İsa Hüseynovun "Məhşər" romanı elektron kitabxanamızda (Oxu)

İsa Hüseynov (Muğanna)

-

Yazıçının icazəsi ilə elektron kitabxanamıza daxil edilib.


İsa Hüseynov (Muğanna)

MƏHŞƏR

(Roman)


İNKAR


Mən cümlə cahanü kainatəm.
Nəsimi


1

Yer üzünün bir qismində Teymurləng, o biri qismində Tamerlan adı ilə tanınan Səmərqənd əmiri ilk yürüşlərini başa vurub İranı, Azərbaycanın cənub torpaqlarını, Ərməni və Qaxeti fəth edib, Kür çayı boyunca Azərbaycanın şimalına gəlib, burada gözlənilmədən Şirvanşah İbrahimlə müqavilə bağlayıb Səmərqəndə qayıtmış, səltənətinin düşməni—Qızıl Orda hakimi Toxtamış xanla növbəti vuruşmalardan sonra yeni böyük yürüşə başlayıb bu dəfə Bağdada qədər gedib çıxmış, oradan qayıdanda isə İran — Rum sərhədində İldırım Bayəzidə bac verən qalalara basqın etmiş, qarət malını və ailəsini yaz açılana qədər Zəncanda qoyub, Bayəzidin lap qulağının dibində, Ərməndə qışlamağa getmişdi. Bu o deməkdi ki, Teymur artıq öz qüdrətinə inanır və Sultan Bayəzid kimi şöhrətli bir cahangirdən belə çəkinmirdi. Bu vaxt Rum torpağı içərisində, öz iqamətgahı Bursda oturub tərpənməyən Bayəzidlə birlikdə, Rum qılıncına itaət edən hakimlərin hamısı gərgin diqqətlə, Teymurun yeddi yüz minlik selinin hərəkətini izləyirdi. Artıq hamıya məlum idi ki, həmlələrini qara atlı, qara geyimli süvarilərin ox yağmuru ilə başlayıb, kəhər atlı, qırmızı geyimli bölüklərin axını ilə qurtaran bu dəhşətli selin qarşısında duruş gətirə biləsi bir qüvvə yoxdur. Sayca çox ordu ilə bərabər, Teymur həm də rəhmsizliyi ilə dünyanı sarsıtmışdı. İnsan başından minarələrin, xəndəklərə tökülüb diri-diri basdırılan minlərlə adamın sorağını alan hakimlər, Teymurun yaxınlaşdığını eşidən kimi qala divarları arasına çəkilir, fürsət varkən qaçıb qurtarmaq üçün hazırlıq görür və ya qırğının qabağını almaq ümidi ilə təslim olmağa tələsirdilər.

Yeddi yüz minlik selin viran qoyduğu ərazidə tək bir ölkə qalmışdı ki, Teymur onu rəsmən səltənətinə daxil etsə də, əslində təslim edə bilməmişdi.

O ölkə Azərbaycan idi.

Qalalar arasında tək bir qala qalmışdı ki, Teymur onu uzun illər ərzində mühasirədə saxlasa da, heç cür ala bilmirdi. O qala Naxçıvanda Əlincə qalası idi.

Əlincənin hələ təzə mühasirə edildiyi vaxtlar, Teymurun ordu rəislərindən Əmir Qıymaz, Naxçıvanı dağıtmış, gizlin, yeraltı yollarla Əlincəyə əsləhə və azuqə daşıyan əhalidən beş yüz nəfər kişi seçib, şəhərdə Ziyaülmülk günbəzi adlanan məbədgaha doldurmuş və pəncərələrdən uzun müddət az-az saman tüstüsü buraxaraq, işgəncə ilə boğdurmuşdu ki, bu qırğın salamat qalanlara ibrət olsun, daha heç kəs qala müdafiəçilərinə kömək göndərməyə cürət etməsin. Lakin hələ Ziyaülmülk müsibətindən əvvəl də qalada teymurilərə müqavimət göstərəcək qədər qüvvə vardı. Arazın o tayında Təbrizdən, Kür boyunda Tauş qalasından, Şamxordan və Gəncədən, Şirvan səmtində Şəkidən əli silah tutanların hamısı axışıb Əlincəyə doluşmuşdu. Qalanın içərisindəki geniş dağ yastanasında dəmyə taxıl əkir, mal-davar saxlayır, daşlardan sızan bulaq suyu içir, hündür bürclər və sıldırım qayalar belində gecə-gündüz keşik çəkir və fürsət düşdükcə enişaşağı tökülürdülər.
Lakin teymurilərlə döyüşən yalnız qala müdafiəçiləri deyildi.

1393-cü ilin yazında, Əlincəni mühasirədə saxlayan ordunun qarovul qoşunları ilə, gecə qaranlığında gizlin yolla tuluqlarda qalaya neft aparan naməlum bir dəstə arasında qısa, amma qanlı bir toqquşma baş vermişdi. Bu, uzun illər ərzində, ilin bütün fəsillərində baş verən, həm azərbaycanlılar, həm də teymurilər üçün adi bir hadisə idi. Ancaq Teymurun Bağdad yürüşündən qayıtdığı vaxta düşdüyünə görə bu hadisə narahatlığa və səs-küyə səbəb olmuş. Şirvanşah İbrahim, toqquşmada həlak olan alimənsəb teymurilərin qəbirləri üstündə təziyyə namazı qılmaq üçün Şirvan sədrəddini* Şeyx Əzəmin və vəzirlər vəziri qazi Bayəzidin başçılığı ilə Şamaxıdan Naxçıvana mötəbər məscid əhlindən ibarət böyük bir dəstə göndərmişdi. Məqsəd qalaya neft aparanlarm neft mənbəyi Bakıya, bakılılara və ümumən Şirvana dəxli olmadığını, yəni İbrahimin öz qüdrətli müttəfiqinə xəyanət etmədiyini sübuta yetirmək idi. Ancaq iş elə gətirmişdi ki, bu barəda deyib-danışmağa ehtiyac qalmamışdı: Qazi Bayəzid döyüş meydanından neft aparanların mənsubiyyətini göstərən bir papaq tapıb Şeyx Əzəmə vermiş, Şeyx Əzəm isə bu papağı əvvəlcə Teymurun oğluna—İran və Azərbaycan hakimi Miranşaha göndərmək istəmiş, sonra Miranşahın öz iqamətgahı Sultaniyyədə olmadığını öyrənib, bu vaxt sorağı Bağdad — Təbriz yolundan gələn Əmir Teymurun özünə göndərmiş və tapşırmışdı desinlər ki, Əmir Teymurun müzəffər ordusunun yeddi il ərzində Əlincə qalasına bata bilməməsinin sirri bu papaqdadır.

Papaq bəyaz keçədən idi. Ərmən, yunan keşişlərinin papaqlarına — mitraya bənzəyirdi. Qabağında göy ipəkdən barmaq enində şəridi, kənarlarında at qılından hörülmüş bir qarış uzunluğunda möhkəm saçaqları vardı.

Şeyx Əzəmin müridləri Bağdad — Təbriz yolunda Əmir Teymurun düşərgəsinə yetişib kim olduqlarını, nə üçün gəldiklərini deyib, hökmdarın hüzuruna çağırılanda, onlarla birlikdə çadıra dəvət olunan alimənsəb seyidlər birağızdan təsdiq etmişdilər ki, bu papaq İran və Azərbaycan əsnafının* «Fəzl» adlandırdığı din düşməni kafir Fəzlullah əl-Hürufinin müridlərinə məxsusdur, belə uzunsaçaqlı bəyaz papağı ancaq o məlunlar — hürufilər qoyurlar.

Fəzlullah adında və «hürufi» kəlməsində nə hikmət vardısa, deyirlər ki, Teymur qapqara olub, papaq əlində, dinməz-söyləməz çadırdan çıxıb, dərhal səfər elan etmişdi.

Bu vaxt Şeyx Əzəm artıq Şamaxıda imiş, Novruz bayramı və şahın tacgüzarlıq günü münasibəti ilə Şirvanşah İbrahimi, ailə üzvləri və alimənsəbləri ilə birlikdə məscidə dəvət edibmiş. Namaz qurtarandan sonra, şah yığışıb getməyə hazırlaşanda, kim isə onu xəncərlə vurmağa cəhd etmiş, amma şahın üstünə cumduğu məqamda özü öldürülmüşdü.
Şamaxıda yayılan xəbərə görə, sui-qəsdçini sifətdən

*Sədrəddin — yüksək ruhani rütbəsi.
* Ə s n a f— “sinif” sözündən, peşəkarlar.



heç kəs tanımamışdı, ancaq ölünün cibindən əlifbanm baş hərfi «əlif» şəklində bir açar tapılmış, bu açan xüsusi mücrü içində şah dərgahına aparıb İbrahimə təqdim edən Şeyx Əzəm və onu müşayiət edən müridləri demişdilər ki, onlar yaxşı bilirlər — bu açar da hürufilərə məxsusdur.

Bütün bunların nəticəsində, Teymurləng zamanının ən məşhur həkimlərindən* və Teymurun ən güclü düşmənlərindən biri — Şeyx Fəzlullah Cəlaləddin Nəimi öz daimi iqamətgahı Bakını tərk edib, böyük qızı, həm də varisi Fatma və yaxın dostları ilə birlikdə, gah Bakı civarının ibadətgah və karvansaralarında, gah da Şirvanın müxtəlif guşələrində, yerini tez-tez dəyişə-dəyişə gizlənməyə məcbur olmuşdu... İllər keçəcək, bir vaxt gələcək, ölünün cibinə qoyulan açarın köməyi ilə düzəldilmiş siyasi fitnə bir də Heratda, Teymurun oğlu Şahruxun iqamətgahında bir qədər başqa şəkildə təkrar olunacaq, hürufilər yalnız «ənəlhəq» deyib allahı insanda görən küfr əhli kimi yox, həm də sui-qəsdçilər və qatil dəstəsi kimi qələmə veriləcək, bu iftiranın və şəriət qanunlarının əsasında, ən görkəmli islam xadimlərinin imzası ilə, hürufi elminin mahiyyətini təhrif edən fitva* çıxarıb uluslara, şəhərlərə göndəriləcək, beləliklə, Teymur səltənətinin paytaxtı Səmərqənddən başlamış, Teymurun varislərinin və əmirlərinin hakim olduqları yerlərin hamısında, hürufi əqidəsinə qulluq edənləri təqib və qırğınların yeni dalğası başlanacaq, Fəzl müridlərinin böyük əksəriyyəti məhv olacaq, salamat qalanlar yazacaqdılar: «Başımız çox bəlalar çəkmişsə də, biz amal və əqidəmizdən imtina etmirik. Biz bilə-bilə həyatdan əl çəkmiş, arvad-uşaqlarımızı qəddar düşmənin əlində qoymuşuq və son nəfəsimizə qədər mübarizə apararaq, Hüseyn*kimi öz həyatınızı əqidəmizə qurban verməyincə sakit olmayacağıq*.

...İllər keçəcək, bir vaxt da gələcək, həyatı əqidəyə qurban verməyi insan üçün ən yüksək kamillik hesab etsələr də, onlar, qələbə arzusu ilə, müxtəlif təriqətlərə qoşulmağa vadar olacaqdılar, bu səbəbdən də bir tərəfdən islam

*H ə k i m — filosof.
Fitva—hökm. _
H ü s e y n (Həllac Mənsur) — X əsrdə İslam qaragüruhuna qarşı məşhur həllacı hərəkatının başçısı, bütün Şərqdə qəhrəmanlıq rəmzi kimi tanınmışdır. Şahruxa sui-qəsdmünasibətilə Səmərqəndə göndərilən məktubdan.

təzkirəçiləri, o biri tərəfdən frəng* səyyahları onları şiə, qələndəri, bəktaşi və sair, hürufilikdən kəskin fərqlənən təriqət adları ilə adlandıracaq, beləliklə, bu dolaşıqlıq və hərc-mərclik içərisində, hürufi anlayışı üzərinə qatı bir anlaşılmazlıq dumanı çökəcək, zaman keçdikcə sonrakı əsrlərdə bu duman daha da qatılaşacaqdı.

Teymurun Azərbaycana ilk yürüşləri zamanı bu deyilənlərin hələ heç biri baş verməmişdi və ”hürufi” kəlməsi altında tamamilə aydın bir qüvvə tanımırdı. Nə qədər ki, Teymur Bağdaddan qayıtmamışdı, Şirvanşah İbrahim bu qüvvəyə nəinki toxunmurdu, əksinə, yalnız özünə məlum olan səbəblərə görə hətta onun artıb yayılmasına da kömək edirdi. Fəzlin iqamətgahında gizlin Əmin Məhrəm adı ilə tanınan bir alimənsəb, şahın tapşırığı ilə, Arazın o tayından Şirvana pənah gətirən qaçqınlara Fəzl adından taxıl, paltar-palaz və sair, güzəranlıq üçün vacib şeylər paylatdırdı, qaçqınlar da, təbii olaraq, gəlişlərinin lap ilk günlərindən Fəzlin alim-şair müridlərinin, xəlifələrinin* məclislərinə can atıb, onların moizələrinə qulaq asırdılar. Sifətlərində eyni müsibətin damğasını gəzdirən, hamısı bir-biri kimi bağrıyanıq didərginlər o moizələrdə, hər şeydən əvvəl, söz yox ki, təsəlli və təskinlik axtardılar. Ancaq moizə zamanı elmə maraq göstərənlər daha çox olurdu. Belələri, yaşından asılı olmayaraq, savad öyrənir və hürufi elmini tədris edirdilər. Vaxtı yetişəndə isə, nəhayət, «Dilbərin məskəninə», «Yari-pünhanın»* hüzuruna çağırılırdılar. Ziyarətə gedən zəvvarsayağı, pay-piyada Bakıya gedib, orada Fəzlin özünün, varisi Fatmanın və ya onların vəkil etdikləri adamın iştirakı ilə keçirilən təntənəli məclisdə suallara cavab verir, hürufi nizamnaməsi əsasında «həqqə vəfadarlığın şərtlərini», yəni nəyə qabil olduqlarını, elmə məhz nə ilə xidmət edəcəklərini danışıb, «kamillər məclisinin» razılığından sonra xirqə, papaq, qurşaq və taxtadan qayrılmış xırdaca rəmzi qılınc alır, Fəzlin «Cavidannamə»sini öpüb, ustada, onun elminə və qayəsinə son nəfəsə qədər sadiq qalacaqlarına and içirdilər. Beləliklə, rəsmi «Fəzl müridi»

* F r ə n g — avropalı. Xəlifə — müavin.
*Dilbər— ürək aparan; yar — köməkçi, yardımçı, yoldaş; Fəzhıllah Nəiminin gizlin adlanndan.
*«C a v i d a n n a m ə» — «Əbədilik əsəri», Fəzlullah Nəiminin əsas kitabı.


adına layiq görüldükdən sonra, bu adamlardan bir qismi müxtəlif gizlin tapşırıqlarla «doqquz şəhərdə doqquz həq ocağı»na, o cümlədən vəliəhd Miranşahın bilavasitə hakimiyyəti altında olan Naxçıvana, Təbrizə və Marağaya göndərilirdilər ki, bu şəhərlərdə öz həmvətənləri arasında «Fəzl həqiqətini yaymaq» işində təcrübə qazanıb sınaqdan çıxsınlar və daha geniş miqyasda fəaliyyətdə olmaq üçün Mazandarana, Kürdüstana, Bodlisə, Sərxəsdə, Bəfxə, Kirmana, Hörmüzə, Şiraza, Bağdada, Şama və hətta Səmərqəndə getsinlər.

Fars və ərəb dillərini mükəmməl bilib, Fəzlin kəlamlarını bu dillərdə asanlıqla izah etməyi bacaran alim və şair müridlər, təcrübə və sınaq dövrü keçirmədən, qiyafələrini dəyişdirib dərviş libasında, Teymurun ordusunun ardınca düzülən araba və dəvə karvanlarına qoşulub qonşu diyarlara gedir, bir-birinin ardınca dağıdılan şəhər və kəndlərin xərabəliklərində dolaşan yurdsuz-yuvasız, ac-yalavac insan selinə qarışıb, uçuq divarlar mətərisində, kalafalarda tüstülənən ocaqlar qırağında moizə oxuyurdular, qan-qırğın içində dinə, allaha, peyğəmbərə etiqadını itirmiş, məhrumiyyətdən çılğınlaşmış adamların qəlbində ümid, etiqad və ehtiras oyadıb, dizlərində, dirsəklərində cır-cındırlarını əsdirə-əsdirə «ənəlhəq» qışqıran dəstə-dəstə allahlar yaranmasına səbəb olurdular və insan ləyaqətini hər şeydən yüksək tutan bu allahların sərgərdanlıqdan əl çəkib, salamat qalan şəhərlərin karxanalan, bazarlan ətrafında — əsnaf icmalarında birləşməyini tövsiyə edirdilər.

Bu daim gəzərgi alim və şairlərdən — «rəmzi qılınc” bahadırlarından başqa, Şirvanda üçüncü qism müridlər də vardı ki, bunlar Fəzldən xirqə alandan sonra, öz adi həyat tərzlərinə qayıdıb, məskən saldıqları yerlərdəki karxanalarda keçə atır, papaqçılıq eləyir, mümkün olduqda icarə ilə yer əkib taxıl becərir, mal-davar saxlayır, qazandıqları para və nemətləri əsnaf icmasının ixtiyarına verib, həm öz ailələrini, həm də ustadın və xəlifələrin məclislərini təmin edir və nə vaxt isə doğma yurdlara dönüb, Fəzlin vəd etdiyi «ədalət səltənətində» yaşamaq ümidi ilə, Fəzl qiyammm başlanmağını və Teymur səltənətinin dağıdılacağını gözləyirdilər. Bunlar Bakıdan Şamaxıya, Şəkiyə və Şəbrana qədər, Dərbənddən, Xəzər sahili boyundan Muğana qədər, Şirvanşahın ixtiyarında olan torpaqlarda bütün şəhərlərə, karvan yollan üstündə örtülü bazarlara, karxanalara və həmin karxanalar üçün barama, yun, dəri verən kəndlərə, obalara, qışlaq və yaylaqlara səpələnmişdilər. Fəzlin öz iqamətgahını tərk etdiyi günlərdə, gecələr onun daim hərəkətdə olan kiçik atlı dəstəsi ilə xüsusi qasidlərlə əlaqə saxlayıb, mənzilbaşında onu qarşılayıb yeni məkanda gizlədənlər haman bu oturaq müridlərdi. Bütün hürufilər kimi, bu müridlər də qeyri-adi dərəcədə cəsarətli, ölümdən pəsinməyən «qorxudan xali» adamlardı. Fürsət düşdükcə, Şirvan ərazisi daxilində Fəzli axtaran atlı dəstələrin başçısı, şahın böyük oğlu vəliəhd Gövhərşahm qarşısını kəsib, Teymurun səfərdən qayıtdığı bir vaxtda, Əlincədə döyüş meydanına hürufi papağı atılmasının da, sui-qəsdin də düşmən işi olduğunu, Fəzh təqib etməklə şahın böyük səhvə yol verdiyini və əgər Fəzlin başına bir iş gəlsə, bütün müridlərin rəmzi qılıncları atıb silaha sarılacaqlarını bidirirdilər. Vəliəhd Gövhərşah, Fəzli heç də həbs etmək yox, şahla danışığa çıxarmaq üçün axtardığını söyləyib, müridləri sakitləşdirməyə çalışırdı. Lakin Əmin Məhrəm adı ilə tanınan gizlin dost tamam başqa,həyəcanlı xəbərlər göndərmişdi: Vəliəhd Miranşah, Şirvanşah İbrahimin Şeyx Fəzlullahı öz himayəsində saxladığını və bununla səltənətə xəyanət etdiyini atasına sübut etmək niyyəti ilə Sultaniyyədən Şamaxıya qasid yollayıb Fəzlin dərhal tutulmasını və Naxçıvana, Əlincə yanındakı düşərgəyə göndərilməsini tələb etmişdi, şah isə əksinə, Əmir Teymura həmişəki kimi sədaqətli olduğunu göstərmək məqsədilə, Fəzli hökmdara öz əli ilə təhvil vermək qərarına gəlmişdi.

Fəzlin özündən, dəstəsindəki müşayiətçilərindən və xəhfələrindən başqa, müridlərdən heç biri Əmin Məhrəm adlı dostun üzünü görməmişdi. Ancaq onun etibarına və sədaqətinə heç kəsin şübhəsi yox idi. Hələ ilk qaçqınlar dəstəsinə Fəzl adından çörək paylatdırıb sığınacaq verdiyi vaxtdan bu günlərə qədər Əmin Məhrəm, Fəzlə nə xəbər çatdırmışdısa, hamısı doğru çıxmışdı. Əlincədə döyüş meydanına papaq atıldığını, papağın Əmir Teymura göndərildiyini də, Şamaxıda, Şah məscidində sui-qəsdin nə məqsədlə düzəldildiyini də Əmin Məhrəm xəbər verib Fəzli duyuq salmışdı. Odur ki, vəliəhd Gövhərşahın sözləri

*Q a s i d — səy edən, çalışan. Hökmdarların məktub, məlumat aparıb-gətirən qasidlərindən fərqi olaraq, Fəzlin qasidləri həm də səlahiyyətli icraçılar idi.

müridləri sakitləşdirmək əvəzinə daha da narahat edir və çaxnaşdırırdı: «Dünya elmlərinin məcmuindən yaranmış «Cavidannamə» ilə iki qarış uzununda rəmzi qılıncı bütün silahlardan kəsərli hesab edən və ömürlərində bir dəfə də əllərinə həqiqi qılınc almayan bu adamlar, doğrudan da silahlanmağa, Fəzl yolunda canlarını fəda etməyə hazır idilər.
Fəzlin Bakını tərk etdiyi gündən bir il sonra — 1394-cü ilin yazında müridlər arasında Əmin Məhrəmin sonuncu xəbəri yayıldı:

Şeyx Əzəm rəsmi fitva ilə Fəzli kafir,
xəlifələri və müridləri isə mürtəd* elan etmiş, üstəlik, şah da möhür basıb, şeyxə hürufiləri bu fitva əsasında mühakimə etmək ixtiyarı vermişdi, Əmin Məhrəm məsləhət görürdü ki, Fəzl, ailəsi və yaxın dostları ilə birlikdə, Şirvan torpağından çıxıb, əlçatmaz dağlara çəkilsin, müridlər isə təğyirlibas olsunlar və imkan tapdıqca onlar da gedib, təhlükə sovuşana qədər gizlənsinlər. Bu məsləhət özü də Əmin Məhrəm dostun sədaqətini, Fəzl başda olmaqla hamını məhkəmə və edam təhlükəsindən qorumaq cəhdini göstərirdi. Lakin gizlin dost ancaq xəlifələrlə görüşdüyü üçün müridlərə bir o qədər də bələd deyildi və xəbəri yox idi ki, vaxtilə doğma yurdlarından didərgin düşüb Şirvanda nicat tapan bu adamlar, ötən illər ərzində bu torpağa öz xərabə qalmış yurdlarından daha çox bağlanmışdılar, Bakını «işıqsaçan pir, səcdəgah», cümlə Şirvanı isə «Nicat yurdu» adlandırırdılar. Bundan başqa, müridlər yaxşı bilirdilər ki, Şirvandan getmək, ümumiyyətlə, vətəni tərk etmək demək idi. Bütün Qarabağda, Naxçıvanda və Gəncə tərəflərdə teymurilərin atdan da iti qaçan dəvələr belində silahlı nəzarət dəstələri gəzişir, Mavəraünnəhrdən, Xarəzmdən tökülüb gəhb bu yerlərin canına daraşmış saysız-hesabsız xəbərgir dərvişlərin nişan verdikləri az-maz şübhəli adarın belə, sorğusuz-sualsız, diz çökdürüb boynunu vururdular. Rəmzi qılınc bahadırlarının və qasidlərin gətirdikləri xəbərlərə görə, Şirvan ərazisindən kənarda daha heç kəs əkin-tikinlə məşğul olmurdu. Təbrizdə çörəyin batmanı altmış dirhəmdən doqquz dinara qalxmışdı. Təbriz əsnafi düşmən əlində ölməyi aclıqdan şərəfli bilib, özünü Miranşahın Sultaniyyədən göndərdiyi tamqaçıların* mühafizəçilərinin qılıncı altına atırdı, buna

*Dindən xaric. B irdin ar— yüz dirhəm.
* Tamqaçı — vergi yığan.

görə də şəhərdə əhalinin yarıdan çoxu qırılmış, əsnaf məhəllələrində evlər boş, dükanlar bağlı qalmışdı. Bütün bunlardan aydın idi ki, Şirvanı tərk etdikdə müridlər Azərbaycanın heç bir yerində qərar tuta bilməyib Ruma, ərəb İraqına, Əcəm İraqına və ya Suriyaya hicrət etməli olacaq, hələlik ancaq insan bətnində yetişən Fəzl qiyamı gecikəcək, vətən daha bir müddət, bəlkə də həmişəlik yağı tapdağında qalacaqdı. Odur ki, gizlin dostun məsləhəti ilə heç kəs, o cümlədən Fəzl özü də razılaşmadı. Naməlum bir məkanda məşvərətdən sonra, gecə qaranlığında, Şirvanın müxtəlif tərəflərinə atlı qasidlər çapıb, müridlərə nazik Səmərqənd kağızında çoxlu surəti çıxarılmış bir məktub payladılar. O məktubda yazılmışdı:

«Bizə xəbər çatıb ki, allah yanında hörməti artıq Seyid Əli dərvişlikdən qayıdıb, köhnə iqamətgahımızda bizi axtarır. O əziz və istəkli dərvişimə mənim atalıq salamımı yetirin və deyin ki, Bakı daha qalmalı yer deyil, qoy təcili oradan çıxsın və heç yerdə ləngiməyib birbaş Şamaxıya getsin. Darvazada Dost Əmin Məhrəmin adamı dayanacaq, o adam Seyid Əlini şəhərdə görüş mənzilinə, Yusiflə Mahmudun yanına aparacaq və Yusiflə Mahmud Seyid Əlini bütün işlərdən hali edəcəklər. Seyid onlarla birlikdə gedib uca minbər qabağında, adı yüksək olanın hüzurunda namaz qılsın və məramımızı o adı yüksəyə yetirsin. Məbada, məbada bir adamın gözünə görünsün. Seyidin şəxsən özünə çatdırm ki, Şamaxıya ordudan çoxlu təğyirlibas adam gedib, şəhərdə gizlənib. Bir aydan çoxdur ki, dərvişlərim o təğyirlibasların harada olduqlarını öyrənə bilmirlər. Onlar kim isə, Adıyüksəyin alimənsəblərindən biri himayə edib gizlədir. Seyid onlann əlinə keçsə, hər şey məhv olar. Yusiflə Mahmuda özüm tapşırmışam: əgər Seyidə bir təhlükə üz versə, onlar Dost Əmin Məhrəmə bildirəcəklər və Əmin Məhrəm özü uca minbər qabağmda namaz qılıb, o Adıyüksəkdən iltimas edəcəkdir. Lakin Seyid bilməlidir ki, Əmin Məhrəmin sözü keçməyə də bilər. İşlərimiz elə gətirib ki, o əziz dərvişimə məhəbbətimin sonsuzluğuna və onu görmək istəyimə baxmayaraq, məcbur olub bilə-bilə onu təhlükənin qucağına atıram. Çünki indi ümidim yalnız onun kəlamının qüdrətinə və yalnız onun namazınadır. Yalnız o bizi batinlikdən çıxara bilər».

Məktub bundan ibarət idi.
Nə ünvanı vardı, nə də imzası. Lakin müridlər Fəzlin müşayiətçilərinin dəst-xətlərini ilk baxışdan tanıyırdılar.

Məktubdakı rəmzlər də hamıya məlum idi: «allah» — Fəzlə, “uca minbər” — şah təxtinə, “Adıyüksək”—şahın özünə, «Bir adam» — Şeyx Əzəmə, «Ordu» — teymurilərə işarə idi. «Namaz qıhnaq» isə gizlin danışıq demək idi. Belə çıxırdı ki, Fəzl, Seyid Əli adında, haradansa uzaq səfərdən qayıtmış müridinin şahla gizlin danışığından başqa daha heç bir qurtuluş yolu görmürdü.

Bu məktub yayılandan sonra, nəhayət, məlum oldu ki, Fəzlin batinliyi — gizlənməsi çox sürməyəcək, bu yaxın günlərdə nə isə həlledici bir hadisə baş verəcəkdir. O hadisənin xeyri, şəri isə indi ancaq Şirvanşah İbrahimin iradəsindən asılıdır.

Müridlər arasında çaxnaşmanı gərgin bir durğunluq əvəz etdi. Hamı gözünü Şamaxının başı üzərində, dağ döşündə boz daş divarları yüksələn Gülüstan sarayına dikib, oradan xəbər gözləməyə başladı.

Salnaməçi yazır ki, bu hadisələrdən on iki il əvvəl, 1382-ci ilin ilk baharında Şirvan camaatı qiyam qaldırıb Şamaxıda Kəsrani sülaləsinin fars hökmranlığını devirəndə, bu qiyamdan bütün Şirvanda tək bir nəfərin xəbəri yoxmuş, o da İbrahim imiş. Səhərdən günortaya qədər cütlə yer əkib, bərk yorulub, əkinin qırağında, ağac altında uzanıbmış. Təxt-tacı zülmkardan aldıqdan sonra özlərinə adil şah axtaran qiyamçı əsnaf və rəncbərlərin elçiləri, İbrahimi quru torpaqda şirin yatmış görüb oyatmağa qıymayıblar. Üzünə gün düşdüyü üçün üstündə çadır qurublar, dövrəsində oturub, başlayıblar gözləməyə.
Şamaxılı silahsazlar, nəqqaşlar, misgərlər, kümçülər, boyaqçılar, papaqçılar, başmaqçılar, xülasə, əsnaf əhlindən kim varmışsa hamısı şad-xürrəm pıçıldaşırmış ki, dünyanın işinə bax, biz ədalət yolunda qan töküb qurban vermişik, amma ədalət başını atıb yatır və yəqin heç yuxusunda da görmür ki, şah olub.

Rəncbərlər isə İbrahimin gah yorğun xanları ilə cütünə, gah da toz-torpaqlı əllərinə baxa-baxa xoşbəxtlikdən ağlaşırmışlar, «ölmədik, bu günü də gördük», «Şirvanın bəxt ulduzu doğdu!» — deyirmişlər.

İbrahim, nəhayət, gözlərini açıb başı üzərində çadır və ətrafında yığnaq görəndə, deyilənə görə təəccübdən nitqi tutulub, bir xeyli dinib-danışa bilməyib. Qiyam elçiləri onu başa sahblar ki, sən tariximizdən bizə məlum olan adil şahımız Mənüçöhrün nəslindənsən, özün də rəncbər içində rəncbərsən, töycünün, tamqanın, zülm qamçısı altında oğul-uşaq saxlamağın nə olduğunu bilirsən, o biri tərəfdən, üstümüzə Teymurləng gələcək deyirlər, Toxtamış xan gələcək deyirlər, bizə öz adamımız, can-ciyərimiz lazımdır ki, həm qədir-qiymətimizi bilib verginin altında qəddimizi əyməsin, həm də öz oğul-uşağımızdan, etibarlı ordu yığıb yurdumuzu talanmağa, yad tapdağında qalmağa qoymasın, odur ki, istəsən də, istəməsən də hamılıqla səni özümüzə şah eləmişik. Budur, Kəsranilərin qəflə-qatannı gətirmişik, arvadını çağırtdır, oğul-uşağını götür gedək, başla şahlığa.

Yeni şirvanşaha hörmət və rəğbətlə bu əhvalatı nəql edən salnaməçiyə məlum idi ki, İbrahimin hələ əli cüt məcində olduğu vaxtlar, o əkin yerindən bir qədər aralı Şəki civarmdakı mülkdə və Dərbənddə onun çoxlu qohum-əqrəbası varmış, Mənüçöhrün ölümündən iki yüz altmış ildən çox bir müddət keçsə də, onun nəslindən Mənüçöhrün özü kimi adil bir şah çıxacağmı və bunun da məhz İbrahim olacağını qiyamdan hələ bir neçə ay əvvəl ölkəyə yayan da haman qohumları imiş. Amma salnaməçi nə Şəki civarındakı mülkdə yaşayan qohumların haqqında bir söz deyir, nə də Dərbənddəkilərin haqqında. Desəydi, ondan soruşa bilərdilər ki, əgər obaları gəzə-gəzə Mənüçöhr törəməsi İbrahim barədə camaatı xəbərdar edən adamlar İbrahimin öz qohumlan imişsə, bəs necə olub ki, İbrahim bütün Şirvan torpağmda gedən bu söhbətdən, üstəlik də qiyamdan xəbər tutmayıb, bütün Şirvan ayağa qalxıb zülm təxtini yıxmağa getdiyi halda, təkcə o, başını atıb yatıb.

Belə bir sual verilsəydi, «rəncbər içində rəncbər» şahın şəxsiyyəti ətrafında düzəldilmiş nağılın sehri dağılıb həqiqətin üzə çıxmasına səbəb ola bilərdi.

Həqiqət isə belə idi ki, Mənüçöhr törəməsinə qiyamdan çox-çox əvvəl hər şey məlum idi.
O, axrnncı Kəsrani hökmdan Huşəng ibn Kavusun əmisi — Dərbənd hakimi Məhəmməd ibn Keyqubadın oğlu idi. Əslən fars və Kəsrani olsalar da, azərbaycanlılarla qohumlaşıb qaynayıb-qarışdıqdan sonra, həm rəsmi şəcərə kitabında, həm də el arasında Dərbəndi adlanan və çoxdan bəri hakimiyyət uğrunda gizlin fəaliyyətdə olan böyük bir

*Mənüçöhr (1096—1120). O ili Teymur «kəşfıyyat yürüşü» adlanan ilk, qısamüddətli yürüşünə başlamışdı.



nəslə mənsub idi. Huşəng, atası Kavus ibn Keyqubadın təxt-tacına sahib olanda, ilk növbədə əmisi Məhəmmədi imtiyaz və ixtiyaratdan məhrum etmiş, onun qızılı rəngdə qeyri-adi saçları və iri ala gözləri ilə azərbaycanlı anasına çəkmiş böyük oğlu İbrahimi isə, hələ o vaxtdan öz təxt-tacı üçün təhlükə bilib, Dərbənddən və Şamaxıdan kənar, kiçik bir əraziyə hakim göndərib, Şəki civarındakı haman mülkdə* bir növ sürgündə saxlamışdı. Orada yaşı qırxdan ötənə qədər ömür sürdükdən sonra, quru torpaqda yatıb şah çadırında oyanan İbrahim, Şirvan əsnafının silahlandığını da, zülm təxtinin devriləcəyi və əmisi oğlu Huşəngin qətl olunacağı günü də əvvəlcədən bilirdi. Çünki əli cüt məcində olsa da, qiyam başçıları — əsnaf ustabaşılan ilə dərbəndlilərin gizlin məşvərətində qiyam gününü təyin edən də, Huşəngin qətlinə hökm verən də özü idi. Hətta o günü İbrahimin özünün yer əkməyə gedəcəyi və qiyam elçilərinin onu cüt arxasında görəcəyi də əvvəlcədən danışılmışdı: atasının köhnə dostu, özünün şəriət müəllimi Qazi Bayəzid belə məsləhət bilmişdi və İbrahim bu məsləhəti dərhal bəyənmişdi.
Odur ki, haman ilk bahar günü, siyasətinin dayağı cütdən həvəslə yapışıb çoxlu işləmiş və bu cür ağır zəhmətə bir o qədər də vərdiş etmədiyi üçün bərk yorulmuşdu. İbrahimin əvvəlcədən bilmədiyi təkcə bu idi ki, adı hakim ikən, Huşəngin kəndxudalarının nəzarəti altında keçirdiyi dərdli, üzüntülü illərinin sonu olan bir gündə gözünə yuxu gedəcək və qiyam elçiləri onun üstündə çadır quracaqlar. Odur ki, gözlərini açıb başı üzərində çadır görəndə doğrudan da təəccüblənmişdi. Amma deyilən qədər də yox, bu təəccüb, əlbəttə bir an olmuşdu. Elçilərin arasında hərbiyunları, hələ lap cavankən at belində, Dərbənd bahadırları ilə məşq etdiyi vaxtlardan ona tanış olan əyri Dağıstan qılınclarını və oğlu Gövhərşahın sevincdən pörtmüş üzünü görər-görməz o hər şeyi başa düşmüş, ancaq, əlbəttə, şevincini büruzə verməmişdi. Əgər Gövhərşah orada olmasaydı, İbrahim bəlkə soruşa da bilərdi ki, kimsiniz və məndən nə istəyirsiniz. Lakin onun cəsarətinə və müdrikliyinə səcdə edən oğlunun qarşısında həddindən artıq riyakar görünməmək xatirinə susub, qiyam elçilərinin özlərinin dillənməsini gözləmişdi. Elçilər onu böyük minnət və yalvar-yaxarla təxt-səltənətə dəvət edəndə, Mənüçöhr

* Mülk v ə ya ocaxlıq — hakimin istifadəsinə verilən torpaq sahəsi belə adlanırdı.

törəməsinin ala gözlərinin üstünə çəpər kimi enən uzun, qonur kirpiklərinin arxasında necə incə bir təbəssüm gizləndiyini hətta indi, on iki il keçdikdən sonra da bir kimsə bilmirdi. Çünki incə mətləblərini İbrahim, hətta «Gövhərim» adlandırdığı oğluna da açmırdı. Şirvanşah İbrahim belə adam idi.

Hələ Əmir Teymurla müqavilə bağlanılan ildən İbrahimə məlum idi ki, bu müqavilə vəliəhd Miranşahın ürəyindən deyil. Müqaviləyə əsasən, Miranşahın ulusunda — Dərbənddən başlamış Bağdada və Həmədandan Rum sərhədinə qədər, vaxtilə Çingiz xan törəməsi Qazan xan Hülakunun hökmranlıq etdiyi böyük ərazidəki hakimlər arasında təkcə şirvanşaha müstəqil ordu saxlamaq ixtiyarı yerilmişdi, vəliəhd Miranşah isə, hakimiyyətə qiyamla gəlmiş İbrahim kimi tədbirli bir adamın Hülaku ərazisi daxilində müstəqilliyinə dözmür, şahla bütün görüşlərində ona açıq-aydın nifrətlə baxıb, sinirli, hətta çılğın danışırdı... Əmir Teymurun yaşı artıq altmışdan ötmüş, üstəlik də, cavanlıqda ox yaralarından zədələnmiş bədəninin bir şaqqası qurumuş, deyilənə görə, sağ qolu və sağ qıçı şam kimi ağarmışdı. Səfər vaxtı düzənlik yerlərdə, dəniz otu və ya yunla doldurulmuş arabada uzanır, dağlıq və dərə-təpəli yerlərdə, at belində uzun müddət yol gedəndə dodaqlarını bir-birinə sıxıb, bir kəlmə də danışmırdı. Bütün bunlar İbrahimi gələcəyə baxmağa, hakimiyyət vəliəhd Miranşahın əlinə keçdikdə nələr baş verəcəyini müəyyənləşdirib qabaqcadan tədbir görməyə vadar edirdi... Yeddi il bundan əvvəl, Şeyx Fəzlullahın Şirvana təzə gəldiyi vaxtlar, İbrahim Bakı hakimi Hacı Firidunu saraya çağırıb, şeyxə Bakıda iqamətgah verməyi, onun müridlərini isə karxanalarda, dükan-bazarda yerləşdirməyi tapşıranda, Şeyx Əzəmlə bərabər, məclisin bütün üzvləri və hətta şahın kölgəsi kimi dayanıb daim onun fikirlərini təkrar edən köhnə müəllimi — vəzirlər vəziri Qazi Bayəzid də bu tapşırıqla razılaşmadıqlarını bildirdilər. «Dinimiz içində on iki sufi təriqətindən ikisi xüsusən qeyri-məqbul və zərərlidir ki, onun da ən zərərlisi hürufilikdir», — dedilər. «Fəzlullahın elmi küfrdür. Müsəlmanla tərsaya*, yəhudi ilə bütpərəstə fərq qoymur. Onun elminə görə toz-torpaq da, kəlb*, kərkəs* də allahdır» — dedilər.

*T ərs a — xaçpərəst.
*Kəlb— it, kərkəs — quzğun.

İbrahimin təxtə çıxdığı gündən bəri birinci dəfə idi ki, alimənsəb təbəələri onun sözünü çevirib üzünə ağ olurdular.

İbrahim kirpiklərini gözlərinin üstünə endirib, daş kimi tərpənməz üzlə oturub, qapalı bir dünyaya çevrilmişdi. Təxtin arxasında, gümüş haşiyəli xırdaca qalxanları sinələrinə sıxıb, əlləri qılıncların qəbzəsində, hərəkətsiz dayanmış, danışmağa ixtiyarları olmayan candarlardan* başqa, bu məclisdə təkcə Gövhərşah dillənmirdi. Bir də ki qurşağının üstündən sallanan bir batman əti qucaqlayıb, hamıdan aşağıda oturmuş tacirbaşı Hacı Nemətullah, şahın sözünün yerə düşməyindən pərt olub susurdu. Lakin bir azdan Ibrahim, nəhayət, kirpiklərini qaldrrıb Hacı Nemətullaha baxdıqda, Hacı şahın ondan nə istədiyini başa düşdü və buxağının ətini əsdirə-əsdirə danışmağa başladı: «Dünya kafnun* üstə bərqərardır. Söz və hikmət əhlinə, o cümlədən Şeyx Fəzlullaha hörmət borcumuzdur... Yaxşı və yamanı da, müşəlmanı və tərsanı da, pakı və murdan da bir olan allah özü yaradıb. İti-pişiyi də, qarğa-quzğunu da özü yaradıb. Əgər Fəzlullah bu məxluqatda da allahın əlamətini görürsə, deməli, onun gözü bizimkindən işıqlıdır».

Hacı Nemətullahın bu məntiqi müqabilində yalnız Şeyx Əzəm danışa bilərdi və şahın səbrinə bələd olan məclis indi onun məhz Şeyx Əzəmə üz tutacağını gözləyirdi.
Lakin Hacı sözünü tamamlayanda İbrahim dərhal ayağa qalxdı: «Şeyx Fəzlullah bizim düşmənimizin düşmənidir. Elmi küfr də olsa, özü bizə gərəkdir»,— dedi və bununla da məclis qurtardı.

O məclis olanda Əmir Teymurla müqavilənin bağlandığı gündən cəmisi bir il keçmişdi, bütün dünyada məşhur ipəyi ilə özü özünə təhlükə yaradıb, tez-tez qonşu xanların, sultanların hücum və talanlanına məruz qalan Şirvanda əmin-amanlıq məhz həmin müqavilənin sayəsində bərpa olunduğu üçün İbrahimin əyan-əşraf və üləmasının hamısı hələ bu müqavilənin sevinci ilə yaşayırdı. Kür boyu Aran torpaqlarından və Şamaxı ilə Mərəzə arasında karvan yolu üstündəki toxmacarlıqların ara-bərəsində tikilmiş kümxanalardan onlarla dəvə belində şəhərə daşınan qızıl

* C a n d a r - şahın şəxsi mühafizəçisi.
* K a f-n u n — (kon) — olsun. İslam anlayışına görə, dünya allahın bu kəlməsindən yaranmışdır.


qiymətli baramanın daha heç bir talançıya, qarətçiyə qismət olmayacağını düşündükcə, onlar teymuriləri heç də düşmən yox, əksinə, dost və himayədar hesab edirdilər, Əmir Teymurla onun varislərini, o cümlədən Miranşahı da, qan içində üzən dünyada yeganə salamat ada kimi qalmış Şirvanın qələsi, qalxanı hesab edir, gündə beş dəfə qıldıqları namazı Əmir Teymurun adı ilə başlayır, həm öz aralarında, həm şah hüzurunda söhbətlərini də Əmir Teymurla başlayıb onunla da qurtarırdılar. Odur ki, «düşmən» deyərkən İbrahimin teymuriləri nəzərdə tutduğu onların xəyalına da gəlmədi. Çünki bu adamlar hələ nə Miranşahın düşmənçiliyindən xəbərdardılar, nə də İbrahimin teymurilərə gizlin düşmən münasibətindən. Şeyx Fəzlullahın kainatdan və insandan bəhs edən elminin, əslində, teymurilərə qarşı çevrilmiş silah olduğunu isə, İbrahimin özü ilə Gövhərşahdan başqa hələ bir kimsə bilmirdi. Buna görə də o məchs hürufilərin xeyrinə qurtardı və Fəzl Bakıda iqamətgah aldı.

O vaxtdan keçən yeddi il ərzində Teymur səltənəti nə qədər böyüsə də və Səmərqənd əmiri yenilməz bir cahangir kimi şöhrətlənib yeni qüdrət kəsb etsə də, Fəzl müridlərinin ayağı dəyən yerlərin hamısında yüz minlərlə adam teymurilərə itaətdən çıxıb «batin » olmuş və ya əlçatmaz-ünyetməz dağlara, sıldırım qayalıqlara çəkilmişdi. Hürufilərin «Fəzl günü» yetişəndə batinlərlə birgə bütün o dağlar, qayalar da teymurilərin üstünə yeriməli idi. İbrahimə lazım olan da bu idi. Onun fikrincə, Şeyx Fəzlullah artıq işini görüb qurtarmışdı. İşin sonrasını daha şeyx özü görməməli idi. Əvvəla, ona görə ki, yeddi il bundan əvvəl Şirvana adi şeyx adı ilə gəlmiş bu adam, indi artıq «mühiti-əzəm şeyxi», «xilaskar Mehdi»*, «Natiq»*, «Allah» adlanır və yalnız teymurilərin zülmü altında olan şəhərlərdə yox, Şirvanın özündə də əsnafm səcdəgahma çevrilirdi. O biri tərəfdən, Fəzlin gizlin iqamətgahının Bakıda və hürufi ocağının Şirvanda olduğu daha heç kəsdən gizlin deyildi. Kiminsə xəyanəti üzündənmi,

* Batin — Quranın bətnində—daxilində gizlin məna axtaran, ortodoksal dinə düşmən adam.

*On ikinci imam əl-Mehdinin «xilaskar» adlandırüması xilafət daxilində mübarizə ilə əlaqədar idi: öz zamanma görə mütərəqqi sufi təriqətləri Mehdinin nüfuzunu Məhəmmədin ilk xəlifələri Əbu-bəkrə, Ömərə, Osmana və onlarm davamçılarının hakimiyyətinə qoymuşdular.
* N a t i q — peyğəmbər.



yoxsa teymurilərin bütün Şirvanda qorxusuz, qadağasız gəzişən xəbərgir dərvişlərinin səyiləmi, hətta İbrahimin hürufilərlə son dərəcə məxfi əlaqəsi də Miranşaha çatdrılmışdı. İndi söhbət ancaq bu əlaqənin üstündə idi. Ya Miranşah İbrahimin hökmdara və şəltənətə xəyanətini sübut edib, nəhayət, arzusuna çatmalı, ya da İbrahim hürufilərlə dost yox, düşmən olduğunu sübut edib, uzaq yürüşdən qələbələrlə qayıdan hökmdarın görüşünə həmişəki sədaqətli müttəfiq kimi getməli idi.

Gülüstan sarayının əsas binası xanəgahla Şah məscidinin arasında, gizlin yeraltı yollar üstündə ağ mərmərlə döşənmiş geniş, hamar meydan vardı. Əmin Məhrəm haradansa çapar göndərib Fəzlin elçisi Seyid Əli ilə onun yoldaşlan barədə şahı xəbərdar etdiyi günün axşamı, ikindi namazından sonra İbrahim bu meydanda dayanmışdı.
Sarayda bu saat ruhi rahatlıq və allaha yaxınlıq saatı olduğu üçün, şahın bütün ailə üzvləri və yaxm adamları xanəgahın birinci mərtəbəsinin qiblə tərəfindəki hündür qübbəli ibadət otağında mehrabın qabağına toplaşmışdılar. Bir az əvvəl İbrahim özü də orada idi. Başında bəyaz əmmamə, əynində ağ ipək çəpkən üstündən həmişə ibadət vaxtı geyindiyi göy ləbbadə, Şeyx Əzəmlə Qazi Bayəzidin ortalığında dayanıb, mükəbbirin* oxuduğu ayənin bir kəlməsini də ötürmədən, səliqə-sahmanla namaz qılırdı. Sonra şeyxlə qazini şübhələndirməməyə çalışaraq, könlünün təklik istədiyini bildirib, ikinci mərtəbədə xəlvətiyyəyə qalxdı.
Xanəgah elə tikilmişdi ki, ibadət otağından mukəbbirin səsi daşların arası ilə keçib, xəlvətiyyənin qübbəsində əks olunub, yenidən, bütün aydınlığı ilə eşidilirdi. Odur ki, İbrahim, bir qismini ibadət otağında dinlədiyi surənin ikinci qismini pillələri qalxanda, axırını isə artıq xəlvətiyyədə canamaz önündə diz çökəndə təkrar edirdi. Gündə beş dəfə, hər dəfə də azı yanm saat ibadət çox vaxt apardığı üçün namazı pozmaq günah sayılsa da, işi yol verməyəndə bəzən o, iki-üç namazı birləşdirib bir dəfəyə qılırdı, bəzən də indiki kimi, yarımçıq qalxıb xəlvətiyyəyə gəlirdi. Şahm hürufilərlə əlaqəsinə aid,


* Mükəbbir — namazı idarə edən.
*Xəlvətiyyə- yalnız şahla onun yaxın nədimlərinə məxsus otaq.

faş olmuş sirləri içərisində tək bir açılmamış sirr qalmışdı: Fəzllə xəhfələrinin Dost Əmin Məhrəmi ilə vəliəhd Gövhərşahın eyni adam olduğunu hələ heç kəs bilmirdi və İbrahim, yeddi il ərzində xüsusi diqqət və qayğı ilə qoruduğu bu sirri axıra qədər qorumaq fikrində idi. Buna görə də Fəzl elçilərini Gövhərşahın heç kəsə etibar etməyib şəxsən özünün gətirəcəyini eşidəndə, oğlunun bu gözlənilməz ehtiyatsızlığından narahat olub, onun çaparını dabanı üstə qaytarmışdı ki, Gövhərşah onlan ibadət vaxtı, bütün ibadətlərdən uzun sürən ruhi rahatlıq saatında gətirsin.

Elçilərin taleyi əvvəlcədən həll edilmişdi. Seyx Əzəmin iddiasına görə, Fəzlullahın elmini öyrənən bütün mürtədlər kimi, elçilərin də nəfəsi sehrli və zəhərli idi, buna görə də onlar elçixanaya və ya pişgaha* buraxılmadan, eşikdə həbs edilməli və bu vaxt şahı kafirlərin sehr və zəhərindən qorumaq üçün şeyx özü də orada olmalı, Fəzlullahın xəlifəsi Seyid Əlinin kəlməsi müqabilində kəlmə deyib, onu zərərsizləşdirməli idi. İbrahim buna razılıq vermişdi. Lakin elçiləri Gövhərşahın özünün müşayiət etdiyini biləndə, rəsmi fitva ilə dindən xaric olunmuş adamların arasında vəhəhdi Şeyx Əzəmin görməsini istəməyib, ruhi rahatlıq saatmı, adətən məsciddə keçirən şeyxi də xanəgaha çağırtdırdı və xahiş etdi ki, namazdan sonra şeyx ibadət otağında qalıb özü şahzadələrə hədis oxusun.

İbrahim hiss edirdi ki, cavanlıqdan qanına hopmuş məxfi fəaliyyət vərdişi onu həddindən artıq ehtiyatkar edib. Hələ dağ döşlərinin qarlı vaxtında ləşgərgahdan qoşunla gedib Fəzlullahı axtaran vəliəhdin axtardığını tapmayıb elçilərlə qayıtmasında şeyx bəlkə də heç nə görməzdi. Lakin Ibrahim onu da hiss edirdi ki, hürufilər Şirvanda yurd salandan bəri fikirdən və yuxusuzluqdan sifəti zərd olmuş Şeyx Əzəm, rəsmi fitvanı əlinə alandan sonra, indi daha heç kəsə güzəştə getməz, öz elmləri ilə insanı allaha şərik çıxaran kafirlərə kömək üstündə hətta şahın Gövhərini, əqli və gözəlliyi ilə bütün Şamaxıya işıq saçan vəliəhdi təqsirləndirməkdən də çəkinməz. Odur ki, xəlvətiyyədə ən etibarlı qulamından vəliəhdin elçilərlə gəldiyini eşidəndə və dərhal ləbbadəsinin ətəyini yığışdrrıb aşağı düşəndə də İbrahimin fikri şeyxin yanında idi.

*P i ş g a h — sarayın baş salonu, şah təxti qoyulan yer.




İbadət otağının yeganə pəncərəsinin dəmir şəbəkələrinin alüguşəli ulduzlan arasından süzülən işıq altında, pillədə ayaq saxlayıb yuxarıya qulaq verdi və yalnız şeyxin bəlağətli səsini eşidib, onun hədis başladığına əmin olduqdan sonra meydana endi, çıraxdarları saysız-hesabsız məşəllə işıqlandırdıqları meydanın aşağısında, dərgah qapısının — baş darvazanın qabağında əsləhələri parıldaşan əsgərxas dəstəsinə doğru addımladı.

Sağ-soldan qara mahud geyimli, san tumac çəkməli, qədd-qamətli adamlar peyda olub, əllərindəki yalın qılıncları böyürlərinə, gümüş haşiyəli, xırda, yüngül qalxanları döşlərinə sıxıb təzim edir və dinməz-söyləməz, gendən-genə şahı müşayiət edirdilər. Bunlar hələ Şəki civarında ikən gecə-gündüz səbir və sədaqətlə İbrahimin keşiyini çəkib, indi də hər yerdə onun arxasınca gəzən candarları, dərbəndli ana qohumları və qayınları idilər, Şamaxıda bu adamların hər birinin böyük mülkü, var-dövləti, qul-qaravaşı, Şamaxı ətrafında hər birinin ayrıca toxmacarlığı, kümxanası vardı. İbrahim onlara dəfələrlə ali mənsəb təklif etmişdi, artıq ahıllaşıb ağırlaşdıqlarını xatırladıb, demişdi ki, oğul-uşaq arasında rahat güzəranlığa başlasınlar. Lakin bu ahıl candarlar indi zamanın daha qarışıq olduğunu, dostla düşmənin seçilmədiyini söyləyib, belə bir zamanda oğul-uşaq arasında rahat yaşamağa razı olmamışdılar.

İbrahim bu sədaqətli qohumlarının müşayiəti ilə dərgah qapısında əsgərxas dəstəsinə yaxınlaşanda, oradan bir nəfər irəli çıxıb təzim etdi. Bu, Gövhərşahdı. İki mehtərin zorla sakitləşdirdiyi göydəmir atı kimi; dəbilqəsinin qabağındakı göy tovuz lələyi, alnını, gicgahlarını sıxıb dəbilqənin arxasında düyünlənmiş göy tirməsi və əynindəki polad sinəbəndi ilə, özü də başdan-ayağa səma rənginə çalrrdı. Qaralmış üzündə vaxtilə atasınınkı kimi qızılı olan yumşaq bığı, saqqalı da yanıb qonurlaşdığı üçün, açıq rəngli, badamı gözləri indi daha işıqlı və daha gözəl görünürdü.

İbrahimin yeddi oğlu bir yana idi, təkcə Gövhərşah bir yana. Cəmisi beş-on günlük ayrılıqdan sonra belə, bu sərvboylu, qulacqollu bahadır körpə kimi qucaqlamaqdan özünü saxlaya bilmirdi. Gülüstan sarayında və bütün Şamaxıda danışırdılar ki, vəliəhd ata nənəsinə, yəni İbrahimin mərhum anasına çox oxşadığına görə şah onu bu qədər 20 sevirdi. Şahın ana qohumları isə bilirdilər ki, məsələ yalnız oxşarlıqda deyildi. Dərbənddən Şəki civarına, oradan da Şamaxıya köçmüş qohumlarm yadında idi ki, İbrahimi anasından lap cavan yaşında, demək olar ki, uşaqkən ayırmışdılar. Gövhərşah isə böyüyüb at minən, qılınc tutan vaxtına çatdıqdan sonra, Kəsranilərin ciddi nəzarətinə baxmayaraq, yasaqı ayaqlayıb, tez-tez Dərbəndə qaçmış, nənəsinin gizlin qonağı olub, yenə Səki civarma qayıdanda nənənin dilindən atasma çoxlu bayatı aparmışdı. 0 illərin məhrumiyyətlərlə dolu ağır günlərində, Mənuçöhr törəməsi ilə görüşə gələn rəiyyət yanında cütün məcindən yapışıb, səhərdən axşama qədər işləyib yorulandan sonra İbrahim haman ağacın altında uzanıb, başını oğlunun dizinin üstünə qoyardı. Bunun nə demək oldugunu yaxşı bilən Gövhərşah isə, hələ o yeniyetmə vaxtında hamını valeh edən incəlik və həssaslıqla, asta-asta nənəsinin bayatılarrndan oxumağa başlardı: «Naçar ağlama. Qapını bağlayan fələk, bir gün açar, ağlama...» Bir-birindən kövrək və yanıqlı olsa da, o bayatıların heç birində ah-nalə və göz yaşı yoxdu.
Hamısı qaranlıq içində işıq, ümidsizlik içində ümid görmək üçün deyilmişdi və bunları oxuya-oxuya, İbrahimin nəzərində, Gövhərşah özü də ümid və işıq timsalına çevrilmişdi. Qiyamdan bir gün əvvəl, əmisi Bəhlulla birgə silahlanıb, atası ilə vidalaşanda Gövhərşah atının cilovunu çəkib yenə də nənəsinin bayatılarından oxumuş və İbrahim, atlılar uzaqlaşıb bələni aşana qədər oğlunun səsini eşitmişdi.
Səhərisi, gəzərgi qohumlan Şəki civarında gizlənmiş İbrahimi tapıb, Gövhərşahın qiyamçıları Şamaxı üstünə bayatı ilə apardığını xəbər verəndə, İbrahim gözlərində yaş titrəyə-titrəyə qəhqəhə çəkib: «Kəsrani xanədanını yıxsa, elə anamın bayatıları yıxacaq!» — demişdi.

Hakimiyyətə gələndən sonra, tacgüzarlıq gününün axırında, boz çuxa və şişpapaq əvəzində, əynində zər naxışlı, qırmızı ləbbadə, başında dörd barmaq enində, firuzə qaşlı tac, camaatın görüşünə çıxıb ənam paylayanda İbrahim, başqa qiyam başçılan sırasmda Gövhərşahı da hüzuruna çağırdı, Kəsranilərin şah tövləsində Hüşəngin şəxsi atları arasındakı göydəmir atlan ona bağışladı, heç kəs soruşmadı ki, tövlədə daha gözəl kəhər atlar qlduğu halda, şah oğluna nə üçün göydəmirləri bağışlayır. Sonra İbrahim oğlunun dəbilqəsinin üstündən öz əli ilə göy tirmə bağlayıb, tirmənin arxasma da eyni rəngdə tovuz lələyi taxdı. Yenə də heç kəs soruşmadı ki, şahlığın rəngi qırmızı rəng olduğu halda şah öz varisinə nə üçün göy tirmə ilə göy lələk bağışladı. Ibrahim isə, hələ o vaxtdan Gövhərşaha gizlin qibtə ilə baxan ikinci oğlu Xəlilullahda həsəd oyatmamaq xatirinə açıb demədi ki, bu səma rəngini Gövhərşaha ucalıq rəmzi kimi bəxş edir; onun öz vəliəhdinə məhəbbətində, atalıq hissindən əlavə, bu cür, mərhum anasından yadigar qalmış bayatı kövrəkliyi də vardı və məhz bu kövrəkliyə görə idi ki, beş-on günlük ayrılıqdan sonra Gövhərşahla görüşəndə onu qucaqlayıb bağına basmasa rahat olmurdu.
Bununla belə, bu axşam oğlunu soyuq qarşıladı.

Gövhərşahın arxasınca, onun təlimxanada aramsız məşqlərinin bəhrəsi olan cavan bahadırlar — əsnaf oğulları, köhnə Şirvan ənənəsi ilə, sağ əllərini qılınc qəbzəsinə, sol əllərini bürünc şinəbənddə həkk olunmuş öküz başının* üstünə qoyub təzim etdilər. İbrahim, hərəsi bir əsgərxas qoşununun* başında, Şirvanı əriş-arğac gəzdikdən sonra əliboş qayıtmış bu bahadırların heç üzlərinə də baxmadı. Öz açarçısı ilə birgə, şah buyruğuna müntəzir dayanmış zindan rəisinə ötəri nəzər salıb irəli keçdi və nəhayət, bəyaz geyimli Fəzl elçilərini gördü.

Onlar üç nəfərdi.
Gövhərşah əvvəlcə üçünü də bir yerdə, «Şeyx Fəzlullahın xəlifələri» adı ilə, sonra yoldaşlarından bir neçə addım qabaqda dayanmış ucaboy gənci Seyid Əli ibn Məhəmməd, arxadakılardan üzü tamam qırışsa da, iri gözlərindən zəhm yağan pərbudaqlı adamı mövlana Mahmud, onun yanındakı dəyirmi sifətli, pəhləvan siqlətli gənci isə rəis Yusif adı ilə təqdim etdi.

İbrahim Fəzlin müxtəlif şəhərlərdə gizlin şəraitdə işləyən və Fəzllə də həmişə gizlin görüşən batin xəlifələri haqqında demək olar ki, heç nə bilmirdi. Son vaxtlar yalnız Yusifin adını çox eşidirdi. Əmin Məhrəmin məlumatma görə, Yusif əslən təbrizli idı. Əvvəllər əxi*

* Ö k ü z — yerin dayağı rəmzi, şirvanşahların totemi.

Əsgərxas qoşunları (bir qoşunda yüz seçmə əsgər) yalnız sarayın mühafizəsi üçün hazırlansa da, şahın şəxsi tapşırıqlarına da əməl etməli idi.

Ə x i — «qardaş», VII əsrdən başlayaraq əvvəlcə ərəb ordularında əsgərlik edən azərbaycanhlar arasında, sonra bütün Yaxın Şərqda peşəkarlar arasında geniş yayımış hərəkat.

içində qəssab imiş; Təbriz əxiləri icma daxilində qardaşlıqla kifayətlənib, din və dövlət işlərinə qanşmadıqlarına görə, onlardan ayrılıb bir müddət hərbiyun olmuş və nəhayət, hürufilərə qoşulmuşdu. «Fəzl müridi» adı aldıqdan sonra isə Yusif Fəzun Təbrizdəki gizlin məkanında — Əxi Qəssab iqamətgahında rəis olmuşdu.

Təbrizdən çıxanda Şeyx Fəzlullah onu birdən-birə xəlifə təyin etmiş, Bakıda iqamətgahını yenə də onun ixtiyarına vermiş, Bakıdan çıxanda isə nədənsə Şirvan xəlifəsi mövlana Mahmudun işlərini də ona tapşrrmışdı. Odur ki, Gövhərşah rəis Yusif admı çəkəndə İbrahim dərhal başa düşdü ki, demək, Fəzlullahı gizlədən həmin bu hərbiyun xəlifədir. Amma onun bütün diqqəti irəlidəki gəncdə idi.
Qəzəlləri və rübailəri Şirvan xanəndələrinin dilindən düşməyən bu şairi o çoxdan tanıyırdı.
Onun hakimiyyətinin ilk illərində Şamaxıda yerli farslardan Katibi adında şair çox məşhur idi. Hələ Huşəngin zamanından farsca qəzəl və qəsidələri ilə saray məclislərinin ruhunu oxşayan Katibi, İbrahimi də qəsidə ilə qarşılamış və o vaxta qədər görünməmiş bir miqdarda ənam — on min qızıl dinar almışdı. Lakin tacgüzarlıq günü ziyafətgahda qiyam başçılan gözlənilmədən səs-küy qaldırıb Katibidən rəncbər şahı hamının başa düşdüyü dildə mədh etməyi tələb etmiş, Katibi isə türkcə tək bir misra: «Tikandan bərgi-gül hasil olmaz», — deyib məclisdən çıxmış və o vaxtdan sərxoşluğa qurşanmışdı.

İbrahim uşaqhqda və ilk gənclikdə Qazi Bayəzidin mədrəsəsində rəsmi fənlərin tədrisini tamamladıqdan sonra müəlliminin kitabxanasında siyasətə və dövlət idarəsinə dair kitablarla bərabər Şirvan şairlərinin divanlarmı da eyni aludəliklə mütaliə etdiyinə görə sözün qiymətini yaxşı bilir və Şəki civarında kiçik bir mülkdə oturan Mənüçöhr törəməsinin bütün Şirvanda nə yolla məşhurlaşdığını heç vaxt unutmurdu. Odur ki, Katibini küsdürənlərin günahını bağışlaya bilmirdi. Əmir Teymurla müqavilə bağlanılan ili, bu münasibətlə düzəldilmiş ziyafətdə bir nəfər də şair tapılmadıqda, İbrahim əmr etdi ki, günahkarlar, Katibi ilə dostlarının daimi məskəninə çevrilmiş, meyxanə küncünə gedib, vaxtilə dillərindən çıxmış kobudluğa görə şairdən üzr istəsinlər və car çəkib, Şamaxıda şer deməyə qabil kim varsa, hamısını ziyafətgaha dəvət etsinlər.

Günahkarlar sırasında təzəcə Bakı hakimi və bəhrəs-sədr* təyin edilmiş Hacı Firidun da vardı. Xoşrəftar və rəhmdil rəncbər şahın gözlənilməz sərtliyindən özlərini itirmiş təbəələr dərhal dağılışanda hacı da qalxıb getdi və haradansa solğun bənizində iri gözləri gecə kimi qaranlıq görünən bir gənc tapıb gətirdi.
O vaxt bu gənc şairin on altı, on yeddi yaşı ancaq olardı. Heç üzündə tük də yoxdu. Ancaq yaxşı ailədə tərbiyə almış bir yeniyetmə kimi, şah hüzurunda əsla sıxılmadan, təmkin və ləyaqətlə danışmağa başlayıb, rəncbər şahı tərifə layiq sözü olmadığını söylədi. Hacı Firidunun çaşqınlığını gördükdə isə, şahın sağ tərəfində, vəzirlər vəziri Qazi Bayəzidlə yanaşı kürsüdə oturub qızıl camda şərab içən Katibiyə baxıb, yaşına yaraşmayan arifanə bir təbəssümlə: «Amma tikandan bərgi-gül hasil edə bilirəm»,— dedi və elə bununla, söz sərrafı olduğunu sübut etdi.

O günü və sonralar İbrahim bir neçə dəfə bu gəncin rübailərinə və ud çala-çala oxuduğu aşiqanə qəzəllərinə qulaq asdı.

Xüsusilə rübailər xoşuna gəlirdi. Çünki bu gəncin rübailəri onun anasının bayatılarına bənzəyirdi. O bayatıların nəyə qadir olduğunu yaxşı bildiyi üçün İbrahim <türkün tikanlı dilindən bərgi-gül hasil edən» bu rübailərin qüdrətini də dərhal duydu və elə birinci gün tapşırdı ki, bu gəncdən muğayat olsunlar, Şirvanın şairlərini düşgünləşdirən meyxanələrdən saqındırıb qorusunlar, çünki kamala dolanda bu gənc Gülüstan sarayının gülü, şahın mötəbər ədibi və cəmi Şirvan əhlinin istəklisi olacaq.

Lakin tezliklə İbrahimə xəbər verdilər ki, o şair Şamaxmı tərk edib gedib. Əvvəlcə dedilər Bakıda Şeyx Fəzlullahın qızına aşiq olub və qızı ona vermədikləri üçün məcnun kimi çöllərə düşüb. Sonra dedilər şeyxin kitablarını oxuyub hürufi olub, teymurilərin dağıtdıqları şəhərlərdə, obalarda dolaşır. Xülasə, o gedən getdi, bir də qayıtmadı.

O illərdə İbrahim, Şamaxıya vaxtlı-vaxtında duz, neft və balıq göndərə bilməyib hakimiyyətdə təcrübəsizlik göstərən Hacı Firiduna kömək məqsədilə tez-tez Bakıya səfər etməli olurdu.

* Dəniz işləri üzrə vəzir.

O səfərlərindən birində Bakıda İbrahim təəccüblü bir hadisəyə təsadüf etdi.
Sifəti kəhrəba rəngində, arıq, uzun bir gənc, bazar barısının üstündə dayanıb, şah pişvazına çıxan camaata müraciətlə şer oxuyur və «Ənəlhəq» qışqırırdı.

İbrahim dönüb Hacı Firiduna baxdı: «0 gənc göydən düşüb nədir, bilmirmi ki, onun dediyi sözü ucadan demək olmaz? Çağır onu, tənbeh elə, bir də belə iş tutmasın»,— dedi.

Lakin Hacı Firidun şah buyruğundan boyun qaçırdı: « O Nəsimidir, şahım. Öz ustadı, mühiti — əzəm şeyxi ona qışqırmağı qadağan etmir, mən nəkarayam qadağan edim?»

Nəsimi adını eşitdikdə, Ibrahim istər-istəməz cilovu çəkib, bir daha o gəncə baxdı və bu dəfə onu tanıdı.
Qazi Bayəzid, həmişəki kimi, şahın sağ tərəfində, hamıdan yaxında idi; daim sərxoş Katibi ilə dostlarının İbrahimə xoş gəlmədiyini bildiyi üçün, onun üzündəki marağı görən kimi məsləhət verdi: «Indi ki, yeri bəlli oldu, buyur daha burdan bir yana getməsin, qayıdanda özümüzlə dərgaha aparaq».

Amma İbrahim razı olmadı. Şairin əynindəki bəyaz xirqəyə işarə edib: «Yox, qazi, o mənim hakimiyyətimdən kənardır» , — dedi.

İllər dolandıqdan sonra, «hakimiyyətdən kənar» şair, indi Fəzl xəhfəsi Seyid Əli adı ilə meydana çıxmışdı və İbrahim bu seyidin Fəzl elçisi olduğunu unutmuş kimi, dayanıb ona tamaşa edirdi. Yeniyetmə vaxtında öz qeyri-adi təmkin və ləyaqəti ilə, bir az sonra ehtiyatsız qışqırtısı ilə şahı heyrətləndirmiş Nəsimi, indi cismani kamilliyi ilə onu valeh etmişdi.

Ancaq, əslində, cismən Nəsimi çox da dəyişməmişdi. Bəyaz xirqənin yapıncısayaq quncları çiyinlərini boyuna münasib göstərsə də, yaxın həmdəmləri bilirdilər ki, onun çiyinləri bir o qədər də enli deyildi. Bütün uzun və arıq adamlar kimi, hətta, sinəsində çökəklik vardı. Yalnız sifətinin kəhrəbasında və gözlərinin işıq saçan qaranlığında nə hikmət vardısa, Nəsimi şax dayananda, tamaşasına duranlar onun ümumi görkəmində heyran qalmalı bir əzəmət görürdülər.

* Sufi təriqətlərinin xirqələrini geyinən müridlər, bir qayda olaraq, hökmdar iradəsindən yüksək «həq iradəsinə» tabe «həqqi bilən» sayıhrdılar və hökmdarlar çox vaxt bununla hesablaşırdılar.



Vəliəhdindən başqa bir o qədər də müdrik adamlarla əhatə olunmayıb, bu qanlı-qadalı və çalxantılı zəmanədə hər şeyi təkbaşına, daimi sinir gərginliyi bahasına həll edən İbrahim, bu əzəmətin ona yox, bir ayrısına xidmət etdiyinə təəssüflənirmiş kimi, bir az əvvəlki sərt və qəzəbli gəlişinin tamam əksinə, sakit və hətta hüznlü səslə dillənib soruşdu ki, bütün Şirvanın İmadəddin Nəsimi adı ilə tanıdığı şair, nə vaxtdan Seyid Əli olub?
Nəsimi, əzəmətini daha da gözəlləşdirən məlahətlə gülümsündü.
—Yarandığım gündən Seyid Əliyəm, şahım, — dedi. — Mənim əcdadım seyid olub. Əh isə öz övladına Əli qüdrəti diləyən bir sufinin mən dünyaya gələndə qulağına pıçıldadığı addır.

Saraya — elçixanaya buraxılmadan, darvaza qabağında hörmətsiz qarşılandıqlarına baxmayaraq, Nəsimi, şahın heç də pis başlamadığını görüb, söhbətin ahəngini davam etdirmək niyyəti ilə:
—İmadəddin mənim ikinci adımdır. Nəsimi isə, ustad dimağının nəsimidir*, — dedi və elə bununla da şahın üzünün dəyişməsinə səbəb oldu.
İbrahim birdən-birə tutuldu.
— Mən Fəzlullahın özünü çağırmışdım, — dedi — hardadır şeyx?

Şahla birgə onun sağ çiyninin arxasında vəliəhd də, bir qədər geridə candarlar və bahadırlar da qulaq kəsilib, elçinin bu çətin suala necə cavab verəcəyini və Fəzlin gizlənməsini nə ilə əsaslandıracağını gözlədilər.

Şahın sualı böyük izahat tələb edirdi. Nəsimi isə qısaca:
— Fəzl laməkandır*, şahım, — dedi və bu gözlənilməz cavabla hamını, o cümlədən İbrahimin özünü də diksindirdi.
«Laməkan» Quran kəlməsi idi və yalnız bir olan allaha aid idi. Bu kəlməni bəni-insana aid etmək ağlagəlməz dərəcədə böyük günah idi.

Amma İbrahimi diksindirən bu deyildi. Hürufilərrn Fəzlullahı allah adlandırdıqlarını o, çoxdan bilirdi, eşitmişdi ki, Fəzl sözü — «həq sözü», Fəzl iradəsi — «həq iradəsi» sayılırdı. Bunları İbrahim

*Bahar yelidir.
*Məkansızdır, hər yerdədir.

o qədər eşitmişdi ki, hətta qulağı dolmuşdu. «Laməkan» kəlməsini Nəsimidən bir başqa vaxtda və başqa şəraitdə eşitsəydi, o, buna bəlkə də heç əhəmiyyət verməzdi. İndi isə bu kəlmə ona ox kimi dəydi. Çünki Nəsimi Fəzli «laməkan» adlandırmaqla ustadının allah kimi gözəgörünməz və toxunulmaz olduğuna işarə edir və açıq-açığına bildirirdi ki, şahın onu axtartdırması əbəsdir. Başqa sözlə, Fəzli şah hüzuruna çağırmaq, allahın özünü çağırmaq kimi bir şeydir.
«Laməkan» kəlməsinin mənası belə idi.
İbrahim bu mənanı dərhal anladı və dərhal da hökm verdi:
— Fəzlullaha çatdır: sübh namazına qədər gəlməsə, xəlifələri edam olunacaq!

