra, a
bərəkətimiz! - deyirdilər.
- Böyüklü-kiçikli, oğullu-qızlı, hamımız yolunu gözləyirdik. Sən gələn
yollara qurban, a Koroğlumuz! Daha heç yana buraxmarıq səni burdan! –
deyirdilər.
Və bu mahnının sonu yoxdu...
Arada Səməd Təftişlə Möhsün kişinin səslərini də, atının belində, çiyni
qoşalüləli gəlib-gedən Qılıncın səsini də eşitdi; Təftiş kənardan-kənara, qəzəbliqəzəbli: - Ay cəmaat! Bəsdi, ay cəmaat! Buraxın onu görək nə çarə qılırıq
başımıza! Xalıqı Qurbanın əlindən alıb Bezobraziye! Qan tökülür! - dedi;
Möhsün kişi də açıq narazılıqla: - İşin kökü dərindədi, ay uşaq. Bu xəmir hələ
çox su aparacaq! - dedi; Qılınc isə atı birbaş quyunun üstünə, qız-gəlinin arasına
sürüb:
- İt xılı qudurub! Ehtiyatlı ol! Sultana zəng vurdum, özü gəlir. Ancaq gözlə
özünü! Belə getsə, tutacaqlar səni! - dedi, əmma bunların heç biri mahnının
ahəngini pozmadı.
Çadırın bərabərində, Ortayolun sağında, çəpər arxasında Əlləzoğlunun evinin
qamış damı bozarırdı. Yol boyunca qara hasar kimi uzanan çəpərin
qurtaracağında nə vaxtsa şumlanıb, elə şum qalıb bərkimiş əkin sahəsinin
ortasında, şax budaqları mal-heyvanın ağzında getmiş beş-altı qırıq-qırtıq əvik,
şaftalı ağacının arasında Lüt Cəfərin yastı damlı çiy kərpic evinin suvağı
tokülmüş divarı bozarırdı. Bəriyə - yola baxan tək pəncərə də, aşağıya -
Əlləzoğlunun çəpərinə baxan iki pəncərə də, qapı da bağlı idi. Yolun solundan -
Xəlvətin həyətindən vuran gur işıqda, o bərkimiş şumla qırıq-qırtıq ağaclar da,
qapı-pəncərəsi bağlı evin suvağı tökülmüş divarı da sahibsizlikdən, yoxsulluqdan xəbər verdi. Səmədin Cəfər
əmi - Lüt Cəfər barədə eşitdiyi, bildiyi faciədən əlavə, Ayna bacı barədə daha bir
"Durnaboğaz elqızı"nın dərdini danışdı. Əmma, bu da mahnının ahəngini
dəyişdirmədi, çünki "Mədədimizin balası, Mədədimiz" deyən gözəl mahnının
özü də kədərlə dolu idi; Ortayolun çala-çuxurunda arabaların taqqıltıları,
cırıltıları içində aramsız ötənlərin mahnılarını dinlədikcə qəhərini necə udurdusa,
Səməd o şuma, ağaclara, divara baxanda da qəhərini eləcə udub, ətrafına
boylandı.
- Bəs Ayna bacı hanı? Niyə görmürəm?
- Görəcəksən. Onu da görəcəksən, a Mədədimiz! - dedilər.
- Ölməyib Ayna bacın! İnsanın üzü daşdan qayımdı, - dedilər.
- Məhərin budkasının qabağında obaşdandan gecə yarıyacan vaqonların
ayaqlıqlarına baxır. Gözləməsi çoxdu, - dedilər.
- Qardaşı Yusif kənddən üz döndərib, Şənbənin şəhərdəki evinə girib,
rayonda. Onu da sizə qatır, səhərdən axşamacan alça sata-sata mələyir orda.
Gecə də mələyə-mələyə qayıdır! – dedilər.
Quru taxtaya dönüb. "Öldür məni, ya rəbbim!" - deyə-deyə yumruğunu
sinəsinə çırpanda sinəsi taxta təki taqqıldayır! - dedilər.
Və bu mahnının arasında bir ad çəkdilər: Cəfər əminin sonbeşik qızı
Dinarənin - Dinişin adım...
* * *
Cəfər əmi - Lüt Cəfərin qızları bir yaş, yaş yanında bir-birinin üzlərini
görmüşdülər. Yəni çox südəcər doğulmuşdular, hamısı da Ayna bacıya çəkdiyinə
görə bir-birindən seçilmirdilər. Üstəlik, böyük qız Dilarədən - Dilişdən başlamış,
sonbeşik Dinarəyə - Dinişə qədər, səkkizinin də adı "D" ilə başlayıb, "arə" ilə
qurtardığına görə adları da qarışırdı və bütün kənddə cəmisi on-on beş adam
bilirdi ki, Dilarə -Diliş hansıdır, Dinarə - Diniş hansıdır.
O on-on beş adamdan birincisi, yəni Cəfər əmi - Lüt Cəfərin qızlarına ən çox
bələd olan isə Bircə bala "Dəli Səməd"di.
Bu srik, şaftalı ağaclarının ağ, çəhrayı çiçəklərlə bəzəndiyi vaxtlarda Cəfər
əmi arı pətəklərinin qapağını qaldırıb uzun burnunu sallayıb, "canındakı
revmatizmi müalicə eləməkdən ötrü özünü arıya vurdurandan" sonra bir-iki gün
həyətdən bayıra çıxmırdı. Haman günlərdə qızların cingiltili gülüşləri gedib "Dəli Səməd"ə də çatırdı və Səməd öz daimi
dəstəsi ilə - Yusif kimi gözəl Yusiflə, Qaraçı gözəli və Gülbənizlə birlikdə dərhal
o gülüşə gedib görürdü ki, Cəfər əmi qurşaqdan yuxarı çılpaq bədənini
döşəkağına bürüyüb, başına da Ayna bacının kəlağayısından, şaldan-zaddan bir
şey salıb, duvaqlı gəlinsayağı örtünüb, divarın dibində - günəqarşıda oturub.
Qızların səkkizi də ayaqqabını çıxarıb, evin sağ-sol tərəflərindən pişik yerişi ilə
gedib, gah kəlağayını, şah, gah da döşəkağını birdən çəkib aparırdılar. O
cingiltili gülüş də bu vaxt qopurdu. Çünki "özünü arıya vurdurandan" sonra
Cəfər əminin arıq, nazik sifəti şişib bir ləyən qıcqırmış xəmirə dönürdü, burnu
daha da uzanıb batıq dodaqlarının üstündə dururdu, qabırğaları sananan quru
taxta bədənində döşləri "məmə"yə çevrilirdi. Qızları ən çox güldürən, əyləndirən
isə bu idi ki, kəlağayı, ya da şal üzündən, döşəkağı bədənindən gedəndə
uşaqların əyləncəsini oyuna çevirmək, gülüşlərini şaqqıltıya çevirmək üçün
Cəfər əmi artistliyə başlayıb "qəzəblənir"di: "Bu saat hamınızı soyundurub, arını
canınıza daraşdıracam" - deyib guya, gözləri şişib qapandığma görə kor kimi
əllərini qabağa uzadıb, evin dövrəsində fırlanırdı. "Dəli Səməd"lə Yusif və
Gülbəniz də bu oyuna qoşulub, böyür-başdan Cəfər əminin "məmələri"ni, sallaq
burnunu çəkişdirib, qızlarla birlikdə qaçışmağa başlayırdılar. Bu oyunda
uşaqlardan ancaq ikisi iştirak eləmirdi. O ikidən biri Qaraçı gözəli idi; ağacların
çiçəklərinin altında, yerə səpələnmiş ağ, çəhrayı ləçəklərin arasında oturub,
başını yana əyib tamaşa edirdi. Səməd gedib əl-qolundan çəkişdirəndə "Ayıbdı,
Cəfər əmi çılpaqdı" - deyirdi. Oyunda iştirak eləməyənin ikincisi isə Cəfər
əminin sonbeşiyi Dinişdi. Əsil oynamalı, gülməli vaxtı olsa da, nə isə çox
fağırdı, eyni ilə Qaraçı gözəli kimi, başını yana əyib tamaşa eləməyi daha çox
xoşlayırdı.
Qırx-qırx birinci illərdə və hətta "Lüt qabırğalarını qospitalda qoyub
qayıdanda" – müharibə vaxtı da Cəfər əminin həyətində belə oyunlar olurdu və
balaca, fağırca Diniş de elə orada - ağacların atlında Qaraçı gözəli ilə yanaşı
oturub, fağırlığında qalırdı.
Müharibədən sonra, qırx altıncı ilin yayında "Tərksin" mağazası açılmışdı. O
vaxt kənddə dükanda işləyən Qudalı Qayıma, sonrakı ofisiant Qayıma, indiki
"Qudalı kassiri" Piyli Qayıma da 'Tərksin malı" ipək vermişdilər ki, müharibədən
"trafeya qızdı" gətirənlərə satsın. Əmma bədbəxtlikdən, Qonaqlıdan gedənlərin
çoxu "qırılan diviziya" deyilən diviziya ilə birlikdə qırılmışdı. Qayımın "torksin
malı" satdığı
günlərdə cəmi iki əsgər gəlmisdi. Biri o vaxtkı Komsomol Məleykənin, indiki
raykom katibi Məleykə Muradovanın qardaşı idi - o vaxtkı Əkə Murad, indiki
"xüsusi qrup üzvü" Murad Muradovdu, ikincisi indiki Dam direktor Ələsgər
müəllimdi ki, onların da "trafeya"sı-filanı yoxdu. Bütün kənddə ikicə adam -
Xəlvət Rəhim, bir də Qayım özü hardansa "trafeya qızılı" tapıb, Qudalı
məhləsində gəlinləri, qızları qırmızı-yaşıl ipəyə bürümüşdülər. Bu vaxt "Dəli
Səməd"in on ahı yaşı vardı, "əzələlərini daşlaşdırdığı" çağların dalaş-davalı
qayğıları Cəfər əminin qızlarının oyunlarını unutdurmuşdu. Qızlar özləri də,
Ayna bacı kimi xırda sümüklü olduqlarına baxmayaraq, nisbətən böyümüşdülər
və Cəfər əminin haman "qırılan diviziya"da qırılanların evlərindən yığıb evinə
doldurduğu yetimlərə qulluq elədiklərinə görə susqunlaşmışdılar. Sonbeşik Diniş
isə, məktəbə ayaq basdığı gündən birdən-birə üz açıb, dalaşqan və qara-qışqırıqçı
olmuşdu. Məktəbdə hamısı qabaq partalarda oturan Qudalı qızları ilə
saçyolmasına çıxırdı, Ayna bacının "cana-qana gətirməkdən ötrü gah yağ
yaxması, gah da qoqlu-moqlu" yedirtdiyi yetimlərlə cırmaqlaşırdı ki, "Mən də
tərksin donu istəyirəm!" Məktəbə və ya idarəyə gedəndə, məktəbdən və ya
idarədən qayıdanda "Dəli Səməd" Cəfər əminin evindən həmişə Dinişin
çığırtısını, boğazını yırta-yırta hönkürdüyünü eşidirdi.
Günlərin birində Dinişin əməlli-başlı göynəyə-göynəyə hönkürdüyünü
eşidəndə evə cumdu, anasının "saxlancın"dan bir ovuc qızıl-"axça" götürüb,
aparıb dükanda "daxıl"ın üstünə atdı, əvəzində bir top ipək alıb, qoltuğuna vurub
aparıb Ayna bacının "Sinğer" tikiş maşınının yanına atdı. "Tik". Birinci Dinişə,
torksin donu!" Heç iki günkeçmədi ki, bütün qızların bədənlərində torksin ipəyi,
yetimlərin əyinlərində isə al-qırmızı köynəklər parıldadı. Sonra isə "Dəli
Səməd"i daha da dəli eləyən bir hadisə başlandı... Məlum oldu ki, "Dəli Diniş"
"Dəli Səməd"ə vurulub! Buna görə də yetimlərin "qoqulu-moquluları"nı
oğurlayıb aparıb, Kətyənli məhləsində "acından ölən gədələrə", süddən kəsilən
gəlinlərin körpə qızlarına yedirdib, möhkəm-möhkəm tapşırırdı ki, "gedin kəndin
ortasında hoppanışın, qışqırışın ki, "Dəli Səməd Dəli Dinişə vurulub, Dəli Diniş
də Dəli Səmədə vurulub". Kətyənli uşaqları "qoqulu-moqulunu guppultuynan
udub", gedib Ortayolda "...vurulublar"-filan qışqırışanda isə Ayna bacıya dərhal
məlum oldu ki, "hamısı Dinişin işidi", Ayna bacı qızının donunun dalını qaldırıb
"yumşaq yerini" qıp-qırmızı eləyənə qədər şappıldadırdı.
O vaxt Cəfər əmi idarə heyətinin qərarını çıxarıb, "qırılan diviziyada
qırılanların" uşaqları, yəni evində saxladığı yetimlərə "Fond hesabına" on bir çiy
kərpic ev tikdirmişdi, qarğıdalı, taxıl, noxud, maş və sair belə-belə şeylər əkib
"yetimləri dirçəltməkdən ötrü" əlavə əkin sahələri paylamışdı. Yetimlər isə,
qəribə idi ki, elə bil Cəfər əminin yaxşılığının əvəzində hər il "qara-quru
qızlar"dan bir-ikisini "götürüb qaçıb" o evlərə - yetimlər məhləsinə aparırdılar,
heyətə ərizə yazıb öz yeni ailələri üçün "bir baş sağmal inək", "beş-üç qoyun"
alıb, "kişiləşib" "adam olurdular". İndi isə... Səməd diksinib, ayaq saxlayıb,
təəccüblə soruşdu ki:
- Yetimlər məhləsi niyə boş kimidi?!
- Hə... Boşalıb... yoxdular, ay Mədədimiz, - dedilər.
Niyə? Demə, Qudalı gombulları "rayonu materialnan doldurubmuşlar;
yazıbmışlar ki, "bu var-dövlətin hamısı kolxozun hesabına düzəlib, "Belə
qanunsuzluğa dözəmmərik biz!" Gecələr, yetimlərdən kim isə evdə olmayanda
içəri soxulub, Lütün qızlarına əl uzadırmışlar". "Vağzal bufetində içib dəmlənib
kəndə qayıdanda məhlənin həyət bacasında şalvarlarını aşağı salıb hər yeri
batırırmışlar", "gecənin bir aləmində bar-bar bağırırmışlar ki, "o əkin yerləri
dədə-babadan Qudalıların olub! Vermiyəcəyik sizə!" Və doğrudan da suvarma
vaxtlarında arxın suyunu Qudalı məhləsinə ötürüb, yetimlərin qarğıdalılarını,
taxıllarını yandırırmışlar.
- Köçdülər bədbəxt yetimlər, ay Səməd! Getdilər! Yurdları boş qaldı.
Əkinləri Rəhim kişi öz "çoxuşaqlı Qudalılar"ına paylatdırdı. Xaraba qalıb
yetimlər məhləsi!
Səməd hiss etdi ki, bu "xarabalıq"da köhnə düşmənliklə bağlıdır; yadında idi
ki, Xəlvət Rəhim idarəyə heç vaxt qalmaqalsız getməzdi. Hələ Ortayolda ikən
bar-bağırardı ki, "öz kürəkənlərinə yedirdirsən kolxozu. Bəs bizimkilərin aclığı-
susuzluğu yoxdumu, ay Lüt milyoner köpəyoğlu!" - Kabinetə girən kimi hər dəfə
bir şagird vərəqini Cəfər əminin stolunun üstünə şappıldadıb: "Qol çək bura!
Qalanını özüm yazacam. Pendir lazımdı! Yağ lazımdı!.." - O qədər bağırardı ki,
yazıq Cəfər əmi köksünü ötürə-ötürə ağ kağıza qol çəkərdi, mızıldanıb: "Al!
İtaparan olsun!" - deyərdi.
Səməd boş məhlədən gözünü çəkib Dinişə baxdı. Yadında idi ki, "qara-quru"
qızların, yetimlərin sayı lap azalandan sonra da Dinişin çığır-bağın kəsilmədi.
Bütün kənd kimi, nəhayət, "Dəli Səməd" də laqeyd qala bilməyib, gedib Ayna
bacını eşiyə çağırdı: "Bu nə biabırçılıqdı, ay bacı! - dedi. Bir o qalıb kəndə car çəksin Dəli Səməd alır məni!.."
Bununla da, Dinişin səsi batdı, əvəzində, hər dəfə Səmədlə rastlaşdıqca, səssizsəmirsiz tökülən göz yaşları seli başlandı... Yolda kim isə gülə-gülə bu əhvalata
əlavə elədi:
- Sən gedəli gözünün yaşı qurumurdu! - dedi.
- Dirildi!
- Gəlişin Torksini də güldürdü, diriltdi, a xoşqədəm! - dedilər. Əmma "Diniş"
adı ilə "torksin" kəlməsi ayrıca mahnı oxuyub, "qırılan diviziyada qırılanlar"
adlanan köhnə yara yerində "Cəfər əmi - Lüt Cəfər" adlanan təzə yaranı da
ağrıtdı. Məhz buna görə də Səmədin qolları öz-özünə qalxıb Dinişə - Torksinə
doğru uzanıb, Torksinlə birlikdə Cəfər əmini də, on bir yetimi də, Ayrıa bacını
və qızlarını da qucaqlamaq istədi.
Səmədin xəbəri yoxdu ki, bayaq quyunun dikdirində Süduşənin, Hacehsanın
axşam sərinliyi boynuna sarılanda, o sərinliyi gətirən qollar arasında Dinişin
qolları da vardı, bir yox, bəlkə beş dəfə sarılmışdı; o kəpənək, qaranquş qanadları
alnından, o üzündən-bu üzündən öpəndə, o qanadları gətirən dodaqlar arasında
Dinişin dodaqları da vardı, bir yox, bəlkə beş dəfə, on dəfə öpmüşdü. Əmma
orda Səməd qırılan əsgərlərin vaxtsız qocalmış arvadları ilə onların qızlarını,
gəlinlərini görmüşdü, daha doğrusu, hamını eyni gözlə görmüşdü.
Mahnının davamı yetimlərin taleyindən söz açıb Səmədin qollarını yanına
saldı və Torksin tay-tuşlarının arasından çıxıb böyrünə qısılanda Səməd onun
pioner qalstuku kimi ensiz, qara qıymaçasının arxasında sığalsız, pırtlaşıq saçını,
qara qoftasının altında tamam ətsiz, quru-taqqanaq çiynini sığallaya-sığallaya
dayanıb hərəkətsiz qaldı.
Səhər alatoranda Əmirli mülkünün alov sütunu göyə dirənəndə, o sütunun
işığında Səməd Ortayolla üzüaşağı tökülən cəmaatdan başqa, bu yanda - yolun
sağında bir cərgə təzə ev görmüşdü, əmma at belində qoşalüləsini guruldadan
Qurban əmi ilə cəmaata necə laqeyd baxmışdısa, təzə evlərin cərgəsinə də eləcə
laqeyd baxıb, dərhal da unutmuşdu. İndi isə... məlum oldu ki, "Yetimlər
məhləsi!" "Xaraba!" Səbəb isə budur ki, "İt nəfəsi dəyib bu məhləyə. Qudalı
xılının nəfəsi dəyib. Elə murdarlayıblar ki, yetimlərin qayıdıb bu bağlı qapılan
açmağına daha heç kəsin umudu yoxdu".
Səməd heç nə başa düşmürdü. Ətrafında isə birdən-birə sükut başlanmışdı.
İrəlidə - otuz-qırx addımlıqda Təftiş qapan-tərəzinin üstündə qalxıb, anbarın
dirəyinə "yel fanarı" asdı. İkinci "yel fanarı"ın Möhsün kişi aparıb, Məmməd
Xələf Zalın maşınının kabinəsinin açıq qapısından asdı. Fanarlar anbarın
qabağındakı meydanda arabaların dayandığı yerdən kənara işıq salmasa da,
Səməd böyrünə qısılıb üzünə baxan Torksinin gözlərinin dövrəsini yaşla dolu
gördü. Torksin ağır-ağır başını bulayırdı, ağır-ağır inildəyirdi.
- Qurbanın olum, məhlə barədə soruşma daha. Ayıblı eləyiblər bizi, qurbanın
olum. Ayıblı eləyiblər! - deyirdi.
Səməd çox təkid elədi. Qudalıların o məhlədə "açdıqları oyunlar" barədə
daha heç kəs danışmadı. Gecdən-gec kim isə bir neçə kəlmə: -Lütün
tutulmağının səbəbi elə o məhlədi, - dedi. Və bununla da yeni-yeni heyrətli
sirrlər açıldı...
* * *
O ili - on yeddi sədr bircə gecədə maşınlara basılıb rayon mərkəzinə
aparılanda cəmaatda tökülüb gedib. Günortaya qədər raykomda Sultanlı
generalın arasında "qılınc-qırğın" olub. Sonra qırmızı tuf daş binanın həyətinin
çökəyindən o yandakı yarım metrlik daş hasarın üstündən Persin səsi gəlib: "Bir
ton kağız yığıblar, qovluqlara doldurub, veteranların qoltuqlarına veriblər ki,
təmiz adamlardı bu sədrlər. O bir ton kağızın müqabilində bircə sənəd oxuyacam
mən sizə..."
Əlində miləmil dəftər vərəqi varmış. Vərəqin iki üzü də yazılı imiş.
Lüt Cəfəri çağırıb, vərəqin ayağındakı imzanı göstərib, soruşub ki, "Bu qol
sənindimi?"
Lüt Cəfər baxıb, deyib: "Mənimdi".
Pers yenə soruşub ki, "Saxta deyil?"
Lüt Cəfər deyib: "Yox, saxta deyil". Qonaqlı kənd sakini gətirərdi mənə belə
dəftər vərəqlərini elə-belə, yazı-pozusuz, altdan qol çəkərdim ki, anbardar yağ,
pendir versin!
Pers vərəqi ətrafındakı adamlara da, camaata da göstərib, deyib: "Bu
gördüyünüz sənəd Sultan Əmirliynən Qılınc Qurbanın müqəddəs adam kimi
qələmə verdikləri kolxoz sədri Cəfərin ilkin istintaqda ifadəsidi!"
Yazıq Lütün ağzı açıq qalıb.
Qılınc qışqırıb ki, "Nə istintaq?! Nə ifadə?! Cəfəri kim dindirib, ə, general
qırışmal?! Nəyə görə dindiriblər, havaxt dindiriblər?!" Şığıyıb
o "sənədi" Persin əlindən almaq istəyib, Pers Bakıdan özü ilə gətirdiyi
"çarvadarlar"ına baxıb, "çarvadarlar" Qılıncı araya alıb, gizlincə qolunu burublar,
"Hövsələn olsun. Ağzını da dağıtma. Bircə o "qırışmal" kəlməsinə görə itiribbatirarıq, izin-tozun da qalmaz!" - deyiblər. Sonra da asta-asta itələyib raykomun
dəhlizinə salıblar. "Özünü aparammırsan!"-deyiblər.
Pers işində imiş.
"Cəfər Qaryağdı oğlunun bu ifadəsi Sultan Əmirliynən Qılınc Qurbanın
dövlət əmlakını mənimsəyənlərə və əxlaq pozğunlarına himayədarlığını açıb hər
ikisini ifşa elədiyinə görə, hər ikisi Cəfər Qaryağdı oğluna təzyiq göstərir, o da
öz əliynən yazıb, öz əliynən imzaladığı ifadəsini dəyişdirmək istəyir. Əmma bu
sənəd qüvvədədi. Oxuyuram, cəmaət, eşidin!"
Oxuyub, cəmaat da eşidib:
"Mən, Cəfər Qaryağdı oğlu, bunnan yazıb boynuma alıram və etiraf eləyirəm
ki, şəxsi dostlarım və sirdaşlarım Sultan Əmirliynən Qılınc Qurbanın
himayədarlığı nəticəsində ömrümün çoxunu əxlaq pozğunluğu və
cinayətkarlıqnan keçirmişəm.
Birincisi, etiraf eləyirəm ki, rayonda əxlaqsız qadın kimi məşhur olan
Qarmonçu Şənbəynən uzun müddət açıq yaşamışam və bunnan ailəmə pis təsir
göstərib, arvadımın, sonra da qızlarımın əxlaqının pozulmağına səbəb olmuşam.
İkincisi, etiraf eləyirəm ki, müharibədən sonra Qonaqlı kəndində sahibsiz
qalan evlərdən həddi-buluğa çatmamış on bir nəfər yetimi evimə gətirib, sovet
sədri Qılınc Qurbanın vasitəsiynən hər biri iyirmi beş sotdan ibarət on bir
həyətyanı sahədə taxıl, qarğıdalı, maş, lobya əkdirmişəm, həmin həddi-buluğa
çatmamış uşaqları işlodib, istismar eləyib, külli miqdarda gəlir götürmüşəm.
Uşaqlar böyüyüb xeyir və şərlərini bilib, nökər saxlandıqlarını başa düşəndən
sonra isə, əvvəlcə böyük qızım Dilişi böyük nökərim Əsədin yatağına salıb, bu
yolnan Əsədi susdurmuşam. Sonra da başqa qızlarımın namuslarını satmaq
yoluynan nökərlərimin hamısını susdurmuşam.
Üçüncüsü, etiraf eləyirəm ki, şəxsi dostlarım Sultan Əmirliynən Qılınc
Qurbanın himayədarlığı nəticəsində, əllinci ildə Təftiş Abbası kolxoz
sədrliyindən çıxartdırıb, Qonaqlıda sədr olandan sonra kolxozun "bölünməz
fondu"nun hesabına, nökərlərimin on ikisinə də ev tikdirmişəm, hərəsinə bir baş
buzovlu inək (cəmi on iki inək, on iki
buzov), hərəsinə beş baş qoyun (cəmi altmış qoyun), hərəsinə bir at (cəmi on iki
at) vermişəm, beləliknən, təsərrüfatım da daxil olmaqnan on üç təsərrüfatdan, bir
naxır iribuynuzlu mal-qaradan, bir sürü qoyundan və bir ilxıdan ibarət fərdi
təsərrüfat sahibi olmuşam. Bunlardan əlavə, yenə də haman vəzifəli dostlarımın
himayədarlığı nəticəsində, Qonaqlı, Tahirli və Qurbanlı kolxozlarının ilxılarını
birləşdirib, Xırran-çay deyilən yerdə atçılıq zavodu təşkil eləmişəm, məhləmdəki
əxlaqsızlıq mənnən qonşu olan Qudalı camaatını qəzəbləndirdiyinə görə, o
camaatın qəzəbindən qorxub nökərlərimin hamısını haman atçılıq zavoduna
göndərmişəm. Boynuma alıram və etiraf eləyirəm ki, nökərlərimi kənddən
uzaqlaşdırandan sonra qızlarımnan nökərlərimin əlaqəsindən daha səmərəli
istifadə eləyib, çox baha qiymətə gedən "Xarle" cinsli atları əhaliyə satmağa
başlamışam, əldə olunan məbləğlərin cüzi qismlərini "hökumət qiyməti" adıynan
Qonaqlı, Tahirli və Qurbanlı kolxozlarının hesabına keçirib, qalanını
mənimsəmişəm. Bundan əlavə, Sultan Əmirliynən, Qılınc Qurbannan bir
kompaniyada olan adamlara üçyaşar ürgələr, Cəbrayıl Cəbrayıllıya da bir
üçyaşar ürgə bağışlamışam ki, mənim sədr vəzifəsində zərərli fəaliyyətim, şəxsi
pozğunluğum və ailəvi əxlaqsızlığım haqqında danışan adamların
susdurulmağında Cəbrayıl Cəbrayıllı da iştirak eləsin..."
Cəmaat elə sarsılıbmış ki, cınqırını çıxaran da yoxmuş.
Bədbəxt Lütü əsməcə tutubmuş. Əsə-əsə onun-bunun üzünə boylanırmış. "Bu
nədi, ay cəmaat?!" - deyirmiş. "Biz hardayıq, hansı ölkədəyik?!" - deyirmiş.
Pers bu sözlərin ucadan deyilməsinə imkan verməyib: hasarın üstündən işarə
eləyib, Gülənovun milisionerləri şığıyıb Lütü süpürləyiblər, on yeddi sədrin on
yeddisini də dəstələyib, raykomun dal həyətindən o yana - dəmir yoluna
çrxarıblar, kəmərlərini açıb, vaqona doldurublar.
Səmədin Cəfər əmisi - Lüt Cəfər belə gedib. Yetimlərlə bacılar isə yoxa
çıxıblar. Sonradan məktub yazıb bildiriblər ki, Mingəçevirdədirlər, su-elektrik
stansiyasının tikintisində işləyirlər və kəndə qayıtmaq fikirləri yoxdur. O vaxtdan
bu on bir evin on birinin də qapısı bağlı qalıb. Qonaqlılar, Kərpickəsənlər,
Kətyənlilər bu məhləyə yenə də elə "Yetimlər məhləsi" deyirlər, Qudalılar isə -
"Xaraba!" Əmbə bir söz də var ki, o sözü Qudalı atamanı Qıllı Qeybalı ilə
Qudalı cavanları, bir də ayaqyolu əvəzinə bu evlərin həyətinə gedən "üfunətli
uşaqlar" çox tez-tez təkrar eləyirlər: "Qəhbəxana! Qəhbəxana!" - deyirlər-
Ayna bacı da çoxu elə bu sözə görə lap o başdan - qaranlıqlı, səbətlərini
götürüb kənddən çıxır, meşədən alça-malça yığıb, Məhərin budkasının qabağına
gedir, vaqonların ayaqlıqlarına baxa-baxa mələyir: "Gəl, ay Səmədim, ay
Mədədim, ay umudum! - deyir. "Gəl ki, Yusifim də gəlsin! Ceyran balalarım da,
yetim balalarım da gəlsinlər!" - deyir. Bir də qaranlıq qarışıb əl-ayaq yığışanda
qayıdır ki, nə Qudalıların üzlərini görsün, nə də bu "Xaraba" məhlənin həyətbacalarını. Lapatka götürüb, ağız-burununu sarmalayıb, həyətləri bir-iki dəfə
təmizləyib. Dalkı günü baxıb ki, üfunətlilər qapıları, pəncərələri də batırıblar.
Ondan sonra daha yaxın gedəmmir evlərə. "İçərim çaxnaşır", - deyir. "Sudan
savayı dilimin arasından heç nə keçmir", - deyir. Qısası budur ki, Səmədin
gördüyü Ayna bacı yoxdur. Qaraltısı qalıb. Torksin isə, qara geyinib yas
bağladığı gündən lal-kar olubmuş, indi birinci dəfədir dil açıb; ana-bala, damın
altında nə çəkirlər, necə dolanırlar - Torksin özü danışsın.
Əmma nə Torksin daha o "ayıblı olmuşuq" sözlərindən başqa bir söz dedi, nə
də Səməd daha bir şey soruşdu. Yeddi il səkkiz ay bundan əvvəl, qapağının hər
küncündə bir mismar işıldayan tabutun yanında Bircə bala boz kitelə necə
sığınmışdısa, indi Torksin də qurumuş qandan bərkimiş köynəyin döşünə eləcə
qısılmışdı; ata hənirli əminin hənirindən Bircə balanın qanına-canına necə
məhəbbət hopmuşdusa, sədr Mədəd, Lüt Cəfər hənirli Səməd Əmirlinin
hənirindən Torksinin qanına-canına da elə məhəbbət hopurdu; "avariya günü"
deyilən günün uzaqlığında qalmış Bircə bala ilə atalı ikən atasız qalmış bu arıqsısqa qızın arasında heç bir fərq yoxdu; "avariya" günü hamıdan, hər şeydən
ayrılıb "qara hoyula"dan başqa heç kəsi görməyən o dünyadan xəbərsizlə
"torksin donunu" - qırmızı paltarı sandığa atıb, "Dəli Səməd gedəli" yas saxlayasaxlaya heç kəslə kəlmə kəsməyən "lal-kar"ın arasında da heç bir fərq yoxdu.
Səməd Torksini qucaqladı, elə bil bacısını sinəsinə sıxdı. "Avariya" günü
dünyadan ayrılanda bu bacısından da ayrılıbmış. Dünyadan xəbərsiz olduğu
kimi, bacısının əzablarından da xəbərsizmiş. Bu əzablarla öz əzablarının
eyniliyindən də xəbərsizmiş. Bilmirmiş ki, sədr Mədədin "avariya"ya düşməyi nə
imişsə, Lüt Cəfərin üzünə "sənəd" oxunmağı da eləcə bir şeymiş; Əlləzoğlunun
Əmirli mülkünü yandırmağı nə imişsə, Qudalı atamanı Qıllı Qeybalı ilə Qudalı
cavanlarının və üfunətli uşaqların Yetimlər məhləsinə "qəhbəxana" deməyi də
eləcə bir şeymiş; "əmisinin arvadının oynaşı" damğası nə imişsə, "ailəvi
əxlaqsızlıq"
damğası da eləcə bir şeymiş. Odur ki, Səmədlə təzə tapdığı bacısının əzabları da
eyni idi. Amma Səməd bundan sarsılmadı. Əksinə, Torksinin quru sinəsinin
çırpıntısını öz sinəsində duyar-duymaz dərhal başa düşdü ki, qurğulardan,
böhtanlardan, təhqirlərdən, sui-qəsdlərdən, tutqulardan nə qədər böyük
bədbəxtlik törəmişdisə, bədbəxtliyin əzablarından bir o qədər böyük xoşbəxtlik
törəmişdi: qəlbində gəzdirdiyi gözəl insanlar arasında Torksin adlı daha bir uca
və gözəl insan vardı. Danışırdılar ki, "sandığa qoyduğu qoftasıdı: Səmədin "təpik
altında qaldığını" gördüyü günün axşamısı ortayolun ortasında "lütlənib",
qəlyanlılardan hansınınsa əlindən "spiçkanı" dartıb alıb, qırmızı donunu
yandırmışdı.
O axşam qəlyanlıları dərd götürübmüş: "Lütlənməyin nədi, ay Lüt qızı?!" Bu
doğrudan da dəliymiş ki!.." Qara geyinib, yollara boylana-boylana qalmışdı.
Ucadan da uca idi! Gözəldən də gözəl idi!
- Bacımsan!.. Yeddi il səkkiz ay sonra bu axşam mən ikinci dəfə dünyaya
gəldim. Məndən ötrü sən də bu axşam dünyaya gəldin. Unut hər şeyi! Böhtanları
da, damğaları da unut! Bacıların, qardaşların qayıdacaqlar. Bircə şeyi unutma:
Mən sənin doğma qardaşınam! Xoşbəxt eləyəcəm səni!
* * *
Yeddi il səkkiz ay ayrılıqdan sonra Qonaqlıya belə qayıtdı. "İt xılı"ndan
başqa burda yenə də hamının istəklisi olduğunu, öz adı ilə yanaşı "Mədəd" adını
da üstünə götürüb, daha çox sevildiyini bütün aydınlığı ilə gördü və güman elədi
ki, bayaq quyunun üstündə duyduğu dönüş -"ciddi hadisə" də elə budur. Əmma
bu "ciddi hadisə"nin ardınca, bir gecənin içində elə qeyri-adi hadisələr baş verdi
ki, səhərisi yenə əmisilə görüş zərurəti yarananda Səməd bu bircə gecədə olubkeçənlərin təəssüratını yığıb-yığışdıra bilmirdi.
9
Birinci qeyri-adi hadisə anbarın qabağında, Təftişlə Möhsün kişinin asdıqları
"yel fanarları"nın işığında baş verdi.
Nə qədər ki, şəhər onilliyinin və dəmir yol məktəbinin yorğun-arğın
müəllimləri ilə pərakəndə orduya bənzəyən şagirdlər Ortayolda susqun
axınla ağır-ağır gəlib meydanın dövrəsində, təpəcik üstündə "dustaq damı"
adlanan daxma ilə idarə səmtində dikdirlərə döşənişməmişdilər, burda - anbarın
qabağında Səmədin lap körpəlikdən - otuz dördüncü-otuz beşinci illərdən bəri,
avqustun axırından noyabrın ortalarına qədər hər gün gördüyü adi iş gedirdi:
qapan-tərəzidə pambıq çəkilirdi. Birinci briqadanın briqadiri Təftiş öz daimi
yerində - qapan-tərəzinin dalında dayanmışdı. İkinci briqadanın briqadiri
Möhsün kişi tərəzinin yanında gödəkçəsini büküb-bürmələyib, birbaş yerə - toztorpağın içinə qoyub, üstündə oturmuşdu. Üçüncü briqadanın briqadiri Qeybalı
da tərəzinin o biri tərəfində kepkasının dalını qaldırıb, partlayıb şişmiş
dodaqlarının üstünə kölgə salıb, hətta tər köynəyin altında qaralan keçə qarnını
da bir növ yığışdırıb, çöməlib, Qudalı atamanının həmişəki harınlığı ilə
tutuşmayan işgüzar görkəmə düşmüşdü. Otuzuncu-qırxıncı illərin "uçotçik"i
Çürük Aşıq da öz yerində - dirək dibində, qara "ambulatoriya stolu"nun dalında,
saqqız kötüyünün üstündə oturub, yoğun cızıqlı - qrafalı "uçot dəftəri"ni açmışdı,
nəvələrinin hansınınsa büzməli torba içində mürəkkəbqabını dəftərin bir
böyrünə, qəlyanını o biri böyrünə qoyub, müharibədən sonra kəndlərdə cında -
"utilsırya" yığanlardan aldıqları tərifli "cında pero"nu qələmi əlində hazır
tutmuşdu. Məmməd Xələf Zal "qruzovik"inə qalaqlanmış çuvalların, xaşaların,
kisələrin üstünə dırmanıb, pambıqla dolu çuvalları, xaşa və kisələri üzü-aşağı
yuvarladıb tarappatarap tokdükcə, vaxtilə çəpərlərin, ot tayalarının diblərində
oynaşan "burnu fırtıqlılar" - indiki məktəb uşaqları ikibir-üçbir köməkləşib, qırx-
əlli, altmış-yetmiş kiloluq çuvalları, xaşaları, kisələri qapan-tərəzinin yanına
sürüyürdülər, qırılan diviziyada qırılanların arvadlarından üçü – Təftişin
manqabaşılarıı növbəti çuvalı, xaşanı və ya kisəni tərəziyə qaldıranda, Təftiş çəki
daşlarını taqqıldada-taqqıldada əlüstü çəkib, pambığın çəkisi ilə o pambığı yığan
uşaqların analarının adlarını deyirdi. Çürük də dəftərində adı, familiyanı tapıb,
Təftişdən eşitdiyi rəqəmi yazırdı. Kolxozun təşkil olunduğu və ilk dəfə pambıq
əkildiyi vaxtlardan qoyulmuş qayda üzrə, əgər bu gün birinci briqadanın pambığı
qabaqca çəkilirdisə, sabah ikinci briqadanınkı, birisi gün də üçüncününkü
qabaqca çəkilirdi ki, camaatın bir qismi bu gün, ikinci qismi sabah, üçüncü qismi
birisi gün tez dağılışıb, öz qapı-bacasında qurtdalanmağa imkan tapsın. Yenə də
həmin vaxtlardan qoyulmuş qayda üzrə, təftiş komisyonunun üzvlərindən savayı,
bir kəsin ixtiyarı yoxdu ki, çəki başlanandan sonra bu işə qarışsın və ya aralığa iş
salsın.
Çünki, əvvəla, bu iş özü çox uzun sürürdü; ilk çuvalın, xaşanın və ya kisənin
tərəziyə qoyulmağı ilə axırıncının tərəziyə qoyulmağının arasında iki-üç saat
keçirdi, dan yeri söküləndə evdən çıxıb, bir də hava qaralanda çöldən qayıdan
arvad-uşaq, üstəlik də burda növbə gözləyib əldən-ayaqdan düşürdü, gecənin
yarısında qıçları bükülə-bükülə, gözləri yumula-yumula qapıdan girəndə çox
vaxt bir tikə qismət də almayıb, paltar-palazlı döşənişirdilər ki, briqadirlərin,
manqabaşıların hay-harayları kəndi götürməmiş, danlaq, töhmət eşidilməmiş
sürünüb qalxa bilsinlər; "Yığım kompaniyası" deyilən iki-üç aylıq ağır
"kompaniya"nın özü tələb edirdi ki, burda - anbarın qabağında çəki başlananda
bu işə heç kəs mane olmasın. Bir də nəzərə almaq lazımdı ki, təftiş
komisyonunun uzvləri - Təftiş Abbasın özü, Qılınc Qurban, Çürük, Abı və
Ələsgər müəllim çəkidən sonra da burda oturub, "uçot dəftəri"ni yoxlayıb,
imzalayıb, mühasibliyə verməli idilər, mühasiblikdə isə hesabdar Mürsəllə
hesabdarları elə o gecə, dəftərdən "çıxarış" yazıb, idarə heyətinə gündəlik
"svodka"* verməli idilər ki, idarə heyəti də öz növbəsində pambıq üzrə dövlət
planı ödənişinin faiz artımı haqqında raykoma "svodka" göndərsin, həm də üç
briqadada manqalardan və ayrı-ayrı kolxozçulardan kimin irəli getdiyini, kimin
geri qaldığını aydınlaşdırıb, sabahısı kiminlə necə danışmağı dəqiq bilsin... Sədr
Mədədin vaxtında idarənin dəhlizində bir "dasqa" - yazı taxtası vardı, yarısı
qırmızı rəngdə, yarısı qara rəngdə idi. Yığımda irəli gedənlərin - "zərbəçilər"in**
adlarını, familiyalarını "qırmızı dasqa"ya yazırdılar, geri qalanların -
"tənbəllər"in adlarını familiyalarını "qara dasqa"ya yazırdılar. Bundan başqa,
indiki raykom katibi Məleykə Muradova, o vaxtı komsomol Məleykə "Karl
Marks adına Qonaqlı kolxozunun güzgüsü" adında divar qəzeti yazıb, həmin
"dasqa" ilə yanaşı mıxlayırdı. O divar qəzetində, başlığın altında şüar vardı:
"Pambıq yığımını müvəffəqiyyətlə başa çatdıraq!" Şüardan solda, aşağı küncdə
qara karandaşla çəkilmiş yekə bir tısbağa vardı. Şüardan sağda, yuxarıda isə
qırmızı karandaşla çəkilmiş dörd matorlu təyyarə vardı. Komsomol Məleykə
yığımın axırında bir siyaha tutub, o siyahıya düşənləri "tısbağaya mindirirdi", bir
siyaha da tutub, "zərbəçiləri təyyarəyə mindirirdi". "Tısbağaya minmək" o
deməkdi ki, yığım müddətində işləmək əvəzinə sürünmüsən, əmək-
____________
*"Svodka" – məlumat.
**Rusca "udarnik" sözündən hərfi tərcümə. Zərbəçilik hərəkatı otuzuncu illərdə istismar vasitəsi kimi
çox yayılıb, əllinci illərin əvvəlinə qədər qalmışdı.
günün birə-iki, birə-üç azalıb, aylıq pul, yarımillik taxıl, ətlik heyvan, yağ,
pendir, qarpız, yemiş, pomidor, badımcan bölgülərində birə-iki, birə-üç az
alacaqsan; "təyyarəyə minmək" isə o demək idi ki, gündə yüz əlli, iki yüz kilo
pambıq yığmısan, hər gününə iki, üç əməkgünü yazılıb, aylıq və yarımillik
bölgülərdə pulun da iki-üç dəfə artıb, taxılın, ətlik heyvanın, yağın, pendirin də,
qarpızın, yemişin, pamidorun, badımcanın da. Üstəlik, əgər cəmaat içində, ailədə
rəftarın, şəxsiyyətin, ləyaqətin də işlədiyin kimidirsə, aylıq və yarımillik
mükafatların da var, bəlkə, doğrudan da, təyyarəyə minib Moskvaya
"Vıstavka"ya, yəni kənd təsərrüfat sərgisinə, mavzoleyə, Kremlə getməyin də
var. Sədr Mədədin vaxtında bu qanunlar çox möhkəmdi: işləməyən dişləmirdi,
işləyənlər dünya malından batıb-barınırdılar, üstəlik 28 Aprel, 1 May, Oktyabr
bayramlarında və adi günlərdə sədr Mədədin, Lüt Cəfərin, Qılınc Qurbanın,
nəhayət, Sultan Əmirlinin özünün təriflərindən sevinirdilər, rayonun
"Kommuna" qəzetində, bəzən, hətta mərkəzi "Kommunist", "Bakinski raboçi"
qəzetlərində çıxan şəkilləri ilə şöhrətlənirdilər və beləliklə, cəmaat içində də,
ailədə də almaçıq, üzüağ gəzirdilər. Yəni "zəhmətkeş insan", "təmiz adam"
adlananlar öz qiymətlərini lazımınca və artıqlaması ilə alırdılar. Bunun hamısı
isə, qapan-tərəzinin dalında Təftiş Abbasın dilindən eşidilən və Çürük Aşığın əli
ilə "uçot dəftəri"nə yazılan rəqəmlərdən asılı idi. Odur ki, Təftiş tərəzinin
düzlüyünü yoxlayıb, "Düzdü. Gətirin" deyəndən sonra birinci çuvalın, xaşanın və
ya kisənin qapana qaldırılmağından, axırıncıların qapandan düşürülməyinə qədər
burda - anbarın qabağında ciddi işgüzarlıq və sükut hökm sürürdü.
Səməd lap körpəlikdən belə görmüşdü, qayda-qanunu belə bilirdi və belə də
olmalı idi. Əgər təhkimçinin və ya bir başqasının cəmaata sözü vardısa, çəki
qurtarana, ya da sabaha - briqadalarda nahar vaxtına saxlamalı idi. Ayrıa bacının
"lapatka götürüb, ağız-burnunu sarmalayıb Üfunətlilərin üfunətini kürüdüyü"
barədə deyilənləri eşitdiyi anda, əmisinin "kürüyüb atacam" sözləri beynində
oyanıb rahatlıq verməsə də, Səməd bu gecə bir şey eləmək fikrində deyildi və
heç gümanına da gətirmirdi ki, məhz bu gecə bütün qayğılarını, düşüncələrini,
hətta həyatını və taleyini dəyişdirən hadisələr törəməkdə idi.
Birinci hadisə ondan başlandı ki, şəhər onilliyinin və dəmir yol məktəbinin
müəllimləri ilə şagirdlər ayaqlarını sürüyə-sürüyə, çamadanlarını, bağlamalarını
sallaya-sallaya meydandan keçib dikdirlərə döşənişəndən sonra bir cüt gur işıqlı
fara çadırdan xeyli sağda - məktəbin
qabağında, bir cüt gur işıqlı fara da Xəlvətin darvazasında parladı; məktəbdən
gələn maşında - Sultan Əmirlinin boz "Pobeda"sında üçüncü katib "diapozonlu"
Məleykə Muradova ilə maarif müdiri Mirbağır müəllim gəlib düşdülər, Xəlvətin
həyətindən gələn dövrəsi göy zehli, gurultulu-qıjıltılı "Qaz"da isə Gülənovla
qudası gəlib düşdülər. Bu vaxt cavanlardan - Məmməd Xələf Zalın
yoldaşlarından hansı isə Səmədin əvvəlcə bir qolunu, sonra o biri qolunu tutub,
pencəyini geyindirdi, çox təmkinli gər səslə:
- Köynəyin kirlidi, - dedi.
Pencəyi sahədə, tək palıdın altında yerə atıb, elə orda da unutduğunu Səməd
indicə xatırlayırdı. Bu gər səsli yeniyetmə eynilə Möhsün kişi kimi alçaraq,
tökmərək, yastıburun, enliçənə Kərpickəsənlərdəndi; Möhsün kişinin qırılan
diviziyada qırılan qardaşlarından Rüstəmin yeganə yadigarı idi. Bayaq Ortayolda
görüşəndə özü tanışlıq vermişdi: "Mən də Zalam da, ay qağa. Rüstəm Zal!" -
demişdi. Təftişin oğlu Məmməd Xələf Zaldı, mən - Rüstəm Zal! Məzəlisi budu
ki, iki zalın ikisi də pəzəvəngdi, - demişdi. Əmbə mən Sarı Zalam, Abbas
əmininki qara Zaldı. Hərdən "kötük Zal" da deyirik ona. Görürsən də, necə
kötükdü!" Və Səmədin yadına düşmüşdü ki, qırx beşinci ilin yazında Təftişin
böyük oğlunun "qara kağızı" - ölüm xəbəri gələndə və Məmməd Xələf də böyük
qardaşının adını üstünə götürüb Məmməd Xələf Zal olmuşdu.
Adları bir olanların fərqləri lap ilk baxışdan görünürdü: Təftişin Zalı
doğrudan da, kötük kimi, Möhsününkü isə dolu ağır bədənli, enli-sifət, alagöz
idi. Saçı çox gur olduğuna görə kepqasını həmişə qatlayıb cibində saxlayırdı.
Gur cığaları alnında oyur-oyur oynayırdı.
Bir yaraşığı da indi meydana çıxdı: Səmədin əhvalının xarablığını nəzərə
alıb, yaxınlaşmağı lazım bilməyib, pencəyi qoltuğunda gətirirdi; Maşınlardan
düşənləri tanıyanda Məleykə Muradova ilə Mirbağır müəllim kimi hörmətli
rəhbər işçilərin, Xaş nəçənniklə Xəlvət Rəhim kimi qarı düşmənlərin qabağında
çirkli köynəkdə ləyaqətsiz görünməyini istəməyib, tezcə geyindirmişdi. Bu
hərəkət sarı Zalın özünün ləyaqətindən və kəndinin istəkli oğluna istəyindən
xəbər verirdi. Bayaq "Zalam də, ay qağa, Rüstəm Zal!" - deyəndə Səmədin əziz
və doğma adamlar arasında sinəyə sığışmayan hissiyyatına necə əlavə bir hərarət
gətirmişdisə, sarı Zalın indiki hərəkəti də eləcə hərarət gətirdi. Əmma Səməd bu
ləyaqətli oğlana iki kəlmə "sağ ol" da deyə bilmədi. Çünkı
qanı yuyulmuş pencəyi əynində və Gülənovun bir cüt neştərini faranın işiğında
görər-görməz, "Eşq dəlisi olanda nə olar, çalış bir də tökülüb itmə" deyən
təntənəli səsi yenidən eşitdi və bu təntənədən soyuq yel əsib, sinəsindəki hərarəti
apardı.
Məğlubiyyətdən, daha doğrusu, bircə yumruqla yıxılmağından basılıb,
çənəsinin, dodaqlarının şişini kepqatun günlüyünün ailında gizlədən Qudalı
atamanının əksinə, Xaş nəçənnik firlanıb göyərmiş çənəsini gur işiq altında,
Məleykə Muradovanın qabağında nümayiş etdirirdi. Aydındı ki, Xəlvəti, Çax-
çuxu ilə məsləhətləşib, yeni zərbə hazırlamışdı. Odur ki, Səməd bayaq quyunun
üstündə necə ehtiyacdan doğan dözümlə dayanmışdısa, burda da eləcə dayandı.
Əmma zorbə bu dəfə birbaş Səmədin özünə doymədi.
"Qudalı kassiri" Piyli Qayım qarnının üstündə qoşa əlli tutduğu, ağzı
surquclu pul kisəsi ilə qaranlıqdan peyda olub, Çürüyü kötüyün üstündən
itələyib, "ambulatoriya stolu"nun dalında oturanda Səməd nə o Piylinin qoca ilə
elə rəftarından bir şey anladı, nə də pambıq çəkilişinin bu vaxtında pul kisəsi
gətirməyindən. O iki nəfər məhlə milisionerinin ardınca qaranlıqdan bir dəstə
Qudalı cavanı çıxıb, Xəivətlə birlikdə Təftişin üstünə yeriyəndə Səməd bundan
da baş açmadı.
Xəlvət əvvəlcə çox hörmətlə, ağsaqqala və kolxoz sədrinə münasib bəlağətlə
başladı:
- Məsləhət belədi ki, şəhərlilərin işini qabağa salaq, Abbas. Möhsünnən
son işçilərinizi dəmir yolundan, şəhərdən, bazardan yığammırsımz. Pambığı
düzdə qoyub alverə qurşanıblar. Buna görə xüsusi cəza tədbiri görülüb. Əmbə
mənə dəxli yoxdu onun. Mənimki budu ki, şəhrdən gələn köməkçilrimizi
hörmətnən yola salım... Əmr eləmirəm mən sənə. Xahiş eləyirəm, qırağa dur,
şəhərlilərin pambığını qabaqca çəksinlər...
Təftiş öz işində idi. Qaşlarının çatıb, burun pərələrini gərib, daşları
saqqıldada-şaqqıldada, çuvalları, xaşaları, kisələri bir-birinin ardınca çəkib,
adları, rəqəmləri diqtə eləyirdi. Çürük yerdə çöməlib, dizinin üstündə yazırdı.
Xəlvət çox arxaym danışırdı:
- Bura bax, Abbas... Şəhər uşağı dözümsüz olur. Məktəbi boşaltmışıq, öz
evlərimizin xalı-xalçasını, yorğan-döşəyini döşəmişik. İdarə heyətinin qərarıynan
yazabuğa kəsmişik. Dörd qulplu qazanda, kəkotuynan-zadnan, bir toyun xörəyini
bişirmişik. Yekə toy samovarı
qoydurmuşam. Öz qızlarımın cehizliyindən stəkan-nəlbəki düzdürmüşəm.
Möhtərəm Muradova yoldaşnan Mirbağır müəllim getdilər baxdılar indicə,
ağızları açıq qaldı. Nədən ötrüdü bunun hamısı, Abbas? Ondan ötrüdü ki, şəhər
uşağı zillət çəkməsin, naxoşlamasın. Həvəsnən işləsin. Bə sən neynirsən, a
yoldaş Təftiş? Hər axşam bu yanıq təpəliklərdə, toz-torpağın içində gözlətsək,
həvəs qalarmı o uşaqlarda? Bu əziyyətdən sonra çənələri çörək tutarmı?
Elədiyimiz hörmət də hörmətsizliyə dönməzmi? Qaçıb dağılsalar, pambıq çöldə
qalsa, Sultan Əmirli yoldaşa nə cavab verərik?! İnad eləmə, Abbas, qırağa dur!
Daşdan səs çıxırdı, Təftişdən yox.
Xəlvət rəhbər işçilərə baxıb, həmin bəlağətlə: - Tərpənmiyəcək bu, - dedi.
- Revkom vaxtı Sultan, sonra da rəhmətlik Mədəd belə ərköyün eləyib
bunu. Özü də ki, belə şalban. Yaxın düşmək də olmur. Sən danış bunnan,
nəçənnik, - dedi.
Gülənovun neştərləri işıldadı:
- Biz zor işlətmiyəcəyik. Biz qanunnan hərəkət eliyəcəyik... Qılınc
Qurban yenə şəkkaklığa başlayıb. Yeddi il səkkiz ay bundan əvvəlki ölüm
hadisəsini yuxuda görüb, elə yuxuda da Sayılovdan sanksiya alıb Xalıqı dustaq
damına salmışdı. Qapıya da nəhəng bir qıfıl vurmuşdu.
Azərbaycan SSR-in cinayət məcəlləsinə əsasən, birincisi, vəzifəsindən və
ictimai mövqeyindən sui-istifadə elədiyinə görə, ikincisi, silah işlətdiyinə görə,
üçüncüsü, gunahsız vətəndaşı əsassız ittihamla təhqir elədiyinə görə Qılınc
Qurbana iş düşür. Biz onun "maniya prisledovaniye" deyilən psixi azarını nəzərə
aldıq və RİK-ə məlumat yazmaqla kifayətləndik. İşdən qovulacaq.
Buradakıların hamısı öz gözüynən gördü ki, o quyunun üstündə çamadanını,
qızılını, diplomunu qaytaranda Səməd Əmirliyə mən nəyə görə, necə tövsiyə
dedim və xəbərdarlıq elədim. Səməd Əmirli Qılınc Qurbanın tərbiyəsindən çıxıb
"Maniya prisledovaniye" deyilən azar bunda da var. Bəlkə, hətta Qılınc
Qurbandan da şəkkakdı. Mənim xeyirxah tövsiyəmdən nəticə çıxartmaq əvəzinə,
dözülməz dərəcədə xuliqan hərəkətinə yol verdi. Mənim heysiyyətimin
tapdandığına dözməyən yoldaşlardan iki nəfərə də əl qaldırdı. Bu hərəkətinə
görə, Azərbaycan SSR-in cinayət məcəlləsinə əsasən, Səməd Əmirliyə də iş
düşür. Bu barədə prokurorluğa və raykoma rəsmi məlumatlarımız da yazılıb,
mənim bu döş cibimdə hazır durur. Əmbə bir sıra məsələləri nəzərə alaraq,
hələlik bunnan kifayətlənib, Səməd Əmirliyə də xəbərdarlıq eləyirəm ki,
hərəkətlərinə son qoymasa, o da işdən kənar sayılacaq və dərhal məsuliyyətə
alınacaq. Günü bu gün!..
Qaldı Təftiş Abbas... özü təftiş komisyonunun sədri ola-ola briqadasındakı üç
manqada əlli beş nəfər kolxozçudan cəmi yeddi adam çıxarıb işə: arvadına gücü
çatıb, bir də özünün Qara Zalınnan, Möhsun kişinin Sarı Zalına, vəssəlam! Qırx
səkkiz nəfər əldən-ayaqdan saz, candan sağlam adamı alverə buraxıb. Bu heç.
Kolxozun sahibləri var. Təftiş Abbasın bu hərəkətini özləri müzakirə eləsinlər,
özləri nəticə çıxartsınlar görək yığım kompaniyasının birinci günü, təşkil günü,
poçti hərbi vəziyyət vaxtı bu cür məsuliyyətsizliyə yol verən adam briqadirlikdə
və təftiş komisyonunun sədri kimi məsul vəzifədə qala bilərmi?! Təkrar
eləyirəm, kolxozun öz işidi bu, mən qarışmıram. Mən ancaq həbs edə bilərəm,
onu da ki, görürsünüz, hələ eləmirəm.
Kişi mənə başqa iş tapşırıb, Sultan Əmirli yoldaşı nəzərdə tuturam. Bəziləri
kişi saymasa da, Sultan Əmirli yoldaşa mən elə əvvəldən Kişi demişəm, indi isə
Mirqəzəbə qalib gələn Kişi deyirəm. Özüm də fəxr eləyirəm ki, bu mötəbər
maarif müdirimiz məktəblərin yığıma cəlb olunmağından bir qədər narazı
danışanda, Kişi monə çox məsuliyyətli iş tapşırdı. Yığım müddətində şəhər
məktəblərinin, maldarlıq texnikumunun bu zonada üç kolxozun üçünə də
səmərəli köməyinə cavabdehəm. Bundan başqa, raykomun təlimatçısı və rəsmi
təhkimçisi Səməd Əmirlinin burda yığım kompaniyasını təhlükə altında
qoyanlarnan qucaqlaşa-qucaqlaşa cici-bacı oynadığını nəzərə alaraq, öz
vəzifəmin tələbi üzrə, ciddi tədbir tökməliyəm. - Neştərlər Səmədin üzünə
sancıldı.
Səməd hiss edirdi ki, Xaşın zərbəsi hələ irəlidə idi. Dillənmirdi. Dözürdü.
Gözləyirdi.
Qapan-tərəzinin yanında nə oldusa, birdən gurultu qopdu: Təftiş əlindəki iri,
ağır çəki daşını tərəzinin üstünə çırpdı.
- Düzələn deyil bu xaraba! - dedi.
Babası Qolyana gülərdik biz uşaqlar o vaxt, Qıdllıyan deyərdik. Gördü
Qonaqlıda atı işləmir, getdi Orta kənd Tahirliynən qohumlaşıb Gülənov oldu,
bunun qardaşı meçidə getdi, müsəlmanlığı qəbul elədi Molla Gülən oldu, özünü
də ki, görürsünüz - Zorri-Zor! Səsimizi çıxardan kimi Anastas Mikoyannan
qorxudur bizi! Erməni deyilən! Hay addım-addım gəlib bir yanda Qazağımızın
böyrünə çıxıb, vayenkoma qədər dolub. Nırxı var orda Yervandin, kim onca min
verir, bir illiyinə
buraxılır əsgərlikdən, kim iyirmi min verir, iki illiyinə buraxılır!.. Nədi mənim
bu danışdığım, ay camaat?
El qalıb əyriyə, həm yeyə, həm səyriyə! - Təftiş "Tfu!" - elədi. Və
"sapoqlarını sürüyə-sürüyə aralanıb, çardağın o başında, qaranlıq küncdə oturub,
"seyf"lərini eşələyə-eşələyə qəlyanını, tütün qabını, kibritini çıxartdı. Möhsün
kişi gedib Təftişin bir tərəfındə, Çürük o biri tərəfində yerə çökdü. Xızr Abı isə
əvvəldən orda idi. Sükut və çaşqınlıq içində o qaranlıq küncdə dörd qəlyan
közərdi, dörd Qəlyanlarının tüstüləri ağardı... Vaxtilə axşamlar bu vədə qocalar o
küncə yığışıb tüstünü tüstüyə qatanda sədr Mədəd bu yandan – tərəzi tərəfdən
soruşardı: "Qəm çəkirsiniz, ya dəm?" Çürük Aşıq deyərdi: "Tüstümüzə bax".
Sədr Mədəd də baxıb, tüstülərdəncə bilərdi ki, Qəlyanlılar qəm çəkirlər, yoxsa
dəm. İndi tüstüsüz də məlumdu ki, Qəlyanlılar nə çəkirdilər; əgər Təftiş sözünün
sonunda "Tfu!" - eləmişdisə, bu "imennoy naqan"ın gülləsinə bərabər bir şey idi.
Çürüklə Möhsün kişi də gedib Xızr Abının yanında oturmuşdularsa, demək
Təftişin fikri ilə şərikdilər. Bütöv bir rayonun fəxri Qılınc Qurbanın "maniya
prisledovaniye deyilən azan" varmış! Qılınc Qurbanın tərbiyəsindon çıxdığına
görə Səməd Əmirlinin də həmçinin psixi azan varmış! Hətta xuliqanmış! Təftiş
Abbas isə nə briqadirliyə, nə də təftiş komisyonunun sədrliyinə yarayan
məsuliyyətsizin birisi imiş! Qırx səkkiz nəfər "əldən-ayaqdan saz, candan sağlam
adamı alverə buraxdığına" yalnız özünün Qara Zalı ilə Möhsün kişinin Sarı
Zalına gücü çatmışdısa, əlbəttə, işi "kolxozun sahibləri"nin müzakirəsinə
verilməli idi!..
Səməd kənardan fikir verirdi: kim onu - Səmədi müdafiə edirdisə, hamısı
cinayətkar sayılırdı, susdurulurdu.
Sükut və çaşqınlıq içində Qudalı cavanları birdən qopub cəmaatın üstünə
cumanda Səməd əvvəlcə bunu anlamadı. Ətrafında tarap-turap düşdü: "alçamalça" satanlardan bəziləri xurcunlarını, ala-bula faner çamadanlarını,
heybələrini yerdən qapıb o yan-bu yana qaçışdılar. Bir-birindən gobıd - yoğun ət
torbaları - Qudalı cavanları hamını basıb geri itələdilər, anbarın alçaq, uzun
çardağının tavanından sallanan quru həmişəcavan* çubuqlarından sındıra-sındıra,
cəmaatın ətrafında dövrə vurdular.
Milisionerlər başqa iş görürdülər: xurcunları, heybələri, çamadanları,
bağlamaları, vedrələri, bidonları dartıb aldıqca, on addımlıqdan
___________
Tanak - meynəsayağı növ.
Gülənovun maşınının yanına atırdılar. Çamadanlar, bağlamalar partlayıb
açıldıqca, xurcunların gözəmə ipləri qırıldıqca "buxanka" çörəklər, "bulka"lar,
"bublik"lər tökülüb toza-torpağa bulanırdı. Heybələrdə şüşələr, bankalar sındıqca
tünd qoxulu günəbaxan yağı süzülüb yerdə göllənirdi. Vedrələr, bidonlar
dığırlandıqca yumurta xıncılıb axıb pavidlaya, şorabaya qarışırdı.
Gülənovun neştərləri istehzalı kinlə işıldayırdı.
- Müsəlmam elə həmişə belə rəzil gördüm! Nə qədər ki, "alça, alça", "zoğal,
zoğal" deyə-deyə vağzallarda tüyünəcəksiniz, belə olacaq! Nə qədər ki, pambığı
şəhərdən gələnlər yığacaqlar sizin əvəzinizdə, bundan da betər olacaq!.. Dövlət
bangın ağzını açıb, külli miqdarda pul buraxıb yığıma. Dördcə yüz min manat
nəqd avans buraxılıb kolxozunuza ki, vedomost tutulsun, təcili avans paylansın
sizə. Dövlətin qayğısına necə qiymət verirsiniz, öz qiymətiniz də elə olacaq. O
dörd yüz min manatdan qəpik də görmüyəcəksiniz! Şəxsən mənim təklifimdi bu.
İdarə Heyətinin sədri də razıdı mənnən! Qurtardıq!.. Pambığı çöldə qoyub alverə
qaçdığınıza görə bu şeyləriniz də qaytarılmıyacaq! Di gedin köpük qusun
acından! Beləliklə, "cəza tədbiri" də məlum oldu. Səməd hələ dillənmirdi.
Dözürdü. Gözləyirdi. "Alça-malça" satanların arasından ortası incə, başı balaca,
"Qarışqa qarı" deyilən, doğrudan da qarışqaya oxşayan bir ağbirçək çıxdı, ortası
üzülə-üzülə, yavaş-yavaş Gülənova doğru getdi. Kətyən kişinin qarısı idi.
"Kətyən" çölün düzündo kətyən koması kimi tək adam deməkdi. On
səkkizinci ildə atası "Osmanlı davasından" qayıtmamışdı*.
İyirminci ildə Qılınc Qurbanın otryadında, bəylərlə vuruşmada kiçik
qardaşları, qırx ikinci ildə qırılan diviziyada da oğulları qırılmışdı, beləliklə,
Kətyən kişi on ev, on ailə içində tək qalıb, Kətyən İbrahim olmuşdu və çox tez
düşkünləşib, idarədən o yanda düzənliyə səpələnmiş yanuçuq daxmalardan
birində, günü divar dibində keçən qocaya çevrilmişdi. Qarışqa qarı isə "ərinin
işini görürdü".
_______________
*Şimali Azərbaycan "Rusiyanın ucqarı" (tərkib hissəsi) sayılırdı; azərbaycanlıları da Türkiyə ilə
müharibə cəbhəsinə göndərirdilər. "Qazax bəyləri" adlanan əcdadlarını, özlərini tanımayanlar
Türkiyəyə, Cənubi Azərbaycana soxulub hətta dövlətdən "xərac" tələb edirdilər. Bu cür anlaşılmaz
müharibədən qaçanları isə güllələyirdilər ki, "Qaçaqlara qoşulmasınlar". "Padşah"ın (çarın) üzünə ağ
olanların ailələri hər cür vasitə ilə güzəranlıqdan məhrum edilirdilər. Buna görə də "Kətyənlilər"
məhləsi həm də "Aclar məhləsi" adlanırdı.
Ortası üzülə-üzülə gedib, "buxankalar"dan birini yerdən götürüb qoynuna
soxdu, ağlı-qaralı yamaq-yumaqla sarınmış xırdaca başını qaldırıb, altdan-dik
Gülənovun at üzünə baxdı.
Səməd gözlərini yummuşdu. Əmma nə neştərlər gözündən gedirdi, nə qan, nə
də "buxanka".
Bu vəziyyətdə əvvəlcə qarının səsini eşitdi:
- Yağ, yumurta zay oldu. Gəliniərimin, nəvələrimizin boğazı tikildi. O
yuxarıdan baxana tapşınram səni! Kişi acdı, ona dözəmmirəm. Burax, bu quruca
çörəyi aparım gəvələsin.
Sonra Təftişin dili üə adı "Zövcə" qalan Zövcə arvadın səsini eşitdi:
- Bərəkəti də elə tullayarlarmı, a bərəkət kəssin səni?! Qurandı, o, a
Quran kəssin səni! Sonra da "alça-malça" satanların qarışıq səslərini eşitdi:
- Vağzallara ağ günümüzəmi gedirik biz?! Necə yəni "qəpik" də
görmüyəcəksiniz?!"
- Kim ketmənləyib, kim becərib o pambığı?! Şəhərdən gətirilənlər, yoxsa
biz baxtıqaralar?!
- Şahmar günün altında körpələrimizi ona görəmi yandırırıq ki, bildirki
kimi yenə çöpnən-çərtdək verəsiniz əlimizə?!
- Şəhərli gəlib kilosu əlli qəpikdən, gündə əlli manat, yüz manat qoysun
cibinə, silsin-süpürsün aparsm, biz do baxa-baxa qalaq?! Pambıq kimindi?!
Havaxtacan ad bizim, at özgənin olacaq?!
Gülənovu maşına qısnamışdılar.
- Xaşamı gedirik biz dəmir yoluna, a Xaş köpəyoğlu?! Varlanmağamı
gedirik, ay Erməni törəməsi?! Sənin o Mikoyanm, Markaryanlarıyın kökü
kəsilsin!
- Alver nədi! Bu zay clədiyinə göro getmirikmi ki, beş günlük azuqəmiz
olsun! Bu da əlimizdən alınandan sonra sabah nəynən çıxaq pambığa?!
- Çənəndəki fırdan dərs götür heç olmasa!.. Tapançandan qorxmuruq!
Tapançanı alıb ... soxarıq!..
- Süpürül, sürük burdan! Cana doydurma bizi!
- Ya cəhənnəm ol get, ya da necə qadağa qoyubsan, elə də əmr elə o
Xəlvətinə, o kassirinə, haqqımızı versinlər! "Şəhərli" adıynan siyaha tutub
haqqımızı altdarına doldurmasınlar! Bəsdi!
Bu, üsyan kimi bir şey idi.
Gülənov dalını maşına söykəyib, başını dik qaldırmışdı, Paqonların və orden
"kalotkaları"nı dartışdıran boz-torpaqlı, qara, qırış, kərtdəş əlləri itələməkdən
başqa heç nə eləmirdi, heç nə demirdi və çox qəribə idi ki, o həngamənin içində
də tez-tez Səmədə boylanırdı.
Məleykə Muradova qara, uzun, sıx kirpiklərini endirib, yumruqlarını qara
şivyot kostyumun ciblərinə basıb, tamam hərəkətsiz dayanmışdı.
Mirbağır müəllim, katibin əksinə, otuzuncu illərdən qalma "butulka" şalvarda
nazik qıçları ilə təzadlı yoğun ortasını qısa boynu ilə birükdə tez-tez o yan-bu
yana fırladıb, gah yan-yörəsinə səpələnmiş "buxanka"lara, "bulka"lara,
"bublik"lərə, gah da milis rəisini didişdirən arvadlara baxa-baxa: - Vay-vay!
Vay-vay! - deyirdi və qəribə idi ki, hay-küydə elqızlarının qəzəbli qışqırtıları
Səmədə necə aydın çatırdısa, maarif müdirinin o asta "vay-vay"ı da elə çatırdı.
Bir söz də çatdı:
- Tərpənin!
Gülənovun bu sözündən sonra Qudalı gombulları bu dəfə elə "tərpəndilər" ki,
hətta Zövcə arvad kimi mötəbərin saç-birçəyinə, yenidən həmin "çığırqan
Dinişə" çevrilən Torksinin hörüklərinə də əl atdılar. Səməd indi başa düşdü ki,
"Fars qohumlar"dan seçilmiş "çarvadarlar" Persin əlində nə idisə, Qudalı
qohumlardan seçilmiş bu gombul cavanlar da Xaşın əlində elə bir şeydi: gizlin
"rabotnik"lər - paqonsuzlar dəstəsi. Bu "rabotnik"lər bayaq qırılan diviziyada
qırılanların arvadlarını, qızlarını, gəlinlərini, Kotyən İbrahimlə Qarışqa qannı
tapdalamışdılar, Səməd o qoca ilə qarının ağrılarına dözməyib gözlərini
yummuşdu. İndi isə bu "rabotnik"lər qırmızı tuf daş binanın foyesində Zora iş
tapşıran Sultan Əmirlinin özünün nüfuzunu tapdaladılar və Səməd bu ağrıya
dözməyib titrədi, başdan-ayağa bütöv - nəhəng bir əzələyə döndü, Zövcə arvadın
saçına əl atan gombul cavanı dala çəkib, on addımlığa tulazladı. Ağrısından
heybətli bağırtı qopdu:
- Zənənə əl qaldırmayın, it uşağı! Şil-küt eliyərəm hamınızı!
Məmməd Xələf - Qara Zal maşınının belindən - taya hündürlüyündən birbaş
yerə atıldı, ordan da Torksinlə süpürləşən Qudalının üstün atıldı. Sarı Zal, əksinə,
qəribə təmkinlə Qəlyanlıları baxıb yerindən tərpənmədi.
Şoferlor faraları söndürdülər. "Yel fanarları"nı sarımtıl nöqtələrə döndərən
qəfil zülmət içində əvvəl Qara Zalın qışqırtısı eşidildi:
- Ə, Sarı, ölübsünüzmü?!
Sonra həmin qışqırtıdan kəskin fərqli - gər, rahat səs Qəlyanlılara doğru: - Ay
Abbas əmi, oğlun yenə qanmır! Palıdın altıynan burdakının fərqi nədi?! - Sarı
Zal idi, birdən Səmədin qabağına yeridi:
- Dayan. Sözüm var, - dedi.
Ayaqlarını gen qoyub, tək palıdın altında olduğu kimi, Qara Zalın hərəkətini
təkrar edib - çiyinlərini gərib, Səmədin qabağında səddə döndü.
- Səməd! Sən bilməlisən ki, adını üstümə götürdüyüm qardaşımnan
yanaşısan sən. Sidq-ürəknən "qardaşım" deyirəm sənə. Bu qardaşıyın sözünü eşit
indi. O gün Qara dedi, sonrasını korladı. İndi yenə korlayır.
Sən gərək qarışmıyasan bu qalmaqala. Çünki bu həngamə də sənin başındadı.
Çəkiyə çəkir səni bu Xaş köpəyoğlu. Biz hər şeyi bilirik. Xalıqı tutqudan
saxlamaqdan ötrü nə qədər qurğu qurmuşdular, heç birindən bir şey çıxmadı.
Qurban əmi getdi şəhərdən zəng vursun Məhərrəm Abbasoviçə. Adı Pünhan
adam göndərəcək Bakıdan, Çax-çuxu aparacaqlar. O naldan başqa çox şey var
Qurban əminin olində. Mütləq aparacaqlar. Odu ki, çaxnaşırlar. Quyunun
üstündə də çəkiyə çəkirdilər səni.
Sağ olsun cəmaat, aman vermədi. Biz də səni qamarğaladıq, qoymadıq
qoşulasan bunlara. İndi ayrı cür başlayıblar. Pambıq, pul-mal öz yerində. Ölümdirim məsələsidi bu, ay Səməd. Əgər bunlara əl qaldrrsan, heç xətər yetirməsən
də, elə it uşağıdı ki, özləri özlorini qana bulayacaqlar, "zaklyuçeniye"
düzəldəcəkiər. Xaş cibində naruçnik gəzdirir. Eşidirsənmi?! Naruçnik! Odu ki
göz bəbəyimiz kimi qorumahyıq biz səni, qardaşım! Qurban əmi deyir, Səmədin
başına bir iş gətirsələr, Sultan o dəqiqə çıraqtəki sönər. Bu it xılına da elə bu
lazımdı ki, bir şər-xata düzəldib səni tutsunlar, əmin də çıraqtəki sönsün, Xalıq
da gedib cinayətlərinin hamısını Persin üstünə yığsın. Məhərrəm Abbasoviçin
baldızından uşaqları var bu qatilin. Gülbəniz deyir, uşaqları öyrədib bu, hər
axşam evdə Məhərrəm Abbasoviçin üstünə tökülüşüb ağlaşırlar ki, dədəmizi
tutdurma. Bildinmi msələ nə yerdədi, qardaş! Çox yerə əl atırlar bunlar.
Gülbənizi söylət, desin sənə nə təhər sənədlər var əllərində. Şənbə danışa-danışa
gəzir ki, Xalıqın nə o tayda cinayəti olub, nə bu tayda. Hər nə olubsa, Stalinnən
Beriyanın, Şahm, Mirqəzəbnən Persin işidi. Xalıq xalqın xeyrinə işləyib guya!..
Məsələ bu yerdədi, qardaş! Ayağını bir azacıq yana atmağına bənddi, o saat hay
salarlar ki, Dəli Səməd cızığından çıxıb yenə! Diplomun əllərindəydi. Aralıqda
küy salmışdılar ki, partbiletini də atıb! Yazıq Qurban əmi bizi də rahat buraxmır,
"Ayıq olun, partbiletini oğurladacaqlar", - deyir. Ekizlər, Miri, Qara, hamımız
qaranca gəzirik. Bu yerdədi məsələ, qardaş! Gəlibsən, hamımızı dirildibsən.
Başına iş gəlsə, tək əmin yox, elə hamımız çıraqtəki
sönərik. Söz ver ki, çırağını söndürmüyəcəksən! Tək bu kəndinmi çırağısan
sən?! Heç yadımdan çıxmaz, Göyçədən, Ağbabalı mahalından, Təhlədən qocaqoca Ağ Əmir müridləri gələrdilər bizim lap balaca olduğumuz vaxtlar, sən
Ortayolnan yeriyəndə boy-buxununa baxardılar, Mədəd əmidən dönə-dönə
soruşardılar ki, "budumu Varis?", "Budumu sahibimiz?" Mədəd əmi çox vaxt
dillənməzdi, sonra birdən hirslənərdi ki, "Siz deyilsiniz, mən deyiləm, yəqin ki,
bu olacaq da! Görmürsünüzmü körpədi hələ, indidən göz dikməyin, dilə-ağıza
salmayın uşağı!" "Sultana baxın hələ. Odu hələ sahibiniz!" - deyərdi. Əmbə
gələnlər çox narazıydılar: "Sultanın əlindən heç nə gəlmir. Biz elə buna dikmişik
gözümüzü, bunun böyüməsini gözləyirik..." Bildinmi iş nə yerdədi, qardaşım!
Bütün millətin gözü səndədi, xəbərin yoxdu. Özünü qorumalısan sən, qardaş!..
Miri, yoldaşları ilə birlikdə o yanda vuruşurdu. Sarı Zal burda Səmədin
yolunu kəsib, tələsmədən, təntimədən danışırdı.
Sarı nöqtələr - "yel fanarları" tədriclə işıqlananda, Səməd elə bil ilk dəfə Sarı
Zalın öz qardaşına vurğun, ağıllı gözlərini gördü.
- Sənin adınnan bağlı əhvalat çoxdu, ay Səməd. Əl işlətmə. Əlin biz olaq,
ağıl özüyünkü olsun. Cavanlarımız dağılışıb kənddən. Axşam haraylayırsan
birini ki, gəl filan işin ucundan tut, sabahısı sorağı Mingəçevirdən gəlir,
yetimlərin yanından! Cəmisi bir manqalıq cavan qalmışıq burda. Kətməndən
tutmuş, maşına, traktoracan hər iş gəlir əlimizdən. Əmbə nə qədirbilənimiz var,
nə də qiymət verənimiz! Xızr Abının şagirdləyirik. Əmbə gözümüz səndədi.
Sənin işığına uçuruq! İşığımızı söndünnə! Abının "xançal" söhbətini yada sal,
qardaşım! Söz ver mənə!
Söz ver ki, bax o çardağın altındaca durub tərpənmiyəcəksən!
Sarı Zal nəzərində necə ucalmışdısa, Səməd hətta gülümsünən kimi oldu.
- Qonaqlının çırağı sənsən, Sarı! Sənin məsləhətindən çıxmaram! - dedi.
Sarı Zal bu sözlərdən elə bil boyca da ucalıb, gözlərindən gülüb, elə o gülüşlə də
döyüşməyə getdi.
Səməd isə, söz verdiyi kimi, çardağın altına qayıdıb, bayaq burda necə tarım
dayanmışdısa, eləcə də qaldı.
Bütün diqqəti meydanda vuruşan cavanlarda idi, aralığa girməyə Çalışan
ağbirçəklərdə, qız-gəlində, tək-tük çəlimsiz kişilərdə idi. Ömründə birinci dəfə
idi ki, başçı və iştirakçı deyildi, kənardan baxırdı və
Yəqin elə buna görə də Qudalıların Qonaqlılardan, Kərpickəsənlərdən kimi isə
üstələdiklərini gördükcə alova bürünürdü. Əmma dözürdü, tərpənmirdi.
Gombullar - gizlin "rabotniklər" Qonaqlı cavanların qabağından qaçıb,
gözlənilməz badalaqla rəqiblərini yıxırdılar, saçlarından yapışıb başlarını yerə
döyürdülər. Qonaqlılar, Kərpickəsənlər isə Qudalıların yaxalarının ələ keçirəndə
taraqqataraq kəllələşirdilər, təpikləşirdilər, yumruqlaşırdılar, tutaşıb
süpürləşirdilər. Səməd başı başa yox, daşı daşa şaqqüdadan kəllələşməyə də
ömründə birinci dəfə kənardan baxırdı və bu dəhşətli kəllələşmədə dəhşətli
düşmənçilik görürdü. Gün ərzində beyninə dolub qarışmış ağır təəssüratlar
arasından iki kəlmə - "iyli quyu" ayrılıb, Yağır Məmmədəlinin sümüklərini
göstərirdi... Möhsün kişinin - Kərpickəsən Möhsünün kənddə qazdığı quyulardan
bir-iki metr qara torpaq, üç-dörd metr sarı torpaq çıxırdı, yeddi-səkkiz
metrlikdən azı yüz vedrə daş, qum çəkilib çıxarılandan sonra su qayrıayanda bir
xeyli də suyun gözü eşilirdi, beləliklə, quyuların dərinliyi on-on iki metrə çatırdı.
Yağır Məmmədəlinin cəsədi belə bir dərinlikdə dəfn olunmuşdu və bu
düşmənçiliyin özülü o dərinlikdə idi. Qılınc Qurban Yağırın ölümü barədə
həqiqəti danışanda, "kobra gözləri" "ölü qoyun gözlərinə" dönüb Özülün
laxladığını xəbər versə də, meydanda bu düşmənçilik aydın deyirdi ki, özül
nəinki laxlamışdı, əksinə, Xəlvətin Sultan Əmirli ilə Qılınca "Düşmənimsiniz"
dediyi gün Perslə əsabələri - KQB Xudiyev, NKVD Gülənov necə gizlin və dərin
düşmənçilik özülü qoymuşdularsa, ötən illər ərzində o özül daha da bərkimişdi.
Toxunulmaz qalmaq, həmişəki kimi xaş tıxaşdırmaq, çax-çux eləmək, xəlvəti
işlər görmək, qıllanmaq, piylənmək üçün aləmi dağıtmağa hazır olan bu cin-
şeytan yığnağının hamısı öz həyat tərzləri, əxlaqları, dünyaya baxışları ilə
birlikdə, bütünlüklə o cəsəddən törətmişdi. Yağır Məmmədəli Əmir bağında -
almalıqda illərlə səbət daşıyandan sonra öz üfunətindən üfunət yaratmışdı; çörəyi
ayaq altında əzən, zənənin birçəyinə əl atan, bir-birindən gombul cavanlar- gizlin
rabotniklər, iri-iri başları, topa-topa yal-yolpaları yırtıcılar törəmişdi; raykom
katibinin maşmının təkərinə yaba soxan, darvazasına murdar yaxan, Lüt Cəfərin
yadigarı Yetimlər məhləsini üfunətlə dolduran dözülməz it xılına dönmüşdülər.
Bu düşmənçiliyin dəhşəti də məhz özülündə idi. Vuruşanlara kənardan baxabaxa Səməd indi bütün aydınlığı ilə dərk edirdi ki, Ağ Əmirlə Boz Əmirin
başlarını "çarvadar xurcunu"nda gətirən Yağırın
"rabotnik"liyi törəmələrin qanında idi. Bu Gizlinlər - paqonsuzlardan xilas olmaq
üçün bircə çarə vardı ki, onu da Sultan Əmirli demişdi: "kürüyüb atmaq!.."
Qılınc Qurban "İt xılı qudurub. Ehtiyatlı ol" desə də, Sarı Zal nə qədər ağıllı
məsləhət versə də, Gizlinlərin belə qudurduğu bir vaxtda Səmədin kənardan
baxmağa haqqı vardımı? Ağıl da, ürək də "Vur! Şil-küt elə! Kürü at!" -
deyirdisə, nədən çəkinirdi? Sultan Əmirli yəni o qədərmi üzülmüşdü ki, Bircə
balanın başına nə isə gəlməyindən, vahiməyə düşmüşdü? Bəlkə Saşanın bu qədər
qısa müddətdə istintaqa çəkilib güllələnməyindən sarsılmışdı, ya da Məhərrəmlə
əlaqəsinin kəsilməyində məğlubiyyət görüb sınmışdı? Əmir fədailərinin top atəşi
altında qırılmağına, Milli hökumətin yıxılmağına dözmüşdü, Mədəd Əmirlinin,
Pişəvərinin, Nəcəfoğlunun ölümlərinə, xalqın sürülməsinə, deyilənə görə aylarla
qapıları bağlı qalan vaqonlarda qırılmasına, on yeddi sədrin "vaqona
basılmağı"na və o təsərrüfatların cin-şeytan yığnağı əlində qalmağına dözmüşdü,
tək Bircə balanın başına nə isə gəlməyinə dözmürdü?!
Səməd "Yox!" - dedi. "Dözməlidi" - dedi. Və başa düşdü ki, Qudalıları elə bu
gecə "kürüyüb atmaq" üçün əlindən gələni eləməsə və bu günlərdə dönə-dönə
düşündüyü kimi, respublikanın o başından - Lerikdən bu başına - Qazağa qədər
iş başında olan keçmiş tələbə yoldaşlarının hamısını həq-ədalət - qanun otrafına
yığmayınca sakitləşməyəcək.
Bu vəziyyətdə birdən kiminsə baxışını hiss etdi. Gülənovdu. Maşınının dalına
çəkilib, tövşüyə-tövşüyə bu yana - Səmədə boylanırdı. Neştərlərində təəccüb
donmuşdu: Səmədin vuruşmadan kənarda qaldığını anlaya bilmirdi.
Bir baxan da vardı. Qudalı ağsaqqalı idi. Həmin yerdən - maşının dalından
gözlərini Səmədə dikmişdi. Təəccüb o enli, qırmızı üzü də kütləşdirmişdi:
Səmədin kənarda qaldığını o da heç cür anlaya bilmirdi. Tamamilə aydındı ki, o
"xəbərdarlıq"larla, prokurorluğa, raykoma yazılan "məlumatlar"la, "maniya
prisledovaniye", "psixi azar"-fılanla Səmədi daxildən qaynadandan sonra "alçamalça" satanlara qarşı "cəza tədbiri"nə və hətta bu vuruşmaya qarışmadığından
çaşıb, hətta özlərini itirmişdilər.
Bir-birinə yaxınlaşıb kəlmələşdilər - pıçıldaşdılar. Xəlvət dərhal qarışıqlığa
yönəldi, Qıllısını dartıb kənara çıxartdı, çəkib Piylisinin - Pul kisəsinin yanına
apardı. Xaş isə maşının açıq qapısından içəri əyilib siqnalı basdı. Qısa-qısa
fasilələrlə "düdüt-düdüt" eşidilər-eşidilməz it
məhləsi səmtindən bir dəstə məhlə milisioneri peyda oldu. Meydana cumub,
bəlkə də ömürlorindo birinci dəfə yaxşı iş gördülər: dalaşanlan araladılar. Əmma
Xaşla Xəlvətin elə xəlvəti kəlmələşməyi necə müəmmalı idisə, məhlə
milisionerlərinin "yaxşı işi" də eləcə müəmmalı idi.
Meydan əldə-ayaqda parçalanmış çamadan qırıqları ilə, əzik-üzük vedrə,
bidon, xurcun, heybə, bağlamalarla, toz-torpağa qarışmış "buxanka" "bulka",
"bublik" xıncımları ilə dolmuşdu. Günəbaxan yağı, yumurta, pavidla, şoraba
tökülən yerlərdə palçıq əmələ gəlmişdi.
Muradova həmin yerdə - boz "Pobeda"nın yanında yumruqlarını pencəyin
ciblərinə basıb, həmin vəziyyətdə - hərəkətsiz durmuşdu. Fərq bircə bunda idi ki,
katibi həyalı gəlinə oxşadan, boşurğu bağlanmış ağ kəlağayının dairəsi arasında
uzun, tutaş kirpiklər birdən-birə dik qalxıb, birdən-birə də xırp endikcə, bircə göz
qırpımında ətrafa iti nəzərlə baxan "nəlbəki gözlər"də soyuq rəsmiyyət parlayıb,
"həyalı gəlin"i dərhal məhv eləyib, Səməddə nə isə dumanlı narahatlıq əmələ
gətirirdi. Mirbağır müəllim də həmin yerdə - "Pobeda"nın yanında, həmin
vəziyyətdə, yoğun ortasını qısa boynu ilə birlikdə o yan-bu yana fırlada-fırlada,
onun-bunun üzünə baxırdı. Fərq bircə bunda idi ki, "Vay-vay" əvəzinə indi
"Bezobraziye! Bezobraziye!" - deyirdi və bu aramsız deyinti də o soyuq
rəsmiyyət kimi, Səməddə dumanlı narahatlıq əmələ gətirirdi.
Xaşın təəccübdən kütləşmiş neştərləri yenidən parıldayıb gizlin rabotniklərə
işarə verdi. Gizlinlər xıncım-xıncım "bərəkəti" yenidən xınca-xınca yüyürüşüb,
dikdirlərdən boylanışan şəhərli müəllimləri, şagirdləri çağırdılar. Yenə də
neştərlərin işarəsi ilə Xəlvətlə Qıllısından, Piylisindən başqa, məhlə
milisionerləri də qapan-tərəzinin dövrəsinə toplaşdılar. O xəlvəti
kəlmələşməkdən, pıçıldaşmaqdan başlamış, üfunətin belə səfərbər toplaşmağına
qədər, hamısı müəmma idi.
Əmma müəmma tez açıldı: Təftiş Abbasın yerində - tərəzinin dalında Qudalı
atamanı dayandı, Çürük Aşığın yerində - saqqız kötüyünün üstündə Qudalı
hesabdarı ilə Qudalı kassiri oturdular, "qruzovik"indən çuval, xaşa, kisə
yuvarladan Qara Zalın əvəzinə, Gizlinlər arabalardan çuval, xaşa, kisə tökdülər,
"alça-malça" satanların uşaqları əvəzinə, şəhər və dəmir yol məktəblərinin
şagirdləri çuvalların, xaşaların, kisə
lərin üstündə kömürlə yazılmış ad-familiyalarını tapdıqca, tələsə-tələsə, itələşə-
itələşə, pambıqlarını qapan-tərəzinin yanına sürüdülər.
Qudalı atamanı birinci xaşanı çəkib, ilk ad-familiya ilə ilk rəqəmi diqtə etdi:
- Müşərrəf Mirbağır qızı Bağırlı! Yüz kilo! - dedi.
- Afərin, şəhər qızı! Mirbağır müəllimin çorəyi halalın olsun! Gəl pulunu
al! - dedi.
- Çox əziyyət çəkibsən. Pambığını bizimkilər boşaldarlar. Sən haqqını al,
- dedi.
Müşərrəf kök, ağbəniz, qaraqaş, qaragöz göyçərək qızdı. Ancaq boynunun
qadına yaraşmayan yoğunluğundan atasına - Mirbağır müəllimə oxşayırdı.
Qudalı hesabdan təzə "uçot dəftəri"ndə ilk ad familiyanı yazdı. Qudalı kassiri
ilk pul "paçka"sını açıb, Müşərrəfə bir əllilik verdi və bu vaxt Səməd, nəhayət,
öz qışqırtısını eşitdi:
- Pulu kisəyə qoy, yırtıcı törəməsi! Dörd yüz mindən bir manat əskik
olsa, bir əlini sındıracam, iki manat əskik olsa, iki əlini sındıracam!
Qışqırtı necə qorxuncdusa, pul kisəsinin dövrəsindəki yığnaqda özünü
yığışdırmayan adam qalmadı. Səməd bunu bilmədi.
Qaranlıq küncdə tüstülər çaxnaşdı. Xızr Abı dik qalxıb irəli yeriyəndə,
qocaların hamısı dalınca qalxışdı. Səməd bunu da bilmədi.
Qara Zalla Sarı Zal bir tərəfdən yaxınlaşanda Qonaqlı, Kərpickəsən
cavanlarının qalanları o biri tərəfdən yaxınlaşdılar. Səməd bunu da bilmədi.
Gözlərinə od dolmuşdu, ürəyi beynində ağır çəkic zərbələri kimi guppuldayırdı.
Bütün bədəni və hətta ağzında dili-dişi də o guppulmlarla birgə döyünürdü və
Səməd hiss edirdi ki, canındakı bu təlatüm güclü ehtirasdan - Bezobraziyeni
"kürüyüb atmaq", camaatı o köhnə, gözəl çağlara qaytarmaq arzusundan əmələ
gəlmişdi. Tamamilə aydındı ki, rayonun, əmisinin və özünün taleyi də bu
cəmaatın həyatı ilə bağlı idi. Elə bir dövr gəlib çatmışdı ki, Stalinin ömrünün
kəsilməyindən, Mirqəzəbin həbsindən sonra Bezobraziyanın daha da fəallaşdığı,
Saşanın təcili güllələndiyi, Məhərrəmovla əlaqə kəsildiyi kimi, burda da
Bezobraziyenin beşcə günlük hökmranlığı Qılıncdan, Təftişdən, Abıdan,
Səmədin özündən başlamış bu döyüşkən cavanlara - Qara Zala, Sarı Zala, Miriyə
qədər, hamını, hər şeyi məhv edə bilərdi: Odur ki, təpədən dırnağa təlatümdə,
çəkmə zərbələrindən şişmiş, elə bil birə iki ağırlaşmış bədənlə, Gülənova tərəf
döndü:
- Mənə dedilər cibində naruçnik gəzdirirsən, çəkiyə çəkirsən məni, Gülənov!
Burda mənim biləyimə naruçnik taxıb, orda Sultan Əmirlinin "ürəyini partladıb",
yəni zəhərləyib bir gülləynən iki ov vurmaq istəyirsən. Bu saat mən özüm
əlverişli şərait yaradacam sənin üçün, məhlə milisionerlərini tök üstümə,
naruçnikini tax, maşına bas apar. Sədr Mədədin qatili azad gəzsin, tutqudan xilas
olmaqdan ötrü tədbir töksün, sədr Mədədin oğlu türməyə getsin. Özüm indicə
şərait yaradacam ki, sənin istədiyin kimi olsun. Əmma türmədən qabaq bir neçə
iş görməliyəm burda. Ölər Dəli Səməd, səkkiz qız, on iki yetim anası Ayrıanı
üfunətdən çıxartmamış biləyinə naruçnik taxdırmaz! Ölər Dəli Səməd, Kətyən
İbrahimi divar dibində qara "buxanka" gözləyə-gözləyə qoyub türməyə getməz!
Ölər Dəli Səməd, Təftiş Abbasın işdən çıxarılmasına yol verməz!..
Gizlinlər yığnağının topa qaraltısı önündə saralan pul kisəsinə baxırdı, ancaq
kisə ilə birlikdə Qarışqa qarını da görürdü. Bayaq "buxanka" əlindən alınandan
sonra qarı ortası üzülə-üzülə sürünüb qız-gəlinin arasında necə heysiz
düşmüşdüsə, eləcə qalmışdı. Ayaqqabı əvəzinə, altına gön yamanmış boz
corabda, quru sümük qıçlarını uzadıb, gözlərini göyə dikib, "yuxarıdan baxana"
nə isə deyirdi. Sağ-solunda paltarları cır-cındır, bir-birindən arıq - quru-taqqanaq
oğlan, qız nəvələri səssiz-səmirsiz ağlaşırdılar. Səməd bircə dəfə gözucu baxıb,
daha baxa bilməyib, əmisinin danışdığı, vaqonlara basılan ac-yalavac xalqın
şəklini havada görə-görə, pul kisəsinə doğru getdi.
Yığnağın topa qaraltısında hamı hər şeyi başa düşmüşdü. Piyli ayağa qalxıb,
kisənin ağzından qoşaəlli yapışıb, ağarıb, sifətdən də dümağ piyə çevrilmişdi.
Ancaq alt dodağında tez-tez yaladığı yerdə qan qızarırdı.
Qıllı Piylinin əksinə, kindən boğulub, sifətdən də qara camışa çevrilmişdi.
Alt dodağının köppüşündə qan da qara idi.
Əlini Piylinin meyid kimi soyuq əllərinə atdığı anda Səməd o birilərinə də
baxdı. Biri-birindən gombul Gizlinlər gərginlikdən şişib daha da
gombullaşmışdılar. Milisionerlər Xaşın neştərləri kimi işıltılı gözlərini
nəçənniklə Səmədin arasında oynada-oynada, növbəti işarəni - əmri icra etməyə
hazır dayanmışdılar. Bütün yığnaqda ancaq çal lopa bığlı qırmızı üzlə at üzündə
gümrahlıq, hətta sevinc vardı. Bu sevincin səbəbini axtarmaq lazım deyildi:
"çəkiyə çəkilən" adam o cür qalmaqalda, vuruşmada heç nəyə qarışmayıb
kənarda qalandan sonra indi öz ayağı ilə tora düşməyə gəlmişdisə, əlbəttə,
sevinməli idilər.
Meyid əlləri kisədən qopmurdu. Piyli kəkələyirdi:
- Mən qol çəkmişəm!.. Puldu bu!.. Yarım milyona yaxın pul!..
Mən məsuliyyət daşıyıram! Nə ixtiyarnan alırsan axı, sən bunu məndən?!
Neştərlər parıldadı:
- Ver, Qayım, ver... Dedim ki, biz zor işlətmiyəcəyik. Biz qanunnan
hərəkət eliyəcəyik!
- Bu adama bələd deyilsən, nəçənnik... Bankda kassir saydı. Gecəyə
düşürdüm, özüm saymadım, əskik ola bilər... Eşitmədinmi bunun sözünü?
"Sındıracam"-filan! Bundan nə desən çıxar, nəçənnik! Qabağında ölüm, yaxamı
qurtar bu dəlidən!
Çirişli tər Səmədi necə iyrəndirdisə, daha dözmədi: daş əzələlər Qayımı
divara sıxdı.
Neşterlər ətin arasından qabarıb par-par yanırdı:
- Dəyməyin! Qoyun neyləyir eləsin! İstər lap özü mənimsəsin!
Heç xətrinə dəyməyin!
Səməd kisəni dartıb, alıb Təftişə verdi.
- Kəmisyə üzvlərini yığ, sayın pulu. Özünün iştirakıynan sayın, təhviltəslim aktı yazın! Əlavə bir akt da yazın. Təxminən bu məzmunda ki, Qudalı
Rəhimin sədr olduğu kolxozda əmisi oğlu Qayım Qudalının kassirliyini anormal
sayırıq və təftiş komisyonunun qərarı ilə işdən kənar edirik!
Yığnağa tərəf döndü:
- Bu mənim birinci işim, Gülənov! - dedi. Sonra Xəlvətin üstünə yeridi:
- Mircəfər - Mirqəzəb Bezobraziyesi nə qədər hökmran olsa da, bu
kənddəki təsərrüfat kollektiv təsərrüfat adlanır hələ. Bu təsərrüfatın başçısı
nizamnamə əsasında, ümumi iclasda əksəriyyətin iradəsiynən seçilməlidi. Sən
seçilməmisən, Qudalı Rəhim. General Pers adlanan, hal-hazırda mühakimə
olunan siyasi cinayətkarın əmriynən, qeyri-qanuni təyin olunmusan. Keçən ilin
yayından bu vaxta qədər necə işləmisən, onu da kolxozun təftiş komisyonu
müəyyənləşdirəcək. Möhürü ver! Səlahiyyətim var mənim! Ver möhürü!
Xəlvət dartınıb dikəldi. Nə üçünsə kitelinin yaxasını düymələyirdi. Axırıncı
düyməni ilgəyə keçirəndən sonra, hətta boğazının dibində Çalkeçiri də dartıb
keçirdi. Buxağı irəli çıxdı, enli, qırmızı üz bir az da ennənib, bir az da
qırmızılandı. Belə ları xoruz halında Qudalı ağsaqqalı həməncə bəlağətli səslə
heyrətli sözlər dedi:
- Məlumun olsun ki, mən özüm rabotnikəm! Bu sovetlikdə sizing
Qılıncınızdan başqa bir nəfər - Rəhim Qudalı da "osobıy otdel,*
adamdı.
General Pers adlanan o siyasi cinayətkarnan heç bir əlaqəm-zadım olmayıb,
oğul. Mərhum qardaşım Məmmədəlinin meyidi tapılanda bir dəfə qapıma gəlib
Pers, onnan da əlaqəmiz qurtarıb. Atasının ölümünü təşkil eləyib Xalıqı verbovat
eləyən də o Pers köpəyoğludu! Sən əyri güzgüdə görmə hamını! Burda sənə
dedilər xəstəsən, şəkkaksan. Qardaşım özü skletdi yerin altda, Təbrizdə nə
olubsa orda qalıb! Onun oğlu Xalıqnan tutaşmağın necə əsassızdısa, məni belə
qaralamağın da eləcə əsassızdı. Məsləhət görürəm, çalış ağlını başına yığ. Bu
rayonun sahibi var. Kişi qayıdar gələr, inşallah, özü ayırd eliyər hər şeyi. Onda
bilərsən ki, general Persin əmriynən təyin olunmuşam, yoxsa Sultan Əmirli
yoldaşın şəxsən özünün təklifiynən, ümumi iclasın əl qaldırmağıynan
seçilmişəm.
Səməd bu heyrətli yalana cavab vermədi. Möhür kitelin döş cibində idi,
yumşaq göy şivyotun altından dəyirmisi qabarmışdı. Səməd sol əli ilə Xəlvətin
biləklərini birləşdirib, pəncəsində sıxdı, sağ əli ilə möhürü çıxartdı.
Xəlvət Muradovaya baxırdı:
- Yoldaş Muradova, şahid olun! Mirbağır müəllim, şahid olun! -deyirdi.
- Biz Kişinin xətrinə susuruq, ancaq xəbərdarlıq eləyirik buna,
müqavimət göstərmirik. Şahid olun! - deyirdi.
Muradova susurdu. Mirbağır müəllim hələ də o yan-bu yana fırlanırdı və
yenə elə "Vay-vay! Vay-vay!" - deyirdi.
Neştərlərin sevinci, təntənəsi isə tamam açıq-saçıq idi:
- Şahiddilər, Rəhim! Şahiddilər! Sənnən, Xalıqnan yox, öz əmisiynəndi
bunun işi. Kişi sizi insan bilir, rəhbər işçi sayır, qapınızı açır, bu da onun acığına
eləyir hamisını! Heç kəs tərpənməsin! Öz ixtiyarına buraxın, neyləyir eləsin!
Kişi qayıdanda danışarıq bunnan, onda aşkara çıxar hər şey!
Səməd möhürü də Təftişə verdi.
- İşimin bir qismini qurtardım, Gülənov. İkinci qismi Sovetlər İttifaqı
qəhrəmanı Xalıq Məmmədəli oğlu Qudalıynan bağlıdı. Bəlkə çağırtdırasan onu?
Yoxsa, özüm gedim?
_____________
*"Xüsusi şöbə" işçisi.
Səməd etiraz gözləyirdi. Hesabla, "işin ikinci qismində" Gülənov
ehtiyatlanmalı idi. Əmma Xaşdan çox qəribə, müəmmalı qəhqəhə qopdu.