Hələ ustadın «uca minbər qabağında namaz» barədə məktubunu oxuyub, məxfi otaqda Mahmud və Yusiflə görüşəndə, Nəsimi yoldaşlarına demişdi ki, məramını «Adıyüksəyə» çatdırmağı Fəzl yalnız ona — Nəsimiyə həvalə edib, buna görə də Yusiflə Mahmudun onunla birgə şah dərgahına getməsinə heç bir ehtiyac yoxdur, şah xəlifələri girov saxlayıb Fəzlin özünü tələb edə bilər.
Yusif rişxəndlə gülüb xəbər almışdı ki, başqa vaxtlar öz ehtiyatsızlığı ilə xəlifələrin hamısının narazılığına səbəb olan şair, indi nə əcəb belə ehtiyatkardır? Yoxsa təkbaşına hünər göstərib Fəzlin xilasını öz adına yazmaq xəyalındadır?... Nəsimi, ustadın taleyinin həll olunduğu bir vaxtda hər şeyi ölçüb-biçmək istədiyini söylədikdə isə yoldaşları xirqələrinin yaxalarını açıb, qurşaqla bədənlərinə sarıdıqları dəri cildli, qalın kitabları göstərib demişdilər ki, əgər o, bu ağır-batman kitabları gizlin aparıb şaha təqdim edə bilərsə, qoy tək getsin; Gülüstan sarayında Şeyx Əzəmin min bir gözü, min bir qulağı var. Şah hüzuruna Nəsiminin «Cavidannamə» ilə getdiyindən xəbər tutsa, şeyx kitablarla birgə Nəsiminin özünü də yandırtdırmazmı?.. Nəsimi bu sual qarşısında aciz qalıb, yalnız Fəzlin kitablarını salamat aparmaq xatirinə Yusiflə Mahmudun onu müşayiət etməsinə razı olmuşdu.

Məxfi mənzildən çıxıb Dost Əmin Məhrəmlə görüşəndə, dərgah qapısından keçib meydanda gözlənilmədən şahın əsgərxas dəstəsi ilə qarşılaşanda və hətta, indi şahla kəlmələşəndə də Nəsiminin bütün diqqəti yoldaşlarında idi. Xəlifələrin həbs edilməsi, kitabların ələ keçməsi
deməkdi. Kitabların ələ keçməsi isə «uca minbər qabağında namazın» sirrinin açılması, elçilərin şahı hürufi etmək niyyətində olduqlarını aşkara çıxması demək idi. Odur ki, şah, Fəzl gəhnəsə xəlifələrin edam olunacağını deyəndə, Nəsimi də istər-istəməz dəyişib, birdən-birə qeyri-adi zəhm kəsb etmiş gözlərini şahın gözlərinin içinə dikdi:
— Dərgaha biz birgə gəlmişik, birgə də öləcəyik! Əvvəl məni dinlə, şah, sonra edam buyur! —dedi.

Lakin dayanıb rüsxət gözləmədi. Sözünə ara vermədən, hökmdar qarşısında hökmdar kəskinliyi ilə:

—Fəzlə məlumdur ki, Əlincədə döyüş meydanına atılan papaq da, məsciddə qurama sui-qəsd də sənin öz əməlindir!— dedi. — Sənin yüksək adını və ləyaqətini xələldar edən bu əməllər bizim hamımızı məyus edib. Amma biz səni bu əməllərə vadar edən səbəbləri bilirik və bir o qədər də rəncidə olmuruq. Bəla ondadır ki, Miranşah bu işlərdən xəbər tutub və atasına xəbər göndərib ki, papaq sənin Əlincə qalasına köməyini gizlətmək, sui-qəsd isə bizimlə əlaqəni pərdələmək üçündür. Əmir Teymurla ittifaqın pozulur, şah! Fəzh düşmənə təslim etmək niyyətindən əl çək və məni dinləyib Fəzl məramından agah ol!
Yalnız bir neçə ən yaxın adamın iştirakı ilə icra edilmiş hadisələrin şahın «öz əməli» olduğu düşmən qulağına və hürufilərə necə çatmışdı?! İbrahim heyrətini gizlədə bilməyib, çiyni üzərindən arxaya baxdı. Gövhərşah irəli gəlib təzim etdi. — Dərgahında xəyanət var, şahım, — dedi. — Miranşahın ordusundan çoxlu təğyirlibas adam gəlib şəhərdə gizlənib. Sənin alimənsəb təbəələrindən kim isə o adamlara vəd edib ki, Fəzli tutub onlara təhvil verəcək. İbrahim gərgin fikirdə idi.

Kəsrani xanədanına o, ancaq qiyam gücü ilə yox, həm də Huşəngin ən yaxın alimənsəb təbəələrinin xəyanəti nəticəsində qalib gəlmişdi: gecə ikən kiçik dəstələrlə gəlib Şamaxının qala divarlarının arxasındakı karvansaralarda gizlənmiş qiyamçıları şəhərə haman alimənsəb təbəələr buraxılmışdılar. Sonralar İbrahim, Əmir Teymura daimi tabelik rəmzi olaraq qala qapılarının çıxarılmasını əmr edərkən, bu əmrdən özünü itirmiş Qazi Bayəzidə: «Mənim qələm təbəələrimin qəlbindədir, əgər təbəələrim mənə axıra qədər sədaqətli olub ürəklərinin qapılarını xəyanət üzünə açmasalar, şəhər qapılarının açıqlığından qorxmaram», — demişdi. Hələ o vaxtdan hiss olunurdu ki, xəyanət əli ilə hakimiyyətə gələn İbrahim, özü də xəyanətdən qorxdugu kimi heç nədən qorxmurdu. Həddindən artıq tədbirli davranışının bir səbəbi əgər gənclik illərinin vərdişi idisə, o biri və bəlkə daha ciddi səbəb xəyanət xofu idi. Odur ki, oğlu alimənsəb təbəələrdən hansınınsa Miranşaha xidmət etdiyini xəbər verəndə, İbrahimin sifətini soyuq tər basdı.
Sui-qəsd haqqında danışıqda, şahla vəliəhddən başqa, cəmisi üç nəfər iştirak etmişdi: Qazi Bayəzid, Şeyx Əzəm və Hacı Firidun. Qaziyə İbrahim özünə inandığı kimi inanırdı. Demək, iki nəfər qalırdı: Şeyx Əzəm və Hacı Firidun. Xain hansı idi?

İbrahim Hacı Firidunla çox az-az, ildə iki-üç dəfə görüşürdü. Lakin hacının qəlbi gözlərində idi və İbrahim, ifrat şərabdan həmişə bir qədər süzgün baxan o xtrdaca gözlərdə məhəbbətdən, sədaqətdən və birdən-birə yüksək rütbəyə çatmış bir adamın öz himayədarına xidmət həvəsindən başqa heç bir kənar, şübhəli şey görmürdü. Demək, Şeyx Əzəm?!
İbrahim Nəsimidən aralanıb gəzinməyə başladı.
Vaxtilə Əmir Teymur Şirvanla müqavilədən sonra Şamaxıya vali göndərdiyi vəliəhd Miranşahı elə o ili geri çağıranda, Gülüstan sarayında hamı bunu Teymurun öz müttəfiqinə külli-ixtiyar verməsi kimi başa düşüb sevinmişdi. Təkcə İbrahim özü qüssə ilə gülümsünüb: «Xəbərgir dərvişlər olan yerdə valiyə nə hacət?» — demişdi.

Miranşah Şamaxıdan yola düşən günü, şəhərin dövrəsindəki yeddi karvansaranın yeddisindən də dərvişlər qoşun kimi çıxmışdılar, şişuclu mütrüb papaqlarını göyə ata-ata, heybətli «Yahu, Yahu» qışqırtıları ilə, vəliəhdi müşayiət etmişdilər və onun bir-birinin ardınca atdığı kisələrdən atların dırnaqlarının altına səpələnən qızıl-gümüşü yığışdırıb şəhərə qayıtmışdılar. Kimisi qoldan, kimisi qıçdan şikəst olan, hətta üz-gözlərində də köhnə döyüş yaralarının izi qalan bu adamların keçmişdə kim olduqlarını bilmək çətin deyildi. Əyinlərində asım-asım cır-cındırla və mütrüb papağı ilə diqqəti yayındırıb mənsubiyyətlərini gizlətsələr də, onlar indinin özündə də dərviş əsası əvəzində əllərində silah— batqan gəzdirirdilər. Ya da batqanın yumruq irilikdə qurğuşununu bellərinə sarıdıqlan mumyalı kəmənd ipinin ucuna bağlayırdılar. Karvansaraların aralarındakı bazarlarda qurğuşunları başları üzərində frrladaraq, qəhqəhə ilə darğalan qovur, tacirlərin, sövdəgərlərin yük taylarını, çuvallarını, səbətlərini açıb dağıdırdılar, cır-cındırları arasında gəzdirdikləri dəri torbaları doldurub qoz, findıq, xurma, sucuq yeyə-yeyə, «Yahu, Yahu» qışqıra-qışqıra, bütün günü küçə və meydanlarda dolaşırdılar. Bu qışqırtılar Əmir Teymurun hər yerdə hökm sürən yazılmamış qanunlarının və Miranşahın qoyub getdiyi hakimiyyətin səsi idi. Novruz və tacgüzarlıq günlərində, qurban bayramında, mövludda* və orucluqda dərvişlərin birbaş saraya doluşub, şah məscidinin ətrafında, Şeyx Əzəmin iqamətgahının hücrələrində yurd saldıqlarını, xüsusilə şeyxin müridlərinin bu əlləri batqanlı adamlara necə itaətlə qulluq etdiklərini görəndə, İbrahim hakimiyyəti üzərindəki hakimiyyətin ağırlığını daha çox duyur, bu ağırlığın altında sıxıldığını, saraya təpilən xəbərgirləri buradan qovmağa belə qabil olmayıb kiçildiyini hiss edirdi. O əmin idi ki, Şeyx Əzəmlə müridlərinin dərvişlərə qulluğu və itaəti də şirvanşahın Əmir Teymura sədaqətini göstərir. Buna görə də şeyxin əlləri batqanlı dərvişlərlə ünsiyyətindən nəinki şübhələnmir, əksinə, bayramlarda öz mətbəxindən şeyxin iqamətgahına ətirli, ədviyyatlı xörəklər göndərib, bu ünsiyyəti daha da dərinləşdirirdi ki, dərvişlərdən teymurilərin Əlincə düşərgəsrnə və Sultaniyyəyə gedənlər orada ancaq xoş sözlər damşsınlar. İndi belə çıxırdı ki, dərvişlərlə şeyxin ünsiyyətini dərinləşdirməklə İbrahim öz ayağı altında qazılan quyunu dərinləşdirmişdi. Miranşaha xidmət edən alimənsəb doğrudanmı şeyx Əzəmdi? Doğrudanmı İbrahim bu qədər kor və fəhmsiz olmuşdu?!
O, meydanda vurnuxub, gah Fəzl elçilərinə, gah da ibadət otağının tək pəncərəsinə tərəf baxırdı. Sinəsində elə təlaş vardı ki, elə bil iki yerə parçalanıb eyni vaxtda həm elçilərlə, həm də şeyxlə danışmaq istəyirdi. Lakin dumanlı bir şübhə İbrahimi Nəsirninin üstünə qaytardı. Bu vaxta qədər onda heç kəsin görmədiyi hiddətlə:
— Xəyanət bəni insanın mayasındadır! Mənim təbəəm Miranşaha xəbər çatdıra bilər, — dedi. — Bəs sizə kim çatdırıb bu xəbərləri?
Nəsimi bu dəfə tamamilə sakitcə dedi:
*Məhəmmədin anadan olduğu gün.
— Fəzl müridi çatdrır, şahım.
— Fəzl müridi Miranşahın hüzurunda oturur?! Nəsimi istər-istəməz gülümsünüb:
—Müridimiz Əmir Teymurun öz hüzurunda oturur, — dedi və dərhal hiss etdi ki, bundan sonra namaz baş tutmaya biiməz. *

Mərmər meydanın dərinliyində fəvvarəli hovuzlarla, sərv ağacları, yasəmən və qızılgül kolları ilə dövrələnmiş sərin bir guşə, bu guşədən o yanda daş barı və dəmir qapı arxasında isə ikinci meydan vardı. Orada, yoğun daş dirəkləri və ümumi ağırlığı, zəhmi ilə sarayın bütün tikililərindən fərqlənən divanxana binasının gecələr səhərə qədər yanan məşəllərin hisindən zolaq-zolaq ləkələnmiş sal qayatək qalm divarlan bozarırdı. Bu divarlarrn içərisi bir zaman Kəsranilərin dədə-babalarının qızıl-gümüşlü qılınc və qalxanlan, kaman və tirləri, kəmənd, gürz və toppuzlan, maral buynuzlan, tovuz lələyi, durna teh və sair, uzaq səfər və şikar xatirələri ilə bəzənərmiş. Yuxarı başda, bir cüt qızıl dirək arasından sallanan tül pərdə arxasında, hündür gümüş təxtdə Kəsrani şahlan oturarmışlar. İbrahim ilk dəfə buraya qədəm basanda: «Sizin şahınız öz təbəələri ilə pərdə dalından danışmayacaq», — deyib haman pərdəni qoparıb camaatın ayağının altma atmış, qızıl dirəkləri əridib dinar kəsməyi, gümüş təxti isə xəzinəyə təhvil verib, əvəzində buraya adi taxtadan, bəzək-düzəksiz bir təxt qoymağı buyurmuşdu.
İndi divanxanada, Əmir Teymurun gümüş ayparalı yaşıl bayrağı altında, haman bəzək-düzəksiz, alçacıq şah təxtindən, bir neçə sandıq, mücrü, kürsü, rəhl* və qələm-davatdan, bir də ki, təxtdən kandara qədər döşənmiş xalı-xalça və döşəkcələrdən başqa heç nə yoxdu. İbrahim, candarlarının müşayiəti ilə gəlib təxtdə oturanda, ikindi namazından sonra vaxtını adətən ibadət otağında və xəlvətiyyədə keçirən şahın bu gözlənilməz gəlişindən özlərini itirmiş çıraqdarlar, tavandan nazik zəncirlərlə asılmış qoşapiltə neft çıraqlarını təzəcə yandırıb, təxtin dövrəsindəki qəndil və şamdanlarda şamlan yandırmağa tələsirdilər.

*Kitabaltı.

İbrahim əlinin sərt hərəkəti ilə rədd edib onları qovdu.
Xanəgahın ikinci mərtəbəsindən divanxananın damına, oradan da divarın içərisi ilə burula-burula təxtin arxa tərəfinə enən daş pilləkənin ayağında və kandarda zirehli, dəbilqəli silahdarlar* öz yerlərini tutanda, İbrahim onları və hətta bir-birindən balaca, on-on beş yaşlarında xidmət qulamlarını da qovdu.

Bu saat şaha baxan hər bir göz İbrahimə xəyanət gözü kimi, şah kəlməsini eşidən hər bir qulaq xəyanət qulağı kimi görünürdü. Odur ki, yalnız Gövhərşahla candarlardan və sütunların diblərində qollarını sinələrində çarpazlayıb sütunların kölgələri kimi hərəkətsiz dayanmış iki nəfər buyruq qulamından başqa içəridə heç kəsin qalmadığına əmin olduqdan sonra, divanxananın uzaq dərinliyində başmaqlarını çıxarıb gözləyən bəyaz geyimli elçilərin hüzura gəlməsinə izin verdi.

Onun sağ əlinin altında, üstünə qırmızı ipək salınmış xırdaca bir mücrü, o mücrünün yumşaq məxmər yerliyində bir zərrəbin və əhfbanın baş hərfi «əlif» şəklində yüngül bir açar vardı. Nə qədər ki, Nəsimi ilə kəlmələşməmişdi, İbrahim o yüngülcə açan Fəzlullahla Teymur və Teymurla Miranşah arasında siyasətinin açan hesab edirdi. Şeyx Fəzlullah hüzura gətirildikdə, İbrahim nədənsə hürufiləri də «məqbul sufi» sayan bəzi mötəbər məscid əhlinə və öz üləmasına o açarı göstərib: «Bu açar Şeyx Fəzlullahın müridlərinə məxsusdur. Bununla müridlər şeyxin gizlin qapılarını açırlar», — deyəcəkdi. İbrahim hətta onu da bilirdi ki, açarın üstündə yalnız zərrəbinlə görünməsi mümkün olan otuz iki* nöqtə vardı; Fəzlullah, sui-qəsd kimi, şübhəsiz, açarın da düzəlmə olduğunu söyləyib, hər şeyi inkar etdikdə, İbrahim açara hamının zərrəbinlə baxmasını buyuracaq və nəhayət, şeyxi həbs etməyə məcbur olduğunu bildirəcəkdi. Hər şey beləcə, əvvəlcədən düşünülmüş, Şeyx Fəzlullahın ətrafında heç bir qurtuluş yolu olmayan, möhkəm bir tor qurulmuşdu. Sui-qəsddən sonra Fəzlullahın Bakını tərk etdiyini eşidəndə də, bu gün Gövhərşahın Fəzlullah əvəzində elçilərlə gələcəyini biləndə və hətta darvaza qabağında Nəsiminin

*Silahdarlar səfər vaxtı şahın yolunu adamdan təmizləmək üçün saxlansalar da, başqa vaxtlar saray daxilində keşikçilik də edirdilər.
*Əlifbada hərflərin sayı, idrak rəmzi, «Əlif» açarla qapı açanlar idrak qapısını açırdılar.

«laməkan» kəlməsindən diksinəndə də İbrahim, Şeyx Fəzlullahın tordan çıxa biləcəyinə inanmırdı. İndi isə şeyxin əvəzinə özünü tor içində görürdü. Bu torun bir ucu burada — dərgahda, xəyanət əlində, o biri ucu Miranşahın göndərdiyi «təğyirlibas adamların» əlində idi. Amma hələ nə xain dəqiq məlum idi, nə də o adamlar. İbrahim qeyri-müəyyənlikdən, səbirsizlikdən nəfəsinin təngidiyini və tezliklə nə isə bir tədbir tökülməsə hər şeyin məhv olacağını hiss edirdi. Odur ki, Fəzl elçisinin niyyətini bilməyə də tələsib, onun yaxınlaşmasını belə gözləmədən:
— Danış!— dedi. Nəsimi isə tələsmirdi.

Fəzlin şəxsi tapşrığı ilə iş görəndə, xüsusilə hökmdarlar hüzurunda «namaz qılmalı>> olanda o heç vaxt tələsməzdi.

Uzaq səfərlərdə sərbəst yerimək və yorulmamaq üçün ətəkləri dilim-dilim kəsilmiş xirqəsini yelləndirə-yelləndirə, dizə qədər çəkilmiş boz, qalın corablarda xeyli yoğun görükən möhkəm qıçlarını bir qədər gendən gətirə-gətirə, aşılanmış qoyun dərisindən, yumşaq, sarı məstlərini xalı-xalçalı döşəməyə tərəddüdsüz yatımla basa-basa, asta və ləngərli addımlarla yaxınlaşıb, iyirmi beş yaşında ikən dünyanın hər üzünü görmüş, durub-toxtamış nər bir kişi və ömrü saraylarda keçmiş bir əyan ləyaqəti ilə təzim etdi. İbrahimin gərgin və tutqun baxışı müqabilində, indi onun gözlərinin qaranlığında bir cüt bulaq qaynağında parıldaşan dənəciklər kimi fikir qığılcımları qaynayıb şölələnirdi. Fəzlin iqamətgahını yeddi il hər cür bəlalardan qoruduqdan sonra birdən-birə hər şeyi tapdalayan məkrli İbrahimi həq yoluna döndərməyin çətinliyi əvvəlcədən məlum olsa da, nədən, necə danışacağmı yaxşı bilən elçi, öz qüdrətinə inam və etiqadla sözə başlayıb, şer və moizə oxumaqdan qəhbləşmiş, rəvan və bəlağətli səslə:
—Ustadlarının məramı səninlə ittifaqdır. Teymurun əsarətindən qurtarmaq və Miranşah təhlükəsindən xilas olmaq üçün biz sənə hər cür kömək etməyə hazırıq, — dedi.

Bundan sonra o, iki şərt söyləməli idi. Lakin hər iki şərti şahın kəskin etirazla qarşılayacağını bildiyi üçün hələlik ancaq birini:
— Ümdə şərtimiz: şah və şahın bahadırları gərək hürufi elminə istinad etsinlər, — dedi və susub şahın etirazını gözlədi.

Fəzlin alim və şair müridlərinin — rəmzi qılınc bahadırlarının hökmdarlara, hakimlərə, sərəsgərlərə elm öyrənməyi təklif etdikləri İbrahimə çoxdan məlum idi. Hələ Əlincənin mühasirə edildiyi vaxtlar, orada qala rəisi sərdar Altunla Şəki hakimi Seydi Orlat kimi etiqadlı müsəlmanların da hürufi elmini tədris edib «Ənəlhəq» dediklərini eşidəndə, İbrahim bu xəbərdən təəccüblənmiş və «o kafirlərlə kəlmə kəsənlərin hamısı mürtəd olub itaətdən çıxır»— deyən Şeyx Əzəmin narahatlığının ciddiliyini ilk dəfə o xəbərdən sonra başa düşüb, dərhal Bakıya sifariş göndərmişdi ki, Fəzlullahın yalnız Arazın o tayından gələnlərə elm öyrətməsinə rüsxət verilib, qoy müridlər onlara nə danışırlar danışsınlar, şahın Şirvan təbəələrinə isə yaxm düşməsinlər. Hacı Firidunun dediyinə görə, Fəzlullah bu sifarişdən narazı qalmamış və hətta, xüsusi məclis çağırıb Bakı müridlərinə tapşırmışdı ki, şahın sifarişini Dərbəndə, Şəbrana, Şəkiyə də çatdırsınlar, Şirvan əhlindən heç kəs məclislərə dəvət olunmasın. Doğrudur, sonralar Şeyx Əzəmin müridləri tez-tez xəbər gətirirdilər ki, Fəzlullah vədinə əməl etmir, Şirvanda daha rəsmi tədris məclisləri olmasa da, hürufilər öz işlərindən qalmırlar, karxanalarda, dükan-bazarda, əkin-tikində, toyda-yasda və hətta məsciddə ibadət vaxtı da dinc oturmayıb, öz küfrləri ilə camaatı başdan-beyindən çıxarırlar. Lakin bu xəbərlər İbrahimi daha bir o qədər təşvişə salmırdı. Çünki vaxt keçdikcə, hürufi elminin haralarda və kimlər arasında yayıldığı barədə Gövhərşahın məlumatını dinlədikcə, İbrahimdə belə qənaət hasil olmuşdu ki, bu elm basqın, talan və qan-qırğınlara görə allaha asi olanlardan başqa heç kəsin qəlbinə yol tapmaz. Əlincədə mühasirə müsibətləri çəkən hakimlərin yanına dönə-dönə mürid getdiyi halda, ötən illər ərzində Fəzlin Şamaxıya, Gülüstan sarayına bir dəfə də adam göndərməməsi özü də İbrahimin qənaətini möhkəmləndirmişdi. Buna görə də Fəzl elçisinin təklifi onun üçün son dərəcə gözlənilməz oldu. Əvvəlcə duruxub Nəsimiyə təəccüblə baxdı. Hürufi elminə istinad etməyin nə demək olduğunu düşündükdə isə, gündə beş dəfə mehrab qabağında diz çöküb böyük və adil yaradandan “cəmi günahlarının, üsyan və xətalarının bağışlanmasını”* diləyən bütün sadiq müsəlmanlar kimi İbrahim də allah xofuna biganə qala bilməyib dik atıldı.
* Qurandan.

— Yəni həqqi danaq?! Nəsimi eyni səmimiyyətlə:
—Əksinə, şahım, biz həqqi danmırıq, — dedisə də İbrahim buna inanmadı. Gözlərində qığılcımlar qaynaşan elçi indi ona iblis kimi görünürdü və İbrahim, böyük qələbələr vəd edən siyasətinin sehrinə qapılıb bütün Şirvanı iblis yuvasına çevirdiyini zənn edirdi. Əgər «müridi əmir Teymurun hüzurunda oturan» Fəzlullah onu Miranşah təhlükəsindən qurtarmağı vəd etməsəydi və o, Fəzlullahın bu vədi həyata keçirməyə qadir olduğuna inanmasaydı, şaha küfr öyrənməyi təklif edən o itaətsiz iblisin özü və xəlifələri ilə bərabər Şirvan ərazisində bütün hürufilərin qılıncdan keçirilməsinə hökm verməkdən çəkinməzdi.
İbrahim qəzəbindən titrəyərək:
—Fəzlullaha çatdır ki, boğazına kəmənd salıb Miranşahın atının quyruğuna bağlanmağıma razı olaram, allahdan dönmərəm! — dedi.

Nəsimi hökmdarların qəzəbnak çağlarını az görməmişdi. Yoldaşları daim tövsiyə edirdilər ki, hökmdarlarla açıq danışmasın, Fəzlin özünün və digər rəmzi qılınc bahadırlarının moizələrində olduğu kimi, həqiqəti pərdələyib, müsahiblərinin qəlblərinə ehtiyatla açar salsın. Nəsimi elmi bu üsulla yaymağın əleyhinə deyildi. Çünki bu ustadın üsulu idi, bir olan allahdan başqa bütün həqiqətləri məhv edən zəmanənin özünün tələb etdiyi üsul idi. Lakin o, həmişə yalnız açıq danışmaqla qalib gəlmişdi və buna görə də hətta havası ölüm qoxuyan yerlərdə də həqiqəti aydın söyləməyə vərdiş etmişdi: Əvvəla, təcrübədən bilirdi ki, hökmdarlar öz alimənsəbləri, üləma, ədib və nədimləri ilə uzun söhbətləri nə qədər xoşlayırlarsa, başqaları ilə danışanda bir o qədər səbirsizdirlər. İkincisi, əmin idi ki, Fəzl sözü açıq deyiləndə daha kəsərli olurdu.
—Biz allahın yox, yalançı “lailahəilləllahın”* inkarına durmuşuq,- şahım, — dedi. — Fəzlin kitablarını sənə töhfə gətirmişik. Ustadımızın kəlamını mənimsəsən, həqiqəti fəhm edərsən.

Yusiflə Mahmud Nəsiminin kitab barədə söz salmağa tələsdiyini düşünüb, narazılıqla bir-birinə baxsalar da, kitabları xirqələrinin altından çrxarmağa məcbur oldular.

* «Allahdan başqa allah yoxdur» —İslamrn baş müddəası.

İbrahimin dumanlanmış gözləri Nəsimidən başqa heç kəsi və heç nəyi görmürdü.
—Əgər allahın birliyində deyilsə, həqiqət hardadır? Kəlbdə, kərkəsdə?! — dedikdə hətta səsi çıldırdı.

Fəzlin kəlb, kərkəs və ümumiyyətlə, murdar yeyən heyvanatda guya allahlıq görməsi Fəzl elminin düşmənlərinin uydurması idi. Onların iddiasına görə guya Fəzl insanla heyvanatı, ilahi və gözəl olanla murdan, yəni padşahla rəiyyəti eyniləşdirirdi. Bu uydurmaya yalnız Fəzl elminə bələd olmayanlar inana bilərdilər. Buna görə də Nəsimi, şahın qışqırtısını təbii bir şey hesab etdi və səbirlə şərhə başlayıb:
—Həqiqət cümlə aləmdədir, şahım, — dedi. — Aləm zərrələrdən ibarətdir. Hər bir zərrənin öz bətnində xəlq etmək qüdrəti var. Amma hər xəlq edə bilənə allah demək olmaz. Çünki allah kamil deməkdir. Kamillik isə yalnız insana xas olan şeydir.

Bu, böyük və mürəkkəb bir moizənin başlanğıcı idi. Lakin İbrahim elə başlanğıcdaca onun sözünü kəsib, eyni səbirsizliklə:
—Mən şaham! Qılınc tutan əl lazımdır mənə!—dedi.— Fəzlullahın elminə istinad etmədən döyüşmək olmaz?!
—Döyüşərsən, bəlkə qalib də gələrsən. Amma qələbəni mühafizə edə bilməzsən, şahım. Çünki mayası elmdən olmayan qələbə, özülsüz binadır.

İbrahimin gözləri divanxananın divarlarını dolandı. Ancaq fikri divanxanadan uzaqlara getdi.
—Bəs İldırım Bayəzidin binası nə üstündə bərqərardır? O ki sizin elmə vaqif deyil! Bəs Teymurun səltənəti?!..

Bu məntiq müqabilində elçinin cavab tapa bilməyəcəyini güman edən İbrahimin dodaqları əsəbi istehza ilə titrədi.

Lakin Nəsiminin bu dəfəki cavabı daha gözlənilməz oldu:
—Bayəzid də, Teymur da müdrik cahangirlərdir, şahım! Amma onlar da qələbəni mühafizə edə bilməyəcəklər, çünki əsgərləri acizdirlər.
—Necə?!. Dünyalan fəth edən əsgər — aciz?!
Nəsimi inam və qətiyyətlə:
— Əsgərin gücü qılıncda yox, əqidədə olmalıdır, şahım! — dedi. — Onların etiqadı Quranadır. Quran isə deyir: insan zəif və aciz xəlq olunub. Taleyi alınma yazılıb, yəni özünün iradəsi yoxdur və heç bir şeyə qabil deyil.

Bəlaya düçar olan insan «təvəkkül allaha» deyib bir olan allaha pənah gətirməli və yalnız onun kəramətindən imdad gözləməlidir. Quran və lailahəilləllah hökmü belədir, şahım, həqiqətdə isə insan din kitablarının yazılmasından çox qədimlərdə mövcud olmuş xaliq zərrələrin məcmuindən yaranıb. Yəni insan özü xaliqdir, amma cəhalət əsirliyində, özündən bixəbərdir.
Elmimiz günəşin cismlərə, ali olanın ibtidaiyə təsiri üzərində qurulub, şahım. Təsirin bəhrəsi zərrə bətnində təbəddülatdan başlanır. Hər bir zərrənin bətnində hərəkət və yaranış var, şahım, göz istəyir görşün. Hər bir zərrə öz səsi ilə «xaliqəm» deyir, qulaq istəyir eşitsin. İnsan yalnız cəhalət üzündən görmür zərrəni. Əgər zərrəni görsə, cümlə aləmi görər, aləmi görsə, özünü görər və fəhm edər ki, cəmi kainatda «xaliqəm» deyən nə varsa, hamısı onun özündədir! Tanımır özünü insan, şahım, odur ki, yalan etiqad quludur. Aləmi və aləm içində özünü dərk edən kamil insan isə kamili bişəkk allah bilib «Ənəlhəq» deyir. «Həq-təala Adəm oğlu özüdür!» — deyir. Belə insan lailahəilləllah xofundan xali, qadir və yenilməzdir, şahım! —Nəsiminin gözlərinin qaranlığında şimşəklər çaxdı və o, bütün varlığına hakim bir ehtirasın alovu ilə alışaraq:
— Insana etiqad et, şahım, xilasımız bundadır! — dedi.

İbrahim yavaş-yavaş əyilib təxtə çökdü, heyrət, qorxu və çaşqınlıq içində donub qaldı.

Nəsimi «Cavidannamə»ni məhz belə vaxtlarda təqdim edərdi. Kitabları yoldaşlarından aldı, Fəzl kəlamının müqəddəsliyinə işarə olan təntənə ilə, əlləri üstündə aparıb, təxtin böyrünə kağız-barat üçün qoyulmuş gümüş sininin içinə yığdı və geri çəkilib:
—Fəzl sənə aləm, insan və idrak haqqında həqiqətlərin tükənməz xəzinəsini göndərib, şahım, — dedi. — Amma bu xəzinənin açan bizdədir. İstərsən, mən hər gün gəlib
kitabları şərh edərəm və çox keçməz ki, elmimizi mənimsərsən.

İbrahimdən qeyri-iradi, qısıq, xoflu bir gülüş qopdu. —Və allah olaram?!.
Nəsimi bütün ciddiyyəti və sonsuz etiqadı ilə:
—Dünyanı allahlar idarə etməlidirlər, — dedi.— Əks təqdirdə dünya cahil əsarətində qalar və məhv olar.

Elə bu vaxt da Şeyx Əzəmin heybətli qışqırtısı eşidildi:
— Tutun kafirləri!

Divanxananın arxasından, şah məscidinin həyətindən buraya açılan qapıdan Fəzl elçilərinin üstünə qara xirqəli, yaşıl çalmalı adamlar tökülüşdü. Bunlar Şeyx Əzəmin müridləri idilər. Əvvəlcədən tapşırıq almış kimi, şaha etina etmədən, elçiləri bir göz qırprmında süpürləyib apardılar.

Şeyx özü xanəgahdan divanxananın damına, oradan da divarın içəri tərəfi ilə, burula-burula təxtin arxasına enən pillələrdən düşdü. Şahla vəliəhddən başqa bu pillələrə ayaq basmağa heç kəsin ixtiyarı yoxdu. Şahdan və Gövhərşahdan sonra dərgahda üçüncü şəxsiyyət olan Şeyx Əzəm də, Qazi Bayəzid, şahzadə Xəlilullah və başqaları da yalnız şahın özünün izni ilə bu yolla gələ bilərdilər. Çünki bu yol, xanəgahın birinci mərtəbəsində pişgahdan başlayıb, şahın xəzinəxanasını, xəlvətiyyənin, ikinci mərtəbədə əndərunun* qapıları önündən və nəhayət, divanxananın qübbəsi altında saxlanılan gizlin cəbbəxanadan* keçirdi. Bu yolla gəlməklə Şeyx Əzəm bütün qayda-qanunları tapdamış, üstəlik, pillədə dayanıb, şahın hürufilərlə danışığına qulaq asmış, bununla da kifayətlənməyib şah hüzurunda, şah iradəsinin hər şeydən yüksək olduğu yerdə «tutun kafirləri!» — deyib hökm vermişdi.

İbrahim bayaq təxtdə necə oturmuşdusa, eləcə də qalmışdı. Gərginliyin son həddində birdən-birə açılmış, tamamilə aydın beyin və qəribə soyuqqanlıqla şeyxin bəyaz əmmamə və pəmbə saqqal arasında uzun, ağsümük sifətinə, qan çəkmiş iri gözlərinə baxırdı. Pillə üstündən qışqıranda şeyx nə qədər heybətli idisə, indi təxt önünə gələndə bir o qədər sərt və qətiyyətli idi.
Qurşağının altından uzun bir kağız lüləsi çıxarıb:
—Əmir Teymurun kəlamı mübarək seyidi Şeyx Bərəkə özü mənə yazıb ki, «bu kafirlərin elmi ilan zəhərindən bədtərdir!» Bunlarla kəlmə kəsən hökmdarlar cismən səlamət qalsalar da, bətnən ölürlər, şah! — dedi.

Sonra şaha heç gözucu da baxmadan:
—Kafirin küfrü oda yaxılacaq! — deyib kitablara doğru yönəldi. Yalnız bu vaxt İbrahim nəhayət dikəlib, şeyxin qabağına keçmək istəyən Gövhərşaha mane oldu, şeyx kitabları
*Əndərun — binanm qadmlara məxsus hissəsi.
*Cəbbəxana — silah anbarı.

gümüş sinidən götürüb getdikdən sonra isə o, başı üzərindəki yaşıl bayrağa işarə edib:
— Onun hakimiyyətinə zor göstərmək olmaz. Bu vaxta qədər əqlimizlə səlamət qalmışıq. Əqlimiz varsa, indi də sovuşarıq, — dedi və axşamdan bəri bir dəfə də üzünə baxmadığı oğluna nə isə çox diqqətlə baxıb, onun təxt qabağında daimi kürsüsünü göstərdi. — Otur, danışaq.

Üç ay bundan əvvəl, Miranşahın Fəzlullahı tutub göndərməyi tələb edən məktubunu alanda, İbrahim məclisdə soruşmuşdu: «Nə yazaq bu Maranşaha*”. Hamı təəccüb etmişdi ki, Əmir Teymurun vəliəhdi, İranın və Azərbaycanın hökmdarı Miranşahın belə qəti tələbi müqabilində Fəzlullahı dərhal həbs etməkdən qeyri bir çarə olmadığı halda, şah nə üçün cavab yazmaq istəyir? Təkcə Gövhərşah birdən gülümsünüb: «Yazaq ki, indi qışdır, yaz açılsın, tutub göndərərik », — dedikdə İbrahim oğlunun alnından öpüb: «Sən həmişə mənim ürəyimdən xəbər verirsən, Gövhərim!»— demişdi. Bundan sonra ötən üç ay ərzində o, düşündüyü kimi, Miranşahı gözləməyə məcbur etməklə vaxt qazansa da, hürufilərlə dost yox, düşmən olduğunu sübut edə bilməmiş, əksinə, bir tərəfdən döyüş meydanma atılan hürufi papağı ilə, o biri tərəfdən, qurama sui-qəsdlə həm teymurilərin, həm də hürufilərin yanmda özünü ifşa etmişdi. Bunun əsas günahkan, əlbəttə, o özü idi. Bəs Fəzlullahın əvəzində Şamaxıya elçilərlə qayıdan oğlu nə fikirləşirdi? Şirvanı əriş-arğac dolaşdıqdan sonra əliboş qayıtmaqla yalnız atasmm təxt-tacını yox, bütün Şirvanı təhlükə altında qoyduğunu başa düşürdümü? Miranşah təhlükəsindən qurtarmaq üçün Fəzlullahın Şirvanşaha necə kömək edəcəyini bilirdimi? İbrahim ondan çox şey soruşmaq istəyirdi. Buna görə də, fikri həbs ediimiş elçilərlə Şeyx Əzəmin yanında olsa da, oğluna kürsü göstərdi.

Ancaq Gövhərşah oturmadı.
—Danışıq vaxtı deyil, şahım. Elçiləri şeyxin əlində qoymaq olmaz, — dedi.

İbrahim, fikri qırılmış kimi, barmaqlarını alnına sürtüb soruşdu:
— Teymurun hüzurundakı Fəzl müridi kimdir? Mənsəbi, adı?
Gövhərşah yerə baxdı:

*Maranşah — ilanlar şahı. El arasında Miranşaha belə deyirdilər.

—Elə adamların adlarını hürufilər gizlin saxlayırlar, şahım!
— Dost Əmin Məhrəmdən də?
— Əlbəttə, şahım. Sirdir.
— Öyrən!
Gövhərşah əlini sinəsinə qoydu.
— Məni məzur tut, şahım! Öyrənə bilmərəm, — dedi. İbrahim eyni qəribə diqqətlə onu süzürdü.

— Fəzlullah ittifaq istəyir, amma əvəzində küfründən və qeyri-müəyyən xidmətdən başqa heç nə təklif etmir. Bunca təhlükəli ittifaqa razılıq vermək üçün mən heç olmasa o müridin nə ixtiyar sahibi olduğunu bilməliyəm.
Gövhərşah susurdu.
İbrahimin nəzəri gümüş siniyə tərəf dolanıb, birdən yenə oğlunun üzünə sancıldı.
— Nəsimini dinləyəndən sonra, əstəğfürullah, mən özüm də şəkkak oldum. Yeddi ildir sən onlarla ünsiyyətdəsən. Necə olub ki, yeddi ildə sənə elm öyrənməyi təklif etməyiblər? — Lap çoxdan ürəyini deşən bu sualı, nəhayət, dilinə gətirdikdə, İbrahim oğlunun üzündə heç bir dəyişiklik görmədi.
Gövhərşah tamamilə adi bir xəbər söyləyirmiş kimi:
— Təklif olub, şahım, — dedi. — Onlar mənə Fəzlin «Cavidannamə»sini bağışlayıblar.
— Oxuyursan o küfrü?
— Bəli, şahım!
İbrahim ağır-ağır soruşdu:
— Lailahəilləllaha şəkkin var?
—Fəzl həqiqətlərinin odu köhnə etiqadları çox tez yandırrr, şahım! Müəllimimiz Qazi Bayəzid mənə beş yaşımdan namaz qıldırırdı. İndi mən namaz qılmıram və inanıram ki, həqiqət cümlə aləmdə və insanın özündədir, — deyib Gövhərşah sözünü Nəsiminin sözləri ilə qurtardı.

İbrahimin sifəti avazmıışdı.
— Nəsimi mənə dedi: «Şah və şahın bahadırları hürufi elminə istinad etsinlər». Mənim bahadırlarım necə? «Cavidannamə»ni onlar da oxuyurlar?
— Bəli, şahım. Bahadırlarımız da elm öyrənirlər.
— Sənin təklifinlə?
— Bəli, şahım. İbrahim boğulurdu:
— Gövhərim!.. Gövhərim, bunun cəzası edamdrr! Gövhərşah bu söhbətə çoxdan hazırlaşmışdı və ikindi çağı hürufilərin şəhərdəki gizlin mənzilinin həyətində Nəsimi ilə görüşəndə özü demişdi ki, əgər şah Fəzl məramını qəbul etməsə, elçilər həbs olunsalar, o vaxt Dost Əmin Məhrəm işə qarışacaq və nəinki şahın Gövhərinin —vəliəhd və sərdarının, hətta bahadırların da Fəzl elmi ilə aşinalığını açıb söyləyəcək. Gövhərşaha çətin gələn ancaq bu idi ki, söhbət açılanda atasının necə sarsılacağını əvvəlcədən görürdü. Lakin İbrahim bir daha:
— Edamdır bunun cəzası! — dedikdə, Gövhərşah onu daha da sarsıtmağa məcbur olub:
— Onda gərək Şirvan əhlinin yandan çoxunu edam edəsən, şahım!— dedi. — Şamaxıda, Bakıda, Şəkidə əsnaf əhlinin hamısı və Fəzl müridləri ilə üns bağlayan rəiyyətin də hürufi elmini tədris edir.
— Rəiyyətim də?!
— Bəli, şahım, hətta, elmə vaqif olmayanların da Fəzlə böyiik rəğbəti var. Məscidlərdə Fəzlin pünhan canişinləri otururlar, imkan olanda, xəlvəti moizələr oxuyurlar. Lap çoxdan belə iş gedir. Yeddi ildir... Mən bunu sənə deməli idim, şahım! Çünki Şirvanla, Aranla birgə indi cəmi Azərbaycan Fəzl məramını həq məramı bilir və «Fəzl həqdir» deyir.
— Sus!.. Bəsdir!..
İbrahim başdan-ayağa tər içində idi. O özü də məhz bu cür başlamış, Huşəngin əvvəlcə bütün Şirvan miqyasında əsnafını, rəiyyətini, sonra burada — Gülüstan sarayında Dərbəndilərə rəğbət bəsləyən alimənsəbləri öz tərəfinə çəkmişdi. Fəzlullah daha müdrik, daha usta idi: o, Şirvanşahın Gövhərini — qəlbini ovlamışdı!

İbrahim təxtə qapanıb nə qədər oturduğunu bilmədi. Əmin idi ki, Gövhərşah nə əqidənin sahibi olur-olsun, atasına xəyanət etməz; onun oğlu ata təxtinə göz dikən vəliəhdlərdən deyil, Fəzlullah yəqin ki, bunu bilirdi. Elə isə, qəsdi nə idi? Nə üçün hətta tərsa, frəng elmlərinə aid kitabları olan böyük kitabxana sahibi, elm sahibi Qazi Bayəzidi deyil, məhz vəliəhdi ələ keçirmişdi? Bu barədə düşünəndə İbrahim xatırladı ki, oğlunu Fəzlullahın qucağına atan, onu Dost Əmin Məhrəm edən, əslində, özü idi. Bəs necə olmuşdu ki, belə səhvə yol vermişdi?
Fəzlullahı gec-tez cismən məhv etmək lazım gələcəyini lap ilk gündən bildiyi üçün o, nə özü şeyxin görüsünə getmiş, nə də onu hüzuruna çağırmışdı. Qaçqınlarla və hürufilərlə əlaqəsini isə yalnız Gövhərşaha etibar etmişdi. Səhvi bunda idimi? Yox, o öz Gövhərindən başqa heç kəsə, hətta on yaşından dizinin dibində oturduğu safqəlbli, nurani müəlliminə də etibar edə bilməzdi: Qazi Bayəzid çox yumşaq və iradəsiz adamdı. Səhv yəqin bunda olmuşdu ki, Gövhərşahın da hürufi elmi ilə maraqlanacağına, daha doğrusu, «Fəzlhəq» deyilən o sehrli adamın hətta, şah atasını hamıdan yüksək hesab edən Gövhərşahı da öz tərəfinə çəkməyə qadir olduğuna inanmamışdı.
Fəzl adı gələndə İbrahim, bu adamı sayı-hesabı olmayan təriqət başçılarından biri hesab etmişdi. Nəsimi ilə danışığı onun bu təsəvvürünü dəyişdirdi. Gövhərşah isə hər şeyi alt-üst etdi. İbrahim yalnız indicə dərk edirdi ki, Fəzlullah adi təriqət başçısı deyil, onun elmi doğrudan da ilan zəhərindən bədtər imiş! Bu elmi öyrənənlər doğrudan da «lailahəilləllah» xofundan xali kimi görünürdülər.

O, başını qaldırıb, oğlunun tamamilə sakit, gözəl və nurlu üzünə tamaşa etdi. Ağır-ağır, düşünə-düşünə danışmağa başladı:
—Mən Arazın bu tayında, o tayında əlli şəhərdə olmuşam, torpağımızı addım-addım gəzmişəm və Azərbaycanın heç yerində Şirvan əhli qədər mömin camaat görməmişəm. Şəki civarında yanıma gələnlər hamısı Quranla gəlirdi. Kimi dindirirdim, hafiz çıxırdı. Məni başa sal görüm, necə oldu ki, camaat belə birdən-birə Qurani-şərifdən əl çəkdi?!

Ömründə bir dəfə də ona qışqırmayan atasının «sus» kəlməsi Gövhərşahın ürəyinə ağır daş kimi düşmüşdü. Buna görə də onun rəftarındakı dəyişiklikdən necə sevindisə, hətta özünün tamamilə hürufilər sırasında olduğunu gizlətmədən:
—Biz Qurandan əl çəkməmişik, şahım, — dedi.
—Bəs «lailahəilləllahın inkarına durmuşuq» nə deməkdir? Qurani-şərifin cövhəri lailahəilləllah deyilmi?!. «İnsan özü xaliqdir», «həqq-təala Adəm oğlu özüdür!». — İnkar deyil, bəs nədir bunlar?!
Gövhərşah fikrə getdi.
—Fəzlin Qurana münasibətinin şərhi çətindir, şahım! —Mən bilmək istəyirəm! Qurandan əl çəkməyibsə, bəs Nəsimi nə üçün tərsa kimi, Qurani-şərifin tərsinə danışdı?
Gövhərşah, doğrudan da böyük çətinlik hiss edirdi.

«Cavidannamə»ni çoxdan bəri gah ləşgərgahda, gah da Qazi Bayəzidin kitabxanasında vəliəhd üçün ayrılmış hücrədə gizlədib, imkan tapdıqca oxuduğuna və fürsət düşdükcə xəlifələrlə Quranın şərhinə dair elmi söhbətlər etdiyinə baxmayaraq, onun Fəzl elmində anlamadığı, qarışıq və ziddiyyətli görünən şeylər çoxdu.
— Əlbəttə, Nəsimi nə danışdısa, hamısı ustad sözüdür. Amma Fəzl özü başqa cür yazrr, şahım, — dedi. — «Cavidannamə»də Fəzl Quranı şərh edir: «Quranın bətni var, o bətnin də bətni var» — deyir, biri digərinin içində yeddi bətn göstərib buyurur ki, həqiqət yeddinci bətndədir. Peyğəmbər deyir: «İnsan aciz xəlq olunub». Fəzl bu kəlamı şərh edib deyir ki, peyğəmbər ab-atəş-xak-bad* cümləsi, zərrələr məcmui olan kainatı yeganə xaliq bilirmiş, insanm acizliyini və köləliyini də öz yaradıcısı olan kainatdan xəbərsizliyində və nadanlığında görürmüş, buna görə də Fəzl buyurur ki, otuz iki həq kəlamı olan hürufatın əsrarma vaqif ol, dünyanı və dünya içində öz bətnini dərk et! Dünya ilə birliyini gör! O vaxt xaliqin sirrindən agah olarsan.
— Qurani-əzimdə mən belə şeylər oxumamışam! Gövhərşah razılıqla baş endirib:
— Heç kəs oxumayıb, şahım!—dedi, — Peyğəmbər iyirmi üç il, əldə qılınc, döyüşüb, fəth etdiyi yerlərdə dini zor və qılıncla qəbul etdirib. Quran onun öz zamanında mövcud deyilmiş, şahım. Ölüm ayağında peyğəmbər əlini bir taxta qaba uzadıb, bir kəlmə: «Quran»* deyib. Məlum olub ki, iyirmi üç il ərzində vəhy* zamanı kəlamlarnıı quru kürək sümüklərinə yazdırıb o taxta qaba atırmış. Din də elə o qabda imiş, şahım! Amma sümüklərin üstündə yazılar qarışıq və əlaqəsiz imiş. Peyğəmbərin ölümündən sonra, xəlifələr sümüklərin üstündəki kəlamlar əsasında kitab yazdırıblar. Amma peyğəmbər kəlamının cövhəri başqalarının fikirlərinə və İncildən, Tövratdan iqtibasa qarışıb, əslini itirib, həqiqətdən uzaqlaşıb, insan əbədi aciz və bir olan allahm qulu kimi qələmə verilib. Fəzl mövcud Quranın bətnlərində peyğəmbər kəlamlamını axtarır və yalanı doğrudan ayırır.

Su-od-torpaq-hava.
Q u r a n — oxunmalı.
V ə h y— dərk etmə məqamı.


İslamda - peyğəmbərin bir olan allahdan buyruq aldığı vaxt.
— Demək, Fəzlullah Quranın əksinədir!
—Mövcud Quranın, şahım. Fəzl insanı Məhəmməddən, İsadan və Musadan əvvəllər də mövcud olan həqiqətə qaytarır, «Fövqəlbəşər allah yalandır»— deyir, «yalana kölə olma, allah sənin özündədir, allah sən özünsən» — deyir.

İbrahim dəhşət içində ayağa qalxdı, əlini əlinə vurub, təxtin qabağındakı qırmızı xalçaya işarə etdi. Qulamlar xalçanı kənara çəkib, daş döşəmədə qaralan sıx şəbəkəli ağır dəmir qapağı qaldırdılar. Daş pillələr İbrahimi divanxanadan mərmər meydanın altındakı pis qoxulu, çalın-çarpaz yolların ayrıcına, bu yollardan biri isə onu zindana doğru apardı.


ETİQAD

5

Şirvanın bütün Azərbaycanda, İranda və hətta İraqda, Suriyada da məşhur təbabət ocağı Məlhəm, Aran düzənliyindən üzüyuxan Şamaxıya doğru dağlara dırmandıqca seyrəlmək əvəzinə daha da qalınlaşan meşələrin qurtaracağında, yaşıl dağ döşündə aypara kimi saralan müalicəxana binası ilə onun yanında bacalarından daim tüstü qalxan karvansaradan, bunların dövrəsində bir neçə alçaq daş evdən və tək minarəli kiçik bir Məsciddən ibarət idi.

Deyilənə görə, müalicəxana ilə karvansara iki yüz əlli il əvvəl, Mənüçöhrün zamanında tikilibmiş. O məşhur şirvanşahın öz dərgahından göndərdiyi təbibdən savayı buraya Gəncədən və Təbrizdən də təbib və əttarlar gətirilib, təbabət mədrəsəsi açılıbmış. Tələbələr dağ yamaclarından, dərə və təpələrdən gül-çiçək yığarmışlar, əttarlar dərman-dava hazırlayarmışlar. Yalnız şirvanşahın özü, ailə üzvləri və alimənsəb təbəələri deyil, İrandan, İraqdan da at və dəvə belində günlərlə yol gəlib Məlhəmdə müalicə olunarmışlar.
Müalicəxananın dümağ, mərmərəbənzər divarları zaman keçdikcə camaq bağlayıb, saralıb kəhrəba rənginə düşmüşdü. Suyunun haradan gəlib haraya axdığı məlum olmayan, amma həmişə şeh kimi dumduru olan dəyirmi hovuzun ətrafında, yonma daş döşənmiş geniş həyətin dövrəsində, karvansara hücrələritək xırda hücrələr vardı. Bu, müsafirlərin hamısının gördüyü, tanıdığı üst mərtəbə idi.

Alt mərtəbəyə isə ancaq təbibxunkarın* icazəsi ilə getmək olardı. Orada, yeraltının qulaqbatıran səssizliyində, hücrələrin divarları içərisində qoyulmuş novlarda, yenə də haradan gəlib haraya axdığı məlum olmayan suların şırıltılarından mahnı yaradılmışdı. Həmin mahnılı hücrələrdə ruhi xəstələr yatırmışlar.
O hücrələri birləşdirən yeraltı həyətlə məscidin arasında yeraltı yol vardı. Ruhi xəstələr yuxudan oyananda, üzləri niqablı təbiblərin müşayiəti ilə məscidə, mehrab qabağına aparılar, üzü niqablı mühəddisin nədislərini dinləyib, onun yanında namaz qılıb dua edər, eşiyə buraxılmadan, məsciddə yeyib-içəndən sonra yenə mahnılı hücrələrə qaytarılarmışlar və ancaq tamam sağalanda günəşli həyat və insan üzü görərmişlər.

Deyilənə görə, bu cür müalicəxana nə vaxtsa, bütün dünyada yalnız Rumda — qədim Perqamda mövcud imiş. Hansı fatehsə Perqamla birlikdə müalicəxananı da dağıtmış, xəstə ruhlar məlhəmi mahnılı hücrələr dildə-ağızda nağıl kimi, əfsanə kimi dünyanı dolaşıb, nəhayət, bir də burada, Şamaxının yaxınlığındakı dağ döşündə əmələ gəlmişdi. Təbabət ocağı Məlhəmin şöhrətini dünyaya y a y a n da əslində həmin bu mahnılı hücrələrdi.

Buraya qəflə-qatırlı, təxt-rəvanlı şah və sultanlarla, hakimlər və sərəsgərlərlə bərabər, var-dövləti başdan aşan tacirlər və sövdəgərlər də gələrdilər; yuxusu ərşə çəkilmiş qocalarla bərabər cavanlar da, mələk, huri timsalında, zər-zibalı gözəllər də gələrdilər. Şəfa tapıb, axırıncı dəfə hücrədən məscidə və məsciddən yaşıl yamaca çıxanda, bir qayda olaraq, özləri ilə gətirdikləri qızıl-gümüşü məscidin qabağında yığışan zəlillərə, dərvişlərə, seyidlərə paylardılar, sonra evbəev gəzib, ömürlərini xəstələrə, təbib və tələbələrə, molla və mollaçalara qulluq etməklə keçirən Məlhəm camaatına ənam paylar, bəzən əyin-başlarının zər-zibasını və hətta paltarlarını da bu evlərdə qoyub, köhnə-köşkül geyinib çıxardılar. Beləliklə, illər keçdikcə təbabət ocağı Məlhəm həm də müqəddəs pir və ibadətgaha çevrilmişdi. Məlhəm camaatı isə tək Şirvanda və ümumən Azərbaycanda deyil, bütün İran və Turanda, allahın könlünün ən xoş saatında yaratdığı peyğəmbər nəslindən, pak, mömin və xoşbəxt seyidlər nəsli kimi tanınmışdı.

*Başhəkim.
*Mühəddis -nəqledən,hədisdeyən,məlumatlı,bilikli ruhani.

Şamaxı müftisi, Şirvan sədrəddini Şeyx Əzəm həmin bu nəslin xoşbəxtlərindəndi.

Gözünü dünyaya açanda, Məlhəmin bir çox seyid övladları kimi, o da hər şeydən əvvəl Quranı əzbərləyib hafiz olmuş, əvvəlcə mədrəsədə molla, sonra haman tək minarəli məscidlə mühəddis olmuşdu. Yaşı əllidən ötənə qədər mehrab qabağında gündə beş dəfə üzünə niqab çəkib, yanına gətirilən xəstələrə şəfa diləmiş və bütün məlhəmlilər kimi, o da öz xoşbəxtliyini şəfa tapanların xoşbəxtliyində görmüşdü. Bu vaxtlar onun mühəddislikdən başqa heç bir rütbə və ya mənsəbi yoxdu. Şamaxıda qiyam günü, Huşəng qətl ediləndə, Kəsranilərin sədrəddini öz müridləri və fars xanədanının pərəstişkarı olan üləma ilə birlikdə Şamaxıdan çıxıb getmiş və o vaxtdan sədrəddin tirməsi Şah məscidində, qara ələm bayraqlarının arasında asılı qalmışdı. Şamaxıdan Məlhəmə gəlib-gedən alimənsəblər danışırdılar ki, orada boynuna sədrəddin tirməsi salınmağa layiq bir adam qalmayıb, din və dövlət işlərindən kənar — guşənişin zahidlər belə, İbrahimi din və allah yolundan azmış mürtəd, «farsı atıb türkü tutan nadan» adlandırırlar. Odur ki, Qazi Bayəzid, İbrahimə məsləhət görüb ki, sədrəddinliyə namizədi Məlhəm seyidlərinin arasında axtarsın. Belə danışıqlar vaxtı alimənsəblər hamısı ona—Məlhəm seyidlərinin əməlisaleh mühəddisinə baxırdılar. Çünki hamısı onu yaxşı tanıyır və bilirdi ki, bu mühəddis ömründə tək bir dəfə günah işləyib: hədisə və namaza gələ bilməyən xəstələri yoluxarkən, mahnılı hücrələrdən birində ağlayıb boynuna sarılan bir hurini rədd etməyib, sonralar o huri sağalsa da hücrədən çıxa bilməyib, nəhayət, ayın-günün tamamında, öz can köynəyinə bükdüyü çağanı mühəddisin qucağına verib: «Övladımızın adını Şəms qoydum, əsl adını allah versin» — deyib ölmüşdü. Lakin bu çoxdan olub keçmişdi. Ruhən şəfa tapsa da, günəşli gün görmədən dünyadan gedən o hurinin dəfnindən sonra Məlhəm mühəddisi özü də bir müddət üzündən niqabı götürməyib, niqab altında göz yaşı tökə-tökə saralmış və bununla, hər bir günahı üçün əzab çəkməyə qadir, pak və sadiq bir bəndə olduğunu sübut etmişdi. Odur ki, şamaxılı alimənsəblər onu sədrəddinliyə ən layiqli namizəd hesab edirdilər. Yayın isti günlərində mahnılı hücrələrdə dincəlməyi xoşlayan tacirbaşı Hacı Nemətullah isə onu indidən «Şeyx Əzəm» adlandırırdı. Lakin bu ad mühəddisin durğun üzündə heç bir tərpəniş

əmələ gətirmirdi. Camaat onsuz da ona «şeyx» deyirdi və təbabət ocağında mövqeyi onsuz da əzəmi idi: burada şəfa tapan şahlar, sultanlar baş əyirdi ona. Şahzadələr, xatun və məlikələr baş əyib, əlindən, ətəyindən öpürdülər. Təbrizin Şirvandan barama aparan tacirləri, uzaq frəng ellərindən gətirilmiş nadir incilərlə dolu mücrülərini onun mehrabının qabağında qoyub gedirdilər. Bütün bunlar Məlhəm mühəddisini hər hansı bir sədrəddindən qat-qat yüksəyə qaldırmışdı. Onun tək minarəli kiçicik məsciddəki hücrələri və məscidlə yanaşı dağ döşündəki evi isə dünyanın ən zəngin şah və sultanlarının xəzinələrindən də zəngin idi.

İbrahim özü də onu sədrəddinliyə yaxşı namizəd hesab edir və bu vaxt Şamaxıda məscid, mədrəsə və üləma başlı-başına qaldığı üçün, tez-tez Məlhəmə adam göndərib şeyxin ağzını arayır, onun köhnə Kəsrani xanədanı ilə «rəncbər şaha» münasibətini öyrənir və ruhanilərin «rəncbər şaha» münasibətinin, ümumiyyətlə yaxşı olmadığını bildiyinə görə, rəsmi təklif etmədən, şeyxin özünün dərgaha gələcəyini gözləyirdi. Şeyx isə, şah və sultanlann, xatun və məlikələrin ruhunu xarab edən bu qan-qadalı dünyanın işlərinə qarışmaq istəməyib, öz xeyirxah və müqəddəs guşəsindən kənara çıxmaq niyyətində olmadığını bildirirdi.
Lakin aramsız çaxnaşmalar zəmanəsi tezliklə onu da öz yuvasından oynatdı.

Günlərin birində seyid qohumlan şeyxə xəbər verdilər ki, Cəlairi səltənətinin hökmdarı, Təbriz təxtinin sahibi sultan Əhməd bir dəstə tabeinlə*, Məlhəmə gəlir; hakimiyyət uğrunda öz qardaşları ilə çəkişmələrdə ruhu sarsıldığı üçün burada dincələcək, seyidləri ziyarət edəcək, şirvanşahla görüşəcək, sonra özünün Əlincə və Naxçıvan təbəələri ilə görüşməyə gedəcək,—Sultan Əhməd Cəlairinin Şamaxıya göndərdiyi qasid belə deyib. Tacirbaşı Hacı Nemətullah isə deyir ki, Sultan Əhmədə inanmaq olmaz. O, insanlıqdan xaric, bir torba ət kimi şeydir. Tərpənəndə başdan-ayağa buğum-buğum titrəyir, puçur-puçur tər tökür, baxanda adamın yazığı gəlir, amma əslində mürtəd və nacinsdir, öz əyan-əşrəfinin arvadlarını oğurlatdırır. Təxtə çıxdığı heç bir il deyil, Təbrizdə soydurmadığı, yağmalatdırmadığı bir tacir qalmayıb. Yarandığı gündən bütün karvan yollarının qovuşağı və dünya ticarətinin

*T a b e i n — sarayda xüsusi xidmətlər üçün saxlanılan silahlı adam.

mərkəzi olan Təbrizə indi bir karvan da yaxın düşmür. Sultan Əhmədin rəsmi tabein libası altında gizlənmiş quldurlarının qorxusundan hamı yolunu dəyişib Ruma gedir. Odur ki, tacirbaşı Hacı Nemətullah da Təbrizdən ayağını kəsib. Hacı əmindir ki, Məlhəmdə dincəlmək, seyidləri ziyarət, İbrahimlə görüş — hamısı bəhanədir, ömrünü ziyafətdə keçirən o ət torbası atbelinə qalxıbsa, demək qəsdi var. Hacı məsləhət görür ki, şeyx başda olmaqla bütün seyidlər xəzinələrini basdırsınlar, özləri də, bu xata sovuşana qədər çəkilib bir yana getsinlər.

Şeyx öz hücrəsində qohumlarına, sonra Hacı Nemətullaha qulaq asdı. Lakin nə qohumlarının həyəcanından narahat oldu, nə də tacirbaşının məsləhətindən. Əllərini hücrənin qaranlıq qübbəsinə tərəf qaldırıb, etiqad və əmniyyətlə: “Xudavəndi-aləmin pənahında olana zaval yoxdur», — dedi. Sonra Şirvan tarixindən söhbət açıb dedi ki, ulu hökmdar Mənüçöhr, Məlhəm pirinin binasını qoydurandan bəri Şirvan torpağına nə qədər basqın olub: xəzərlər və alanlar, tatar, moğul və qıpçaqlar iynədən-sapa yığışdırıb aparıblar; İranın və Azərbaycanın Cəlairilərdən əvvəlki qəsbkarları — Hülakular səmum kimi əsib, Şirvanı dəfələrlə yağmalayıblar, amma səcdəgahlara, o cümlədən Məlhəmə heç kəs toxunmayıb. Sultan Əhməd Cəlairi, yəni bu qədərmi dinsizdir ki, pir və ibadətgaha əl uzatsın?!
Şeyx gecəyarıdan ötənə qədər söhbət eləyib, seyidləri arxayınlaşdırdı. Sonra canamazını qoltuğuna vurub dərəyə endi, meşənin qalın yerində, yastı qayalar, mamırlı daşlar arasında qıjıldayan dağ suyunda çimib pak oldu və üzünü qibləyə çevirib, bu yeri-göyü, ayı-ulduzu yaradana yalvardı ki, insanı bəd əməllərdən qorusun; hərislik və qəddarlıq olmasın, vaxtsız ölüm və ayrılıq dərdi olmasm, yer üzündə əmin-amanlıq olsun, ayağımızın altında gəzən qarışqaya da zaval toxunmasın, ilan sürünsün, balası da dalınca... hər namazdan sonra, Quranı unudub, öz sadə Məlhəm ləhcəsində beləcə yalvarmaq onun köhnə adəti idi. Bu dəfə meşədə yarpaq işıldaşana qədər yalvardı. Axırda haqq dünyada olanlara, o cümlədən, on beş il bundan əvvəl ona günəşüzlü övlad bəxş edib gedən o huriyə də rəhmət oxuyub, nəhayət, canamazını yığışdırdı. Xəstə ruhlar Məlhəmin də sübh namazına durmaq üçün hamının onu gözlədiyinə şübhə etmədən, meşədən, çay qıjıltısından uzaqlaşıb, döşə qalxanda isə Məlhəmi viranə gördü.

Müalicəxana ilə karvansaranın və evlərin ara-bərəsi meyitlə dolmuşdu. Tapdanıb yaprxmış yaşıllıqda şırım-şırım qan donmuşdu, ağ cığırlar da qırmızı boyanmışdı. Orda-burda tək-tək seyid və bir neçə ahıl təbib dayanmışdı, lakin bu sağ qalanların da yalnız nəfəsləri gedib-gəlirdi.
Şeyx meyitlərin arasında dolandı, evləri gəzdi, müalicəxananın, karvansaranın, məscidin hücrələrini gəzdi. Hər yerdə qapı və pəncərələr sındırılıb dağıdılmışdı, hər yer talanmışdı.
Öz evinə şeyx lap axırda getdi. Dəmir sandıqlardan xəzinəsi ilə birgə yeganə övladı, günəşüzlü qızı da yoxa çıxmışdı.

O gün, o gecə və sabahısı Məlhəmə dəstə-dəstə, atlı və piyada insan seli axdı. Məscidin arxasındakı döşdə, çoxdan çöküb batmış köhnə qəbirlərin ətrafında böyük qəbiristanlıq əmələ gəldi. Vaxtilə Mənüçöhrün öz dərgahından göndərdiyi təbibin nəslindən olan təbib və əttarların çoxu bu qəbiristanlıqda dəfn edildi. Beləliklə, təbabət ocağı Məlhəmin şöhrətli çağlan qurtardı. Məlhəm pirinin şeyxi ilə onun sağ qalan qohumları isə qara geyinib, onlar üçün indi qəm ocağına çevrilmiş ata-baba yurdunu tərk etdilər, yönlərini Araza və Təbrizə tərəf döndərib, gündə bir kənddə, obada, yaylaq və qışlaqda gecələyə-gecələyə, sayıllıq edə-edə, Sultan Əhmədin sorağı ilə yol getməyə başladılar.

Həmin bu vaxtlar Şirvanda, Qarabağda və Naxçıvanda başları mütrüb papaqlı, əlləri batqanlı teymuri dərvişlərin ilk dəştələri görünməyə başlamışdı. Bunlardan bəziləri bu vaxt hələ İranda müharibə edən Əmir Teymurun ordusundan təzə ayrılıb Mavəraünnəhrə və Xarəzmə gedirdilər. Bəziləri isə Mavəraünnəhri və Xarəzmi gəzib, yenə İrana qayıdırdılar. Amma, vətənə gedənlər kimi, qayıdanlar da dərvişliyə təzə başladıqları üçün Azərbaycanda hələ bir o qədər həyasızlıq eləmirdilər; tüstüsü çıxan həyətlərə doluşanda «Dinimiz bir, dilimiz bir» — deyib ərklə qazan ağzı açır və yatmağa yer istəyirdilər, ya da haradansa özləri ilə gətirdikləri mal-davar ətini ocağa töküb, ala-çiy, kül-kömürünü çırpıb, dişlərinə çəkə-çəkə yola düzəlirdilər. Təsadüf Məlhəm şeyxini bu dərvişlərlə rastlaşdırmış və bir yanda Qızıl Orda hakimi Toxtamış xandan, o biri yanda Cəlairi hökmdan Sultan Əhməddən xəbər verən bu dərvişlər ona demişdilər ki, allah-taala Əmir Teymuru bütün cahangirlərə qənim yaradıb, ancaq indilikdə Əmir Teymurun Sultan Əhməd Cəlairidən böyük düşməni yoxdur; müqəddəs Məlhəmə basqın edib, Məlhəm şeyxinin qızılını aparandan sonra Sultan Əhməd Qarabağın və Naxçıvanın varlılarını da yağmalayıb, bu tərəflərdən yığdığı xəzinəni Əlincə qalasında gizlədib, oğlu ilə tabeinlərinin bir qismini Əlincədə xəzinəyə keşikçi qoyub Təbrizə qayıdıb, orada hətta öz təbəələrini də yağmalayıb, tacirlərdən başlamış, əsnafa, xırdavatçılara, papaqçı və başmaqçılara qədər, hamının vəzndən yüngül, qiymətdən ağır nəyi varsa yığışdırıb və guya təbəələrinin varidatını Əmir Teymurdan qorumaq niyyəti ilə, hesabagəlməz xəzinə, çoxlu gözəl kəniz və qul-qaravaşla İsfəhana qaçıb Təbrizlilər özləri Əmir Teymurun yanına gedib xahiş ediblər kı, Sultan Əhmədi tutub qətlə çatdırsın və öz varislərindən birini təxtə çıxarıb, Təbrizdə Çingiz xan törəməsi, Hülaku xan nəticəsi Qazan xan Hülakunun səltənətini bərpa etsin. Odur ki, Əmir Teymur indi ordusunu İsfaharun dövrəsinə yığıb şəhəri mühasirə edib, Sultan Əhmədin təslim olmasını gözləyir. Əmir Teymurun çoxlu daşatan, qayaatan mancanağı var. Heç bir daş-divar tab gətirməz o mancanaqların qabağında. Ancaq deyirlər İsfahan gözəl şəhərdir, Əmir Teymur isə insaflı və ədalətlidir. Başı üzərində peyğəmbərin cənnət rəmzi yaşıl bayrağını gəzdirir, əlində islamın həq qılıncını, həq yolundan azanlara, dinsizlərə, nacinslərə divan tutur, zülm və zillət çəkmiş Məhəmməd hümmətin qanadının altına yığıb pənahında saxlayır, seyidlərə, dərvişlərə bol-bol ənam paylayıb, dünya malından qane edir. Məlhəm şeyxinin dərdinin əlacı da Əmir Teymurdadır.

Bu xəbərlər şeyxi hay-küylü dərviş dəstələrinə qoşub o ilin yayında Arazdan keçirdi, çaylan, bulaqları şor dadan dağlardan aşırıb Azərbaycanın güribatanına, sonra da fars məkanı İsfahana doğru apardı.
Dərvişlər yalnız qaranlıq qarışanda dayanır, ikibir-üçbir, hara gəldi döşənişib, kürək-kürəyə verir, bir də işıqlaşanda «Yahu», «Yahu» qışqırtılan ilə yola düzəlib gedir, nicat ümidi ilə onlarİa ayaqlaşmağa çalışan Məlhəm şeyxi ilə onun bərkə-boşa düşməmiş seyidlərini də çəkib apardılar. Bu dərvişlərin nə Şirvandakı əlləri qavallı, qollan kəşküllü abdal dərvişlərə bənzəri vardı, nə də Rumdan gələn, qoltuqlan dümbələkli, dilləri münacath mövləvi dərvişlərə. Kəşkül əvəzində cır-cındırlarının arasında quyu kimi dərin torba gəzdirirdilər. Heç bir təriqətə mənsüb deyildilər. İmamlardan və imamzadələrdən
xəbərləri yoxdu. Əməlli-başlı bir surə, ayə və namaz da bilmirdilər. Şeyx hər addımda duyurdu ki, bunların dini, allahı və peyğəmbəri də Əmir Teymurdur. Dünyanı başına götürən qışqırtı-bağırtıları ilə bərabər, əllərindəki ölüm silahı batqan və bellərində kəmənd ucundan sallanan qurğuşun da Məlhəm şeyxinin etiqadma yad gücdən xəbər verirdi.
Lakin şeyx hələ bilmirdi ki, onda nicat ümidi oyadan da əslində elə bu güc idi. Məlhəmdən çıxanda o, özü ilə canamazdan başqa heç nə götürməmişdi, gündə beş dəfə açıb yerə sərdiyi bu canamazdan, Məlhəm məscidinin qaranlıq hücrəsində, atasının dizi dibində böyümüş övladının ağ mərmər üzü ilə qara ceyran gözlərindən başqa heç nə görmür və hər surənin axırında onun yalvarışlarını təkrar edən seyidlərin pıçıltılarından başqa heç nə eşitmirdi. Şeyx hələ dərk etmirdi ki, canamazı açıb surə başlayanda da, bir olan xilaskara yalvaranda da, nicatı yalnız bu dərvişlərin pərəstiş etdikləri güc və qüdrətdə görürdü. Odur ki, qatar-qatar alçaq dağlar arasında, geniş dərədə son dəfə dincələn dərvişlərdən İsfahana az qaldığını, bu dərə ilə gedib tezliklə Əmir Teymurun dərgahına yetişəcəyini biləndən sonra şeyx, daha qurşağını altından çıxartmadığı canamazı ilə birgə dua-sənasını və bir olan xilaskara yalvarışlarını da unutdu.

O günü dərvişlər onu qıçını qatlamağa qoymadılar. Əmir Teymurun düşərgəsində qurban bayramına çatmaq üçün bəzən hətta yüyürüb, şeyxlə seyidləri də yanlarınca sürüklədilər.

Nəhayət, nəfəsini dərib, dünyaya baxanda şeyx əvvəlcə ağ atlı, şiş dəbilqəli, dəmir geyimli adamlar gördü, — bunlar Əmir Teymurun qarovul qoşunlan idi, İsfahanın dövrəsində gecə-gündüz keşik çəkirdilər. Sonra hündür qala divarları və divarlardan bəridə, yaşıllıqda taxta qanadlarını sallayıb yatan nəhəng kəpənəklər gördü,— dərvişlər dedilər, bunlar Əmir Teymurun haman daşatan mancanaqlarıdır. Sonra göyün üzünü tutub yağış buludu kimi qarın sallamış qatı tüstü gördü, tüstünün altında, düzəngahda təsbeh dənələritək sıx-sıx, həlqə-həlqə düzülmüş saysız-hesabsız çadır, saysız-hesabsız ocaq və ətürpədən insan qaynaşması gördü. Mal və buğa böyürtüləri, at kişnərtisi, dəvə nəriltisi, qoyun-quzu mələşməsi ilə uğuldayan, tüstü, kabab, qovurma və tər qoxuyan bu qaynaşma, üzgün və halsız şeyxi içərisinə alıb yedirib-içirtdi, danışdırıb,
Şirvandan Ərnir Teymuru deyib gəlməyinin səbəbini öyrəndi, ipək diyan Şirvan haqqında, İbrahimin xasiyyəti, şahlığı və ordusu haqqında çoxlu sual verdi. Şeyx, gah bu, gah o biri ocağın qırağında, gah bu, gah o biri çadırda, dadını-duzunu bilmədiyi bayrampayı yeyə-yeyə, ömründə birinci dəfə ürəyini bulandırsa da imtina etmədiyi at südü içə-içə, onu danışdıranları hamısına eyni məmnuniyyətlə cavab verib, bildiklərini söyləyirdi və hamının ayağına döşənib: «Məni hökmdarın yanına aparır, Əmir Teymura iltimasını özüm deyim. Dünya malında gözüm yoxdur. Bircə balamı qaytarsın», — deyirdi.

Nəhayət, onu düşərgənin harasında isə, nisbətən seyrəklik və yaşıllıq bir yerə apardılar. Şeyx, papaqlarında tovuz lələkləri, bellərində qaş-daşlı kəmər, qılınc və qəmələri parıldayan böyük əmirlər gördü.

Sonra böyük ağ çadır və çadırın üstündə peyğəmbərin gümüşü ayparalı yaşıl bayrağını görüb salavat çevirdi.

Çadır tərəfdən ona doğru qolları çirməkli qara qullar yüyürüşdü.
Qullardan birinin əlində tiyəsi parıldayan əyri qəmə, o birisinin əlində ləyən vardı.
Şeyx qorxub özünü itirdi. Lakin qullar ona çatanda böyük əmirlər də yaxın gəldilər və şeyxin üstünə göyçək bir quzu atdılar. «İndi ki, pirdən gəlibsən, al kəs bu quzunu. İsfahanı bu quzu basacaq», — deyib gülüşdülər.

Şeyx bir quzuya, bir qəməni onun ovcuna basan qulağı sırğalı qula, bir də qabağındakı qızıl ləyənə baxdı, deyilənlərdən heç nə anlamasa da, quzunu üzü qibləyə yıxdı, «Bismillah» — deyib qəməni çəkdi.
Qullar qanın bir damlasını da yerə düşməyə qoymayıb, buğlana-buğlana, qızğın-qızğın, əlüstü qızıl cama boşaldıb apardılar, əmirlər də yenə nə isə deyib gülə-gülə onların ardınca ağ çadıra getdilər. Nə o günü Əmir Teymur ağ at belində, əmirlərinin, varislərinin müşayiəti ilə İsfahana daxil olanda, nə də sonralar, oğullan Miranşah, Şahrux və Ömər Mirzədən, nəvələrindən və əmirlərindən, bir də yürüşlərdə hökmdarın yanınca gəzib onun zəfərlərinin tarixini yazan salnaməçi Şamidən başqa bir kimsə bilmirdi ki, Əmir Teymur, Məlhəm şeyxinin kəsdiyi quzunun qanını içdikdən sonra yatağa uzanıb, Sultan Əhməd Cəlairinin səhərdən danışığa gəlib elçi çadırında gözləyən vəzirini çağırtdırmış və vəzirin gözü qabağında bir ləyən qan qusub, sonra demişdi: «Görürsən ki, ölürəm, müharibəlik halım yoxdur. Altı aydır oturmuşam burda. Ordu xəzinəmi yeyib qurtarıb. Əsgərlərə aylıq verməyə bir dinarım da qalmayıb. Sultan Əhmədə de xərcimi versin, çıxıb gedirəm, meyitimi Səmərqəndə çatdırıb öz torpağımda basdırsınlar».
Sevincindən özünü itirmiş vəzir, çadırdan çıxanda ata minməyi belə unudub, şəhərə yüyürmüş, iqamətgahında onu gözləyən Sultan Əhmədə: «Ölür! Öz gözümlə gördüm, bir ləyən qan qusdu! Can üstədi! Keçinir!» — dedikdə Sultan Əhməd də sevincindən ağlnı itirib, ömründə bir dəfə də ordu qabağında döyüşə getmədiyi halda, bu dəfə özü darvazaları açmağı əmr edib şəhərdən çıxmış və başdan-ayağa qızıl içində parıldayan Səmərqənd əmirini öz qırmızı süvarisinin səfləri arasında, at belində sağ-salamat gördükdə, dəhşətdən titrəyib, kiçik bir dəstə ilə canını götürüb qaçmışdı. Beləliklə, altı ay ərzində Əmir Teymurun ən zorba daşatan mancanaqlarının da kar etmədiyi qalın, hündür, üçqatar qala divarlarının darvazalarının hamısı açıq qalmış və qırmızı süvari, müdafiə ümidi ilə geri cuman cəlairilərin ardınca şəhərə dolmağa başlamışdı. Bu vaxt Məlhəm şeyxi hələ də ağ çadırın qabağında, axşamın sərt ayazından donmuş quzunun yanında idi.

Böyük əmirlər, nəfəsləri buğ püskürən, tərli, köpüklü atlarını onun böyür-başında fırlatdılar, şaqqıltılı qəhqəhələrlə «Quzu İsfahanı basdı!» — dedilər, onun və quzunun üstünə qızıl səpələyib getdilər.

Şeyx isə nə quzuya toxunurdu, nə də ayağı altında parıldaşan qızıllara. Birdən-birə yer titrəyəndə və ordu şəhərə dolmağa başlayanda şeyxin gözlərindən yaş açılmışdı. Ərzaq qoşunlarının əsgərləri və düşərgədə hələ də sür-sümük gəmirib doymaq bilməyən əlləri batqanlı dərvişlər qızılı yığışdırıb torbalarına dolduranda, şeyx bunu da görmürdü, gah hündür divarlar arxasında, rənginə günəşdən sarılıq çökmüş uca minarələrə, gah da sağ-solundan gəlib keçən, tükənmək bilməyən ordu selinə baxa-baxa, hönkürə-hönkürə, şəhərə doğru gedirdi. Ömründə o, tək bir dəfə, Məlhəmin mahnılı hücrələrindən birində, can köynəyinə bükdüyü körpəni onun qucağına verib keçinən o hurinin yanında belə ağlamışdı, bir də indi. Məlhəmə haradan gəldiyini, kim olduğunu, hətta adını da bilmədiyi o hurinin yadigarının xilasına az qaldığını düşünəndə gözlərindən yaş açılıb, ağsümük yanaqları uzunu, daşdan sızan bulaq suyu kimi tökülürdü. Məlhəm müsibəti onun yaddaşında ömürlük həkk olunmuşdu, dərədə namaza durmağa yollananda sağ-salamat qoyub getdiyi, qayıdanda isə hamısını qan içində döşəli gördüyü qohumlarının, təbiblərin, tələbələrin meyitləri, ata-baba yurdunun o səhərki görkəmi, müalicəxana ilə evlər və evlərlə məscid arasındakı ağ cığırlarda qırmızı gölməçələrə qədər gözündən getmirdi. Bununla belə, o, müharibənin nə olduğunu bilmirdi. Şeyxə elə gəlirdi ki, Məlhəm pirinin möminini hörmət-izzətlə qarşılayıb ocaqdan-ocağa, çadırdan-çadıra gəzdirə-gəzdirə, israrla bayram payı yedirən bu müsəlmanlar, onun üstünə ovuc-ovuc qızıl səpələyib, peyğəmbərin bayrağı altında həmləyə gedən bu dəmir geyimli bahadırlar, onun dünya malına həris və nacins sultan əlində əzab çəkmiş həsrətli övladını dərhal xilas edib əl üstə gətirəcəklər. «Al, bu da sənin Günəşin, ya şeyx! — deyəcəklər. Bu ümidlə də minarələrdən gözünü çəkmədən, Əmir Teymurun xilaskar ordusunu və öz balasını ovsunlaya-ovsunlaya, yanaqları uzunu yaş axıda-axıda gedirdi.

Bir az sonra ordunun içinə düşdüyünü hiss edəndə belə, dayanmadı. Ayağının altında yer daha bərk titrəyirdi, ətrafında gurultu artdıqca toz dumanı da qatlaşırdı və bu dumanda səssiz-səmirsiz kölgə kimi gəlib-keçən atlı qaraltılardan başqa heç nə görünmürdü.

Sonra şeyx yalnız dəmir şaqqıltıları eşitdi və qığılcım yağışı gördü.
Sonra qaynar sudan çıxmış kimi buğlanan at sağrısı gördü və sinəsində sümüklərinin xırçıltısını eşitdi. Bundan sonra daha heç nə görmədi və heç nə eşitmədi.
O axşam və o gecə İsfahanın baş darvazası ilə teymurilərin düşərgəsi arasındakı düzəngahda, seyrək təpələr belində böyük-böyük tonqallar yanırdı. İsfahan əhalisi, ana qucağında südəmərlərdən başlamış, başı gora titrəyən qocalara və qorxudan ağrı çəkən boylu zənənlərə qədər at döşündə bu tonqalların işığına gətirilmişdi. Din və allah yolundan azmış sultanı altı ay himayə etdiklərinə görə və İsfahana peyğəmbərin həq bayrağı ilə gələn orduya tələfat verdiklərinə görə, bu qurban bayramı günü isfahanlılar Əmir Teymurun hər əsgərinə bir qurban verməli idilər yə bu qurbanların hamısı əli qılınc tuta bilən kişi olmalı idi. Lakin İsfahanda Əmir Teymurun əsgərlərinin sayı qədər kişi yoxdu. Təpələrdən birinin belində, məşəllər arasında təxtdə oturmuş hökmdara hərənin bir baş aparmalı olduğunu, kim aparmasa öz başının kəsiləcəyini
biləndə, qırmızı süvari dərhal camaatın arasına doluşmuş və bir azdan orda bir nəfər də kişi qalmamışdı. Odur ki, qalan əsgərlər yeniyetmələri və on-on iki yaşında oğlan uşaqlarını da nizə qabağında camaatdan ayırıb, diz çökdürüb boyunlarını vurmuşdular. Əllərinə yeniyetmə və uşaq keçməyən axırıncı əsgərlər isə zənənlərin başlarını qırxıb, kişi başı əvəzində təhvil vermişdilər.

Səhər açılanda, belində tonqal tüstülənən təpələrin arasında, İsfahanın qala divarları hündürlüyündə ən uca bir təpə əmələ gəlmişdi.

Bütün bunları Məlhəm seyidləri öz gözləri ilə görmüşdülər. Şeyxin isə gözləri yumulu idi.
Seyidlər yüz yumurtarının çirişini qayırıb onun sinəsinə, kürəyinə və çiyinlərinə yaxdılar. Sarığın üstündən taxta çilikləri düzüb bir də sarıdılar. Çiyinlərində ölü kimi aparıb, ərzaq qoşunlarının düzənliyə səpələnmiş at arabalarından birinə qoydular və ertəsi günü, qarovul qoşunlarının ardınca ordu düşərgədən çıxanda onlar da yola düşdülər.

Təkatlı, ikitəkərli hündür və yüngül araba şeyxi Əmir Teymurun ordusu ilə birgə bütün qışı İranda dolandırdı, dörd ay sonra, günəşli bir yaz günü aparıb Təbrizin Qazan xan zamanından qalmış, müdafiə üçün yararsız qala divarlarının yaxınlığına çıxartdı.

Sultan Əhməd yenə qaçıb, bu dəfə Əlincəyə pənah aparmışdı. Əmir Teymur isə artıq şəhərdə idi. Şeyxin arabası dayananda divarların arxasından buruq-buruq toz qalxırdı. Orda evləri uçurub daşını qala divarlarının dibinə daşıyırdılar. Sultan Əhmədin qol-qıçları kəməndlə sarıqlı tabeinlərini, onların arvad-uşaqlarını, qohumlarını xərəklərə atıb, daş, gil və palçıqla birgə yuxan qaldırıb, diri-diri divarlara hörürdülər.
Divarlar bircə gündə bir adam boyu hündürləşdi.

Axşamüstü əlləri ləyənli, malakeşli, başaçıq, ayaqyalın əsnafi şəhərdən çıxarıb, qova-qova haraya isə apardılar. Divarların üstündə tabeinlərlə arvad-uşaqlarının, qohumlarının başları qaralırdı. Diri ikən dəfn edilmiş bədbəxtlər hələ də nəfəs alıb yaşayırdılar. Məlhəm şeyxləri ana dilində Əmir Teymura lənət deyirdilər. Allaha, peyğəmbərə yalvarır, «Gəl, ey sahibəzzaman!» — deyib, həzrət Mehdini köməyə çağərırdılar.
Qaranlıq qarışdı, gecəyarı oldu, lakin səslər kəsilmədi.
Daşların dili şeyxin ətini ürpədirdi. İsfahan qırğını barədə seyidlərin yol uzunu, arabada danışdıqlarına qulaq asıb, övladını görməyə ümidini itirəndən sonra, şeyxin taxta çilikləri altında sıxılmış sinəsində insana nifrətdən, dilində insana lənətdən başqa heç nə yoxdu. Haqqında tək bir dəfə tacirbaşı Hacı Nemətullahdan eşitdiyi o murdar ət torbasına nifrəti isə elə idi ki, onun tabeinləri gözünün qabağında qılıncdan keçirilsəydi, şeyx bu qırğından hətta sevinərdi də. Bununla belə, Təbrizin divarları üstündəki cəhənnəmdə insanın əzabına dözmədi. Hətta öz müsibətini və bu müsibətin törənməsində tabeinlərin günahını da unudub, bütün gecəni o cəhənnəmin iniltilərinə qulaq asdı.

Səhərisi ölü başların hədəqədən çıxmış gözləri ilə şeyxin gözlərinin fərqi çox az idi. İndi o özü də Əmir Teymura lənət oxumağa hazır idi. Lakin bu vaxt seyidlər şəhərdən gəlib Şəmsin tapıldığını xəbər verdilər və şeyx, taxta çilikləri arasında sıxılmış dar dünyasında necə heyrətli bir dəyişiklik əmələ gəldiyini bilmədən, özünü arabadan yerə atdı.

Seyidlər onun qoluna girib apardılar.
Dörd ayda birinci dəfə idi ki, şeyxin ayağı yerə dəyirdi. Ağsümük üzü daha da avazıyıb göyümtül çalırdı. Qan çəkmiş gözlərinin rəngi də dəyişib, boz-bulanıq kor gözlərinə oxşayırdı. Şəhərin girəcəyində, tərifini hələ Məlhəmdə eşitdiyi məscidləri və uçurulub dağıdılmış evlərin xərabəliklərini də, qapıları taybatay açıq, ləmələri boş dükanları və bu dükanların cərgələrindən o yanda, örtülü bazar meydanında seyidlərin yara-yara keçdikləri izdihamı da görmədi. Sultan Əhmədin kənizləri arasında Şəmsi isə dərhal gördü.

Şeyx sonralar bildi ki, o, tək deyilmiş: Şirvandan, Qarabağdan, Naxçıvandan yağmalanmış varidatının, oğurlanmış qızının, arvadının, bacısının ardınca düşüb, Əmir Teymura pənah gətirənlərin sayı-hesabı yox imiş, Sultan Əhməd, Əmir Teymurun Təbrizə yaxınlaşdığını eşidib, gecə ikən qaçmağa hazırlaşanda, kənizlərinin üst-başlarında az-çox qiymətli nə varsa, hamısını çıxartdırmış və tək bir kəbinli arvadından başqa, bütün hərəmxananı atıb getmişdi. Hərəmxana əvvəlcə, Əmir Teymurla dil tapmaq ümidi ilə burada qalan əyanların, sonra da
teymurilərin şəhərə girən ilk dəstələrinin əlinə düşmüş, nəticədə kənizlərdən bəzilərinin saraydan meyitləri çıxarılmışdı. Əmir Teymurun əmri ilə əsl sahiblərinə qaytarılmaq üçün meydana gətirilənlər isə diri ikən ölü kimi döşəli qalmışdılar. Örpək və paltar əvəzində əyin-başlarında cırıq-cırıq ipək parıldayan, bədənlərinin açıq yerlərini örtməyə belə səy göstərməyən bu gözəl kənizlər dəstəsinin tapdanıb zay edilmiş, dirçəlməyinə ümid olmayan bir çiçəkliyə bənzəri vardı. Meydanın ətrafına toplaşmış atalar, ərlər, qardaşlar, bu məhv olmuş çiçəkliyə baxdıqca, kimi açıq-açığına hönkürüb ağlayırdı, kimi də göz yaşını içərisinə, ürəyinin özəyinə axıdırdı. Amma kənizlərə yaxın gedən yoxdu. Bədbəxt müsəlmanlar, aylarla axtarıb, nəhayət gördükləri əzizlərinə murdar ətə baxan kimi baxırdılar.

Təkcə Məlhəm şeyxi, qızının ağ mərmər üzünü görən kimi seyidlərin əlindən çıxıb yerə yıxıldı, dörd əl-ayağı üstündə, iməkləyə-iməkləyə, «Bircə balam, Şəmsim, qibləgahım, səcdəgahım!» — deyə-deyə, taqətsizlikdən titrəyə-titrəyə gedib özünü qızının üstünə saldı.
Seyidlər yaxınlaşanda ata-bala, ikisi də yerdə, toz-torpaq içində bir-birinə sarılmışdı.
Seyidlər onları bir-birindən ayırmayıb, ikisini də birgə qaldırdılar.
Allah-taala öz istəkli bəndələrinə əzab verib, sınaqdan keçirib, sədaqətlərinə əmin olduqdan sonra murada çatdırmışdı. Seyidlər bu fikirdə idilər, odur ki, allahın bu istəkli bəndələrini buradan birbaş məscidə aparmaq istəyirdilər. Şeyxin isə indi Əmir Teymuru görməkdən, başı üzərində peygəmbərin bayrağını, əlində islamın qılıncını gəzdirən xilaskara səcdə etməkdən böyük arzusu yoxdu. Lakin Əmir Teymur artıq Təbrizdə deyildi. Onun o ili Ərməni, Qaxeti də fəth edib, hər yerdə dinsizlərə divan tuta-tuta Kür aşağı gəlib Qarabağda qışlamaq üçün düşərgə saldığını və orada İbrahimlə müqavilə bağladığını şeyx, Məlhəmdə eşitdi. Bu vaxt Şirvandan Qarabağa yeni-yeni əlləri batqanlı dərviş dəstələri keçib-gedirdi. Şeyx yenə də dərvişlərə qoşulub Əmir Teymurun səcdəsinə getmək niyyətində idi. Lakin anadan olduğu mahnılı hücrədə müalicə edilən Şəmsin göz yaşma dözməyib, səfər fikrindən daşındı və Qarabağ əvəzində Şamaxıya gedib, Əmir Teymur əvəzində onun oğlunun, Şirvan bahadırları kimi san tumac çəkmə geyinmiş Şirvan valisi vəliəhd Miranşahın çəkmələrindən və qılıncından öpdü. Oradan çıxanda isə artıq boynu tirməli Şeyx Əzəm kimi, şah məscidinin minbərinə qalxıb ilk moizəsini oxudu. «İnsan həq yolundan azıb, həris, nacins və murdar olub. İsfahanda, Təbrizdə qırğınlar allah-taalanın öz buyruğudur və Əmir Teymurun əməli həq əməlidir», — dedi.

Bu, Şeyx Əzəmin Əmir Teymura xidmətinin başlanğıcı idi.
Müqəddəs Məlhəm mühəddisinin tanınmaz olub, sonralar hürufilərə, Fəzl elmini tədris edən əsnafa və bütün dinsizlərə, allahsızlara qənim kəsilən Şeyx Əzəmə çevrilməsinin tarixçəsi belə idi.

Günlər keçəcək, şeyxin ilk moizəsindən bir neçə ay sonra Naxçıvandan Şamaxıya qaçqınlar gəlib, daşatan mancanaqların Naxçıvanı necə dağıtdığını, Ziyaülmülk günbəzi altında, saman tüstüsü içində beş yüz nəfərin necə ilan kimi qıvrıla-qıvrıla öldüyünü danışacaqdılar. Sonra Ərmən dağlarından qaçqın qocalar, qadın və uşaqlar arasında, döşüxaçlı, gözüyaşlı, cavan bir keşiş gəlib, Ərmən çaylarında su əvəzində insan qanı axdığını söyləyəcəkdi. Lakin bu xəbərlərin heç biri Şeyx Əzəmin yeni etiqadında təbəddülat əmələ gətirməyəcəkdi. Çünki bu xəbərlərin yayıldığı vaxtlar, qaçqınlarla bərabər teymuri dərvişlər də Şamaxıya gəlib, Ərmən əsnafının və naxçıvanlıların Əlincəyə kömək göndərdiklərini və buna görə də allah qəzəbinə düçar olduqlarını danışacaqdılar.
İllər keçəcək, bir vaxt da gələcək, sultan Əhməd Cəlairi Əlincədə mühasirədən qaçıb, Təbrizdə bir neçə gün hökmranlıq edəcək, taxıl alverindən varlanmış tacirləri soyub, bu dəfə Bağdada qaçacaq, sonra Ərmir Teymur vəliəhd Miranşahı cəmi İran və Azərbaycanın hakimi təyin edib, Sultan Əhmədin izi ilə Bağdada gedəcək, üç gün, üç gecə mancanaqlardan daş yağdırıb, nəhayət, qala divarında deşik açıb şəhərə daxil olacaq, Sultan Əhmədin buradan da qaçdığını və onun — Teymurun köhnə düşmənlərindən Qaraqoyunlu Yusifə qoşulduğunu bildikdə, Bağdad camaatının yarısını qala divarları arxasında xəndəklərə tökdürəcək, o biri yarısını öz ata-analarının, qardaş-bacılarının, oğul-uşaqlarının üstünü torpaqlayıb diri-diri basdırmağa məcbur edəcəkdi. Dərviş libasında, Əmir Teymurun ordusunun ardınca Bağdaddan qayıdan Fəzl müridləri, o xəndəklərdə, torpağın üstündə saysız-hesabsız körpə uşaq əli gördüklərini danışıb: «Torpaq töküləndə atalar, analar uşaqlarını başlarının üstünə qaldırırmışlar» — deyəndə bütün Şirvan Əmir Teymura lənət oxuyacaq və yalnız bu vaxt, Şeyx Əzəm etiqadının sarsıldığını hiss edib, mehrab qabağında diz çökəcək, «Kimə inanım, nəyə inanım, ya rəbbim?!» — deyəcəkdi. Lakin daha gec idi. Çünki bu vaxt artıq bütün Şirvan «Mənəm allah» deyənlərlə dolmuşdu və bu allahsızlar Şeyx Əzəmi yer üzündə görünməmiş qırğınlara bais olan murdar sultandan daha çox dəhşətə gətirib, hətta yuxusunu da azdırmış, gözlərini qan çanağına döndərmişdi. Odur ki, Miranşahın öz ordusundan göndərdiyi təğyirlibas adamlar, Fəzlullahın məkanını öyrənməyi tələb edəndə, şeyx başı alovlu, İbrahimin hüzuruna yüyürmüş, «Şamaxının aqibəti Bağdaddan da bədtər görünür!» — deyib, danışığa gələn Fəzl elçilərini dərhal tutmağı və divan ayağına çəkib onlardan Fəzlullahın yerini öyrənməyi tələb etmişdi. İbrahim buna razılıq verəndə şeyx nə qədər sevinmişdisə, o axşam şahın kafirlərlə divanxanada danışıq apardığını eşidəndə bir o qədər təşvişə düşmüş, bu xəbəri gətirən müridləri ilə birgə iqamətgahına gedib, çoxdan bəri ona qeyri-rəsmi müridlik edən əlləri batqanlı dərvişlərin böyük bir dəstəsinə rəsmi xirqə geyindirmiş və İbrahimin hüzurunda elçiləri tutmağa tələsmişdi. Bu hərəkəti ilə şaha xəyanət etdiyini o heç ağlına da gətirmirdi. Çünki bir tərəfdən İbrahimin tapşırığı ilə Əlincəyə gedib, orada döyüş meydanından tapılan hürufi papağını Əmir Teymura göndərməklə, o biri tərəfdən Miranşahın təğyirlibas adamlarını öz iqamətgahında gizlətməklə necə mürəkkəb və təhlükəli bir siyasət dünyasına düşdüyünü o qədər də dərk etmirdi. Şeyxi düşündürən yalnız bu idi ki, nəyin bahasına olur-olsun kafir tutulmalı, Şirvan allah qəzəbindən və qırğın təhlükəsindən qurtarmalı idi. Bunun üçün o, şahı da, lazım gəlsə, özünü də qurban verməyə hazır idi. Odur ki, şah iradəsinin hər şeydən yüksək olduğu şah hüzurunda elçiləri tutdurmaqdan çəkinməmişdi. Elçiləri zindana aparıb dəmir qəfəslərə saldırandan sonra isə, təzə xirqə altında köhnə dərviş torbasından paslı mismarlar çıxarıb, onun işarəsini gözləyən teymurilərə külli-ixtiyar verib, kafirin məkanını öyrənməyi tapşırmışdı.


Yeraltı yolun dolanbacları ilə irəlidə əlləri məşəlli candarlar, ortada İbrahim özü, axrrda isə Gövhərşahla əsgərxas dəstəsi gedirdi.
Zindanın buz soyuqluğu saçan nəm şəbəkələri görünəndə qarışıq qışqırtılar eşidildi. Şeyx Əzəmin yeni müridlərindən və onların mismarlarından hələ heç kəsin xəbəri olmasa da, İbrahim elçilərə işgəncə verildiyini dərhal başa düşüb tələsdi.
Candarlar yüyürüb şəbəkəli qapını açdılar, əsləhələrini cingilti ilə yığışdırıb, divara qısılıb, şaha yol verdilər.

Zindanın dərinliyində, yağ çıraqları ilə işıqlanmış vahiməli yarıqaranlıqda qaynaşan qara xirqəli adamlar, məşəlləri görən kimi səslərini kəsib, duruxub, gözlərini şaha dikmişdilər. Onların ortalığında, üç yanaşı qəfəsdə elçilər üç yanaşı şam kimi ağarırdılar. Bir az kənarda Şeyx Əzəmin əmmaməsi və çiyinlərindən başmaqlarının burunlarına qədər sallanmış sədrəddin tirməsi ağarırdı. İbrahimin təşrifindən ehtiyatlansa da, şeyx, bu yeraltının sahibi və mütləq hakimitək dayanıb, şahın özünün ona yaxınlaşmasını gözləyirdi. Lakin vəliəhd Gövhərşahın arxasınca gələn əsgərxası gördükdə, yəqin ki, hər şeyi anlayıb, birdən həyəcanla irəli yeridi.
—Allah xatirinə, müdaxilə etmə, şah! — dedi. — Müqəddəs kəlama görə, kafirin kitabları ilə bahəm bu məlunlar da oda yaxılacaqlar!
— Oda yaxmağın nə xeyri, şeyx?.. Bəlkə Əmir Teymura hədiyyə göndərəsən onlan və mənim hürufilərlə əlaqəmi sübuta yetirəsən?! — Bu şübhə İbrahimin ağlına indi gəlmirdi. Şeyxlə necə danışacağını o hələ divanxanada ikən düşünüb, buraya tamamilə aydın fikirlə gəlmişdi:— Özün eşitdin, mən Fəzlullahın təklifini rədd etdim. Çünki bir olan allahla peyğəmbərdən və Qurani-şərifdən qeyri istinadgahım yoxdur mənim, ola da bilməz! Ancaq mən Fəzlullahı həbs etməyə qadir deyiləm, şeyx! Miranşaha çatdır, Fəzlullah məndən və Miranşahdan da, bəlkə Əmir Teymurun özündən də qüdrətli hökmdar olub. Aç qəfəsləri, burax onun elçilərini getsinlər.
— Sən kafiri tutmalısan, şah! Yoxsa məhşər qopar, Şamaxının daşı daş üstündə qalmaz! — Şeyxin dünya nemətlərindən məhrum
Şahın soyuq qətiyyəti qarşısında geri çəkilib, müridlərinə toxunduqda elə bil birdən dayaq tapıb onlardan yapışdı:
— Bu adamlar Əmir Teymurun dərvişləridir. Əmir Teymur bu adamlara inanır, bunların nişan verdikləri dinsizləri səlamət qoymur. Kafiri tutmasan, sənə də aman verməz!

İbrahim, gen-bol xirqələr içində sərbəst dayanmış, hamısı bir-biritək gödək, enlisifət adamlara göz gəzdirdi. Onun ən çox ehtiyat etdiyi bir hadisə baş vermişdi. Xəbərgirlər dərgahda ən gizlin danışıqlara qulaq asırdılarsa, hətta zindana yol tapıb, şahla vəliəhdinin Fəzl elçilərini azad etməyə gəldiklərini öz gözləri ilə görürdülərsə, şirvanşahın xəyanətini sübut üçün daha nə lazımdı?! Lakin İbrahim özünü itirmədi.

O, Əmir Teymura sədaqətini sübut etmək üçün Fəzldən başqa da qurbanlar hazırlamışdı. Şeyx Əzəm o qurbanların siyahısında yoxdu. İndi burada İbrahim birdən-birə şeyxi də siyahıya daxil etdi və tələsmədən, ağır-ağır sözə başlayıb:
— Bəzi həqiqətləri mən şahlar şahı* Əmir Teymurun hüzurunda, yalnız onun özünə açmalı idim,—dedi. — İndi ki, cənab dərvişlər də burdadırlar, qoy bilsinlər və şahlar şahına çatdırsınlar: kafirin bu vaxta qədər tutulmamağının bir təqsirkarı var, o da sənsən, Şeyx Əzəm! Əgər sən hürufi elminin Əmir Teymura müxalif olduğunu vaxtında deyib məni xəbərdar etsəydin, mən Fəzlullaha iqamətgah verməzdim, hürufilər Şirvanda yurd salıb bunca qüvvətlənməzdilər və Əmir Teymurla cəngə girişməyə cürət etməzdilər. Günahın hamısı səndədir, şeyx!

İttiham elə gözlənilməz oldu ki, dərvişlərlə birgə şeyx özü də çaşdı.
O, riya bilmirdi. Nə qədər məşəqqət çəksə də, hiylə öyrənməmişdi. Odur ki, şahın məntiqinin təsirindən ayılıb, onun nə qədər ədalətsiz danışdığını duyduqda, birdən kükrəyib, bütün qəlbi ilə üsyan etdi:
—Allahdan qorx, ədalətsizlik etmə, şah!..

İbrahim aman vermədi, bu dəfə daha güclü və daha inandıncı məntiqlə:

* Teymurun belə rütbəsi yoxdu. Yalnız İranda və Azərbaycanda onu «şahlar şahı» adlandırırdılar.


Din və etiqadırnızın keşiyində duran sənsən, Fəzlullahın küfrünün bu qədər yayılmağının günahkarı da sənsən, şeyx! — dedi. — Mən hələ yəqin etməmişəm, əfəllik
və səbatsızlıq üzündən küfrə rəvac veribsən, yoxsa ki, qəsddən?

Yəqinim hələlik budur ki, Əmir Teymurun təbəəliyindən çıxanlarla birgə mənim təbəələrim də kafirin elmini tədris edib hürufi olublar. Sənin günahın üzündən, hürufilər indi mənim özümü hədələyirlər. Vəliəhd Gövhərşahın atının qabağına çıxıb deyirlər: «Şah, Fəzli həbs etmək niyyətindən əl çəksin, yoxsa rəmzi qılıncları atıb silah götürərik». Mənim cəmi altmış min əsgərim var,
Fəzlullahın müridlərinin isə hesabı yoxdur. Mən məlum məkanda, darvaza qapdan çıxarılmış şəhərdə otururam, hürufilər hər zaman mənim üstümə həmlə edə bilərlər.
Fəzlullah isə allah kimi məkansız və gözəgörünməzdir, mən onun üstünə ordu göndərmək imkanından da məhrumam. Belə olan surətdə mən onu necə həbs edim, şeyx?!
Danışdıqca, İbrahim köhnə vərdişi üzrə, kirpiklərinin çəpəri arxasından baxıb, dərvişlərə göz qoyurdu. Dəlillərinin təsirsiz qalmadığını gördükdə, daha bir kəlmə də artıq söz demədən, dönüb sağ çiyninin arxasında güclü nəfəsini hiss etdiyi oğluna baxdı.
Gövhərşah əsgərlərə işarə etdi və əsgərlər qəfəslərə tərəf yönəldilər.
Şeyx fəryad edirdi:
—Məhşər qopacaq, şah! Əsgərlərin divarlara hörüləcək! Təbəələrinin başlarından minarə qurulacaq! Övladlarını torpaq udacaq! Kafirin sehrinə uyma, buraxma bu məlunları! Bunlar səni sehrləyiblər. Beynin zəhərlənib, allah xofundan xali olub!..

Lakin onun bütün səyi hədər idi.
Hamısı cavan və dəmir kimi möhkəm əsgərxaslar dəmir barmaqlıqları əydilər, elçiləri qəfəslərdən çıxardılar.
İbrahim dözülməz sinir gərginliyindən sonra pillədə, divara söykənib, indi də bu yarımcan adamlara göz qoyur və onların baxışlarında cüzi də olsa əzab, işgəncə əlaməti görmədiyinə heyrət edirdı.

Şeyx Əzəm səsini kəsmirdi:
—İnsan deyillər onlar, şah! Ağrı bilmirlər! İblisdirlər! — deyirdi. İbrahim ona qulaq asa-asa, elçilərdən gözünü çəkmirdi. Mismar zərbələrindən hər üçünün xirqələrinin qurşaqdan yuxarısı arı pətəyitək şan-şan idi. Gecə geyiminin altından axan qan onların biləklərində və əllərində donub barmaqlarında lülələnmişdi. Qalın, boz corablarda, başmaqların çalkeçir qayışları arasında da qan laxtalanmışdı. Amma elçilər elə bil doğrudan da ağrı hiss etmirdilər. Bu qeyri-adilik İbrahimi necə tutdusa, o özü də bilmədən sidq-ürəklə və dərin təəssüflə: «Kaş mənim bütün əsgərlərim belə iblis olaydılar!» — dedi və buyurdu ki, Gövhərşah onlan elçixanaya aparsın.
On il bundan əvvəl, elmini geniş miqyasda yaymaq üçün ziyarətgahlara səyahətə çıxanda Fəzl, peşəkarlarının və ümumən əhalisinin böyük əksəriyyəti batin sufi olan şəhərlərdə — Bağdadda, Hələbdə, Surda moizələr oxuyub, Məkkəyə gedərkən yol üstü bir neçə gün Beytül-müqəddəsdə,* məsciddə qalmış, daş pillələrlə yerin təkinə enib, orada İsa peyğəmbərin körpəliyinin yadigarı olan, böyük qayığa bənzəyən daş beşikdə və Məryəm ananın mehrabının qabağında namaz qılan müsəlmanlarla, ibadət edən yəhudilərlə, tərsalarla söhbət etmiş, bəşərin birliyinə, dil, din, etiqad ayrılığının sonralar əmələ gəldiyinə dair fikirlərinin bu adamlarda sevinc doğurduğunu görüb, özü də böyük sevinc duymuşdu.

İkiillik dərvişliyində Nəsimi də ustadın getdiyi yolla gedib, o da bir neçə gün Beytul-müqəddəsdə qalmış, amma ustadından fərqli olaraq, ənəlhəq məramından sevinən müxtəlif etiqadlı adamlardan əlavə, Beytül-müqəddəsdə o, əfsanəyə bənzəyən bir həqiqət də kəşf etmişdi.
Suriya əhalisinin və ətraf camaatın Qüds adlandırdığı bu qədimlərdən qədim şəhərin dövrəsindəki dağlı, dərə-təpəli ərazi yamyaşıl idi, şəhərin özündə isə bircə dənə də ağac yoxdu. Uzaqdan baxanda dəyirmi ot tayasına bənzəyən, sal daşdan ibarət dağ elə bil nəhəng bir qılıncla köndələninə kəsilib hamarlanmış və bu hamar daş lövhə üstündə şəhər salınmışdı. Yağış yağanda, arxası şəhərin şərqində qala hasarına söykənən məscidin qurğuşun lövhələrlə örtülü damından başlamış, daş küçələrin daş səkilərinə qədər tərtəmiz yuyulurdu. Rumdan, İrandan, İraqdan, Suriyadan, Misirdən dəstə-dəstə ziyarətə gələn zəvvarlar ətrafda dağ yamaclarını örtmüş zeytun ağaclarının kölgəliklərində, çay, bulaq, arx, bağ-bostan kənarlarında dincəldikdən sonra axın-axın yeriyib, qurğuşun damı parıldayan məscidin arxasında, böyük dəmir çənlərdən

*Yerusəlim.

axan yağış suyu ilə yuyunub, hindlisayağı, bəyaz parçaya bürünürdülər və ucadan bir kəlmə də danışmadan, qab içitək təmiz küçələrdə, səkilərdə başmaqlarını belə taqqıldatmadan, lal axınla, dünyanın ən böyük məscidində ibadətə, dünyanın ən qədim peyğəmbərlərindən Musa ibn İmranın, Süleyman ibn Davudun, onların qohumlarının, varislərinin, xələflərinin qəbirlərini ziyarətə gedirdilər.

Səma suyu ilə pak olan bu bəyaz kütlələr Beytül-müqəddəsdə ülviyyət və xoşbəxtlik görürdülər.
Nəsimi isə yalan və bədbəxtlik görürdü.
Məsciddən o tərəfdə — Məkkə səmtində «Məhşər dərəsi» deyilən böyük dərə vardı. Şəhərin dövrəsindəki cənnət yaşıllığının əksinə, nəhəng xəndəyə bənzəyən o dərədə quru daşlıqdan və qəbirə bənzəyən bədheybət ovruqlardan başqa bir şey yoxdu, buna görə də Məhşər dərəsinə «Cəhənnəm dərəsi» də deyirdilər. Yollarda bədəvilərin basqınlarına məruz qala-qala, talana-talana, yarıac, yarıtox, aylarla gəlib, paklıq və xoşbəxtlik həsrəti ilə Beytül-müqəddəsi ziyarət edən kütlələrdən xəstələr ayrılıb, həmin bədheybət ovruqlarda məskən salırdılar. Özləri ilə gətirdikləri varidatı xərcləmədən, yeməyib, içməyib, ölümlərini gözləyirdilər və ölürdülər ki, məhşər günü ölülər dirilməyə başlayanda, allaha yaxın olan bu məkanda dirilsinlər... Beytül-müqəddəsdə bir-birindən zəngin bazarlar vardı, bu bazarlara ilin bütün fəsillərində Rumdan Misrə qədər, hər yerdən hər cür nemət gətirilirdi, qışda qovun-qarpız, üzüm, nar, yazın ilk günlərində təzə xurma, alma, armud olurdu. Bazarların hamısında çardaqlar altında loğmanlar, əttarlar otururdular. Amma Məhşər dərəsində ölməyə gedən xəstələrə nə bir tikə yemək aparan olurdu, nə də dərman-dava. Oraya yalnız böyük məsciddən bir qədər aralı ikinci məsciddən və kilsədən qarageyimli, əlləri xərəkli adamlar gedirdilər, ölənləri xərəklərdə aparıb dərənin o başında — dağ ətəyində dəfn edirdilər və ölənlərin varidatını «torpağa tapşrırdılar ki, məhşər günü sahiblərinə qaytarılsın». Həmin qarageyimlilər şahid idilər ki, ölənlərin varidatına tamah salıb o qəbiristanlığa gedənləri yer udurdu və birbaş cəhənnəmə düşdükləri üçün yerin altından onların qışqırtıları eşidilirdi. Odur ki, Beytül-müqəddəsdən o səmtə heç kəs getmirdi. Bu minvalla keçən yüz illər ərzində yalnız ötən il Fəzl müridləri, əlləri xərəkli adamlara qoşulub, o
səmtə gedib, cəhənnəmin səsini eşitdilər. Amma səs yerin altından yox, Məhşər dərəsindəki bədheybət ovruqlardan gəlirdi.
Müridlər, odtək qızmış daşlar arasında susuzluqdan, aclıqdan qıvrılan, amma sudan və yeməkdən inadla imtina edən bədbəxtlərə zorla su içirtdilər, yemək verdilər. Nəsimi ovruqlar arasında, dərənin boğucu üfunətində axşama qədər müridlərə kömək etdi və bütün günü danışdı. Yəhudilərlə, ərəblərlə ərəb dilində, farslarla fars dilində, türklərlə türk dilində danışdı. «Yalan qurbanısınız, ey bədbəxtlər!» — dedi. «Məhşər günü və ölülərin dirilməsi haqqında iddialar uydurmadır!» — dedi. Lakin bu kütlə onun sözünə biganə idi.

Birinci dəfə idi ki, adamlar ona lal-kartək baxırdılar, dillənənlər isə şəkkak, kobud və təhqiramiz danışırdılar: «Nə istəyirsən bizdən? Təmənnan nədir?» — deyirdilər.
Axşama yaxm müridlər tamam usandılar. «Can ağrısı hakimdir burda. Ağrı olan yerdə nə söz?» — dedilər.

Nəsimi müridlərlə razılaşdı. Boşalmış su tuluqlarını çiyinlərinə atıb, yorğun-arğın, kədər və yasla qayıtmağa başladılar. Amma Nəsiminin ayaqları getmirdi. Məhşər dərəsi ilə yox, elə bil bütün yer üzü ilə, üfunətli ovruqlarda yad-yabançı adamlarla yox, elə bil bütün bəşərlə vidalaşıb, kimsəsizliyə, mənasızlığa, faniliyə gedirdi.

Fikir qığılcımı nədən və necə alışdı? Bunu heç kəs, Nəsimi özü də bilmədi, sanki kənar bir iradə hökmü ilə, birdən geri dönüb, dərə dolusu qışqırdı: «Eşit, ey qafil! İnsan əbədi yaşaya bilər! Cismən əbədi yaşaya bilər insan!» — dedi.

Müridlər ayaq saxlayıb təəccüblə ona baxdılar. Nə Fəzlin elmində belə bir fikrə rast gəlmişdilər, nə də başqa, öyrəndikləri, bildikləri elmlərdə. Bunca əcaib fikir Nəsiminin ağlına hardan gəlmişdi? Həmişə, hər yerdə, hər bir şəraitdə qalib, tərifli xəlifə, bu lənətli dərədə ümidsizlikdən dəli olmuşdu, nə idi? Bu şübhələrini müridlər sonralar danışdılar. Orada, qəfil qışqırtıdan və əcaib fikirdən çaşıb qaldıqları anlarda isə lal-dinməz dayanıb, gah Nəsimiyə, gah da qaranlıqda ovruqlardan bir-birinin ardınca dikələn, ağır-ağır yaxınlaşan xəstələrin qaraltılarına baxırdılar.
Nəsimi o gecə Məhşər dərəsində sübhə qədər moizə oxuduğunu, səhərisi dərədə bir nəfər də xəstə qalmadığını xatırlayıb, elçixanaya təbib çağıran və onların — elçilərin bədənlərindəki ağır yaralardan ölmədiklərinə heyrətini bildirən şahın cavabında:
— Ölüm də yalan etiqad və cahillik bəhrəsidir, şahım! Cümlə aləmdə təbəddülatdan bixəbər olduğu kimi, insan öz cismində, zərrələr bətnində təbəddülatdan da xəbərsizdir. Cismində zərrələrin xislətini öyrənsə, xaliqin cümlə aləm tək insan özü də əbədi ola bilər, — deyib, Məhşər dərəsindəki kəşfini təkrar etdi.
İbrahim onun gözlərindəki qığılcım qaynağı ilə həmahəng sözlərinə valehliyini gizlətmədən, elçixananın kandarında gözləyən adamları dörə* dəvət etdi.

Şahın şəxsi təbib-xunkarı əvvəlcə Nəsiminin, sonra mövlana Mahmudla Yusifin yaralarını sandı. Şahın şəxsi ləyəndan, qoşa əlində gümüş ləyən, onların qabağında diz çökdü və şahın şəxsi abdarı onların əllərinə su tökdü. Sonra Gövhərşah onlan böyük qəndilləri, şamdanları ilə bərq vuran pişgaha apardı.
Dəhlizlərdə candarlarla birgə əsgərxas dəstələri də dayanmışdı. Elçilərin ardınca bütün qapılar bağlanrrdı.

O gecə, o bağlı qapılar dalında şirvanşahla hürufilərin ittifaqı barədə bir parça kağızda bir kəlmə də yazılmadı. Hər şey Fəzlin tapşırdığı kimi «qayət məxfi» və şahın arzu etdiyi kimi yazı-pozusuz oldu. Çünki əslində bu heç də rəsmi ittifaq deyil, Fəzlin məktubunda göstərilən «namaz»ın davamı idi. Bu «namaz» əsasında, İbrahim, Fəzllə müridlərinin Şirvan ərazisi daxilində təhlükəsizliyini qorumağa, hürufilər isə, Əmir Teymurun yanında xidmətdə olan pünhan müridin köməyi ilə İbrahimə hər cür məlumat çatdırmağa, Əlincə qalasının rəisi sərdar Altunla, Əlincənin müdafiəsində iştirak edən Şəki, Gəncə, Şamxor, Tauş hakimləri ilə, qarabağlılar və naxçıvanlılarla İbrahimin əlaqələrini möhkəmləndirməyə, nəhayət, vaxtı yetişəndə, Əlincə ətrafında Miranşaha qarşı müharibənin təşkilində iştirak etməyə yə Arazın o tayında qiyam qaldırıb, Təbriz təxtini Miranşahdan alıb İbrahimə verməyə boyun oldular.

Sonra İbrahim, elçiləri ziyafətgaha dəvət etdi.
Lakin onlar ziyafətə qalmadılar. Yeni müttəfiqlərə hörmət əlaməti olaraq İbrahimin öz əli ilə doldurduğu

*D ö r— «dövrə» sözündən, məclis yeri, otağın yuxanbaşı.

qız şərbətilərdə Şirvanın məşhur «reyhani» şərabından içib, təşəkkür və təzim edib, dərhal çıxdılar.
Nə qədər üzgün olsalar da, hər üçünün gözlərində daha güclü etiqad və böyük qələbə sevinci parıldayırdı.
Məxfi görüş mənzilində qasid müridlərlə görüşdükdən sonra Yusiflə Mövlana Mahmud atlanıb, Fəzli batinlikdən çıxarmağa tələsdilər. Nəsimi isə bir neçə müridin müşayiəti ilə səmt-sorağı Yusiflə qasidlərdən başqa hələlik heç kəsə məlum olmayan yeni iqamətgaha yola düşdü. Bu vaxt, Seyid Əlinin “namaz”ın nəticəsini yaymaq üçün Şamaxı ətrafından Şirvana dağılışan qasidlər karxanalara, icmalara, kənd və obalara onun bir rübaisini aparırdılar:

Həqq əyan oldu, gəlin, həqqi görün!
Həqqi batildən* seçin, fərqi görün!
Bədrimin üzündəki şəqqi görün!
Aləmə sığmaz Ənəlhəqqi görün!

Bu, həm şad xəbərdi, həm də çağırış. O gecə və səhərisi bu
rübai minlərlə insanı intizar və narahatlıqdan qurtarıb xoşbəxt
etdi.


TƏCRİD

7

Şirvanın gecəsi təzə ot və şeh ətri ilə dolu idi. Ətraf dağların sazağı, çən-çərməsi aşağılarda da duyulur və hərdən atlıların üzünə soyuq vururdu, amma dərhal da ötəri yel kimi keçib gedirdi. Çünki bu aşağı dərə və təpələrin hakimi bahar idi. Çökək, çaxrax yerlərdə, yarğan və selavlarda, dağların qar suyundan əmələ gəlmiş qısa ömürlü şırranlar səslənirdi və bu vaxt yarpız ətri hər şeyi üstələyirdi. Dikdirlərdə, atların dırnaqları quraxsımış güney torpağını döyəcləyəndə isə gah dalğa-dalğa yovşan ətri gəlir, gah da tala-tala lalə çöllərinin yanğısı duyulurdu. Sel-su şırıltısından uzaq olan belə quraq yerlərin nal tappıltılarından daha da dərinləşən sükutunda Nəsimi hər şeyi, dəmir qəfəsdə işgəncəni də, şahla danışıqları və hətta bir az əvvəl dünyaya sığışmayan qələbə sevincini də unudub, indi yalnız bir nəfərin, bağrıyanıq lalə

* B a t i l — qeyri-həqiqi, saxta.

timsallı könül həmdəminin, həsrətli Fatmasının haqqında düşünürdü. Hərdən haradansa kişnərti eşidiləndə müridlər dərhal cilovları çəkib dayanır, atların səksəkə ilə qırpılan qulaqlarından və təpə qaraltılarından başqa qaranlıqda heç nə seçilməsə də, gözlərini o yan-bu yana gəzdirə-gəzdirə, təhlükənin sovuşmasını gözləyirdilər, ya da cəld çapıb çökəklərə enirdilər ki, aşağıdan baxıb yuxarılarda, ulduzlu göy altında gəlib-gedənlərin qaraltılarını görə bilsinlər. Bu vaxt enişlərdə at büdrədikcə, Nəsiminin yapışıb qurumuş sarğıları ordan-burdan yaranın üstündən qopurdu, sinəsi və kürəyi yenidən göz-göz olub göynəyirdi. Lakin nə təhlükə ehtimalı onun fikrini Fatmadan ayırırdı, nə də canındakı göynərtilər. Onun səfərdən qayıtdığı Fəzllə, müridlərlə birgə Fatmaya da məlum idi və Fəzllə, müridlərlə bərabər indi yəqin ki, Fatma da vüsal gözləyirdi: bu qaranlıq gecədə harada isə atlarını çapan Yusiflə Mövlana Mahmud, Seyid Əlinin namazdan sağ-salamat, həm də böyük qələbə ilə dönüb yeni iqamətgaha getdiyini xəbər verəndə, yəqin ki, Fatma da vüsal sevinci ilə iqamətgaha tələsəcəkdi. Ancaq Nəsimi vüsal bətnində ayrılıq görürdü, sevinc içində kədər.

Bir neçə il bundan əvvəl Fəzlin Div* hüzurunda oturan pünhan müridi, xəbərgir dərvişlərdən birisinin Miranşaha məktubunu ələ keçirib iqamətgaha göndərmişdi. Orada Fəzlin başqa xəlifələri ilə bərabər Nəsimiyə aid məlumat da vardı: «Nəsimi türk içində məşhur şair və xanəxərab bir aşiqdir».

Dərviş doğru yazmışdı. Amma bütün gizlin və aşikar düşmənlərtək o da Nəsiminin xanəxərablığının səbəbini bilmirdi. Çünki hürufilərin bütün xoşbəxtlikləri və bütün bədbəxtlikləri kimi, hətta Nəsiminin «xanəxərablığı» da Fəzl elmi ilə əlaqədardı.

Elmə görə, «Fəzl həqdir» deyərkən müridlər Fəzli cəmi dünyada və dünyanı Fəzldə görürdülər: Fəzlullah— dünyanın ləyaqəti deməkdi, bu ləyaqət dünyanın özündən yaranmışdı və cəmi bəşərə mənsub idi, ancaq bəşər hələ qeyri-kamü olduğu üçün fəzlindən — öz ləyaqətindən təcrid idi, kamilləşəndən sonra cümlə aləmdən yarandığını və aləmi bətnində gəzdirdiyini, yəni özünün xaliqliyini dərk edəcək, ikilik — xaliqlə xəlq olunmuşun ayrılığı qurtarıb vəhdət yaranacaq, bəşər “Əlif* tək vahid» olacaq və o vaxt din,

*D i v — cahillik rəmzi, burada Teymur.
*«Ə 1 i f» — «A» — Allah — cümlə aləm.

dil, əqidə ayrılığı da olmayacaq, hamı bir-birini asanlıqla anlayacaq, beləliklə yer üzündə zülm, qılınc, qan, qorxu və sair — insan ləyaqətini əskildən heç bir şey qalmayacaqdı. Odur ki, Fəzl əqidəsini qəbul edən hər bir təzə adam, vəhdət yolunda yeni addım sayılırdı və müridlərin sayı çoxaldıqca vəhdətə gedən yol da qısalırdı. Lakin çətinlik heç də təzə adam cəlb etməkdə deyildi. Əksinə, cahangirlərin qümçıları işlədikcə, zülm artdıqca Fəzlin adına pənah gətirib elm öyrənənlərin sayı da artırdı, zülm özü zalımlığa qarşı çevrilirdi, qaranlıqdan işığa, soyuqdan istiyə ehtiyac törəndiyi kimi, cahilliyin özündən kamilliyə ehtiyac yaranırdı. Əsl çətinlik və bəla onda idi ki, ömürlərini vəhdət uğrunda çarpışmaya həsr edənlərin özlərində qeyri-kamillik aşikara çıxır və vəhdət yolunda elə maneələr əmələ gəlirdi ki, onu aradan qaldırmağa Fəzlin də qüdrəti çatmırdı.

Belə maneələrdən biri Fəzl varisi Fatmanın məhəbbətinə xəlifələrin münasibətindən əmələ gəlmişdi.
Xəlifələr yaxşı bilirdilər ki, «bişək həq» adlandırdıqları Fəzlin özü də idrak yolunda olan ölümlü insandı.Onun bətnində Fəzl-həqqin isə yaşı bəlh deyildi; tədrisin ilk mərhələsində, lailahəilləllahın, peyğəmbərin, Quranın hələ inkar edilmədiyi mərhələdə müridlərə deyirdilər ki, Məhəmməd peyğəmbərin merac vaxtı görüb aşiq olduğu gözəl insan sifəti də elə Fəzl-həqqin, yəni kamil insanın sifəti imiş; bu insanın nə əvvəli vardı, nə də axın: Fəzl dünyadan getdikdən sonra həq ruhu onun ən çox sevdiyi adama köçüb, onun cismində yaşayacaqdı. Fəzlin ən çox sevdiyi adam isə övladı və varisi Fatma idi. Demək, Fatma onun ruhunu öz bətnində yaşadıb özündən sonrakı varisin və ya bir başqa, çox sevdiyi adamın cisminə köçürməli, beləliklə, Fəzl-həq nəsildən-nəslə keçib əbədi yaşamalı idi. Buna görə də Fəzl varisi Fəzlin özü qədər kamil olmalı və ən ali kamillik meyannda — məhəbbətdə səhv etməməli idi. Əks təqdirdə həq ruhu və onunla birlikdə vəhdət arzusu da, vəhdət uğrunda mübarizə əzmi də məhv olar, insan getdikcə kamilləşmək əvəzinə cahilləşər və dünya əbədi cəhalət qaranlığına gömülə bilərdi. Fəzlullah Nəiminin sevimli övladı Fatmaya belə bir tale nəsib olmuşdu. Özü hələ təzə-təzə yaşamağa başlamış zərif bir qız ikən özündən sonrakı nəsillərin taleyinə cavabdeh olmuşdu.
Fatma kimi sevməli, kimə ərə getməli idi?

Bu sual səkkiz xəlifənin səkkizini də düşündürür və narahat edirdi.
Yalnız doqquzuncu xəlifə — Seyid Əli narahat deyildi: Fatmanın kimi sevdiyini və necə sevdiyini o, hamıdan yaxşı bilirdi.
Bakıda ilk müstəqil məclislərini onlar həmişə bir-birinin köməyi ilə keçirərdilər. Sonralar Şirvanın müxtəlif yerlərində, əsnaf icmalarında məclislərə də birgə gedərdilər və bu vaxt onları müşayiət edən müridlərdən heç nə gizlətməzdilər. Nəsimi özünün və ustadının qəzəllərindən oxuyardı, Fatma isə Nəsiminin və atasının qəzəllərindən. Bütün səfərlərdə yan-yana getməyə öyrəşmiş atlar, bir-birini əvəz edən səslərin avazına uyub yavaşıyardılar. Varisdən həmişə beş-on addım irəlidə gedən müridlər də, sağ-soldakılar və arxadakılar da cilovlan çəkib, gah karvan qumrovu kimi kövrək qadın səsi ilə, gah da məhəbbətdən titrəyən, vurğun kişi səsi ilə oxunan qəzəllərin sehrinə qapılardılar. Məclisdə gah Fatma ud çalar, Nəsimi Fəzlin və özünün qəzəllərindən oxuyardı, gah da Nəsimi ud çalar, Fatma atasının və Nəsiminin qəzəllərindən oxuyardı.
Qayıdanbaş yenə atları yan-yana sürərdilər, yəhərdən-yəhərə əyilib, qol-boyun olub, yenə də səs-səsə verərdilər. Xəlifələrin hamısından cavan, hamısından məlahətli doqquzuncu xəlifə ilə varisin Fəzl ruhunu əbədiləşdirməyi vəd edən bu gözəl ünsiyyətindən vəcdə gələn müridlər isə bütün yolu onları «ənəlhəq» qışqırıqları ilə müşayiət edərdilər.

Səfərlərdən birindən qayıdanda Nəsimini iqamətgaha çağırdılar.
Fəzl, qapısı «əhf» açarla açılan zirzəmidə, kitabxanasının ona əliksir təsiri bağışlayan tünd dəri qoxusunda, təkcə oturmuşdu.
«Xoş gəldin, gözüm nuru», — deyib öz həmişəki həlim rəftarı ilə Nəsimini qarşısındakı döşəkcənin üstünə dəvət etdi.

Sonra onu nə üçün çağırdığını unutmuş kimi, bir müddət susdu.
Nəhayət, başını qaldıranda isə bəd xəbəri danışmağa dili gəlmirmiş kimi, qısaca: «Xəlifələr Fatmaya təcrid buyurdular», — dedi.
Nəsimi oturub Fəzlin üzünə baxır və birgə səfərlərə, səs-səsə verib qəzəl oxumağa beləcə birdən-birə son qoyulduğuna inana bilmirdi.
Məhəbbətdən təcridlik yalnız tədris və sınaq dövrlərində olan müridlərə aid idi. Bu dövrləri keçirmiş yetkin adamın könlünü sındırmaq əqidəyə zidd idi — qan tökməyə, adam öldürməyə bərabər idi. Bəs xəlifələri Fatmanın və Fatma ilə birgə Nəsiminin könlünü sındırmağa, üstəlik, Fəzli bu dəhşətli hökmlə razılaşmağa vadar edən nə idi? Fəzlin iradəsi həq iradəsi idi, istəsəydi, xəlifələrin iradəsini sındırıb hökmü ləğv edə bilərdi. Bəs niyə ləğv etməmişdi?
Nəsimi ondan heç nə soruşmadı.
Qalxıb, iri ağır dəmir şamdanlarda tək-tək yanan şamlarla işıqlanmış taxta və qarğı rəflərin arasında vurnuxa-vurnuxa bir xeyli gözlədikdən sonra, Fəzlin müəmmalı sükutundan darıxıb, çıxmağa məcbur oldu.

Bakının üç tərəfi üçqatar qala divarları və su ilə doldurulmuş dərin xəndəklərlə əhatə olunmuşdu. Dördüncü tərəfi dənizə söykənmişdi. Fəzlin iqamətgahı və zirzəmidəki şəxsi kitabxanası elə dar, elə qarışıq küçə, dalan və döngələr arasında yerləşirdi ki, bunun hansı tərəfə— dənizəmi, quruyamı yaxın olduğundan baş açmaq çətin idi. Xırda-xırda otaqlara ayrılmış, birmərtəbə, alçaq binadan aşağıya — kitabxanaya bir yol, kitabxanadan eşiyə isə iki yol vardı. Bunlardan biri şəhərdə, iqamətgaha gəlib-gedənlərə nəzarət edən müridlərin papaqçı dükanlarının yerləşdiyi küçəyə, o birisi qaranlıq dəhlizlə üzüaşağı uzanıb qala divan arxasında dənizə çıxırdı. Orada, yenə də yalnız «əlif» açarla açılan dəmir qapının dalında, camaq bağlayıb göyərmiş daşlar arasında, dalğaların zərbindən daim yırğalanan bir qayıq saxlanırdı. O qayıq Fəzlin ən yaxın məsləkdaşlarından bir qisminin, o cümlədən arvadının və qayınlarının tutulub Təbrizdə edam edildiyi məlum olandan sonra qoyulmuşdu ki, təhlükə üz versə müridlər Fəzli o qayıqla təhlükəsiz sahilə aparsınlar. Ancaq sonralar, beşik kimi yırğalanan qayıq Fəzlin kiçik qızları Aişə ilə İsmətin və mayasızlıqdan-südsüzlükdən saralmış bir cüt körpə oğlunun istirahət, oyun, əyləncə yerinə, dəmir qapının dənizdən nəm çəkən sərin kandarı isə Fatma ilə Nəsiminin sevimli guşələrinə çevrilmişdi. Bürkülü yay gecələrində Fəzl dəmir qapını açdırıb, zirzəmiyə gələn dəniz havasında, şam işığında, döşəkçəsinin üstündə oturub «Cavidannamə»nin növbəti
təzə hissəsini yazanda, ana deyilənin nə olduğunu bilməyib, gözlərini açandan bacılan Aişə ilə İsmətə isinişmiş körpələr qayıqda oynayar və bəzən gecəni də orada yatardılar. Fatma ilə Nəsimi isə kandarda yanaşı oturub, onların keşiyini çəkərdilər. Beləliklə, Nəsimi Fəzlin ailəsinə əbədi bağlanmışdı. Kənar adamlar onu şeyx Fəzlullahın doğma oğlu bilirdilər, müridlər isə Fəzlin onu oğulluğa götürdüyünü güman edirdilər. Yalnız Fəzlin özü, Nəsimi məclislərdən qayıdanda hərəsi onun bir çiynindən sallanan İsmətlə Aişə və bir də varisi məclislərə müşayiət edən müridlər bilirdilər ki, Nəsimi Fatmaya «hüsnü kamilim» deyirdi, Fatma isə Nəsimiyə «kəhrəba üzlüm, gecə gözlüm» deyirdi.
Təcrid xəbəri birdən-birə hər şeyi məhv etmişdi.

O xəbərdən sonra Nəsimi ilk dəfə kandarda tək oturdu. Bütün gecəni qaranlıq dənizə baxdı. Səhərisi isə Fəzlin hüzuruna divanə kimi qayıtdı: «Mənə dərvişlik buyur, ustad!» —dedi və heç kəslə, hətta, hər gün onu Bakının müxtəlif guşələrində gözləyən sevimli şagirdləri ilə də vidalaşmadan, Fəzldən tapşırıq alıb, bir neçə müridin müşayiəti ilə elə o günü Bakıdan çıxdı.

O gündən keçən iki ildə Nəsimi İranı, İraqı, Suriyanı gəzmiş, Bağdadda, Hələbdə, Beytül-müqəddəsdə, Məkkədə, qayıdanbaş isə Ərdəbildə, İsfahanda, Təbrizdə, Naxçıvanda olmuşdu, onlarla ziyarətgahda moizə oxuyub Fəzl həqiqətini yaymış, onlarla qalada məclis keçirib, o qalalarda öz dəstələri ilə gizlənən hökmdarların, sərəsgərlərin, əsnafin qəlbinə yeni etiqad odu salmış və bu müddətdə «hüsnü kamil yarını» vəsf edən saysız-hesabsız beyt yazmışdı, amma divanəlik əsəri heç də azalmamış, təcridə qarşı üsyanı heç də yatmayıb, əksinə, daha da kükrəmişdi. İbrahimin ziyafətgahında qızıl şərbətidə şərab içib qələbə sevincini duyduğu andan alovlanıb, vüsal həsrəti ilə yanırdı. Odur ki, nə hərdən gecənin qaranlığını yaran kişnərtiləri eşidirdi, nə müridlərin çaxnaşıb yoldan o yan-bu yana sapmağını hiss edirdi, nə də canındakı ağrıları. Lalə çölünün erkən yanğı qoxusunu duyduqca, o, zil qaranlıqda qan-qırmızı lalələr görürdü və lalələr arasında «hüsnü kamilini» görürdü. Nəsiminin xəbəri yoxdu ki, ikiillik aramsız dərvişlikdən və nəhayət, dəmir qəfəsdə işgəncədən üzülmüş cismi artıq yuxuda idi: o, düşünə-düşünə yatır və yata-yata düşünürdü. Gecə yolu, uzaq, yaxın kişnərtilər, ətrafında gah çaxnaşan, gah da onu
aralığa alıb lal axınla aparan müridlər və hətta canındakı ağrılar da onun həyatının adi təfərrüatı idi, buna görə də at belində röyalı düşüncələrinə heç nə mane olmurdu.

Fatmanı yox, xəlifələr əslində onu təcrid etmişdilər. Doğrudur, bunu heç kəs açıb-ağartmırdı, çünki Seyid Əli də xəlifə idi, xəlifənin qeyri-kamilliyi haqqında danışmaq onu xəlifə təyin etmiş Fəzlin və «kamillər məclisi»nin səhvini etiraf demək idi, odur ki, nə dərvişlik zamanı, nə də dərvişlikdən qayıdanda rastına çıxan yoldaşları bu barədə Nəsimiyə heç nə deməmişdilər, ancaq Nəsiminin özünün yadında idi ki, hələ xəlifə kürsüsündə oturduğu ilk günlərdə yoldaşlan ondan şikayətlənmişdilər: «Rəmzlərimizə biganədir. Əşarı sirrimizi aləmə faş edir. Moizələri açıq-saçıq və ziyanlıdır», — deyib Fəzlə xəbərdarlıq etmişdilər. Təcrid bunun nəticəsi idi. Nəsimi bunu qəlbən duyurdu. Amma heç cür izah edə bilmirdi ki, əgər o, doğrudan da ziyankardırsa, bəs Fəzl onu niyə hamıdan çox istəyirdi? Əgər bu istək Nəsiminin duyduğu kimi idisə, yəni Fəzl ruhunu Nəsimidə görürdüsə, ruhun sarsılmasına nə üçün razı olmuşdu? İki ildə, dərvişliyin qayğılan içində Nəsimi daim bu suallara cavab axtarmışdı. İndi lalələr arasından boylanan varisin üzündə də həmin sualların cavabını axtarır, təcridə Fəzlin münasibətini görmək istəyirdi: Fəzlin razılığı da, narazılığı da Fatmanın üzündə olmalı idi. Lakin bu ara harada isə, elə bil həm lap uzaqda, həm də lap yaxında «Seyid! Nəsimi!» — deyən tanış, doğma səslər eşidildi və bu səslər birdən-birə hər şeyi dəyişdirdi: Nəsimi gözlərini açıb, əvvəlcə dağ yamacında gur tonqal, sonra tonqalın ətrafından üzüaşağı onun qabağına gələn bəyaz xirqəli adamları və nəhayət, hüsnü kamilini gördü.
Onu qarşılayanlar, varisin daimi müşayiətçiləri — Bakı müridləri idi. Boy-buxunlu müşayiətçilər arasında Fatma, ortadan tünd rəngli qurşaqla çəkilmiş xirqəsi və papağı ilə, on beş-on altı yaşında, zərif yeniyetməyə bənzəyirdi: varisi təhlükədən qorumaq üçün müşayiətçilər onu mürid paltannda saxlayırdılar. Lakin üst-başlarında rəmzi qılıncdan qeyri bir misqal ağırlığında olsa belə əlavə şey, hətta ülgüc, qayçı gəzdirməyi də azadlığa, sərbəstliyə müxalif hesab edib, üzlərinin tükünü kösövlə qarsdıqlarına görə sifətləri göyümtül çalan müridlər arasında Fatmanın mələk hüsnü dərhal seçilib ayrılırdı.

Müridlər vəcdlə «Ənəlhəq» qışqırdılar.
Nəsimi də eyni vəcdlə, sevinc və xoşbəxtliklə qışqırıb:
— Fəzl həqdir! — dedi.

Müridlər sevimli xəlifənin özünün atdan düşməyinə imkan verməyib, tökülüb onu əl üstə endirdilər. Heç bir rəsmiyyət gözləmədən, bir ailənin üzvləri kimi öpüşüb-görüşdülər və dərhal da kənara çəkildilər.
Ayrılıq illərində varisin necə qubarlı yaşadığını onlar hamıdan yaxşı bilirdilər, buna görə də təcridi pozub onu görüşə gətirmişdilər. Varisə şəxsən nəzarət edən Yusif, müşayiətçilərin bu sərbəstliyindən xəbər tutsaydı, onlan bəlkə hətta məclisin mühakiməsinə verə bilərdi. Lakin Nəsimini hamıdan yaxşı tanıyan bütün Bakı müridləri kimi, müşayiətçilər də Fəzl ruhunun Seyid Əliyə keçəcəyinə inanır və əbədiyyəti iki qəlbin birləşməyində, Fatma ilə doqquzuncu xəlifənin evlənməyində görürdülər. Bu müşayiətçi müridlərin təxmininə görə, əvvəllər nə Fatmanın adı Fatma imiş, nə də Nəsiminin adı Əli imiş; Fəzl bu iki nəfər əzizinin taleyinin bir-birinə bağlı olduğunu bildirmək və batin fatimayiləri — Əli şiəsini elminin həqiqətinə çağırmaq niyyəti ilə bu adlan vermişdi.* Məşhur Əli şiəsinin Fəzl həqiqətini qəbul etməsi, vəhdətin yolunda böyük addım ola bilərdi. Odur kı, Fatmanın müşayiətçiləri təcridi ayaqlamaqdan çəkinməmişdilər.

Aşiqlər bir-birinə yaxınlaşanda, müridlər bəlkə hətta onların özlərindən də coşğun xoşbəxtlik duydular. Nəsiminin dilindən çoxdan eşitmədikləri «hüsnü kamilim» kəlmələrini və bunun cavabında Fatmanın «kəhrəba üzlüm, gecə gözlüm» dediyini eşidəndə hamısı qəhərləndi. Çünki Fəzl elmi sayəsində nə qədər dəyişsələr də, əslində hamısının könlü sınıq idi, ailədən, oğul-uşaqdan, dost-aşnadan ayrı düşüb, nicat ocağı Bakıya təzəcə isnişdikləri vaxt oradan da didərgin olmuş dərdli adamlardılar. Odur ki, iki həsrətlinin qovuşduğunu görüb, onların bir-birini necə əzizlədiklərini eşidəndə qəhərlənməyə bilmədilər.
Sonra Nəsiminin elə bü bütün dünyaya müraciətlə ucalan səsini eşitdilər:

Yəni: Məhəmmədin qızı Fatimənin adını öz qızına,Məhəmmədin kürəkəni imam Əlinin adını isə Nəsimiyə vermişdi.

Həmdullah, yarımın gördüm üzün!
Dülruba dildarımın gördüm üzün!*

Fatma səsini bu hissiyyatla dolu səsə qatıb, uşaq kimi, hıçqıra-hıçqıra ağlayırdı.

Nəsimi onun kobud keçə papaqlı xırdaca başını gah qoşa əlli tutub, yaralı sinəsinə sıxırdı, gah da bir əli ilə sinəsindən ayırıb, o biri əli ilə gözlərini, yanaqlarını silir və üzünə tamaşa etməkdən doymurdu. Onun sevinci, riqqəti, vəcdi sonsuz idi. Bir az əvvəlki sarsıntdı düşüncələrini və dərvişliyin əzablarını da unutmuşdu, ətrafdan onlara baxan müridləri və hətta iqamətgahda yolunu gözləyən ustadı da unutmuşdu. Onun üçün indi bu xırdaca qadından başqa bütün yer üzündə heç kəs, heç nə yoxdu. Vüsalın, xoşbəxtliyin sehrinə qapılıb, o, hətta Fatmanın ağlamağında da yalnız xoşbəxtlik görürdü.

Fatma hıçqırıqlarını boğub:
— Təcridi ayaqlayıb gəldim,— deyəndə əzizinin cürətinə məftunluqdan Nəsiminin bədəni süstləşdi və o, üzünü Fatmanın keçə papağına söykəyib, gözlərini yumub, sonralar şer və musiqi məclislərində Bakı müridlərinin bu görüşdən yadigar kimi oxuduqları qəzəlin ilk beytini dedi:

Mərhaba, xoş gəldin, ey ruhi-rəvamm,* mərhaba!
Ey səkərləb, yari-şirin-laməkanım, mərhaba!

—Zərifim, incəm! Mən bilirəm, sənin mayan cürətdən yoğrulub, — dedi. — Hər dərədə min div düşmən oldu mənə, nahəq, nacins deyib daş atdılar, ruhumu əzməyə çalışdılar, əzilmədim, iradəmi sındırmağa çalışdılar, sınmadım, çünki ruhum sənin ruhunla həmahəng idi!.. Zahidin, müftinin, sədrəddinin lənətindən, hakimin, şahın, sultanın ölüm hədəsindən bakim* olmadı, həqiqətimizi açıq qışqırdım, hər yerdə, hamıya qalib gəldim, çünki qələbələrimin sonunda sənin vüsalın vardı!..

Nəsiminin nitqi ürək çırpıntısı kimi bir şeydi, danışdıqca danışmaq istəyirdi, hüsnü kamili ilə diz-dizə, üz-üzə oturub, dərvişliyində gördüyü əzəmi işlərdən

*Fəzlin üzünün mənası ilə varisinin — Fatmanın üzünün mənası bir-birinin eyni sayıldığına görə «Yar», «Dilbər», «Dildar» rəmzləri hər ikisinə aid idi, odur ki, Nəsiminin «Yar»a, «Dilbər»ə həsr etdiyi şer həm Fəzl, həm də Fatmaya aid olurdu və ümumən ülvi məhəbbət şeri sayılırdı.