- Ay uşaq, çağırın Xalıqı! - dedi.
Çax-çux uzaqda deyilmiş. Gizlinin birinin meydandan qaranlığa cumması ilə
qayıtmağı bir oldu. Ardınca Çax-çux qaranlıqdan çıxıb, trubkası damağında,
sakit yerişlə birbaş Səmədə doğru gəldi. Lap yaxınlaşıb, üç addımlıqda ayaq
saxladı.
- Buyur, qadası. Bu da mən!
"Bu da mən" sözləri ilə birlikdə Xaşın qəhqəhəsindəki müəmma da açıldı:
Səmədin qənşərində tamam başqa bir adam dayanmışdı. Bu adamın dəyirmi
fanar gözləri, sifətinin qaralığı və trubkası "Çax-çux Xalıq" adında qatil olsa da,
tün abı, yumşaq şivyot kitelinin döşündə bu dəfə iki qızıl ulduz, çiyinlərində
polkovnik paqonları parıldayırdı.
Gizlinlər yığnağından başqa meydanda hamı sehrlənmişdi. Uzun illər ərzində
"çax-çux eləyən", İran kişmişi, Çin makentoşu, Çin fanarı sata-sata "ekspeditor",
alverçi və möhtəkir kimi tanınan Qudalı Xalıqın metamorfozası Muradova ilə
Mirbağır müəllimi də çaşdırmışdı. Bu adamın haqqında əvvəlki təsəvvür elə
yerli-yataqlı və möhkəmdi ki, indi gözlə görüləni ağıl kəsmirdi. Səməd isə elə
sarsılmışdı ki, tamam kütləşib, Çax-çuxu nə üçün çağırtdığını unutmuşdu.
Ayılması həmin "çəkic zərbələri" ilə başlandı. Möhürü Xəlvətin cibindən
çıxardıb Təftişə verəndən sonra beynindəki guppultular getmişdi, burda yenidən
başlandı və Səməd özünə gəlib, yəqin ki, gün ərzində əzab çəkdiyini görə sifəti
nisbətən solğun, hətta kübar kimi görünən iki dəfə Sovetlər İttifaqı qəhrəmanı
polkovniki yaşıl furajkasından qara xrom çəkmələrinə qədər, yenidən gözdən
keçirdi. Qoşa qızıl ulduzun bərqindən bir şəkil əmələ gəldi: Çax-çux indiki
libasında əlli birinci ilin yayına qayıdıb, vaqonun açıq pəncərəsi arxasında əlinin
ekzemasını Şüşəyə sürtən Mirqəzəblə yanaşı dayanıb, "Cəlladla bir camdan qan
içən qaniçən" oldu və bununla da Səmədin beyni tamam açıldı.
- Xidmətlərini yüksək qiymətləndirib Stalin yoldaş!.. Gecə Bakıda
gördüyüm mayor Qudalovnan indiki polkovnik Qudalovun fərqindən məncə belə
nəticə çıxır ki, bu Qudalov yalnız o tayda Milli hökumətin devrilməyində yox,
yalnız "Boqi obezqlavlenı" yazdıran Yağıra köməyinə görə yox, indi Ermənistan
adlandırılan torpaqlarımızdan sürülənlərimizin müsibətlərində iştirak elədiyinə,
Borçalıdan Lerikə qədər ərazinin müsibətlərinə görə də yüksək mükafatlar alıb!
Gülənov ustubluca yaxınlaşıb, Çax-çuxun bir tərəfində, möhürü cibindən
çıxarıldığına baxmayaraq, daha da mötəbər görünən Qudalı ağsaqqalı da hiss
olunmadan yaxınlaşıb, Çax-çuxun o biri tərəfində dayanmışdı. Səməd kürəyində
bir-birindən zorba Gizlinlərin və bütün Qudalı xılının təpərli nəfəsini hiss edirdi.
Çəkic zərbələri gücləndi.
- Mən dedim xidmətlərini yüksək qiymətləndirib Stalin yoldaş.
Dedim, saydım xidmətlərini, niyə dillənmirsən?!
Çax-çux əmin-arxayın, trubkasını tüstülədirdi.
- Sən bu döşümdəkiləri sərf-nəzər elə. Qatil saydığın, qatil kimi tanıdığın
Çax-çux Xalıqa deyilməli sözün nədi, onu de, qadası. Qulaq asıram. Buyur!..
Əmbə nəzərə al ki, Qılınc Qurbanın Məhərrəm Abbasoviçə umudu boş xülyadı.
Nəinki respublika prokuroru, heç SSRİ prokuroru da sanksiya verəmməz mənim
tutulmağıma. Diqqətli ol, gör necə ciddi danışaram sənnən. Bu iki ulduzdan
başqa, müharibə müttəfiqlərimiz prezident Ruzveltin və Çerçillin şəxsən təqdim
etdikləri böyük mükafatlara layiq görülmüşəm mən. Çax-çux Xalıq belə
adamdı!..
Avtobioqrafiyamın gizlin tərəfləri çoxdu. Açmağa ehtiyac görmürəm, qadası.
Bir başqa yerdə böyük məmnuniyyətnən açıb-tökərəm, bu aralıqlarda
vurnuxmaqdan birdəfəlik əl çəkib rahat oturarsan. Dünya çox mürəkkəbdi,
qeylü-qallıdı, qadası. Çax-çux Xalıq, Xaş nəçənnik, Xəlvət Rəhim və sair
"mikroilan" adlandırılanlar "mikro" deyillər, qadası. Süleymanınızın xəzinəsinin
üstündə bir yox, milyonlarnan ilan qıvrılıb, ay dünyadan xəbərsizlər! Buyur, indi
sözünü de!
Səməd kürəyində Zorbaların nəfəsini duya-duya hiss etdi ki, burda basılsa,
cəmaatın ümidi sınacaq, özü də sınacaq və bəlkə, doğrudan da məhv olacaq. İki
dəfə qəhrəmanın inam və təmkinlə dediyi "Xəzinə" sahibi olammıyacaqsınız"
sözlərinə şübhə etmədən, özü ilə birlikdə əmisini də, bu cəmaatı və bütün xalqı
da dərin uçurum qırağında görüb, bayaq Çax-çuxu çağırtdıranda nəzərdə tutduğu
"iş"in üstündə daha da möhkəmləndi.
- İlana bir kəlmə də sözüm yoxdu, - dedi. – Yəni söz deməyə
çağırmamışam səni. Yadından çıxmayıbsa, yuxu danışmışdın məno. O yuxun çin
olub... - Kitelin yaxasından yapışıb sağa, sola necə dartdısa, düymələrin hamısı
partapart töküldü. Təpərli, pis qoxulu nəfəslər Səmədin boyun-boğazına dolub
tükünü ürpətdi: Gizlinlərlə birlikdə daim içkili məhlə milisionerləri də üstünə
tökülmüşdü.
- Demədimmi toxunmayın! Çəkilin! - bu Gülənovun qışqırtısı idı.
Kiteli Çax-çuxun əynindən çıxardanda elə bir an oldu ki, Səməd ətrafindan
dağılışan gombullarla, milisionerlərlə birlikdə Xaşı da gördü. Daha doğrusu,
ancaq neştərləri gördü: sevinc yox, təntənə də yox, neştərlərin parıltısında qələbə
himni vardı. Əmma Səməd "işin ikinci qismi"ndən qalmadı: yeddi il səkkiz ay
ərzində yuxuda və xəyalda qatili nə hala salmışdısa, indi eləcə bir hala saldı: ağ
maykada cəsədsayağı qabırğaları sananan "qara həyula"da nəfəsdən başqa heç nə
qalmadığını hiss edəndə nəfəsə toxunmayıb, Çax-çuxu it məhləsinə tərəf
tolazladı.
Nə qədər imkanlı adam olsa da, belə xınc-mınc bədənlə qatil, cinayətlərini
Persin üstünə yıxmaq imkanından məhrum olub, azı bir həftə, on gün yataqda
qalmalı idi. O vaxta qədər, şübhəsiz, məhkəmənin qərarı çıxmalı, Sultan
Əmirlinin, Məhərrəm Abbasoviçin başları açılmalı idi. Səmədə lazım olan da elə
bu idi.
Xaş "Dəli Səməd"in belə uzağa baxan gözlərini görmürdü. Xaş bu günə, bu
meydana baxırdı və qələbəsini də burda görürdü; Çax-çuxdan əl çəkib geri
dönəndə Səməd dərhal başa düşdü ki, "çəkiyə çəkilən"rin özünün özünü məhv
etdiyinə heç kəsin şübhəsi yoxdur: Xaşın qələbə himni indi Bezobraziye
törəmələrinin üzlərində, duruşlarında, tərpənişlərində də çalınırdı: əziz qohum və
himayədar Xalıqa baxmırdılar, Xalıqın yerdə döşəli qaldığı bir vaxtda bu
adamabənzər adamların hamısı bayram təntənəsilə dingildəşirdi, yırğalanırdı.
Çünki Xəlvət Rəhim də paqonlarını taxmış kimi, gurultulu-amiranə səslə "Səməd
Mədəd oğlu Əmirlinin çox açıq şəkildə nümayiş etdirdiyi siyasi əqidəsinə və
cinayətinə şahidlərin" ad və familiyalarını deyə-deyə, Piylisinin əlindəki dəftərə
siyahı yazdırırdı Gülənovun qoşa ovcunda isə "naruçnik" işıldayırdı. Səməd
nəfəsini dərmədən, bu dəfə birbaş Gülənovun üstünə yeriyib, əllərini irəli uzatdı.
- İşimin ikinci qismini də qurtardım. Taxa bilərsən naruçnikini, Xaş
nəçennik! Gülənov təhqirə cüzi əhəmiyyət də vermədi.
- Hə, indi doğrudan da taxmaq olar, eşq dəlisi!
Bircə an sonra Gülənovu yerdə - Səmədin dizinin altında, "naruçnik"i isə
"nəçənniyin" özünün biləklərində görəndə Bezobraziye törəmələrinin işarələrə -
əmrlərə tabe cəmdəkləri tamam hərəkətsiz qalıb qurudular.
Səmədin hərəkətlərində isə ildırım sürəti vardı. "Naruçnik"in zəncirindən
yapışıb, yüz kiloluq xaş bədəni sürüyüb, Gülənovun öz maşınına tulladı. Şofer
do məhlə milisionerlərindəndi: Gülənoğlu Molla Gülənə
oxşayırdı. Bir az bundan əvvəl Xaşın özünün işarəsi ilə motoru işə salıb hazır
dayanmışdı ki, "Dəlini birbaş dəlixanaya" aparsın. İşi tərsinə görəndə sözün əsl
mənasında gözləri kəlləsinə çıxdı. Səmədin heybətli bağırtısı şoferin olan-qalan
ağlını da aldı:
- Sür, köpəyoğlu! Rədd elə Xaşınızı burdan! Yoxsa, özüm sürrəm, aparıb
meşənin fızıllığına tulluyaram, çaqqallara yem olar, sabah bağırsaqlarını
yığarsınız kol-kosun arasından! Rədd ol burdan!
Təkərlərdən tükürpədən vıyıltı qopdu. Geriyə, yanlara toz-duman və yanıq
rezin qoxusu yayıldı. Maşın meydanda əyri-üyrü qara izlər sala-sala, qıjıltı,
gurultu ilə uzaqlaşdı.
Xəlvətlə Qıllı Çax-çuxa doğru, məhlə milisionerləri isə maşının ardınca
getdilər.
Nə Abıdan, Təftişdən, o biri Qəlyanlılardan, nə də cəmaatdan səs-səmir
çıxırdı. Bayaq Abı ayağa qalxıb qocalarla birlikdə irəli gələndə, Səməd ağ daş
binanın həyətindəki xançal əhvalatını və Seyid kişinin qonaq evinin həyətindəki
nitqi xatırlamışdı və Abı irəli gələndə məhz xançal əhvalatına və o nitqə bənzər
bir şey olacağını zənn eləmişdi. Əmma Abı susurdu. Hadisə elə gözlənilmədən
və elə sürətlə olmuşdu ki, nə baş verdiyini hələ heç kəs dərk edə bilmirdi.
Belə bir vəziyyətdə Səməd yenə də nəfəsini dərməmiş, bayaqkı ağ-bəniz,
qaraqaş, qaragöz qızı - Müşərrəf Mirbağır qızı Bağırlını çağırdı:
- Müşərrəf... bura zəhmət çək.
Qızı çağırırdı, əmma o yenə bədbəxt ailənin - Qarısqa qarı ilə gəlinlərinin,
nəvələrinin havada şəklini görürdü.
Müşərrəf vahimələnmişdi. Atası - Mirbağır müəllim də narahat olmuşdu,
yenə də dodaqaltı, "Vay, vay! Bu nədi, bu nədi?!" - deyirdi.
Səməd üst-başını düzəltdi. Əllərini daraqlayıb, gombulların dırnaqları altında
yaymalanan qandan, tərdən, toz-torpaqdan bərkimiş saçını alnından dala apardı,
boynuna tökülən qana bulanmış ovuclarını çirkli yaylığı ilə qurulayıb, Müşərrəfə
təpindi:
- Dedim bura zəhmət çək! Yemiyəcəm səni!
Qız torəddüdlə, ağır-ağır yaxınlaşdı. Nazik aypara qaşlarını və kirpiklərini
titrədə-titrədə Səmədə baxdı, əmma bu qorxunc adamın gözlərində nə gördüsə,
dərhal dirçəldi.
Səməd özü də ürək-dirək verdi:
- Qorxma məndən, - dedi, - pis niyyətim yoxdu. Mən pislərə pisəm... De
görüm... Sən bilirsənmi ki, o qarının haqqını verdilər sənə?!-
Atan başa düşər bunu, məncə. Sən özün de görək...
Müşərrəfin ağca üzü pörtdü. Aypara qaşlar gərildi.
- Qannın?!. Xeyr!.. öz zəhmət haqqımı almışam mən. Yüz kilo pambıq
yığmışam!.. Hələ bir az da artıqdı. Düz çəkmədi o kişi!.. Günorta hamı tənəffüsə
çıxanda mən çıxmadım. Özümə söz vermişdim ki, yüz əlli kilo yığacam. Azı yüz
iyirmi, yüz otuz kilo pambıq var orda.
Bildir də belə işlədim mən burda, təşəkkürnamə aldım... - Qızın nazik,
hissiyatlı dodaqları civə kimi qayrıayırdı. - Atamı qarışdırma bura! Bizim ailədə
heç kəs heç kəsin işinə qarışmır"!
Səbirsizlikdən, az qaldı ki, Səməd əlini o nazik dodaqların üstünə bassın.
- Çalış artıq söz danışma, Müşərrəf. Sualıma cavab ver. Neçənci sinifdə
oxuyursan?
Müşərrəf heç nə anlamırdı.
- Onuncuya keçmişəm. Necə ki?
- İnstituta gedəcəksən?
- Darülfünuna gedəcəm. Sergey Mironoviç Kirov* adına Dövlət
Darülfünuna. Filologiya fakultosinə girəcəm. Necə ki?!
- Girə bilmiyəcəksən, Müşərrəf. Əgər atan doğrudan da sənin işlərinə
qarışmırsa, qəbul imtahanmda kəsiləcəksən!
Müşərrəfin pörtmüş üzündə ağ ləkələr əmələ gəldi. Qız dönüb yoldaşlarına
baxdı.
- Bu nə danışır?!
Qarışqa qarı ilə gəlinlərinin, nəvələrinin havada şəklinə Mirbağır müəllimlə
Muradovanın qaraltıları qarışdı. Səməd əlini qızın çiyninə toxundurdu.
- Maarif müdiri bilir mən nə deyirəm. Rayonda özü bu barədə danışıb.
Sultan Əmirli kimi nüfuzlu yoldaşnan döşləşib. Xahiş edək, köhnə, təcrübəli
tədris mütəxəssisi kimi izah elosin, başa salsın qızını, görək niyə kəsiləcəksən.
Mirbağır müəllim duruxmuşdu. Xahişi eşidəndə ortasını fırladıb Muradovaya
baxdı:
- İzaha ehtiyac varmı?! Bu nədi belə?! İzahat vaxtıdı?!
Muradova dillənmirdi. Səməd təkidlə: - Rayonda danışdığınızı danışın! -
deyəndə Mirbağır müəllim Səmədlə Muradovanın arasında fırfıra kimi firlandı.
____________
*1934-cü ildə Kirov öldürüləndən sonra onun adına şəhər və müəssisələrin sayı-hesabı yox idi.
Azərbaycan Dövlət Universitetinə də Kirovun heç bir aidiyyatı yox idi.
- Rayonumuzda maarif-mədəniyyət işlərinə baxan raykom katibi dayanıb
burda... Mənim danışdığım orda qaldı. Hamı şahiddi, Sultan Əmirli yoldaş nə
kökə saldı məni. O barədə bir də danışmaq istəmirəm, yoldaş Səməd. Bu gün
vəziyyt də başqadı, tləb də.
Səmədin səsi sərtləşdi:
- Tələb?! Tələb olunur ki, kolxozçunun təminatına buraxılan pulu yığıma
kənardan cəlb olunanlar aparsınlar?!
Müşərrəf necə portmüşdüsə, Mirbağır müəllim də eləcə pörtdü:
- Sultan Əmirli yoldaş qayıdanda ondan soruş. Bu işlərin hamısı onun
göstərişidi. Qarışqa qarı ilə gəlinlərinin və nəvələrinin şəklinə qırmızı tuf daş
binanın foyesindəki adamların qaraltıları qarışdı. Səməd pırpız qaşlar altında
əzabla dolu boz-ala gözləri gördü. Səsi endi, hətta titrəyən kimi oldu:
- Sultan Əmirli nə vaxt, harda, kimə göstəriş verib ki, o pul qırılan diviziyada
qırılanların uşaqlarına yox, şəhər məktəbiynən dəmir yol məktəbinin şagirdlərinə
paylansın?!
Mirbağır müəllim yenə duruxdu. Şalvarının cibindən baş yaylığısayağı böyük
dəsmal çıxardıb buxağını, boğazını sildi. Gözünün biri Muradovada, biri
Səməddə idi.
- Başa düşmürəm, sən nə istəyirsən məndən. Tutaq ki, izah elədim,
Müşərrəf də bildi ki, tədris proqramı alayarımçıq keçiləndə şagirdin biliyi də
alayarımçıq olur. Bu il AMİ-yə* göndərdiyimiz uşaqlardan soruşublar: "Üzvi
kimyadan müəlliminiz kimdi?", uşaqlar bilməyiblər üzvi kimya nə olan şeydi.
Çünki keçən il noyabrın axırınacan pambıqda qalmışdılar, dekabrda da
Suşilkalarda** qoza arıtlamışdılar. Yanvarda tədris müdirləriynən kimya
müəllimləri yığışdılar maarit şöbəsinə, dedilər qeyri-üzvi kimyanı zornan
çatdırırıq, üzvi kimyaya vaxt qalmır...
Qısası, "Kamal attestat"larında üzvi kimyadan qiymət yazmadıq. Nazirlikdən
bir axmaq inspektor qışqırdı, bağırdı ki, "tədris proqramını pozduğunuza görə
hamınıza töhmət verdirəcəm". Məcbur elədi bizi, yazdırdı qiyməti. Axırı, AMİ-
dən uşaqlarımız kor qız kimi qayıtdılar.
Burdakı onuncuların aqibəti də elə olacaq. Bu da izahat! Nə çıxar mə-
_________________
*"Tibb institutu" da dilə rus təbirilə ("AMİ" - Azerbaydjanskiy medisinskiy institut) daxil olmuşdu.
**Havalar soyuqlaşandan sonra açılmayan qozaları kollardan dərib "suşilka"larda (soba - "peç"
istisində) açırdılar.
nim bu izahatımdan?! Rayonda o cür danışdığıma görə möhtərəm əmin yaxamı
Gülənovun əlinə verdi! Bu yaşımda, iyirmi ilin maarif işçisi, şəhərin küçələrində
özüm qapı-qapı düşdüm, uşaq yığdım! Bugünkü danışığıma görə də möhtərəm
omin, şübhəsiz, özü yapışacaq yaxamdan ki, məktəblilərin əhval-ruhiyyəsinə pis
təsir eləmisən! Başa düşmürəm, sən özün nə cavab verəcəksən ona!
Çal, pırpız qaşlar altında əzabla dolu boz-ala gözlərlə Qarışqa qarının,
gəlinlərinin, nəvələrinin şəkillərindən başqa, Səmədin nəzərində tək bir nəfərin -
Muradovanın qaraltısı qaldı.
- İndi Muradova yoldaşadı sözüm... İcazə ver sənnən elqızı kimi danışım,
Məleykə bacı... Bayaqdan baxıram. Susursan. Raykomun təlimatçısı əlləşibvuruşur ki, kolxozda bu dözülməz vəziyyəti birtəhər düzəltsin, katib heç
münasibətini də bildirmir. Niyə, Məleykə?!. Mən hiss eləyirəm, susmağın,
əlbəttə, boş-boşuna deyil. Baxışında soyuqluq görürəm. Laqeydlik, yox, məhz
soyuqluq! İncimə məndən, elə bil ocaq sönüb, külü qalıb. Hanı məşhur
"Diapozonlu Muradova?!" Yalvarıram, incimə sözümdən! Mən səndən kömək
umuram. Bu rayonun üç katibindən birisən. Rayonumuzda on yeddi təsərrüfat
başsız qalıb. General Persin bircə gündə təyin elədiyi Bezobraziye toxumları
hakimdilər hər yerdə. Elimizə-obamıza ürəyi yanan adamlardan, Qılınc
Qurbandan, Təftiş Abbasdan eşitdiklərimə görə, cəmaatı sındırıblar hər yerdə.
Bu cinayəti törədənlər mühakimə olunurlar. Əlaltıları hələ fəaliyyət göstərirlər.
Stalini, Mirqəzəbi, Persi pisləyirlər, Sultan Əmirlini "Mirqəzəbə qalib gələn
Kişi" adlandırırlar, Sultan Əmirlinin özünə istinad eləyə-eləyə cəmaatı rəzil
kökünə salıb, rayonu özülündən sarsıdırlar. Belə vəziyyətdə susmaq olarmı,
Məleykə bacı?! Mayda "Şəxsiyyətə pərəstiş" məktubu oxunanda Sultan
Əmirlidən narazı danışmısan. "Administrativ tədbirləri"ni pisləmisən. Bəs
burdakı bu "cəza tədbiri"nə münasibətini niyə bildirmirsən?! Sultan Əmirli
məcburiyyət qarşısında, kənardan işçi qüvvəsi cəlb eləyirsə, bu o deməkdimi ki,
yerli camaat daha da rəzilləşməlidi?! Xahiş edirəm, susma, bacım!
Nəlbəki gözlər açılıb Səmədə dikildi.
- Yoldaş Səməd!.. Biz bura mitinqə yığışmamışıq! Kənardan cəlb olunan
işçi qüvvəsinin kolxozlara zərəri haqqında da, yığım kompaniyası müddətində
məktəblərdə yuxarı siniflərin bağlanmağının maarifə, mədəniyyətə zərəri
haqqında da çox danışmışıq. Düzdür! Şəxsən mən maarif müdirinin fikrinə şərik
çıxmışam və raykomun bürosunda öz
şəxsi rəyimi tamamilə açıq bildirmişəm. Nəzərinizə çatdırıram ki, bizim şəxsi
rəylərimiz şəxsi rəy olaraq qalır. Pambığı "sürətlə, itkisiz yığmaq" haqqında
göstəriş Moskvadan verilib bizim Mərkəzi Komitəyə. Yəni Sovetlər İttifaqı
adlanan dövlətin mənafeyi güdülməlidir burda, yoldaş Səməd! Budu əsas
məsələ! İşi atıb alverə qaçanlara qarşı cəza tədbiri də, məktəblilərə zəhməthaqqı
paylanması da kolxozun rəhbərliyi ilə milis rəisinin Mərkəzdən göstərişə
diqqətlərinin nəticəsidir! Qonşularınız Tahirlidə də belə nəticə çıxarılıb,
Qurbanlıda da. Tahirlidə maldarlıq texnikumunun təiəbələrinə gündəlik
zəhməthaqqı verilib. Orda bu tədbirə etiraz edən yoxdur. Qurbanlıda şəhər
fəallarının ailələrindən cəlb olunanlara gündəlik zəhməthaqqı verilib. Orda da
etiraz edən yoxdur. Tək siz, partiya işçisi, Mərkəzi Komitənin göstərişinə qarşı
çıxırsınız. Özü də belə kobud şəkildə! Səbəblərini dedilər burda. Sizin
əsəbləriniz pozulub, yoldaş Səməd! Aldığım məlumata görə və burda öz
gözümlə gördüklərimə əsasən deyə bilərəm ki, partiya işçisinə yaraşmayan
nalayiq hərəkətlər edirsiniz. Adamlarla partiya etikası çərçivəsində danışmaq,
qüvvələri səfərbərliyə alıb, bütün imkanlardan istifadə yolu ilə yığımı təşkil
etmək əvəzinə, şəxsi hisslərinizi ictimai işə qatışdırıb dava salırsınız! Sovet
adamları arasında düşmənçilik törədirsiniz! Dəfələrlə xəbərdarlıq olunduğuna
baxmayaraq, bir-birinin ardınca adam döyürsünüz! Sizi məsuliyyətə cəlb edən
milis rəisini vəzifə başında yıxıb sürüyüb, dözülməz zorakılıqla iş üstündən
qovursunuz! Bütün bunlardan sonra isə məni öz biabırçı işlərinizə şərik çıxarmaq
istəyirsiniz?!. Sizə nə deyim? Necə yəni "bacı?!" Nə vaxtdan bacınız olmuşam
sizin?! Kommunist partiyasının rəsmi işçisiyəm mən! Və rəsmi surətdə
bildirirəm ki, əsəbləri bu dərəcədə pozulmuş adamın belə şəraitdə işləməyi qeyrimümkündür. Siz çox ciddi xəstəsiniz, yoldaş Səməd! Əgər xəstəliyinizi başa
düşürsünüzsə, raykoma ərizə yazın, təhkimçilikdən imtina edin! Onsuz da bu
hərəkətlərinizin çox pis nəticələri olacaq. Xəstəliyinizi etiraf etsəniz, həm
prokurorluq xətti ilə, həm də partiya xətti ilə müəyyən güzəştə gedə bilərlər.
Başqa sözüm yoxdur sizə. Yalnız bunu əlavə etməliyəm ki, mənim adımın
yanında "diapozon" sözü raykomun divarları arasında zarafatla işlənir. Siz hətta
bu incəliyi anlamaqdan da məhrumsunuz!
Qarışqa qarı Səmədin qucağında idi. Sol qolunun üstündə sinəsinə sıxmışdı.
Titrəyə-titrəyə, hıçqıra-hıçqıra uşaq kimi ağlayan qarı ilə birlikdə özü də
hönkürməyə hazırdı. Əmma gözlərinə yaş yox, yenə də od dolmuşdu. Qarının calaq-calaq əski-üsküdən ibarət şalını, qoftasını, corabın
altındakı gön parçalannı göstərə-göstərə Muradovanın üstünə getdi:
- Budu mənim anladığım! Mən bunun xəstəsiyəm! Bunun o sızıldaşan
nəvələrinin, o göynəyən gəlinlərinin xəstəsiyəm! Divar dibində oturub
gəvələməyə quru çörək gözləyən Kətyən İbrahimin xəstəsiyəm!
Qırılan diviziyada qırılanların arvadlarının, övladlarının xəstəsiyəm! Səkkiz
qıznan on iki yetim böyüdən Ayrıa bacının xəstəsiyəm! Əgər bunları
görmürsənsə, bunların qeydinə qalmırsansa, mən səni nəinki raykom katibi, heç
insan da saymıram! Diapozonunuz partiya instruksiyalarından kənara çıxmır,
diapozonsuz Məleykə! Bu Bezobraziye qazanında çox adam şikəst olub. Sən
kimi şikəsti birinci dəfə görürəm. Katib deyilsən, protokolsan sən!.. Qadın
deyilsən, buzsan!.. Gözəl deyilsən, idbarsan!..
Sönmüş ocaq dedim mən sənə! Elə sönmüsən, külün də qalmayıb! Mən isə
yanıram! Nə qədər ki, yanıram, bu Bezobraziye törəmələrini, gizlin
"rabotnik"ləri, mikroilanları yandıracam alovumda! Yaşamağa haqqı olanlara
işıq saçacam!.. Raykoma ərizə yazmıyacam. Raykomun tribunasına qalxacam,
insanlıqdan məhrum qadın çinovnik haqqında danışacam! Get burdan! Bir də
ayağın dəyməsin Qonaqlıya! Qancıq!
Muradovanı elə bil ilan çaldı; dik atıldı, rəngi ağardı.
Səməd hiss etdi ki, bu dərəcədə sərtliyinin üzərində əmisinin nüfuzu da vardı.
Çünki katib zənən titrəyib, cavab qaytara bilməyib, maşına doğru yönəldi.
Səməd "Pobeda"nın ardınca da baxmadı. Qan qucağında, qapan-tərəzinin
yanına qayıtdı. Dümağ piy üzlü Piylini saqqız kötüyünün üstündə oturdub, özləri
"ambulatoriya stolu"nun dövrəsində dayanıb pul sayan Qəlyanlıların arasından
əlini uzadıb bir dəstə yüzlük - min manat götürdü.
- Belə şeylərnən sənin yaran sağalmaz, a qarı. Hələlik al bunu. Bölünməz
fondun hesabına yazarlar, - deyib pulu əski-üskü qoftanın qoynuna saldı...
* * *
Anbarın qabağında, Təftişlə Möhsün kişinin asdıqları "yel fanarları"nın
işığında hadisə bununla qurtarmadı. Hadisənin iki əsas nəticəsi oldu.
Birinci nəticə budur ki, Səməd "kürünüb atılmalı"ları doğrudan da kürüyüb,
camaatın hüququnu özünə qaytardı.
İkinci nəticəsi isə budur ki, pambıq çəkiləndən sonra təcili "vedomost"la pul
paylananda Torksin birdən şığıyıb, Təftişin "seyf"indən möhürü dartışdırdı:
- Bura ver! Sən gəzdirmiyəcəksən bunu! Mədədimiz gəzdirəcək!
Neçə il gözləmişik biz onun yolunu?!
Təftiş nəinki möhürü verdi, üstəlik, əlinin ikisini də yuxarı qaldırıb: - Mədədə
mən bir dəfə iyirminci ildə, ikinci dəfə otuzuncu ildə səs vermişəm. Bir də indi
verirəm. Kim Torksinin təklifiynən razıdı, əlini qaldırsın, - dedi və Təftiş hələ
sözünü qurtarmamış, Qəlyanlılardan başlamış Qarışqa qarının quru-taqqanaq
nəvələrinə qədər, bütün Qonaqlılar sevincdən və kədərdən qəhərlənə-qəhərlənə
əllərini qaldırıb, beləliklə, "avariya" günündən yeddi il səkkiz ay sonra sədr
Mədədin "Bircə bala"sının simasında sədr Mədədə yenidən səs verdilər və
Səməd cəmisi bir neçə dəqiqə çəkən qeyri-adi iclasda belə gözlənilmədən kolxoz
sədri seçildi.
Xızr Abının müəmmalı pərtliyi nəzərə alınmasa, qələbə ətrafında hamının,
hətta Qarışqa qarının da dirçəldiyinə, ümumi şadlıq, vəcd hökm sürdüyünə
baxmayaraq, Səməd özü əldən-ayaqdan düşmüşdü, yəqin ki, içərisi boş olmayan
çadıra gedib dincəlməyə ehtiyac duyurdu. Əmma hardasa nal səsləri və Qurban
əminin "Qorxmayın! Qorxmayın! Sultan özü gəlir", - dediyini eşidəndə bədəni
tarıma çəkildi.
- Torksin! Qara Zal! Sarı Zal! Qızlı, oğlanlı, hamı dalımca gəlsin.
Əlləzoğlunun evinə getməliyik. Hamılıqla! Gəlin! Əlləzoğlunun evinə!
Heç kəs görmürdü ki, enləri ilə uzunları tən gələsi dərəcədə iki kök qadın
qaranlıqda biri-birindən xeyli aralı dayanıb Səmədin son sözlərini eşidəndən
sonra, hər ikisi eyni iti addımlarla işığa çıxdılar. Gülbəniz Səmədin bir qulağına:
- Neynirsən sən, a canım-ciyərim?! O cırdığın məktubda bədbəxt bacım
dönə-dönə yazmışdı sənə ki, Sultan adında adamdan züryəti olmuyacaq, -
deyəndə, Şənbə Səmədin o biri qulağına: - Cəmaatı niyə yığırsan ora?!
Bilmirsənmi ki, o uşağı daha saxlamaz qarnında?! - dedi.
Səməd mat-məəttəl Gülbənizin enlənib, krem yaxılmaqdan ağarmış üzünə,
gah da Şənbənin əprilmiş yanaqlarına baxırdı: cəmi üç nəfərin - Sultanla
qardaşoğlunun və Müslümün arasında olan söhbəti bunlar hardan bilirdilər,
doğrudanmı o məktubu Gülgəz özü yazmışdı və uşaq söhbəti də ordandı?!
Səməd bu iki nəfər yad ikən məhrəm, məhrəm ikən yad qadının arasından
çıxıb, bir də qışqırdı:
- Torksin! Eşitmədinmi nə dedim?! Gülgəzin yanına getməliyik! İş var!
Belə qəfil, gözlənilməz, qəribə sözlərdən, əlbəttə, çaşmayan, tutulmayan
qalmadı. Yalnız Səməd meydandan xeyli aralanandan sonra Torksin: - O boş söz
deyərmi? Lazım olmasa çağırarmı bizi? - deyib Səmədin ardınca yüyürəndə
başqaları da tərpəndilər.
* * *
Gülgəz qalın, hündür çəpər arxasında, evin sol səmtindəki çardağın altında,
boz kilim üstündə dizlərini qucaqlayıb oturmuşdu. Ocağın alovu təzə-təzə
qızışıb, qara, yığcam qazanın altından atıla-atıla həyəti az-maz işıqlandırırdı. O
tutqun işıqda, cığaları qaşlarının üstünə sallanmış, zərif, doğma sifəti, qayrıarlığı,
gözəlliyi uzaqdan da sezilən gözləri görər-görməz, Səməd iti, qulac addımlarının
öz-özünə yavaşıdığını, hələ Bakıda rulun-sükanın arxasına keçdiyi dəqiqədən
başlayaraq beynində dolandırdığı sözlərin yoxa çıxdığını duyub, hətta ətrafındakı
cavanları heyrətləndirən sarsıntı ilə dayanıb, başını sağ çiyninə əyib, yazıqlaşdı,
məzlumlaşdı. Heç kəs, o cümlədən Səməd özü də bilmədi ki, belə ləngiməyi
arxadan taleyin hökmü ilə gələn Xızr Abının özünü yetirib dəstənin qabağına
keçməsinə səbəb oldu.
Abının gözləri geniş açılıb Səmədin, sonra sağ-solundakı cavanların, qızların
üzlərində gəzdi. Səsində qəzəb gurtadı:
- Deyir görüm məhəbbət nə deməkdi?!
Qızlar oyan-buyana baxdılar. Cavanlardan bir-ikisi pıqqıldaşdı. Sonra hamı
Səmədə baxdı, hamısı çaşqınlaşdı.
Səməd özü isə, başı çiyninə əyili, həmin məzlum, yazıq görkəmdə susurdu.
Abı başdan-ayağa müəmma idi.
- Ələsgərin damında dərs keçibsiniz hamınız. Səməddən başqa...
"Mövlud keçirmək", peyğəmbər ƏlEy ƏsƏlimin əsli-nəsli haqqında
danışmaq ixtiyarı alıbsınız. Peyğəmbərin rütbəsi barədə sual verirəm.
Səsiniz niyə batıb?!
Birinci yenə Torksin dilləndi:
- Yeridimi, baba?! Səmədin vacib sözü var Gülgəzə. İstəyirsən sən də
gedək.
Abı daha da sərtləşdi:
- Səməd deyib sözünü! Artıq danışıq nəyə lazımdı?! Səməd qamətini
düzəldib, fikrini toplamağa çalışdı.
- Mən heç nə deməmişəm... Abı əlini çadır səmtinə uzatdı.
- O yuvaları dağılan qaranquşların civiltiləri də eşidilir bu həyətdə.
Axşam quyunun üstündə sən o cür danışanda eşidilməyibmi burda?!. Sus indi
sən! Hünər göstərib aləmi çaxnaşdırıbsan! Bir çaxnaşma da burda salacaqsan?!
Tanımırsanmı Əlləzoğlunu?! Xəstəxanadan çıxarıb gətirib salarlar üstünə,
böhtan çirkabında batarsan. Bildin?!. Cavanlara sual verdim. Cavablarına qulaq
as sən bunların, gör nə deyirlər... Niyə dillənmirsiniz, bala? Necə yəni
"yeridirmi?!" Xızr Abı yersiz danışar?!
Cavab ver sualıma! Təzəlikcən dil çıxardıbsan. Danış da!
Torksin, bir gözü Səməddə, bir gözü Abıda:
- "Məhəbbət" rütbədi, - dedi - İndiki dilimizdə təhrif olunub. Əslində
cəmi Bağların, OdƏrlərin rütbələrindən biridi. OdƏrcəsi Bağ-HəmOddu (Vahid
həqiqət Bağı). Təhrif dillərdə "Muhamməd", "Mühəmməd", "Məhəmməd" və
sairmüxtəlifsözlərəçevrilib. "Muhabbət", "Möhübbət", "Məhəbbət" sözləri də
peyğəmbər ƏlEy ƏsƏlimin Bağ-HəmOd rütbəsindən azıb təhrif olunub. Hər
hansı bir insan SafAğ Elminin əsasını mənimsəyibsə OdƏr - Həqiqət İşığı olursa,
eyni zamanda BağHəmOd (Vahid Həqiqət Bağı) olub, Odun - Həqiqətin köməyi
ilə insanı insana bağlayır. Həqiqəti bilən insan Həqiqəti bilən insana bağlananda
isə, eyni zamanda ƏlEyə - Uca Əlo, yəni ƏlAğa -"Əllah"a bağlanır.
Budur məhəbbət, baba!
Həqiqətdən xəbərsiz insanın "məhəbbət"i təhrif sözdü, təhrif mənadı, yalnız
hissiyyata, başqa sözlə, şəhvətə bağlandığına görə, şəhvət hissi öləndə təhrif
"məhəbbət" də ölür. Bu deyilənlərə əlavə olunmalıdır: ƏlAğ - "Allah" EySarımız
bizi həqiqətdən xəbərsiz insan "məhəbbət"indən qorusun!
Torksin gözlərini Səməddən çəkmədən, gərginlikdən, qəhərdən boğulaboğula udqunda.
Abının gözləri də Səməddə idi.
- Eşitdin?! Dərk elədin?! O çardağın altında oturan bədbəxtimizə az-çox
məlumdu bu həqiqətlər. Sultandan dərs alıb bu dörd ayda. Sultanın Övladını
bətnindən qovmaz o, oğul! Bu barədə Sultana da düz deməyiblər, sənə də. Həm
orda - Bakıda başını yeyiblər sənin. O şofer düz adam deyil. Burda da iki zənən
deyib sənə bu barədə. Mənə məlumdu bunun hamısı. Sultanın hələ dünyaya
gəlməmiş züıyətinə anası yox, başqalan qəsd eliyərlər. Bacarırsansa, bax
elələrindən qoru o bədbəxti. Təhqirlərə, söz-söhbətlərə dözəmmir. Başa
düşdünmü?! O cırdığın məktubu bu yazmayıb sənə. Məktəbin arxivindən bunun
"rus dili" dərsindən "diktant" dəftərini tapıb Xaş nəçənnik, Şüşəlidə oturub
bunun xəttinə oxşada-oxşada, hırıldaşa-hırıldaşa yazıblar, insanı sözlə
zəhərləmək, əsəbiləşdirib öldürmək kursu keçən o ilan zənəni məcbur eləyiblər
məktubu versin, görüşdürsün sizi, o yandan da Qudalı itlərini çağırsın, şəklinizi
çəksinlər bax o çardağın altında, qəzetə verib ifşa eləsinlər:
"Zəmanəmizin Məcnunu Leylisindən qaçmır!" Plandı bu. KQB-də Xudiyevi
xəlvəti əvəz eləyən Xalıq Qudalovun şəxsi planıdı! İki zənənə tapşırıb bunun
icrasını. Burdadılar ikisi də. Çox yaxşı tanıyırsan hər ikisini!
Ətrafında baş verən hadisələr çatmır sənə, oğul! Çünki çox, çox təmizsən və
sadəsən! Bezobraziyenin nə iş gordüyünü bilmirsən. Sarı Zal səndən yaxşı görür
Bezobraziyenin əməlini: Varisin başındadı hər şey deyir, o cür taraqqa-taraq
vuruşmanın arasında qabağını kəsib başa salır səni, yenə başa düşmürsən
kimsən, kim olmalısan!
Abı üzünü cavanlara tutdu.
- Aparın bunu, dərs deyin o çadırda!.. Eşitdinmi, ey pak nadan?!
Dərs keçməlisən! SafAğ Varisi rütbəsinə layiq olmalısan! Yoxsa, özünü də
məhv eləyəcəksən, əmini də, bizi də və o dizlərini qucaqlayan xoşbəxt bədbəxti
də! Bəli, xoşbəxtliyi də var onun. Vaxtı çatanda biləcəksən. Nə baxırsan üzümə?!
Göyə bax! Bu aylı, ulduzlu Kainat miqyasında nə qodər bilmədiyin şeylər var!
Bir dəfə BağHəmOdun Öz sağlığında, iki yüz illik müharibənin lap
başlanğıcındaca məhv eləyiblər bu Elmi. Yeddinci əsrdə. Bir dəfə Mənsur
Hollacın zamanında – onuncu əsrdə qırıblar alimlərimizi. Bir dəfə Firdovsinin
zamanında! Bir dəfə Nizaminin zamanında! Bir dəfə Nəimi ilə Nəsimi
bədbəxtlərimizin zamanında! Bir dəfə "Şeyx Səfi" dedikləri Şeyx SafAğın
zamanında!
Bir dəfə onun oğlunun, bir dəfə də nəvəsi Şah İsmayılın zamanında! Bütün
Kürreyi-ərz deyilənin bəşəriyyəti məşğul olur bu işnən ay yazıq Varis balam! Bu
doqquzuncu dəfədi. ƏlAğ EySanmızın edamını da əlavə eləsək, onuncu dəfədi!
SafAğ Elminin minlərlə ad altında gizlənən milləti özü-özünə qılınc qaldırır indi!
"Faraon" dedikləri EvƏr-EyÜnlərin zamanlarında EvƏrEy OdƏrlərimizin
özlərini o dərəcədə nadanlaşdırıblar ki, ƏrAğları - "ruh"ları birbaşa OdAğÜz
BağOdƏrə uçan EvƏrEyÜnlərin hamısına mavzoley tikdirib, yanına da azuqə
qoyub guya Yerdə saxlayıblar. İndi cəmi Yer üzündə "Yevrey" düşmən sayır
EvƏrEyÜnləri - "Faraon"ları. Niyə? Çünki İlan belə qandırır! "Misr" - BağSar
tariximizi öyrənsən, görərsən ki, on bir dəfə yox, bəlkə yüz bir dəfə məhv
eləyiblər Varislərimizi! Get öyrətsinlər! Get! Səməd quruyub qalmışdı.
- Abı!.. Abı, axı, əmimin özünün sözüynən gəlmişəm mən bura!
- Dedim Sultanı başdan çıxaranlar var! Sultanın yox, Müslümün
sözüynən gəlibsən! Daha doğrusu, Çax-çuxun!.. Tanıdınmı Müslüm Müslüm
oğlunu?!
- Nə?! Nə dedin?! Müslüm bizimkidi, Abı!
- Təkrar eləyirəm: çox, çox sadəsən, uca nadansan, oğul! Bakıda tək
ulduzla, mayor paqonuyla, burda qoşa ulduzla, polkovnik paqonuyla qabağına
çıxan, kül-xınc elədiyin adamı tanımırsan sən. Xalıq deyil o!
Qudalı deyil! Yağır Məmmədəlinin oğlu deyil! Xəlvət Rəhimin qardaşı oğlu
deyil! On birinci ildə Səttar xan vurulandan sonra Yağırı aparıb Londonda,
Romada - filanda saxlayıblar. Sonra Peterburqa göndəriblər.
Sonra yenə Cənuba qaytarıblar. Bax onda Jalə adında bir dul arvadla
evləndiriblər, arvadın Xudat adında oğlunu da "Xalıq" adıyla yazdırıblar Yağınn
üstə, olub Xalıq Qudalı!.. Əslində heç Xudat da deyil! Heç o dul arvadın da oğlu
deyil! Nikolay vaxtından, on yeddi yaşından göndərilib Azərbaycana, burdan da
göndərilib dul arvadın evinə... Aç gözünü, yenidən bax Xalıq Qudalıya! Bütün
Azərbaycanda Mirqəzəbnən Pers bilir, bir də Sultannan mən bilirik kimdi o.
Eşitsə ki, sirr açıram, bax bu cəmaatın gözünün qabağındaca gülləliyər məni!
Səni də gülləliyər, Sultanın özünü də. O yekəlikdə, o təcrübədə qatil zır-zır
ağlayır ki, "Yağır Məmmədəlidi mənim atam! Kim uydurub bu
avtobioqrafiyanı?!
Rəhim kişi doğma əmimdi mənim!.." İnanmaz! Çünki Peterburqda Rəhimnən
Məmmədəlinin qoşa şəklini veriblər, bir-birinin kopyasıdı!
Odu ha, Rəhimin evinin divarında!.. Müslüm çox biləndi. Nəsə duyub,
ya da nəsə bilir onun barəsində. Odu ki, öl deyəndə ölür, qal deyəndə qalır. Sənə
deyib: "Məktub yaz, verim bacıya, uşağına xətər yetirməsin". Sultanın tapşırığı
deyil bu! Çax-çuxun tapşırığıdı! Nəyinə lazımıymış elə bir məktub, Qurban
soruşub. Açıq deyib ki, "Səməd əmisini vurandan sonra məhkəmədə əşyayi-dəlil
nə qədər çox olsa, bir o qədər yaxşı olar". Yəni Müslüm Gülgəzə yox, Çax-çuxa
verməliydi sənin məktubunu. Sultan da bilir bunu, Məhərrəm də. Sən elə bir şey
eləsəydin, Müslüm məktubu Çax-çuxa verəndə Məhərrəmin adamları
almalıydılar Çax-çuxdan. Belə şeylər var, oğul!.. Elə xurd-xəşil süründü hara
getdi, bilirsən? Prokuror Sayılovnan həkim gözləyirmişlər Xəlvətin həyətində.
Çəkməsinin boğazından xançal çıxarıb, sinəsinin qanına bulayıb verib həkimə ki,
"Bax bunnan öldürmək istəyirdi məni o dəli". Bildinmi hansı xançaldı?! Kim
aparıb, necə aparıb əmiyin bağından o xançalı?! Necə olub ki, Bakıda Xalıqın
dizlərinin üstündə görübsən o xançalı?! Gör nələr eləyir Bezobraziye!.. Ayıl,
oğul! Yazıq Qurban lap cana doyub. Deyir "iki yerə bölünsəydim, yarım
Bezobraziyeni izliyərdi, yarım da dəlimizin özünü!" Qılınc Qurban deyir ey
bunu! Di get! Get! Aparın bunu o çadıra! Yenə qan axır başından. Sestranı
çağırın. Acdı həm də bu bədbəxt! Aparın!
Səməd yenə də gedə bilmədi. Necə deyərlər, dirigözlü ölmüşdü. Elə bu
vəziyyətində yenə nal səsləri və Qurban əminin xırıltısını eşitdi:
- Müslüm Səmədin dalınca gəlib. Çadırın qabağında gözləyir. Sultan zəng
vurub ki, gedəsi olmadım, Səməd özü təcili gəlsin. Yoxsa, həbs eliyəcəklər...
Mən sındım, Abı!.. Qılınc Qurban yoxdu daha.
Abının səsi də xırıldayırdı:
- Eşidirsən?! Eşidirsən?! Sındım! - dedi.
Sonra birdən yan tərəfə - alaqaranlıqda qısıq duran Şənbəni görər-görməz atı
onun üstünə sürdü. Şallaq iki dəfə şaqqıldadı. Lap güllə kimi. Zərbənin biri
Şənbənin sarı, nazik qofta altından qabarmış sağ döşünə, o birisi sol döşünə
dəymişdi. Şənbə titrəyib üzü üstə sərildi, qıvrılıb qaldı. Sonra iki şallaq şaqqıltısı
da eşidildi. Gülbəniz dözümlü imiş; qoşa əlləri ilə doşlərini sıxıb, ağrıdan
gözlərini yumub, ayaq üstə qaldı.
Qılınc atın yüyənini geri burdu.
- Xudiyevdən qalıb bu. KQB-nin zənənlərini qoşa-qoşa işlədirlər!
At dəhşətli tər qoxusu yaya-yaya irəli gəlib nəfəsi ilə Səmədin boynunu
yandırdı və Səməd istər-istəməz geri dönüb, Qurban əminin sifətini də tər içində
gördü.
- Sultan təkid eləyir telefonda. Getməlisən!
Aralıqda xeyli sükut oldu. Sonra Səmədin heyrətlə dolu asta səsi eşidildi:
- Bura bax... Qılıncım, müəllimim, fəxrim... Necə yəni "Qılınc Qurban
yoxdu daha?!" Bu quruluşun, hökumətin zibili çıxsa da... Bezobraziye dünyanı
götürsə də, sənin öz dilindən eşitmişəm və bütün varlığımnan inanmışam ki,
xalqa arxalanan adama zaval yoxdu! Sürgünlərə, fəlakətlərə, bilavasitə başçılıq
eləyən Mirqəzəbnən bir yerdə, xalqın qanını içən casus oğlu casusun özünü həbs
elətdirəcəm mən!..
Düzünü deyin görüm kimdi məni kənddən ayırmağa çalışan?!
Yenə sükut oldu. Sonra yenə Qurban əmi xırıldadı:
- Getməlisən!
Səməd də bir kəlmə:
- Getmiyəcəm! - deyib çəpərin arasından Ortayola çıxdı.
* * *
Cəmaat orda-burda, beşbir, üçbir, girin-girin dayanmışdı. Bürkü və səssizlik
içində cırcırama cırıltısından başqa Dam direktor Ələsgər müəllimin deyintisini
eşitməyən vardısa, o da hadisələrə laqeyd kimi hələ də elə o vəziyyətdə -
dizlərini qucaqlayıb oturan Gülgəz ola bilərdi. Əmma Ələsgər müəllimin
deyintisi oraya - çəpərin arxasına da, yolun o biri tərəfində gur işığı yolu vuran
həyətə də çatırdı:
- ...Rəhmətlik Mədəd özü deyərdi ki, Elm düzəltməsə, bu dünyanın
düzəlməyi qiyamətə qaldı. Qudalılarnan, üstəlik, hamısı paqonlu Gülənovlarnan
kəllələşməyiniz nə xeyir verəcək sizə?! Təzə sədrinizin hələ seçilməmişdən o cür
görünməmiş zorakılıqnan Xaşın biləklərinə naruçnik keçirməyi, sonra da iki dəfə
Sovet İttifaqı Qəhrəmanını o hala salmağı nə xeyir verəcək onun özünə, sizə?!
SeKa KPSS-dən Bakıya deyilib, Bakıdan da rayonlara deyilib ki, institut,
texnikum, məktəb - filan, nə varsa, hamısı saxlansın, əli-ayağı tutanın hamısı
yığıma göndərilsin. Sultan Əmirli kimi kişi acizdi bu əmrin qabağında! Bu nə
üsyandı belə qaldırırsınız?! Kim verər o pulu sizə?! Həməncə Xaş nəçənnik,
rayonun bütün milisəsini bura töküb almıyacaqmı əlinizdən o paylananı?! Axşam
Təftiş burda elə ağzını açanda demədimi ki, düzələn deyil bu xaraba?! Bir
Səmədiniz – Mədədiniz yox, beşi olsun, siz də
lap belə üçpara kənd - sovetliknən qalxın ayağa, neyniyə bilərsiniz?!. Kağız
üstündə qalıb bu hökumətin qanunları. Otuz dörd ildə, kolxozun boyunduruğu
altında hələ başa düşməyibsiniz ki, Qılınc Qurbanların, Mədəd Əmirlilərin,
Təftiş Abbasların işi-əməli otuzuncu illərdən bəri addamayıb, Bezobraziye hökm
sürür hər yerdə?! Bizim arvadı da aparıblar o işıqlı həyətə. "Bu Xalıq Qudalovun
qanı, ekspertizada belədi, bu da xançalın üstündəki həmin qan! Podpişite, Sestra
xanum!" Neyləsin indi "Sestra xanum?!" Min dəfə sübut eləmişəm prokuror
Sayılova ki, evimin damında əlavə astronomiya dərsi deyirəm uşaqlara, hələ də
açıq saxlayır "sledstvennoye delo"mu! Sestra da qol çəkməsin, o
"zaklyuçeniye"yə, nə olar?! Mənim xeyrimi niyə şərə döndərirsiniz, ay istəkli
şagirdlərim?! Kəfəni boğazıma dolayıb Elm öyrədirəm ki, siz də öz balalarınıza
öyrədin, unudulmasın həqiqətimiz, bu Rus deyilən Divdən yaxamız qurtarsa,
imkan daxilində dirildək millətimizi. Elmlilər də eyniynən o Bezobraziye
xadimləri kimi, şor - zor yoluna düşsələr, nə olar millətin axırı, ay əzizlərim?!
Səməd yaxınlığında Ələsgər müəllimin gözlərində yaş gördü. Əmma
yumşalmadı.
- Bura bax, Ələsgər müəllim!.. Bayaq Xızr Abı sual verdi orda cavanlara.
Torksini danışdırdı. Belə çıxdı ki, şeyx babamın, şeyx əmilərimin Elmi olmasa,
insan insana bağlanmaz, həyat, yaşayış olmaz... O böyük hərflərnən yazılan dilin
böyük hərfnən yazılan Elminə laqeyd deyiləm mən. Abı çox danışıb, məni də
maraqlandırıb. Atamın vəsiyyətinə də laqeyd deyiləm. Əmma sualım var: Bayaq
Abı beş-on dəqiqənin içindəcə tamamilə aydın danışdı bu Elmin tarixini!
"Faraon"ların - EvƏrEyÜnlərin zamanından bu günəcən asıb-kəsiblər
alimlərimizi. Bundan nə nəticə çıxarırsınız?! Məni bu torpağa, bu xalqa bağlıyan
SafAğ elmidi?! Üzr istəmirəm kobudluğuma görə, nə demaqoqluq eləyirsiniz
burda?! Bu nə təbliğatdı aparırsınız?! Arvadınız qol çəkibsə, o "zaklyuçeniye"yə,
özünüz də ona mane olmamısınızsa, əksinə, o işıqlı həyətdən çıxıb bu qaranlıqda
yaşayanları da acizliyə, köləliyə çağırırsınızsa, nə ad vermək olar buna?! Abının
danışdığı tarix təkrar olunmurmu?! Adınız Dam direktor, gizlin alim, özünüz
kimsiniz?! Bezobraziye qulu! Aciz! Rəzil, gözü yaşlı bir ziyalı! Bu yaş nədi axı
gözünüzdə?! Kişi deyilsiniz?!
Ələsgər müəllimin rəngi heç vaxt dəyişməyən arıq-quru çopur üzünə qızartı
gəldi, çopurları, əksinə, ağardı.
- Kişilik mərdliknən yox, əqli kamilliknən ölçülməlidi, bala. Axır vaxtlar
Qılıncınız da dərk eləyib bunu. Çürük Aşığa "Koroğlunun qocalığı"nı oxutdurur:
"Tüfəng çıxdı, mərdlik getdi, ay haray!.." Cavanlar gülürlər sənin Qılıncına:
"Tüfəng deyilmi sənin mərdliyin?!" Deyir:
"Mənim tüfəngimin qundağında yazı varıydı: qalx ey lənətlə damğalanmış ac
və çıplaq məzlum dünya!" Deyirlər: "Ac və çıplaq dünya ayağa qalxdı, nəticəsi
nə oldu?!" Ağlayır Qılıncınız! Bax belə, bu bədbəxt müəllimin kimi açıq-aşkar
göz yaşı tökür. Acizdi "Ədalət mücəssəməsi" Qılınc Qurban ədalətsizliyin
qarşısında! Yeni Lenin ol, yeni Oktyabr inqilabı elə, dağıt dünyanı təzədən qur,
nə olacaq?! Həmincə ədalətsiz dünya yaranacaq! Elmsiz, yırtıcı cəhalət
dünyası!.. Sən qarışma bu camaatın işinə! Bir zəmanə gözləyirik biz. Uzaqda
deyil o zəmanə!
Ola bilər hətta biz də görəcəyik! Danışma! Çıx get burdan.
Səmədin beyni tutuldu. Heç nə, heç nə danışa bilmədi. Müslüm maşını lap
səssiz-səmirsiz sürüb, böyründə saxlamışdı. Qəhərli-qəhərli:
- Getməsən öləcək!.. Getməsən öləcək! - deyirdi.
...O gecə olduğu kimi, Sultan yenə həmin balkonda, həmin vəziyyətdə, islaq
yaylıq alnında, arxası üstə döşəli, asta-asta inildəyirdi.
Səməd bir xeyli hərəkətsiz, iniltini dinləyib, nəhayət, dözmədi:
- Görəsən dünyada bu cür yatan ikinci bir insan varmı!.. Mən təzə-təzə
qanıram bu iniltinin səbəbini... Oyan, ay əmi! Oyan, qurbanın olum!
Sultan gözlərini açıb, eynilə Səmədin rayon mehmanxanasındakı halı kimi bir
hal keçirib, sonra ağır-ağır dikəldi.
- Bilirdim gələcəksən... Məndən nigaran olma, yaxşıyam, - deyib,
böyründəki "padnos"a işarə elədi. - Hər halda "dirilik suyu"na ehtiyacım yoxdu.
Sərin pivəyə əşədd ehtiyacım var. Saat neçədi?
Səmədin qolundakı sarı şüşəli, köhnə "Pobeda" saatının axırıncı dəfə nə vaxt
qurulduğu məlum deyildi. Müslüm öz qolundakı "Pobeda"nı göstərdi.
- Səkkiz?! - Sultan heyrətlə qaşlarını dartdı. - Paatonnan! Səkkizcə saat
köpmüşəm! Qalxın, qalxm! Axşam iclası qurtardı. Məhərrəmnən əlaqəmi bərpa eləyib bax bu quşburun kapitan Müslüm Müslüm oğlu
Müslüm! Gəlməlidi indicə professorun. Əmma mən hələ heç nə eləməmişəm.
Dolma bükmüşdük. Batdı dolma!.. Uşaqları bağdadı. Mən gələndə çağırtdırmaq
istəyirdi. Qoymadım ki, üç-dörd gün ikilikdə qalaq, bir az iş görək bu bədbəxt
millətin xeyrinə... Yaxşı, neyniyək indi, əlharaylığı nə düzəldək? - Sultan cəld
yönəlib, balkonun uzaq küncündə "xolodilnik"i açdı. - Ə, Müslüm oğlu, gəl sən
də bax görüm, neyləmək olar?
Müslümlə birgə Səməd də gedib, əmisinin boyründən əlini uzadıb, ət, yağ,
göyərti və sair ərzaqla dolu "xolodilnik"dən bir yumurta götürüb, barmağının
ucunda Sultana göstərəndə, əmi ilə qardaşoğlu, ikisi də qəhqəhə çəkdi.
Müslüm etiraz elədi:
- Bu qədər şeyi qoyub, yayın günündə qayğanaq yeyəcəksiniz?!
Bir də, pivəynən tutmaz axı qayğanaq! İcazə versəniz, qazın, tənəkənin
üstündəcə elə kabab düzəldərəm ki, manqal kababı heç nə olar onun yanında!
Lap beşcə dəqiqəyə.
Sultan bu təklifdən sevindi.
Səməd isə, düşünmədən, əlini ətin üstünə qoydu, nə isə çox dumanlı və
gözlənilməz bəd bir hisslə:
- Kabab yox, kabab yox! - dedi və əmisinin baxışındakı diqqəti görüb,
dərhal kənara baxdı.
Əmi də, qardaşoğlu da bircə anda həmişəlik dərk eləmişdilər ki, bundan
sonra heç vaxt kabab yeməyəcəklər. Yəni ağ daş evdə o müdhiş gecəni unutmağa
çalışacaqlar.
Əlbəttə, qardaşoğlu cavanlıq elədi. Ancaq cavanlıq, təcrübəsizlik və hədsiz
ürəkaçıqlığı üzündən, düşünmədən "kabab yox" dedi. Xəlvət Rəhimin cibindən
möhürü çıxaranda, Gülənovun biləyinə "naruçnik" keçirəndə olduğu kimi, burda
da məhz ürəyinin hökmü ilə əlini ətin üstünə qoydu. Əmma bir yana baxanda elə
yaxşı oldu və Sultan burda bir daha fikirləşdi ki, ailənin müsibətindən yaxa
qurtarmaq nə qədər çətin olsa da, hər halda Bircə balanı kiçildən hisslərdən
uzaqlaşdırmaq üçün Sultan özü də son dərəcə ehtiyatlı davranmalıdır, hissini
cilovlaya bilməyən Bircə balanın idealını məhz ideal səviyyəsində tutmaq üçün
bütün həyat təcrübəsini, iradəsini, səbrini səfərbər saxlayıb ayıq olmalıdır,
rayonda baş verən hadisələrin həddən aşdığını, Bezobraziye murdarlarını
kürüyüb atmağın qeyri-mümkünlüyünü də ehtiyatla çatdırmalıdır.
Sultan belə düşündü və qəfil güllə kimi bəd hiss qardaşoğlunu nə qədər
dəyişdirsə də, əmi bu vəziyyəti məharətlə dəyişdirdi.
- Gəl belə eliyək, Müslüm. Pendir-çörəknən tərxun və pivə!.. Tezcə duş
götürək. Mənim təzə kadnın yumurtasız keçinəmmir. Adama iki-üç soyutma
yumurta as, sasiska as. Dolmanı da alçaq xodda qoy. Çox oturacayıq bu gecə.
Sabah bazardı. Yoldaşlar sabah qurtarmaq istəyirdilər məhkəməni. Rudenko
deyib: "Qara dənizdə çimmişəm, Baltikdə çimmişəm, Xəzərdə çimməsəm Xəzər,
inciyər məndən". Sabah dənizə gedəcəklər. Rudenko çox sarsıntılıdı. Məhərrəmə
deyib: "Bu canilərin iyirmi illik cinayətləri məni iyirmi il qocaldıb..." Hitlerin
canilərini mühakimə edən prokurorun etirafıdı bu. O cür adam beş gündə iyirmi
il qocalırsa, o hesabdan görün iyirmi ildə mən nə çəkmişəm. Bu gecə hamısının
əvəzini çıxaq, qardaşoğlu. Əvvəl adama bir şüşə soyuq pivə.
Sonra duş. Sonra altdan bəqədri-qüvvə araq, dalınca yenə pivə, pivə və pivə!
İkicə yeşik almışam, qırxca dənə "Jiquli" pivəsi. Bəsindi?
Səməd gülürdü.
- Qırxını da mənə versən, bəsimdi. Bu şərtnən ki, bir şlanq da verəsən,
göbəyimə keçirim.
Sultan şaqqanaq çəkdi.
- Çoxdan bilirəm sənnən zarafat eləmək təhlükəlidi. Hələ dilinə
dəyməmiş, distansiya gözləmirsən, qırx dənə "Jiqul i "dən sonra neyliyəcəksən?..
Gəl bəribaşdan şərtləşək. Distansiya məsələsini unutmuyaq.
Zarafatda da, ciddi söhbətdə də. Əlbəttə, açıq danışmalıyıq. Lap açıq!
Bu Müslüm Müslüm oğluna tapşırmışdım, yolda yenə bir az hazırlasın səni,
körpü salsın, cəmaatın o vəziyyətində səni rayondan ayırmağımız pis təsir
eləməsin sənə. İndicə orda işarəynən xəbər aldım ki, işlər necədi? Pıçıldadı ki,
"iki tərəfə işləməyimə dözəmmir Səməd". Bəri başdan həkk elə beyninə, əzizim:
həqiqi Azərbaycan çekisti məhz iki tərəfə işləyə-işləyə vətənə sadiq qalmağı
bacarmasa, bu peşəni təcili atıb, başqa iş dalınca getməlidi. Yığışdır özünü! Çox
ərköyün böyütmüşük səni, qardaşoğlu. Nə qədər başıbəlalı olsan da,
ərköyünlüyün qalır hələ. Odu ki, deyirəm, şumda şərtləşək, xırmanda
yabalaşmıyaq.
Danışacam, biləcəksən ki, bu planetdə heç bir xalq bu qədər talesiz deyil.
Bax bu fəxrin Sultan Əmirli də iki tərəfə işləyir! Məhərrəm, necə deyərlər,
allah bilir neçə tərəfə işləyir. Son hələ qarışma belə məsələlərə.
Danışdıq?!. İndi adama bir pivə! Sonra duş! Qırx dərəcədi istilik Bakıda. -
Bir pivə açıb Səmədə verdi, ikincisini açıb Müslüm verdi, üçüncüsünü özü
başına çəkdi, nəfəsini dərib: - Oxxay! - dedi.
Boğazını, sinəsini sığalladı, çiyinlərini, qollarını, qıçlarını tərpədib,
gimnastikaya bənzər hərəkətlər elədi.
- Deyəsən adam oluram yavaş-yavaş. Dünyamız nə qədər mürəkkəbdi, bir
o qədər də gözəldi, qardaşoğlu. Can gəlib dirənir xirtdəyinə, deyirsən mənimki
də burayacanmış. Sonra məlum olur ki, demə, Bircə balanın üzünü görmək,
üstündən də bircə şüşə pivə kifayətiymiş ki, yenidən adam şəklinə düşəsən.
Səhər-səhər Əfəl Məsimin telefonoqrammasını aldım: "Məmiş Əlləzoğlunun
xəstəliyi təsdiqlənib. Səmədin həbs olunması üçün əsaslı cinayət işi qaldırılıb..."
Məlum oldu ki, Xalıqın işidi. Açıq-aydın gördüm fırıldağı, Məhərrəmə də dedim.
Bir də o vaxt ayıldım ki, "təcili yardım"ın həkimi dayanıb başımın üstündə.
O vəziyyət hara, bu vəziyyət hara?! Əlimdə pivə, laqqırtı vururam! Hələ bir
beyin də işlədirəm ki, necə eləyim, qardaşoğluynan söhbətimi hardan, necə
başlayım ki, rayondan belə dalbadal qaçırılmağının səbəblərini düzgün anlasın,
professorundan, əmisindən inciməsin, əhval-ruhiyyəmiz bir də buna görə
dəyişməsin!
Şüşənin içindəki seyrək köpük qabarcıqlarına baxdı.
- Düşmənin ömrü belə olsun. İndicə doluydu bu şüşə. Ağzı açılanda
coşdu-daşdı. İndi bomboş! Köpük qalıb yerində...
Səməd fikir verirdi: əmisi "söhbətə" keçməyə çalışırdı, əmma doğrudan da
"Hardan, necə başlayacağını" bilmirdi, əməlli-başlı çətinlik çəkirdi, bəlkə əzab
çəkirdi.
- Ay əmi, "duş" dedin, tər aparır axı səni...
- Hə?.. - Sultan hələ də şüşəyə baxırdı. - Deyirəm, köpük qalıb. Bir azdan
köpük də qalmıyacaq. Nə vaxtsa etiketi də qoparılacaq. Ondan sonra heç kəs
bilmiyəcək ki, vaxtilə bu şüşədə pivə varıymış... Filosof nə fikirdədi bu barədə?
Etiketi qoparılsa, bu şüşənin məhz pivə üçün düzəldildiyini bilən tapılar?
Müslüm "padnos"a yumurta yığa-yığa gözaltı Səmədə baxırdı. Səməd hiss
etdi ki, "etiket" sualının ardınca Müslümün yolda dediyi bir xəbər - "Bircə
balanın Bakıda qalmağının vacibliyi" barədə təklif gəlib, əmisinin onsuz da
zahiri gümrahlığını alacaq, qardaşoğlunun Bezobraziye murdarlarına divan
tutmaq niyyətinin, yəni lap tezliklə rayona qayıtmaq fikrinin qətiliyi bilinəndə,
şübhəsiz, mübahisə başlanacaq, nəticəsi isə yəqin ki, yenə "dirilik suyu", bəlkə
hətta "təcili yardım" olacaq. Quş gözlərində açıq-aydın qorxu da "dirilik
suyu"ndan, "təcili yardım"dan xəbər verirdi. Doğrudanmı Bezobraziye qalib
idi?!
Səməd əlindəki şüşəni "xolodilnik"in üstünə taqqıldatdı, əmisinin
xəbərdarlığına baxmayaraq, doğrudan da "zəhləsi gedən" Müslümü hirslə
itələyib pivə götürdü, açıb başına çəkdi.
- Filosof bu fikirdədi ki, materiya birincidi, şüur ikinci. Qarın boş olanda
baş işləmir. Mənim özümün sənə o qədər sualım var ki, uc-uca calasam, səhərə
qədər qurtarmaz. Başla, əmi, nə deməlisən de!
Sultan da şüşəni "xolodilnik"in üstünə taqqıldatdı.
- Marş, marş! Duş! Birinci duş! Gün batandan sonra da od yağır...
Pəncərələrin, qapıların hamısı açıqdı, yenə hava tərpənmir. Xəzri olmuyanda
batır da Bakı. Dünəndən bəri Məhərrəmin duşudu məni saxlayan. Su yaxşı gəlir
burda. Əla duşdu!..
Sultan danışa-danışa, bələdçilik eləyib, onu qapının arxasındakı dəyirmi
foyedə palma ağacının yanından sola, qaranlıq dəhlizə apardı, işığı yandırıb,
dəhlizin sağındakı qapını itələdi. Əmisi bir şey deməsə də, Səməd başa düşdü ki,
dəhlizin solundakı vanna otağı bu mərtəbədəki ikinci ailənin, yəni "bacanaq"
Xalıq Qudalovundu. Əmma bu mərtəbədə cəmisi iki mənzilin üzbəüz qapıları
kimi, vannaların üzbəüz qapıları da heç bir təəssürat oyatmadı. Səbəbi yəqin bu
idi ki, əmisinin iniltisini eşitdiyi andan hər küncündə bir mismar işıldayan qapaq
gözlənilmədən görünüb, "Çax-çux", "Həyula", "Kobra", "Mayor Qudalov",
"Polkovnik Qudalov", "İki dəfə qəhrəman" adlarında çoxadlı. Çoxüzlü cani ilə
bütün Bezobraziyeni də çəkib bu evə gətirdiyinə baxmayaraq, Səməd caninin
özü ilə birgə ətrafındakıları da həbs ərəfəsində çapalayıb nə isə eləməyə çalışan,
əmma öz ölümlərini yaxınlaşdırmaqdan başqa bir şeyə qabil saymadığına görə
burdakı qapıların qabaq-qarşılığına əhəmiyyət vermədi. Əmisinin ardınca içəri
girib, ikinci bir saray genişliyində böyük su çəni, nəhəng samovar, qaz plitələri
və qırmızı məxmərlər arxasında yan-yana "duş"lar, "vanna"lar görəndə isə,
qapıların qabaq-qarşdığını da unudub, valehlik göstərdi.
- Bu nə dəm-dəsgahdı, ay əmi!
Sultan köynəyini soyuna-soyuna qımışırdı.
- Hə, belədi!.. Üç vanna, üç duş! Kefin hansını istəyir, seç. Öyrədimmi?
Özün aça bilərsən?
Səməd sarımtıl yağ boyalı divarlarda qoşa-qoşa lampalara, döşəmədə əlvan
metləxə, qara dəri "tyubik"lərə, dəmir ayaqlı uzun stol üstündə balıqqulağı
külqabılara baxırdı.
- Məhərrəm Abbasoviçin ailəsi böyük deyil ki! Neynir bu qədər dəmdəsgahı?!
- Ailənin əsas mənzili başqa yerdədi. Bura ayrı cür evdi. - Sultan divar
şkaflarından birinin qapısını aralayıb, yan-yana asılmış açıq mavi köynəklərin
çiyinlərində general-leytenant, general-mayor, polkovnik, podpolkovnik
paqonlarını göstərdi.
- Aydındı?..- Necə deyərlər, quş gəlsə qanad salar, dəvə gəlsə dırnaq
salar! Əmma sən öz şəxsi mənzilin kimi ola bilərsən burda. Lazım gəlsə
palmanın o yanındakı kabinetlərdən birinə də yiyələnə bilərsən. Bura ayaq basan
adamların imtiyazları böyükdü. Bildin?
Sultan divar şkaflarından ikincisini açıb, paltarını asıb, məxmər pərdələrdən
birinin arxasına keçdi.
Səməd paltarını "tyubik"lordən birinin üstünə atıb, Müslümün haradansa bir
cüt qara "trusı", bir cüt tor "mayka", bir cüt də ağ, qolsuz kövnək gətirib,
müəmma ilə: - Bu evdə hər şey sənindi, - dediyini esidəndə nə isə Çox dumanlı
narahatlıq hiss etdi. Duşun altında bəlkə hec beş dəqiqə də səbr edə bilməyib,
yalnız başındakı xırda-xırda yaraları ehtiyatla yuyub, çıxıb Müslümün açdığı
üçüncü divar şkafından mələfə götürüb qurulandı, orda-burda zərbə yerlərinin
şişi hələ o qədər də cəkilməmiş bədəninin üstündə biçilmiş kimi rahat paltarı
geyinib, dumanlı narahatlığın səbirsizliyini duya-duya:
- Mən söhbətə hazıram, əmi, - dedi.
"Söhbət çoxdu..." Əlbəttə, çoxdu. Bütün yol uzunu Səməd demək olar ki hər
on-on beş dəqiqədənbir mürgüləyib, dərhal da nədənsə diksinib oyanmışdı və
vaxtı ilə ağ daş binada, divanda əmisi ilə yanaşı oturan görüntünü - atasını
maşının şüşəsi arxasında, qaranlıqda görmüsdü Əmma sədr Mədəd "Sultanı
dinlə! Sultanı dinlə!" – sözlərindən başqa bir şey deməyib yoxa çıxmışdı. Belə
vəziyyətdə, anlaşılmaz qayğı-vük altında, mürgü ilə sərsəmlik arasında
üzülmüşdü. İndi isə, pərdə arxasındakı su şırıltısına qulaq asa-asa, qaz qoxulu
alovun gurultusunda çardaq altında, ocaq qırağında hərəkətsiz Gülgəzi, Torksini,
Abını Oılıncı, kəndi, cəmaatı, hadisələri bütün təfərrüatı ilə görürdü və anbaan
əsəbiləşə-əsəbiləşə elə bil kənar bir iradənin hökmü ilə bir növ mexaniki
danışırdı:
- Abı açıq-açığına qovdu məni! Qurban əmi də qovdu! Ələsgər müəllim
də! Cəmaat dördəlli yapışıb məndən. Ağsaqqallar qovurlar!
Müslüm bir yandan müomma saçır, son özün də bir yandan! Hamı sirdaşdı
mənim əmimnən, tək Bircə balasından başqa!.. "Vərəsə"dən xəbərim yoxdu,
əmma özüm Varis adlanıram! Atam Elm qurbanı olub,
bilməmişəm! Xalq sürülüb, qırılıb, bilməmişəm! Niyə susmusan, əmi? Niyə kor
böyütmüsən məni?! Təhlükələrdən qorunmaqdan ötrü hökmən kor qalmalıydım
mən?! Hamı, hamı, hətta Cəfər əminin Torksin qızı da həqiqi alim kimi danışır,
mən gözlərimi döyürəm! Ya da, təbii olaraq, hamıya etiraz eləyirəm. İnsanın
məlumatsızlığı lap dəhşətli faciə imiş! Şırıltı arasından gülüş eşidildi.
- Qayrıama, Dəli Səməd! Deyəsən vəziyyətini hiss eləmisən! Elə ona
görə belə qayrıayırsan.
- Qayrıayıram! - Səməd yumşaq çəkələkdə ayağını metləxə necə çırpdısa,
pəncəsinə saysız-hesabsız iynə dolmuş kimi, sızıltı sümüyünə işlədi. - Belə getsə,
doğrudan da dəli olacam! O nə "etiket" söhbətiydi?! Məhərrəmov kimi arxası
olan, Rudenkoya söykənən adam da "etiketinin qoparılmağı"ndan qorxarmı,
əmi?! Mənim "cinayət işim" qopardacaq sənin "etiketi"ni?! Bezobraziye niyə
məğlubedilməz olsun axı?! Stalin ölməyibmi?! Mirqəzəb tutulmayıbmı?! Əlqolunuz açılmayıbmı?! Heç olmasa qismən açılmayıbmı?! Nə vaxta qədər tək
kimi qalacam! Yoldaşlarım, dostlarım, əmim, Qılıncım, Təftişim var, - əmma elə
təkəm!
Qurban əmi gözümü açdı bir az. Sonra məlum oldu ki, "Vərəsə"ni
gizlətmisiniz məndən. Abı çox şey dedi, əmma başımı dumanlandırmaqdan
başqa bir xeyri olmadı... Atamı görürəm! Bax belə, səni gördüyüm kimi!.. Səsini
eşidirəm! "Sultanı dinlə" deyir!.. Qırx altıncı ildə Naxçıvana "duz" səfəri
aydındı, Mirqəzəb varıydı onda, Pers varıydı, mübarizə gedirdi! İndi niyə süst
kimisiniz?!
...Cəfər əminin, yetimlərin başlarına gələnləri, "on yeddi nəfərin işi"ni təzə
bilmişəm! On iki dekabr qırğınının əsrlərdən gələn siyasi köklərini indi bilirəm!
Vaxtilə mənim həyatımı proqramlaşdırmışdın sən. İki il bundan qabaq bura -
Bakıya göndərəndə dediyin sözlər indi də qulağımdadı: "Hər şey proqram üzrə
gedir, qardaşoğlu. Get oxu, gəl vətənə xidmət elə". Həyatdan baş açmıyan adam
necə xidmət eliyə bilər vətənə?! Vətənim "Midiya" - BağOdEydisə, Bağdaydısa,
niyə indi bilirəm mən bunu?! "Sultanı dinlə! Sultanı dinlə!" Özü tamam aydın
görünür, sevincimi dərdə qarışdırıb gedir! Bu nədi belə?! Antiq dünyaya
düşmüşəm, nədi?!
Sultan yenə qəh-qəhə çəkdi.
- Antiq dünyaya yox, təzə-təzə həqiqət dünyasına düşürsən! dedi.
Mədəd niyə deyib "Sultanı dinlə?!" Qurban sənə deyir: "Saşa, Pişəvəriyə xəbər çatdırıb ki, "Səni bu gün Astara yolunda öldürəcəklər. SeKaya zəng
vur ki, ailəm Ağdamdadı, gedirəm görüşüm, gəlim, sonra maşınmı sür o yana,
keç sərhəddi, özünü xilas elə. Pişəvəri çox etibar elədiyi "Nun" kliçkalı yoldaşına
sirr verib, onu da götürüb, özü oturub rulda, maşını sürüb birbaş Borjomiyə ki,
orda dağ döşündən dar dolayı yolnan Türkiyə sərhəddinə getsin, ordakı gizlin
fədailərin köməyiynən keçib getsin". Əmma həmin dolayı yolda bir "qruzovik"
çıxıb qabaqdan Pişəvərinin maşınını vurub salıb dərəyə - Kürə! Kür çayı orda lap
balaca dağ çayıdı, daşlı, qayalıdı. Əzik-üzük olub maşın, bədbəxt
Pişəvərimiznən..." Bu qədər bədxəbər sözdən bir kəlməsini eşitmisənmi, ay
əzizim?! Yox! Çünki fikrin "qara saç, çal saç" yanında olub! Atan danışdı mənə
bu bədbəxtliyi... Sonra özüm dedim burda ki, "Dağlı gürcü dostum doktor
Revazın oğlu Mark Bortolidə KQB-də həkim işləyirdi. Zəng vurdu məni çağırdı,
getdim Pişəvərinin maşınının dərəyə uçan yerini göstərdi: "Vot otsyuda brosili
vaşeqo Pişəvəri!" Maşının əziyini gətirib Yevlax tərofdə körpünün böyrünə
tullayıblar. Qayıtdım onu da gördüm, guya Pişəvəriynən bir yerdə avariyaya
düşən çekistimizi -"Nun" kliçkalı dostumu da gördüm xəstəxanada. Qıçının
üstündən gipsi kəsdirdi, sap-sağlam qıçmı göstərdi, mərd-mərdanə!.. Eşidirsən?!
Suyun şırıltısını da kəsmişəm, deyirəm: "Budu əmiyin cinayəti!" "Nundan
soruşdum ki, Pişəvərinin heç bir son sözü olmadımı?" Dedi: elə, "fəlakət!
fəlakət!" deyirdi. "Demokrat firqəsini bağlayacaqlar!" - deyirdi...
Heç kəsə heç nə demədim. Qanını batırdım Pişəvərinin. Budu əmiyin ikinci
cinayəti!.. Eşidirsən?!
Səmədin beyni uğuldayırdı.
O da öz sözünü deyirdi:
- Partbiletimin arasında şcyx əmilərimin qəbirlərinin şəkillərini
gəzdirirəm. Necə yəni "Boqi obezqlavlenı?!" Yer Bağlan, deyirsiniz, xaliq
deyillər... Olmasınlar! Niyə bu qədər acizdirlər?! Necə yəni "Bağ varisi?!" Heç
cür, heç cür təsəvvür eliyəmmirəm. Qəribə-qəribə gizlin söz-söhbətlər! Atamın
indi o cür görünməyi! Nədi bu, ay əmi?! Nədi bu?! Kobud danışıram, bağışla,
sirr dağarcığısan!
Sultan mələfəyə bürünüb çıxıb, qara dəri "tyubik"lərdən birində oturdu.
Çiməndən sonra rəngi avazımışdı. Pırpız qaşlar çatılıb, enib gözlərinin üstünü
örtmüşdü.
- Şalvarımın cibinə bax, gör papiros qalıbmı?
"Kazbek" qutusunda beş-on papiros və kibrit vardı. Səməd dedi:
- İcazə ver birini də mən yandırım.
Nə vaxtsa, uşaqlıqla ilk gənclik arasında Yusif kimi gözəl Yusif Cəfər əminin
tütünündən oğurlayıb, qozetə büküb çəkəndə Səməd də çəkmişdi, Yusifdən
ayrılandan sonra tütündən də ayrılmışdı. İndi nədonsə birdən-birə meyl yarandı.
Götürüb "kazbek" yandırıb, tüstü qayrıağma baxdı.
- Mənə ən çox əzab verən budu ki, duman içindəyəm... Müslüm nələr
danışır mənə! Heç nə, heç nə başa düşmürəm. "İstoriya Midü" kitabında nə
varsa, hamısı yalandı?! Hamısı?! Niyə bu dərəcədə?! Bizim keçmişimizi belə
gizlətməkdə sovet alimlərinin qəsdi nə olub?!
Bir tərəfdən aydındır; əhali özünü tanımasın. Bos siz... Siz ki bilirmişsiniz
hər şeyi! Elm barədə eşitdiklərimi nəzərdə tutsaq, belə çıxır ki, lap savadsız
qalmışam mən. Hamı "nadan" deyir. Hamı!.. "İstoriya Midü"ni bittə-bittə
oxumuşam, Midiya hökmdarları barədə Herodotun, Ktesinin xronikalarını
əzbərlətdiriblər: "Astiaq"-filan!.. Bir nəfər də OdƏr Türk adı yoxdu o
xronikalarda. Bütün tələbələr bir səsnən soruşurdular: "Niyə belədi?!" Məhərrəm
Abbasoviç gülürdü: "Belə suallara cavab vermək olmaz.!" Niyə axı?!. İndi
məlum olur ki, illər uzunu oxuduğumun hamısı yalanıymış! Bağdayı "Maday",
"Mada", "Midi", "Midiya" yazıblar! Bağdayın ilk əərazisi Olamın adını "Elam"
yazıblar!
Müslüm deyir "Elam" çox təhqiramiz sözdü. "Bağıstan" sözünü necə qəsdən
"Bi sütun" eləyiblərsə, "Olamı" da o cür "Elam" eləyiblər!
Olamın sahibi Uhı Bağı "Lullu bəy" yazıblar! Sən də bunun hamısını
bilirsən! "Elam", "Lullu bəy", "Bisütun", "Ar az", "Az ər!.." Gah "Ac atan"
yazıblar, gah "Xan adan!", gah "Tavriz", gah "Tər biz", gah da "Təb riz!" Partiya
məktəbində baş-başa yığışırdıq, hamımızın üzümüzdə heyrət, dəhşət:
"Atropatan" hara, "Azerbaycan" hara?!. Təkcə sənin dostun Heydər Hüseynov
deyirdi: "Özunüz də görürsünüz ki, başqa-başqa sözlərdi. "Az ər"+"bay"+"can"
da sonradan düzəldilmiş şeydi.
Biz bir şey deyəmmirik sizə. Özünüz fıkirloşin, axtarın görün niyə belədi?'."
"Azər"dəki iki sözü - "az ər"i də o deyib bizə, "Araz"da iki söz olduğunu da, "ar
az". Bu cür hırıltı! Təhqir! Bunu yazanı da yaxşı tanıyırmışsan sən, təsdiq eloyon
akademikləri də!.. "İki tərəfə işləyən" şoferin, açığı, əməlli-başh şübhə yaratdı
mondə sənə qarşı. Herodotun yazdığı "neponyatmy midiyskiy yazık"m Odu da,
Əri də, OdƏr dili də "ponyamıy" olduğunu vaxtında deyəmməzdinmi, əmi?!.
Müslüm deyəndə ki, Olamı "Olimp" eliyən Qreklərdə, əslində Ulu Bağın sarayındakı daş
yazılarında dil indiki dilimizdən çox az fərqlənir, yaş boğdu məni!.. Atam ölən
günü bilməliydim mən ki, şeyx əmilərim Olamın xarabalıqlarından ana dilimizdə
yazılı daş kitablar yığıblar, fədai yurdunda illərnən oturub ərəb dilinə, fars dilinə
tərcümə eləyiblər. Paytaxtımız ƏrEydən qovulmuşuq, Farslar ƏrEyə "Rey"
deyiblər, "müqəddəs" din kitabları ƏrEyi "Ray"a döndərib əfsanəyə çeviriblər!
"Ray"dan qovulan OdƏrləri tək insan qələmə veriblər! Dəhşətə bax!.. "Sultanı
dinlə!", "Sultanı dinlə!.." Sultan dillənmirsə, mən necə dinləyim Sultanı?! Yeddi
yüz əlli cildlik kitabxana!.. O tay-bu tay vətənimizin tarixi! Khabxanamızın çox
hissəsi elə maşın kalonunun təkərlərinin altında məhv edilib! Müslüm deyir o
duz soferinin səhərisi Culfadan, Naxçıvandan zəng vurdular Sultan Mamedoviçə,
mən bir də getdim deyir Əlincə qalasınm yanına. İlan dağı var, deyir, orda, İlan
dağının ətəyi, sağ-sol düzəngahlar dümağ ağarırdı - kağıznan doluydu. Külək
yoldan aparmışdı, deyir, maşınların təkərlərinin altında asfalt da xınc-mınc
kitabnan, kağıznan doluydu deyir... Erməni katolikosların ərazi-fılan barədə
məktubları heç nədi Ulu Bağ ƏsƏlmənin - "Süleyman padşahın yerin altında
qalan "xəzinəsi"nin yanında! Ermənilərin məktublarına, Stalinin teleqramına
görə yox, "Vərəsə" kitabxanasına, Bağday tarixinə görə öldürüblər atamı! Məhz
tarixə görə sürülür, ərazilərimizdən uzaqlaşdınlır bu xalq! Düzdü?!. Bu müsibəti
vaxtında bilsəydi, kim olardı bu indiki Dəli Səməd?! Atam ölən günü
büməliydim mən ki, general Persin uydurduğu "qan düşmənçiliyi" üstündə yox,
"Allah" - ƏlAğ uğrunda, Bağday uğrunda, Ulu Bağ ƏsƏlMən - "Solomon"
uğrunda qurban gedib sədr Mədəd! Sultan Əmirlini bütün varlığıynan sevən
ürəyim var mənim. Əmma sevgim kordu! Beynim boşdu! Deyirik "mühit yetirir
insanı". Mühitim də belə qapalı! "Batin!" İncimə məndən, qurbanın olum, əmi,
səni sarsıtmağa gəlməmişəm bura. İstəyirəm, doğrudan da açıq, mərdanə
danışaq, doğrudan da heç bir gizlin şey qalmasın aramızda. Bu saat sən qapalı
dünyasan məndən ötrü. Məsləkdaşın Qılınc Qurban bir cür qapalı dünyadı,
sirdaşların Xızr Abıynan Ələsgər müəllim başqa cür qapalı dünyadılar. Bütün
millətin özü qapalı dünyadı! Qapılarmız təsadüfdən təsadüfə açılıb tezcə də
qapanır! Nəsə eşidirəm, görürəm, onda da bircə şey dərk eləyirəm: dünyadan
xəbərim yoxdu!.. Acam mən, əmi! Həqiqət acıyam. Ağıl, idrak acıyam! Belə
vurnuxa-vurnuxa, əslində, demə, həqiqət axtarıram mən!
"Duş"dan düşən tək-tək damcıların daha da dərinləşdirdiyi sükut içində ağır
addım səsləri eşidildi, palma ağacı somtindən bəri yaxınlaşıb qapının arxasında
yavaşıdı. Qaşlarını çatıb qapıya baxan Sultanla birlikdə Səməd də hiss etdi ki,
ayaqları çəkələkli, ehtiyatlı Müslüm deyil bu gələn, kim isə başqasıdır.
Sürməli qadın gözləri qapının arasından içəri boylananda prokuror Sayılovun
bu gəlişi Səmədi nə qədər heyrətləndirdisə, Sultanı, əksinə, bir o qədər
sevindirdi.
- Bu da bir nəfər "iki tərofə işləyən"imiz, qardaşoğlu! Gör indi
neyniyəcək bu qoltuğu qovluqlu Bezobraziye murdarı!
Sayılov gülümsünməyə çalışırdı:
- "Bezobraziye" elə hamımızın möhürümüzdü, Sultan Mamedoviç!
"Murdar" bir qədər insafsızlıq olar. Kəlbəcərin SafAğ- "Səfa" dağının abhəvasından da saf ab-havasında böyümüşəm. İlk dəfə orda prokuror olmuşam,
məhz saflığıma görə yoldaşlarım sənin rayonuna göndəriblər axı məni!.. Belə
danışa-danışa irəli yeriyib, üstündə "Delo" yazılmış qalın kardon qovluğu açıb,
kağızları bircə-bircə göstərməyə başladı: - Bu "Səməd Mədəd oğlu Əmirli
haqqında cinayət işi!" Bu, müxtəlif vaxtlarda müxtəlif həkimlərin tərtib etdikləri,
cinayətləri təsdiqedici sənədlər! Bu da müxtəlif adamların ifadələri, müxtəlif
rabotniklər tərəfindən yazılmış, müzakirələrdən keçmiş, yoxlanmış, milis şöbosi
ilə bizim tərəfimizdən təsdiqlənmiş müxtəlif xarakterli materiallar. Oxusanız, lap
elə-belə, ötəri tanış olsanız, şəxsən sizə pis təsir edər, Sultan Mamedoviç.
Odurki, icazənizlə, qardaşoğlunuzun özünün şahidliyi ilə, sizin gözləriniz
qarşısında cinayət işini büsbütün məhv edirəm. Əvəzində çox adi və çox sadə bir
xahişim var: "Bacanağ"ın məni işdən qovdurmasına yol verməyin, Sultan
Mamedoviç! Qardaşoğlunuz qədər saf insan yoxdu bu dünyada. Mən bilirəm
onun qiymətini. Siz də həqiqətən murdar adamabənzərlər arasında mənim az-çox
insanlığımı qiymətləndirin.
Yaşımın, yaddaşımın, Qılınc demişkən, "kaporavalni" vaxtında sizinlə
AğBizənli Ahnın sazını, sözünü dinləmişəm. Elm öyrənmişəm. Ürək adamıyam
mən, Sultan Mamedoviç, soyuq mühakimələr prokuroru deyiləm! Budur, cırıram
bu Bezobraziye materiallarını!
Kağızların hamısını parça-parça eləyib, həmin qovluğun arasına doldurub
döşəməyə qoydu.
- Rahatlığınıza xələl gətirdiyimə görə üzr istəyirəm!.. Həmişə
qulluğunuzda hazıram! - deyib getdi.
Müslüm gəlib, qovluğu götürdü.
- Tək Sayılovun işi deyil, hamısı belə qərara gəlib. - dedi. – Başqa
qurğuları var. Təxminən bilirəm, deyəsən sui-qəsddi. Məhərrəm Abbasoviçə
çatdırdım. Öz mühafizəçilərinə göstəriş verdi. Heç narahat olmaypın.
Sultan qovluğu alıb, cırılan sənədləri gözdən keçirdi.
- Yaxşı oldu, bu valakitadan canımız qurtardı, Müslüm. Qonaqlar
gəlmirlər?
Müslüm qovluğu qoltuğuna vurub qımışdı.
- Dəniz vurğunu Rudenko dənizdən aralanarmı?
- Bu da yaxşı oldu, Müslüm. Belə bürküdə qonaqnan oturmaq çətin işdi...
Bircə balaynan oturmaq isə hər ikimizin xeyrimizədi... Demək, sui-qəsd?
- Bəli... Siz çox narahat olmayın. Mən özüm də nəzarət dəstəsiynən əlaqə
saxlayacam.
Sultan şoferinin səsinin titrəyişinə diqqət yetirməyə bilməzdi. İstər-istəməz
sərtləşib:
- Yaxşı... get! - dedi...
Müslüm gedəndən sonra Sultan dönə-dönə başını bulayıb, papiros sümürdü.
- Sui-qəsd... Yenə sui-qəsd! Ağ Əmirnən Boz Əmirin başlarını xurcunda
gətirib nümayiş elətdirdilər qələbələrini! "Boqi obezqlavlem" yazdılar, yenə də
qələbə hiss eləmədilər. O tayda qırğınlar, bu tayda sürgünlər, qırğınlar!
Türkiyədə bədbəxt AtaTürkümüzün öldürməknən kifayətlənməyib orda da gizlin
qırğın getdi! Ermənilərin aralarındakı Sovet kəşfiyyatçılarıynan bir yerdə
Andranikin qılıncını işə saldılar! Yenə sakitləşmədilər! Pariji, bütün Avropanı
Erməniynən doldurub tufan, tünü kimi antitürk təbliğata başlayıb dünyanı
əleyhimizə qaldırdılar! Guya Bakıda on səkkizinci ildə Türkü qıran da Erməni
deyilmiş! Guya əsas neft yataqlarını xaricilərə satan da Erməni deyilmiş! Hətta
Leninə məktubları var: "Baku, eto armyane i ruskiye!" Uddular var-yoxumuzu,
yenə də qələbə hiss eləmədilər! Yekəbaş, pensneli "ziyalı" Beriya Moskvaya
çağırdı, gözümün içinə dedi: "Mı boremsya s boqami, çtobı əsçastlivit lyudey!"
"Vot "Bibliya", proçti, Sultan: "Avrampobedil Boqa". Ponyal?!..*
_____________
*"Biz Boqlarla mübarizə edirik ki, insanı xoşboxt edək!" "Budu bax. "Bibliya", oxu, Sultan: "Avram
Boqa qalib gəldi!" Başa düşdün?!"
"Bir gecə səhərə qədər içə-içə mübahisə elədik, çalışdım başa salım ki,
"Avram" deyil, EvƏrimdi, Bağ Atanın oğludu, atasıynan döyüşməz. Qanmadı:
"İtak, "Bibliya" vret?!"* Yeno çalışdım qandırım ki, "BibF'iya deyil əsli, OdƏrcə - türkcədi orijinalı.
"Tövr+at", "Tora" adları OdEvƏrdəndi, "Bibl" - Bağbildəndi. "Xa! Xa! Xa!" –
qəhqəhə çəkdi... Güllələndi... Heç Stalin də öz əcəliynən ölmədi... Bunlar heç...
Romanovların taleyini danışıram, görün deyirəm necə faciələmən qurtardı
dövranları. Dərs götürün, ayılın deyirəm. Qanmırlar, oğul! Qanmırlar! Əmma
qorxma. Qurtaracaq bu qan-qırğınlar!.. Mənim ölümünnən dəyişdirəmməzlər
dövranın gedişatını: Millətin Pünhandı, ƏsAğ - "Aşıq"dı, Alimdi...
Əmi ilə qardaşoğlunun ürək çırpıntıları ilə dolu, uzun sükutdan sonra
tüstünün arasından diqqətlə Səmədə baxanda Sultan elə bil kimdənsə, nədənsə
ehtiyatlana-ehtiyatlana, lap astadan qəribə suallar verdi.
- Atanı tez-tez görürsən? Səməd duruxdu.
- Son günlərdə hə.
- Lap aydın? - Hə... lap aydın.
- Bir şey başa düşürsən?
- Yox, əmi. Vahimələnirəm... Canımdan üşütmə keçirdi, titrəyirdim. İndi
bir az vərdiş eləmişəm. Başa düşürəm ki, nə isə qanuni şeydi, sirdi.
Sultan müəmma ilə qımışdı.
- Desəm ki, atan sağ-səlamətdı OdAğÜz BağOdƏr planetində, ordan
görür səni, özünü də kino kimi göstərirlər sənə, nə deyərsən buna? Lap canlı
insandan da canlı, aydın görünür!
Səmədin gözləri böyüdü.
- Əmi!.. Yəni başqa görənlər də var?!
- Çox şey var, oğul!.. Atan "Əlif", "Lam"dan başlayıb sözünü. Mən
"Boq" kəlməsindən başlayıram. İnsanı insana, bəşəriyyəti Kainatın OdƏr
bəşəriyyətinə bağlayan EvƏrEy Bağların nəslindənik biz. Vətənimiz Olamdan
başlanıb, Bağdayın ƏrEy vilayətindən, ƏlEvÜn dağından. İndi Elvond, Elvon
deyir cəmaat. O ƏlEvÜnün Bağlarına
_______________
*Demək, "Bibliya" yalan deyir?!"
Ağ Türklər" də deyirik indi. Sifətləri lap ağappaqdı. İndi "Odessa" deyilən
OdƏsdə də bizik, Türkiyədə, burda çox-çox o yanlara Qərbi Sibirə qədər uzun
olub ərazimiz. Danışacam. Xüsusi danışacam bu barədə. Uzun söhbətdi.
Planetlərdə Bağlar hər şeyi əvvəlcədən görürlər. Yerdə dövlətimizin
süqutunu, subasqınını əvvəlcədən biləndə qaya yazılarında "Bağ" yazdırıblar.
Assuriya yazılarında "Baq" yazılıb. "Bibliya"da "Boq" olub. Bağıstanı da,
bilirsən ki, "Bisütun"a döndəriblər. Adını çəkdiyin o "İstoriya Midü" kitabında
çox ötəri qeyd olunub bu "Bağıstan" məsələsi. Əmma bizim "Vərəsə"də,
ingilislərin lap bu yaxınlarda çəkdikləri fotoşəkillərdə təfərrüatnan yazılıb ki,
Bağıstan qayalarındakı OdƏr yazılarının üstündən farsca, fatehlik tarixi yazılıb...
"Latın əlifbası" adlandırılan əlifba OdƏr əlifbasıdır... - Sultan dikəlib, əlini
uzadıb, şifonerin qapağını qaldırıb, kitelinin cibindən "bloknot" və "avtomat"
qələm çıxartdı, "tubik"lərin arasındakı alçacıq, yüngül, dəyirmi stolu yaxın
çəkib, "bloknot"un vərəqinə iri hərflərlə yazdı:
"Bağıstan" Budu bax, al, oxu! Orda, qayanın döşündə bizim hərflər uzundu.
Fars hərfləri gödək olduğuna görə altında OdƏr - Türk yazılan asanca oxunur.
Sultan tez-tez köksünü ötürürdü.
- Atan öldürüləndə sənin on səkkiz yaşın da tamam deyildi. Dünyagörüşü
formalaşmamış, dəliqanlı şeydin! Dama çağrılanda Ələsgərin "Bağ! Bağ! İnsanı
insana bağlıyan Bağ!" - dediyini eşidib gəlib evdə gülürdün, ələ salırdın
məktəbin direktorunu: "Bağ-bostanıymış insanı insana bağlıyan!.." Bax onda,
yəni atamın ölümündən çox sonra, varisimizi yelbeyin görəndə ilk dəfə atamı
gördüm, baban Məhəmməd Əmir təpindi mənə ki, "varis sarsıntılardan
keçməlidi!" OdAğÜzdən qışqırdı üstümə: "Cilovunu burax o heyvanın!.. İncimo,
çox əsəbidilər onlar.
Cahil, insan cahilliyini öz simasında görməlidi! Dərs vaxtı çatanda
biləcəksən! "Allah" - ƏLAğ adlanan Bağlar planetdən planetə bax beləcə
danışırlar, əzizim. Mən deyəni "Mədəd" adıynan tanıdığın BağOd eşidir!
Abının sehrli, sirli nitqinin təəssüratı yada düşdü və Səməd dərin hissiyatlı
etirafla:
- Açığı, beynim şübhəynən doludu, əmi, - dedi, - deyilənlər o qədər də
çatmır mənə, ay əmi! Duman, çən kimi əriyir, yoxa çıxır. Yəni qanammıram...
Başa düşürəm, hiss eləyirəm, aydın idraki qənaətim yoxdu!
- Məsələn?
- Məsələn... lap elə Bağ! Bağday! Necə yəni "Bağların ilk dəfə ayağa
qalxdığı yer - məkan?!" Əgor Bağ "Boq"dusa, "Allah"dısa, Allah hara, yer hara?!
Sədr Mədəd hara, Bağ hara?! "Yer Bağı" olsun o da girmir başıma.
Sultan yenə köksünü ötürdü.
- Yanıram belə sual eşidəndə. "Allah", "Boq" - Bağ insandı, ay oğul,
insandı! Yerdə gəzir, torpaq üstə! Fəzada, boşluqda yox, torpaq üstə gəzir! O
pəncərədən göyə bax! Gör nə qədər planet var! Bütün Kainatda yaşayırlar
Bağlar! İşləyirlər, yaradırlar!..
- Dayan, əmi... Necə yəni Bağdayda ayağa qalxıblar Bağlar?! Bağday
hara, Kainat hara?!
Sultan bir xeyli acı-acı güldü.
- Bu Yer planeti Kainatda deyil?! Bütün günahlar "İstoriya Midü"
yazandadı. O kitab yazılanda Nəcəfoğlu tez-tez Akademiyaya çağırırdı məni,
faciə içində deyirdi: "Tariximizi gizlədirlər, kömək elə". Əmma heç bir faktı da
açammırdım. Niyə? Siyasi canilər barədə Stalinə məktub yazmağa cəsarəti çatan
adam tarixini açammırdı! Çünki tarix üstündə dayanır hər şey, Həqiqət üstündə,
kök üstündə bitir! Əslini, nəslini, irsini dan, insanın başqalaşacaq, itəcək!