Ruhi-rəvan — dəyişikliyə uğramayan, əbədi ruh.
B a k — qorxu.

söhbət açıb, ayrılıqdan, həsrətdən daha da xırdalaşmış xırdaca yarının əzablarını unutdurmaq, şirin vüsalını daha da şirinləşdirmək istəyirdi.
Əgər Fatma, nəhayət, gözlərini silib:
— Təcrid hökmdədir, — deməsəydi, o, xoşbəxtliyin sehrindən ayrılmayacaqdı.

Fatma əllərini onun üz-gözündə, xirqəsinin döşündə qaralan qan ləkələrinin üstündə gəzdirdi, boynuna sarılıb onu öpdü, sonra geri çəkildi və birdən-birə dəyişmiş, qəribə səslə:
— Təcrid ləğv olunmayacaq. Daha görüşməyəcəyik. Əlvida! — dedi və dönüb getdi.

Dünya Nəsiminin gözlərində qaraldı. Bir az əvvəl, at belində yol gələndə vüsal bətnində ayrdıq, sevinc içində kədər görsə də, yəni onun rəmzlərə biganəliyindən, moizələrinin açıq-saçıqlığından narazı xəlifələrin hökmünün asanlıqla ləğv olunmayacağını duysa da, indi, Fatmanın təmasını və bu təmasla birgə öz ərən gücünü, şəxsinin qadirliyini və əməllərinin siqlətini bir daha hiss etdikdən sonra heç cür anlaya bilmədi ki, bu güc, qüdrət və siqlət müqabilində təcrid niyə ləğv olunmasm?! Səbəb nədir ki, hətta Fəzlin xilası da qeyri-kamillik damğasını silmir?! Nəsimi burada ilk dəfə özü ilə məsləkdaşları arasında nə isə, adi narazılıqdan çox-çox fərqli, dərin ixtilaf olduğunu duydu. Lakin bu barədə düşünə bilmədi: dağın yamacından, tonqal işığından qaranlığa burulub gedən Fatma onun idrakını da özü ilə aparırdı.

Darvaza qabağında, böyük mis qazanda dağ otları, gül-çiçək qaynayırdı. İqamətgaha kim gəlir-gəlsin, necə əhvali-ruhiyyədə gəlir-gəlsin, bu qazanın bihuşdarutək güclü ətrini duyub, aramsız qırğınlar, dəhşətlər zəmanəsində həyatın gözəlliklərinin heç də məhv olmadığını, insanın anasının — xaliq təbiətin öz gedişatından qalmadığını xatırlamalı, Fəzlin hüzuruna sakit sinirlə, düşünən beyinlə getməli idi.
Qazandan o tərəfdə, iqamətgaha gələnlərin vacib sözlərini, arzu və diləklərini dərhal Fəzlə çatdırmaq üçün bir neçə mürid dayanmışdı.
Nəsimi ətri də duydu, müridlərin ona müraciətlə dedikləri xoş sözləri də eşitdi. Lakin Fatmanın «əlvida»
kəlməsindən başqa heç nəyi dərk etmirdi, Fatmanın birdən-birə dəyişən üzündən başqa heç nəyi aydın görmürdü.

Yalnız darvazadan keçib, köhnə karvansaranın həyətinə gedən uzun dəhlizdə tüstülənən yağ çıraqları altında Yusifin ittihamla dolu gözlərini gördükdə elə bil röyadan ayılıb ayaq saxladı.

Fəzl elmini tədris edib, xirqə alanlar içərisində elə adam tapılmazdı ki, məsləkdaşı ilə üz-üzə gələndə «səlam» əvəzinə «Ənəlhəq» deyib, «Əleyküməssəlam» əvəzində «Fəzl həqdir» cavabı eşitməsin. «Sözünüz səlam* olsun» deyən adam özü iyirmi üç il sərasər qılınc çalıb saysız-hesabsız baş kəsdiyinə görə onun «səlam» sözü «qeyri-səmimi» adlandırmışdı. Odur ki, Fəzl müridləri camaat arasında və dərvişlikdə «səlam» desələr də, öz aralarında «Ənəlhəq»— «Fəzl həqdir» deməyə çox ciddi riayət edirdilər. Hətta, bir-birini xoşlamayanlar da bu qaydanı saxlayırdılar.

Nəsimi ilə Yusif də qaydaya riayət etdilər, lakin bunun ardınca onların arasında bütün sonrakı keşməkeşli həyat yolunda münasibətlərini müəyyən edən bir söhbət oldu.
Nəsimi dedi:
— Fatmanı çağır. Onunla danışmamış hüzura gedə bilmərəm. Yusif dedi:
— Danışıb qurtardınız.
Nəsimi onun dəmir qəfəsdə işgəncədən solmuş sərt üzünə baxıb, hətta boynunu bükdü: —Yalvarıram,Yusif!
Yusifin sifəti daha da sərt və imansız oldu:
— Mən çağırsam da, varis özü gəlməz.
—Nəüçün?
Yusif rəhmsiz açıqlıqla, birbaşa dedi:
— Səndə qeyri-kamillik var!
Bu cavabı Nəsimi elə bil min dəfə eşitmişdi.
—Nə mənim moizələrimin açıq-saçıqlığı qeyri-kamilliyimə dəlalət edir, nə də əşarımdakı mərdanəlik! — dedi. — Ancaq mən xəlifələrin üzünə qayıtmadım, dərvişliyə getdim, sınaqlardan keçdim, namaz qıldım, Fəzli batinlikdən çıxartdım. Varisin məhəbbətinə layiq olmaq üçün özgə nə etməliyəm?
— Fəzlin batinlikdən çıxmağı müvəqqətidir. Namazın qanımızı axıtmaqdan qeyri bir xeyri olmadı. Şah sirlərimizdən

*Sülh.

agah oldu və bildi ki, təbəələri onun hakimiyyətindən kənardIr, adı şahdır, özü yox. İbrahim bizi məhv edəcək!
Şəhərdə, Əmin Məhrəmlə vidalaşanda Yusif ayrı fikirdə idi — gözlərində qələbə sevinci parıldayırdı. Sonra nə olmuşdu, fikrini niyə dəyişmişdi? Nəsimi bu barədə soruşmamış, Yusif bu sualı onun üzündən oxudu:
— Sənin cürətin və məlahətin adamı sehrləyir. Şahla rəftarına və zəkana Mahmud da, mən də məftun olmuşduq,—dedi. — Sonradan anladıq ki, çox əndazəsiz sözlər dedin və namaz xeyrimizə olmadı.
Nəsimi cəld soruşdu:
—Fəzl də belə düşünür?
Yusif əsəbi istehza ilə gülüb, üzünü yana tutdu.
—Fəzl səni kamil xəlifə və qüdrətli dərviş kimi qarşılayacaq!.. Dost Əmin Məhrəm iqamətgahımıza yeni dostlar göndərib. Elmimizdən bixəbər tacirbaşı Hacı Nemətullah! Mey və zənən düşgünü tacirlər! Fəzlin hüzurunda oturub, moizə dinləmək əvəzinə şərab içirlər! İqamətgah nadanla doludur! Sabah İbrahimin alimənsəbləri gələcəklər, birigün özü gəlib başımızın altına balınc qoyacaq, sonra ordusu gəlib Fəzli aparacaq! Budur namazın bəhrəsi!

Nəsimi onun gah xal-xal qızarıb pörtən, gah da ağaran üzünə tamaşa edib, hər şeyi açıq danışmağa alışmış bir məsləkdaş təəssüfü ilə:
—Ruhun rəvan deyil, Yusif, şəkkak və xəstəsən, — dedi. — Əmin Məhrəm Fəzlə sadiqdir. Hacı Nemətullahı iqamətgaha göndəribsə, demək hacı da, onunla gələnlər də təhlükəli deyillər. Sabah alimənsəblər gələcəklərsə, əmin ol ki, Fəzli dinləyəndən sonra onlar da elmimizi tədris edəcəklər. Ordu gəlsə, başda elmimizə aşina bahadırlarla Gövhərşah özü gələcək. Demək, ordu da təhlükəli deyil.
—Bəs İbrahim özü?!
Nəsimi İbrahimin sarsıntılarını və <mamaz»ın təfsilatını xatırladı.
— İbrahimə biz Təbriz təxtini vəd etdik, — dedi.—Azərbaycanı o, «əlh şəhərli diyar» adlandırır. «Əlli şəhərli diyara» hakim olmaq Şirvanşahın qüdsi diləyidir. Mən onu inandırdım ki, diləyinə yalnız Fəzl məramı sayəsində çata bilər. Demək, İbrahim özü də təhlükəsizdir. Budur namazın bəhrəsi!.. Çağır Fatmanı!
Yusif tərpənmirdi.
Gözlərini endirib, bu dəfə qısaca:
— Təcrid hökmdədir, — dedi. Nəsimi qəzəbindən titrədi:
— Təcrid deyil bu, rüsvayçılıqdır! Zülmdür! — dedi və bundan sonra Yusiflə daha bir kəlmə də danışa bilməyəcəyini hiss edib uzaqlaşdı.
İqamətgah, doğrudan da qonaqlarla dolu idi.

Şirvanın bütün karvansaralarında, qədim atəşgah, pir və ibadətgahlarında olduğu kimi, burada da dəyirmi səki və nazik daş dirəklərlə əhatə olunmuş geniş həyətin ortasında hovuz vardı. Qonaqlar hovuzun dövrəsində, palaz, keçə üstündə, müridlər isə səkilərdə oturmuşdular.
Nəsiminin gözlərində çıraqların alovları titrəşirdi, nəzəri dumanlanırdı. Yoldaşlarının hamısı, hətta Nəsiminin özü də unutmuşdu ki, onun cəmisi iyirmi beş yaşı vardı. Fəzlə, Fəzl elminə, Fəzl varisinə, Fəzl müridlərinə də məhz iyirmi beş yaşlı bir ürəklə vurğun idi və bu vurğunluq onu nə qədər mətin və yenilməz etmişdisə, bir o qədər də zərifləşdirib könlünü şişəyə döndərmişdi. Odur ki, Yusifin amansızlığına dözmədi. Əgər bu vaxt harda isə, eynilə tonqal işığına çıxanda olduğu kimi, elə bil həm lap uzaqda, həm də lap yaxında «Nəsimi! Seyid!» — deyən müridlərin qışqırtılarını və bunların arasında «Gözüm nuru!» — deyən əziz, doğma səsi eşitməsəydi, bəlkə hələ bir müddət özünə gələ bilməyəcəkdi.

Fəzl qollarını geniş açıb onun qabağına gəlirdi.
— Gözüm nuru! Sənin bu qələbəni ömrüm boyu unutmayacam, gözüm nuru! — deyirdi.
Gəzdiyi yerlərdə, keçirdiyi məclislərdə Nəsimiyə həmişə bir sual verirdilər: «Fəzlin siması necədir?» Nəsimi də həmişə eyni cavabı verib: «Fəzlin siması təsvirə gəlməz», — deyirdi. Bu cavab, həm əvvəli, sonu olmayan əbədi Fəzl-həqqə işarə idi, həm də ustadın batinliyi ilə əlaqədardı: Nəsiminin başqa cür cavab verməyə, ustadın üzünü əyan etməyə ixtiyarı yoxdu. Yalnız bunu deyə bilərdi ki, əbədi Fəzl-həqq kimi, Fəzlin üzü də özündən əvvəl yaşayıb-yaradıb dünyadan getmiş bütün kamillərin simalarındakı mənaları özündə cəmləşdirən kamil insan üzüdür. Diyar-bədiyar gəzdikcə Nəsimi, ancaq rəmzi qılınc bahadırlarının moizələrini dinləyib tədrisə başlayanlardan, «Dilbərin məskəninə, Yari-pünhanım hüzuruna» getməyə hazırlaşanlardan heç nə gizlətmirdi: «Mənim üzümə baxın, Fəzli görün», — deyirdi. Və bu doğru idi. Onların hətta boy-buxunu da, sinədəki çökəkliyə qədər, bir-birinin eyni idi. Bu elə heyrətli eyniyyətdi ki, onların doğma ata-oğul olmadıqlarını yəqin bilənlər belə şübhə edirdilər ki, bəlkə elə doğrudur. Fərq ancaq bunda idi ki, Fəzlin üzünün kəhrəbasında naxışlar əmələ gəlmişdi və ilbəil artıb dərinləşən naxışlar onu daha zərif, daha məlahətli etmişdi.

O məlahəti yaxından gördükdə, eynilə Fatma ilə görüşəndə olduğu kimi Nəsimi hər şeyi, hamını unutdu və ata həsrəti çəkmiş bir oğul riqqəti ilə yüyürüb, ustadın boynuna sarıldı.
Lakin nə ustadla şagird görüşü idi bu görüş, nə də ata ilə oğul görüşü idi.

«Cavidannamə»nin bir yerində «ilahi vəcd» deyilən bir hikmətdən söhbət gedirdi. Fəzl orada musiqini və rəqsi təbliğ edir, musiqinin insana ruhi zənginlik, incəlik, ucalıq, aləmdəki gizlin səsləri eşitməkdən əmələ gələn idrak qabiliyyəti verdiyini və bunun nəticəsində «ilahi vəcdlə» yaşamaq xoşbəxtiyi yarandığını sübut edirdi. Elmə vaqif adam nə qədər müdrik olsa da, vəcddən məhrum idisə—yarımçıq adam sayılırdı. Odur ki, tədris müddətində müridlərə kaman, ud, surna, ney, tambur, dəf çalmaq, halay vurub «hürufani», «mənsuri» və “haxışda”* oynamaq öyrədilirdi. Fəzlin Nəsimidən əvvəlki xəlifələrinin hamısı məhz bu cür tərbiyələnmiş adamlardı. Nəsimi isə lap ilk gənclikdən, iqamətgahda ilk şer və musiqi məclisindən öz fitri vəcdi ilə hamını heyran etmişdi. Onun ümumiyyətlə hissiyyatdan kənar bir söz-söhbəti, hərəkəti olmur, nə iş görsə, qəlbən qapılıb, bəzən hətta özünü unudurdu, buna görə də ölçüyə sığışmayan, əndazəsiz bir adam kimi tanınmışdı.

Fəzlin özünə gəlincə, əlli beş yaşında zərif ziyalı olduğuna baxmayaraq, o, daha hissiyyatlı idı. Müridlər bilirdilər ki, xüsusilə səfərlərdən qələbə ilə qayıdan dərvişləri ilə görüşəndə Fəzl həmişə vəcdə qapılıb, həyatının ali məqsəd və amalından başqa hər şeyi unudurdu. Belə vaxtlarda heç kəs ona yaxın getməməli, görüş qurtarandan sonra isə hamı susub Fəzlin danışmağa başlamasını gözləməli idi. Çünki bu görüşlərdən sonra da o,

*«H ü r u f a n i», «m ə n s u r», «h a x ı ş d a» — kütləvi oyun-rəqsdən başqa həm də oxu havalarıdır. «Hürufani» el arasında «rufani» «ruhani» adları ilə, «mənsuri»— (həllac Mənsurun eşqinə) «mansırı» adı ilə məşhurdur, «haxışda» — xışdamaq, xınclamaq, tanbəlliyi, ətaləti, süstlüyü əzmək mənasındadır.

təzə yüksək kəlamlar deyirdi və şagirdlər həmin kəlamları yazıb, məclis qurtaranda ustadın özünə qaytarırdılar. Bu, «Cavidannamə»nin yeni fikirlərlə zənginləşməsi deməkdi. Odur ki, Fəzl qollarını geniş açıb, Nəsiminin qabağına yeriyəndə və onunla qucaqlaşanda da bütün səkilərdən ayağa qalxan müridlər dərin sükut içində, bu görüşün bəhrəsini gözləyirdilər.
Lakin ilahi vəcd görüşü də deyildi bu görüş. Bakını tərk etdikdən sonra, bir il sərasər ölümlə həyat arasında yaşayıb, nəhayət bu gecə batinlikdən çıxmış bir əzabkeşlə onun xilaskarı və sadəcə olaraq, bir-birindən ayrı həyat bilməyən iki dost qucaqlaşmışdı. Yaxından dinləyən olsaydı, bu vaxt Fəzlin ancaq «Gözüm nuru, gözüm nuru!», Nəsiminin isə ancaq «Ustadım — Fəzlim, ustadım — Fəzlim!» — dediyini eşidərdi.

Nəhayət, aralanıb, eynilə qızı kimi, əllərini Nəsiminin xirqəsinin döşündə qurumuş qan ləkələrinin üstündə gəzdirəndə, Fəzlin qələm tutmaqdan incəlmiş barmaqları ilə birgə səsi də titrədi:
— Rəngi-ruyun nə yaman saralıb, gözüm nuru!
Nəsimi ustadın hüzuruna nə kökdə gəldiyini bilir, ancaq buna əhəmiyyət vermirdi. İndi öz görkəmi ilə ustadı necə sarsıtdığını gördükdə, birdən şux əda ilə dikəldi.
— Üzümün sarılığı başım ucalığı deyilmi, ustad?! — dedi.
— Başın həmişə uca olsun, gözüm nuru! Həmdülillah, sağ-səlamət qayıtdm. Dərvişlik qurtardı. Daha səni heç yana buraxmaram! — Fəzl onu bir daha bağrına basdı.
Dərvişlikdən qayıdanları, bir qayda olaraq, iqamətgahın ucqar və sakit guşəsində, dağ otlarının cövhərindən süzülmüş qaynar suya salar, paltarını dəyişdirib, ədviyyatlı təam verərdilər və əgər dərvişin ruhu rəvan deyildisə, bihuşdaru qoxladıb yatırardılar. Nəsimi bütün işlərində və hərəkətlərində tamam sərbəst və azad olduğu kimi, bu qaydaya da riayət etmirdi. Odur ki, məclisə «Ənəlhəq» deyib, Fəzlin müşayiəti ilə yuxan başa gedib, öz xəlifə kürsüsündə oturandan sonra, məclisə qulluq edən şagirdlər, heç nə təklif etmədən, onun özünün xahişini gözlədilər.

Nəsimi heç nə istəmədi.
Fəzlin kürsüsünün dövrəsində on kürsü qoyulmuşdu. Səkkizi Nəsiminin yoldaşlarının — xəlifələrin kürsüləri idi. Mövlana Mahmud təzə tapşırıqla dərvişliyə göndərilmişdi.

Yusif iqamətgahın darvazası ağzında dayanıb, tonqal işığına gələnləri qarşılayırdı. Qalan altı xəlifə cismən uzaqda, öz iqamətgahlarında idilərsə də, ruhən Fəzlin dövrəsində hesab olunurdular: xəlifə nə qədər ki sağ-salamatdı, onun buradakı boş kürsüsündə heç kəs otura bilməzdi.
Doqquzuncu kürsü Nəsiminindi, onuncu—varisin. Birinci dəfə idi ki, Nəsimi varisin yerini boş görürdü. Məclisdən müridlər ona müraciətlə nə isə deyirdilər, o isə gözlərini Fatmanın kürsüsünə dikib qalmışdı. Fatmasız dünya yenə də qaranlığa gömülmüşdü və Nəsimi yenə də heç kəsi görmür, heç nə eşitmirdi.
Fəzl əlini onun çiyninə qoydu:
—Müridlər səsini eşitmək istəyirlər, gözüm nuru,—dedi.

Fəzlin gözlərində hüzn vardı. O, hər şeyi görür və duyurdu. Lakin elə bu özü, ustadım hər şeyi görə-görə, duya-duya susması Nəsimiyə ağır gəldi və o, sərt, üsyankar bir övlad hərəkəti ilə ayağa qalxdı:
—Mən aşiqəm, dilimin açarı könlümdədir, ustad! — deyib Fəzli və onunla bərabər müridləri də məyus etdi.

Ustadın üzündə naxışlar dərinləşdi, müridlərin hamısı gözlərini yerə dikdi. O özü isə heç bir məyusluq hiss etmədi. Təcridin təhqiri könlünü sındırsa da, ruhu əzilməmişdi, əksinə, içərisinə əndazəsiz üsyan odu dolmuşdu. Odur ki, məclisdə başqa etiqadlı yad adamlar olduğunu belə nəzərə almadı.
—Bədnam hicabla* bizim təcridimizin fərqi çoxdurmu, ustad?! — dedi.
Əgər Fəzl, nəhayət, dillənib:
—Hicab daimi buyurulub, köləlik və rəzalət törədir, təcridimiz isə əqllə ehtirasın vəhdəti üçündür, — deyib lap astadan cavab verməsəydi, Nəsimi yəqin ki, mübahisənin məclisdə qeyri-münasib olduğunu hiss etməyəcəkdi.

Hicabı «daimi» adlandırmaqla Fəzl təcridin müvəqqəti olduğuna eyham vururdu. Nəsimi bu eyhamı dərhal anladı. Amma sakitləşmədi.
—Təcrid əsarətdir, ustad! Sarsıdır! Sındırır! — dedi və yalnız, Fəzlin səsindəki ehtiyatkarlığı duyduğu üçün daha mübahisə etməyib şagirdlərə baxdı.

Şagirdlər onu öz hücrəsinə apardılar.

*Şəriətin «hicab» qanunu qadınlardan örtünməyi tələb edir.

Köhnə iqamətgahdan kitablarını və əlyazmalarını gətirib buraya yığmışdılar. Ortalıqda, qalın keçə üstündə, döşəkcə yanında bir cüt kəpənək qanadıtək açılmış rəhil, kağız, qələmdan və mürəkkəb, taxta nimçədə badam içi qoymuşdular.
O, xirqəsini soyunub atdı.
Candan düşmüşdü, üzülmüşdü. Dizləri öz-özünə büküldü. Keçənin üstünə sərildi. Yenə də yaralarının göz-göz olub qan sızdığını hiss etdi. Hücrənin xırdaca bacası arxasında xırdaca ulduzlar parlayırdı. Ulduzlara baxa-baxa dərvişliyini, uzaq diyarlarda, çöllərdə, karvansaralarda, qalalarda qaldığı gecələri xatırladı. «Umidli gəldim, naümid oldum», — dedi və birdən beynində şer qığılcımı alışdı. Dikəlməyə, ayağa qalxmağa taqəti yoxdu. Qələm-davata doğru dizin-dizin süründü, rəhilin qabağında oturub, qamış qələmini götürdü. Şamlar əridikcə, kağıza zərif sətirlər düzüldü:

Şəha,* könlüm pərişan oldu sənsiz,
Cigərim dopdolu qan oldu sənsiz.
Yəqindir səndən ayru, şahi-xuban,
Bu könlüm təxti viran oldu sənsiz.
Kimə bənzərsən ey sən, mahpeykər
Ki, aləm bəndi-zindan oldu sənsiz?!
Gözüm yaşı cahanı tutdu, ey can,*
Görən dedi ki, tufan oldu sənsiz!
Nəsimi quluna qü çarə, dərman
Ki, canlı gəldi, bican oldu sənsiz.

Şeri tamamlayıb, əndazəsiz təbiəti ilə uyuşmayan səbir, səliqə-sahmanla üzünü köçürdü və kağız əlində, fikrə getdi.

Günlər, aylar keçəcək, Nəsimi Fəzlin müridlərə müraciətlə yazdığı bir sənəddə Fatmanın haqqında «onun vəziyyətini yaxşılaşdırmaq istəyirdim»* sözlərini oxuyub, bir çox həqiqətləri yenidən dərk etməyə başlayacaqdı. Hələlik o, Fəzlin təcrid, əql və ehtiras barədə dedikləri ilə varisin hüsnünün kamilliyi arasında ziddiyyət olduğunu və burada nə isə bir sirr gizləndiyini hiss etsə də, heç cür səngiməyən kükrək üsyanı ilə bütün müəmmaları bir yana atıb,
*Hökmdar, könlümün hakimi.
* Can (və ya canan) — allah.
*«Vəsiyyətnamə»dən.

ancaq vüsal həsrəti ilə qovrulurdu. Odur ki, şagirdlərdən birini çağırıb, qəzəli Fatmaya göndərdi. Lakin Fatma hücrəsində yoxdu.
Şagird bütün iqamətgahı dolanıb onu heç yerdə tapmadı. Hələ heç kəs, o cümlədən, varisin hər addımı üçün cavabdeh Yusif də bilinirdi ki, Nəsimidən ayrıldıqdan sonra Fatma öz müşayiətçiləri — Bakı müridləri ilə dərhal atlanıb Bakıya yola düşmüş, dərədən çıxanda Şamaxı yolu üstündə teymurilərin böyük bir dəstəsi ilə rastlaşmış və yalnız teymurilərin atlan yorğun olduğuna görə qaçıb qurtara bilmişdi.
Şagird məlul qayıdıb qəzəli qaytaranda, Nəsimi nə isə hiss etmiş kimi, içəridə darıxıb, hücrənin kandarına çıxdı.
Fəzl danışmağa başlamışdı. Qonaqlara elminin lap ibtidasına dair moizə oxuyurdu:
— ...Dünya üzərində hökmranlıq dünyanı dərk etmək yolu ilə əldə edilə bilər. Dünyanı dərk etmək isə cismlərin xislətinin öyrənilməsindən başlanır...

Nəsimi bu moizəni ilk dəfə yeddi il əvvəl, köhnə iqamətgahın haman zirzəmisində, Fəzlin kitabxanasında dinləmişdi, hüsnü kamilini də, Yusifi də ilk dəfə orda görmüşdü. Camaat dağılışandan və Fəzl iqamətgahın üst qatına qalxandan sonra Yusif ona da çıxmağı təklif edəndə, Nəsimi «Cavidannamə»ni mənimsəməmiş burdan çıxmaram», — deyib özünə gözdən iraq bir guşə seçmiş, tədris müddəti qurtarıb, başqa şagirdlərlə birgə xirqə aldıqdan sonra belə, «Cavidannamə» elə bir dəryadır ki, hər damlasında bir dəryanın sirri var»— deyib, yenidən öz guşəsinə qapılmış və «kəhrəba üzlü» olana qədər iqəmətgahdan kənara getməmişdi. Bu müddətdə o, «Cavidannamə»ni başdan-başa əzbər öyrənmiş, lakin Fəzlin ilk moizəsinin bir kəlməsini də unutmamışdı.
—...İnsan cəmi cismlərin təzahürü və xahqin ən kamü yaranmışıdır. Axirət dünyası, məhşər günü və ölülərin dirilməsi haqqında iddialar uydurmadır. Hər şey, cənnət də, cəhənnəm də bu dünyadadır... — Fəzlin səsi elə bil illərin uzaqlığından gəlirdi.

Nəsimi cismən hamının gözü qabağında ikən ruhən yenə də başqa aləmə getdi və bu vaxt Fəzlə sual verən adamın səsini eşitmədi.
— Cənnət bu dünyadadır?!
Nəsimidən başqa hamı dönüb səs gələn tərəfə, Fəzlin sözünü kəsməyə cəsarət edən adama baxdı.
Hacı Nemətullah, əlində şərabla dolu cam, qonaqların ortalığında oturmuşdu.
— Kəlamına şəkk gətirdiyimə görə günahımdan keç, ya şeyx! Mən pis eşitdim, yoxsa doğrudan dedin ki, cənnət bu dünyadadır?
Fəzl dedi:
— Bəli, hacı, cənnət bizim öz dünyamızdadır.
— Yəni harda?..
İqamətgahda kirpiyini tərpədən belə yoxdu. Təkcə tacirbaşı açıq-aydın şəkk-şübhə və rişxəndlə danışırdı:
— Mən ömrüm boyu savab eləmişəm, ya şeyx! Ac qarnı doyurmuşam, sınıq könül sarımışam. İndi ki cənnət öz dünyamızdadır, rica edirəm, göstər gedim oturum öz yerimdə.

Fəzl uzaqdan-uzağa ona yüngül istehzalı təbəssümlə baxırdı:
— Cənnəti görmək üçün uzağa getmək lazım deyil, — dedi. — Ayağının altına bax.
Hacı baxıb dedi:
—Ayağımın altında heç nə yoxdur. Fəzl güldü:
— Bir adam ki, ayağının altında torpağı görməsin, cənnəti mən ona necə göstərim, hacı?
Tacirlər qəhqəhə çəkdilər:
— Al payını! Mühiti-əzəm şeyxinə şəkk gətirməzlər. Dərs olsun! — dedilər.

Kiçik qardaşı — Bakı hakimi Hacı Firidun kimi, tacirbaşı Hacı Nemətullah da günlərini məclislərdə keçirməyi sevən, çoxarvadlı, kök, baməzə bir adamdı. Gülüstan sarayından azca aşağıda, alimənsəblərin ən hündür, görkəmli yerləri tutmuş Meydan və Şəbran məhəllələrinin arasında tikdirdiyi böyük mülkündə və qala divarlarının dövrəsindəki yeddi karvansarasının yeddisində də səhərdən axşama qədər qaynaşan qaravaşlarının, kənizlərinin, kəbinli-kəbinsiz arvadlarının sayını çoxdan itirdiyini açıqdan-açığa deyib gülür və harda bir gözəli gözü tutanda ona da müştəri düşürdü. Odur ki, Hacı Nemətullah, İbrahimin özündən başlamış, Şirvanın bütün alimənsəbləri, hörmətli üləma, seyid və zahidləri ilə qohum olmuşdu.
Lakin onun məşhurluğunun səbəbi yalnız bu deyildi.

Hələ İbrahimin hakimiyyətinin ilk illərində Hacı Nemətullah Bakı ətrafında bütün neft göllərinin aralarında qarovul komaları tikdirib, əlləri qılınclı qarovulçular qoyub, neft alverinə başlayanda, onun bu işi şahın gizlin tapşırığı ilə gördüyündən xəbərsiz alimənsəblər dərhal etiraz etmiş və şah divanına rəsmi şikayətnamə yazıb, bu vaxta qədər hamının işlətdiyi, torpaqdan çıxan allah nemətinə sahib durduğuna görə Hacı Nemətullahı divana çağırmışdılar. Hacı isə şaha xəlvəti göz vurub: «Odlu suyu bizim torpağımızda ilk əvvəl peyğəmbər əleyhüssəlamın elçisi görüb, peyğəmbərə xəbər verib, peyğəmbər özü «nəf et»! deyib, mən də nəf edirəm>>— demişdi. Alimənsəblər peyğəmbərin nefti cəmi bəndələr üçün nəf buyurduğunu söyləyib yenə etiraz etsələr də, sonralar hacıun neft yüklü dəvə karvanları ilə Ruma, İrana, İraqa gedib, hesabagəlməz qızıl yükü ilə birbaş şah dərgahına qayıtdığını gördükdə, işin nə yerdə olduğunu anlayıb, daha səslərini çıxarmamışdılar. O vaxtdan, hacı hətta İbrahimin özündən də varlı, əlinin üstündə əl olmayan bir alimənsəb kimi şöhrətlənmişdi. Deyilənə görə, səfərlərdə özünün mindiyi dəvələrə xurma yedirir və dəvələrin qabağından xurma götürən qul-qaravaşların dişlərini sındırtdırırdı; qızılının başdan aşmasına baxmayaraq, qul-qaravaşlarından bir dinara tamah salanın bir barmağını, beş dinara tamah salanın beş barmağını kəsdirirdi. Amma sifətində qəddarlıqdan əlamət belə duyulmur, qayğısızlıqdan, əhli-keflikdən başqa heç nə görünmürdü. Odur ki, Fəzllə mübahisəsi də əhli-kef bir adamın qeyri-ciddi söhbəti kimi, tezliklə unuduldu. Hacı dan yeri sökülənə qədər şərab içə-içə moizə dinlədi, Fəzlin batinlikdən çıxması münasibəti ilə sübhü musiqi və rəqslə qarşılayan müridlərlə birgə rəqs etdi. Şəhərə qayıdanda isə, şahın hüzuruna gedib, hürufilərin özlərinin arasında ixtilaf duyduğunu xəbər verdi və İbrahimdən yeni tapşrıq aldı: bundan sonra tacirlər moizə dinləmək adı ilə tez-tez Fəzlullahın iqamətgahına gedib hər şeyə göz qoymalı və hacının duyduğu ixtilafin məhz nədən ibarət olduğunu öyrənib şəxsən şaha çatdırmalı idilər.

* Əslində «nəffat»dır.


QORXU

9

Hələ keçən üin yazmda səs yayılmışdı ki, Miranşah dəli olub. Sonralar uzaq frəng elindən — Kastiliyadan öz hökmdarlarının tapşırığı ilə Əmir Teymurun hüzuruna gələn bir elçi-salnaməçi, ordan-burdan eşitdiyi şayiələr əsasında, vəliəhdin həqiqətən dəli olduğunu təsdiq edəcəkdi. Teymurun ətrafında hadisələrin şahidi olan digər salnaməçi isə, Miranşahın ovda atdan yıxıldığını və bundan onun beyninin zədələndiyini yazıb, dəlilik xəbərini dolayısı ilə təsdiq edəcək, illər dolandıqca bu məlumat kitabdan-kitaba, nəsildən-nəslə keçib, beləliklə, vəliəhd Miranşahın haqqında tamamilə yanlış təsəvvür yaranmasına səbəb olacaqdı.

Vəliəhdin yalnız ən yaxın əyanlarına və bir də ancaq təbiblərə məlumdu ki, şikara çıxanda mindiyi atın bağrını çatladana qədər çapmağı xoşladığı üçün atla bərabər özünün də dəfələrlə yıxıldığına baxmayaraq, əslində bundan Miranşaha heç bir zədə toxunmamışdı. Başağrısı ana bətnindən, daha doğrusu, atanın xəstə sinirlərindən gəlmə bir mərəzdi ki, Əmir Teymurun övladlarının hamısında ara-sıra aşikar olurdu. Mərhum oğlu, tirboyunlu Cahangir belə, bundan əzab çəkərmiş. Xüsusilə döyüşdə uduzmaq, atasının qəzəbinə düçar olmaq təhlükəsi duyanda başından ağrı qalxarmış və bu vaxt özünü vuruşmanın ən qızğın yerinə atarmış. Bu, Cahangirə bütün Mavəraünnəhrdə və Xarəzmdə ən cəsur bahadır şöhrəti qazandırmış və elə bu da onu məhv etmişdi.
Vəhəhdin yenə də yalnız ən yaxın əyanlarına məlumdu ki, qardaşmın sağlığında Miranşah daha çox əzab çəkərmiş, Cahangirin əvəzində vəliəhd təyin edildikdən və xüsusilə Hülaku şöhrətli Təbriz təxtinə sahib olduqdan sonra isə daha heç bir ağrı-acı görməyib, mərəzdən canını qurtardığını güman etmişdi.
Əlincədə döyüş meydanından hürufi papağı tapılıb hökmdara göndərildiyini və Şamaxıda şah məscidində İbrahimə qəsd edən adamın cibindən hürufi açarı çıxdığını eşidib, bundan sonra İbrahimin xəyanətini heç cür sübuta yetirə bilməyəcəyini anladıqda, o, ilk dəfə, köhnə mərəzənin oyanmağa başladığını hiss etdi. Bunun ardınca Bağdad yolundan hökmdarın əmri gəldi: vəliəhd, şirvanşahın
köməyi ilə Fəzlullahı tutub Əlincənin qənşərində edam etməli, doqquz naməlum şəhərdə hürufi ocağının doqquzunu da tapıb dağıtmalı, xəlifələrin və müridlərin hamısının boynunu vurub, hürufilərin kökünü kəsməli idi.

Miranşah yaxşı bilirdi ki, Əlincənin bu vaxta qədər fəth edilmədiyinin və qala müdafiəçilərinin hələ də bütün Azərbaycanla əlaqə saxlamağının günahını atası onda görürdü və əgər qala tezliklə alınmasa, Bağdaddan qayıdanda hökmdar onu mütləq cəzalandıracaqdı. Doğrudur, Cahangirin ölümündən sonra hökmdarın öz başları ağrılı övladlarına nə vaxtsa, nə üstündə isə cəza verə biləcəyinə heç kəs, o cümlədən Miranşah da inanmırdı. Hökmdarın yürüşlər arası fasilələrdə yazdırdığı “Tüzik”* kitabında varislərə ölüm cəzası yoxdu, səltənətə xəyanət edən, zərərli iş görən və ya əmrə əməl etməyən varis, ancaq rütbədən və varidatdan məhrum edilməli idi ki, bu da Miranşahla qardaşları Şahruxun və Ömər Mirzənin fikrincə, yalnız qorxutmaq, bəd əməllərdən saqındırmaq üçün yazılmışdı.
Şirvanşahın köməyi ilə Fəzlullahı tutmaq, doqquz naməlum şəhərdə hürufi ocaqlarının doqquzunu da tapıb dağıtmaq və hürufilərin kökünü kəsmək barədə icrası mümkün olmayan əmrə qulaq asandan sonra isə «Tüzik» əsasında cəzalandırıb, rütbədən və varidatdan, yəni hakimiyyətdən məhrum ediləcəyinə Miranşahın heç bir şübhəsi qalmadı və o, dərhal başından yapışdı.

Onun qıçlarında da lap cavanlıqdan ağrılar vardı, hər axşam kənizlər qıçlarını ovuşdurmayınca dincəlmirdi. Başağrısının şiddəti bu daimi mərəzi unutdurdu. Bir az sonra isə qıçlarının eynilə atasının sağ qıçıtək nazilməyə başladığını gördükdə Miranşah bir daha başını tutub, bu dəfə yatağa düşdü.
Təbiblərin hamısı eyni sözləri deyirdi: əlacı rahatlıqdır, bihuşdaru qoxlayıb yatsın, hüzuruna ədib, nədim çağırsın, əyləncəli kitablara, könülaçan söhbətlərə qulaq asın, fikir çəkməsin.

Əyanlan dedilər ki, qardaşları Şahruxla Ömər Mirzə də tez-tez xəstələnirmişlər. İndi özləri ilə çoxlu kitab, ədib və nədim gəzdirirlər. Kitaba meyl salandan bəri onlarda heç bir azar-bezar yoxdur.
Doğrudur, söz gəzir ki, Şahrux insanı allaha şərik

*«Düzüm»

çıxaran və allah xofunu danan, şəriətin yasaq etdiyi kafir kitablarını da oxuyur, deyilənə görə, qardaşının iqamətgahına bir neçə adam göndəribmiş ki, o adamlar Ömər Mirzəyə də küfr öyrətsinlər. Bunun üstündə alimənsəb seyidlər Şahruxa xəbərdarlıq ediblər və necə olubsa qardaşların arasında ixtilaf düşüb, — bu başqa söhbətdir, — həqiqət budur ki, aralarına ixtilaf düşsə də, hər iki qardaş mərəzdən xilas olub və məsləhətdir ki, Miranşah da qardaşları kimi eləsin.
Lakin Miranşah əlacını başqa şeylərdə tapdı: ovda, şərabda və qadında.

Başında ağrının artdığını hiss edən kimi ipək yorğan-döşəyin arasında yaytək sıxılıb, oxtək atılırdı. Bəzən hətta çəpkənini də geyinmədən, yalxı can köynəyində, atın belinə sıçrayırdı, adi şikar hay-küyünün əksinə, gərgin sükutla atlarını çapa-çapa gözlərini ondan çəkməyən, köhnə uşaqlıq və ilk gənclik yoldaşları əyanların və ordu rəislərinin arasında çapdıqca çapır, hamını yorub taqətdən saldıqdan sonra, nəhayət, cilovu çəkəndə, hələ yəhərdən enməmiş qışqırıb şərab tələb edirdi. Qayıdanbaş, ətrafında qala divarları olmadığına görə geniş yaşıl düzənlikdə tək qalaçası və daş evləri lap uzaqdan görünən Sultaniyyəyə yaxınlaşanda isə, yuxu və rahatlıq əvəzində, dərdinin üçüncü əlacı haqqında düşünürdü. Ancaq buna düşüncə demək olmazdı. Çünki bəzən ağrının şiddəti, bəzən də ifrat şərab Miranşahın hafizəsini kütləşdirirdi. Təkcə hiss qalırdı — xəstəlik və onun üç əlacı ətrafında cəmləşib yumaq kimi yumrulanmış, tərpənməz, dəyişməz bir hiss. Gənclikdə qılınc məşqlərindən möhkəmlənmiş bahadır bədəni xəstəliyə müqavimət göstərdikcə, ağrılar içində sıxılıb dəmirtək bərkiyən o hiss yumağı beynini tutub, heç bir başqa hiss və ya düşüncəyə yol vermirdi.
Şərabdan, növbəti kənizdən və nəhayət, ölümtək yuxudan sonra, hərdən Miranşah atasını və atası ilə birgə, Bağdad yolundan gələn çapardan eşitdiyi əmri xatırlayırdı. Xain şahın bu vaxta qədər məharətlə gizlətdiyi Fəzlullahın heç vaxt ələ keçməyəcəyini, dərvişlərin uzun illər ərzində bütün İranda, Bakıda, Şamaxıda və Gəncədə daim axtardıqlarına baxmayaraq tapdmayan hürufi ocaqlarının yenə də tapılmayacağını, yer üzünü götürmüş «ənəlhəq»in kökünün kəsilməyəcəyini və bunun nəticəsində, şübhəsiz, hökmən cəzalandırıb hakimiyyətdən məhrum olacağını düşündükdə yenə də yaytək sıxılıb oxtək atdırdı, Sultaniyyə ətrafındakı düşərgədə yetmiş minlik süvariyə yürüş əmri verib, üzü hansı yana düşsə, o yana çapır, ağrılarının şiddətli vaxtlarında çeynəyib qanını tökdüyü qara-qançır dilini atın yalı üzərində küləyə tuta-tuta, qadın, kişi, qoca, cavan, rastına kim gəlsə, qılıncdan keçirirdi. Kənd, şəhər, mədrəsə, məbədgah, rastına nə düşsə, fərqinə varmadan dağıdır və yandırırdı.
Belə çılğın yürüşlərdən birində o, Naxçıvanda, Əlincəçay qırağında, vaxtilə «Ziyaülmülk müsibəti» ilə şöhrətlənmiş əmir Qıymazın belə qıymadığı, səkilərinə qədər mərmərdən olan əsnaf şəhəri Astarbadı* dağıtdı, əhalini qılıncdan keçirtdi. Digər yürüşündə Sultaniyyədən Təbrizə birhəftəlik yolu iki günə gedib, hətta Təbrizin ən şöhrətli məscidlərini də dağıtdı və bu vaxt vaveyla qışqıra-qışqıra şəhərdən çıxıb aman istəmək üçün daşatan mancanaqlara tərəf yüyürən məscid əhlini də qılıncdan keçirtdi.
Təbrizdən qayıdanda isə ətrafındakı ordu rəislərinin hamısını dəhşətə gətirən, çılğınlıqla öz gözəl, axar-baxarlı paytaxtına həmlə çəkdi, ulusunun hər yerindən gəlib burada alver edən camaatı son nəfərinə qədər doğradı, eni və uzunu min addıma qədər geniş bazar meydanının başdan-başa al qana boyayıb, şəhərin içərisinə cumdu, heç bir təhlükə gözləməyən dinc əhalini qılıncdan keçirə-keçirə, düzənliyə çıxıb, orada mancanaqları işə saldırdı, şəhər civarındakı ağ mərmər qülləli qalaçanı da büsbütün uçurub-dağıtdı, qalada kim vardısa, hamısını daş yağmuru altında qoydu. Payızda, Bağdad yürüşündən qayıdan hökmdarın bu dağıntı və qırğınlara heyrət etdiyini, xüsusilə Təbriz məscidlərinin xərabəlikləri ilə orada dəfn edilmiş mollaların qəbirlərini görüb: «Övladım Miranşah dəli olub»— dediyini eşidəndə isə Miranşah həqiqətən dəlitək qışqırıb: «Mən ki onun öz əmrinə əməl edirəm! Dağıdıram, çünki bu torpaqda hürufi ocağı olmayan yer yoxdur! Öldürürəm, çünki bu diyarda hürufi olmayan adam qalmayıb!» — dedi. Əmir Teymurun mərhum oğlundan sonra ən çox ümid bəslədiyi varisi bir neçə ayın içindəcə bu cür, dağıntıya,

*Azadabad da adlanırdı. Eyni vaxtda mövcud olan Astrabad şəhəri ilə qanşdırmamalı.

qana həris bir divə çevrildi. İran ərazisinin bir qismində, Azərbaycanın isə bütün Araz boyu torpaqlarında Miranşah əvəzində indi hamı ona Maranşah deyirdi.
Yalnız anası Zəncandan çapar göndərib, onun gördüyü işlərin hökmdarı çox qəzəbləndirdiyini və əgər yenə xətaya yol versə, onun əvəzində oğlu Əbubəkrin hakim təyin ediləcəyini xəbər verdikdə, Miranşah, nəhayət, qılıncı qına qoydu və çoxdan bəri ona bu qədər qandansa tək Fəzlullahın özünü tutmaq üçün tədbir tökməyi məsləhət görən əyanlarını məşvərətə çağırdı. Şamaxıya, İbrahimdən Fəzlullahı tələb edən məktub da, təğyirlibas adamlar da həmin bu məşvərətdən sonra göndərilmişdi. İndi Miranşahın bütün ümidi o hədə-hərbəli məktuba və vaxtilə onun qılıncından öpmüş Şirvan sədrəddini Şeyx Əzəmin iqamətgahında gizlənən həmin təğyirlibas adamlara idi.

Bütün qışı Şamaxıdan xəbər gözlədi. Nəhayət, yazbaşı, üstündə İbrahimin möhürü olan cavab məktubunda «İndi qışdır. Yaz açılsın, tutub göndərərik» sözlərini oxuduqda, bu dəfə də həqiqətən dəli kimi heybətli bağırtı ilə çadırdan bayıra atıldı.
Bu vaxt o, Ərməndə idi. Üçkilsədə buxan qabağında oturan hökmdarla onun yorğun ordusunu Sultan Bayəzid təhlükəsindən qorumaq üçün, hökmdarın özünün əmri əli Ərmən paytaxtı Yerzinqanla Rum arasında düşərgə salmışdı.

Qonşu dağlardan bu düşərgəyə hər gün erməni kahinləri gəlirdi.
Cəmisi bir neçə ay əvvəl buradan Sultaniyyəyə qayıdan tamqaçılar, Ərmənin Yerzinqandan kənar yerlərində bəni-insan qalmadığını söyləmişdilər. Miranşah burada düşərgə salan günü isə, birdən-birə, bu qayalı dağlarda bütün qayalar insana çevrildi və onlardan bir qismi — qarageyimli kahinlər qəribə etibarla, qorxusuz-hürküsüz tökülüb düşərgəyə endilər.

Minbaşdardan tutmuş, mehtərlərə, nökərlərə qədər, bütün ordu heç nə anlamadan, təəccüblə boylanırdı. Vəliəhd dəstənin önündə gələn döşü xaçlı keşişi danışdırandan sonra daha anlaşılmaz şeylər baş verdi. Bütün yürüşlərdə Miranşahla yanaşı at sürən ordu rəisləri onun nə bu qədər güldüyünü eşitmişdilər, nə də bu cür uşaqtək hönkürtü ilə ağladığını görmüşdülər. Rəislər həyəcan və narahatlıqla, orda-burda əyanlan aralığa alıb sorğu-sual edirdilər: bu tərsa keşişi vəliəhdə nə dedi ki, o bu hala düşdü?

Lakin əyanlar heç nə demirdilər. Çünki bu, deyiləsi dərd deyildi: Ərmən kahinləri Miranşahın məscidləri, ibadətgahları dağıtdığını eşidib, onu öz adamları bilmiş və bu vaxta qədər heç bir müsəlman hökmdarının görmədiyi bu işlər üçün ona səcdə etməyə, üstəlik, hətta himayədarlıq və çörək istəməyə gəlmişdilər.
O günü Miranşah bütün günü içdi, bütün günü gah qəh-qəhə çəkdi, gah da hönkürdü.
O gecə saysız-hesabsız davar kəsdirdi, süfrə əvəzində ipək parça saldırdı, iki tərəfində dəmir qulpları olan dərilər üstündə qalaq-qalaq gətirilən, bütöv qızardılmış qoyun budlarından, qaxacdan bir qismini dərhal kahinlərin evlərinə göndərtdirib, qalanını süfrəyə düzdürdü, öz əli ilə lavaş payladı, qızıl camda şərabdan bir qurtum içib, qonaq üçün şərəf hesab olunan artığını keşişə ötürdü, süfrəyə təzə meyvə, xurma və qax qoyulandan sonra da ayağa qalxmayıb, erməniləri səhərə qədər yedirib içirtdi. Səhər açılanda paltarını soyunmadan yatağa uzandı. Oyananda isə yatağının yanında gördüyü burmabirçək tərsa qızının ətəyini qızılla doldurub «Çıx get!» — dedi... İllər keçəcək, bir vaxt gələcək, dağbelində bürünc xaçları saralan Üçkilsənin daş qəfəslərindən Miranşahın rəhmdilliyini və əliaçıqlığını təsvir edən səhifələr tapılacaqdı. Lakin, Yerzinqanda kilsələri dağıdan, tərsa düşməni Əmir Teymurun oğlunun tərsalara münasibətinin səbəbini nə bu səhifələri tapanlar başa düşəcəkdilər, nə də zaman keçdikcə bu səhifələrin məzmununu şərh edənlər. Kimi Miranşahın qəribəliklərdən həzz alan və öz hərəkətləri üçün məsuliyyət hiss etməyən şərab düşkünü olduğunu, kimi onun atası ilə razılaşmadığını və buna görə də həmişə, hər yerdə atasının siyasətinin əksinə işlədiyini, kimi də həqiqətən rəhmdil və əliaçıq olduğunu iddia edəcəkdi. Heç kəsin gümanına gəlməyəcəkdi ki, onun törətdiyi bütün dağıntı və qırğınlarla bərabər, Ərməndəki hərəkətinin də adi və sadə bir səbəbi vardı: çılğınlıq.
Qorxudan xəstəlik — başağrısı əmələ gəlmişdi, başağrısından
səhvlər, səhvlərdən ümidsizlik, ümidsizlikdən isə çılğınlıq
törəmişdi.

İbrahimin cavab məktubu bu çılğınlığı şon həddinə çatdırdı: nə məqsədləsə vaxt qazanmaq istəyən şahın «İndi qışdır. Yaz açsın, tutub göndərərik» sözlərindəki hiylə və tabesizlik onu dəhşətə gətirdi və Miranşah, qışqırıb çadırdan bayıra atılanda, gözünə sataşan ilk minbaşıya atlanmağı əmr edib onun min süvarisi ilə dərhal Şirvana yola düşdü. Fatma ilə onun müşayiətçi müridlərinin gecə qaranlığında Şamaxı yolunda rastlaşdıqları həmin bu dəstə idi.

Bu dəstə hələ Kür qırağında dayananda, onunla Şamaxı arasında çaparlar zənciri düzülmüşdü. Yeddi karvansaradan hansınınsa qaranlıq bir küncündə oturan dərviş Asir, Şeyx Əzəmin iqamətgahından bir-birinin ardınca yeni-yeni xəbərlər gətirən qara xirqəli müridlərdən eşitdiklərini tez-tez çaparlara ötürür, beləliklə, şəhərdə baş verən hadisələr hələ yolda ikən vəliəhdə çatdırdırdı.
Şeyx Əzəmin iqamətgahının hücrələrində. Məlhəm seyidlərinin ədviyyatlı xörəklərindən yeyib, səm* suyu içə-içə, nə vaxtsa Fəzlullahın məkanının öyrəniləcəyini gözləyən təğyirlibas adamlar, vəliəhdi karvan yoluna açılan baş darvazanın ağzında qarşıladılar.

Yalnız hökmdarın təhlükəli düşmənlərindən hansını isə oğurlayıb aparmaq lazım gələndə göndərilən bu «təğyirlibas adamlar», boğazlarından asılı dəri yarlıqda, hökmdarın bağışladığı yurdların, at-ulağın, davanın və başqa mükafatların siyahısını gəzdirən seçmə bahadırlar — cağataylardı. Hökmdarın özünün, oğullarının, nəvələrinin və yaxın qohumlarının ordularında olduğu kimi, Miranşahın ordusundakı təğyirlibas adamlar da dərvişbaşı Asirin nəzarəti altında işləyirdilər və dərviş Asirdən başqa bir də ancaq hökmdarın özünə tabe idilər. Əgər bahadır əmrə əməl etməsəydi, hökmdar onun boğazından yarlığını qoparıb, varidatdan məhrum edə bilərdi. Bütün orduda hamı üçün qanuni olan qırmanc, qamçı cəzalarının isə bu cağatay bahadırlara dəxli yoxdu: həm öz qəbiləsinə mənsub olduqlarına görə, həm də nə isə çox böyük xidmətlərinə görə hökmdar onları cismani cəzadan azad etmişdi. Lakin darvaza qabağında vəliəhdin qamçısı ilk növbədə bu bahadırların başları üzərində şaqqıldadı: İbrahimin xəyanətinə ən yaxşı sübut olan Fəzl elçilərinin zindana salındığı bir vaxtda səm suyundan məst olub yatdıqlarına görə, Miranşah onların hamısını maltək döyüb, bədənlərində, üz-gözlərində salamat yer qoymadı. O elə halda idi ki, əgər Şeyx Əzəmin iqamətgahında İbrahimin xəyanətinə dair nə isə yeni bir xəbər,

S ə m ə n i suyu — xumarlandıran içki.

dəlil-sübut tapacağına ümidi olmasaydı, bahadırlara bəlkə hətta qılınc qaldırmaqdan çəkinməzdi.
Axırıncı bahadır taqətdən kəsilib atın dırnağı altına düşdükdən sonra, Miranşah onlara Şeyx Əzəmin iqamətgahına getməyi əmr edib, nəhayət, atını darvazaya sürdü.
Dəstə vəliəhdin ardınca cumdu, gələnlərin teymuri olduqlarını görüb onsuz da müqavimət göstərməyən keşikçiləri və qabağına çıxan gecə qarovulçularını — mirşəbləri tapdayaraq ildırım gurultusu ilə şəhərə girdi.

Miranşah, qala bürclərində çalınan təbil səsinə dağ belində divarları qaralan ləşgərgahdan əsgərxas tökülüb Gülüstan sarayının yolunu tutduğunu, sonra xanəgahın hündür damında, məşəllər arasında İbrahimlə vəhəhdinin qaraltılarını gördü.

İbrahimin ordusu Dərbənddə idi, sərdar Bəhlulun başçılığı ilə, müqavilə əsasında orada Toxtamış xanın yolu ağzında dayanmışdı. Şamaxıda cəmisi min nəfər əsgərxasla on nəfər rəisi-ləşgər bahadır, bir də ki, İbrahimin şəxsi candarları ilə silahdarları və mirşəbləri qalmışdı. Şirvanın bütün ərazisində, Bakı hakimi Hacı Firidunun qoşunları ilə kəndxudalar və tacirlərin mühafizə dəstələrindən başqa heç bir qüvvə yoxdu. Miranşah əmindi ki, keçən ilki dağıntılardan şirnikmiş ordusunun bu min nəfərinə yeni talan vəd etsə, onlar İbrahimin hakimiyyəti illərində ipəkdən, bağ-bağatdan, mal-davardan barınıb bolluq içində üzən Şirvandakı qüvvələrin hamısına bir yerdə qalib gələr və o, şahı asanlıqla tutub apara bilərdi. Lakin nə qədər çılğınlaşsa da, o hələ ağlını itirməmişdi. İbrahimin tutulması Şirvan ordusunun Dərbənd keçidini tərk etməsinə və Hülaku ərazisinin Toxtamış xanın yeni basqınlarına məruz qalmasına səbəb olardı. Bundan başqa, dərviş Asirin məlumatına görə, İbrahim bir tərəfdən fitvaya möhür basıb Fəzlullahın həbs edilməsinə və bütün hürufilərin mühakiməsinə fərman vermiş, o biri tərəfdən, hürufilərin Şirvanda kök salmağına günahını «din və etiqad keşiyində duran» Şeyx Əzəmdə görüb özünü təmizə çrxarmışdı. Demək, şahı tutub aparsaydı, yenə hökmdarın qəzəbinə düçar olmaqdan başqa Miranşah heç nə qazana bilməzdi. Odur ki, əsgərxasla üz-üzə gələndə dərhal silaha əl atan orduya vuruşmanı qadağan edib, yalnız kiçik bir dəstənin müşayiəti ilə mərmər meydana keçdi və orada qabağına gəlib onu dərgaha dəvət edən Qazi Bayəzidə heç nə demədən, özü kimi çılğın atını birbaş Şeyx Əzəmin iqamətgahına çapdı.

Şahla vəliəhd Gövhərşah kafirin elçilərini dəmir qəfəslərdən çıxarıb aparandan sonra, şeyx özü dustaq kimi, bir müddət zindanda qalmışdı. Riyakar şaha, bu allahsızlar və qorxusuzlar zəmanəsinə nifrəti elə idi ki, bir az əvvəl şahı qan-qırğına bais olmamağa çağıran şeyx indi özü axirəzzaman arzu edirdi.
Onun zədəli sinəsindən ağrı qalxmışdı. .

Ağrısı artdıqca gah Məlhəm qırğınını, gah İsfahanı, gah da Təbrizi xatırlayır və indi daha çox inanırdı ki, Əmir Teymurun əməli həq əməlidir: qırğın ərşə dayanmayınca, ölüb yenidən dirilməyincə insan həq yoluna qayıtmayacaq.

Şeyxin can ağrısından və nifrətdən dumanlanan beynində indi bundan başqa bir fikir yoxdu.
Əgər Əmir Teymur indi buradan peyda olub, onun özünə qılınc götürməyi buyursaydı, Şeyx Əzəm bu əmrə tərəddüdsüz əməl edərdi. Belə bir vaxtında, vəliəhd Miranşahın ordu ilə yaxınlaşdığını və ondan — şeyxdən İbrahimin xəyanətini isbat etmək tələb olunduğunu eşitdikdə şeyxin dizlərinə taqət gəldi və o, şahın əl-ayağına düşəndə səliqə-sahmanı pozulmuş üst-başını düzəldib, öz əvvəlki təmkini, dəyanəti ilə, yeraltı yolun dolanbaclarından iqamətgaha qalxıb, vəliəhdi qarşılamaq üçün hazırlıq görməyə başladı.
Kafirin kitablarını öz ibadət otağında, mehrabın söykəndiyi divarda, daş qəfəsədə saxlamışdı.
Şeyx, hər şeydən əvvəl, qəfəsəni açdı, fars, ərəb və türk dillərində üç kitabın üçünü də yerli-yerində gördükdən sonra, şah məscidindən təzə xalı-xalça gətirdib bu otağa döşətdirdi, döşəkcə, mütəkkə düzdürdü; Məlhəm seyidlərini çağırıb, ərzaq quyularından ərzaq ehtiyatının hamısını çıxarıb, çoxlu qazan asmağı tapşırdı.

Təbil səsləri və şəhərə girən ordunun gurultusu eşidiləndə şeyx həyətdə idi.
Molla və mollaçalar hücrələrin kandarlarından cırıq-sökük palazları, həsirləri, hovuzun qıraqlarından abdəst abtavalarını yığışdırırdılar. Müridlər vəliəhdin yoluna payəndaz döşəyirdilər. Şeyx isə gözlərini darvazadan o yana, şah məscidi ilə divanxananın arasından mərmər meydana dikib gözləyirdi.
Miranşahın başında beş diyarın — Azərbaycan, Qaxet,

Ərmən, Iran və Iraqın hökmdarlığının rəmzi olan beş tovuz lələyi ilə bəzənmiş üçqunc hülaku papağı vardı. Əynindəki zərbaft* xalatın döşlərində və çiyinlərində qızıl butalar, belində qızıl kəmər və qızılqəbzə qılınc parıldayırdı. Lələklərin aralarında, butaların ortalarında, kəmərində və qılıncının qınında iri-iri nadir daşlar yanırdı. Şeyx Əzəm nə bir zaman İranda onu bu libasda görmüşdü, nə də sonralar vəhəhdin burada vali olduğu vaxtlar. Əgər vəliəhdi əvvəlcədən gözləməsəydi, şeyx onu bəlkə də tanıya bilməzdi. Çünki libasdan başqa, sifət də şeyxin vaxtilə gördüyü sifət deyildi: Miranşahın üzü ətlənib şişmiş, çoxdan daranmayan seyrək saqqalı buruq-buruq olub, sifətini daha da enliləşdirmişdi. Mərmər meydanın arxasında — dərgah qapısında ordudan ayrılıb iqamətgaha çapan atlılar arasında, şeyx əvvəlcə onun parıltısını başqalarından ayırdı. Həyətdə, köpük içində xırıldayan ağ atın belindən atdıb onun üstünə yeriyən, bədəndən arıq, üzdən kök adamda isə yalnız enli hökmdar kəməri və qılınc şeyxə tanış gəldi.
Məlhəm məscidində, ruhi xəstələr önündə ömrünün yarısında zora və qılınca lənət oxuduqdan sonra, taleyin gərdişi ilə özü qılıncdan öpməli olanda, Miranşahın həmin bu uzun, düz qılıncı qızıl qəbzəsindən başlamış, qının qırmızı tumacı üstündə abı, firuzeyi daşlara qədər şeyxin zehnində həkk olunmuşdu. Odur ki, vəliəhdin özündən əvvəl qılıncını tanıyıb, bir zaman bu qılıncdan necə sidq ürəklə öpmüşdüsə, indi də eləcə təzim etdi və üzünə oxtək sancılmış səbirsiz gözlərin tələbi ilə dərhal mətləbə keçib:
— İbrahim hürufilərlə müttəfiqdir, övladım. Mürtəd və xaindir! — dedi.
Miranşah titrəyirdi:
— Müttəfiqdir! Xaindir!.. Hökmdar sözə inanmır! Sübut lazımdır!
Şeyx bir daha təzim edib:
— Sübut var, övladım! Kafirin kitablan məndədir, — dedi. Miranşah duruxdu.
Dərviş Asirin xəbərləri içərisində o, Fəzlullahın öz lənətli «Cavidannamə»sini İbrahimə göndərdiyini və Şeyx Əzəmin kitabları ələ keçirib öz ibadət otağında saxladığını

*Z ə r b a f t — qızıl sapla toxunmuş, çox qiymətli ipək növü.

da eşitmişdi. Lakin həbs edilən elçilər müqabilində kitablar onun gözünə görünməmiş, elçilərin azad edildiyini eşitdikdən sonra isə kitabları tamam unutmuşdu. Daha doğrusu, İbrahimin, şübhəsiz, «Cavidannamə»ni də şeyxin əlində qoymadığını düşünüb, bundan da ümidini kəsmişdi, odur ki, «kitablar məndədir» sözlərindən duruxdu.
Şeyx onun sükutundan narahat olub:
— Şəkkin olmasın, övladım, İbrahimin kağız-barat sinisindən öz
əlimlə götürmüşəm, — dedi. — Müridlərimlə bahəm, hökmdarın
hüzurunda özüm şəhadət verə bilərəm ki, Fəzlullahın xəlifəsi Əliən-Nəsimi, İbrahimə ittifaq təklif etdi, sonra da mürşidinin kitablarını verdi ki, İbrahim kafirin elmini
mənimsəsin və öz işlərində onun
küfrünə istinad etsin.
Miranşahın içərisində tərəddüdlü sevinc titrəyirdi. Heç cür inana bilmirdi ki, hər bir addımını ölçüb-biçən, hiyləgər İbrahim «Cavidannamə» kimi əşyayi-dəlili şeyxin əlində qoyub belə asanlıqla kəməndə düşə bilər.
Şeyx yenə nə isə danışırdı.
— İbrahimin xəyanətini isbata hacət yoxdur, övladım!— deyirdi.
Miranşah daha dözmədi, əlində qamçısını, qulaqlarında qızıl aypara sırğalarını əsdirərək, birdən qışqırıb:
— Gətir kitabları! Gətir! — dedi və səbir edə bilməyib özü də şeyxin ardınca getdi.
Onlar, sağ-solunda nazik daş dirəklər düzülmüş, harmalarında yağ çıraqları yanan uzun dəhlizdən və hücrələrin ensiz, alçaq, günbəzvarı qapılarından fərqlənən hündür qapıdan keçib, uca qübbəli ibadət otağının genişliyinə çıxdılar.
Şeyx, vəliəhdi dörə dəvət edib, özü birbaş mehraba tərəf addımladı. Orada, mehrabın arxasında, divar uzunu çəkilmiş mumiyalı ipdən üstü «lailahəilləllah» yazılı ipək bayraqlar asılmışdı. Şeyxin cibindən açar çıxarıb, divardakı bayraqlardan birini qaldırdığını gördükdə, əşyayi-dəlilin doğrudan da burada olduğuna Miranşahın heç bir şübhəsi qalmadı.

İbrahimin, nəhayət, kəməndə düşməsi möcüzə idi. Miranşah möcüzəni yaradan adamın çoxlu şamdan başqa heç bir var-dövləti gözə dəyməyən bu otağın qızıl-gümüşlə, ləl-cavahiratla doldurmağa hazır idi. Lakin sevinci çox sürmədi.

Şeyx əvvəlcə açarı əlindən saldı. Sonra bayrağı tutan əli yanına düşdü. Ağır-ağır dönüb vəliəhdə baxanda şeyxin ağsümük üzü üə saqqalının rəngi arasında olan-qalan fərq də getmişdi.
— Kitablar yoxa çıxıb, övladım!.. Şeyx ayaq üstdə dirigözlü ölmüşdü.
— Baş açmıram bu nə möcüzədir, övladım. İqamətgahımıza yad adam gəlmir. Bu xanəyə məndən qeyri bir ins-cins ayaq basmır. Baş açmıram!..
Miranşah isə heç nə demirdi. Şeyxin əksinə, heç təəccüblənmirdi də.

O, atasının «övladım Miranşah dəli olub» sözlərini xatırlayır və fikirləşirdi ki, keçən ilki yürüşləritək bu səfəri də günahlarının sayını artırmaqdan başqa heç bir xeyir vermədi.
Hökmdardan izinsiz, ordusunu Ərməndə başlı-başına buraxmışdı. Bu, onun birinci günahı idi.
Əmir Qıymaz, Əlincə ətrafındakı mühasirə ordusunun işi və vəziyyəti haqqında məlumat vermək üçün hər gün ona, o da Üçkilsəyə, hökmdara çapar göndərirdi. Vəliəhdi düşərgədə tapmayan çaparlar indi bir-birinin ardınca Ərmənə yığışıb qalırdılar və hökmdara daha Əlincə barədə məlumat çatmırdı. Bu, onun ikinci günahı idi.

Hökmdarın cismani cəzadan azad etdiyi bahadırlarını döymüş, hökmdara daimi tabelik rəmzi kimi qapıdan çıxarılmış darvazaya həmlə edib, günahsız keşikçiləri və mirşəbləri atların dırnaqları altına salmışdı. Bu, onun üçüncü günahı idi.

Ən böyük günahı isə bu idi ki, Şirvanda hökmdarın iradəsini təmsil edən müttəfiqini düşmənlə əlaqədə taqsırlandırmağa cəhd göstərmiş, şahın öz məktubunda «tutub göndərərik» yazdığına baxmayaraq, o bu vədin yerinə yetirilməsini gözləmək əvəzində Şamaxıya yürüş etmiş, burada isə şahın özü ilə danışmaq, Fəzlullahı tutmaq üçün ondan kömək istəmək əvəzində, Fəzlullahın küfrünün yayılmasına rəvac verməkdə taqsirləndirilən Şeyx Əzəmin iqamətgahına gəlmişdi...

Miranşah, divarda qaralan boş qəfəsəyə baxa-baxa, hökmdardan daha nə kimi ittihamlar eşidəcəyini düşünür və hələ bilmirdi ki, vaxtı yetişəndə, hökmdarın çağırdığı qurultayda üzünə oxunan saysız-hesabsız günahları sırasında bu son günahlarını da rədd edə bilməyəcək, bəraət üçün ancaq bir neçə kəlmə: «İbrahim iblisdir! Bütün bəlalarımız İbrahimdəndir, siz isə onun əvəzində məni mühakimə edirsiniz!» — deyəcəkdi.

Bu təhlükəni, İbrahimin əvəzində özünün mühakimə olunacağını o çoxdan hiss etmişdi. Şeyxin boş qəfəsəsi önündə isə bu təhlükəni bütün varlığı ilə duydu və burada onu necə başağrısı tutdusa, qışqırtı ilə «əlac» tələb edib bir tuluq şərab içdikdən sonra, əsgərlərinin sürükləyib gətirdikləri qızın ardınca Şeyx Əzəmin içəri yüyürüb onun ayaqlarına yıxıldığını və «balama qıyma! Günəşimi söndürmə!» — deyib hönkürdüyünü belə görmədi...

Dəmir sinəbədənli, şişdəbilqəli, ağatlı qarovul qoşunlarının nəzarəti altında susan Əlincə qalasının gündoğan tərəfində, qayalı, sıldırımlı dağların arası ilə uzanıb gedən yaşıl dərənin bürkülü, çərməli yaz axşamlarından birində, Əlincə çayının çaxraxlı sahilində daha bir ağatlı göründü. Yuxarıda, dərənin geniş yerlərində yayılıb, qalın ot və ulğunluqlar arasında nazik sızğıntılar kimi ağaran, aşağılarda isə birləşib daşlı enişdə gur axınla qıjıldayan çayın sağ sahilində, dağtək nəhəng qaya belində bu qayanın təbii davamıtək ucalan qalanın bürcləri qaralırdı. Atlı o yana bir xeyli tamaşa edib, teymurilərin sol sahildə dağ-ətəyinə səpələnmiş düşərgələrinə qalxan dolayı cığırlara doğru döndü. Başında, yaz yağışlarından tükü yapıxmış, qumral tülkü dərisindən qulaqlı papaq, əynində ərzaq qoşunu əsgərlərinin geyindikləri adi, boz çəpkən, zirehsiz, yaraq-yasaqsız bir atlı idi. Kim deyərdi ki, Mavərəünnəhrlə Xarəzmin, İranla İraqın, Azərbaycanla Ərmənin və Qaxetin hökmdarı Əmir Teymur idi bu atlı?.. Əlincənin divarları arasında otursa da, geniş dünya ilə daimi əlaqəsi olan qala rəisi Şərdar Altun, Teymurun üç yüz minlik qırmızı süvarisinin Üçkilsədən çıxdıqdan sonra Naxçıvana burulmadan Qarabağa tərəf getdiyini eşidib, onun geri qayıdacağını gözləmirdi. Qala bürclərində dayanan və ətraf dağların sıldırım döşlərində — yeraltı yolların çıxacaqlarında oturan keşikçilər isə ötən yeddi ildə ağatlı qarovul dəstələrini gecə-gündüz görməyə vərdiş etdiklərindən, ikindi çağı dərəaşağı enən arabalı, dəvəli ərzaq qoşunlarından ayrılıb sahildə dolaşan tək atlıya heç diqqət də yetirməmişdilər. Yalnız teymurilər özləri, ərzaq qoşunları ilə onları müşayiət edən qırmızı geyimli bahadırların hökmdara mənsub olduğunu görmüş, sonra, ərzaq qoşunlarının ilk dəstələri ilə düşərgəyə qalxıb arabalardan yük düşürən qulların əllərində hökmdarın şəxsi avadanlığını tanıyıb əl-ayağa düşmüş və tezliklə onun özünü də tanımışdılar.
Qaya torpaqda bitib-bərkiyən kimi, Teymur da atin belində bərkimişdi. Yəhərdə onun şikəstliyi və xəstəliyi bilinmirdi.

Ayağı torpağa dəyəndə isə elə bil yer ayağının altından qaçdı, iki ərəş* uzununda nəhəng gövdə dayağını itirib o yan-bu yana əyildi. Düşərgənin hər yerindən axışıb gələn ordu rəisləri, alimənsəb seyidlər və çox vaxt rəsmiyyət gözləməyən batqanlı dərvişlər də əyilib təzim etdilər.
Atdan düşəndə hökmdarın səndələdiyini onlar birinci dəfə görmürdülər. Bu cür bərk səndələyib ayaq üstdə zorla dayandığını isə heç vaxt görməmişdilər. Hökmdar haradansa uzaqdan, həm də heç yerdə dincəlmədən gəlmişdi. Odur ki, yaxınlaşmağa cürət edən tapılmadı.
Arxada dayanmış minbaşüar gözləyirdilər ki, irəlidə duran yüksək rütbəli rəislər — tümənbaşılar yaxınlaşacaqlar, tümənbaşdar isə gözləyirdilər ki, hökmdarın köhnə silahdaşı, Naxçıvan hakimi Əmir Qıymaz özü yaxınlaşıb qolundan tutar. Lakin Əmir Qıymaz da tərpənmədi.

Hökmdarın köhnə silahdaşlarından salamat qalanların hamısının bəxti yüyrək idi: öz orduları ilə həmişə və hər yerdə hökmdarın ordusunun qabağınca gedir, zəfər, şöhrət qazanır, mükafat alırdılar. Əmir Qıymazın alti-yeddi il bundan əvvəlki zəfərləri, mükafatları isə ona çox baha oturmuşdu: Naxçıvan hakimi təyin edildikdən sonra bu lənətli qalanın yanında, qışda şaxtalı küləkləri, yayda boğucu bürküsü ilə cəhənnəmə dönən bu dərədə ilişib qalmışdı.

Mühasirənin birinci, ikinci illərində Miranşah bir neçə dəfə öz ordusu ilə Əmir Qıymazın ordusunu birləşdirib, qızılqəbzə qılıncını siyirib özü həmləyə getdi. Lakin qalanın divarları dibində, nərdivanlardan alov içində tökülüb qalaq-qalaq yığılan minlərlə meyit qoyub, Əlincəyə batmağın qeyri-mümkünlüyünü bir daha dərk etməkdən başqa heç nə qazanmadılar və çayın bu tayına çəkilib düşərgənin dövrəsində dərin xəndək qazdırdılar. O vaxtdan da əlincəlilərin həmlələri başlanmışdı.
*Ə r ə ş — arşından bir az uzun ölçü.

Onlar gah qaladan, qayaların arası ilə səssiz-səmirsiz enib, qarovul qoşunlarının üstünə tökülürdülər, gah düşərgənin arxasında—dağ döşlərində peyda olur, yağış kimi ox yağdırıb, yoxa çıxırdılar, gah da düşərgədən xeyli uzaqda başı ulduzlara dəyən İlan dağından tökülüb, örüşdə gecələyən ilxıları düzlərə, dərələrə dağıdırdılar, sonra da düşərgədən ilxıları xilas etməyə göndərilən qoşunların arasına dolub, xrrda-xırda dəstələrlə, kürək-kürəyə verib döyüşürdülər. Böyük itkilərdən azalmış ordusunu lüzumsuz vuruşmalardan qoruyub saxlamağa çalışan Əmir Qıymaz bütün gecəni qayalıqlardan qılınc-qalxan şaqqıltıları, kişnərtilər eşidirdi, səhər açılanda isə düşərgə ilə İlan dağı arasındakı boz-yanıq dərə-təpələrə, düzəngahlara səpələnmiş leş, meyit qaraltıları, əsləhə parıltıları görüb, ilxıları axtarmaq üçün yeni-yeni qoşun dəstələri göndərməyə məcbur olurdu. Beləliklə hər şey yenidən başlanırdı.

Günlər günlərə bənzəyirdi, illər illərə.
Hökmdarın dərvişlərinin dediyinə görə, Əlincədə nə qədər ordu vardısa, bir o qədər də əlləri külünglü kankan vardı. Ömürlərini Naxçıvanın duz karxanalarında keçirib yerin altında işləməyə öyrənmiş kankanlar son yeddi ildə, dünyada misli görünməmiş lağımlar atıb, dağları dağlara calamışdılar, buna görə də əlincəlilərin nə vaxt yerin altında, nə vaxt yerin üstündə oturduqlarını, haradan batıb haradan çıxdıqlarını öyrənmək mümkün deyildi. Bütün bunlar Əmir Teymurun müzəffər əmirini aciz, məyus və miskin etmiş, vaxtilə yanaqlarından qan daman üzünü od rənginə salmışdı; odur ki, Əmir Qıymazın hökmdara yaxın getməyə, onun qolundan tutmağa da cəsarəti çatmadı.
Əlini mehtərlərdən birinin çiyninə atıb xeyli dayandıqdan sonra Teymur, nəhayət, atdan aralandı. Sol çiynini irəli verib, sağ qıçını arxasınca ağır yük kimi çəkə-çəkə, dağ ətəyinin daşlarından təmizlənmiş, tapdanıb bərkimiş ağ yolla, yastı təpə belində qurulmuş ağ çadıra doğru addımlamağa başladı.
Yolun hər iki tərəfindəki yovşanlı təpəliklərdə, saysız-hesabsız, nişangahsız qəbirlərin aralarında, bu qəbirlərin başdaşlarıtək dayanmış minbaşılar ikiqat olur, hökmdar keçib aralarına qədər qəddlərini düzəltmədən, hərəkətsiz qalırdılar. Bu adamlar nə qədər müti görünsələr də, hökmdarın köhnə silahdaşındakı gizli narazılıqdan və vəliəhd Miranşahdakı çılğınlıqdan bunlarda da vardı. Bəzilərində az, bəzilərində çox, amma hamısında vardı. Məhz buna görə də hökmdarın bütün ordularında həlak olanlar, yatalaqdan, vəbadan qırılanlar bir qayda olaraq xəndəklərə tökülüb yüz-yüz, min-min basdırıldığı halda, burada ölüləri ayrı-ayrı, həm də yol ağzında dəfn etmişdilər ki, özü heç vaxt Əlincəyə yaxın düşməyən hökmdar, nəhayət, bir gün təşrif gətirəndə yeddiillik mühasirənin bəhrəsi olan bu böyük qəbiristanlığı öz gözü ilə görsün; ya özü Əlincənin fəthinə bir çarə tapsın, ya bu lənətli qaladan əl çəksin, ya da adı hakim, özü bədbəxt əmirini bu zindandan xilas edib, buraya mühasirələrdən, səmərəsiz döyüşlərdən bezikməmiş təzə mühasirə ordusu göndərsin. Bu mülahizələri ilk dəfə kim dilinə gətirmişdi? Həlak olan əsgərə ilk qəbri kim qazmışdı? Heç kəs bilmirdi. Bilənlər vardısa, onlar da susurdular. Çünki hökmdarın bütün ordularında olduğu kimi, bu düşərgəyə gələn dərvişlər və seyidlər də hökmdarın qulağı, hökmdarın gözü idilər. Çox güman ki, hər şey öz-özünə, söz-söhbətsiz baş vermişdi. Minbaşılara kim cəsarət edib əmr edə bilərdi ki, hökmdar təşrif gətirəndə qəbirlərin aralarında dayansınlar? Əlbəttə, heç kəs əmr etməmiş və demək bu da öz-özünə baş vermişdi. Başqa ordularda hökmdarın gəlişindən xəbər tutan kimi qoşunları səfə düzən, əsgərlərin yay-oxlarının sayından başlamış, kəmərlərindən asdı dəri torbalarda iynə-sapa qədər, hər şeyə diqqət yetirən rəislərin əksinə, xəndək arasında oturmaqdan cana doyub nizam-intizama laqeydləşmiş bu rəislər, düşərgədə çadırların zir-zibilli ara-bərələrinə pərakəndə səpələnmiş ordunu ayağa qaldırmağı da lazım bilmədən, qəbirlərin başdaşlarıtək durub, hamısının zinhara gətirmiş mühasirənin bəhrələrini nümayiş etdirirdilər.
Lakin Teymur nə qəbirlərə baxırdı, nə də qəbirlərin canlı başdaşlarına. Çənəsinin ucunda qırmızıya çalan san saqqalını dik tutub, iri, ala gözlərini geniş açıb, qartal burnunun donqarı uzunu baxa-baxa, ağır-ağır, tərləyə-tərləyə, birbaş çadıra gedirdi.
Çox pis axsasa da, hərdən çala-çuxura düşüb, yıxılmamaq üçün addımlarını itiləşdirəndə atıla-atıla dingildəyə-dingildəyə yerisə də, onun ümumi görkəmi gözəl idi. Gözəl və qorxunc. Xüsusilə gözləri heybətli idi — parıltısız, işıltısız, durğun və gərgindi: heç kəsə və heç nəyə baxmasa da, elə bü hamını, hər şeyi, hətta ürəklərdə narazılığı da görür və hammı bir yerdə ittiham edirdi. Kimin ağlına gələrdi ki, əslində bu dəm onu sümüklərində dözülməz ağrılardan və tezliklə gözdən iraq olub əzablarını gizlətməkdən başqa heç nə düşündürmürdü?

Dərədən qalaya baxanda at belində müşayiətiz gəzdiyi kimi, çadıra da tək getdi. Orada, təpənin belində üzüqoylu döşənmiş şəxsi qulları, qaravaşları, kənizləri və hətta ordudan özü ilə gətirdiyi alimənsəb sirdaşları da aralanıb təpənin aşırımına endilər, çadırın qabağında yalnız keşikçi cağatay bahadırları qaldı.
Qaranlıq qarışdı, gecəyan oldu, lakin hökmdar nə təpənin ayağına yığışıb gözləyən düşərgə sahiblərindən bir nəfər çağırtdırdı, nə də öz adamlarından.
Düşərgənin üzərini, çadırların ara-bərəsini tüstü-duman bürümüşdü. Yeddi ildə, xəndək arasında özləri mühasirə şəraitində yaşayıb qıtlıq çəkmiş əsgərlər, növbəti aylıqdan əlavə, gözlənilmədən hərəsi dörd at qiymətində ənam almış və hökmdarın ərzaq qoşunlarının payladığı bol yeməkdən sonra, sönməkdə olan ocaqların ətrafında, yeddi ildə bəlkə də birinci dəfə rahat, dərin yuxuya getmişdilər. Orada yalnız onbaşılar hələ oyaqdılar — yüksək rütbəli rəislərdən yüzbaşılara və yüzbaşılardan onlara rüsxət gəlməyincə gözlərini yummağa ixtiyarları yoxdu. Beş-bir, on-bir dövrə vurub, ocaqlara təzək ata-ata söhbət edir, mühasirə illərində döyüşləri uduzduqlarına baxmayaraq, aylıqları kəsilmək, cərimələnmək əvəzinə ənama və bol ərzaq mükafatına layiq görüldükləri üçün, rəhmdil və səxavətli hökmdarı alqışlayır, onun ayağı dəyən yerlərdə Əlincədən də möhkəm qalaların təslim olduğunu xatırlayıb, başqa ordularda çoxdan unudulmuş İsfahan mühasirəsindən danışırdılar. Əlincəyə və İlan dağına nisbətən xeyli alçaq dağ qatan ətəyində uzununa səpələnmiş bu nəhəng düşərgədə indi onbaşılarına asta danışıqlarından, illərlə tapdanıb bərkimiş quru torpaqda nə isə tapmaq ümidi ilə dodaqlarına, dişlərini ora-bura sürtən qoşqu atlarının və axşamdan sağılmaq üçün gətirilib burada qalmış madyanların fınxırtılarından başqa heç nə eşidilmirdi. Ağ çadırın sükutu hamını, o cümlədən Əmir Qıymazla onun tümənbaşılarını və hətta ərköyün, səs-küylü batqanlı dərvişləri də sükuta batırmışdı.

*Teymurun muzdlu əsgərləri, adətən çox bol — iki at qiymətində aylıq alırdılar. Lakin döyüşdə qalib gəlməyənlər dərhal aylıqdan məhrum edilir və üstəlik, cərimə olunurdular.

Yalnız gecəyarıdan sonra təpənin dikdirində hökmdarın özü ilə gətirdiyi alimənsəblərdən birinin — Şeyx Bərəkənin ağ çalmalı, uzun qaraltısı görünüb, hökmdarın adından hamıya xeyirli gecə arzu etdi və bu vaxt çadırda, nəhayət, çıraq yandırıldı.

Çıraqların sayı artdıqca çadır içəridən ağarıb, qaranlıqda qar təpəsitək bəyazlaşdı, belinə dolanmış enli ipək qurşağın qızıl butaları, orta bacadan dik çıxarılmış bayrağın gümüşü ayparası, ətrafda hərəkətsiz dayanmış bahadırlar, qollarında qalxanların dəyirmi qaraltılarına və əllərində nizələrin sivri uclarına qədər göründü.

Hökmdar camaat arasında özünü saxlayıb canının ağrılı olduğunu büruzə verməsə də, onun gecələr oyanıb sübhə qədər yatmadığını bilən az deyildi. Odur ki, düşərgəyə dağılışanlar hökmdarın belə yuxusuz gecələrindən birinin başlandığını zənn etdilər və bu vaxt qaranlıqda çadıra doğru gedən vəliəhdlə təğyirlibas bahadırları və onların ardınca tələsən alimənsəblərlə qulları görmədilər.

Bir az sonra düşərgədə közərən axırıncı ocaqların işartıları da söndürülmüşdü. Bir yanda Əlincə qalası, o biri yanda—düşərgənin arxasında dağ qatan, üçüncü tərəfdə İlan dağı, bunların ortasında dərə, təpə və düzəngahlar, hamısı ilıq yaz gecəsinin ulduzlarla bəzənmiş yumşaq qaranlığında uyuyurdu. Indi ancaq hərdən harada isə qarovul qoşunlarından birində iki süvari qalxanlarını bir-birinə vuranda, o biri qoşunlarda da növbə ilə qalxanı qalxana vururdular, taqqıltılar, daşa toxunan nal səsinə belə cavab verən qayalara, dağlara düşə-düşə, asta göy gurultusutək yayıla-yayda qalanrın başına dolanıb, ilk taqqıltının eşidildiyi səmtə qayıdırdı. Sonra yenə sükut çökür, Əlincəçayın dərə dibində sakit qıjıltısı sükutu daha da dərinləşdirir, gecənin hökmü tədriclə hər şeyə qalib gəlirdi.
Lakin birdən müdhiş bir bağırtı eşidildi. Kim isə elə bil ölüm ayağında, son nəfəsində aman istədi. Ömürlərinin yeddi ilini bu xəndəklər arasında keçirmiş rəislər və əsgərlər kimi, düşərgənin ortasında, qalın keçə alaçıqlarda olan seyidlərlə onların arvad-uşaqları da, qul-qaravaşlar, nökərlər, mehtərlər də Əlincə gecələrinin qəfil səslərinə çoxdan alışmışdılar. Bağırtı qayalara, dağlara düşüb yayıldı, elə bil minlərlə adam fəryad etdi, dünya ənşəşdi, amma heç kəs oyanmadı. Yuxuda belə, fikri
hökmdarın yanında olan Əmir Qıymaz və onun çadırının dövrəsindəki çadırlarda pal-paltarlı uzanmış tümənbaşdar isə səsin ağ çadırdan gəldiyini hiss edib dərhal çölə atıldılar. Lakin Miranşahın dəyişirik səsini nə rəislər tanımışdılar, nə də vəliəhdlə yalnız təsadüfdən təsadüfə görüşən Əmir Qıymaz.

Çadırda nə baş verdiyini hökmdarın alimənsəb seyidləri ilə keşikçi bahadırlardan başqa tək bir dərviş görürdü.
Qışda ayazdan, yazda günəşdən yanmış qara, uzun üzünün hörümçək torutək sıx qırışları, parıltısız, işıltısız ala gözləri və qartal burnu üə, iki ərəş boyu və iri dəhşətli əlləri ilə eynən hökmdarına oxşayan dərvişin çadıra nə vaxt gəldiyini heç kəs görməmiş, qaranlıqda hökmdarla nə deyib-danışdığını bir kimsə eşitməmişdi. Bunun bütün Azərbaycanda və İranda adı dillərdə gəzən məşhur dərviş Asir olduğunu belə bilən yoxdu.

Çıraqlar yandırılanda Teymur azı yüz əlli, iki yüz adam tutan çadırda dərvişini təxtin böyründə, sağ ayağının yanında oturtmuşdu. Tabeliyindəki dərvişlərin ancaq çox az bir qismindən və təğyirlibas bahadırlardan başqa dərviş Asiri heç kəs, hətta vəliəhd də üzdən tanımırdı. Odur kı, içəri girəndə Miranşah onu hökmdarın hüzuruna gəlib-gedən saysız-hesabsız dərvişlərdən biri hesab etdi. Bahadırlar isə Şamaxıda, Şeyx Əzəmin müridləri arasında qoyub gəldikləri rəislərini burada gördükdə, sevinclərini gizlətmədən, bir-birinə baxdılar.

Onlar çoxdu: bir yüzbaşı, on nəfər onbaşı və yüz bahadır. Cəmisi yüz on bir nəfər. Hamısı da yekəpər, azman.
Şeyx Əzəmin iqamətgahında qaldıqları müddətdə eninə-uzununa daha da böyümüşdülər. Addım atanda, yüngül boz xalatlar altında bədənləri buğum-buğum yırğalanırdı. Çadıra dolub, əlləri döşlərində, təzim edəndə, papağın dalından çıxmış, kimisində nazik, kimisində yoğun bahadır hörüyü altında peysərlərinin əti və kürəklərinin eni ilə daha da nəhəng və heybətli göründülər. Vaxtilə əmirlərinin zəmanəti üə şəxsən özü seçib Miranşahın ordusuna göndərdiyi bu adamların indiki görkəmi elə bil Teymurun özünü də heyrətləndirdi. Lakin dərviş Asirin işarəsi ilə yüzbaşı, ardınca da bahadırların hamısı qurşaqdan yuxan çılpaqlanıb üzü üstə əyiləndə Teymurun sifəti dəyişdi.
O, Bağdad yürüşünün qənimətlərindən olan, fil sümüyündən, zərif, alçaq təxtdə, yumşaq döşəkcə üstündə oturub, şikəst qıçını irəli uzatmış, sol qıçını təxtin altına tərəf qatlamışdı. Əynində açıq sarı ipək çəpkən üstündən yaxası qara qaytan çalkeçirlərlə çəkilib bağlanmış qırmızı mahud xalat, belində bir çərək enində qızıl kəmər vardı; nə qədər ki bahadırlar çılpaqlanmamışdılar, sarı-qırmızımtıl saqqalı kimi, üzü və təmiz qırxılmış açıq başı da xalis bürünctək qırmızımtıl çalırdı; hamıdan irəlidə əyilmiş yüzbaşıların kürəyini görəndə sifəti ilə birgə, hətta başında dərinin rəngi də boğulub qaraldı.

Üç bahadır təxtin arxasında dayanmışdı, üçü sağında, üçü solunda. Hamısının əlində Sultan Əhməd Cəlairinin sarayından tapılmış qızıl dəvə — Hülaku çırağı vardı. Dəvələrin təpələrində yoğun piltələrin məşəltək gur alovu gah orta bacaya, gah da çadırın dalındakı ikinci bacaya doğru uzanır, qara, qurumlu tüstü zolaqları burulub bahadırların üz-gözlərinə vururdu, amma onların diqqətləri bir an da hökmdardan yayınmırdı. Bu cavan cağataylar həm təxtin keşikçiləri idilər, həm çıraqdardılar, həm də hökmdarın ən yaxın sirdaşları idilər: onu yalnız bunlar çimdirirdilər. Bütün yürüşlərdə ordunun ardınca, araba karvanlarında, xəzinənin üstündə gəzdirdiyi qoca arvadından başqa hökmdar bir də ancaq bu doqquz nəfərə əmr vermirdi: nə vaxt nə etmək lazım olduğunu cavanlar özləri bilirdilər. Odur ki, hökmdarın işarəsini gözləmədən, üçü sağdan, üçü soldan cəld irəli yeridi, təğyirlibas bahadırların aralarında çıraqları aşağı endirdilər.
Yüz on bir nəfərin hamısının kürəyi qapqara yanmışdı. Atası ilə birgə indi Miranşah da bahadırlara baxırdı və hökmdarın cismani cəzadan azad etdiyi adamları birbəbir döyüb bu hala saldığına özü də inana bilmirdi. — Yaxın gəl.
Bu, Bağdad yürüşündən qayıtdıqdan sonra hökmdarın ona ilk müraciəti idi. Asta, gər və yorğun səs Miranşahı diksindirdi: hökmdarın nəinki özündən, hətta səsindən də yadırğamışdı. Bir neçə addım atıb, doğma ata əvəzində elə bü yad bir adama yaxınlaşdı.
„ Teymur, boyca mərhum vəliəhdin — Cahangirin, Şahruxun və Ömər Mirzənin gözəl boy-buxunlarına bənzəsə də, aramsız sərxoşluqdan üzülmüş oğlunun bədəninə, şişkin, öykəşik üzünə tamaşa edir və elə bil bütün olub keçənləri yada salırdı. Axırda gözlərini oğlunun çəkməsinin boğazında dəstəyi
parıldayan qamçısına dikib, sonralar oğullarının, nəvələrinin və bütün əmirlərinin ordularında cismani cəzanın ləğv edilməsinə səbəb olan kəlamını söylədi:
— Hökmdarın nüfuzu qamçısından aşağıdırsa, hökmdar deyil, — dedi və təxtin böyründən seyidlərin üstünə bir-birinin ardınca çoxlu kisə atıb əmr etdi ki, bahadırların yaralarını altunla sağaltsınlar.
Miranşah ortaları piyli qaban ortasına oxşayan bahadırların bellərinə səpələnən qızılın cingiltisini, qızılı yığışdırıb dala çəkildikcə necə sevinclə fısıldaşdıqlarını, sonra hökmdarın kimə isə onun əsləhəsini almağı əmr etdiyini eşitdi.

Ordusuna müstəqil başçılıq ixtiyarından məhrum edildiyini ona hələ yolda ikən demişdilər, minbaşı, hökmdarın bu əmrini eşidən kimi birdən-birə vəliəhddən üz döndərmiş, süvarilərinin minini də haraya isə aparıb yox olmuş, Miranşah düzün ortasında, əsgərlərinin əvəzində toz dumanına baxa-baxa qalmışdı. Onun üçün bundan böyük dərd olmazdı. Lakin o hələ vəliəhddi, belində hökmdar kəməri vardı, buna görə də şəxsi silahının alınacağını gözləmirdi.
On dörd yaşından bu vaxta qədər, gecələr yatağa uzananda da yanında saxladığı, qəbzəsinin, qınının və hətta tiyəsinin qoxusunu duyduğu qılıncı ilə vidalaşırmış kimi, köksünü ötürüb, əlini yol gələndə gecənin şehindən soyumuş qəbzənin üstünə qaldırdı, qılıncının Əmir Teymurun böyük oğluna — vəliəhdə layiq hörmətlə özü təhvil vermək istədi. Amma atası bunu da ona çox gördü və vəhəhdin qarşısında dayanıb qılıncı onun özünün açmasını gözləyən seyidin əvəzində bu dəfə qara qula əmr etdi. Bu, təhqirdi.
Qul, qabıqdan təzəcə çıxmış ilantək göyümtül barmaqlarla onun əlini kənara itələyib qılıncı açdı, kəmərin altından xırdaca qəməsini çəkib çıxartdı, hər ikisini qoşa əl üstündə aparıb, hökmdarın irəli uzanmış tək əlinin iki əl enində pəncəsinə qoydu.
Çadıra sükut çökmüşdü. Alimənsəb seyidlər gözlərini hökmdarın qaralmış üzünə dikib, işin axırını gözləyirdilər. Əmir Teymur Çingiz xan səltənətindən, Hülaku xanədanından əxz etdiyi və özünün «Tüzik»ində yazdırdığı qanunlara çox dəqiq əməl edirdi. O qanunlara görə, vəliəhdi bütün əmirlərin, varislərin və tümənbaşıların iştirakı ilə yalnız qurultay hakimiyyətdən məhrum edə bilərdi. Elə isə bəs hökmdar əsləhəni niyə aldırırdı?



Teymur qəməni atıb, bayaq oğluna necə tamaşa etmişdisə, indi də eyni diqqətlə qılınca baxdı, sonra ağır-ağır dillənib dərvişdən soruşdu:
— Dərviş, hürufilərin gücü nədədir?
Müraciət nə qədər gözlənilməz olsa da, dərviş Asir dərhal:
— Elmdədir, hökmdar! — dedi.— Qılınc işlətmirlər?
— Xeyr, hökmdar, hələ ki işlətmirlər.
— Bəs mənə necə qalib gəlirlər?
Alimənsəb seyidlər heyrətdən qurudular. Dərviş Asir isə, hökmdarın özünü məğlub hesab etdiyini əvvəlcədən bilirmiş kimi, əsla çəkinmədən:
— Sən qalalar fəth edirsən, hökmdar, onlar qalalarda adamların ürəklərini fəth edirlər! — dedi.
— Eşitdin?! — Teymur qızılqəbzə qılıncı gərəksiz bir şeytək atıb, oğluna baxdı. — Belə çıxır ki, qalaları mən hürufilər üçün fəth edirəm! Niyə belə olur? Cavab ver!
Miranşah susurdu.
— Naxçıvanda, İsfahanda, Təbrizdə, Bağdadda mən allah yolundan azanlara divan tutdum. İnsan zülmə tabedir, zülm etməsək tabe olmur, itaətdən çıxıb qiyam qaldırır. Ona görə də divan tutdum və gözlərinin qabağında kəllə yığdım ki, yüz il, min il sonra da peyğəmbərin qılıncını unutmasınlar. Amma salamat qalanlara mən əmin-amanlıq, haqq-ədalət vəd etdim. Xəzinəmin yarısını seyidlərə, mollalara, dərvişlərə payladım ki, onlar da fəqirlərə, zəlillərə əl tutsunlar, ehsanı, xeyratı mənim adımla başlayıb, mənim adımla da xətm etsinlər, əməlimin həq əməli olduğunu sübuta yetirsinlər. Bəs mənim səltənətimin sahibi, vəliəhdim nə iş gördü? Hürufi ocaqları əvəzində müqəddəs pirləri, məscidləri, ibadətgahları dağıtdı! Fəzlullahın xəlifələri, müridləri əvəzində mömin müsəlmanlara qılınc çəkdi! Fəqirlərə, zəlillərə əl tutmaq əvəzinə tərsalara ziyafət verdi! Nə üçün?!
Teymur təxtdə dikəlib yenə cavab tələb etdi, lakin oğlunun bir kəlmə də danışmaq istəmədiyini görüb, birdən sol ayağının üstündə dik qalxdı, gözlərindən qəzəb, kin, vahimə saça-saça, ağır-ağrr yaxınlaşmağa başladı.

Miranşah hər şeyə, o cümlədən öz taleyinə də laqeyd kimi idi. Hökmdarın təxtdən boş-boşuna qalxmadığını, indicə nə isə baş verəcəyini hiss etdisə də, gözlərini yerdən qaldırmadı.

Qardaşların Şahruxla Ömər Mirzə başlarına ədib, nədim yığıb kitab oxuyur, elm öyrənirlər, uluslara üləma göndərib Fəzlullahın elminin allaha zidd olduğunu başa salırlar! Bəs sən nə ilə məşğulsan?!
Teymur o biri ayağına nisbətən gödək—şikəst ayağının üstünə çöküb dayandıqda Miranşah, nəhayət, gözlərini qaldırıb onun üzünə baxdı və dəhşətə gəldi: atası elə bil onu öldürmək istəyirdi.
— Ərməndə tərsa zənəninin ətəyinə qızıl tökdün! Cəmi Şirvanda tək Şeyx Əzəm mənim əməlimə həq əməli demişdi, dərvişlərimizə xirqə vermişdi. Şeyxə ənam vermək əvəzində sən onun qıznı zorladın! — deyib Teymur birdən əlini oğlunun kəmərindən aşağıya tərəf atdı.
Miranşah eşitmişdi ki, atası uşaqlıqda öz ata-baba yurdu Keş şəhərində tək bir gün mədrəsəyə getmiş, onda da xəlvətdə ona «qurşağını aç, mənə mehribanlıq göstər» deyib pis təklif edən, özündən bir neçə yaş böyük bir mollaçanı döyüb qaçmış və on iki yaşında ikən qılınc götürüb atası Torağayla birgə müharibəyə getmişdi. O vaxtdan əlli iki il keçmiş, Əmir Teymur ilk türk kitabı “Siyasətnamə”dən* başlamış, məşhur Hülaku vəzirinin* tarixə və dövlət idarəsinə dair yazdıqlarına qədər, yüzlərlə kitab oxutdurub qulaq asmış, ancaq vaxtilə mədrəsədən qaçıb savadsız qalmasına səbəb olan o mollaçaya qəzəbini hələ də unutmamışdı. Harada isə hansı bir mollanınsa uşaqların başına pis iş gətirdiyini eşidəndə Şeyx Bərəkənin rəsmi fitvası ilə mollanı dərhal axtalatdırıb, əmirlərindən birinin hərəmxanasına xacə göndərirdi, molla çox məşhur və nüfuzlu olduqda isə yanına çağırtdırıb, deyilənə görə, öz əli ilə xayasını sıxıb işgəncə verirdi. Bu cür hadisələri Miranşah bir neçə dəfə eşitmişdi: Sultaniyyədə onun ziyafətlərində olan əmirlər danışmışdılar. Hökmdarın ədalətinə dair rəvayət uydurmağı xoşlayan əmirlərin bu danışdıqlarına o inanırdı da, inanmırdı da. Atasının kimə isə öz əli ilə işgəncə verdiyinə isə heç cür inana bilmirdi. Bu, hökmdarın ciddiyyəti və əzəməti ilə düz gəlmirdi. Odur ki, atası əlini onun paçasına atanda, Miranşah, əvvəlcə bir şey anlamadı, hökmdarın onu da nacins mollalartək cəzalandırmaq qəsdində olduğunu ağlına gətirməyib, təəccüblə duruxdu, hökmdar öz işini görməyə başlayanda

*Nizamül Mülkün «Siyasətnamə»si. (XIəsr).
*Rəşiddəddin — <Came-üt-təvarix».

isə o, bədəninin bütün üyülərinə işləyən ağrıdan çox, alimənsəb seyidlərin, bahadırların və hətta qara qulların gözü önündə bu dərəcədə abırdan salınmağına dözməyib fəryad etdi:
— Hökmdar!.. Hökmdar, ölüm istəyirəm!.. Ölüm istəyirəm!.. O büzüşüb balacalaşdı, titrəyə-titrəyə əyilib yumaq kimi yumrulandı.
O qədər əyildi və o qədər yumrulandı ki, nəhayət, səssiz-səmirsiz, böyrü üstə düşdü.
Gözləri böyümüşdü, sifəti gömgöy kəsilmişdi. Üzündən, boyun-boğazından tər əvəzində su axırdı.
Bu vaxt, hökmdarın bütün gizlin və aşikar işlərinin şahidi olub, hər şeyə alışmış çıraqdar bahadırlarla dərviş Asirdən başqa, içəridəkiləri də soyuq tər basmışdı. Gözlərini yayındırıb, heç bir şey görməməyə çalışsalar da, hökmdarın oğlunun sinəsinə əzrayıltək çökdüyünü və vəliəhdin göyərdiyini də görürdüdər, hökmdar tez-tez əlinə güc verdikcə vəliəhdin dişlərini xırçıldatdığını, ağzını açıb, qara-qançır dilini əsdirə-əsdirə xırıldadığını da eşidirdilər. Birdən bu xırıltı içərisində Miranşahın tamamilə aydın səslə:
— Hökmdar! Mənim ləyaqətim, mənim ləyaqətim! — dediyi eşidildi və çadırdakıların hamısı bir-birinə baxdı: indicə anlamışdılar ki, onları dəhşətə gətirən heç də gördükləri insan əzabı deyil, məhz ləyaqətin tapdanması idi.

Teymur təbəələrinin fikrini duymuş kimi, birdən dikəlib, ov üstündən boylanan qartal baxışı ilə hamının canına üşütmə saldı və yenidən kükrəyən qəzəblə əyilib, son dəfə var gücü ilə oğlunun xayasını basdı.
— Sənin ləyaqətin Şamaxıda qalıb! — dedi.

Miranşahın gözləri çevrildi. Bu ana qədər o, cüzi bir hərəkətlə də olsa müqavimət göstərməmişdi. İndi, huşunu itirdiyi anda birdən çırpındı, başı kəsilmiş toyuq kimi atılıb-düşdü, sonra döşəli qalıb daha tərpənmədi.

Qullar onu təpənin ayağında vəliəhd üçün qurulmuş çadıra aparıb, düşərgədən təbib çağırdılar. Bu vaxt ağ çadır yenidən sükuta batmışdı. Təxtdən və bacalardan uzaq küncdə, qızıl şamdanda tək bir şam şölələnirdi. Teymur orada yumşaq döşək üstündə qıçının birini uzadıb, o birini altına yığıb, donqarlanmışdı. Qabağında, döşəyin ortasında bəyaz keçə papaq ağarırdı.
Yalnız doqquz bahadıra məlumdu ki, hökmdar Bağdad —Təbriz yolundan Üçküsəyə qədər bu papağı kəmərinin altında aparmış və Üçkilsədən buraya qədər yenə kəmərinin altında gətirmişdi.
Üçkilsədə buxarı qabağında oturanda da papaq həmişə yanında olardı. Hətta, dağ çaylarının buzları altından tutulan qızılbalıqları şişə çəkib, buxarının odunda öz əli ilə bişirdiyi ən xoş saatlarında da hərdən bu kafir papağına baxıb fikrə gedərdi. Lakin, bu sonsuz düşüncələrin nə ilə qurtaracağını, Üçkilsədə olduğu kimi burada da qaranlıq künclərdən tez-tez hökmdarın tutqun üzünə və ağaran papağa tərəf boylanan bahadırları ilə birgə Teymur özü də bilmirdi. Tək bir nəfər, bu gecə ağ çadırda yeni tapşırıq aldıqdan sonra dərhal yola düşüb, min dəvə belində, ağır zirehli, ağır silahlı nəzarət dəstəsi ilə Şamaxıya tələsən, yorulmaq, usanmaq bilməyən dərviş Asir, hökmdarın qorxunc düşməninin tezliklə tutulub qətl olunacağına şübhə etmirdi. Çünki o, cibində İbrahimə Fəzlullahın qətli haqqında Səmərqənd alimənsəb seyidlərinin fitvasını aparır və bilirdi ki, hökmdar daha şirvanşaha inanmasa da, şah, Əmir Teymurun öz tələbi ilə yazılmış bu yüksək fitvanı mütləq icra edəcək.


TƏNHALIQ

11

Min dəvə belində nəzarət dəstəsi hələ yolda ikən, Aran düzündən Şirvanın yaşıllığa bürünmüş dağ yamaclarında kəndlərə, obalara doluşa-doluşa Şamaxıya yaxınlaşan əlləri batqanlı dərvişlər dəhşətli bir xəbər yayırdılar: «Əmir Teymur Şirvana hərb ilə gəlir!»
Xəbər Gülüstan sarayına çatdırılanda İbrahim zərif taclı başını arxaya atıb təxtə söykəndi, kirpiklərini endirib, alimənsəblərinin nəzərində yenə də qapalı dünyaya çevrilib, bir müddət düşündükdən sonra:—İnanmıram, Əmir Teymur Şirvana hərb ilə gəlməz, — dedi.

Qazi Bayəzidlə vəzirləri və tacirbaşı Hacı Nemətullah, pişgahın bu daimi sakinlərindən heç biri təxtin sağ-solundakı daimi yerlərində deyil, xəbəri eşidib içəri doluşmuş saray əhli alimənsəblərlə qarışıq dayanmışdılar. Diqqət yetirib təkcə Gövhərşahı təxtin sağında, bir də ki, candarları ilə qulamlarını öz daimi yerlərində gördükdə, İbrahim, doğru-dürüstlüyü hələ dəqiq təsdiq olunmamış bir xəbərdən özlərini itirən alimənsəblərdən narazılığını gizlətməyib ayağa qalxdı, yalnız ondan mədəd gözləyən gərgin və həyəcanlı kütləyə göz gəzdirib:
— Mən hələ bilmirəm kimə və nə üçün lazımdır bu yalan. Amma yalan olmağına yalandır! Şayiədir! İnanmaym! — dedi.

Sonra fikrini şərh etməyə başladı:
— On ildən çoxdur ki, Əmir Teymur ordusunu Azərbaycanın və İranın varidatı ilə saxlayır. Əmirin qan düşməni Toxtamış xan yaxşı bilir bunu və daim fursət axtarır ki, Azərbaycanı yağmalasın. Bir dəfə bacardı o bunu . Daha bacarmır. Səkkiz ildir ki, mənim qırx min süvarim, iyirmi min piyadam Toxtamışın yolunu kəsib Dərbənddə keşik çəkir. Əmir Teymurun Şirvana hərb ilə gəlməyi ordumuzun Dərbəndi tərk etməsi deməkdir. Toxtamışın Azərbaycana yolunun açılması deməkdir. Bu fikrin doğruluğunu təsdiq edirsiniz?
Onun məsləhətlərini səbirlə dinləyib bu məsləhətlərin əksinə iş görən köhnə şagirdinin gözündən düşdüyünü həmişə qəlb ağrısı ilə duyan qazi Bayəzid, dərhal cavab verməyə tələsib:
— Bəli, qibləgahım, doğru buyurursan, — dedi. — Toxtamışın yolunda sən durursan, sən qarşı çıxmalısan ona, sən də qalib gəlməlisən. Əmir Teymurla müqaviləmizin ümdə şərtidir bu.
İbrahim başını tərpədib, davam etdi:
— Sultan Əhməd Cəlairi Bağdaddan qaçandan sonra Əmir Teymurun digər düşməni Qaraqoyunlu Yusifə pənah aparıb, bizim Məlhəm pirindən, Qarabağdan, Naxçıvandan,
Təbrizdən, İsfahandan yığdığı hesabagəlməz xəzinə ilə Misir səmtində, İraqda, Suriyada təzə ordu yığıb, dağlarda Qara Yusifin köçəri türkmənlərinə ənam paylayır, ziyafət verir ki, Təbriz təxtini qaytarmağa kömək etsinlər. Dərvişləri hər gün o tərəfdən Əmir Teymura bəd xəbərlər gətirirlər. Əmirlər də hər gün Əmir Teymura məsləhət görürlər ki, vaxtkən qayıdıb Qara Yusiflə Sultan Əhmədi tapsın.

* 1386-cı ildə Toxtamış doxsanminlik ordu ilə Dərbənddən keçdikdə İbrahim onu böyük hədiyyələrlə qarşılamış, Toxtamışın adından sikkə kəsməyə söz verib, Şirvanı müharibədən xilas etmişdi. Toxtamış Arazı keçib Azərbaycanın bir qismini, o cümlədən Təbrizi qarət etmişdi.

Teymur rədd edir bu məsləhəti. Nə üçün? Bu sorğunun cavabını dinləyin.

Əmir Teymur dünyanı fəth etmək niyyətindədir. Dünyanın fəthi yalnız İldırım Bayəzidlə hərbdən sonra mümkün ola bilər. Bayəzidlə hərb isə hələlik qeyri-mümkündür. Dəryalarda Rumun çoxlu gəmisi var. Gəmilərinin köməyi ilə Bayəzid ərəb İraqını, Suriyanı və Misri daim qorxuda saxlayır, istədiyi vaxtda o yerlərdən külli xəracat alıb, ordusunu artırır. Ərəb İraqı ilə Suriya Misrə tabedir, Misir isə Ruma itaət göstərir. Demək, Əmir Teymurdan qaçıb Misrə pənah aparanlar əslində İldırım Bayəzidə pənah aparırlar. Odur ki, Əmir Teymur Bağdaddan o yana getmədi, Sultan Əhmədin ardınca düşmək, onun Qara Yusiflə birliyini qırmaq əvəzinə dübarə qayıtdı. Çünki Qara Yusiflə hərb, İraq yə Suriya da daxil olmaqla, cəmi Misri hərbə cəlb edər, Misirlə hərb İldırım Bayəzidi hərbə cəlb edər, Bayəzidlə hərb isə, Toxtamış xanın arxadan zərbəsinə səbəb ola bilər. Diqqət yetirin, görün üç cahangir arasında necə oyun gedir: Toxtamış, Teymurla Bayəzidin müharibəsini gözləyir, Teymur isə qarət və ticarət yollarını, o cümlədən Dərbəndi də bağlayıb, Toxtamışın məğlubiyyətini gözləyir. Toxtamışın məğlubiyyətindən sonra o, bir daha Bağdad yoluna qayıtmalıdır, ərəb İraqını, Suriyanı, Misri yağmalayıb, İldırım Bayəzidi o yerlərin varidatından və böyük hərb ərəfəsində böyük ordu yığmaq imkanından məhrum etməlidir. Bu mənim şəxsi mülahizəm deyil, mən sizə dəqiq məlumat deyirəm və yəqin bilirəm ki, Toxtamış təhlükəsindən qurtarmayınca Əmir Teymur İldırım Bayəzidə yaxın gedə bilməyəcək. Belə olan surətdə, səkkiz il sərasər yolda dayanıb Toxtamışla döyüşmək əzmində olan şaha əl qaldırarmı Əmir Teymur?
Pişgahın mərmər sütunları necə idisə, təxt önündə dayanan adamlar da o cür, tamam hərəkətsizdilər. Yalnız hərdən, günəşli günlərdə toxmacarlıqlara və kümxanalara baş çəkməyə gedib, qalan vaxtlarda Gülüstan sarayından kənara çıxmayan şahın dünyada baş verən hadisələrdən və Əmir Teymurun niyyətindən «dəqiq məlumatına» hamı hörmət edirdi. Təkcə Gövhərşahın üzündə təəccüb əlaməti yoxdu. «Teymurun hüzurunda oturan pünhan müridin» məlumatına əsaslanan şahın fikrinin nə ilə nəticələnəcəyini də təkcə Gövhərşah bilirdi.
— Əmir Teymur İsfahanın fəthinə altı ay sərf etdi, Bağdadın fəthinə üç gün. Əmirin canı ağrılıdır. Səbirsizdir və həmişə qəzəbnakdır. Varislərinin ən cüzi qeyri-müvəffəq bir işinə də dözmür. Tənbeh edir, cəza verir və onların bacarmadıqları işi özü icra edir. Elə isə əcəba, Əmir Teymur Əlincənin yeddi il sərasər mühasirədə saxlanmağına necə dözür? Qalanın fəthi ilə nə üçün məşğul olmur özü? Bu sorğuya cavab verin!
Yenə də Qazi Bayəzid hamıdan əvvəl baş endirdi:
—Qibləgahım buyurdu ki, Əmir Teymur dünyanı fəth etmək niyyətindədir. Belə böyük niyyət üçün o, ordusunu mühafizə etməlidir. Əlincə isə möhkəm qaladır, Əmir Teymurun sərseçmə ordusuna tələfat verə bilər. Güman ki, bu səbəbdən də özü həmlədən çəkinir və gözləyir ki, Toxtamışa qalib gəlib şərəfli ordumuzu Dərbənddən çıxarandan sonra Əlincə üstünə də qibləgahımız getsin.
— Barakallah, qazi! Mənim mülahizələrimdən nəticə çıxarmağı bacarmaq özü də təxti-taca xidmətdir!— İbrahim gülümsünüb, nəhayət, qoca müəllimini sevindirdi. Əgər müharibə xəbərindən qəlbinə dolmuş təşviş və nigaranlıq olmasaydı, Qazi Bayəzidbəlkə onun hətta ayağına yıxılardı.
İbrahim, tərəddüdlü təbəssümdən dodaqları titrəyən vəzirindən gözünü çəkib ciddiləşdi.
—Toxtamışdan və Əlincədən də ümdə şeylər var,—dedi. — Deyirlər, Əmir Teymur cənnət Qarabağa aşiqdir, guya buna görə Azərbaycanın fəthinə bu qədər vaxt sərf edir. Yalandır! Cahil sözüdür! Bizim torpağımızdan keçən ticarət yollarına aşiqdir o! Təbriz — Naxçıvan — Dərbənd yoluna aşiqdir. Cəmi dünyaya məlumdur ki, dəmir qapımız Dərbənd məğriblə məşriq arasında dünya ticarətinin qapısıdır. Dünyanın varidatını Bağdada daşıyan xəhfə Mömün Azərbaycanın verdiyi xəracı azaltdı ki, babalarımız Bab-əl-Əbvabı* təzədən tikib möhkəmlətsinlər. Çingiz xan törəməsi Qazan xan Hülaku babalarımızı cəmi xəracdan azad etdi ki, Dərbəndi sidq-ürəklə qorusunlar. Ərnir Teymur da o fatehlərin yolu ilə gedir. Cənnət Qarabağa yox, mənimlə müqaviləsinə aşiqdir o! Özünün əmirlərindən də, oğulları Miranşahdan, Şahruxdan, Ömər Mirzədən də gərəkliyəm mən ona! Doğrudur?

Şahın ticarət yolları haqqında fikirlərində öz peşəsinin dünya üçün nə qədər gərəkli olduğunu görən Hacı Nemətullah

*B a b-ə l-Əbvab — Dərbəndin ərəbcə adı.
bu dəfə hamıdan əvvəl dillənib, pişgahda qadağan edilmiş qışqırtı ilə:
— Doğrudur, şahım! — dedi.

Hələ iyirmi-iyirmi beş il bundan əvvəl şagirdinə öyrətdiyi tarixi indi onun dilindən eşidən Qazi Bayəzid isə birdən-birə kövrəlib, titrək səslə:
— Müdrikliyinə səcdə edirəm, qibləgahım! — dedi. — Sən Əmir Teymura həqiqətən əmirlərindən də, oğullarından da gərəklisən!
— Demək yalandır hərb xəbəri! — deyib İbrahim mülahizələrinə yekun vurdu.
Həmin bu anda da heç kəsin, o cümlədən İbrahimin də gözləmədiyi bir səs eşidildi:
— Əmir Teymur başı üstündə peyğəmbərin bayrağını gəzdirir, əlində İslamın qılıncını! Dini xilas etməyə gəlir Əmir Teymur!
Bu, Şeyx Əzəmin səsi idi.

Bir vaxt divanxanada olduğu kimi, şeyx yenə də xanəgahın ikinci mərtəbəsindən enən pillələrlə təxtin arxa tərəfinə düşdü. Bütün saray əhli Şeyx Əzəmin bu əndazədən kənar hərəkətinə heyrət edib mat-məəttəl qaldı. İbrahimin isə qan beyninə vurdu və o, cilovsuz qəzəblə:
— Əmir Teymur əməl adamıdır, şeyx! Dini də qurban verər öz niyyətinə, allahı da! — dedi.
Şeyx başdan-ayağa titrədi:
— Küfr danışma, şah! Niyyəti dinin xilası olmasaydı, Fəzlullahın qətlinə fitva göndərməzdi! — deyib əlindəki kağız lüləsini göstərdi.

Miranşah Şamaxıya gəlib-getdikdən sonra yenidən yatağa düşüb gün-gündən quruyan qızının yanında Şeyx Əzəm özü də xəstə kimi döşəli qalıb, iqamətgahından kənara çıxmamışdı. Yalnız bu gecə müridləri dərviş Asir adından fitvanı təqdim edib, Əmir Teymurun Miranşahı necə cəzalandırdığını xəbər verdikdə, bu vaxta qədər lal-kar oturan şeyx birdən heybətlə qışqırıb: «Şəkkaka lənət! Teymur adildir!» — demişdi. Beləliklə, bir zaman qılıncından öpdüyü vəhəhdin ibadət otağında—müqəddəs mehrab qabağında tutduğu bədnam iş şeyxi teymurilərdən döndərmək əvəzinə, onun Əmir Teymura etiqadının daha da möhkəmlənməsinə səbəb olmuşdu. Fitvanın şah əvəzində sədrəddinə göndərilməsi isə ona sonsuz hakimiyyət verib, taqətsizlikdən titrəyən bədəninə qeyri-adi bir təpər gətirmişdi. Odur ki, hər addımında Əmir Teymurun qüdrətini duya-duya, ağsümük üzündə çuxura düşmüş, soyuqlaşmış gözlərindən bütün pişgaha vahimə saça-saça, açıq nifrət və itaətsizliklə yeriyib fitvanı şaha verdi.
— Möhlət yoxdur! Kafir dərhal tutulub həq dərgahına gətirilməsə qan töküləcək! — dedi və ləngimədən çrxıb getdi.

Onun əynində müridlərinin xirqəsi kimi qara əba vardı. Əbanın uzun ətəkləri pişgahla dəhliz arasında son dəfə yellənəndə içəridə elə bil əzrayıl qanad çalıb yox oldu: hərb xəbərinin doğruluğunu yəqin edən alimənsəblərin hamısının üzünə ölümün nəfəsi dəydi.
Təkcə İbrahimin hələ ağlı başında idi. Yeriyib təxtdə oturdu, yenə də zərif taclı başını arxaya atıb təxtə söykəndi. Sonra hamı onun Hacı Nemətullahı işarə ilə təxt önünə çağırdığını və dodaqlarının ağır-ağır tərpəndiyini gördü. Şahın nə dediyini isə yalnız tacirbaşı eşidirdi:
— Mən vəd etmişdim ki, yaz açılanda onu tutub göndərərəm. Yaz açıldı, vədimə əməl edə bilmədim. Hərb xəbəri də, bu fitva da xəbərdarlıqdır. Fəzlullah tutulmasa, doğrudan da qan tökülər. Bələdçilik elə, hacı! Əsgərxasıma bələdçilik elə, Fəzlullahı gətirsinlər.
Hacı Nemətullah qarnı dizlərinə dəyənə qədər əyilib təzim etdi və zora düşüb qızarmış üzlə dikəlib:
— Kafir iqamətgahını tərk edib, şahım! — dedi. İbrahim bir xeyli matdım-matdım hacıya baxdı:
— Yenə?!
— Bəli, şahım, yenə batin olub! Tacirlərimiz onun təzə iqamətgahını boş görüb məyus qayıdırlar.
İbrahim tamam əlacsız və köməksiz qalmış kimi, köksünü ötürüb, gözlərini əlindəki fitvaya dikdi. Usta xəttat əli ilə yazılmış, iki qarış enində, dörd qarış uzununda kağız başdan-başa «FəzlulIah əl-Hürufi», «Fəzlullah Cəlaləddin Astarbadi əl-Hürufi», «Fəzlullah Nəimi» və «Fəzb> adı ilə dolu idi. Bu ad yeddi ildə Əmir Teymurun səltənətinə nə qədər zərbə vurmuşdusa, axır vaxtlar şirvanşahın hakimiyyətini və İbrahimin özünü bəlkə daha artıq sarsıtmışdı. Demək, o yenə batin idi, yenə də allah kimi laməkan idi. Ən böyük bədbəxtlik isə burasında idi ki, onu laməkan edənlərdən biri İbrahimin öz vəhəhdi idi və İbrahim bunu oğluna qadağan edə bilmirdi.
O, çox düşündü və ancaq qardaşı Bəhlulun Dərbənddən göndərdiyi çapar pişgaha gəlib, Toxtamış xanın Dərbəndə yaxın dağlar dalında düşərgə salıb ordusunu topladığını xəbər verəndə, dumanlı bir ümidlə təxtdən qalxıb buyurdu ki, vəliəhd Gövhərşah Əmir Teymurun ordularının hərəkəti və istiqaməti haqqında hər şeyi öyrənib ona çatdırsın, nə iş görmək lazım olduğunu alimənsəblər yalnız o vaxt bilərlər.

Teymurun xidmətdə fərqlənməyib hökmdara sədaqətlərini hələ heç bir şeylə sübut etmədikləri üçün ən az — iki at qiymətində aylıq alan, yay-oxdan və nizədən başqa silahı, qılıncı belə olmayan ən adi piyada əsgərlərinin də, hər birinin minik və yedək atı vardı. Səfərlərin, yürüşlərin mənzili uzandıqca, əmirlər karvan yollarından kənar—kəsə yollara çıxmağa maneçilik törədən və hərəkəti ağırlaşdıran çoxtəkərli öküz, kəl arabalarından əl çəkib, hamısını Mavəraünnəhrdə, Xarəzmdə qəbilələrin yurdlar arasında işlətdikləri ikitəkərli, yüngül at arabaları ilə əvəz etmiş, hər bir arabaçıya əlavə iki at, yoğun, uzun tirlər üstündə qurulmuş, çoxtəkərli, ağır daşatan mancanaqları sürənlərə isə altı-yeddi, bəzən səkkiz boyun qoşqu atı, bir o qədər də yedək atı və xamıt vermiş, beləliklə, yalnız şəhər, qala fəthində, hərdən də dağ döyüşlərində lazım olan piyadalardan başlamış, ehtiyat ərzaq və qarət malı daşıyan arabalara qədər, yeddi yüz minlik sel içində hamının sürətini yüyrək at sürətinə çatdırmış və bütün dünyada ən sürətli ordutək tanınan Bayəzid ordusundan başqa hamıdan üstün olmuşdular: bütün günü dincəlmədən, atlan dəyişdirə-dəyişdirə, saatda otuz-qırx ağac yol gedə bilirdilər, əmirlərin, tümənbaşıların, minbaşdarın, yüzbaşıların, cağatay bahadırlarının çox vaxt özləri ilə gəzdirdikləri arvad-uşaqları aramsız çaphaçapa dözməyəndə və sudan qıt düzənliklərdə yollar at leşi ilə dolanda belə sürəti azaltmırdılar. Lakin əmirlər bununla kifayətlənməyib, fəth etdikləri torpaqlarda yeni-yeni böyük ilxılar tutduqca, yürüş vaxtı hansı ordunun harada, necə hərəkət etdiyini dərhal müəyyənləşdirmək üçün, atları cinsinə, rənginə görə seçib ayırmış, Təbrizdən, Marağadan, Naxçıvandan, Şirvandan növbənöv, rəngbərəng ipək və pəmbə parçaları aldıqca, özləri ilə gəzdirdikləri dərzüəri gecəli-gündüzlü işlədib, yəhərüstülərini, tərkaltılarını və əsgərlərin libaslarını da atların rənginə uyğunlaşdırmışdılar.

Kəşfiyyat qoşunları ağ atlı, ağ çəpkənli, ağ papaqlı idilər ki, rəislər onları dərhal görsünlər. Ağ atlı qarovul qoşunları bunlardan dəmir sinəbənd və dəbüqə ilə fərqlənirdilər. Qarovul qoşunlarının ardınca gedən əmirlərin yüngül oxatan süvariləri qara at belində, qara çəpkəndə, oxatanların ardınca gedən öncül həmlə bölükləri boz, çal, göy, ehtiyat həmlə bölükləri isə san at belində, sarı geyimdə idilər. Əmirlərin bu üç növ — oxatan, öncül həmlə və ehtiyat həmlə süvarilərinin ardınca hökmdarın qohumları ilə müttəfiqlərinin, sonra nəvələrinin və oğullarının eynilə əmirlərin ordularıtək oxatanlara, öncül həmlə və ehtiyat həmlə bölüklərinə ayrılıb, yenə də qara, boz, çal, göy, sarı rənglərlə bir-birindən kəskin seçilən orduları, nəhayət, geridə Teymurun özünün başdan-başa qırmızı geyimli, kəhər atlı üç yüz minlik süvarisi gedirdi. Ən axırda yalnız araba, dəvə karvanları, seyidlərin, tacirlərin, kənizlərin, nökərlərin, qul-qaravaşların qəflə-qatırları qarışıqdı ki, orada da ərzaq qoşunlarının və müşayiətçilərin geyimləri hansı karvanın hansı orduya, kimə mənsub olduğunu göstərirdi.

Bütün bunlar teymurilərin nizam-intizamını möhkəmlətmiş, hökmdarı kənardan hamını aydın gördüyünü heç vaxt unutmayan əmirlərin və ordu rəislərinin cavabdehliyini, qara ox yağışı ilə başlayıb qırmızı sellə qurtaran həmlələrdə fərqlənib, hökmdarın səxavətli əlindən mükafat almaq, boğazdan asılı yarlıqda varidatının siyahısını uzatmaq ehtirasını qat-qat artırmış, lakin eyni zamanda, onları aləmə bəlli etmişdi: köhnə yurdlarını, örüşlərini tərk etməyə məcbur olub, müharibələrdən kənar yeni bir məkan tapmaq ümidi ilə dünyanı gəzən köçəri-yağmaçı qəbilələrin, adı-sanı, ünvanı hələlik ancaq özlərinə məlum olan təriqət başçılarının, iqamətgahlarından qaçıb, rast gəldikləri sayillər, sərsərilər, haramilər arasında altunla əsgər toplayan, müttəfiq axtaran hakimlərin, hökmranlıq xəyalına düşən sərəsgərlərin, sipəhsalar və sərdarların gecə-gündüz daimi hərəkətdə, çaxnaşmada, qırılıb azalmada və ya birləşib çoxalmada olan silahlı dəstələri, orduları arasında teymurilərin orduları dərhal seçilir, Əmir Teymur nə qədər gözlənilməz, xəlvəti sıçrayışlarla tez-tez yerini və istiqamətini dəyişdirib, öz saysız-hesabsız düşmənlərini çaşdırsa da, nəticədə onun hərəkəti heç kəsdən, o cümlədən Fəzlin Naxçıvandan başlamış Şirvana qədər qədim qarovul qüllələrində və çılpaq
dağ kəllələrində oturan qasid müridlərindən də gizlin qalmırdı. Odur ki, müharibə xəbərinin üstündən heç bir gün də keçməmiş, Gövhərşah, min dəvəli nəzarət dəstələrindən birinin artıq Şirvanda olduğunu, Teymurun öz ordusunun isə köhnə yolla — Kür boyu ilə Şirvana tərəf gəldiyini öyrənib atasına çatdırdı.

Gecəyarıdan keçmişdi. İbrahim xanəgahın ikinci mərtəbəsində, səkkiz oğul anası olduğuna baxmayaraq hələ də öz gözəlliyini itirməmiş məlikə ilə onun bir neçə qaravaşlardan və şahdan başqa bir kimsənin ayaq basmadığı sakit əndərunun ipək, qumaş xışıltılarından təzəcə ayrılıb, başında şəbkülah, çiynində xalat, əndərunla üzbəüz yatağında oturmuşdu. Oğlunu dinləyib, yalın ayaqlarını qulamın cütlədiyi başmağa toxunduranda, başmağın soyuq daşlarından bədəninə üşütmə düşdü. Bir az sonra, pərdə arxasında geyinib, pişgah libasında—başında tac, əynində qırmızı ləbbadə, pişgaha enəndə isə gövdəsi od tutub yanır, kürən üzü də saqqalı kimi qızıl rənginə çalırdı.
Bütün saray çaxnaşırdı. Qazi Bayəzid, tacirbaşı Hacı Nemətullah, şahzadələr və onların ətrafında saray əhli alimənsəblər, münəccimlər, ədib və nədimlər, hamısı dəhlizə doluşub rüsxət gözləyirdi. Dəhlizlə pişgah arasında, üstünə gümüşdən öküz başı vurulmuş böyük qapı açıqdı, qapının arasında divartək qalın zərbaft pərdə isə örtülü idi. Gah Qazi Bayəzid, gah da Hacı Nemətullah, həyəcan və təşviş dolu gözlərlə, pərdə yanında dayanmış qulamlara baxır, onları bir-birinin ardınca hüzura göndərib, gələnlərin adlarını sadalamağa məcbur edirdilər.
Lakin İbrahim heç kəsi çağırmırdı.
Dərgah qapısının arxasından, Meydan və Şəbran məhəllələrindən başlanıb, aşağıda—uzaqda qoşa bürcü qaralan baş darvazaya qədər, bütün şəhər məşəllə dolmuşdu. Hətta baş darvazadan o yanda, karvan yolunun sağ-solundakı karvansaraların damlarında da uzun zulalar* ucunda iri-iri məşəllər alovlanırdı. Pəncərəyə yanaşanda İbrahim bu izdihamı əvvəlcə öz təbəəsi zənn etdi və əsnafın çoxunun «ənəlhəq» dediyinə baxmayaraq, bu bədxəbər gecədə hamının belə yekdilliklə, rəncbər şaha sədaqətlə, cahad əlaməti məşəl yandırmağından qürur duydu, təxtdə oturduğu on iki ü ərzində, Sultan Əhmədin Məlhəm pirinə basqın etdiyi o qanlı gecədən başqa, daim əmin-amanlığı qorumağı ilə,
*Zula — nazik, uzun ağac budağı.

Şirvanın bərəkətii torpağı bəhrə verdikcə, bağlar, toxmacarlıqlar, kümxanalar, karxanalar böyüdükcə, sürülər, naxırlar, üxdar çoxaldıqca, Huşəngin iyirmi beş növ vergilərindən iyirmisini ləğv etməklə təbəələrinin qəlbində dərin məhəbbət və əbədi şöhrət qazandığını düşünüb, nigaranlıq, narahatlıq içində uşaq kimi sevindi. Hətta, dərgah qapısı arxasında sifəti tanış olan əsnaf əminin əynində bəyaz xirqə görəndə də o, hələ qürurla nəfəs alırdı. Çünki Şeyx Əzəmin hürufilərə aid fitvasını şahın özünün carçılarının bütün Şirvanda car çəkdiyinə baxmayaraq, Dost Ərnin Məhrəmə və Fəzl elmini tədris edən əsnafa arxayın olan hürufilər son vaxtlar tez-tez şəhərə gəlib, burada tədris müddəti qurtaranlara Fəzlin vəkaləti ilə xirqə paylayırdılar və bəyaz xirqəyə getdikcə hamının, o cümlədən İbrahimin özünün də gözü alışmağa başlayırdı. Odur ki, darvaza arxasındakı xirqələr onu əvvəlcə bir o qıdır də narahat etmədi. Diqqət yetirib, məşəllər altında bütün izdihamın qartək ağardığını gördükdə isə İbrahim, eynilə yataqda ayaqları başmaqların daşlarına toxunanda olduğu kimi, bədənindən rəşə keçdiyini, sonra ürəyinin böyük müsibət duyğusu ilə sıxdığını hiss etdi. Heysiz, tərli əllərini ağır-ağır bir-birinə vurub, xalı-xalçalar üstündə səssiz-səmirsiz yüyürüşən qulamlarından şərbət istədi. Beynində qəzəbli, hiddətli sözlər dolamırdı: «Nankor əsnaf! Səni nə vadar etdi ki, mənim verdiyim çörəyi basıb, Fəzlullaha uydun?».

Xanəgahın damına qalxmaq, oradan bu sözlərlə şəhərə müraciət etmək istəyirdi. Lakin o, heç vaxt ehtiyatsız olmamışdı. Hələlik, əlbəttə, nə təbəələrinə qəzəbini bildirəcəkdi, nə də Fəzlullaha münasibətini. Fikrindən keçən sözlər isə yalnız ürəyinin qışqırtısı idi və İbrahimin qüdrəti də elə onda idi ki; bu cür qışqırtıları boğub içərisində saxlamağı bacarırdı.
Qulamın gümüş sinidə, xırdaca, dəyirmi gümüş şərbətidə gətirdiyi şərbəti içə-içə, toxtamağa çalışaraq, astadan soruşdu:
— Teymurun fitvasından xəbərdardırlar? Gövhərşah onun sağ çiyni arxasında baş əydi.
— Bəli, şahım! İbrahim udqundu:
— Əmin Məhrəm çatdırıb?
— Xeyr, şahım. Pünhan mürid xəbər verib. İbrahim izdihama işarə etdi:
— Nə üçün yığışıblar?
Gövhərşah sakitcə dedi:
— Silah istəyirlər, şahım.
— Silah?! — İbrahim diksindi. — Teymurla döyüşmək xəyalındadırlar?!

— Xeyr, şahım! Silah onlara Fəzli mühafızə etmək üçün lazımdır. İbrahim gözgörəsi titrəyən əllə şərbətini siniyə atdı:
— Fəzlullahı silahla mühafizə etmək döyüş deyilsə, bəs nədir?! Gövhərşah yenə də tamamilə sakit idi:
— İş danışıqdan keçər, şahım! Fəzlin Şirvan ərazisində təhlükəsizliyinə biz özümüz zamin olmuşuq,—dedi,— Fəzl lap çoxdan İraq səmtinə, Qaraqoyunluların iqamətgahına elçi göndəribmiş, Qara Yusifə elm öyrənməyi və öz işlərində hürufi əqidəsinə istinad etməyi təklif edibmiş. Mənə bu gün dedilər ki, Qara Yusifin təhdi-himayəsində beş yüz minə qədər türkmən var. Gilandan, Urmiyadan, Təbrizdən, Həmədandan, Ərdəbildən qaçan sərəsgərlərin hamısı Qara Yusifin başına yığışıb və hamısının yanında Fəzl müridi var. Əxi Qəssab adında Fəzl müridi Təbrizdə qiyam üçün hazırlıq görür. Bunlardan qeyri çox məxfi işlər görülür, hamısı da vaxtı yetişəndə Miranşahın hakimiyyətini devirmək, Təbriz təxtini ondan almaq və Qarabağla Naxçıvan da daxil olmaqla cəmi Azərbaycanı sənin təhdi-himayənə vermək üçündür, şahım! Əgər biz vədimizə əməl etməyib, Fəzlin səlamətliyini qorumasaq, hürufilər bizdən dönərlər, şahımın yeddi ildə zəhməti və siyasəti bəhrə verməz, Təbriz təxti ilə birgə cəmi Azərbaycan və o cümlədən Şirvan da Miranşaha qarşı hürufi bayrağı altında ittifaq bağlayanların ixtiyarına keçər.
— Şirvan da?!
— Əlbəttə, şahım! Fəzl məramına görə, ədalət səltənətinin payitəxti Təbriz olacaq. Əgər sən Fəzlə müxalif çıxsan, Təbriz təxti ilə birgə Şirvan təxtindən də məhrum olarsan.
Gövhərşah susub, siyasətdə heç vaxt tələsməyən atasına düşünmək üçün imkan verdi. Sonra:
— Taleyimiz və istiqbalımız Fəzlə sədaqətimizdən asılıdır, şahım! Müridlərə silah ver, Fəzli qorusunlar,— dedi və yenə susdu.
İbrahim vəliəhdi ilə üzbəüz dayanmağa, onun gözlərinə baxmağa ehtiyac hiss edirdi. Lakin geri dönmədi: üzünün ölü rəngini oğluna göstərmək istəmədi.

Axır vaxtlar o, çox tez-tez belə haldan-hala düşürdü. Bir zaman Şəki civarında, əkin qırağında görüşünə gələn əsnaf əhli arasında şübhəli adamları görüb onları Huşəngin göndərdiyini düşünəndə də indiki kimi əhvalı dəyişərdi. Səbrini, təmkinini itirdiyini, içərisindəki təlatümü heç cür yatıra bilməyəcəyini duyanda, bütün sarsıntıların şahidi qəlb dostuna, hələ o vaxtdan «məlikə» adlandırdığı arvadına pənah aparardı. «Mənə bir oğul da bəxş elə, məlikəm! Dünyamız elə dünyadır ki, oğullarımdan qeyri bir kəsə etibarım yoxdur» — deyərdi. Və məlikəsi hər il yarımdan, iki ildən bir ona bir oğul bəxş edəndə İbrahim bütün var-yoxunu əkin qırağında o tək ağacın altına töküb ana qohumları ilə qayınlarını — indiki candarlarını ziyafətə dəvət edər və xəyalındakı səltənət təxtində oturub, oğullarını “səltənətimin sütunları” adlandırardı. O sütunlardan biri — böyüyü və ən gözəli indi İbrahimin sağ çiyninin arxasında dayanmışdı. Lakin atasının günahı üzündən o, hürufi sarayının sütununa çevrilmişdi; Teymurun özünün fitva göndərib Fəzlullahı tələb etdiyi, Şirvanın taleyi həll olunduğu bir məqamda o, Fəzlullahı qorumaq üçün süah istəyirdi.
— Gövhərim!.. — İbrahim yalvarırdı. — Gövhərim, mən Teymurla döyüşmək xəyalında deyiləm. Bu, qeyri-mümkündür!
—Fəzl bizə döyüş təklif etmir ki, şahım!
—Hürufi əlində silahımız döyüşdü ya özümüz, fərqi nədir?! — İbrahimin səsi qırıldı. O, səbrini itirməyə başlayırdı. Lakin Gövhərşah eyni təkidlə:
—Fərqi çoxdur, şahım, Fəzllə ittifaqımız məxfidir, deməli silahı da məxfi verməliyik — dedi.
—Bəs bu izdiham?! — İbrahim əlini pəncərənin şəbəkələrinə döyə-döyə, alov içində tərpənişən kütlənin müxtəlif tərəflərini göstərə-göstərə qışqırdı. — Bunun nəyi məxfidir? Teymurun yer altında zindanımızdan da xəbər tutan xəbərgirləri bu izdihamı görmürlər?!
Gövhərşah izdihamın iki niyyətlə, əvvəla, batin hürufi qüdrətini bu gecə açıq nümayiş etdirib, şirvanşahın fitvanı icra etməyə qadir olmadığına xəbərgirləri inandırmaq, sonra da Fəzllə ittifaqı gizlətmək üçün yığışdığını söyləyib:
—Mən şahımın adından müridlərə zahirən rədd cavabı verməliyəm, silahı isə özüm xəlvəti aparmalıyam, — dedikdə İbrahim oğlunun nitqindəki qətiyyətdən xoflandı, sütununu, yeganə möhkəm dayağını doğrudan da itirdiyini, belə
dar ayaqda birdən-birə tək-tənha qaldığını görüb dəhşətə gəldi və dərhal əlini əlinə vurub alimənsəblərini çağırdı, pişgaha hövlnak doluşub təzim edən alimənsəb təbəələrinin hamısına cəbbəxana qapılarında keşikçilərlə birlikdə onların — alimənsəblərin özlərinin qarovul dayanmağını, şəhərdə bütün silah karxanalarını və hətta silahsazlara şagirdlərini də nəzarətdə saxlamağı əmr etdi. Sonra, nədənsə birdən-birə nəzərində ucalan sadiq müəlliminə, lap qocalmış və daha da nuraniləşmiştək görünən Qazi Bayəzidə üz tutub:
—Əsnafa mənim müraciətimi car çəkin, — dedi və dərhal qələm-davatını çıxarıb döşəkcəsinin üstünə əyilən qazinin yanından keçib, kirpiklərinin çəpəri altından oğluna baxa-baxa, ağır-ağır divara tərəf addımladı. Orada, pişgahın sağ divarında, qırmızı ipək üstündə, bir batman ağırlığında kəhrəbadan yonulmuş nəhəng öküz başı saralırdı. Öküz başının altından şahın vaxtilə Şəki civarında işlətdiyi cütü asılmışdı. Kəsranilərin qəflə-qatırında, qiyamçıların müşayiəti ilə Şamaxıya yola düşəndə rəncbər şah özünün, məlikəsinin və oğullarının paltarına qədər, hər şeyi Şəki civarında qoyub, təkcə cütü götürmüşdü, sevinc və xoşbəxtliklə gülə-gülə: «Yolumdan azsam, cütü boynuma qoyub yola salarsınız, qayıdaram ocaxlığıma» — demişdi. O vaxtdan cüt buradan, kəhrəba öküz başının altından asılı dururdu və İbrahim siyasətində mürəkkəblik, dolaşıqlıq hiss edəndə həmişə yaxınlaşıb, cütün macından tutub burada dayanırdı. Bəzən o, hətta ruhi rahatlıq və allaha yaxınlıq saatında da, ibadət otağına getmək əvəzində buraya gəlir, cütün macındakı barmaq izlərində cəmləşmiş uzaq günləri yada sala-sala, allah əvəzində özünə yaxınlaşıb, siyasətinin sınanmış ibtidasına qayıdır və beləliklə, mürəkkəblikdən, dolaşıqlıqdan qurtarıb, sadə həqiqətlər tapırdı.
—Car çəkin!
Qazi Bayəzid qələmini mürəkkəbə batırıb yazmağa hazırlaşdı. Bütün pişgah nəfəsini içinə saldı, gözünü şaha dikdi və İbrahim hökmlə diqtə etməyə başladı:
—Silahla yox, bu vaxta qədər mən sizi əmin-amanlıqla xoşbəxt etmişəm. Sizi öz varidatıma yox, varidatımı sizə hasar edib, üstümə silahla gələnlərin qabağına altun və
ipək yükü ilə getmişəm. Sabah, sübh azanından sonra mənim xəzineyi-xasım mərmər meydana çıxarılacaq, tay vurulub dəvələrə yüklənəcək. Cəmi əsnaf gəlib meydandan keçsin və şahid olsun ki, təbəələrinin əmin-amanlığını qorumaq üçün rəncbər şah barmağında möhür üzüyündən qeyri nəyi varsa, hamısını xəzinənin üstündə Əmir Teymura göndərəcək!
Əvvəlcə Qazi Bayəzid qələmi atıb yüyürüb onun ayağına yıxıldı. Sonra qalan alimənsəblər, şahın bu fədakarlığı müqabilində dərin sükutla onun önündə diz çökdülər. Tək bir nəfər, xəzinənin boşalmağının nə demək olduğunu dərhal başa düşüb, ağır neft yükü ilə getdiyi uzaq və təhlükəli ticarət səfərlərini xatırlayan Hacı Nemətullah dimdik quruyub, mat-məəttəl dayanmış, bir də ki, Gövhərşah ayaq üstə qalmışdı.
İbrahim gözünü cütdən çəkib oğluna baxdı:
— İndi get, o izdihamın cavabını ver! — dedi. Gövhərşah başını sinəsinə əyib, zərbaft pərdəyə doğru addımladı.

Birinci dəfə idi ki, o, uzun illərdən bəri davam edən bu təhlükəli siyasətin böyük fəlakətlə qurtaracağını bütün aydınlığı ilə görür, hürufilərlə danışığın əsas şərtindən — Fəzli mühafizə etməkdən boyun qaçıran şahla daha heç bir razılığa gələ bilməyəcəyini, əksinə, atasının əmrlərinə dəqiq əməl etməli olacağını anlayır və indi gedib dostlarına nə deyəcəyini bilmirdi.
Pişgahın geniş, uzun dəhlizinin sağ-solunda xırdaca qalxanların böyürlərinə sıxıb, qoşapiltə çıraqlar altında tək-tək dayanmış lal-dinməz candar dayılarının hamısının ona qəribə, ittinamlı, yad gözlərlə baxdıqlarını görmədən, hündür tağ sütunları arasından keçib, enli daş pillələrlə mərmər meydana düşdü, üzüaşağı gedib, bir də qarşısında açılan dəmir qapının şaqqıltısına başını qaldırdı.
Yusif darvaza arxasında, əlləri məşəlli qasid müridlər arasında gərgin dayanıb ona baxırdı.
Gövhərşah ağır-ağır yaxınlaşdı.
— Namazım bəhrə vermədi. Şah nümayişi təqdir etmədi. Məşəlləri söndürün, dağılışın, — dedi.
Lakin Yusif tərpənmirdı.
Gövhərşah fikrini cəmləyib hər şeyi danışdı. Sonra yenə başını endirib, Fəzl elmindən əxz etdiyi sərt etiraf ehtiyacı ilə:
Şahın mövqeyi mənim ruhumu ikiləşdirdi. Atam fitvanı icra etsə, mən ona müxalif çıxa bilmərəm, — dedi və hələ sözünü qurtarmamış, Yusifin üzünün döndüyünü hiss etdi.

Qasid müridlər zulaların uclarında alovlanan, neft hopdurulmuş keçə dolaqları ayaqlarının altına atıb tapdayanda, bütün izdiham onların hərəkətlərini təkrar etdi. Minlərlə məşəldən gündüz kimi işıqlanmış şəhər bir göz qırprımında zülmətə batdı. Keçələrin tüstüləri zühnəti daha da qatılaşdırdı, hətta qala divarlarında qarovul bürclərində, böyük saxsı ləyənlərdə kömürlə qarışıq yanan neftin tonqaltək gur alovları da tüstü içərisində görünməz oldu və bu vaxt Gövhərşah da ömründə birinci dəfə təxlik duydu.

O, atasını nə qədər sevsə də, əqidəcə dəyişdiyi üçün ruhən ondan ayrılmağa başlamışdı. Əqidəcə Fəzllə fədakar Fəzl müridlərinə nə qədər yaxınlaşsa da, elmi bütün aydınlığı ilə mənimsəmədiyi üçün ruhən hələ onlardan da ayrı idi. Etirafı bu ayrılığı dərinləşdirdi. Gövhərşah Yusifin üzündən və keçə dolaqları açıq-aydın qəzəblə ayaqlarının altına atan müridlərin hərəkətlərindən anladı ki, bundan sonra ona inanmayacaqlar. Daha atasının da ona hər şeyi əvvəlki kimi etibar etməyəcəyini düşündükdə isə, birdən-birə ortalıqda qaldığını, şahın gövhəri ikən gövhər qiymətindən düşdüyünü, bütün Şirvan alimənsəbləri arasında Fəzlin yeganə məhrəmi ikən məhrəmlikdən də məhrum olduğunu dərk etdi.