Bildin?! Bizim russko yazıçılar xəlvətdə "Adar" deyirlər özlərinə, OdƏr yox,
"Adar". Od - həqiqətdirsə, Ər - işıqdırsa, OdƏr - Həqiqət İşığıdırsa bəs "Adar"
nədir? Heç no!
Romanovlardan soruş: "ƏrMən" nə deməkdir? Hardan bilsinlər?! Xüsusi
fərmannan qaytarıblar "Odessa" adını! Nə olsun? OdOs nədir, EvƏrEy nədir, əsli
hardandır? Niyə təqib olunurlar? Dəqiq bir söz deyən varmı?
Yoxdu, oğul! Hünərin var get rusa deynən "Boq" təhrif sözdü, həqiqəti təhrif
eləyir. "Boq sın Boqa" yoxdu, Bağ oğlu Bağ var! Mənim dilimdə danışır".
Neyniyər hakim Rus?! "İtak, vı azerbaydjantsı isklyuçitelnıy narod?! Ariyskaya
nasiya?! Vot poçemu nemsı sçitayut vas svoimi rodstvennikami!.."
Uzaq keçmişiyin yox, bu günüyün tarixidi Bağ, Bağ oğlu Bağ, Bağlar! Ən
yüksək sivilizasiya var planetlərdə, Kainatda! Keçmişdə də olub. Nəhəng-nəhəng
işıq gəmiləri var Bağların. Bir kəlmə də deyəmmirdim bu barədə. Bir kəlmə də!
Başa düşdün? "Süleyman xalçada uçar-mış" de, inansınlar!
Səməd çiynini çəkdi.
- Belə heyrətli tarix!.. Belə dəhşətli həqiqət və belə acizlik?! "Azərbaycan
tarixi"ndə yad-yabançı "Zərdüşt", "Avesta" sözləri ətrafında
uzun-uzadı yazmaq olar, Ulu Bağ ƏsƏIMən - "Solomon", "Süleyman" barədə
həqiqəti yazmaq mümkün deyil?!
Sultan bir az susub, gözlənilmədon sual verdi:
- De görüm... Nəsiminin adını eşitmisən? İmadəddin Nəsiminin.
- Eşitmişəm. Əibəttə! Oxumuşam da. Antalogiyada şeri var rusca. "Vo
mne vmestyatsa oba mira..."
- De görüm niyə ruscadı şeir? Azərbaycancasını niyə gizlədiblər?! Səməd
gözünü döydü.
- Gizlədiblər?!
- Bəli, əzizim!.. Yazıq Bircə balam!..
"Vərəsə"mizdo omilorin yazıblar ki, dörd divanı var Nəsiminin. Dörd böyük
divanı. İkisi öz dilimizdə. Biri farsca. Biri də ərəbcə. Öz dilimizdəkidi əsas
"Divan"ı. Romada, Vatikanda saxlayıblar. İslam aləmində dördünü də
yandırıblar divanların, dəyişdiriblər, dəhşətli dərəcədə təhrif eləyiblor: bütün
OdƏr sözlərini pozub, əvəzində "dəri"cə də yox, yəni OdƏrcəyə yaxın sözlər
yox, fars-ərəb ifadələri doldurublar. "Vatikan" nüsxəsindo, orda-burda OdƏrcə
qalıb: "Bağa qılmısan hərgiz, kəmanın inkar etmə". Nəsimi yazıb bunu. Altı yüz
il bundan əvvəl Nəsimi yazıb ki, Bağa etiqad eləmisənsə, kamanını inkar eləmə.
Yəni Elmini danma. Vatikanda dilimizi səndən, məndən yaxşı bilirdilər o vaxt,
on dördüncü əsrdə. Çünki lap qədimlərdə biz tikmişik "Rim" - Ərim şəhərini,
yüz bir Bağ SarEyin olub orda. Sonra böyüyüb, zayı çıxıb, Qreklər, Latınlar
dolublar... On dördüncü əsrdə Nəsiminin özünün, muridlərinin yaydıqları Elmi
bilən çox olub Rimdə. Bunu da gizlədiblər xalqımızdan! İndinin özündə daha
inadla gizlədirdilər ki, Yer planetində bəşəriyyətin beşiyinin "Midiya" - Bağday
olduğu bilinməsin, Bağday mədəniyyətinin, Kainat mədəniyyətinin, OdƏr
dilində həqiqətlərin bərpası barədə düşünən də olmasın! Hətta tamam uzaq,
tamam yad kimi görünən xalqlarnan da qanbir-canbir olduğumuzu yaymasınlar,
İlanın "razdelyay, vlastvuy" hökmünə qarşı çıxmasınlar!
Burası aydındımı?.. Yenə dumanlıdı?!
Aydınlaşacaq.
Qulaq as.
Məhərrəmin kitabxanasında bir kitab var: Plini Sinqvu - "Episrularum". Yəni
Plininin oğlunun "Məktubları". Latıncadı. Bədbəxt Nəcəfoğlu tərcümə eləyirdi.
Yarımçıq qaldı. Çünki o yazıq ona-buna danışmışdı ki, eramızdan əvvəl məşhur
elm xadimi senator Plininin vaxtında
Yupiterdən şəkil göstərilib fəzada. Sənin, mənim çəkdirdiyimiz fotoşkillər
kimi fotoşəkil. Üstəlik, səsnən deyilib: "Bu adamı imperator seçməlisiniz".
Faktdı. Tarixdi! Bakının üstündə o parıldayan planetdən göstəriblər şəkli!
Səsnən, adi insan səsiynən deyiblər. "Bu adamı seçməlisiniz?!"
Kitab adı deyirəm sənə: Plini Sinqvum - "Episrularum!" Yüz nəfər senatorun
şahidliyiynən olan tarixi hadisəni danışıram o heç. Öz əmiləriyin yazdıqlarına
qulaq as. Hələb şəhəri vaxtilə bizim gizlin Elm mərkəzlərimizdən biri olub.
Nəsiminin edamından sonra orda - Hələbdə cəmaat görüb ki, Nəsiminin meyidi
göz qabağında dura-dura, Hələbin səkkiz darvazasının səkkizindən də dipdiri,
sapsağlam Nəsimi çıxıb, yox olub. Görüblər! Yazıblar! Cünglər, təzkirələr
doludu bu yazıynan. Nədi bu? Nə deməkdi? O boyda şəhərdə cəmaatın hamısı
dəli olubmuş?! Dəli olan, beyni iyrənc fikirləmən dolub qapanan, gözü tutulan
indiki bəşəriyyətdi, "müasir mədəni dünyamız" adlandırılan dünyamızdı!
Nəsimi adıynan tanınan o qeyri-adi insanın edamından sonra "zülmət dövrü"
deyilən dövr başlanıb. Altı yüz ildi zülmətdədi bəşəriyyət. Görmür! Daha
doğrusu, göstərmirlər.
Nədi göstərmədikləri? Ağlına yerləşdir indi, təsəvvürünə sığışdır ki, kino
göstəriblər onda. Altı yüz il bundan əvvəl! Nəsiminin edamından sonra
Yupiterdən kino göstəriblər ki, səkkiz darvazanın səkkizində də cəmaatın hamısı
görsün ki, Nəsiminin bədəni, beyni SafAğ olub, "Ruh"u - ƏrAğı, yəni Saf İşığı
gedib yenə həmin Nəsimiyə çevrilib əbədi yaşayacaq. Belədi Kainatın quruluşu,
əzizim!.. Edam olunub, dedim, bildin ki, "Divan"larından OdƏr sözləri, farsın
təhrif zəbanıynan "Dəri" dili çıxarılıb, sonra da özünün dərisi soyulub,
Nəsiminin, bədəni yerdə qalıb, çürüyüb, beynindən çıxan işıq, təkrar eləyirəm,
"ruh" dediyimiz işıq uçub, Yupiterə çatana qədər hamanca Nəsimi olub. Budu
böyük SafAğ Elmi!.. "Sofi", "Sufı" eləyiblər. Hətta "Səfa", "Səfı" deyiblər!
Öldürüblər. Ölməyib. Çünki OdƏr (Heqiqət işığj) əbədi bəşəriyyətiynən bağlıdı.
Ərəbin "axirət" sözü təhrif "axır" mənasında işlənir. Əsli - Od-Ərcəsi
AğƏrdi. Yəni SafAğ İşıq. Çaşma. Bütün Kainat, on səkkiz min "Qalaktika",
bizim bu "Yer" adlanan EyƏrimiznən (Uca İşığımıznan) birlikdə, hamısı AğƏr -
SafAğ İşıq dünyasıdı. Hamısı! "Bu dünya", "O dünya" şərti ifadələrdi. Bizim
"Yer" - EyƏrimiz də vahid Kainatın kiçicik bir hissəsi - bir planetidi.
"Əren", "Ərənlər" deyirlər aşıqlanmız. Həm insan mənasında işlədirlər "Əri",
həm də İşıq mənasında. Niyə?
Diqqəli ol indi.
"Ruh"da təhrif dilin təhrif sözüdü. Yenə deyirəm, əsli - OdƏrcesi ƏrAğdı.
AğƏr də SafAğ İşıqdı, bu "ruh" - ƏrAğ da. İnsan öləndə, bədəni tamam
soyuyana qədər və bir az da bədəni soyuyandan sonra beynindən "ruh" - ƏrAğ
(SafAğ İşıq) çıxır. İnsanın ölü bədənində də ölmüyən əbədi hüceyrələrnən dolu
İşıq! Meyidin təxminən üç-dörd metrliyində, yuxanda uzunsov şar şəklində
toplanır, çox ağdı, qaraya çalır havada. Adi insan, yəni tehrif insan görmür o şan.
SafAğ Elmini mənimsəyən, beyni, gözləri SafAğ İşıqla zəngin olan insan görür o
şan. Aydınca görür ki, şarın içində həmin ölən adamın silueti var. Şüurlu kimi
baxır adamlara, kimiyə nifrətini, kimiyə məhəbbətini bildirir üz-gözünün
hərəkətiynən... O ölən adamın bütün varlığının proqramı o şarda, böyük, quru
rüşeymin daxilindədi. Daşdan, divardan da keçirə şar. Çünki bizim
təsəvvürümüzdə bütöv, məsaməsiz predmet olan daşın, qayanın, divarın, tavanın
da mikroməsamələri var. Şar tamam maniəsiz uçub, planetimizin atmosferindən
çıxanda birdən-birə atılma sürətiynən uçur. Kainatdan elementiər çırpınır, dolur
o rüşeymə və... nə oiur? Hamanca insan cəmisi bir neçə saata yaranıb başqa
planetə enir. İkinci doğuluşdu bu. Bildinmi?! "Ər" - "Ərən" deyilənlər belə
gedirlər "Axi-rəf"ə - AğƏrə'. Ana bətnində işıq - uşaq ananın canından, qanından
necə yaranırsa, "ölən" də anası Kainatın bətnində eləcə yaranıb, bizim bu
torpağımız kimicə adi torpaq üstə enib əbədi yaşayır!
Bax belə Elmin var, SafAğ Elmi!
Nəsimidən əvvəl Nəimiynən bağlı olub. Nəimidən əvvəl Nizamiynən bağlı
olub. Nizamidən əvvəl "Babək" adıynan tanıdığınız, qılınc qəhrəmanı saydığınız
nəhəng bir alimimiznən bağlı olub. "Silsilə" deyirlər bu SafAğ Elmi alimlərinə.
Çoxdular. Alimlərin silsiləsi uzana-uzana gedib Ulu Bağ ƏsƏlMən - "Süleyman"
padşahımıza qovuşur.
Dönə-dönə, hətta bezdirici təkrarlarnan deyəcəm sənə, izah eliyəcəm ki,
hansı söz, hansı ad nə vaxt, niyə və necə təhrif olunub. Bax onda biləcəksən necə
Elmdi SafAğ Elmi.
Nəinki SafAğ Elmini, nəinki Bağların adlarını, hətta planetlərin əsl adlarını
da gizlədiblər.
Bağ adıynan "Yupiter" adını yanaşı qoy. Yapışmır bir-birinə. Niyə? Abmın
verdiyi ilk məlumatı şərh eliyəndə biləcəksən ki, EyOdƏr Babamızdan başlamış "atom" - OdMən zərrəciklərinə qədər, bütün Kainat təhrif
olunub. Nə vaxt? Niyə? Uzun-uzun əsrlər boyunca Bağlar niyə düzəldəmmirlər
bu təhrif planeti? Hamısını biləcəksən, idrak acı balam! Sayılov nə qədər
murdardısa, o qədər də ayıqdı. Düz dedi sənin barəndə, saf balam.
Əmma vaxtı çatanda dərk eliyəcəksən ki, mərdliyin, igidliyin nisbi olduğu
kimi, saflığın da nisbidi.
Nizami, Nəsiminin mürşidi - müəllimi Nəimi, Nəsimi "kamil insan"
adlandırırlar SafAğ İnsanı, yəni OdƏri. Bağlarımız da Od - həqiqət Ərləridi.
Bu həqiqətlərdən uzaq insanda, yəni beyni qapalı kar, kor insanda kin,
ədavət, qisas hissi güclü olur.
Bezobraziye sənin saf ürəyində kin yaradır.
Kin qatil yaradır.
Görürsənmi necə yox olur saflığın?!
Yalnız Kamil İnsan, Nəsiminin məcburən çox vaxt "həq" dediyi "Allah" -
ƏlAğ-SafAğ İnsan Əli olan OdƏr bilir nədir saflıq. OdƏrlık-dən - həqiqət
işığından uzaq insan-təhrif insan-cahil insan isə, hətta özü istəmədiyi halda da
həqiqəti tapdalayır. Özü də bütün planet miqyasında!
İndi gör nəyə görədi bizim belə əsrlərlə uzanan mübarizələrimiz,
məğlubiyyətlərimiz. SafAğ Elmi dəryadır. Qəvvas son nəfəsində də qol atır ki,
kamilliyin sahilinə bir az da yaxında ölsün!..
İyirminci ildə əmilərin bir manata möhtac qalmışdılar. Fədailərin oğuluşaqlarına çörək tapammırdılar. Mədrəsəyə gedəndə ciblərində şabalıd
aparırdılar. Dərs demək əvəzinə, uşaqlann şabalıdı qabıqlı-qabıqlı yediyinə
tamaşa eləyib, evə üzü üstə qayıdırdılar!.. Aclığın son həddində, meyvə qurusu -
qaxdan savayı heç nə olmuyanda da dərsə gedirdilər. Mazandarandan,
meşələrdən hər gecə bir dəstə atlı gəlirdi, atdan töküləndə "səlaməleyküm"
əvəzinə "güllə, barıt" deyirdilər. Atlılan fədailərin yanına əliboş
qaytarmamaqdan ötrü əmilərin Əmir babamızın sovxalarından daş-qaşı söküb
satırdılar. Axırda məcbur olub, gəlib bu tayda məscidlərdə ianə yığdılar.
Nədi ianə, bilirsən? Dilənçilikdi!
Niyə dilənçi olmuşdular? Çünki var-yoxlarını əcnəbi arxeoloqlara,
çapxanalara vermişdilər. Tək bircə kitab çap elətməkdən ötrü gərək əməlli-başlı
var-dövlət sahibi olasan. Yeddi yüz əlli kitab çap elətmişdilər əmilərin. Hər kitabın axırında gil, qaya yazılarının, daş kitabələrin rəngli
fotoşəkillərini çap eləmişdilər... Ulu Bağın Olamdakı Saf-Eyinin sütunlarının
şəkillərini ingilisdən almaqdan ötrü, Qrek tacirlərinin Afinadan gizlin gətirdikləri
kitabları - OdƏr- Türk dilində əlyazmalarını almaqdan ötrü ovuc-ovuc qızıl
verirdilər! Bax bu işdən - "Vərəsə"dən başqa neyləyirdilərsə, hamısı, o cümlədən
fədailərə, qaçaqlara tüfəng, "qurğuşun", yəni güllə almaqları da, hamısı cahil
insan - təhrif insan əməlidi. Nə nəticə çıxır burdan?! Əmilərin öz əlləriynən
Özlərini təhrif eləyirdilər? Bəli, əzizim! Niyə? Çünki mühit, bütün planet
Bezobraziye mühitidi, "Allah'Mann SafAğ xəzinəsi üstündə yatan İlan mühitidi!
Diqqət yetir indi, gör necə nəhəng, eyni zamanda necə bədbəxt adamlarıq ki,
bütov bir planetdə bütöv bir bəşəriyyəti "Allah"lara qovuşdurmalıyıq! Bax belə
bir ideal uğrunda əmilərin şüurlu şəkildə müflisləşməyə getdilər ki, həqiqətimiz
torpaqda qalmasın. Əmma yeddi yüz əlli cilddən birini də dünyaya
çıxardammadılar. Fədailər oxudular, biz - aralıqda o tay-bu taya gedib-gələnlər
oxuduq, bir də Moskvadan məqbərəyə xüsusi göndərilən Akademik Mannan
onun şagirdləri oxudular (Sonra danışacanı, Stalinin xüsusi göstərişiynən
məqbərəyə düşmən kimi gələn Man necə dost oldu, Stalinin özüynən tutaşdı!
Çünki Elmimizin hikməti insanı qorxudan xali eləyir!). "Şeyx Xorasan"
məqbərəsinin sirrini bilənlərdən bir də "Müəllim" oxudu. Bunnan da "Vərəsə"nin
işi qurtardı. Ürəyimizdə odu qaldı, özü külə döndü, "İttihadi-İslam" firqəsinin
sandıqlarında, Demokrat firqəsinin arxiviynən bir yerdə, göz dağına çevrildi.
Çünki Stalin, Beriya, Mirqəzəb, Pers varıydı? Yox, oğul... Nə Naxçıvana o "duz
səfərimiz" aydındı sənə, nə də bu danışdığım. İmperializmin, İlanın siyasi
platforması adında bir müsibət var. Əmiləriyin başlarının kəsilməyi toybayramdı o müsibətin müqabilində. Şeyx Ağ Əmir, Şeyx Boz Əmir kimi, sədr
Mədəd kimi qardaşlarımnan yanaşı, milyon insan həyatı qurban verərdim, bu
müsibət olmuyaydı. İngilislər funtitcrlinqi sel kimi axıdırdılar, bütün Avropanın,
özlərinin ən görkəmli arxeoloqlarını, şərqşünaslarını Cənuba doldurub, əslini,
bizdən olduğunu unutmuş Pəhləvi şahının hakimiyyətinin qanuniliyini sübut
eləməkdən ötrü, Cənubumuzu Şimalımızdan həmişəlik ayırıb, əbədi
müstəmləkəyə çevirməkdən ötrü tariximizin üstündən qələm çəkib "Pəhləvi
tarixi" yazdırırdılar. Danışacam, biləcəksən ki, o cahil hərbçi Pəhləvi bədbəxtləri
bizdən necə ayrılıblar. BağOd EvÜn ikən sonralar təhrif olunub "Pixtavan" -
"Pəhləvan" - "Pəhləvi" adlandıqlarını, tədriclə bizdən ayrıldıqlarını Pəhləvilərdən bir nəfər də bilmirdi, buna
görə də "Pəhləvi tarixi" adında yalan kitabın hər kəlməsinə inanırdılar. Adi bir
hərbçi ikən İngilisin əliynən təxtə çıxarılan Şah özü də xüsusi fond ayırmışdı
tarixçilərdən ötrü. Əmilərin Qəsri-Qacarda otursalar da, EySarımızın - Uca
Hökmdarımızın Ününü dinləyib hər şeydən xəbər tuturdular, podpolyalarda
bizimkilərə çatdırırdılar. Atannan mənə də, nakam dostumuz Nəcəfoğluna da
çatırdı, hamımız bilirdik ki, cəhalət "alim"lərinin falsifikasiyası - "Pəhləvi tarixi"
yazıldıqca, hər səhifəsi İngiltərədə, Avropada, Amerikada ingilis, alman, fransız
alimlərinin elmi kəşfləri kimi qələmə verilirdi, dilimiz, dövlətimiz inkar edilirdi.
İzah eliyəcəm, görəcəksən ki, hətta "İran" sözü də olmayıb. Tarixdə yoxdu. Başa
düşürsən? Yoxdu! Təhrif sözdü, mənasızdı. Tamam mənasız!... Mənasızlığa
məna verirdilər. Bütün planet miqyasında qələm çəkilirdi tariximizin üstündən,
oğul. İndi deyəcəm, nakam dostumuz, filosofumuz Nəcəfoğlu Avropada "Tarixin
atası" adlandırılan Qrek casusu Herodotun Sarlarımız hökmdarlarımız barədə
xronikasını necə darmadağın eləmişdi. Heç kəsdə şübhə qalmamışdı ki,
Herodotun "Tarix"ində Bağdayın özünün adından, hökmdarların adlarından
başlamış, vilayotlorin, dağlann, çayların adlarına qədər, hər şey eybocər şəklə
salınıb. Fatehlər ən yaxşı halda gülürmüşlər təhriflərə. Ümumbəşəri həqiqətlər
lazım deyildi fatehlərə. İngilislər "İran"a arxeoloji ekspedi-siya göndərəndə lap
ilk gündən bilirdilər bunu. Sənin oxuduğun "İstoriya Midü" kitabında "Elam",
"Lullubəylər" adlarıynan iki hissəyə bölünən Olam ərazisinin daş kitabələrinin
çoxu, HomOdÜn (vahid Həqiqət Ünü) ikon "Həmədan" şəklində yazdıqları
qədim mərkəz şəhərimizin daş kitabələrinin, əlyazmalarının çoxu onlardaydı.
Qələm çəkirdilər üstündən. Xaç müharibələrində qılıncnan fəth
eliyəmmədiklərini qələmnən fəth eləyirdilər!
Mən bu gün varam, sabah yoxam. Yadında saxla: ordu fatehliyi müvəqqəti
olur, qələm fatehliyi uzun sürür. İlanın İngiltərədəki zəhərliləri, "Coğrafiya
cəmiyyəti" adında casus setində casus "alim"lərin qələmiynən ilk növbədə "elmi
əsas" yaradırdılar. Şahı da işə-başa salmışdılar, gecə-gündüz "Pəhləvi tarixi"ynən
məşğuluydu. Bu taydakı cəlladımız da bilirdi hər şeyi. Stalindən "ustanovka"
varıydı ki, Türkün tarixini onuncu əsrdən başlasınlar. Qədimlik guya yalnız
"Qrek"o. "Fars"a məxsusdu, biz guya sonradan gəlmişik. Açıq deyəmməsələr də
hər vasitəynən sübut eləməyə çalışırdılar ki, "Midiya"nın Türkə
dəxli yoxdu, Bağday BağOdEy adları guya heç olnıayıb! Ele "Midiya"dı
vəssəlam!
İlanın Moskvadakı zəhərlisi İosif Vissarionoviç iki tarixçi göndərmişdi
Mirqəzəbin sərəncamına. Cəlladımız özü də öz alimlərimizdən bir neçesinə
professorluq vermişdi, Merdəkanda, Bilgəhdə bağ bağışlamışdı, şəxsən özü
"ustanovka" verə-verə "Azərbaycan tarixi" yazdırırdı. İyirminci əsrin, partiya
tarixinin yazılmağına imkan vermirdi. Çünki Nərimanov, Həmid Sultanov, Baba
Əliyev kimi nadir çekistlərin fəaliyyətləri varıydı; başlarını yediyi
Hümmətçilərin adlarını partiya tarixindən silməkdən ötrü alimləri daimi
məngənədə saxlayırdı Mirqəzəb. Qədim dövr barədə də şəxsən "ustanovka"
verirdi, sübut elətdirirdi ki, guya nə qədim dilimiz olub, nə ərazimiz, nə də
dövlətimiz. Köçəri qəbilələrdən ibarətiymiş Azərbaycan xalqı! "Türk"
demirdilər! Guya müxtəlif etaik qruplann, qəbilələrin qarışığından əmələ
gəlmişik. Halbuki etnik qrupları özləri köçürürdülər içərimizə! Belə dəhşətli
platformanın müqabilində həqiqətimizi dilimə gətirə bilərdim, ay gözümün
işığı?! Budu bax əmiyin ən böyük cinayəti: həqiqəti həyatı bahasına car çəkmək
əvəzinə özünü qorudu: susdu!.. Məhkəmədə təzə-təzə açılırki, "Şərqə münasibət"
adlanan gizlin siyasi platformanın, gizlin "milli siyasət"in bütün bəlaları Stalinə
bağlıymış! Deyilib sənə, İlanın sadiq təbəəsi keşiş Cuqaşvilinin tərbiyəsindən
çıxmış fateh casuslar başçısıymış İosif adlı, Vissarion oğlu Qrek!
Dönə-dönə yazmaq, təkrar-təkrar car çəkmək lazımdır ki, bəşəriyyətimizin
həqiqət yoluna qayıda bilməməyinin əsas səbəbkarları Qrek-Latın fatehləri
olduğu kimi, "Yer üzündə Ədalət Səltənəti" adlanan UluBağ ƏsƏlMən -
"Solomonovoe tsartstvo" haqqında təsəvvürün yerli-dibli dəyişməyinin
təqsirkarları da məhz Qrek-Latın cahilləridi. Vaxtı çatanda ətraflı danışacam bu
barədə. Hələlik bircə bunu bil ki, Ulu baban Ulu Bağ "OdMən" deyirdi öz
səltənəti Bağdaya. OdMən! Yəni mənim həqiqətim! Tək bircə "Od" sözünün
qrekcə "ki" sözüynən əvəz olunmasından "komun", "kommuna" yaradıblar.
HəmOd -Vahid həqiqət ətrafında birləşən azad AğEy icmalar quruluşunu hərbi
"kommunizm" quldarlıq cəmiyyətiynən əvəz eləyiblər. Budu bax İosif bəlası!
Qrek bəlası! Doktorumuzun öz əliynən yazdığı "Hümmət" proqramını verəcəm
oxuyacaqsan. İnsanı insana qarşı qoymur Nərimanov. Marksizmin, Leninizmin
daxilində Ulu Bağın cəmiyyətinin ab-havasını qoruyub, məhz buna görə də hərbi
kommunizm cəlladlarının "ustanovka"larıynan heç vaxt razılaşmayıb.
Bildinmi niyə susmuşuq "Azərbaycan tarixi" yazılanda?
Nakam dostumuz Nəcəfoğlu da sən kimi danışırdı. Mədədin faciəsindən
sonra hər ay Mərdəkana - bağına çağırırdı məni, dişinin dibindən çıxanı çırpırdı
üzümə: "Gətir tök "Vərəsə"ni bura, sonrasınnan işin yoxdu", - deyirdi. -
"Otuzuncu ildən otuz səkkizinci ilə qədər sandıqda saxladıq. Otuz səkkizdən qırx
altıya qədər Şeyx Xorasan məqbərəsində saxladıq, sonra da divarlara basdıq,
dəfn elədik!" - deyirdi. Fikri buydu ki, mühacirlərdən Moskvaya oxumağa
gedənlərin çamadanlarına doldurub aparıb SSRİ Elmlər Akademiyasının
Şərqşünaslıq İnstitutuna versin, öz köhnə aspirant yoldaşlarından, Bağdayın indi
"Rey" adlanan ƏrEy vilayətindən olduqlarını, əslən EvƏrEy OdƏri ikən təhrif
mühitdə "Yevrey"ə döndüklərini yaxşı bilən şərqşünasların imzalarıynan məqalə
çap elətdirib, Mirqəzəbi fakt qarşısında qoysun. Məhərrəm razılaşmırdı. Deyirdi
"Akademiya da KQB-nin, şəxsən Beriyanın nəzarəti altındadı". "Səbr elə, -
deyirdi, - yoxsa "Vərəsə"ni də güdaza verərsən, özünü də".
Səbr eləmədi rəhmətlik...
Məhərrəmnən mən ən ağır, ən dözülməz günlərimizdə də dözmüşük. Pişəvəri
də dözümlü idi. Nəcəfoğlu dözmürdü. Sürgünlərdən, katalikosların
məktublarından, o teleqramdan sonra banta dönmüşdü.
Əllinci ilin yanvarında Mərdəkanda axırıncı söhbətimiz oldu. Məhərrəmdən
sonra mən də "səbr" deyəndə Nəcəfoğlu konspirasiyanı-zadı da unutdu, qışın
günündə, küləkli gündə pəncərələri, qapıları açdı, qışqırdı ki, "Partlayrram!
Bəsdi! "OdƏr dili" əvəzinə "Midiyanın ölü dili" yazanların arasında gündə min
dəfə ölənəcən bir dəfə ölərəm"... Bəli, əzizim, məhz "ölü dil" yazırdılar
"ustanovka"ynan yazanlar! Əsasları da vardı: Herodotun "Tarix"i: "Midiya!" Nə
"deməkdi? "Atropatan!" Nə deməkdi?! "Astiaq!" Nə deməkdi?!.. - Sultan
papirosu papirosun oduna yandırıb, Səmədə baxdı. - Od-həqiqət, Ər-işıq. OdƏr -
həqiqət işığı! Necə gəlib yer üzünə bu həqiqət işığı? Xalqıyın niyə xəbəri yoxdu
həqiqət işığından? Bircə-bircə danışacam hamısını, idrak verəcəm sənə, idrak acı
balam!
Nakam dostumuz da irdak aşiqiydi...
Nəcəfoğlunun ölümünü də Sultan Əmirlinin növbəti cinayətidi dedilər sənə,
sən də inandın!
Qulaq as, gör necə öldü o, - Mədəd əvəzi Nəcofoğlu!
Səməd öz "korluğunu, nadanlığını, cahilliyini" daha aydın duya-duya, sarsıntı
içində:
- Bilirəm... Qurban əmi deyib, - dedi. Sultanın dodaqları titrədi.
- Venasını kəsib. Hə?
- Hə... Əvvəlcə asıb özünü, ölməyib... sonra vena...
- Bilmir Qurban! Dildə-ağızda gəzəni demişik Qurbana. Nəcəfoğlunun
necə öldüyünü ancaq o şkafdakı paqonların sahibləri bilirlər.
Məhərrəm Məhərrəmov, Sultan Əmirli, Müslüm... Bir də SSRİ prokuroru
Rudenko... Stalinin, Beriyanın, Mirqəzəbin cinayətlərinin kökü çox dərindi. O
kökü axtarıb tapmaqdan ötrü böyük tədqiqat aparılmalıdı.
Hələlik bircə istintaq qrupu var, o da üzdə olan materiallar əsasında
məhkəməynən məşğuldu. Bizim "xüsusi qrup"umuz ayrıdı. Üç nəfərdən ibarət
idi: Məhərrəm, Saşa, mən. İndi ikimiz hələlik sağıq. Ştabımızın biri Moskvadadı.
Vorovski küçəsində, vaxtilə Nərimanovun yaşadığı binada. Bir də bu gördüyün
mənzildi. Otuz yeddinci ildə atannan mənim əleyhimizə kompaniya başlananda
mənim köhnə çekist yoldaşlarım olurdular burda. Qəza komitəsindən çıxandan
sonra da ÇeKa*ynan əlaqəmi kəsməmişdim, gəlib-gedirdim. Qardaşlığım Qılınc
Qurban hər yerdə döşünə döyür ki, "Şeyx qardaşlarını o kampaniyadan mən xilas
elədim". Rəhmətlik Mədəd də elə bilirdi. Həmişə də təəccüblənirdi ki, "Qurbanın
bir teleqramıynan nə əcəb əl çəkdi bizdən Mirqəzəb?!" Nə Mədədə düzünü deyə
bilirdim, nə də Qurbana. Çünki bu yoldaşlarım o vaxtdan Rudenko kimi
adamlarnan bağlıydılar. O vaxtdan konspirasiyadaydıq biz, qardaşoğlu. Çax-çux
"Bacanaq" olub bu üzbəüz mənzildə məskən salandan sonra vəziyyət dəyişdi.
Yoldaşlarımız bircə-bircə yox oldular. Məhərrəmə Bakıdan kənara çıxmağı
qadağan elədilər. Nəinki Moskvayrıan, öz rayonlarımıznan da əlaqələrimiz
kəsildi. Sonradan bildik ki, rayonlarda "kommunist" adı daşıyan
Hümmətçilərdən dörd yüz nəfəri bircə gecədə qırıb Mirqəzəb! Dörd yüz! Deyilib
bu sənə. Əlavə olunmalıdı ki, mülətin başı kəsildi onda. İyirminci-otuzuncu
illərdə "Internasionalnıy otryad"ın Cənubda qırdığı kadrlarımızdan sonra o dörd
yüz nəfərdən çoxunun elə yerindəcə güllələnməyi, bəzilərinin də birbaş uzaq
Sibirə göndərilməyi belimizi qırdı! "Muğ"lar- Bağlar, hamısı "pantürkist",
"panislamitst" adıynan getdi. Hadisələrin üstünü elə örtdülər ki, nəinki
xalqımızın böyük qismi, hətta indiki çekistlərimizin də
______________
*"Çrezvıçaymy Komitet" - Fövqəladə komitə. Dövlət Təhlükəsizliyi Komitəsinin ilk adı.
məlumatı olmadı Bağ qırğınından! Bax, belə kəsilir planetlər arası əlaqələr! Get
danış o sevdiyin yoldaşlarına, gör bircə nəfərin xəbəri varmı ki, Yupiter
planetiynən danışan insanlar var bu "Yer" - EyƏr adlı planetdə! Telefonu əsrin
ən böyük nailiyyətlərindən sayırlar. Xəbərləri yoxdu ki, beyindən beyinə danışan
beyinlər lap adi şeymiş Bağday, OdƏr mədəniyyəti dövründə. "Dövr" yox,
"dövrlər" deməliyəm. Yadında saxla bunu. Sonra görəcəksən neçə dəfə süquta
uğradıblar Bağdayı, neçə dəfə məhz hansı əsrlərdə yenidən yaranıb!.. Həqiqəti
gizlətməkdə mahirdi bizim bu fatehlər zəmanəsi!
Nəcəfoğlunun ölümünün səbəbi elə gizlədilib ki, məhkəmədə açmağı da
məsləhət görmədik. Qorxduq psixoloji cəhətdən pis təsir eləyər cəmaata. Əmma
sənə açacam. Ona görə yox ki, bizi cəsarətsizlikdə, passivlikdə təqsırləndırırsən.
Açacam ona görə ki, Varisson. Cəhalətin necə dərin kök atdığını dəqiq
bilməlisən. İnsanın xilasının yalnız və yalnız SafAğ Elmində olduğunu dərk
etməlisən!.. Qurban bar-bar bağırırdı telefonda, tələb eləyirdi ki, Çax-çuxun
dalınca adam göndərək. "Əşyayi-dəlil əlimdədi, - deyirdi. - Gəlin aparın qatili!"
Xəbəri yoxdu ki, o naldan savayı, min bir əşyayi-dəlil var bizim əlimizdə. Əmma
Çax-çuxa toxunmaq olmaz.
Səməd diksindi.
- Ne?! "Çax-çuxa toxunmaq olmaz?!"
Sultan sakit inamla:
- Olmaz, əzizim, olmaz! - dedi. - Nə Çax-çuxu tərpədə bilərik, nə
Xudiyevi, nə Xəlvəti, nə Gülənovu, nə Sayılovu!.. Xəlvət sədrliyində qalmalıdı,
Gülənov rəisliyində, Sayılov prokurorluğunda. Hətta, Qurbanın şallaqnan
döydüyü zənənlərə də toxuna bilmərik!
Səmədin əmgəyində soyuq çimildəşmə gəzirdi.
- Əmi! Sən nə danışırsan?!
Sultan yenə köksünü ötürdü.
- Təsəvvür eləyə bilərsənmi ki, dörd ay bundan əvvəl Xəlvətin evindəki
Bezobraziye məclisinə tora salındığım gecə könüllü getmişdim... Özüm!
Könüllü!
Səmədin üşütməsini qəfil hərarət əvəz etdi.
- Demək, mənə yalan danışmısan?!
- Bəli, əzizim, əmin, idealın sənə yalan danışdı mehmanxanadan sonrakı
söhbətimizdə... Düz deyib sənə Təftiş Abbas! İndi özüm öz
acizliyimi etiraf eləyirəm. "Kürüyüb atmaq" nədi?! İnqilab deyilmi bu "kürüyüb
atmaq?!" Ən asan qalib gəlmək və ən asan nadanlaşmaq yolu deyilmi "kürüyüb
atmaq?!" Səni sakitləşdirməkdən ötrü demişəm mən bu sözləri Qurbana, o da
inanıb sözümə, sən də inanmısan!.. Bəli "rumka döyüşdürmüşəm!" Tost
demişəm o məclisdə! Ayıq başnan! Tostun içində bircə saat sadə, anlaşıqlı
şəkildə Elmi söhbət eləmişəm. Bayaq gördüyün o iki tərəfə işləyən sürməgözlü,
hətta o yaramaz Xəlvəti xeyli inandırmışam ki, Elm, idrak, saflıq deyilən
anlayışlar mövcuddu bu Bezobraziye dünyasında!.. Gördüm sözüm havayı deyil,
az-çox təsir eləyir, coşdum, köyrəldim, "Əziz eloğlularım!" - dedim o yırtıcılara.
Utopiyaya yuvarlandım?! Xeyr, məclisin axırına yaxın o heyvan Xaş, o beyinsiz
Zərri Gülənov gəlməsəydi, Qudalıların mənnən mehribançılığını görüb təşvişə
düşüb Xalıqı məclisə çağırtdırmasaydı və o qatil çaxırın içinə nə isə töküb məni
şüurdan məhrum eləməseydi, inan ki, axırda Elmə aid vəsait verəcəydim ki,
oxusunlar o yırtıcılar, azdan-çoxdan insan olsunlar!.. Sahələrdə, pambığın arabərəsində dalınca sürünüblər, əmin barışıb, sən də barış deyiblər. "Vərəsə"siz
Varisimiz, gözü xançalda olanımız, əlbəttə, barışmaz yırtıcı insannan. Əksinə,
Xəlvətin təkidiynən çamadanı, qızılı, diplomu qaytaran Xaşı ikiqat artıq kinnən
qarşılayar quyunun üstündə, Xəlvətnən Qıllıda, Piylidə de yenidən kin
qayrıadar!.. Zor zor yaradır, kin kin yaradır axı, ay oğul! Sonrakı hərəkətlərini
xatırlatmağa ehtiyac varmı? Qurban deyib "getməlisən", onun sözü də çatmayıb
sənə: "qovdu" deyirsən... Ələsgər deyib "çıx get burdan!" Dəhşətə gəlmisən ki,
Dam direktor ağlayır, "kişiliyi yoxdu". Elmin Varisi Elm mücahidlərinin
sözlərini başa düşmür!.. Sultan Əmirlinin əlində imkan olduğu halda Mədədin
qatilinə toxunmur, "toxunmaq olmaz!" - deyir. Niyə dəhşətə gəlirsən? Çünki
tanımırsan əmini-idealım! Bəli, sən məni zərrə qədər də tanımırsan, əzizim!
"İdeal" həmin fateh Qrekin təhrif sözüdü. Türkcəsi "Dil"di; OdƏr
bəşəriyyətinin OdƏr dili. Əsli - OdƏrcesi OdƏldi (Həqiqət Əli). Adım Abıdan
eşitdiyin BağBağÜn Babamızdı Od Əli - Həqiqət Əli! Bağ Atamızın Oğlu, ulu
baban Ulu Bağ ƏsƏlMəndi Od Əli! Bağ Atamızın ikinci Oğlu, təhrif "İsay"
adrynan tanınan EySar ÜnEvdi Od Əli! ("Noy", "Nuh" deyiləndi). Bağ Atamızın
üçüncü Oğlu, təhrif "Avram" adıynan tanınan EvƏrimdi Od Əli! Bağ Atamızın
axırıncı, kiçik Oğlu, təhrif "İisus", "İsa" adlanynan tanınan EySardı:
"Qalaktika"mızda - QalAğımızda "Əllah" - ƏlAğ EySarımızdı OdƏl - "İdeal!" Mənə "idealım" deyə-deyə,
təkcə bu bir kəlmənin, təkcə bu təhrif sözün arxasında necə həqiqətlər olduğunu
bilsən, yalnız o vaxt inam və etiqadnan deyərsən "əmim idealımdı". Hələ idealın
deyiləm mən sənin, oğul. Fəlsəfə öyrənirsən, deyirsən: "po Platonu Boq vne
mira". O məşhur Qrekin necə dəhşətli təhrif insan olduğunu biləndən sonra
deyəcəksən: "Bağ dünyanın özündə və insandadı". O vaxt mən özüm də
təxminən deyərəm: "Varisimiz mənim idealımdı... səcdəgahımdı".
Eşit və dərk elə ki, "insan" ÜnƏs sözündəndi, yəni Yaradan Ündü. EySanmızın
Ününü eşidə-eşidə, Elm əsasında böyük hərfnən kamil İnsan yaradır, SafAğ
İnsanın Əli - işləyəni, yaradam olan ƏlAğ - "Əl-lah" - "Allah" yaradır. Təhrif
Yerin təhrif "cinayət məcəlləsi" əsasında cəza verməknən, əzaba salmaqnan
insan yaranmaz! Hər dövlətin bir cür "cinayət məcəlləsi" insanı bir cür pozur.
Qurban əmin bilir bunu. Əmma başqa "məcəllə"si yoxdu. Yəni mənim o əzizim
də bir cür Zor nəçənnikdi. O şallaqladığı – cəzalandırdığı zənənlər bilirsənmi
indi necə kin mücəssəmələridi! Canavarddar indi. Qurbanın özünün də, Təftişin
də, Xızr Abının, Ələsgərin, hətta Çürüyün də qanını içərlər! O şallaqların
şaqqıltılarını eşitdim mən burda xəstə halımda, daha da xəstə oldum! Xaş
nəçənnik nədi, ondan da murdardı indi Qılıncımız!
Qatil Xalıqın dərin-dərin qatil kökləri var, oğul! Kökləri üzə çıxarmaqdan
ötrü nə qədər Qılınc ehtirası lazımdı. Əmma işləri korlayan da elə Qılınc
ehtirasıdı. "Kopirovalnaya bumaqa" yaddaşı ölüm silahı olmamalıdı! Asmaq,
kəsmək olmaz! Bildin?! Qırğınlardan, sürgünlərdən yaxa qurtarmaqdan ötrü
bütün planet tanımalıdı Sahiblərimizi. Siyasi-ictimai mühit, insanın bətni tamam
dəyişməlidi! Sultan Əmirli, Xızr Abı kimi adamlar az deyü. Hamısı da işləyir!..
Ürəyim şişib mənim, əmma, görürsənmi, hələ də işləyirəm! Ədalət qapısıynan
üzbəüz cinayət qapısının açan kamillikdi!
Səməd saçını daraqlayıb əlini əmgəyinə basdı.
- Mən necə koram, ilahi! Necə ağılsız, şüursuz heyvanam!
Sultan papirosu sümürürdü.
- Nə korsan, nə də şüursuz... Qurbannan söhbətinizi yadına sal.
İkicə kəlmə "moy rabotnik" bəs eləyib ki, Çax-çuxun fəaliyyət sferasının
genişliyini görəsən. Ağılsız adam bacarmaz belə şeyi. Özünü üzmə, qulaq as, gör
nə deyirəm.
İki il bundan əvvəl bu adresə göndərdim mən səni ki, Məhərrəm kələfin
ucunu açsın, yavaş-yavaş daxil ol hadisələrə, partiya məktəbini qurtarandan
sonra əmiyin bu təşkilatında fəaliyyətə başla, mübarizəyə qoşul. Mənim
həyatımda ən böyük nailiyyətim səniydin. Maksimal saf ürəkli, saf vicdanlı oğul
yetirmişdim. Xarakteriyin bütövlüyü, həssaslığın, incəliyin - hamısı qarantiya
verirdi ki, nümunəvi çekist ola bilərsən. Yeni Alim! Maksimal biliyi olmuyan
adama "çekist" demirik biz.
İstəyirəm bir mesələyə xüsusi diqqət yetirəsən: Əslinə baxsan, biz
qaçırmamışıq səni rayondan. Öz taleyin sarsıntılara salıb səni. Öz taleyin gətirib
çıxarıb səni bu evə. "Dil" kimi, "Tale" də OdƏldi. Sözü Həqiqət Əli EySann
sözünü eşitmirsən sən hələ. Onun sözü təziq eləmir insan beyninə, təsir eləyir.
Məhz həmin təsimən göndərilmisən sən bura. Ələsgərin dediyi "çıx get burdan"
sözləri EySarın sözləridi, Ələsgərin beyninə gəlib, Ələsgərin diliynən çatdırılıb
sənə. Mədədin dediyi "Sultanı dinlə" sözləri də EySann sözləridi, Mədədin
diliynən çatdırılıb sənə. Alim olmalısan, oğul, Alim! Çekist!
Səməd çox çaşqındı.
- Demək... çekist...
Sultan onun üzündə tərəddüd gördü.
- Böyük faciədi, dözülməz müsibətdi ki, uzun illər ərzində göz bəbəyimiz
kimi qoruduğumuz "Vərəsə"miz belə birdən-birə oldən getdi. Əmma çox şey
verib bizə "Vərəsə"miz, danışacam, biləcəksən.
Təkrar, təkrar eşit: Elm lazımdı bizə, oğul. Tarix, həqiqət lazımdı... Vəsiyyətə
sadiq olmaqdan ötrü əvvəlcə orqanda işləməlisən. Böyük miqyaslı siyasi
kamillik, soyuqqanlı mühakimə qabiliyyəti qazanmalısan...
Səməd dözə bilməyib, çox kobud şəkildə əmisinin sözünü kəsməyə məcbur
oldu:
- Bəs o cəmaat?! Əl qaldırıb mənə sos verənlər Bezobraziyenin
tapdağında qalmalıdılar?!
Sultanın qaşları pırpızlandı.
- Sözümü kəsmə! Fikrimi haçalandırma!..
Kolxoz nizamnaməsiynən ədalət yaratmaq istəyirsən. Bir kənddə ədalət.'..
Belə şey mümkündüsə, Silsilə alimlərimiz niyə dünya dolusu qışqırırlar ki,
"məhdud ərazidə Ədalət yaranmaz!" Budu SafAğ Elminin müddəalarından biri.
Elmimiz hələ qədimlərdə, sonra Xaç müharibələri dövründə dünyanı dolanıb
gəlib Marksa, sonra Plexanova da az-çox
çatmışdı. Məhz buna görə Leninlə heç cür razılaşmırdı Plexanov: "Sosializm
yaranmaz!" - deyirdi. Yəni kapital dünyası bir ölkədə dərhal
boğavsəninsosialədalətini! Boğmadımı?! KimöldürdüLenini?! Dinin, kapitalın
sağ əli Stalin! Kim öldürdü Doktorumuzu? Stalinin sağ əli Serqo Orcenikidze!
Lenin faciəni görürdü, eyni zamanda Qılınc Qurbanların silahına güvənirdi. Bir
az sonra dərk elədi ki, doğrudan da məhdud ərazi daimi təhlükə olur. Nərimanov
da işə qarışandan sonra Lenin ərazi miqyasını genişləndirməyə başladı. Bütün
Orta Asiyanı sovetləşdirdi, Türkiyəni sovetləşdirdi. Əmma materialistliyindən əl
çokə bilmədi. Hər yerdə silah işləyirdi.
Bu gecə SafAğ Elminin əsas müddəalarını çatdırmalıyam mən sənə. Çətindi
bu, çox çətindi! Əmma əminəm ki, ƏlAğımız kömək eləyir mənə. Sözümü
kəsmə!..
Nəcəfoğlunun ölümünü danışmaq istəyirdim. Daha doğrusu, ölümünün
səbəbini. Lenini məhvə aparan səbəbdi bu!
Səməd əlini əmgəyindən çəkmədən, aram-aram, asta-asta deyirdi:
- Danış... danış... Bağışla, əmi, həyəcanlandrıram səni. Çalışaram sakit
dinləyim. Danış...
Sultan da nisbətən sakitləşdi:
- Nəcofoğlunun nəyə görə, necə öldürüldüyünü sən hökmən bilməlisən.
Çünki sənin ətrafındakı hadisələr o hadisənin davamıdı.
Fikir ver, "devamı" deyirəm.
Abı deyib sənə, biz "Vərəsə"ni Şeyx Xorasan məqbərəsinə aparanda Çax-çux
izimizə düşmüşdü, Mirqəzəbə çatdırmışdı. Nəcəfoğlu kitab yazırdı onda. Bağday
tarixinin xronikasını düzəldirdi ki, "Vərəsə" əlimizdən getsə, xronika qalsın.
Çax-çux buna da öyrənmişdi, çatdırmışdı.
Mirqəzəb nə "Vərəsə"yə toxundu, nə də Nəcəfoğluna. "Tarixi"
"ustanovka"ynan yazanlar məsləhət görmüşdülər ki, imkan ver, kitabxananın
məğzini çıxartsın. Mirqəzəb də imkan verdi. Kitabı əllinci ilin yanvarında yazdı
qurtardı Nəcəfoğlu. Adını "Posle potopa"* qoydu.
Ümidimiz Moskvayaydı. Mordəkanda, axırıncı söhbotimizdə belə qərara
gəldik ki, dostumuz əvvəlcə öz kitabını aparsın Moskvaya. Bakıynan, biznən,
Elmimiznən bağlı olan türkoloqları, şərqşünasları, dilçiləri Akademik Marrin
evinə yığsın, hamısı oxusun. Ümumi razılıq olsa, xəbər versin, "Vərəsə"ni mən
özüm aparım.
Uzun əhvalatdı bu. Uzun, qorxunc... "Əhvalat" yox, fəlakətdi. Dinlə!
________________
*"Subasqınından sonra".
* * *
Nəcəfoğlunun bağı Mərdəkanın lap ucqarındaydı. Yaşıllıq-zad yoxdu orda.
Çünki xəzri tutan yerdi. Bağların hamısını hasarlayıblar ki, qum tənəyi basmasın.
Xəzri vuranda hasarların arasından dikinə tozanaq qalxır, göz açmaq olmur. İt də
dama dürtülür o tozanaqda. Biz də qəsdən elə şiddətli xəzri vaxtı, gecə
getmişdik.
Nəcəfoğlunun Kişvər adında bağbanı vardı. Qara, gödək kişiydi. Bağlarda
tənək əkirdi, xəndək qazırdı, taxtadan məhəccərsayağı arakəsmə düzəldirdi ki,
toz xəndəyi doldurmasın, təneyi boğmasın. Çox ağır işdi bu. Yazıq nakam
dostumuz qəmli-qəmli gülürdü: "Xəndəkləri saysan, Kişvər bir gündə üç-dörd
qəbir qazır!" - Sataşırdı bağbanına. Əmma həm də nəyəsə eyham vururdu.
Mərdəkanda hamı fağır, zəhmətkeş, qərib adam kimi tanıyırdı onu. Şeyx
əmiləriyin hambalı Fağın-Yağın xatırladirdı mənə həmişə. "Bağırovun yerlisidi"
deyirdilər. Xeyir işlərdə Kişvəri xüsusi hörmətnən yedirdib-içirirdilər. Ölü
düşəndə qəbirqazanlar onu da çağırırdılar ki, "Kişinin yerlisinin xətrinə" ölü
yiyələri yaxşı pul versinlər.
Nəcəfoğlu kimi, Məhərrəm də şübhələndi bağbandan. Dedi: "Lapatkaynan
işləyənin boynu tir kimi olar. Bunun boyun-boğazında əzələ deyilən şey yoxdu.
Tükdən keçirmək lazımdı bu lapatka adamını".
Saçından tük qopardıb Nəcəfoğlunun əlyazmasının üstünə qoydu, siyirməni
ehtiyatnan itəloyib bağladı, açarı götürdü. Çıxdıq dənizə getdik. Qayıdanda
Məhərrəm siyirməni açdı, ehtiyatnan çəkdi, dedi: "Gəlin baxın". Baxdıq, tük
yoxdu. O vaxtdan bildik ki, Nəcəfoğlu nə yazırdısa, hamısının üzü götürülürdü.
Bizim əsas işimiz bu olmahydı ki, Mirqəzəbi fakt qarşısında qoymaqdan ötrü
kitabın tamamlandığını bildirmiyək, əlyazmasını həmişə yarımçıq saxlayıb,
kənarda maşınka yazısını hazırlayaq, aparanda da elə aparaq ki, "lapatka adamı"
xəbər tutmasın. Buna görə də o gecə mən əvvəlcə sanatoriyaya getdim -
Mərdəkana. Putyovkamı verdim, yer aldım. Məhərrəm də məni yoluxmaq
adıynan əvvəlcə sanatoriyaya getdi. Həkimlərdən kim vardı, hamısını qonaq
çağırdıq, gecəyarıya qədər yedik-içdik, şahmat oynadıq. Məhərrəm dedi:
"Sultanın yanında qalacam bu gecə". Nə başını ağrıdun, konspirasiya üçün nə
lazımdısa elədik. Maşınların ikisini də sanatoriyanın qabağında qoyub, gecə saat
on birdən sonra sanatoriyanın dal qapısından çıxdıq, dostumuzun evinə də
maksimum ehtiyatnan getdik
İşığı yandırmadıq. Papiros çəkmədik. Divar peçinin işığında danışdıq.
Dediyim kimi, qərara gəldik ki, dostumuz əvvəlcə kitabını aparsın. Nəcəfoğlu
heç cür razılaşmırdı. Əsəbiləşirdi. Deyirdi: "Vərəsə"siz bu kitab heç nədi! Yeddi
yüz əlli cildi bir kitaba yerləşdirmək mümkün deyil. Bağday tarixi SafAğ
Elminin tarixidi. SafAğ elmi isə Kainatın özü qodər genişdi, geniş izahat tələb
eləyir". Axırda razılaşanda Məhərrəm kimi ağır adam bir yandan hoppandı
qucaqladı, mon də bir yandan. Uşaq kimi sevinirdik. Tok "Şeyx Xorasan"
məqbərəsinin yox, bütün Naxçıvanın, indi "Asəf kəf". deyilən dağ içinə -
mağaraya gedən adamların hamısının nəzarətdə olduğunu bilə-bilə sevinirdik.
Nəinki Mirqəzəbə, Beriyaya, hətta Stalinə də çatdırılmışdı ki, "kər" deyil o yer,
"KiEv" - OdEvdi, bütün Cənubdan gələn Ağ Türklərin "səfa" - SafAğların görüş
yeridi... Belə miqyasda nəzarəti bilə-bilə sevinirdik, qardaşoğlu. Ömrü faciəynən
keçən adam sevinc hissindən ya tamam məhrum olur, ya da lap iynə ulduzu
qədər ümiddən də sevinir. İynə ulduzu qədər yox, böyük ümid bəsləyirdik ki,
Məhərrəmnən mən bağdan aralanandan sonra Nəcəfoğlu əlyazmasını siyirmədə
qoyub, çamadansız, portfelsiz-filansız, maşinka yazısını bir şeyə büküb götürüb
çıxacaq, Müslümnən gedib gecə reysiynən uçacaq, oxutduracaq, dərhal da
qayıdıb, əlyazmasını qabağına qoyub oturacaq. Ya da Moskvadan sonra birbaş
"Asəf kəf"ə gedib, orda "şielik əlaməti" kimi tanınan ağ sümük Əl yanına, ocaq
başına yığışan batinlərlə şiəlik haqqında hədissayağı şeylər danışacaq ki,
Mirqəzəbin nəzarətçilərini çaşdıracaq. "Lapatka adamı" öz işində olacaq. Sultan
Əmirli isə, xəstə ürəyinin kardiaqrammasiynan, "predpolojilelnıy diaqnoz"nan
yola düşüb, "Vərəsə"ni Akademik Marra çatdırandan sonra Krem xəstəxanasında
yatacaq. Beləliklə, Nocəfoğluynan Məhərrəmin Moskvaya sərbəst gedibgəlməyinə şərait yaranacaq, Mirqəzəb bir də o vaxt ayılacan ki, Moskvada "Posle
potopa" adında kitab çıxıb, Avropa dillərinə tərcümə olunub yayılıb.
Ümidimiz beləydi, qardaşoğlu. Belə ümidnən qucaqladıq dostumuzu.
Qalxdıq ki gedək.
Qapını açanda gördüm Pers dim-dik dayanıb qabağımda. "Lapatka adamı" bir
tərəfində, Çax-çux o biri tərəfində, "Fars qohumlarım" adlandırdığı köməkçiləri
də arxasında.
Çax-çuxun o dəhşətli kobra gözləri açıqca deyirdi: "Oyun qurtarıb". "Lapatka
adamı" hələ roldaydı: "Bu qardaşlar Nəcəfoğlu qardaşı soruşurlar".
Döndüm Nocofoğluna baxdım. "Vərəsə"nin birinci cildinin axırından bir
vərəq qopardıb, dostumuza yadigar vermişdim. İngilislərin nə vaxtsa Orta
Asiyadan apardıqları gil yazısının şəkliydi o vərəq, bir cümlədən ibarətdi: "Biz
Şumərlər* Qalamda qalası olduq". Şeyx Xorasan məqbərəsinə gcdib-gəldiyimiz
vaxtlar Nəcəfoğlu məni məcbur eləmişdi ki, haman vərəqi qopardım, ayrıca
saxlayım. Çünki o cümlə İngiltərədə, Avropada çap olunmuşdu, bütün alimlər
yekdilliknon təsdiq eləmişdilər ki, "miladdan min il əvvəl də Qalamda, yəni Orta
Asiyada əhali türkdilli imiş". Daha doğrusu, təhrif dillərdə "Şumer" adlandınlan
Şum Ərlərinin Orta Asiyaya ƏrAğdan (İraqdan) indi "Azərbaycan", "İran",
"Türkiyo" adlanan Bağdaydan gedib, Bağdaya Qrek, Suriya basqınları dövrlərinə
düşdüklərinə görə Qalamda məskunlaşdığına heç bir şübhə qalmırdı. Çünki dil,
ləhcə bizimkinin eynidi: "Biz ŞumƏrlər Qalamda qalası olduq". Şəklin qiyməti
bir də bunda idi.
Bir de İsrayıla işıq saçırdı... "Bibliya" da məlumat var ki, hələ yeni tarixdən
əvvəl bizimkilərdən ƏsƏrƏl adlanan icmalar, Qreklərin ardıcıl təziqinə
dözməyib əvvəlcə Qalama gediblər. O zamanlar ƏsƏrƏllər də OdƏrco
damşırmışlar, Qalamdakı əhali ilə eyni irsdən olduqlarını bilirmişlər. Buna görə
də bir müddət orda Qalamda qalıblar, sonra təhlükəsiz məkan saydan "Beytül
müqəddəs"ə, "Safa" - SafAğ dağı ətraflarına köçüblər. Məhz o vaxtlar ƏsƏrƏl
kəlməsi dəyişib, o səmtdəki ƏrEv - "Ərəb"lərin dilində "İsrayü" şəklinə düşüb...
O bir vərəqi – şəklin arxasında Nəcəfoğlu belə bir məlumat qeyd eləmişdi ki,
sonralar "Bibliyada bir cümlənin həqiqəti" adında kitabça yazıb İsrayıl əfsanələr
röyasından ayıltsın... Nəcəfoğlu hər dəfə ürəyinin üstünə sıxırdı o şəkli,
qəhərlənirdi. Üzünü çıxartdırmışdı, ramkaya salmışdı. Stolun üstünə qoymuşdu...
Persi kandarda görəndən sonra mən dönüb geri baxanda Nəcəfoğlu barmağını
Qalam yazısında iki sözün üstünə tutdu: "qalası olduq".
Gözaltı Məhərrəmə baxdım. Professoruyun sifəti dümağ şama dönmüşdü. Ən
dar gündə də təmkinli, toxtaqlı Məhərrəmim özünü itirmişdi o gecə.
Pers dedi: "Evə keçin. Gözləyin".
Kimi gözləməliydik? Məlum məsələydi: Cəllad özü təşrif gətirməliydi!.. Nə
Nəcəfoğlu özü dəvət elədi, nə də Pers özü içəri keçdi. Biz
_____________
*"ŞumƏr" - "şumlamaq", okin, səpin üçün yararlı hala salmaq. "Ər" burada insan mənasındadır.
Şum Ərləri planeti gəzib "şum"a yararlı yerləri qeydə alanlar.
evdə, onlar kandarda, ikicə saat susduq, qardaşoğlu. Kinin dərəcəsini gör: iki saat
sükut!..
Toz basdı otaqları. Avadanlıq, xah-xalça batdı, ağzımız-burnumuz doldu,
əmma əlimizi də tərpətmədik o iki saatda. Məhərrəmnən mən divanda
keçinmişdik, Nəcəfoğlu stolun dalında. Kitab qabağında, əlinin altındaydı.
Böyründə divar peçinin alovu eşiyə təpirdi. Peçin qapağmı açıb kitabı ora
tullamaqdan ötrü bircə saniyə də bəsdi. Əmma nə Məhərrəm tərpənirdi, nə də
mən. Aydındı ki, doğrudan da "oyun qurtarıb", belə tozanaqda Pers dəstəsiynən
kandan kəsdiribsə, demək, dilimizdən nə çıxıb, qərarımıznan bir yerdə,
Mirqəzəbin ovcundadı, "Posle potopa" adında kitab işıq üzü görmüyəcək,
"Vərəsə"miz necə yatır, kitabımız da elə yatıb qalacaq, istintaqdan istintaqa
ortalığa qoyulacaq ki, "İttihadi-İslam"m kitabxanası sizdə deyilsə, bu kitab hansı
məxəz əsasında yazılıb?! Başqa məxəz yoxdusa, kitab "Vərəsə"nin əsasında
yazılıbsa, Cənubda siyasi təxribat üstündə edam olunmuş Şeyxlərin kitabxanasını
belə cidd-cəhdlə gizlədirsinizsə, onda necə boyun qaçıra bilərsiniz ki, siz də
burda - Sovet Azərbaycanında təxribat məqsədi güdmürsünüz?!. Təxminən bu
məzmunda istintaq görürdüm mən. Bilirdim ki, Məhərrəm də görürdü. Çünki bu
mövzuda söhbətimiz çox olmuşdu. "Vərəsə"nin ətrafındakı hadisələri yada salasala, kitabın ətrafında gözlənilən təhlükənin variantlarını düşünüb, əvvəlcədən
müəyyənləşdirmişdik. Ən qorxunc variant elə o idi ki, kitab Moskvaya
çatdırılmamış ələ keçsin, istintaq başlansın. Elə bir istintaq materialını öz
məqsədinə uyğun şəkildə tərtib elətdirib "şef"inə - Beriyaya göndərəndən sonra
Mirqəzəb hərtərəfli qalib olurdu, qardaşoğlu. Yeganə çıxış yolu buydu ki, kitab
yandırılsın. Əmma bu variant daha pis nəticə verə bilərdi. Beş il "Şeyx Xorasan"
məqbərəsinə gedib-gəlib, dördcə il də gecə-gündüz oturub, maşinka yazısıynan
min səhifə yazandan sonra Nəcəfoğlu qupquru qurumuşdu. Məndən kiçikdi.
Cəmi qrrx iki yaşı vardı. Saçına təzə-təzə dən düşürdü. Əmma sifətinin,
sinəsinin, əllərinin dərisi qansızlıqdan göyərmişdi. Burnunun altında dırnaq
sədəfi biçimində bığı vardı. Yorulanda stola dirsəklənib, şəhadət barmağının
ucunu bığına sürtərdi - Bu o deməkdi ki, taqətdən kəsilib, yuxudan yaxasını
qurtarammır. Elə o cür, barmağının ucunu bığına sürtə-sürtə gözlərini yumub,
stolun dalında daş kimi düşərdi. On-on beş dəqiqə, ən çoxu yarım saat yatandan
sonra birdən dik atılardı, tövşüyərdi. Deyirdim: "Çox təntiyəndə uzan
divanda rahat yat". Deyirdi: "İxtiyarım yoxdu". Bir dəfə soruşdum ki, "Niyə elə
atılırsan? Vayğa* görürsən, nədi?" Dedi: "OdƏrləri görürəm. Yupiterdən dalğa
göndərirlər, tavanı tıqqıldadırlar, oyanım işləyim". Bilirsən nə deməkdi bu? Əgər
Nəcəfoğlu sağ qalsaydı, o tıqqıltılardan sonra Ün eşitməliydi. Elmimizin
qanunudu bu. Hər kəs SafAğ Elmiynən bir müddət gecə-gündüz, ardıcıl məşğul
olursa, beynində SafAğ İşıq artır və hökmən Bağlarnan danışır.
"Beyin" təhrif sözdü. OdƏr dilində yoxdu "beyin", BağÜn var. BağÜn!.. Mən
ardıcıl məşğul olammamışam. Əmma Bağ nəslinden çox uzaqlaşmıyan
adamlarda irsiyyət güclü olur. Belələri Elm barədə lap cüzi məlumat alar-almaz
beyinlərində SafAğ İşıq artır. Əger İlan mühiti çox sıxmırsa, sən atanı necə
görürsənsə, onlar da ikinci doğuluşdan sonra Yupiterdə məskunlaşan əzizlərini
eləcə görürlər, səslərini eşidirlər. Heç bir möcüze yoxdu bu dediklərimdə.
İstəyirəm bizim o vəziyyətimiz, Nəcəfoğlunun vəziyyəti bütün aydınlığıynan
çatsın sənə, oğul... Naxçıvandan qayıdanda təhlükə başqa cürdü. Onda tərəzinin
bir gözünə "Vərəse" qoyulmuşdu, o biri gözünə bizim həyatımız. Atan getdi,
"Vərəsə" qaldı. Mərdəkanda isə mübarizəmiz son həddə çatmışdı. Bizi ideoloji
təxribatda taqsırlandırmaqnan Mirqəzəb "şef"inin əl-qolunu açırdı ki, "xüsusi
qrup"un təşkilinə əsas verən sənədləri SSRİ prokurorundan istəsin, mənim
məktubumu, Məhərrəmin SSRİ prokuroruna yazdığı məlumatı alıb, ideoloji
təxribatçıların, siyasi düşmənlərin böhtanları kimi məhv eləsin. Beləliknən,
cinayətlərin üstü örtülürdü. Yəni Cənubda iyirmi ikinci ilin, otuzuncu ilin, qırx
altıncı ilin hadisələri obyektiv səbəbləri olan məğlubiyyətlər kimi qələmə
verilirdi, çoxəsrlik azadlıq hərəkatına zəif hərəkat damğası vurulurdu,
mühacirləri ruhdan salırdı, "Pəhləvi hakimiyyəti" adı altında imperializmin
"İran"da hökmranlığını möhkəmləndirirdi.
Sənə o qədər çatmır bu söhbət. Bayaq dedim, Pəhləvi Fars deyil. Qedim
BağOd EvÜn OdƏrləri əvvəlcə "Paxtavan", sonra "Pəhləvan" -Pəhləvi
adlanıblar, yəni Bağdayı Qrek - Latınların, Suriyalıların basqınlarından mühafizə
edən hərbçilər. İrsən indinin özündə də hərbçidilər. Düşmənimiz haqqında
rəğbətlə danışıram. Niyə? HəmOdÜnün darvazasında, enişə düşən yerdə ƏsÜz
(yaradan məna) deyilən hasarlı bir yer var, indi də durur əlamətləri. BağOd EvÜn
sərkərlər (Sar Od-
________________
*Faciəli röya.
Ərlər həmin ƏsÜzdəcə oturub, Ün eşidə-eşidə əvvəlcədən bilirmişlər ki,
hansı düşmən ordu harda, necə hazırlaşır ki, döyüşə, basqına gəlsin. Qreklər
"Suz" deyirlor, ƏsÜzə, monasım da bilmirlər. Biz iso burda Şimalda da o
Pəhləvilərimizi görən kimi tanıyırıq. Hələ də hərbçi ifadələri ilə, təhrif OdƏrcə
danışırlar. Cənubda əhalinin heç beşdə biri də deyillər. Üzdə özlərini Fars kimi
qələmə verirlər. Niyə, bilirsən?
İndiki "Fars körfəzi"ndən bir az bəridə EvƏrSu və ya EvƏrƏs ərazimiz olub.
İndiki Pəhləvilər - Pəhləvanların nizami orduları o ərazidə olublar. Bağdayı
qoruyublar. Zaman keçdikcə, Qreklər içərilərimizə yeridikcə, dilə də çox pis təsir
eləyiblər. BağOd EvÜnə "Paxtavan" dedikləri kimi, EvƏrƏsə "Pers", "Pars",
"Fars" deyiblor, Farslar da BağOd EvÜnə əvvəlcə "Paxtavan", sonra "Pəhləvan",
axırda "Poxləvi" deyiblər. Bunlar çox vacib şeylərdi, təkrar eləyirəm ki,
unutmuyasan. Belə şeyləri bilməsən, keçmişimizi dərk eləməzsən, babalarını,
millətini, özünü tanımazsan, yoxa çıxarsan, bəşəriyyətin ən ülvi tarixini də
özünnən birlikdə həmişəlik məhv eliyərsən. Daha dəqiq desək, bəşəriyyət indi
düşdüyü dini əfsanələr selindən də güclü selə düşüb, idraknan yox, stixiyayrıan
yaşayar, bətnən tamam çürüyər.
İlan bilir bunu. Keşiş Vissarion Cuqaşvili "Stalinə" geniş hərbi dərs deyib bu
barədə. Çünki Pəhləvi irsindən hələ də qorxurlar. Tarixi, Elmi öyrənib biznən
yenidən birləşsələr, Pəhləvüər Bağdayı bərpa edə bilərlər.
Biz EvƏrEy OdƏrlərini vaxtilə çox sevirmişlər BağOd EvÜn Od-Ərləri.
Heyif indi çoxu "Bayod" deyir özünə, yəni bizdən tətik düşüblər. İlanın Stalinə
ən ümdə tapşırığı bu olub ki, "Yevrey"ə dönən EvƏrEyi, "Pəhləv"iyə dönən
BağOd EvÜnü öz kökünə - Bağtara, Türkə qarşı qoysun.
Yadına sal, otuz altıncı ildə nə deyib o Qrek casusu "Stal": "Vı ne Turki, vı
azerbaydjansı". "Tat"larımız, "Fars"lanmız dillərınin kökündəki "Dəri"nin OdƏr
dili olduğunu, qədim Tərik – türklüklərini bilə-bilə, "rəhbəri"in arzusuynan,
həmən otuz altıncı ildən etibarən "Pantür-kizmə qarşı" döyüşürlər. Bax buna
görə də Stalin, Beriya, Mirqəzəb üçlüyü bir ovuc cahil hərbçi "Pəhləvan"ı -
"PəhləvP"ni lap asanlıqnan qaldırıb çoxmilyonlu OdƏr Türkünün belinə
mindirib! İngilislərin arxeoloji materiallarında təhrif "Paxtavan", "Paxlavan"
sözlərı Çerçillin ən çox təkrar elədiyi sözlərmiş, məhz o - Çerçill çox çalışıb ki,
Stalin Pəhləvi şahına hər cür kömək eləsin, qırx altıncı ildə bizim Demokrat
firqəsini məğlub eləsin.
Bizim "xüsusi qrup"dan savayı hələ heç kəsə məlum deyil ki, Stalınin
Çerçilnən gizlin müqaviləsi var. O müqavilənin rus variantında çox açıq və
kobud şəkildə yazılıb: "Posle pobedı nad Germaniyey çasti Sovetskoy Armü
pokinut Yujnıy Azerbaycan, kuda voydut Pexlevidı.."* Bircə o qalıb yazılsın ki, "Pexlevidı perestrelyayut yujnoazerbaycanskix
Demokratov". Yazmayıblar, eləyiblər. Tohrif "Yevrey" adı altında necə
ümumbəşəri EvƏrEy - Uca İşıq Evi oiduğunu yaxşı bilən Vissarion yetirməsi
qodər EvƏrEy - Tərik - Türk qanı içən ikinci hökmdar yoxdu, oğul!..
Bədbəxtliyə bax ki, tək russkoyazıçnılar yox, bütün planet "Yevrey"lori Stalini
ən qüdrətli hökmdar kimi sevirlər!.. "Potop" ələ keçsəydi, elə özümüzünkülərin
oliynən güllələtdirəcəydi bizi o qaniçən.
Vəziyyətimiz beləydi, qardaşoğlu.
Heyrətnən deyirsən əl qaldırıb mənə səs verənlər Bezobraziyenin
tapdağmdamı qalsın?!. Bir kondin, bir rayonun taleyindən yox, vətəniyin,
xalqıyın taleyindən danışıram mən sənə. Bir az sonra tamam inanacaqsan ki,
EvƏrEy OdƏrləri bəşəriyyətimizin köküdür, deməli, mən ümumən
bəşəriyyətimizin taleyi barədə danışıram. "Stal" "kliçka"sında ilandan,
hümmətçilərin mehvindən, iyirmi il hakimiyyət başmda oturan Mirqəzəbin
törətdiyi ümumbəşəri faciədən danışıram. Aparacam səni o məhkəməyə, otur
qulaq as, gör kimlər danışırlar tribunadan, nələr açılır tökülür... Nə qədər alimini,
şairini, ədibini sürgünlərdə çürüdüb "Stal!" Nə qədər Şeyx, Axund adı altında
gizlin "Muğ"larını itirib-batırıb! Qədim OdƏr əraziləri Misirdən, İraqdan
başlamış, Türkiyənin özündən, o tay-bu taydan min-min cildlərlə həqiqət
kitablarını yığışdırıb yandırtdırıb.'.. Bütün olub-keçənlərdən sonra o
"ustanovka"ynan yazanların arasında yeganə cəsarətli tarixçimiz vardı,
dissertasiyasında Nərimanovun adını saxlamaqdan ötrü şəxsən Kalininə** müraciət eləyib icazə almışdı, o yeganə ləyaqətli tarixçimiz də əldən gedirdi!
Ömrünün doqquz ilini "Vərəsə"mizin tədqiqinə verib, doqquz il məhrumiyyətlər
içində yaşayan yeganə fılosofumuz əldən çıxırdı!
Beləydi vəziyyətimiz, yeganə balam!
Mənim əvəzimdə sən olsaydın, özünü oda vurardın, yandırardın. Əmma mən
saxladım özümü.
__________
*"Almaniya üzərində qələbədən sonra Sovet Ordu hissələri (bu hissələr azərbaycanlılardan ibarət
olsa da (M) Cənubi Azərbaycanı tərk edəcəklər və Pəhləvilər oraya girəcəklər..."
**SSRİ Ali Sovetinin sədri.
Qulaq as.
O küləkli gecə Mirqəzəb tozanaqnan gəldi, Nəcəfoğlunu maşına basdı apardı.
Məəttəl qaldıq ki, bu nə gəlişiydi, nə gedişiydi? Hardan gəlirdi, hara gedirdi?
Niyə tək Nəcəfoğlunu apardı? Niyə özü apardı? Kitab niyə stolun üstündə
qaldı?!
Məhərromnon düz bir ay yediyimizi-içdiyimizi bilmədik. Dostumuz yoxa
çıxmışdı. Akademiyada deyirdilər Moskvadadı, Moskvada deyirdilər:
"Gəlməyib. Görməmişik". Rayonu-zadı atmışdım. Bu divarların arasında
vurnuxa-vurnuxa, gündə bir versiya fikirləşirdik Məhərrəmnən, axırını bir yana
çıxardammırdıq. Yuxusuz, ac-susuz, gah qapıda - palmanın yanında, gah da
həyətdə gəzinirdik, Çax-çux gəlib-getdikcə ona fikir verirdik. İndi təsəvvür elə
ki, bizim o vəziyyətimizdə, gecənin yarısında Persin maşını ildrım sürətiynən
gəlib həyətdə dayanır, Çax-çux maşından atılıb qışqırr ki, "Kişi sizi gözləyir. Tez
olun!"
Mən üzünə baxammıram o qatilin, uzaqdan-uzağa qaraltısını görəndəcə qan
təzyiqim kəlləçarxa qalxır. Bu səbrin, dözümün sahibi, neçə dəfə kinim coşub,
SafAğ Sultanı içərimdə boğub əlimi silaha atmışam. Məhərrəm də mən gündədi.
Əmma orda ikimiz də birdən cumduq üstünə ki, Nəcəfoğlu hardadı?!
Başladı ki, "Dostunuz oturub Kişinin kabinetində, Kişiynən qabaq-qabağa
konyak vurur!"
Təsəvvür elə ki, getdik gördük doğrudan da konyak vurur!
- Nəcəfoğlu?!
- Bəli, əzizim! Mirqəzəbə gündə min dəfə lənət deyən Nəcofoğlu,
Mirqəzəbnən üz-üzə oturub koynak içirdi, tort yeyirdi! Bizim "Midi", "qiena* Midi" adlandırdığımız dəhşətli "ustanovka alimi"ynən - fal-sifıkatornan elmi
söhbət eləyirdi. "Az ər" - OdƏrdən, Tərik - Türk EvƏrEydən hərtərəfli məlumatı
ola-ola, indiki "Yevrey" xalqının keçmişini çox gözəl dərk edə-edə elə bil heç nə
dərk eləmiyən bir "yevrey" idi o "Midi". Qədimlərdə, Misir, İsrayıl tərəflərdə
OdƏr dili əvəzinə "EvƏrEy" dili adlandırılan, sonralar o təhrif ərazilərdə
tanınmaz dərəcədə dəyişib "İfr"it" adlanan dildə danışırdı o "Midi", özünü
"qorskiy yevrey" adlandırırdı. Mirqəzəbin gizlin məsləhətçilərindəniydi. Məni
görəndə qapqara qaralırdı: "Ne "Otar"ı - OdƏri mı s toboy, İudei, mı, Sultan!"** Deyirdim "heç olmasa, ərəbcə "Yohudi" de, İuda!" Deyirdi
______________
*Goreşən
**"Otar" - "OdƏr" deyilik biz sənlo, İudeyik, Sultan!"
"Ərəb dili Qrek dilindən də dəhşətli falsifıkasiya dilidi, "Yəhudi" demərəm. Çünki
"İudey" qrekcə olsa da, EyOda - Uca həqiqətə daha yaxındı, Sultan, povtoryayu: "mı s
toboy İudei!" Bax belə, hər şeyi dərk edə-edə heç nəyi dərk eləməyən dəhşətli bir alimibiəməliydi o "Midi", "Qiena". "Midiyanın ölü dili" yazan, Olamı "Elam", Ulu Bağı "Lullu
bəy" eliyən. BağOd EvÜnü "Pexlevid" yazıb, Bağday ərazisinin ƏrEy -"Rey" vilayətinin
də "Pexlevid"ə verən cani falsifikatornan elmi söhbət eləyirdi dostumuz. "İran" nə
deməkdi?! İrlər?! Yoxsa, Ərlərdi - Ərəndi o ərazi?!" Belə qışqırırdı, içirdi.
Qəşəngcə möcüzə yaratmışdı Mirqəzəb.
İçəri girəndə bir kəlmə dəydi qulağıma: "Maday". Qapının arasında ayaq saxladıq,
Midi deyirdi: "Ya poslan syuda liçno Stalinom. Ya ne imeyu pravo ne tolko pisat, daje
proiznesti slovo "Bağ". İbo oçevidno, çto eto Boq. A slovo "Maday" ostavit mojno. Luçşe
napişem "Maday" i skajem: "ma" ot slova "Mağ". A "Mağ, obşeizvestno, oqnepoklonnik.
Ostavaytes poka oqnepoklonnikami. İnaçe nevozmojno".* Dostumuz dedi: "No ved ya uje napisal: "Bağday!"** Mirqəzəb əlini stola vurdu: "Stalin skajet kak i çto pisat Heydər Nəcəf oğlu Hüseynov
uje poluçil Stalinskuyu premiyu. Ostaetsya podpis Stalina. Yesli ne podpişet, ya tut je
podkinu yemu druquyu kniqu naşeqo filosofa o şeyxe Şamile. Yesli Boq ne poluçit
Stalinskuyu premiyu, Şeyx Şamil poluçit. İbo Şcyx zemlyak Baqirova! Qorets!"*** Şaqqıldaşdılar güldülər. Stalinin sağlığına içdilər.
Oturduq, biz do içdik. Yazıq, bodbəxt omin do içdi Stalinin sağlığına!
Sən, əlbəttə, içməzdin. Güllələnməyə gedərdin, içməzdin. Əmin isə konyakı son
damlasınacan içdi. Çünki təhrif mühitdə "BağMən" demirik biz özümüzə, Ərəbin, Farsın
təhrif diliynən "Məğmun" deyirik. İlan mühitində "Moğmun"uq - "Mağmın"ıq biz, oğlum!
Müdafiə eləyə bilmədim mən orda dostumu - dahi Heydərimi. Budur "Sultan
Əmirlinin daha bir cinayəti!.."
____________
*"Mən axı artıq "Bağday" yazmışam!"
**Məni buraya şəxsən Stalin göndərib. "Bağ" kəlməsini nəinki yazmağa, hətta dilimə gətirməyə də
ixtiyarım yoxdur. Çünki, məlumdur ki, "Boq"dur, "Bağ". "Day" sözünü isə saxlamaq olar. "Maday"
yazaq və deyək ki, "Ma" "Mağ" sözündəndir və hamıya aydındır ki, atoşporostdir "Mağ". Hələlik
atəşpərəst olun. Başqa cür mümkün deyil".
***"Nə və necə yazmağı Stalin deyər! Heydər Nəcəf oğlu Hüseynov artıq alıb Stalin mükafatını.
Stalinin qol çəkməyi qalıb. Əgər qol çəkməsə, mən dərhal filosofumuzun başqa bir, Şeyx Şamil
haqqında kitabını verərəm ona. Əgər Boq almasa Stalin mükafatını, Şeyx alar. Çünki Şeyx Bağırovun
həmyerlisidir! Dağlıdır!"
Stolun üstündə bir yığm kitab vardı: "Posle potopa!.." Zər naxışlı, gözəl nəfis
cilddə, Mirqəzəbin stolunun üstünə yığdmışdı ki, Stalin mükafatı komitəsinə
göndərilsin.
Mirqəzəb gülürdü. Gözümüzün içinə baxa-baxa başladı ki, "Nu çto, qospoda
oqnepoklonniki, nadeyus bolşe ne skroyete ot nas naslediye velikix şeyxov!"* Demə, o bir ayı Mirqəzəb öz bağında saxlayıb Nəcəfoğlunu, redaktor təhkim
eləyib, təcili çapa hazırlatdınb "Posle potopa"m- İlk nüsxə hazır olan kimi özü
apanb, Stalin mükafatı komitəsində oxutdurub. Bizi "bayrama" çağırmışdı.
Bir do iyunun axmnda, Nəcəfoğlunu Moskvadan, öz toyyarəsindo, döşü
nişanlı gotirəndə "bayrama" çağırdı bizi, tələb elədi ki. "Vərosə"ni təhvil verək.
İndi danışacam, necə yasa döndü o bayram, nakam dos-tumuz necə "kəsdi
venasını".
"Şeyx Şamil" kitabma görə almışdı laureathğı. "Tak poluçilos" -deyirdi.
Bayaq dedim, Heydərin nəyə görə, necə öldürüldüyünü bilməlisən sən. Buna
əlavə eloyim ki, o rəhmətlik də sən xasiyyətdoydi. Deyir-dik: "Uçuruma
gedirsən". Deyirdi: "Yaranan bir gün ölməlidü" "Posle potopa" kitabmı Midinin
müqəddiməsiynən, zərli cilddə görüb, qələbə saydı bunu, öz ayağrynan tələyə
getdi. Ümidini itirmirdi ki, "Şeyx Şamil" yayılandan sonra "Potop"u da çıxardar
ortahğa.
O "bayram" gecəsi Nəcəfoğluna akademik diplomu verdi Mirqəzəb,
Məhərrəmnən məni şəkkaklıqda, inamsızlıqda təqsirləndirə-təqsirləndirə yarım
saat nitq dedi: "Nasledie velikix şeyxov - eto naslediye vsex narodov,
naselyayuşix territoriyu Sovetskoqo Soyuza. Naslediye şeyxov obyedinyayet nas
so vsemi narodami mira. Osoboye znaçeniye imeyet krovnoye yedinstvo
OdƏrov s velikim russkim narodom. Ibo oçevidno, çto "Rus" - ot ƏrÜz. V
arxivax soxranyayetsya dokument o tom, çto ƏrÜzov Rimiyane prinudili izuçat
skandinavskoye nareçiye tak nazıvayemıy "starorusskiy yazık".**
___________
*"Hə, cənab atəşpərəstlər, ümidvaram ki, böyük seyxlərin vərəsəsini daha gizlətməzsiniz bizdən".
**"Böyük şeyxlərin vərəsəsi Sovetlər İttifaqının ərazisindəki bütün xalqların vərəsəsidir. Şeyxlərin
vərəsəsi bizi bütün dünyanın xalqları ilə birləşdirir- OdƏrlərın böyük Rus xalqı ilə qan birliyi xüsusi
əhəmiyyət kəsb edir. Belə ki, tamailə aydındır, "Rus" - "ƏrÜz"dendi. Arxivlərdə sənəd var, ƏrÜzləri
Rimlilər məcbur ediblər kı, skandinaviya ləhcələrini öyrənsinlər, indi "köhnə rus dili" adlananı."
Qulaq assaydın, nakamımız kimi, sən də deyərdin möcüzə baş verib, cəllad
donüb adam olub.
"Bayrama" çağırılanların arasında "ustanovkayrıan yazanlar"dan da vardı.
Heç birinin üzünə baxmadı Mirqəzəb, təkcə Midiyə söz verdi.
Qalxdı Midi, nə qalxdı: "Da razve mı pişem istoriyu? Razve mı pıtayemsa
izvleç iz kakoqo-nibud teksta, dokumenta xot maluyu kripitsu jizni ili istim?!
Pered velikimi şeyxami ya nikto! Po sravneniyu s "Po-top"om moy trud nişto!* "Nikto, niçto" elədi özünü, "İstoriya Midü" kitabını, axırda da "respublika
rəhbərliyinin qarşısmda məsələ" qoydu ki, şeyxlərin kitabxanası tezliklə
akademiyanın ixtiyarına verilsin, Stalin yoldaş məsləhət bilsə, "Midiya" adı ilə
yanaşı, ölkənin həqiqi adı Bağday da kitaba daxil edilsin.
Pers yerindən söz atdı ki, yığıncaqdan sonra qalarsan, kitabxana barədə ayrı
danışarıq. Əmma "bayram" qurtaranda birinci Midi Qiena qaçdı. Dalınca o biri
"qienalar" - "ustanovkayrıan yazanlar". Bilirmişlər nəynən qurtaracaq "bayram".
Üç nəfər qaldıq: nakam dostumuz, Məhərrəm, mən.
Cəlladın sifəti dəyişmişdi. Gözlüyünün şüşələri lupasayağı qalınıydı,
"Mirqəzəb"dən başqa ona "Dördgöz" də deyirdi cəmaat. Baxdım ki, kin qayrıayır
gözlüyün dalında.
O cür, üz-gözündən kin saça-saça, kartını açdı, xəbərdarlıq elədi ki, şeyxlərin
kitabxanası ən uzağı bir həftəyə meydana çıxmasa, "Posle potopa" Özülsüz bina
sayılacaq və əlbottə, yandırılacaq.
"itak, nedelnıy srok! Mojeş idti, Sultan Mamedoviç. İdi i podumay, çem
mojet vernutsa dlya tebya utayeniye naslediya şeyxov".** Qapıdan çıxanda Pers də açdı kartını: "Pıçıldaşmayın. Heç bir səy
göstərməyin. "Potop"un bütün nüsxələri xüsusi seyfdə, surquç altındadı. Nə
kitabın adı məlumdu cəmaata, nə də məzmunu. Bilirsiniz, laureatlığı
Nəcəfoğluna Şeyx Şamil hərəkatına aid yazdığı kitaba görə veriblər. Rüşvətdi
bu, səsini kəssin! Kitabxana gətirilməsə, laureatlıq geri alına-
______________
*"Bizim yazdığımız məgər tarixdir? Heç cəhd eləyirikmi ki, hər hansı bir mətndən, sənəddən heç
olmasa az-maz bir həyat nişanəsi və ya həqiqət cıxaraq?!. Böyük Şeyxlərin müqabilində mən heç
kəsəm! "Potop'la müqayisədə mənim kitabım heç nədir!.."
**"Demək bir həftə vaxt! Gedə bilərsən, Sultan Mamedoviç. Get və fikirləş, şeyxlərin vərəsəsini
gizlətməyin əvəzində nə itirərsən?"
caq, akademik Hüseynov Heydər Nəcəfoğlu ise siyasi fitnəkar və kapitalizm
dünyasına xidmət edən casus sayılacaq".
Nakamımız dözmədi, oğul. Qışqırdı.
İndiyəcən qulağımdadı o qışqırtı. Bircə kolmə - "Fəlaket" - deyirdi. -
"Fəlakət! Fəlakət! Fəlakət!.." Katalikosların məktublarının tələb olunduğunu
biləndə, mənim kabinetimdə yox, Mirqəzəbin kabinetində qışqırdı və elə bu
qışqırtı da onun ölümünə hökm verdi. İndi deyirəm Sultan Əmirlinin "cinayəti"
nədir: katlikosların məktublarını Mirqəzəbə vermədiyim kimi, kitabxananı da
vermədim. Versəydim, bəlkə də sağ qalardı Heydərimiz.
Cəllad bir həftə hər gecə zəng vurdu: "Mı jdyom!", "Mı jdyom!" Nəcəfoğlu
da bir həftə, yeməz-içməz, "Fəlaket, fəlakət" - dedi.
Tək buraxmırdıq.
Həftə tamamında bu evə gəldik ki, paltarımızı dəyişək. O günü də Cəllad
axırıncı dəfə zəng vurdu: "Vaş druq venu sebe vsporol. A vı v vannax
naslajdayetes! Zakopayte yeqo. Da tak, çtob ni odna jivaya duşa ne znala ob
etom pozore!"* Arvadını yaxın buraxmadılar meyidə. Məhərrəmnən mən olduq, üç-dörd
nəfər "ustanovkayrıan yazan", bir də o Kişvər - "lapatka adamı", sahibsiz ölü
kimi apardıq əzabkeşimizi. "Fars qohumları" uzaqdan-uzağa müşayiət
eləyirdilər. Maşınlardan düşmürdülər. Qəbrə yaxın getmədilər. "Ustanovkayrıan
yazanlar" da aralı durdular. "Lapatka adamı" özü qazdı qəbri. Elə qaza-qaza son
dəfə oynadı orda - qəbrin içində: "Sirr qarnımı deşir, ay qardaşlar. Dostunuzu
mənim gözümün qabağında öldürdülər, ay qardaşlar..."
Pers dil-dil ötür indi. Büzüşüb, meymuna dönüb, səsi də çıxmır. Mikrafon
qoyublar qabağına ki, xırıltısı eşidilsin zalda. Demə, Qurbandakı qurğuşunlu nalı
vaxtilə "iyli quyu"dan çıxardıbmış Pers, Yağırın kəllə sümüyünün gicgahında
zərbə yerini göstərib sübut eləyibmiş, inandırıbmış Çax-çuxu ki, "Fağır hambal"
- Yağır o nalnan öldürülüb. Mərdəkanda Çax-çuxa diplom verəndə nalı diplomun
üstünə qoyub deyib: "Çəki daşı kimi işlət, həmişə gözüyün qabağında dursun,
intiqama çağırsın səni". O vaxtdan "Muğ"lara qənim kəsilib o nal. Axırıncı dəfə
nakamımızın gicgahına çaxılıb. Persin ifadəsinə görə, Cəlladın şəxsi cəlladıymış
Çax-çux, Cənubda da, burda da ancaq Mirqəzəbin
_______________
*"Dostunuz venasını kəsib. Siz isə hamamda xumarlanırsınız! Basdırın onu! Ozü də elə basdırın ki,
bir nəfər də ins-cins xəbər tutmasın bu biabırçılıqdan!"
özünün şəxsən Stalindən, ya da Beriyadan aldığı şifrəli teleqramlar əsasında
işləyirmiş. Bir dəfə qırx altıncı ildə, "avariya"dan sonra Çax-çuxu aradan
götürmək istəyib Cəllad, nalı aldırıb əlindən, "Oformlayte na rasstrel"* deyib,
əmma Beriya müvəqqeti dayandınb əmri. Bir də Nəcəfoğlunun ölümündən sonra
zəng vurub deyib: "Pora ubrat yeqo".** Pers də "Lapatka adamı"na tapşırıq verib ki, qatilin adını açsın bizə. Başa
düşürsənmi qurğunu? Yəni Çax-çuxun qanına bulanıb Sultan Əmirli də sıradan
çıxar. Əmma Sultan Əmirli dözdü, oğul. "Kitayskiy termos, kitayskiy fanar"
qışqıra-qışqıra, Çax-çux necə gedib Mərdəkana - bağa, "yaman soyuqdu" deyib
peçin qabağında necə çöməlib, işini görəndən sonra Nəcəfoğlunun öz
ülgücüynən "vena"nı necə kəsib, qıyma-qıyma danışdı hamısını "lapatka adamı",
dönə-dönə təkrar elədi ki, "Sizi necə görürəm, o termos satan Çax-çuxu da eləcə
görmüşəm, ay qardaşlar. Haqqı nahaqqa verməyin, bu cür kişinin qanını
batırmayın, ay qardaşlar".
Barmağımı naqanın tətiyindən çəkdim. Zornan çəkdim.
Mədədin qanını batırandan sonra Nəcəfoğlunun qanını da belə batırdım. Bir
dəfə dəfndən sonra piyada şəhərə düşəndə gördüm nakamımızı: sakit, qəmli
peyda oldu qabağımda. "Yükün ağır olacaq, qardaşım. Döz!" - dedi, yox oldu.
Bir dəfə də gecə yarısı, çarpayıdan uzanıb tumboçkadan təzə "Kazbek" qutusu
götürəndə gördüm, qutunu hirslə çəkib əlimdən alıb, xıncıb yerə çırpdı, yox oldu.
SafAğ İşıq şəkil canlı insandan qat-qat güclüdü. Bu, adamı həm qorxudur, həm
de ele gur sevinc, xoş-bəxtlik verir ki, öz əlinnən qəbrə salladığın əziziyin ikinci
həyatının - əbədiyyətinin sənə də aid olduğunu tamam dərk eləyib tamam
başqalaşırsan: qorxudan xali olursan, heç vaxt ümidini itirmirsən.
Şeyx Məhəmməd Əmir yol ayrıcında tək-tənha öləndə də ümidini itirməyib.
Son nəfəsində bıçaqnan barmağının ucunu deşib, can köynəyinin döşünə
qanıynan vəsiyyət yazmışdı: "Oğullarıma vəsiyyətim ümiddi".
Şeyx Ağ Əmir, Şeyx Boz Əmir admda əzabkeşlərimiz də başları kəsilən günə
qədər ümidlərini itirməyiblər ki, "qara bulud" dağılacaq, Günəş doğacaq,
həqiqətimizi car çəkib, Bağdayın qapalı qapılarını açacaqlar.
Mədəd adında əzabkeşimiz də Bezobraziye üfunəti içində, heç vaxt ümidini
itirmirdi. Dinməz-söyləməz, pambıq əkirdi, taxıl, bağ-bostan
_____________
*"Sənədləşdirin güllələnsin".
**"Onu aradan götürməyin vaxtı çatıb".
becərirdi, mal-qoyun qəhri çokirdi. Gecələr çarpayısında uzananda işıqlanana
qədər qaranquşların civiltilərinə qulaq asırdı, "Bircə balanın qaranquşları"
deyirdi.
Əslində, özününüydü quşlar. "İki vətənli quşlar!"
İki vətənlimi! Olamdan, ƏrAğdan başla, gol UcRuma get, ordan yenə də
Qrekin əlindən dad çəkə-çəkə Avropaya, Amerikaya qaç, gör neçə vətəni var
"Dumayın!"
Qrek adlanan möcüzəli qaniçən bütün planeti fəth eləmişdi axı o ikiyüzillik
müharibədə, altı yüz dörd, səkkiz yüz ikinci illər arasında "Duma" Afrikada
məskunlaşıb, saraylar tikdirib, arxayın yaşamağa başlayanda yenə Qrek axını
başlanıb: əvvəlki kimi, sağ tərəfində Suriya orduları, solunda, arxasında Ərəb,
Fars orduları! O vaxtlar da Amerikaya qaçış başlanıb. Şum Ərləri çoxdan
bilirmişlər okeanın təlatümsüz yerlərini. Əvvəlcə cəngəlliklərdə gizləniblər,
saysız-hesabsız gəmilər düzəldiblər. Mıxsız-filansız, ağacı-ağaca
geyindirərmişlər... Hətta Yaponiya da "Durna" vətənidi, oğul! Dil barədə
danışacam, onda biləcəksən ki, bu "Yer"in vahid milləti olub, indi də həmincə
"Durna"dı: Ulu Bağ ƏsƏlMənin "Duma" qatarları hələ də "qərib-qərib, qəmginqəmgin ötürlər" mühacirliklərdə!..
Mədəd mən kimi deyildi, qəlbən çox köyrəyidi, əmma sınmırdı. Tərəzinin bir
gözünə "Vərəsə"miz, o biri gözünə həyatımız qoyulanda da sınmadı, ömrünün
son gününü də ümidnən yaşadı ki, "Vərəsə"nin Varisi var, böyüyüb "Elm və
Eşq" sahibi olacaq, geniş fəaliyyət meydanına çıxacaq...
Lap tezliknən hamısınnan görüşəcəksən! Ölüm yoxdu, oğul! "Ömrün son
günü" deyirəm. Əmma şərti sözlərdi bu "ömür", "son gün".
Müslüm "padnos"da pendir, çörək, tərxun, dörd şüşə pivə, nazik uzun
"bokal"Mar gətirib, "tyubik"in üstünə qoydu, şüşələrin ağzını açıb getdi.
Səmədi tər basmışdı.
- Əmi!.. Bağışla, sözünü kəsirəm... Necə yəni "görüşəcəksən?!" "İkinci
doğuluş"a inandım... Çox şeyə inandım. O dünya var, şübhəsiz...
Sultan əlindəki "bokal"ı "podnos"a necə vurdusa, pivə sıçrayıb əlinin üstünü
islatdı, barmaqlarının ortalarındakı tüklərin aralarında tutqun qabarcıqlara
çevrildi. Səməd küt-küt o qabarcıqlara baxa-baxa Sultanın xırıltısını eşitdi.
Qurban əminin, Ələsgər müəllimin də belə birdən-birə dəyişən səslərini
xatırlayıb başını sinəsinə əydi. Çünki əmisinin səsi həm də qəzəbli idi:
- "O dünya" nədi?! Gör nələr danışmışam sənə duşun altından çıxandan
bəri! Hələ dərk eləməmisənmi ki, "o dünya" məfhumu ən dəhşətli təhrifdi! Vahid
Kainat var, deyirəm! On səkkiz min "Aləm" var.
"Aləm" yox, EyOdƏr Babamızın diliynən deyilmiş Əlim var. On səkkiz min
Əlimin saysız-hesabsız planetlərindən biridi bizim bu xaraba "Yer"- EyƏrimiz!
Ün eşidirik deyirəm, danışırıq deyirəm! Bax belə, sənnən danışdığım kimi!
SafAğ atam canlı insan qədər canlı şəklini göndərir, şəkil qənşərimdə o yan-bu
yana gəzinir! Mədəd bax beləcə, sən kimicə oturur qənşərimdə. Əlimi əlinə
toxundururam. İşıq canlıdı! Canlı kimi!
Necə deyim ki, aydın olsun?! Canlı ol kimidi da, ay oğul! Hərarəti var hətta.
Hərdən lap yaxınlaşıram, bilə-bilə ki Mədədin özü deyil, dözəmmirəm,
qucaqlayıram. O da məni qucaqlayır! Boynumda-boğazımda əməlli-başlı nəfəs
kimi nəfəs təması hiss eləyirəm! Ölüb demək olarmı bu adama?! Başa düşdün?!
Mədəd deyir: "Səməd hələ anasının qoynunda olmuyanda, bir il qabaqdan altı
aylıq çağa göstərdilər planetdən".
Rəhmətlik Sura soruşub ki, "nə oldu sənə, a kişi, halın niyə dəyişdi?"
Deyib: "Bir qəşəng oğlumuz olacaq. Röyada gördüm". Başa düşürsən?
Açammayıb ki, röyada yox, aşkar görüb... İnan, oğul, heç bir möcüzə yoxdu,
adi həqiqətdi danışdıqlarım!
Çörək ye. Ac qarına içəndə pivə də dumanlandırır adamın başını. Ye, yeyək.
Başa düşəcəksən hər şeyi... Hər şeyi...
* * *
İndi keçirəm çox vacib, çox maraqlı bir məsələyə... De görüm Stalinin
"Voprosı yazıkoznaniya"sını oxumusanmı? Səməd diksindi.
- Stalinin əsərinin nə dəxli var bura, ay əmi?!
- Oxumusan, ya yox?!
- Əlbəttə!.. Stalinin hətta məktublarını da oxutdurublar bizə. "Voprosı
yazıkoznaniya"nı rəsmi dərslik kimi, hamıya oxutdurdular. İki nəfər dilçinin
iştirakıynan müzakirə oldu. Mirqəzəb özü çıxış elədi.
- Mənim mətləbim elə o çıxışın üstədi. Dilçilərimizin dilləri ağızlarına
sığışmırdı ki, "görün dilçiliyin nəzəri məsələlərini necə bilir Kişi!" Əslində, Midi
Qiena yazmışdı o çıxışı. Özü də Akademik Marrın əleyhinəydi hamısı. Vaxtilə
Akademik Marr bir silsilə mühazirə oxumuşdu burda - Bakıda... Şagirdlərin
olacaq sənin. Onlara xüsusi deyərsən ki,
Akademik Marn şəxsən Stalin özü göndərmişdi "Şeyx Xorasan" məqbərəsinə
ki, oxusun, öyrənsin, "konkretnuyu spravoy" yazsın. Marn mən, sonra da
Nəcəfoğlu başa salmışdıq ki, bu, dünyamızın tarixidi, Bağın, OdƏrin dilini əyri
güzgüdə göstərsən əzabdan qurtarammazsan. Dərk elədi. Sonralar Moskvada
"Bakı kursu" deyirdilər burda oxuduğu mühazirələrə. "Yeni nəzəriyyə"
deyirdilor. Moskvada da, xaricdə də yüksək qiymət verirdilər.
"Yazıkoznaniye"də Stalin çox qısa yazıb. İki kəlmə - "idealist nəzəriyyə" deyib.
Əmma Nəcəfoğlu "peyğombərlik" adlandırırdı.
- Marnın nəzəriyyəsini?!
- Nəzəriyyənin "təfəkkür dili" adlandırdığı qisminə "peyğəmbərlik"
deyirdi. "Proroçestvo".
- Stalinin fikrinin əksinə?!
- Rəsmi yox... "Yazıkoznaniye", bilirsən ki, əllinci ilin iyununda çıxıb.
Ondan bir il əvvəl - qırx doqquzuncu ildə o dəhşətli falsifikator - Midi,
Mirqəzəbi qızışdırıb Marrın əleyhinə qaldırmışdı. "Yeni nəzəriyyə"yə görə,
əlifbanın hərfləriynən, söznən ifadə olunan dil - "səs dili" Yer bəşəriyyətinin
inkişafının indiki mərhələsinə aiddir. Gələcəkdə, inkişafın yüksək mərhələsində
"səs dili" əvəzinə "təfəkkür dili" olacaq, beyindən beyinə, təfəkkürdən təfəkkürə
yol açılacaq, insan insanın fikrini eşidəcək. Yəni beyindən, daha doğrusu,
Bağındən çıxan fıkir dalğaları ikinci insanın beynində Ünə, sözə çevriləcək...
Çaşma, Bağday tarixinə toxunmamışdı Marr. Ehtiyat eləyirdi, deyirdi: "İndidən
məni qınayırlar ki, "isklyuçitelnost EvƏrEya atomom udarit na nas na vsey
planete".* Əmma qorxmamışdı o nər oğlu nər Marr. Bağ nəslimizin Ün eşitməyi barədə
heç nə yazmasa da, "təfəkkür dili"ni öz şəxsi nəzəriyyəsi kimi qələmə versə də,
alimlərin fikrini insanın perspektivinə yönəltməyə nail olmuşdu. KeQeBenin
nəzarət seti şəraitində Marr nə Bağ adı çəkə bilərdi, nə də BağÜn deyə bilərdi.
"Yazık mışleniya" - "Tə-fəkkür dili" vəssəlam.
Əmma marksizmə zidd deyildi nəzəriyyəsi. Mohz marksizm əsasında
"təfəkkürdə yüksək faza - keyfiyyət dəyişikliyi" deyirdi. Nakamımız
"Proroçestvo akademika Marra" adında məqalədə yazmışdı ki, "Pravda" qəzetinə
göndərsin. Əmma Mirqəzəbin qadağası vardı: mərkəzi mətbuata göndərilən
materiallara şəxsən özü icazə verməliydi.
______________
*"...EvƏrEy kafirliyi atom kimi vurar bizi bütün planetdə".
Nakamımız məcbur oldu, zəng vurdu Cəllada ki, bəs belə bir məqaləm var.
Cəllad Midini göndərdi ki, oxusun, məlumat versin. Midi də məlumat vermək
əvəzinə, Akademik Marrnan nakamımızın əleyhinə qaldırdı Cəlladı.
Faciənin kökü çox dərindi, əzizim.
Burda diqqətli ol. Məlumatım çox mürəkkəbləşəcək indi. Çox diqqətli ol!..
"Qalaktika" əvəzində əslini – OdƏrcəsini desəm, səni çətinliyə salaram.
OdƏrcəsiynən türkcəsinin qarışığında QalAğ OdAğdı. Yəni SafAğ İnsanın
Qalamı (vətəni) SafAğ Həqiqətidi. Bunu unut hələ. "Aləm" əvəzinə Əlim dedim
bayaq. Bunu da unut hələlik. OdƏrcəsiynən türkcəsini qarışığı QalAğı unutma.
Əslində, qədim türk sözlərinin elə hamısı belədi: şəkilçisiz. "Qalaktika" sözünü
eşidəndə fikrində "qalAğ" de, elə bunu da yadda saxla. "Aləm" eşidəndə "Əlim"
düşünmək və "Əlim'M yadda saxlamaq daha faydalı olardı. Əmma OdƏr dilində
Əl, Əli, Əlim, ƏlAğ sözləri çox işlənir. Hər söz birləşməsinin tərkibində bir cür
mənada olur. Əl, Əli, Əlim, ƏIAğ - Sultan qımışdı. -Allahın dili bə nə təhər
olar?! Özünü yığışdır, başın çatlamasın.
"Qalaktika" - QalAğ variantını yadda saxlamağı məsləhət görəndən sonra
şagirdlərimizə, adətən "Qalaktika"mızın "Yer" - EyƏrdən başqa iki planetinin
adının əslini - OdƏrcəsini deyirik: EyOdƏr (Uca Həqiqət İşığı), bir də OdAğÜz
BağOdƏr (SafAğ İnsan Üzünün - Mənasının həqiqəti OdƏrBağ). Yəni planet
özü də Bağdır: planeti planetə və "Qalaktika"ya - QalAğa bağlayır.
Qrek-Latının təhrif dili EyOdƏri "yadro" şəklinə salıb. Guya planet deyil,
Günəşin daxilində energiya mənbəyidi. Əslində, bilirsən ki, EyOdƏr Babamızın
planetidi EyOdƏr. QalAğdan göndərilən elementlərnən yeni-yeni planetlər
yaradır. Bunu da bilmək lazımdır ki, təzə planetlərdə həyatı işıq içində
göndərilən proqramlarnan təbiət yaranışından başlayırlar Bağlarımız. İkinci
mərhələdə təbiəti tənzimləyən heyvanat, həşərat yaradılır. Lap fantastik
miqdarda heyvanat, həşərat.
İndi soruşuram: real dünyanı əslində uzaqlaşdırıb əfsanəyə, mifə çevirən
"qrek mifologiyası" adında yalan dəhşətini bəşəriyyətimizin beyninə yeridən
nədir? Cavab verirəm: təhrif dil hakimiyyətidi!
Qreklər Olamı planetin saysız-hesabsız, nəhəng hey vanatından qoruyan ordu
olublar, SafAğ İşıqdan yandırıcı silah kimi istifadə eləyiblər. Sonra Bağlarımız
bu silahı ləğv eləyiblər, Qreklər adi soyuq silahlara,
zirehə keçməli olanda Bağlara qarşı narazılıq yaranıb. Məhz o vaxtlar birinci
əlliminlik tarixin kulminasiya əsrlərində, yəni qırx doqquzuncu, əllinci
minüliklər dövründə GurAğlar adaya çəkilib, ayrılıb təfəkkürcə məhdudlaşıblar,
tədricən dəyişiblər, təhrif dilli müstəqil xalqa çevriliblər. O zamanlardan da
ardıcıl çalışıblar ki, "Qrek" dili hakim olsun. Çünki, sadəcə, vaxt keçdikcə
"Allahlar"ın dilini anlamayıblar. Geri sananan ikinci əlliminillik tarixin on
birinci əsrində Qreklər Bağdayın indi "Türkiyə" adlanan ərazisini tamam tutub,
elə o dövrdən də həmin ərazidə OdƏr dilini qadağan eləyiblər. Bağlarımız,
OdƏrlərimiz o zaman "ƏrMən", "Ərim", sonralar "Rum" adlanan həmin ərazini
tərk eləyiblər, vətəndən tərik düşüb təhrif ərazilərdə "Tərik"lər adıynan, müxtəlif
məkan adlarıynan tanınıblar. Qreklər iso, təhrif dil "mif"lərini elə o vaxtlardan
yaya-yaya OdƏr dilini unutdurmağa çalışıblar. Bağların dilinin qüdrətini -
insanın uzaqdan uzağa danışdığını bilirmişlər Qreklər, Olamdan sonrakı
vilayətlərə basqına gedəndə səfərin OdƏrlərə əvvəlcədən məlum olmağından
qorxduqlarına görə Bağ dilini təkidlə, inadla qadağan eləyirmişlər. Eramızın
yeddinci-səkkizinci əsrlərində, Vizantiya imperiyasının qələbələri zamanında
planetin əksər yerlərində Qrek-Latın əfsanələri hakim olub. OdƏrlərimizin bir
qismi bütün Kainatda uçuşan İşıq gəmilərində uçub gedib, bu qan-qırğınlar,
təhriflər, əxlaqsızlıqlar, murdarlar planetini tərk eləyiblər.
Danışanda çəkinmə, açıq de ki, orduda əsas təfəkkürsüzlük
homoseksualizmdən yaranıb. Güclülər gücsüzləri zorlayırmışlar, psixika
kökündən dəyişirmiş.
OdƏrlərin qaçhaqaçı, köçhaköçü təxminən onuncu əsrdə olub. Geri sananan
tarixdə ha! Əhalinin bir qismi Elmdən, mədəniyyətdən ayrılıb, gəzərgilik
şəraitində cahilləşib. Bir qismi isə Bağdayın gizlin guşələrindo, Ulu Bağ
ƏsƏlMənin ətrafında "Muğ"Mar adlana-adlana, OdƏs (Yaradan həqiqət)
əvəzinə, təhrif dildə "Atəş", "Atəşpərəst" təsəvvürü içində gizlin "Muğanna"lara
çevriliblər... Çox danışacam bu faciə barədə. Çünki dediyim kimi, dil
ayrılıqlarının kökü çox dərindi. "Qalaktika"mızın - QalAğımızın üç planeti, yəni
EyƏr "Yer", OdAğÜz BağOdƏr - "Yupiter", EyOdƏr - "Yadro" ətrafında
danışdığım qısa xülasədən özün nəticə çıxart: Akademik Marr OdƏr bəşəriyyəti,
"Yer"də vahid OdƏr dili və Bağday dövləti barədə həqiqətin lap cüzi bir
hissəsini açsaydı, nə baş verərdi Bakıda, o tay-bu tayda, Türkiyədə?!-Erməni
katalikoslarının Vatikandan göstəriş alıb öz aralarında məktublaşmaları, "Vərəsə" həqiqətlərinin, OdƏr dilinin falsifikasiyası barədə göstəriş,
sürgünlər, xüsusən ən gizlin ocağımız Göyçəyə divan tutulması qırx səkkiz - əlli
üçüncü illər arasında görülən dəqiq, planlı işdi, oğul. Təsadüfi deyil ki, sizin o
müzakirədə ikicə nəfər yaltaq, falsifikator dilçidən başqa, mütəxəssislərdən heç
kəs iştirak eləməyib.
De görüm, partiya məktəbində Cəlladın o çıxışının məğzi yadındadımı?
- Məğzi... - Səməd fikrini toplamağa çalışdı.
Yadında qalan bu idi ki, o çıxışda nədənsə adları çəkilməyən "anonim
müəlliflər"in fikrincə, yer üzündə bütün dillər vahid bir dildən doğulub, bir
kökdən bitmiş ağacın budaqları kimi, gövdədən haçalanıb, ayrı-ayrı budaqlara
çevrilib. Eyni dildən yarandıqları, oxşarlıqları müxtəlif tələffüzlərdə gizlənir,
yalnız lap mikroskopik diqqət yetirəndə bilinir ki, hamısı eyni dildi. Mirqəzəb bu
fikri "arxivlər küncündə qalan, zərərli idealist nəzəriyyə" adlandırıb, sübut edirdi
ki, bəşəriyyətin ilkin yaranış dövründə, müxtəlif qitələrdə bir-birindən xəbərsiz
ibtidai icmalar olub, elə o icma dövründən ilk bəsit sözlər, bəsit dillər yaranmağa
başlayıb. Dillər sayca guya indikindən dəfələrlə çox olub, bəşəriyyət
təkmilləşdikcə, icmalar, icma birləşmələri, qəbilələr, xalqlar, dövlətlər arasında
iqtisadi-ictimai əlaqəlor genişləndikcə dillər azalıb, iqtisadi-siyasi təsir əhatəsi
dar və zəif olan xalqların dillıri güclülərin dillərinin içərisində əriyib,
(assimilyasiyaya uğrayıb), müasir dünyamızm böyük dillıri yaranıb. Əmma bu
proses daimi deyil: Akademik Marrla şagirdlərinin iddia etdikləri kimi, "dillərin
çarpazlaşması nəticəsində yeni dil yaranması" heç də qanun deyil, əksinə, keçmiş
formasiyalardan irs qalmış zorakı assimilyasiya nəticəsidir; yeni formasiyada,
yeni ictimai əlaqələr şəraitində milli dillər daha da inkişaf cdib çiçəklənəcək.
Dahi rəhbərimiz Stalin yoldaşın dediyi kimi: "Ukrayna dili Rüs dilinə nə qədər
yaxın olsa da, assimilyasiyaya uğramayacaq və məhz müstəqil milli dil kimi
daha da çiçəklənəcək". Atamız, rəhbərimiz Stalin yoldaşın şəxsən başçılıq etdiyi
dilçilik elmində zorakılıq yoxdur və ola bilməz. Əmma "anonim müəlliflərin
vahid kök, vahid bəşəriyyəf" nəzəriyyəsi nə qədər zərərlidirsə, Akademik Marnn
"təfəkkür dili" nəzəriyyəsi də bir o qədər zərərlidir; "Anonim müəlliflər"in
"vahid dil ağacı" kəsilib atılmalıdır, Marnn vahid "təfəkkür dili" isə
pislənməlidir. Çünki bu nəzəriyyə elm aləminə mistika toxumu səpir və əslində,
ilahiyyata əsaslanır... Çıxışın məğzi belə idi: dillərdən vahid dil yaranmayacaq.
Çaşqınlıqdan, səbirsizlikdən, Səməd nə "anonim müəlliflər"in haqqında
danışmaq istədi, nə də Akademik Marrın. Qısaca dedi:
- Məğzi budu ki, keçmişdə vahid dil olmayıb, gələcəkdə də olmuyacaq.
Sultan gözlənilməz istehza və müəmma ilə gülümsündü.
- Elmi cəhətdən doğrudumu?
Səmədə bu sual da qəribə göründü.
- Səmimi deyəcəm, əmi... Açığı, ilk insanlar, icmalar, ilk kəlmələr, ilk
dillər, sonrakı icma birləşmələri, xalqlar yaranışı mənə çox inandırıcı görünür. O
"Midi" adlandırdığınızın falsifikatorluğu bir az aydındı mənə. Əmma Marrın
əleyhinə yazdığı çıxış, şübhəsiz, elmidi. Dilçilikdən xəbərim olmasın heç, min
dəfə de mənə ki, dillər vahid kökdən yaranıb, hökmən soruşacam ki, Rus
diliynən Azərbaycan dilinin kökü necə bir ola bilər?! "Dil qrupları" adlanan
qruplarda oxşarlıqlar açıq-aydındı! Əks-zidd qrupun əksiliyi də həmçinin aydın
görünür axı!
Sultan başını dik tutub, qardaşoğluna baxa-baxa müəmma ilə qımışırdı.
- Budu bax, Darvinimizin bəşəriyyətə vurduğu zərbə: bəsitlikdən
mürəkkəbliyə doğru gedişat - evolyusiya - təkamül.
- Düz deyil?! Elmi deyilmi, ay əmi?!
Sultanın sifəti ciddiləşdi:
- Bəs heç fikirləşmirsən ki, Nəcəfoğlu kimi dərin alim niyə təsdiq
eləyirmiş vahid kökü?!
Səməd tutuldu. Sonra əmisinin qəribə ciddiyyətinə diqqət yetirib istəristəməz səsini qaldırdı:
- Bilmirəm fikirləşməli nə var burda: biri "insan", "adam" deyir, o birisi
"çelovek" deyir! Biri "daş", "torpaq" deyir, o birisi "kamen", "zemlya!.." Çoxdan
sübut olunmuş şeydi ki, dil qrupları, ay əmi! Hind-Avropa dillərinin kökü bir
cürdü! Türk dillərinin kökü tamam başqa cür! Çox qəribədi ki, Nəcəfoğlu kimi
alim təsdiq eləyib o fikri. Gah inandırırsan məni, gah da... tamam çaşdırırsan!..
Lap adi məntiqnən soruşuram: Afrikanın cəngəlliyində ilk dəfə dil açan
zənciynən bizim bu Abşeronun Xəzər sahillərində ilk dəfə dil açan vəhşinin -
indendertal adamın "vahid dili" olub?!
Sultan başını sinəsinə endirdi.
- Məntiq... Məntiq... İlk icma... "Meymundan yaranan insan"..
Bəlalarımız elə ondadı ki, hər şeyə təhrif mühitimizin "adi məntiqi"ynən yanaşırıq. Adi məntiq bəsit təfəkkür məhsuludu, oğul. "A" hərfindən
sonra "B" gəlir, "B"-dən sonra "V" gəlir və sairə. Bədbəxt bəsit təfəkkürün
xəbəri yoxdu ki, "B" hərfiynən başlayan dil də var. "B"-dan sonra "O" gəlir, "O"-
dan sonra "Ə" gəlir, "Ə"- dən sonra "E" golir! Üstəlik, hərflərin adları heç də
"A", "Be" deyil. "Bağ"dı, "Od"du, "Əl"di, "Ey"di!..
"Mey mun" nə deməkdi?! Öz-özünə dönə-dönə sual verəcəksən: necə bir
dəhşət baş verib ki, BağMənə "mey mun", "məğ mun" deyilib?! Nə dərəcədə
azğın fateh olmalısan ki, EvƏs EyÜnə (Yaradan Evin Uca Ününə) "obez yana"
deyəsən?! Hələ tam məlumat almadan, Elmi mənimSəmədən soruş özün-
özündən: "EyOdƏr Babamız da meymundan yaranıb?! Kainatı, Günəşi,
meymundan yaranan insan yaradıb?!
Hiss eləyirsənmi necə heyrətləndirir səni bu suallar?!
"Təbrifsiz dildə - OdƏr dilində minlərlə yox, milyonlarla söz var. Hamısı da
EyOdƏr Babamızın, BağBağÜn Babamızın, Bağ Atamızın, Bağlann, OdƏrlərin
Odları-adları-rütbələri sayılır. Xızr Abıynan danışanda danladım ki, "niyə bir az
geniş danışmadın, özül qoymadın? Şübhə yarananda şübhəni dağıtmaq çətin olur
axı!" Dedi: "Varisimizə min dəfə təkrar eləməlison ki, Od - Həqiqətdi: Günəşin,
planetlərin, təbiətin, insanın, bütün varlığın enerjisidi, həqiqət mənasındadı. Əl -
həm Oğul, həm də işləyən, yaradan deməkdi. Ey - Uca, yaxşı, gözəl deməkdi.
Varisimizin təfəkkürü daşdı, qayadı, ey Sultanım!" Ağladı! Telefonda hönkürdü
Abı. "Ümidim sənədi, bir də sahiblərimizədi", - dedi.
Qulaq as! Gör əmin necə dara çəkəcək sənin təhrif beynini!
"İndendertal" insan olmayıb. İlk insan olmayıb!
Bu planetə İşıq gəmisi adlanan, atılma sürətiynən uçan gəmilərdə, Ulu
Babamız ƏsƏlMənin ətrafında, Yupiterdən uçub gəliblər. Bu heç, durun hələ.
Diqqət yetir, gör Dil - OdƏl - Həqiqot Əli necə təhrifə uğrayıb.
Bir də deyirəm: "indendertal" adlandırılan ilk insan, vəhşi insan, meymundan
yaranan insan olmayıb. İngiltərənin "coğrafiya cəmiyyəti"ndən, o səyyah alim
casuslar cəmiyyətindən bir lordun təbiətdə evolyusiyanı - təkamülü müşahidə
edə-edə, şimpanzə meymununun insan şüuruna uyğun hərəkətlərindən məntiqi
evolyusiya – təkamül nəticələri çıxaran subyektiv fikirləridi, təxəyyül, təsəvvür
məhsuludu. Kainat, insan haqqında həqiqətdən xəbər tutanda lord özü də gülüb
öz "tədqiqatı"na. Diqqət yetir: latınca "Yupiter". OdƏrcə "OdAğÜz Bağ OdƏr". Oxşarlıq hiss
eləyirsənmi?
- Yox! Başqa-başqa sözlərdi.
- Olsun!.. Sonrasını dinlə: keçən əsrdə ingilislor "Yupiter"in əsl adının
arxivdəncə tapılmasını "dünyanın ən böyük kəşfi" adlandırıblar. Nədi o kəşf?
Sadəcə, olaraq, oxuyublar ki, "OdAğÜz"ə - "Duaus" deyiblər, "BağOdƏr"ə -
"Patri" deyiblər, olub: "Duaus Patri". Sonra olub: "Zeis Piter". Sonra olub: "Zu
Piter" və nəhayət, "Yupiter!"
Səməd birdən lap uşaq kimi: - Paatonnan! - deyib ağzı açıq qaldı. Sultan
mələfənin ucu ilə alnının puçur-puçur tərini sildi:
- Bir də yanaşı qoy: OdAğÜz BağOdƏr. "Yu Piter!" Hara getdi "dil
qrupları?!" OdƏr-Türk sözünün tohrif olunmağından əmələ gəlmiş "Piter"i necə
ayrı bir qrup sözü saymaq olar, ay oğul?! Nəyə oxşayar bu bilirsən? Poltavada
rusa de: "ya iz Azorbaycana?" Nə deyəcək? "A, da, da, znayu: Arzebırjan!"
"Tarix" kitabını yazan, "tarixin atası" Qrek belə-filan da tələffüzcə lap dəhşətli
fərqlənir! Sən OdƏrcə dc: "Bağ-OdEy" (Uca Od Bağı), o dcyəcək "Mi di ya!"
Sən türkcə de: "Bağday".
O deyəcək "Ma day!" Budu bax dəhşət, ay oğul! Nə deməkdi "Ma day?!"
Heç nə! Sözün təhrifındən nə yarandı? Heç nə yarandı: məna itdi, ölkə itdi, xalq
itdi, Bəşəriyyət itdi, Kainat itdi! Nə qaldı? Heç "Yer" - EyƏr planetini də
tanımayan, oslindən xəbərsiz "insan".
Qulaq as!
On ikinci əsrdə, xaç müharibələri dövründə İngilis Kralı - məşhur Şirürəkli
Riçard bizim Qızıl Arslana əsir düşüb. İyirmi il gah AtaBəylərimizin Naxçıvan
sarayında, gah da Qalamda - orta Asiyada qala-qala dilimizi, Elmimizi bütün
dərinliyiynən öyrənibmiş. Əsirlikdən buraxılıb Londona qayıdanda çoxlu Elmi
sənədlər aparıbmış. Həmən Elmi sənədlər, üzü çıxarılmış əlyazmaları, mədrəsə
dərslikləri sonralar "coğrafiya cəmiyyətf"nə təhvil verilibmiş. Haman Lord məhz
o əlyazmalarını, dərslikləri oxuyub dəhşətə gəlib, sonra da, dediyim kimi, özü də
öz tədqiqatına gülə-gülə, məhz gülünc dərəcədə qeyri-elmi bir cəfəngiyyat kimi
qiymətləndirib, indi adı dünyaya sığışmayan, küftəburun, dombagöz, yəni küt bir
aspiranta - Darvinin milyoner atasına satıb. O dissertasiya Avropada səs salıb,
dillərə tərcümə olunub, Marksnan Engels də, bilirsən ki, göylərə qaldırıblar
meymundan insan yaradan "elmi".
"İndendertal" insanı belə yaradıblar, bəşəriyyətimizin onsuz da təhrif beynini
beyinsizliyə bağlayıblar.
Diqqət yetir: "beyinsizlik" deyirəm!
"İnd" - ÜnOd - Həqiqət Ünü!
En - Ün!
"Dertal" - OdƏr OdƏl! (dil)
Bəs niyə "ilk insan" mənası verilib?
Çünki, fatehin "dili" belə olub.
Sonra da qəsdən əyiblər.
ƏrEv (İşıq Evi) adlananlara "Ərəb", "Aran" deyiblər.
EvƏrƏsə, bayaq dedim, "Pers", "Pars" - "Fars".
ÜnƏsə - "ins"+an"! Və sairə.
İndi təsəvvür elə ki, Yerdə bütün xalqlar bax belə yaranıb!
Yəni necə?
Yəni OdƏr dilinin təhrif variantlarıynan:
"Basqın", "Batım" əvəzinə "Poton" da Qrek "söziTdü, "OdMən" əvəzinə
"Atman" - "Atom" da!
Birinci əlliminillik tarixin axırında "Potop" - Subasqını nədən olub? Eynilə
ikiminillik tariximizin indiki dövründə olduğu kimi, hədsiz dərəcədə "Atom"
şüalanması nəticəsində buz dağlan əriyib, okeanlarda, dənizlərdə su artdıqca,
artıq suyun təzyiqi nəticəsində Yerin su qatında su çoxalıb, gil, qum, torpaq
laylarının boşurğu yerlərini partladıb dağıdıb, "Yer"in üzünə çıxıb, yayıldıqca
yayılıb, buxarlanma, yağış birdən-birə yüz dəfə artıb, olub "Potop" - Subasqını.
Nədən? Atom şüalanmasından? Xeyr, əzizim. "Potop"un başlanğıcı OdMən
(Həqiqətim) adında yüksək mədəni icmaların bir-birinə Elmi bağlılığı kimi,
zərrələri də bir-birinə bağlı olan OdMənin "Atman"a - "Atom"a çevrilməsindən,
yəni təhrif dilli alimlərin "Atom"u parçalamaqlarından başlanıb.
EyOdƏr Babamızın hər şcyə qabil Ünü ilk növbədə o "alim"lərin təhrif söz -
təhrif məna yaddaşını, "sivilizasion" yaddaşını alıb. Sonra Bağday ərazisindən
kənarda – təhrif ərazilərdə Subasqınından xilas olanların yaddaşını alıb.
Necə baş verir bu yaddaşı almaq? İnsanın təsəvvürü yoxdu bu barədə. Mən
öz təcrübəmdən bildim. Üzümü tutdum OdAğÜzə babamdan xahiş elədim ki,
heç olmasa yarım saatlığa yaddaşımı alın. Dedi: "İşığla beynini tutub fəaliyyəti
kütləşdiririk, yaddaş olmur". Dedim: "İstoyirəm təcrübədə bilim". Dedi: "Yaxşı.
Yazı stoluyun siyirməsində nə var, yada sal." Ha çalışdım, xatırlayammadım.
Dedi: "İndi bura - OdAğÜzə gələnləriyin adlarını yada sal." Babamın öz adını da
unutdum bir müddət, təsəvvür eləyirsən?!
"Poton" vaxtı bəşəriyyətin bütün yaddaşını yox, "sivilizasion" yaddaşını
alıblar. O gündən, yəni insan üçün proqressiv fəaliyyət yaddaşının alındığı
gündən də tarix geri sananıb. Yəni beyində, planetd’, bülün həyatda reqres
başlanan gündən tarix geri sananıb.
Burda bir az da diqqətli ol.
"Atom"dan şüalanmış su planeto hopandan sonra yenə nəhəng heyvanlar,
külli miqdarda həşərat, meymuna bənzər məxluqlar yarıdılıb, təbiəti tənzim
eləməkdən ötrü. Lap az bir qisminə nisbi proqressiv şüur verilib. Təhrif dillər
irsiyyəti oyandıqca qruplaşmalar gedib, qəbilələr, xalqlar və sair, geri sananan
ikinci əlliminillik tarixin təhrif şüur əməlləri başlanıb: quldarlıq-fılan!
Bəşəri həqiqətlər birdən-birə beyinə dolmağa başlayanda həyəcandan sarsılır
insan, bir ara beyni tutulur, heç nə dərk eliyəmmir.
Kamilləşmə Ünnən bağlıdır.
İşıqnan gəlir Ün. Təbiətin bərpası, şüalanmaqdan xilası da Ər - işıq proqram
içində gəlib "Yer"də materiyalaşır. Bizə elə gəlir ki, proqram torpağın özündədi.
Halbuki, hər bir tumurcuq da işıq içində gələn proqramnan açılıb yarpağa
çevrilir. Fəsillər müddətində işini görüb yeni proqram alır- saralıb candan düşür,
torpağa qarışır. İlkplanet saydığımız EyOdƏr planetinin dövrəsində milyon
kilometrləmən uzanan əbədi metal OdÜnƏsEy - "KiÜnƏsEy" - "Günəş" belə
proqramı İşıq yaradandı.
Bunu bir az da, imkan daxilində izah eləyim.
Proqramı nəynən yazırıq biz? Söznən. Ün - Səsdi. Sos - sözdü. Demək,
proqramlı İşıq - Ər nədi? - Sözdü! Demək, İşıq həm Ərdi, həm də Ündü. Ün həm
sözdü, həm də İşıqdı. Təkrar eləyirəm, planetimizin adı EyƏrdi. Uca İşıq, gözəl
İşıq!
Yenə təkrar deyirəm: Olam ərazisindən sonra OdƏrlərimiz ƏrEy - j "Rey"
vilayətində məskunlaşıblar. Orda OdƏrlərin evlərinə EvƏrEy deyiblər, özlərinə
ƏrEy deyiblər. ƏrEy! - Uca İşıq. Beyni qapalıların dilləri ƏrEyi "Ariy", "Ari"
eləyiblər. Hayları "ariyskaya nasiya" adlandırırlar. Çünki yazıqların OdƏldən -
"dil"dən xəbərləri yoxdu. Soruş "ƏrEy" nə deməkdi, hansı məkanın adıdır?
Gözünü döyəcək.
ƏrEyin dəhşətli təhrifi "ray"dı. "Bibliya"nın izahında başa düşəcəksən bu
məhz dəhşəti. Bağdayın vilayəti ƏrEyin necə əfsanəvi "ray"a döndərildiyini
biləndə dərk edəcəksən hər şeyi.
De görüm "idealizm" nədi? Kökü "ideya"dı. Düzdü? Bəs ideyanin kökü nədi?
Sözdü? - Mənadı - proqramdı. Bəli, əzizim! Söz materiyadırsa, demək, idealizmnən materializmin arasında fərq yoxdu? Yoxdu, ay idrak
acı balam! Əmma mühitimizin "materialist" adlanan "dahi"ləri "Ray"ı
materiyadan kənar - "idealist" təsəvvür məhsulu sayırlar.
Hələlik unut bu ƏrEydən yaranan "Ray"ı. "Adəm ata", "Həvva ana",
"Cənnətdən qovulmaq" və sair belə şeylər düşür yadına. Unut hələlik hamısını.
Din kitabları barədə söhbətimiz ayrı olacaq. Başıyın tükləri ayağa qalxacaq
"Tövrat"ın, "İncil"in, "Quran"ın lap körpə uşaq təfəkkürü qədər bəsit hökmlərini,
yalanlan eşidəndə!
Söhbətin sistemini pozmalıyam, fantastik dərəcədə qeyri-adi bir həqiqət
açmalıyam indi sənə.
Bayaq dedim OdƏr dilində milyonlarnan söz var və sözlərin hamısı
Bağlarımızın, OdƏrlərimizin Odları-adları-rütbələri ola bilər.
Ulu Bağın Odlarından-adlarından-rütbələrindən bir neçəsini deyim, şərh
eləyim, gör bəşəriyyətimiz nələr eləyib.
"ƏsƏlMən"M demişik: Mənim Yaradan Əlim - Oğlum deməkdi. Təhrifiərini
də demişik: "Solomon", "Süleyman".
İkinci Odu - adı – rütbəsi BağSardı. Sarlar - hökmdarlar Bağı deməkdi. Yəni
"Yer" - EyƏr planetində nə qədər Sar olub, hamısını Ulu Bağ ƏsƏlMən BağSar
bağlayırmış biri-birinə. Bu rütbənin - BağSarın təhriflərini deyirəm: "Mu sa",
"Moi sey".
Diksindin... Əlbəttə diksinərsən: necə təsəvvür eləyəsən ki, "Süleyman"nan
"Musa" eyni adamdı? "Süleyman" - padşah, "Musa" - çoban, bu lap dəhşətdi!
"Təkrar biliyin anasıdı" ifadəsi biz Ağlardandı. Çünki biz, Elmə aid nə varsa,
xüsusən ilk mərhələlərdo dönə-dönə təkrar eləyirik.
Bağ Atamızın ikinci oğlu EySar ÜnEvdən neçə peyğəmbər düzəldib bu təhrif
bəşəriyyət? "İsay" və "Noy" - "Nuh!"
Ulu Bağ ƏsƏlMənin sonrakı parçalanmağı lap müsibətdi.
Üçüncü Odunu - adını - rütbəsini deyirəm: SarOdƏs. Yaradan Hə-qiqət San -
hökmdarı deməkdi. "OdƏs"i - "Atoş"ə döndəron bəşəriy-yətimiz SarOdƏsə
türkcə sarOddaş (Oddaşlar Sarı) deyəndən sonra SarOddaşı "Zərdüşt"ə,
"Zoroastra"ya, "Zaratuştra"ya döndərib! Yəni Ulu Bağ ƏsƏlMən BağSar
SarOdƏsdon üçüncü bir "peyğəmbər" də yaradıblar: "Zərdüşt!" - mənasız söz!
Dördüncü Odunu - adını - rütbəsini deyirəm: ƏsÜn. Yaradan Ün.
Qrek-latınca "sion" deyirlər. Qrek-latın təhrifindən yaranmış sionistlər də
ƏsÜn əvəzinə "sion" deyirlər. Bildinmi hardandı təhrif "sionizm?!"
İndi sualım var. De görüm Sasan kimdi? "Fars sülaləsi" kimi tanıdığın
sülalənin ilk hökmdarı sayılan Sasan kimdi?
Susursan.
Təhrifsöz "Sasan"ın əslini - OdƏrcəsini deyirəm: Sağ Əs Ün.
Yenə soruşuram: əgər "ƏsÜn" Ulu Bağın Odu - adı - rütbəsidisə, bəs bu
"Sağ" nədi? Ulu Bağ ƏsƏlMən BağSar SarOdƏs ƏsÜn hara, "Fars sülaləsi"nin
hökmdarı "Sasan" hara?!
Təzkirələrdən də sənə məlumdu ki, yeni tarixin birinci əsrinə qədər Qreklər
ərazilərimizdə olanda, "Sasani paytaxtı" Qazax da tutulubmuş, Sar-hökmdar
yoxa çıxıbmış. Qreklər qovulandan sonra oyanlar axtarıb görüblər çobanlardan
birinin başına göydən işıq ziyası uzanıb. OdAğ-Üzdən göstəriblər? Bəli, əzizim.
"Vərəsə"mizdə əmilərin İlan "alimləri"nin "Sasan" "sözü"nü "fateh qələm
məhsulu" adlandırıb yazıblar ki, "Qazağ"a "Rey"dən gələn əyanlar Ulu Bağı
tanımırmışlar. Buna görə də OdAğÜzdən İşıqnan göstərib deyiblər: "Budur,
sağdır ƏsÜn". Həmən birinci əsrdən başlayaraq, ta səkkizinci əsrin axırına qədər
Ulu Bağ "atəşgah"Marda "Muğanna", "Mağ Mağan" (Mağlar Mağı) adları
altında gizlənib. Qazaxda SağƏsÜn - "SağSan" (sağ rütbə) adı ilə lap qısa
müddətdə Sarlıq eləyib, guya Bağdaya, Bağlara heç bir aidiyyəti olmuyan
"SağSan" varisini təxtdə orurdub, yenə yoxa çıxıb, yəni "batin" - gizlin olub.
Nəsiminin rusca oxuduğun şerində bir beyt var: "Kəs səsini və ob-səm ol,
şərhü-bəyanə sığmazam". "Əbsom ol", yəni lal ol, heç nə soruşma, çünki əbədi
"Həq" - Ağ - SafAğ İnsan həyatı təhrifinsan təsəvvürünə sığışmır, oğul. Məhz
buna görə də belə quruyub qalmısan, minbir sualnan baxırsan üzümə,
dillənəmmirsən, heç bilmirsən nə soruşasan, necə soruşasan. Yüz bir min doqquz
yüz əlli dörd il bundan əvvəl "SimƏrAğ" (Uca SafAğ İşıq) gəmisində OdAğÜz
BağOdƏr planetindən gəlib Olamda, "Elvənd" - ƏlEvÜn dağının yastanasında
"Saray" - SarEy tikdirən Ulu Bağ ƏsƏlMon - "Sar Solomon" - "Süleyman
padşah" yüz min ildən sonra Sağ ƏsÜn - "SağSan" adıynan Qazaxda təxtdə
oturubsa, səkkiz yüz ildən sonra isə yenə köhnə SarOdƏs - SarOddaş
rütbəsiynən, qədim paytaxtlarından bir başqasında - "Ərdəbil" - ƏrOdbil
(Həqiqət bilənin İşığı) şəhərində təxtdə oturubsa, ƏsÜndən, ÜnƏsdən xəbərsiz
"ins" - "insan" bunu necə sığışdırsın beyninə?! "İns" necə dərk eləsin ki, cahillər
təhrif Şeyx "Sofi" adıynan tanınan SafAğ Aliminin zamanında cahillər
"ƏrdəbiF"i - ƏrOdbili dağıdandan sonra Ulu Bağ Yer üzündə sonuncu rütbəsi
BağSar AğEy (AğEy - "Əxi" Sarlarının Bağı) əvəzində təhrif "Musa ağa" adı
altında qaçıb indiki - bu taydakı "Muğan" düzündə gizlin "Şəhri Yar" şəhərciyində ta on sokkizinci əsrin axırına qədər
"batin Bağ" - "Muğ" olub! Sonra da yenə öz köhnə paytaxtı Qazağın
yaxınlığında "Padşahlıq" adlanan kənd salıb, on doqquzuncu əsrin axırına qədər
orda qalıb.
Dəhşətə gəlmə, oğul! Bəli, atam Məhəmməd Əmirin atası "Musa ağa"! Öz
istəkli, əbədi ƏrEvOdu ("arvad"ı) ŞamAğEynən - "Şamağa" nənəmiznən bir
yerdə!
Qısasını deyirəm hələ. Bu "fantastika"nın təfsilatını da danışacam, Ulu Bağ
ƏsƏlMən BağSar SarOdƏs ƏsÜn BağSar AğEy - "Musa ağa"nın varisindən
dönə-dönə soruşacam: bildinmi kimin Varisisən?!
Burda yenə pozmalıyam söhbətin sistemini. Qayıdıram vahid kökə... - Sultan
dəyirmi stolun üstündəki xırda bloknotu kənara itələyib, ayağa qalxıb pencəyinin
cibindən eynilə Abının bloknotu kimi enli, uzun bloknot götürüb yerinə qayıtdı.
- Yazıram, əyani gör, köklərə bax, kökdən azma təhrif sözlərə bax.
BağOdƏr- "Bahadır", "Batır", "Pədər", "Madər", "Mater", "Padre", "Patri",
"Pater", "Piter", "Mitri", "Materiya", "Matyony" və sairə.
Bağ - "Boq", "Mağ", "Məğ",* "Muğ", "Müğ", "Məh", "Mah", "Bay", "Bəy",
"Vay", "Viy", "Piy", "Vay şivon" (Bağ ƏsEvÜndən), "Şiva" və sairə.
BağBağÜn - "Papaqan" - "Papaq" - "Babok" - "Papa", "Baba!"
ƏsMən - "Osman", "Otman", "Ottoman", "Otto", "Ata", "Otes", "Otçe" və
sairə.
Bağ ƏsƏlMən - "Müsəlman", "Müslüm" və sairə.
BağHəmOd - "Muhamməd", "Muxamməd", "Mühəmməd", "Məhəmməd",
"Məhəbbət" və sairə.
Sar - "çar", "tsar", "sir", "ser", "sur", "zur", "zir" və sairə.
ÜnƏr - "nur", "nor", "nar" (od mənasında), "nar" (meyvə mənasında) və
sairə.
OdAğ - "dağ", "tağ", "tığ", "tok".
ƏsAğ- "İşıq", "aşiq", "aşıq", "sak", "sok", "sək" (ati yeri), "sog" və sairə.
SimBağ (Uca Bağ) - "Simbağ" (şir mənasında), "Sambo", "Sima", "sim",
"sam", "som" və sairə.
SimƏl - "Səma", "Zemlya", "Zima", "Zmeya" və sairə.
ƏsƏl - "çel", "çelo"; ƏsƏl EvAğ - "çelovek" və sairə.
__________________
*Misirdə "Moğ+dur" (OdƏrdon), "Boq" çox yayılıbmış.
GurOd - "qorod", "qrad", "qord", "qrud", "qurd", "kərd", "kird", "kürd" və
sairə.
Gur- "kür", "kir", "kro" (+nun), "kor", "gur" (vəhşi at) və sairə.
EvƏl - "əvvəl", "əfəl", "aval" (əngəl, yük mənasında) və sairə.
AğƏr - "axir", "axır", "axirət" və sairə.
Hər bir OdƏr "söz"ündən - ƏsÜzdən - Yaradan Üz - mənadan nə qədər
darmənalı təhrif sözlər, təhrif dillər yarandığını az-çox duyandan sonra dərk
edəcəksən ki, məsələn, təkcə Bağ Od, Ər, BağOdƏr, ƏlAğ kimi sözlər bərpa
olunub bir növ elmi terminlər kimi işlənsə, nə baş verər bu xaraba "Yer"də?!
Təkcə Əslin bərpa olunub Qrek-Latın "sion"unu pozsa, "Yəhud"i adlanan EyOd
OdƏri əsüni tanısa, təhrif "İsay", "İsay Novin" əvəzində EySar ÜnEv desə,
"İisus" əvəzində EySar və ya ƏlAğ EySar desə, bütün süni arakəsmələrə,
parçalanmalara son qoyulmazmı?!
Ya da, bu həqiqətlər danışıq dilinə daxil edilmədən, dünyamızın həqiqətləri
kimi qəbul edilsə, danılmasa, planetdə necə bir irsi, ruhi, psixoloji yaxınlaşma,
doğmalaşma baş verər! Hər bir kamilləşən insan, ölmüş-çürümüş bildiyi hər
hansı bir əzizinin ikinci doğuluşunu, canlı şəklini, sonra özünü görsə, bu xaraba
"Yer" nə qədər ucalar - EyƏr olar!
"Midi Qiena" "İosif Vissarionoviçi "ustanovka"sıynan rəsmi yazıb:
"Hökmdarların adları hansı dildədirsə, xalq da o dildə danışıb". Hökmdarıyın adı
"Solomon"dusa, xalqın hansı dildə danışıb, ey bədbəxtim?! Hökmdarıyın adı
"Süleyman"dısa, xalqın hansı dildə danışıb, ey bədbəxtim?! SağƏsÜnün
"Sasan"dısa, SağƏsÜn övladı ƏsOd GurOd "Yəzid kird" - "Yəzdi gird"disə,
ƏsOd GurOd övladı BağƏrim Gur "Bohram Gur"dusa, xalqın hansı dildə
danışıb?! "Sasani"Mordən əvvəl AğMən əvəzində "ƏhMən Fars sülaləsi" olubsa,
Qrekin bircə "ki" kəlməsiynən OdƏr xalqı "Kidar"a, Bağday San OdƏr "KiƏr"ə
- "Kir"ə, eyni zamanda "Dara"ya döndərilibsə, "Midi Qiena"ynan yanaşı bir sürü
İlan "alim'M bircə nəfər Sar OdƏri "Birinci, İkinci Kir"lərə, "Birinci, İkinci
Dara"lara döndəribsə, ən məşhur Sarlar məkanı HəmOdÜn "Ağ batan"a, ƏsÜz -
"suz"a, OdƏr Bağday "Atro patona", "Adr biy can"a, Bağıstan "Bi sütun"a
döndərilibsə, varsanmı son?!
Dilimizdəki, bətnimizdəki "kin" də "ki"dəndi!
Diqqət yetir.
Qrek OdAğa - (öz ərazisində) "kiniq" deyib, "kiniqə" hürən - it mənası verib.
Niyə? Çünki sənin SarAğların, OdAğların çoxdanışan, deyinən, məhz it kimi
hürən "kin" mücəssəmələrinə dönüb məhv olublar, oğul!
SafAğ insan, SafAğ Alimi "Sofi" olub, çox danışan, zəhlətökən adam kimi
tanınıb. Məhz həmin bu "Sofi"dən Fars "Sufi" yaradıb, SafAğ Elmini kökündən
dəyişdirib, "bir olan Allaha aşiq Sufi"lər, yəni saysız-hesabsız SafAğ düşmənləri
yetirib, salıb millətin canına, "bir olan Allaha eşqi" "gözələ eşq"ə çevirib
əxlaqsızlıq yaya-yaya gəzirlər!
Budu indi mənamız! Tariximiz!
"Kiniq"ə, "isinik"ə dönüb Sultan Əmirli, it kimi hürür ki, Stalin ölsə də,
KPSS bağlıdı İlana, Farsa; o tayda, bu tayda millətin içinə "sufi" doldurur!
SafAğ Alimlərinin əlyazmalarını dəyişdirirlər! "Lailahə-illəllahın inkarına
durmuşam" deyən Nəsiminin "Divan'Mannı "Allahu əkbər"lə doidururlar!
"Nizaminin "Xomso"sindo bir kəimə "Ailah" sözü yoxdu, əmma hor katib
"Xəmsə"nin ovvolinə "Bir olan Allah" yazır! Füzulinin ən qodim əlyazmalarında
SafAğa aid nə var, pozurlar! Müasir Pünhanlarımız xalq içindo itib-batıb geniş
sferaya çıxammırlar.
Xalqa verilən nədi? Heç nə!
Nizaminin "Həft peykər" əsərini guya nə tərcüməçilər dərk eləyirlər, nə də
akademiklər-filanlar! Əsər başdan ayağa rəmzlərdən ibarətdi. SafAğ Elmini
öyrənənlərdən ötrü dərslikdi. Bunu da danırlar, oğul!
Bütün "Xəmsə" dərslikdi. Bütün "Xəmsə": "Məxzənül əsrar" -"Sirlər
xəzinəsi", "Xosrov və Şirin", "Həft peykər", "İsgəndərnamə", hətta alimlərin
"Ərəb əfsanəsi" adlandırdıqları "Leyli və Məcnun" da dərslikdi. Füzulinin "Leyli
və Məcnun"u da dərslikdi, ləzzətalmaqüçün deyil. Məcnuna deyirlər bu Leyli, bu
da sən, qovuş məhəbbətinə. Məcnun neyləyir? Əynində köynəyini cırıb qaçır
"heyvanat" arasına - təbiətə. Niyə? Çünki köynəyi Dindi, "Heyvanat" ərəbin
dilində təbiət, əslində isə "Eyvan" - EyEvÜndü. Uca Ev Ünüdü. "Leyli" - ƏlEy
Əli, yəni, Uca Əl Bağ Atanın Əli - Oğlu EySardı. Kim oldu indi Məcnun?
Mənəm Məcnun, Məhərrəmdi Məcnun! Abıdı Məcnun! Çürük Aşıqdı Məcnun!
"Dəli" deyilik, OdƏlik - "dilük". Deyirik "Məcnun" yoxdu. Bu sözdə üç təhrif
var. Birincisi "Mə", ikincisi "c", üçüncüsü "nun". Dinin dili Bağı "Moğ" - "mə"
eləyib, Odu "d" - "c" eləyib, Ünü "nun" eləyib. Yüzminlərlə OdƏri Ərdəbildə,
Muğanda qılıncdan keçirəndən sonra "Türk yoxdu!" - deyirlər. "Türk qırılıb! -
deyirlər". Ya da hırıldayırlar: "Az er!" "bay can", yəni "vay can".60
"" Müasir OdƏr ("Azərbaycan") xalqı "bay", "vay" sözlərini eyni mənada
islədir. Məsələn. "Bayquş" vay quşu, xarabalıq quşu. 604-802-ci illər antiTürk
"dünya müharibəsi"ndə Qreklar Qalamda (Ona Asiyada olarkən "Bağ" kəlməsini
qadağan edib "Bağ"ı - "Bay"la əvəz ediblər. (Kökləri OdOr olduğuna görə Qrek
fatehlərinin ordu ilə birgə gəzən quldarlıq alimləri Türk dilini mükəmməl
bilirdilər). Müasir Türkiyə "Azad Azərbaycan"a - "Bağ (ım)sız Azorbaycan"
ıləyirlər. Bu ifadəyə hətta Gərcələr de etiraz edirlər.
Bağı necə "mağ", "moğ", "müğ", "muğ" eləyib Din, EySar ÜnEvi necə "İsay
Novin", "Noy", "Nuh" eləyib, "Məcnun" sözündəki təhriflər də bax o cürdü.
Bir də dcyirəm: "Bağı" "məğ" eləyib, Odu "d" - "c" eloyib, Ünü "nun" eləyib.
BağOdÜn olub "Məcnun" (guya dəli)!
Demək, "Mocnun" BağOdÜndü. Bağ Həqiqətinin Ünü. "Leyli, Leyli"
qışqınr, son ƏlEyƏli eşit və bil ki, OlEy - Bağ Atadı ƏlEyƏli EySar ÜnEvdi
("Nuh"du), EvƏrimdi ("İbrahim"di), ƏlAğ Eysardı. Get cəmaatın içində sazı
sinənə bas, "Divani" OdEvÜn çal, oxu: "Beş gözəlin vurğunuyam", hamı biləcək
ki, Bağ Ata ilə dörd Oğlunu vəsf eləyirsən, gözlər dolacaq, materialist nadanlar
isə, əlbəttə, hırıldaşacaqlar!
Bax belə dərslikdi Nizaminin, Füzulinin "Leyli və Məcnun"u.
Lap qısasına deyirəm sənə. SafAğ Elmi "Məcnun"un Din köynəyinin altında
gizlədilib "Məkkə"yə yox, BağOda gedir, "Kəbə"yə yox, OdEvə gedir
"Məcnun", oğul. Təkrar-təkrar eşitməlisən ki, Dinin dili Odu "ki", "kə" eləyib,
Evi "bə" eləyib, OdEv olub "Kəbə". OdEvdə "Məcnun" "Leyli"ni diləyir: ƏlEy
Əlini - EySarımızı, ƏlAğımızı -"Əllah"ımızı!
İndi özün fikirləş, gör bu "Yer" - EyƏrdo bəşəriyyətimiz necə beyinsiz,
əxlaqsız cahillər yığnağına çevrilib ki, ürəyi bu doğulduğu EyƏrdə, Bağdayda
olan EySarımız gizlin gəlir "Yer"ə, gizlin də gedir! Açıq gələmmir!
Səməd yenə diksindi.
- Gəlir, gedir?! İisus?!
Sultan da diksinmiş kimi, birdən dikəlib səsini qaldırdı:
- "İisus" nədi?! Nə qədər deyim təhrif sözdü "İisus", "İsa"?! Bir cavan,
Ün eşidən Pünhanımız var.
Nəimiyə "Yari Pünhan" deyərmişlər batin-gizlin alimlərimiz. O vaxtdandır
bu Pünhanlıq, AdıPünhanlıq. Həm gizləndiklərinə görədi bu ad. Həm də EySar
pünhan danışır öz Pünhanlarıynan. Bir cavan Pünhanımız var, deyirəm. Atasını
keçən il öldürüblər. Öz maşınında qəmli-qəmli gəlirmiş o cavan Pünhanımız.
Qara Məryəmnən Ağsunun arasında motor sönür, yazıq uşaq ha çalışır,
düzəldəmmir. Birdən diksinib yuxarı baxır, görür... nə?!. ƏlAğ EySar, SafAğ
İşıq içində yüz addımlıqda dayanıb gülümsəyir, deyir: "Atan ölməyib. Motorun
sönməyib. Sür maşınını, yolda atan sənnən gedəcək!"*
________________
*Muğannanın EySarla ilk görüşü belə olub.
Budu bax, EyƏrə gələn, gedən, qardaş kimi sevdiyimiz Allahımız -ƏlAğ
EySarımız!
Səməd yenə əlini əmgəyinə basdı.
- Bağışla... Bağışla... Üzr istəyirəm. Dilim öyrənib "İisus"a. Dəhşətdi axı,
ay əmi! "Allah" - qardaş kimi!.. Dünənəcən, bugünəcən yad bilirdim mən
"İisus"u - "İsa"nı...
- Yad? Necə yəni "yad?!" Düşün! Dindi sənə yad! Dinin yaratdığı
əfsanələrdi! EySarımız - ƏlAğımız isə doğmalar doğmasıdı. Ulu Baban Ulu
Bağın qardaşı, qan qarışığındı sənin! Başa düşdün?!
Sultan məlfənin islaq, sorin ucunu üzündə, alnında gəzdirdi.
- "Allıh işıqdı!", "Doğub-törəməz" işıqdı! Bu "Quran" zəhərini hələ atan
izah eləmişdi sənə!
Dillənmə daha! Birinci sinif şagirdi ol, əlini qoy çənənə, qulaq as!
Necə gəlir, necə gedir EySar? Uçur! Nəynən uçur? Bəzən polad kimi
möhkəm işıq şan içində, tək tənha gəzir Yerin üzərində! Bəzən də Bağlarnan,
OdƏrlərnən bir yerdo, İşıq gəmisində! O işıq gəmisi necə şeydi? Nə qədər vaxta
uçur OdAğÜz BağOdƏrdən - "Yupiter"dən bura? Nə üçün gəzir EySar? Öz
planetindon gordüyü bos deyilmi? Və ilaxirə, və sairə, sual suala calanır! Şann
rəngi bir anda dəyişir - ha-vadan seçilmir. Və EySar da o anda görünməz olur.
Çox şey danışacam. Lap çox! Son iki min ildə Ulu Bağnan - "Musa ağa"ynan
"Şamağa" nənəmizin "Yer"ə neçə dəfə gəldiklərini, hər dəfə nə qədər
qaldıqlarını, nə üçün qaldıqlarını danışacam. Bütün planetin tarixini biləcəksən!
Bütün planetin!
Başımızın üstündə parıldayan planetin adını bir də izah eləyirəm. İndi bir az
təfərrüatnan bilməlisən. Qulaq as.
Demək, OdAğÜz BağOdƏrdi "Yupiter"in əsl adı.
OdAğÜz. Yəni AğÜz həqiqəti.
Ağ kimdi, bilirsən. Bəs Üz? Bağın Üzü? Bəli. Bos niyo Bağ Üzü yox, Ağ
Üzü qoyublar planetin adını? Ona göro ki, Üz - məna yalnız Bağ Üzü, Bağ
mənası deyil, ümumiyyətnən, SafAğ İnsan Üzü - mənasıdı.
AğÜz həm də bir qism OdƏrlərin, "Yer" Türkünün təhrif dilində "Oğuz"ların
adıdı. OdAğÜz - "Oğuz" həqiqəti deməkdi.
BağOdƏr isə, təkrar eləyirəm, OdƏr Bağıdı (bütün Bağların əsas rütbəsidi),
həm də Həqiqət işığının (SafAğ İşığın), Ünün, Ünlə yayılan "element"Mərin –
ƏlMənlərin Bağıdı... Qrek-Latınlar OdAğÜz adını "Duaus" eləyib qeyri-adi
dərəcədə təhrif tələffüzlərlə, dar mənalarla ilk qlobal mənadan uzaqlaşdırauzaqlaşdıra bir aləm mif yaradıblar.
Yenə eşit: "Duaus Patri", "Zeis Pater", "Zu Piter", "Yu piter"... "Zeis",
"Zevis" (guya Zevsin oğlu!), "Zevs!"
Bağ Ata olub "Zevs" və ya "Zefs".
Bu hələ nədi?!
"Zefs"nən "Yupiter"i də bir növ eyniləşdiriblər, planeti "Boq" sayıblar.
"Yupiter"dən göstərilən şəklin əsasında imperator seçə-seçə qanmayıblar ki,
planet deyil o şəkli göndərən, insandı! Kainatın sahibləridi, planetləri, təbiəti -
torpağı, suyu, havanı - yaradanlardı!
Sənin dilində danışanlar da "Nəsimi əbədiyyətə qovuşdu" deyə-deyə
qanmayıblar ki, "Əbədiyyət" təhrif sözdü. "Əbədiyyət" yoxdu, EvOd EyOd var.
Həqiqət Evinin Uca Həqiqəti! Nəsimi OdAğÜz planetindəki Həqiqət Evinə
uçub, oturub evində, uca hoqiqət haqqında şeir yazır! "Şe"r" yox, - ƏsƏr!
- İndi də yazır?!
- Bəs necə, ay idrak acı balam! OdAğÜzlülər "Yer"ə öz övladlarının
beyinlərinə SafAğ ƏsƏr verirlər ki, torpağa dönməsinlər, əbədi olsunlar. ƏsƏr -
yaradan İşıqdı. Yenə deyirəm: "O dünya", "Axirot" dünyası yox, AğƏr dünyası
var, parıldayır başımızın üstündə! Evimizi yıxan, Odumuzu söndürən Din
"axirət" eləyib AğƏri! SafAğ İşıq Aləmini! Dili, mənanı öldürməknən beyni
öldürüb! Yerinə iyrənc mərasimlər doldurub: "Zəvvar ol, Məkkəyə get. Şeytana
daş at". (Divarda əcayib insan şəklinə).
Əlbəttə, uşaq kimi gülüşürlər "cənab" həcilər; daş atmağın mənasızlığına kim
gülməz?
Dərsini, ƏsƏrini birbaş ƏlAğ EySann beynindən alıb öz beyninüı
süzgəclərindən keçirə-keçirə, "daş" yox, bəşəriyyətə OdƏs - Yaradan həqiqət
verən Nizaminin kitabına isə "bir olan Allah" yazıb. Məqsədi nədi "siyasət" -
məkr Dininin? Danışacam.
Soruş: "Həft peykər" nə deməkdi?" "Deyəcək "Yeddi gözəldi!" Heç vəchlə
deməz ki, "Həft peykər" yeddi BağOdƏr deməkdi! Latınlar Bağa "Piy" də
deyiblər. Fars hakim dilin "Piy"ini alıb "pey" eləyib, OdƏr əvəzinə "ki ər"i -
"kər"i "pey"in dalına qoşub, olub "peykər". Yəni nə? Heykəl! Din heç "heykəl"i
də qəbul eləmir! Bax bu bədbəxtliyə görə tərcüməçilərimiz "Həft peykər"i
əvvəlcə "Yeddi heykəl" tərcümə eləyiblər, sonra görüblər əsərdə yeddi gözəldən
danışır Nizami, götürüb eləyiblər "Yeddi gozəl!" "Vərəsə"mizi oxuyanlardan,
dərs alanlarımızdan başqa bir nəfərin də xəbəri yoxdu ki, əsərdəki gözəllərin
adları da rəmzdi. SafAğ Elminin rəmzləri. Ömür verilsə, "Yer"də qalsam, o
rəmzləri d’ bircə-bircə açacam. Onda biləcəksən Nizami kimdi.
Oxuma o tərcümələri. Nizami yox dərcəsindədi o zər cildlərin içində.
"Xəmsə"də, yenə deyirəm, "Allah" yoxdur. "Peyğəmbər" var.
"Xəmsə"nin köynəyini rəmzləri cırıb atacam: "İslam" adlananı da,
"Xristianlıq", "Bütpərəstlik" adlananları da cırıb atacam! Mifləri, əfsanələri
məhv edəcəm! Boğulsam da, qaralsam da, hər şeyi izah eləyib Elm verəcəm sənə
bu gecə!
Şeyx əmilərin bütün rəmzlorin şifrələrini açıblar, təfsir-izah cləyiblor.
"Xəmsə"də ən mürəkkəb rəmzlər silsiləsi "Heft peykəri"nən
"İsgəndərnamə"dedi.
"Həft peykər"də hərəsi bir ölkədən gətirilən "gözəl"lərin adlarından başlamış,
"Bəhram Gur"a danışdıqları hekayələrə qədər, hamısı geniş şərh tələb elədiyi
halda, əllərinin altında hər cür material olan alimlər bir kəlmə də demirlər!
Moskvada, Leninqradda, şərqşünaslıq institutunda yalnız bir işnən məşğuldular:
planetin bütün ölkələri barədə həqiqəti gizlətmək! Məhz buna görə də ölkələr,
xalqlar barədə bəşəriyyətimiz heç nə bilmir. Kimə lazımdı ki, Hindistanın ilk və
həqiqi adı OdƏr dilində BağƏrmiş. Sonralar "Bhar" "Bharat" adlandırılan yerin
əsl adının BağƏrOd olduğunu kim bilir?! Ordakı məşhur Elm kitabı
"Riqvedi"nin iLk və həqiqi adının "ƏrAğ EvOd" olduğunu kim bilir?! Kimə
lazımdı ki, BağƏr adlanan ölkəyə ÜnOd gələrmiş, o Ünü xüsusi ƏsEvOda
(Yaradan Ev oduna) yığışan SafAğ Alimləri dinləyib, yazıb yayarmışlar. İndi də
durur o evlər. Əmma adı daha ƏsEvOd deyil, "Səbət"di. Həftədə bir dəfə evin
qabağına söyüd çubuğundan, qamışdan hörülən səbət asırlar, yəni yığışın, bu gün
moizə günüdü. Dəhşətə bax ki, bu da Qreklərdən başlanıb. İsgəndər
Zülqərneynin vaxtında Qreklər görüblər dağlıq yerlərə ÜnOdƏs deyir cəmaat.
Yazıda bu həqiqətin ifadəsinə bax: "İnd su", "Hind!.." Dəhşət deyil, bəs nədi?!
Əmilərin şərh eləmişdilər ki, Hindistanın hələ "Potop"dan əvvəl BağƏr,
BağƏrOd, sonralar "Bhar", "Bharat" adlandığı dövrlərdə, yerli əhalinin dilində
allah mənasında işlənon "Div" sözü OdEv sözündəndi, ükin həqiqət mənasında
işlənən "Atman"* sözü OdMon sözündəndi. "Riqvedi"dən sonrakı kitabın -
"Avesta"nın ilk və həqiqi adının "EvƏrOd" olduğunu kim bilir?! "ƏrAğ EvOd"
kitabının da, "EvƏrOd"un
____________
*"Atom" sözü Hindin "Atman"ından azıb.
da dili dəyişdirilib! "Budda" tamam anlaşılmaz "Riqvedi"nin əslindəki BağOdƏr
adından düzəldilib!
Təkcə bu ölkənin başına gətirilən müsibəti dərk eləsən, bütün planetin
xəstəliyini başa düşərsən.
Son vaxtlar İlan hətta birinci "sivilizasiya"nın məhvinin səbəbini -"Atom
fəlakəti"ni də gizlədir. Müxtəlif yollarnan məktəblərdə də "Nuh" komediyası
yayılır. Soruş uşaqlardan, Subasqınından sonra nə olub, hamısı deyəcək su yeri
basanda bütün kürreyi-ərz suyun altında qalıb. Nuh peyğəmbərnən oğuluşağından savayı səlamət adam qalmayıb. Nəinki adam, heç heyvan da
qalmayıb. Nuh peyğəmbər hər heyvandan, hər canlıdan bir cütünü mindirib
gəmisinə, gətirib buraxıb Ararat dağının başına ki, su çəkiləndə artıb çoxalsınlar.
Yer üzündə nə qədər canlı var, hamısı Nuhun gəmisindəkilərdən törəyib, nə
qədər millət var, hamısı Nuhun oğul-uşağından törəyənlərdi. Budu
bəşəriyyətimizin bildiyi! Əlbəttə, "Dini əfsanədi" deyənlər, "Tövrat"ı, "İncil'M,
"Quran"ı lap alt-üst eliyənlər də var. Əmma bəşəriyyət nə "Tövraf"dan -
"Bibliya"dan əl çəkir, nə "İncil"dən - "Novıy zavef"dən, nə də "Quran"dan!
Niyə?
Keçirəm Din kitablarına...
* * *
Deyək ki, nə Mədəddən bir şey eşitmisən, nə Abıdan, nə də məndən. Gör indi
bu müəllimin necə cırıb dağıdacaq "Bibliya"nı, "Novıy zavet"i
("Yevangeliya"nı), "Quran"ı!
Çox arvadhlıq barədo çox eşitmisən. Hardandı bu? "Quran" deyir: "Birini al,
gördün təmin eloyə bilmirsən (seksual mənada ha!), ikincini al (yəni təzələ
arvadı), gördün onu da təmin eləyəmmirsən, üçüncü-sünü al. Gördün onu da
təmin eləyə bilmirsən, dördüncüsünü al. Gördün onu da təmin eləyəmmirsən,
daha evlənmə, elə qulluqçularınla keçin". Budu bax Din!
Gör sonra nə deyir "müqəddəs" "Quran": "Qadınla əlaqədə olandan və
ayaqyoluna gedəndon sonra əlini quma çək, sonra əlini üzünə çək!"
Kim üçün yazılıb bu, ay oğul?!
Dedim ki, bir irəli sananan əlliminillik tarix olub, bir də geri sananan
əlliminillik tarix. Bəşəriyyətin yaddaşı alınandan sonra tarix əllimininci ildən
başlayıb üzü bəri gəlib. Qırx doqquz min doqquz yüz doxsan doqquzuncu il, qırx
doqquz min doqquz yüz doxsan səkkizinci il və
sairə, gəlib çıxıb birinci ilə. Arxeoloqların nə bilim neçə milyon bundan əvvəlin
əşyalarına inanma! Geri sananan tarixdən sonra yeni tarix başlanıb: bir, iki, beş...
yüz, min, nəhayət, min doqquz yüz əlli dördüncü il. Bu bəşəriyyətin tarixi, qısa
desək, cəmisi yüz iki minildisə, niyə "milyon", "milyard" illər deyilir?! İnsan
meymundan yaranmayıbsa, "Noy" -"Nuh" da EySar ÜnEvdisə, "Potop" vaxtı
Ulu Bağ ƏsƏlMən Yerin sahibi, Eysar ÜnEv isə QalAğımızm ƏlAğı - "Allah"ı
olubsa, Subasqınından xilas olanlar EySar ÜnEvi o illərdə həm də Hoy (kömək)
adlandırıblarsa, guya qədim mənasında olan "Nuh"u niyə belə qoruyur İlan?!
Necə yəni "hər canlıdan bir cüt?!" Dünyada nə qədər canlı var? At, eşşek, it,
pişik, qoyun, keçi, canavar, tülkü, çaqqal!.. O gəmi nə boyda gəmiymiş ki, ilana-
çayana, qarışqaya qədər bütün canlıları doldurub içinə, gətirib buraxıb "Ararat"
dağının başına?! Araratın o qar-tar beli neçə min kvadrat kilometrlik çöl-
çəmənli, ot-ələfli sahədi ki, bu dünyanın filinə, camışına, inəyinə buğasına,
şirinə, pələnginə qədər bütün heyvanatı yedirib-içirdib, ərsəyə gətirib?!
Əfsanə deyil bu, əfsanə "Nuh" əfsanəsini yaradan beyindi, EvƏs-Ünü -
"əfsanə"yə döndərib!
Görürsənmi, beyin dəyişdikcə, dil-dodaq, damaq dəyişdikcə söz və məna
necə təhrif olunur! İnsanın beyni, gözü, nə qədər bəsitləşdirilməlidir ki, dünyanı
bir gəmiyə, bir dağın belinə sığışdıran əfsanəyə inansın?! İnanırlar axı, ay oğul!
Yoxdu boşəriyyətimizin beyni, puçdu!
İlan indi məhz beyinsizlikdən sui-istifadə eləyir! Bağların mövcudluğunu,
insanlığını, planetimizə gəlib getdiklərini dilə də gətirmir! Ulu Bağ ƏsƏlMənin
başçılığıynan yüz iyirmi dörd min nəfər OdƏrin İşıq gəmilərində OdAğÜzdən
EyƏrə gəlib Olamda məskunlaşmasına lap cüzi işarəni də pozurlar!
Abıdan da, Ələskərdən, məndən də tez-tez soruşurlar ki, ilkin yaranış barədə,
Kainatda həyatın başlanğıcı haqqında niyə bir söz demirsiniz? On səkkiz min
"Qalaktika"dan - QalAğdan başqa, Kainat sonsuzluğu adlanan planetsiz, insansız
boşluqda "Element"lərin - ƏlMənlərin yaranış tarixi varmı? Varsa, bizə niyə
demirsiniz?
Bax belə suallara cavab verən Elmin var, oğul!
Kainatda insan ölümsüzdüsə - əbədidisə, bəs "Yer"də ölümün səbəbi nədi?
Subasqınından əvvəlki "sivilizasiya"da ölüm nə vaxt, necə başlanıb?
Belə suallar da var. Hamısına cavab almaq üçün Ün eşidosən gərək. Ün
eşitmək qabiliyyəti olan "beyin" - BağÜn yetirməkdən ötrü irsiyyət sağlamlığı
lazımdı.
Sənin "irs"iyyətin - ƏrƏsin (Yaradan İşığın) ucadı, gözümün işığı! Təkrar
elədiyim şeyləri səbrnən dinlə.
Bir də eşit ki, demək, OdMən sözünün ən qədim təhrifi "Atman"dı, sonrakı
"Atom".
"OdMən" EyOdƏr Babamızın və bütün Bağların sözüdü.
OdMənin üçüncü təhrifi daha dəhşətlidi. Qreklərin, Latınların "ki men"i
Avropada "komun", "kommuna", "kommunizm" olub. Söz formaca dəyişib,
məzmunu qalıb? Yox, oğul. Od - həqiqət də itib, "Mon" - Bağ da. "Kommunizm"
məfhumu OdƏr bəşəriyyətindən, OdAğÜzdən ayrılıb, ancaq "Yer"ə bağlanıb,
təhrif nəzəriyyələrnən təhrif olunub.
Nə vaxt baş verib bu bədbəxtlik? Yeni tarixdə? Yox, əzizim. Birinci
"sivilizasiya"nın axırında "Avropa" sözü də olub, "Kommuna" da, "kommunizm"
də. Heyrətlidi? Əlbəttə! Demişdim sənə ki, OdMən quruluşlu, biri-birinə və
Kainata bağlı icmalar, insanı daim təzyiq, qorxu altında saxlayan hərbi
kommunizmə döndərilib. "Vərəsə"dən kənar zəmanəmizdə heç kəs heç kəs dərk
eləmir ki, QalAğ adlanan məkandakı bəşəriyyətin hər bir fərdi bu "Yer"də
fərdlərə bağlıdır, "Yer"də bir nəfərin məhvi Kainatda bir çoxlarına dərd, xəstəlik
gətirir və o xəstələr elementlər cəmi ilə dolu məkanlarda əzab çəkə-çəkə müalicə
olunurlar. Bu dərəcədə bağlılıqdan xəbərsiz "Yer"də beyinləri qapalılar Yerə
bağlanıb, nəinki OdMəni, hətta özlərinin qurduqları hərbi "kommunizm"i də
məhv eləyirlər. Bax onda, əlli mininci ildə selləmə yağışların suları çayların,
göllərin, dənizlərin sularına qarışıb, EySar ÜnEvin Ününü eşitmiyən, OdƏr dilini
qanmıyan bəşəriyyətin üstünə yeriyib. İnsan heyvandan da alçağıymış onda,
oğul. Lap qısası, sadəsi budu ki, cəzalanıb bəşəriyyətimiz; Təhrif "sivilizasiya"
öz beyinsizliyi, əxlaqsızlığı, möcüzəli ixtiraları ilə birgə batıb suda. Bəzi dağlar,
bir də Bağday ərazisi, ƏrEy - "Rey"dən indi "Qafqaz" adlandırılan QapıAğÜz
dağları arasında OdƏrlərin yaşadıqları nisbi təmiz ərazilər səlamət qalıb.
İndi özün deyə bilərsənmi "Yer"də ölümün səbəbi nədi? De görüm!
- Dil təhrifi? Söz-məna təhrifi? Yəni Ün eşitməmək?..
- Afərin, Bircə balam!.. OdƏrlərdən birinci ayrılıb ayrı xalqa çevrilənlər
kimlərdisə, ilk ölüm də onların içində olub.
GurAğ ordusu ikən, Olamı - "olimp"i, sonra ƏrEyi - "Rey"i planetin vəhşi
heyvan sürülərindən qoruya-qoruya kobudlaşan, bətnində,
təfəkküründə GurAğ OdƏrliyini itirib "Qrek"ə dönənlərimiz birinci ayrılıblar.
İkinci BağOd EyÜnlüyünü itirən ordular- "Pəhləvi"lər, üçüncü EvƏrƏs
OdƏrliyini itirən ordular- "Farslar" ayrılıblar. Sonra ƏsƏr OdƏrləri ikən "Sur"a -
"Assuriya"lılara çevrilənlər ayrılıblar. Bunlar geri sananan tarixin otuzmininci
illərindən həmən "Ağ Batan" adlandırdıqları HəmOdÜnü dəfələrnən dağıdıb
özlərinin ÜnEv ikən "Nine-viya"ya dönən mərkəzlərini "çiçəkləndiriblər". Eyni
əsrlərdə, o fatehlərin təsiriynən "Ərəb"ə dönən ƏrEv Odərləri ayrılıblar. BağSar
OdƏrlərinin ərazisi "Misir"ə, "Misir" daxilindəki BağOd ərazisi "Yegiped*"ə
dönüb; Ün eşidən, OdAğÜznən daimi danışan, Bağdayda, planetdə vəziyyəti
düzəltməyə çalışan EvƏrÜnlərimiz - "Fər Ün"lərə, qrekcə "Faraon"lara
döndəriliblər.
"Qrek"lər Ərəb"lərlə eyni vaxtda azan "Cuhud"ların əliynən "Faraon"lara
əsrlərnən ardıcıl sui-qəsdlər eləyiblər, BağSarı - "Misr"i tutandan sonra isə
"Faraon"ların meyidlərini mumyalayıb gizlin hakimiyyət vasitəsinə çeviriblər!..
Leninin mumyalanması, "proletariatın rəhbəri"nin meyidi üzərində hakimiyyət
tribunası qədim quldarlıq tribunasıdı, oğul!..
İndi bir planet adı da eşit: BağƏr OdƏr. Qrek-Latınca təhrifı "Mer kuri".
Həm bizim QalAğımızı, həm də bütün Kainatı EyOdƏrə bağlayan planetdi
BağƏr OdƏr. Bağ Atamızın planetidi. Gör nə hala salıblar: "Merkuri!"
Budu bax, ayrılıq üzündən itirilən məna, ölüm!
BağƏr OdƏr planetində SimOd məclisi var. Uca həqiqət məclisi. SimOdun
min nəfər üzvü var. O min nəfərdən biri-birini əvəz edə-edə işləyənlər yüz nəfər
olur. Yüz birinci Bağ Atadı. Yüz nəfər Bağ fıkir deyəndən sonra Bağ Atanın özü
deyir və beləliknən, SimOdun - Uca həqiqətin Əli bütün OdƏr bəşəriyyətinin Əli
- OdƏrƏl olur.
İndi gör kimi "ƏzrayıP"a döndərib ölüm dili - Din!
"İblis" yoxdu, EvƏlƏs var, Yaradan Əl Evi - məkanıdı.
"Dyavol" yoxdu, OdEvƏl var, Həqiqət Evinin Əlidi.
"Cin" yoxdu, OdÜn var. "Şeytan" yoxdu, ƏsOdÜn var, Yaradan həqiqətin
Ünüdü.
OdƏrƏldən savayı "Cəbrayıl" - OdEv ƏrƏl də var, "Arxanqel" -ƏrAğ
ÜnOdƏl də var, çoxlu "Anqel" - ÜnOdƏl də var.
İndi lap primitiv şəkildə deyim.
_____________
*"Yegi" - Yengi (yeni) sözündən
Sən ekranda necə görürsən adamı? İşıq gedir ekranda, ağ parçanın üstündə
insana çevrilir. OdAğÜzdən göndərilən "kino" da eləcə, "Anqel"ə, "Arxanqel"ə,
"Cəbrayıl"a, "Əzrayıl"a, "İblis"o, "Dyavol"a' "Cin"ə, "Şeytan"a filana çevrilir.
Fərqi bundadı ki, sənin kinon ekranda canlanır, planetlərdən göndərilən kino isə
torpaq üstə gəzən insan kimi canlı görünür.
İşıq qardaşımı dərk elədinmi?!
Tamam təhrif olan beyni qapalı insannan iş gedir, oğul.
"İblis"in gözləri alma boydadı. Qıpqırmızı. Niyə? Çünki Təhrifi qorxutmaq
lazımdı. Yolunu azıb, qudurub təhrif, vəhşi, yırticı olub. "Allah xofu" deyiləndən
də qorxusu yoxdu daha.
"Dyavol" da qorxutmaq, çəkindirmək üçündü. "Cin", "Şeytan", "Çort"-filan
da.
Bəs "Mələk?" BağƏlOddu "Mələk". Bağ Əlinin Həqiqəti. SafAğ İşığı
olanlarımızı əzizləyirlər. Gözəl qadınlardı, qəşəng-qəşəng, qanadlı-qanadlı
körpələrdi. Bədbəxt əmilərin kimi alimlər görüblər "Mələk"ləri. Silsiləmizin
bütün alimləri görüblər. "Məhəmməd" adlandırılan Bağ-HəmOdumuz görüb.
BağHəmOdun EyMəni Əli, əmisi "Əbu Bokr" • EvEy BağOdƏr görüb, "Haşim"
– ƏsMən nəslindən SafAğ Elmini öyrənən saf adamların hamısı "Mələk"ləmən
oturub-durublar. "Allahın qasidi" adlandırılan "Cəbrayıl"nan - OdEv ƏrƏlnən
söhbət eləyiblər.
Təhrif mühitin təzyiqindən çox sıxıldığım vaxtlar mən də bax beləcə söhbət
eləyirəm OdAğÜzə gedənlərimiznən...
- Əmi!.. Əmi, bir şeyə lap məəttəl qalıram. Dillər lap mexaniki yaranıb
ki?! Sadəcə, sözü təhrif tələffüz edə-edə ayrılıblar?!
- Budu bəlanın kökü! İnsanı insanlıqdan çıxaran, heyvaniləşdirən bəla
Kainatın - OdƏr bəşəriyyətinin dilindən ayrılığıdı! Atası OdAğ-Üzdən baxır,
oğlunun yad yorğan altında, sonra ailədə heyvani rəftarını görür, sarsılır, tüpürür!
İlan - Din əsasən bax bu ayrılıq prosesindən "mexaniki" dediyin ayrılıqdan
sui-istifadə edə-edə qalib gəlir kamillərə. Fatehliklə din ekizdi. Səməd başını
yana əyib, döşəməyə baxırdı. Sultan əlini onun dizinə toxundurdu.
- Sehrlənmə, idrak acı balam! BağHəmOd "bir olan Allah"ın qasidindən
məlumat almaqdan ötrü "Sinay" dağına qalxmayıb, ƏsÜnEy eşidib,
"Cəbrayıl"'nan danışanda" zərrə qədər də şübhə eləməyib ki, "Göydən nazil olan
Cəbrayıl" insan deyil. "Haşim" - ƏsMənlər də bilirdilər bunu, "Qureyş" –
GurƏslər də. Bilirdilər ki, xalq "dil"ində
"Sinay" adlandırılan "dağ" kimi, aşağı mənasmda işlənən "sin" də ƏsÜndən
azıb, BağOda həm "Məkkə", həm də "büt" deyənlər, ƏsMənə həm "Haşim", həm
də "Osman" deyənlər həməncə İlanın Müaviyə adında hünərli bir casusunun
hərbçiləri, "GurÜn" əvəzinə "Quran" deyən kütlənin əliynən BağHəmOdun
nəslini qırıb. Bilirsən, Müaviyəynən oğlu Yezidin fəaliyyəti nəticəsində
Peyğəmbərin OdƏr - Türk dillərinin qarışığında "Gur Ün" kitabı başdan-ayağa
dəyişdirilib: Ərəbcə "Quran"ın bütün mətni təhrif dil, təhrif şüur məhsuludu!
Dünyamızı təlırif edə-edə yayılır! Xızr Abıya OdAğÜzdən deyilib ki, KPSS
xaricdə Din kadrları hazırlayır, Cənubumuzda qəddar Din hakimiyyəti
yaranacaq, şagirdlərinizi məlumatlandırın, müqavimət göstərə bilsinlər.
Bəla burasındadı ki, bu hazırlanan hakimiyyət bütün dinləmən əlaqəli olacaq,
keçmişdəki kimi. Məhz buna görə sənnən belə ətraflı danışıram.
Sultan stəkana YemSon suyu töküb içib nəfəsini dərdi.
- "İbn Əbdullah"... "İbn Əbdullah" deyil BağHəmOdumuz, EvÜn EvOd
ƏlAğdı. EySarın Əli, Hoqiqət Evinin Ünüdü. Vizantiya imperiyasının ən dəhşətli
irtica dövründə, yəni iki yüz illik müharibənin ən şiddətli vaxtında "Məkkə"yə -
BağOda gedib.
Necə gedib? Bu sualın cavabı Dində bir cürdü, həqiqətdə başqa cür.
BağHəmOdu "Muhamməd"o, "Mühəmməd"ə döndərən Dinin Həqiqətimizi
no dərəcədə doyişdirdiyini, bir çox hallarda lap gülünc şəklə saldığını təsəvvür
eləməkdən ötrü bir-iki şey deyim, yadında saxla.
"Mövlud gecələri"ndə olmusan, Abının Din üstündə danışdığı hədisləri
eşitmisən, bilirsən ki, "Məkkə"də büt mühitinin təzyiqinə məruz qalanda
Peyğəmbər öz tərəfdarlarıynan "Mədinə"yə gedib. Orda - "Mədinə"də "ağ
dəvənin yatdığı yerdə" Peyğəmbərə ev tikiblər. Dəhşətə bax indi: "AğOdEvin
uçurulduğu yer" əvəzinə "ağ dəvənin çökdüyü yer" yazıb fateh qələmi!
BağOdÜn əvəzinə "Mədinə" yazıb! Elm mərkəzi BağOdÜn şəhərinin sakinləri
EyOd OdƏrləri əvəzində "Yəhudi'Tor yazıb! BağHəmOdun ƏrEvOdu AğOdUca
əvəzinə "Xədicə!" Guya "Xədicə" Peyğəmbərin OdƏli yox, "dul" imiş! Diqqət
yetir, təhrif dil xətası deyil bu. "OdƏli" qəsdən türkcə "dul" eləyiblər; ərəbcəyə
tərcümə eləyiblər. OdEvi qəsdən türkcə "dəvə" "anlayıb" ərəbcəyə tərcümə
eləyiblər. "Adr bican" - "cansız OdƏr"i, Bağıstan - "Bi sü-tun"u - "sütunsuz"u,
"Az ər"i, "Ar az"ı yada sal. Din xadimi kinli, isteh-zalı irişən qələmlə işləyib və
qəddarcasına yekun vurub işinə: "Quran ərəbcə verilib!" Əsli "Gur Ün" olan
kitab Ərəb dilindədisə, "ərəbcə verilib" yazmağa ehtiyac nədəndi?! Ondandı ki
"Gur Ün"ü gizlətmək,
həqiqəti tərik OdƏrdon - "Türk"dən alıb məhv eləmək lazımdı! Müasir
təsəvvürnən desək, zorakı fateho zorakı"dil" lazımdı! Planetinbirhis-səsindo
"Qrek"in adma "Qrek" şoklində yayırlar, o biri hissəsində "Yunan" şəklində! Bir
tərəfdə "Yevrey" yazırlar, o biri tərəfdə yenə ərəbcə "Yəhud"i yazırlar. "Cuhud"u
EvƏrEydən lap qədimlərdə ayırıb "Türkə" - EvƏrEyə qarşı qoyduqları halda,
indi guya "birləşdirib", biri-birinə qarışdırıb "Cuhud"a daha çox imkan verirlər
ki, "Türk" adlanan "Yevrey"i sıxışdırsınlar, qırsınlar.
İlarıın bu qorxunc siyasətinin tarixi qədimdi, həm də çoxcəhətli.
Xaç yürüşlərinin hansı əraziləri tapdaladığma diqqət yetirsən, açıq-aydın
görərsən ki, EvƏrEy - "Türk", "Midiya" - Bağday əraziləridi. "Türk" içində
"İslam" məhz Xaç yürüşü kimi bir şeydi. Vaxtı çatanda biləcəksən ki,
"ƏsƏlim"in təhrifi "İslam" həmişə, hər yerdə İlannan müttəfiq olub, əsrlərnən
dəridən çıxıb ki, vaxtı ilə Bağdaydan, Xalamdan gedib ƏsƏrƏl - "İsrail"də
qalmağa məcbur olan EyOd OdƏrləri də təhrif "dil", təhrif Din qurbanları
olsunlar. Qalanda əsrlərlə qalıb, eramızın yeddinci əsrində, sonra on üçüncü
əsrdə vətənə - indiki Türkiyəyə qayıdan "Oğuz"lar da Din qurbanıdılar!
"Türkmən", "Özbək", "Qazax", "Qırğız", "Uyğur", "Tatar" adlarıynan tanınanlar
da mədrəsələrdə SafAğ Elminin tədrisini dayandırıb, yalnız və yalnız ərəbcə
"Quran"a bağlanıblar ki, müharibələrdən can qurtarsınlar! Özləri ey! Məcbur
olublar!
"Vərəsə"mizdə olmuyan bir fakt deyim sənə.
Keçən əsrin ortalarında babamız bir neçə səyyah göndərib Türkmənistana,
Özbəkistana ki, mədrəsələrdə tədris işlərini yoxlasınlar. Çünki o tərəflərdə Elm
Fars dili içində batin-gizlin "Afaqnamə" kitabıynan deyilirmiş, bu da çox
çətinliklər törədirmiş. Səyyahlarımız gəziblər, yoxlayıb görüblər ki, "Afaqnamə"
bütün mədrəsələrdən yoxa çıxıb, yalnız tək-tük "şeyx" - ƏsAğ (Yaradan SağAğ
İnsan) rütbəli qocaların evlərində qalıb. Demə, bizim soyyahlardan əvvəl
Qalamdakı Din xadimləri cəmaata Şeyx Məhəmməd Əmirin adından
"şəhadətnamə" göstəriblər, "şəhadətnamə"nin üstündə Peyğəmbərin möhürünü
göstəriblər, deyiblər "Afaqnamə" daha yaramaz tədrisə, tezliknən türkcə kitab
gətiriləcək. Çətin və "zəhərli kitab" adıynan yığışdırıblar yeganə tədris kitabım,
əvəzində "Quran" paytayıbtar ki, "şeyx"(ər - ƏsAğlar da "Quran" hürufatının
əslinin şərhiynən desinlər dərsi. Niyə? Çünki Nəiminin, Nəsiminin dövründəki
kimi, hürufatın şərhindən əvvəl "Quran" oxunur, ərəb dili öyrədilir axı! Bax, belə
üsullardan istifadə yoluynan,
peyğəmbərimizin adına çıxılan "İslam" yayıb düşmən. Yəni kim? Həməncə İlan,
oğul! Rimdə, Vatikanda "qlavnıy Yevrey" maskası altında oturııb, Elmimizin
dirçələn ərazilərinə Xaç qılıncı göndərən Papa! İlan!
Söhbət bu yerə çatanda şagirdlərimizə peyğəmbərin möhürünü veririk,
deyirik özünüz sərbəst oxuyun, sonra da mohürdəki OdƏr sözləri üstündə
"Ustadnamə" yazın, çalın oxuyun, şərh eləyin...
- Nə?! "Ustadnamə"?! "Çalın, oxuyun?!." Əmi!.. Şagirdləriniz aşıqdılar?!
Sultan yorğun-arğın gülümsəyirdi.
- Xızr Abıdan, Çürük Aşıqdan dərs alanlar ilk növbədə saz, söz
öyrənirlər, əzizim. Eyni zamanda, ustad Aşıqların "Ustadnamə"lərindəki
"Tövrat", "İncil", "Quran" kəlmələri üstündə Elm rəmzlərindən baş açmaq üçün
Ərəb hürufatını Öyrənib "Quran" oxuyurlar. Sonra mənim və ya bir başqa
Batinimizin, Pünhanımızın yanına "söhbət mərhələsi"nə göndərilirlər. Bu
mərhəlodə Peyğəmbərin möhürünü sorbost oxuyub möhürdəki hər OdƏr sözünə
bir "Ustadnamə" həsr eləyirlər.
"ƏlAğ OdOdƏr ƏsEvƏr". Budu möhür. Bunun "Əl"inə, "Ağ"ına, "Od"una,
"Ər"inə, bütün köimoiərinə ayrı-ayrı Ustadnamo. Asan deyil!
- Əmi!.. - Səməd ürək çırpıntısı, daha doğrusu, qəfil, titrətməli, gur şadlıq
içində, hamama gurultu saldı:
- Əmi! Möhür ərəbcə deyilmi?!
- Yox, əzizim!
- OdƏr dilindədi!
- Bəli, əzizim! OdƏrcədi. Heyif, əski əlifbanı bilmirsən. Birinci kəlməsini
təkrar eləyirəm: "ƏlAğ".
Aşıq Ələskərin "Ey Ağa" Bağlamalı "Ustadnamə"sini çox eşitmisən, şərhini
isə, təbii olaraq, bilmirsən. Aşıq oxuyur eşidirsən: "ehtiyacın nədir ey ağ, ey
ağa?" - Elmi bilənim dərhal başa düşür: "Ey Ağ", yəni Uca SafAğ, ehtiyacın
nədir "Ey Ağa?" uca SafAğa. Yeni sən özün uca SafAğsan, nə ehtiyacın var Uca
Saf Ağa?!.
Sənin varisliyindən xəbər tutandan sonra, axır vaxtlar sənə xüsusi bağlanan
köhnə yoldaşın Sarı Zal "Ey", "Ağ" kəlmələrinə həsr olunmuş "Ustadnamə"
yazıb:
"Gol, Ey, dedim, gəl dedim, Ağ üzündə xal gotir. Gül, Ey, dedim, gül dedim,
Gül üzündə gül gətir.
Yəni: "Gəl, Ey" - OdƏl Ey dedim,
(Həqiqət Əli Ucadır dedim).
"Gül, Ey", dedim - OdƏl Ey dedim,
"SafAğ Üzündə" - mənanda "xal" - Ağ əli gətir" - SafAğ Əli gətir, yəni özünü
gətir.
"Gül üzündə gül gətir" - yəni mənalı dilində dil gətir.
"Hüzurda", yəni Abımn, Çürüyün, monim təmsü eiədiyimiz Bağ hüzurunda
çalıb oxuyub, şərh eloyib. Qonaqlı cavanlannın çoxu belədi. Hətta yazıq Lütün
qızı da...
- Torksin?!
- Bəli, Lütün Torksinciyəzi də yazır, çahr, oxuyur, şərh eləyir. Mən
əminəm ki, Abıynan, Çürüknən bağlanandan sonra sən özün də çalıb
oxuyacaqsan.
Səmədi gülmək tutdu.
- Mən ha! Şeir yazacam?!
- Boli, ozizim! Verilir axı şeir. Bu bir. İkincisi, sənin irsiyyətində "Aşıq" -
ƏsAğ var axı!
- Məşhur Aşıq Alı kimidi, bilirsən?
ƏsƏlMənə Göycədə "Süleyman" deyirlər, biz- "Musa ağa". "Süleyman"ın
Göycədə "Aşıq Alı" adı altında gizlənon ikinci oğlu Şeyx Əli, babamız
Məhəmməd Əmirin qardaşıdı, Şeyx Ağ Əmimən Şeyx Boz Əmirin, Mədəd
Əmirlinin, Sultan Əmirlinin əmisidi... Səttar xanın, fədailərin, Dəli Alıynan
Qaçaqlarının məclislərində "Süleyman"a "Comərd" deyirdilər. "Heydərimin*
Comərdiyəm" yazırdılar. EyOdƏr Babamızın Yerdo Comərdi - rütbədi. Heyif,
indi yalnız biz danışırıq bunu. Çünki "Aşıq Ah" "Ustandnamə"lərinin, Elmi
şerlərinin doxsan faizini yığışdınb itirib-batırıblar İlan "alimləri" - "Azərbaycan
Elmlər Akademiyası"! Bu "Akademiya"dan əvvəl birbaşa Peterburqdan, Nikolay
Romanovun sərəncamıynan fədailərin, Qaçaqlann aralanna dolan "alim" casuslar
izləyirmişlər Şeyx Əli babamızı. Ün eşidirmiş, OdAğÜzdən xəbərdarlıq
olunanda tez-tez yerini dəyişib gah Dərə Ələyəzdə, gah Təbrizdo, gah da bu
səmtdə - "Padşahlıq" kəndində, kiçik qardaşı "Hüseyn ağa"nın çobanlarının
arasında gizlənirmiş. Əvəzində "Ələsgər əmi" dediyimiz məşhur "Aşıq Ələsgər"
aparırmış məclislərini. "Ələsgər" əminin Elmi şerlərini də yığışdırıblar İlan
"alimləri", batinlik - Pünhanlıq üçün yazdığı gözəlləmələri saxlayıblar! "Ələsgər"
əmidən sonra, Şeyx Əlinin gizlin
______________
* "Heydər" - EyOdƏr - Baba nəzərdə tululur.
adını daşıyan Ağbizənli* "Aşıq Alı" davam elətdirirdi tədrisi. "Əlosgər" ominin
kiçik qardaşı "Məhəmməd" açıq-açığına "Qurandı" - "yalandı" qafıyəsi
işlətmişdi, sonra qaçıb Qarsda gizlənmişdi. Alı əminin bacısı oğlu "Aşıq Sadıq"
Təhlodə - "TəkƏl"də, Qarayazıda -"Qardabani"də casusların əlindən cana doyub,
guya səsi tutulduğuna görə həftənin üç-dörd gününü boğazı tənzifli, çayxanada
otururdu, asta-asta çalırdı, mızıldanırdı, "Ələsgər omi"nin diliynən "tümənə
çalmıyan canım, indi samana çalır", - deyirdi. Haibuki şcir AğBizənli Alınındı,
Sadıq qorxurdu ki, dayısım tutarlar.
Bir dəfə dan qaranlığında evimin pəncərəsi tıqqıldadı, Sadıq birco kəlmə
"getdim" - dedi. O günü səhərdon gecə yanya qədər Qazağın DağKəsəmən
kəndində bir batinimizin evində məclis apardı. Casusun donosu o evi də xaraba
qoydu: "Aşıq Sadığ"ın növbəti məclisindon sonra, sohərisi raykoma gedəndə
gördüm Gülənov dəhlizdədi, gözləri dombalıb zillənib üzümo: "Aşıq Sadığı
tutmuşdular, buraxdırdım. Əmbə DağKəsoməndə o evin qapı-pəncərələrini
eşikdən bağlayıb, nöyüt tö-küb qohumunuzu diri-diri yandırıblar, yoldaş
Əmirli..." Məlum oldu ki, əhli-əyal nədi, Qazağın, Ağstafanın kəndlərindən
yığışan şagirdlərimiz də yanıblar orda. Din çuğuluymuş donos yazan. Uzun
müddət "Dəli Dolu" adiynan aramızda olub, axırda elə bədbəxtlik törətdi!
Otuzuncu ildə Stalin Dinə azadlıq vermişdi. O vaxtdan da "Dəli Dolu"lar
dolmuşdular aramıza, xəbor tutmamışdıq. Yanğından sonra "Dəli Dolu"lar
intelligent libası geyinib, saqqallannı qırxıb idarələrdə işləməyə başladılar. İndi
do fəaliyyətdədilər. Tanıyırsan bəzilorini: Deli Mahmud, Dəli Baba...
məşhurdular. Belədi indi Din! Sovet "İslamı!.." Dəli Mahmud vo ya Doli Baba
toyda-şanda "Aşıq hoqiqətdən oxu", yəni Elmi söz oxu deyəndə bilirik ki,
yoxlanışdı. Əmma dorsi dayandırmrnq. Möhürü gizlətmirik. Çünki bircə "ƏIAğ"
kəlmosi "Quran"ı kokündən ifşa eləyir, oğul!..
İndi de görüm bu möhür söhbətindən nə öyrəndin?
DağKəsəmən əhvalatı nə qodər kədorli olsa da, Səməd sevincdən kükrəyirdi:
- Əmi! Qurbanın olum, "İdeal" - OdƏl - Dil əmi! Necə yəni no öy-rəndin?
Peyğəmbərin möhürü OdƏr dilində! "ƏLAğ?!" Qədim ana dilim!
-He!
"Od OdƏr?!"
_______________
*Göyçədə kənd adıdır.
- He! "ƏsEvƏr?!"
- Hə, cəmisi üç kəlmədi. Mənasını da bil: "ƏlAğ" - SafAğ insanın, yəni
Bağ Atanın Əli - Oğlu EySar!.." "Od OdƏr", yəni "OdƏr" həqiqəti, "ƏsEvƏr"
yəni "Yaradan Evin İşığı".
İndi bütöv deyirəm: "ƏlAğ EySar OdƏr həqiqətidir (və) Yaradan Evin
İşığıdır".
Səmədin bədəni xəfifcə titrəyirdi.
- Beynimə işıq saçdı bu möhür, bu "ƏlAğ!" Qırx altıncı ilə getdim, "Əlif"
"Lam" - "ƏlEv Əlim", "ƏlAğ" deyənimi gördüm. O uca insanın dediyi dərsnən
bu uca insanın dediyi dərs arasında körpü yaratdı möhür! Elə bil günəş doğub
beynimdə!
Sultan gülürdü, sevinirdi.
- Nizamido bir romz var: "Dünyamız sözdən yaranıb!" Farscadı
"'Xəmsə", bilirsən. Rəmzi açmaq üçün fars sözündə gizlədilən rəmzi Türkcəyə
tərcümə eləməlisən, türkcəni də qədiminə - OdƏrcəsinə.
Nizami demək istəyir ki, dünyamız, yəni "Yer" ƏsÜzdon yaradan mənadan,
başqa cür desək, OdƏr OdƏldon - OdƏr "Dil"indən yaranıb.
Budu əsas həqiqət. Ona görə də bu həqiqət barədə OdAğÜzdən çoxlu
"dəstan" - OdƏs OdÜn göndərilib. Məsələn, eşitmisən, "Məsim və Diləfruz".
BağSim - "Məsim"ə dönüb, OdƏl EvƏrEyÜz - "Diləfruza" ə dönüb. Hər ikisi
bir-birinin eyni olan Evdə, "eyvan"da - EvÜndə olur, əmma "Diləfruz" bir yanda
"lal" olur, "buta" - BağOd "içib" "Məsimi" sevdiyini deyəmmir, "Məsim" də bir
yanda "lal" olub, "buta" – BağOd içib "Diləfruzu" sevdiyini deyəmmir. Bilici
molla çağırırlar. Molla - "Din" "Məsim"in dilini açammır, rüşvət istəyib gedir.
"Ata"sı - Od-"çin" - "ki" "dəniz"ini, yəni OdƏr dilini təhrif edən "ki" dənizini
keçib oğlunun dilini açır, "Diləfruza" - OdƏl EvƏrEyÜzə qovuşdurur.
"Əsli"mizdən ayrılmağımız barədə "Əsli və Kərəm"i də çox eşitmisən. Necə
deyərlər, "inşallah" Abıdan, Çürükdən dərs alanda dərk edəcəksən ki, "Kərəm" -
"Ki Ərim" - OdƏrdi, "Osli" - ƏsƏldi. Qara keşiş sənin ƏsƏlini, yəni ƏlAğ
EySarımızı təhrif edib, "İisus"a döndərib, Kərəmin əslini-nəslini oğurlayıb,
Kərəmə isə dar "köynək geyindirib", "yaxasını bənd-bənd bağlayıb", bu dar
"köynəyin" - "dar ərazinin "düymə"lərini açıb "bədən"ini - "Vətən"ini
EvOdÜnünü azadlığa çıxarıb ƏsƏlə qovuşmaq xəyalına düşsən yanacaqsan, ey
"yanıq Kərəm"im - yanıq OdƏrim! Budu Dinin fəaliyyəti! Dağ "Kəsəmən" -
"KiƏsMən" - OdƏsMən "Musa ağa"nın gizlin "Muğ"larının "köynəyi" idi, vaxtilə oraya sürülmüşdülər. Biz o "köynəyin" bir "düyməsi"ni açdıq,
yandıq. Qıraq "Kəsəmən" adlarında "köynəklərimiz" vardı. O kəndlərdə də
yanmışıq. "Muğanlı", "Muğan", "Maku" - BağOd, "Bakı" - BağOd "Quba" -
OdBağ adlarında saysız-hesabsız "köy-nək"lərimizdə yanırıq.
Əmma, dediyim kimi, dərsi dayandırmırıq.
Möhürdə OdƏr sözlərini oxutdurub hər "söz" - ƏsÜz - (Yaradan məna)
ətrafında söhbətlərdən sonra möhürnən "Quran" arasında uçurumu əyani
göstərmək üçün "surə"lərdən, "ayə"lərdən misallar gətiririk. Məsələn, "Quran"ın
axırından bir "ayə"yə fikir ver: "And olsun səhər-səhər buğ püskürən atlara!"
Guya "Allah" deyib bu "ayə"ni, "Peyğəmbər" də yazıb: "and olsun... atlara!..
"Allah" niyə "at"a arıd içir?! Nədi bu "səhər-səhər buğ püskürən?!" Heç kəs, heç
kəs baş açmır ki, "Allah"ın, "Peyğəmbər"in adına çıxılan bu "ayə" nədi!
"GurÜn"dən təhrif tərcümədi? Bəs niyə bu qədər anlaşılmazdı?!
Sadəcə, İlan "alim"inin İlana xidməti sayəsində "ÜnOd" - "and"nan əvəz
olunub, "ƏsƏr" - "səhər"nən, "Bağ" - "buğ"nan, "Od" - "af"nan! Vatikanın
iblisanə qəhqəhəsidi bu, oğul. GurÜnün axırında yekundu o "and"a döndərilən
ÜnOd.
Yenə pozuram söhbətin sistemini, səbəbini sonra biləcəksən.
Nizami deyir: İlk müsəlman Mühəmməd Peyğəmbər qırx min il bundan əvvəl
anadan olub.
Nizaminin dövründən - on ikinci əsrdən o yana min yüz il götürək, geri
sananan əlliminillik tarixdən də iyirmi doqquz min il götürək, nə vaxt anadan
olub Peyğəmbər?
İyirmi doqquz mininci ilin əvvəlində.
Din isə deyir miladın - Yeni tarixin yeddinci əsrinin əvvəlində atası Abdullah
öləndə "Peyğəmbərin" doqquz yaşı vardı.
Hansı düzdü - Nizaminin yazdığı, yoxsa "İslam" tarixçilərinin yazdığı?
Nizamiyə inanammırsan, doğrudu?
Səməd səmimi etirafla:
- Doğrudu, inanammıram, əmi, - dedi.
Müslüm yenə də tamam səssiz addımlarla gəlib, səliqə ilə soyulmuq soyutma
yumurtalar, duz gətirib, tezcə də çəkilib getdi.
- BağHəmOdun "Yer"də təxminən otuz min altı yüz il yaşamağı sənə
fantastika kimi görünür. Eyni zamanda "böyük Nizami", "dahi Nizami" deyə-
deyə fıkirləşirsən ki, Nizaminin Peyğəmbərə müraciətlə "sən qırx min il bundan ovvol anadan olmusan" sözləri, şübhəsiz, boş-boşuna
yazılmayjb. Nə sirr var burda?
Sirri açım, yoxsa əvvəlcə yumurta yeyək?
Səmədin fikri yenə də uzaq illərdə, "gör səbətdə yumurta qalıbmı?" – deyən
üzüntülü raykom katibi ilə Bircə balasının o qəmli günlərində gəzdi. Sonra
tüstülü həyəti gördü, fikri qanşdı, əmisinin üç barmağı ucunda ona doğru
uzatdığı yumurtanı alıb "podnos"a qoydu.
- Hələ söz yeyirəm, - deyib gülümsünməyə çalışdı. Sultan isə bir an
içində dəyişib köksünü ötürdü.
- Bayaq Aşıq Sadıq barədə danışanda beynimdə bir bayatı dolandı:
Dərddə Kərəm. Neyləsin dərdə Kərəm? Qoşullam qəm kotanına, Çəkərom,
dord okorom!
Nizamidən danışanda Yanıq Kərəmi xatırlayıram. Yanıq Kərəm-dən
danışanda Nizamini xatırlayıram. Çünki Nizami də yaxası bənd-bənd bağlanmış
"köynək" içindədi.
Diqqətlə dinlə.
"Qırx min il bundan əvvəl anadan olmusan" sözlərinin sirri "ilk müsəlman"
ifadəsindədi. "İlk müsəlman" ifadəsinin sirri isə təhrif "mü səlman" sözü altında
gizlədilmiş OdƏr sözü "BağƏsƏlMən"dədi.
Subasqınından sonra geri sananan tarixin iyirmi doqquz mininci ilində EySar
ÜnEv ("Noy", "Nuh") QalAğımızın ƏlAğı -"Allahı" idisə, böyük qardaş Ulu Bağ
ƏsƏlMən isə Olamda öz birinci Odu - adı –rütbəsilə ƏsƏlMəndisə, "Solomon",
"Süleyman" ƏsƏlMəni təhriflərə bağlayan BağƏsƏlMən ("Mü səlman") kim
idi? Bağ deyildimi? Yəni əbədi Bağlardan deyildimi? Bağ Atamızla oğullarının
Kainatda, demək həm də "Yer" - EyƏrdə əbədi yaşaması dəyişməz
qanunauyğunluqdusa, "ilk müsəlman"ın - "Müslüm"ün – BağƏsƏlMənin -
BağHəmOdu "Mühəmməd"in Nizami əsrindən "qırx min il əvvəl anadan olub"
yeni tarixin yeddinci əsrində "Məkkə"də - BağOdda Bağlıq eləməsi, yəni Yerdə
otuz min altı yüz il yaşaması "fantastika"dımı, əzizim?!