O, zülmət içində dayanıb düşünür, qəlbinin bir parçasını igid və müdrik şah atasının, o biri parçasını həqiqət carçısı Fəzlin əlində, ruhunun bir parçasını vəliəhdi olduğu Şirvan təxti yanında, o biri parçasını arzu etdiyi böyük, azad və abad səltənətin Təbriz təxti yanında görürdü.
Fəzl ondan başqa daha bir nəfərə — Bakı hakimi Hacı Firiduna da gizlin ad vermişdi: bütün xəlifələr və müridlər ona «Dərviş Hacı» deyirdilər, lakin hamı bilirdi ki, Hacı Firidun yeri gəldikcə hürufilərə kömək etsə də, qəlbən ancaq şaha bağlı idi. Özü də qardaşı Hacı Nemətullah kimi, açıq-açığına: «Qibləgahımın nəfinə iş görən adamın ayaq qoyduğu yerə baş qoyaram, qibləgahıma zərər verən adama yaxın da getmərəm», — deyirdi. Gövhərşah isə atasının siyasət yolunun da gec-tez vəhdət yoluna qovuşacağına əmin olduğu üçün hər iki tərəfə eyni sədaqətlə xidmət edirdi. İllər keçəcək, bir vaxt gələcək, bir bayraq altında birləşmiş böyük bir ordunun başçıları onu divan ayağına çəkəcək, iki yoldan biri ilə getməyi və Şirvan təxtini Təbriz təxtinin təhdi-himayəsinə verməyi tələb edəcəkdilər. Yalnız o vaxt Gövhərşah iki qəlb parçasından birini seçməyə çalışacaq və nəhayət, qərara gəldikdə özünü edam meydanına gedən üçüncü yolda görəcəkdi. Hələlik isə o ikilikdən xilas olmağa heç səy də göstərmirdi: onun üçün hər iki tərəf eyni dərəcədə əziz və doğma idi. Odur ki, dostları ilə yenidən görüşüb danışmağa, etirafi ilə heç də Fəzlə xidmətdən boyun qaçırmadığını, əksinə, həqiqəti söyləməklə Fəzli gözləyən təhlükəni xəbər verib, bir vaxt olduğu kimi, yenə də dostlarını ayıq salmaq istədiyini bildirməyə ehtiyac duydu. Əlini dünəndən dəyişdirmədiyi səfər geyiminin bürünc sinəbəndinin altına salıb, qocaldıqca kövrələn müəlliminin və məlikə anasının könlünü sındırmamaq xatirinə gəzdirdiyi Quran surəsinin yastı dəri torbasından «əlif» açar çıxartdı. Hacı Nemətullahın bu iğtişaşlı gecədə belə, pəncərələrindən çəng, kaman səsləri eşidilən mülkünün yanından üzüaşağı enib, Şamaxının hətta bu isti yaz günlərində də rütubət və kif qoxuyan ən qədim, qarışıq guşəsində gizlin görüş mənzilinə tələsdi.
Ondan xeyli irəlidə, yaz yağışlarından ovulmuş daşlı, qumlu enişdə, ayaqlar altında tapdandıqca qığılcımlanan keçələrin tüstüləri arasında, baş darvazaya doğru bəyaz xirqələr seli axırdı.

Gövhərşah ətrafına göz gəzdirib dar bir dalana burulanda, müridlərdən əsnaf libasında bir adam ayrılıb onun ardınca yeridi. Bu, gizlin görüş mənzilinin daimi sakinlərindən, keşikçi müridlərdəndi. Dalanda dayanmış yoldaşları ilə yalnız Fəzl müridlərinə məlum olan rəmzlərlə nə isə danışıb, yenə Gövhərşahın ardınca tələsdi, üstünə bir parça bəyaz keçədən nişangah mıxlanmış, xəzinə qapısıtək ağır dəmir qapının özünün «əlifi» ilə açıb Gövhərşahı qabağa ötürdü. Ensiz daş pillələrlə quyutək dərin, dar həyətə düşdükdə istər-istəməz yavaşıdılar. Mənzilin qaranlığında kim isə çalıb oxuyurdu:

Sən sənə gər yar isən, gəl, ey könül, yar istəmə,
Yari-dilbər ol mənə, sən yari-dildar istəmə.

Keşikçi mürid irəli keçdi. Gövhərşah isə təəccüblə ayaq saxladı: oxuyan Nəsimi idi...

Naməlum məkanda gizlin məclisdə məsləhət belə olmuşdu ki, əgər şah Əmin Məhrəmin namazını qəbul etməyib fitvanın icrasına meyl göstərsə, o vaxt, hürufi qüdrətini nümayiş etdirməyə yığışan müridlər dərhal dağılışmalı, xirqələri soyunub, əsnaf, rəncbər, maldar geyimlərində camaata qarışmalı, qasidlər şəhərlərdə, kəndlərdə, qışlaqlarda müridlərin hamısına eyni qayda ilə gizlənməyin vacib olduğunu çatdırmalı, Fəzl, yenə də gecələr daim hərəkətdə olan kiçik dəstəsi ilə Şirvan ərazisindən təcili uzaqlaşıb, Qarabağın ən uca, əlçatmaz dağlarına çəkilməli, varis, bacı-qardaşları, müşayiətçiləri və bütün qoca və yaşlı müridlərin arvad-uşaqların ilə birgə əvvəlcə Bakıda — «Dərviş Hacının» iqamətgahında oturan mötəbər və tədbirli mürid Mövlana Tacəddinin himayəsində, sonra Yusifin şəxsi nəzarətində qalıb, Yusif haranı məsləhət bilsə, oraya getməli, Mövlana Mahmud Fəzlin təzə məkanından çağırış gələnə qədər dərvişlikdə olmalı, çağırış gəlməsə, xəlifələrin hamısının razılığını alıb öz köhnə — Şirvan xəlifəsi rütbəsi ilə Şamaxının əsnaf məhəllələrindəki məscidlərdə Fəzlin pünhan canişinlərindən birinin yanında qalmalı, Yusif isə, Şirvanda hər şeyin yoluna düşdüyünə əmin olduqdan sonra, varislə və təbrizli əsnaf icma başçıları ilə birgə Təbrizə qayıtmalı, orada Əxi Qəssab iqamətgahında məskən salıb, Qaraqoyunlu Yusiflə daimi əlaqə saxlamalı, qaraqoyunlularla Sultan Əhmədin və onlara tabe olan hakimlərin, sərəsgərlərin ordularında elmin tədrisinə nəzarət etməli və tədris başa çatdıqda, yenə də varislə birgə Misir səmtində dağlara — Qara Yusifin hüzuruna gedib, Fəzl adından ona xirqə verməli və Təbrizdə qiyam gününü müəyyənləşdirməli idi.

Bu tədbirlər və adlar içərisində tək bir nəfərin — Seyid Əlinin adı yoxdu. Məclisin lap əvvəlində Yusif, şahdan silah istəməyi təklif edəndə Nəsimi bu təkliflə razılaşmayıb: «Qüdrətimiz elmdədir. Xəlqi Divə itaətdən elmimiz çıxarır. Fəzli də elmimiz mühafizə edir. Silah qırğın törədib qüdrətimizi sındırar» — dedikdə, məclisdəkilərin hamısının qəti və kəskin həmləsinə məruz qalmışdı. Yusif: «Rəmzi qılıncın dövranı qurtardı. İndi silah məqamıdır. Fəzlin xilası da silahdadır», — deyib yoldaşlarının fikrinə yekun vurmuşdu.
Məşvərətin axırında hamı, o cümlədən Nəsimi də susub,

“həq iradəsinin hökmünü” gözləyəndə isə, Fəzl təkcə ona — Nəsimiyə üz tutub: «Sən ötəri qayğılarımızdan yüksək və hər şeyin fövqündəsən, gözüm nuru! Sən sərbəst olmalısan, əşarınla əqidə və amalımızı təbliğ etməlisən», - demişdi və bundan sonra mühafizə işlərinə qarışmadan, azad gəzib xalqla ünsiyyətini dərinləşdirməyi məsləhət görmüşdü. Bu vaxt Fəzlin gözlərində məhəbbətdən, sözlərində səmimiyyətdən kənar bir şey yoxdu və Nəsimi ustadın ona sərbəst dərvişlik buyurmasının yalnız ali məram üçün lazım olduğuna şübhə etmirdi. Lakin məşvərətdən sonra Yusifi müridlərin arasında görüb, onun «natiq yanında samite* təyin edildiyini eşitdikdə, beynində ildırımtək qəfil bir fikir çaxdı: «İşlərdən də təcrid edildin, ey Nəsimi!»
Yusif dərgah qapısında Əmin Məhrəmin etirafinı dinləyəndə o, arxada müridlərlə dayanmışdı. Dar günün yarağı Seyid indi kənardan baxan olmuşdu, Səlahiyyətsiz və gərəksiz olmuşdu, qüdrətdən və əzəmətdən düşmüşdü; istibdad dünyasını elm hikməti ilə lərzəyə saldıqdan sonra indi özü silaha ümid bağlayan və ən yaxın müttəfiqdən rədd cavabı alan ustadının bu məğlubiyyəti Nəsiminin ürəyini dağlayırdı.

Məşəllər söndürülüb şəhəri zülmət tutanda o, birdən öz bətninə də zülmət çökdüyünü və fəlakət duyğusundan başqa beynində heç nə qalmadığını hiss etdi. Müridlər tüstülənən, qığılcımlanan keçə dolaqları tapdaya-tapdaya Meydan və Şəbran məhəllələrinin arasından aşağıya axışanda, gərəksizlikdən yorğunlaşmış, adiləşmiş Seyid Əli də bu izdihamdakdardan heç nə ilə seçilməyən mürid kimi, kütlə içərisində zərrə kimi, axına qoşulub gedirdi.
Lakin birdən dayandı.
Lap yaxında əziz və doğma bir adam danışırdı:
— Bakıda Mövlana Tacəddintək etibarlı himayədarım var mənim. Sənə ehtiyacım yoxdur!— deyirdi.
Təcridi ayaqlayıb özünü sevgisinin qucağına atdığı o gecədən sonra Fatma elə bil qeyb olmuşdu və Nəsimi o vaxtdan «hüsnü kamilinin» nə üzünü görmüşdü, nə də səsini eşitmişdi. Nəsimi ac və taqətsiz kimi idi, havasız, susuz kimi idi, odur ki, Fatma nə qədər asta və boğuq danışsa da, uğuldayan izdiham içində onun səsini dərhal qulağı aldı:

*«Natiq yanmda samit» — danışmayan, natiqin dediklərini süah vasitəsi üə həyata keçirən səlahiyyətli icradar.

— Sənin nəzarətin mənim ruhumu əzir! Mən nəzarətdən çıxmalıyam. Fəzllə danış, mənə də sərbəst dərvişlik buyursun!
Yusif dedi:
— Sərbəstlik ruhu rəvanlara verilir. Sən çılğınlaşıbsan! Fatmanın səsində qəzəb, üsyan vardı, fəryad vardı:
—Məni çılğınlaşdıran sənin nəzarətindir! Yusif soyuq qətiyyətlə:
— Fəzl buyurub, — dedi, — sən mənimlə Təbrizə getməlisən, vaxtı çatanda Fəzl gününü elan etməlisən. Bir ayrısının Fəzl gününü elan etməsinə rüsxət olsaydı, özüm Fəzllə danışıb sənə sərbəstlik alardım.
— Yalan deyirsən! Fəzl gününə görə saxlamırsan sən məni öz yanında! Mən bilirəm. Çoxdan duymuşam qəsdin nədir. Sən öz nəfsini güdürsən! Hakimiyyət düşgünüsən, varislə evlənmək istəyirsən! Nadan qəssab! Lal samit! Əqlin yoxdur, qüdrətin zordadrr sənin!
Nəsimi Yusifin addımlarının ağırlaşdığını, Fatmanın isə iti, sərt addımlarla aralandığını hiss etdi. Ətrafında, qatı tüstü və qaranlıq içində heç kəsin boy-buxununu, üzünü seçməsə də o, hissiyyatının sehri ilə Fatmanı tapıb əlindən tutdu. Bu məhrəm əlin, bu sehrli təmasın kimə məxsus olduğunu Fatma da dərhal duydu.

Nəsimi onun üzünü ovuclarının arasına alıb, yanaqlarının odunu söndürməyə çalışdı. Lakin Fatma sakitləşəsi halda deyildi:
— Yusif qəddar və zorakıdır! Ləyaqətimizi tapdayır, qul edir bizi! Günü-gündən rəzilləşirik! Nə üçün üsyan etmirsən? Nə üçün sındırmırsan bu qəfəsi?!

Birinci dəfə idi ki, «hüsnü kamili» ilə görüşü Nəsimini sevindirmirdi, əksinə, dərdinin üstünə dərd qoyur, təlaşını artırırdı. Fatmanın çiynini ürəyinin üstünə sıxıb, onu izdihamın nisbətən seyrək yeri ilə apara-apara danışmağa başlayıb dedi ki, indi dərd təkcə onların ayrılığında deyil, dərdin böyügü, müsibət və fəlakət ondadır ki, belə qeylü qallı bir vaxtda məclis onu — Nəsimini işlərdən də təcrid etdi. Fatma düz deyir, Yusif həqiqətən yarımçıq və zorakıdır. Tezliklə işlər Təbrizdə, Əxi Qəssabın iqamətgahında cəmləşəndə Yusif ona verilmiş ixtiyaratın hüdudlarını gözləməyib daha zorakı olacaq, hədsiz nəzarət və aramsız təzyiqlə müridlərin iradəsini cilovlayıb, hamını özünə tabe edəcək, özü isə, elmdə mahir olmadığı
üçün qiyama tələsib tədrisə və ali ruh tərbiyəsinə diqqət yetirməyəcək, nəticədə, yarımçıq adamlara, Qara Yusifin ömürləri köçəri qəbilələrdən qoyun sürüləri oğurlamaqla keçmiş, yağmaçı sərəsgərlərinə, bəlkə hətta bətni murdar Sultan Əhmədin özünə də xirqə veriləcək və nəhayət, Fəzl günü elan olunduqda təxt-səltənət yenə də cahülər əlinə keçəcək, elmə, vəhdətə və əbədiyyətə etiqadı zora etiqad əvəz edəcək, istibdad, qılınc və qorxu hakim olacaq. Budur müsibət! Budur fəlakət!
Fatmanın susmağından duyulurdu ki, Nəsiminin təəssüf və
təlaşla danışdığı bu acı həqiqətlər onu sarsıtmışdı:
—Bəs sən bunları Fəzlə niyə danışmırsan? Niyə üsyan etmirsən?!
Nəsimi yanğı ilə:
—Üsyanlarımın faydasızlığı aşikar deyilmi, əzizim? —dedi. — Xəlifələr qiyamı Yusifə etibar ediblər, məclis Yusifin sözünə havadardır, Fəzl isə heç vaxt məclisə əks çıxmır. Özünün kəlamı var: «Kamillər məclisinin iradəsini sındırmaq elmimizə ziddir».
Fatma qaranlıqda diqqətlə onun üzünə baxdı:
—Demək mən Qəssabla getməliyəm?!
Onun səsində indi həqiqətən çılğınlıq əlaməti duyulurdu.
— Eşit, əzizim, gör nə deyirəm... — Nəsimi mümkün qədər rəvan danışmağa və Fatma ilə birgə özünə də səbir təlqin etməyə çalışdı. — Mənim əzəli və əbədi həyat çeşməm Fəzldir ki, onsuz mən bir heçəm. Hey fikirləşirəm, tapmaq istəyirəm ki, Fəzl silah barəsində haqq sözümü niyə nahaq bildi? Elmimiz yəni o qədərmi zəminsizləşdi ki, Fəzl silaha pənah aparmaqdan qeyri çarə görmədi? İnanmıram!—Nəsimi əlini qurşağının altında iki qarış uzununda taxta qılınca çırpdı. — Rəmzimiz əbədidir! — dedi.—Hissiyyatım mənə deyir ki, qan-qırğın düşməni Fəzlim bu müqəddəs rəmzini müvəqqəti bilməz. Və əgər indi «silah məqamı» deyənlərin sözünə rəvac verirsə, gümanım belədir ki, gizlin məramı var ustadımın. Nədir o məram? Müəyyən edə bilsəm, dübarə namaza gedərəm və hər şeyi danışaram ustada. Yusifin, Təbriz təxtinin, Qara Yusifin, Sultan Əhmədin barəsində, qiyamımızın istiqbalında gördüyüm fəlakətlər barəsində danışaram və sənin Əxi Qəssab iqamətgahına getməyində heç bir fayda görmədiyimi də deyərəm. Amma hələ bu mümkün deyil, əzizim! Çünki Fəzl mənə dedi: «Sən ötəri qayğılarımızdan yüksəkdəsən və hər şeyin fövqündəsən». Nə üçün belə dedi? «Ötəri qayğılardan yüksəkdə və hər şeyin fövqündə» olan yalnız Fəzl — həq ruhudur ki, o da məndə deyil: əşarı ilə elm yaymaqdan qeyri, cəmi işlərdən təcrid edilmiş dərviş hara, Fəzl-həq ruhu hara?! Bətnimdə belə çırpıntı var, əzizim, müəmmalar, sirlər dünyasındayam, kəşfi-əsrar istəyirəm, istəyimə çatammıram. Çünki cəmi sirlərin izahı ustadımın üzündədir, ustadın üzü isə niqab altındadır. Fatmanın beynində bircə fikir vardı:
— Demək mən Qəssabla getməliyəm?!

Nəsimi etiraf məcburiyyətində qaldı, Fatmanın həqiqətən çılğınlaşdığını — düşüncədən xali olduğunu görüb, qəlbinə axan, içərisini qovuran göz yaşlarını uda-uda:
— Belə məlum olur ki, getməlisən, əzizim! — dedi.
Fatma çəkib əlini onun əlindən çıxartdı. Bir xeyli səssiz-səmirsiz dayandıqdan sonra, gözlənilmədən o da aram-aram danışmağa başladı:
— İki ildə təcrid məni şamtək əritdi. Amma dözdüm... Gözlədim ki, qayıdıb məni müsibətdən qurtararsan. İndi görürəm hamısı əbəs imiş. Səni sıdırıblar, Seyid! Sevgilin və arvadın ikən sən məni oynaş kimi saxladın. İndi isə məni öz əlinlə Yusifə verirsən!
— Fatma!.. — Nəsimini qəhər boğurdu. — Fatma, sözün hüsnünə yaraşmır! Mənim ruhumda yaxşı nə varsa, hamısı ustadımla sənə məhəbbətimdəndir. Ustad məndən ayrılıb. Sən də ayrılsan, cigərim kabab olar. Arvad nədir, oynaş nədir?! Kəbinə nifrinim var! Məşuqə ilə gün keçirənlərə, ehtiras qullarına nifrinim var! Mən günəştək ucayam, torpaq kimi zənginəm, yeltək azadam, «arvad», «oynaş» sözləri ilə Nəsimini xırdalaşdırma, Fatma! Əzəmi məhəbbət quluyam mən, quluna rəhm elə!
— Yaxın gəlmə mənə! — Fatma dala atılıb divara çırpıldı. — İndi bildim ki, Yusifin qəddarlığı deyilmiş bizi rəzil edən, sənin öz acizliyin imiş!

Nəsimiyə «aciz» demək onu öldürmək kimi bir şey idi. Fatmanın ardınca bir addım da ata bilməyib, indicə onun çırpıldığı divara söykənib, bir müddət taqətsiz qaldı. Soraa bir zaman Bakıda, iqamətganda təcrid xəbərini eşidəndə olduğu kimi, başından yapışıb, kimsəsizlikdə divanətək vurnuxmağa başladı...
Sərbəst dərviş indi haraya getməli, kimin qapısını döyməli, üst-üstə yığılan dərdləri kimə açmalı idi?.. Bu
daş divarlar, bardar arxasında, həyətinin bir tərəfində mədrəsə, o biri tərəfində boyaqçı qazanları, əlvan ip kələfləri, hana və dəzgahlar olan bir mülk vardı: Nəsiminin böyük qardaşının mülkü. Orada lailahəilləllah xofu hakim idi, «Mənəm allah» deyən Seyid Əliyə «mürtəd», «kafir» deyirdilər. Onun boyunu görəndə hətta uşaqların da gözləri böyüyürdü, hamı çəkilib gizlənir, qapılar bağlanırdı. Keçən dəfə Şamaxıya gəlib, gizlin görüş mənzilində oturub «uca minbər qabağında namaza» hazırlaşanda Nəsimi, özü də incə şerlər yazan şair qardaşının ayrılıq illərində kövrəldiyini güman etdi, gedib yastı çay daşlarının aralarına boya rəngləri hopmuş həyətdə qardaşının özündən, arvadlarından başlamış, lap körpə uşaqlara qədər, hamısının bircə-bircə adlarını çağırdı, bir-birindən qəmli rübailər oxudu, arvadlarının ağlaşdıqlarını eşitdi, lakin qapılar açılmadı... Bakıda, bir tərəfdən məscidə, o biri tərəfdən mədrəsəyə söykənən boz daş barılar arasında, dərdlilər, xəstələr, şikəstlər, sayillər pənahı, nəzir-niyaz yeri və üləma məskəni olduğu üçün otaqlarından gah şikayətli-sızıltılı, gah da bəlağətli səslər eşidilən bir mülk də vardı: Nəsiminin bütün ömrünü pirlərdə, ibadətganlarda keçirib yalnız yaşa dolduqdan sonra Bakıda oturuşmuş sufi atası Seyid Məhəmmədin mülkü. Şirvana hicrətinin ilk günlərini Fəzl həmin mülkdə keçirmişdi və Seyid Məhəmməd, o vaxt şerlərini Mənsur Həllacın şərəfinə «Hüseyni» təxəllüsü ilə yazan on altı yaşlı oğlunu Fəzlə təqdim etmiş, bir az sonra isə, yaşının ötgünlüyünə baxmayaraq, Fəzlin ən cürətli rəmzi qılınc bahadırlarından biri olmuşdu. İkiillik dərvişlikdən qayıdanda Nəsimi ustadın iqamətgahı ilə birgə ata mülkünün qapısını da bağlı gördü: Fəzlin Dərviş Hacı itamətgahında gizlin canişini Mövlana Tacəddinin məlumatına görə Seyid Məhəmməd arvadını da özü ilə aparıb, bir zaman gəzintili illərinin məskəni olmuş Urmiyaya dərvişliyə getmişdi. Nəsimi Mövlana Tacəddindən ustadın məkanını öyrənməyi xahiş edib, bir neçə gün ata mülkünün kimsəsizliyində qaldı. Fəzlin sifarişini alıb təcili Şamaxıya yola düşməli olanda isə qapını bağlayıb açan Mövlana Tacəddinə verdi. Yəqin bilirdi ki, o mülkə bir daha qayıtmayacaqdı. İndi o, yurdsuz-yuvasızdı. Amma atasının, qardaşımın bağlı qapıları əvəzində, şəhərlərlə, kəndlərlə zəngin dünyada onun üzünə açıq olan saysız-hesabsız qapı vardı. Belə qapılardan burada Şamaxıda da az deyildi, haraya getsəydi, onu sevinc və vəcdlə qarşılayardılar, var-dövlətlərini süfrəyə töküb, dərhal məclis çağırıb onu dinləməyə toplaşardılar. Lakin indi, bu halətdə o, hansı müridin qapısını aça bilərdi? Fəzl qiyamında labüd fəlakət gördüyünü və bu fəlakətin heç də tək Yusifin yarımçıqlığından yox, həm də bütün xəlifələrin, məclisin və bəlkə hətta ustadın özünün xətasından törədiyini gizlətməyə qadirdimi? Hər şeyi açıb, bətnində yaratək qan sızan bu sirri faş etsəydi, Fəzl qiyamından, rəmzi qılıncları atıb polad qılıncla azadlıq döyüşünə getməkdən qeyri bir diləkləri olmayan müridlər ondan üz döndərməzdilərmi?.. Nəsimi çox vurnuxdu və nəhayət, gizlin görüş mənzilindən münasib bir yer tapmayıb, oraya getdi.

Dünya daralıb qəfəsə çevrilmişdi. Minlərlə məsləkdaş, dost-aşna içində Nəsiminin öz acı həqiqətlər yükü ilə dolu könlündən qeyri bir həmdəm qalmamışdı. Hətta Yaripünhan —Dilbər də uzaqlaşıb, bu dar dünyada onu tək-tənha qoymuşdu. Odur ki, mənzilin qaranlığında ona baxan müridləri və böyründəki kürsüdə oturan Yusifi belə görmədi, udu sinəsinin çökəyinə basanda, göz yaşı əvəzində qəzəl axmağa başladı:

Sən sənə gər yar isən, gəl, ey könül, yar istəmə,
Yari-dilbər ol mənə, sən yari-dildar istəmə!

Bivəfadır çün bu aləm, kimdən istərsən vəfa?
Bivəfa aləmdə sən yari-vəfadar istəmə...

Gövhərşah, Nəsiminin səsini ilk dəfə yeddi-səkkiz il bundan əvvəl, şahın hüzurunda, ziyafətgahda, sonra bir neçə dəfə də Bakıda, Fəzlin iqamətgahında, Dost Əmin Məhrəmin şərəfinə şer və musiqi məclisində eşitmişdi. Onun bu qədər bədbin qəzəlini və bunca dərd-ələmli oxuduğunu isə heç vaxt, heç yerdə eşitməmişdi. Nəsiminin səsi ilə hətta «Yar»dan, «Dilbər»dən də imtina edib öz könlündən qeyri vəfadar tapmayan ümidsiz bir sufi şair oxuyurdu:

Dünyanm sevgisi ağır yük imiş, məndən eşit,
Nəfsinə yük etmə onu, ey səbükbar,* istəmə!

Şərbəti ağuludur fani cahanın, sən onun — Şərbətindən nuş-daru umma, zinhar, istəmə!..

*Yüngül yüklü, yəni nəfsin tələblərindən xilas olmağı bacaran, tərki-dünya adam.



Udun bəm səsi şairin ələmini daha da gücləndirib Gövhərşahın tüklərini ürpədirdi.
Çiyni üzərindən ona baxa-baxa gözləyən keşikçi mürid birdən, qasidlərin darvaza qabağındakı qəzəbli hərəkətlərini yada salan bir tövrlə dönüb içəri keçdı. Musiqiyə çaxmaq daş şaqqıltıları qarışdı, müridin əllərində qırmızılı, sanlı qığılcımlar oynadı, qov piltəsi alışıb közərdi və nəhayət, şam yandı.
Mürid şamı başı üzərinə qaldrıb yenə ona baxanda Gövhərşah istər-istəməz kandara doğru getdi, Nəsimini, Yusifi və onların dövrəsində oturmuş qasid müridləri gördü, sonra dəhşətli bir beyt eşitdi:

Bir əmin məhrəm bulunmaz, ey Nəsimi, çün bu gün, Xəlqə faş etmə bu sirri, kəşfi-əsrar istəmə!

Nəsimi beyti onun üzünə baxa-baxa oxudu. Gövhərşah bu gözlərdəki kədərin ağırlığına dözməyib üzünü döndərdi... Yusif əlinin iri, qabarlı pəncəsini onun qarşısında açıb, rəhmsiz sərtliklə açarı təhvil verməyi tələb edəndə də, müridlər, lap axırda, nəhayət, Nəsimi mənzildən çıxıb pillələrə doğru gedəndə də Gövhərşah bəraət naminə heç bir söz tapa bilmədi. Bətn saflığı ehtiyacından törəmiş etirafının əslində nə demək olduğunu ancaq indi anlayırdı. O, Fəzlin, xəlifələrin və bütün müridlərin Gülüstan sarayında yeganə istinadgahı və ümidi idi. Vaxtilə, hamısının üzündə eyni müsibətin damğası olan bədbəxt didərginlər yalnız onun sayəsində nicat tapmış, fəzl-həqqə və ədalət səltənətinə etiqad qazanmışdılar. Fəzl özü də yalnız onun sədaqəti sayəsində iqamətgahın vaxtında tərk edib təhlükədən qurtulmuşdu. Nəhayət, Fəzl elçiləri də yalnız onun dəyanəti ilə dəmir qəfəslərdən azad olub, Fəzlin batinlikdən çıxdığını elan etmişdilər. Şirvanın hər yerindən çağırışa gəlib tonqal işığına yığışan müridlər ustadı görüb təzə moizələrə qulaq asmış, yeni inam və etiqadla dağılışıb, öz müqəddəs işlərini davam etdirməyə getmişdilər. Bütün bunlardan sonra, Fəzlin qətlinə fitva verdiyi, Teymurun Şirvan üstünə yeridiyi bir vaxtda, onun—Dost Əmin Məhrəmin etirafi xəyanət kimi səslənmişdi. Belə çıxırdı ki, Fəzlin ötən bir ildə Şirvan ərazisində sərgərdanlığı da, uca minbər qabağında, Adıyüksəyin hüzurunda namaz da, ədalət səltənətində Şirvanın mövqeyinə ümidlər də, hamısı hədərmiş, Gövhərşah indi də
çəkmələrinin izi düşmüş dar pillələrlə ağır-ağır qalxıb dalana çıxdı.
Dəmir qapıdan bəyaz keçə nişangah qoparılmış, keşikçi müridlər dalanı tərk edib getmişdilər.






İXTİLAF

13

Naməlum məkanda məclis necə məsləhət görmüş və həq iradəsi necə buyurmuşdusa, elə də oldu.
Fəzl öz müşayiətçiləri ilə dübarə atlanıb Şirvanı tərk etdi, müridlər libaslarını dəyişdirib, saqqal buraxıb camaata qarışdılar. Nicat yurdunda tədris işləri dayandırıldı, şer, musiqi məclisləri, karxanalarda, dükanlarda, bazar meydanlarında, əkin-tikinlərdə bir yerə yığışmaq qadağan edildi. Bütün bunlar, xüsusilə ustadın yoxluğu müridləri kədərləndirir, sıxır və darıxdırırdı. İstibdad mühitində elmin batinliyindən əlavə, həm də şəxsi batinlik Fəzlin özü, xəlifələri və alim, şair dərvişləri üçün çoxdan vərdiş etdikləri adi bir şey olsa da, müridlər ruhi ucalığı və ləyaqəti bir-birilə ünsiyyətdə, tədris qayğılarında və məclislərdə daha çox duyduqlarına görə batinlik onlar üçün bəlkə məhbusluqdan da ağır idi.
Bu günlərin yeganə təsəllisi ustadın, nəhayət, salamatlığa çıxması idi: gərgin, üzüntülü mühafizə qayğılarının qurtarması Fəzlin taleyi sarıdan ümumi bir rahatlıq əmələ gətirmişdi. Lakin tezliklə bu yeganə təsəlli də qurtardı.
Əvvəlcə xəbər yayıldı ki, Əbədiyyət atlısını* Kürdən keçirib təhlükəsizliyə ötürmək üçün gedən dəstənin içində fövqəladə hadisə baş verib: gecə qaranlığında sahildə gəmi gözləyən xəlifələrin arasında mübahisə düşüb, Mövlana Mahmud oradakı yeddi xəlifənin yeddisini də nə isə çox ciddi bir məsələdə təqsirləndirib, onların nə barədə isə yazıb imzaladıqları hökmü cırıb atıb, sonra öz müşayiətçiləri ilə Kürə yaxın kənd məscidində, öz gizlin canişininin hücrəsində dincələn Fəzlin hüzuruna getmək, onu mübahisənin yekunundan hali etmək istədiyini bildirdikdə,

*«Əbədiyyət atlısı»- Fəzlullah Nəiminin gizlin adlarmdan.

xəlifələr gəminin gəlməyini gözləmədən, dəstədən ayrılıb gediblər.

Qasidlər danışırdılar ki, o gecə Mövlana Mahmudun sahildə tək-tənha, sarsıntılı oturduğunu öz gözləri ilə görüb Fəzlə demişdilər, amma qayıdanda onu — Mahmudu heç yerdə tapmamışdılar.

Mübahisə nə üstündə olmuşdu? Hökm nə barədə, necə hökm imiş ki, Mövlana Mahmudu o cür qəzəbləndirib, Fəzlin imzasına bərabər olan yeddi imzanı cırıb atmağa məcbur edib? Xəlifələr «Əbədiyyət atlısını» ötürmədən, dəstədən niyə ayırmışdılar? «Fəzli mübahisənin yekunundan hali etmək» istədiyi halda, Mahmud niyə sahildə qalmış və sonra hara getmiş, necə olmuşdu ki, qasidlər onu heç yerdə tapa bilməmişdilər?
Cavabsız suallar bədbəxtlik xofu saçdı.

Hələ Divin Bağdaddan qayıtdığı vaxtlar Rumdan Şirvana elçilər gəlib, Anqara vəlisi* Hacı Bayramın vəkaləti ilə Fəzlin hüzurunda olmuş, Rum qılıncına itaət göstərən hökmdarların, o cümlədən Sultan Əhməd Cəlairinin və Bağdadda Sultan Fərəcin məğlubiyyətlərindən sonra İldırım Bayəzidin Divlə müharibə niyyəti ilə yeni ordu topladığını deyib, Fəzlə öz müttəfiqlərinin qüvvələrini Rum ordusu ilə birəşdirməyi təklif etmişdilər. Fəzl sirrini, yəni elminə istinad edən hökmdar müttəfiqlərinin mövcudluğunu Hacı Bayram Vəlinin kimdən və necə öyrəndiyini soruşmuş, elçilər bu barədə heç nə bilmədiklərini dedikdə isə, Fəzl talançı Bayəzidlə Divin arasında heç bir fərq görmədiyini bildirib, rədd cavabı vermişdi. Bu il yazbaşı müridlər o elçilərin yenidən Şirvana gəlib, bu dəfə xəlifələrlə görüşdüklərini və Fəzlin bu görüşdən narazı qaldığını eşitmişdilər. Odur ki, qasidlər, dəstədən ayrılan xəlifələrin müşayiətçiləri arasında yenə də haman elçiləri gördüklərini xəbər verdikdə bədbəxtlik xofu daha da artdı, müridlər, Kür qırağından Şamaxı səmtinə qayıtdığı ehtimal olunan Mahmudu təcili tapıb ondan hər şeyi öyrənməyi tələb etdilər. Məkanlar arasında çarvadar geyimində at çapan qasidlər, bir neçə gün axtarıb, nəhayət, Mahmudun səssiz-soraqsız yoxa çıxdığını xəbər verdikdə isə, çox çəkmədi ki, bütün Şirvana çaxnaşma düşdü, müridlər dəstə-dəstə məsləhətə, məşvərətə

*Vəli— başçı, rəhbər, imam dərəcəsində ruhani rütbəsi.

toplaşmağa, güman gələn yerlərdə özləri də Mövlana Mahmudu axtarmağa başladılar.

Amma bunun səbəbi yalnız hər şeyi öyrənmək ehtiyacı deyildi. Şirvan müridlərinin hamısına məlumdu ki, Fəzlin ilk şagirdlərinin əksəriyyəti kimi, Mövlana Mahmudun da əsli Miranşahın dağıdıb xərabə qoyduğu əsnaf şəhəri Astarbaddan, ustadın ata yurdundandı. Cavanlığında orda Fəzllə birgə keçəçilik və papaqçılıq elərmiş, eyni zamanda, Fəzlin bütün papaqçılarıtək o da mükəmməl mədrəsə təhsili alıb, dünya elmləri ilə birgə xəttatlıq öyrənib, o vaxtlar Şeyx Xorasan adı ilə tanınan bir təriqət başçısının yanında mirzəlik edər, cümlə aləm, insan, din və hakimiyyət haqqında moizələr oxuyan şeyxin kəlamlarını yazıb zəvvarlarla ziyarətgahlara göndərərmiş ki, o ziyarətgahlara yığışan möminlər yer üzündə Şeyx Xorasan adında daha bir kəlamdarın mövcud olduğunu bilsinlər və bu kəlamdarın dediyi həqiqətləri öyrənib, vaxtı yetişəndə onunla görüşməyə hazırlaşsınlar.
Fəzl Astarbadla vidalaşıb, elmini geniş miqyasda yaymaq üçün ziyarətgahlara səyahət edib, «doqquz şəhərdə doqquz həq ocağı» yandırdıqdan sonra Təbrizdə, Əxi Qəssab iqamətgahında məskən salanda nəhayət aydın olmuşdu ki, Şeyx Xorasan da Yari-pünhanın gizli adlarından biri imiş və Mövlana Mahmud da ona xidmət edirmiş.
Sultan Əhmədin öz təbəələrini yağmalayıb İsfahana qaçdığı və Təbriz dövlətlliərinin Əmir Teymuru Təbrizə çağırdığı vaxtlar, Fəzl Şirvana hicrət etməli olanda, onun İrandakı təsərrüfatını idarə edən arvadı və qayınları ilə birgə Mövlana Mahmud da Təbrizdə qalıbmış. Teymur Təbrizi alıb qala divarlarını bir adam boyu ucaltdıqdan sonra ələ keçən əsnafı at döşündə Səmərqəndə göndərəndə bu dəstəyə düşən Fəzl müridləri sırasında Mövlana Mahmud da Səmərqəndə aparılmış, amma təsadüf elə gətirmişdi ki, o ili də əfv edilmişdi. Fəzlin Şirvan müridləri bu məşhur adamın məşəqqətli ömrünün bütün təfərrüatı ilə maraqlanıb öyrənmişdilər ki, Mövlana Mahmud əvvəlcə Teymurun nəvələri üçün nadir ustalıqla tikdiyi xəz papaqlarla, sonra da hökmdarın hüzurunda İslam təriqətləri haqqında söhbətləri ilə rəğbət qazanıb, kürəyi damğalı qul ikən şəriət bilicisi alim xalatı almış, təriqətlərin

müsəlmanlar arasında nifaq toxumu səpdiyini, İslamı qüdrətdən saldığını camaata anladıb, dini sağlamlaşdırmaq üçün teymurilərə kömək etməyə söz vermiş və bir müddət sözünə əməl edib Səmərqənddə mülk sahibi olduqdan sonra, nəhayət, Teymurun ilk dərviş dəstələrindən birinin başında Azərbaycana qaytarılmışdı. Başı mütrüb papaqlı, əli batqanlı Mahmud, «Dilbərin» məskəninə yetişdikdə, Fəzl öz köhnə məsləkdaşını böyük sevinclə qarşılamış, dərhal qasidlər göndərib, Mahmudun Səmərqənddə «qayət məxfi həq ocağı» yandırıb sağ-salamat qayıtdığını xəlifələrinə xəbər vermiş və o vaxtdan da onu Şirvan xəhfəsi təyin etmişdi. Lakin o vaxtlar da Mahmudun işləri tez-tez Yusifə tapşırılırdı, Mahmud özü isə, ilin əksər günlərini öz məkanlarında tədrisə başçılıq edən xəlifələrdən fərqli olaraq, tez-tez dərvişliyə gedib uzun müddət yoxa çıxırdı və qayıdanda, yenə də xəlifələrdən fərqli olaraq, dərvişliyinin bəhrələri haqqında məclisdə danışmaq əvəzinə təkcə Fəzlin hüzurunda namaz qılırdı. Bütün bunlar, əlbəttə, müridləri düşündürmüş və «Div hüzurunda pünhan müridin» adı nə qədər gizlin saxlansa da, onun məhz Mövlana Mahmud olduğunu hamı duymuşdu.
Son bir ildə, Teymurun Bağdaddan İrana qayıtdığı, Ərməndə — Üçkilsədə oturduğu və Naxçıvana — Əlincə ətrafına endiyi vaxtlar Divin İbrahimə və Nicat yurduna münasibətini öyrənmək zərurəti meydana çıxanda Şirvanda işlərin yenə də Yusifə tapşırılıb, Mahmudun təcili dərvişliyə göndərilməsi müridlərin təxminini təsdiq etdi və hətta öz varislərinə də şəkk-şübhə ilə baxan Divin nəzərində bunca etibar qazanmağı bacaran «pünhan müridin» nüfuzunu daha da artırdı.
Müridlər onu «Div qapısını açan» və «karvanımızın* sarbanı» adlandırır və məhz «pünhan müridin» dərvişliyi sayəsində nadir bəhrələr gözləyirdilər. Odur ki, Mövlana Mahmudun yoxa çıxması bütün Şirvanı çaxnaşdırdı.
Lakin bunun ardınca daha müəmmalı bir xəbər gəldi.
«Əbədiyyət atlısı» Kürdən keçib təhlükəsizliyə çıxdıqdan sonra birdən-birə geri dönüb Şirvana qayıtmağa başlamışdı.
Ustada nə üz verdiyini, yenidən təhlükə içinə qayıtmağa onu nə vadar etdiyini heç kəs dürüst bilmirdi. Məlum

*Hürufilər öz işlərini «dini sağlamlaşdırmaq» şüarı üə pərdələyirdilər.

olan hələlik ancaq bu idi ki, öz müşayiətçiləri ilə Qarabağda Kürdələm suyu* üstünə çatdıqda Fəzl birdən o tayda peyda olan atlıları göstərib, köhnə məsləkdaşlarından Hüseyn Keya adlı müridinə: «O atlılar məni tələb etməyə gəliblər»,—demişdi. Sonra çayı keçməyi, atlılara yaxınlaşmağı qadağan edib, tək özü o adamlarla nə isə danışmış, müşayiətçilərinin yanına dönəndə isə, ustad üzündə bu vaxta qədər heç kəsin görmədiyi narahatlıqla: «Qiyamımız qurban tələb edir, əzizlərim! Şirvana qayıtmalı olduq», — demişdi.
Kimlərdi o atlılar? Bir il sərasər axtarıldığına baxmayaraq nişangahı da ələ keçməyən və indi də səmt-sorağı xəlifələrlə qasidlərdən başqa bir kimsəyə məlum olmayan Fəzli necə tapmışdılar? Əgər Şirvan hərbiyunları — İbrahimin adamları imişlərsə o atlılar, Fəzlin yolunu nə vasitəyləsə kimdənsə öyrənməyə nail olub dəstəni yaxalamışdılarsa, bəs nə üçün dübarə tutmamışdılar? Bəlkə Fəzl məramını həq məramı bilən əsnafdan ehtiyatlandıqlarına görə tutmayıb, Fəzlin özünün Şirvana qayıtmağını tələb etməklə kifayətlənmişdilər? Və ya bəlkə Gövhərşah—«ruhunda ikilik olan» Əmin Məhrəm təxt-tacın xilası üçün Əmir Teymurun fitvasının icrasından qeyri çarə tapmayıb dəstənin izinə düşmüş, amma dəstə ilə rastlaşanda Fəzli məhbus kimi gətirmək istəməyib, indi uzaqdan onun qayıtmağına nəzarət edirdi?
Bu ehtimalların hər ikisinin baş verməsi mümkün idi. Amma sual doğurdu ki, əgər o atlılar Şirvan hərbiyunları imişlərsə, bəs yol qıraqlarında—dağlarda, təpələrdə oturub «Əbədiyyət atlısının» yolunda hər bir qaraltıya da diqqət yetirən qasid müridlər Fəzli niyə xəbərdar etməmişdilər? Demək o atlılar qasidlərdə heç bir narahatlıq əmələ gətirməyən dost-aşna imişlər? Elə isə, bəs onları görəndə Fəzl niyə demişdi: «Məni tələb etməyə gəliblər?». Və nə üçün müşayiətçilərinə çayı keçməyi, atlılara yaxınlaşmağı qadağan etmişdi? Belə çıxmırdımı ki, ustada hər şey əyan imiş — kimlərinsə onu tələb etməyə gedəcəklərini əvvəlcədən bilir və bunu Hüseyn Keyadan başqa müşayiətçilərinin hamısından gizlədirmiş?
Cavabsız suallar müridlərin fikrini ilk xəbərin — «dəstə içərisində fövqəladə hadisənin» üzərinə qaytardı. Kür qırağında dəstədən ayrılıb gedən xəlifələrlə Kürdələm üstündə peyda olan atlılar arasında əlaqə görünüb

*Tərtər çayı.

qorxunc şübhələr yaratdı və müridlər, nədənsə özünü «Batin dərviş» adlandırıb hər bir kəlməsinin gizlin saxlanmasını tələb edən nüfuzlu bir adamın təklifi ilə fədakarlıq çağırışı elan etdilər. Gizlin məkanda məşvərətdə, ta ustadın salamatlığı təmin olunana qədər yalnız onun
— «Batin dərvişin» iradəsi ilə hərəkət etməyə söz verib dağılışdılar, xirqə geyinib, karxanalarda, dükan və bazarlarda, əkinlərdə, yaylaq və qışlaqlarda işləri arvad-uşaqlarının ümidinə qoyub, «Əbədiyyət atlısının» gözlənildiyi səmtə — Məlhəm piri ətrafında çarpazlaşan yolların qıraqlarında kəndlərə axışdılar, o kəndlərdəki məscidlərdə və yerli camaatdan elm tədris edənlərin həyətlərində müvəqqəti məskən salıb, çağırış məkanında işıq gözləməyə başladılar.

Deyilənə görə Yusifin nəzarətindən qaçıb Bakıda qardaş-bacılarının yanında guşənişinliyə qapılmış varisdən və harda isə sərbəst dərvişlikdə olan Seyid Əlidən başqa, bu fədakarlıq çağırışına bütün Şirvanda tək bir nəfər, Hacı Firidunun iqamətgahında Fəzlin gizlin canişini Mövlana Tacəddin etiraz edirdi. Məlhəm piri ətrafındakı kəndlərdə hər gün onun yeni-yeni qasidləri at çapır, «Bu çağırış həq iradəsinə ziddir. Xirqələri soyunun və təcili dağılışın!» — deyirdilər.

Mövlana Tacəddin Hicrətin* birinci ilindən həmişə Bakıda oturub, müridlərlə yalnız çağırışdan-çağırışa görüşsə də, Bakı tərk ediləndən sonra isə köhnə iqamətgah yaxınlığındakı mənzildə Fəzlin uşaqlarını himayə edib, uşaqların salamatlığı xatirinə Fəzlin özü ilə xəlifələrdən qeyri bir kəslə əlaqə saxlamasa da, müridlər arasında məşhur idi. Çünki Tacəddin adını ona Fəzl vermişdi.

Ustad, alim və şair müridlərinin vəziyyətlə, şəraitlə əlaqədar dəyişən gizlin adlarını iş və əməlləri ilə bağlayırdısa, daimi adları hökmən mövqe və rütbəyə uyğun verirdi: Mövlana Tacəddin hələlik ancaq canişin və himayədar olsa da, hamıya məlum idi ki, vaxtı yetişəndə, Ədalət səltənətində o, həq iradəsinin tərcümanı olacaqdı. Canişininin işləri haqqında danışanda ustadın onu bütün xəlifələrdən fərqləndirib, «Möhtərəmimiz», «Mötəbərimiz» adlandırması da bunu göstərirdi. Belə bir mötəbərin çağırışı ləğv etmək cəhdi, əlbəttə, boş-boşuna deyildi: hələ ustadın Şirvandan getdiyi vaxtdan Şamaxıda böyük silahlı dəstə toplanıbmış, indi o dəstə bütün Şirvanda Fəzl müridlərinə divan tutmağa hazır idi, buna görə də, Mövlana Tacəddin təklif edirdi ki, müridlər xirqələri soyunub təcili dağılışsınlar.

Lakin «Batin dərviş»in cavabı bu təklifi rədd edirdi: «Mövlana Tacəddinə çatdırın ki, Fəzlin təhlükə içinə qayıtdığı bir vaxtda özümüzü yox, biz Fəzlin səlamətliyini düşünürük. Üstümüzə dəstə gəlsə, ətəyimizə daş yığarıq,* yarımız fəda olluq, o biri yarımız düşmənin öz silahı ilə özünü məhv edər!»
«Batin dərviş» üzünü göstərməsə də, onun adından çatdırılan bu sözləri samit xəlifənin — Yusifin dediyi dərhal görünürdü və Mövlana Tacəddinin qasidləri xəlifə sözü müqabilində susmağa məcbur olurdular.

Bundan başqa, Fəzlin özünün kəlamı vardı: «Həq nəzərindən kənarda mübahisə baş versə, cəmi müridlərin iradəsi həq iradəsi sayılmalıdır». Odur kı, qasidlərinin ardınca Mövlana Tacəddin özü Məlhəm piri ətrafına gələndə müridlər hətta o mötəbərin özünə də kəskin cavab verib dağılışmadılar. Və bir-birindən gərgin keçən yuxusuz gecələrdən birində, nəhayət, uca dağ belində tonqal alovlandıqda, bütün kəndlərdən o işığa doğru bəyaz dəstələr dikləndi.
«Əbədiyyət atlısı» harada idi? Bunu qasidlərlə «Batin dərviş»dən başqa hələ heç kəs bilmirdi. Amma hamıya əyan idi ki, tonqal belə buludsuz, küləksiz, munis bir gecədə yandırılmışdısa, demək ustad məhz bu gecə məkana gəlməli idi.
Ən uca zirvədə, ulduzların altında sakit alov zülmət içində doğan qırmızı günəşə bənzəyirdi. Dolayı cığırlarda qatar-qatar olub o günəşə doğru dırmanan müridlər, istilənib qurşaqlarını açdıqca, biçiminə, bəyazlığına və yüngüllüyünə görə «kəpənək» adlandırdıqları xirqələrin ətəkləri qanad kimi yellənib həqiqətən kəpənəyə bənzəyirdi. Müridlər özləri isə işığa uçan pərvanələrə bənzəyirdilər.
Nə qədərdi onlar? Yüz minmi, iki yüz minmi? Elmə görə, nə qədər ki, yer üzündə dil, din, əqidə ayrılığı vardı, vəhdətin

X əsrdə «Qərmət» sufi təriqətinin müridləri— ərəb rəncbərləri və peşəkarları xilafət ordusuna qarşı daşla döyüşmüş və ilk döyüşdə məğlub olsalar da, Məkkə yaxrnlığrnda hakimiyyəti ahb, sonralar «Qərmət dövləti» adı ilə tanınan məşhur icma dövləti yaratmışdılar.


karvanında adamın sayı bilinməməli idi, buna görə də Fəzlin verdiyi xirqələr qeydə alnmırdı və indi yamaclarla işığa tələsən dəstələrdə nə qədər mürid olduğu da məlum deyildi.

Dəstələr qovuşub, dağ belinin yastanasında sal daşlardan qurulmuş uca minbər önündə izdihama çevriləndə tonqal söndürüldü: həq məkam gizlin qalmalı idi.

Sonra həmin yastanadan xeyli aşağı dağ döşündə, Məlhəm piri səmtində bir məşəl alovlandı və sübhün ala-toranında, sükut içində hərəkətsiz dayanmış izdihamın gözü o tək işığa dikilib qaldı.
Tədrisə vaxtilə Astarbadda başlayıb orada da xirqə alan müridlər bu tək işığı — Şeyx Xorasanın rəmzi məşəlini ilk dəfə on il əvvəl, Əlincə çayı qırağında, Xanəgah kəndində onların görüşünə gələn ustadın öz əlində görmüşdülər. Bir də hicrətdən sonra, Bakı civarında, təzəcə xirqə geyinib hüsnünün kamilliyi ilə məclisləri rövnəqləndirən və çağırışlarda hərdən atasının rəsmi xəbərlərini car çəkən on dörd yaşlı varisin əlində görmüşdülər. O gecəki çağırışda varis, bədbəxt didərginlərə ilk şad xəbər deyib, Fəzli rəğbətlə qarşılayan Bakı hakimi Hacı Firiduna «Dərviş Hacı» adı verildiyini, Gülüstan sarayında Adıyüksəyin ən istəkli bir alimənsəbinə isə «Dost Əmin Məhrəm» adı verildiyini elan etdi. Bunun üstündən bir il keçməmiş, yenə da ustad özü məşəlini vəcdlə başı üzərinə qaldırıb, Əlincə qalasının rəisi Sərdar Altunla Şəki hakimi Seydi Orlatın tədrisi tamamlayıb xirqə aldıqlarını və hər ikisinin həqqə vəfadarlığın ümdə şərtinə əməl etməyə — cəmi Əlincə əhlini vəhdətə qovuşdurmaq üçün iş görməyə başladıqlarını elan etdi. Bundan sonra şad xəbərlərin sayı artdı: müridlər gah Fəzlin özünün, gah varisin, gah da Fəzl müşayiətçilərindən birinin dilindən Ərdəbildə, Urmiyada, Gilanda, Mazandaranda, Bodlisdə, Sərxəsdə, Kirmanda, Hörmüzdə, Şirazda onlarla sərdar, salar, sipəhsaların tədrisə başladıqlarını, nəhayət, təhdi-himayəsində beş yüz min türkmən olan Qaraqoyunlu Yusifin və hətta, bətni murdar Sultan Əhmədlə onun İrandan qaçıb Qara Yusifə pənah aparan keçmiş hakim qardaşlarının da Fəzl hikmətindən sarsılıb öz işlərində hürufi elminə istinad etməyə razılıq verdiklərini eşitdilər.
Fəzlin rəmzi qılınc bahadırları basqın və talanlardan zərərdidə olan hökmdarların, hakimlərin, sərdar, salar və sipəhsalarların hüzurunda namaz qılmaqla kifayətlənməyib, lailahəilləllahın hökm sürdüyü diyarlara, Ruma, İraqa, Suriyaya, Misrə qədər getmişdilər, dünyanı fəth etmək niyyətində olan Divin hələ ayağının dəymədiyi şəhərlərdə də qapılara bəyaz nişangahlar mismarlanmışdı və əsla şübhə yoxdu ki, o nişangahlı qapılar arxasındakı mənzillərə qədəm basan müsəlmanlar da yeni etiqad odu ilə alışacaqdılar və tezliklə o şəhərlərdən də şad xəbərlər eşidiləcəkdi. Ustadın işığı bu cür xəbərlər üçün, qiyamın istiqbalına inam və etiqad üçün idi. Odur ki, hətta indi, Kürdələm qırağından geri dönən dəstənin yenidən təhlükə içinə qayıtmağında heç bir şadlıq görmədikləri bir vaxtda da müridlər işığa ümidlə baxır və onun bəd xəbərlə gəldiyinə inanmaq istəmirdilər.

Məşəl iki dağ arasındakı dərədə, vaxtilə Məlhəm şeyxinin məskəni olmuş çay qırağının qalın meşəliyində bir müddət yoxa çıxıb, yastanaya qalxan yamacda yenidən şölələndikdə onlar əvvəlcə işığın dövrəsində yoxuşa dırmanan dəstənin topa qaraltısını, sonra dəstədən ayrılıb yuxarıya tələsən bir atlı gördülər və çox keçmədi ki, o atlını, Fəzlin daimi müşayiətçilərindən Dərviş Həsəni tanıdılar: məşəl onun əlində idi.
Arxada, dərənin zülmətində qalıb indi görünməyən dəstədən Dərviş Həsəni çağırdılar. Yastanadakılar, çağıranların bir-birinə qarışan səslərini aydın eşidib, onlardakı həyəcan və narahatlığı da duydular. Dərviş Həsən isə heç nə eşitmir və sarp yoxuşda ata rəhm etmədən çapırdı.

O, çiçəklərdən, otlardan möcüzə yaradan əttar, təbib və aşpaz idi. Vaxtilə, xirqə almaq mərasimində həqqə vəfadarlığının ümdə şərti soruşulanda demişdi ki, əyninə xirqə geyindiyi gündən ömrünün axırına qədər Fəzlin cismini mərəzlərdən mühafizə edəcəkdir. O vaxtdan, harada və nə şəraitdə olur-olsun, Dərviş Həsən vəfadarlığının şərtinə şərəflə əməl edir, xüsusilə son bir ildə gecə-gündüz at belində olan ustadı, ana balasını qoruyan kimi, istidən, soyuqdan da qoruyurdu və ustadın atından beş addım aralarında belə narahat olurdu.
Müridlər deyirdilər: «Fəzlin əhvalını bilmək üçün Dərviş Həsənin üzünə baxmaq kifayətdir. Onun üzü ustadın səhhətinin aynasıdır». Bu sözlərdə cüzi də olsa mübaliğə

Əttar— dərman hazırlayan.

Görürsən ki, mürid içindəyəm!— dedi. Lakin təbib ancaq öz fəryadını eşidirdi:
— Ümidgahımız əldən gedir, ey müridlər, hümmət edin, cümlənizin həq iradəsi ilə ləğv edin o bədnam hökmü! Ustadı təslim niyyətindən daşındırın! Əgər qiyamımız qurban
yoxdu. Ailəsinin, qohum-əqrəbasının bir qismi at döşündə Səmərqəndə aparıldıqdan, o biri qismi Miranşahın tamqaçılarının qılıncı ilə məhv olduqdan sonra, həyatını Fəzlin sağlamlığını qorumağa həsr edib, örnrünün mənasını da yalnız bunda görən cəfakeş təbibin hər bir hərəkəti, ancaq ustadın səhhəti ilə əlaqəli idi. Buna görə də indi onun dəstədən ayrılıb, arxadan çağıranları eşitmədən təlaşla gəlməyi hamını ehtiyatlandırdı.

Çox vaxt hətta öz aralarında da rəmzlə danışmağa vərdiş etmiş müridlər, məşəlin təbib əlində olmağına da rəmzi məna verib, ustadın xəstələndiyini güman etdilər.
Lakin Dərviş Həsən daha ağır xəbər gətirmişdi.

Yoxuşun başında yəhərdən atılıb, məşəlin titrək alovu altında gah kölgələnən, gah da hövllə parıldayan gözlərlə izdihama baxıb, tanış üzləri gördükdə, birdən uşaq kimi hönkürdü, sonra cəfakeşlikdən qurumuş xırdaca cismini dikəltməyə çalışıb, səsi haçalana-haçalana dəhşətli sözlər qışqırdı:
—Kül başınıza, ey müridlər! Ustad təslim olur, ey müridlər! — dedi.
İzdihamı sanki ildırım vurub qurutdu: minlərlə adam içində bir nəfər də tərpənmədi.

Dərviş Həsənin batıq gözlərindən quru yanaqlarına və çoxdan ütülməmiş saqqalının pırpız tükləri arasına iri-iri damlalar axırdı və o, məşəli başının üzərində o yan-bu yana yelləyə-yelləyə, yas yerində ağı deyən bir adam sızıltısı ilə:
— Təslim olur! Təslim olur, ey müridlər!— deyirdi. — Nahəq təhriki ilə, düşmən təzyiqi ilə yox, görün nə bədbəxtik ki, öz xəlifələrimizin hökmü ilə təslim olur! Xəlifələr dönük çıxıblar, ey müridlər! Mövlana Mahmudla Seyid Əlidən qeyri, yeddisi də xəyanət edib! Dəstədən ayrılıb gediblər, uzaqdan hökm göndəriblər ki, ustad Şamaxıya qayıdıb təslim olsun!

İzdihamın ön sırasında kəskin hərəkət əmələ gəldi. Yusif xirqənin açıq yaxası arxasında qalxıb-enən təlatümlü sinəsini irəli verib qeyzlə:
—Mən dönük deyiləm, Dərviş Həsən! Onlarla getməmişəm!
Tələb edirsə, o qurban nə üçün Fəzl olmalıdır?! Hamımız həq yolunda can fəda etməyə hazır ikən nə üçün Fəzlimiz fəda getsin?! Fəzlsiz biz kimik və nəyik, ey müridlər?!
Yusifin etirazının ardınca ani uğultudan sonra izdiham yenidən susmuşdu.

Sübh ayazında ancaq nəfəslər buğlanırdı.
Dərviş Həsən buğlanıb-burulan nəfəslərə göz gəzdirə-gəzdirə, öz müdhiş xəbərini başqa sözlərlə təkrar etdi və birdən duruxub, izdihama təəccüblə baxdı.
—Eşitmədinizmi nə dedim, ey müridlər?! Ustad o dönüklərin hökmünə tabe olub, burdan birbaş Şamaxıya gedəcək! Cahada çağırıram mən sizi! Nə üçün hay vermirsiniz, ey müridlər, daşa dönübsünüz, nədir?!
Yalnız bundan sonra izdihamda tərpəniş əmələ gəldi:
—Necə daşa dönməyək, Dərviş Həsən?.. — Xirqə əvəzində göy əbası və uzun saqqalı ilə müridlərdən kəskin seçilən, ağıryerişli, siqlətli bir adam irəli çıxdı. Çağırışı «həq iradəsinə zidd» adlandırsa da, bu adam — Mövlana Tacəddin məkana hamıdan əvvəl gəlmiş və heç nə baş verməmiş kimi, tonqalın işığında minbər quranlara kömək edib, indi Dərviş Həsənin müsibət xofu saçan gözləri önündə də toxtaqlı dayanmışdı.
—Ustadın məşəli sənin əlindədir, sözünə şəkk gətirməyə haqqımız yoxdur, — dedi. — Dəstə içərisində mübahisə və ustadın qayıtmağı hamımızı nigaran qoyub, şəkk və şübhələrimiz çoxdur, Dərviş Həsən! Amma burası da var ki, xəlifələrimizdən biz həmişə sədaqət və etibar görmüşük. Hər birisi ayrılıqda və hamısı birgə həqqi təmsü edən o kamillərin xəyanətinə necə inanaq, dərviş?!

—Mən dedim təslim hökmü çıxarıblar!.. Fəzl müridi, həqiqət aşiqi deyiləmmi mən də sənin kimi, mövlana, nə üçün inanmırsan sözümə?! — Dərviş Həsən xirqəsinin yaxasını didə-didə:
— Bu libası geyən adamın dilinə yalan gələrmi, mövlana? — dedi. — O xainlər hökmü Mövlana Mahmuda veribmişlər ki, ustada təqdim etsin. Mahmud cırıb atıb. Sonra Hüseyn Keyaya göndəriblər ki, o versin. Hüseyn də cırıb atıb. Sonra Əmin Məhrəmə göndəriblər. Hətta, Əmin Məhrəm də «bədnam» deyib o hökmə! Nəhayət, hər yandan əlləri üzüləndə Bakıya, Dərviş Hacıya göndəriblər ki, o aparıb Fəzlə təqdim etsin. Bunun hamısını ustadın öz dilindən eşitmişəm mən, mövlana! Yenəmi inanmırsan mənə?!



Lal axınla, yavaş-yavaş yeriyib onları dövrəyə alan izdihamda bir nəfərin də rəngi üstündə deyildi. Şübhələrin doğrulduğuna, xəlifələrin həqiqətən xəyanət etdiklərinə daha heç bir şübhə qalmamışdı. Lakin Mövlana Tacəddinin üzündə heyrətli sakitlik vardı.
—Mən sənə yalançı demirəm, Dərviş Həsən! Bu xəbərləri ustadın öz dilindən eşitdiyinə də şəkkim yoxdur. Amma ustadın onları xain adlandırdığına inanmıram və heç vaxt inanmaram.

Onun qalın, yumşaq saqqal arasında dolğun yanaqlarına qızartı gəldi, iri, qabarıq gözləri parıldadı, bu, Mövlana Tacəddinin köksündə qaynayan etiqadının əlamətləri idi. Belə birdən-birə kükrədikdə o, bütün izdihama müraciətlə ucadan:
—Mən ustadımın Möhtərəmi, əqidə və amal dostlarımın xəyanətinə inanmıram! — dedi.

Və cavabında elə bil qaibdən səs gəldi:
—İnanma, ey Mövlana Tacəddin Möhtərəmim! Ənəlhəq aləmində xəyanət yoxdur. Bu, Fəzlin səsi idi.
Üfuqlə bir bərabərdə duran yastana nə qədər işıqlı idisə, meşəli dərənin zülməti üzərində yamac bir o qədər qaranlıqdı: yastanada səhər açılmışdı, yamacda isə gecə idi. Odur ki, yoxuşda tövşüyən atların fınxırtıları, yüyən və üzəngi cingiltiləri lap yaxından eşidilsə də, dəstə özü hələ görünmürdü və Fəzlin səsi elə bü həqiqətən qaibdən gəlirdi:
— Dərviş Həsən, məgər sənə belə deyilmişdi? Xəbərimizi nə üçün təhrif etdin, övladım?!

Burunlarından buğ püskürə-püskürə gələn atlar qaranlıqdan çıxanda izdiham dərhal ustadın qabağına yeridi. Fəzl birinci dəfə idi ki, məkana toxtamadan, at belindən danışırdı:
— Xəlifələrim elmimizə sadiqdirlər və həmişəki kimi əzizlərimizdirlər, övladlarım! Elmimiz geniş miqyasda yayılır, insan qəflətdən oyanır, demək xəlifələrimin işləri də məqbuldur. Onların çıxardıqları hökm isə mənim şəxsi taleyimə aiddir və qiyamımızın taleyinə heç bir aidiyyəti yoxdur. Sizi əmin edirəm ki, zərurət olmasa mən hökmü təsdiq etmərəm və sizdən ayrılmaram, əzizlərim!

Qarabağa və oradan geriyə fasiləsiz səfərin hadisələri onun üzündə heç bir dəyişiklik əmələ gətirməmişdi. Dərviş Həsənin fəryadı qulaqlardan getməsə də, müridlər, əzab içində bişib ruhun sarsılmazhğma dəlalət edən bu kəhrəba üzə yenə də həmişəki ümid və inamla baxırdılar.
Lakin birdən yenə Dərviş Həsənin qışqırtısı eşidildi:
— Fəzl-həqqimiz xatirinə! Mənim dediklərimə biganə qalmaym, ey müridlər! Həqiqəti gizlədir ustad! Özünə xəyanət edir! Qəflətdəsiniz! Ayılın! Fəhm edin onun sözlərini! Necə yəni şəxsi tale?! Necə yəni qiyamımızın taleyinə aidiyyəti yoxdur?! Əgər hökm təslim hökmüdürsə, necə sadiqdirlər o dönüklər?! Mən ki sizə dedim, ustadın öz dilindən eşitmişəm xəbərlərin hamısını. Məlhəm pirinə yetişənə qədər mən də sizin kimi heç nə bilmirdim. Biz gəlib orda dincəlirdik. Qasidlər bizi tapıb sizin çağırşınız barədə xəbər verəndə Fəzl məni xəlvət bir hücrəyə aparıb dedi özü bu çağırışa gələ bilməz, Şamaxıda silahlı dəstə toplanıb və tapşırılıb ki, cəmi Şirvanda müridlərimizə divan tutsunlar...

Kimlərdir o dəstədəkilər? Kimin fitvası ilə toplaşıblar? Qırğın nə vaxt, harda olmalıdır? Fəzl mənə dedi: «Bu həq sirridir». Sonra dedi: «0 dəstənin təhlükəsini dəf etmək üçün özüm Şamaxıya getməliyəm. Məşəlimi sənə etibar edirəm, çağırışa get, car çək ki, Kürdələm üstündən qayıtmağımızda xəlifələrimizin günahı yoxdur». Sonra Hüseyn Keya hücrəyə gəldi, mən çıxdım. Qəbahətimi etiraf edirəm, ey müridlər, ürəyimə dammışdı ki, ustadım özünün Şamaxıya getməyi fənalıqdır, odur ki, hücrədən çıxanda qapını aralı qoyub dinlədim və Fəzlin Hüseynlə söhbətindən mənə məlum oldu ki, Kürdələm üstündə qabağımıza çıxan atlılar təslim hökmü aparıbmışlar. Həqiqət belədir, ey müridlər! Mən sizə dedim ki, o dönüklər hökmü hələ Kür qırağında Mövlana Mahmuda veribmişlər. Mahmud cırıb atıb o bədnam hökmü. Sonra Hüseyn Keyaya göndəriblər. Hüseyn də cırıb atıb. Sonra Əmin Məhrəmə göndəriblər. Sizə məlumdur ki, bir il ərzində şah, Əmin Məhrəmdən daim Fəzlin təslimini tələb edirdi. Hətta Əmin Məhrəm də rədd edib bədnam hökmü! Lakin bu da dərs olmayıb o dönüklərə, təkidlərindən əl çəkməyib, nəhayət, Dərviş Hacıya göndəriblər. Dərviş Hacı isə bilirsiniz ki, elmimizə rəğbəti olsa da, şah xidmətində Hacı Firidun olaraq qalır, odur ki, dübarə atlanıb hökmü Fəzlə çatdırıb. Özünüz deyin, belə təkidlə təslim tələb etmək xəyanət deyilsə, nədir, ey müridlər?! Mövlana Tacəddin Möhtərəmimiz mənim sözümə şəkk gətirdi. «Əqidə və amal dostlarımın xəyanətinə inanmaram!» — dedi. İndi desin, yenəmi inanmrr? TJstad məni tənbeh etdi: «Xəbərimizi nə üçün təhrif etdin, övladrm?» — dedi. Hissiyyatrmın təhriki ilə dinləyib eşitdiklərimi car çəkməyim qəbahətdirsə, mən bir də üzr diləyirəm. Ustadrmm həqiqəti bizdən gizlətdiyinə görə isə mən üsyan edirəm! Üsyanıma qoşulun, ey müridlər! — Dərviş Həsən məş'əli müşayiətçilərin üstünə atıb özünü izdihama təpdi. — Hökmü ləğv edin! — deyib onun-bunun yaxasmı didə-didə, qışqrra-qışqrra izdıhamı çaxnaşdrrmağa başladı.
Bu vaxt Fəzl düşüncə içində, ağrr-ağrr minbərə qalxrrdı.
Bir zaman Astarbadda, elmə, idraka həris gənclik dostları ilə birgə səhərdən axşama qədər yun didə-didə, keçəçüik edə-edə sərvət yığıb mədrəsə açanda da, gecələr sübhə qədər ocaq tini və qaynar qazan buğu içində, papaq qəlibinə od ldmi isti keçə geydirə-geydirə, səhərisi mədrəsəsinin hücrələrində şagirdlərinə söyləmək üçün kəlamlannı düşünəndə də, sonralar şəhərlərə, ziyarətgahlara səfərlərində, Təbrizə köçürdüyü mülkündə və nəhayət, hicrətə gələndə də o, ancaq bir həsrətlə, dünyanı götürmüş talançıhğm, qan-qrrğrmn və insanı rəzil edən cəmi bəlalann cahillikdən və yalançı e'tiqaddan törədiyini isbat etmək, elminin ulu babalan Zərdüştlə Məzdəkdən, Cavidanla Babək Xürrəmidən, Mənsur Həllacla Əxi Fərruxdan ona — Fəzlullaha keçən ruha1 insanm ə'zəmi məhəbbətini görmək həsrəti ilə yaşarmşdı və yalnız Nicat yurduna pənah gətirib burada elm öyrənən didərginlərin üzlərində o ə'zəmi məhəbbətin həqiqi əlamətlərini görmüşdü.
Təbibi Dərviş Həsən də o didərginlərdən biri idi. Son yeddi ildə Fəzl bu əziz cəfakeşindən bir gün də aynhnamışdı və hər gün onun üzündə yalnız həqiqi eşq görmüşdü. İndi isə birdən-birə tamam başqa əlamətlər görürdü.
Minbərin ucalığmda dikəlib, izdihama baxdı.
— Dinləyin, övladlarrm! — dedi.
Dağ başına və müridlərin xirqələrinə qızartı çökmüşdü. Dərələrə tünd mavilik dolmuşdu, o maviliklər altmda, yaşdlıq içində ağaran yollar Fəzli bəlkə də sonuncu olan səfərə, təhlükə məskəninə, təhlükəni dəf etməyə tələsirdi.


*Özündən əvvəlki din və təriqətlərdən Nəimi əsasən azadlıq motivlərini, kamil ruhvm ölməzliyini götürmüşdü, kainata, təbiətə, insana dair fikirlərində isə onlardan kəskin fərqbnirdi.


Lakin tələsmədi. Ağır yüklü bir karvan təmkini ilə aram-aram danışmağa başlayıb:
— İnsanın ləyaqəti eşqində məlum olur, övladlarım!— dedi.— Eşqin ləyaqəti isə əql və ehtiras vəhdətinin bəhrəsində məlum olur.

O adamın ki, əqli ehtirasına qalib gəlib hissini öldürür, o adamı biz cahil adlandırmışıq və isbat etmişik ki, ehtirasdan məhrum əql bəla törədir.
O adamın ki, ehtirası əqlinə qalib gəlib idrakını öldürür, o adamı biz vəhşi adlandırmışıq və isbat etmişik ki, əqldən məhrum ehtiras fəlakət törədir.
Sizə məlumdur ki, yalnız əqllə ehtirasın vəhdətində insan mələkmisal olur və yalnız mələkmisal insan həqiqi eşqə qabil olub səhv etmir.

Elmimizi tədris edib xirqəmizi alan adamların hamısının həq aşiqi olduğuna mənim şəkkim yoxdur, övladlarım! Lakin zəmanə elmimizin ziddinədir və mənim müridlərim zəmanə ab-havasının kəsif yerində qərar tutublar. Odur ki, bu qan qoxulu ab-hava bəzən mənim müridlərimin də bətnlərini dəyişdirir, onlan gah ümiddən xah, guşənişin edir, gah da çılğınlaşdırıb ehtiras qulu edir.

Belə acı həqiqətlər görürəm mən, əzizlərim! Və cümlənizin hüzurunda etiraf edirəm ki, məhz bu acı həqiqətlərə görə, sizi sarsıtmaqdan ehtiyatlanıb, xəlifələrimin təslim hökmünü gizlədirdim. Dərviş Hacı Kürdələm üstündə hökmü mənə verəndə ondan xahiş etmişdim ki, bu sirri yalnız Mövlana Tacəddinə açsm. Mövlana Tacəddin Möhtərəmim xəbərə dəyanətlə dözüb. Bu da bir sınaqdır və bu sınaqdan üzü ağ çıxdığına görə mən ona təşəkkür edirəm. Təbibim Dərviş Həsən isə dözmədi, rəsmi xəbərimi car çəkmək əvəzinə, sirrimi faş etdi, mənim Şirvana qayıtmağımda xəlifələrimin heç bir günahı olmadığını deyib sizin şübhələrinizi dağıtmaq əvəzinə, ehtirasa uyub, o əzizlərimlə sizin aranızda ixtilaf salmaq qəsdinə düşdü.

Diqqət yetirin: ixtilafdan böyük bəla nə ola bilər, əzizlərim?
Yalançı lailahəüləllahın qüdrətini sındıran elmimizdən ziyadə
İslam üləmasının öz içindəki ixtilaf deyilmi?

Mayasında kin və ədavət olan ixtilaf bizim öz içərimizdə də kin və ədavət yaratmazmı, övladlarım?