İndi təsəvvür elə ki, nə Xızr Abıynan ünsiyyətdə olmusan, nə də mənnən,
OdƏr bəşəriyyəti, OdƏr dili haqqında heç bir məlumat almadan, oturub "Xəmsə"
oxuyursan: "Sən qırx min il bundan əvvəl anadan olmusan". Yandımı Nizami?!
Bəli, əzizim!.. "Dərddə Kərəm!" Yəni dərdlilikdə "Kərəm"in - OdƏrimin
bərabəri yoxdu.
Əsli - OdƏrcəsi "ÜnƏsim" (Yaradan Ünüm) olan "Nizami" təxəllüs"ü də
alov içindədi, oğul!
Batinlərimiz təhrif dildə "Mütənazi" də adlandırırlar Nizamini. "Tənzim
edən" mənasında. Nəyi tənzim edən? "İslam" tarixçiləri dərhal tərəddüdsüz
qışqırırlar ki, "dini tənzim, edir, Nizaməddindi!" Məhz buna görə də Nizami
"köynək" içində yana-yana deyir: "İnsanın beyni susuz səhradır" (Heç nə
bitirmir). Nizamiyə, on ikinci əsrdə Bağdadda Ərəb dili içində özlərini "İxvar os
Səfa" (SafAğ qardaşları) adlandıran SafAğ Alimlorinə, Nəimiyə, Nəsimiyə,
saysız-hesabsız "Şeyx"lərə -ƏsAğlara tamam etinasız, əsrlərdən bəri inadla
təkrar eləyirlər ki, "ilk müsəlman Müslümdü". Min-milyon dəfə şərh elə ki,
"Müslüm"nən "Müsəlman" eyni sozdü: hər ikisinin əsli BağƏsƏlMəndi, təsdiq
eləməz Din!
Planetimizin bəlası hər şeyi dərk edə-edə heç nəyi dərk eləmiyən qeyri-adi
idraksızlardı, oğul
İkiqat diqqətli ol indi, bəlanın miqyasını gör.
"Yevangeliye" kitabı ilk kəlməsindən son kəlməsinə qədər təhrif tərcümədən
ibarət olduğu kimi, adı da təhrif tərcümədi. Əsli - OdƏr-cəsi "EvÜn OdƏP"di
(Ün Evinin Hoqiqət Əli). Qrek-Latınlar "Şad xəbər", "Muştuluq" mənası
veriblər. Yeni tarixin dördüncü əsrində "xristian"lığı rəsmi "Religiya" elan
edəndə "muştuluq"layıb öz təbəələrini. Nəyə görə? Deyəcəm indi.
"Yevangeliye"yə "Novıy zavef"də deyirlər. Rusca deyil bu ad.
Əslini - OdƏrcəsini eşit: "ÜnEvEy ƏsEvOd" (Uca Ev Ünü Yaradan Evin
Həqiqətidi). Ərəbcəyə tərcümədə "İncil" adlandırıblar, bu da guya "Şad xəbər" -
"Muştuluq" mənasındadı.
"Religiya"nın bəd əməllərinin əsasını dönə-dönə deməliyəm: sözü öldürür!
"ƏsÜz"ü - Yaradan Mənanı! Həqiqəti əksər hallarda ələ salır, iblisanə qəhqəhə
çəkir. Belə qəhqəhələrnən dolu olan "Quran"dan ən dəhşətli bir qəhqəhəni
eşitməyən adam yoxdu: "Məryəm oğlu İsa!" "Məryəm oğlu!" "İncil"dəndi bu
dəhşət: "İşıq"dan hamilə olub Məryəm ana. "Boq otets" işıqdan ibarətmiş. Ərinsan deyilmiş?!
"Religiya" hardan alıb bu dəhşəti? Dedim: sadəcə OdƏrcə "Ər" kəlməsinin
"işıq" mənasını tərcümə eləyib, "Ər"in İnsan mənasını atıb!
İndi yekununa bax "İnciF'in - "Muştuluq"un: "Quzu gəlir, başının üzərində də
çoxlu təhrif adlan". Nədi bu, bir şey başa düşürsən?
"İisus" gəlir əvəzinə "Quzu gəlir" yazıblar! Niyə?
Səməd donub qalmışdı.
- EySar əvəzinə "quzu"?! "İncil"dədi bu?!
- Bəli, əzizim!.. Bütün Bağlarımızın, o cümlədən ƏlAğ EySanrı
rütbələrindən biri OdƏsdi (Yaradan Həqiqət). "Od" ovəzinə burda da "ki" gətirib
Qrek". "KiƏs"i türkcə "küz" eləyib, müasir dilimizdə "küz", "küzü" (quzu
saxlanan yer mənasında) işlətdiyimiz sözü "tərcümə" eləyib, EySar OdƏs dönüb
olub "quzu"!
Bəs "başının üzərində çoxlu təhrif adları" nə deməkdi? "Bojie simvolı"
adlandırırlar. Yəni rəmzləri açmağa cəhd göstərmə! "Kitab" "quzu" deyir, sən də
"quzu" de, kimlərəsə qurban kəsilmiş yazıq bir heyvan hesab elə. Vəssəlam!
Budu "Novıy zavet" - "Şad xəbər" -"Muştuluq": sevin ki, "quzu" gəlir!.. Qəhqəhə nədi, bütün bəşəriyyətin başına ip salmaq kimi bir şey deyilmi bu
"Muştuluq?!"
İmkanın olanda tap oxu ruscasını, gör necə İlandı Bağı "quzu" eləyib, adları -
rütbələri gizlədən Din!
Deyəcəm, biləcəksən ki, EySann öz alim yoldaşlarından hərəsi bir xatirə kimi
şey yazıb "çarmıx" hadisəsindon sonra. Tərikcə - Türkcə yazıblar, OdƏr
terminlərindən istifadə edə-edə. İian "alimlər"i SafAğ Alimlərinin adlarını
gizlədə-gizlədə qrekcəyə, sonra latıncaya, sonra köhnə "rus" dilinə tərcümə
eləyiblər, indiki "Ukrayna", "Rusiya", "Bolqariya" ərazilərində zornan tədris
elətdiriblər, "Rus"a dönənlərimizdə EySar haqqında olan-qalan təsəvvürü də
məhv eləyiblər. EvÜn OdƏrƏs "İvan krest"itcl"ə döndərilib "İisus"u "krest"it
eləyibsə, EyƏr ƏsƏlimə "Yeru səlim"ə döndərilibsə, "tərcümə"di bu, yoxsa
qatillikdi?!.
İndi qayıdıram "Bibliya"nın "Vetxiy zavet" hissəsinə.
"Vetxiy", bilirsən, "stany" – köhnə mənası alıb rusca, "starıy za-vet" - "köhnə
xəbər" mənası verir.
Görək nədi bu "xəbər": "Zmeya iz travı podnyala qolovu, skazala: "Eş,
vkusno". Adam sycl yabloko i bıl izqnan iz Raya". "Adom almanı yedi və
"Ray"dan - Cənnətdən qovuldu". Başqa variantı da var, bilirsən, "alma" deyil:
"buğdanı yedi, Cənnətdən çıxdı".
Cəfəngiyyatdı?
İlk nəzərdə cəfəngiyyatın kvadratıdı. Oxuyub istər-istəməz çiynini çəkirsən
ki, necə yəni "ilan" dedi?! İlan dilə gəlib, deyib: "Ye, dadlıdı?!" "Adəm" deyilən
isə bir dənə alma yediyinə görə qovulub cənnətdən?! Bu nə "alma"dı belə?!
"Alma" niyə "buğda"ya dönüb?!. Sual suala calanır, "Boq"un, "Allah"ın
"özünəbənzər" yaratdığı "ilk insan"ın, nə üçünsə "peyğəmbər" adlandırılan
"Adəm"in "Ray"dan - "Cənnət"dən qovulması dumanlı günah iş kimi, müəmma
olaraq qalır. Niyə? "Xris
tian"ını, "müsəlman"ını niyə belə axmaq vəziyyətinə salır "svyataya Religjya",
"müqəddəs Din?!"
Danışacam indi, görəcəksən ki, "quzu"dan da dəhşətli qəhqəhədi bu "Adəm"
əhvalatı.
İndiyə qədər hamıdan, o cümlədən "İbrahim peyğəmbər"ə ("Avram"a) sitayiş
eləyən molla, üləma qismindən də, şagirdlərimdən də gizlətmişəm həqiqəti.
Dəfələrlə soruşublar: "Avram, Sara əhvalatı doğrudurmu?" "Alma" sözünün
altında nə var?" Demişəm: "Bilmirəm". Bağ Atanın "İsay", "İsay Novin"
adlandınlan ikinci Oğluynan "Av-ram" - "Ibrahim" adlandınlan üçüncü oğluna
sitayiş eliyənlərimiz, yəni EyOd OdƏri ikon "İud"eyə" "Yohu"di"yə, ƏrEy
OdƏri EvƏrEy ikən "Yevreyə" dönənlərimiz Qrekin siyasət toru içində casuslar
təbliğatına elə uyublar ki, "Avram" EvƏrimdi, OdƏrdi - "Türk"dü desən, elə bu
da bəsdi qan düşməni kimi baxsınlar sənə. Çox parçalanıblar Təriklərimiz, oğul.
Bu saat burda - Şimalımızda ruslaşdırma, Cənubumuzda farslaşdırma,
assimilyasiya prosesi necə güclüdüsə "Yohud"a, "Yevrey"e döndərilənlərimiz
arasında antiTürk təbliğatı da bir o qədər güclüdü. Bədbəxtlik basıb milləti, heç
bunu da deyəmmirəm ki, "Avram" - "Sara" əhvalatı hiyləgər quldar uydurmasıdı,
həm xalqın özünü əxlaqca pozmaq, həm də həmişəlik ləkələmək üçündü: "Ot
arasından başını qaldıran ilan" da seksual mənadadı, "alma" da, "buğda" da!
Uydurma "ilk insan"nan - "Adem"nən yox, "Bağbil"in müəllifiynən, yəni
EvƏrimin özüynən bağlı təhqirdi. ƏlAğ EySarımız necə "Məryəm oğlu İsa"ya
döndərilibsə, EvƏrimin öz admdan yazdığı "OdMən EvEy" də eləcə "Adam"a,
"Yeva"ya, ƏrEy vilayəti isə, bayaq dediyim kimi, "Ray"a döndorilib!
Necə olub bu?
Təfsilatına qulaq as.
Geri sananan tarixin dörd mininci illərinin axırında. QalAğımızın o vaxtki
ƏlAğı - "Aliah"ı EySarÜnEv OdAğÜzdən xəbər verib ki, Qreklər onun - EySar
ÜnEvin çarmıxa çəkilməyini* Qrek Kesartmn admdan silib, EyOd OdƏrlərinin
özlərinin üstünə yıxırlar, xalq arasında ziddiyyet düşüb, parçalanma var,
icmalarda qan, qırğın ola bilər; Qreklərdən gizlin, bir Sar göndərin, ərazini
gəzsin, ünümü icmalara çatdırsın... Ulu
_____________
*İsraildə "Yəhudi" əqidəsinə görə, ƏlAğ EySar Bağ deyil, EySar ÜnEv (İsay) isə həqiqi Bağ
Oğlu sayılır. Odur ki, xristianlıq ("staroxrestyanstvo") ƏlAğ EySardan çox-çox əvvəller çarmıxa
çəkilmiş başqa bir EySarla bağlıdı.
Bağ ƏsƏlMən o vaxt BağSar - "Musa" rütbəsində işləyirmiş. Üç min on
səkkizinci ildə HəmOdÜndəki SarEyində SinOd məclisi çağırıb, EySar ÜnEvin
Ününü - xəbərini danışıb, deyib SinOd üzvləri - əbədi Sarlar Yer mühitində
qocalıblar, ağır xəbərlər eşidə-eşidə icmalar arasında gəzməyə dözməzlər, buna
görə də Ulu Bağ təklif eloyib ki, əlli yaşı təzə tamam olan EvƏrimə Sar ÜnAğ
(SafAğ İnsan Ünü Hökmdan) rütbəsi verilib EyOd San təyin edilsin.
EvƏrim gedib, Misir EvƏrEyÜnün - "Faraon"un, çətinə düşəndə isə Ulu
Bağın özünün köməyiynən EyOd - "İud" icmalarında qırx il Sar olub, Qreklərin
təhrikiynən "Fələstin Ərəb"ləri EyOd icmalarının dağıdandan sonra isə, əbədi
Sarlanmıznan birlikdə, ta Bağdayın batinliyinə qədər GurOdlarda - "Yurd'Marda,
yəni vilayətlərdə Sar olub. "Vərəsə"mizi oxuyanlar bilirlər ki, EvƏrim Sar ÜnAğ
yeni tarixin yeddinci əsrində də "Yer"də, "Mədinə"də olub, hələ də davam eləyən
ziddiyyətlərin yatırılmağında iştirak eləyib.
İlanın "Din"i isə bu Elm cəngavərinin Sar ÜnAğ rütbəsini "sarı inəyə" (qızıl
inəyə) döndərib! "Müqəddəs Quran"da "Allah" "Musa"ya deyir: "Yəhudilər
adam öldürüblər. Mübahisə eləyirlər, qatili tapa bilmirlər, xəstələniblər. Onlara
de bir sarı inək tapsınlar. İnək nə qoca olsun, nə cavan. Orta yaşlı olsun. İnəyi
kəsib, yansını xəstə Yəhudilərə vursunlar!"
Təəccüblənmə. Tərcümə xətası deyil, əbədi sarlarımızı ən iyrənc əfsanələrlə
həyatdan, həqiqətdən ayıran quldar hiyləsi məhsuludu. Üç min on səkkizinci ildə
verilən Sar ÜnAğ rütbəsi "sarı inəyə" döndərilib "kəsilib, yarısı xəstə Yəhudilərə
vurulub, Yəhudilər sağalıblar, daha heç kəsi qatillikdə taqsırlandırmayıblar!"
Bəs niyə "yarısı?"
Sar ÜnAğ bütün başqa OdƏr rütbələri kimi, bütün ƏlAğlara aiddir. Ulu Bağ
da Sar ÜnAğdı, EySar ÜnEv də Sar ÜnAğdı (EvƏrimi dedim), ƏlAğ EySar da
SarÜnAğdı. Dörd qardaşdan ikisini gizlədib İlan, "Yəhu"di"lərə "İsay Novin"nən
"Avram"ı, yəni "sarı inəyin yarısını" verib və qəhqəhə çəkə-çəkə yazıb:
"...yarısını Yəhudilərə vurdular". "Verdilər" yox ey, "vurdular" - "atdılar" -
"tulladılar"! (İnəyin cəmdəyinin yarısını elə bil itə tullayıblar). Üstəlik xalqın
böyük bir qismi yarım şaqqa inəyin ətiynən sağalıblar! Sar olan EvƏrimin -
"Avram"ın adı da yoxdu burda. Niyə? Çünki quldar qələmi Sar rütbəsi əvəzinə
Saranı verib "Avram"a! Sarlığa getmək nədi?! "sürgün olunub" "Avram", "Midiya"dan "Misr"ə, "Faraon"a pənah aparıb, Saranı arvadı kimi yox,
bacısı kimi təqdim eləyib, "məsələnin üstü açılanda ordan da qovulub!" Bizim
Şamaxı tərəfdəki "cuhud"lara danışdım bu Sara əhvalatını, soruşdum ki, niyə
susursunuz?! Savadlı oğullar yetirmisiniz, niyə etiraz eləmirsiniz ki, "Bibliya"
bütün xalqı əxlaqsız qələmə verir!.. Başqa biabırçı şeylər oxudum "Bibliya"dan:
"...kolların diblərində pis-pis işlərlə məşğul olursunuz..." Açıq dedim: "bütün
milləti homosek-sualist qələmə verir Bibliya!" - dedim. Nə desələr yaxşıdı: "Sən
get bunları "Bibliya"nı milyon tirajnan çap eliyən qardaşlarımız russkilərə de
Moskvada!.." "Soruş ki, Bağ Atanın Oğlu bu qədər murdardısa, "prorok"luğunu
niyə qəbul eləyirik biz?!"
Sonrasına bax.
"Müqəddəs Bibliya"ya görə, Sara hadisəsinin üstündə "Boq" "Avram"a
düşmən kəsilib: "Avram i Boq vsyu noç borolis. Utrom Avram pobedil Boqa". -
"Bibliya"dandı bu, gözün bərələməsin, bala! Bayaq başqa cür oldun mən bunu
deyəndə, hiss eləmədin. Oğlunu atadan ayırmaqla kifayətlənməyib "svyataya
Religiya", əlbəyaxa döyüşdürüb! Üstəlik, "Avram" "Boq"a qalib gəlib. Bağ
Ataya! Bəs "işıq" idi Bağ Ata, Məryəm ananı işığıynan hamilə eləyirdi, burda
niyə belə güləşən-vuruşan oldu?! "...pobedil Boqa" sözlərinin ardınca gör nə
yazılıb: "... i poşel, obyavil, çto krup svinyi ne syedobno". "Getdi elan elədi ki,
donuzun budu yeməli deyil." Niyə? Çünki "Boqun əli toxunub donuzun
buduna!" Oxuyub dəhşətə gəlirsən ki, bu donuz hardan çıxdı?! "Boq"nan
döyüşən "Avram"dısa ("Boq"un əli "Avram"ın "buduna toxunubsa"), "Avram"ı
niyə svinya adlandırırsan, ay "kitab" yazdıran İlan?!. Belə coşuram, sonra da
köksümü ötürüb qalıram! Çünki "Religiya"nm əlinin üstündə ol yoxdu, oğul,
necə istəyir, o cür də təhqir eləyir! Mənim coşmağımdan nə çıxar?!
Ən dəhşətlisi isə budu ki, qırx il OdEy (Uca Həqiqət) yayan EvƏrimin
OdEyini türkcə "dəyə"yə çeviriblər, "Midiya"dan qovub başqa yerlərdə ev
tikməyinə, yurd-yuva salmağına da ixtiyar verməyiblər guya!
Niyə?
Çünki, sadəcə fateh kitabıdı "Bibliya". Geri sananan tarixin üç mininci
illərindən indiyə qədər, beş min il müddətində müharibə ocağına döndərilib
ƏsƏrƏl - "İsrail". Budu bax Fateh məkri, "Quran"da təkrar olunur: "Kafiri
müharibələrdə öldür!" Dərk elə indi: Stalin niyə dəridən çıxırmış qırx səkkizinci
ildə ki, "Yevrey"lərə məhz orda – İsrayılda dövlətçilik verilsin! Sadəcə, "Yevrey"i müharibəyə çəkmək üçün əlverişlidi ora.
Ərəbə qarşı döyüşsün və bütün Ərəb aləmi Yer üzündən silsinEyOdOdƏrini!
Diqqət yetir, indi, gör "Avram"ın düşməni "Boq" "Avram"ın xalqına nə
deyir:
"Narod, iduşşiy nedobnm putyom... Narod ne imenovavşiysya imenem
moim".
Necə yəni "mənim adımla adlanmayan xalq?!" EyOd OdƏrlərinin adı EyOd
(Uca həqiqət) təhrif dillərdə nə qədər təhrif olunsa da, məlum deyilmi ki,
"İsrail"də indi müstəqil olan xalqın adı məhz Bağ adıynan bağlıdı?! "Boq"
adından belə hökm verən "Religiyanın" məqsədini anlamaq üçün baş sındırmaq
lazım deyil.
Gör nə deyir "Bibliya":
"On (Boq) obratilsa v nepriyatelya ix, sam voyeval protiv nix". Niyə? "Boq"
niyo düşmən olub "İsrail"lilərə, niyə döyüşüb onlara qarşı? Çünki "oni"
("İsrail"lilər) əskərlili svyatoqo duxa yeqo!" Sadəcə, "İsrail" "xrist"i - Qrek
"Boq"unu qəbul eləmədi. Bağı olmazın uydurınalarnan təhqir eləyən İlan öz
əməlini "İsrail"lilərin adına yazıb ƏsƏrƏli Bağdan tamam ayırandan sonra, yəni
"Xristos"a sahib olub Bağ Oğlu Bağ EySann adını "İis+us" yazandan sonra,
birdən-birə gör necə qışqırır:
"Vozstan, svetis, Yerusəlim... nad toboyu vossiyayet Qospod..." Oxuyursan,
deyirsən: "Bıy! O noydi, bu nədi?!" Sonrasına bax: "More boqatstvo,
sostoyaniye narodov pereydut k tebe. Kidarskiye ovtsı pe-reydut k tebe".
Nə oldu birdən-birə?! "Xalqların varidatı niyə Yerusəlimə keçməlidi?!
Üstəlik "Kidarskiye ovtsı" - OdƏrlərin qoyun sürüləri niyə Yerusəlimə
verilməlidi?!" Bu dərəcədə əcaib hökmün səbəbi nədi?
Bir adı var bunun: vəhşilik!
Vəhşi ehtiraslar qulu, Quldar İlan bütün bəşəriyyəti küt heyvanat görüb
niyyətini açıq deyir: Bağlarını səndən, səni Bağlarından ayırdım; birinin edamını
sənin boynuna atdım, ikincini öz bacısına evlənən heyvan elədim, üçüncüsünü
quzuya döndərdim! Başın üstə KeSarınıın qılıncı! "Beytül müqəddəsiyin" edam
yerində osgərlərimin çarmıxı! İndi mərhəmətli ola bilər Quldar: "Vozstan, svetis,
Yerusəlim... nad toboyu vossiyayet Qospod". - "Qalx ayağa, parla, Yerusəlim!.."
Conab Boq işıq saçacaq sənin üzərində!" Nəyə görə? Əlinin toxunduğu yer
murdar sayıldığına görə?! Düşmən Boq niyə dost oldu birdən-birə?!
Mərhəmətli "Qospodin" açıq deyir sözünü: qoşul mənə, xalqların varidatını
talayaq, OdƏrlərin qoyun sürülərinə sahib olaq!
Və oldular, ay oğul! Sürülərimi verib kolxozlara, kolxozları verib rusa! Rus
yığır, yığışdırır, Vatikana göndərir! Casus monaxlar ordusunun qarınları şişir
dama dönür!
Qoyun əhvalatından təəccüblənmə. Qurldara çoxdan məlumdu ki, "qoyun"un
- quyunun yunu, dərisi, əti, südü yalnız Bağday torpaqlarında xeyirlidir.
"Müqəddəs kitab"da xüsusi səslənən "Kidarskiye ovtsı pereydut k tebe" sözləri
Bağday ərazisinə dikilmiş fateh gözlərindən xəbər verir, oğul.
Fateh yaxşı bilir ki, donuz deyil "Odarskaya zona"mnkı, qu yundu! Qoyun
kababının dadı burada!
Özün düşün indi: məqsədinə necə çatıb İlan? Kimlərin əlləriynən soyur Tərik
- Türk OdƏrlərini?!
Keşiş Vissarion yetirməsi İosif öldü. İosif yetirməsi Mirqəzəb cəzalanır.
Əmma bütün planet əsir-yesirdi "Xaç" mərkəzinin pəncəsində. İndi özün daha
aydın dərk eləyərsən ki, Stalinin şəxsiyyətinə pərəstiş kompaniyası, Mirqəzəbin
məhkəməsi ətrafında hay-küylər də SSRİ-nin guya dəyişdiyini nümayiş
etdirmək, gözdən pərdə asmaq üçündü. "Stalin repressiyasının qurbanları" adında
uzun bir siyahı var Məhərrəmdə; güllələnən, islah düşərgələrində öldürülən
"milli kadrlarl"a ölümündən sonra "reabilitasiya" verəcəklər. Sair-dramaturq
Hüseyn Cavidə, şair Mikayıl Müşfiqə, şair Əhməd Cavada "bəraət verməknən",
əsərlərini xalqa qaytarmaqnan, şübhəsiz, nə isə verirlər bu xalqa. Adları heç kəsə
məlum olmayan "muğ"ları - Bağları, "pantürkist", "panislamist" damğalı alimləri
niyə qaytarmırlar xalqa?! Qaytarsaydılar, tək bu xalqı yox, bütün planeti
maarifləndirərdilor, o da ki, İlanın nəfəsini kəsərdi!
İlan, OdƏl OdƏs ikən "katalikos"lara dönənləriynən, BağOdƏr ƏrAğ ikon
"Patriarx"lara dönənləriynən birlikdə, işini görüb qurtarıb, oğul. Ulu Bağ yoxdu!
EySar Ün Ev yoxdu! EvƏrim yoxdu!
İşıq gəmilərində gəlib-getsələr də yoxdular!
Məzhəkəyə bax: körpə uşaq vaxtı oturduğu yeri isladıb "Avram" -"İbrahim"
peyğəmbər, uşağın islatdığı yerdən su fəvvarə vurub - "ab zəm-zəm"! O
"müqəddəs zəm-zəm suyunun üstündə "Məkkə" tikiblər, bütün şərq axışır,
qızıllayır "İbrahimin" islatdığı yeri! Cəhalət?! Xeyr! EvƏrimin ƏsAğ adından
azmış "oğlu" "İsak"dan törəyənlərnən EyAğ adından azmış oğlu "Yak"ov"dan
törəyənlərnən qucaqlaşırlar orda. "İsak"ın başında çalma, döşündə "Quran",
"Yakovun"
döşündə "xaç", başında "Bibliya" kəlamı: "Avramın ekiz oğlu oldu. Anasının
qarnında qardaşının ayağından çəkdiyinə görə kiçik qardaşın adını Ayaq
qoydular" - Budu bax Din! Monaxlar bəşəriyyətimizi o qədər küt, axmaq
sayıblar ki, türkcə "Ayaq" məzhəkəsini başqalaşdırmağı da lazım bilməyiblər!
İnanmırsan?! Belədi İlan kəlamı "Bibliya". "Yəhudi" və eyni zamanda
"müsəlman" "İsak"nan "Yəhudi" və eyni zamanda xristian "Yakov" bir atanın iki
oğludu; "Ayaq"ın nəyinə gərəkdi EyAğlığı?! "İsak"ın nəyinə gərəkdi ƏsAğlığı?!.
Qılınca sarılıb öz milləti Türkü qırsm, İlan da qızıl yığsın, başmda EvƏrEy fəsi,
əynində EvƏrEy xirqəsi "kəpənək" EvƏrEy qanı içə-içə "qlavmy Yevrey"
adlansın!..
"Bağbil" "Bibl" adıynan yayılanda anlaşılmaz söz və ifadələrin sayı-hesabı
yoxuymuş; Yetmiş nəfər "müdrik" "pop" təyin olunub ki, söz və ifadələr
ətrafında "tolkovaniye" aparıb məna çıxarsınlar. "Semdesyat tolkovateley"* adlandırırlar EyAğı "Ayağ"ı, ƏsAğı "İsak"a döndərən "müdrikləri"!
İki yüz illik müharibə dövründə Skandinaviyaya, "Ukrayna"ya, "Rusiya"ya,
"Bolqariya"ya minlərnən yox, yüz minlərnən elə "pop" hazırlayıb göndəribmişlər
Vizantiyadan. Heyrətlənmə! Tarixi faktdı! Doqquzuncu, onuncu əsrlərdə
Skandinaviyada "Slavyalı" dili öyrənib, Ər Üz ikən "Rus" adlananlar məhz
"Bibliya"ya görə belə yad, yağı olublar bizə! Əmilərin yazmışdılar ki, səkkiz yüz
ikinci ildə OdEvdə -"Kiyev"də bağlanmış təslim müqaviləsi əsasında ƏlAğ
OdÜnƏs OdEv "Oleq Knyaz Kiev"skiy adlandırılıb. "Knyaz"ın təxt-tacını özünə
qaytarıb, dilindən iltizam alıblar ki, ölkəsində "slavyan" dilində "xristian"lığın
tədrisinə şəxsən özü, vəliəhdi və bütün əyanları kömək eləyəcəklər. Aradan min
yüz əlli il keçib. Get-gör, "Ben der" adlandırılan MənOdƏrlərdən başqa bilən
varmı ki, əsilləri Tərik - Türkdü!
Dərk eləyirsənmi nədi "Bibliya"?!
Get gəz o guya qapıları bağlı kilsələri, kilsəətrafı monastrları, xutorları, gör
qrek Stalin nə qədər "pop", "monax", "svyatoy otes" saxlayıb xəlvətdə, hamısı da
Qrek, Latm! Boli, əzizim. "Vo imya Otsa, Sına i Svyatoqo duxa" oxuyan o qara
keşişlərin arasında bir nəfər də "Rus" tapmazsan. Latındı, Qrekdi hamısı!
Casusdu! Bəli!
"Pravoslav" kilsəsi Qrek əsgərinə sitayiş edir Rusiyada! Ukraynada! Polşada!
Bütün Balkan ölkələrində! Kommunist partiyalarının
________________
*"Tolkovatcl" – təfsirçi, şərhçi. Izahçı
rəhbərliyində olan "Yevrey"lərin hamısı yüz faiz inanır ki, Vatikanda, başda
"Papa" olmaqnan, hamısı "Yevrey"di. "Papa" isə "qlavnıy Yevrey"di! Və
planetin bütün "Yevrey"ləri "Papa"nın gizlin hakimiyyətinə əsirdirlər! Min
illərnən bəşəriyyəti soyan Quldar İlan, "otun arasından başını qaldırıb deyir:
"Yeş, vkusno!" İnsanpozulub Rusiyada, Avropada! Əxlaqlı insan tək-tək
taparsan, onlar da pozulurlar. İşdən çıxar-çıxmaz, ər, cibində arağı, bir yana
gedir, arvadı o biri yana! Mən demirəm bunu, Moskva özü deyir! OdAğÜz
BağOdƏr planeti necə üz döndərməsin belə vəhşidən?! EySar ÜnEvin çarmıxa
çəkilməsini, sonra da ƏlAğ EySann çarmıxa çəkilməsini "İudey"in adına yazan
Quldarın "Bibliya"sı gör necə fateh hiylələrindən ibarətdi, oğul!
"Bibliya"ynan "Quran"dakı dəhşotlər bir çox hallarda səsləşir.
"Quran"da OdÜn - "kain"ə - "Kainat"a çevrilib, EvƏl "Habil" adında
"insan"a, OdEvƏl "Qabil" adında insana çevrilib.
"Bibliya"da OdÜn "Kain" adında insana, EvƏl "Avel" adında insana çevrilib.
"Kain ubil Avelya". Ölüm guya insanın dəyişməsindən yox, "Kain"in "Avel"i
Öldürməyiynən başlanıb! Burda da hırıltı var: "OdÜn EvƏli öldürdü!"
"Bibliya"da EyEv "Yeva"ya, "Quran"da "Həvva"ya çevrilib. Yenə deyirəm,
OdMən EyEv "Adam i Yeva"ya - "Adəm və Həvva"ya dönüb. EyEv ƏlAğ -
"yablok"aya, BağOd - "buğda"ya çevrilib. Bağdayın Olamdan sonrakı ilk
GurOdu - "Yurdu" (vilayəti) ƏrEy - "Ray"a, ƏrEyin OdÜnü "cənn"ə, "Cənnət"ə
döndərilib. Od - "ad"a (Cəhənnəmə), OdÜn həm də "cəhənn"ə, "Cəhənnəm"ə
döndərilib!
"Mif"in əsli - ÖdƏrcəsi BağEvdi. İndi gör, təhrif dil, təhrif şüur BağEv ƏlAğı
necə "mifologiyaya" çevirib. ƏlAğ - "Allah" hara, guya elm mənasında olan
"loq", "logiya" hara?!
"Mif" qəhrəmanları ölümdən sonra "əbədi kölgəyə" dönüb "yerin altında
yaşayırlar". Nədi bu?! Hardan yaranıb?! Necə deyərlər, qulaqlarını aç, yaxşı-
yaxşı eşit: Cahil insan SafAğ İşıqdan, ikinci doğuluşdan məhrum olub torpağa
qarışır. EySarın dilindən deyilən "ne ubiy" -ÜnEvEydəndi. Bağ qatilləri
OdƏrlərin də qisas hissinə qapıldıqlarını görüb qorxu altında, özlərini müdafiə
niyyətiynən "ne ubiy" yazıblar. Əmma bu ifadənin təsir gücü də var; sadəlövh
dindar "xristian" çəkinir qan tökməkdən. Belələri nə qədər günah işləmiş olsalar
da, ikinci dəfə doğulurlar. "Din"indən, dilindən asılı olmayaraq, az-çox işıqlı
adamların "Ruh"u - ƏrAğı uçur, əmma birbaş OdAğÜzə yox, "mifologiya"dakı
həmən "yer altına" gedir.
Yəni haraya?
"Vərəsə"mizdə bu barədə geniş yazılmışdı. Mifologiyadakı "Yer altı"
həqiqətdə "Ay" adlandırdığımız "Ağ" planetinin içidi, idrak acı balam.
Heyrətlənmə!
İndi izah eliyəcəm, biləcəksən ki, "Ay"- Ağ planetinin quruluşu "Yer" -
EyƏrin quruluşunun əksinədi.
Biz "kürrə"nin, "şar"m, eşiyində yaşayırıq, OdÜnEyƏsin - "Gü-nəş"in
"doğduğunu", "batdığını" eşikdən görürük. "Öl"əndən, ikinci doğuluşdan sonra
"Ay"ın - Ağın içinə gedənlər isə, "Günəş"in "doğduğunu", "batdığını" planetin
içindən görürlər. "Vərəsə"mizi oxuyanlardan, bir də şagirdlərimizdən başqa hələ
heç kəsin xəbəri yoxdu ki, "Yer" "alim"lərinin "ay ləkəsi", "okean"
adlandırdıqlan sahə boşluqdu. "Günəş" o "boşluğun" bu başında "doğur", o
başında "batır". "Yer"in atmosferi, səthi - relyefi, dağı, düzü, meşəsi, çayı, gölü,
dənizi necədisə, "Ay" - Ağın daxili də elədi. Biz, "Yer" sakinləri planetimizin
yuvarlaqlığını hiss eləmədiyimiz kimi, "Ay"- Ağm daxilinə gedənlər də nə
planetin eşiyindəki yuvarlaqlığı hiss eləyirlər, nə də içəridəki tərs yuvarlaqlığı.
Həyatımızın oxşar cəhəti bundadır ki, biz gözümüzü açanda özümüzü ailə, dosttanış mühitində gördüyümüz kimi, "Ay"ın içinə gedənlər də gözlərini açanda,
yəni şüura gələndə özlərindən bir qədər əvvəl "ölüb axirətə gedənlərin"
mühitində, çox vaxt ailə, qohum-əqrəba, dost-tanış arasında görürlər, başlarına
gələn hadisələr, "ölüm", "doğuluş", "Axirət" - AğƏr, "Kain"at - OdÜn, OdƏr
bəşəriyyəti, Bağlar, Sarlar haqqında ilkin məlumatdan və çox az müddətli
xoşbəxtlikdən sonra olduqca işgəncəli dərs dövrü başlanır. İkinci dəfə doğulan
insan, necə deyərlər, yarandığına peşman olur. Çünki günün müəyyən saatlarında
beyni tutulur. EySann adından deyilən OdÜn –həqiqət Ünündən başqa heç nə
eşitmir, Ər- İşıq içində göstərilənlərdən başqa heç nə görmür; "Yer" - də, necə
deyəllər, nə qələt qarışdırıbsa, nə oyunlardan çıxıbsa, hamısını bütün çılpaqlığı,
bütün murdarlığıynan görüb, iyrəncliyini dərk eləyir. Günlərnən, aylarnan,
bəzən, hətta illərnən əzab-işgəncədən qıvrılan, özünə ölüm diləyən adamlar olur
orda -"Ay"da. Ağa- SafAğ insana dönəndən sonra isə Saflığın, Ucalığın, əsil
mənada gözəlliyin gur hissiyatıynan, biliyinin hüdudsuzluğuynan, əbədi həyata
qovuşmağıynan xoşbəxt olur. Həmin bu vaxt - SafAğ dövrü başlananda
ətrafındakı əzizlərinə yenidən qovuşur, yəni hərbirinin Saflığını, Ucalığını,
Əbədiliyini dərk eləyir və günlərin birində İşıq gəmisinə doluşub OdAğÜzə,
əcdadlarının planetinə gedirlər. Budu "cəhənn"ə, "cənn"ə döndərilən OdÜn -
Həqiqət Ünü dünyası - "o dünya!", AğƏr- SafAğ İşıq - "Axir" - "Axirət". Bəşəriyyətimiz o qədər murdarlanıb ki, hətta
qatillikdən çox uzaq olan adamların əksəriyyəti də, öz murdarlığıynan öz
mənəviyyatını - özünü öldürdüyünə görə SafAğ İşıqdan məhrum olur.
"Ay"a - Ağa gedənlərin sayı çox azdı. Ün eşidə-eşidə dərsini "Yer"də alıb,
saflaşıb, kamilləşib bir baş OdAğÜzə gedənlərimiz isə o qədər azdı ki,
barmaqnan saymaq olar.
Bədbəxtliyimizin çoxu EyƏr ƏsƏlim adı dilə gətirilməyən "Yerusəlim"nən
bağlıdı. "Qüds"ə, bilirsən, "Beytül-müqəddəs" də deyirlər. "Pravoslav"
kilsələrində, "Vatikan"ın özündə olduğu kimi, "Yerusəlim"dəki BağOd -
"Beyt"də də, bütün ƏsƏrƏl - "İsrail"doki ƏsÜnAğ -SinAğ - "sinaqoq"larda da
özlərini "Yəhud"i - "İudey" qələmə verən qədim "qara Muğ"lar dindar Qreklər
"Yer altında həyat" mifini hələ də saxlayırlar.
"Beytül-müqəddəs"in yanında "Ölüm dərəsi"* adlanan bir yer var. Keçmişdə
"Beyt"ə ziyarətə gedən xəstələr həmin "Ölüm dərəsi"ndə açıq havada yurd salıb
qalırmışlar ki, öləndə "yerin altına" getsinlər və "ölülər diriləndə" müqəddəs
"Qüds"ün yanında dirilsinlər. İnan ki, indinin özündə də inanırlar bu dəhşətli
mifo!
Qırx səkkizinci - əlli birinci illərin hadisələrindən sonra yaman üzülmüşdüm.
Məhərrəm on iki günlük putyovka düzəltdi "MK"-nın Moskva civarında
sanatoriyasına. Getdim, üçcə gün qaldım, qaçdım. Təsəvvür eliyəmməzsən ki,
həmin "Ölüm dərəsi" barədə həqiqəti dilimə gətirdiyimə görə bir "Yevrey"
öldürmək istəyirdi məni. "MK"-nın işçisi ey! Cibində KPSS bileti, "marksist",
"materialist", "atvetrabotnik MK!" Dedi: "Zapomni moyu familiyu: Kiknadze!
Koqda nibud Kiknadze nakajet tebya!" Bayaq o sürməli prokuror "sui-qəsd"
deyəndə o dəqiqə Kiknadzenin sifəti gəldi durdu qabağımda: qarayanız, qartalburun "Gürcü". Hardan biləydim ki, "Gurcil"nün içərisi "Ölüm dərəsi"ni Qüdsün
bir parçası sayan dəhşətli fanatik "İudey"di, elə ordan - sanatoriyadan birbaş
Mirqəzəbə zəng vuracaq, süfrə üstə o beş-on kəlməlik söhbətimə görə mənim
taleyimdə həlledici rol oynayacaq! Sanatoriyadan qayıdan kimi Persin qəbuluna
çağırıldım. Səhər saat ondan axşam səkkizə qədər ac-susuz gözlədi məni qəbul
otağında. Geyincəkli, silahlı, "oxranalı" - filanlı, çıxıb gedəndə də üzümə
baxmadı. Bircə kəlmə "Kiknadze!" - dedi. Burdadı indi Kiknadze. Məhkəmə
zalında. Qienaynan yanaşı oturur. Tənəffüsə çıxanda, tənəffüsdən qayı-
_______________
*"Mehşər dərəsi", "Cəhənnəm dərəsi" də deyilir
danda hökmən mənim yanımdan keçir, tavana baxa-baxa qımışır: "Sudba Prometeya
naçertana na tvoyom lbu! Sudba Prometeya!"
Bayaq burda sən çox fikirləşirdin, eşitmədin, Müslüm dedi: "sui-qəsd təklifi
Kiknadzedən çıxıb". Məhərrəm məni nə qədər qorusa da, şübhəsiz, bu dəfə
öldürtdürəcək məni o Qiyenayrıan yanaşı oturan fanatik. Mənim ölümüm səni -
SafAğ yolunda olan balamı sarsıtmamahdı! O Kiknadzeyə, Qiyenaya-filana da kin
bəsləmə! Eşidirsən?! Kin öldürür SafAğı. Əbədiyyətini alır!.. Necə deyərlər, Allah
özü versin bəlasını. Rusca "otpuşşennıye" deyirlər elə kin mücəssəmələrinə. Yəni
özbaşına buraxılıb, öz daxiliynən məhvə aparacaq özünü. Əmma Midi Qiyenalarnan
yanaşı gedən belə "rabotniklər" in bizə vurduqları zərbələri heç kəs vurmur, oğul.
"Sudba Prometeya" deyir. Yəni işgəncəyə məhkum olunmusan... Bu səhor zalda yenə
bu ifadəni eşidəndə fikirləşdim ki, "Prometey taleyi" barədə xüsusi danışmalıyam
sənə. Çünki bir nəfərin taleyi deyil bu işgəncəyə məhkumluq, bütün "Yer"
Bağlarının, xalqımızın, daha doğrusu, bütün BağOdEyin - Bağdayın taleyidi.
"Mif"lerin hamısı ifşa olunmalıdı. Hamısı! Əmma "Prometey" barədə ayrıca,
xüsusi danışılmalıdı.
* * *
Qrek deyir: "Prometey" Olimp dağından "Allah"ların odunu oğurlayıb insanlara
verdiyinə görə Zefsin qəzəbinə keçib, Qafqaz dağlarında zəncirlənib, əbədi işgəncəyə
məhkum olunub. Qartal illər uzunu, həmişə Prometeyin köksünü deşir, əmma
Prometey ölmür, çünki ölümsüz Zefsin Yer qızı Medeyadan olan ölümsüz oğludu.
"Mif"ə bax, oğul:
"Bağ"lann "od"u oslindən - Oddan - həqiqətdən uzaq, adi ocaq odu imiş! Olam -
"Olimp" imiş, özü də qeyri-müəyyən məkanda -göydə! Olamın - "Olimp"in sahibi
Ulu Bağ ƏsƏlMən isə yerli-dibli yoxmuş, variantdan-varianta keçən təhrif "söz" -
Zefs varmış! Nəinki Bağday, təhrif söz "Midiya" da yoxmuş! Yer qızı "Medeya"
varmış! Bağdayı "əbədi zəncirləyən" mühasirəyə salan, OdƏri - "Kərəm"i
"köynək"də saxlayan fatehlərin planet miqyaslı hakimiyyəti içində Elm yayan saysızhesabsız SafAğ Alimləri FərOd* Bağdaylar da yoxmuş, tok-tənha "Pro Metey"
varmış!
____________
*Fars variantı "Fərhad"dan azmış "FərOd"un əsli - OdƏrcəsi EvƏrEy Oddur. Qreklərin
tələffüzündə EvƏr EyOd - "pro", Bağday - "Metey" EvƏr EyOd Bağday (Bağdayın uca İşıq Evinin
Həqiqəti) "Pro Metey" şəklinə düşüb.
Bu bədbəxtliyimiz barədə danışanda "Yevangeliye" - "Şad xəbər" düşür
yadıma: "Quzu gəlir, başının üzərində saysız-hesabsız təhrif adlan!" "Bibliya",
"pop"ların "tolkovaniye"si: EyAğ- "Ayaq", ƏsAğ-"İsak", OdEy - "dəyə",
ƏsEvÜn - "sivnya", BağOd - "bud!.." Hə-qiqəti öldürən təhrif dil, təhrif şüur
əməli fatehin "zənciri"ynən çox sıx bağlıdı, oğul. ƏrEy - "Rey" vilayətindən
başlamış, ƏrMən - Ərim -"Rum" (Türkiyə) ərazisinə, indiki "Borçalı" da daxil
olmaqnan GurUc - "Gürcü" torpaqlarının ucqarlarına qədər, ƏrƏs - "Risa" gölü
səmtindəki silsilə dağ ətəklərində Qrek əhalisi elə zəncir kimi düzülüb ki,
gəzsən, diqqət yetirsən, "mif" müəllifi Quldarın məharətinə heyran olarsan!
Bədbəxtlik burasındadı ki, əsrlər keçdikcə, zəncirin həlqələri içərilərimizə
yeriyir. EvƏr Ey Od Bağdaya "Fərhad" deyən "Fars"nan Qrek dilində "Pro
Metey" deyən "Rus" da zəncirliyən olub. EvƏrEy - "Yev-rey"im özünü
"Russkiy" adlandırıb "Pro Metey" Abıların özlərindən başqa şagirdlərini də
"zəncirləyir!" Bədbəxt "Otar Kiknadze" necə dərk eləsin ki, "Pro Metey" Sultanı
yox, özünü, xalqını, Vətənini zəncirləyir!
Ruhdan düşmə, bircə balam! Daxilini qaynatma! Eşit, düşün, dərk elə ki,
düşmən yoxdu, dilsiz-şüursuz cahil var. Planetin indiki mühitində cahil insan o
qədər güclü görünür ki, comisi əlli ildən sonra bu cəhalət dövranının
qurtaracağına, Elmimizin bütün "Yer" miqyasında yayılacağına heç kəs inanmır!
Həqiqətə qayıdış olacaq. Sən görməlisən o zamanı, daxilən yüngülləşməlisən.
Necə deyərlər, inşallah, Ün eşidəndə, dərsini birbaş OdAğÜzdən alanda belə
gərgin olmuyacaqsan.
Saşam öldürdülər, yerində ondan da cavan, ondan da Saf Pünhanımız var.
Mənzil kirələmişik şəhərdə, oturub yazır. Hələlik KPSS-in ifşasıynan məşğuldu.
OdAğÜzdən mənə deyilib: "Səmədin köməkçisi olacaq o Pünhan..."
Vanna otağının dal divarındakı xırda pəncərələrdən Bakının xilaskarı
Xəzrinin sərin nəfəsi vurmağa başlamışdı. Sultan paltarını götürüb pərdə dalında
geyindi, qayıdıb "tyubik"də oturdu, "julik"in* dibindəki arağı iki qədəhə tökdü.
- İçək o uzaq görünən yaxın zamanda yenidən görüşəcəyimiz günün şərəfinə!
"Araq" deyil bu, ƏrAğdı. SafAğ İşıq. Gülmə. Həqiqisi, safı olsa, bir çox "Yer"
xəstəliklərinin dərmənidi... Meyvələr, çiçəklər, otlar, bütün "təbiət" - OdEvdi,
Həqiqət Evidi - EyEsÜndü, qışqırır, haray çəkir ki, OdEvdə OdƏrMənəm -
Həqiqət İşığıyam, türkcə "dər məni"
_____________
*Kiçik şüşə
deyirəm, ey ÜnƏsdən uzaq "insan", sən isə elə "dərman" deyirsən, heç
düşünmək də istəmirsən ki, OdƏrə niyə "dər" deyirsən, mənə niyə "man"
deyirsən! Saatlarnan bax bu cür Ün gələcək beyninə, formaca eyni, məzmunca
müxtəlif sözlər deyildikcə, beynində kino-kadr kimi döyişən görüntülər
görəcəksən, çətinlik çəkmədən dərk eləyəcəksən ki, Ün sahibinin dediyi
"OdƏrMən" insana aiddi, yoxsa "dərmənə" və ya başqa bir şeyə... Beynin
yorulanda, demək olar ki, heç eşidilməyən pıçıltıya keçib, ancaq görüntüləmən
danışırlar. Burdan belə nəticə çıxır ki, ən səs-küylü yerlərdə təhrif insanlar birbiriynən qışqıra-qışqıra danışdıqları halda da sən Ün eşidə bilərsən. İclasdafilanda da OdAğÜznən danışarsan, ətrafında heç kəs xəbər tutmaz. Bax bu
möcüzəli xüsusiyyətə görə "təfəkkür dili" deyirik OdƏr dilinə.
Dilə şüurlu münasibət olmuyan yerdə insan yoxdu. Xalqının mənşəyindən,
OdƏr bəşəriyyətindən, ikinci doğuluşdan, əbədi həyatdan xəbərsiz olan "ən
savadlı" adamlar, Akademiklər də deyirlər: "Bu xalqın öz dili var! OdƏrə-filana
ehtiyacımız yoxdu!" Bir dostumuz var Akademiyada Məmməd Cəfər. Deyirəm:
"Tarixi öyrənsinlər, danmasınlar! Biz məgər yeni dilmi vermək fikrindəyik?!
OdƏr dili - beynimizin tarixidi. BağÜnünün! Kainatnan əlaqə vasitəsidi!"
İlana inam nəticəsində BağÜnlə verilən OdƏr adlan əvəzində İsgəndər
Zülqərneynin parçaladığı torpaqlarımızm hər parçası bir Qrek "söz"üynən
adlandırılıb, nəhayət, "akademik" Midi Qiyenanın "kitab"ındakı "Atropatan"
"söz"ü dilə-ağıza düşüb. Gör dilə şüursuz münasibət nə dərəcədədi ki, o tay, bu
tayın ziyalıları sayılan tarix, ədəbiyyat, dil, etnoqrafiya, coğrafiya alimləri
arasında bir nəfər də etiraz eləmir bu yad-yabançı "Atropatan"a! Açıq-aydın
"OdƏr batan"a sonrakı "Adr bicana!" Lap adi, sadə məntiqnən soruşa bilərsən ki,
Qrek mənim OdƏrimə, "Atri", "Atro" deyirsə, niyə mən də "Atro" deməliyəm?!
Qrek mənim BağOduma "pat" deyib, niyə mən də "pat" deməliyəm?! İlan
"alim"inin "fantaziya"sına bax: "Atropatan"dan "Adrbidan" "Adr bican" -
"Azərbaycan"! Yenə deyirəm bunu, yəni nə yurdun-yuvan olub sənin, nə də
dilin! Yəni "qədim dünya" deyəndə də "Qrek"i, Latını düşün, "qədim dil",
"qədim mədəniyyət" deyəndə də! Ən yaxşı halda, "ŞumƏr", "Sak", "Skif" ola
bilərsən sən. Rusiyanın indiki "qara torpaq" zonasında mədəniyyət abidələri
tapılan "Skif"lər!
Nədi bu "skif?!"
Hamı ciddi qəbul eləyir bu "söz"ü. Bəziləri deyirlər: "Əskifor" sözündəndi,
Qrek dilində "Skif"ə çevrilib". Yalnız İlanın İblis xarakterinə
bələd olan bədbəxt "Pro Metey" - EvƏrEyOd Bağday Abılar, Sultanlar acıb
danışırlar ki, "Skif 'in - "Əskifər"in əsli ƏskiEvƏrEy nə qədər təhqir olunsa da,
öz ucalığını qoruyub saxlayır. Bağ nəslini "Skif", "buğa" adlandırmaqnan cahil
öz murdar beyninin iyrəncliyini göstərir, oğul!
İndi keçirəm başqa şeylərə - daha ciddi təhriflərə. O təhriflər ki, vətənimizi
Yer üzündən köklü-köməcli silir. Diqqətli ol.
* * *
Sultan şüşəni şüşəyə çaqqıldatdı, Müslümü astadan lap yaxına çağırıb
soruşdu:
- Sui-qəsdin vaxtını öyrənə bilərsənmi?
Müslümün baxışı divara sancıldı.
- Məhərrəm Abbasoviç oxrananı məhz bu gecə evin tinlərinə düzübsə,
demək, bu gecəyə təyin olunub. Baş tutmuyacaq. Arxayın olun!
- Afərin! Get işini gör!
Səməd ayaq üstə idi. Gərgin dayanmışdı.
- Əmi! Belə gecə!.. Olmazmı başqa vaxta saxlayasan söhbətini? Sultan
elə bil heç nə eşitmədi.
- Olamdan sonra ilk GurOd - "Yurd" (vilayət) bilirsən ki, ƏrEydi.
ƏrEynən birlikdə beş GurOd - "Yurd"u olub Bağdayın. Təfsilatnan deyəcəın
hansılardı beş GurOd.
Fantastikadan da fantastik murdarçılıqlar eşidəcəksən indi.
Beş GurOdu "beş qurd"a, beş canavara çevirib İlan "alim"i, Vətəndən,
Elmdən, Bağlarından tərik düşənlərimə deyir: "Beş qurddan yaranmısan sən",
beş qancıqdan doğulmusan, buna görə də bayrağında qurd başı var. Bağ nədi,
OdƏr nədi! Farsın qədim dilini öyrən, OdƏr dili yox, "Dəri" dili olub sənin dilin!
Beş GurOdun təxminən birində "kird"ləşmişik - "kürd"ləşmişik; GurOd ordu
hissələrimiz "Pəhləvi"lərin arasında qalıb, dili dəyişib! GurOdMən qalalarımıza
"Girdman" demiblər. Min dəfə yaz, ərazidə gəz, haray təp ki, "Kəlbəcər" -
"Gəlibbəsər" deyilsən, "qurd" deyilsən, "Skif" deyilsən sən, kimdi inanan?!
Elmdən, dildən - şüurdan məhrumu necə inandırasan ki, uzun ağac ucunda
aşılanmış qoyun dərisinə həkk olunmuş it başı bayraq deyil, Qrek-Latın
legionlarıynan əsrlər uzunu döyüşlərdə qırılıb azalan ƏskiƏr ("əskər")
GurOdlarımız Qrek-Latın-Fars qoşunlarından qorunmaq üçün qoyun sürülərinin,
naxırların yaxında it xılları - köpək sürüləri saxlayırmışlar. Volqa boyuna, "qara
torpağ"a qaçan təriklərimiz fürsət tapıb Bağdaya qayıdanda ƏskiƏr OdƏrlərini haman it başlı işarələrnən tapırmışlar. "Türk
bayrağı" deyilən şey yoxdu, oğul. Tünd mavi, zümrüdü rəngdə, üstü ulduzlarnan
- kəhkəşannan bəzəkli AğEy ("Əxi") - Uca SafAğ İnsan bayrağı, BağOdEy -
Bağday bayrağı var ki, o da saraylardan yığışdırılıb gizlədilib, əvəzində Xilafətin
bayrağı asılıb.
İndi "Dədə Qorqud" adlanan bədbəxtliyimizi yada sal: "iynəyə tikən demədi
o Dədə Qorqud. Tikənə sökən demədi o Dədə Qorqud". Saysız-hesabsız
"tədqiqat işləri" yazırlar türkoloqlarımız, "Kitabi Dədə Qorqud"u İslama qədərki
möhtəşəm tarixi abidə adlandırırlar! Bilən varsa, o da dillənmir ki, həmin
ikiyüzillik müharibənin əvvəlində, BağHəmOd nəsli qırılandan sonrakı Vatikan
məkridi "Korkud" (yəni "Qorxut"), Od - Həqiqət əvəzində oğul "əti" yedirt.
Varisimizin Vətənə ən böyük xidməti bu olmalıdı ki, "Kitabi Dədə Korkut"
qəbilindən "kitab"ların xalqı məhz tarixi kökdən, OdƏr bəşəriyyətindən,
Bağlardan həmişəlik ayırmaq üçün xüsusi hazırlanmış fateh İlan "kitab"ları
olduğunu açıq yazsın, açıq danışsın. Yəni əbədi Bağlar nəslindən əbədi
insanlığını dərk eləyib ölümdən qorxmamalısan, oğul. GurOdlarda AğÜz (SafAğ
mənası) Bağları əvəzinə "yurd"larda "Oğuz bəyləri", "Oğuz buğaları", yazanların
arxasında İlan qıvrılıb, oğul, "Oğuz" əvəzinə AğÜz yazanı dərhal çalsa da,
qorxmamalısan!
Vatikan monaxları "Dədə Qorqud"un lap ilk kəlmələrindən qorxudurlar:
"Dədə"miz ölkənin hansı səmtinə gedir qəbirqazana rast gəlir. Bu qazannan
"Salur Qazan" adını yanaşı qoy. "Salur" dialektdi, "salır" deməkdi. Qəbri
qazanımız, milləti qəbrə salanımız elmsiz Qazan xandı! İlan "alimlər"i bunu da
görməzliyə vururlar!.. "Zəncir"in – mühasirəni qırmaq ümidiynən əsrlər boyu
"Qapı açaq, Qapı açaq!" – deyən "Qıpçaq"ları "Oğuz bəyləri"nə düşmən qələmə
verən "kitab" ifşa olunmayınca, Odu əvəzində "at"ı, BağBağÜnü əvəzində
"papağı"ynan öyünən "kişi qeyrəti" verib patriarxal bataqlığa sürüyəcəklər
bədbəxt xalqımızı!
Daxilimizdədi bu bataqlığa sürüyənlər İnstitutlarda, mədəniyyət
ocaqlarındadılar!
Vətənin həqiqətlərini danan adam vətəndaş olammaz, oğul!
Dilçilərin iddiasına görə "vətən ərəb sözüdü". Bu düzdü. Əmma həm də
yalandı. Çünki "Vətən"in əsli EvOdÜndü. "Ərəb"ə dönənim təhrif eləyib,
qılıncının ucunda qaytarıb verib sənə. "Qorod"a, "Qord"a, "qurd"a döndərilən
GurOdu isə həm "Rus"a dönənim təhrif eləyib, həm "Ərəb" - "Fars", həm də sən
özün: "yurd" demisən.
İndi beş "yurd"unu (vilayətini) - GurOdunu tanı. Birinci GurOd, dedim, ƏrEydi təkrar eləyirom, "Ray"a (cənnətə), əfsanəyə
döndərilib, "Bibliya"nın səhifələrində qalıb. "Ariy"ə döndərilib, "Hind"ə,
"Fars"a, "Erməni"yə məxsus "ali irq" məfhumu olub. Nəhayət, "Rey" adlandırılıb
verilib İlan müttəfiqi "Fars"a!
İkinci GurOdun adı ƏrÜzdü. Məna işığı deməkdi. Mərkəzi "Təbriz"i
"Təbriz" eləyib xəstə bir xatunun tərləyib sağalması barədə əfsanəynən
bağlayıblar ki, əsli - OdEv ƏrÜz unudulsun. Ağ Əmirnən Boz Əmir xüsusi
yazmışdılar ƏrÜz OdƏrlərinin OdEvi barədə. ƏrÜz- "Ar az" çayının o tay-bu
tayı ƏrÜz GurOduna aiddi. Geri sananan əllimin-illik tarix boyunca
"Assuriya"lıların, "Qrek"lərin basqınları dövrlərində, yeni tarixnən əsasən
ikiyüzillik müharibə dövründə tərik düşən, səkkiz yüz ikinci il "Vizantiya" -
"Kiyev" müqaviləsindən sonra "Rus"a, "Bender"ə dönənlər, təkrar eləyirəm,
ƏrÜz GurOdundan gedənlərdi.
Üçüncü GurOdun adı AğÜzdü. SafAğ İnsan Üzü - mənası deməkdi.
Təhriflərin "Oğuz" adlandırdıqları, OdAğÜz Bağlanynan ünsiyyət əvəzinə
"buğa"larnan "güləşdirilən" "bəy"lərin bu yurdunun mərkəzi "Bərdə"
adlandırılan BirOddu. Nizami "Xəmsə"sinin başına oyun açan "fars katiblərinin
sözüdü bu "Bərdə". Üstəlik, Nizaminin adıynan yazırlar ki, əvvəllər ayrı cür olub
"Bərdə"nin adı. Xalqı çaşdırmaq, kökdən ayırmaq üçündü hamısı! "Ağdam"ın
tarixini tamam pozub atıblar. Ağ OdMən adında möhtəşəm şəhər olub BirOdnan
bir yerdə. Dəfələrnən dağıdıblar. Dəfələrnən! İlanın uzun sürən fitnə-fəsadları
nəticəsində "Ermənistan" sayılan ƏrMən, "Rum" sayılan Ərim torpaqları, OdƏr-
"Kür" çayından cənuba, şimala doğru uzanan düzənli, bağlı ərazi bu GurOda
daxildi.
Dördüncü GurOdun adı ÜzAğdı. Bu da SafAğ İnsanın Üzü - mənası
deməkdi. Gah soldan sağa, gah sağdan sola, gah da ortadan sağa, sola oxunan
sirli "söz"lər- ƏsÜzlər- Yaradan mənalar Dilinin sirlərini biləndə "AğÜz"nən
"ÜzAğ"ın fərqini de biləcəksən. Hələlik bunu bil ki, "Yer"də biz OdƏr sözlərini
oxuyanda, yazanda, tələffüz eləyəndə OdAğÜzdən hökmən bağlanırlar bizə,
hansı sözü soldan sağa, hansını sağdan sola və ya ortadan sağa, sola oxumağı
səssiz - Ünsüz deyirlər beynimizə. Belə olmasa, "ÜzAğ"ı "Yer" dili qaydasıynan,
"mənanın SafAğ İnsanı" kimi oxuyarıq. Halbuki, təkrar eləyirəm, "AğÜz" kimi
"ÜzAğ"ı da SafAğ İnsanın mənası kimi anlamalısan və bilməlisən ki, bu Üz -
məna ərazisində tək bircə nəfər insanın təhrifi bütün əhalinin təhrifi qədər böyük
faciə sayılır. Çünki Kainatın bütün varlıqları kimi, insan da insana bağlıdı.
Burdakı - Yerdəki bağlılıq ən uzağı üç-dörd
nəsildən sonra itir, OdAğÜzdəkilər isə lap Olam zamanından yadda saxlayarlar
nəsillərini, "Yer"də bir uşaq anadan olanda orda - yuxarıda sevinişirlər, ordanbura uşağı İşığa bələyə-bələyə güldürürlər, oynadırlar "Yer"dəki bircə körpənin
təhrifı OdAğÜzdə min-min insana dərd verir! Bu münasibətnən, birinci
GurOdun adına – ƏrEyə bir də diqqət yetirək: ƏrEy - Uca İşıq. Yəni birinci
GurOd bütün planeti - EyƏri təmsil eləyir. İkinci GurOdun adı - ƏrÜz də,
üçüncü GurOdun adı -AğÜz də, dördüncü GurOdun adı ÜzAğ da birinci adnan
bağlıdı: bu mənalar təhrif ediləndə bütün planet EyƏrdon - Uca İşıqdan məhrum
olur, yəni EyƏrin - Uca İşığın mənbəyi OdÜnEyƏsi - "Günəş"i tanımır, insan
şüurca və demək, həm də cismən yalnız torpağa bağlanır, OdƏrliyini - Həqiqət
İşığı olduğunu dərk eləmək qabiliyyətini itirib, OdƏrBağdan yox, "torpaq"dan
yarandığına inanır.
Beşinci GurOdun EyÜn ÜzAğdı adı, şərti olaraq Yarı ÜzAğ deyirik. Əslində
dördüncü GurOd ÜzAğnan beşinci GurOd Yan ÜzAğ -"Qanzak" - "Qazax" da
üçüncü GurOd AğÜz ərazisi sayılıb, geri sananan tarixin axırına yaxın "Qrek"lər
Bağdayın içərilərinə soxulub ərazini kiçik-kiçik xanlıqsayağı dövlətlərə
parçalayanda Ulu Bağ, məcburiyyət qarşısında, bütün AğÜz - "Oğuz" OdƏrlərini
şərti olaraq dördüncü adlandırılan ÜzAğ ərazisinə, sonra da mərkəzi Yan ÜzAğ -
"Qazax" sayılan şərti beşinci GurOdun ərazisinə köçürüb. Yeni tarixin
başlanğıcında Qrek-Latın-Fars qoşunları beşinci GurOdu da tutanda Ulu Bağ özü
OdƏrMən - "Türmən"* qoyun yataqlarında, çobanlarının arasında gizlənib,
əhalinin böyük əksəriyyəti isə, BağOdEy - Uca Həqiqət Bağı ərazisindən
kənarda, təhrif insan ərazisində, müvəqqəti altıncı GurOd UcAğda yerləşib. Bu
UcAğa SarUcAğ** da deyilir. Çünki təhrif ərazidə, adətən hər şey yalnız Sar
iradəsindən asılı olur. Adı sonralar "Sircik", "Selcuq" şəklində təhrif olunan o
SarUcAğa ixtiyar verilib ki, fatehləri Bağday ərazisindən çıxarmaq üçün könüllü
"ölümə" - ikinci doğuluşa razılıq verən OdƏrlərdən ƏrSarlar*** hazırlasın. ƏlAğ
EySanmızın SimOd məclisinin qərarıynan ƏrSarlara indi bizə möcüzə kimi
görünən qabiliyyət verilib: döyüşə girişəndə bədənlərindən-əllərindən
_____________
*"Türmən" indiki Ağstafa (qedim AğÜz OdEv) rayonunun ərazisində Ceyrançöl adlanan örüş
yerlərinin, Muğanlı kəndinin yaxınlığındadır.
**Türməndən qərbi Sibirə qədər ərazi.
***ƏrSar - "Rıtsar".
qılınclarına SafAğ İşıq keçirmiş, atlarıynan bərabər özləri də möhkəm zirehli
"Qrek-Latın" legionerlərinin zirehlərini qılıncnan yox, qılıncın ucundan çıxan
SafAğ İşıqnan kəsirmişlər. Sonralar təhriflərin dilində "ntsar"a çevrilən
ƏrSarlara daha bir möcüzəli qabiliyyət verilibmiş: uzaq məsafədən SarUcAğın
Ünüynən bərabər ƏsAğÜz - "Saz" Ünü eşidə-eşidə vuruşurmuşlar. Arada deyim
bil ki, bütün dəstanlarımızda, o cümlədən "Koroğlu" dostanında qılıncnan yanaşı
Saz Yeni tarixin başlanğıcındakı ƏrSarlarnan əlaqədardı, "dəstan"a - OdƏs
OdÜnə keçib. Tiflisdən o yanlarda "Sak" - ƏsAğ, Tiflisdən bəridə "Kəpənəkçi",
"Saraclı" kəndlərində "Səlcuq"lardan doğulan uşaqlar da "Saz"ı lap birinci
dəfədən çalırlar: irsiyyətdən!
Tariximizin son dərəcə maraqlı səhifələri var, oğul. Vaxtı çatanda hamısını
biləcəksən. O altıncı, ərazidən kənar GurOdun mərkəzi OdEv ƏlƏs adlanıb,
sonralar təhriflərimizin dilində "Tiflis"ə, "Tbilisi"yə dönüb. OdEv ƏlƏsin əhatə
elədiyi ərazilər də geniş olub. "Atilla"nın - OdƏlin vaxtında "Sibir" də UcAğ
sayılırmış. "Vərəsə"mizi oxuyanlardan basqa, heç kəsin xəbəri yoxdu ki, İlan
legionlarının, hətta ƏrSarlan üstəliyən, Sibirə qədər gedən vaxtları da olub. Məhz
o vaxtlar SarUcAğı "Zir ciy"ə, "Sir ciy"ə, "Səl cuq"a çevirən də "mədəni
Qrek"di.
İlanın Moskva "alim"ləri haray çəkirlər ki, "Sılcuq"ların nəinki "Midiya"ya,
heç "Azərbaycan"a da dəxli yoxdu! Halbuki, fatehləri beşinci GurOd Yan
ÜzAğdan - "Qazax"dan məhz ƏrŞarlar qovublar, SağSan - SağƏsÜn Ulu Bağ
məhz ƏrSarların sayəsində qayıdıb Qazağa.
İlanın yazdırdığı "tarix" "Fars səltənəti" adlandırır Ulu Bağ Sağ-ƏsÜnün beş
GurOdlu Bağdayını! Yalnız biz bədbəxtlərə məlumdu ki, EvƏrƏs - "Pers"iya"
özü də Bağdaya daxil olan ərazidi, əhalisi də OdƏrlərdi, İsgəndər "Kəbir" ayınb
bizdən o OdƏrlori. "Pers" dili tədricən ayrılıb "Dəri" adlanan "dil"dən yaranıb.
Bayaq bu barədə danışanda deməliydim ki, "Qrek", "Ərəb" dili qarışıb "Dəri"
"dil"inə.
Oxuyursan: "Sasani hökmdarı Yəzdigird!" Farsdilli Nizami də "Yəzdigird"
yazırsa, necə inanmayasan ki, doğrudan da "Fars"dı bu "Yəzdigird", "Sasani"di,
"Bəhram Gurun atasıdı!" Nə yaxşı ki, Nizaminin rəmzlərinin hamısını
pozmayıblar: Bircə sətrdə qalıb: "Bəhramın atasının Odu Qazaxda idi!" Fəhmli
oxucu duruxur: "Qazaxda?!" "Sasani paytaxtı "Rey" sayılırsa, Bəhramın təxtitacı "Rey"dədirsə, atasının "Atəş"i - Odu niyə Qazaxda olsun?!" Axtar bu
"niyə"nin cavabını, daha "Vərəsə"də də tapmazsan. Yalnız Sultan Əmirlinin
dilindən eşidə bilərsən ki, "Bəhram Gur"un - BağƏrim Gurun atasının Odu - adı,
rütbəsi "Yəzdigird" deyil, ƏsOd GurOddu. Bayaq dediyim GurOd -"kürd"
ordusunun Sarları həmişə ƏsOd GurOd rütbəsi daşıyıblar. Bu
Od - ad - rütbə Yan ÜzAğ - "Qazax" GurOdundan da "Yəzid" yox, ƏsOd
(Yaradan Od) idi!
OdƏrMən - "Türmən" qoyun yataqlarından qayıdandan sonra Ulu Bağ
ƏsƏlMən SağƏsÜn özü də ƏrSarlar hazırlayıb, nəinki "Rey"ə -ƏrEyə qədər beş
GurOdun beşini də, hətta İlanın yuvasına çevrilmiş Ərimi - "Rim"i də azad
eləyib, səkkiz yüz ikinci ilin müqaviləsini pozdurub, yeni danışıq əsasında
imperatorun təxtini saxlamaq şərtilə sarayda BağBağÜn - "beyinlər Bağı" təxti
qoydurub. Ərəbin iyrənc dərəcədə təhrif "dil"ində "Babək" adlanammızın təxtidi
o təxt, oğul! "Babək"in -BağBağÜnün zamanında OdƏr dili yenidən bərpa
olunmuşdu, Bağ-Odda (Bağdadda) mədrəsələrdə SafAğ dərsi deməyə
başlamışdılar. "Rim"dəki ƏsEvÜn* ətrafları yenidən OdƏr istilahlarıynan idarə
olunurdu. Məhz buna görə də on səkkiz-on doqquzuncu əsrlər İngiltərəsinin
alimləri arxeoloq casuslarının Ərəb müşayiətçiləri, bələdçiləri - "səyyahlar"ı
"Babək"in məskənini, Aralıq dənizinin o taya keçid yolu "Dardaneli" "Dar
boğaz" yazıblar, "ƏsEv və ya BağƏsEv sarayını isə dağ belində qala qələmə
veriblər": "Bəzz" qalası. "Sasan" SağSan - Sağ-ƏsÜnün ən çox müharibəli
dövrü, yəni yeddi-səkkizinci əsrlərnən "Babək"in - BağBağÜnün ən çox
falsifikasiyaya uğramış dövrü - doqquzuncu əsr haqqında xüsusi kitab
yazılmalıdı, "Rim"in iç üzü açılmalıdı.
Təkrar deyirəm: İlanın dili BağBağÜn rütbəsini çox pis təhrif eləyib: "Papa!"
Farslar "Papaqan", "Papaq" deyiblər, Latınlar isə lap düzəldiblər: "Papa!"
Bəşəriyyətin tarixini belə iyrənc şəkildə təhrif eləyiblər, oğul!
Fatehlərin hırıltısını xüsusi yazmaq lazımdı; bunu da təkrar eləyirəm:
"Babəkin atası yağ satan idi!" "Babək"in "dini" "Xürrəm!" Yəni sırtıq! Əxlaqsız!
"Babək"in şəxsiyyətini lap dəhşətli şəklə salıblar: "Gecələr bir yerə yığışın,
işıqları söndürün, kim hansı zənəni tutsa, o zənənlə keyf çəksin!"
Yazıq Bircə balam! Gözlərini yerdən qaldır. Qadın-zənən vasitəsilə mənəvi
qatillik çox köhnədi bizim tarixdə. Fatehnən - quldarnan heyvanın fərqi yoxdu,
oğul!
_____________
*Hər bir Elm mərkəzi sayılan şəhərdə bir EvƏs və ya ƏsEvÜn (Yaradan On Evi) və ya
BağƏsEv olmalıydı, yalnız çox dar ayaqda - kritik zamanlarda BağBağÜnlər öz mühafizə orduları ilə
birgə ƏsEvÜnü terk eləyib, ƏrEye yığışarmışlar ki, hemin vaxtlarda hökmən ƏrEy SarEyandə olan
Ulu Bağ ƏsƏlMənnən birgə hərəkət eləsinlər. Belə bir hadisə ikiyüzillik müharibədən sonra
BağBağÜnün - "Babək"-in zamanında olub.
"Cavidan" adlandırılan OdEv OdÜn də oturub o BağBağÜn - "Papaqan"
təxtində! Dünya dolusu qışqırmalısan, xüsusən Sovet yalı içənlərimizi, "ustanovkaynan yazan"ları ifşa eləməlisən: "BağBağÜn bütün planetin
"beyinlər" Bağı ikon "Yağ satanın oğlu" nədi?! "Qəhbə zənən oğlu" nədi?! Necə
əliniz gəlir düşmən sozünü təkrar-təkrar yazmağa, ey yaliçənlər?! "Babək
üsyanı" nədi?! "Bəzz qalası" nədi?!
İlan "alimləri" - "İslam" təzkirəçiləri ƏsÜn BağBağÜnü "Həsən Babək"ə
döndəriblər. "Azərbaycan Sovet Sosialist Respublikasının Elmlər Akademiyası"
adlandırılan İlan yuvası, Moskvanın gizlin əlləriynən gizlin əlaqəyə girib, qəhbə
analı, qəhbə millətli "Babək" haqqında parnoqrafiyanı rus, ərəb, fars dillərində
bütün Şərqə, Avropaya yaymaqdan yorulmur! "Rim papası hakimiyyətinin
BağBağÜn qanı üstündə qurulması barədə işarəyə də yol vermirlər: Rim
imperiyası yox, Erməni satıb "Babək"i, get Erməniynən döyüş!
Səmədin əli əmgəyində gəzirdi.
- Əmi! Əmi! Sən kimlərnən döyüşürsən, ay yazıq əmi!.. Necə yəni
"çıraqları söndürün?!" Bütün dünya elə Bezobraziyedən ibarətiymiş ki, əmi!..
Sultan sozünə ara vermirdi.
- Unutma! Yenə deyirəm.
EvƏsi ərəbcə "Bəzz" eləyiblər. EvƏsin "Rim"də olduğunu danıblar,
cənubumuzdakı köhnə bir qalanın adını, "Babək qalası" qoyublar. Yəni
neyləyiblər? Möhtəşəm Ulu Bağ ƏsƏlMən SağƏsÜn dövlətini "xilafətə qarşı
üsyan edən" tək qalaya çeviriblər!
* * *
Bu sui-qəsd məsələsi səbrimi daraltdı. Müslümün səsinin dəyişməsini yəqin
ki, sən də hiss elədin. Məncə vaxt daralıb. Əmma çalışıram heç olmasa ən vacib
şeylər barədə təsəvvürün bütöv olsun.
İndi qalalar haqqında.
Elmimizin Qrek-Latınlardan gizlin, farsca tədrisinə görə "gizlin dövr"
adlanan birinci-doqquzuncu əsrlər Bağdayında "qala" altı-on metr
hündürlüyündə birmərtəbə, geniş Sar SarEyi dövrəsində yüz Bağ SarEyi olan
GurOdMən şəhərciklərindən ibarət imiş. Bütün GurOdlarda Gur-OdMən
"qala"larının aralarında SafAğ İşıqnan kəsilən sal qaya daşlarnan döşənmiş geniş
yollar varmış. OdAğÜznən Bağday arasında uçan İşıq gəmilərindən başqa
texnika ləğv olunduğuna göre, o daş yollarda at arabalan, bir də ƏrSarların iri
təkərli qazalaqları işləyirmiş. Əmilərin yazmışdılar ki, yüz bir SarEyli
şəhərciklərdən başqa, daş yolların kənarlarında OdƏrlərin Evləri də altı-on metr
hündürlüyündə SarEylərdən
ibarətiymiş. SarEylərin bağ, əkin-biçin sahələri də, müasir terminnən desək,
sənaye karxanaları da həmin sal daş yolların kənarlarında, mal, qoyun yataqları,
örüşlər isə dağ ətəklərində imiş. Taxıl, yonca, bağlar, üzümlüklər gil kanallarnan,
hökmən dağlardan gətirilən həşəratsız sularnan suvarılırmış. SarEylərin
həyətlərində də, mərmər sütunlar arasında mərmərnən döşəməli arxlarda su
dolanırmış. Həm həyətlərdə, həm də içəridə, böyük buxarılarda Od (qaz)
yanırmış. Havanın istiliyini, soyuqluğunu keçirmiyən böyük çəlləklərdə hər cür
çaxır saxlanırmış. O daş yollarnan, deyək ki, OdEv ƏrÜzdən ("Təbriz"dən)
ƏrEyə ("Rey"ə), HəmOdÜnə ("Həmədan"a) gedənlər axşamlar bütün yol uzunu
SarEylərdən musiqi eşidirmişlər.
"Bağday həyat şəraiti" deyirik o SafAğ İnsanların həyat şəraitinə.
"Babək üsyanı" barədə siyasi kompaniya başlananda, yəni iyirminci,
otuzuncu illərdə İlanın casus "alim"ləri əllərində fotoaparat, cumublar
xarabalıqlara. Olamda, "Elvənd" - ƏlEvÜn dağında Ulu Bağın SarEyindən
başlanmış, birinci, ikinci, üçüncü Gurodlarda az-çox səlamət qalan SarEylərin
şəkillərini çəkib hamısını "Atəşgah", "Atəşpərəst xramı" adlandırıblar, arxeoloji
qazıntılardan çıxartdıqları qızıl qab-qacaqları yalnız saraylara aid eləyiblər.
Halbuki, qızıl cəmlərdə xörək yemək, qızıl qədəhlərdə çaxır içmək Bağday həyat
şəraiti üçün adi şeymiş. Çünki qızıldan, gümüşdən insanın qanına, hüceyrələrinə
zərrəciklər keçib ömrü uzadır.
Bil bunları. İlan casuslarının tariximizi, adımızı "Yer" üzündən necə
sildiklərinin təfsilatıynan bərabər, məişət metalı qızılın qiymətini ceyranın belinə
çıxardan cəhalət dünyasıynan Bağdayın fərqini bil. "BirOd"
- Bərdədə İskəndər Rumiyə qaş-daş "yedirdən" AğEy ("Əxi") Sarı
"Nuşabə"nin* Elmiynən bərabər mədəni səviyyəsini, AğEy – Uca SafAğ insan
məişətini bil. AğEy ("Əxi") icmaları haqqında nə yazılıbsa, hamısını "utopiya"
sayırlar.
İndi "Vərəsə"mizin "utopiya"sına bax.
BağSar**
_____________
*"Xəmsə"də qadın Sar adları SafAğ bilicilərinin ücinci adları - Odları - rütbələridir: "Nuşab" -
(içməli saf su) su - Elm rəmzi; "Şirin" ("Fərhad"ın "Bisütundan - Bağstandan (Bağdaydan) çəkdiyi
"şirin" - içməli su - Elm rəmzi.
**"Bağıstan" kəlməsi həmin bu - "latın əlifbası" adlandırdığımız əlifba ilə qayada həkk olunub.
"Kir"in ("ki" - OdƏr) zamanında yazıldığına görə, aydındır ki, əlifba Bağdayındır.
OdEyAğ.
EvƏrEyOd.
BağOd.
OdAğSar.
ƏrBağ.
BağOdAğ.
ƏsƏrBağ.
ƏrOdAğ.
ƏrEvÜn.
ƏsOdAğ (Yazıram, oxu).
Bu on bir Bağ, Ulu Bağın BağSar rütbəsi ətrafında 100 Bağdan, Ulu Bağ da
daxil olmaqla, on bir nəfəridir.
On bir Bağ ƏrEydə işləyənlərdir. Əmma mərkəzdə daimi deyilmişlər. Niyə?
Qulaq as!
Birinci "sivilizasion"un birinci ilindən ta geri sananan tarixin dördüncü
əsrinin axırına, yəni İskəndərin basqınlarına qədər GurOdlarda növbəynən Sarlıq
eləyiblər bu əbədi Sarlar. Beşi beş GurOdda oturanda o birilər Əski
EvƏrEylərnən - "Skif'lərnən Şuma gedib, ŞumƏr Sarları olublar, ŞumƏr Sarları
Bağdaya qayıdanda GurOd Sarlan şuma gediblər.
Geri sananan tarixin son üç əsrində "Yer" mühitində "Qrek" cəhaləti o
dərəcəyə çatıb ki, ələ keçən EvƏrEyOdBağdayları - "Pro Metey"ləri, SafAğ
İnsan əqidəsindən, yəni OdƏrlikdən dönməyən Bağları elə ələ keçən anda üzü
üstə yerə yıxıb, əllərinin, ayaqlarının pəncələrini uzun quru ağac mıxlarnan
torpağa mıxlayırmışlar.* O əsrlərin OdƏr rəssamları, heykəltaraşları canlarına
həşərat daraşa-daraşa işgəncə içində ölənləri qayalarda elə canlı həkk eləyiblər
ki, hətta "Vərəsə"mizdən qalan səhifələrdə lap kiçik formatlı şəkillərə də sakit
baxmaq olmur. İkinci doğuluşa, əbədiyyətə nə qədər vərdiş eləsək də, insan
əzabına, "ölüm" adlanan ayrılığa dözmək çətindi, oğul. Quldarlar görünür bunu
da bilirmişlər, əlləri, ayaqları zəncirli qul əhalini at döşünə, qamçı altına salıb
torpaqda işgəncə çəkənlərin aralarında gəzdirirmişlər, sonra "Pers" saraylarında
hökmdarların, əyanların hüzurunda nümayiş etdirirmişlər.
______________
*Bağdayın müxtəlif dövrlərində ictimai, siyasi, mədoni məişət təfsilatlarını aydın göstərən şəkillər
"Vərəsə" ilə birlikdə gizlədilsə də İngiltərədə, keçmiş SSRİ də Şərqşünaslığa aid arxivlərdə saxlanılır.
Çox az bir qismi "İstoriya Midi" kitabında çap olunub.
İnanılası şey deyil, üç yüz il davam eləyib bu zülm!
Sözü bura gətirirəm ki, adlarını çəkdiyim əbədi Sarlar lap qocalıblar kütləvi
edamlar dövründə. Yəni bətnən dəyişibmişlər, hiddətli, kinli olubmuşlar. Ulu
Bağdan, həmin 1000 nəfərlik SimOd məclisindən tələb eləyirmişlər ki, SafAğ
İşıqdan, ikinci doğuluşdan məhrumluq təhlükəsi labüd olduğuna görə
quldarlarnan döyüşməyə izn verilsin. Məclis isə, ərazini tərk eləyib hər hansı bir
təhrif əraziyə köç buyururmuş. Bayaq dedim, yalnız Yeni tarixin birinci ilində,
bütün GurOdlar, GurOdMon -"Kirdman" qalaları əldən çıxandan sonra şərti
GurOda - SarUcAğa köçmək məcburiyyətində qalanda OdAğÜzdən də icazə
verilib ki, Bağdayı döyüşlə azad eləsinlər.
O vaxta qədər, yəni SağSan - SağƏsÜn rütbəsi hakim olana qədər əbədi
Sarlar sözün əsil mənasında cəhənnəm əzabı çəkiblər. İndi deyəcəm, hətta Ulu
Bağın, OdAğÜzün icazəsi olmadan, çox dəhşətli hiddətnən, əbədiyyətini qurban
vermək bahasına döyüşə girişən bir əbədimiz olub. Qaya yazılarında da,
"Vərəsə"də də BağOddu o Sarın Odu - adı. Çox yüksək rütbə sayılır - "Pat" -
BağOd (Bağ həqiqəti). Midi Qiena "Midi" deyirdi BağOda, belə də yazırdı.
Nəcəfoğlu, Məhərrəm, mən, bir də sənin bəyənmədiyin Məleykə Muradova
bütün imkanlarımızdan istifadə eləyib Nizaminin tədqiqatçısı Bertelsnən Midi
Qienanı qonaq apardıq Mərdəkana, Moskvadan ən populyar bir müğənni qadını
xüsusi gətirtdik, iki gün keyf verdik falsifikatorlara, iki gün bu cür, sənnən
danışdığım kimi, hərtərəfli söhbət elədik, çalışdıq ki, əbədi Sarlardan heç
olmasa, tək birinin adını - BağOdu rusca "Boq Od" şəklində saxlasınlar,
BağOdun quldarlarla məşhur döyüş epizodunu bir az təfsilatnan çap elətdirsinlər.
O döyüş epizodu, qısası, belədi ki, Sar BağOd GurOdlarda kütləvi edam
fəlakətinə dözməyib, ordusunu Şum ərazisindən Bağdaya qaytarıb, fatehlərin
dağınıq qüvvələrini hər yerdən qovub, üç tərəfi dağ olan daracağa salır, ƏsOd
EvƏrEylərə - "Əski" EvƏrEylərə, ƏrSarlara -"Rıtsar"lara əmr edir ki, fatehləri
son nəfərinə qədər qırsınlar, "Qreklar" bir daha öz ərazilərindən kənara çıxa
bilməsinlər. Belə kinli olanda Bağlar Ün eşitmirlər, hətta özləriynən birlikdə
"Əski" EvƏrEyləri, ƏrSarıları* da torpağa çevrilən ölümlü insanlara
döndərdiklərini dərk eləmək istəmirlər. Belə hallarda nəinki OdAğÜznən
QalAğımız, hətta bütün Kainat yasa batır. Yəni OdƏr bəşəriyyoti yeganə
doğuluş planeti
______________
*"Rıtsar" adı Avropaya Bağdaydan keçib.
olan "Yer"də ərsəyə çatan övladlardan əbədi ayrılığa dozəmmir... Bu dərdin necə
dərd olduğunu dərk eləmək üçün bilməlisən ki, OdAğÜzdə və bütün Kainatda
yaşayan OdƏrlərin bizə - "Yer" bəşəriyyətinə baxmasına izn veriləndə də
aramızdakı məsafə və maniələr götürülür, yenə deyirəm, mən səni burda -
qarşımda necə görürəmsə, Kainatdakı əzizlərimiz də bizi elə görürlər. İkinci dəfə
doğulan ata, ana, baba, nənə burdakı əzizlərini lap doğulduqlan gündən bayaq
dedim, körpələrini əzizləyə-əzizləyə böyüdürlər, o planetin sakini ikən bu
planetin sakini kimi, bütün xeyir-şər işlərimizin şahidləri olurlar. Bax buna görə
Sar BağOdun özü ilə birlikdə bütün ordunu əbədiyyətdən məhrum eləmək
niyyətinə dözməyiblər. EyOdƏr Babamızın hökmüynən OdÜnEyƏsi -"Günəş"i
söndürüblər. "Günəşin tutulması" dediyimiz başqa şeydi, "Günəş"i tamam
söndürmək isə Kainatın məhvinə bərabər hadisədi. Odu ki, Ün eşitmesə də,
zülmətə düşəndə Sar BağOd başa düşüb hər şeyi, fatehləri mühasirədən buraxıb.
Xahiş elədik ki, Bertelsnən Midi imkanlarını birləşdirib həmin bu epizodu
çap eləsinlər.
Mədəni Bertels dedi: "U.Dyakonova yest takaya vozmojnost!" Dyakonov da
dedi: "Da, u Dyakonova yest takaya vozmojnost, no uçtite, çto rukopisey moyey
kniqi uje predstavlena tovarişu Stalinu. U Qeradota "Madi" vmesto BağOda, u
menya - "Midi". BağOd ili BoqOd mojet imet mesto liş v buduşşem".* BağOd - "Madi" əvəzino "Midi" yazmağının səbəbi vardı. Guya Heradotun
"Madi"si "Bağday" sözünə oxşayır!.. "Midi Qiena" adını o qonaqlıqdan sonra
verdik "dyakon" nəvəsi Dyakonova. Niyə "Qiena" -Goreşən? Çünki ən
ləyaqətsiz küçə xuliqanı kimi sərxoşluğa qoydu özünü, dedi: "Mirovaya nauka
okonçatelno umertvila Midiyu. A mne poruçeno smetat ostanki Boqov. Tak çto,
nikomu iz vas ne udastsa vozradit Bağday"** "Smetat" - süpürmok atmaq nədi?! Əbədilərimizi büsbütün yedi "Qiyena:"
hamısının təhrif adlarını çap elətdirdi. Yazıram, oxu:
"Baksar", "Deyək", "Fraort", "Madi", "Kiaksar", "Arbak", "Mau-dauk",
"Sosarm", "Artik", "Arbiani", "Astiaq".
______________
*"Dyakonovun belə imkanı var". "Bəli, Dyakonovun belə imkanı var, əmma, nəzərə alın ki, mənim
kitabım artıq təqdim olunub yoldaş Stalinə. Heradotda (kitabında) BağOd əvəzinə "Madi"dir, məndə
"Midi". BağOd ya BoqOd yalnız gələcəkdə yazıla bilər".
**"Dünya elmi Midiyanı tamam məhv eləyib. Mənə isə tapşırılıb ki, Bağların skeletlərini süpürüm
atım. Nəticə: sizdən heç biriniz Bağdayı bərpa edə bilməzsiniz".
OdƏrə "Atri", Oda "at", OdÜnə "kon"* ("at") deyən dilsiz "Qrek"in
tələffüzündə yazılıb bu adların hamısı. Adların əslini bilən senatorlar da gülə-
gülə təhrif "ad"ları saxlayıblar. Niyə? Yadına sal: "hökmdarların adları
necədirsə, xalq da o dildə danışıb".
Bir də qayıdıram buna, yazıram, bax, dünyamızı təhrif edən "Qrek"in şüurlu-
şüursuz təhriflərinin dəhşətli miqyasını gör.
İzahlarıynan, təhrifləriynən bir yerdə yazıram Od - ad - rütbələri: **
1. BağSar - Sarlar Bağı (Təhrifı "Musa", "Moisey").
2. OdEyAğ - Uca SafAğ həqiqəti (Təhrifi "Deyək").
3. EvƏrEyOd- Uca İşıq Evinin Həqiqoti (Təhrifi "Fraort").
4. BağOd- Həqiqət Bağı. (Təhrifi "Madi").
İndi Carların adlarının başqa məlumat üzrə sayca çox mənalarını yazıram,
oxu:
5. OdAğSar- SafAğ Həqiqətinin Sarı (Təhrifi "Kiaksar").
6. ƏrBağ - Bağ İşığı (Təhrifi "Arbak").
7. BağOdAğ - SafAğ Həqiqətinin Bağı (Təhrifi "Maudauk").
8. ƏsƏrBağ - Yaradan İşıq Bağı (Tohrifi "Sosarm").
9. ƏrOdAğ - SafAğ Həqiqətinin İşığı (Təhrifi "Artik").
10. ƏrEv Ün - Ün Evinin İşığı (Tohrifi "Arbiani").
11. ƏsOdAğ- Saf Ağ İnsanın Yaradan Həqiqəti (Təhrifi "Astiaq"). Şuma
gedəndə ƏsOdAğ - ƏrŞumAğ adlanıb. Bunu xüsusi deyirəm, çünki bu rütbəni də
başqa bir Sarın adı sayırlar.
Varisimiz heç vaxt unutmamalıdı ki, "tarixin atası" adlandırılan "Qrek" əsgəri
casus Heradotun "Tarix" kitabından üzü bəri, İlan "alim"ləri Bağday ərazisi
haqqında nə yazıblarsa, hamısında əsas bir məqsəd güdülüb: sözü təhrif eləmək,
həqiqəti gizlətmək, əfsanələşdirmək, Kainat, OdƏr bəşəriyyəti, əbədi insan
barədə lap cüzi təsəvvür verən bircə kəlmə də saxlanmayıb. Gizlin və ya açıq
fatehliyə, gizlin və ya açıq quldarlığa yol açmaq! Budu yeganə məqsəd. Birinci
_______________
*"Kon" Rus sözü deyil; Qreklor OdLlnü "kiün", "kiünü" isə "kon" şəklino salıblar; "at" sözü Qrekin
Od mənasında olan "at"ından alınıb; OdƏrcəsi "Gur"dur. "dəri"cəsi"qur".
** Sarların müxtəlif dövrlərdo müxtolif rütbəlori (iş sahələri üzrəl hodsiz çox olduğuna görə burada
yalnız ilk - əbədi rütbələri qeyd edilir. Yalnız Ulu Bağın rütbələri bütöv göstərilir: Ulu Bağ ƏsƏlMon
SarOdƏs (Yaradan həqiqət Sarı). BağSar (Sarlar Bağı), SağSan və ya SağƏsÜn (ƏsAğ ƏsÜn
Yaradan SafAğın Yaradan Ünü), BağSar AğEy ("Əxi" Sarlarınm Bağı), "Comord" (AğEy
qaçaqlanmn komandanı), "Süleyman (ƏsƏlMenin təhrifi batin rütbə), "Musa ağa" (batin ad).
"sivilizasion"u sərf-nəzər eləsək, əlli bir min doqquz yüz əlli dörd il müddətində
bu bəşəriyyətin təhrif irsiyyəti bərpa olunduqca, təhrif insan öz vəhşiliyini,
murdarlığını, ölümə məhkumluğunu dərk elədikcə, hər şeyi özüynən bir yerdə
qəbrə sürükləyib. Əmma bu təhrif, murdar, ölümə məhkum bədbəxtin ən
murdarında - iyrəncində də lap cüzi saf zərrə olsa, Bağ, OdƏr adı daşıyanlarımız
o zərrələri qorumalıdılar, oğul!
Təhrif insan təsəvvürünə görə, Bağlar can ağrısının nə olduğunu bilmirlər.
Bağlar isə, əksinə, Ün dinləməknən təhsil almaq illərində çirkablardan keçə-
keçə, çox dəhşətli can ağrıları da çəkirlər ki, təhriflərin bütün əzab-işgəncələrini
duysunlar. Uşaqlıqda, ilk gənclikdə sən Qudalı cavanlarını qırıb-çatırdın.
Musqullarını borkidə-bərkidə qoçuluğunnan fəxr eləyirdin. Bir vaxt geləcək, cin-
şeytan yığnağı saydığın o uşaqlara, o cavanlara verdiyin işgəncələri özün də
çəkəcəksən. Vurduğun zərbələr sənin özünə dəyəcək, birə on, birə yüz artıq
ağrıdan, işgəncədən qıvrılacaqsan. Yalnız o vaxt dərk eləyəcəksən, aydın
görəcəksən ki, Kainatda insanın insana bağlılığı bircəhətli deyil. Məsəl var: "Nə
əkərsən, onu biçərsən". Qudalı cavanları, məhlə milisənerləri, Qılh, Piyli də, Xaş
nəçənnik Gülənov da, Xəlvət Rəhim də, Yağır Məmmədəliynən Çax-çux Xalıq
da insandılar. "Süleyman padşahın" xəzinəsinin üstündə yatan İlan, indiki Papa
özü də, Keşiş Vissarion, Stalin, Serqo, Beriya, Mirqəzəb, Midi Qiyena, Pers-filan
da təhrif dünyamızın ən təhrif, ən əzabkeş, ən bədbəxt insanlarıdı! Hərə öz
əməlinin bəhrəsini dərir! Dərk elə bunu, əzizim! Dərk elə ki, "Babək"in təxtində
oturan bədbəxtin can ağrıları bütün bəşəriyyətin can ağrısıdı! Ağrıyır, ağrıyır, ölə
bilmir, ağlayır işgəncə çəkir. "Otpuşşenmy on!"
Səmədin başı ağır-ağır sağ çiyninə əyilib hərəkətsiz qalmışdı, gözlərində də
son həddə çatmış kədər, yas hərəkətsizliyi vardı.
Sultanın sifətində, gözlərində isə ciddi qayğı həkk olunmuşdu.
- Özbaşına buraxılmış, öz təhrif mənəviyyatıynan özünü qəbrə aparan təhrif
insana, kolxozları, sovxozları, idarələri söküb-dağıdan, cəmaatı ac-yalavac, səfil
kütləyə döndərən yırtıcılara inzibati cəza vermək məcburiyyətində qalanda,
milisə, prokuraturaya ittihamnamə oxuyanda, yəni, qısası, içim qaynıyanda
həmişə üç kəlmə eşidirəm: "Günəşimizi söndürmə, Sultan!" "Günəş" -
OdÜnEyƏs "insan"ın özüdü, oğul! Elmimiz heç olmasa, qısa məlumat şəklində
yayılıb ÜnƏsin - "ins"in nəzərini UnƏsə yönəltməyincə təhrif "ins" təhrifliyində
qalacaq. Əsrimizin axırında Bağday, Bağlar, OdƏr bəşəriyyəti, OdƏr dili
ətrafında bu cür söhbətlərin miqyası genişlənəndə, planetin hər yerində
"Bibl"dəki
"bojiy yazık"a - "Türk" dilinə, OdƏr istilahlarına maraq yarananda türkcə bir
ifadə yayılacaq: "ƏnŞər - MənŞər". Yəni "Yer"də ən böyük şər mən - insan
özüməm; qılıncı Ulu Bağın başına yox, öz başıma endirmişəm; EySar, ÜnEvi,
ƏlAğ, EySarı yox, özümü çarmıxa çəkmişəm odur ki, ƏnŞərdən, MənŞərdən,
"atom"un selləmə yağışlar fəlakətindən, subasqınından yaxa qurtarammıram,
EySarım xilas eləsin məni!
Necə xilas eləsin EySar?! ...Bəix şəhərində Ulu Bağı göstəriblər bir təhrif
nadana, deyiblər: "Atəşpərəst Zərdüşt budu, kəs başını, müsəlman ol!" Qılıncı
endirib bədbəxt, Ulu Bağın başını yarıb. OdAğÜz-dən gur SafAğa bürüyüb
aparıblar Ulu Bağı. Altı yüz səksən yeddinci ildə olub bu. Yəni müharibənin lap
şiddətli vaxtı. Ulu Bağ elə uçuş vaxtı sağalıb, OdAğÜzdə lap az qalıb, qayıdıb ki,
vəhşiləşən fatehləri özü cilovlasın. Ərdəbildə yenə görüb o qatili, bir kəlmə:
"Təriksən!" - deyib. Sonra məlum olub ki, "Zərdüşt" deyilən adam UluBağ
SarOdƏsdi. "Tərik" bədbəxt Qılıncı öz başına endirib bu dəfə, kəlləsini iki
parçalayıb.
Ulu Bağ deyib: "Mən o təriki dünyanın işgəncələrindən qurtardım. Əmma
düz eləmədim!"
Əllərinin pəncələrində iki yoğun demir mıx, ayaqlarının pəncələrində de iki
yoğun dəmir mıx, çarmıxda, işgəncə içində də təhrif insan haqqında düşünüb
EySanmız, üzünü OdAğÜzə tutub, inildəyib: "ƏlEy! ƏlEy! SafAğ Olamı
fanidimi?!" ƏlEy - Uca Əl, yəni ƏlAğımız EySar ÜnEv idi o vaxt. Qardaşından
gör nə soruşur EySar: "SafAğ Olamı (yəni insanın beyni) fanidimi?"
Ölüm ayağında qayğıya bax, Bircə balam!
Bir də deyirəm: "ƏlEy! ƏlEy! (Uca Əl! Uca Əl!) SafAğ Olamı fanidimi?!"
"Fani" - EvÜnün təhrifidi.
"Bibliya"da, "Novıy zavet"in - "Şad xəbər"in ruscaya tərcüməsində dönə-
dönə təhrif eləyiblər EySann bu son sözlorini. Əmma qrekcəsində cəsarətləri
çatmayıb toxunmağa. Çünki "Rim"də Türk çoxmuş, bu sözlər çox yayılıbmış.
Peyğəmbərin möhüründən sonra bir sual verdim sənə. Bir də indi soruşuram:
de görüm, EySann "ƏlEy! ƏlEy! SafAğ Olamı fanidimi" sözləri nə verdi sənə?
Uzun, üzüntülü sükut oldu. Söhbətin - dərsin ən həlledici mərhələsində
Səmədin belə çox susmağının səbəbi, əlbəttə aydındı: İlanın özündən başlamış,
Bezobraziye dünyasında bütün ilanların da özbaşına, yəni sərbəst, azad
buraxılması Bağ hökmü idisə, EySarın müqəddəs
sözləri barədə sualın cavabı nə idi?! Beyin fani idi?! Və dünya fani beyinlərin
dünyası idisə, Səməd nə deyə bilərdi?!
- Mənə belə qəmli baxma, əmi... Partiya məktəbinin müdavimi Səməd
hara, bu Səməd hara? Tamam başqa adamam... Əmma... açığı, çaşdım... Bağışla
məni... "Allah"nan ƏlAğın fərqini dərk eləmişəm, əmma Bağ olammaram mən,
OdƏr olammaram, əmi... Başa düşürəm, səndən ötrü çox ağırdı bu sözlər. Əmma
bu elə məsələdi ki, burda yalan danışmaqdan böyük qəbahət ola bilməz. Bağışla
məni, görürəm çox əzab verəcəm sənə. Özüm də əzab çəkirəm. Başım, boynum
partdayır ağrıdan!.. Sənin, Abının arzuladığınız Varis olammaram mən...
Peyğəmbərin möhürü dərya-dəniz şadlıq verdi mənə. Dünyamız, dilimiz barədə
hər şey verdi. Doğrudan da hər şey, əmi! ƏlAğ - "Allah" verdi mənə!
Kor gözlərimə işıq gəldi. Sədr Mədədi gördüm. İkinci doğuluşa inandım,
atamın, anamın, əmilərimin, babamın sağlığına inandım. OdƏrliyimizə,
Bağlarımıza inandım! Ulu Bağın möhtəşəmliyini gördüm. Faciəsini duydum.
EySar ÜnEvin, EvƏrimin faciələrini duydum. EySarımızın faciəsini duydum.
İrəli sananan, geri sananan yüz min illik tarix heç. Yeni tarixin min doqquz yüz
ili müddətində faciənin həddi-hüdudu yoxdusa, kor balasının gözlərinə belə
möcüzəli işıq verən bu nadir insan Sultan Əmirli də ölümə məhkum olunubsa,
özün bilmirsənmi EySarın son sözləri nə verirmənə?! SafAğ Olamı fanidi!
BağÜn lazrm deyil bu xarabada!
Sultanın gözləri böyüdü.
- Budu cavabın?!. İkinci doğuluş lazım deyil?! Yerdə ölümə
məhkumluğum ölümümdü?! Bu dəqiqə burda yıxılsam, cəmisi bir neçə saatdan
sonra qardaşlarımı, atamı, anamı, babamı, nənəmi bağrıma basacam!
Budumu fanilik?! Bu beyin - BağÜnün əbədiyyətini dərk eləyə-eləyə
deyirsən fanidi?! Otar Kiknadze nə zibildi Bağ Sultanı əbədi işgəncəyə salsın?!
Yağır Məmmədəliynən şah necə öldürə bilərlər Ağ Əmirnən Boz Əmiri?! Çax-
çux necə öldürə bilər sədr Mədədi?! İndi de! De görüm nə verdi sənə EySarın
son sözləri?!
Səməd başını sinəsinə oyib, qaldıra bilmirdi.
- Necə yəni "Çax-çuxa toxunmaq olmaz", ay əmi?! Planet
Bezobraziyenin pəncəsində qalırsa, EySarımın azərbaycanca "ƏlEy! ƏlEy!"
iniltisi nəyimə gərəkdi mənim?!
Yenə üzüntülü sükut çökdü. Sonra birdən sərt taqqıltı eşidildi: Sultan
yumruğunu başına çırpdı.
Səməd elə bil daşa dönmüşdü... Hələ bilmirdilər ki, bu gecə əmi ilə
qardaşoğlunun birgə Yer həyatının son gecəsi idi.
* * *
Elə orda, hərəsi bir "tyubik"in üstündə donqarlanıb, daş kimi yatıb bir də
Müslümün öskürəyini eşidəndə oyandılar. Yuyunub, çay içib məhkəmənin səhər
iclasına, qərarı eşitməyə getdilər.
Mirqəzəbə güllələnmə, "Pers"ə iyirmi beş il həbs cəzası kəsiləndə bütün zal
ayağa qalxıb qatillərə lənət oxudu.
Tək bir nəfər nə ayağa qalxdı, nə də səsini çıxartdı. O bir nəfər Sultan idi.
Keçinib, necə oturmuşdusa, eləcə də qalmışdı. Termosla "qranyonnı stəkan"
döşəməyə düşmüşdü, rəngi dəyişirik - göyümtül çalan YemSən suyu kresloların
altına axıb yayılmışdı... Bircə balanın hədəqədən çıxmış gözləri qonşu
kreslolarda Müslümü axtardı, zalı dolandı görmədi.
Əmisini qucağına götürdü. Meyidin hələ tamam soyumamış üzünü üzünə
söykəyib, sinəsini sinəsinə sıxıb zaldan həyətə çıxartdı. Müslümün yerində
oturan yad adamın nazik, qırışıq boynuna ötəri baxıb, meyid qucağında, maşının
dal oturacağına keçdi, bütün yolu elə o vəziyyətdə-qucağında apardı. Yolda
qulağına dəydi ki, "rəhmətlik Mədəd də Suranı belə aparmışdı. Qucağında. Bu
ata uşağında adətdi, nədi..." Bu sözlərdən sonra, yarımyumulu gözləri önündə,
fəzanın dərinliyində ikən lap yaxın görünən sədr Mədədi, sonra isə əmisini gördü
və çox aniaşılmaz oldu ki, dünəndən bəri az-maz da nəmçiməyən, quruluqdan
alışıb-yanan gözləri məhz o fəzadakı sağ-səlamət Sultanla Mədədi görəndə yaşla
dolub, qucağındakı Sultanın sifətini iri damlalarla islatdı. Xəbəri yoxdu ki, bir də
əlli beşinci ilin yanvar günlərindən birində, Əlləzoğlunun çəpərinin arxasından
çağa çığırtısı və Torksinin darvazadan eşiyə atılıb: - Muştuluğumu ver, Mədəd
əmi gəldi! Mədəd əmi gəldi! -dediyini eşidəndə gözlərindən belə iri-iri damlalar
səpələnəcəkdi...
ÖLÜM-DİRİM
Min doqquz yüz əlli dördüncü il ilə min doqquz yüz səksən səkkizinci illər
arasında, yəni Sultan Əmirlinin yeganə yadigarı Mədədın otuz dörd illik
ömründə, necə deyərlər, çox sular axsa da, Mədəd uni" versitetin dissertantı olub,
tarix elmləri namizədlik dissertasiyasuıı tamamladığı bir vaxtda gözlənilmədən
hər şeyi atıb, Qonaqlıdakı Əmin mülkünə qayıtdığı günə qədərbaş verən
hadisələr içində, Əmirli nəslının
sonuncu nümayəndəsi kimi tanınan bu oğlanın zehnində üç hadisə daha dərin iz
salmışdı. Birinci hadisə: Mədəd hələ beş yaşında ikən əmisi Səməd Əmirli
rayonda ən məşhur - bilikli, bacarıqlı kolxoz sədri sayılarkən Bakıdan general
Məhərrəmov ağ, par-par "Volqa"sında gəlib onu - Səmədi zorla maşına basıb
aparmışdı və Səməd cavan, gözəl arvadı Torksinlə oğulluğa götürdüyü körpəni
Qonaqlıda qoyub, ildə bir-iki dəfə bir-iki günlüyə qayıtmağı sayılmasa, uzun
müddət yoxa çıxmışdı. İkinci hadisə: beş il bundan əvvəl, yəni səksən üçüncü
ildə Səmədin "barmaqla göstərilən" arvadı Torksin, Mədədin lap körpəlikdən
"Gül xala" dediyi Gülbənizin Sudüşəndəki evindən qayıdarkən oradanSudüşəndən atılan güllələr onun - Torksinin kürəyinə dolmuşdu. Qəsəbədən
yüyürüşüb gələn adamlar arasından Rəhim kişi - Xəlvət Rəhim irəli çıxıb
meyidin gozlərini sığayıb "Heyif səndən, ay gözəl bala", - demiş, meyid Əmirli
mülkünə aparılıb, kəfənə büküləndən sonra isə o - Xəlvət Rəhim cibindən bir
naxışlı tütün kisəsi dolusu qızıl çıxarıb, stolun üstünə qoyub, "Səməd burda
yoxdu. Heç bilinmir Bakıdadı, yoxsa xaricdə. Yaxşı dəfn eləyin bu bədbəxti,
qəbrin üstündə büstünü qoydurun, ətrafında qışda da solmuyan gül-çiçək əkin",
demişdi. Əmma Mədəd qızılı Xəlvətin sinəsinə çırpıb, "Nə səndən, nə də o
qəsəbədən bir qəpik almaram! Özünüzü də bu mülkdə hüzrə buraxmaram! Çıx
burdan!" - deyib qocanı kandara itələmişdi.
Üçüncü hadisə: keçən ilin avqustunda Sultan Əmirlinin sovxası kitelin döş
cibindən vəsiyyət tapılmışdı. Əslində bu, birinci hadisə sayılmalıdır, çünki məhz
o vəsiyyət Mədədin həyatını kökündən dəyişdirmiş, aspiranturanı atmağa məcbur
eləmiş, üstəlik, lap ilk gənclikdən ona saz-söz öyrədib məclislərdə gəzdirən
ustadlan Xızr Abı ilə Çürük Aşığa yenidən bağlanmışdı.
Vəsiyyət cəmi bir neçə cümlədən ibarətdi: "Məni Varisim öldürdü. Varisimi
də Varisi öldürəcək. Bu nə sirdir?! Baş açmıram. Daha heç nə eşitmirəm. Heç nə
görmürəm. Adı ƏlifBey olanıma yalvarıram, Sahibimizə yalvarsın,
mümkündürsə, nəslimizin bu əcaib bədbəxtliyinin səbəbini öyrənsin, hadisələrə
müdaxilə eləsin, sən dönə-dönə oxu, Səmədim, dərk etsən, qulun Elmə qul ol!
Yalnız "Muğ" - Bağların anlaya biləcəyi bu vəsiyyəti hələlik üç nəfər -
Mədəd özü, "adı ƏliyBey olan", yəni Xızr Abı, bir də hədsiz qocaldığına görə
qara cürəsinin simlərinin parıltısından başqa ancaq odAğÜzdən göstərilənləri
görən Çürük Aşıq oxumuşdu. Qocalar- AbıIlə Çürük yəqin bilirdilər ki, Sultandan qalan sovxalan göz bəbəyi kimi qoruyub
saxlayan Gülgəzin sandığındakı boz kitelin yan cibindəki bloknotdan cırılıb,
dörd qatlanıb həmin kitelin döş cibinə qoyulmuş bir parça kağızda vəsiyyət
Sultanın öz dəst-xətti ilə yazılmışdı və tamamilə aydındı ki, ölüm ayağında, son
nəfəsdə yazılmışdı. Sağlığında Sultanın bircə Varisi vardı, o da Səməddi, ikincisi
yoxdu. Qocaları dəhşətə gətirən də elə bu idi ki, yazı Səmədlə Səmədin yetirdiyi
Varisı - Mədədə aiddi. O Səmədə ki, dünyaya göz açdığı gündən Sultanın
keçindiyi günə qədər əmisinə "İdealım" demişdi, Sultanın keçindiyi gündən
indiyə qədər - otuz dörd il müddətində isə vaxtilə Arazın o tayından gəlmiş
mühacir Demokratların sadiq pənahı AdıPünhan general Məhərrəmovun "əlinin
altında işləyə-işləyə" ömrünü yeddi yüz əlli cildlik "Vərəsə" kitabxananın
tədqiqinə həsr eləmişdi və əmisinin yeganə övladı Mədədi - oğulluğunu
mühacirlərin ailələrində "Cənubun ab-havasına alışdırıb", gah rayonun inqilab
veteranları cəmiyyəti üzvləri, "qəlyanlı qocalar"dan Qılınc Qurbanın, gah da
"Məhərrəmovun çekistlərinin qanadlarının altına ötürə-ötürə", "xüsusi təlimtərbiyə" ilə böyüdüb, universiteti qurtarandan sonra bir müddət Daxili İşlər
Nazirliyinin şöbələrindən birində işlədib, nəhayət, aspiranturaya aparmışdı ki,
Mədəd də ömrünü yeddi yüz əlli cildlik "Vərəsə"nin, daha doğrusu, əzik-üzük
səhifələri təxmini nömrələnmiş axırıncı cildlərdəki "Sirli dastanlar" adlandırılan
"OdƏs OdÜn'Mərdə rəmzlərin tədqiqinə - şərhinə həsr eləsin. Nə olmuşdu, ölüm
ayağında, son nəfəsdə nə baş vermişdi ki, Sultan Əmirli "Bircə balam" deyə-
deyə ömrü boyu əzizlədiyi SafAğ Elmi Varisinə birdən-birə düşmən kəsilib elə
sözlər yazmışdı? Heç düşünməmişdimi ki, Bezobraziye mühitində dostdan çox
düşmən vardı, günlərin birində kim isə əlini kitelin cibinə salıb o qorxunc kağızı
ortalığa çıxara bilərdi.
Sual çoxdu. Cavab yoxdu.
Yaşları yüzü çoxdan aşmış, saysız-hesabsız ölüm-itim görsələr də, hələ də
dünyanın gərdişindən heyrətlənən qocaları dəhşətə gətirən bir də bu idi ki,
atasının vəfatının otuz beş ili tamam olan günü, yəni 1988-ci ilin avqustunda
kağızı kitelin cibindən çıxarıb onlara - Abı ilə Çürüyə oxutdurandan sonra
Mədəd, Abının əlindən yerə düşən kağızı tamamilə sakitcə götürüb, sakitcə də
dörd qatlayıb penceyinin döş cibinə qoyub, qalınaraq, cod səslə "Bakıya ayağım
dəymiyəcək daha. Aspiranturaya da tüpürdüm, "Vərəsə" kitaxanamıza da,
tədqiqatçısına da" - demişdi və o gündən üstündə gəzdirdiyi o qorxunc sənəd
barədə bir kəlmə də danışmadan, səsləri çıxmasa da saz çalmağa hələ əlləri
tutan köhnə saz-söz ustadlarına qoşulub, aşıqlığa qurşanmışdı. Harda, nə
münasibətlə çalıb oxuduğuna qətiyyən fikir vermədən, ustadlarının "Zarıncı",
"Dilqəm", "Mənsuri" və sair bu qəbildən qəm-kədər, dərd-ələm havaları üstə,
cəmaatı ağlada-ağlada toyları da yasa döndərirdi. "Badamlı" suyu şüşəsində
"levi" araq* verən Gülenoğludan araq alıb içib, yenə də ustadlarının qəm-kədər,
dərd-ələm havaları üstə çalıb oxuya-oxuya yasa batıb, tez-tez "Şüşəli" pavilyona
yığışan cavanları da yasa batmrdı. Ən kədərlisi isə bu idi ki, "adı ƏlifBey olanın"
- Abının "uca göylərə", Sahibə - EySara yalvarışlarından da bir nəticə çıxmırdı.
OdAğÜzdə kim isə, hətta səsini gizləyib pıçıltı ilə eyni sözləri təkrar edirdi:
"Mədəd Əmirlinin doxsan illiyində biləcəksiniz. Biləcəksiniz! Gizlin
"Muğanna"larla - Əmirlilərlə yaxınları, uzaqları da bilirdilər ki, qırx altıncı ildə
Mədəd Əmirlinin, əlli dördüncü ildə Sultan Əmirlinin faciəli ölümlərindən sonra
bu nəsildən heç kəsə ad günü -"yubiley"-filan keçirmirdilər. Tək bir dəfə - əlli
beşinci ildə Sultan Əmirliyə "illik" verilmişdi. Onda da Səməd, Qonaqlı cəmaatı
ilə birlikdə, rayondan gələnlərə və qonşu kəndlərin - Tahirli ilə Qurbanlının
cəmaatlarına da tapşırmışdı ki, daha heç kəs yasa gəlməsin. "Çünki, birincisi,
Sultan Əmirli ölməyib, ikincisi, körpə Mədəd öz əmisi oğlunu - Səmədi ata əvəzi
bilib yetimlik çəkməyib". "Sultan Əmirli ölməyib" sözləri bu həndəvərlərdə heç
kəsi təəccübləndirməsə də, cəmaat "el adətinə hörmətsizliyə" - ehsan
verilmədiyinə görə Səməddən incimişdi. Ata əvəzi əmioğlunun xəbərdarlığından
sonra Qonaqlı, Tahirli, Qurbanlı cəmaatları ilə birlikdə, mərhumu "bu dünyaya
tək gəlib tək gedən yeganə vətənpərvər katib" adlandıran və "heç olmasa
yubileytəhər bir şey eləyib mərhumların adlarını anmaq" istəyən inqilab
veteranları cəmiyyətinin üzvləri - köhnə bolşeviklər də Səmədin sözünü
təsdiqləməyə məcbur olmuşdular. Beləliklə, o birinci və axırıncı illikdən sonra
heç yerdə heç bir yas və ya yubiley əlaməti görünməmişdi. "Bu dünyaya tək
gəlib tək gedən yeganə vətənpərvər katib"in yeganə övladı, veteranlar
cəmiyyətinin sədri Qılınc Qurbanın ölümündən sonra da orada da - cəmiyyətdə
sədrin katibi işləyə-işləyə, demək olar ki, bütün rayonun himayəsində,
universiteti qurtarmış, Nazirlikdə, Adı-Pünhan general Məhərrəmovun "əlinin
altında" işləyə-işləyə aspiranturanı bitirəndən sonra isə, dissertasiyası ilə yanaşı,
"Əmirlilərin köhnə sirdaşları" gizlin "Muğ"ların köməyilə "Ağ Əmirlə Boz Əmir
Ağlar"
______________
*"Levıy" gizlin satış: dövlət standartlarından kənar mal satmaq qadağan idi.
adında dəstan yazıb, saz-söz ustadlarına göndərib Abı ilə Çürüyün bəlağətli
dillərilə Şeyxlərin haqqında həqiqətləri yaydırmışdı.
Bu dəstan "Ağlaram Ağlar kimi" bayatısı ilə başlanıb, "Qəsri-Qacar"dakı
faciə ilə tamamlansa da, faciə törədənlərin ünvam Moskvadan, Şahdan
uzaqlaşdırılıb, Din mərkəzi "kum" şəhəri şeyxinin adına bağlandığına görə,
qocalar Məhərrəmova arxalanıb, hələ də "Xudiyev dəstəsi" adlanan KQB-dən
çəkinmədən, Ağı - SafAğı, "Muğ"u - Bağı öz adı ilə deyə-deyə Elmi açıqca
təbliğ edirdilər və bu iş Bakıda Mədədi əməlli-başlı xoşbəxt insana döndərirdi.
Min doqquz yüz yetmişinci ildə, Nəsiminin anadan olmasının altı yüz illik
yubileyi ərəfəsində, o dörd "Divan"lı nəhəng şairin həyatını əhatə etmək üçün
"Divan"ların izi ilə "Vərəsə" tədqiqatı beynəlxalq miqyasa çıxıb, Səmədi
Suriyaya, Hələbə, Bağdada, Şama* ezamiyyətə aparanda, Mədəd eyni
xoşbəxtliklə "Musa Ağanın" - Ulu Bağ ƏsƏlMənin Muğandan Qazağa sürülməsi
haqqında məlumat izi ilə, general Məhərrəmovun zəmanətini alıb Leninqradda
"Upravleniye po delam pereselentsev" - "köçkünlərin işləri üzrə idarə"nin Dövlət
Arxivinə təhvil verilmiş "qovluqlar arasında eşələnməyə" məcbur etmişdi o vaxtlar.
"Bir ayağı Leninqradda, Bakıda, bir ayağı veteranlar cəmiyyətində, "yenə demək olar ki,
bütün rayonun himayəsində "keyf çəkmişdi": ata əvəzi emioğlundan başlamış, Elm, sazsöz ustadlarına qədər, himayədarlarının hamısı Mədədi "Bircə bala", "Varis", "Tədqiqatçı"
adlandırmışdı. Odur ki, Tədqiqatçının minimumları verib qurtarıb, dissertasiya müdafiəsi
ərəfəsində aspiranturanı atıb aşıqlığa qurşanıb müəmmalı göz yaşı ilə dolu gözlərlə sazın
döşünə baxa-baxa "Ağlaram Ağlar kimi" sızıltısına qapılıb və "dilinə qıfıl vurub", ancaq
hərdən üzünə çox baxanlara qəzəblə: "Tüpürmüşəm hər şeyə" deyə-deyə, atasının
ölümündən uzun illər keçəndən sonra birdən-birə yasa batmağı üç para kəndlə birgə bütün
rayonu da çaxnaşdırıb, bu sirli yasa marağı artırmışdı.
Abı ilə Çürüyü dəhşətə gətirən bir də bu idi ki, ana babası Əlləzoğlundan, nənəsi
Hənifədən, anasından və dostu "pyanska şair" Şöşüdən başqa Mədəd heç kəslə kəlmə
kəsməsə də, yasa marağın artmağı qıfılın sınmasına - sirrin açılmasına səbəb ola bilərdi.
Buna görə də avqustun
______________
*SSRİ-nin rəsmi dairələri şeri "Ənəlhəq üstündə qurulmuş" Nəsiminin yubileyinin əleyhinə
oisalar da, Azərbaycan KP MK-nın birinci katibi senzuranın iradəsini sındıra bilmişdi və X-XIV
əsrlərin gizlin SafAğ mərkəzləri Hələbə, Bağdada, Şama çoxlu ziyalı –tədqiqatçı axırına şərait
yaratmışdı: İslam dininin "Şiə" qolunu İranda hakimiyyətə gətirməyə və bununla Şimali, Cənubi
Azərbaycanın birləşmək təhlükəsinin qarşısını almağa hazırlaşan KPSS, "Ənəlhəq"i öyrənməyə
maraq göstərmişdi.
iyirmi səkkizində, iyirmi doqquzunda Mədədin sağ-solunda dinməz-söyləməz
saz çala-çala iki toy keçirəndən sonra qocalar daha nə toylara gedirdilər, nə də
məclislərə; "mikrafonnu toyun zırıltısından cana doyub Çürüyün sazını istəyən"
Qonaqlıların, Tahirlilərin, Qurbanlıların təkidü dəvətləri ilə birlikdə,
"beşmanatlıq aşıqlar"ın boğazdanyuxarı mələmələrindən bezikib, dədə-baba
havaları istəyən "pyanska şairlərin", o cümlədən Şöşünün yalvarışlarına da rıdd
cavabı verib, Mədədi hır yerdə cəmaatdan təcrid eləməyə çalışırdılar. Çünki
"Çürüyün sazını istəyən" Qonaqlılar, Tahirlilər, Qurbanlılar həm də "hələ dili az-
çox söz tutan" Abının sözünü də istəyirdilər ki, bəlkə bu qeyri-adi yasın sirrini
öyrənsinlər; "dədə-baba havaları istəyən" şairlər isə həm də "Muğanna"
təxəllüslü Pünhan şairin şerlərini oxuyan Mədədin qəm-kədər, dərd-ələm
havalarını istəyirdilər ki, qəm-kədər içində bir eyham, işarə tutub, yasın sirrini
bilsinlər. Bunu qocalar dönə-dönə deyib, Mədədi ayıltmaq üçün təkid edirdilər
ki, ağzında dilini torpətdiyi gündən "əmi" dediyi, sonralar "alimim, fəxrim"
adlandırdığı ata əvəzi Səmədin özü ilə danışmadan, vəsiyyətin harda, necə
yazıldığını, Sultanın öz istəkli, can-ciyər qardaşoğluna niyə elə birdən-birə
düşmən kəsildiyini dəqiq bilmədən ah-uf eləməsin, tək Əmirli nəslinə yox, o taybu tay Azərbaycana, Türkiyəyə və bütün dünyaya aid olan yeddi yüz əlli cildlik
"Vərəsə"yə - Səmədin çoxillik zəhmətinə "tüpürmüşəm" deyib dünyanı
çaxnaşdırmasın.
Adi nəsihət təsir etməyəndə Xızr Abı birdən-birə dümağ ağarıb, soyuq tərə
bata-bata qışqırırdı: "İçində nə var sənin, ey KQB?! Səməd Məhərrəm
səviyyəsində adamlara da Hələbdən gətirdiyi əlavə material verib ki, hazır
olsunlar. "Ermənilərin başlarına hava gəlib, Qarabağı almaq qəsdindədilər. Bütün
dərdini çəkmək məqalə-zad yazmaq əvəzinə sən o kağızı cibinə qoyub yetim
quzu təki mələyirsən. "Ağlaram!.. Nədi bu?!" Qocalar hardansa, kimlərdənsə
öyrənmişdilər ki, "Sovet hökumətinin axırıdı", məhz buna görə də Səməd öz
Pünhan Muğannalarına əlavə Elm sirləri verib ki, imkan yaransa, üzə çıxartsınlar
SafAğ həqiqətini. Belə bir vaxtda Elmdən dönən kim olur səncə?! Mən məəttəl
qalmışam, yəni mümkündümü belə dönüklük?! Nə olub sənə?! Danış! Açılış!"
Əmma bədbəxtlikdən, Mədəd bu deyilənlərdən təsirlənmədi, açılışmadı.
Toya dəvət edənləri, pavilyona çağıranları həyətdə görəndəcə qəribə hövl
içində dik atılırdı. "Tüpürmüşəm, hər şeyə tüpürmüşəm! -deyirdi və divarda
xalçanın üstündə mıxlardan cərgə ilə asılı üç sazdan hansı əlinə keçsə, mıxdan
qoparıb, eşikdə, toy adamları ilə dəli kimi danışırdı: "Mənimki Şüşəlidi daha! Nə Səməd adında əmim var mənim, nə Elmim, nə
də Alimim! Tüpürmüşəm! Tüpürmüşəm!" Şüşəlidə isə "Zəhərimi ver!" - deyə-
deyə stəkan dolusu "Badamlı"nı "levi arağı başına çəkib", tər içində, sazı
köynəkdən çıxarıb, "pyanska şair" Şöşü - Şövkət Tahirlə bir küncə çəkilib, öz
anlaşılmaz yasını, yanğısını araqla, sazla, sözlə söndürməyə çalışa-çalışa,
yeməkdən də qalıb günbəgün əriyirdi.
Qocaları dəhşətə gətirən, nəhayət, bir də bu idi ki, Mədədin hövlü, hərəkəti
ancaq vəsiyyətlə yox, həm də Əmirli nəslinin qatı düşməni, Qudalı ağsaqqalı
Xəlvətlə - Agent Rəhimlə, bütün Qudalılarla bağlı idi. Arxada "baqajnik"lərdən
"sideniye"lərin aralarına qədər yüklü "Volqa"larında Moskvada gəzən "Qudalı
gədələri" avqustun iyirmi səkkizində gözlənilmədən kəndə qayıdıb car çəkdilər
ki, Mədəd Əmirlinin doxsan illiyinə gəliblər, cəmaatdan xahiş eləyirlor Şüşəli
pavilyonun qabağına yığışsınlar. Cəmaat yığışanda isə, Xəlvəti ortalığa çağırıb
təklif elədilər ki, ağsaqqal Əmirli nəsli ilə ədavətinin üstündən qələm çəkib,
illikdə iştirak eləsin.
İllərdən bəri bütün "illik"ləri ötürüb, birdən-birə "doxsan illik" demək
təəccüblü olsa da, cavanların təklifi Qonaqlıları nə qədor sevindirmişdisə, xəlvət
Rəhimin bu təkliflə tamamilə tərəddüdsüz razılaşıb, "Qələm çəkirəm! Bir
şərtnən: zəng vurun, Səməd Əmirli gəlsin, özünün altmış yaşını da elə burda, öz
yurdunda qeyd eləsin. Barışaq!" deməyi hamını qorxutdu.
O günü - avqustun iyirmi səkkizində "Qudalı gədələri" -"Ağsaqqalın
Əmirlilərnın barışmağı münasibıtiynən" Gülənoğlunun bufetinin dalından
"Badamlı"ları cəmaatın üstünə ata-ata, Özləri də "yüz-yüz vura-vura" hamını, o
cümlədən Mədədi də qonaq elədilər. Axşamısı, o qorxunc sənəd Mədədin
pencəyinin döş cibində olanda, bu bədbəxtlikdən xəbərsiz, sərxoş cavanlar,
"Volqa"larının "musiqili siqnalları" ilə Sudüşən çəməninə səs sala-sala rayondan
Bakıya -Səməd Əmirliyə zəng vurmağa getdilər. Gecə yarıda susqun qayıdıb
xəbər verdilər ki, "Səməd Əmirli illiyə gəlmiyəcək". Niyə? "Səbəbini deməyib,
elə bunu deyib ki, gəlmiyəcək".
Vəsiyyətin üstünə bir kəlmə də əlavə olundu: "Gəlmiyəcək".
Məhz bu kəlmədən sonra Mədəd əlinə saz alıb, ustadlarına qoşulub,
Qonaqlının Kətyənli, Tahirlinin Mələkqarı məhlələrində toyları yasa döndərdi.
Məhz "gəlmiyəcək" kəlməsindən sonra, bu günlərdə aramsız "səbr, səbr" deyən
Çürüyün "ata əvəzi əmi" barədə məsləhətlərinə, Xızr Abının danlaqlarına
dözməyib, hövl içində dik atıldı. "Bəsdi, bəsdi.
Tüpürmüşəm, tüpürmüşəm! Nə Səməd adında əmim var mənim, nə "Vərəsə"
kitabxanam, nə də tədqiqatçım!" - dedi və "pyanska şairə" qoşulub, bədbəxt
ustadlarını da ardınca sürünməyə vadar edib, birbaş Şüşəliyə getdi. Məhz
"gəlmiyəcək" kəlməsindən sonra Gülənoğluna "Zəhərimi ver!" - deyə-deyə,
stəkan dolusu "Badamlı"nı acqarına, bir-nəfəsə başına çəkə-çəkə, yayın
sıxıntısında, daimi qan-tər içində əriyib-arıqlayıb ələngəyə çevrildi.
Vəsiyyətin üstünə golən bir kolmə belə bədbəxtlik törətdi.
Yas da unuduldu, yasa maraq da. Şüşəlinin çayxana küncündə, "pyanska
Şöşü" ilə "pyanska şairlər"in arasında, tüstü-duman içində çalıb-oxuyub "beşdən-
üçdən alan beşmanatlıq aşıqlar"dan başqa, o küncdə üç bədbəxt məskən saldı:
şan-şöhrətli Əmirli nəslinin son beşiyi Dəli Mədəd, Çürük Aşıq, Xızr Abı. Bir də
gah "Mariya", gah da "Məryəm ana" çağırdıqlan cavanca rus qızı həmin dal
otağın küncünə qısılıb gizlin-gizlin ağlayırdı. Şüşəlidə hamıya məlumdu ki,
bədəncə nəhəng, hətta bir qədər kor-kobud, sifətdən isə "mələk Mariya" -
"Məryəm" Mədədlə zaks kəsdirməsə də "qanuni arvadı" sayılırdı. Çünki Marina
o ili - səksən səkkizinci ildə açıq görünən hamiləliyini gizlətmirdi, Mədəd isə,
sərxoş olduqca, Marinanın böyür-başından keçənləri o yan-bu yana itələyirdi:
"Varisimə toxunarsınız!.."
Mədəd Əmirlinin doxsan illiyi bir də o vaxt yada düşdü ki, yenə həmin
"Qudalı gədələri" "musiqili siqnal"larla üç para kəndin üçünə də səs sala-sala car
çəkdilər ki, sabah - oktyabrın iyirmi üçündə Səməd Əmirlinin atası sədr Mədədin
vəfatının qırx iki ili tamam olur. Onlar-Qudalı cavanları yenə Bakıya zəng vurub,
təkid eləyib, bu dəfə Səmədi yerindən tərpədiblər, bu axşam gəlməlidir, buna
görə də üç para kəndin üçündən də xahiş eləyirlər ki, hər məhlə, kim nə qədər
bacarırsa, siyahı ilə pul yığıb aparıb Şüşəlidə Gülənoğluna versin, Gülənoğlu
sabaha qədər hazırlıq görsün, böyük qardaşı sədr Mədəddən beş yaş kiçik Sultan
Əmirlinin səksən beş illiyi ilə sədr Mədədin vaxtı keçmiş doxsan illiyi, bir də ki,
vəfatı günü bir yerdə keçirilsin, avqustdan indiyə qədor - dörd ay sərasər içkiyə
qurşanıb ağlmı itirən bədbəxt bəlkə cəmaatın qayğısını görüb ağlını başına
yığsın, əmisi ilə barışıb aspiranturaya qayıtsın, rayonumuzun baş ucalığı,
həmişəki istəkli Bircə balası, Varisi, Tədqiqatçısı olsun.
"Qudalı gədələri"nin bu xəbərindən sonra, axşama yaxın Şüşəli pavilyonun
qabağı ikinci dəfə adamla doldu və Qudalı ağsaqqalı ikinci dəfə ortalığa çıxdı...
* * *
Mədəd öz daimi yeri çayxana küncündə, tək stol arxasında, tüstü-duman
içindəbaşını endirib donqarlanmışdı. Qabağında "Badamlı" şü-şəsi, "Prima"
siqareti, kibrit, külqabı, heç kəsə, heç nəyə baxmırdı. Sağ-solunda Xızr Abı ilə
Çürük Aşığın xırdaca qaraltıları qaralırdı. O qaraltılardan o yanda isə Şövkət
Tahirin - Şöşünün saçı ağarırdı.
Eşikdən Xəlvət Rəhimin səsi gəlirdi:
- Deyin görüm, ay cəmaat... Deyin görüm... "Bu dünyaya tək gəlib tək
gedən katibin yeganə övladı" niyə bu kökə düşdü? Bu boyda rayonun, inqilab
veteranlarının, Məhərrəmovun, Demokratların qanadlarının altında böyüyən
Bircə bala, Varis, Tədqiqatçı niyə Dəli Mədəd oldu? Bu Doli aspiranturaya
gedəndə bizim cavanlardan da getdilər, bilirsiniz, şərqşünas, ərəbist, farsist olub
xaricə getdilər, yazıb-yaradıb ad-san qazandılar! Əli Şiəsinin tarixini, Şah
İsmayıl vəsf eləyə-eləyə bir tərəfdən imam Xomeyninin hədiyyələrini, üstəlik,
xeyr-duasının qazandılar. O biri tərəfdən, "O tay, bu tay Azərbaycan"ı
birləşdirmək, "vahid Azərbaycanda SafAğ" əbləhi yaratmaq xülyasında olanların
əksinə, "Moya malenkaya respublika", "Şiroka strana moya rodnaya SSR" deyib,
ağılnan, kamalnan, gözəl, nağdı siyasəti tərifləyib Moskvanın təşəkkürimü
aldılar! Bəs bu şan-şöhrətli Əmirli törəməsi, babalarının, əmilərinin, atasının
əməllərinin havayı olduğunu açıq-aydın görə-görə niyə kəc baxdı mənimkilərə?
Kim, nə batırdı bu bədbəxti?..
Xəlvət Rəhim gah cəmaatın başı üzərində çinarın sazaqdan titrəşən təkəmseyrək yarpaqlarına, gah da cəmaatdan xeyli geridə dayanmış boz kostyumlu,
anq adama baxa-baxa, dalbadal dəhşətli suallar verirdi:
- Deyin görüm, bu Qurbanlı sovetliyinin üçpara kəndində neçə dəlimiz
var bizim? Qonaqlıda Dam direktor Ələsgər müəllimi kim dama çıxardıb?..
Dünənəcən şapkasının qabağı qırmızı ulduzlu boişevik fəxrimiz olan Qılınc
Qurban, o məhkəmlikdə adam niyə infarkt oldu? Ondan geri qalmıyan fəxrimiz
Xızr Abı hər cümə axşamı Tat Seyidin arvadının yasına gedib guya mollalıq
eləyir, əmbo həqiqətdo, bilirsiniz, göylərnən əlləşir. Ona da Dəli Abı deyiriər
indi. Tahirhdə Nuru müəllim çoban olub, sinifdə dərs demək əvəzinə çöldə
"çobanları alim eləyir!" Nuru müəllimin başı bəlalar çəkmiş, türmə
məhrumiyyətləri görmüş ağ saçlı şair qardaşı Şövkət Tahiri kim "Pyanıska şair
Şöşü" eləyib? Otuzuncu illərdən indiyə qədər, əlli il müddətində Əmirlilərin
hökumətdən giz-
lədə-gizlədə saxladıqları o yeddi yüz əlli cildlik "Vərəsə" kitabxananın törtöküntüsü əsasında yazılan "Vərəsə" adında dissertasiya deyilmi bu cəmaatı dəli
eliyən?!.
Məhərrəmov cənablarının əli uzanıb gedib Təbrizdə, Demokratların
vaxtından qalan gizlin mətbəə tapıb, bir Allah bilir nə qədər çap elətdirib törtöküntü "Vərəsə"sindən, sərhəddən keçirib gətirib, bizim Bakıdakı "Yazıçı"
nəşriyyatının adını yazıblar üstünə, basıblar respublikanın rayonlarına,
Borçalıya, Başkeçidə sat ki, satasan! Nəçənnik Gülənova xəbər verdilər, milis
səpələndi, hər yerdə bütün dükanlardan yığışdırdı. Bundan sonra kim harda görsə
o kafir kitabını, ocağa tullasın! Bu içəridəki "Dəli" yenə "Ağ Əmir, Boz Əmir
Ağlar" dəstanı başlasa, sazıni qırın! Bəsdi daha! Adımız Sovet işçiləri,
gözümüzün qabağında antisovet ƏsAğ - "Aşıq!" Nə qodər dözmək olar buna?!.
Ömrüm Qonaqlıda keçsə də, məni tanımırsıruz siz, cəmaat! "Agent" nədi?!
Başqa adamam mən. Odu ki, xüsusi tapşırılıb mənə, o SafAğ deyilən zibilin
kökü kəsilməlidi! Sabaha qoymaq olmaz! Sabah müharibə gözləyir bizi. Yumruq
təki bir, möhkəm olmalıyıq. Və, demək, milləti azdıranların dərsini verməliyik
bu gün, bax bu Şüşəlidə!.. Biz burda məhv eləsək - bunları hər yerdə məhv
eləyəcəyik! Nə təhər olacaq bu, gözünüznən görəcəksiniz!
Heç kəs dillənmirdi. Heç kəs tərpənmirdi.
Şüşə divarın datında, tüstü içində dörd bədbəxtdən, Mədədlə Şöşünün və Abı
ilə Çürüyün qaraltılarından biri "taburetka"dan qalxıb üzü aşağı - qapıya doğru
getdi. Abı idi. Eşiyə çıxıb, bir əlində qəlyanı, o biri olində təsbehi, dirsəkləri ilə
cəmaatı o yan-bu yana itələyə-itələyə, əsəbi, çılğın, gəlib Xəlvəti dürtmələdi: -
Eyy!..
Xəlvətin gözü cəmaatın arasındakı tək adamda idi. O boz kostyumlu, arıq,
sakit, susqun adamdan başqa, indi heç kəsə, heç nəyə baxmırdı. Əmma qocanın
qurusümük yumruğu necə agrıtdısa, istər-istəməz dönüb üstdən aşağı, Abıya
baxdı.
Abının alt çənəsi burnunun altına sıxıldı, gözləri qara, quru qırışların arasında
itdi. Hamı, o cümlədən Xəlvət Rəhim də çoxdan bilirdi ki, sifəti bu kökə düşəndə
Xızr Abının "dili qamına gedib batin olurdu", əvəzində "dilmancı" Çürük
danışmağa başlayıb, öz yüzillik dostunun, balabançısının "barin dilini aşkar
eləyirdi", yəni "Xızrın gizlətdiyi" sözü deyirdi.
Bu dəfə tərsinə oldu. Alt çənə ağır-ağır açılıb sallandı, Abının bir əlcə üzünün
qara-quru qırışlarının aralarından dümağ dəri göründü, pələng gözləri
pavilyondan düşən "dnevnoy" işıqda ildırım kimi çaxdı və
Abı, dilmancsız, öz "batin dilində" hamının lap asanca anladığı, tamamilə
aydın sözlər dedi:
- Sənin zırrama alverçi şərqşünaslarından, farsistlərindən başlamış, burda
kim bilmir bizim "Dəlilər" necə Dəlilərdi! OdƏllərimizi - Həqiqət Əllərimizi
yenidən "Dəli"lərə döndərməkdə qəsdin nədi?! Başa salmamışammı səni ki, Od
dövranı gəlir, yalanı yandırın" Od - Həqiqət!
Az qalıb, ay bədbəxt!.. Qandırmamışammı ki, bəsdi Elmi ayaqladığınız!
Sovet olmuyacaq! Ermənilərlə aramızda müharibə qızışdırıb içərimizi
zəhərliyəmmiyəcəksiniz, ey İlan agentləri! Əməliniz bax bu ovcumun içindədi.
Bu gün "perestroyka" deyə-deyə Soveti, Sosyalizmi dağıdırsınız! Sabah "İslam,
İslam" deyə-deyə milləti Farsın ayağının altına atacaqsınız ki, o tayı yeyib
qurtaradan sonra bu tayı da yesin! "Fars"san sən, Rəhim Erməniyə "erməniyəm"
deyərdin. "Cuhud qarışacağım var" deyərdin. Əmma məlumdu - Farssan, yəni
mənasızsan! EvƏrƏs ikən "Pers", "Pars", "Fars" - mənasız olan! Qarışdırırsan
yenə aranı! Ayıl, məna kəsb elə bu qoca Abıdan! - Abı titrəyirdi.
Xəlvət sakit-sakit, ağır-ağır başını bulayıb, "Qudalı gədələri"nə - hamıya
məlum olan "Gizlinlər"o işarə verdi.
Məhlədə, kənd arasında, xeyirdə-şərdə heç vaxt bir-birindən ayrılmayıb
həmişə topa gəzən, yoğun-yoğun "ət torbaları" vətəndaş geyimində OMON* -çu
Gizlinlər indi də topa yığnaqla, hay-küylə cəmaatın arasından çıxıb, Abını hop
götürdülər.
- Bıy, ə, bu nə yüngülüymüş! Çəkisi yoxdu ki, heç. Yedirtmək lazımdı! -
deyə-deyə, çiyinlərində çabalada-çabalada, şüşə divar uzunu aşağıya - qapıya
doğru apardılar. Əmma qapıya çatmamış yerə atmalı oldular. Çünki Abı,
deyilənə görə, Ermənilərlə müharibə üçün silahlanmış bu açıq Gizlinlərin - "ət
torbalarının" şubalarının yaxalarını açıb Kalaşnikov avtomatlarını göstərirdi,
bahalı "norka" papaqlarını vurub ayaq altına sahrdı, can-cürəfəsəsilə uyuşmayan
nəhəng əllərilə şapalaqlayırdı.
Yerə düşəndə, əl-qolundan çəkişdirən, - Gəl, a kişi. Yedirtmək lazımdı səni.
Gəl! - deyə-deyə gülüşən Gizlinlərə göz gəzdirib, büzüşüb birdən-birə
yazıqlaşdı, çayxana küncünə gedib, yenə dörd bədbəxtdən birinə çevrildi.
Cəmaat gah bədbəxtlərə baxırdı, gah da Xəlvətə.
_______________
*"OMON" - xüsusi təyinatlı milis
Çinarın lap dibdən, demək olar ki, kökdən ayrılıb yanlara süzmüş alcaq
budaqlarından tək-tək, boz yarpaq düşürdü. Sazaq vurduqca Xəlvətin qırmızı üzü
daha da qızarırdı, ağ pəmbə bığı daha da ağarırdı.
- Bu OdƏr deyənlər yaman sırtıqlaşıblar, cəmaat! İnişil o dediyim kitabı
Bakıda, Akademiyada cırıb-dağıdıblar, o Pünhan gədənin özünü də, ətrafındakı
SafAğ gədə-güdə alimciyəzləri də KQB-yə çəkirmişlər. Heydər Əliyev adam
göndərtdirib Akademiklərin partiya iclasına ki, adamdı, yazıb... Heydər
qanlarının arasına keçib bunların. Əmbə, siz yaxşı bilirsiniz, Moskva yaxın
qoyarmı bunların Bağdayını-filanını! Dəli Səməddən, Dəli Mədəddən savayı bir
aləm Dəli! Adları Pünhan, özləri açıq, əllərində "Vərəsı" tör-töküntüsü, milləti
dəli eləyib! Açıq deyirəm, bıçaq sümüyə dirənib. Qan töküləcək, cəmaat!
Xəbərdarlıq eləyirəm, heç kəs əl-ayağa düşməsin... Bir nəfər yoldaş var burda.
Kimi nəzərdə tuturam, özü bilər. Qabırğaları sınıb tökülüb, əmbə hələ ayaq
üstədi. Ona deyirəm: səsini çıxartmasın! Bu xəbərdarlığı eləməsəm də, özü başa
düşür ki, əsirimdi. Ölməyə gəlib öz ayağıynan... Baxışmayın, cəmaat! Dedim əlayağa düşməsin heç kəs! Görürsünüz ki, Qudalı cavanlarını! Sultan Əmirlinin
zamanında yetirdiyim cavanlar, qocalıblar, dağılışıblar. İndi yetirdiklərim,
bilirsiniz ki, şan-şöhrətli adamlardı hamısı. Bu yetirmələrimi bərk bağlamışam
Qudalı məhləsinə. On qızımın hərəsindən beş-altı qız nəvəm var. Vermişəm
bunlara, hərəsinə ayrıca ev tikdirmişəm öz hesabıma. Sudüşən məhləsinin
kəsdiyi başa sorğu yoxdu! Bəli, silahlanmışıq! Rus bu sazlı-sozlülərə açıq deyir:
"Mı vas vsex perestrelyayem! Svoix lyudey privedyem v vaş boqatıy kray!"*
Bayaq dediyim yoldaş eşidir bu dediyimi, siz də eşidirsiniz. Yetirmələrim
özləri də birdəfəlik başa düşməlidilər ki, onlar özləri də əsirdilər. Dalına qulaq
asın... Deyin görüm, cəmaat... Veteranlar cəmiyyətinin qəlyanlı qocalarından, bir
də bu Çürüknən Abıdan, o Şöşü deyiləndən savayı kim açır sədr Mədədin
qapısını. Məmiş qızı Gülgəzdi, bir də o Dəlinin nezakonnı Mariyasıdı. Vəssəlam!
Niyə? Səməd Əmirli niyə qadağan eləyib yası? "Yeganə vətənpərvər katib"in
ruhuna baş əyən veteranlar cəmiyyəti niyə razılaşıb Səməd Əmirlinin
qadağasıynan? Uşaq yetimlik çəkməsin?
Yalandı! Hamınız yaxşı bilirsiniz ki, Mədədin kənddən aparılmağı da, Qılınc
Qurbanın şəxsi katibi, çekist, aspirant-filan olmağı da bircə məsələynən bağlıdı.
Dəli Səməd eşq dəlisi deyildimi?! Əmisi arvadı
________________
*"Hamınızı gülləliyəcəyik. Öz adamlarımızı gətirəcəyik sizin varlı ölkənizə!
Cığalı Gülgəzin oynaşı deyildimi?! Doğrudu, Lüt Cəfərin Torksini toysuzfilansız arvad olandan sonra ayağı kəsildi o oynaşın Gülgəz səmtindən. Nolsun?!
Kim silə bilər oynaş adını onun üstündən?!
Sultan Əmirli özü də bilirdi bunu. Mən də bilirdim. Siz də bilirdiniz. Köhnə
bolşeviklərnən Qılınc Qurban da, Təftiş Abbas da. Cəmaatdan təcrid eləmişdilər
uşağı, vəssəlam!
Nə Sultan Əmirlinin otuz dörd il bundan əvvəl elə qəfildən ölməyinin səbəbi
gizlindi, nə də oğlunun indi burda içkiyə qurşanıb Dəli Mədəd - Dəli Aşıq
olmağının səbəbi: sənəd var əldə! Soruşun o dəlidən, atasının sovxasının
cibindən çıxartdığı kağız nə kağızdı?! Atası nə vaxt yazıb onu? Niyə yazıb?
Soruşun. Birinə do cavab verəmməz bu suallarnan. Sualların cavabı bu birisi
dəlidədi. - Xəlvət, cəmaatın arxasındakı boz kostyumlu, arıq, sakit, susqun adamı
göstərdi. - O böyük dəlinin ovcundadı bu sualların hamısının cavabı! Gəlsin
yanaşı dursun Dəli Mədədiynən, baxın görün kimin oğludu Dəli Mədəd?! Sultan
Əmirlinin, yoxsa mənim bu sözlərimə bir kəlmə də etiraz eləmiyən o boz
kəstumlu yoldaşın - Səməd Əmirlinin?! Allah olub, müqəddəs olub hamısı!
Xalqımız da bu yaramaz müqəddəslərin elmini oxuyur, müqəddəs Bağday ölkəsi
yaranacaq deyir!
Üzünə "Tfu" eliyəcəm guya göydən Ün eşidən o yaramazın! Yaxın gəl, ey
özünə "Boq" deyən murdar!" "Bağ" nədi?! "Boq" - Boqdu, İslamın əleyhinədi,
vəssəlam! Odu bax Qubada şeyx Cüneyd məqbərəsində yazılıb: "Aləmimizin
Allahı İsayi məsihdi". Ərəbcədi "İsayi məsih". Əmbə siz öz dilinizdə deyirsiniz:
"Aləmimizin Allahı EySardı". Nə fərqi var, a balam? İkisi də İisus deyilmi?! Rus
kömək elədi, imam Xomeyni gəldi hakimiyyətə, siz də ona baxıb iştaha
düşdünüz! Rus - Rusdu, dünyanın yiyəsidi, bə siz kimsiniz?! Odu bax Bakının
Zirəsində üzünüzə açıq deyirlər: "Türk oğlusan, kopək oğlusan!.." Bildinmi
kimsən, ay oynaş?!
Xəlvətin səsi hamını, o cümlədən Səmədi də sehrləmişdi:
- Sultan Əmirli ayaq açdı bizim məhləyə, şəxsən dərs dedi mənə "Muğ",
"Mağ" deyilən Bağlar barəsində, Sibirdə çürüyənlərinizi adbaad dedi. Gördü
gülürəm, o yassar. Abısını çağırdı, dedi: "Rəhim Qudalının özüynən bütün
nəslinin, qohum-əqrəbasının taleyini sənə tapşırıram". Guya diri ikən ölüyük
hamımız, Abı dirildəcək bizi! Mən bilmirəm nə ad verim bu məsxərəyə, ay
cəmaat! Bütün xaçpərəst aləmi düşməndi bu "SafAğ" deyilənə! KPSS, şəxsən
generalnıy sekretar Qorbaçov düşməndi SafAğa. "Yevrey"i EvƏrEy, Torik -
Türk eləyən sehrkar Mağlardan qalıb bu SafAğ elmi! İmam Xomeyni düşməndi İslamı ƏsƏlim eliyən,
Farsı EvƏrƏs eliyən Dəlilərə! Lap açıq deyirəm, biri də səlamət qalmıyacaq bu
Muğ, Mağ, Muğanna deyilənlərdən!
Özünüz deyin, barışarammı mən Əmirlilərnən?! "Muğ", "Mağ" adını biz
yapışdırmışıq bunlara ki, qarısınlar birdəfəlik: Bağ-zad deyillər. Necə yəni
"insanı insana bağlayan Bağ?!" Hünəri var məni bağlasın özünə! Necə yəni
"hamı OdƏrdi?!" Fars - Fars deyil?! Rus - Rus deyil?!
Arazın o tayından şeyx Ağ Əmirnən şcyx Boz Əmirin başsız bədənləri
qəbirdən çıxa minnətə gələ, bu taydan Sultan Əmirli, Mədəd Əmirlisiynən,
Qılınc Qurbanıynan, Lüt Cəfəri-filanıynan bir yerdə qəbirdən çıxa, Bakıdan üzü
bu yana, Gəncədən, Şəmkirdən Demokratların hamısı yığılıb ordu ola yeriyə
üstümə, yenə barışmaram! Sədr Mədədin doxsan illik söhbəti yoxdu burda. Bu
Səməd deyiləni mən gətirtdim Bakıdan. Qudalı cavanlarını mən çağırtdırdım
Moskvadan. Bu səhər bu böyük dəlinin özünə açıq demişəm telefonnan hər şeyi:
Əxlaqsızlığına qurban olmalısan burda! Yoxsa oğulluğunnan onun nezakonnu
Mariyası, qarnındakınnan bir yerdə qurban kəsiləcəklər bir olan Allahımıza!
İmam Xomeyninin tapşırığıdı bu! Din düşmənisiniz siz! Pullarmızı
qaytaracaqlar, ay cəmaat! Kim istəyir qalsın, guya "göylərin pənahında olan
Sim-Od - Səmədin vayını görsün! Qanını qaraltmaq istəmiyəni saxlamırıq.
Mən qurtardım. Dalını "Bircə bala" deyəcək öz "ata əvəzi əmisinə". Görək
necə deyəcək!
Xəlvət şüşəni tıqqıldatdı.
- Çıx! Sultan Əmirlinin qatilini gətirmişəm, - dedi.
Səməd bayaqdan necə susqun dayanmışdısa, eləcə də dayanıb, başını yana
əyib, içəridəki bədbəxtlərə tamaşa eləyirdi.
Heç kəs dillənmirdi. Heç kəs tərpənmirdi. Hamı, o cümlədon Qudalı
cavanlarının qapı ağzında, qaz "peç"inin yanında topa yığnağı da ayaq üstə
qurumuşdu.
Mədəd "Badamlı"sını başına çəkdi. Ayağa qalxıb, barmaqlarının arasında
qızaran siqareti sümürüb külqabına basdı. Stolun dalından çıxıb, qapı ağzındakı
yığnağa baxıb, birbaş şüşə divann üstünə yeridi. Qoşa dəmirlər arasında şüşə
lövhələrdən biri partlayıb töküləndə, çayxana küncünün sazağa qarışan buğu,
tüstü-dumanı içindən Mədəd əvəzində skelet peyda oldu.
Son dörd ayda Abı ilə Çürükdən, "beşmanatlıq aşıqlar"dan və "pyanska
şairlər"dən başqa heç kəsin ayaq basmadığı çayxana küncündə "ələngəyə dönən
bədbəxt"in haqqında nə qədər söz-söhbət gəzsə də, yaxmlaşmağa cəsarət eləyib, sifətinin bu dərocədə dəyiş-diyini görən
olmamışdı.
Sifət yoxdu, dümağ sal sümük vardı, bir də iki göz; bunu yalnız Marina -
Məryəm, Şöşü, Abı, Çürük, bir də gecələr haralardansa gəlib "Şüşəli"yə doluşan,
"Barev, a musurman! Kef-ahval?" - deyə gülüşən, çiyinləri Kalaşnikovlu
ermənilər görürdülər.
Divarın şüşəsi güllə səsi kimi partlayıb dağılandan sonra cəmaat özünə
gələndə Xəlvət üzü üstə yerə sərilmişdi. Başının dövrəsində şüşə parçalarının
arasına qan axırdı.
Mədədin yaydan əynində olan nazik, boz pencəyinin qollarından da dümağ
sal sümüklər uzanıb çıxdı. Skelet nəhəng, göyümtül əllərinin birini Xəlvətin göy
şivyot kitelinin boynuna, o birini paçasının arasına saldı, dörd ay bundan əvvəl
Abının əlindən yerə düşən kağızı sakitcə götürüb qatlayıb pencəyinin döş cibinə
qoyanda olduğu kimi, öz adi - qalınaraq, cod səsi ilə: - Sən çoxdan leş
olmalıydın, - deyib, "leş"i qaldırıb çinarın gövdəsinə çırpdı.
Skelet yox, Şüşəlinin daimi tüstülü, dumanlı küncündən, "Badamlı"
şüşəsindən div peyda olmuşdu, Xəlvətin yumşaq şivyot içində titrəyən ət
bədənini çinarın gövdəsinə çırpıb, nəfəsini dərib, yenə çırpırdı.
Cəmaatı qan tutmuşdu. Heç kəs tərpənmirdi. Heç kəs dillənmirdi.
Səməd zəif, üzüntülü səslə:
- Bəsdi, - dedi.
Mədəd Xəlvəti bu dəfə qucağına qaldırdı, aparıb qapı ağzında Qudalı
cavanlarının üstünə atdı.
- Qoymayın ölməyə. Burda nə olacaqsa, hamısını görməlidi, həqiqətən
barışmalıdı biznən bu adam, - dedi. Sonra "zal"dan hərlənib, həmin küncdə,
qaraltılar arasında oturub, həmincə bədbəxtə çevrildi.
Nə baş verirdi? O qədər də anlaşılmırdı.
Xaş nəçənniklə milisionerlərinin maşınları qıjıltı ilə gəlib çinarın altına
doluşanda diqqət Mədəddən yayındı. Nəçənniklə milisionerlər, lap axırda isə,
çiyni kürklü prokuror Sayılov cəmaata səlam verə-verə Şüşəlinin dal otağına
doluşdular... Bu üçpara kənddə xəbər yayılmışdı ki, Ermənilərlə o səmtdəki Rus
ordusu gecələr Laçını işıqlı güllələrlə atəşə tuturdular. Azərbaycanın ixtiyarında
olan OMON batalyonları isə Laçından o yana işıqlı güllələr atıb, sonra
susurdular. Nə idi bu? Müharibə idisə, niyə deyilmirdi ki, müharibə artıq
başlanmışdı? Şüşəliyə gələn ermənilər sərbəstcə qaqqıldaşırdılar: "Ara, maşk
elayirik eli! Dava olsa ha!.. Ela-bela maşqdı!.." Yeyib-içib səhərə yaxın yoxa çıxırdılar. Prokuror
Sayılov əslən Laçınlı ola-ola, laçınlıların gecə atışmalarında iştirak etməsinə
"Axmaqlıqdı" - deyirdi və bu, Şüşəlidə hamını təəccübləndirirdi. "Kürd" kimi
tanınan bu adamın Gülənovla gəzməsi daha təəccüblü idi. Başqa vaxtlar Xəlvət
Rəhimin dövrəsində qoçu dəstəsinə oxşayan "Qudalı gədələrinin" - Kalaşnikovlu
Gizlinlərin elə bil heç nəfəs almadan tamam hərəkətsiz qalmağı da, üstəlik, bir
anlaşılmazlıqdı. Səmədin Torksindən olan yeganə oğlunun - atasının adını daşısa
da "Səmi" adlandırılan OMON-çunun da ara qapını açıb özünün beş nəfərlik
dəstəsi ilə dal otaqda Gülənovun stolunun böyründəki stolda oturması da bir cür
anlaşılmazlıqdı. Çünki Sominin Zor nəçənnik Gülonovla "düz gətirmədiyini"
bilməyən adam yoxdu.
Səməd irəli yeriyib, təkəmseyrək yarpaqların altından Şüşəlinin "dnevnoy"
işığına çıxdı.
Cəmaat indicə görürdü ki, Qudalı gədələrinin xəbərindən sonra yolunu
gözlədikləri əvvəlki Səməddən də əsər-əlamət qalmamışdı.
Gur qara, dalğalı saç əvəzində, çılpaq başının dövrəsindən qulaqlarının
üstünə, boynuna dümağ seyrək tüklər sallanmışdı. Eynilə Mədədin sifəti kimi
dümağ sal sümük sifətində quru qan ləkələri qaralırdı. Dodaqları göm-göy idi.
Pencəyində də quru qan ləkələri vardı. Nəfəs aldıqca çiyinlərinin qalxıb enməyi,
burnunun sıxılmağı və gözlərindəki işgəncə, üstəlik, "Qudalı gədələri"
Gizlinlərin biri-birinə: - Nə ki var çırpıblar ey!.. Ağsaqqaldan əmisinin hayıfını
çıxdı Mədəd", - və sair belə-belə sözlər deməyindən də aydındı ki, Səmədin bu
hala salınması Xəlvətlə Gülənovun işi idi. Əmma Səmi ilə dəstəsinin bu dəhşətə
heç bir "reaksiya verməməsi" də bir anlaşılmazlıqdı. Həm açıq-aydındı hər şey,
həm də dumanlı və məhz anlaşılmaz: Səməd Əmirlinin belə təkidlə rayona
çağırılması və "doxsan illik" adı altında dostla düşmənin bir araya yığışması,
stolların yemək-içməklə doldurulması nə üçündü? Səməd hardasa çox pis
döyülmüşdü, boğulurdu. Prokurorsa nəçənniyin etinasızlığı da bir müəmma
yaratdı!
Səməd, səlamsız-kəlamsız, başını endirib, qanlı şüşələrə baxa-baxa,
ayaqlarını sürüyə-sürüyə içəri keçdi.
Qoşa qaraltılar arasında donqarlanmış skeletə ikinci skelet yaxınlaşdı. Yalnız
bu vaxt cəmaat da, nəhayət, hərəkətə gəlib pavilyona dolmağa başladı.
Səmədin bir əli başında - əmgəyində, o biri əli boğazında idi. Səsindəki xırıltı
pavilyonda sükutun gərginliyini daha da artırırdı:
- Mühitimizin havasında nəfəs verilmir daha bizə. AdıPünhan deyir
Azərbaycanın hər yerində Erməni əli var. Ərazimizin hesabına "Velikaya
Armeniya" düzəltmək ideyası xəyal deyil daha. Planlı iş gedir. Xarici dövlətlərin
çoxu Erməni tərəfindədi. Bizim bütün milli qüvvələrimiz bax beləcə, əmini
sındırdıqları kimi sındırılır, qırılır. Dözməlisən, qurbanın olum!.. Fikrini topla,
qulaq as mənə... Minlərlə Dəlinin cəhənnəm əzabıynan əmələ gəlib "Vərəsə"
kitabı. Batmıyacaq... Dəli Səməd öləcək, Dəli Mədədlə Dəli Somi, bütün
Pünhanlarnan bir yerdə işimizi davam etdirəcəklor. Bildinmi iş nə yerdədi?
Pünhanlarımızın,*
Sultan Əmirliynən Mədəd Əmirlinin adları yenidən
parlayacaq.
Danışacam, düşmən eşitsin. Məni dinləməyə yığışıblar bura. Xüsusi
tapşırıqnan.
Həqiqətimizi bildiklərinə görə qorxurlar, əlavə material yığırlar. Moskva
üçün tapşırıq belədi bunlara. Kitab oxuyan yoxdu. Vəzifəlilər gündəlik kağızkuğaz içində itiblər. Kitablarımızı elə-belə vərəqləyib artırlar, Moskvaya,
Qorbaçova dikilib gözləri. Məqsəd bizi ləkoləməkdi, xalqın gözündən salmaqdı,
öldürməkdi. Xəlvəti xüsusi təlimatlandırıbdır. "Gizlinlər" adlandırdığınız
cavanlar dəstəsi xüsusi kurs keçib, "Milli birlik" adında təşkilat təşkil eləyiblər.
Guya Muğannalar milliyətcə yabançıdılar. Bu yığnaq, mənim çağrılmağım,
"Qudalı ağsaqqalı"nın nitqi, hamısı təlimat əsasındadı. Tələb eləyirlər ki,
pencəyin döş cibində gəzdirdiyin kağızı bu üç para kəndin cəmaatının gözünün
qabağında cibindən çıxarıb ortalığa qoyasan. Məni məcbur eləyəsən bu sənədin
nə vaxt, hansı şəraitdə yazıldığını danışım... Bezobraziyenin fikrincə, bizim
hamımızın ifşasıdı bu. Bəs əslində necədi? Əlli dördüncü ilin avqustunun
axırında əmimi mənən öldürdüm mən, cismən yox! Əmimi cismən zəhərliyən-lor
çoxdu... Sən mənə qulaq asmırsan, Mədəd. O qan çanağının bayaq eşikdə üzünü
cəmaata tutub mənim başıma yağdırdığı suallardan başqa heç nə yoxdu sənin
fikrində: "Kimdi bu danışan? Ata əvəzi əmimdi, yoxsa anamın oynaşıdı?!
Öldürübmü?! Öldürməyibmi?! Doxsan illiyə niyə gəlmədi?! Niyə məhz bu gün,
məhz bu axşam gəldi?!" Sənin bu suallarına cavab vermək mənim ölümümdü,
Mədəd.
Əmma danışacam. Lap açıq.
Qırx altıncı ilin oktyabrının iyirmi üçündə atam Mədəd Əmirli öldürülüb.
______________
*"Məhəəmməd Əmir" - BağHəmOd EvƏrEy: Ağ "Əmir" - SafAğ EvƏrEy. "Boz Əmir" - BağƏs
EvƏrEy. "Şcyx Əli - "Aşıq Alı" - ƏsAğ Əli. "Əl’sger" - ƏlƏs OdƏr və s.
Əlli dördüncü ilin avqustunun iyirmi səkkizində atan Sultan Əmirli
öldürülüb. Demokrat partiyasının rəhbəri Pişəvəri, milli qeyrətli filosof Heydər
Hüseynov, Saşa Babayev... hansını deyim?!
Sabah, səksən səkkizinci ilin dekabrının iyirmi üçündə mən də
öldürülməliyəm.
Sən öldürəcəksən məni. Daha doğrusu, sənin əlinnən öldürəcəklər.
Sən yaxşı bilirsən Ün eşitmək nə deməkdi. Eşidirsən. Sənin, özümün bütün
Muğannaların haqqında ən bəd, ən qorxunc xəbərlər də deyilir mənə. Yalnız ona
görə yox ki, ölüm yoxdu bizə. Bir də ona görə ki, Varisim var. Əmma sonin üçün
ağır olar mənim ölümüm. Bir də ki, ümumiyyətlo, ayrılmaq istomirəm səndən...
Bəzi şeyləro əməl eləsən, ölmorəm. Bu cür, indiki kimi qapalı qalsan, mən
ölmoliyəm hökmən. Gəldim ki, sabaha qədər azdan-çoxdan bir şey çatdırım
səno. Başa düşdün? Düz deyir, öz ayağımnan gəlmişom ölməyə. Səni xilas elə-
yəcəm. Cibindəki kağızı öz əlinnən cınb atacaqsan, gedib oturub işləyo-cəkson.
Hər şey səndən asılıdı...
Duman içində Səməd Abının qaraltısını görürdü.
Abı göz yaşının əlindəki qızarttaq su ilə dolu stəkana töküldüyünü hiss
eləmirdi. Arabir eyni sözləri təkrar edirdi:
- İç, ey əzabkeşimiz! Hamanca dirilik suyudu. Bunu iç, sonra danış, -
deyirdi.
Abının yalvarışına qışqırtı qarışdı:
- İç, köpəyoğlu! İç onu, sonra danış! Bezobraziye yox, düz deyirsən ki, öz
balan öldürəcək səni! Prokuror Sayılov da məhz ona görə gəlib ki, cinayət işi
qaldıracaq! Biz üzünü göyə tutan əbləhlərdən deyilik. İşimizi özümüz görürük!..
Özümüz!..
Qaz "peç"inin böyründə, qara dəri kresloda "leş" dirilib, kitelin içində dimdik
oturmuşdu; Ələsgər müəllimin arvadının, son vaxtlar Qudalılarla yaxınlıq edən
birlik üzvü Sestranın qanlı bintlə dolu əlini ovcunda sıxıb, başının üstündə
silkələyə-silkələyə titrəyirdi:
- Bu əl sənin də yaranı sarıyacaq! Öləndən sonra yuyub sarıyacaq ki,
kəfənin batmasın!.. İç o kaftarın o "dirilik suyunu", özünə gəl, cavab ver suallara.
"İdeal" əmin Sultan Əmirli sənin istəkli Cığalını niyə zorladı?! O murdarın
evindon necə qaçdın, necə dəli-divanə oldun?!
Sonra niyə qayıtdm onun xarabasına, niyə oturdun onnan qabaq-qabağa, bir
süfrədə?! O qəhbənin əliynən bişən kababdan tıxaşdırmağamı getmişdin?!
Yoxsa, başqa niyyətin varıydı? Nəydi niyyətin?.. Necə yəni "Məni Varisim
öldürdü?" Sən ki əl qaldırmayıbsan Sultana. Bu
birisi Varisə yaxşı-yaxşı başa sal sən öz qatilliyini! Mirqəzəbin məhkəməsində
oturduğu yerdəcə keçinibsə, keçinənə qədər niyə yazıb o ittihamnaməni?
Bloknotdan cırıb, kamal-səliqəynən qatlayıb qoyub kitelin döş cibinə! Niyə?!
Mən hardan bilirəm sizin bu sirlərinizi? Bunu da yaxşı-yaxşı, qıyma-qıyma
danış, cəmaat bilsin kimdi bu Xəlvət! Çünki Xəlvətin kim olduğunu bilən yoxdu
burda!
Məhkəmə qurmuşam. Düz deyirsən ki, bu yaşımda kursa apardılar məni,
məlumatlandırdılar ki, millətimizin qəddar düşmənlərisiniz siz Türk deyilənlərin
hamısı! Türkiyə dediyiniz yerdə də qırılacaqsınız!.. Niyə? Demərəm, onu sənə.
Belə danışmıyacam ey, bala! Əmin gorba-gornan bir yerdə cəmi gorbagorlarınızı
qəbirdən çıxardıb iççalatlarını göstərəcəm bu cəmaata!
Danış! Qəhbə nəsil hara, Allah, Peyğəmbər hara?! Bütün Azərbaycana
yayılacaq sizin əxlaqınız, fırıldaq elminiz!.. Odu bax, istəkli yetimnən Dəli
Mədəd bizim afisiantın qarnını gör necə dombaldıb! Tüpürüm sizin namusunuza,
qeyrətinizə, adı SafAğ, özü əfsanə elminizə!
Müdafiə elə özünü görək necə eliyəcəksən!
Pavilyona sükut çökmüşdü. Qazla qaynayan samovarın "truba"sından
püskürən alovun gurultusu qaz "peç"inin gurultusuna qarışırdı. Cəmaat şüşə
divarlar uzunu sıxlaşıb, mat-məəttəl, gah zalın yuxarısına boylanırdı, gah
aşağısına.
İki düşməndən biri ayaq üstəcə göz görəsi keçinirdi: gicgahlarının damarları
şişib göyərmişdi. İkincisi qan içində, qara dəri kresloda, çirməkli qolunu dizinin
üstünə qoymuşdu. Çünki Sestra zorba şprislə Sudüşən cavanlarından qan alıb
Xəlvətin venasına yeridirdi.
Düşmənliyin kökləri əsrlərin uzaqlığında, kamillik yolunda Saf-Ağlarla İlan
arasında idi, düşmənliyin dəvamı isə, İlanın "konsperativ" - gizlin ordusundan bir
qismi ilə SafAğ Elminə dair kitablar, şeirlər yaydıqlarına görə daha heç kəsdən
gizlənməyə səy göstərməyən Muğannalardan bir qismi arasında idi; Bakıda,
Akademiyada başlanmış, sonra dindarlarla SafAğ ziyalılarının arasında idi və
hələlik, "Qudalı gədələri", "Gizlinlər" adlandırılan, əslində isə həqiqi adı hələ
açılmamış "Boz qurd" təşkilatı ilə idarə edilirdi. Üçpara kənddə və rayon
mərkəzində bu "konsperativ" mübarizədən xəbəri olanlar "dal otağ"ın qapısını
taybatay açıq qoyub, hədsiz maraqla, nəfəslərini qısıb, pavilyonda işin sonrasını
gözləyirdilər. Çarpışmanın miqyasını və ümumiyyətlə nə baş verdiyini
bilməyənlər isə, heyrət içində boylanırdılar. Qaz gurultularından başqa, bir də
Xızr Abının yalvarışı eşidildi:
- İç... iç, gözümün işığı!.. Bu dörd ayda hər gün özümnən gətirib aparmışam
dərmənini bu xarabaya. Yolunu gözləmişəm. Bilirdim dözəmmiyəcəksən bu
müsibətə. İç, dözümlü ol... Qırx altıncı ildə Sultannan Mədədi də bunnan
sağaltdım mən. Getdilər Naxçıvanda, Culfa yolunun üstündə KQB-nin
dırnağından qopartdılar "Vərəsə"mizi. Bu qansız oğlu qansız Xəlvətin özünü də
bunnan saxlamışam. Əbləh oldum, mümkün qədər Elm verdim, dedim bəlkə
adam olar ilan. Neynəyim mən bədbəxt?! Elmdən başqa nədi şüarımız?! Bir vaxt
vardı, "Günəş" Pünhanımız* qaçaqlara tüfəng paylatdırdı. O tayda Səttarxan
qalxdı, bu tayda Dəli Alı, Nəbi, Kərəm, ƏlƏs qalxdılar. Nə oldu axırı?!
"Günəş"ləriiz az qalırdı başını divara döysün. Çünki OdAğÜzdən Ün döyürdü
bədbəxtimizi: "Atlanın, qırılın! Sizdən Elm yayan ölməz! Atlanın, qırılın!
Yaramazlar!.." Hər gün belə sözlər eşidirdi, yazırdı, göndərirdi. AdıPünhan
Ələskərə, Ələskər göndərirdi Dəli Alıya. Alı da belində patrondaşıynan çiynində
tüfənginə, sonra da "Günəş"in kağızına işarə eləyib deyirdi: "Bu nədi, bu nədi?!"
Atlandırırdı qaçaqlarını, yəhərdə başını sallayıb ağlayırdı. Beləyik biz.
Neyniyək?!
İç, toxta. Otur, dincəl. Söz çoxdu, tələsmə. Təntimə. O mərd Səmədi sal
yadına. Sınma! Sınmayıbsan. Sınmazsan sən. İç! Otur! Dincəl, gözümün işığı!
Danışacaqsan... Danışacaqsan...
Səməd heç nə görmürdü. Zülmət içində, ağrıdan kütləşmiş beynində üç
kəlmə fırlanırdı: "Mədəd, yaxın gəl... Mədəd, yaxın gəl..." Hiss edirdi, anlayırdı
ki, Mədəd də xəstədir. O dəhşətli sənədin, o sualların pəncəsində boğulub üzülür.
Əgər indi, məhz bu dəqiqələrdə sualların heç olmasa bir qisminə cavab almasa,
əmisinə az-çox inanmasa, o ot torbasını elə heybətli nifrətlə ağaca
döyəcləməyindən də betər işlər törədəcək və tamam sınıb, sözün əsl mənasında
boğulub, babası Şeyx Məhəmməd Əmirdən qalan bu irsi xəstəliyinin qurbanı
olacaq... Bir əli Çürüyün, o biri əli Abının çiynindən üzüldüyü, yıxıldığı anda da
Səməd "Yaxın gəl, yaxın gəl" deyirdi.
Abının "dirilik suyu" - YemSən ömrünün sonunda Sultan Əmirliyə kömək
eləmədiyi kimi, Səmədə də kömək eləmədi: qocalar suyu zorla içirdəndən sonra
da "Yaxın gəl" sözləri dillə dişin arasından çıxmadı.
Yıxılanda Səməd boynunun ocaq istiliyində kiminsə soyuq, çirişli əlinin
təmasını hiss etdi, qulağının dibində Xəlvətin qışqırtısını eşitdi:
_______________
*Keçmiş Qazax qozasının Padşahlıq kəndində gizlin AdıPünhan Musa Muğannalardan biri, məşhur
Musa ağanın oğlu Dəli Hüseyn. Şıxlı kəndinə köcənlər Dəli Hüseynlor adlanırlar.
- Nə qaxılıbsan o tabretkıya, heyvan oğlu heyvan! Mən yox, bu cavab
verməlidi o suallara. Ölsə, bunnan qəbirə gedəcək sualların cavabları. O qədər
ittihamın altından necə çıxacaqsan?! Qanırsan?! Bir kəlmə də demiyəcəm mən
sənə. Ömrün boyu qayrııya-qayrııya qalacaqsan öz içində. Üzü qaralır, qan
almalıyıq bundan. Qalx! Bura gəl!
Sizin dərdinizi də yaxşı bilirəm mən, dərməninizi də. Al bu bıçağı,
Mənim qanıma qarışdır əmiyin qanını. Xalıq deyil Mədəd Əmirlinin qatili,
Sultan Əmirlidi! Öz dilinnən deyəcək bu. Eşidirsən?! Öz doğmaca qardaşı
öldürüb Mədədi! Bu Erməni əhvalatı o vaxtdan qaynayırdı, Sultan katalikosların
Türk əleyhinə məktublarını gizlədib "Qardaşıma göndərmişəm" deməsəydi,
kimin nə işi olardı Mədədnən?! Sultanı da bax bu öldürüb! Öz dilinnən dedi,
genə deyəcək! Al bu bıçağı, əmgəyini cız!
Qatılaşıb qanı. Qan almasaq dirilmiyəcək! Qanırsanmı, a heyvan?!
Zülmət içində taqqıltı, gurultu başlandı.
Əcaib vəziyyət əmələ gəlmişdi. Cəmaat geridən Xəlvəti təpikləyən Mədədi
sürüyüb aralamağa çalışırdı. Xəlvət isə döşəmədə Səmədin başını qucağına alıb,
əmgəyini bıçaqla cıza-cıza, dərini sıxa-sıxa damcı-damcı qan çıxarırdı.
Səməd gözlərini açanda Xəlvət həmin yerdə, qaz "peç"inin yanında həmin
qara dəri kresloda oturmuşdu.
Gülənoğlu ortalığa düşüb, qat-qarışıq stolları, stulları düzəldə-düzəldə,
çaxnaşan cəmaatı sakitləşdirirdi:
- Oturun, ay ağsaqqallar, ay qarasaqqallar! Görmürsünüzmü, dünya uçub,
altında qalmışıq! Eşitmək lazımdı, baş açmaq lazımdı! Xarici, əcnəbi deyilənlər
Erməni - Türk davası qızışdırır genə. Bakıdakı Ermənilər, deyirlər, köçüb
gediblər. Mən bilirəm, burda kökü Erməni Gülənuşağının başında çatdıyacaq hər
şey. Aman verin özünə gəlsin, danışsın, məlum olsun hər şey!.. Oturun, oturun!
"Dnevnoy" işıqda yağlı, qara üzü işıldayan bu nəhəng qoca - Gülənoğlu da
Xəlvətin "əsir"lərindən - "agentura"dandı.
Gülənoğlunun ətrafında eynilə "Qudalı gədələri" kimi, yoğun-yoğun, Gülənli
cavanları fırlanırdılar. Nuru müəllim - Çoban Nuru ilə birlikdə çöllərdə ocaq
qaladıqları, "külləmə" kababla çaxır içdikləri günlərdə azdan-çoxdan Elm
öyrəndiklərinə baxmayaraq bu cavanlar da Xəlvətin "əsir"lərindəndi.
Çürüklə Abının, Şöşünün sağ-solunda qəlyan dolduran, "trubka" tüstülədən
ahıllar - Qonaqlının, Qurbanlının, Tahirlinin "Qəlyanlı qocalan" da Xəlvətin
"əsir"ləri idilər, burda – Şüşəlidə "əldən-ayaqdan
töküləni yığışdıra-yığışdıra", rayondan Şüşəliyə gəlib-gedən rəhbər işçilərə
üçpara kənd barədə "ağsaqqal məsləhətləri" verə-verə, yəni xəborlər çatdıra-
çatdıra, milis, prokuratura ilə Xəlvətin arasında fəaliyyət göstərməyə məcbur
edilmişdilər.
Bütün bunları taqqıltı-gurultu içində Səmədin "qulağına oxuyandan" sonra
qaz "peç"inin yanındakı qara dəri kresloda Xəlvət yox, hökmdar əyləşmişdi.
- İndi danış... Danış! - deyirdi.
Qudalı Gizlinləri ilə Gülənli cavanları Mədədi çəkib aralarında oturtdular.
- Burdan qalxmıyacaqsan daha! Bilirik, dal otaqda Səminin barmağı
tətikdədi. Pyanıska dostun da silahlıdı, nolsun? Atışma düşsə, bu qədər adama
neyniyəcəklər onlar?! Bizim səbrimizdən sui-istifadə eləmə! İş görmək lazım
gələndə özümüz deyəcəyik qalx işini gör.
Qudalı Gizlinlərindən hiddət içində gülüşənlər də vardı:
- Bizim şefin zülmkarlığı özümüzü də cana doydurub, Mədəd. Öldür onu,
ömrümüzün axırınacan kef verək sənə Sudüşən məhləsində!
Moskvadan elə şeylər gətirərik ki, sənin Mariyan heç nədi onların yanında!..
Öldür, Mədəd, vallah, zarafat eləmirik!
Xəlvət ayağını döşəməyə döydü.
Pavilyona yenidən sükut çokdü.
Hamı gözünü Səmədə dikmişdi.
Səməd isə, bayaq başı Xəlvətin əlində, çayxana küncünün çirkli döşəməsində
necə uzanmışdısa, eləcə qalıb, Çürüyün dizinə dirsəklənib, Abının termosdan
tökdüyü YemSon suyundan qurtum-qurtum içə-içə, gah hökmdara, gah cəmaata,
gah da Gizlinlərə - "ət torbalarına" qoşulub "Badamlı" içən yeganə ümidinə -
"Bircə balasına", "Tədqiqatçısına" baxırdı; "qatil", "oynaş" Səmədə nifrət, ikrah
nə dərəcədə idisə, Qudalılar alim Səmədin döşəmədən qalxmağını da
gözləməyib, bu vəziyyətdə danışmağını tələb edirdilər; yeganə ümidinin
"pyanska şairlərə" qoşulub yenidən içkiyə qurşanmağı da bunu tələb edirdi,
cəmaatın baxışı, sükutu da, hökmdarın tüstüyə, dumana hopub təkrar olunan
"Danış, danış"ı da.
Səməd Şüşəliyə baxır, fikri uzaqları gəzirdi:
- Danışacam, cənab Qorbaçov, həzrət Xomeyni, cənab Varpet...
Alihəzrət İlan! Danışacam.. Yaxa qurtarmaq mümkün deyil bu Şüşəlidə
cəmləşən "Milli birlik"dən... "Səməd Əmirli bu axşam gəlməlidi". Gəldim...
Rayonnan Qonaqlının arasında, meşədə yolumu
kəsdilər. Maşınımı maşınların arasında sıxışdırıb əzdilər. Ətraflıca söhbət
elədilər. Yaxşı-yaxşı "dostluq, qardaşlıq, birlik" məsləhətləri verdilər. Çoxdan
bəri dəvam edən antitürk kampaniyasıdı bu, terrordu. Laçından üzü bu yana
meşədə bölük-bölük gizlənib "qamas-qamas"* qırırlar. Lap bu yaxmlarda açıq
müharibəyo çevriləcok. Nizami ordudu o bölüklər.
Ordudu! Votondon tərik düşüb "Türk" adlanan ulu OdƏrlərə qarşı təcavüz
planı hazırlanıb Bağday ərazisinin sorvotlorino homişəlik sahib olmaq ehtirasilə
çaxnaşan təhrif bəşəriyyət dövlətliləri sənə böyük ka-pital vəd eləyiblər, Xəlvət
Rəhim. İndidon kapitalist sayırsan özünü, cənab Kapital! Heç kəs, heç nə
döndərəmməz səni bu ehtiras, ölüm yolundan. Qudalı deyilsən son, Qıdasan.
Sonodlərdə farssan, Xolvətdə erməni. Guya Ulu baban Qıda, Pyotr Velikiy
adlanan iblisə vurulub, özünü "Ərəb" qələmə verən Abşeronlu İbrahimnən** bir
yerdə Peter-burqa gedib, İbrahim Puşkarın toplanna fıtil düzəldən olub,
kaftarlaşan vaxtmda da Türkə nifrəti soyumayıb, min ycddi yüz doxsan yeddinci
ildə Birinci Aleksandnn polislərdən ibarət ordusuynan Muğana gəlib, mənim ulu
babam Musa ağanın gizlin iqamətgahı Şəhriyann ycrini gös-torib, topa tutdurub.
Sonra bir dəstə polisnən Gəncoyə gedib, Gəncə polisinin tez-tcz qaçaqlanmızın
arasına göndərdiyi Qıda kişi, polis ara-smda isə Kıdalinskiy familiyasıynan
məşhurlaşıb.
Avqustda, böyüklərinizin tapşınğıynan son məni bura çağırtdıranda
AdıPünhanımız kabinetino çağırdı məni. Stolunun üstündə surğuclu konvert
vardı. Dedi: "Al, aç, oxu. Sənə göndərilib." Açdım, əvvəlco imzaya baxdım:
"Xalıq Qudalov!" Birbaş nazirinin üstünə göndər-mişdi ki, açıb oxusun, yenidən
surğuclayıb mənə ötürsün... Qısası, nə yazmışdı Çax-çux Xalıq? Deyirəm, eşit:
"Səməd! Atan Modod kimi, əmin Sultan kimi, səni də ölüm gözloyir, omioğlun
Mədədi də, dostu "pyanska Şöşü"nü də! Çünki səndən, Mədəddən başqa bədbəxt
şair-loriniz Xəlil Rza ilə Şövkət Tahir də SafAğa qurşanıb yazırlar. Bunlar-dan
başqa, "gizlin şair" adlandırdığınız Pünhanınızla ona maddi, mənəvi köməklik
göstoron qohum-əqrəbası da ölümə məhkum ediliblər. Sənə xəbərdarhq edirəm,
əgər burada adlan çəkilən bodboxtlorinizin səlamot qahnağını istəyirsənsə, bu
məktubu Məhərrəm Abbasoviçdən alıb oxu-duğun doqiqolərdə, ləngimədən
əyləş maşınına, sür Qonaqhya, orada Rohim Qudalının səndən tələblərinə
sözsüz-söhbotsiz oməl et! Respub-likamıza az-çox xeyir verdiyinə göro səlamət
saxladığımız Məhərrəm
_____________
*Erməni terrorçuların məşhur ifadəsi: "az-az". Yəni elə qırın ki, səsi çıxmasın.
**A.S.Puşkinin babası.
Abbasoviçlə şəxsən danışmışam, əgər atan Mədəd kimi mərdliklə, igidliklə
könüllü hərəkət etməsən, hətta, yuxarıda adları çəkilənlərdən əlavə, üçpara
kəndlərinizdə dəli elədiyin adamların hamısını Mədədin, Sultanın taleləri
gözləyir..." Budu məktub. Sual olunur: avqustda niyo gəlmədim mən?
AdıPünhanın köməyiynən Gəncəni Yelizavetpol adlandıranların arxivlərini
araşdırdım ki, məni ölümə çağıran qatilin zatını öyrənim. Qudalı deyilsən sən.
Qıdasan. Bütün nəslin Qızılbaşlarnan bir yerdə Muğlan - Bağlan qırıb, sonra
Abşeronda məskunlaşıb, Dəvə karvanlarıynan tuluqlarda Qızılbaşlara neft
göndərən tacirlərə dönüblər.
Mildo, Muğanda, Naxçıvanda, Cənub Muğamnda, Ərdəbildə, Mazandaranda,
Gilanda, Xorasanda, Təbrizdə, Türkiyədə gizlənən Bağlar haqqında donos yazıb,
Sankt Peterburqda böyük mülk alıb, oğullarım, nəvələrini, yəni üçüncü nəsil
Kıdalinskiləri Rus polisiyasma, casusluğa verib. Casusluq, qatillik irsiyyətindədi
sənin! Keşiş Vissariondan dərs alıb atan Kıdalinskiy, Stalinnən, Beriyaynan,
Serqoynan, Mir Cəfər Mirqəzəbnən oturub-durub! "İnternasionalnıy otryad"
adında qatillərin nökəri olub, o tayda hamamlarda qulluq göstərirmiş
böyüklərinə! Ədəbsiz adam deyildim mən, sən homoseksualist törəməsi belə
ədəbsiz danışmağa vadar elədin! Gör insanlıqdan nə qədər çıxmısan ki, iç
üzüyün açılmağına da at kimi mırıldaya-mırıldaya gülürsən!
Beynəlxalq miqyaslı casus Yağır Məmmədəli qardaşın deyil sənin, o da
köhnə Kudalinskilər qolundandı. Moskva - Tehran arasında işləyən, vətəni,
milləti olmayan professional qatildi! Xalıq Qudalov - "Çax-çux" da, Qonaqlıya
gəlib-gedib bu "Milli birliyi" təşkil edən "Xudiyev" - Dudiyev də Rim - Moskva
ilanıdı! Təlimatı da, kapitalı da onlardan alırsan sən, cənab Kapital! Milli tarixə,
milli şüura düşmənsən sən! Hansı millətə məxsusdu o "Milli birlik?!" Heç bir
nəfəri də Türk olmuya-olmuya "Türkçülük ideologiyası" yayırlar! "Biz
Türklüyümüzü dərk eləmişik" deyirlər! Necə dərk eləmisən ki, bu Türkün qanını
içirsən!
Bəli, burda hamı sənin əsirindi! Hamı, yəni mən də.
Bir vaxt daş əzələlərim varıydı. Hökmdarımız Mir Cəfər Abbasoviç
Mirqəzəbin "şəxsi cəlladı" adlanan Xalıq Qudalovun əynindən sinəsi qoşa qızıl
ulduzlu kiteli cırıb çıxartdım, ulduzunu, paqonlarını ayaq altına atdım.
"Xaş nəçənnik" adlanan Zorri Gülənovun, "məhlə milisənerləri" adlanan
Qudalı, Gülənli cavanların əl-ayağını yığdım.
Qudalı ağsaqqalı Rəhim kişinin cibindən möhürü zorla çıxardıb özüm kolxoz
sədri seçildim.
"Qudalı kassiri" adlanan Piyli Qayımın əlindən pul kisəsini zoria alıb, avans
payladım, çörəyə möhtac qalıb vağzallarda alça satan kəndimə çörək verdim.
Dərk eləmirdim ki, KPSS, SSRİ adlanan Bezobraziyeynən döyüşürəm. Belə
heyvanıydım o vaxt, əlli dördüncü ildə.
Murdarlığımı da deyəcəm, cənab Kapital, qatilliyimi də!
İndiki kimi, sən onda da "əsirlərini" yığdın, Xaş nəçənnik Gülənovnan,
prokuror Sayılovnan, İcraiyyə komitəsinin sədri RİK Atamalı ilə yanaşı, Sultan
Əmirlidən üz döndərən ikinci katib Əziz Mayılovu, hətta o sakit, mülayim maarif
müdiri Mir Bağır müəllimi də işə qoşub, bütün rayonu ayağa qaldırdın. Ələsgər
müəllimin, Nuru müəllimin, Qara Zalın, Sarı Zalın, Xızr Abıdan başqa hamının
ağzına tıxac basıb, Xəzinəmizin - Elmin üstündə qrvrıldın, cənab ilan, hamının
gözünün odunu alıb kişi oldun, Rəhim kişi. Görürsənmi, təhqiri yığışdırdım,
"kişi" deyirəm. Özümü "qorxudan xali SafAğ" sayaram. Əmma səndən
qorxmamaq, mümkün deyil. Əsirlərindon qorxuram. Bu dörd ayda məni Bakıda,
Mə-dədi burda əsir saxlayan "Birlik" admda gizhn "Boz qurd"dan qorxuram.
Əmma müvəqqətidi bu qorxu. Balamı xilas eləmək üçün ilanı insan eliyəcəm,
Rəhim kişi. Nə qədər təəccüblü olsa da, hətta məsələ bu dərəcəyə çatandan sonra
da ümidimi kəsmirəm ki, doğrudan da "kişi" deyəcom sənə.
Dəli Səməd ölüb, Rəhim kişi. Yoxdu "Dəli" - OdƏl - həqiqot Əli çoxdan
ölüb. Çünki sözü keçmir.
Bayaq dediyim sözləri başqa şəkildə təkrar eləyirəm. Dinlə.
Qırx altıncı ildə zil qara saçlı Mədəd Əmirlini öldürdünüz.
Əlli dördüncü ildə ağ saçlı Sultan Əmirlini öldürdünüz.
Əlli beşinci ildə Torksin Əmirli adlı mələyə qəsd elədiniz.
Bu il ağ saçlı Səməd Əmirlini də öldürəcəksiniz, zil qara saçlı Mədəd
Əmirlinin də. İlanlar "Birliy"inin qərarı belədi.
De görüm, Rəhim kişi... Arazın o tayı ilə birləşsək, bu Şüşəli pavilyonda belə
bir məclis qurulsa, "həmşəri" adlandırdığın Muğannalariabirlikdə Elm öyrənib
vahid kökümüzü dərk edən "fars"lar da gəlib Qudalıları sənnən bir yerdə
bağırlarına basıb, "qardaşım, bəradərim -BirOdƏrim desələr, nə cavab verərsən?
Erməninin də OdƏr - Türk kökündən olduğunu sübut eləməyə ehtiyac yoxdu, ey
zatıqırıq, ilan! O tay-bu tay Azərbaycan miqyasında, dünya miqyasında ifşa
olunsan, ölməzsənmi, ey qatil törəməsi qaril!.. Mən hec, balam da heç. Başları xurcunda
gətirilən Ağ Əmirlə Boz Əmirin dərsini alanlar Tehrandan, Təbrizdən yığışıb
gəlib bu İlan "Birliy"inin üzvlərini məhkəməyə çəksələr nə cavab verərsən, ey
beyinsiz, cəhalət mücəssəməsi?!. Olacaq axı bu dediyim. Birləşəcəyik Cənubla!
Muğannalar bürün planetə səpələniblər, siz qatillərin ucbatından. OdAğÜzdən
deyilib bu həqiqət! Qandın?!
Kitelin içində "bir torba ət" doğrudan da ötə dönüb kresloya yapıxdı.
Səməd ayağa qalxdı. Gözləri dolmuşdu. Tez-tez əlini boğazına aparırdı.
- Nə oldu, cənab millətsiz, vətənsiz?! Cənub deyilən kimi niyə sındı
belin?! Qırıq zatın ordandı axı! İnandın ki, məhz bağırlarına basacaqlar səni,
məhz qardaş - GurOdƏs, bəradər - BirOdƏr deyəcəklər?! Bilirsən axı,
Elmimizdə cinayət məcəlləsi yoxdu. Məcburi tədrisdi Elmimizin cəzası! Öz
murdar bəmini görə-görə Cəhənnəm əzab çəkməkdi!..
Xəlvət dillənmirdi. Mədədin ətrafında farsistlərlə, ərəbistlərlə birlikdə,
Gizlinlər - silahlılar da başlarını endirmişdilər. Səməd əlini boğazından çokib
qəddini düzəhdi.
- Vətənpərvərlikləri də varmış bu "Birlik" rəzillərinin! Yəni doğrudanmı
vətəndaş sayırsınız siz özünüzü?! Doğrudanmı vətənpərvərliyiniz də var?! "Dərk
eləmisəm" deyə-deyə idraksız qalan beyinsizdən vətənpərvər olar?!
Avqustda "İrəvan, Yerevan" dediyiniz Ər EvÜn də getmişdim mən. Ordakı
gizlin arxivdə sizdən bir Qnel Qudalyan var, AdıPünhanın kəşfiyyatçısıdı. Zorri
Balayan "Velikaya Armeniya" barədə yazanda onun məxəzlərinin fotosurətlərini
göndərirdi bizə. Gülürdü Balayana: "ƏrEy "Ariy" yazır, ƏrMəni "Armen",
"Armeniya" yazır! - deyirdi. İndi demir daha. Heç nə vermədi mənə. Dandı, dedi:
"Kudalinskilar barada heç nayoxdi manda..." Ayrılanda İrəvandan biraz bəridə
"Ocaq" restoranına apardı məni, "Bu adam Bakuda bizım xeyrimızə işləyir, buna
bir quzu kəsin", - dedi, quzu kababına qonaq elədi məni, içdi, içdi, köyrəldi:
"Ara, Samed, yaxşıca dolamrdıx, noldi bırdan bu Balayan çarmandi çıxdı
ortalığa! İndi da na? - Mühariba. Vay. Vay..." Mən də köyrəldim, Rəhim kişi,
dedim: "Qncl, sənin adın Güneldi axı!" "Sus, sus!" -dedi. "Mani xətya səlma".
Dedim: "Müharibə başlansa, sən də bir güllə atarsanmı?'', Dedi: "Atmasam, neja
olar o? Albatta, atajam, a Samed!" Soruşdum ki, "niyə axı?" Dedi: "Orasını
bilmərəm. Deyəsan bu Zorri Balayan kopəyoğli yavaş-yavaş məni da "Ariyes"
eləyir axi!" - dedi güldü. Budu bax, Erməninin əksəriyyəti belədi. Təbrizdəkilər
Qacarilərnən evləniblər, Rza Şahın qohumlarıynan evləniblər, OdƏrnən də qan qarışığı
olublar, Farsnan da. Milyonerdi hamısı. Əmma indi onlar da silah alıb İrəvana
göndərirlər bu müharibə üçün, açıq terror üçün! "Armeniya" nədi?!
Vətənpərvərük yoxdu Ermənidə! Çünki bətnində hamısı bilir ki, əslində nə
"Armeniya" olub, nə də "velikaya"sı!
Bu həqiqətləri deməyə gəldim mən bu gün, Rəhim kişi, sənin çağırışına yox!
Uca hiss yoxdu sizdə. Torba-torba ətdən ibarətsiniz hamınız. Səlahiyyətinizdən
sui-istifadə eləyib magistral yollarda Kalaşnikovnan brilyant yığırsınız və
inanırsınız ki, özünüz üçün yığırsınız. "Birlik" ayırıb sizi millətdən, ay
bədbəxtlər! Gizlin, açıq məclislərdə min-milyon dəfə deyilib sizə ki, kökümüzü
baltalayır düşmən: "Yer"də OdƏrdi hamı. EvƏrEy OdƏrlərinə "Yevrey" deyirlər
indi, EvƏrƏs OdƏrlərinə "Pers", "Fars" deyirlər, ƏrEv OdƏrlərinə "Ərəb"
deyirlər. Əsriərlə bax beləcə ayıra-ayıra xüsusi təlim-tərbiyə ilə yetirdikləri, zatt
qırıqlardan "Misli barlak" yaradıb doldurublar içərimizə ki, "qamas-qamas" yox
daha, küll halında qırsınlar! Aldanmayın ciblərinizə doldurulan "Dollar"a, vaxtı
çatanda soyacaqlar hamınızı! Adicə banditizm, mafiyaçılıq üsulu ilə əlinizdən
alacaqlar hamısını! Katolik kilsəsinin saman altından axıtdığı ayaqyolu zibilidir
bu, bütün bəşəriyyətimizi murdarlayıb! İndi budur, sənin əlinlə məni
murdarlayrı", cənab müvəqqəti kapitalist! Səksən səkkizinci ilin bu sazaqlı qış
gecəsi, belə möhkəm "Birlik"lə, neçə meyid uzadacaqsınız bu çirkli döşəmədə?!
Meyidlər yan-yana düzüləndə məndən də betər skeletlərə dönəcəksiniz, ay
bədbəxtlər! Mənə məlumdu bu bədbəxtlik! Ayılın! "Dollar" möhtəşəm insan
adıdı. Əmma o kişi özü də aldanıb, dünya malına çox pis uyub, öz xalqını da
bədbəxti eləyib! Biri-birindən rəhmsiz biznesmenlərdən ibarətdi cənab Dolların
varisləri! Qan damcılayır "Dollar"dan!
Sənə də deyirəm, ayDollarsızBala! Kimi öldürürsən?! Getgüzgüyə bax. Hanı
zil qara saçın?! Bu dörd ayda özün özünü öldürəndəmi ağarıb saçın, bayaq
əmiyin başı düşmənin qucağında olandamı, indicə mənə düşmən gözüynən
baxandamı?!
Çıxart cibindən o kağızı, bir də oxu: "Məni Varisim öldürdü". Məhkəmə,
şahid-sübut nəyə lazımdı?! Götür Xəlvətin o bıçağını, vur. Başa düşmədinmi ki,
qan almağa vermirdi sənə bıçağı, can almağa verirdi!
Niyə ləngidirsən?! Necə qulaq asacaqsan o cür sualların cavablarına?! "Qatil!
Bu da cavab!
Atan da qatildi, ata əvəzi əmin də! Budu cavab!
İndi şərhinə qulaq as.
Başımıza nələr gəlib? O kağız niyə yazılıb? Niyə bu kokə düşmüşük?
Hamısını danışacam. Qıyma-qıyma...
Azdan-çoxdan adamlığınız qalıbsa, bir tikə çörək verin mənə.
"Badamlı"nızdan da verin... Vaxt vardı, içməmiş dəm gəzərdim. "Pəh-pəh"
mahnısı oxuyardım. "Pəh-pəh, nə gözəl, nə qəşəng, səfalı illər! İnsan uzun zaman
belə yaşamaq istər..." Stalinin, Mirqəzəbin kütləvi qırğınlar partiyasının
çiçəkləndiyi Bezobraziye illərində lap ürəkdən oxuyurdum mən bu "Pəh-pəhi!"
Çünki doğrudan da heyvanıydım. Təmizürəkli, hər şeyə inanan başı boş
heyvan!.. Hissə qapılanda çirmənib cəmaatın tualetini təmiziəmək istəyirdim.
Sonra ayıldım gordüm vualetlərin murdariığı adamların özlərinin
murdarlığındandı!
Mən də içəcəm bu gecə. Çünki mən də sizin tayınızam. Öz heyvanlığımnan,
murdarlığımnan, qatilliyimnən bərabər, sizin heyvanlığınızı, murdarlığınızı,
qatilliyinizi də açıb tökəcəm ortalığa, müqayisə eləyin görək cahillikdə siz ağır
gələrsiniz, ya tək mən! Cəmi Muğannalaria birlikdə mən də sozün əsil
mənasında cahiləm ki, cəhalət mücəssəmələrinə Elm verməyə həsr eləmişəm
ömrümü. Günü bu gün hərənizin bir qatilliyini açım, əvəzində çox yox, mincə
"Dollar" alım, gedim o dal otaqda prokuror Sayılovnan da alver eləyim,
kənardan baxın mənə, özünüzü görün!
Bir azacıq düşünün, o Kalaşnikovları niyə veriblər sizə, o güllələrin tökdüyü
qan kimin qanıdı?. O yaşda dümağ saçlı adam, gör nə demisən o Sudüşəndə:
"Mədəd xadımdı, Mariya - Məryəm ana da o biri Məryəm ana təki işıqnan
hamilə olub, ha-ha-ha!" Tfu sənin ağ saçına, Rəhim kişi! "Əxlaqsız" damğası
vurmadığınız Əmirli qalmayıb. Bir də tfü sizin üzünüzə!
Pavilyonda stullar taraqqa-taraq saldı - çaxnaşma oldu.
Bu dəfə zalın aşağı küncündən, torbaların arasından kiminsə xırıltılı səsi
Səmədin hələ də beynindən getməyib aramsız "Danış, danış" deyən səsə qarışdı:
- Cahilliyimiz də aydındı, qatilliyimiz də! Qəhbəliyimiz də! Başqa cür
danışılmalıdı burda! Sən pis danışırsan.
Mədəd idi. Dik atıldı.
- Danışmıyacaqsan!.. Bunlara ayrı söz lazımdı. Mən deyərəm o sözü? -
dedi.
* * *
"Dnevnoy" işıqların cərgəsi altında qaynayan tüstü-duman içində qaz
"peç"inə yaxınlaşdı, pencəyinin döş cibindən kağızı çıxarıb, aşağıdan -
"truba"nın dibindən alova atdı. Dikəlib, zalın yuxarısına - çayxana küncünə
baxdı.
- Niyə yandırdım?.. Səbəbini sonra biləcəksən, əmi.. Atamı nə vaxt, necə,
hansı şəraitdə öldürdüyünü mənim dilimdən eşidəndə... Mən anamın
bətnindəydim onda. Əmma o şəraiti bütün incəliklərinə qədər görürəm. Bu
dəqiqə səni, bu neon lampalarını, bu tüstünü necə görürəm, o şəraiti də elə
görürəm indi. Deyilib bu bədbəxt Varisə... İndiki kimi o vaxt da başın dumanlı
olub sənin. Boş yox, dumanlı. Çox şeydən xəbərin yoxdu, ey adı SafAğ Alim
olan, ən yetkin vaxtında birdən-birə Ünsiz qalan yazıq. Daha heç nə deyilmir
sənə. Ürəyində, beynində, ruhunda necə təbəddülatlar var, hamısını görürəm.
Başqasının ürəyini, beynini göstərməkdə məqsədi nədi OdAğÜzün? Çox təəssüf
ki, təzyiq yoxdu qanunlarında. Yoxsa atamı öldürdüyün dəqiqə orda öldürərdilər
səni, otuz dörd ilin işgəncəsindən xilas olardm. Mən isə dünyaya gəlməzdim...
Atam da, sən də çalışmısınız ki, ana bətnində ikən məhv olmayım mən. Halbuki,
hər ikimiz üçün, hətta anam üçün də xoşbəxtlik olardı dünyaya gəlməsəydim.
Abı deyir bu iki mininci il ərəfəsində bircə nəfər Bağın da Yerdə xalq
arasında yaşaması saysız-hesabsız insanın kamilləşməsi, OdƏrləşməsi, əbədi
həyat qazanması deməkdi. Başqa sözlə, nə sənin ölüb işgəncələrdən xilas
olmağını istəyir Abı, nə də mənim. Çox iş görürsünüz deyir, bəxtəvərsiniz deyir!
Danışım, görək necə "bəxtəvər"lərik!
Əvvəlcə kağız barədə.
Bu kağızı mən bir dəfə on il bundan əvvəl - yetmiş səkkizinci ilin yayında,
sonra Bakıda qayım-qayım oturub, məni veteranlar cəmiyyətində Qılınc
Qurbanın arxivindən zorla çıxartdırıb, universitetə qəbula çağırdığın vaxtlar
oxumuşam. Qarlayıb qoymuşam öz yerinə, atamın sovxasının cibinə. Hələ o vaxt
sənin qanını içməyə hazırıydım, əmi.
İkinci dəfə kağızı dörd ay bundan qabaq oxudum, "doxsan illik-filan hamısı
düşmən qurğusudu" dediyin gün. Anamın yanına gedirdim o gün babamın
xarabasına gedirdim.
Bir adam çıxdı ordan.
Kitel əlində, həyətdə dayandı, mənə baxdı, kiteli kəndirdən asdı, dedi
- Sultan Əmirlinin sovxasıdı bu. Yetmiş səkkizinci ilin yayında
Gülənoğlu Molla Gülən gətirib bu həyətdə sənə göstərib, sonra anana verib ki,
anan hər il bu vədə arvadları yığsın, sovxanı ortalığa qoyub ağlaşma qursun.
Ağlamaq istəməyib anam:
- Sultan Əmirli ölməyib - deyib, kiteli boxçaya büküb sandığa qoyub.