Kin və ədavət bətninizi dəyişdirməzmi? Mələkmisal
ikən divə çevrilməzsinizmi? Əqidə və amaldan məhrum olub qiyamımızı məhv etməzsinizmi?!
İşlərimiz elə gətirib ki, indi hər şey sizin əql və ehtiras vəhdətinizin kamilliyindən asılıdır, əzizlərim!
Fədakarlıq çağırışını biz ruhun ali mövqeyi adlandırmışıq. Gülüstan sarayı önündə qüdrətimizi nümayiş etdirmək lazım gələndə çağırış məkanına necə vəcdlə toplaşmağımızı mən heç vaxt unutmaram. Bu çağırışlar sübutdur ki, Adəm övladına etiqadımızın bəhrəsi misilsizdır. Günümüz yetişdikdə öz fədakarlığmızla siz cəmi bəşərə yol göstərib, vəhdətin yolunu qısaldacaqsınız.
Lakin siz məhz çağırışlarda ehtirasa uymamalısınız, gərəksiz fədakarlıqdan çəkinməlisiniz və elmimizin ümdə bəhrəsini — özünüzü qorumağı bacarmalısınız, əzizlərim! Həq sizin varlığımızda əyandırsa, siz olmasanız həq necə əyan olar?!

İndi mən deməliyəm ki, xəlifələrimin təslim hökmünün də, mənim Şirvana qayıtmağımın da yeganə səbəbi var, o da sizi qorumaq qayğısıdır.
Əmir Məhrəm vəfadarlıq göstərib, Dərviş Hacının vasitəsilə xəlifələrimə və Mövlana Tacəddinə xəbər verib ki, Şamaxıda böyük silahlı dəstə toplanıb. Kimlərdir o dəstədəkilər və kimin fitvası ilə toplanıblar? Mən bunu Dərviş Həsənə demədim. Amma qapı arxasından söhbətimizi dinləyəndə çox güman ki, o dəstə barəsində də eşidib, Təbibimdən xahiş edirəm, əgər mənim heç bir sözü boş-boşuna demədiyimi dərk etməyə qadirdirsə, qoy hələlik bu sirri açmasın. Çünki o dəstənin təşkilinə dair eşitdiyimə özümün də şübhəm var. Dəqiq öyrənərəm, o vaxt mütləq sizə də bildirərəm, dəstənin təşkilinə fitva verən adamla danışmaq üçün dərviş göndərərsiniz. Hələlik isə bircə bunu bilmək kifayətdir ki, o dəstə böyükdür və tapşırıq var ki, Şamaxıda və cəmi Şirvanda mənim müridlərimə divan tutsun. Unutmayın ki, Div uzaqda deyil. Onun Naxçıvanda, İsfahanda, Təbrizdə, Bağdadda törətdikləri bizim mübarizə əzmimizi nə qədər artırsa da, nahəqləri bir o qədər qorxudur. Təşkil olunmuş dəstə bu qorxunun bəhrəsidir. Əgər qorxu əlinə qılınc alıbsa, hökmən qan tökülməlidir. O dəstə hər an gəlib sizi məhv edə bilər. Odur ki, təcili dağılışmalısınız, əzizlərim! Mövlana Tacəddin Möhtərəmimin bu çağırışınızı ləğv etmək cəhdi məni nə qədər xoşhal etdisə, sizin ona etinasızlığınızdan və çağırışa xirqə ilə gəlməyinizdən bir o qədər məyus oldum. Sayıqlığmızı,
ehtiyatkarlığınızı itirməyin, əzizlərim! Təğyirlibas olun, xirqələri gizlədin!








Şirvan libası geyinib özünüzü dağ camaatına oxşadın. Nahəqlər elmimizin əsnaf içində daha çox yayıldığını yaxşı bilirlər və qılınc işlətməyə başlayanda xirqəmizi geyinməyən əsnafa da divan tutacaqlar. Demək, özünüzü hökmən dağ camaatına oxşatmalısınız.
Ümdə tapşırığım belədir, əzizlərim!
Daha bir neçə vacib tapşırığım da var.
İndi Şirvanın bütün minbərlərindən mənim adıma böhtan və lənət deyiləcək. Xəbərdar edirəm: hətta təhqir və söyüş eşidəcəksiniz. Dağlarda tonqal qırağında oturmağımızı, üzümüzü odla ütməyimizi və ümumən təbiətlə ünsiyyətimizi vəhşilik adlandıracaqlar. Müqəddəs rəmzi qılıncımızı lağa qoyacaqlar. Məbada, məbada dili-nizdən bir kəlmə qaçırasınız. Mənim müridim olduğunuzu heç bir şeylə büruzə verməyin, əzizlərim, heç bir şeylə!
Məscidə gedin, ibadət edin, amma namaz qılmayın .
Heç bir iş görməyin, əzizlərim, heç bir iş! Yalnız və yalnız özünüzü qoruyun. Xüsusən ailə sahibləri ehtiyatlı olsunlar, ailələri, uşaqları qorusunlar.

İndi mən Şamaxıya yaxın getməliyəm. Əslində tapşırıqlarımı sizə müşayiətçilərim çatdırmalı idilər, özüm isə dərədə onlardan ayrılıb təcili getməli idim. Çünki bu səfərdə ləngiməyə ixtiyarım yoxdur, övladlarım! Yol üstündə Dərviş Hacı qabağıma gəlməlidir. Ondan Əmin Məhrəmin təyin etdiyi məkanda görüş mənzilinin ünvanını öyrənməliyəm və mənzildə gözləyib Adıyüksəklə görüşməliyəm. Bu işi Dərviş Hacıdan mən özüm tələb etmişəm. Dərviş Hacı ilə Əmin Məhrəm isə Adıyüksəkdən tələb edib razılıq alıblar. Qasidlərimizə tapşırmışam ki, Seyid Əlini də tapıb o mənzilə çağırsınlar. Sizə məlumdur ki, Seyid Əli Adıyüksəyin yanında nüfuzludur. Onun nüfuzu sayəsində, nəhayət, bu il - hicrətimizin səkki-zinci ilində Şirvanın mövqeyi müəyyənləşdi. Adıyüksək siyasəti öz təxt-tacının nəfınə döndərib, işlərimizi bir müddət öz istəklərinə tabe etsə də, mən əminəm ki, Əmin Məhrəm hakimiyyətə keçdikdən sonra Şirvanın mövqeyi dəyişməyəcək. Odur ki, Əmin Məhrəmi də namaza çağırmışıq.
Demək, mən olmalıyam, Seyid olmalıdır və Əmin Məhrəmlə Dərviş Hacı. Dördlükdə Adıyüksəyin hüzurunda namaz qılmalıyıq. Əgər namazımız baş tutsa, bu "Xoşbəxtlik işi" olacaq.

Vaxt yetişib, indi siz bilməlisiniz ki, Şamaxının cəmi məscidlərində mənim etibarlı canişinlərim var. Şeyx Əzəmin müridlərindən, bir qism üləma ilə alimənsəbdən və o təşkil olunmuş dəstədən qeyri indi Şamaxıda elə bir adam yoxdur ki, bizim sözümüzü* deməsin.
Mövlana Tacəddin Möhtərəmimin uzun illər ərzində işinin və tədrisinin bəhrəsidir ki, Dərviş Hacının özü və əmələsi ilə birgə indi Bakının bir çox alimənsəbləri, üləma və tacirləri də nicatı ənəlhəqdə görürlər. Bunlar hamısı sirdir, Adıyüksəyin bunlardan xəbəri yoxdur. Amma lazım gəlsə biz onu xəbərdar edib, qüdrətimizə ina-mını artıra bilərik. Odur ki, bu görüşə mən inamla gedirəm. Ümidvaram ki, həq kəlamımız Adıyüksəyin bətnini tamamən dəyişdi-rəcək və biz nəinki Şamaxıdakı dəstəni, Divin özünü təhlükəsizləşdirmək üçün də tədbir tökəcəyik.
Dağılışın, əzizlərim! Düşmən içinə getsəm də, mənim şəxsi taleyim sarıdan daha heç bir nigaranlıq çəkməyin və bu vaxta qədər sizə olmazın əzablar verən mühafızə qayğılarını unudun. Haqqımda bəd xəbər eşitsəniz də, hər yerdə etibarlı dostlarımız olduğunu və mənim öz sözümlə hər bir şəraitdə qalib gəlməyə qadirliyimi yadınıza salıb səbrinizi itirməyin, yüz dəfə, min dəfə ölçülüb-biçilməmiş hərəkətlərə yol verməyin. Dəfatla deyirəm: unutmayın ki, elmimizin ümdə bəhrəsini - sizi qorumaq indi ən vacib işimizdir. Sizdən nigaran qalsam ruhum rəvan olmaz və Adıyüksəklə görüşüm lazımınca fayda verməz. Dağılışın və nəhayət, sonuncu tapşırığıma da əməl edib Mövlana Mahmudu tapın!

Mahmudun kim olduğu sizdən gizlin deyil. Onun dərvişliyi barəsində danışmaq həq hökmü ilə hamımıza qadağan edilsə də, mənə əyandır ki, o əziz dərvişimin barəsində siz hər şeyi bilirsiniz. Bəli, Mahmud Div qapısının açarıdır. Amma o açar indi əlimizdə deyil. Mən ona tapşırıq vermişdim ki, təcili gedib ordu içində və Divin hüzurunda olsun və mən Şirvanı tərk edəndə ardımca namaza gəlsin. Kür qırağında onu gözlədim. Gecə gəlib çıxdı. Çox üzgün idi. Söhbətimizi ertəsi günə saxladım. Amma sonra eşitdim ki, o gecə haraya və nə üçün getdiyini demədən yox olub. Bu yaxşı əlamət deyil, övladlarım! Təbibim Dərviş Həsən kimi Mahmud da xəlifələrimdən rəncidədir. Gümanım belədir ki, təslim hökmündən

Sözümüz - "Ənəlhəq"

sarsıldığı üçün hər şeydən naümid olub və mənimlə namazının vacibliyini də unudub, çıxıb gedib. Bəlkə də indi harada isə guşənişindir. Belədirsə, Mahmuddan əlimiz üzülə bilər, övladlarım! Çünki düşmən içində hissiyyatını gizlətmək vərdişi üzünə niqab çəkib onu rəvan göstərsə də və siz hamınız onu belə tanısanız da, əslində, bətnən Mahmud çox təlatümlüdür:özünə qəsd edə bilər! Onu təcili axtarmalısınız, əzizlərim!
Mahmudun başına bir iş gəlsə, Divin qapısı üzümüzə həmişəlik bağlanar, karvanımız sarbansız qalar. Aman günüdür, tapın onu! Günü bu gün hər yerə dərviş getsin!

Haraya və kimləri göndərməyi mən özüm deyərdim, vaxtım müsaidə etmir.

Mövlana Tacəddin Möhtərəmimin Bakıda qayğısı nə qədər çox olsa da, işlərimiz elə gətirib ki, indi Şirvanda hər şeyin cavabdehi o özü olmalıdır və Mahmudun axtarılmasını da öz öhdəsinə götürməlidir.
Bu təyinata görə övladım Yusif məndən inciməsin. İqamətgahımızı tərk etdiyimiz gündən bu vaxta qədər Yusifin gördüyü mühafizə işlərinə hamımız yüksək qiymət vermişik və məhz fəaliyyətindən razı qaldığımıza görə Əxi Qəssab iqamətgahını və Qara Yusiflə əlaqələrimizi ona etibar etmişik. Lakin mənə əyandır ki, indi Yusifin özünün də ruhu rəvan deyil. Belə olmasaydı, iradəmin ziddinə fəaliyyət niyyətinə düşüb özünü "Batin" adlandırmazdı və təğyirlibas barəsində tapşırığımızın tərsinə, çağırışa xirqə ilə gəlməyinizi buyurmazdı.

Övladım Yusif unutmamalıdır ki, karvan daxilində heç bir şey həq nəzərindən kənar deyil. Mən ona bir dəfə xəbərdarhq edib tapşırmışdım hakimiyyət ehtirasını cilovlasın. "Batin" olub təfriqə yoluna düşməyindən aşikardır ki, sözümə etinasız qalıb.
Lakin onun işlərini Mövlana Tacəddinə tapşırmağımın digər səbəbi də var.

Mövlana Tacəddin Möhtərəmimi mən Təbriz təxti yanında həq iradəsinin tərcümanı təyin etmişdim və fikrim belə idi ki, Dərviş Hacının iqamətgahında, üsul-idarə mühitində qalıb, Təbrizdə hakimiyyət kamillər əlinə keçənə qədər Bakıdakı işlərimizlə məşğul olsun. Ancaq indi karvanımızda təbəddülatdan aşikardır ki, bu mötəbərin cəmi işlərimizə müdaxiləsinə ehtiyac var. Mövlana Tacəddin günü bu gün işlərimizin icradarı samit olmalı və Mövlana Mahmudun axtarılmasına da özü başçılıq etməlidir.
Mən sözümü qurtardım, əzizlərim! İndi gedirəm. Yolum uzaq olmasa da, bu səfərim çox güman ki, uzun sürəcək. Amma məkanım gizlin qalmayacaq. Harda olsam sizə hökmən bildirəcəklər. Mahmudun sorağı çıxanda dübarə qasidlərimə deyin, o əziz dərvişimə nə üz verdiyini və ruhunda nə kimi təbəddülat əmələ gəldiyini təfsilatı ilə Dərviş Hacıya çatdırsınlar. Sonuncu tapşırığım budur. - Fəzl susdu.

"Sözümü qurtardım" desə də, ürəyində bir neçə kəlməsi qalmışdı. Lakin hiss etdi ki, o kəlmələri buradan - minbərdən deyə bilmir.
Minbər çox uca idi. Bakıdan və müvəqqəti iqamətgahlardan kənarda, ildə bir-iki dəfə moizə çağırışı elan olunanda Fəzl Şirvanın ən hündür dağlarından birinin yastanasında qurulan minbər ucalığında, ötəri qayğılar dünyasının fövqündə dayanıb danışmağı xoş-layırdı: rəmzi məşəl və saflıq rəmzi bəyaz libas kimi uca minbər də onun vəcdli ruhu ilə həmahəng idi. İndi isə müridlərinə bəlkə də sonuncu sözlərini deməyə, vidalaşmağa ehtiyac duyanda minbərin yüksəkliyi ilə ruhu arasında uyğunsuzluq gördü və başmaqlarını şehdən sürüşkənləmiş sal daşlara ehtiyatla basa-basa lap aşağı pillələrə düşdü.
O, kürəyində günəşin istisini hiss edirdi. Müridlər isə üzü günəşə dayanmışdılar. Şehdən islanmış kəpənəklər buğlandıqca izdiham dumana bürünsə də irəlidəkilərin üzlərində öd sarılığına, dodaqlarında qaysaqlara qədər görünürdü. Bu adamlann yeddi il əvvəl Bakı civarında ilk çağırışa yığışan didərginlərdən fərqi nə idi? Əyinlərindəki xirqədən, gözlərindəki etiqad işığından başqa nə dəyişmişdi? Haman bədbəxt didərginlər deyildilərmi ki, yeddi il "Dilbərin" məskəninə göz dikib, hər cür cövr-cəfaya dözdükdən sonra "Dilbərin" məskəni tərk etməsi ilə birgə özləri də yenidən didərgin kimi olmuşdular?
- Məşəqqətlərinizi görürəm... Sarsıntılarınızı duyuram, əzizlərim!.. Mən sizə həqiqət verdim. Ləyaqət və istiqbal verdim. Əməlimdən narazı deyiləm. Bircə ona təəssüflənirəm ki, əzablarınızı yüngülləşdirə bilmədim...
Mövlana Tacəddin hamıdan irəlidə tək dayanmışdı, Fəzl kövrəlib səhvə yol verdiyini onun üzündə görürdü. Lakin bu ayrılıq dəmində könlünü sızladan kədəri mövlananın baxışlarındakı xəbərdarlıqdan güclü idi. Kədər yox, Fəzlə görə, kədərlənməyi bacarmamaq naqislikdi. Uzun illər ərzində başqaları kimi özünü də belə tərbiyə etmişdi. Odur ki, Mövlana Tacəddinin narahatlığını aydın görsə də həsrət və yanğısını gizlətmədi:
- Bir də ona təəssüflənirəm ki, payitəxti Təbriz olan "Ədalət səltənəti" barəsində tək özümün fəhm etdiyim bir çox həqiqətləri açmağa, şərh etməyə, sizi öz əlimlə bir yana çıxarmağa ömrüm çat-mayacaq, qələbə şərbətini mənsiz içəcəksiniz, - dedi. Hətta müridlərin gözlərində yaş parıldayanda da o, öz müqəddəs kədərini boğmadı: göz yaşı yox, Fəzlə görə, ağlamağı bacarmamaq naqislikdi.
Yalnız təbibi yenidən fəryad edib:
- O bizimlə vidalaşır, ey müridlər! Məgər aydın deyilmi ki, təslimə gedir?! - dedikdən sonra, müridlərin gözlərində yaşla birgə təlaş qaynamağa başladığını gördükdə Fəzl, nəhayət, Mövlana Tacəddinin narahatlığına haqq verdi. Lakin daha gec idi: təbibini ehtirasa uymaqda təqsirləndirən Fəzl özü hissiyyata qapılıb uca minbərdən - həq mövqeyindən danışdığının hamısını alt-üst etmişdi. Dərviş Həsənin bir neçə kəlməsi ilə, sanki buz bağlamış bir nəhrin buzu parçalandı, Mövlana Tacəddinlə müşayiətçilərdən və qısa ətəkli, boz çarvadar çəpkənində, atlarının cilovlarından tutub dikdirlərdə dayanmış qasidlərdən başqa bütün izdiham kükrək üsyanla çalxanıb hökmün ləğv olunmasını və "Əbədiyyət atlısının" öz yoluna qayıdıb təhlükəsizliyə getməsini tələb etdi.
- Ordudan pəkimiz olmadı, həqiqətimizi aləmə yaydıq, bir dəstə nahəqdənmi çəkinək, ustad?! Sən təhlükəsizliyə get! Təhlükəsizliyə get, ustad! - deyirdilər.
- Fəzli öz əlimizlə ölümə göndərməyə yox, biz fədakarlığa yığışmışıq! Fədakarlıq buyur, ustad! Fədakarlıq buyur! - deyirdilər.
- Əqidə və iradəmiz önündə bir dəstə nahəqin silahı neylər bizə?! Ətəyimizə daş yığarıq, yarımız fəda olluq, yanmız qalib gələr!
- deyib "Batin dərviş"in sözlərini təkrar edirdilər.

Birdən Yusif özü də Fəzl üçün son dərəcə gözlənilməz və heyrətli bir təkliflə üsyana qoşulub:
- Cəmi müttəfiqlərimizi fədakarlığa çağır və Fəzl gününü elan et, ustad! Hakimiyyət Fəzlin olmalıdır! - dedikdə, izdiham bu təklifı böyük vəcdlə təqdir etdi və beləliklə, "Batin dərviş"in əsl niyyəti
- batinliyinin məramı aşkar oldu.
Yusif iki müridin çiyni üzərində dikəlib gah Fəzlə, gah da izdihama müraciətlə məramını şərh edirdi.
Onun fıkrincə, bir tərəfdən Qara Yusiflə Sultan Əhməd və elm tədris edən digər ordudarlar, o biri tərəfdən sərdar Altunla Seydi Orlat, üçüncü tərəfdən Divin itaətindən çıxıb dağlara çəkilmiş əsnaf əhli fədakarlığa gəlib riyakar şahın hakimiyyətini devirsəydi, çoxdan bəri Teymurla döyüşmək üçün əlverişli şərait gözləyən və buna görə də Qızıl Orda ərazisindən gəlib Dərbənd arxasında, dağlarda düşərgə salmış Toxtamış xan da, nəhayət, İldırım Bayəzid də dübarə hərbə qoşular və "Ədalət səltənəti" yalnız bu böyük hərb meydanında Divin məhvindən sonra yarana bilərdi.

Müridlərin təqdir səsləri dağ belini götürmüşdü.
Fəzl isə dayanıb ürək ağrısı ilə düşünürdü ki, ehtirasa uymaqda təqsirləndirdiyi təbibi ilə müridlərinin arasında heç bir fərq yoxmuş.

Vaxt vardı müridlərinin fədakarlıq izharından vəcdi köksünə sığmazdı. Gülüstan sarayı önündə qüdrət nümayişi ərəfəsində keçirilən məclisdə hamı: "Fəzlin xilası silahdadır!" - deyəndə o, fədakarlıq izharından ilk dəfə ehtiyatlandı. İndi isə Yusifi dinləyə-dinləyə bu fədakarlığın bətnində necə qorxunc bir qan hərisi div gizləndiyini bütün aydınlığı ilə görüb, hətta üşəndi və birdən özü də təlaşla Mövlana Tacəddinə üz tutub:
- Mövlana! Hakimiyyət göstər, Mövlana! Müridlərim kor olublar! - dedi. Sonra zabitəli bir ərən hayqırtısı ilə: - Həq iradəsi yenilməzdir. Dağılışın! - deyən Mövlana Tacəddinin hökmünün icrasını gözləmədən, incik, küskün üzlə dönüb müşayiətçilərinə tərəf getdi. Orda, müşayiətçilərdən birinin yedəkdə saxladığı alçacıq Şirvan atının belindən təbibini "dəstədənkənar" elan etdi və bu xəbərdən Dərviş Həsənin xırdaca cisminin necə birdən-birə büzüşüb daha da xırdalaşdığına belə diqqət yetirmədən, izdihamdan uzaqlaşdı.



14


- Dərviş Hacıya çatdırın: "Xoşbəxtlik işi" təxirə salınır. Adı-yüksəklə görüşümüz baş tutana qədər Dərviş Hacı ilə Əmin Məhrəm nahəq dəstəsinə nəzarət etsinlər, dəstədə cüzi də olsa bir hərəkət, fəaliyyət gördükdə və ya oradan bir yana az miqdarda da olsa adam göndərildikdə, dübarə qasidlərimə bildirsinlər. Dərviş Hacının Kürdələm üstünə təslim hökmü aparması onun iradəsindən kənar bir iş sayılsın və ona hər barədə etibar edilsin. O, elə pak və zərif bir adamdır ki, bizim üçün gördüyü xeyirli işləri müqabilində müridlərimin ona etibar etmədiklərini duysa, dərhal sına bilər.

Rəis Yusifın cəmi işlərdən təcrid edilməsi və Mövlana Tacəddinin təyinatı haqqında Əmin Məhrəmə xəbər verilsin. Yusifın haq-qında fıkrimiz dəyişməyincə onun Gülüstan sarayı ilə əlaqələri eti-barsız sayılsın və Əmin Məhrəmlə Dərviş Hacı bundan sonra ancaq Mövlana Tacəddinlə əlaqə saxlasınlar.

Şəhərin darvaza qapılarına və görüş mənzillərinə Mövlana Tacəddinlə şəxsi ünsiyyəti olan dərvişlər göndərilsin. Adıyüksəyin dərgahına yaxın yerlərdə dərvişlik mərasimləri və müttəfiqlərimiz barəsində danışmaq həq iradəsinə zidd sayılsın.

Seyid Əli ilə Fatma bütün işlərdən hali edilsinlər və hər ikisi təcili məkanıma çağırılsın... - O, müşayiətçilərinə daha bir neçə tapşırıq verdi. Yeni məkanının Məlhəm piri olacağını isə hələlik nə onlara açdı, nə də Mövlana Tacəddinə. Çünki Məlhəm çoxdan bəri təbibsiz qalsa da, müalicəxana da, mahnılı hücrələr də yerində idi və Fəzl ötən gecə səfərdən qayıdanda olduğu kimi, indi də oraya yad gözdən yayınmaq yox, cismini dirçəltmək üçün getdiyini əvvəlcədən demək istəmirdi.

Onun qəddi əyilmişdi. Gözlərini xirqəsi rəngində qatır kimi alçacıq atm sığalsız yahna dikib arxada tez-tez yola salınan qasidlərlə nə isə danışan Mövlana Tacəddinin bir kəlməsini də eşitmədən əlli beş yaşında ikən yüz yaşlı qoca kimi ikiqat olub, yəhərdə üzgün-üzgün yırğalanırdı.

Fəzl bir dəfə getdiyi yolla ikinci dəfə getməzdi. Buna görə də yastanadan enib meşəli dərədən kəsəsinə pirə qalxmaq əvəzinə, çılpaq dağ beli ilə əvvəlcə bir müddət günbatana doğru getdi, sonra sağa burulub xəlvət dərələrlə Məlhəm səmtinə qayıtmağa başladı. Bir il idi ki, gündüzlər Fəzl gizlin mənzil, məscid və ya karvansara küncündə oturub öz dəstəsi ilə yalnız gecələr hərəkət edirdi. Torpaq və nəbatat aşiqi həkim , dünyaya günəş işığında baxmağa həsrət idi. Kamandan, neydən başlamış dəfə qədər, zəmanəsinin bütün musiqi alətlərində çalmağı bacaran, gözəl səslər vurğunu, yalnız gecələrin səksəkəli səslərini dinləyirdi. Bu bir ildə tək bir dəfə batinlikdən çıxanda: "Günəşi görək, övladlarım!" - deyib məclisin sübhü musiqi və rəqslə qarşılamasına rüsxət vermiş, onda da Divin fıtva göndərdiyini eşidib yenidən batin olmuşdu. Qarabağda təhlükəsizliyə çıxana qədər bütün gecəni atdan düşməyib, işıqlaşanda Dərviş Hacı ilə görüşdükdən sonra gündüz qayıtmış, bir də indi, cəmisi üçüncü dəfə idi günəş işığında yol gedirdi. Lakin günəşli dünya əvəzində indi o, yalnız müridlərin dəyişmiş üzlərini görürdü, atın döşünə vuran gur yaşıllıqda gözəl səslər əvəzində yenə də yalnız müridlərinin qışqırtılarını eşidirdi.

Fəzlin ən çox ehtiyatlandığı bir hadisə baş vermişdi: müridlərinin üsyanı müqabilində elmi aciz qalmış və o, "Mövlana! Hakimiyyət göstər, Mövlana!" - deyib zor işlətməyə vadar olmuşdu. Çünki əslində üsyan deyildi bu, zəmanənin çılğınlıq mərəzi idi ki, nəhayət, onun müridlərini də tutmuşdu.
Ən dəhşətlisi isə bu idi ki, çılğınlığın səbəbini Fəzl indi heç də yalnız "qan qoxulu ab-havada" yox, özündə görürdü.

O, yalançı "lailahəilləllah"ı məhv edib, Allahı göydən yerə -kamil nəsillər silsiləsində əbədi ruh dünyasına endirmiş və: "Həq sizin varlığınızda əyandır" - deyib ölümündən sonra ruhunun bir başqasında yaşayacağına şəksiz etiqad yaratmışdı. Lakin deyə bilərdimi məhz kimdə yaşayacaqdı? Varisdə, Nəsimidə, digər xəlifələrdə, həq iradəsinin tərcümanı və işlərin mütləq icradarı təyin etdiyi Mövlana Tacəddində, uzaq diyarlarda dərvişlikdə olan rəmzi qılınc bahadırlarından birində, yoxsa müridlər arasında hələlik kütlədən seçilməyən bir nəfərdə? Yox, Fəzl ad çəkə bilmirdi. Varisdən və ustadının əlamətlərini özündə ən çox cəmləşdirən Nəsimidən başlayaraq, bu gün "hakimiyyət düşkünü" damğası vurmaq məcburiyyətində qalıb işlərdən təcrid etdiyi Yusifə qədər həq ruhunu yaşatmağa layiq kamillərin hərəsində bir naqislik görürdü. Hətta "Karvanımızın sarbanı" dediyi Mövlana Mahmudu da qüsurlu -"bətnən çox təlatümlü" sayırdı. Bu ağır günlərdə şəxsiyyətinə pənahlandığı Mövlana Tacəddin Möhtərəmi belə yarımçıq - həddindən artıq sayıq və vəcdsiz bilirdi.
Qüsursuz, ləkəsiz, damğasız bir nəfər də yoxdu.
Yalnız zəmanədə idimi bunun günahı?
Əlbəttə, yox!

Fəzl tədris və mühafizə işlərinə, mövcud hökmdarlarla onların varislərinin mövqelərini müəyyənləşdirmək qayğılarına qapılıb ali ruh tərbiyəsinə diqqət yetirməmiş, hətta varisinin tərbiyəsi ilə də lazımınca məşğul olmamış, beləliklə, həqiqəti əbədi kamillər silsiləsində görən, yalançı "lailahəilləllah" düşməninin özü, zəmanəsində yeganə kamil kimi tanınmışdı. İndi bu yeganə kamil, özündən sonra ruhunun kimdə zühur edəcəyini demədən açıq-aşkar ölümə getmək fikrinə düşmüşdüsə, Divin qələbəsi və istibdad xofu yaranmışdısa, müridlər necə çılğınlaşmayaydılar?

O, arxadan çaparaq atlı gəldiyini və bunun Mövlana Tacəddin olduğunu hiss edib başmı qaldırmadan soruşdu:
- Nə oldu, Mövlana? Dağılışdılarmı əzizlərim?

Mövlana Tacəddin həmişəki kimi toxtaqlı və dəyanətli görünürdü. Lakin indi bu dəyanət zahiri idi. Bir az əvvəl "həq iradəsi yenilməzdir! Dağılışın!" - deyib hökmünün izdihamda itaət sükutu yaratdığını gördükdən sonra o, tamamilə arxayınlaşıb qasidləri məkanlara göndərməklə məşğul idi ki, gözlənilmədən yenə üsyan səsi eşitdi.

Yusif dəstə içində uzaqlaşan Fəzlə işarə edib: "Onu səlamətliyə çıxarmayınca müridlər mənim iradəmə tabe olacaqlar! " - dedi və birdən minbərə qalxmağa başladı.
Çağırış məkanında uca minbər yalnız Fəzlə məxsusdu. Lakin qəribə idi ki, Yusifın oraya - həq minbərinə qalxması müridlərdə etiraz doğurmadı. Mövlana Tacəddin bundan dəhşətləndi və bəlkə də ömründə birinci dəfə qəzəb və hiddətdən titrəyib: "Bu adamı Fəzl indicə, sizin qarşınızda işlərdən təcrid etdi. İndi o, həyasızcasına həq minbərini zəbt edir, siz isə baxıb susursunuz! - dedi. - Nə ad verək buna, dərvişlər? Fəzldən dönübsünüz?! Piriniz Yusif olub?!" Hətta bundan sonra da Yusifın: "Onlar mənimlə həmfikirdirlər, çünki həqiqət məndədir!" - deyib inadla minbərdə dayandığını və müridlərin yenə susduqlarını gördükdə Mövlana Tacəddin məkanlar, adamlar arasında əlaqə yaratmaqdan başqa həm də buyruqlara əməl edən qasidlərə üz tutub: "Zorakını minbərdən zorla düşürün!" - dedi və yalnız bundan sonra, Yusifın ucalıqdan ləyaqətsizcəsinə endirilməyindən məyuslaşan izdihamı dağıtmağa müvəffəq oldu.
İcradar təyin edilməyindən heç bir saat da keçməmişdi, lakin Mövlana indidən daxilində gərginlik başlandığını hiss edirdi.
- Dağılışmağına dağılışdılar, ustad, - dedi, - amma sındılar... Hakimiyyətim müridləri sındırdı, ustad! Çox ümidsiz getdilər.
Fəzl ağır-ağır dönüb geri baxdı, yastananın aşırımında ağaran sonuncu müridləri gördü. O sonuncular da dağ arxasına endikcə anbaan kiçildilər, şam kimi əriyib yox oldular. Fəzl bu təəssüratdan, hətta gözlərini yumub yəhərdə daha da əyildi.
Dəstə dərədən Məlhəm pirinin qənşərinə qalxanda o, müşa-yiətçilərinin gah irəlidə təkminarəli məscidlə karvansara arasında divarları saralan müalicəxanaya, gah da bir-birinə baxıb onun yenə bu məkanı seçməyindən qəmləndiklərini hiss etdi. Amma qəddini düzəltməyə belə cəhd göstərmədi.

Məlhəm tərəfdən qasid gəlib orda heç kəs olmadığını və "Əbədiyyət atlısına kənar göz baxmayacağını" xəbər verdi.
Cəmi Şirvan əhlinin fikrincə, sultan Əhmədin basqınından sonra Məlhəmdən şəfa mələkləri dağılışmış və pirin kəraməti də qurtarmışdı. Xüsusilə, Məlhəm şeyxi məscidin qapısını öz əli ilə mismarlayıb getdikdən sonra, ildə bir dəfə şəhidlərin qəbirlərini ziyarət edənlərdən qeyri daha buraya heç kəs gəlmirdi. Cığırları qanqal basmışdı. Qapı, pəncərə yerləri qaralan evlərin damları uçub içəri tökülmüş, məscidin minarəsindən kaşılar qopub qəlpə-qəlpə ətrafa səpələnmiş, karvansaranın, müalicəxananın divarları ordan-burdan çatlayıb dağılmışdı.
Bu xərabəlik içində ancaq müalicəxananın yeraltı həyətində dəyirmi, küncsüz divarlar salamat qalmışdı, bir də daşlar arasında görünməyən nəfəsliklərdən başqa işıqlı dünya ilə heç bir əlaqəsi olmayan hücrələr.

Mövlana Tacəddin atların tərklərindən yüngül keçə və heybələr düşürən şagirdlərdən bir neçəsi ilə Fəzlə məxsus əşyanı götürüb alt mərtəbəyə endi, şam işığında hücrələrin qapılarını bir-bir açıb ustad üçün münasib hücrə seçdi.
Müşayiətçilər də şagirdlərə qoşulub eşikdə, dağ günəşi altında qızmış yastı daş-qaya üstünə çoxlu keçə saldılar, səbirlə gözləyib keçələrin istiləndiyini əlləri ilə yoxladıqdan sonra qucaqlarında bükülü aparıb hücrənin soyuq daş döşəməsinə üst-üstə döşədilər. Şagirdlər balınc əvəzində keçə qatlayıb, yorğan əvəzində də keçə qoydular. Fəzlin Bakını tərk edəndə kitabxanasından götürüb özü ilə gəzdirdiyi kitabları, qələm-davatı, əlyazmalarmı, aşılı qoyun dərisi arasında kağız lülələrini sahmanladılar.

Əvvəllər həmişə cüzi xidmət üçün də dönə-dönə təşəkkür edən Fəzl, indi elə bil heç nə görmürdü. Dərviş Həsənin dünən dağ otlarından hazırlayıb zeytun yağı ilə qızartdığı təamdan ancaq bir-iki qismət aldı, xırdaca ləyən içində xırdaca cürdəkdən iki barmağına su damızdırıb və barmaqlarını dodaqlarına çəkib hərəkətsiz qaldı.
İndi ona təklikdən başqa heç nə lazım deyildi. Bununla belə, şagirdlər içəriyə gülab çiləməyi və ustadın çoxdan əlinə almadığı kamanını şamdandakı şamın böyrünə, yəni nəzərə çarpan yerə qoymağı unutmadılar.

Fəzlə lap çoxdan ailəvi yaxın müridlərin övladları olan bu incə ziyalı yeniyetmələrlə, müşayiətçilərlə birgə indi Mövlana Tacəddinin də yeganə qayğısı ustadın salamatlığı idi. Qəribə idi ki, çağırış məkanında nə baş verdiyini o, yalnız indi, Fəzlin cisminin üzüldüyünü gördükdən sonra dərk etməyə başlayırdı və ustadın başına bir iş gəlsə nələr olacağını düşündükcə, "dəstədən kənar" təbiblə onun fəryadına uyan müridlərə münasibətinin dəyişdiyini, hətta cəmisi bir neçə saat əvvəl "həq minbərini zəbt etməkdə" təqsir-ləndirib "zorakı" adlandırdığı Yusifə qəzəbinin rəğbətlə əvəz olunduğunu hiss edir və öz-özünə təəccüblənirdi ki, "ayıq-sayıq Möhtərəm" şöhrəti ilə tanındığı halda müridlərin salamatlıq tələbinə niyə biganə qalmışdı? Məgər Dərviş Həsən düz demirdi ki, "Fəzlsiz biz nəyik, kimik?!" Bu vaxta qədər addımını da yalnız Fəzl iradəsi ilə atan Mövlana özü Fəzlsiz nə edə bilər? Bu mübahisə, münaqişə mühitində yalnız şəxsiyyətinin zabitəsi və hakimiyyət zoru ilə fəaliyyət göstərsə, bu gün işlərə ilk müdaxiləsi ilə sındırdığı könülləri yenə sındırıb tamam ümidsizləşdirməzmi? Yox, Fəzlsiz bir gün də yaşamaq olmaz! Qiyamın xilası nə təslim hökmündədir, nə də Fəzlin düşmən içinə getməyində. Mövlana Mahmudun Kür qırağında mübahisəsi və hökmü "bədnam" adlandırması da, müridlərin fədakarlıq çağırışı və üsyanı da, bəlkə hətta Yusifin hərb və hakimiyyət tələbi də təqdir olunmalıdır! Ustadı rahatlayıb üst mərtəbəyə qalxanda Mövlana Tacəddin belə gözlənilməz, öz əvvəlki mövqeyinə zidd bir mövqedə dayanmışdı. Bir-birinin ardınca gələn qasidlər müridlərin məkanlara dağılışmaq əvəzinə yenə də "Əbədiyyət atlısının" yolu ətrafındakı kəndlərdə məskən saldıqlarını, üstəlik, Yusifin də eyni inad və qətiyyətlə dəstələr arasında gəzdiyini xəbər verdikdə, bu xəbərlər Mövlana Tacəddini mövqeyində daha da möhkəmləndirdi və o, aşağı enib axşama qədər hücrə qabağında gözlədi ki, Fəzlin cismi dirçəldikdə dərhal öz yeni mövqeyini izhar etsin.

Lakin qapı açılanda Fəzli heyrətli halətdə gördü.
Kəhrəba üzü sədəftək ağarmış, üstəlik, hücrədə oturduğu müddətdə çənəsinə dümağ tük gəlib onu tamam tanınmaz etmişdi. Dizlərinin kündəsindən taqətsiz sallanan nazik biləkləri, uzun, quru barmaqları da şamtək ağ və cansız idi. Hücrənin dərinliyindən Mövlana Tacəddinə yalnız gözləri ustadı xatırladan, başdan-ayağa bəyaz, heysiz bir qoca baxırdı.

Mövlana yavaş-yavaş gedib, birdən dizləri üstə düşdü:
- Ustad! Fədan olum, ustad, bu nə halətdir?! Bu xərabənin, doğ-rudan da, kəraməti qurtarıb nədir, bəs sənə bir faydası dəymədimi?!

- Toxtaqlı, dəyanətli Mövlana uşaq kimi hönkürməyə hazırdı.
Fəzl qəmli rişxəndlə gülümsündü və Mövlana Tacəddinin ilk dəfə eşitdiyi tamam yad, batqın səslə:
- Bu hücrələr allahlar üçün deyilmiş, Mövlana! - dedi.
- Bəlkə Dərviş Həsəni qaytaraq, ustad?.. O uzağa getməyib. Tapıb gətirsinlər. Həsən mütləq bir əlac edər!
Fəzl ağır-ağır başını buladı. Durğun gözləri əvvəlki istiqamətdə bir nöqtəyə dikildi.
- Bu divarlardakı şırıltılarda mən müridlərimin üsyan səslərini eşitdim. Zümzümələrdə hərb qurbanlarının fəryadını eşitdim. Böyük hərb müridlərimi məhv etdi, Mövlana! Müridlərimlə birgə özüm də öldüm... Röya danışmıram mən sənə, övladım!.. Dedin təbibim uzağa getməyib. Müridlərim necə? Məkanlara getməyiblər? - Mövlananın ani, tərəddüdlü sükutu kifayət etdi ki, o hər şeyi başa düşsün.
- Bilirdim dağılışmayacaqlar... Bilirdim, - dedi. - Yusif necə? Yenə hökmrandır?

Mövlana Tacəddin Yusif barədə qasidin xəbərini danışdıqda, Fəzl qəribə diqqətlə onun üzünə baxıb, birdən üzgünlüyü ilə uyuşmayan sərt hərəkətlə ayağa qalxdı, xidmətə müntəzir dayanmış, əlləri şamlı, abtava-ləyənli şagirdləri elə bil heç görmədən, xirqəsini geyinib, "bəzi vacib şeylər barədə" yuxarıda ocaq qırağına namaza gəlməyi xahiş etdi və yeni fıkirlərdən çaşqınlamış Mövlananı içəridə qoyub çıxdı.
Hücrələrin qabağında dar səki boyunca nazik daş dirəklərlə əhatə olunmuş, təxminən iki yüz addım uzununda, yüz addım enində geniş, hamar həyətin hovuzlu səmtində sakit alovlu, tüstüsüz ocaq şölələnirdi. Məkana yad nəzər cəlb etməmək üçün hələ gündüzdən həyətə çəkilib darvazadan bir az aralı otluqda hörüklənmiş yorğun atlar başlarını sallayıb dayanmışdılar. Darvazanın sağ-solundakı bürclərdə boz çarvadar geyimləri axşam səmasından seçilməyən qasid müridlər oturub gözlərini Şamaxı səmtinə dikmişdilər. Divar içi ilə burula-burula qalxan pillələrlə həyətin bir küncündən çıxıb qaranlıqda gəzinən Fəzlin yüngül, yumşaq başmaqları yaz otunun bol şehindən daha da yumşalıb tamam səssiz olsa da, qasidlər onun qədəmlərini qeyri-adi həssaslıqda duyub "Fəzl-həqq" qışqırdılar. Dağ axşamının sərinliyinə baxmayaraq açıq qoyulmuş qapılar arxasında, hücrələrin dərinliyində dövrəsinə pərvanələr dolanan şamların işığında müşayiətçilərdən kimisi mütaliədən, kimisi zikrdən, kimisi mürgüdən ayıldı, səki boyunca bozaran dirəklərin aralarında xirqələr ağardı. Lakin ustadın qaranlıqda tənhalığına heç kəs mane olmadı.

Fəzl Mövlana Tacəddinə deyəcəyi "bəzi vacib şeylər" haqqında düşünürdü. Mövlana Tacəddin isə ocaq qırağında, heç olmasa öz qayğıkeşlikləri ilə Dərviş Həsəni əvəz etməyə çalışan, Şirvandan getmək ərəfəsində icmalardan gətirilmiş yol azuqəsindən süfrəyə qaxac, sucuq, badam içi düzən şagirdlərin yanında dayanıb gözləyirdi. "Böyük hərb müridlərimi məhv etdi" sözləri Mövlananın fikrini qarışdırmışdı. Məgər "Fəzl günü" özü böyük hərb demək deyildi? Müttəfiqlərin orduları ilə birgə, Divin cəmi düşmənləri qisasa tələsəndə böyük hərb yaranmayacaqdımı? Qurtuluş bunda deyildisə, bəs nədə idi? Fəzlin mövqeyinə etiraz əlaməti kimi onun dəstəsindən ayrılan xəlifələrdən başlayaraq, hamı fədakarlıq tələb edirdisə elə bu özü günün yetişdiyini göstərmirdimi?..

Ustad gəlib ocaqdan bir az aralı keçə üstündə oturanda Mövlana Tacəddin dərhal onun qabağında diz çökdü.
Gəzintidə nə düşünmüşdüsə Fəzl daha da üzgünləşmişdi. Yüngül təamdan sonra, həyətin hər tərəfində ağ dirəklərtək dayanmış adamların gərgin baxışları altında, nəhayət, danışmağa başlayıb, bu səhər yoldakı söhbətlərinin üstündən heç vaxt keçməmiş kimi:
- Sınan müridlərim deyil, Mövlana... sınan mənəm, - dedi. -Elmim dünyanı dəyişdirməkdə ikən özüm həqir olmuşam... Mənə əyan idi ki, dağılışmayacaqlar. Ona görə də "Xoşbəxtlik işi"ni təxirə saldım ki, gecə düşsün, getməyimi görməsinlər... Əql işığı sönüb, ehtiras zamanı gəlib. Sənin işin çətin olacaq, övladım! Çox çətin... Mənim mövqeyimdə duran nüfuzlu dərvişlərimə arxalanmalısan. Hüseyn Keya ilə dünən burda danışmışam. Seyid mən gedənə qədər gəlib çıxsa, onunla da ayrıca danışaram, Hüseynlə birgə Seyid də sənə kömək edər. Zənnimdə yanılmıramsa, dar ayaqda Fatmanın da köməyi dəyər. Unutma ki, o mənim varisim və cəmi müridlər içində canişinimdir. Ruhu rəvan olsa, Fatma çox fayda verər. Mövlana Mahmud tapılsa, ümidvaram o da sənin sözünə söykək durar... Demək, Hüseyn, Seyid, Fatma və Mahmud... Arxan və istinadgahın indi bunlardır.
Amma bunların özləri ilə də yola getmək lazımdır.

Hüseyn Keya həmişə tək mənimlə yaxın ünsiyyətdə olub, kütlə ilə danışmağı xoşlamır. Onunla sən ancaq məsləhətləşə bilərsən.
Seyid əndazəsizdir. Şəxsi qüdrətinə etiqadı, hətta mənim özümə inamımdan da güclüdür. Odur ki, bəzən heç kəsin nüfuzunu qəbul etmir, sözü keçməyəndə dərhal sınır, küsüb tənhalığa qapılır. Bunun günahını mən özümdə görürəm. Yanıma çox gənc ikən gəldi Seyid, qabiliyyətinə vuruldum, erkən məşhurlaşdı, ərköyün oldu. Yalnız bir qism alim və şair müridim Seyidin təbiətini yaxşı duyur, amma onların hamısı uzaq diyarlarda dərvişlikdədir, kimin nə vaxt və necə qayıdacağı məlum deyil.
Demək, Seyidlə ehtiyatlı davranmalısan. Sözünü xüsusi diq-qətlə və hövsələ ilə dinləməlisən. Çünki o əzizim, hətta mənim fıkirlərimə münasibətində də sərbəstdir.

Fatma ilə Seyidin torpağı bir yerdən götürülüb. Amma Seyidin sərbəstliyi nə qədər bəhrəlidirsə, varisimin sərbəstliyi bir o qədər təhlükəlidir. Çox təəssüf, təcrid fayda vermir. Varisimin sənə arxa və kömək olmağı üçün yəqin ki, mən özüm nə isə etməliyəm.
Mahmudun barəsində nə deyim? Taleyi bəlli deyil. Ustəlik, ruhunda müdhiş təlatüm görünür. Bütün ağırlıq sənin çiynindədir.
Amma mən sənin özündən də nigaranam, övladım!.. - Fəzl susub, bununla ikinci dəfə qəribə diqqətlə Mövlananın üzünə baxdı və birdən soruşdu: - Mövqeyində təbəddülat yoxdur?

Mövlana Tacəddin qızardığını hiss edib, izhar üçün çırpındı. Lakin Fəzl yavaşca əlini qaldırdı:
- Lazım deyil, təbəddülatın üzündədir, - dedi. - Bundan sonra çox sürətlə çox hadisələr baş verəcək, bətnində təlatümlər olacaq, bir qütbdən digər qütbə meyl edəcəksən. Qabiliyyətin hakimiyyətdə olsa da, hələ təcrübəsizsən, övladım! Mənə əyan idi ki, çağırış məkanından ayrılandan sonra üsyan səni düşündürəcək və tezliklə Yusifin mövqeyini təqdir edəcəksən. Amma mənə o da əyandır ki, ruhunda üsyan meyli yoxdur.
Tövsiyə edirəm: indi və sonrakı işlərində mənim mövqeyimə şəkk gətirdikdə izhara tələsmə. Unutma ki, qüdrətin əql və ehtiras vəhdətindədir. Buna görə də dar günümdə hər şeyi sənə etibar etdim.
O vacib şeylər ki, indi sənə deməliyəm, hamısı qiyamımızın taleyinə aiddir. Dinləyib sınmağımın səbəblərini biləcəksən və özün görəcəksən ki, Yusifın mövqeyini təqdir etmək olmaz...

Şagirdlər Mövlana Tacəddinin hüzurda diz çökdüyünü görən kimi işlərini qurtarıb ocaqdan aralanmışdılar. Müşayiətçilərdən isə tək Hüseyn Keya yaxında idi. Ustadın əlamətlərini özündə cəmləş-dirən kəhrəbaüzlülərə bənzəməyən bu irisümüklü, tutqun, qapalı mürid ilk nəzərdə biganə görünürdü və onun ustadla aramsız ünsiyyətdən incələşmiş bütün müşayiətçilər kimi, hər sözdən söz çəkməyi bacaran zərif bir cəfakeş olduğunu çox az adam bilirdi.

Fəzlin bu halında ondan bir addım da aralanmayıb öz fikir və mülahizələri ilə bütün işlərdə iştirak etmək istəsə də, Hüseyn, ustadın "o vacib şeylər ki, indi sənə deməliyəm" sözlərindən sonra namaz başlanğıcını dərhal duydu, buna görə də, sinəsində saysız-hesabsız "həq sirri" gəzdirdiyinə baxmayaraq, namaza xüsusi dəvət edilmədiyi üçün ocaq qırağından uzaqlaşdı və bu vaxt Mövlana Tacəddinin üzünün də birdən-birə dəyişib, eynilə ustadın üzütək ağardığını görmədi.
Fəzl "həq sirri" ilə dolu namazının hələ tək bir sirrini açmışdı:
- Fəzl günü deyilən şey qeyri-həqiqidir və yalandır! - demişdi. Mövlana Tacəddin isə elə bu ilk kəlmələrdən sarsılıb, dəhşətini bildirməyə söz belə tapmırdı. Onillik işin özülü "Fəzl günü" üstündə qurulduğu halda, o gün yalan idi?!
Fəzl dərdli-dərdli:
- Yalandır, övladım! Elmdən kənardır və yalandır. Karvanda təbəddülat da bu yalanm bəhrəsidir, - dedi və Mövlananın sarsıntısından ehtiyatlanmış kimi, sözünə ara vermədən, dərhal davam edib dedi ki: - Əlbəttə o, lazım gəldikdə hakimiyyəti almağın və təxt yanında mövqe tutmağın ziddinə deyil, əksinə, özü istəyir ki, hökmən belə bir şey olsun, cəfakeşləri bir yana çıxıb cəfadan qurtarsınlar; buna görə də Əxi Qəssab iqamətgahında Fəzl gününü təyin edib; lakin Mövlana Tacəddin - həq iradəsinin tərcümanı bilməlidir ki, məhdud ərazidə qurulan azad səltənətdə, cahangirlər dünyasının əhatəsində mütləq doğru azadlıq, həqiqi kamillik və ləyaqət qeyri-mümkündür; yer üzündə axınncı hökmdar qurşağına taxta qdınc bağlayana qədər elm yaydmalıdır: nə qədər ki, ordular tərk-silah deyillər, nə qədər ki, təhlükə və qorxu mövcuddur karvanda təbəddülat da davam edəcəkdir. Təbəddülata dözmək, xətaya yol verməmək üçün Mövlana Tacəddin yeganə həqiqi silaha - müqəddəs rəmzə sadiq qalmalıdır və qurtuluşu yalnız və yalnız rəmzi qılıncda görməlidir.

Vəhdətin yolunun uzunluğu və bu yolda rəmzi qüıncm ən etibarlı silah olduğu Mövlana Tacəddin üçün yeni xəbər deyildi. Bununla belə, "Yer üzündə axırıncı hökmdar" sözləri onu yenidən dəhşətləndirdi və Mövlana Fəzlin sözünü kəsməyə məcbur olub:
- Bu ki qeyri-mümkündür, ustad! -dedi. - Yer üzündə dili ayrı, dini ayrı cahil hökmdarların sayı-hesabı yoxdur! Hamısını tərk-silah etməyə ömrümüz çatarmı?!

Fəzl açıq narazılıqla:
- Vacibdirmi çatsın? Bizim şadlığımız mübarizədədir. Əməlin bəhrəsini görməyə tələsmək naqislikdir, övladım! - dedi.
Sonra qaşlarını çatıb, yorğun-üzgün:
- "Tələsmə" kəlməsini boş-boşuna demədim, övladım! Bütün bəlalarımız səbirsizlikdəndir. Xəlifələrimin xəyanəti də həmçinin səbirsizlikdəndir, - dedi və bununla Mövlananı yenidən sarsıtdı.

- Xəyanət?! Sən xəyanətmi dedin, ustad?! - Mövlana Tacəddinin gözləri böyümüşdü.

Fəzl eyni üzgünlüklə, lap astadan:
- Xəyanət, övladım, xəyanət! - dedi və yenə ehtiyatlanmış kimi, dərhal əlavə etdi ki, bununla belə, Dərviş Həsənin xəlifələri divana çağırmaq, xirqədən məhrum etmək təklifı təqdir olunmamalıdır. - Çağırış məkanında at belindən qışqırıb "Ənəlhəq aləmində xəyanət yoxdur, xəlifələrim elmimizə sadiqdirlər" deyəndə Fəzl heç də yalan danışmamışdı və indi, xəlifələrin xəyanətini öz dili ilə təsdiq edəndə də əmindir ki, onlar elmə sadiqdirlər.
Onsuz da özünü itirmiş Mövlana bu müəmmalı məntiqsizlikdən daha da çaşdı.
- Həm sadiq, həm xain?! Sədaqətlə xəyanət bir araya necə sığır, ustad?!
Fəzl köksünü ötürdü:
- Bizim kamilliyimiz nisbidir, hamımız idrak yolundayıq, Möv-lana! Kamilliyimizlə qeyri-kamilliyimiz bir araya necə sığırsa, sədaqətlə xəyanətimiz də elə sığır. İnsan zidd qütblər kanıdır, övladım, - dedi. - Xəlifələrim İraqda, Suriyada, Misirdə canişinlərimizin köməyi ilə Hindistanda dəri dilində danışan əsnaf içinə də dərviş göndəriblər. Kür qırağında mənə dedilər ki, Rumda türkcə danışan yunan üləması elmimizin Musa və İsa kəlamlarına uyğun cəhətlərini təqdir edirlər. Xəlifələrim o üləma ilə dostlaşıb "Cavidannamə"ni və Seyidin əşarından bir qismini töhfə veriblər, deyiblər tezliklə tərsa və bütpərəst məkanlarına da dərviş göndərəcəklər, imkan olduqda özləri də kəlisa və bütxanələrə gedəcəklər, cəmi bütlərin yalanlığını, bəşərin birliyini isbat üçün heç nədən çəkinməyib moizə oxuyacaqlar. Demək istəyirəm ki, tədris yolunda xəlifələrim çox cəfakeşdirlər, övladım! Elmimizin miqyasını cəmi bəşər miqyasına çatdırmaq üçün olmazın əzablara dözürlər və ömürlərinin axırına qədər dözəcəklər. Hüseyn kimi dara çəkilsələr də həqdən dönməyəcəklər. Ənəlhəq aləmini mən belə görürəm, övladım, ona görə də iddia edirəm ki, bu aləmin həqiqəti ancaq sədaqətdir.


Xəyanət isə karvanın yolundakı çətinliklərdədir. Şirvanı tərk edəndə Məcidlə Əbülhəsən* mənimlə yanaşı gedirdilər. Bütün yolu susdular. Kürə yaxınlaşanda ikisi də birdən danışdı. Sonra hamısı üsyana qoşuldu.

On ildə xəlifələrimi bir dəfə də belə qəzəbnak görməmişdim. Mənimlə çox hörmətsiz danışdüar, övladım! "Nicat yurdunu da tərk edirsən. Bəs nicatımız hardadır?" - dedilər. "Ümidimizi Əxi Qəssab iqamətgahına bağlayıb Divin ölümünü gözləməyə səbrimiz qalmayıb", - dedilər. "Doqquz həq ocağının doqquzunda da ayağı-mızın altında torpaq yoxdur. Bizə torpaq ver, ordu ver, mühafizə qayğılarından canımız qurtarsın, işimizlə məşğul olaq", - dedilər. "Sən dərvişliyə vərdiş edibsən, ömrün boyu dünyanı gəzəcəksən, bu bədbəxt didərginləri də ardıncamı gəzdirəcəksən?! Həq deyillər didərginlərin, insandırlar! Səbirlərinin hüdudu var!.." Hamısı on-ların sözləridir.
Mən onların hər birinin ayrılıqda və hamısının birgə üsyanlarını çox dinləmişdim. Münaqişələrimiz əvvəllər də olmuşdu. Amma bu daha üsyan deyildi, övladım! "Günümüzü elan et, özün hara gedirsən get! Qələbə üçün bizə sənin adın da kifayətdir", - dedilər. Qulağım belə sözlər eşitdi, Mövlana!.. Müttəfiqlərimizin ordularında tədrisin başa çatmadığına, günün yetişmədiyinə aid dəlillərimi dinləmək də istəmədilər. Sonra, nəhayət, sirr açıldı, məlum oldu ki, Anqarada Hacı Bayram Vəlinin, Bağdadda sultan Fərəcin hüzuruna dərviş göndərib əlaqə yaradıblar. Hacı Bayramın təklifi ilə Qara Yusiflə Sultan Əhmədi Fərəclə görüşdürüblər. Fərəc onları - Qara Yusiflə sultan Əhmədi ziyafətə çağırmalıdır, o ziyafətdə hər ikisini guya həbs edib Divə sifariş göndərməlidir ki, düşmənləri ömürləri boyu Bağdad zindanında çürüyəcəklər. Div İldırım Bayəzidin tək qaldığına əmin olub Rum üstünə getdikdə isə, Fərəc Qara Yusifiə Sultan Əhmədi zindandan buraxıb özü də onlara qoşulmalıdır. Div bir tərəfdən Bayəzidin, digər tərəfdən Qara Yusiflə Sultan Əhmədin və Fərəcin, üçüncü tərəfdən Toxtamışm orduları arasında qüvvəsini parçalamaq məcburiyyətində qalanda, yəni məğlubiyyəti labüd olanda "Fəzl günü" başlanmalıdır: Adıyüksəklə ittifaqımızın şərtinə əməl edib, Miranşahın Əlincə ətrafında mühasirə ordusunun üstünə yürüşdən sonra Əmin Məhrəmin ordusunu sərdar Altunun, Seydi Orlatın orduları ilə birləşdirib Təbriz üstünə getməliyik, vəd etdiyimiz kimi, təxt-səltənəti Adıyüksəyə verib, təxt yanında mövqeyimizi tutmalıyıq... Diqqətlə, səbirlə dinlədim. Dedim bir düşünün, görün neynirsiniz, əzizlərim! Əvvəla, Adıyüksək Divin ölümündən sonra Miranşah təhlükəsindən xilas olmaq üçün ittifaqdadır bizimlə. Divlə Bayəzidin müharibəsi labüddürsə, Adıyüksək bizimlə birgə Miranşah üstünə yox, Divlə birgə Bayəzid üstünə gedər və ya Divlə müqaviləsinin şərti əsasında Dərbənddə Toxtamışın qabağını kəsib, bu yolla Divin qələbəsinə kömək edər. Çünki Bayəzidlə Toxtamış onun üçün Miranşahdan təhlükəlidir. Demək, Divlə Bayəzidin müharibəsi şəraitində Adıyüksəkdən fayda gözləyib Təbrizin xilasına ümid bəsləmək xam xəyaldır. Belə olan surətdə müttəfiqlərimizi nə üçün öz əlimizlə Hacı Bayrama verək? Qara Yusiflə Sultan Əhmədi mühafızə etmək, hər ikisinin ordularında tədrisi səbirlə başa çatdırıb, Əxi Qəssab iqamətgahında günü gözləmək əvəzində nə üçün Hacı Bayrama uymalıyıq?.. Dedilər Hacı Bayram cəmi sufiləri Anqarada açıq mübahisəyə çağırıb. Açıqhq və sərbəstlik şəraitində həqiqətimiz qalib gələr... Dedim sübuta hacət varmı ki, Hacı Bayrama biz açıq mübahisə şəraitində həqiqət axtarmaq üçün yox, sufilər içində nüfuzumuz sayəsində cəmi təriqətləri hümmətə çağırmaq və Bayəzidin qələbəsini təmin etmək üçün lazım olmuşuq? Onun fitnə-fəsadla hərb törətmək cəhdinin nə dəxli var bizim əqidə və amalımıza?!. Çox dəlillər gətirdim, Mövlana! Sonra bilmirəm necə dəli-divanə olmadım... - Fəzl xirqəsinin cibindən hər biri iki qarış uzununda, altı ədəd nazik taxta qılınc çıxarıb, qabağında keçənin üstünə qoydu.
- Onların qılınclarıdır, - dedi. - Yerə atdılar mənim müqəddəs rəmzimi!.. On il qurşaqlarının altında gəzdirdilər. Lailahəilləllahın qüdrətini mənim bu taxtamla sındırdılar, sonra yerə atdılar bu hikməti! "Silah tələb edirik! Böyük hərb tələb edirik!" - dedilər. "İndi ki, Hacı Bayramla əlaqəmizi təqdir etmirsən, rüsxət ver, Şirvanda hərb başlayaq, riyakar şahı devirək! - dedilər. - Müttəfiqlərimiz Şirvanda cəm olub Divə qarşı dayansalar, Toxtamış bir tərəfdən hərbə başlayar, Bayəzid digər tərəfdən". Dedim: "Bu ki riyakarlıqdır! Nicat yurduna pənah gətirib, yeddi il sərasər Adıyüksəyin himayəsində qalıb, nəticədə onun hakimiyyətini devirsək, daha kim etiqad bəslər bizə?!" Susdular, baxışdılar, silah ehtirasından necə xırdalaşdıqlarını bir-birinin üzündə gördülər. Rəmzləri öz əlimlə yerdən götürüb, birbəbir qurşaqlarına keçirdim. Amma yenə atdılar, Mövlana!
"Silahla qorunmayan elm ölümə məhkumdur", - dedilər. Son sözləri bu oldu. Xirqəyə bürünüb getdilər.
İndi sənə məlum olmalıdır ki, "Fəzlin xilası silahdadır" sözlərinin mənası nə imiş. Xəlifələrimin mövqeyinin dəyişdiyini mən hələ o vaxt, saray önündə qüdrət nümayişi ərəfəsində duymuşdum. Odur ki, təğyiri-libas buyurmaq və Nicat yurdunu təcili tərk etmək fikrinə düşmüşdüm.
Qayıtmağımın səbəbi çoxdur, övladım!

Şamaxıdakı dəstənin təşkili və tərkibi barədə fıkrimi hələlik tək Hüseyn Keyaya açmışam. Bir də indi sənə açıram. Dərviş Hacının gümanına görə, nemətullahiyyələrdən* toplanıblar o adamlar. Əmin Məhrəm isə güman edir ki, Divin Naxçıvandan göndərdiyi nəzarət dəstəsidir o dəstə, Şeyx Əzəmin tədbiri ilə təğyiri-libas olub gecə qaranlığında şəhərə doluşub.
Gümanlarında yanılırlar dostlarımız.
Qışda Ərməndən, ordu içindən qayıdanda Mahmud mənə demişdi ki, Miranşahın mənim barəmdə tələb məktubuna Adıyüksəyin cavabı Divi də qəzəbnak edib. Adıyüksəyin sədaqətinə şəkk gətirib Div. Bundan Mahmudla belə nəticə çıxarmışdıq ki, demək, Div özü bizə toxunmayacaq, Naxçıvandakı nəzarət dəstəsini Şirvan səmtinə göndərsə də, müttəfiqinin etibarını yoxlamaq üçün Adıyüksəyin özünün məni tutmasını gözləyəcək.
Təxminimiz düz çıxdı. Div əvvəlcə Şamaxı səmtinə yeriyib, sonra istiqamətini dəyişdi. Şəbran səmtində düşərgə saldı. Oturub gözləyir.

Demək, Divin ordusundan deyil o dəstə. Amma nemətullahiyyələrdən də deyil: həqqi nahəqdən seçiblər onlar.

Güman etmək olar ki, bəlkə şəhər civarında kəndxudaların dəstələrindən, dağ camaatından muzdla tutulan adamlardır. Amma o məkanlardakı məscidlərdə, ziyarətgahlarda ayıq-sayıq canişinlə-rim oturublar.

* Məhəmməd Peyğəmbərin qızı Fatimə ilə kürəkəni İmam Əlidən və onların nəslindən başqa, xilafətdə bütün sülalərin hakimiyyətini qeyri-qanuni sayan və İmam Əliyə etiqad edən gizli təriqət.


Hər canişinimin yanında qasidim var. Bir şey olsaydı, hökmən öyrənərdilər.

Demək, Bakıda və Şamaxıda mənim müridlərimi yaxşı tanıyan əsnaf içində heydəriyyələrdən* toplanıb o dəstə. Düşünürəm ki, belədirsə, şəhərdə xirqəmi geyinən binəva əsnafı necə xilas edərəm? Dəstəni təcili təhlükəsizləşdirməsəm, otuz min əhali içində Kərbəla müsibəti düşməzmi?! Belə müdhiş bir şübhəm var, övladım!

Adıyüksəyə pənah gətirəndə mən onun yurduna həqiqətimi töhfə gətirmişdim, qana bais olmağa gəlməmişdim!
Qayıtmağımın bir səbəbi budur, övladım!

Digər səbəb Yusifin hakimiyyətidir.
Kür qırağında o, mübahisədə iştirak etmədi. Mübahisənin faydasızlığını anlayandan sonra mən məscidə gedirdim. Ardımca gəldi. "Sənə sadiqəm. Mövqeyini tərk etmərəm", - dedi. Sonra öyrəndim ki, məhz mənim mövqeyimə zidd niyyətlə xəlifələrimin gizlin tapşırığına əməl etmək üçün batin olub, fədakarlıq buyurub. Çağırış məkanında özün eşitdin məramımın Nicat yurdu ilə bağh olduğunu, Təbriz təxtini Adıyüksəyə verdiyimi bilə-bilə Şirvanda hərb tələb etdi. "Hakimiyyət Fəzlin olmalıdır", - deyib, karvan içində hakimiyyətimi aldı. Demək, karvan içində hakimiyyət xəlifələrimin əlindədir və bunu edən də Yusifdir. Belə riya! Mənim xirqəmi geyinən adamda hər cür təbəddülat mümkündür, Mövlana, riyakarlıq olmamalı idi!
İndi fəhm et, təqdiri mümkündürmü onun mövqeyinin? Sənə demək istədiyim vacib şeylərin bir qismi bunlardan ibarətdir, övladım!
"Fəzl günü" barədə sirrimi Hüseyn Keyaya açmışam, müşayiətçilərim hər şeyi bilirlər. O dəstəni təhlükəsizləşdirə bilməsəm, Yusif yenə hərb xəyalına düşsə, dübarə çağırış elan edərsən, "Fəzl günü" barədə sirrimi açarsan. Başqa çarə yoxdur. Bəlkə bununla müridlərimin ehtirasını söndürmək mümkün oldu.
Unutma, övladım, heç vaxt unutma ki, vəhdətin yolu uzundur. Bu yolda müvəqqəti qələbə sehrinə uymaq karvanın ölümüdür.

* İmam Əliyə etiqad edən bir başqa gizli təriqət. Sonralar Ərdəbildə fəaliyyətdə olmuş Şeyx Heydər müridlərinə - Səfəvilərə aidiyyəti yoxdur.


Xəlifələrimin əməlləri bəhrə versə, Divin məhvi labüd olsa belə, unutma ki, bu da müvəqqəti qələbədir.
Sirrimi açmalı olsan, bu dediklərimin hamısını mənim adımdan müridlərimə çatdırarsan.
"Xoşbəxtlik işi"nə dair bəzi vacib şeylər də var. Kürdələm üstündə Dərviş Hacıya danışmışam ki, Seyidlə Əmin Məhrəmə çatdırıb hər ikisini Adıyüksəklə görüşümüzə hazırlasın. Görüş baş tutsa Seyid qayıdıb səni hər şeydən hali etməlidir, sonra karvanı Hacı Bayramın fitnə-fəsadından qurtarmaq üçün Ruma dərvişliyə getməlidir. O əzizimdə elə məharət var ki, getdiyi yerdən heç vaxt əliboş qayıtmır. Amma xəlifələrim bu işə mane ola bilərlər. Seyidin mövqeyinə ziddirlər onlar, mənim Seyidə xüsusi rəğbətimdən və çox vaxt ona arxalanmağımdan narazıdırlar. Rumdakı işlərə məhz Seyidin əli ilə müdaxilə etməyimi bilsələr, onun barəsində Hacı Bayrama yaxşı-yaman deyərlər, özünə deməsələr də üləmasını xəbərdar edə bilərlər, o halda Seyidi bəlkə Anqaranın darvazasın-dan içəriyə də buraxmazlar. Sənə demək istədiyim vacib şeylərdən biri də budur, övladım!

Rumla mənim əlaqəm möhkəm deyil. Ordakı dərvişlərim bundan sonra yəqin ki, ancaq xəlifələrimin sözü ilə oturub-duracaqlar. Bu bir çətinlikdir Seyidin yolunda.
Bir çox yerlərdə Seyidi mən ancaq əşan ilə, Nəsimi adı ilə tanıtdırmışam, digər yerlərdə ancaq xəlifəm kimi, Seyid Əli ibn Məhəmməd, Seyid Əli İmadəddin adı ilə tanıtdırmışam. Əvvəllər bu onun dərvişliyini asanlaşdırırdı. O əzizimin öz günahı üzündən bu sirr faş olub aləmə yayılıb. Seyid Əli ilə Nəsiminin eyni adam olduğunu güman ki, Anqarada da bilirlər. Bir çətinlik də budur onun yolunda.
Şirvandan getmək ərəfəsində Seyidin burda səlamətliyi xatirinə cəmi işlərdən təcrid etdim onu mən. Bəlkə Hacı Bayrama bir yolla xəbər çatdırılsın ki, Nəsimi daha mənim xəlifəm deyil, əşarını yay-maqla məşğul olan bir xərabatıdır ki, öz təşəbbüsü ilə Hacı Bayramla görüş istəyir? Fikirləş bir şey tap, övladım! Çünki bu çox vacib işdir. Təəssüf ki, gəlib çıxmadı, özü ilə danışmadım. İşin vacibliyini və dərvişliyinin adi dərvişlik olmadığını mənim adımdan de! Hacı Bayramın iqamətgahına yol tapsa, əminəm ki, onun bətnini dübarə aşikara çıxarar, xəlifələrimi o qan hərisinin yalan vədlərindən döndərər. O vaxt karvanın istiqaməti də düz olar, daha sənin mövqeyində də heç bir təbəddülat baş verməz. Bakıda necə rəvandırsa yeni rütbəndə də eyni rəvanlıqla işlərimizi idarə edərsən. Səbrini, sayıqlığını itirmə, Mötəbərim!
Kürdələm üstündə Dərviş Hacıya Seyidin barəsində bəzi şeylər demişəm. Vaxtı çatanda o dediklərimi sən də biləcəksən, o vaxt Seyid çox şeyə cavabdeh olacaq və sənin yükünü yüngülləşdirəcək.
Hakimiyyətində qayim ol, övladım! Dəfatla deyirəm, ehtiras zamanı gəlib. Müridlərimin ehtirası nə qədər qızışsa, hakimiyyətində bir o qədər qayim ol! Şəxsi zabitən, hökmün fayda verməyəndə qasidlərimi işə cəlb et! Onlar vəfadarlığı həq mövqeyini qorumaqda görən yaxşı icradardırlar və lazım gəldikdə, hətta ən istəkli dərvişimizə zor göstərməkdən də çəkinmirlər. Amma unutma, övladım, heç vaxt unutma ki, iradə sındırmaq, ləyaqəti ayaqlamaq əqidəmizə ziddir. Zərurət olmasa zor işlətmə və heç kəsi sındırma! Təbibim Dərviş Həsən etirafa gəlsə, etirafını qəbul et! Yusif etirafa gəlsə, hətta ona da inan və etibar et!
Mən sözümü qurtardım, övladım!
Fəzl ayağa qalxıb ocağa doğru aralandı. Bir az sonra Mövlana Tacəddin onun hamıya müraciətlə dediyi hökmü eşitdi: - Mən getməliyəm, övladlarım!
Bütün namaz, xüsusilə, "Fəzl günü" barədə həq sirri və "Yer üzündə axırıncı hökmdar qurşağına taxta qdınc bağlayana qədər elm yayümahdır" sözləri elə yeni bir aləm yaratmışdı ki, bu aləmin işığında elmin qələbələrindən başqa hər şeyin, doğrudan da, qeyri-həqiqi olduğunu bütün aydınlığı ilə görüb, Fəzl-həqqin əməlinin əzəmiliyini yenidən dərk edən Mövlana Tacəddin, bütün sarsıntılarını, o cümlədən "düşmən içinə səfərin" yalnız təxirə salındığını və Fəzlin bu gecə hökmən getməli olduğunu da unudub, ömründə ilk dəfə qeyri-adi hissiyyata qapümışdı. Hələ heç kəs bilmirdi ki, Mövlananın keçə üstündə taxta qdınclara dikilib, bu taxta parçaları arxasında cəmi yer üzünün "Ənəlhəq" qışqırdığını görən gözlə-rində də bütün kəhrəbaüzlülərə məxsus panltı əmələ gəlmişdi. Hətta "mən getməliyəm" sözləri də bu panltını azaltmadı. Yalnız Fəzl həmin alçacıq Şirvan atını yedəkləyib darvazaya doğru gedən-də Mövlana ayüdı. Lakin cəmisi bir neçə saat əwəl hücrə qaba-ğında dayanıb, Fəzlsiz hər şeyin məhv olacağını düşünən adam yoxa çıxmışdı. Darvaza arxasında Fəzl vidalaşmağa başlayanda

Mövlana, müşayiətçilərin necə yasa batdıqlarını belə duymadı və Fəzlsiz də elmin öz işini görəcəyinə əsla şübhə etmədən:
- Arxayın get, ustad! -dedi.
Müşayiətçilər qəhərdən boğulub, səssiz-ünsüz dayanmışdılar. Ustadın belə düşkün vaxtında ondan ayrılmağa heç cür dözməyən incə şagirdlər isə, doğma ata ardınca ağlaşan körpələrtək acı-acı hönkürürdülər. Qəribə idi ki, Mövlananı kövrəltmək əvəzinə, bu hönkürtülər onu yenidən vəcdə gətirdi:
- O odu ki, sən mənim içimdə yandırdın, o od heç vaxt sönməyəcək, ustadım! Cəmi tapşırıqlarına əməl olunacaq! - dedi.
Bəyaz qoca ağ atı yedəkləyib üzüaşağı enəndə müşayiətçilərin dizlərinin taqətini də özü ilə apardı, kim harada dayanmışdısa, ora-daca yerə çökdü. Susqun və qapalı Hüseyn Keya belə birdən boğuq hönkürtü ilə əyilib ikiqat oldu.
Təkcə Mövlana Tacəddin, ətəkləri qalın otluq üstündə qatlanmış uzun, gen əba içində şax dayanıb gözündən bir damla da salmadı. Fəzl qaranlıqda uzaqlaşmağa başlayanda isə, o, yol qırağında tapşırıq gözləyən qasidləri çağırıb öz köhnə təmkini ilə:
- Dərviş Hacıya çatdırın, "Əbədiyyət atlısı"nın cilovunu tutsun! - dedi.