Əmma o adam deyib:
- Sandığa basılası sovxalardan deyil bu. Mənə də dedi bunu:
- Göz qabağında olmalıdı bu sovxa, qadası. Çünki o kişinin ölümünün əsl
səbəbini açmaqdan ötrü əşyayi-dəlildi, cibində sənəd var. İyirmi beş il türmədə,
doqquz il də müxtəlif şəhərlərdə, düz otuz dörd il Azərbaycandan uzaqlarda mən
həmişə bu sənəd barədə fikirləşmişəm, qadası. Çünki uzaqgörən adamdı bu
Çaxçux Xalıq, bugünkü günü görürdü. Get öz köhnə saz-söz ustadlarm Çürük
Aşıqnan Xızr Abını çağır. Gəl-sinlər əvvəlcə onlar oxusunlar bu sonədi. Çünki
belə lazımdı, qadası. Sənədi oxutdurandan sonra xahiş e)ə, köhno bir bayatı
oxusunlar.
Burdan bir atlı getdi,
Atın oynatdı getdi,
Gün kimi şəfəq saçdı,
Ay kimi batdı getdi.
Deyirdi, gülürdü Çax-çux. O vaxtacan görməmişdim onu. Əmma "çax-çux"
deyildiyini də bilirdim, təhər-tövrünü də. Qara, uzun ada-mıydı. Qəsdən
soruşdum:
- Kimsən, niyə belə danışırsan mənnən?
Dedi:
- Çax-çux Xalıq deyərlər mənə, qadası. İndi "çik-çik deyirlər.
Tapançaya güilə qoymusanmı heç ömründə? Qoyub üstdən basvrsan
barmağınnan, "çik" eloyir! Elə ki, yolumu kosən oldu, onda ayrı cür çıxır
səsi. Hələlik "çik-çik" eləmişəm burda. Ho..."
Bayatısını bir də dedi, rədd oldu getdi. Mən qayıtdım, xarabalıqda yenidən
"Əmirli mülkü" adlandırılan evdən Abıynan Çürüyü çağırdım. Apardım ora -
babam Əlləzoğlunun xarabasına. Bayatı-zad oxutdurmadım, əlbəttə. Dərhal başa
düşmüşdüm ki, atamdı "Ay kimi batıb gedən". Xalıq Qudalov bayatım da
intiqam niyyətiynən oxuyur. Yol kəsir, maşın əzdirir, adam döydürür, "yaxşı-
yaxşı məsləhətlər verir". Əmma sən onun adını çəkmirsən burda. Bu "Milli
birliy"ə də "çik-çik" deyir o!
Sən, yoldaş çekist günü bu gün tutdura bilərsən bunların hamısını. Çünki hələ
dövlət var Bakıda. Sən də sayılırsan orda. Əmma onu da bilirsən ki, ordakı
dövlət burda yoxdu daha
Budumu "birliy"in əlində əsir olmağımızın sobobi? Yox, bilmir-sən, əmi. Ün
göndərən gizlədir səbəbi sendən, çünki sadəcə, xəstə-lənmisən, mühitimizin
təsirindon əlavə təsirə - Ünə dözmür beynin. Özünü anama oxşadıb cığa buran
Gülbənizin yetirdiyi oğlunu, "a Som-somi" çağrrdığımız ikinci Səməd Əmirliyo
zəng vurmuşam rayona, başa salmışam iş nə yerdodi. Gülənov eşidib mənim
zəngimi, sənə deyib "qorxma, Somini işə qoşmarıq. Sənin ölümün lazımdı bizə,
vəssolam!"
Meşədə pis döyüblər səni. O dəqiqədən də Bağ bəxtəvərliyindən məhrum
olmusan!
Arada beynin açılacaq, aydın Ün eşidəcəksən. Onda söz verəcəm sənə.
İç o "Badamlı"nı, qulaq as.
Kağızı çıxartdım kitelin cibindən, verdim Çürük oxudu. Aldım Abıya verdim,
Abı da oxudu. Kağız düşdü olindən.
İkisi də yasa batmışdı.
Kağızı götürdüm yerdən, qatladım qoydum bura, öz pencəyimin döş cibinə.
Dedim:
- Bakıya ayağım dəymiyəcək daha. Aspiranturaya da tüpürdüm,
"Voroso" kitabxanamıza da, Tədqiqatçısına da!
Niyə belə dedim?
Veteranlar cəmiyyətində, Qılınc Qurbanın arxivində atamın dəst-xəttini
birinci mən seçirdim Qurban əminin xəttindən. Abı gülürdü ki, "Ay bala, anayın
qarnındamı görübsən rohmotlik Sultanın dəst-xəttini?.." Bilirdi, əlbəttə ki, xotti
tanıtdıran var. Həmin arxivdə, həmin yetmiş sək-kizinci ildo bir vərəq kağız
götürdüm, həmin bu kəlmələri yazdım, qoy-dum Çürüknən Abının qabağına,
dedim, baxın, atamın xəttinə oxşayırmı?
İkisi də mütoossir oldu. Dedilər: - Kopyadı! Kopyadı!
Dedim:
- Bəs sözlərə niyə fikir vermirsiniz? Atamın Vəsiyyətinin sözlərini
yazmışam bura. Necə yəni "məni Varisim öldürdü?!" "Necə yəni Varisimi də
Varisi öldürəcək?!" Necə yəni "Baş açmıram, bu nə sirdi?!"
OdAğÜz niyə açmıyıb sirri?
Dillənmədilər. Abı "batin oldu". Çürüyü tər basdı.
Cırdım atdım o kağızı. Vəsiyyətin əslini də, gördün, indicə yandırdım.
Niyə?
Çünki bu yandırılan sənəddə Səməd Əmirli öz əmisi Sultan Əmirlinin
qatilidi. Buna heç kəsin, o cümlədon Sultan Əmirlinin oğlu Mədəd Əmirlinin də
heç bir şəkk-şübhəsi yoxdu.
Əslində, mən bayaq mənə göstərilən bıçağı götürüb atamın qatilini vurmalı
idim, Gülənov məni həbs eləyib günü sabah güllələnmə kəsdirməli idi, bunnan
da bu tərəflərdə Yer Bağlan nəslinə son qoyulmalı idi.
Bıçağın dəstəyi ovcumda, niyə vurmadım? Onu deyim indi... Bu dal otaqdakı
qatillər meşə yolunda səni çəkmənin altına salanda, hələ o dəhşətli dəqiqələrdə
OdAğÜz o dəhşəti göstərirdi mənə, bu alaqaranlıq küncdə Ün eşidirdim:
"Səmini, Şöşünü də özünlə aparıb qırmaq istəyirsən o qatilləri. Unutma, Mədəd,
belə kin-küdurətli qatilliklə sən əbədiyyətini itirərsən!.." Yazılıb: "Varisimi də
Varisi öldürəcək". Otur orda, gözlə, Səməd özü gələcək sənin yanına"... Xəlvət
bıçağı ovcuma basanda yenə Ün gəldi: "Bıçaqla yox, sözlə öldürəcəksən. Sözlə!
Orda - pavilyonunuzda çox ciddi hadisələr baş verəcək. Çalış ehtirasa qapılma.
Bizi dinlə! Bizi dinlə! Və bizim dediyimizi elə..."
Bil ki, indi neyləyəcəmsə, heç biri mənim iradəmdən asılı deyil, əmi. Qatili
cəzasına çatdırıb məsələni qurtarmaq əvəzinə sənin atamı nə vaxt, necə, hansı
şəraitdə öldürdüyünü danışmaq niyyətindəyəm indi.
"Mənəvi qatil" adlandırırsan özünü.
Niyə?
Səbəb məlumdu? Xeyr, səbəb bir deyil, həm də məlum deyil.
Mən birinci və əsas səbəbi deməliyəm indi burda.
* * *
Bu üçpara kənddə, rayonda, sənin öz yoldaşlarından, professor
Məhərrəmovun yetirmələrindən və bu "MüÜ birliy"in başçısı deyib ki, Suitan
Əmirli şərəfsiz adam olub. Qardaşı Mədəd Əmirlini öldürtdürüb. Qardaşı oğlu
Səməd Əmirlinin istəklisini zorlayıb. Səməd Əmirlinin də başına hava golib, o
hadisədon sonra gedib əmisiynən qabaq-qabağa oturub çaxır içib, sonra yenə
havalanıb, xəstə omisini mənəvi, psixoloji sarsıntılara salıb öldürüb. Sənod də
var bu barədə. Foto-kopiyası çıxa-rılıb. Sabah, dekabnn iyirmi üçündə Mədəd
Əmirlinin illiyində foto-kopiya həmin Çik-Çikin əli ilə həmin sovxa-kitelin
cibindən çıxardılıb nümayiş etdiriləcək. Millətin qeyrətini çəkən "Milli birlik"
rəisi, Qudalı məhlosinin ağsaqqah Rəhim kişi yenə nitq irad eloyocək. Dövlət
nüma-yəndələrinin, milisin, prokuraturanın iştirakı ilə, Bakıdan xüsusi gəti-rilon
mosul işçiləri şahid kimi dindirəcəklər. Məqsəd nədi? Tutqu?
Xeyr.
"Vərəsə"mizin məğzi - sonin yazdığın o dissertasiyasayağı tarixi xronika,
bilirsən, o tayda da yayılıb. "Birlik" Bakıdan guya "Muğanna" şəcərəsindən olan bir nəfərə xaricə getmək üçün pasport düzəldib: "Aydın
Muğanlı". Aydın gedib Ərdəbildə, Zəncanda nə qədər Muğanna var, yığıb
hamısını. Sonra Çik-çik təcrübəsiynən siyahı yazıb gətirib verib KQB-yə,
nəticədə nə olub? Necə qırıblar Ərdəbil, Zəncan vilayətlərindəki ümidlərimizi?!
Sənin üzünə duracaqlar ki, "Sənsən Aydın Muğanlı". Və bu hərəkətin ruhi
xəstəlikdən başqa bir şey olmadığı son dəfə sübuta yetiriləcək.
Plandı bu. Anti Türklərin qızılına satılmış həmvətənlərimizin planı.
Qırmağına qıracaqlar Ərdəbil, Zoncan Muğlannı. Əmma sənin üzünə dura
bilmiyəcəklər. Çünki o planlı tcrrora qədər bu pavilyonda başqa hadisələr baş
verəcək.
Bayaq sənin başın qarı düşmənin qucağında olanda yox, mənim saçım
çoxdan ağarıb, əmi, görməmisən. Aralı gəzmişəm həmişə səndən. AdıPünhanın
mənzilində də, Demokrat Muğannaların evlərində də çalışmışam görmüyəsən.
Sarsıntılarımı gizlətmişəm ki, əsəblərini pozan, xəstəliyini şiddətləndirən
danışıqlara qapılmıyasan, "Vərəsə"mizin bəşəri həqiqətini şərh eləyib, məhz
Alim kimi qalib gələsən İlana. Əmma İlan üstələdi. Sən Hələbdo olanda orda
başqa birisi - çox təcrübəli kəşfiyyatçı da eşələnirmiş, on ikinci əsrdə Bağdadda
çap olunan "İxvan os-Səfa almanaxlarının məzmununu dəyişdirib, on ikinci əsrin
əlyazmaları şəklində çap elətdirirmiş. Yəni sənin zəhmətin hədər gedirdi.
OdAğÜzdən deyirdilər: "Sənin bu işin nəticə verməyəcək". Sən ehtirasa qapılıb,
Ünün əksinə çalışırdın, mən Leninqradda ağlayırdım. Bax onda dən düşdü
saçıma. Sənin Ün əksinə getməyin, əsəb pozğunluğun və belə tez qocalmağın isə
otuz dörd il bundan əvvəl olub. Rayondan qovulduğun gündən, "Birliyin"
şərqşünas inkarçıları çoxaldıqca, Nizami, Nəsimi həqiqətləri, milli tarix
tapdandıqca sənin xəstəliyin şiddətlənib. Kainat sakinləri səni Yer mühitindən
Yer informasiyalarından təcrid eləyib, Məhərrəm Abbasoviçin mənzil şəraitində
ev dustağı kimi saxlayıblar ki, dissertasiyanı populyar ədəbiyyat şəklinə salıb
Elmin qavranmasını asanlaşdırasan, eyni zamanda özün də yenidən dərk edəsən
hər şeyi. Bu il - səksən səkkizinci ilin axırında yenidən Yer mühitində İlan
informasiyaları məngənəsində sıxılandan sonra yenidən dumana düşmüsən.
Alimsən. Əmma SafAğ Alimi demək olmaz daha sənə. Heyrətlənmə! Sakitcə
dinlə. Qıyma-qıyma danışacam hər şeyi. Başa düşəcəksən ki, nə qədər böyük
Alim olsan da, SafAğ Alimi deyilsən! Evimiz onda yıxılıb ki, o daş əzələli,
qəzəbli, saf, sadə, Səməd də ölüb, Dəli -OdƏl Səməd, - SimOd da!
ƏsÜndən xəbərsiz "sion" zəhəri, EvƏrEy OdƏrindən xəbərsiz "Yevrey"
"obşinası", Oddan xəbərsiz "Tat", GurOddan xəbərsiz "Kürd" "Birliyi" yaratmaq
yolu ilə millətin bir qismini o biri qisminə qarşı qoyan KPSS-in üzvlüyündən
niyə çıxmırsan, əmi?! Qorbaçovun ikiüzlülüyünü niyə bağışlayırsan?!
Evimiz onda yıxılıb ki, bu otuz dörd ildə rayonları gəzə-gəzə köhnə partiya
məktəbi müdavimlərinin köməyi ilə cəmaata ədalət verən... çörək yox, ədalət
verən maksimalist Dəli Səməd qorxudan xali SafAğ İnsanların - gizlin
Muğannaların Elm mühitində çox az qalıb, qorxudan xali Bağ ikən "KPSS"in
siyasət dumanı içində beyni dumanlı siyasətçiyə çevrilib. Axı, SafAğ sevmir
siyasəti, ay əmi! Məkri sevmir! İlanın özünə, Erməni katalikoslarına əlin çatmır,
bu qara dəri kresloda oturan torbanı "alihəzrət İlan" adlandırırsan "Kapital"
adlandırırsan, həm də "kişi" demək ümidindəsən. Məndə dəqiq məlumat var. Bu
dövlətin ərazisində on yeddi milyarder var bu saat. Mərkəzi bank pulu
dövriyyəyə buraxandan sonra təzə yüzlüklər, əlliliklər dördcə ayda yox olur,
əvəzində yenə köhnə yüzlüklər, əlliliklər çıxır ortalığa. "KPSS"in hətta ideyalı-
məsləkli sayılan liderləri də "Ulduzlar müharibəsi"ni uduzduqlarını başa düşüb,
dövlət kapitalını mənimsəməkdən başqa işləri olmuyan Çax-çuxlara, Xəlvətlərə
çevriliblər. Çax-çuxlar, Xəlvətlər isə gündən-günə çoxalan, Atomdan, Kimyadan
da qorxunc zəhər bəşəriyyəti törədirlər. Sestranın xəstəxanəsindən narkotikanı
Ermənilərə, ordan da xaricə axıdıb xəlvəti gəlirlə "Rus məhləsi" yaranıb, Xəlvətə
səcdə eləyir! Yəni kimə? Yəni "Alihəzrət İlana" yox, ilancığaza! Belələri nə
qədər olar indi respublikada, bilirsən? Sənin Lerikdən Qazağa qədər
məsləkdaşlarıyın da bircə "idealı" var, o da rüşvətdi - qızıl-brilyantdı, ay bədbəxt
əmim! Atamın "çesuyçalılar" dediyindəndi indi dostlanyın hamısı!
Diqqət yetir, cənab kapital necə sakit qulaq asır! Sənin açmadığın sirləri
açıram, niyə susur? Çünki cəzasız cinayətkarlar ölkəsinin kadrlarından, KPSS-in
çürüməyindən danışa-danışa, əslində bu cəzasız Kapitala bəraət verirəm mən.
Dünyamızda ən çox kapitalisti olan Kapital ölkəsi SSRİ-di indi. Kamil insan
nəyinə gərəkdi bu çürümüşün?!
İşini görüb qurtarıb bu ilancığaz: "Vərəsə" adında dənizdən qidalanan Səməd
Əmirli qanı zəhərə dönüb!
Bayaq məni çağırırdın. "Yaxın gəl, yaxın gəl" deyirdin. Getmədim. Çünki
sən məni xilas edəmməzsən, əmi.
"Varisi Varisi öldürəcək". Belə yazılıb, belə də olacaq.
Yuxarı baxma! Mən sözümü qurtarana qədər heç nə eşitmiyəcəksən
OdAğÜzdən.
Başlayıram danışmağa...
Şüşəli sükuta batmışdı. Heç kəs tərpənmirdi, heç kəs dillənmirdi. Cərgə-cərgə
"neon" lampalarının, bulud kimi lay-lay tüstülərin altında, ət torbalarının
əllərində, damaqlarında "marlbora"lar qızarırdı.
Mədəd çayxana küncünə cumub, Çürüklə Abının qaraltılarının arxasından
Çürüyün divara söykəli cürəsini götürüb, ordan - yuxarı başdan zala baxdı.
- Çalacam, oxuyacam və danışacam... Dediyim kimi, tələb olunduğu
kimi, "qıyma-qıyma"... Murdarlığınızı sübut eliyəcəm! Etiraz varmı?
"Marlbora"lar qızarırdı. Tüstü laylarının aralarına tüstülər millənirdi. Nə baş
verdiyini heç kəs, o cümlədən hətta hələ Səməd də, Abı ilə Çürük də başa
düşmürdü.
* * *
Mədəd cürəni köklədi. Kresloda, bir əlində "Badamlı" ilə dolu "xrustal"
qədəh, o biri əlində siqaret, quruyub qalmış əmisinin başının üstündən Çürüklə
Abıya və sərxoşluqdan mürgüləyən Şöşünün tərdən islanıb göyümtül çalan
seyrək saçlarına baxıb köksünü ötürdü.
- Zilini zil elədim... bəmini bəm elədim... zil qara saçlı Mədəd
Əmirliynən dümağ saçlı Mədəd Əmirlinin saz-söz ustadı Çürük aşığın min
doqquz yüz onuncu ildə, Səttar xanla Bağır xanın zülmə qarşı üsyanının
süqutundan bir il əvvəl Ərdəbildə düzəltdirdiyi bu qaraca cürəni "Zarıncı"* üstə
köklədim.
Çalaq, oxuyaq, görək sağ-zarıncılar niyə və necə zarıyırlar. Cürə inildədi.
Gər, cod, güclü səs sıxılıb cürədən betər inildədi:
Təhriflər içində içim yanmaqdan
Özü SafAğ, bəxti qaraya döndüm.
Ağrıları ürəyimə salmaqdan
İçimdə qövr edən yaraya döndüm.
Səməd başını qaldırıb, altdan dik, Varisə - Tədqiqatçıya baxdı, sal ağsümük
yanaqlarına iri damlalar süzüldü.
_____________
*"Zarıncı", əslində, "bayat"(ı) növü, BağOdudur, el arasında deyildiyi kimi, "daşı da ağladır".
Mədəd gözləri yumulu oxuyurdu:
Aşkar olammadım, bətnimdə qaldım,
Bətnimdə qocaldım, bətnimdə öldüm,
O gündən də "vəhy" – EvEydən Ün aldım,
"Mən yoxam" qışqıran haraya döndüm!
Mədəd gözlərini açıb, əmisinin göz yaşlarını görüb qəhərləndi:
- Dəli Səməd də ağlıyarmış!..
Mənim şerim deyil bu oxuduğum. "Yoxa çıxan" mən deyiləm, başqa bir
bədbəxtdi - Gizlin şair Muğannadı. Əbədilyini bilə-bilə ağlayır! Niyə, əmi?
Qulaq as!
Əmirli mülkündən kənarda, sənin təzə-təzə istəklin olanda öldürülmüş o
mələk Torksindən yadigar oğlundan başqa hələ bilən yoxdu ki, toylarda nə
veriblərsə, son qəpiyinə qədər qızıla, brilyanta çevirib o mülkün bir də yalnız
OdAğÜzə məlum yerində saxlayıram ki, sənin ölümündən sonra oğlun Səminin
olsun. Səndən ayrılmıyacam, OdAğÜzə sənnən bir yerdə gedəcəm. Əmma mən
də ağlayıram!
İçi yanan, bətnində qocalan, bətnində ölən tək o Gizlindimi, əbədimiz Ulu
Bağ ƏsƏlMən BağSar AğEy - "Musa ağa" ilə Şeyx Məhəmməd Əmir, Şeyx Əli
ilə, Ələskərdimi, Ağ Əmirlə Boz Əmirdimi?! Mədəd Əmirlidimi, Sultan
Əmirlidimi, Xızr Abıdımı, Çürük Aşıqdımı?! "Pyamska şair" damğah Şövkət
Tahir - Şöşüdümü?!. Saysız-hesabsız, biri-birindən bədbəxt "Muğ"lar,
"Muğanna"lar da bətndə qocalıb, bətndə ölürlərsə, axırı əbədiyyət olan bu
"ölüm" - ölümsüzlük niyə ağladır bizi?!
Bu sualın cavabında dəstan başlayıram. Elə bir dəstan ki, bu tüstülü-dumanlı,
"Badamlı"lı, "Marlbora"lı dünyamızın dumanını dağıdacaq, bir nəfərdən -
Xəlvətdən başqa hamını Dəli eləyəcək.
Sən hələ tanımırsan məni, əmi. Ağlım, şüurum, dərrakəm açılıb töküləcək
ovcuyun içinə, o əlindəki zəhər kimi yox, o termosdakı "dirilik suyu" kimi yox,
sözün həqiqi mənasında dirilik suyu kimi, İskəndər Ruminin tapa bilmədiyi "su"
- Elm kimi içəcəksən mənim ağlımı, şüurumu, dərrakəmi... Nəinki sən, yetmiş
səkkizinci ilin yayında dəhşətli sənədi oxuduğum gündən bu vaxta qədər hər gün
sazıma, sözümə-özümə qulaq asan anam Gülgəz də tanımır məni... Sağ divarında
xalça ilə üç sazdan, döşəmədə bir zilidən, üç dost yorğan-döşəkdən və kitab
tərəcələrindən savayı heç bir avadanlığı olmayan mülkümüzdə mənlə oturubduran sakinləri Çürüklə Xızr Abı da tanımırlar məni.
Dəstanın adı "Sultan və Səməd"di.
Dinlə, əmi!
Adını daşıdığım əmim Mədəd Əmirli də iştirak eliyəcək bu dəstanda, atam
Sultan Əmirli ilə birlikdə bədbəxt, əzabkeş arvadı Gülgəz də, Gülgəzin Mədəd
adında çağası da. Sənin mələk Torksininlə özün kimi cəngavər oğlunu qatmıram
bura. Oğlun Səminin "dostan"ı ayrıdı. "Gizlin şair" danışacaq Səminin qəm
dəstanını. Cavanlığınızda sənə vurğun Gülbəniz Çax-çux qızı bu ağbirçək
vaxtında sənlə bərabər sənin oğluna da vurğundu. Onu unutmaq olmaz.
Nə oldu? Niyə diksindin, əmi? İnsan insana vurular, heyvana yox! Gülgəzin
istəkli rəfiqəsi - bacılığı Gülbəniz də insan deyilmi? Niyə gizlədim?! "Sultan və
Səməd" dəstanında lap iynənin ucu qədər də gizlin şey qalmamalıdı! Tam
mənada açıq, çılpaq həqiqət zərbələrilə öldürəcəm səni! Bəs necə?!
Başlayıram.
Burda, Yerdə mən səndən ayrılmışam, əmi. Yetmiş səkkizinci ilin yayında o
dəhşətli sənədi oxuduğum gün yox, İskəndər Rumi adlanan vəhşinin basqınları
zamanı, BağOdEy, Bağday ikən "Maday", "Midiya" adlandırılan vətənimiz
parçalananda ayrılmışam mən səndən... Bir şey başa düşdünmü bu dediyimdən?..
Sən necə, ey millətindən xəbərsiz "Milli Birlik", bir şey başa düşdünmü? Səndən
də o vəhşinin basqınları zamanı, Bağdayımız parçalananda ayrılmışam. Nə
deyirəm bu sözlərlə, ey "Birlik?" Bəlkə OdƏl - həqiqət Əli-filan deyiləm,
doğrudan da Dəli Mədədəm? Əlbəttə, belə çıxır. Əmma bir həqiqət də var ki, bu
Dəlinin bu qatil əmini bütün varlığı ilə sevən ürəyi var! Və çox qəribədir ki, bu
ürək, bu torpağın sakinləri olan insanabənzər torbalar yığını "Birlik" üzvlərini də
sevir!
Gah təhrif "Qrek"lə qucaqlaşırsan, gah təhrif "Ərəb"lə, gah təhrif Farsla, gah
təhrif "Rus"la! Mənə - özünə qılınc çəkirsən! Əmma yenə sevirəm səni, ey
"Birlik"! Niyə? Biləcəksən...
"Marlbora"lar qızanrdı, tüstü laylarının aralarına üfürülən tüstülər millənirdi.
Səməddən başqa, çayxana küncündə indi Çürüklə Abı da, Qəlyanlı qocalar da,
Şöşü ilə "Pyanıska şairlər" də ağlayırdılar. Xəlvətin kreslosunun arxasında,
Sudüşənli ruslar da, Dam direktor da, Nuru müəllim - Çoban Nuru ilə şagirdləri
də, qaz "peç"indən sağda, qapının ağzında, divar dibində Qonaqlılar, Tahirlilər,
Qurbanlılar da köyrəlmiş,
dolmuşdular. Hətta, qaz peçinin dalında papağı bozaran Əlləzoğlu - Göbələk
Məmiş də pişik asqırtısı kimi "pi, pi" eləyə-eləyə ağlayırdı.
Cürə inildədi. Mədəd cürədən betər inildədi:
- Kimsən sən, ey "Birlik?!" OdƏrinə niyə "dəri" dedin?! BağOd-Ərinə niyə
"Moğdur", "madər", "pədər" dedin?! Birinci Aleksandrın zamanından indiyə
qədər minbir yerə sürülə-sürülə nəhayət gəlib Ağdaş rayonunda
məskunlaşanlarımız hətta "Padar" - dağıdan deyirlər. Bağ-OdƏr bəndələri ikən
özlərini də "Padar" - dağıdan sayırlar. Bəli, Ağlıqlarını - SafAğlıqlılarını bilə-
bilə, dünya nemətlərindən savayı hər şeyə tüpürən "Padar!.." OdƏrini öldürüb,
kimlə birləşdin, ey "Padar" "Birlik?!" Bağlarını çarmıxa çəkə-çəkə, EvÜnə "fani"
deyə-deyə özün də fani olmursanmı, yoxa çıxmırsanmı, ey "Birlik?!"
BağOdƏr hara, "Padar" hara, ey Təhrif?!
Üçüncü beyti dinlə:
Bu yoxluqda varlıq Ündür, ey Təhrif,
Ünlə gələn Od sənindir, ey Təhrif,
Yan bu Oda, yox ol qurtar, ey Təhrif,
Bəlkə onda "haray" ƏrEyə döndü!
ƏrEy, bilirsiniz, GurOdumuz - vilayətimizdir, Uca İşıqdır, Fatehlərin təhrif
dillərində "Rey"ə, "Ray"a döndərildiyi zamandan bu günə qədər "haray" təpir,
qışqırır: "EvƏrEy OdƏriyəm mən!" OdƏr ikən "KiƏr"ə - "kir"ə, "kor"a, "kar"a
döndəriləriimiz nə "haray"ı eşidir, nə də EvƏrEyi görür, odur ki, "sən
məndənsən" deyən "Din"lə qucaqlaşır, "mən sənin böyük qardaşınam" deyən
"Rus"u bağrına basır. Bu qucaqlaşmanı görən BağMən isə "məğmun" -
"mağmın" Gizlin şair olub görün necə inildəyir.
"Dü beyti" üstə.*
Rusla Farsın arasında
Parça-parça vətənim var.
Kimə deyim, necə deyim
İçəridən satanım var?!
"İçəridən satanım" kimdir, cənab "Padar?!" kimə satırsan vətəni?!
_____________
"Beyt" - BağOd, ərəbcə "ev", "məkkə" mənasında; burada həm də şerin "yarpağı" mənasındadır.
Aşağı başdakı qara kresloda yapıxmış ət torbasından, şivyot kitelin boş qolu
altından yuxarıya ələm ağacı kimi ağ qol, ağ əl qalxdı.
- Bura bax ey! Nə çərənnəyirsən?! Sən özünüzdən danışmalısan!
Mədəd, başını yana əyib şerin dəvamını gözləyən əmisinə gözucu baxıb, üzünü
Xəlvətə çevirdi.
Nə ölən kimi ölürəm,
Nə qalan kimi qalıram,
Üzüləndə Saz çalıram,
Belə həya çatanım var.
SimÜndən Ün alan Sazım,
Ünə sadiq qalan Sazım,
A laylay de, laylay,
Sazım, Millət adlı yatanım var!
"Ələm ağacı" yenidən ağardı:
- Harda qaldı "Sultan və Səməd" dəstanı?!
Mədəd toxtaqlı idi:
- Mə
"Divani" oxuyuram, qanmalısan ki, hələ təzə başlanır dəstanım. Diqqətli ol, - dedi.
Sonra gözlənilməz sözlər dedi:
- Bir-iki il var ki, təzə söz eşitmisiniz: "Diskoteka". Al-yaşıl işıqlar içində cavancavan oğlanlar, qızlar, dolan, boşalan bakallar, çılpaq bədənlərdə gəzən əllər. Kim gətirib
bunu xaricdən? Nə üçün gətirib, ey "Birlik?" Bu sözləri yadda saxlayın. Keçirəm dəstana:
"Çax-çux Xalıqın daxmasının qabağında palıd kötüyünün üstündə daş-tərəzi görünərgörünməz, bütün kənd ora axışırdı və bu vaxt Əmirli nəslinin əzizərköyün yetirməsi
Səməd də, əmisi Sultanın, yəni rayon partiya komitəsinin birinci katibi Sultan Əmirlinin
dövlət "payokun"dan hər cür nemət dadıb özünü kişmiş acı saymadığına baxmayaraq,
dərhal o yığnağa tələsirdi ki, yığnağın içində qarışıqlıqda Çax-çuxun qızı Gülbənizə göz
vursun, Gülbəniz də öz bacılığı Gülgəzə göz vursun, sonra daxmanın xəlvət bir küncündə
çöməlib, önlüyünün ətəyini açıb, "atasından çırpışdırdığı" kişmişi Səmədlə Gülgəzin
qabağına tutsun ki, Səmədlə Gülgəz onun - Gülbənizin ətəyindən kişmiş yeyə-yeyə,
doyunca bir-birinin üzlərinə tamaşa eləsinlər"
Yəni Əmirli yeniyetməsi həm gələcək bibisilə sevişirdi, həm də gələcək dostu
Məsimin gələcək arvadı ilə!
Səmədin nəfəsi qaraldı.
- Mədəd!.. Sən neynirsən?!
Mədəd, cürənin kökünü dəyişə-dəyişə, iri, soyuq gözlərlə əmisinə baxdı.
Dodaqları əsirdi.
- Bilirsənmi kimə himayədarlıq eləmisən bu otuz dörd ildə? Qatil
yetirmisən, ey qatil! Min dəfə deyəcəm: "tələsirdi ki, Gülbənizə göz vursun!"
Sənin sabiq instruktor yoldaşın, indiki sədaqətli çekist yoldaşın, raykom katibi
Məsim Qonaqlı Çax-çuxun qızı Gülbənizin göbəkkəsmə nişanlısı deyildimi?
Niyə göz vururdun o pak, o gül bənizli Gülbənizə?!
Hiss eləmirdinmi, qəşəngcə başa düşmürdünmü ki, səndən ötrü ölürdü o
bədbəxt?! Gülgəzi bacılıq tutmuşdu ki, sənə yaxın olsun, Gülgəzlə sən "birbirinizin üzünüzə tamaşa eliyəndə o da sənə tamaşa eləsin!" Başa düşmürdünmü
ki, Məsimə ərə gedəndə ürəyi sənin yanında qalacaq, Məsimi qucaqlayanda səni
qucaqlayacaq?! Göz vura-vura xəstələndirdiyin o bədbəxt zənənə də dərs
demisən, "Vərəsə" vermisən ki, bətni dəyişsin, saflaşsın, cismani ehtirası SafAğ
İnsan məhəbbətinə dönsün.
Gözəl niyyətdi! Əlbəttə, uca məqsəddi! Əmma... Gözəl niyyətin, uca
məqsədin də düşüncəsizlikdən deyilmi?! Əməli də bətni kimi qəhbə zənən necə
saflaşa bilər, əmi?!
Zalda taraqqa-taraq düşdü.
Bütün Qudalılar, Gülənlilor ayağa qalxıb hiddətlə çaxnaşırdılar.
- Bu nə dəstandı?
- Kim ixtiyar verib sənə cəmaatı təhqir eləyəsən?
- Alnına güllə istəyirsən?!
Qudalılarla Gülənlilərin ardınca Qonaqlılar, Tahirlilər, Qurbanlılar da ayağa
qalxdılar. Zalın o başında, qara dəri kresloda Xəlvət, zalın bu başında, qara dəri
kresloda Səməd nə halda idilərsə, indi Mədəd özü də demək olar ki, o halda idi:
nəfəsini çiynindən alırdı.
- "Qəhbə" dedim, pis dedim. "Təbrif insan" deyərdim əvvəllər, yəni Elmi
terminlə danışardım, etika, pərdə gözləyərdim. Siz də razı qalardınız,
ustadlarının da... Təkrar eləyirəm, yoxdu daha o OdƏl - həqiqət Əli Mədəd.
Yoxdu!.. Sazla, sözlə deyək fikrimizi, bəlkə müvəqqəti də olsa dirildək Od Əlini.
Cürə inildədi.
- Gizlin şairin bayaqkı sözlərini bir də eşidin. "Zarıncı" ustə:
Təhriflər içində içim yanmaqdan Özü SafAğ, bəxti qaraya döndüm. Ağrılan
ürəyimə salmaqdan içimdə qövr edən yaraya döndüm.
Aşkar olammadım, bəmimdə qaldım,
Bəmimdə qocaldım, bətnimdə öldüm,
O gündən də "vəhy" - EvEydən Ün aldım,
"Mən yoxam" qışqıran haraya döndüm.
Bu yoxluqda varlıq Ündür, ey Təhrif,
Ünlə gələn Od sənindir, ey Təhrif,
Yan bu Oda, yox ol qurtar, ey Təhrif,
Bəlkə onda "haray" ƏrEyə döndü!
Lap azacıq şərh dinləyin.
- OdÜnsüz "Din"in 'Vəhy"ə döndərdiyi EvEy təhrif dildə "Allah"ı-mızın -
ƏlAğımız EySarın Uca Evidi. OdAğÜzdən Ün göndərənlərimiz EvEyin adından,
EySarımızın adından göndərirlər. Kiminin bətni bir başa Ünlə dəyişir, saflaşır,
Əbədilər dünyasına - Kainata layiq olur. Bətnən - daxilən, irsən qəhbə insan isə,
əməlində də qəhbə olduğuna görə, nə qədər məlumat alsa da, iztirab içində
boğulub, yalnız fikrən nisbi saflaşıb, cismində - bədənində titrəşən, ehtiraslı
hüceyrələrin əsirliyində, ehtiras əsirliyində qalır. "Ruh"dan - ƏrAğdan - SafAğ
İşıqdan məhrum olur və bildiyiniz kimi, OdƏrBağdan yox, "torpaq"dan, yəni
təhrif sözdən - təhrif şüurdan yarandığına görə "torpaq"a gedir...
Hoppanışmayın daha!
Oturun! Heç kəsnən yumruqlaşmıyacam. Kalaşnikovlar da susmalıdır! Mən
qorxmuram ölümümdən. Siz - qorxanlar ehtiras xəstələrisiniz.
Susun!
Nə Məsim Qonaqlının düşməniyəm mən, nə Səməd Əmirlinin, nə də sizin.
Eyni zamanda Məsim Qonaqlının da düşməniyəm, Səməd Əmirlinin də, bütün
Qudalıların, Gülənlilərin də. Yumruqla yox, Kalaşnikovla yox, həqiqətimlə
öldürəcəm sizi. Bu pavilyondan heç kəs səlamət çıxmıyacaq. Ata əvəzi əmim,
himayədarım, Alimim, Tədqiqatçım, fəxrimlə birgə hamınızı öldürəcəm!..
Müharibə illərindən bu vaxta qədər üçpara kəndin xidmətində olan, müqəddəs
saydığınız, istəkli şəfqət bacınız Sestrayla əri Dam direktor da daxil olmaqla,
bütün Rus məhləsinin, bütün Qonaqlıların, Tahirlilərin, Qurbanlıların paxırını
açıb tökəcəm.
Adam öldürməyə, qırğın salmağa yığmamısanmı sən bizi bura, Xəlvət?!
Arzunu yerinə yetirəcəm. "Qıyma-qıyma" öldürəcəm hamını! Lap axırda növbə
sənə çatacaq. Səlamət qalmaq istəyirsənsə, dur çıx get.
Hamıya deyirəm: getmək istəyən varsa, getsin...
Heç kəs tərpənmədi. Heç kəs dillənmədi.
Mədəd tərli, soyuq əllərini yaylıqla silib, stəkana "Badamlı" töküb başına
çəkdi. Sonra "xrustal" qədəhi əmisinin tərli əlindən alıb içdi. Tələsmədən,
cürənin kökünü dəyişə-dəyişə, çayxana küncünü zaldan ayıran "pomost"un -
taxta səhnəciyin qırağına doğru yeridi:
- Mən də daxil olmaqla, hamımızı soyuq tər basıb. Nəfəsimiz çatmır.
Burulğana düşəndə, sarsmtıdan, stresdon boğulanda belə olur adam...
Dəstanı davam etdirirəm:
"O üç nəfər- iki qız və bir oğlan bu fikirdə idi ki, Çax-çux Xalıqm kişmişi
təkcə onların ağzını şirin eləmişdi. Çünki Gülbəniz Səmədi sevirdi, Səməd
Gülgəzi sevirdi, Gülgəz isə hər ikisini sevirdi, buna görə də hər üçünün könlü
şaddı, ağızları da şirin.
Səmədin gur qara, deyilənə görə, mərhum anası Suranın saçlarına oxşayan,
dalğah saçları Gülbənizin ətəyinə doğru sallananda, o biri tərəfdən Gülgəzin qara
cığaları sallanırdı. Bu vaxt Gülbəniz qısqanclığını gülüşlə, zarafatla gizlədirdi:
- Ey, ey, saçlarınız görüşdü! - deyib bir əlilə Gülgəzin, o biri əlilə
Səmədin başını dala itələyirdi.

görüşü", "ayaqların görüşü" də bunun üstə gəlib, hər üçünün arasında sehrli uşaq
oyununa çevrilirdi və kişmiş qurtarana qədər bu oyun davam edirdi".
Nədi bu?! Nə oyundu bu?!
On yeddicə yaş Əmirli nəslinin əziz-ərköyün balası Səmədimin. On yeddicə
yaş Qudalılar nəslinin əziz-ərköyün balası Gülbənizin, Məmiş Əlləzoğlunun -
Göbələk Məmişin zərifcə, balaca "Qaraçı qızı" - cığalı Gülgəz hələ lap körpəcə
qıza oxşayırdı. Və bu kişmiş oyununu o qədər də anlamırdı.
Görün, xəlvətə çəkilib kişmiş yeyə-yeyə necə şirin-şirin oynayırddar! Görün
nə qəşəngdilər, nə gözəldilər! Necə saf mələkdilər! Çax-çuxum da, Çax-
çuxumdan kişmiş almaqdan ötrü növbəyə duran Qonaqlılarım da, hamılıqla göz
yumurlar, özlərini görməzliyə vururlar ki, mələk balalarının kişmiş yeyə-yeyə,
əl-ələ, saç-saça, diz-dizə verib oynaşsınlar!
Niyə dillənmirsiniz, ay əclaflar?! Niyə hücum çəkmirsiniz, niyə
öldürmürsünüz məni?! Qudalı məhləsinə o qədər alverçi Rus qızı hardan, necə,
nə üçün dolub, cənab Kapital?! Çax-çux - Çik-çikinizin bir ayağı xaricdədi.
Kişmiş daşımır daha! "İmportnı tovar"dan-zaddan da əl çəkib. Kaset daşıyır:
"Avropa mədəniyyəti!" kino kasetxanaları açıb Bakının küçə "perexod"larının
künc-bucağında! Öpüş! Mini yubka! Anaşa! Nədən ötrüdü bu, cənab Kapital?!
Yalnız Dollar yığmaq üçün? Yoxsa, bu bədbəxt, nadan xalqı tamam
qəhbələşdirmək üçün?! Cavab ver: o miniyubka oyunu oynayan cavanlar güllə
qabağına, vətən qorumağa gedərlərmi?! Budur bax Çax-çux - Çik-çik - casus
oyunu! Özü üçün çax-çux eləyir, millət üçün çik-çik!
Kişmişlə başlayan o qəşəng oyun hara gəldi çıxdı?!
Oturun, köpəyuşağı! Yumruq davaları qurtarıb. Sözə qulaq asın.
"Əllərin görüşünə", "Dizlərin görüşünə", "Ayaqların görüşünə", "Saçların
görüşünə" göz yumanları çoxdan tanıyırlar fatehlər! Astaca-astaca,
"diskoteka"dan-zaddan başladılar, cavanlarınızın beyninə əl uzadıblar! İndi, odur
Laçının meşələrin yolublar!
Soruşa bilərsiniz, neyniyək indi, qəfəsəmi salaq balalarımızı?! Oğlanlı-qızlı,
saqqala, çadrayamı bürüyək, Xomeyni kimi? İnsan neyləməlidi, hara cəhənnəm
olmalıdı ki, göz gözə baxmasın, əl ələ, diz dizə, ayaq ayağa toxunmasın?!
Mümkündümü?
Deyəcəksiniz mümkün deyil, "diskoteka"da olmalıdı, o birisi də.
Oxumuşlarınızın cavabı daha güclüdü: "Fizioloji ehtiyacın qarşısını
almaqolmaz!"
Bəs bu nə söhbətdi mən başlamışam? Əmirlilərin, Qudalıların, Əlləzoğlunun
əziz-ərköyün balalarını, sizi, əmimi, anamı, özümü niyə təhqir edirəm?!
Cavabım sadədir.
Qalxın bircəciyiniz başa salın məni görüm insan insana niyə əl verir?..
Sükut oldu. Sonra orda-burda pıqqıldaşdılar:
- Bay! Bu nə deyir, o?!
- Necə yəni "niyə əl verir?!" Mədəd təzənəni simlərə çəkdi:
- Səlam, privet, zdrastvuy! Bu, deyək aydındı. Bəs, qızın, gəlinin əlini
öpmək nədi, ey Rus? Qəhbəliyə pillə deyilmi qadının əlini ələ almaq?! İsticə,
ilıqca, yumşaqca əl! Sonra?! Sən babayın əlini öpərdin, gözüyün üstünə
qoyardın, ay Qonaqlı, Tahirli, Qurbanlı. İndi niyə belə dadanmısınız bu Nadyalı,
Katyalı Şüşəliyə? İncə bilək, zərif əl öpmək
nə böyük qəbahət imiş! Qəbahət deyilsə bəs niyə gizlədiyiniz arvad
uşaqlarınızdan?! Həmişə, hər yerdə, hər saat, hər dəqiqə gizlətdiyiniz nədi bu?
Zibilə dönən ürəkləriniz deyilmi?!
Hardandı sizdə bu?! Nə vaxtdandı bu dərəcədə aydın ikiüzlülük?! Qədim
şeydi? Xeyr! İndi ayrı cür deyirəm: o vaxtdandı ki, "Assuriya" -"Suriya"
adlandırılan, qanla qidalanan təhriflər ölkəsinin ÜnEv ikən "Ninevi"ya"ya
çevrilmiş paytaxtından Bağday ərazisinə vəhşilər doluşub sizi Elminizdən,
Oddan - həqiqətdən ayırıb özlərinin şüurdan ayrılmış ehtiras vərdişlərinə
alışdırdılar, məhz o vaxt ayrıldım mən siz "ins"lərdən. Əbədi ÜnƏs, SafAğ
İnsan, Bağ, OdƏr adından danışıram! Dərk eləyirsinizmi ayrılıq
bədbəxtliyinizi?! Məndən yox, BağÜndən -"beyin"dən ayrılmısınız, ey
BağÜnsüz bədbəxtlər! Odur ki, heç kəsin tanımadığı EyƏr - "Yer" Bağı haray
təpir:
"Yan bu Oda, yox ol qurtar, ey Təhrif, Bəlkə onda "haray" ƏrEye döndü!"
"Haray"sınız hamınız, ey Təhriflər. Öz haqqınızda həqiqəti bilə-bilə, duyaduya, düz yaşamadığınızı əməlli-başlı dərk edib bətninizdə haray təpirsiniz;
zənən budunun tərpənişindəncə titrəşir xəstələndirilmiş hüceyrələriniz, haray
təpirlər ki, "neyniyək, nə təhər olaq ki, belə abırsızlıqla fırlanıb zənənin dalına
baxmıyaq?!" Bizə niyə bu qədər ləyaqətsizik?! Yaxşıca dərk edə-edə ki, belə
olmaz, niyə ailələrə soxuluruq, insanın məhəbbət adlanan uca hissini tapdalayatapdalaya, evimizə murdar heyvan təki qayıdırıq?! Müqəddəs OdƏr - Həqiqət
İşığı irsiyyətini beləcə dərk edə-edə, hələ ana bətnində balalarımızın qanını it
qanına çeviririk.
Tərpənişməyin! Çaxnaşmayın! İş-işdən keçib, ay bədbəxtlər!
Fateh gəlir, səninkiləri murdarlayır! Sən də üstəlik murdarlayırsan!
Neyləsin indi, hara cəhənnəm olsun Bağından, Elmindən, şüurundan ayrılan
bədbəxt?!
İndiki halda, hələlik "ürək" adlı cəhənnəminizə vasil olmalısınız! Çiyinləri
Kalaşnikovlu, cibləri Dollarlı, əlləri əllərdə, dizləri dizlərdə olan bədbəxtlərinizin
ehtiraslarını boğmalısınız!
Bəli, şüurlu hasar çəkilməlidir fatehliyə, qəhbəliyə! Çax-çux Xalıqın fateh
əskəri olduğunu vaxtında dərk eləyib, qabağına hasar çəkməlisiniz! Bayaq
çinarın gövdəsinə döyəclədiyim cənab Kapital da fateh əsgəridir! Bəli! Yəni heç
ağlınıza gəlmirmi düşmən niyə bu qədər səxavətli olub,
sizi niyə belə varlandırır, cismani mədəniyyətlərinə, əxlaqi səxavətlərinə görə
Şimalın o qarlı-çovğunlu Maqadan şəhərinə sürülən "məlakələri" niyə sizin
qucağınıza atır?!
Mən məcburam təhqiramiz danışım. Əmma, əslində, ağır təhqirlə yox,
özümüz özümüzə sakitcə deməliyik: saçım Gülgəzin saçına toxunanda başa
düşdüm ki, Gülgəzi sevirəm, Gülbənizi yox. Buna görə də Çax-çuxun qızına göz
vurmamalıyam, Məsimin nişanlısının ətəyindən kişmiş yeməməliyəm... Əlimin,
ayağımın, dodağımın, dizimin və sairəmin mənə dediyi sözü qanmıramsa,
eşşəklə mənim fərqim nədir?!
Diksinmə, əmi!
Atam sənə söz öyrətməli imiş. Sən saz - ƏsAğÜz sehrindən uzaq olmusan,
dərk etməmisən ki, insan Eşqdən yaranır! Murdarlıq olan yerdə Eşq ölür, demək
insan da yaşaya-yaşaya, ayaq üstəcə ölür!
Nə Alim Səməd Əmirli var burda, nə də ağsaqqal Qudalı Rəhim. Necə
yaşadığını, nə üçün yaşadığını, kimi, necə öldürdüyünü bilmiyən on yeddi yaşlı
Bircə bala - Səməd bala var! Kapitalı nə üçün yığdığını, millətinin içinə terrorçu
dəstələr doldurub, səni, məni nə üçün öldürdüyünü bilmiyən bir torba ot var! Bir
torba ətin qız nəvələrinin altmışca nəfər yoğun-yoğun, kırbıd-kırbıd kürəkən
balalar - bəlalar, var ki, "göy" (uca) əvəzinə "kür əkən" - "OdƏr əkən" deyib
hırıldaşmaqdan həzz alırlar: "Moskvaya nəyə gedirsən?" "Kür əkməyə!.."
Murdarlıq şəhərində OdƏr əkilmir, ey murdar "əkinçilər!" "Göy" -OdEy
sözündəndi, Uca Həqiqət deməkdir. OdEylikdən düşüb, murdarlıq bataqlığında
batmısınız, ey "kür", "torun" - "torum" bədbəxtlər!
Mədəd təzənəni simlərə çəkdi və özü də bilmədən, lap ağır yüklü, dordələmli
"Baş divaniyə" qayıtdı:
Təhrifin ehtirası şiri-nər pəncəsidir,
Parçalayar-dağıdar, bir kimsəyo rəhm eləməz!
Xəzinəni gizlin saxla, yoxsa qamarlayar udar,
Sənə qismət qalırmı, belə şeyi fəhm eləmez!
Qəzəbin Od vulkanı oyanıb püskürəndə
Tezcə yazıqlaşar Tohrif, burda da səhv eləməz.
Ey yazıq Saf Gizlinim, bəs deyilmi Saf,
Saf dedin, Demirlərmi Yerdə Saflıq hec bir kəsə nəf eləməz!
* * *
Dəstanı dinləyin.
Əmirli yeniyetməsi Səmədin ömrünün ən xoşbəxt günləri idi. Ekspeditor
Xalıqın rəsmi "faktura" ilə mal payladığı və qeyri-rəsmi "çax-çux" - alver elədiyi
üç-para kənddə, o cümlədən Qonaqlıda heç kəs bilmirdi ki, Arazın bu tayı ilə o
tayının, Sovet Azərbaycanı ilə Cənubi Azərbaycanın arasında sərhəddin açıldığı
gündən, beş il ərzində bu adamın o taya ayaq döyməyi heç də alver üçün deyil,
bu get-gəl agent get-gəlidi, vaxtilə öldürülmüş Bağlarla - Ağ Əmir, Boz Əmir
Muğannalarla əlaqədardır. Məlum olan ancaq bu idi ki, palıd kötüyünün üstünə
tərəzi daşları düzüləndən sonra Çax-çux yenə "Əmirlilərin şeyx qardaşları Ağ
Əmirlə Boz Əmir"dən, ya da onlardan qalan oğul-uşaqdan, mülklərdən, vardövlətdən danışacaq və cəmaatı asta-asta başa salacaq ki, bu qara, uzunhoqqar
Çax-çux, bu daş-tərəzi adamı Mirqəzəbin adamıdı, vaxtı çatanda bu taydakı
Əmirliləri də qətlə çatdıracaq.
Kişmiş almağa yığışanlar bax bu söhbəti eşitməyə yığışırdılar, əmi.
Səməd bala isə öz aləmində idi. Hətta o günlərin ən ciddi hadisələri - o tayda
Azərbaycan Demokrat firqəsinin məğlubiyyəti, "Şahın bizimkiləri topa tutması"
və Azərbaycan Milli Hökumətinin yıxılması da o gur saçlı, möhkəm bədənli,
"əziz-ərköyün sədr oğlunun" gur hissiyatla dolu "torum"una mane olmurdu.
Üz-gözünü turşutma, ey oxlaq mücəssoməsi əmi!
On yeddi yaş heç də az yaş deyil. Səni kişmiş oyununa bağlayan mühitdə az-
çox ayıq olsaydın, görərdin ki, gecələr çarpayında şirin röyalar içində eşələndiyin
vaxtlar oraya - Əmirli mülkünə işıqları söndürülmüş "Emadin" maşınları gəlirdi.
Məhərrəm Məhərrəmov, Saşa Babayev, Mir Cəfər Pişəvəri, Sultan Əmirli,
Mədəd Əmirli, Xızr Abı, Çürük Aşıq, Ələskər müəllimin və sair bədbəxtlər,
onluq lampanın piltəsini aşağı çəkib, samovarın dövrəsində baş-başa verib,
planet miqyasında baş verən böyük gizlin bədbəxtliklər barədə danışırdılar:
prezident Ruzvelt heç də öz əcəli ilə ölməyib; Amerika, Böyük Britaniya,
Sovetlər İttifaqı adlarında bir-birinə düşmən "müttəfiqlər"in Tehran
müşavirəsində, Stalinin iqamətgahında zəhər verilib Ruzveltə ki, o tay-bu tay
Azərbaycanın birləşdirilməsi - "Midiya"nın bərpası baş tutmasın. Bəli, EvƏrEy
OdƏri idi. O nur Ruzvelt və Bağdayı - qədim ana yurdunu təzə yurdu Amerika
qədər sevirdi və bilirdi ki, Bağdayın bərpası yalnız Ev-ƏrEyi OdƏrlərin yox,
bütün OdƏrlərin – bəşəriyyətin birləşməsi demək
idi; Stalin, Tehrandakı Sovet iqamətgahında məhz bu sehrli Bağday tarixini
danışa-danışa, Ruzveltin qəhvəsini özü qarışdırıb, sonra qaşığı ofisiant zabitin
salfetinin arasına qoyurdu, çünki Vissarion yetirməsinin "dolqodeystvuyuşşaya
makstura" adlandırdığı zəhər məhz o balaca qaşığın "mikrodeşik"lərində idi.
İlanın hökmü ilə Vatikandan, Moskvadan qızıl seli axıdılıb Cənubumuzun Farsa,
Şimalımızın Erməniyə, Qərbimizin Gürcüyə verilməsi üçün hazırlıq görülsün;
Bağday adını, Bağ adını, OdƏr adını bütün planet miqyasında həmişəlik məhv
etmək üçün "Türk", "Tat", "Kürd", "Yəhudi" adlananların OdƏr - "Dəri" kökünə
aid nə qalıbsa, hamısı məhv edilsin, Vatikanla SSRİ Elmlər Akademiyası
arasında sıx əlaqə, birgə əməkdaşlıq yolu ilə institutlar yaradıb, adları çəkilən
xalqların mütəşəkkil terrorla bir-birini qırması üçün nifaq təbliğatı aparılsın.
Diqqət yetir, ey bədbəxt "Milli Birlik"; gör nə vaxtdan səpilirmiş bu nifaq
toxumu! "Türk oğlusan, köpəyoğlusan!" - ilk dəfə hansı casus monaxın dilindən
çıxıb, necə yayılıb, ey "Birlik", bilirsənmi?!
Kişmiş oyunundan başın açılsaydı, o günlərdə son SafAğ Elmindən də xəbər
tutardın, Stalinin Cənubda Milli Hökumət kadrlarını topun altına verdiyindən də
xəbər tutardın və bu il, min doqquz yüz səksən səkkizinci ilin axırında kütləvi
terror planınm həyata keçirilməsi üçün topların lülələrinin Azərbaycana
yönəldiyini bilərdin, Şüşəliyə "könüllü ölməyə gəlmək" əvəzinə, bir vətəndaş və
çekist kimi, bu silahları qabaqcadan sındrrmaqla məşğul olardın.
Qısası, bugünkü ölümüyün səbəbi məhz o kişmiş oyunudu, əmi!
Təsəvvürünə gətir ki, İlan hələ o vaxtlar xəbərdardı sənin Varisliyindən, hələ
o vaxt "başını otun arasından qaldırıb deyirdi: "Ye, dadlıdı!" Çax-çux Xalıq özü
düzəltmişdi o kişmiş oyununu. Ətrafında səni oyundan ayırası insan yoxuydu.
Nə əmin Sultan Əmirli insanıydı, nə də atan Mədəd Əmirli! Gözün kəllənə
çıxmasın. Çox ağırdı dostarım bu parçası!
"Gözünü açıb dünyaya baxanda Səməd özünü kandarında çəmən-otu və

yarıya qədər bu otağa dəstə-dəstə gəlib gedən cəmaat arasında "əziz-ərköyün

yetirməsi kimi", "ordenli bolşevik Qılınc Qurbanın atının tərkində gəzın və
yetdiyinə yetib, yetmədiyinə bir daş atan doliqanlı" kimi görmüşdü. Nəsillikcə
alverçi olan və var-dövlətlərini qorumaq üçün həyət-bacalarında çoxlu it
saxlayan Qudalı məhləsinin itlərini döyərdi; Əmirlilərə açıq-açığına
"düşmənlərim" deyən
Xəlvət Rəhimin atının quyruğunun altına tikan qoyub soncuqladardı;
Gülgəzin atası Məmiş Əlləzoğluna "Göbələk Məmiş" deyib qaçışan Qudalı
cavanlarını "deşiklərinəcən qovardı", əlinə keçənlərin ağız-burunlarının qanını
bir-birinə qatardı; Qudalı cavanlarının atamanı Qeybalı, Qonaqlının partkomu
Cəfər əminin - Lüt Cəfərin özündən iyirmi yaş kiçik arvadı Ayrıa bacının "oraburasına baxanda" Qeybalını "Dantes köpəyoğlu" adlandırıb "duelə" çağırardı və
dueldə sapandma daş əvəzinə mal peyini yığıb, Dantes Qeybalının üz-gözünü,
üst-başını batırardı. Belə dəliqanlılığına görə Qudalı cavanlar ona "Dəli Səməd"
deyirdilər və yəqin ki, elə haqlı deyirdilər. Daim dingildəyib hökmən nə isə
eləmək, hətta gecələr çarpayıda da kişmiş oyunu oynaya-oynaya qaynayıb

vəziyyəti deyildi axı, ay əmi!
Mən OdAğÜzdə Bağlarımıza, ƏLAğ EySarının özünə də üsyana qalxmışam:
necə yəni "beyinə təsir olar, təzyiq olmaz?!" Bu əbədi qanuna atan Mədəd də qul
idi, əmin Sultan da, Xızr Abı da, Çürük Aşıq da. Təzyiq beyinə zərərdir?! İnsan
özü öz murdarlığını dərk edə-edə saflaşmalıdır?! Bəs əksinə olanda necə?!
Qısası, adam deyildin, əmi. Ətrafında da heç kəs yoxuydu. İndi görəcəksən.
Dostan davam edir:
"Bezobraziye Mədəd Əmirlini öldürməyə hazırlaşanda - qırx altıncı ilin
dekabrın iyirmi üçündə dünyadan xəbərsiz Dəli hələ də Gülbənizin Önlüyündən
kişmiş yeyə-yeyə Gülgəzə tamaşa eləyirdi. Ancaq o günü Çax-çuxun o taydakı
şeyx qardaşlar barədə cəmaata danışdığı xəbəri qulağı alanda Səməd, nəhayət,
əlini Gülbənizin önlüyündən çəkib, idarəyə - atasının kabinetinə yüyürdü və o
gün də birinci dəfə eşitdi ki, demə, Sultan əmidən başqa Ağ Əmir, Boz Əmir
adlarında şeyx əmiləri də varmış".
Atan Mədəd Əmirlidən nə eşitdin o günü, yadındadımı, əmi? Xeyr, bütün
həyatınla birlikdə sədr Mədədin o günü ölüm ayağında danışdığı "ƏlifLam" sirri
də dumana bürünüb. Soruş bu cəmaatdan:" "Əlif" nədi? Nuru müəllim - Çoban
Nurunun çobanlarından başlamış, başları norka papaqlı, damaqları "Marlbora"lı
əhlikeyf ət torbalarından, şərqşünaslara, farsistlərə, ərəbistlərə qədər, hamısı bir
ağızdan cavab verər ki, Kainat Elminin açarıdı "Əlif" - ƏlEv, ƏlAğdı, təhrifi
"Allah"dı, "İdeal"dı - OdƏldi. "Allah"ı - ƏlAğ EySan tanımıyan adam yoxdu
burda. Əmma hamısı "Birliy"in əsiridi. Niyə? Çünki sadəcə, biliklərinin özülü yoxdu; "Ye, dadlıdı". Budur özül! Bunu deyənin göstərdiyi kişmişə
bağlıdılar bunlar, ƏlAğın göstərdiyi Kainata yox!
Qırx altıncı, əlli dördüncü illərdə sən necə idinsə, bu "Marlbora" sümürənlər
də indi eləcədilər, əmi...
Xəlvətin alnı, sifəti, boyun-boğazı çalın-çarpaz "lekoplastr"la dolmuşdu.
Əllərini dodaqlarının qıraqlarındakı qanlı "leykoplastr"ların üstünə qoyub:
- Çərənlə, çərənlə, - dedi, - Səhər saat onacan nə qədər çərənləyirsən
çərənlə. Gedən gedəcək, yatan yatacaq, qalanlar sən dəlinin o dəlini nə təhər
öldürdüyünü görəcəklər, inşallah! Xızrınız, Çürüyünüz, Səminiz, Şöşünüzfilanınız da maşına basıb rədd olacaqlar burdan.
Rus məhləsiynən bizim "Birliy"in tələbləriynən razılaşıb dillərini
dinməzlərinə qoymasalar, Dam direktorunuznan o birilər də rəsmi sürüləcəklər
burdan! Erməniyə veriləcək bu torpaqlar! Saz çalanlardan, göylərnən bağlı
Bağlardan əsər-əlamət də qalmayacaq! Di danış!
Danış! Sağ-sola sapma! Qəhbəliyinizdən, heyvanlığınızdan danış!
Sultanınıznan bir yerdə Qılıncınızın qatilliyindən də danışmalısan!
Doktor Nərimanovu, Lenini, qan çanağı bolşevizmi də ifşa etməlisən!.. Bunu,
məncə, böyüdün daha yerli-yataqlı danışar. Niyə qoymursan onu danışmağa?!
Mədədin səsində yenə də qəhər hiss olundu:
- Sadəcə, xəstədi. Ağır xəstədi o, ey daş, ey qaya! Demədimmi o hələ
otuz dörd il bundan əvvəl, kənddən qovulduğu gündən sarsılıb, pozulub.
"Vərəsə" adında dənizdə üzüb, min səhifəlik dissertasiya üstə eşələnib, Elm
yayıb EySarın Ününü eşidib. Lakin bədbəxtdi, indi, ey bədbəxt!..
Avqustda sən təkidlə onu çağıranda mən Şövkət Tahiri onun üstünə
göndərdim. Şöşünün "Jiquli"si rayondan çıxanda poçta girdim, zəng vurdun,
dedim: "Əmi, hebsxanadan qayıdandan sonra Şövkət Tahir içkiyə qurşanıb,
özünü məhv eləyir. Mən ona dərs demişəm, sən onu "Vərəsə"yə bağla, tədqiqatla
məşğul olsun, maariflənsin, içkini tərgitsin". Əmim Şöşünü qarşılayıb, cibinə pul
qoyub, evin açarını verib, çıxıb gedib İrəvana, səpin haqqında məlumat
toplamağa. Qayıdanda görüb Şövkət Tahir kitab şkaflarından tək birindən tək bir
cild götürüb. "Sirli dastanlar" cildini. Vərəqləyib, görüb "Dədə Qorqud" dəstanı
bizim deyilmiş. Vatikanda yazılıb, izi azdırmaqdan ötrü Drezdenə göndərilib.
Almaniyaya. Ordan da buraya, Qələma - Orta Asiyaya göndərilib, nə qədər
mümkündü yayılıb ki, həqiqi tariximizi - Bağdayımızı, Bağlanmızı unudaq... Oturub, tədqiqi materialın şərhi əvəzində bir şeir yazıb Şöşü:
"Qorqud Dədəmdən dərs aldım, bir sərbəst şeir yazdım..." - və sairə. Əmim
İrəvandan qayıdanda görüb mənzil boş araq, pivə şüşələrilə, boş konserv
qutularıyla doludu. "tədqiqatçı" isə çırtıq çala-çala, oynaya-oynaya axmaqlayır:
"Bir de görüm, ay Səməd, Azərbaycan kimindi, sənindi, ya bu mənindi? A
ninnini, ninnini! A ninnini!" Neyləyib mənim Alim əmim? Bu altmış yaşlı
mötəbər şair Şövkət Tahir ikən "pyanska Şöşüyə", "Ninnini Şöşüyə" dönən
axmağıma qoşulub, gedib iki zəmbil dolusu "Skumbriya" konservi, noxud, pivə,
araq alıb, gətirib, bütün sentyabr, oktyabr, noyabr aylarını içib, yatıb, qalxıb yenə
içib yatıb! Düzdümü, Şöşü?
Şöşü ağır-ağır başını tərpədib xırıldadı:
- Düzdü, a ninnini!
Mədəd üzünü Xəlvətə tutub səsini qaldırdı:
- "Ninnini", yəni mənasız!.. İnandınmı ki, ağır xəstədi bu?! Döyülməyi,
əzilməyi öz yerində. Ruhən, əqlən de xəstədi indi əmim!
Ninninidi! Yoxdu!
Xəlvət qəribə suallar verdi:
- Niyə? Niyə ninninidi axı, onu niyə danışmırsan? "Skumbriya"sı,
noxudu, pivəsi nəyimizə lazımdı bizim, a qoduq? Səndən tələb olunanı niyə
danışmırsan?!
Mədədin səsi batqınlaşdı:
- Sözüm çatmır sənə, ey daş, ey qaya! Deyirəm Elmdən, Həqiqətdən
ayrılıb, əmim, daş-qaya mühitinin rəhmsizliyindən kütləşib. Daşlara, qayalara
tay olub. Qandın?! Öz yetirməsinin adını da bilmir! Öz adını da bilmir indi!
Babası Şeyx Məhəmmədin, atası Mədədin, əmiləri Sultanın, Ağ Əmirin, Boz
Əmirin adlarını - Odlarını - rütbələrini - "Əmir" - EvƏrEyliklərini də unudub!
İçir! Çalışır dərdlərini unutsun! Mənim öldürməyimə ehtiyac varmı, ay qansız?!
Zal çaxnaşdı, uğuldadı. - Rəhim kişi! Belə rəhmsizlik olmaz! Kişi can üstədi!
- Əl çəkbu işdən!..
Xəlvət, barmaqları dodaqlarının qıraqlarındakı qanlı "lekoplastr"ların
üstündə, qaz "peç"inin üstündon qapıya doğru baxdı:
- Soyuq kəsdi bizi! İçəri gəlin, qapını örtün!
Mədəd başını cürənin üstünə endirib, təzənəni simlərə çəkib xırıldadı:
Əzizim, su dayandı,
Arx gəldi, su dayandı...
Xəlvət bərk qəzəblənmişdi:
- "Elə bir ah çəkdim ki, alışdı su yandı!" Mənim yanan ürəyimi
daşa döndəribsiniz siz! Bayatı istəmirik! Dəstanını danış!
Ət torbaları da qışqırışdılar:
- Dəstanı de! Bəsdi sağa-sola çəkdiyin! Düz cığırnan apar kotam!
- Dəstanı danış! Yoxsa kəlləni partdadarıq!
- Anqır! Yaxşı anqırırsan! Mədəd gözlərini silirdi.
- Danışıram... Deyirəm bir ah çəkdim, alışdı su da yandı, siz yanmadınız!
Danışıram. Qırx altıncı ilin dekabrının iyirmi üçündə, ölümündən bir az əvvəl
sədr Mədəd oğlu Səmədə deyirdi:
- "Əmilərin Ağ Əmirnən Boz Əmirin yaxşı oğulları qalıb. Təbrizdə, Əmir
bazarının yanındakı mədrəsəmizdə bir yerdə oxumuşuq...
Bir dəfə iyirminci ildə, Ənzəlidə, İran Kommunist firqəsinin* qurultayında
görüşdük. Bir dəfə də iyirmi səkkizinci ildə Tehranda, o vaxtkı Azərbaycan
Kommunist firqəsinin** gizli yığıncağında. Şeyx əmilərin kimi oğulları da
etiqadlıdılar. Gümrahdılar. Çünki biz varıq bu tayda.
Bizim başımıza bir iş gəlsə, sınmıyacaqlarmı? Partiyanın proqramından
dönmüyəcəklərmi?!"
Sədr Mədəd bu sözləri deyəndə əziz-ərköyün balasının gözü "atası - rəhbəri
Stalinin" portretində idi, fikri Gülgəzlə Gülbənizin yanında! Dünyadan
xəbərsizin xəbəri yoxdu ki, Çax-çux "kişmiş oyunu" ilə "Qızını Muğannaların
gəlininə çevirib, özünü də bu ailəyə soxmaq niyyətinin baş tutmuyacağını başa
düşüb, bacanağı Məhərrəm Abbasoviçə ismarıc göndərmişdi ki, "bu qohumluğa
kömək eləsin", Məhərrəm Abbasoviç isə sədr Mədədə çatdırmışdı ki, Mədəd
onun – Məhərrəmin səhvini təkrar eləməsin.
Atan bu sirri də açdı sənə o kabinetdə. Sən eşitmədin. Bu faciə bax onda
başlanıb, əmi. Əlin Gülgəzin əlində, dizin Gülbənizin dizlərində
______________
*"İran-Rus" müqaviləsi nəticesindo parçalanmış Azorbaycanı birləşdirmək məqsədilə Nərimanov,
"Hümmət" partiyasının adını dəyişdirib, bütöv "Kommunist" partiyası yaratmaq niyyətində idi."
**Ənzəlidəki qurultayda Rusların iştirakı birləşməyə mane olduğuna görə Nərimanovun ölümündon
sonra məsləkdaşları o tayda gizlin yığıncaqlar keçirirdilər
olmasaydı, aydınca eşidərdin ki, sədr Mədəd sənə təpinirdi: "kişmiş deyil,
zəhərdi o!" - deyirdi.
Bəsdimi bu barədə?
Yox!..
Sədr Mədəd oğluna deyirdi: - iyirminci ildə Ənzəlidə niyə birləşmədik?
Danışsam da başa düşməzsən. Çünki nə kommunizm barədə təsəvvürün var
sənin, oğul, nə də özlərini kommunist adlandıranlar barədə. Mir Cəfor Bağırov
Mirqəzəb, Nərimanovun "Lenin və Şərq" kitabını yığışdırıb gizlədib. Çünki
Şərqin oyanmağını təhlükə sayır. Biz deyirik Şərqə gedək, elmimiz o taydadı. O
deyir Şərq geridi, bizim şüarlarımızı qanmaz. Tara nifrət eləyir Mirqəzəb. Sazı
qadağan eləyib. Çünki dünyamızın eşqi Sazdan havalanıb uçur. Ən uca mənanın
kökü Sazdandı. Bütün yer üzü bağlıdı Saza. Düşmən dəridən çıxır ki, açılmasın
bu gizlədilmiş həqiqət! Ortalığa bir Avak çıxardıb Mirqəzəb. Gör nə oxuyur
erməni aşığı: "Rəhbərin başına bax, Kaqanoviç yoldaşına bax!.."
Mədəd təzənini simlərə çəkdi.
- Bəhməni çalıram indi, Rəhim kişi, "BağMən"lə bağlıdı sözüm.
Məni yox, Bağını öldürürsən sən! Xızr Abını yox, Kainatı sürgünə
göndərirsən, vəhşilər dünyasında qalırsan, ey vəhşi!
Məndə dəqiq məlumat var. Yetmiş səkkizinci ildə Bakıya qayıdanda Çax-çux
ilk növbədə Mərdəkanda Kişvər adında köhnə agentini tapıb, ondan öyrənib ki,
Xudiyev başda olmaqla, RİK Atamalı ilə prokuror Sayılov, Xaş nəçənniklə
məhlə milisionerləri, qısası, Mirqəzəbin, general Persin cinayətləri ilə bağlı
adamların hamısı Xruşşovun vaxtında amnistiyaya düşüblər.
Səndən soruşuram indi, sürgündə çürüyənlərimizin övladları bəraət
verərlərmi onlara?!
Xəlvət kresloda silkələnib:
- Dayan! - dedi. - Çox baş-ayaq vurma! Sən əmiyin Bircə balası olduğun
kimi Xalıq da mənim qardaşımın bircə balasıdı. Türmədən qayıdanda yüz min
qoydum ovcuna. Leypsix mağazasını* doldurdu vaqona, gətirdi bu üçpara
kənddə satdı, getdi əlli min "Xudiyev"in - Dudiyevin ovcuna qoydu, əlli min
Atamalının, əlli min Sayılovun, əlli
______________
*Avropa-Amerika-ingiltərəciə və sair antisovet koalisiya məhz Xruşşov hakimiyyətə gələndən sonra
Moskvada, Leninqradda "Leypsaq" və s. şəhər adları ilə adlanan mağazalar açmaq üsulu ilə SSRİ-nin
daxilinə yol açırdılar; Xalıq, Xəlvət kəşfiyyatçılarını həmin mağazalarla bağlamışdılar.
min də Gülənovun. Köhnə "Xudiyev dəstəsi" oldu Çax-çux dəstəsi! Burda
hakim-mütləq təşkilatımız "Milli Birlik"də Xalıqın təşkilatıdı. Zəmanəmiz belə
gətirib, qadası! Pulnan, zornan həll olunur hər şey. Sizin o "Əlhəm övladları"
küncdə-bucaqda nə qədər "ƏlEy, ƏlEy", "EySar, EySar!" - desələr də, xalq
onları yox, imam Əli övladlarını tanıyır! İranlı, Turanlı Şiə dünyası var bu
"Birliy"in arxasında, qadası. Fundamental İslam dünyası var! Onun arxasında
isə, yaxşı bilirsən ki, rusnan "Qlavnıy Yevrey" dayanıb, EvƏrEy OdƏrinin adını
"Türk", "müsəlman" eləyib guya qırğından-terrordan gizlədib "öz millətini".
Müsəlmanlığ bir yekə hörümçək toru olub, "türk o torun içində gizlənə-gizələnə
əslini yaddan çıxardıb. ƏsOd OdƏri dediyiniz "Cud" -"Cuhud", bu "ƏrMən" -
"Erməni", Xəlvət Rəhim isə EvƏrEy OdƏrini qəşəngcə təpikləyib özündən
ayırıb, Erməniynən birləşib, birtərəfdən Rusdan Kalaşnikov alıb, sənə deyir: "Mı
perestrelyayem vas vsex'." Yəni mən Xəlvət Rəhim aşkar olub, Erməni
qardaşımnan çiyin-çiyinədi! Qandın?! Xalıq burda olsaydı, belə cavab verərdi
sənin "bəraət" söhbətinə. Əmisi arvadının oynaşma bəraət ver sən! Danış, küçük!
Mənim canıma elə od doldurubsunuz ki, odunuzu söndürüb, ocağınızın külünü
göyə sovurana qədər soyumuyacaq canım! Dizi, dodağı, əli, ayağı da de, "gül
bənizli Gülbənizimi" də yanaşı qoy qəhbəniznən! Məsimi də biabır elə, Xalıqımı
da, "Kapital"ın qız nəvələrini, "altmışca nəfərimi" də. Sestramıznan Rus
məhləsini də qoş, heyvan elə, murdar elə. Neyləyirsən elə, hamısına dözəcəm.
Danış. O kağızın necə yazıldığını danış, qoduq?
- Danışıram... "Əmisi arvadının oynaşı" ölməlidi, əlbəttə. "Vərəsə" ifşa
olunmalıdı! Siz olan dünyada boğuluruq biz. İkimiz də öləcəyik burda, sənin
gözləriyin qabağında. Əmma tələsmə. Özün proqram vermisən: qıyma-qıyma
danış, qıyma-qıyma kəs, işgəncə ilə öldür! Proqrama iki yüz faiz əməl eliyəcəm.
Oynaş Səmədi öldürəcəm, Alim Səmədi dirildəcəm. Qəhbə oğlu Mədədi
öldürəcəm, Alim Mədədi dirildəcəm.
Daş gözlərdə istehzalı işartı əmələ gəldi.
- Dirildəmməzsən! "Vərəsə" yoxdu.
Mədəd diksindi.
Bu an Ün gəldi: "Nədən, kimdən qorxdun, Mədəd?!."
- Bir də de görüm... nə dedin?!
Daş gözlərdə işartı parıltıya çevrilmişdi.
- Dedim "Vərəsə" yoxdu! Dissertasiyanız "sion"un təhrifliyini açır,
ƏsÜnü təsdiq eləyir. EyOdƏr Babanızdan EySarınıza qədər. Bütün dinləri
tapdalayan Bağlarınızı təbliğ eləyib, açıq-açığına antisionist xətt-hərəkət yeridir. Katolik kilsəsi qoyarmı onu çıxsın ortalığa?! Dörd aydı burda
ölüb qalmısan. Get evində o tərəcələrə bax, boşdu hamısı!
Dissertasiya yandırılıb, a bədbəxt! Məhərrəmin evindəki cildlər də ki parçaparça, cırıq-cırıq şeylərdi. Mərt yandırmışam o Xəzinənizi, içərimdə
quraşdırdığınız Alimi də o Xəzinəynən bərabər yandırmışam! Sən özün ölü,
Səmədin ölü!.. Nəynən dirildəcəksən Alimləri?!
Yenə Ün gəldi: "Özünü itirmə! Biz deyirik sənə. De!"
Mədəd nəfəsini dərib dedi.
- Səməd də diriləcək, Mədəd də, ay bədbəxt!
- Nəynən?!
- "Vərəsə"ynən, ey daş! Daş gözlər ciddiləşdi.
- Yəni başqa "Vərəsə" də var?!
- Var, ay yazıq.
- Ola bilməz. Hardadı?
- Deyəcəm... Məclisi nəzərə al. Saz məclisidi!
- Yaxşı, oxu. Əmma Bağırova, Avaka-zada sataşma. Nəzərə al ki,
Ermənini özündən ayırmayan "Birlik" oturub bu məclisdə! Bir də...
Pünhanınızın o qəzəl çərən-pərənini qatma bura! Çürük səndən yaxşı oxuyur:
"Mənmi çürümüşəm, ya zəmanəmi?!" Öz dəliliyindən oxu sən də! Gizlin
şairinizi də yaxşı tanıyırıq. Onun yazdıqları da qadağan olunacaq!
Mədədin səsi sərttəşdi:
- Gizlinin açıqlığı da var, ey EyOd ikən "Yəhud"a, ƏsOd ikən "Cud"a
ƏrMən ikən "Erməni"yə, EvƏrƏs ikən "Farsa", dönən "Milli birliyi"ni vahid
OdƏrdən ayıran casusun – sənin əmrinlə yox, Ün əmrilə çalıb oxuyuram mən.
Əmma sən Tehrifin qəddarlığı qarşısında Ün göndərən ƏlAğımızın özü ilə
birlikdə bütün Əllər acizdilər! Çünki silah işlətmir OdƏr Bəşəriyyəti, hətta
erməni kimi quduran övladına da əl qaldırmır. Siz isə gecə-gündüz Kalaşnikovla
oynayırsınız! Budur bu "Yer" üzünün bədbəxtliyi! Qulaq as, gor Əlləri necə
"ölü"lərə dönrərirsən, ey Ölü!
Cürə "təcnis"lə ağladı, Mədəd cürədən betər ağladı:
Hamı Dəli, Dəli deyir sənə, bir OdƏl deyənin yoxdur, Pünhanın nə çarə
qılsın, ey Odsuz yanan Əli?!
OdƏisiz-dilsizlər hey "dad bidad" qışqırırlar, "Dad"ı dildən necə qovsun
Axirətdə qalan Əli?!
Əlimi tək görən cəllad girib Elmimin Evinə, Necə Əlim desin Elmə Elmi
talan olan Əli?!
Elm-Əlim, Alim-Əlim, Aləm-Əlim, Əl də Əlim, Əl Muğanna ölü olub, ey
ƏlBizsiz qalan Əli?!
Xəlvət farsistlərinə, ərəbistlərinə göz gəzdirib, mütəəssir gözlər görüb
qışqırdı:
- İmam Əliyə dəxli yoxdu bunun! Əli qənim olsun "ƏlAğ", "ƏlEy"
deyəninizə! Uzatma! Konkret de görüm hardadı o birisi "Vərəsə?!"
- OdAğÜz planetindən gələn Ün əbədi "Vərəsə"di, ey bədbəxt!
- Nağıl adamı deyiləm mən! Nağdıdan danış, hardadı?!
- Beynimdədi, ey yazıq... Xızr Abının, Çürük Aşığın beyinlərindədi.
Bütün Dəli – OdƏllərin beyinlərindədi...
- Dayan görüm... Sən bilirsən, mən ayıq adamam... Siz Dəli – OdƏllərin
barəsində məlumatım səninkindən az deyil. Böyük hərfnən yazdığınız Elm Alimi
Xəlvət Rəhimdi indi, siz deyilsiniz! Bu qədər əzab-əziyyətimiz isə, özün
deyirsən, ondan ötrüdü ki, "Vərəsə"niznən bir yerdə cəhənnəmə vasil olasınız, ya
da bütün həmşəriləriniznən bir yerdə süpürülüb gedəsiniz o tayınıza. Gedib orda
danışasınız bu OdƏr-modərinizi. Rusiyadı bura! Amerikadan üzü bori, Feerqefilan, bütün xaric dolub mühacir azərbaycanlıynan, "Xəzər" radiosu bar-bar
bağırır ki, ruslaşdırırlar Azərbaycanı, Qazağıstanı, Özbəkistanı, Turkmənistanı,
Tatarıstanı. Nə olsun?! Faydası nədi?! Oturubsan o pyanska şairlərnən, Abıynan,
Çürüknən, bu tüstünün içində, bu daş, dəmir Xəlvəti yumşaltmaq istəyirsən. Keç
o dal otağa, televizoru aç, KPSS-in plenumunun xəbərlərinə qulaq as, gör bir
dəfəyə neçə katib çıxardıblar təsərrüfatı dağıtdıqlarına görə! Katiblərin
milyonlarını dəmir borulardan, divarlardan çıxartdıran Heydəriniz yox
hesabındadı! Biznes zəmanəsi gəlib, ay əbləh, siz elə Elm deyirsiniz! Sən mənə
de görüm, Dəlilərin beyni torpağa qarışandan sonra kim eşidəcək "Vərəsə"ni?!
Erməni gəlir ey! "Velikaya Armeniya" yaradılır, ay nadan! Bağday nədi,
Azərbaycan adı da silinir yer üzündən! Muğ - Bağ nədi, OdƏr nədi, Tərik - Türk
adı da qalmıyacaq!.. Danış qurtar! Öldür onu, puldan-paradan götür nə qədər
istəyirsən, rədd ol buralardan!
Mədəd son beyti bir də oxudu:

"Məlumatlı" adlandırma, "Alim" adlandırma özünü ey beyni dolu ikən beyni
boş cahil! SafAğ Elminin astanasında da deyilsən. On səkkiz min "Qalaktika" -
QalAğda, cəmi OdƏr boşəriyyətində on səkkiz mindən də dəfələrlə çox ƏlAğ
olduğunu dərk edə-edə, yenə də "Bir olan Allah" deyən, üstəlik, "Allahın şəriki
yoxdu" oxuya-oxuya, yenə "Əli-allah"lıq eliyənlərin dövranı qurtarmalıdı.
"Allah"ın "şəriki yoxdu"sa imam Əlini niyə şərik çıxarırsan, ey "Əliallaha"
qansız?! "Cuhud", "cud", "Hud" - "Yəhud" da deyilsən sən, dilini - OdƏlini
itirmiş "Pers" - "Fars" da deyilsən! Xomeyni nə deməkdi, ey HəmEyini itirmiş
dilsiz, vətənsiz, millətsiz "alim?!" EvƏrEyÜnlərin - "faraon"ların zamanında
cahillərə yazı göndərdilər OdAğÜzdən; oxumusunuz sevimli "Bibliya"nızda:
"Na bojyem yazıke napisali", "Səni TokƏl aparsın". Yaradan Bağ kəlmələrilə
yanaşı işlənən dildi bu dil, ey "alim", "cahil!" "Dəri" deyil, ey "Fars" - mənasız
ey diri ikən ölü!..
Mədəd "pomost"dan düşdü. Pencəyini çıxarıb çirkli taxta döşəməyə tulladı.
Cürəni pencəyin üstünə atdı. Skelet su içində idi. Qollarında, döşlərində daş
əzələlər qabarmışdı.
- Səsini çıxartma daha! Nə Dəli Səməd ölüb, nə də OdƏl Səməd.
İkisi də mənəm. Xızrın, Çürüyün, Səminin, insana, dünyaya "Ninnini" deyən
bədbəxtimin beyinləri də məndədi, bütün Dəlilərin də! Fikrimi o yan-bu yana
çəksən, o plastrları qopardıb yumrulayıb boğazına təpəcəm, nəfəsini dalından
alacaqsan. İyili quyu!
İyini yığışdır! Əbədiyyətimi qurban vermək bahasına öldürrəm səni!..
Xəlvətin çinara necə çırpıldığını xatırladan bu dönüş sükut yaratdı. Mədəd bir
xeyli ağır-ağır nəfəs alıb, özünə gəlib, pencəyini geyinib, cürənin qayışını
çiyninə keçirdi.
* * *
- Sözüm Qonaqlı cəmaatınadı indi.
Dəstanım davam eləyir.
"...Kənddən aralanıb meşə yoluna burulanda, dümdüz yerdəcə maşın aşmışdı.
Cəmaat uzun, arası kəsilmiyən siqnal eşidib hadisə yerinə töküləndə kişinin hələ

çəkəndə nə isə demək istəyib. Əmma dili yoxmuş daha. Sultan Əmirli xəbər
tutub gələndə isə meyid soyuyubumuş.
Sultan sarğını açıb, qardaşuıın gicgahında yaraya baxıb. Ağlamaq əvəzinə elə
hey köksünü ötürürmüş. "Yaran nə derindi, dadaş", - deyir-miş, ondan-bundan
soruşurmuş ki, niyə dillənmirsiniz, niyə danışmırsınız, belə dümdüz yerdə maşın
niyə çevrilib? Necə olub ki, bədənin heç yeri zədələnməyib, təkcə gicgahı bu cür
partlayıb-dağılıb?! Bəlkə qəsd işidi?!. Sultan Əmirliyə heç kes heç nə deyə
bilməyib. Ancaq NKVD Gülənovun "zaklyuçeniye"sindən sonra aydın olub ki,
"Sudüşən çəməni ilə meşənin arasındakı nəmişlikdə Mədəd Əmirli rulu kəskin
şəkildə sola - yola doğru burduğuna görə maşın aşıb və aşarkən sağ qapının
yuxarı küncü Mədəd Əmirlinin sağ gicgahına batıb, çoxlu qan axmasına və
qanaxma nəticəsində ölüm hadisəsinin baş verməsinə səbəb olub".
Bütün bunları Səməd hamıdan sonra bildi. "Cəfər əmi" dediyi Lüt Cəfər onu
kabinetdə, dəmir "peç"in yanındakı nazik taxtda üzünü əmilərinin qəbirləri,
basdaşları şəkillərinə söykəyib yatan yerdə tapıb oyadıb.
- Qalx, oğlum... Bedbəxtlik olub... Atan avariyaya düşüb, - deyib.

qədər hər şeyi yerli-yataqlı danışa-danışa və nədənsə tez-tez "qəsd işi yoxdu,
qəsd işi yoxdu" deyə-deyə onu hadisə yerinə aparıb. Bu vaxt nə maşın orda imiş,
nə meyid, nə də cəmaat.
Qan tokülən yeri torpaqlayıb, dövrəsinə qaratikan yığıbmışlar ki, ayaq
dəyməsin oraya. Qaratikan yığınının yanında bir saqqız ağacının döşünü balta ilə
çapıb hamarlayıb, qızmar dəmirlə iri-iri qara hərflər basıbmışlar: "Mədəd Əmirli
burda həlak oldu. 23 dekabr 1946-cı il".
Kim yazmışdı bu "həlak oldu"nu?
Siz, ey Qonaqlı cəmaatı!
Bilirdinizmi sədrinizi öldürüblər?
Bilirdiniz.
Bəs niyə elə yazdınız?! Niyə ört-basdır elədiniz qesd işini?!.
Mənim yaddaşımın sizinkindən fərqi bundadı ki, EyOdƏsdi - Uca Yaradan
həqiqətdi "yaddaş"ım. Yəni Ündü. Sizin yaddaşınızdan fərqli olaraq, min-min
illər əvvəllərin və hətta gələcəyin hadisələri həkk olunur beynimdə. Göstərilir və
həkk olunur. Məsələn, mən hələ indidən açıq-aydın görürəm ki, iki-üç ildən
sonra sizin bu "Milli Birliyi"niz "Boz qurd" adı ilə məşhurlaşacaq. Və özünü
"Xalq Cəbhəsi"nin əskərləri adlandıranların dəhşətli bandit yığınından da
dəhşətli vəhşiləri Qarabağda Xocalı şəhərinin əhalisini qıracaqlar, hırıldaşahırıldaşa, oğulun gozünün qabağında qoca atasının meyidini zorlayacaqlar! Adını
da qoyacaqlar ki, "Ermənilər qırdılar, Ermənilər zorladılar". Niyə belə? Çünki
İlana Erməni ilə Türk arasında əbədi düşmənçilik lazımdı. Ennənilərlə yanaşı
sizi də terrorun icraçılarına çevirib ölkəmizin daxilində bundan da betər milli
ayrılıqlar, şiə, sünnü bədbəxtlikləri yaradacaqlar. Əmma həqiqət gizlin
qalmayacaq. Çünki, təkrar edirəm dünyamızda Bağ rütbəsində gələcəyi, keçmişi
görən insanlar var!
Dünya miqyasında yüzlərlə qəsd işindən xəbərdaram mən. Uzaq keçmişi
görən əbodilərimizin bu "fantastika"sını lap adi, sadə sözlərlə çatdırıram sizə.
Açıq-aydın qəsd işini "həlak oldu" kəlmələri ilə ört-basdır" eləməyinizin sirri
bundadı ki, "Allah" - ƏlAğı tanıyan, Kainatın sirlərini, o cümlədən öz
Ölümsüzlüyünü bilib hər cür qorxudan xali* olan SafAğların əksinə, siz hamıdan,
hər şeydən qorxa-qorxa, homişə, hər yerdə iradənizin əleyhinə gedirsiniz. Çax-
çuxun çoki daşını tərəzinin üstündən qapıb maşının böyrüylə yüyürdüyünü
bugünkü kimi gö-rürəm mən. O vaxt siz də görürdünüz. Çax-çuxun "VüÜs"in
qapısını açıb içəri atıldığını da görmüşdünüz. Həmişə qoşa gəzən Qara Zalla San
Zalın qışqırtılannı, "Öldürəcək! Sodri öldürəcək köpoyoğlu!" - dediklərini də
eşitmişdiniz. Orda, saqqızın yanmda Dam Direktor bu Xəlvotin üstünə yeriyib:
"Öldürdü! O nalnan öldürdü!" - deyəndə, Təftiş Abbasm SafAğ oğlu Qara Zal
Xaş nəçonniyin üstünə yeriyib "həbs eləyin onu! Xalıqı həbs eləyin!" – deyəndə
hamınız qınınıza çəkildiniz. Hamınız, ey Qonaqlılar!.. Sədr Mədəd məhz
qorxudan xali olduğuna görə kolxoz nizamnaməsinin formal ədalətini həqiqi
ədalətə çevirib çörək verirdi sizə; "naturplata"** adlanan dövlət vergisini saxlayıb,
əvvəlcə sizin əməkgünlərinizə taxıl, qarğıdalı, yağ, pendir paylatdırırdı.
Siz isə, hamılıqla qorxu əsiri olduğunuza görə Dam Direktorun, Qara Zalın
səslərini batırdınız!
Sonra? Sonra nə baş verdi? Gizlin ürək ağrıları, vicdan qışqırtıları: "Belə
yaşamaq olmaz! Belə yaşamaq olmaz!" İçərinizdəcə boğuldu qaldı bu üsyan, ey
yazıq, bədbəxt millət!
Qulaq asın:
"Nə qədər ki, yaxınlaşıb yazını oxumamışdı, Səməd elə bil hələ də yuxulu
idi, ayaqlarını yerə basdığını da hiss eləmirdi və hətta Cəfər əmi - Lüt Cəfərin
qəribə pıçıltı ilə danışdığı təfsilata da bir növ laqeyd idi. Saqqız ağacının üç
addımlığında dayanıb o yazını oxuyanda isə birdən-birə boğulmağa başladı".
____________
*Qorxudan azad əvəzinə "qorxudan xali" ifadəsi xalqın dilində ən qədim Saf-Ağlardan qalıb.
**Döviətə vergini məhsülun özündən ödəmədən, kolxozçuya əməkhaqqı vermək qeyri-rəsmi qadağan
idi.
Kim "boğulmağa başladı?"
Boş-boşuna vermirəm bu sualı. Kim "boğulmağa başladı?"
Həmin bu altmış yaşlı, beyninə qan sızan skelet Alim, o vaxtkı on yeddi
yaşlı, əziz-ərköyün Bircə bala.
O vaxta qədər boğulman-zad vardımı, əmi?
Yoxuydu.
Niyə məhz orda boğulmağa başladın?
Bilmirsən.
Sən necə, Xəlvət? Hammızdan soruşuram: Niyə məhz orda, o cür faciə içində
tək qalanda, ömründə ilk dəfə boğulmağa başladı bu skelet Alim?
Bilmirsiniz.
Dəhşət bundadı ki, mənim bu ilk nəzərdə qeyri-adi danışığımın, təkrar
elədiyim bu "bilmirsiniz, bilmirsiniz" sözlərimin altındakı məna çox adidi.
O boğulan da, bu boğulan da saf, uca bir insandı. Xalqına məhəbbəti,
hissiyatı, vəcdi necə ucaymışsa, hətta bədbəxt Yetimlər məhləsinin qapı-
bacalarını murdarlayan ət torbalarının o tualetə çevirdikləri yerləri təmizləmək
istəyirmiş!.. O saf, gözəl gənci, sədr Mədədin yeganə varisini gözləmək, təsəlli,
ürək-dirək vermək əvəzinə niyə elə gecə dağılmışsınız? Məhkəmə zalında,
Xalıqın gözü qabağında şahidlik eləməkdən qorxmusunuz?!
Bəli!
Bu bir ovuc Qudalıların "Birliyi" - birlikdir. Siz isə özünüzdən başqa heç
kəsin taleyini düşünməyən tək-tək qorxaqlar yığınısınız! Sizi biri-birinizdən
ayırmaqdan, torpaqlarınıza soxulmaqdan asan nə var?!
Saqqızın yanında o gənc ömründə ilk dəfə, sizin yadlığınızı hiss eləyib!
"Vərəsə"mizi iy basıb! Bu şüşə divarların arasında çala-çala, oxuya-oxuya
dönə-dönə danışmışam sizə ki, "Qrek" - "Latın" - "Fars" fatehlərinin, sonra bu
dəhşətli üçlüyə qoşulan "Ərəb" fatehlərinin, sonra Səlib-Xaç fatehlərinin, sonra
İlan Vatikanın gizlin "poslaniye"ləri əsasında Romanovlar fatehlərinin qanqırğınları sındırıb sizi.
Vaxtilə "Pro Metey" - EvƏrOdBağdaylar zəncirlənmişdi. İndi hər bir Tərik -
"Türk" OdƏr zəncirlənib! Agentlər mühasirəsində yaşayırsınız. "Əsir" kəlməsi
minilliklərlə gəlib indi Xəlvətin dilində tən-tənə ilə səslənir!
Mən sizi, İlan əlində silah olan əbləhlərimizi "cahad"a çağırmıram. Cəhalət
zorakılığına qarşı zorakılıqdan - ölümdən, torpağa çevrilmək-
dən dəhşətli bir şey olmadığını dönə-dönə təkrar eləyib, sadəcə, öz bətninizə,
"ürək" adlanan cəhənnəminizə diqqətlə baxmağa çağırıram. ƏrOd - həqiqət işığı
ikən "ƏrKi"yə - "ürək"ə döndərilən təhrifi saflaşdırmaq üçün bilik verən, idrak
verən Elmimiz özü əsir düşüb, işgənco içində inildəyir, təhrif olımur. Gizlin
qışqırma, ey "ürək"!..
Mənim "Ninnini" deyənim deyir: "Xalq elə bilir sən onu "ürək" əvəzinə
"ƏrOd" deməyə məcbur eləmək istəyirsən, ay əbləh. Elə ona, görə millətiyin
akademikləri də əyri baxırlar sənə! Yazıçıları, şairləri ağız büzürlər ki, "dil
islahatımı aparaq indi?!" "Əl çək Elmdən, a Ninnini!" - deyir. Mən isə əl
çəkmirəm və son nəfəsimə qədər deyəcəm: "Tarixi bil, ey "ürək!" "Dilinizlə
birgə "ürəg"inizin də təhrif olduğunu bilin, ey "ürək" Qonaqlılar, "ürək"
Tahirlilər, "ürək" Qurbanlılar! Səsinizi səsimə qatın, açıq qışqırın ki, belə
yaşamaq olmaz! Belə yaşamaq olmaz!..
Urəyinizə diqqətlə, fəhmlə baxın, görün niyə bu qədər "yazıqlar",
"bədbəxtlər" deyirəm?! Niyə hamınız bədbəxtsiniz?!
Sadəcə olaraq, həqiqətdən uzaq düşüb, hamınız, hamınız yalanla
yaşayırsınız!
Deyirəm, Qarabağın o Cənnəti cəhənnəmə döndəriləcək. İçərinizdə "Vay!
Vay!" - deyirsiniz. Əmma biriniz də mənim səsimə səs vermirsiniz! Bundan
böyük bədbəxtlik olarmı?! Bakıda, "hökumət evi" deyilən binanın yanındakı o
böyük meydanda mitinq keçirirlər. Rusiyadan, KPSS-dən azadlıq tələb
eləyəcəklər. Kimlər? Millətimiz? Xeyr, ey sınıqlar, susqunlar, qorxaqlar yığını!
Sabah-birisi gün ətraflı eşidəcəksiniz o mitinqlər, tələblər barədə, sevinəcəksiniz.
Biz Ün eşidən bədbəxtlərdən başqa heç kəs bilmiyəcək ki, tələdi o mitinqlər. Bu
"Ulduzlar müharibəsi"ndə bütün Türk respublikaları, o cümlədən Azərbaycan
KPSS-in elindən çıxır. Buna görə də KPSS özü təşkil eləyib o azadlıq uğrunda
qışqırtıları. Bakıya ordu yeridəcək, sonra ordusunu çıxarıb aparacaq, siz də yenə
sevinəcəksiniz ki, ah, axır ki, canımız qurtardı Rusun əlindən, neftimiz,
pambığımız özümüzə qaldı... Bəs əslində nə olacaq? Əslində, KPSS-in bu
respublikada ciblərdə olan partiya biletleri eləcə qalacaq. Yəni "podpolye"də
qalacaq Sovet əjdahası, bax bu "Birlik"lərdn ibarət "Xalq cəbhəsi" adında yalan
milli dövlot yaranacaq, və o dövlət xəlvəti gözləyəcək ki, Sovetlər İttifaqı
adlanan "sverxderjovo" dünyanı atom altında qoyub Amerikanı, Avropanı
batırandan sonra yenidən meydana çıxsın Azərbaycanda. Nə olar o vaxt,
bilirsənmi, ey bədbəxt millət? Yenə Erməni iş başında, "Türk" - OdƏr zülm
altında?
Bəli!
Tanıdınızmı bu "Birliyi", ey bədbəxtlərim?! Heydərinizi niyə zəhərləyib iflic
eləyiblər?! Çünki, sadəcə, Heydərdən başqa bir sahibiniz yoxdur, ey bədbəxtlər!
Səməd Əmirli cırıb atıb o "partiya bileti" deyiləni, əmma budur, yenə boğulur.
Niyə? Çünki sən laqeydsən onun taleyinə, ey "millət" adlanan, bir-birinə laqeyd
əsirlər yığnağı!
- Bəsdi! Bəsdi, köpəyoğlu!.. - "hökmdar"ın bağırtısı idi.
- "Millət" dərdi çəkənimə bax! Qəhbə oğlu qəhbə! Mədəd xeyli susub,
gözlərini sildi.
- Gəl dayanaq, Rəhim kişi... Zərərin yarısından qayıdaq. Otuzuncu ildən
bu vaxta qədər xəlvəti yediyin başların sayını artırmıyaq. "Vərəsə" batan şey
deyil. Sən də, biz də, cəmaat da gedək dincələk, sabah - dekabrın iyirmi
dördündə yığışaq o "kandarında çəmənotu, qazayağı bitən, tavanında qaranquşlar
uçuşan" mülkün yerində tikilən mülkə.
Mən çalım oxuyum, "Vərəsə" adlanan möcüzənin sirlərini açım. Mənə
çoxdan məlumdur ki, KPSS adlanan İlan Vatikan adlanan İlanın təhriki ilə nə
qədər tədbirlər töksə də, canı çıxacaq, "kolxoz", "sovxoz" adlanan əsarət zənciri
dağılacaq, məktəblərdə, institutlarda "SSRİ tarixi" əvəzində min bir "xalqa"
döndərilmiş OdƏr xalqı, OdƏr bəşəriyyəti haqqında həqiqətlər tarixi tədris
olunacaq. Balalarınızı da indidən yığaq o Əmirli mülkünə, Abı, Çürük, mən,
bəlkə elə Şöşü özü do, Elmin lap əlifbasından başlıyaq: Od nədi, OdƏr nədi,
OdÜn nədi? Ünü niyə eşitmirsiniz? Niyə ancaq "Yer" səslərini eşidirsiniz?
Yaddaşınız nə vaxt, necə, hansı şəraitlərdə itib?
Hamısınım datuşaq. Tamamilə real, doğma OdAğÜz BağOdƏr planetimizi
göstərim sizə. Boli, bəli! Doğma planetimizi!.. Əcdadlarınızı, ata-analarınızı, "o
dünya" adlandırdığınızı göstərərəm! Bundan artıq nə istəyirsən, Rəhim kişi?! Bu
dərəcədə qeyri-adi xoşbəxtlik verirəm sənə... "Birlik" nədi?! Milyon, milyard
nədi, ay evin yıxılsın?! Razılaş! Belə xoşbəxtliyi özgə kim verə bilər sənə? Mən
təkəm burda! Nə Abının taqəti var daha, nə Çürüyün, nə də Şöşünün. Təkəm!
Əmimi öldürsəm, özüm də öləcəm, Marina dərs keçib, bilir ki, mən olmuyacam,
tək-tənha qalacaq. Mariya ilə birlikdə, hammız yetimləşəcəksiniz! Sonra
Mariyanın özünə də qəsd eləyəcəksiniz. Bəs sizin özünüzün taleyiniz necə
olacaq?
Xəlvətin əlləri dodaqlarının qıraqlarınna qalxdı.
- Bəsdi, dedim!.. Bizim taleyimiz çoxdan məlumdu. Mənim maşınlarımın
sayını düz demirlər. Üç "Qaz iyirmi dörd" Xalıqın üç oğluna bağışlamışam Xalıq
türmədə olanda. Birini də bax o skeletə qulluq eləyən o qara kişiyə bağışlamışam
- Gülənoğlu Molla Gülənə. Xalıqa oxşadığına görə... Altmış beş maşındı cəmisi. Hamısı da mal daşıyır
Moskvaynan respublikaların aralarında!.. OdAğÜz nədi?! Küçük! Dedim nağıl
adamı deyiləm mən. Rədd elə planeti-filanı. "Vərəsə"nizin də işi qurtarıb. Xalıq
birbaşa bura uçacaq sabah "Yak sorok"nan. Sizin vaymıza gələcək. Tabutunuzun
altına girəcək özü. Danış! Əlli dördüncü ilin avqustunda Bakıdan Səmədnən bir
yerdə rayona qayıdanda vaqonda Xalıq necə xəbər verdi Sultan Əmirlinin
eviəndiyini? Sonra Səməd nə gördü, nə eşitdi, başına nələr gəldi? Danış!..
Nəzərə al ki, meşədə maşını sıxıb əzənlər uzaqda deyillər. Bax o dal otaqdaca
qulaq asırlar sənə, dilindən nə çıxır, hamısını yazırlar. Bu "Alimi"in Səmisi də
əsirdi orda. Eşit, özüm tapşırıq vermişəm o otaqdakılara ki, mənə (ap pis xətər
yetirsələr də, yerinizdən tərpənməyin. Ölsəm də tərpənməyin, demişəm, "zaklyu-
çeniye" yazın, qol çəkin, basın ağzıbirə bu qudurmuşları, Dəli-məliləri!..
Görürsənmi, Xəlvət Rəhim sizi məhv eləməkdən ötrü Əli yolunda özünü
qurban verməyə də hazırdı! Bütün Qudalıların şəhid olmağına razı olaram mən,
xaraba Bağdayınız qayıtmasın! Belə "Pars", "Pers", "Fars" - mənasızam mən!
Danış, "mağmun", "meymun" oğlu meymun!.. Məni bu cür qana qəltan eləməyin
də bəsdi ki, günü sabah güllələnmə kəsilsin sənə! Danış.
Səməd qoşa ovcunda stəkanın üstündən başını qaldırmadan, bir kəlmə: -
Qurtar! - dedi.
Mədəd təzənəni simlərə çəkdi.
- Sənin gözlərin bir nöqtəyə dikilib, beynin bir nöqtədə ilişib, xarab plastinka
kimi, bir fikrin üstündə fırlanır: "Dözəmmirəm. Dözəmmirəm. Qurtar! Qurtar!"
Mən deyirəm "döz", sən deyirsən "dözəmmirəm". Bağ şəxsiyyətinin
ucalığını, Elmi xilas eləyəcəm mən burda, səni yox!
Bakıda müsibətlə tapdığım qiymətli bir dərmənin qutusu oğurlanıb. Abının
YemSən torbası boşdu. Üstəlik başın da boşdu, əmi: sözüm çatmır sənə. Dərk
eləmirsən ki, bizi şəhvət düşgünləri, psixi xəstələr yığını kimi qələmə verə-verə
tək Əmirliləri yox, büfün Bağları ifşa eləyir bu casuslar "Birliyi". Dal otaqda
səsimi yazırlar mənim Erməni Gülənovlar! Sabah, birisigün aparıb qulaq
asacaqlar Bakıda, Moskvada, İrəvanda. Özün bilirsən, həqiqi Çekistlər də var
onların arasında. Bezobraziye mühitinin murdarlıqlarıyla bərabər məhv
olmağımızın başqa səbəblərini də açmalıyam mən bu hakimsiz, prokurorsuz,
vəkilsiz məhkəmədə! Xüsusi təşkil olunub axı bu "yubiley", "illik-filan", ay əmi!
OdAğÜz təziq eləmir. Biz özümüz həll eləməliyik hər şeyi. Daha doğrusu, mən!
Tək mən! Dəli Səmədi öldürüb Alim Səmədi diriltməliyəm! Döz!
Zalın o başından səs gəldi:
- Sən oynaşı öldür qurtar əvvəlcə!
Səməd, soyuq tər içində, gözləri yumulu, hey başını bulayırdı. Mədəd
doluxsunmuşdu.
- Özünü ələ al! İradəni topla! Yalvarıram, əmi!
Zalın o başından qəhqəhə eşidildi.
Mədəd "pomost"dan düşdü. Cürəsi çiynində yellənə-yellənə, başı əsə-əsə,
ağır-ağır gedib Xəlvətin qabağında dayandı.
- Sənə də yalvarıram... dərməni ver. Xəlvət özünü yığışdırdı.
- Hardan bildin dərmən məndədi?!
- "Birliy"in sədri sənsən. Sənə veriblər... Mən sənin cibini görürəm!
- Nə?!
- Biz "Muğ" bədbəxtlər siz Təhrif bədbəxtlərin nəinki ciblərini, hətta
yorğanlarının altını da görürük, ey murdar! Rus məhləsindən həftədə neçə
"massajistka" "sestra" gəlir sənin Xəlvət kabinetinə?! "Massaj" eliyə-eliyə
məlumat verirlər ki, "İr"dən, yəni "İr an" adlanandan Rusiyaya xüsusi yüklü
təyyarələr gedib, sarını "Moskva - Bakı" reys təyyarələrinə ötürüblər, gəlir
"Kobra"nın - Çax-çuxun mənzilinə yığılacaq. Bir həftədən sonra, səksən
doqquzuncu ilin ilk günlərindən başlayaraq, o yük həmin bu Xəlvətin kabinetinə,
burdan da Erməni sərhəddinə daşınıb, xaricdən göndərilən "platin nayomnik"lərə
paylanacaq ki, Azərbaycana doluşub əsgəryaşlı gəncləri qırsınlar! Sənin
"Birliy"in gizlədəcək o banditləri, ey qatil! Ruslar da bu yanda, Qarabağdan
Abşerona köçürülən cavanları qırıb, meyidləri dənizə tökəcəklər! Stavropoldan
bizim öz EvƏrEy OdƏrliklərini unudanlardan ibarət "kazak polkları" göndərib
Erməninin içərimizə hərəkətini sürətləndirəcəklər ki, qırğınların üstü açılmasın.
Sultan Əmirliyə hələ əllinci illərdə xəbər verilmişdi bu külli qırğın planı, mənə
isə bu dörd ayda, bu Şüşəlidə hər gün deyilib, bax belə ağ sümüyə döndərib
sifətimi! Budu bax o dal otaqda maqnitafona yazıları, Moskva, İrəvan üçün
hazırlanan informasiya. Qoy bilsinlər kimdilər "Muğ"lar! Bilsinlər necə
qaytarılacan tariximiz! Sən özün də çox şey biləcəksən bu gecə. İnan!
Ver dərməni, ey külli qırğın qatili!.. İkinci dəfə əlim dəysə, səlamət
qalmıyacaqsan. İmkan ver, heç olmasa, səhərə qədər yaşasın o! Bayaq niyə qan
aldın? İstəmirdinmi bir az yaşasın, danışsın, özü özünü boğsun öldürsün? İndi
mən danışıram, mən öldürürəm onu! Nə fərqi var?!.
Xəlvət titrəyə-titrəyə, boğazını çayla yaşlayıb, altdan dik, diqqətlə Mədədə
baxırdı.
- Sultanın Gülgəzi maşına basıb aparmağının əvəzində külli qırğın-filan
danışırsan!
- Belə lazımdı! Bu bir. İkincisi, Sultan Əmirlinin maşına basıb apardığı
Gülgəz deyildi.
- Nə?!
- Deyirəm Gülgəz deyildi.
Xəlvət üşürgələndi.
- Yuxu görürəm mən, nədi, ay cəmaat?! Bu nə danışır?! Min doqquz yüz
əlli dördüncü ilin mayında Sultan Əmirlinin bu kənddən maşına basıb apardığı
zənən bunun anası Cığalı Gülgəz deyildimi, onun istəklisi deyildimi?!
Bütün pavilyon tüstü içində, dəhşət içində susurdu. Mədəd siqareti külqabına
basıb, gah Səmədin yumulu gözlərinə, gah "dərmən" tələbindən xoflanmış
Xəlvətə baxa-baxa gərginləşdi. Şişmiş zəli dodaqlar titrədi:
- Əlim çatmır. Çıxart... özün.
Mədəd "ampula"ları kitelin qoyun cibindən çıxarıb Sestraya verdi. Sestra,
quruyub codlaşmış əlləri titrəyə-titrəyə, "ampula"lardan ikisini dalbadal sındırıb
"şpris"ə doldurdu, yüyürüb Səmədin qolunu çirməyib, "vena"ya - şah damara
yeritdi.
Mədəd o yan-bu yana gəzinirdi.
- İndi sakit otur, əmi... Gülgəzlə görüşünü də eşitməlisən. Atamın o
bədbəxt zənəni necə zorladığını da... Dal otaqda oturanların tələbidi bu, həm də
mənim özümün qərarımdı! Danışacam. Dözməlisən!
Əvvəlcə Çax-çuxun çənəsini çaqqıldadacam. Görüşə, zorlamaya dəxli
olmuyan çərən-pərən şeylər deyəcək Çax-çux. Sonra görəcəksiniz bir kəlmə də
çərən-pərən yoxdu.
Mədəd təzənəni simlərə çəkdi.
- Məclis darıxmasın. Yorulanlar getsinlər. Qalanlar peşiman
olmuyacaqlar. Yağır Məmmədəlinin, bu qatillə Çax-çux - çik-çik qatilin o tayda,
bu tayda öldürdükləri Elmi necə adi, sadə söz möcüzələri ilə diriltdiyimi eşitmək
istəyənlər qalsınlar. Hökmən qalın, ey Qonaqlılar, Tahirlilər, Qurbanlılar,
dünyanızı göstərəcəm sizə!
"...Kupedə Çax-çux Səmədə deyirdi:
- Bu günü gözləyirdim mən, qadası. Avqustun iyirmi ikisidi bu gün.
Yadında saxla: iyirmi iki avqust, min doqquz yüz əlli dördüncü il, axşam.
Stansiyada dayanhadayanda, altıncı vaqonun kupesində Çax-çux Xalıq sənə
deyir: "Gözün elə şeylər görəcək ki, bu gün, ömründə görməyibsən.
Qulağın elə sözlər eşidəcək ki, ömründə eşitməyibsən." Falçı sözü deyil bu. Əsasım var mənim. Çetin gündü bu gün səndən ötrü, qadası. Ata gözündə
gördüyün emin düşəcək gözündən, adamlıqdan çıxacaq, murdar heyvana
dönəcək nəzərində. Dözümlü olmalısan bu gün. Çox dözümlü!.. Bir dəfə
sınıbsan. Qırx altıncı ilin dekabrının iyirmi üçündə - avariya günü. Bir də sınsan
düzəlməzsən. Odu ki, unutma məsləhətimi: qabaqca Məsimgilə getməlisən.
Gülbəniznən görüşməlisən hökmən. Sonra da, deməli, məni görməlisən.
Gözlüyəcəm ha!.."
Trubkanın qətran iyi, qatı tüstü ilə birgə, kupeyə anlaşılmaz, dəhşətli xof
dolub, Səmədin sinəsini tutub nəfəsini daraltmışdı: illərlə səndən gizlənən,
şəksiz-şübhəsiz qatil, belə birdən-birə, belə sərbəstcə üzə çıxıb, atanın
müsibətindən sonra ata əvəzi əmini də böyük müsibətlər gözlədiyini xəbər verib,
"gözün elə şeylər görəcək ki, bu gün, ömründə görməyibsən" deyirdisə, "falçı
sözü deyil bu, əsasım var mənim" deyirdisə və sən bu adamın nəyəsə
əsaslandığını duyurdunsa, bundan necə xoflanmıyasan?!

ki, səkkiz il bundan əvvəlki, qəbristandakı üzü palçıqlı adam, o cinayətkar - qatil
yoxa çıxmışdı, yaşıl şlyapanın altında qara məxmər üzünün qətiyyəti ilə, dəyirmi
fənər gözlərinin cəsarəti ilə tamam başqa hisslər oyadan, "sinəsi sirlə dolu",
çoxbilən bir adam peyda olmuşdu və bu adam, bildiyinin yüzdə birini də
açmayıb, hər şeyi nədənsə sonrakı görüşə - Badsəbanın daxmasına saxlayıb,
ancaq bunu demişdi ki, Səməd öz doğma, əziz əmisini, ata əvəzi himayədarını
heç də yaxşı tanımırdı, əmisinin ətrafında baş verən hadisələrdən xəbərsizdi və
bilmirdi ki, "Stalin ölən günü əmisi də ölüb, stolun dalında qaraltısı qalıb",
üstəlik, dörd ay bundan əvvəl - may ayında başına nə gəlibsə, necə sarsılıbsa,
"Sultan Əmirli deyiləm mən daha, arşınmalçıyam, gedək bir Gülçöhrə tapaq", -
deyib, əmma "uğuru xeyir olmayıb", "Gülçöhrə" əvəzinə kiminsə-"başqasının
istəklisini" gətirib!.. Qətran iyi ilə, tüstü ilə birgə sinəsini tutub Səmədin nəfəsini
daraldan da, əslində, elə bu əcaib evlənmə xəbəri idi ki, onu tamam çaşdırmışdı.
Sultan əmini Sultan Əmirli eləyən bu deyildimi ki, özünü fədai sayıb, ailə oğuluşaq istəməyib, həm gözəllikdə, həm də ağılda-kamalda tayı-bərabəri olmayan
Qıymatı da ailə səadətindən məhrum eləyib, məhz fədai kimi yaşamışdı! Bu
barədə atasından eşitdiyindən əlavə, Səməd özü də yaxşı bilmirdimi ki, əmisinin
ailə ilə bərabər şəxsi ev-eşikdən də imtina eləyib, "İnventar RKP" içində
qalmağının böyük, ciddi səbəbi vardı: bütün həyatını Kainat Elminə, Bağdaya
vermişdi! İndi nə olub, nə baş verib?! Saç-saqqalının ağaran vaxtında birdən-birə
bu dərəcədə
metamorfozaya uğraması mümkündümü?! Əgər metamorfoza yoxdusa, bəs
Sultan Əmirlini "Sultan Əmirli deyiləm mən daha" deməyə vadar edən nədir?
Bəlkə heç deməyib? Səməd nəyə görə inanmalıdır ki, Sultan əminin dilinə,
təfəkkürünə bu qədər yad-yabançı "arşınmalçı" məhz onun öz dilindən çıxıb?!
Bu kəlmə ilə birgə bu evlənmə əhvalatının özündən də anekdot iyi gəlmirmi? Və
elə anekdot iyindən məlum deyilmi ki, Çax-çuxun dili ilə düşmən danışır?! Belə
çıxmırmı ki, Xudiyev rədd olub rayondan getsə də, Xudiyev - Dudiyev
dəstəsindəkilərin hərəsinə bir töhmət yapışdırılsa da, Bezobraziye heç də
fealiyyətindən qalmayıb, vaxtilə Əmir məzanstamndan qəbirlərin, başdaşlarm
şəkilləri vasitə-silə "əsasla ittihamnamə" düzəltdiyi kimi, indi də başqa cür bir
vasitə ilə - qadın-filanla, "başqasının sevgilisi" ilə ittihamnamə düzəldib?!.."
Diqqət yetir, çalış düşün, dərk elə, gör insana, həyata münasibətin necədi, ey
Təhrif! Düşün gör Qudalılar, Gülənovlar da Sultan Əmirli kimi, sədr Mədəd,
Qılınc Qurban kimi yaşasaydılar, Mirqəzəb, Pers, Yağır, Çax-çux mühitində
necə bir həqiqi birlik yarana bilərdi!
- Saxla... Dayan... - Xəlvət stəkan-nəlbəkini qaz "peç"inin üstünə qoydu. -
Sən kimi ifşa eləyirsən?!
Mədəd yorğun-yorğun, başını yana əydi.
- Hələ ki bizi vurursan! Gizlin işləri danışmalısan sən. Görüşü gözləyirik
biz!
- Fəallaşma, Rəhim kişi. Gözlənilməz şeylər olacaq. Sakit otur... Görüş
bir deyil. Elqızımız Gülgəzlə görüş var. Qəhbə Gülgəzlə görüş var! Qəhbə
Sultanla görüş var! Bu nitqimin, sazımın, sözümün lent yazısını her yerdə
yaymaq, Bezobraziye murdarlarına dərs demək, Elm vermək ümidiynən çalıb-
çağırıram.
Xəlvət əlini yelləyirdi. - Ay hay! Ay hay! - deyirdi. Sonra ucadan:
- Mənim Möcüz adında bir nəvəm var. Qarmon çalır, şeir yazır...
- Üzünü sağ tərəfə çevirdi: - Ordan belə çıx, a bala, o şeri oxu, eşitsin bu
əbləh.
On yeddi - on səkkiz yaşlarında, qara, gombul bir oğlan pinqvin kimi sağına,
soluna basa-basa, farsistlərin, ərəbistlərin arasından çıxıb, Mədədə baxıb,
ciddiyyətlə:
- Bir "Gəraylı" çal, - dedi.
Mədəd burda xeyirli bir şey olmayacağını bilsə də, Möcüzə boyun əyib: - Baş
üstə, - dedi.
Möcüz oynaq "Gəraylı" ilə o qədər də tutuşmayan, asta, qalınaraq, qəmli
səslə, birnəfəsə oxudu:
BağOdƏrə "mehtər" dedi,
"Mehtər"lini kor eylədi,
Kor oğluna qılınc verdi,
At yalına yatan millət.
Qılınc qana bata-bata
Sultanından qisas aldı,
Zənn eylədi xilas oldu,
Gözünü qan tutan millət!
Biləninə sən sus dedi,
Bilməzinə qurdsan dedi,
Dönüb öz-özünü yedi,
Diləyinə çatan millət!
Xəlvət əl çaldı.
- Qurtar! Ye özünü! - dedi.
Şüşəlinin sağ tərəfində də şarappa-şarap əl çaldılar. Möcüz dönüb yerinə
getdi.
Mədəd isə "Gəraylı"nın arasını kəsmədən:
- Möcüz ala qarğa kimidi siz quzğun yığnağının içində! - dedi. -
Özünün deyil oxuduğu şeir, mənim bu "ab yaşıl"* düşgünü dostumundu.
Axırını oxumadı. Qulaq as, oxuyuram.
Bir gün gəldi, geri baxdı, Gözlərindən sellər axdı, Şöşünü yandırıb yaxdı, Al
qanına batan millət!
- Bu heç... O Pinqvin Möcüz səndən qat-qat müdrikdi, ey qatil! Mənə
yox, öz babasına cavab verdi o!.. Bu heç. Səbr elə... Gülgəzi Sultan Əmirlinin
çarpayısında görəcəksən. O Gülgəzi ki, Səmədin ürəyinin parçası idi.
- Sən neynirsən?! - Səməd qışqırıb yumruğunu stola vurdu. - Mədəd!
Neynirsən?!
Mədəd təzənəni simlərə çəkdi.
- Döz!.. Əclaf!.. Bax belə əclafam mən, özümdən iyirmi yeddi yaş böyük
əmimə əclaf deyirəm. Əmim deyilsən, ata əvəzi deyilsən, doğma atamsan son
mənim. Get güzgüdə özünə bax, sonra gəl mənə bax, gör bir zərrə qədər fərqimiz
varmı üz-gözümüzdə, boy-buxunumuzda, ye-
_____________
*"Ab yaşıl" araq.
rişimizdə, oturuşumuzda-duruşumuzda! Söz-söhbətimiz, beynimiz,
təfəkkürümüz, məhəbbətimiz, nifrətimiz!.. Ha çalışıram kiməsə baxanda başımı
yana əyməyim, mümkün olmur. Baxışımız da eynidi! Yığışdır indi xəlvət dilləri,
görüm necə yığışdırırsan! Bütün rayon deyir Səməd Əmirlinin oğludu Mədəd,
Sultan Əmirlinin yox! Məmiş Əlləzoğlunun qızı Səməd Əmirlinin altında olub,
Sultan Əmirlinin yox! Bu ad-sannan, bu şan-şöhrətnən yaşamaq olmaz, əmi! Bu
gecə çox şey eləməliyəm mən! Dünya uçub, altında qalmışam. Aylı, ulduzlu
dünya yox, bu Xəlvətli, "Badamlı"lı, "Marlbora"lı, ximikatlı, kombinkormlu
dünya, çörəyinin dadını da itirmiş, kanalizasiyası suyuna qarışmış murdar dünya
bütün çirkabıynan, zir-zibiliynən uçub tökülüb üstümə!.. Döz! Döz! Döz!
Öldürəcəm, dirildəcəm! Mən də dözəmmirəm. Başa düşürsən?! Dözəmmirəm!
Ya dağıtmalıyam bu dünyanı, Özüm də ölməliyəm, ya da düzəltməliyəm bu
dünyanı, özüm də dirilməliyəm! Kiməm, nəyəm, doğrudan da qabiləmmi bu
dünyanı dağıdıb yenidən qurmağa? Heç kəs bilmir. Sən də bilmirsən! Bu gecə
biləcəksən!
Küncdən, tüstü içindən göy vilyur şlyapalı, göy qalstuklu, ərəbist, farsist
kürəkənlər qismindən birisi əlini qaldırdı.
- Bura bax, Mədəd! Necə yəni dünyanı dağıdıb yenidən quracaqsan?! Bu
nə safistikadı, axı?! Özünü Hamletə oxşatma! "Sultan", "Gülgəz"-filan deyilir
burda! Onlardan danış! Bir azda çal, oxu də!
Dodağımıza dəyib bu zəhrimardan, mahnı istəyirik!
Xəlvət də bu yandan bağırdı:
- Dəstan! Dəstan!.. Mədəd də səsini qaldırdı:
- Kür əkənin dəmlənib. Sən isə can ağrısına dözəmmirsən. Yumruğunu
təp ağzına, qulaq as, öl mənnən bir yerdə! "...Ürəyinin parçası idi. Elə ürək
parçası ki, o qaranlıqda nəinki boy-buxunundan, hətta qıymaçanın altından
sallanan cığalarından da tanıya bilərdi və tanımışdı. Əmma gözünün gördüyünü
beyni görmürdü, ağlı kəsmirdi.
Öz səsi əvəzində elə bil kənardan xırıltı eşitdi:
- Sən kimsən?! Niyə üzümə baxmırsan?!
Bu xırıltı insan səsinə bənzəmirdi.
Elqızı bu xırıltıdan diksinib titrəməyə başladı və elə titrəyə-titrəyə ayağa
qalxdı. Alovun işığında dəhşətdən böyümüş gözləri parıldadı. Səməd çamadanı
əlindən saldı. Bir kəlmə:
- Gülgəz! - dedi.
Daha heç nə deyə bilmədi..."
Mədəd susdu.
Zala da sükut çökdü.
Xəlvət barmaqlarını dodaqlarına sürtürdü, səsində əzab vardı:
- Bu tərəfi təsdiq olundu. Anan Gülgəz əvvəl Səmədin altındaymış.
İndi keç o zorlama gecəsinə, qurtaraq.
Mədəd başını yana əyib, Alim skeletin birdən-birə kəhrəba rənginə düşüb
əzabdan gözəlləşmiş sifətinə tamaşa edirdi.
- Kəhrəba üzlü oldun, gözəlləşdin, gözəl əmim! Körpəliyimdə tez-tez
yalvarardın mənə: "Qurbanın olum! Qurbanın olum..." Doğrudan da qurban
verirsən özünü mənə. Niyə gəldin bugünün "Birliyin"in, sabahın Boz Qurdunun
çağırışına?! Bilmirdinmi ki, bizim hamımızı bir-birimizdən ayırıb yemək üçündü
bu təşkilat?!
Mədəd ağır-ağır dönüb Xəlvətə baxdı.
- Əgər səndən dönər olsam, nəsibim ah-zar olsun, Rəhim kişi!
Əgər səni adam eləməsəm, düşmənimi dosta çevirməsəm, anam Gülgəzin
südü mənə haram olsun, Rəhim kişi! "Mehtər" rəmzi altında BağOdƏr deyib,
"kor" rəmzi altında OdƏr deyib dostan yazanımızı qanmamısan, Kalaşnikova
sarılmısan. Bax budur havayı olan, mənim səyim deyil. İnan, elə möcüzə
yaradacam ki, o xınc-mınc canınla, dörd əl-ayağın üstündə iməkləyə-iməkləyə
gəlib üzünü ayağıma sürtəcəksən, əllərimdən öpəcəksən... İndicə danışdığım
görüş o "dəhşətli gecə"dən min dəfə dəhşətlidi, ey heyvan! Nədi "təsdiq olunan?"
Oynaşlıqdımı, ey heyvan?! Məhəbbət deyilmi təsdiq olunan, ey heyvan?! Anamı
indi də sevir bu Alim skelet. Əmisi Sultan Əmirlinin arvadını! Bunu təsdiq
elədim mən! İnsan sevgisini!..
Səmədin üzünün kəhrəbasında göyərti əmələ gəldi:
- Mədəd! Mədəd! Düz danışmırsan! Ucalarını alçaltma, oğul!
Mədəd mizrabı simlərə çəkdi.
- Alçaldan alçaldıb! Mən sənin haqqında yaranmış təsəvvürü təsdiq
eləyirəm burda. Öldürürəm səni, əmi! Öldürməliyəm! Diqqətli ol!
Sən də dinlə ey kür əkən! Kor əkən! Hamlet deyiləm mən, yaralı aslanam.
Əmma sənin qaynatanı dişimlə yox, təkrar edirəm, sözlə öldürəcəm və sözlə
dirildəcəm. Ölü diriltmək Hamletlik deyil, Allahlıqdır!
Davam eləyirəm:
"...Bir vaxt vardı, çöldən evinə qayıdanda Əlləzoğlu hər axşam çiynində bir
yaba qaratikan gətirib, il boyu çəpərini qalınlaşdırmağa çalışırdı, odur ki, həyətbacasına həmişə tikan səpələnərdi. Günün nə vaxtı o tərəfə getsəydin, görərdin
bapbalaca, ayaqyalın, başıaçıq "Qaraçı gözəli" Cığalı Gülgəz quru yerdə oturub,
ayaqlarına dolan tikanları dırnaqları ilə tərpədə-tərpədə ağlayır. Elə o yaşda, o balacalıqda, başı qızıl əsgər papaqlı,
ayaqları "Sultan əminin çəkməsi kimi" qara xrom çəkməli sədr oğlu da quru yerdə oturub,
"Qaraçı gözəli" Cığalı Gülgəzin ayağını dizinin üstünə qoyardı, "Mənim dişim siçan
dişidi" deyib, ağzını o qarayanıq, toz-torpaqlı ayağa söykəyib, tikanları dilinin ucu ilə
yaşlaya-yaşlaya, bircə-bircə çıxarıb tüpürərdi. "Bu bir... bu iki... bu üç..."
- Lənət sənə kor şeytan!.. Xəlvət heyrətlə çiyinlərini qısıb, o yan-bu yana baxdı. -
Tikan nədi, zad nədi?! Bu nə danışır, ay cəmaat!
Mədəd növbəti "Prima"nı Çürüyün qəlyanından yandırıb, "pomost"dan enib, yenə
Xəlvətin üstünə yeridi.
- Canına azar danışıram! Boğazına boğma danışıram! Səməd Əmirlinin faciəsini
danışıram ki, Xəlvət adında buz dağı ərisin. "Zorlama gecəsi" dediyiniz o dəhşətli gecə o
balaca "Qaraçı gözəli"nin ayaqlarına dolan tikanlardan başlanır. Səbr elə, qanacaqsan.
Cavanlıqda "qardaşın" Yağır Məmmədəlinin eşşəklərinin dalınca yorta-yorta Arazın o
tayına gedib-gələndə altı cırıq çarıqlarıyın dabanlarına tikan dolmayıbmı? Yolun ortasında
çöküb göz yaşı tökə-tökə "yeriyəmmirəm, ay lələ" deyəndə, o vaxtkı nişanlın, indiki
mehmanxana müdiri, Erməni haxçığı Marqo sənin dabanlarını yalaya-yalaya dişlərilə
tikanları çıxartmayıbmı!
"Bu bir, bu iki, ay musurman. Bu beş, bu on, ay musurman", - deyə-deyə o güngüzərana sənlə bərabər ağlamıyıbmı? Bu dörd ayda bu Qəlyanlılara neçə dəfə danışmısan
bu əhvalatı, neçə dəfə demisən:
"Adama oxşuyan vaxtlarımız varıydı. Marqo "ay musurman", deyə-deyə ağlayanda
köyrəlirdim!" İndi niyə köyrəlmirsən, niyə daşa dönmüsən?!
Çünki sadəcə, həyətyanı sahəsində beş-on qoyundan, keçidən başqa bir şeyi olmuyan
Göbələk Məmiş o çəpəri necə şüursuzcasına qalınlaşdırırdısa, sən də o maşınların sayını
eləcə artırsan, ey şüursuz!
Fəlakət bundadı ki, mən bu şüursuza şüur vermok niyyətindəyəm.
İndi, nəhayət, Bezobraziyenin əmri ilə, "zorlama gecəsi" adlandırılan o dəhşətli
gecənin müsibətləri barədə danışa bilərəm.
Müsibət ondan başlandı ki, "Stalinin şəxsiyyətinə pərəstişin ifşasından sonra "şüşənin
altındakı teleqramla katalikosların məktubları" Bezobraziyenin əlində silaha çevriləndə,
SSRİ prokuroru Rudenko və general Məhərrəmov kimi güclü dayaqları olduğuna
baxmayaraq, Sultan Əmirli inzibati üsullarla mübarizədən əl çəkib Bezobraziye
murdarlarına Elm vermək niyyəti ilə Qudalı məhləsinə ayaq açdı. Nə dedi, nə danışdı Xaş
nəçənniyə, prokuror Sayılova, RİK Atamalıya, Çax-çuxa? Bilirsən, Rəhim kişi.
Bilmədiyin budu ki, atam öz səhvini hiss elədikcə, yəni söz-söhbətlərinin havayıhğını hiss
elədikcə, "vodka"ya əl atırdı. Bundan
sui-istifadə elədiniz, o yazığı nəki var içirtdiniz, Rəhim kişi. Göbələk Məmiş
oralarda hərlənib-fırlanırdı, arvadına, qızına təpinirdi ki, "niyə gəlib əl-ayaq
vermirsiniz?!" Guya Göbələyin özü istəyirdi ki, qızı gəlsin "Kişiyə qulluq
eləsin". Əslində isə Əlləzoğluna deyilmişdi bu! "Sultan Əmirli insafa gəlib,
qardaşı oğluna icazə verib ki, Göbələyin qızını alsın". Məhləyə çağırılanda
bədbəxt Cığalı hoppana-hoppana yüyürdü, it xılının içindən gül üzlü Gülbəniz
bacısını da çağırıb, samovara od saldı, Qıllı Qeybalının, Piyli Qayımın içəridən
daşıdıqları qab-qacağı su kranının altına toküb yudu, quruladı.
Dəhşətli gecəyə şəxsən özün "ağsaqqallıq" eləyirdin, Rəhim kişi.
Gecə yarıda atamın möhkəm keyfləndiyinə arxayın olanda "Bircə bala"nın
Cığalısının əlinə "podnos" verdin. Dedin:
- Qayınatana çay apar.
Cığalı çayı aparanda bədbəxt atamı dümsüklədilər, dedilər:
- Bax gör kimdi çay verən? Katib baxdı, tanımadı. Dedi:
- Kimdi? Dedilər:
- Gülçöhrədi! Axtardığın Gülçöhrə!
Yazıq Cığalı elə bildi gözəlliyini tərif eləyirlər. Qızardı, çayı qoydu, eşiyə
qaçdı. Bezobraziye məclisini şaqqıltılı gülüş götürdü:
- Gülçöhrədi, Arşınmalçı! Gülçöhrədi!..
Susursan, ey şüursuz qatil! Gərginsən. Qorxma. Hər şey sənin istəyinə uyğun
olacaq... Yazıq Cığalı xoşbəxtliyindən ölürdü. Bilmirdi ki, bədbəxt "qaynata"nın
fədai ürəyi ölmüşdü, içərisində bu vəhşi Xəlvətdən də vəhşi, yırtıcı bir canavar
peyda olmuşdu. Bilmirdi ki, o canavar ayağa qalxanda Çax-çux adında ikinci bir
canavar qızın cığalarından yapışıb, başını dala qanırıb bircə şüşə konyakı son
damlasına qədər boğazına tökəcək, leşini maşına atıb, katibin leşini də üstünə
atacaq!..
Səməd dik atıldı. Sonra əlini ürəyinin üstünə sıxıb, ağır-ağır əyilib, ikiqat
olub, kresloya çökdü. Mədəd əmisinə yanakı baxdı.
- Atılıb-düşmə!
O bir şüşə konyakdan sonra ağ daş evdə, Sultan Əmirlinin həmin yataq
otağına doluşub, hırıldaya-hırıldaya çıxdınız. Çax-çux həmişə keyfi saz
vaxtlarındakı kimi, ruscaya keçmişdi: "Vsyo! S Sultanom Amirli pokonçeno!"
Həmin bu sözlərini həmin gecə Mirqəzəbə teleqramında yazdı.
Bədbəxt atam dəhşətli sərxoşluqdan ayılanda anamla bir müddət bir-birinin
üzünə baxa-baxa qalıblar. Heç nə başa düşəmmirmişlər. Xəlvətlərin oyunlarından sarsılmış üçüncü bir bədbəxt də yataq otağı ilə zalın arasında
quruyub qalıbmış: Qılınc Qurban. Qılıncını sıyırıb düşüb atamın üstünə ki,
"Bircə balayın istəklisini özünə arvad eləyibsən, çal qurumsaq!"
Qılınc düz dörd ay asıb-kəsib atamı: "Qaytar qancığı, qaytar!.." Düz dörd ay
anam evdə - "cəhənnəmdə", atam aşağıda, tut ağacının altında - "cəhənnəmdə"
yatıb. Düz dörd ay bu birisi çarıqlı Göbələk bədbəxt axşamlar Sultan Əmirlinin
işdən qayıtdığı vaxtlar gedib həyətdə ocaq qalayıb, manqal tüstülədib ki, guya
raykom katibinin qayınatasıdı kişi. Düz dörd ay gecələr səhərə qədər o tutun
dövrəsində gəzinə-gəzinə gözləyib ki, bəlkə möcüzə baş verə, şan-şöhrətli katib
evə qalxıb yorğanın qulağını qaldıra. Belə dəhşəti, belə faciəni, belə müsibəti
mən sizə bağışlaya bilərəmmi, Rəhim kişi?! İyirmi səkkiz aprel küçəsi ilə Kirov
prospektinin kəsişdiyi yerdə, Nizami kinoteatrının dalındakı evin ikinci
mərtəbəsində, "Çekistlər çekisti" "AdıPünhan" adlanan əzabkeş generalın
mənzilində, Azərbaycanın demək olar ki, bütün rayonlarında, mühacir
Muğannaların ailələrində, "Prometey"lər-EvƏrOdBağdaylar arasında pərvəriş
tapan çekist oğlu çekist Dəli Səmədin yetirməsi, Bircə Balası, Tədqiqatçısı Dəli
Mədəd, Xəlvətləri rahat buraxarmı?! O dal otaqda oturub mənim səsimi yazan
paqonlu Qudalıların arasında yalnız "familiya"ları sizdən olanları tanyırsanmı, ey
şüursuz qatil! Mən yetirmişəm o gizlin OdƏrləri! Onların əlilə diriləcək Alim
Səməd! Bütün Bağday ərazisi miqyasında "Muğanna" adlananlarla yanaşı o dal
otaqdakı "Qudalılar" ömürləri boyu bu əzabkeş Alimi xatırlayacaqlar! Bəs
necə?!
Sakit otur! "Oynaş" öləcək!
Qulaq as!
O konyaklı gecə bədbəxt, sərxoş Cığalı elə bilib toysuz-filansız evlənir
Səməd. Nağıl, fantastika aləmində, gözləri yumulu təslim olub sərxoş canavara.
Gözünü açanda görüb Səməd-zad yoxdu, başqa adamdı, ölü kimi şeydi, döşənib
üstünə. Vahimə içində çapalayıb, çıxıb ölünün altından, ayaqyalın, başıaçıq,
atılıb qaçıb. Qılınc Qurbanın oraya, qapısı taybatay açıq ağ evə getməyindən bir
az əvvəl olub bu, qaçıb anam, darvazada yaxalamısınız bədbəxti. Çax-çux, Qıllı,
Piyli, Xaş nəçənnik, Zaks müdiri. Bir də sən, Xəlvət! Bezobraziye heyvanatı!
Saçından yapışıb aparıb atmısınız çarpayıya. Zalda əyləşib, səbrlə gözləmisiniz,
şüşəsinin altı teleqramlı "Yarımallah" özünə gələr-gəlməz, başının üstünü
kəsdirmisiniz ki, "bu sənin Gülçöhrən, bu da zaks müdiri. Kəbinini kəsdir, sonra
əyləş biznən bu stolun dalında, yoldaşlıq, qardaşlıq məsləhətlərimizə qulaq as".
Bax onda başlanıb mənim fəaliyyətim, Rəhim kişi. Anamın bətnində. Anam o
canavarı, o meyidi görüb dəhşətə gələndə
o dəhşət mənim canıma-qanıma hopub. Anam o yatağından bir daha qacmağa
çalışıb, sizin aranızda çapalayanda mən də çapalamışam. Anam Çax-çuxa, sənə
qarğış yağdıranda mən də yağdırmışam. Nağıl deyil, elmdi bu, Rəhim kişi.
Atamın qara qanında axan qara qanı idim onda mən, axıb anamın qara qanına
qarışırdım. Sultan Əmirli yox idi daha, Rəhim kişi. Cismən sağ olsa da, yox idi.
Sən yox eləmişdin mənim uca insan - Bağ atamı!
Qorxma məndən. Heç kəsə şikayət yazmaram. Prokuror, hakim pul kisələri
sən pul kisəsini məsuliyyətə almazlar. Mən səni sadəcə, öldürüb dirildəcəm.
Hələlik bu bədbəxt skeleti öldürməklə məşğulam.
Kitelin cibindən çıxan kağızı yada salın: "Məni Varisim öldürdü. Varisimi də
Varisi öldürəcək..."
Atam nə vaxt, hansı şəraitdə, necə yazıb bu sözləri? Məlum olacaq. Hələlik
bu SafAğ Varisinə baxın, alim çekistinizə baxın, cəmaat.
Yumruqlarına baxın!
Tüpürüm sənin yumruqlarına, ay əmi... Əlli dördüncü ilin avqustunda sən
"qardaş qatili" Sultan Əmirlini tabutda görə-görə Qonaqlının bu səmtlərində
vurnuxanda Bakıdan zəng vurdular, Sultan Əmirli getdi. Düşmən sənin
karlığından, korluğundan istifadə eləyib, əzabkeş generalın bu rayona göndərdiyi
yeganə kadrı - "iki tərəfə işləyən Əfəl Məsimi" bağlı qapı dalına basdı. "Əfəlin
arvadı Gülbənizin əl-qolunu bağlayıb daxmaya tulladı. Əlləzoğlunu zirzəmiyə
saldı. Səhər saat altıda, yəni "Yarımallah" rayondan gedəndə Əlləzoğlunun bir
əlinə neft qabı, o biri əlinə kibrit verdi, sənin gözüyün qabağında Əmirli
mülkünə od vurdu. Dəlilərin Bezobraziyedən gizlətdiyi "Vərəsə"ni traktorun
təkərlərinin altına verdi. Sənin əsəblərinlə oynayıb əminlə mübarizəyə sövq etdi,
döyüş meydanı verdi. Daş əzələlərini, daş yumruqlarını işə saldın. İki dəfə Sovet
İttifaqı qəhrəmanı Xalıq Qudalını xınc-mınc elədin. "Sultan Əmirlinin xançalı
Çax-çuxun qanına bulanıb "həbs üçün" əşyayi-dəlil oldu.
Xızr Abı mülkün xərabəliyində dizin-dizin sürünəndə, "Vərəsə"nin
səhifələrini toz-torpağın içindən çıxardıb üfurə-üfürə, sığallaya-sığallaya
köynəyinin üstünə yığanda heç nə anlamırdın sən, xəyali xoşbəxtlik əsiri
olmuşdun ki, necə eləyib Gülgəzi başa salım, əmimin arvadı olsun, Mədəd
doğsun, Sura doğsun, ailə səadəti yaratsın.
Tüpürüm sənin ailə səadətinə, ey mələk əmi! Mələksənmi, ey çirkab içində
boğulan "oynaş" SafAğ İnsan?!
Mədəd xırıltı eşidib əmisinə baxdı.
Bütün zal Səmədə baxırdı.
Səmədin başı çiyninə əyilmişdi. Qolları stolun üstündən düşüb sallana
qalmışdı. Gülənoğlunun təzə doldurduğu samovar əvvəlki kimi guruldasa da,
ölüm qabağı xırıltı aydınca eşidilirdi.
"Qaz peçi"nin dalından boz motalpapaq çıxdı; axşamdan bəri orda -"peçin"
dalında büzüşüb Özünü göstərməyən, qocalıb meymunsayağı bir şeyə dönmüş
Göbələk əllərini başına döyə-döyə, çırpına-çırpına Səmədə doğru cumdu.
- Evimi yıxdın, ay gözümün nuru! Ocağımı qaraltdın! Çəpərimi
dağıtdın...
Mədəd babasının boynundan yapışıb geri itələdi.
- Farağat otur, tülkü!.. Ölməlidi... Heyvanat içində yaşayammaz o daha!
Getməlidi bu dünyadan!..
Atam buna bel bağlamışdı. Təkcə buna!.. Varisiydi... Yeganə Varisi...
Nifrətim var mənim bu Varisə. Heç kəsi bu qədər sevmirəm. Heç kəsə bu qədər
nifrət eləmirəm. Səbəbini bilmirsiniz hələ. Danışmamışam.
Nifrətimin səbəbini indi danışacam. Məhz indi.
Ağlını itirdi. "Vərəsə"ni şərh eləmək əvəzinə, təhrif insan səviyyəsinə enib,
yas yerlərində, restoranlarda, institutlarda "o tay-bu tay" deyə-deyə, yeddi yüz
əlli cildin məzmununu sakit kütləvi tədris proqramından ayırıb üsyançı ruhla
bağladı. Bu Yer adlanan xarabada hələ heç kəsin, heç kəsin tanımadığı Ulu Bağ
ƏsƏlMən nəslindən bir Pünhanın ehtiyat tədris proqramına saldırdığı bir SafAğ
kitabını bu igidimiz bayrağa döndərib milləti sevən cavanları dəli-divanə
"sverxçelovek" səviyyəsinə endirdi. Stalin, Mirqəzəb, Pers toxumlarının
içərilərini kin-küdurətlə doldurub, cahil düşməni daha da cahilləşdirdi, Xəlvətləri
torbalarına dərs deyən cahil farsistləri, ərəbistləri Muğannaların əleyhinə
qaldırdı. Gizlin, dərin alimlərdən kim vardı, hamısının canına titrətmə saldı.
Məmməd Cəfər imzasıynan yazan məşhur Akademik "Əxi" - AğEy haqqında
Türkiyədən aldığı dəqiq tarixi materialları yandırdı, sarsılıb xəstələndi.
Akademik Məmməd Cəfərin yetirmələri, Nizami, Nəimi, Nəsimi mövzusunda
məqalələrini gizlətdilər. Farsistlərin, ərəbistlərin, "İslam"çıların birgə səyilə
Füzulini qatı müsəlman elədilər, "şaxsey-vaxsey" casuslarından təxribatçı
dəstəlor düzəldi. "Bağday", "Bağ" deyən cavanları sıxma-boğmaya saldılar.
Məşhur şair Xəlil Rza Ulu-türk* ölümlə hədələyib "OdƏr yurdu" şerini qadağan
elədilər. Dəlilərimiz təxribatçılarla danışmaq, həqiqətimizin, OdƏr dili
həqiqətlərinin
_______________
*1980-ci illərdə SafAğ Elmi ilə bağlı ziyalılardan yalnız bir qisminin adı çəkilir (müəllif).
müasir bəşəriyyətə hava, su, çörək kimi lazım olduğımu çatdırmaq əvəzinə
qınlarına çəkildilər. Bu mələk bacımız Sestra isə, bizim Dam direktorla
yaxınlığımızı danıb, mənim adımı, sonra da Pünhanlarımızın adlarını çiyinləri
Kalaşnikovlulara və hətta Moskvaya ötürdü. Şəxsən Qorbaçova məktub yazıb,
EvƏrEydən xəbərsiz "yevrey"ə "Təhlükəli Türk millətçiləri" haqqında məlumat
verdi, mənə də "millətçi" damğası vurdu. Bu Şüşəlidə, o dal otağa gələn "dövlət
nümayəndəliyi"nin qabağında ilan dili çıxartdı bu sakit, ağbirçək Sestramız,
"Dövlət nümayəndələri" isə, Xəlvətin dediyi kimi, "qıyma-qıyma" yedilər bizi -
Səməd Əmirlinin Yetirmələrini. Son dörd ayda hamı dağıldı ətrafımdan. Məlum
oldu ki, SafAğ Elmi, OdƏr boşəriyyəti haqqında restoran söhbətləri
Bezobraziyeni ayıq salmaqdan başqa bir şeyi deyil. Özümüz özümüzün qatili
olduq...
Mədəd əmisinin əlini əlinə alıb, nəbzini rutdu. Əyilib, diqqətlə üzünə baxdı.
- Eşidirsənmi?
Xırıltıya inilti qarışdı:
- Danış... Qurbanın olum, Mədədim... Çalış ki, Heydərə* də çatsın hər
şey.
Mədəd başını endirdi. Astadan:
- Dirilirsən, - dedi. Sonra qara dəri kreslonun yanında stula çökdü.
- Heç kəs yaxın gəlməsin. Sən də, "mələk" Sestramız! Dərmən can
verənin əzab müddətini artırır. Yığışdır şprisini, keç yerində otur. Bu qatillə
qurtarmışam. İndi siz qatillərlədi işim!
* * *
"Sultan və Səməd" dostanı davam eləyir.
Diqqətlə qulaq asın.
Təbrizdə, Əmir bazarının yanında babam Şeyx Məhəmməd Əmirin xüsusi bir
mülkü varmış. Şeyx əmilərim Ağ Əmirlə Boz Əmir orda fədailərin uşaqlarını
oxudarmışlar, mülkün özünə də "Fədai yurdu" deyərmişlər. Bilirsiniz ki,
"Vərəsə" kitabxana həmin Fədai yurdundan gətirilib. Təbrizdən... Mədəd, bir əli
əmisinin nəbzində, o biri əlini stola çırpdı. - Hoppanma, cənab hökmdar! Bəli,
ölür! Mən öldürürəm, sən yox. Bayaq dedim qorxma. Mənim imkanım var
güllələdim səni. Güllələtmiyəcəm. Qatilsən. Əmma güllələtmiyəcəm. İnsansan!..
Hər şeyi dərk edə-edə heç nəyi dərk etməyən qeyri-adi idraksız insan! Hey-
______________
*Heydər Əliyev
vansan, murdarsan, həm də insansan. Kar, kor insan! EySar ÜnEvi ("İsay"ı)
çarmıxa çəkən insan! ƏlAğ EySarı "Allah"ını çarmıxa çəkən insan! Otur və
qulaq as. Bu qatil xırıldayacaq, mən danışacam! Belə lazımdl. Alim Səmədi
dirildəcəm indi. Alimliyi qayıdır. Çünki belə əzab içində tədriclə Ün eşitməyə
başlayır indi. Bir az sonra OdAğÜzü görəcək. Ulu babası Ulu Bağ ƏsƏlMən
BağSar SarOdƏs SağSan BağSar AğEyi - "Musa ağa"m. Geri sananan ikinci
əlliminillik tarix boyunca və Yeni tarixin min doqquz yüz səksən səkkiz ili
müddətində, Təhrif bəşəriyyət mühitində Odları - adları - rütbələri
anlaşılmadığına görə hər rütbəsi bir insana döndərilən, ƏsƏlMon ikən
"Solomon"a, BağSar ikon "Musa"ya, SarOdƏs ikən "SarOddaş"a, "Zərdüştə",
SağSan - Sağ ƏsÜn ikən "Sasan"a, "Sion"a, BağSar AğEy ikən "Musa ağa"ya
çevrilib, səksən səkkiz il bundan əvvəl "Qazax" qəzasında, İncə dərəsinin
girəcəyində "SimƏrAğ" İşıq gəmisinə minib OdAğÜzə qayıdan o əbədi İnsanı
görəcək. Bəstəboy, ağbəniz, ağsaqqal bir qocadır "Musa ağa" - Ulu Bağ.
1797-ci illə 1899-cu illər arasında "Qazağ"ın "Padişahlıq" kəndində "Musa
ağa" adı altında, kiçik oğlu "Hüseyn ağa"nın himayəsində, nəvəsi "Ömər ağa"nın
evində qaldığı müddətdə "Muğan" düzündən, hər ailəsi bir guşəyə sürülmüş
"Muğ"lardan təcrid olunduğuna görə lap düşgünləşibmiş. Bununla belə, daimi
nəzarət altında saxlana-saxlana, gah Təbrizə - böyük oğlu Şeyx Məhəmmədin -
ƏsAğ BağHəmOdun seçdiyi yerdə batin olurmuş, gah da Göyçədə, böyük oğlu
sayılan "Alı"nın himayəsində, "Süleyman" adı altında qala-qala Elminin daha da
batinləşdiyini görə-görə daha da düşgünləşirmiş. 1899-cu ilin axırında Bağ Ata
kədərli Ün göndərir Oğluna ki, İlanla Romanovlar birliyi "Yer" Bağlarının
hamısını məhv edəcək, sənin orda qalmağın tamam faydasız olacaq... Buna görə
də Bağ Ata İşıq gəmisi göndərib, əzabkeş Oğlunu, "Şam Ağa" (Şam AğEy)
nənəmizlə birgə aparıb.
Bu "Səməd" bədbəxt "Musa" bədbəxtin kötükcəsidi, ey Təhriflər!
Təhrif İnsan Qorbaçov necə inansın ki, bu torpaqda Solomonun, "Moisey"in,
"Zoroastra"nın, "Sasan"ın kötükcəsi dəfn olunacaq sabah! Heç olmazsa, az-çox
hiss elə, ey Qorbaçov casusu ikən Xomeyni casusu Xəlvət. Heç olmazsa, az-maz
hiss elə ki, bu ağsümük sifətli insanın "Ruh" - ƏrAğ uçuş saatlarında Kainatın
"element"lərindən - ƏlMənlərindən təkrar yaranıb əbədi həyat qazanacaq.
Vaxtilə Sultan Əmirlinin dilindən eşitmisən "əbədiyyət" - EvOd EyOd
həqiqətini. Sonra Xızr Abıdan, sonra məndən eşitmisən. Əmma sən elə
bədbəxtsən ki, "maqnit", "san kərpic" adlandırdığın metalı Sudüşənə daşıtdıranda
beynindən əsər-əlamət də qalmır.
SafAğı unudub "sufi"yə bağlanmış şərqşünas kürəkənləriyin "Xomeyni
maqniti"ndən lap tezliklə məhrum olacaqsan, ey yazıq! Farsistlərin, ərəbistlərin
səndən üz döndərəcəklər. Çünki bütün aydınlığı ilə dərk edəcəklər ki, nə "Fars"
varmış, nə "Pers!", EvƏrƏs varmış ki, o da EvƏrEy Bağlarının ordusu imiş,
indiki "Fars körfəzi" uzununda məskunlaşıb, BağOdEvÜn - "Paxtavan",
"Pəhləvan" "Pəhləvi" sərkərdələrin əli altında, Bağdayı Qreklərdən,
Suriyalılardan qoruyurmuşlar. "Şərqşünas"ların dərk edəcəklər ki, nə Əbülqasim
Firdovsi adında şair var, nə də Firdovsinin "Şahnamə" adında dəstanı.
"Qasim"in əsli - OdƏrcəsi AğSimdir: Uca SafAğ İnsan. "Fird ovsi"nin əsli -
OdƏrcəsi EvƏr EvƏsdir: Yaradan Evin İşıq Evi (beyni).
EvƏr EvƏs o bədbəxt şairin Odu - rütbəsidir.
"Şahnamə" yoxdu, "ƏsAğ ÜnMən" var. Yaradan SafAğ İnsanın Ünü.
Bəs niyə "fars" olub o bədbəxt?
"Qıyma-qıyma" danışacam, ey "maqnit" vurğunu!
Şərti olaraq "Firdovsi", "Şahnamə" deyək ki, başınız şişməsin.
Bir dəfə Firdovsinin ölümündən yüz il sonra Hindistanda "fars atəşpərəst"ləri
"düzəldiblər" "Şahnamə"ni. OdƏrlər yox, məhz "atəşpərəst"lər. Yəni OdƏsi -
Yaradan Həqiqətə "Atəş" deyən təhrif dillilər. "Ölümündən yüz il sonra" dedim,
yəni on birinci əsrdə. Bağday Sarlarına, ƏsAğlara aid olan yerləri pozub,
"atəşpərəst" "Şah"ları vəsf edən parçalar yazıblar. Çünki Hindistan "Fars"larının
təsəvvüründə hətta "Sasani" - Sağ ƏsÜn sülaləsi də OdƏs (Yaradan həqiqət)
deyil, "atəş"pərəst"dir. Buna görə də dəstanın harasında OdƏrcə "ƏsAğ"
kəlməsinə rast gəliblərsə, hamısını "Şah" yazıblar. "Şahların adlarını da OdƏrcə
yox, "deri"sayağı "farsca yazıblar.
Niyə?
Çünki, sadəcə, Qreklərin əli ilə Hindistanı dəfələrlə foth edən İlanın buyruğu
ilə, eyni kökdən olan EvƏrEy OdƏrləri ilə EvƏrƏs OdƏrləri arasında nifaq
salmaq, OdƏslə "Atəş"li çahşdırmaq, minlərlə təhrif dilli casusların fəaliyyəti
nəticəsində EvEyi "vay"a, ƏsEvÜnü "Şivən"ə -"Şivaya" (Allaha) döndərmək
lazımmış. İlanın bu heyrətli əməli bu gün də dəvam etdirilir Hindistanda, çünki
bədbəxt Təriklər - "Türk"lər məkamdı Hindistan, ey bədbəxtlər! "Şahnamə"
məhz buna görə təhrif edilib!
ikinci dəfə Teymurləng "düzəltdirib" "Şahnamə"ni, "Atəşpərəst"lərin
yazdıqlarını pozdurub, OdƏr Sarlarını vəsf edən fəsillər yazdırıb.
Niyə?
Çünki o qaniçən fateh, Nəsiminin cahillər arasında əzab-işgəncə çəkə-çəkə
dərs deməyi nəticəsində, ömrünün axırına yaxın dərk eləyibmiş EvƏrEy OdƏrliyini - Tərikliyini - "Türk"lüyünü. Təbrizdən alimlər, şairlər
aparıb Səmərqəndə, "Atəşpərəst"lərin "Şahnamə"yə doldurduqları iyirmi min
misra əvəzinə qırxca min əlavə elətdirib! Tarixdir bu, ey "Farsist"lər! Rus
arxivlərində gizlədilən tarix!
Teymurdan dörd yüz il sonra, on səkkizinci əsrdə ingilislər "Midiya"dan -
Bağdaydan tərik düşənlərimizi yaxşı tanısalar da, sırf fateh münasibətilə,
Teymurun "Türk"lərinin yazdıqlarını axtara-axtara qırx min sətir pozdurublar,
bir o qədər əlavə yazdırıblar. Kimə? Atası ingilis, anası, əcdadı ingilis,
EvƏrEyOdluğundan, BirOdluğundan xəbərsiz "Brit" şərqşünaslara! Yazdırıblar
ki, "Şahnamə" "Türk"ün yox, "Fars"ın olsun: cənab Funtsterlinq "Fars"a
"mədəniyyət" versin, əvəzində neft aparsın!
Gedib arxivlərdə oxuya bilərsiniz!
Siyasət danışmıram, ey məni "millətçi" adlandıran Sestramız, siyasətçilərin
yaratdıqları "sivilizasion"un bəşəriyyəti necə məhv etdiyindən danışıram.
"Qrek"ə, "Latın"a yoldaş olub Oda "Ki" deyəndən sonra "İngilis" qardaşınız
ÜnOd ƏlƏsə "İnqliş" deyib, Sara "ser" deyib, "ser"inin qarnını doldurmaq
naminə Farsa verib "Şahnamə"ni! ÜnOd ƏlƏso "İngilis", ÜnOdƏl OdƏrə
"İngiltər"ə deyən "gözəl dilli" təhrif qardaşın Fars isə "Şahnamə"ni aparıb
Berlində "Doyliç" - OdƏlƏs qardaşımıza "düzəltdirib". ƏrEyliklərindən,
ƏlMənliklərindən, GurMənliklərindən xəbərsiz "German" "alimlərinə!" "Doyliç"
qardaşımızdan sonra, nəhayət, "atamız, rəhbərimiz" Stalin, "sovet mədəniyyəti"
yaratmaq naminə, yüz min misralıq "əlavə" "Şahnamə"lər içərisindən iyirmi min
sətrlik "Şaxname" çıxartdırıb, müdrik şərqşünasımız Yevgeniy Bertelsin xalqlara
mədəniyyət paylayan səxavətli əli ilə "Şaxname"ni Tehrana, "Şax-in-şax"a
hədiyyə göndərib. Hərbi gimnaziya təhsilli "Şahənşah" isə, Stalinin hədiyyəsi
əsasında "Şahnamə"ni yenidon "düzəltdirib", BağOd Evİndən xəbərsiz
"Paxtavan" - "Pəhləvan" - "Pəhləvi" şücaəti ilə "Şahnamə"sini bayraq kimi
qaldırıb, dünyaya car çəkib ki, mən "Fird ou si" varisiyəm, dünyada ən qədim
mədəniyyət banisiyəm, mənə səcdə edin!
Görürsünüzmü nə qədər gülüncdür bu "Yer" mədəniyyəti?! "Təhsil" illəriniz
havayı gedib, ey "Farsist"lər?!
Dərk eləyirsənmi, düşünürsənmi yetirdiyin "şərqşünas"lar kimə, nəyə xidmət
eləyirlər, ey şüursuz "hökmdar!"
Həqiqətdən - Oddan ayrılan ÜnƏs necə "ins"an olubsa, eləcə də "nas" -
"natsiy" olub, EvƏrƏs - "Pers" OdƏrim məndən ayrılıb dilinə "dəri" deyəndən
sonra, ƏrÜzüm məndən ayrılıb özünə "Rus" deyəndən bəri Ər Üzü - İşıq mənası
çatmır sizə!
İndi de görüm, ey şüursuz, Firdovsi kim oldu? EvƏr EvƏs? Xeyr! EvƏr
EvƏs nə "Fird ov si", "Fird ousi" adında şair var bu "Yer" adında təhrifxanədə,
qəhbəxanədə, tüstüxanədə, nə "Firdovsi"nin "Şahnaməsi!"
SafAğ Elmini bax belə yeyirsiniz, ağ günlərə çıxırsınız, ey özləri özlərini
yeyən qurdlar - canavarlar!
Nəhəng, kor-kobud bədənli, mələk sifətli, alagöz Mariya - "Məryəm ana" hiss
olunmadan dal otaqdan çıxıb, qonaqlarına təmiz nimçə paylaya-paylaya gedib,
qayıdanda Sestranın biləyini öz güclü pəncəsində sıxıb gətirib, Mədəddən gizlin,
Səmədə yeni "ukol" vurdurmuşdu. Mədəd öz sürəkli nitqindən o vaxt ayıldı ki,
xırıltı kəsilmişdi, Səməd hətta, qollarını stolun üstünə qaldırıb, yanağını sol
əlinin üstünə söykəyib, gözlərini açıb, bir növ sakit nəfəs alırdı. Mədəd xeyli
təəccüblənib, duruxub, əmisinə doğru əyildi.
- Elə bil yaxşılaşdın!..
Səmədin üzündə təbəssümə bənzər işartı əmələ gəldi.
- Çıraq sönməzdən əvvəl işıq saçar, əzizim, dedi. - Sən danış, danış!..
Çalmağı, oxumağı da unutma. Eşidim son dəfə...
Mədəd dikəldi.
-"Fird ou si" əhvalatını bildiniz. Belədi bizim dünyamız!.. Firdovsidən
sonrakı ən görkəmli SafAğ Alimi "Nizami"nin "Xəmsə"sində rəmzləri necə
anlaşılmaz şəklə salıblarsa, "Nizami"dən sonrakı ən görkəmli SafAğ Alimi
"Nəimi"nin "Cavidnamə"sində, "Nəimi"dən sonrakı ən görkəmü SafAğ Alimi
"Nəsimi"nin "Divan"larında OdƏr sözlərini, Bağ, Sar Odlarını - adlarını -
rütbələrini də eləcə dəyişdiriblər: "dəri"sini - OdƏr sözlərini büsbütün çıxarıblar!
Cəhalət mücəssəməsi "Fars"ın ƏsEvÜn əvəzində işlənən "zəban"ında "dəri
soymaq" OdƏr Dilini pozmaq mənasında işlənir. Cəhalətin dəhşətinə baxın ki,
"Hüruf"i adı altında gizlənən SafAğ Elmi on beşinci əsrin ilk illərində
Səmərqənddən Misrə qədər zülməti - cəhaləti qovduğu halda, Misir sultanının
Nəsimi haqqında hökmündəki "dərisi çıxarılsın" sözləri həm də həqiqi mənada
dəri soymaq kimi başa düşülüb, ey "Fars" mənasız!
"Fars" "maqnit"i nə üçün göndərilir, qandınmı?! Heç olmasa hiss elədinmi ki,
"Yer" adlanan bu qəhbəxanənin, tüstüxanənin ehtiraslarına bağlanmaq məhz
fanilikdi, çürümək, torpağa qarışmaqdı, ey OdƏrBağa yad"torpaq!"
"Əbədiyyət" - EvOd EyOd bu SimOd Alimin sabahında, OdAğ-Üzdədi!
"Firdovsi" - EvƏr EvƏs də OdAğÜzdədi. Məhz EvƏr EvƏs
adında şair əyləşib orda, Alim şairlərin arasında, öz evində, "Yer"də yazdığı
iyirmi min misrasının iyirmi mini də, əzbər bildiyi təhrif dilli "Şahnamə"si də
beynində.
"Söhrab" adında hökmdarı - Sarı da var o "Şahnamə"nin, "Rüstəm Zal"ı da.
Rüstəm Zalın böyüdüb tərbiyə elədiyi "Səyavuş" kimdi, "Şahnamə"də tez-tez
"at"a, "it"ə, "siçan"a çevrilən adamlar kimdilər və nədilər?!
Bilirsinizmi, ay ət torbaları?! Casus şərqşünas alimləriniz açıblarmı sizə
"Şahnamə" rəmzlərini? Xeyr, açmazlar!
Dəlimiz Dam direktor Ələskər müəllimdən, bu SimOd bədbəxtdən, Xızrnan
Çürükdən, qismən də Səmi ilə Şöşüdən başqa bir köpəyoğlu bilmir hələ mən nə
üçün danışıram bu İlan "möcüzə"lərini və nə deyirəm.
Mən deyirəm: nə alimlər qanırlar "Şahnamə" nə olan şeydi, nə tərcüməçilər,
nə də oxucular. Yəni siz, ey bədbəxtlər! Nə də "Azərbaycanın ən gözəl
guşələrində hərəsinə bir "villa" tikdirdiyiniz "farsist", "ərəbist" professorlarınız
bilmirlər! Səhərdən axşama, axşamdan səhərə qədər Sudüşən çəmənində manqal
tüstülədə-tüstülədə Firdovsinin "dəri" dilindən sitat qışqırırsınız o "alim"lərinizin
hüzurunda! Moskvanın "Leypsix" mağazasında satıcı "sestra"larınıza "Şaxname"
bağışlayıb "Drevnyaya Persiya" qışqırırsınız! Əlinizdə "koptorq çeki"*
cibinizdə
bazar milyonu, dilinizdə "dəri" dili, "dəstan Firdovsi!"
Bütün başqa dəstanlarımız kimi, "Fars şedevri" adlanan o əsərin əsli də
başdan-ayağa rəmzlərdən ibarətdi.
İndi açacam o "at"a, "it"ə, "siçan"a çevrilən adamların sirrini.
İlanm məkri ilə "Qrek" - "Latın" - "Fars" birliyinin "parçala, hökmran ol"
hökmü ilə "İr+an", "Tur+an" adlandırılan "Türk" ərazisində sərhəddən-sərhədə
keçəndə "əskər" - əski Ər "at"a dönüb çapır, "it"ə dönüb izə düşür, "siçan"a
dönüb yerin yarığına girir ki, "Söhrab"dan "Rüstəm Zal"a xəbər çatdırsın.
Söhrab şahdan?
Yox, ey "zoban" Təhriflər!
"Şah" yoxdu, ƏsAğ var, Yaradan SafAğ İnsan.
"Söhrab" yoxdu, Sağ ƏrEv var.
"Söhrab şah" - Sağ ƏrEv ƏsAğdı.
________________
*Alver əhalinin əlinə keçdiyinə görə, Sovet dövləti "importnıy tovar" - xarici mal almaq üçün xüsusi
"çek" satırdı.
"Rüstəm Zal" - ƏrƏsOdMon ƏsƏldi. Yaradan Əlin Yaradan İşıq Həqiqəti!
Əski Ərlar "at"a, "it"ə, "siçan"a dönə-dönə Sağ ƏrEv Əs-Ağdan ƏrƏsOd ƏsƏlə
- "Rüstəm Zal"a xəbər aparırlar ki, "Səyavuş"u - ƏsEy EvƏsi - Yaradan Evin
Uca Yaradanını, yəni SafAğ Elmini hələ Sağ ƏrEvə - İşıq Evinə qaytar. Yəni
onuncu əsrdə Din pəncəsində məhvə gedən Sağ ƏsÜn "Sasan" dövlətini bərpa
elə. Budur "Şahnamə" həqiqəti: bütün dəstan bu fikrin üstündə qurulub.
Tarixdə nə "Söbrab" adında "şah" olub, nə də "Rüstəm Zal" adında
"pəhləvan", ey bədbəxt "farsist"lər! "Zal" - ƏsƏl - Yaradan Əl, (diqqət yetirin)
Bağ Atanın Əli - Oğlu EySardı! "Qalaktika"mızın - QalAğımızın ƏlAğı -
"Allah"ıdı! "Səyavuşu" - ƏsEy EvƏsi əsirlikdən yalnız "Zal" - ƏsƏl - Yaradan
Əl - EySar qaytara bilər. EySar! "Səyavuş"u -ƏsEy EvƏsi - Yaradan Evin Uca
həqiqətini yalnız "Zal" - ƏsƏl - EySar bərpa edə bilər. "İr+an"la - Ərlərlə
"Tur+an" - OdƏrlər arasında hərb -zor - silah yox, "Zal" - ƏsƏl - Yaradan Əl -
ƏlAğ EySar - "Allah" işləməlidir!
Budur "Şahnamə" həqiqəti! Ayrılmışları birləşdirmək cəhdi! Bəs sizin
"Birliyi"niz nəyə xidmət eləyir, ay "Şiə" - ayrı bədbəxtlər?!
Yalnız SafAğ Elmini öyrənənlərə məlumdur ki, "Firdovsi" niyə deyir:
"Rüstəm Zal Simurğun yuvasında böyüyüb". Naşı oxucu çiynini çəkir: "Bu nə
əfsanədi belə?! Necə yəni Simurğun yuvasında böyüyüb?!" Rəmzlərə bələd
oxucu isə əvvəlcədən bilir ki, "Simurğ" -SimƏrAğ gəmisinin yuvası Kainatdı!
Cibində KPSS bileti gəzdirən Təftiş Abbas oğluna ƏlAğının rəmzi adını
qoyub, ey kar-korlar: "Zal" - ƏsƏl!
"Zal"ımız - ƏsƏlimiz - Yaradan Əlimiz - ƏlAğımız - "Allah"ımız otuz dord
yaşına qədər bu "Yer" - EyƏrdə olub" deyən şagirdlərimizə deyirik: "Yer" -
EyƏr Kainatda deyilmi, ey Kainatı "bu dünya"ya, "o dünya"ya bölən "ins"an?!
Bildinmi ƏlAğdan nə üçün ayırıblar səni, niyə Şiə - ayrı eləyiblər?! Halbuki,
"şiə" də ƏsEyin - Uca Yaradanın təhrifidir.
Mədəd köksündə zərbli döyuntülər hiss edirdi; birdən duruxub, yenə xırıltı
eşidib, qəhərdən boğula-boğula əmisinin şüurunun üstündə olub-olmadığını
bilməyə çalışanda Sestranın səsini eşitdi:
- Necə qəddarsan sən, Mədəd! Palaç tı! İzverq!
Bu səs, bu sözlər bir neçə dəfə təkrar olunandan sonra birdən çılğın qışqırtıya
çevrildi:
- Ubiytsa! Svoloç! On je otets tvoy! "Oynaş!, ne oynaş", vse je rodnoy
otets! Vsem izvestno, çto on tvoy otets!
Şüşəli çaxnaşdı. Zərif üzlü, ala gözlü, ağbirçək Sestranın bu qədər ağrı" zərbə
vuracağım nə Şüşəli gözləyirdi, nə də Mədəd özü. Gözlərini Sestra ilə Xəlvətin
arasında sürətlə gəzdirib, zərbənin, əslində Xəlvətdən gəldiyini başa düşüb,
dəhşətli təhqirdən ürəyində döyüntülərin əməlli-başlı tappıltılara döndüyünə fikir
vermədən, lap asta, yorğun səslə, gözlənilməz sözlər dedi:
- Necə dəyişdirim mən səni, ey müqəddəsimə "oynaş" damğası vuran!
"Ata"ın deyil axı, ay qancıq!
Sestra diksinib dala çəkildi. Mədəd ağlayırdı:
- Qulaq as!
"...Qədim Rus dövlətinin tarixi"ni kim yazıb?
İkicə nəfər, EvƏrEydən xəbərsiz, russkoyazıçnıy "Yevrey" yazıb! Bütün
"SSRİ xalqları", başda KPSS-in Siyasi Bürosu olmaqla, o ikicə nəfər kar-kor
"Yevrey"ə inanıb deyirlər "axır ki, tariximiz yazıldı!"
Dinlə, ey "Rus" məhləsi! Diqqətlə dinlə:
Gör nə yazıblar: "Şimal ölkələrində geniş xalq kütlələrinin Rus dövləti
haqqında təsəvvürlərini düzgün əks etdirən Skandinaviya eposunda Rus dövlətini
"Qard arika", yəni möhtəşəm binaları, hədsiz sərvətləri, çoxlu malları olan
şəhərlər ölkəsi adlandırılır və deyilir ki, "Rus knyazlarına – konunqlara* xidmət
göstərməklə şan-şöhrət və dövlət qazanmaq olar".
Nədi bu? Soruşuram, əgər "Skandinaviya" əhalisi qədim "Rus" dövlətini
"möhtəşəm binaları, hədsiz sərvətlıri, çoxlu malları" olan şəhırlər ölkəsi "Qard
arika" - GurOd ƏrAğ** addandırırsa və "Şimal ölkələrində geniş xalq kütlələri"nin
təsəvvürü də belədisə, siz buna niyə etiraz eləyirsiniz, ey ikicə nəfərdən ibarət
"Rus Dövləti tarixi" yaradanlar? Niyə fəxr eləmirsiniz bu tarixlə?!. Təhrif
"Skandinaviya" "dil"lori GurOd ƏrAğıma "Qard arika" deyib, bu öz yerində, bəs
siz mənim "Möhtəşəm binaları olan şəhərlər ölkəmin" qədimdən də qədim
_____________
*"Ko nun(g)" OdÜndən, Həqiqət Ünü eşidən insan mənasında şüurlu uzaqlaşdırılmış, düzəlmə
sözdür.
**"Qard" və "qorod" - GurOdun. "arika" ƏrAğın təhrifidir. Öz GurOdlarından (vilayətlərindən)
qovulduqca OdƏrlər Şimalda yeni-yeni GurOdlarda məskunlaşırdılar. "Rus" (ƏrÜz) ƏrƏsEy -
"Rusiya", GurOd ƏrAğ da sonradan yaranıb təkrarən itirilmiş ərazilərdəndir.
tarixini niyə "Kiyev"dən başlayırsınız?! "Kiyev" - OdEv və "Nov qorod" - ÜnEv
GurOd nəhəng dövlət tərkibində iki balaca şəhər olubsa, hansı mötəbər məxəz
əsasında iddia edirsiniz ki, bu şəhərlər "Rusun iki mühüm mərkəzi olub?!" Əgər
yazdığınız kimi, "eramızın ilk əsrlərində əhali əsası "Rus" kökündən olan "Ros"
(ƏrÜz) "Rosoman" (ƏrÜzMən) adları daşıyırdılarsa, "Rus dövləti" yalnız
doqquzuncu əsrdə Kiyevlə Novqorod şəhərlərinin birləşməsindən sonra
yarandı?! Bağdayla müharibənin ardınca "Rus" ərazisində şəhərləri xarabazara
döndərən "Alenksandr Makedonski"ni, İlanın fəxri fatehini niyə gizlədirsiniz?
Sizin hansı mənəvi birliyiniz var o İlanla?! "Rosomon" - "RusMən" - ƏrÜzMən
sözündən, öz ana dilinizdən niyə, niyə titrətməyə düşürsünüz?! "Roks Alan" -
ƏrOdƏs ƏlÜn sözlərinin şərhini niyə gizlədirsiniz, ey SafAğ məxəzlərinə, öz
əcdadlarına göz yuman təhriflər?!
Dünyaya yaymısınız ki, "Aleksandr Makedonskiy ne bıl v Barde.
Makedonskiy ne voeval s Rossiyey".* "Nizami - anaxronizm." Büs-bütün tarixdən ibarət olan "Xəmsə"nin
"İsgəndərnamo" qisminin tarixiliyini gizlotməklə, "Bərde" - Birodu gizlətməklə,
"Əxi" - AğEy məskənini, AğÜz vilayətini gizlətməklə nə qazanırsınız? Bu sualın
cavabında da "qızıl" sözü gəlir!
Təkrar, təkrar, təkrar eləyin, ey bədbəxt cavanlar! Təkrar eləyin, Nizaminin
sözlərini: "yeddi vilayətdən yeddi yüz min ordu ilə" İskəndərin qabağına çıxan
Ki(n)tal - OdƏl - əbədi Bağ "Atilla" əbədi "Dəri" - OdƏr qoruyan ƏrÜz - "Rus"
dövləti "anaxronizm"dir?! Skandinaviya eposunda "möhtəşəm binaları, hədsiz
sərvətləri olan Rus dövlət"i "yalan"dır, "Kiyev"lə "Nov qorod" şəhərlərinin
birləşməsindən sonra "yaranan" Rus dövləti doğru?. Planetin bütün tarixçiləri
bağırırlar ki, "Rus tarixi"ni Kiyevdən yox, dünyanın başlanğıcından başlamaq
lazımdır. Arxivlər doludur bu sözlərlə! Bu da yalan?! EvƏrimdən xəbərsiz ikicə
"Avram"ın yaratdığı tarix doğru?!
OdƏl - "İtaliya" imiş! ƏrƏl ƏrimƏl - "Rom ul", "Roma", "Rim" imiş! ÜnƏs
OdƏr "Nestor" imiş! BağOdƏr ƏrAğ "Patriarx" imiş.' "Rim" də Bağdayı təmsil
edən BağBağÜn - "Papaqan", "Papaq", "Babək" imiş! Təhrifin miqyasına bax, ey
"Rus" məhləsi! "Nestorun" möhtəşəm şəhərlər ölkəsində yaydığı Ər ƏlAğ -
(ƏlAğ İşığı) "Religiya" imiş! ÜnEv GurOd "Novqorod" imiş! OdEv "Kiyev"
imiş! ÜnEv GurOdla OdEvin ƏskiƏrləri
_______________
*Y.Bertelsin ifadəsidir.
ilə quldar "Vizantiya"nın üstünə gedən OdEyƏs ƏlAğ "Knyaz Oleq" imiş!.. Öz əlilə öz
xalqını təhrif edib İlanın quluna çevirib əvəzində qızıl yığan "Avram"ın İlan məxəzləri
əsasında quraşdırdığı "qədim Rus dövləti tarixi" tarix deyil, ey "Rus!" OdEyƏs ƏlAğ -
"knyaz Oleq" "Vizantiya"da məğlub olub. Məcburən yürüşə gedibmiş ki, bəlkə Bağday
OdƏrlərinin köhno mokanlarından heç olmasa bir qismini qaytarsın, Şimalla Cənub
arasında əlaqə üzülməsin. Bəli, məğlub olub. Yüz min monax "Bibl"lə silahlanıb düşüb
GurOdun - "Qorod"un canına. "Türk" dilində nə varsa, hamısını yandırıb, "Bibl" soxublar
ƏrÜzün, EvƏrEyin onsuz da təhrif dilli ağzına!
Eşidirsənmi, ey "Rus" məhləsi? Məndən niyə aytrtblar səni qanırsanmı?!
"İzverq" demə mənə, "Sestra"! Evindəki "ikona"da birinci sırada duran, EySarı Qrek
KeSanna satan, EySann BağOdƏr təyin elədiyi* SimÜnün - "Simon"un gözlərini ovduran
"Patriarx" "Pavel"inizdi izverq! EyOd OdƏrlərini "İudey"lərə döndərən, özlərini
"Yevrey" qələmə verib EvƏrEy OdƏriərini bütün planetdə Vatikana xidmətə məcbur
edən "Papa"nızdı izverq! Dönə-dönə təkrar edin, ey cavanlar! Ərim -"Rim"dən başlamış
Od - "Ki" - "Kin" - "Çin" ərazisinin ucqarlarına qədər, BağSar - "Misr"dən, ƏrAğ
"İraq"dan başlamış SarUcAğ - "Səl-cuq" ərazilərinin "UcRum", "Sibir" (ƏsEvƏrEy) -
Subir** ucqarlarına qədər yeridilən "dil" siyasəti nəticəsində Tərik - "Türk" olan xalqm
əksəriyyəti əslindən-kökündən ayrılıb. "Tarix"imizdə "Xanlıqlar dovrü" deyilən bir ifadə
yaranıb. "İzverq"in fəaliyyətinin bəhrəsinə baxm: Bakı xanhğında "Türk", "Ərəb", "Fars"
dilləri qarışığında, Quba xanlığında ƏrimEy (OdƏr), Fars dilləri qanşığında danışıblar!
Şəki xanlığında bir cür qarışıq dildə danışıblar! Xalq o qədır avamlaşıb ki, mən "Bakı"nın
əsli - BağOddu, "Quba"nın əsli OdBağdı, "Şəki"nin əsli ƏsOddu deyəndə, hətta
həqiqətimizə az-çox bələd olanlar da üz-gozlərini turşudurlar: "Nə olsun ey?! OdBağ
olmasın "Quba" olsun, nə mənası var?!
Məna budu ki, adı ƏrOdƏl olan "Osmanlı" qardaşım özünə "Ərdal" deyəndə bu Alim
SimOd boğula-boğula qışqırıb: "Necə yəni "Ərdal", ey ÜnÖnü*** qardaşım?! Necə
dözürsən bu təhrifə - təhqirə?! Adını - Odunu - Həqiqətini itirən Torikdən nə qalır?!
____________
*SimÜn BağOdƏr "ikona"larda "Pyotr" adlandırılıb.
**Qreklərin təziqi altında Ulu Bağ ƏsƏlMənin məclisinin hökmü ilə OdƏl ("Atilla") Bağdayın
sonuncu - beşinci vilayətini tərk edib öz ƏrSarları ("rısar"ları) və OdƏrlərin böyük bir qismi ilə
birlikdə ilk dəfə "Sibiv"də məskunlaşmışdı.
***Türkiyənin məşhur dövlət xadimi.
Bayaq Möcüz mənim miskin dostum Şövkət Tahirin şerini dedi, "Koroğlu"
dəstanı haqqında həqiqət öldü.
Sənin üzündə rişxəndli təbəssüm vardı onda, farsistlərin, ərəbistlərin də içiniçin hırıldaşırdılar.
Mədəd - BağOd o hırıltını qulaqardına verəmmir. Qulaq asın!
EySarımız "Türk"ün öz Od - həqiqət kökünə qayıtmasını tələb edir. Odur ki,
"Yer"ə vaxtaşın yeni-yeni "dəstan"lar - OdƏs OdÜnlər göndərir. Yaradan
Həqiqətin Həqiqət Ünü - OdƏs OdÜn deyir: "Yer"də Od yoxdu, "at" saxlayan,
"Alı" var. BağOdƏr yoxdu, "mehtər" var. OdƏr yoxdu, "Kiər" - "Kor" var. OdƏr
AğƏli yoxdu, "Kor oğlu" var. ÜnOdƏr AğÜn yoxdu, "Nigar xanım"lar. EyEvƏs
yoxdu, "Eyvaz" var. ƏsAğ OdÜn yoxdu, "Aşıq Cünun" var. Aşıq Cünun sazını
çalsın, qoşmalarımı oxusun, kor oğullarıma şərh eləsin ki, "Yer"də Gur Od
yoxdu, "Qır at" var, OdƏr Odu yoxdu, "Dür at" var. OdƏl yoxdu, "Dəli" var.
OdƏsƏl yoxdu, "KiƏsƏl" - "Keçəl" var. HəmƏs yoxdu, "Həmzə" var. AğƏl
ÜnƏs yoxdu, "qılınc" var. "Allah"ımın - ƏlAğımın - EySanmın Ünü eşidilmir.
"Cünun"um - OdÜn Əli - "Alı" "dəstan" deyir, dərk edən yoxdu.
"Dəstanımın elə məqamı çatıb ki, indi daha diqqətli olmağa çağırıram bu
"Badamlı" məclisini.
Vaxtı çatıb, hamı bilməlidi ki, Ermənilərin çuğulluğu nəticəsində
Peterburqdan "Türk", "Fars", "Ərəb" dillərini, "Quran"ı, SafAğrəmzlərini bilən
xüsusi adamlar göndərirmişlər ki, "Naxçıvan" - "İrəvan", Göyçə, "QazaxBorçalı", AğBabalı aralarında gizlin tədrislə məşğul olan Şeyx Əlini tapıb
öldürsünlər. Ün eşidən SafAğ Alimi Şeyx Əli isə təhlükəni əvvəlcədən bildiyinə
görə, gecənin birindo evi tərk eləyib, öz tədris sahələrindo axırıncı dəfə gəzə-
gəzə "Koroğlu" dəstanının bütün qollarını son dəfə öz şagirdlərinə qələmə aldırıb
BağOdƏr Əlini "Meh-tər Alı" OdEyÜnƏs Odu (Günəş Həqiqəti) əvəzində
"dəniz atı" deyib. Altı qitəli "Yer"in sahibi Ulu Bağ ƏsƏlMənin - "Süleyman
padşah"ın Odunu - adını "altı ayaqlı dəniz atı" rəmzində gizlədib. "Dəniz atı"
"dəniz"dən çıxıb, "mehtər Alı"nın otardığı ilxıda bir madyanı sürüb. O
madyandan iki qulun olub və sairə. "Koroğlu" "dəstanı"nın başlanğıcı, dediyim
rəmzlər "Aşıq Alı"nın ömrünün son aylarından yadigardı. O yadigarları mən öz
ömrümün son günündən yadigar kimi danışacam indi...
Əmimə baxma, Rəhim kişi.
Mənə bax: "Koroğlu bayatısı" oxuyuram:
Koroğlunun çən qalası,
Ərşə dayanıb naləsi,
Düşmənimnən qəvisi,
Heç o da yalqız olmasın.
"Koroğlunun bərk qalası" deməyib "Aşıq Alı" - ƏsAğ Əli, "çən qalası" deyib.
Çünki şəhərləri, kəndləri tərk etməyə məcbur olan xalqımız dağlarda çəndə-
dumanda gizlənirdi. "Aşıq Alı"nın öz taleyi də "Koroğlu" - OdƏr AğƏl taleyi
idi.
"Düşmənimin ən qəvisi, heç o da yalqız olmasın" deyib, sizin Fars-pərəst,
ruspərəst "folklorçu"larınız gör necə dəyişdiriblər o mələk İnsanın sözlərini:
"Ördək ilən qaz balası, heç o da yalqız olmasın". Nədir bu?! Niyə belə gülünc
hala salıblar o ali sözləri?! Səbəbi kindir, Rəhim kişi! Əsrlərlə aşılanmış kindir
ki, indi səni mənə "düşmənimin ən qəvisi" eləyib. Əmma mən son qəviyə də
yalqızlıq diləmərəm, "Koroğlu" dəstanın ən savaysı, ən ləru "aşıq" dilindən
yazıb, vicdansızcasına təhrif eləyib çapa verən Mirqəzəb kadrına - "folklorçu
professor" Təhmasiblə onun adını təmiz saxlamağa çalışan "folklorçu"
yetirmələrinə də yalqızlıq diləmərəm! Yalqızlıq xiffətdi, fərəhsizlik, ruhsuzluq,
ümidsizlikdi!
Diqqətli ol. Tanı Koroğlunu!
Tarixçilərimiz Koroğlunu on yeddinci əsr Cəlalilər üsyanının başçısı
eləyiblər. Deyirlər Cənubi Azorbaycanlıdı Koroğlu. Şəkil çəkiblər, başına keçə
papaq qoyublar, ayağına çarıq geyindiriblər Koroğlunun. Yəni xalqın rəmzini -
özünü "Alı kişinin oğlu" təki zırpı, kobud bir insana çeviriblər: "Plov yeyəndən
sonra bığını silkələyəndə bığıdan tökülən düyüdən toyuq-cücə yeyib doyarmış!.."
Guya xalqa xoş gəlmək üçündü bu. Bəs əslində nədi? Od Ərliyindən uzaq, avam
Türkü kökündən uzaqlaşdırıb, "korun oğlu"na çevirmək cəhdidir. İkinci qism
kinlilər deyirlər Kürddü Koroğlu. "Əslin kürddü, haramzadə!" - oxuya-oxuya
GurOd OdƏrlərilo "Tərik" - "Türk" dillilərin arasında nifaq sahrlar. Guya məhz
"Kürd"lüyünə görə Koroğlu Paşaları, Xanları qırıb çatır. Üçüncülər deyirlər
"təkə türkmən"di. Yəni qoyun sürüsünün qabağınca gedən keçidi, Osmanlılar isə
bir dağ aşınmını Çənli bel adlandırıblar. Deyirlər Koroğlu bütün "Türk
xalqlarının qılınc qəhrəmanıdı!"
Tanımırlar özlərini Tərik OdƏrlər: "Beş qurddan yaranmışıq biz", "Türk"
güclü deməkdi; "Türk" Qılıncı ilə tanınır", "Türk fatehdi". Məsəl var: "Öz adımı
qoyum sənə, qalasan yana-yana!.."
Sestranın bu dəfəki qışqırtısını Xəlvət öz dilində təkrar etdi:
- Ölür!.. Ölür, ay qatil!
Mədəd isə, birdən-birə ağır-ağır çalmağa, oxumağa başladı:
Titrəyir əllərim, tor görür gözüm,*
Mənmi qocalmışam, ya zəmanəmi?!.
Cürə elə gözlənilmədən də susdu və sükut içində bu dəfə Mədədin heybətli qışqırtısı
şüşələri cingildətdi:
- Çiyinləri Kalaşnikovlu "qılınc qəhrəmanları"sınız hamınız. Elminizi,
zəmanənizi, özünüzü görməyən, korlar millətisiniz! Əsil mənada Təriksiniz, mənası
olmayan "Türk"sünüz! Öldünüzmü?! Bir şey qana bildiniz-dirildinizmi?! Təkrar edirəm:
"Türk" fateh olmayıb heç zaman.
Böyük əksəriyyəti öz vətənindən kənarda təhrif olan bədbəxtdir! "Atilla" fəth etməyib
"Avropa"nı - EvƏrEy Bağını, Qrek-Latın ordularından, qan tökməkdən, əbədiyyətini
itirmək təhlükəsindən qaça-qaça gedib məskunlaşıb öz qədim Təriklərinin
məskunlaşdıqları torpaqlarda. Bəli!
Təkrar, təkrar, təkrar edirəm: Koroğlu Qılınc qəhrəmanı deyil, ey Təriklər! Şerlərini
oxuduğun o yanan Pünhanımız xüsusi ƏsƏr yazıb, tarixi faktlarla sübut eləyib ki, hətta o
qaniçən Teymurləngimiz də qarşısıalınmaz hadisələr nəticəsində yürüşlər eləyib öz
torpaqlarımıza! Hətta İldırım Bəyazid də fateh deyil, əksinə, Xaç yürüşlərinin qarşısını
alan müdafiəçidir! Hətta "Konstantinopol"u fəth edən məşhur Fatehimiz də fateh deyil,
əksinə, qədim Bağdayının torpaqlarını Qrek-Latınlardan azad edən xilaskardır!
"Çin səddi"nin "Türk"Tərə müqavimət üçün çəkilməyi fatehlərin uydurmasıdır!
Əslində Qreklərə qarşıdır o sədd!
Qayıdıram "Koroğluya".
Min dəfə demişəm, min birinci dəfə deyirəm: SafAğ Elminin bütün "dəstan"ları -
OdƏs OdÜnlərin başdan-ayağa rəmzdi.
Koroğlu qocalıb, əldən-ayaqdan düşüb. Dəlilərindən, Nigarından ayrılıb. Yolun ağına
düşüb gedir. Haraya, niyə getdiyini özü də bilmir. Bir kişiyə rast gəlir, xəbər alır ki, o
çiynindəki nədi? Məlum olur ki, "tüfəng"di, təzə çıxıb, qılıncsız-filansız, uzaqdan-uzağa
öldürür adamı. Koroğlu inanmır buna, deyir vur o öküzü öldür qıraqdan. Kişi öldürür
_______________
*"Görmür gözlərim" olmalıdır. "Aşıq Alı"nın Ündən aldığı qoşmada Koroğlu məhz "kor"dur:
dəyişmiş zəmanəni görmür.
öküzü. Koroğlu başa düşür ki, zəmanəsi qurtarıb. Sazını köynəkdən çıxarıb başlayır haray
təpməyə ki, "tüfəng çıxdı, mərdlik getdi, ay haray".
Nədi bu?
Adi, sadə hekayə?
Bəs bu adi, sadə hekayənin altında nə var?
Dəhşətli bəşəri faciə var, Rəhim kişi.
"Yer"də zamanın, mühitin zorakılığı, cahilliyi əbədi insan OdƏr AğƏli qocaldıb
ölümlü insana çevirib. "Kor"oğlu "kor"un "Öküz"ü -"KiƏsi" - OdƏsi - Yaradan həqiqəti
öldürən "zəmanə"dən – ƏsMəndən başı çıxmır. Qanmır ki, ƏsMən - Yaradan Bağ yox,
"kor"oğludu qocalan, ölümə məhkum olan!
EySar öz "Dəlilər"ini - OdƏllorini yenidən "Çənli bel"o - gözə görünməyə - batinliyə,
"Koroğlu"nu - OdƏr AğƏlin SafAğ həqiqətinə çağırır. Yəni OdƏr OdƏrliyində qalır.
Budur "dostan"ın mənası.
Bədbəxtliyimizin bircə səbəbi var, ey Qonaqlılar, Tahirlilər, Qurbanlılar: OdAğÜzdən
ayrılmısınız! Odurki, özünüzü OdƏrliyinizi görməyən kor oğullarsınız! "Aşıq Alı"
EySann Ününü eşidə-eşidə yazıb, "Koroğlu"nu "aşıq"larımıza ƏsAğlarımıza verib ki,
danışsınlar, şərh eləsinlər, savadsız qalan xalq içində elmimiz bərpa olunub insanı
"Heydər"ə - EyOdƏr babamızla övladlarına bağlasın, siz isə şəkk-şübhə ilə baxırsınız
üzümə ki, "Alı hara, Ün hara?!." Təkrar edirem, əbədi Ulu Bağ ƏsƏl-Mənin, "Comərd",
"Süleyman", "Musa ağa" adları altında gizlənməyə vadar edilmiş BağSarımızın bu taydakı
Oğludu Şeyx Əli - "Aşıq Alı". Bağ Oğlu Bağdı. Sizdən fərqi nə idi? Gizlin beyni - Bağ
Ünü vardı. "Səməd" - SimOdun yazdığı həqiqəti tamam sərfnəzər eləyənlər, Nəiminin,
Nəsiminin haqqında uydurmaların müəllifləri deyirlər:
"Hürufilər insanı Allah səviyyəsinə qaldırırdılar".
"Nəim" (i) - Ünüm ikən, "Nəsim"(i) - ÜnƏsim ikən, yəni hər ikisi insan və Bağ ikən,
hər ikisinin şagirdləri - OdƏrlər də insan və ƏlAğ ikən "bir olan "Allah" - mif
səviyyəsinəmi qalxırdılar, ey "şərqşünaslar?!" ƏlAğı, öz irsini dərk edə bilmiyən alimibiəməllər "Aşıq Alı"nın Elmini də dərk edəmmirlər!
Məşhur "Ustadnamə"sindən bircə sətrə qulaq asın:
"A", "B" dedim, "iki" saydım, "B" oxudum.
"A" - "Əlif" - ƏlEvdi. "B" - Bağdı ("A", "B" dedim, yəni ƏlEv, Bağ Atanın Evinin
Əli Bağdı dedim). "İki" - "EyKi" (saydım), yəni EyOd - Uca Həqiqət dedim, B - Bağ
oxudum".
Aydın deyilmi ki, "Aşıq Alı" adı ilə tanıdığınız o "adi" "aşıq" da "hürufı"di,
SafAğdı! Firdovsinin, Nizaminin, Nəiminin, Nəsiminin davamçısıdı! Yəni
SafAğ Silsiləsi Alimlərinin ən batinlərindəndi!
Alının yetirməsi Ələskərin - AdıPünhan ƏsAğ ƏlƏsOdƏrin sətrinə qulaq
asın:
"ƏlƏsTü"dən "B" "Əli" dedim, nə xoş kəlamdı yuküm".
ƏlƏs - Yaradan Əldi. Bağ Atanın yaradan Əli - EySar. "T" - Oddu. ƏlƏsOd -
Yaradan Əlin həqiqətidi. "B" - Bağdı. "B Əli" - Bağ Əlidi, yeni EySar. Ələskər
deyir: "ƏlƏsTüdən - Yaradan Əlin həqiqətindən danışıb "Bağ Əli" dedim, yəni
"EySar" dedim, görün "yüküm" - Elmim necə xoş kəlamdı".
Bildinizmi ki, "Aşıq Ələskər" adı ilə tanıdığınız o "adi" "aşıq" da "hürufi"di -
SafAğ Alimidi?! Firdovsinin, Nizaminin, Nəiminin, Nəsiminin davamçısıdı!
Yəni "Ələskər" - ƏlƏsOdƏr do Silsilə Alimidi!
Görürsünüzmü, İlan "Din", "Religiya", döşü "xaç"lı "patriarx", başı
əmmaməli "imam" zülməti əsrlərində Elm necə "podpolya"ya gedir, necə
"çekist" olur! "Mandatam poşadı net", cənab Sestra!" Qeyri-bərabərlik, zülm
düşməni Mayakovskiy Nizaminin "Xəmsə"sindən dərs almışdı, ey Rus məhləsi:
Rus dili imkan vermədi ki, o bədbəxt də "Dəli" - OdƏl - Dil həqiqəti ucalığına
qalxsın, bu bədbəxt "Səməd" - SimOd kimi, o da üsyan istədi və məhv oldu!
Sizin bu "Birliy"inizin, sabahkı açıq "Boz qurd" canavarlarının dilində
Bağday - "Az ər bay* (vay) can" ərazisinə dəhşətli bir bəla gəlir. Adını hamınız
eşitdiyiniz, "şərqşünaslıq"da büs-bütün təhrif edilmiş "Şeyx Səfi"ni, "Heydər"li,
"Şah İsmayıl"ı yada salın. Əzabkeş ƏsAğ "Səfa" - SafAğ ikən "Şeyx Səfi"nin
şair nəvəsi "İsmayıl"ı kim "Qızıl-başa" - "Şiə"yə döndərdi?! "Türk" adlandırılan
qardaşlarının üstünə müharibəyə kim qaldırdı onu?! Həmincə İlanın Kərbəlayı,
Hacı rütbələri altında gizlənmiş Vatikan casusları on beş yaşlı beyni qan
"İsmayıl"ın ƏsEvƏlliyini gizlədib hər gün, hər gün "Sən Şiəsən! Sən Şiəsən!",
"Sən Türk deyilsən, "müsəlman Türk" sənin düşmənindi" deyə-deyə
törətmədilərmi Çaldıran müharibəsi qırğınını, ey kar-kor "şərqşünas"lar?!
Aranızda bircə nəfər düşünən varmı ki, SafAğ "Divan"ı müəllifi "Şah İsmayıl"
ismi Pünhan ƏsAğ ƏsEvƏl ikən niyə "Səfi" - "Səfəvi" adlanan təhrif dövlət
yaratdı və o "Səfəvi" adlananlar nə səbəbdən o tay-bu tay "Muğan"a - Bağlara
hücum çəkib dörd yüz min "Muğ" - Bağ qırdılar?!
___________
*"Vay" və "Bay" sözləri xalq icində eyni mənada islənir.
Xəlvət Astaradan bir bizburun molla gətirib. Bu ötən dörd ayda gecələr burda mənlə,
Şöşüylə qabaq-qənşər oturub araq vura-vura azı beş min dəfə deyib: "Sultan Səlim əlli
min Şiə qırıb!" Şöşü gülür: "Ninninisən, a Ninnini!" Mən susurdum. Çünki o bizburunun
bu təbliğatının nəticəsini görürdüm. Tək bir dəfə dedim: "Bəs o dördcə yüz min Muğu
niyə demirsən, ey casus belə-filan?!" Bir dəfə də özümü saxlıyammayıb stuldan itələdim,
başı taxtaya çırpıldı, çoxlu qan axdı. Qanını görəndə özünü itirdi, tir-tir əsdi bizburun:
"Dəymə mənə!" - dedi, yalvardı. "Şah İsmayılın özünü də elə o Kərbəlayı, Həci casuslar
öldürüblər, özlərinə Səfəvi deyiblər", - dedi.
Budur sizin sifətiniz! Bağdayın ən qədim dövrlərdən bu son əsrlərə qədər nə qədər
şan-şöhrətli, müdrik şahları, sultanları olub! Bizburun mollanın niyə məhz o bədbəxt
təhrif İsmayılı, məhz o casuslar hakimiyyətini təbliğ eləyirsə və siz bunu sabah-birisigün
dilinizin əzbərinə çevirib, bütün tariximizi danacaqsınızsa, axırımız nə olacaq, ey
Təhriflər?!.
Mədəd nəfəsini dərib, ağır təmkinlə "hürufani"* çalmağa başladı.
- İndi vidalaşaq, ey Təhriflər.
Gözləri əmisinin ağsümük üzündə göyümtül çalan gözlərinin dərinliyindəki yaşıllığa
dirəndi. Cürənin qara sinəsinə iri-iri damlalar töküldü. Xəlvət kresloda titrəyib ayağa
qalxdı:
- Ölüb axı!.. Çalma daha!.. Sən nə təhər əmioğlusan əşi!..
Mədəd gözlərini sildi.
- Kəs səsini! Bircə saat bundan əvvəl "oynaş" oğlu idim! Dilini dəyişdirdim,
Rəhim kişi. Hələlik bununla kifayətlənək... Dəstanım qurtardı.
Dal otağın qapısı açıldı. Qara geyimli, boz sifətli, çiyni "Kalaşnikov" avtomatlı,
ucaboy, zəhmli bir oğlan yaxınlaşıb "pomost"da ayaq saxladı. Səmi idi: Səmədin
Torksindən olan yeganə oğlu.
Səminin səsi də zəhmli, qorxunc idi:
- Qalxın, rədd olun burdan!
Mədəddən də heybətli qışqırtı qopdu:
- Qırılmalısınız! Əmma Xəlvətin səsində insan səsi eşitdim. Sükutunuzda
peşimançılığa oxşar bir şey görünür. Səmi, əlini çək tətikdən.
Sən yaşamalısan, Kalaşnikovla yox, sözlə öldürüb, sözlə diriltməlisən cəhaləti!
"Pomost"dan endi, stollardakı "Badamlı"ları bircə-bircə götürüb di-varlara çırpa-
çırpa, pavilyonun bütün şüşələrini sındırıb tökdü. Sonra
___________
*El arasıntla "rufani". "ruhani" adlanır. "Aşıq'* ƏsAğ Kamandar "həqiqət" deyirdi.
qayıdıb, əmisini qucağına götürdü, ağsümük üzünü meyidin ağsümük üzünə
sıxıb, şüşə parçalarını xınca-xınca çıxıb, kəndə doğru uzaqlaşdı. Şüşəlinin dəmir
skeletinin ətrafında, çinarın çılpaq budaqlarının altında heç kəs tərpənmirdi, heç
kəs dillənmirdi. Heç kəsin xəbəri yoxdu ki, ağsümük üzünü meyidin ağsümük
üzünə sıxıb, səhərin alatoranında yol-iz seçmədən səndələyə-səndələyə gedən
Mədəd özü də indi meyid kimi, ağlını, hissini, duyğusunu itirmiş ölü kimi bir
şeydi. Bərkiyib daşa dönmüş beynində yalnız bir fikrə, hissə bənzəyər bir
qığılcım göz açıb, Sultan Əmirlinin, Mədəd Əmirlinin, Sura, Torksin Əmirlilərin
qəbirlərinin sırasında, təzə qəbirdə özünü - əmisinin Bircə balasını, Varisini,
Tədqiqatçısını da əmisi ilə yanaşı görürdü; üç para kəndin cəmaatından hələ heç
kəsin xəbəri yoxdu ki, qucağında meyid aparanın özü də meyid idi. Üç para
kəndin cəmaatı ilə birlikdə, bütün "Yer"də hələ heç kəsin xəbəri yoxdu ki, həmin
bu vaxt, sazaqlı dekabr səhərinin alatoranında EyƏrin BağOddan azmış "Baki",
"Bakı", "Baku" adlanan "kor" millət şəhərində, "Hüsü Hacıyev" küçəsi ilə "Həzi
Aslanov" küçəsinin kəsişdiyi yerdəki binanın mənzillərindən birində heç kəsin
anlamadığı bir bədbəxt OdƏl oturmuşdu, gecələr saat on ikidən səhər saat
yeddiyə qədər OdAğÜz BağOdƏr planetindən ən əziz, ən doğma insanın -
EySarının səsini dinləyə-dinləyə yazdığı bu ƏsƏri ilə "Yer" bəşəriyyətinə lənət
oxuya-oxuya deyirdi: "İsa", "İisus" adlandırdığın EySarla, BağSar AğEyin -
"Musa ağa"nın nəslindən "Muğanna" arasında rabitə yaranıb, ey ÜnƏs -
"ins"an"! Oxu bu Əsəri, dəhşətə gəl, ay qatil! Ayıl və anla ki, "Əbədiyyət" əfsanə
deyil, EvOd EyOddur - Həqiqət Evinin Uca həqiqətidir, ey EvOda "Əbəd",
EyOda "iyyət" deyən bədbəxt! Oxu bu ƏsƏri - Yaradan İşığı, Odu dərk et, təhrif
"beynin"lə, çürük bədəninlə döyüş, saflaş, əbədi ol. Öz EvOdÜnündə - öz
"bədən"ində, EyƏrində əbədi! Sənin ana dilində "na bojyem yazıke" deyirəm:
insan əbədi yaşaya bilər. Odu dərk etsən, əbədi yaşayacaqsan, ey cahil,
"SimƏrAğ", "GurOd" adlarında Kainat gəmilərini, Ulu Bağ ƏsƏlMəni, EySar
ÜnEvi, EvƏrimi, EySan, Bağlarını, Bağ Atanı görəcəksən. Uca Odlarınla -
əcdadlarmla birgə OdAğÜz BağOdƏrə OdAğÜzdən EyƏrə uçacaqsan. Bütün
Kainatın əbədi sakini olacaqsan. Bundan böyük xoşbəxtlik olarmı, ey Odsuz -
həqiqətsiz bədbəxt "kor" - OdƏr?!
Əlavə xəbər: İşıq gəmilərinin "Yer"ə enməyinə lap az qalıb.