Ayrılıq kədərinin ağırlığını o, yalnız ocaq qırağına qayıdıb, keçə üstündə taxta qılınclan gördükdə duydu. Lakin bu hələ ayrılıq deyildi.


VƏHDƏT


15

Salnaməçinin yazdığına görə bu hadisələrdən səkkiz il əvvəl, 1386-cı ilin payızında Qarabağa, Əmir Teymurun hüzuruna birinci dəfə gedəndə İbrahim külli miqdarda cavahirat və ipəklə birgə səkkiz qul aparıbmış. Əmir Teymurun düşərgəsində İbrahimin karvanından yükü qəbul edən möhtəsib soruşub ki, "Qayda üzrə, hədiyyənin üstündə doqquz qul verərlər, sən niyə səkkizini gətiribsən?" İbrahim deyib: "Doqquzuncu qul özüməm". Və Əmir Teymura xoş gələn də guya elə bu olub.

Bir başqa salnaməçi, özündən əvvəlki salnaməçinin "doqquzuncu qul" əhvalatını təkzib etmədən yazır ki, hədiyyələrin üstündə şah, Nizaminin yeddi gözəli timsalında yeddi dünya gözəli aparıbmış. Əmir Teymur hədiyyələr qoyulan çadırda yeddi rəng tül altında dayanmış gözəllərə valeh olub və elə buna görə də İbrahimdən xoşu gəlib.
Fəzlin Adıyüksəklə görüşə tələsdiyi vaxt nə bu salnaməçilər məlum idi, nə də onların bir-birini rədd edən yazıları - bəzəmələri.

Fəzlə məlum tarix belə idi ki, son vaxtlar Adıyüksək yalnız Miranşah təhlükəsindən xilas olmaq qayğısına qalıb, bütün işlərini, of cümlədən Teymurla ittifaqını və hürufilərlə əlaqəsini bu qayğıya tabe etsə də əslində hər şey onun Təbrizlə bağlı gizlin məramından törəmişdi.
Qiyamdan hələ bir il əvvəl İbrahim tacirbaşı Hacı Nemətullahın karvanları ilə Təbrizdə olub, qala hasarı içində geniş ərazidə, qohumları ilə birgə yüzdən çox böyük bağ saymış, bağların ara-larında dolanıb səbətlərə meyvə və qax yığan əcəm karvanlarının çoxluğuna heyrət edib, üç yüzə qədər karvansara saymış, bir məhəllədə qızıl, digərində gümüş dükanlarının cərgələrinin uzunluğuna, sonra Şirvan baramasından toxunan zərbaft, tafta, qumaş, məxmər və atlaz dükanlarının çoxluğuna heyrət edib on beş minə qədər dükan saymış, Rumdan Misirə, Hindistandan Çinə, Xarəzm və Mavəraünnəhrdən Rusiyaya, Firəngistana qədər, hər yerdən karvanları çəkib gətirən dünya bazarının böyüklüyünə və zənginliyinə vurulmuşdu.
Təbrizdən çıxanda Hacı Nemətullah onu "yarımdünya mərmər yatağına" aparıb, on-on beş dirsək* uzununda qayatək mərmər kəsə bilən yüzlərlə usta arasında gəzdirmişdi, sonra günbatana doğru aparıb, Bağdad yolu üstündə Marağada, Mərənddə, bu şəhərlərin ətrafındakı bağlarda, pambıq çöllərində həm rəncbərlik, həm də peşəkarlıq edən əsnafın bez və qələmkar* dükanlarında, sonra Dəhhərqanda, Makuda, Xoyda, Urmiyada, Miyanədə, Naxçıvanda, Ordubadda, Astarbadda, Gəncədə, cəmisi əlli şəhərdə gəzdirmişdi. Qayıdanda qazancını Kəsrani xəzinəsinə versə də səfərinin məqsədi ticarət olmadığı üçün İbrahim heç də təəssüflənməmiş, əlli şəhərdən yığdığı nemətlərdən nümunələri, o cümlədən Naxçıvandan gətirdiyi bəyaz, zəri, zəfərani, ləli - cəmisi yeddi növ rəngbə-rəng pambığı Şəki civarının xəlvət bir guşəsində onu gözləyən qohumları Dərbəndilərin ortalığına töküb, dərhal dildən-dilə düşən sözlər demişdi: "Gəzdim, gördüm. Diyarımız kimi diyar yoxdur, heyf bu diyarda ixtiyarımız yoxdur". Sonra Dərbəndilərə söz vermişdi ki, bu gündən onun dünyanı doyuran bu əlli şəhərli diyarı dünya bazarı Təbriz dövrəsində vahid səltənətdə cəm etməkdən böyük diləyi olmayacaq.

Şəki civarında kiçicik ocaqlıqda oturan, yüznəfərlik qoşunu belə olmayan bir hakimin "vahid səltənət" fikrinə düşməsi heç də əsassız deyildi.
Hələ Mənüçöhrün zamanından əlli şəhərli diyarın bütün şəhərlərində, əsnaf karxanalarının hamısında cümlə aləm rəmzi səma rəngində ulduzlu bayraqlar vardı. Belə bir bayrağı ilk dəfə Bağdaddan xilafətin qılıncından qaçan əxilər nə vaxtsa Ruma aparıbmışlar. O əxilərin özlərinin də iti qılıncları, yüyrək atları varmış. Bayraqlarını şəhərlərdə əsnaf içində yaydıqdan sonra onların əqidəsinə istinad etməyə söz verən hansı sultanınsa ətrafına toplaşmış və əyan-əşrəfə çevrilib məhv olmuşdular.

* Ölçü vahidi
* Əlvan basma çit növü




O bir dəstə əsnafdan mavi rəngli, ulduzlu bayraqla "əxi" adı və əsnaf iradəsilə verilən "əxi baba" rütbəsi, bir də ki, vahid səltənətdə adil hökmdar arzusu yadigar qalmışdı.
İbrahimin "Mənüçöhr törəməsi" şöhrətini yaymağa başlayanda onun qohumları ilk növbədə əsnaf içində "əxi baba"larla - hərəsi öz peşəsinin adı ilə "Əxi Zərgər", "Əxi Misgər", "Əxi Nəqqaş" adlanan ustabaşılarla danışıb, onlardan İbrahimə bayraq və bir də vəd aparmışdılar ki, əgər o - İbrahim nə vaxt hansı şəhərə sahib-səltənət kimi qədəm bassa, cəmi əsnaf onu böyük təntənə ilə qarşı-layacaq və adil hökmdar təxtinə dayaq olmaq üçün əlindən gələni əsirgəməyəcək.

Fəzlin bir başqa yeri yox, məhz Şirvanı hicrət məkanı seçməyi, əslində İbrahimin əsnafla bu gizlin danışıqları ilə əlaqədardı. Onun - Fəzlin Bakıda məskən salıb Nicat yurdunu hələ təzə öyrənməyə başladığı vaxtlar Dərviş Hacı Adıyüksəyin haqqında hər şeyi bütün təfsilatı ilə danışıb demişdi ki, əlli şəhərə səfər ərəfəsində İbrahim Şamaxıdakı iyirmi dörd əsnaf məhləsində iyirmi dörd ustabaşından, Gəncə, Qarabağ və Naxçıvan da daxil olmaqla, Təbrizə qədər, hər yerdən vəd almışdı. Yalnız onun Kəsraniləri devirməyi ilə Teymurun İrana ilk yürüşü eyni vaxta düşdüyünə görə "Təbriz dövrəsində vahid səltənət" diləyi elə dilək olaraq qalmış, illər dolandıqdan sonra bir də bu yazbaşı Fəzlin tapşırığı ilə "uca minbər qabağında namaza" gedən Nəsimi Adıyüksəyin fikrini təzələmişdi.
Son vaxtlar söhbət ancaq Miranşah təhlükəsindən xilas olmaq ətrafında getsə də, Fəzl əmin idi ki, "Payitəxti Təbriz olan "Ədalət səltənəti"nə" vurğun Əmin Məhrəm kimi Adıyüksək də "vahid səltənət" aşiqi idi, Divlə Miranşah arasında yürütdüyü incə siyasətində və onun - Fəzlin müridlərini vaxtına-məqamına qədər qoruyub saxlamaq üçün gördüyü işlərdə şaha səbir və dəyanət verən də məhz məramına aşiqliyi idi... "Div qapısı açarı"nın -Mövlana Mahmudun məlumatına görə İsfahanın ardınca Təbrizi, Ərməni və Qaxeti fəth etdikdən sonra o ili Div Kür boyu ilə üzü-aşağı Şirvana doğru gəlib Qarabağda, Bərdə yaxınlığında qışlamaq üçün düşərgə salanda İbrahim təcili məclis çağırıbmış. Haman məclisdə Gövhərşahla birgə cəmi hərbiyunlar deyiblər ki, bənd-bərələri kəsib sayca dəfələrlə artıq düşmənlə döyüşmək üçün onlar ancaq şahın buyruğunu gözləyirlər.

Qazi Bayəzid isə təklif edib ki, şah müdafıə tədbirləri görüb dağ belinə - ləşgərgahın qala divarları arasına çəkilsin.

Lakin İbrahim nə oğlu ilə hərbiyunların təklifini qəbul edib, nə də vəzirinin. Teymurun zoru müqabilində zora arxalanan Sultan Əhməd Cəlairinin aqibətini misal gətirib deyib: "Özüm təkbaşına onun qabağına gedərəm. Ağıllı adamdırsa sözümü eşidər. Eşitməz Şirvanı ölümümlə xilas edərəm və bir vaxt gələr vəliəhdim sizi diləyimizə qovuşdurar".

Sonralar yenə də "Div qapısı açarı"nın ordu içindən gətirdiyi məlumata görə Adıyüksək, doğrudan da, tək getmiş və ağ çadırda Divi heyrətləndirən mərdanəliklə: "Hədiyyələrin üstündə öz başımı gətirmişəm. İstəyirsən kəs, istəyirsən sağ qoy, sənə xeyir versin", - demişdi. Div isə: "Sən birinci hökmdarsan ki, mənimlə hökmdar kimi danışırsan. De görüm nə xeyir verə bilərsən?" - demiş və bununla da ittifaq barədə söhbət başlanmışdı.
Və bu tarix doğru idi.

Yenə də "Div qapısı açarı"nın məlumatma görə, keçən il Div Sultan Əhmədin izi ilə Bağdada yola düşəndə Adıyüksək onunla ikinci dəfə görüşə hazırlaşırmış. Görüş baş tutmayıb. Çünki Miranşah Adıyüksəyi qabaqlayıb Şirvanda hürufi ocağı haqqında atasına səhih xəbərlər çatdırıbmış və Div deyibmiş ki, "Şah himayəsindəki hürufilərə münasibətini bildirib əvvəlcə vəliəhdimi razı salsın, sonra mənim görüşümə gələr".

Mövlana Mahmud Divin bu sifarişinə Adıyüksəyin cavab məktubunu öz gözləri ilə oxumuşdu və kəlməsinə qədər yadmda saxlayıb Fəzlə çatdırmışdı. Çünki məktub Adıyüksəyin həm öz eşqində cürətini, həm əqlinin itiliyini, həm də Div hüzurunda bəraət üçün lazım gəldikdə hər şeyi qurban verməyə hazır olduğunu göstərirdi.
Adıyüksək yazmışdı: "Şahlar şahı bilməlidir ki, vəliəhd Miranşah siyasətdə kordur. Mən hürufıləri himayəmdə yox, qəfəsdə saxlayıram və vəliəhd Miranşahm öz ulusundakı doqquz şəhərdə doqquz hürufı ocağını tapıb dağıtmasını gözləyirəm. Vəliəhd öz işini görsə, mən hürufılərdən ehtiyat etməyib Şirvandakı qəfəsin qapısını bir gündə bağlayaram və əgər vəliəhd istəsə Fəzlullahın özünü tutmağa da kömək edərəm".



Adıyüksəyin həmin bu məktubunun nəticəsi idi ki, keçən il Div Bağdad yolundan Sultaniyyəyə çapar göndərib, şahın köməyi ilə Fəzlullahı tutub Əlincə qənşərində edam etməyi, doqquz şəhərdə doqquz ocağı tapıb dağıtmağı, xəlifələrlə müridlərin hamısının boynunu vurub hürufilərin kökünü kəsməyi əmr etmişdi. Hürufi ocaqları əvəzində məscidlərin, pir və ibadətgahların dağıdılması, xəlifələrlə müridlərin əvəzində minlərlə mömin müsəlmanın qılıncdan keçirilməsi, nəhayət, "yaz açılanda tutub göndərərik" sözlərində vədin aydınlığına baxmayaraq, Miranşahın bu vədi gözləmək əvəzində Şamaxıya həmlə çəkib, üstəlik, Şeyx Əzəmin iqamətgahında murdarlıq etməsi "siyasətdə kor" sözlərinə bəraət verib Divin öz müttəfiqinə inamını artırmışdı. Şah məscidində qurama sui-qəsdlə Əlincədə döyüş meydanına atılan papaq və xüsusilə, fitvanın icrasının ləngiməsi bu inamı sarsıtsa da, Fəzl əmin idi ki, Adıyüksək bu dəfəki görüşdən də qələbə ilə qayıtmışdı. Çünki onun əlində yeddi xəlifənin imzası ilə təslim hökmü və Fəzlullahın öz ayağı ilə "təyin olunmuş məkanda görüşə" gəlməsi barədə səhih məlumat vardı.
Dərviş Hacı "cilovu tutub "Əbədiyyət atlısı"nı təyin olunmuş məkana" aparandan sonra o - Adıyüksək, dərhal Divə çapar göndərib "qəfəsin qapısının bağlandığını" və Fəzlullahın özünün tutulduğunu xəbər verəcək, beləliklə, Fəzlin "Xoşbəxtlik işi" adlandırdığı iş üçün şərait yaranacaqdı.

Məlhəmlə Şamaxı arasındakı dərələrdən birinin qaranlığında çaxmaqdaşı şaqqıldayıb, məşəl alovlandıqda Fəzl Dərviş Hacının "cilovu tutmağa" gəldiyinə və daha hər şeyin məhz onun düşündüyü kimi olacağına şübhə etmədən, atdan düşdü.

Lakin Dərviş Hacı əvəzində yolda ağ hasar kimi dayanmış müridlərini gördü. Bu bədbəxtlik idi. Kim xəbər vermişdi, necə olmuşdu ki, müridlər yenə yola çıxmışdılar? Sükutundan inad yağan bu hasarı keçmək mümkün idimi? Çağırış məkanında dediyindən başqa indi o nə deyə bilərdi?

Fəzl bu barədə düşünərkən birdən hasardan daş kimi qopub düşən varisini gördü, onun hönkürtüsünü, fəryadını eşitdi.
Fatma dərənin sulu, palçıqlı yolunda üzü üstə döşənib atasının qıçlarına sarılmışdı, üzünü onun başmaqlarına sürtürdü.
- Qoymaram gedəsən! Qoymaram! - deyirdi. Nə öz müşayiətçiləri onu Fəzldən ayıra bildilər, nə də qasidlər.
Fəzl özü isə gözlərini yumub, dişini dişinə sıxıb dayanmışdı.

Xəlifələrin təcrid hökmündən sonra, iki ildə varisindən o, yalnız tikanlı sözlər eşitmişdi və Fatmanın ondan soyuduğunu güman etmişdi. Birdən-birə bu palçıq içinə döşənib üzünü onun başmaqlarına sürtən çılğın məhəbbət Fəzlin ata ürəyinə bıçaq sancdı. Bu ürək onsuz da ağrılı idi. Lakin ağrı onun sonsuz qayğıları altında qalmışdı. Fəzlin yadında deyildi ki, ötən bir ildə harada, nə vaxt Fatmanın qayğısını çəkmişdi, harada, nə vaxt, kimdən tifillərini soruşmuşdu. Bəlkə heç soruşmamışdı. Buna görə də üzünü onun başmaqlarına sürtən bu çılğın məhəbbət ata ürəyinin ağrısını birə-iki artırdı və Fəzl gördü ki, palçığa döşənən tək Fatma deyil: bir cüt körpəsi - Nurullahı ilə Qiyasəddini də artıq yetkinlik yaşına dolub, amma eynilə böyük bacıtək xırdaca qalmış Aişə ilə İsmət də onun ayağına düşmüşdülər; beş balası bir cismdə birləşib, Fatmanın hönkürtüsü ilə hönkürür, Fatmanın səsi ilə yalvarırdı: - Getmə! Tifil-lərini yetim qoyma! - deyirdi. Və Fəzl bütün varlığı ilə duyurdu ki, bu yalvarış hamıdan, hər şeydən, "həq iradəsi" adlanan iradədən belə güclüdür, bu yalvarış müqabilində bircə kəlmə xoş söz desə, bu kəlmə də kifayət edər ki, bağrına basıb daha ondan ayrılmasın. Odur ki, dişini dişinə sıxıb, hətta gözlərini də yummuşdu, gözləyirdi.
Fatma hönkürüb çırpındı, çırpınıb hönkürdü.

Hərəkətdən qaldıqda, müşayiətçiləri, nəhayət, onun qollarını Fəzlin qıçlarından ayırdılar, qaldırıb yoldan kənara apardılar.
Bu vaxt Fəzl qulaqlarından getməyən yalvarış arasında elə bil uzaq dağ arxasından təbibinin qışqırtısını eşidirdi.
Dərviş Həsən:
- Diz çökün! - deyirdi. - Yalvarın! - deyirdi. - O, varisi ayaqladı, sizi ayaqlaya bilməz! -deyirdi və eynilə çağırış məkanındakı kimi, izdihamı çaxnaşdırırdı. "Riyakar hakimiyyət düşkünü" də eynilə çağırış məkanındakı kimi, xəlifələrin mövqeyini izhar edib müttəfıqlərin və İldırım Bayəzidin iştirakı ilə böyük hərb tələb edirdi. Bütün bunlar elə bil min dəfə olmuşdu, küt ağrılı köhnə yaraya çevrilib Fəzli usandırmağa başlamışdı. Bununla belə, təbibinin törətdiyi çaxnaşmanın ardınca izdihamın diz çökdüyünü gördükdə onun heysiz sinəsindən heybətli bir bağırtı qopdu:
- Bu mərəzdir, övladlarım! Sizin məhəbbətiniz daha məhəbbət deyil, mərəzdir! - dedi və dərhal irəli yeridi. - Qalx, övladım, qalx!
- deyə-deyə, nəfəsi qarala-qarala müridləri bir-bir ayağa qaldırmağa başladı.

O tez-tez səndələyirdi. Bu vaxt sağ-soldan mədəd durmaq istəyənləri kəskin, sinirli hərəkətlərlə rədd edib növbəti müridin qolundan yapışırdı: - Qalx, övladım, qalx! - deyirdi. - Bu nə ləyaqətsizlikdir?! - deyirdi.
Aydm idi ki, müridlərə lap sübhə qədər tək-tək müraciət etmək lazım gəlsə belə o, bu işdən usanmayacaq və yolundan qalmayacaqdı.
Lakin birdən kim isə Fəzlin qətiyyətindən də qəti, sərt və hətta bir qədər kobud hərəkətlə onun özünün qolundan çəkdi.

əzl istər-istəməz duruxub təəccüblə geri döndükdə Nəsimini gördü və bununla da hər şey dəyişdi.
Kür qırağından və Kürdələm üstündən yayılan xəbərlərdən sonra Nəsiminin müridlərə qoşulmayıb, hətta çağırışa getməməsi onun həqiqətən "ötəri qayğılardan uca" mövqedə, "Hər şeyin fövqündə" dayandığını sübut edib, Fəzldə böyük ümid doğurmuşdu və buna görə də "əndazəsizliyin xətaları" ilə təcridi sərf-nəzər edib Rumda dərvişliyi ona tapşırmışdı.
Fəzlə əyan idi ki, xəlifələrin dönüklüyünün sirri açıldıqda və müttəfıqlərin xəlifələrlə əlbirliyi aşkara çıxdıqda müridlər də xəli-fələrin mövqeyini təqdir edib "Ədalət səltənəti"nin yaranışını böyük hərbdə görənlərin ardınca gedəcəkdilər. Demək, hələlik hər şey burada - Şirvanda, "Əbədiyyət atlısı" ilə Adıyüksəyin ətrafında cəmləşsə də və "düşmən içinə səfər"dən çox şey asılı olsa da, kar-vanın taleyi əslində burada yox, Anqarada, Hacı Bayramm iqamətgahında həll olunacaqdı. Belə çıxırdı ki, Mövlana Tacəddini həq iradəsinin icradarı - samit təyin etsə də, Ruma dərvişliyi Nəsimiyə tapşırmaqla Fəzl karvanın taleyini də ona tapşırmışdı: Hacı Bayramın "bətni aşkara çıxarılıb" xəlifələr xilas edildikdən sonra karvan həqiqi yola qayıtdıqda işin başında Nəsimi dayanmalı idi. Fəzlin narahatlığı bircə bundandı ki, o vaxta qədər Nəsimiyə təhlükə üz verə bilərdi: "İşlərdən hali olub", "düşmən içinə səfər"dən xəbər tut-duqda o, əndazəsizlik edib təkbaşına Adıyüksəyin görüşünə gedər və orada yenə də Şeyx Əzəmin əlinə keçə bilərdi. Buna görə də Fəzl hələ Kürdələm üstündə Dərviş Hacıya "bəzi şeylər demiş", yəni işin başında Nəsiminin dayanacağını açıb: "Mənə yox, Adıyüksək ümidini daha ona bağlamalıdır. Əmin Məhrəm də məni yox, onu mühafizə etməlidir və vəfadarlığının ümdə şərti Seyidin səla-mətliyi olmalıdır", - demişdi. Bununla da kifayətlənməyib, sonra Fəzl şagirdinin özünü hüzura çağırmışdı ki, "düşmən içinə səfər"in vacibliyini şəxsən şərh edib, onu ehtiyatsız hərəkətlərdən çəkindirsin. Əgər Nəsimi Məlhəmdə hüzura gəlsəydi Fəzl, şübhəsiz, ona təsir göstərə bilərdi. İndi daha gec idi.
İzdiham diz çökəndə Fəzl tək bir nəfəri ayaq üstə gördü. O bir nəfər Nəsimi idi, müşayiətçilərinin arasında döşəli qalmış Fatmanın başı üzərində, elə bil cənazə yanında dayanmışdı. Fatma ilə izdihamın və izdihamla Fəzlin arasında dolanan "gecə gözlər" əzab və üsyan qaynağına çevrilmişdi: ustadına yox, Nəsimi elə bil qatilə baxırdı.
Qolundan çəkən adamın hərəkətindən təəccüblənib geri dönəndə Fəzl yenə həmin baxışla qarşılaşdı və dəhşətli bir ittiham eşitdi:
- Mərəz olan məhəbbətimiz deyil, ustad, sənin rəhmsiz həq iradəndir ki, belə rəzalət törədir! - deyib Nəsimi onun üzünə sanki alov püskürdü.

Fəzl diksinib, hətta bir addım geri çəkildi. Şagirdindən qeyri-adi söz eşitməyə o, çoxdan alışmışdı. İstibdad dünyasında bəzən doğrudan da rəhmsizlik etməyə məcbur olan həq iradəsini məhz Nəsiminin, həm də belə sarsıntılı bir vaxtda "mərəz" adlandırması isə onun qəlbini parçaladı:
- Gözüm nuru!.. Məni ittiham edən azdımı, gözüm nuru?! - dedi. Elə dedi ki, bundan mütəəssir olmamaq çətindi. Lakin Nəsiminin qəzəbi sonsuzdu:

- O bədbəxt, binəva varisinə bax! Məgər sənin iradən deyil onu xəstə və rəzil edən?! Müridlərinə bax! Mənə bax! Üzümüzün sarılığı ilə fəxr edərdik, çünki əzəmi işlər əzabkeşi idik. Bəs indi nəyin əzabını çəkirik, ustad?! Özünü qurban verməkdən qeyri qurtuluş görməyib, belə israrla ölümə gedirsənsə, necə ittiham etməyim mən səni?!

Söz Fəzli bərk tutmuşdu. Başını endirib, dərənin cüzi hənirti ilə belə pozulmayan kimsəsizlik sükutunda boğuq səslə:
- Ölümə yox, mən vacib işə gedirəm, övladım, - dedi, - "Xoş-bəxtlik işi"nə gedirəm!
Nəsimi qışqırdı:
- Ölümə gedirsən! - dedi. - Mən dərhal fəhm etdim ki, "təyin olunmuş məkanda görüş" və "Adıyüksəyin bətnini dəyişdirmək" təslimin deməkdir! "Divi təhlükəsizləşdirmək" isə ölümün deməkdir!

Müridlər artıq ayaq üstə idilər, hər yandan yola doğru sıxlaşırdılar.
- Nəsimi doğru fəhm edib! Daha heç kəsdən gizlin deyil ki, ölümə gedirsən! - dedilər.
- Mübahisəni qurtar, ustad! Təhlükəsizliyə qayıt! - dedilər.
- Günümüzü elan et! Müttəfiqləri çağır! Fədakarlıq buyur! -dedilər.
Fəzl təşvişlə ətrafına baxdı.
- Övladlarım! Mən əbəs yerə "Xoşbəxtlik işi" deməmişəm, övladlanm! Bu iş görülməlidir. Ölüm də olsa mən getməliyəm! -dedi. - Məgər mənim ölümümlə qurtarır hər şey?! Cavidan* öldü, həqiqət Bəybak* Xürrəmidə zühur etdi. Bəybak öldü, həqiqət Hüseyn Həllacda zühur etdi. Hüseyn öldü, həqiqət Əxi Fərruxda zühur etdi. Fərrux öldü, həqiqət Şeyx Nizamidə zühur etdi. Nizami öldü, həqiqət Şeyx Mahmudda* zühur etdi. Silsiləmiz mənimlə başlanmayıb, mənimlə də qurtarmır. Mən təsbehin bir danəsiyəm. Ali ruh bu gün məndədir, sabah digərində zühur etməlidir. Nə üçün unudursunuz bu böyük həqiqəti, övladlarım?! Elmin mühafızəsi naminə ölümdən yüksək şərəf yoxdursa, taleyim nə üçün öz əlimdə olmasın?! Hökm edirəm, çəkilin yolumdan!
Müridlər çaxnaşdılar:
- Çəkilməyəcəyik, ustad! Sənin ölümün bizim hamımızın ölümünə bərabərdir! -dedilər.
- Div sənin ölümünlə təhlükəsizləşəcəksə, biz istəmirik o təhlükəsizliyi! -dedilər.
Fəzl uğultu içində səsini qaldırmağa çalışdı:
- Axı mən ölümə getmirəm, övladlanm! Ölümə getmirəm! - dedi. - Nəsiminin adətidir, damlaya dərya deyər, yağışa tufan deyər! İnkar etmirəm, səfərim təhlükəsiz deyil, çox ola bilər ki, gedən kimi zindana düşüm. Xaqanlar hüzurunda namaz qüanlarımın, sədrəddinlərlə, müftilərlə çarpışanlarımın hansı düşməyib zindana ki,

*Azərbaycanda İslama müqavimətin banisi (ıx əsr)
* Babəkin əsl adı – rütbəsi.
* Şeyx mahmud Şəbüstəri panteist filosof. (XIV əsr)



mən də düşməyim? Adıyüksəyin zindanında mən tez-tez Adıyüksəyin özü ilə görüşərəm, Əmin Məhrəmlə, onun bahadırları ilə, Dərviş Hacı ilə, onun üləması, tacirləri ilə görüşərəm və birbaş ordu içinə gedənlərlə əlaqə saxlaram. Ordu içi ilə əlaqə isə tale məsələsidir, övladlarım. Sizə məlumdur ki, Div Toxtamışın yaxınlığından narahatdır. Toxtamışın məhz bu məqamda yaxına gəlməyini o, mənim müttəfıqlərimin fəallığı ilə əlaqələndirir. Rəis Yusif İldırım Bayəzidin adını əbəs gətirmir dilinə. Div, şübhəsiz, xəlifələrimin Rumla əlaqəsini öyrənib, indi həm biz tərəfdən, həm İldırım Bayəzid, həm də Toxtamış tərəfindən həmlə gözləyir və yəqin ki, özümün də böyük hərb niyyətində olduğumu güman edir. Belə deməyə əsasım var. Kür qırağında Mahmud mənə dedi: ağ çadırda indi ancaq bir söhbət var, o da mənim tutulmağım barədədir. Zindana düşdüyümü eşitsə, Div biz tərəfdən arxayınlaşacaq və daha bir gün də ləngiməyib Toxtamışla hərbə gedəcək. Toxtamışla döyüşdən sonra isə, səlamət qalsa, azı bir-iki il hərb qüdrəti olmayacaq və şübhəsiz, Səmərqəndə qayıdıb qala içinə çəkiləcək. Bizim üçün bundan əlverişli nə ola bilər, övladlarım? Bir-iki il kifayət edər ki, Div payitəxtindəki məxfı ocağımızın nuru və ordu içində hünərvər dərvişimin namazı ilə Divin cəmi varislərini həqqə gətirək. Heyf, Mövlana Mahmud yoxdur. O əziz dərvişim burda olsaydı Divin varislərinin hüzurunda namazlarının bəhrələrini təfsilatı ilə danışardı və siz görərdiniz ki, Div zülmündən, hərb əlindən zinhar olan o varislər bizim həqiqətimizi necə xoşlayırlar. O varislərin adlarını dilimə gətirməyə ixtiyarım yoxdur, həq sirridir. Amma sizi əmin edirəm ki, "Cavidannamə" ordu içində də öz işini görməkdədir. Unutmayın, övladlarım, heç vaxt unutmayın ki, Divin ömrü çox deyil. Hərb onun bətnini yeyib qurtarmaqdadır. Səbir, səbir və yenə də səbir lazımdır, övladlarım! Əgər səbr etsəniz, bu səfərimdə mən Adıyüksəyin bətnini dəyişdirməklə bahəm Divi təhlükəsizləşdirərəm və çox çəkməz ki, ordu içində sözükeçən adamların əksəriyyəti həqiqətimizə istinad edər. O vaxt hərbə də hacət qalmaz və bir vaxt yetişər, mən yenə əzizlərimin yanına qayıdaram! Budur "Xoşbəxtlik işi", övladlarım!
İzdiham hələ nitqin sehrindən ayrılmamış, Nəsimi: - Qayıtmayacaqsan! Təslimə getsən Əlincə qənşərində qətlə aparılacaqsan! - deyib "Xoşbəxtlik işi"nin təəssüratını bir anda dağıtdı. Sonra dərhal izdihama tərəf döndü. - Açıqlığımdan başım nə qədər bəlalar çəksə də, qabiliyyətimi mən açıqlıqda tapmışam! - dedi. - Dinləyin, dərvişlər! Zindanda yox, xoşbəxtlik Fəzlin üzündə gördüyüm bir sirdədir ki, indi mən o sirri açmalıyam!

Əli məşəlli mürid sonsuz maraqla məşəli Nəsimiyə yaxınlaşdıranda müridlər gecə gözlərdə hamıya tanış və doğma parıltı gördülər. O, hissiyyatının təhriki ilə izdihamı yarıb, yol qırağında dikdirə qalxdı.
- Fəzlin Nicat yurdunu tərk etmək ərəfəsində mən vurnuxmada idim, - dedi. - Əxi Qəssab iqamətgahının və Fəzl gününün Yusifə tapşırılmasında fəlakət görürdüm. Yusifin namizədliyini verən xəlifələrlə və bu namizədi təqdir edən məclislə birgə Fəzlin özünün də səhv etdiyini güman edirdim, digər tərəfdən, fəlakətin ustada əyan olmadığına inanmırdım. Sərbəst dərvişlikdə əşarımla elmimizi təbliğ etməli ikən dərd-ələm saçırdım, fəryad edirdim, dərvişlər! Nəhayət, fəryadımdan özüm də usandım, Fəzlə qəzəl göndərib yalvardım ki, üzünü məndən nihan etməsin : "Üzünü məndən nihan etmək dilərsən, etmə gəl. Gözlərim yaşın rəvan etmək dilərsən, etmə gəl". Cavab almadım, dərvişlər! Dönük xəlifələri kimi Fəzl də mənim açıqlığımdan ehtiyatlanıb üzü niqablı getdi. Amma sonra mən öz fəhmimlə niqabı üzündən götürüb həq sirrinə vaqif oldum. İndi o sirri car çəkirəm: Fəzl məramında silah yoxdur!

Məşəlin işığı arxasında qartək ağaran kütlədə ürpənməyə, üşənməyə bənzər, titrəyiş kimi bir hərəkət əmələ gəlib dərhal da dayandı. Bu hərəkəti görməsəydi də Nəsimi "Fəzl məramında silah yoxdur" sözlərini eşidəndə müridlərin nə hala düşəcəyini yaxşı bilirdi. Çünki silahın inkarı Fəzl gününün inkarı deməkdi; payitəxti Təbriz olan "Ədalət səltənəti"nin inkan deməkdi; röyada belə o səltənətlə yaşayan didərginlərin bütün ümidlərinin, arzu və diləklərinin məhvi idi. Lakin ilk nəzərdə nə qədər əcaib görünsə də karvanın xoşbəxtliyini Nəsimi məhz ümidlərin, arzu və diləklərin məhvində tapmışdı. Odur ki, sirri açmaqdan, başqa sözlə, Fəzlin "Ədalət səltənəti" barədə vədinin yalan olduğunu deməkdən çəkinmədi və bu dəhşətli yalandan ürpənən kütlənin halını ötəri bilib:
- Heyrət etməyin, dərvişlər, şərhimi dinləyin! - dedi.

"Fəzl günü"nün və payitəxti Təbriz olan "Ədalət səltənəti"nin inkarına çox uzun, iztirablı düşüncələrdən sonra gəlib çıxsa da, Nəsimi aydın qənaətlər əldə etmişdi:
- Rəis Yusiflli hərb niyyəti sizi həqiqətdən ayırır, dərvişlər! -dedi. - Məgər Fəzl özü buyurmayıb ki, "qiyamımız insan bətnindədir?" Guşəyə çəkilin, bətninizə baxın, görün qan tökməyə, insan öldürməyə qabilsinizmi? Mən əminəm ki, bu dəm Div özü burda peyda olsa, siz hətta o müdhiş müstəbidin özünə də əl qaldırmayıb, silahla yox, həq sözünün qüdrəti ilə öldürərsiniz onu. Belə görürəm mən sizin bətninizi. Əgər bətninizi görmək iqtidarında deyilsinizsə, dönün tədris yoluna baxın! Tədrisin ilk mərhələsində Quranın, şəriətin ziddinə bir kəlmə eşitmişdinizmi?
Məhəmmədin iyirmi üç il sərasər ərəbi, əcəmi qanına qəltan etdiyini bilirdinizmi? Biz sizə Quranı şərh edirdik, Fəzlin kəlamlarını peyğəmbərin adına çıxıb peyğəmbərin hüsnünü vəsf edirdik. Yalnız "Cavidannamə"ni mənimsəyib Quranın şərhindən nə hasil olduğunu bildikdən sonra siz anladınız ki, Məhəmmədin adına çıxılan kəlamlar Fəzlin öz kəlamları imiş: ustad sirrini açmadan doğru fikrini yalançı peyğəmbərin adına yaza-yaza yalanı zirzəbər etdi. Demək, həq üzündə niqab labüddür: Fəzl işini mərhələ ilə görür və hər mərhələdə bir niqab götürüb sirr açır. O sirlərdən birini siz indi mənim dilimdən eşitdiniz, dərvişlər: Fəzl məramında silah yoxdur! Bu həqiqəti fəhm edən rəmzi qılınc bahadırlan Fəzlin üzündə İsa üzünün mənasını görürlər və diyarbadiyar düşüb, qan-qırğın zəmanəsində insanın ürəyini məhz bu məna ilə fəth edirlər. Məgər bu mənaya görə deyilmi ki, sizdə silahlanma qətiyyəti aşkar olanda Fəzl dübarə Şirvanı tərk etdi? Məgər bu mənaya görə deyilmi ki, o, sizin fədakarlıq çağırışınızı həq iradəsinə zidd adlandırdı və hərb niyyəti ilə batin olan Yusifi işlərdən təcrid etdi?..

Nəsiminin əlində taxta qılınc ağardı.
O, dikdirdən xeyli uzaqda Yusifin hər əlini bir müridin çiyninə qoyub köhnə vərdişi ilə müridlərin çiyni üzərinə qalxmağa hazır olduğunu görür, Yusifın dövrəsində özütək möhkəm gənclərin duruşlarında silah mövqeyinin möhkəmliyini duyur və bütün aydınlığı ilə dərk edirdi ki, rəmzi qılınca inamı bərpa edib, Fəzlin əvəzində düşmən içinə getməkdən qeyri niyyəti olmasa da, əslində o, Ruma dərvişlikdə görəcəyi işi başlayıb, Fəzlin taleyi ilə birgə karvanın taleyi uğrunda çarpışmaqdadır; Fəzlin Kür qırağında və çağırış məkanında məğlubiyyətindən sonra o da - Nəsimi də silah hakimiyyətini devirə bilməsə, müridlərin fədakarlıq qətiyyətini sındırmağa qadir bir qüvvə tapılmaz, Mövlana Tacəddinin uca minbərdən zorla düşürdüyü həyasız adam daha da həyasızlaşar, Fəzl, Kür qırağındakı kimi, burada da faydasız mübahisədən usanıb bir guşəyə çəkilər və Məlhəmdən gizlin çıxdığı kimi, bu guşədən də gizlin gedib özünü fəda etməyə tələsər.
Əlbəttə, Nəsimi kütlə ilə danışmadan, hətta Fəzldən rüsxət istəmədən, elə bu an da düşmən içinə yola düşə bilərdi. Şamaxıdakı dəstəni və Divi təhlükəsizləşdirmək üçün tədbirdə olub, orada müvəffəqiyyətləri ilə burada - karvan içində qələbə çalmağa çalışa bilərdi. Lakin kim zamanət verə bilərdi ki, düşmən içində onun başının qarışdığı müddətdə Fəzl "təyin olunmuş məkana" getməz, Yusif son hadisələrdən daha da çılğınlaşıb mühakiməsini itirmiş varisi Fəzl gününü elan etməyə təhrik etməz?
Yox, hər şey burada idi: silahla əlaqəli düşüncələrinin hamısını bütün açıqlığı ilə burada danışıb rəmzi qılıncın qələbəsini təmin etməyincə Nəsimi heç yana gedə bilməzdi.

O, qılıncını başı üzərinə qaldırdı.
- Fəzl-həqqin bir silahı var, o da müqəddəs rəmzdir! - dedi. -Ənəlhəq müqəddəs rəmz qüdrəti ilə pərvəriş tapıb və bu qüdrətlə də yer üzünü fəth etməkdədir. Müqəddəs rəmzin bəhrələrindən kənar işlər isə ötəridir, qeyri-həqiqidir və yalandır, dərvişlər! İndi mən isbat edərəm ki, sizi silaha çağıran Fəzl günü və o günün bəhrəsi - payitəxti Təbriz olan "Ədalət səltənəti" də elmdən kənardır, qeyri-həqiqidir və yalandır!
Bir az əvvəlki ürpənməni, üşənməni əmələ gətirən bu fikir təkrar olunduqda kütlə daha dözə bilməyib Nəsiminin sözünü kəsdi və bununla da üsyan başlandı. Həm də elə üsyan ki, müridlərin çiyni üzərinə qalxıb izdihamın mövqeyindən danışan Yusifin səsini belə udub batırdı.
Nəsimiyə yalnız lap irəlidə, işığa yaxın olanların sözləri çatırdı.
- Qulağımız nələr eşidir?! Nəsimi "Ədalət səltənəti"nə daş atır! - deyirdilər.
- "Ədalət səltənəti" yalandırsa daha nədir doğru olan?! "Ustad dimağmın nəsimi" də dönükdürsə, daha kimə etibar edək?! -deyirdilər.

Nəsimi hələ saray önündə qüdrət nümayişi gecəsindən, Fəzl günü barədə ilk şübhələri ətrafında düşündüyü vaxtdan bu üsyanı görürdü, ən adi işlərindən başlamış arvad-uşaqları ilə söhbətlərinə qədər "Ədalət səltənəti" ilə bağlı olan didərginlərin təəccübünü, heyrət və dəhşətini hələ sirri açmamışdan gözləyirdi. Fəzl gününə yalan demək Fəzlin özünü yalan adlandırmaq kimi bir şeydi. "Ədalət səltənəti"ni inkar etmək göydə günəşi inkar etmək kimi bir şeydi.
Bununla belə, o, sirri açmaqdan çəkinmədi və üsyana qarşı üsyanla hayqırıb:
- Fəzl-həqqın bir səltənəti var, o da cəmi yer üzündə həq səltənətidir! - dedi.

Dinləyən yoxdu.
- Vəhdətin minillik yolunda silaha istinad naqislikdir! Qan tökmək bətninizi dəyişdirər, insana etiqadınızı sındırıb əqidənizi məhv edər, qələbəniz məğlubiyyət olar! - dedi.
Yox, dinləmək istəmirdilər.
Cahil kütlə içində şeir deyəndə, moizə oxuyanda sözünün dəfələrlə kəsilməyi, etirazlar, üsyanlar, hədə-hərbələr və hətta lənət, söyüş və qarğış da Nəsimi üçün çoxdan vərdiş etdiyi adi şeylərdi; karvan içində isə, "ustad dimağının nəsiminin", "tutidilli şairin" və öz gəlişi ilə kəhrəbasından müridlərin üzünə həmişə işıq və məlahət saçan Seyidin sözünü kəsməyə heç kəs cəsarət etməzdi, odur ki, Nəsimi, ustadının dediyi kimi, həqiqətən ərköyün idi.
- Qurtuluş rəmzi qılınc qüdrətindədir! O qüdrət isə məndədir, dərvişlər! Etibar edin mənə, düşmən içində Fəzli əvəz edərəm və cəmi müşküllərimizi asanlaşdıraram! - dedi.

Bu dəfə də dinləyən olmadıqda, nəhayət, o da daha dözə bilmədi, tutulub, qaralıb, açıq incikliklə izdihamdan üz döndərdi.

Lakin onun küsməyi ilə barışmağı arasında hüdud yoxdu. Yay kimi dartılmış qaşlar altında oynayan gözlərlə dikdirdən uzaqlara baxıb, həqiqətən üz döndərmək, baş götürüb sərbəst dərvişliyin genişliyinə getmək istədiyi halda, həmin - işığa yaxın müridlərin üzlərində silahdan başqa hər şeyi rədd edən məhdudluğa diqqət yetirməsi kifayət etdi ki, fikrindən daşınsm. Bəyaz geyimləri al qana boyalı görsəydi Nəsimi bəlkə də bu qədər pozulmazdı: onun üçün Fəzl müridi adı daşıyan adamın məhdudluğundan böyük müsibət yoxdu və ola bilməzdi.

Qılıncını qurşağına sancdı, əli qoynunda, köksünü ötürdü. Hətta boynunu bükdü. Gözlərində acı təəssüf və yanğı dönüb Fəzlə baxdıqda ustadını tənha gördü, yol qırağında müşayiətçilərin yerə sərdikləri xirqə üstündə taqətsiz oturan varisə baxdı, bədbəxt, binəva Fatmasını da tənha gördü... Nəsimi dözümlü idi. Nəsimi səbirli idi: özü çoxdan dərk etmişdi ki, dözüm və səbir mücəssəməsi idi. Amma onu da dərk etmişdi ki, dözümü ilə dözümsüzlüyü arasında hüdud yoxdu. Cəmi bəşəri kamilləşdirmək kimi divanə amalına aşiq olub, hər dəfə xatirinə düşəndə ürəyini göynədən ata-ana, qohum-qardaş ünsiyyətindən, doğma evdən, həyət-bacadan, isti yorğan-döşəkdən, ləziz yeməkdən imtina edib tərki-dünya libası kəpənəyi ona görəmi geyinmişdi ki, kamillik dərsini keçən, müqəddəs "Ənəlhəq"i dilinə gətirən adamların silahdan, hakimiyyətdən qeyri hər şeyi rədd edən məhdud, nadan kütləyə çevrildiyini öz gözü ilə görüb dözsün? Fəzl xəlifələrin dönüklüyünün sirrini açmağı qadağan edib. Onu -Nəsimini işlərdən hali edən qasid dönə-dönə təkrar etdi ki, xəlifələrin haqqında Nəsimi yalnız Ruma dərvişlikdən sonra açıq danışa bilər. Öz xidmətləri ilə gözə girib xəlifə rütbəsi almağa nail olmuş riyakar hakimiyyət düşkününü belə, Fəzl yalnız işlərdən təcrid etməklə kifayətlənib, hətta indi də ona dözür! Nəsimi isə dözməyəcək! Yusifin bətni aşkara çıxarılmalıdır, müridləri sehrləyən qeyri-həqiqi arzu və diləklərin səltənəti şərh olunmalı, tar-mar edilməlidir!

Nəsimi uzaqdan-uzağa danışan Yusifə doğru boylandı.
- Ey bəlalarımızın mayası! - deyib yaxına çağırdı.

Yükə, ağırlığa tabsız müridlər, çiyinləri özünə minbər seçmiş Yusifi onsuz da yerə endirmişdilər və o, qaynayan, uğuldayan izdihamı yara-yara Fəzlə doğru yeriyirdi.
Gözləri qabarmışdı. Xəlifə rütbəli adam, çılğın kütlədən indi yalnız Nəsimiyə kini ilə fərqlənirdi: dikdirdə Nəsiminin üzünə tək bir an açıq baxmağı ilə kininin sonsuzluğunu büruzə verdi. Sonra Nəsiminin ayaqlarına baxa-baxa ötüb keçdi.
- İşlərdən təcrid olunsam da Seyidin sərsəmləməsinə müdaxilə etməyə bilmədim, ustad! - dedi. - Müridlərin mövqeyini mən həq mövqeyi bilirəm və sənin şəxsi mövqeyinlə birgə Seyidin mövqeyi ilə razılaşmıram. Dərvişlik buyur, mürid içindən uzaqlaşdır onu! Silahm, Fəzl gününün və "Ədalət səltənəti"nin inkarına görə cəmi müridlərin iradəsi ilə xirqədən məhrum edərəm onu!
Fəzl başını endirib ağır-ağır nəfəs alırdı.

Yusif bu müəmmalı sükuta diqqət yetirib möhtəşəm Fəzl-həqq əvəzində elə bil suçlu bir müridin üstünə acıqlandı:
- Nə üçün cavab vermirsən?! Altı xəlifən rədd edib səni! Yed-dincisi hüzurunda namaza da qalmayıb çıxıb gedib, çox güman ki, bir zamankı kimi yenə də Div hüzurunda xidmətdədir! Səkkizinci xəlifən isə, budur, dövranı keçmiş taxtanı əlində bayraq tutub, düşmən içində hünər xəyalına düşüb, şəxsiyyətini nümayiş etdirir! Yeganə sadiqin mən ola-ola nə üçün danışmırsan mənimlə, ustad?!
Fəzlin gözləri yumulu idi. "Riya! Yenə riya!" - dediyini özündən başqa heç kəs eşitmirdi.
Nəsimini müridlərdən təcili ayırmağı tələb edib bu dəfə də cavab almadıqda Yusif cilovsuz hiddətlə bağırdı:
- Cəza buyur ona! - dedi. - Özün buyurmasan, cəmi müridlərin iradəsilə mən buyuraram, müridlər daş-qalaq edərlər onu! - dedi.
Bu hiddət, nəhayət, hamını susdurdu. Və bu vaxt dikdirdən Nəsiminin səsi eşidildi:
- İsa kimi çarmıxa çəkilsəm də həqiqətimdən dönmərəm, qafil! Hərbiyun beynində hərb və hökmranlıq eşqindən əlahiddə bir eşq əlaməti varsa, səbir et, həqiqətimin isbatını dinlə!
Nəsimi şəxsinin ləyaqət və rəşadətindən xəbər verən bu sözlər Yusifı titrətdi. Dikdirdə, kütlənin fövqündə qürurla dayanıb, tək qalmağından sınmayan bu şəxs yalnız onun - Yusifin yox, Kür qırağında dəstədən ayrılıb gedən xəlifələrin hamısının rəqibi idi, Yusif bunu çoxdan bilirdi. Amma Nəsimini təhlükəli saymırdı. Kür qırağında xəlifələr ona tapşırıqlar verib: "Nəsimidən ehtiyat!" -dedikdə o, hətta gülümsəmiş: "Müridlər bizimlə olsalar, Nəsimi neylər?" - demişdi. "Əbədiyyət atlısf'nın yolu üstündə, kəndlərdə dayandığı günlərdə və çağırış məkanında o, Nəsimini bir dəfə də xatırlamamışdı: Yusif xəlifələrin mövqeyini və özünü hakimi-mütləq hesab etmişdi. Odur ki, "İsa kimi çarmıxa çəkilsəm də həqiqətimdən dönmərəm, qafıl!" "Həqiqətimin isbatını dinlə!" - deyən tənha xəlifənin gücünü duyduqda birdən-birə xofa düşdü və inadla susub danışmaq istəməyən Fəzldən əl çəkib qışqırtı ilə Nəsiminin üstünə şığıdı:
- Nə isbat edəcəksən? İsbatsız da hər şey aydındır! "Ədalət səltənəti"nin inkarı düşmən mövqeyidir! - dedi. Sonra izdihama: -"Ədalət səltənəti"nə daş atana neylərlər? - deyəndə o, Nəsimini həqiqətən daşa basmağa hazır idi.
Müridlər yenidən səs-səsə verdilər:
- Baxmarıq kimdir, xirqədən məhrum edərik! Nəsimi mövqe-yindən danışmalıdır! - dedilər.
Yusif tez-tez Fəzlə baxırdı. "Həqiqətimin isbatını dinlə" deyib susan Nəsimi kimi Fəzlin sükutu da fıkirlə dolu sükut idi və bu, Yusifi qorxudurdu. Odur ki, sözünə ara vermədi, müridlərin üsyan alovunu gücləndirmək, hakimiyyətini nümayiş etdirib susanları həmişəlik susdurmaq niyyəti ilə danışdı:
- Fəzlin silaha nə üçün rəvac vermədiyini biz bilirik, - dedi. -Kürdələm üstündə "qiyamımız qurban tələb edir" dediyini eşit-mişdik, bizim varlığımızda həqqin mühafizəsi naminə təslimə getmək niyyətində olduğunu da eşitdik. Amma Fəzl bizim fədakarlıq qətiyyətimizi sındıra bilmədi. Mən əminəm ki, ustadla mövqeyimiz birləşəcək. Nəsimi isə tərsliyi ilə məşhurdur. Onu ancaq cümlənizin iradəsi ilə sındıra bilərsiniz. İzhar edin iradənizi, ey müridlər, izhar edin!

Belə, hamının ürəyindən olan qısa nitqlə o, izdihamı yenidən qaynatdı.
Bu vaxt Fəzl daha heç kəsi dinləmirdi. "Ustadının əlamətlərini özündə cəmləşdirən" şagirdi Məlhəmdə namazda iştirak etmiş kimi eynilə ustadının sözləri ilə "qeyri-həqiqidir və yalandır" deyib öz fəhmi ilə Fəzli nə qədər fərəhləndirmişdisə, yeddi ildə sərasər yalan vədlə yaşatdığı bədbəxt didərginlərin sarsıntısı onu bir o qədər gərginləşdirmişdi. Həq sirri açılmışdısa, axirət dünyasında cənnət vədli yalançı din düşməninin özünün vədinin - "Payitəxti Təbriz olan "Ədalət səltənəti"nin yalanlığı car çəkilmişdisə, indi Fəzl özü danışmalı və Məlhəmdə Mövlana Tacəddinə verdiyi izahatı burada təfsilatla təkrar edib deməli idi ki, o, lazım gəldikdə hakimiyyəti almağın və hürufı həqiqətlərinə istinad edən hökmdar təxti yanında mövqe tutmağm ziddinə deyil; əksinə, özü istəyir ki, belə bir şey hökmən olsun, cəfakeşləri bir yana çıxıb cəfadan qurtarsınlar, doğma yurd-yuvada arvad-uşaqlarının, qohum-qardaş-larının üzlərinin güldüyünü görsünlər, insanın könlünü şad edən nemətlərin heç birindən məhrum olmasınlar, bu niyyətlə də o, Əxi Qəssab iqamətgahında Fəzl gününü təyin edib və o günün bəhrəsinin - "Ədalət səltənəti"nin möhkəmliyi xatirinə Təbriz təxtini Adıyüksəklə onun varisi Əmin Məhrəmə verib; Fəzl əsla şübhə etmir ki, müridləri ilə müttəfiqləri Təbrizdə qələbə şərbəti içəcək, Adıyüksəyi və ya onun ləyaqətli varisi Əmin Məhrəmi Sultan Əhmədin Cəlairi təxtində oturdub, cəmi Azərbaycanın və İranın hökmdarı elan edəcəklər, Qara Yusif Qaraqoyunlunu, Sultan Əhmədi, Sərdar Altunu, Seydi Orlatı və qeyri müttəfiqləri uluslara, şəhərlərə hakim təyin edib, onların təxtləri yanında mövqe tutacaqlar, -bunlar hamısı olmalıdır və olacaq. Lakin müridlər iki şeyi bilməlidirlər. Birincisi, hakimiyyəti ələ almaq üçün silah yeganə vasitə deyil, işlər Fəzlin istəyinə uyğun getsə Fəzl günü şilahsız da elan oluna bilər. İkincisi, müridlər bilməlidirlər ki, yer üzünün məhdud ərazisində qurulan "Ədalət səltənəti"ni, digər ərazilərdə istibdad səltənətlərindən təcrid etmək mümkün deyil, - Adıyüksəyin on iki il bundan əvvəl Nicat yurdunda əsnaf və rəncbər qiyamı ilə qurduğu səltənət kimi, "Payitəxti Təbriz olan "Ədalət səltənəti”ndə cahangirlər dünyasının əhatəsində, qılıncla üz-üzə duracaq və məhz qılıncla üz-üzə durduğu üçün orada mütləq doğru azadlıq olmayacaq, müridlər bir tərəfdən səltənətin daxilində qılınca və zora istinad edən iradə tabeliyində yaşamaq məcburiyyətində qalıb təzyiq və ləyaqətsizlik duyacaqlar, digər tərəfdən, səltənətin xaricindən basqın, talan, qan-qırğın təhlükəsi artdıqca tədricən istiqbala inamı itirəcəklər, ötəri ehtiraslar quluna çevrilib özləri ədalətsizlik törədəcəklər, sonra özlərinin törətdikləri ədalətsizliyə qarşı hakimiyyət zoru tələb edib öz əlləri ilə istibdad yaradacaqlar, qan-qırğın düşməni ikən özləri qırğın törədəcəklər və nəhayət, bətnən tamam dəyişib insana etiqaddan məhrum olacaqlar. Bu - məhşərdir...

Din kitablarında bir olan Allah hüzurunda məhkəmə kimi qələmə verilən məhşərin, cəmi bəşərin ölüb yenidən diriləcəyi barədə iddiaların yalanlığını Fəzl çoxdan sübut edib; cümlə aləm -xaliq əbədidirsə, demək, bəşər də əbədidir; Zəburu, İncili, Tövratı, Quranı yazanlar, hansı kamilinsə, nə vaxtsa xəbər verdiyi məhşəri anlamayıblar və ya insan bətnində Allah xofu naminə qəsdən təhrif ediblər; "Məhşər" adlanan o dəhşət, ilk kamillər zamanından indiyədək min-min illər ərzində əldə edilən bəhrənin - insana etiqadın məhvi deməkdir ki, bu da ancaq və ancaq hakimiyyət zoruna və silaha istinaddan törəyir. Demək, məhdud ərazidə zora və silaha istinad edən ədalət səltənəti qeyri-həqiqidir, elmdən kənardır və yalandır. Demək, Fəzl-həqqin səltənəti məhdud ərazidə yaranmır, elmin cəmi yer üzündə yayılmağını və "Cavidannamə"də deyildiyi kimi, bəşərin din və əqidə ayrılığından xilasını və idrak yolunda birliyini tələb edir. Demək, Nəsimi tamamilə doğru deyir ki, vəhdətin minillik yolunda bir həqiqi silah var, o da rəmzi qılıncdır; əgər elmimiz, qılıncla hökmran olmuş yalançı lailahəilləllahın ziddinə, yalnız namaz və tədrislə yayılırsa və elmin cəmi yer üzündə yayılmağı ali məramdırsa, demək, rəmzi qılınc müvəqqəti ola bilməz. Demək, Fəzl müridinin fədakarlığı da "dövranı qurtarmış taxtanı" atıb silah götürməyində yox, məhz müqəddəs rəmz yolunun əzablarına dözməyindədir. Bu, yüksək fədakarlıqdır və yüksək olduğu üçün də "Payitəxti Təbriz olan "Ədalət səltənəti""nə dair arzu və diləklərin qayğılarını bütün ötəri qayğılarla birgə rədd edib ali ruhun səsini dinləməyə çağırır; o səs deyir: ey dərviş, məsciddə, kəli-sada, bütxanədə, meyxanədə aldanan insanı yalançı etiqadlar əsirliyindən xilas etməsən sən özün də xilas olmazsan; nəsibin qan-qırğın, talan, göz yaşı, Divə əbədi qul qalarsan, ötəri arzu və diləklərin qayğı yükünü çiynindən atıb səbükbar ol, kəpənək yüngüllüyü ilə, həq ləyaqəti, insan qüruru ilə yer üzünü gəz, Adəm övladını otuz iki həq kəlamının idrak nuruna qovuşdurub səltənətini yarat! Elə bir səltənət ki, orada hakim yalnız həqdir ki, o da insan özüdür!
Fəzl belə bir izahat üçün dikəldikdə işığa yaxın müridlərin üzlərində və kütlənin ruhunda dönüş hiss etdi, hələ bir kəlməsini də demədiyi izahatını müridlərinin beynində duyub heyrətləndi və birdən elə bil röyadan ayılıb anladı ki, izahatını möcüzəli bir eyniyyətlə Nəsiminin dilindən eşidir. Fərq bircə bunda idi ki, Nəsimi Yusifin adını çəkir, qılınca, zora istinad edən iradəni, "Payitəxti Təbriz olan "Ədalət səltənəti"nin istibdad səltənətinə çevriləcəyini və məhşəri onun adı ilə bağlayır, "Silahın qələbəsi silsiləmizi qırar, karvanı yolundan azdırıb vəhdəti min il də ləngidər", deyirdi. Qalan fıkirləri isə kəlməsinə qədər, elə bil Fəzlin beynindən alıb təkrar edirdi. Yox möcüzə deyildi bu, Fəzl çox adi bir şəkildə Nəsiminin dili ilə danışdığını öz qulağı ilə eşidirdi. Bu, xoşbəxtlikdi. Silsilədə kamillərin heç birinə nəsib olmayan bir xoşbəxtlikdi ki, Fəzlə nəsib olmuşdu: özü cismən sağ ikən ruhu şagirdinə köçmüşdü!
O vəcddən titrədi. Həq sirrinin boş-boşuna açılmadığını və "düşmən içində Fəzli əvəz edərəm", - deyən şagirdinin təhlükə qucağına getmək niyyətində olduğunu unutmasa da ömrünün davamını öz gözləri ilə görüb içərisində qeyri-adi bir yüngülləşmə duydu, xəstə ruhlar məlhəminin sağalda bilmədiyi üzgün bədəninin bir göz qırpımında dirçəldiyini hiss etdi. Cəmisi bir neçə saat əwəl "həqir olmuşam", - deyib sındığını etiraf edən Fəzl, köhnə, qüdrətli çağlarını yada salan bir təntənə ilə:
- Yol verin, övladlarım! Mənə yol verin! - dedi və şagirdinin üzündə həq üzünün əlamətlərinə tamaşa etməyə tələsdi. Tələsdi, çünki onun təxmininə görə, indicə "həq üzü ötəri qayğılarla pərdə-lənəcək", yəni Nəsimi düşmən içinə getmək qətiyyətini bildirdikdə Fəzl: "İşlərimiz elə gətirib ki, düşmən içində indi məni heç kəs əvəz edə bilməz", - deyəcək və beləliklə, mövqelər yenidən ayrılacaq və Nəsiminin üzü dəyişəcəkdi. Odur ki, şagirdi ilə fikrinin eyniləşdiyi vaxtı ötürmədən, təzə cismdə ruhunu görməyə tələsdi.

Lakin qəribə idi ki, məhz fikirlərin eyniləşdiyi anlarda Nəsimi elə Nəsimi olaraq qalırdı:
- Əgər Div vəliəhdinin qızıldəstə qılıncını gərəksiz şeytək atıb, elmimizə qarşı elm öyrənməyi buyurubsa müqəddəs rəmzimizin qüdrətindən deyilmi? - deyirdi, bu da Fəzlin fikri idi. - Əgər Div uluslara üləma göndərib, qılıncla fəth etdiyini yenidən sözlə fəth etmək niyyətinə düşübsə müqəddəs rəmzimizin silahdan üstünlüyü deyilmi? - deyirdi, bu da Fəzlin fikri idi, danışmalı olsaydı, izahatında yəqin ki, bunları da deyəcəkdi, əvəzində Nəsimi deyirdi. Ustadının Kür qırağında və çağırış məkanında bir-birinin ardınca iki dəfə məğlub olub ümidsizləşdiyi bir vaxtda imdada çatıb həqiqətinin isbatı ilə kütləni susdurmaq, karvanı həq yoluna qaytarmaq qabiliyyəti də şagirdin həq qüdrətindən xəbər verirdi; dikdirdə Nəsimi rəmzən yox, həqiqətən hər şeyin fövqündə dayanmışdı. O ucalıqda, kütlə üzərində taxta qılıncmı silkələyən uca adamdan gözünü ayırmayan Fəzlin Allaha baxdığına heç bir şəkki yoxdu. Bəs onun üzündə niyə heç bir yeni əlamət görmürdü? Eyni günəş hərarətinin təsiri ilə pərvəriş tapan nəbatatda oxşar əlamətlər yarandığı kimi, bətnləri eyni əqidə ziyası ilə işıqlanıb fıkirləri eyniləşən adamların üzlərində də oxşar əlamətlər yarandığına bütün varlığı ilə inanan Fəzl, dikdirin ayağmdan şagirdinə tamaşa edərkən birdən nə vaxtsa, kimlərinsə: "Fəzlin siması necədir?" - sualına onun cavabını xatırladı: "Mənə baxın, Fəzli görün". Bu sözləri qasidlər xəlifələrə çatdırmışdılar, xəlifələr də ona - Fəzlə çatdırıb: "Seyid Əli böyük iddiaya düşüb. Addımbaşı xəta edə-edə özünü səninlə eyniləşdirir, - demişdilər. - Nəsimi təxəllüsü də, varisi yoldan çıxartmağı da bu iddiadandır", - demişdilər.

Fəzl şagirdinin ətrafında bu qəbildən sonsuz danışıqları və ittihamları yada sala-sala, birdən elə bil yenə də röyadan ayılıb düşündü ki, "əndazəsizliyin xətaları" adında hökm elə bu ittihamların təzyiqi nəticəsində onun - Fəzlin özünün xətası deyilmi ki, "ustadının əlamətlərini özündə cəmləşdirən" şagirdində ali ruhu görməsinə mane olub? Namazlarının və moizələrinin açıqlığında etiqad səmimiyyətindən kənar bir zərrə də olmayan şagirdi: "Mənə baxın, Fəzli görün", - demişdisə, bu onun silsiləni özündə gördüyünü sübut etmirmi? Və əgər indi üzündə yeni əlamətlər tapılmırsa, kəhrəbasından başlamış sinəsində çökəyə qədər ustadının təkran olan şagird hələ: "Mənə baxın, Fəzli görün", - dediyi vaxtlardan ali ruhu bətnində yaşatmırmı? Və əgər yasaqları ilə ali ruhu əzablara düçar etmişdisə, bu, Fəzlin özünün korluğu, "rəhmsiz həq iradəsinin" ədalətsizliyi deyilmi?

Fəzl öz kəşfindən sarsıldı.
Həmin bu vaxt da şagirdi düşmən içinə getmək qətiyyətini deyib, ondan dərvişlik tələb etdi.
İzdiham susurdu. Həq məramında silahın inkarı, "dövranı qurtarmış taxtanın" əbədiliyi, Fəzl gününün və "Ədalət səltənəti"nin qeyri-müəyyən uzaqlığı, "Batin dərviş"in həqiqətən həq mövqeyinə zidd olmağından əlavə, həm də bir şeyi - Fəzlin taleyinin tükdən asılı olduğunu sübut etmişdi və müridlər qurtuluşu ancaq öz dərvişliyində görən Nəsimi ilə Fəzlə baxa-baxa, səbirsizliklə işin sonrasını gözləyirdilər.

Silah və hərb fikrini dönə-dönə təkrar etdikdən sonra, Nəsiminin şərhi - isbatı müqabilində deməyə sözü qalmadığını özü də anlayan Yusif acizlik qəzəbindən boğulurdu.
Fəzl isə indi ancaq şagirdinin taleyini düşünürdü. O, işin başında Nəsiminin dayanacağını və buna görə də Nəsimini xüsusi qorumağın vacib olduğunu açıb desəydi Yusif, şübhəsiz, günü bu gün xəlifələrə xəbər göndərib, Ruma dərvişliyi və ali ruhun o dərvişlikdən sonrakı hakimiyyətini çətinləşdirə bilərdi. O biri tərəfdən Fəzl əbədiyyət üfüqündə doğan yeni günəşin təsir gücündən necə xoşbəxt olduğunu gizlətməyə qüdrətinin çatmayacağını, məhz həqqin zühurunu car çəkməklə özünə azadlıq tələb edəcəyini, beləliklə, yenə də Yusifə fəaliyyət imkanı verib, Ruma dərvişliyi və ali ruhun hakimiyyətini təhlükədə qoyacağını əvvəlcədən görürdü. Öz-özünə kəskin etirazla: "Etmə, Fəzlullah!" - deyirdi. Lakin başqa çarə tapmırdı.
Belə qarışıq fikirlə o, dikdirə qalxdı. Vəcddən sonrakı sakit xoşbəxtliyi, şagirdinin əzabları qarşısında böyük təqsirkarlıq və xəcalət hissinə qarışdığı üçün olduqca incə və həzin üzrxahlıqla onun əlini əlinə aldı:
- Sənin qabiliyyətini mən ilk gündən görmüşdüm, gözüm nuru! Bazar barıları üstündə, meydanlarda hayqırıb əşarınla həqiqətimi külli-məxluq içində car çəkdin, yatanları oyatdın, beş dostumu on etdin və mən sənə İmadəddin* dedim...

Üstümüzdən çox tufanlar keçdi, aramızdan çox sellər, sular axdı, amma dar günümdə mən ancaq səni axtardım və "xilasım o əzizimdədir" dedim. İndi isə Mərhəba deyirəm, gözüm nuru! - İzdihamda heç kəs, o cümlədən Nəsimi özü də fərqində deyildi ki, Fəzl "Mərhəba"* kəlməsini əbədiyyət adlandırdığı ikinci dünyasının üfüqündə yeni günəşə deyirdi. Nəsimi ustadının üzündə ancaq məhəbbət görürdü, səsində məhəbbətin səsini eşidirdi və bu ağrılı məhəbbətin müqabilində içərisində bütün inciklikləri yuyan eşq kükrədiyini hiss edirdi. Fəzl izdihama üz tutub: - Eşidin, müridlərim! İndicə izahını dinlədiyiniz həqiqəti təqdir edirəm, Nəsiminin böyük və əbədi silsiləyə qovuşduğunu car çəkirəm və ona Mərhəba deyirəm! - dedikdə yalnız bu vaxt Nəsimi, nəhayət, yeni günəşin doğulduğunu anladı.
Fəzl davam edirdi:
- Onun silsiləyə qovuşmağı ilə həq üzündən daha bir niqab götürülür, övladlarım, daha bir sirr açılır: Nəsiminin əndazəsizliyi


*Dinin sütunu, burda, elmin dayağı.
* Xoş gəldin.









naqislik deyil. Çünki həqqə hüdud yoxdur. Elmimiz idraka hüdud qoymadığı kimi, karvanı idrak yolu ilə aparmağa qabil insana da hüdud qoymur!..

Fəzl danışırdı, qabil insan isə birdən-birə kövrəlmişdi. Düşüncələr məngənəsində sıxılmaqdan qurumuş cismi xirqənin içində xəfıf titrəyirdi, gecə gözlərdən iri-iri damlalar süzülüb kəhrəbasını isladırdı. Zahirən Nəsimi qələbəyə qədər gərgin gəlib qələbə anında taqətdən düşmüş kimi görünürdü. Lakin içində xoşbəxtlik qaynamaqda idi. "Karvanın idrak yolunda" hüdudsuzluğunun birdən-birə ona necə imkanlar verdiyini düşünüb, Allah azadlığının sonsuzluğunu duyduqda xoşbəxtliyi tufana çevrildi və bu tufan əwəlcə onu "bədbəxt, binəva varisin" üstünə atdı: Nəsimi Fəzlin nitqinin arasında heç bir ədəb-ərkana sığmayan hərəkətlə şığıyıb Fatmanı bağrına basdı:
- Qurtardı! Əzablann qurtardı, əzizim! - dedi.

Lakin "xırdaca yarı" tamam duyğusuz kimi idi, elə bil onu qucaqlayanın kim olduğunu belə hiss etmirdi. Çox qəribə və çox heyrətli idi ki, Nəsimi özü də elə bil soyuq daş qucaqlamışdı. Nə baş verirdi? Hiss dəyişmişdi? Məhəbbət ölmüşdü? Nə vaxt, harada, necə baş vermişdi bu fəlakət?!

Nəsimi heç nə anlamadan, daha doğrusu, bütün varlığı ilə duyduğu bədbəxtliyə inanmaq istəmədən Fatmanı qolunun arasından buraxmayıb dikdirə apardı; daşa dönmüş, məhv olmuş məhəbbəti ilə birgə ustadını da bağrına basdı, bütün hissiyyatının, tufanlı xoş-bəxtliyinin indi yalnız ustadla bağlandığını duyduqda, onun tufanı içində naləli bir söz çələngi titrədi:

Nigarım, dilbərim , yarım , ənisim, munisim, canım, Rəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım.

Şahım, mahım, dilaramım, həyatım, dirliyim, ruhum, Pənahım, məqsədim, meylim, muradım, sərvərim, canım.

...Diləfruzum, vəfadarım, cigərsuzum, cəfakarım, Xudavəndim, cahandarım, əmirim, bəyimü xanım...

Fəzlim! Cavidanım! Sahibi-zamanım! İki cahanda varım! Cümlə aləmim! Eşqin ali ikən içimi niyə yandırır, belə də eşq olarmı, ey insan ikən Allahım, Allah ikən insanım, atam, anam, qardaşım, bacım?!

Bu tufandı, başqa adı yoxdu. Nə qədər sevinci, sarsıntısı, tən-tənəsi və ələmi vardısa Nəsimi hamısını ən adi və ən yüksək sözlərdə birləşdirib, hamının, o cümlədən ustadının da ciyərini dağladı, ustadı ilə birgə bütün izdihamı göz yaşına qərq etdi, son günlərin aramsız çaxnaşmalarından, mübahisə, münaqişə və üsyanlardan tamam dəyişmiş müridlərin üzlərinə öz nadir neməti - uca məhəbbətindən işıq çilədi. Beləcə, Nəsimi özü də fərqinə varmadan bədbəxtlik içində xoşbəxtlik yaratdı.
Sonra hər şey elə sürətlə baş verdi ki, Fəzl müridlərə müraciət etmək: "Həmdülillah, məqsədimə çatdım, övladlarım, pasibanınız əyan oldu! İndi mən sizi Nəsimiyə, Nəsimini sizə tapşırıb işimin dalınca gedə bilərəm", demək üçün özünə gəlməyə çalışarkən şagirdinin artıq "düşmən içinə" yola düşdüyünü hiss etmədi.
Nəsiminin səsi əvvəlcə izdihamın dərinliyindən gəldi:

Vəhdətin şəhrində seyran eylərəm,
Mən səni cismimdə heyran eylərəm,
Gəncimi adəmdə pünhan eylərəm,
Adəmi həm həq, həm insan eylərəm!..

Sonra bu səs məşəl işığından uzaqda, dərənin qaranlığını qatılaşdıran gur pöhrəliklər arası ilə sola burulub Şamaxıya doğru enən yolda eşidildi, bir-birinin ardınca rübai deyə-deyə ləşgərgah ətrafının alçaq dağlarına yayıldı.

Qasidlər Nəsiminin Məlhəm yolu ilə ləşgərgah yollarının qovuşduğu yerdə Dərviş Hacı ilə görüşüb onunla getdiyini xəbər verdikdə Fəzlin sinəsindən inilti qopdu. Yalnız ana balası üçün belə inləyə bilərdi.
- Pərvanəm özünü oda yaxacaq! Qaytarın onu! - dedi. Amma qaytarmaq, əlbəttə, mümkün olmayacaqdı: yeddi ildə cəmi xəlifələrin qadağalarına etina etməyən Nəsimi indi hüdudsuzluq aldıqdan sonra kimin sözünü eşidərdi?
Fəzl dikdirdə vurnuxub qızına əl uzatdı ki, bəlkə ondan bir əlac ola.
Lakin bu vaxt arxadan Yusifin səsi eşidildi:
- Varisə toxunma, ustad...
Fəzl cəld geri döndü, dindirib-danışdırmadığı adamın belə sərbəst, həm də amiranə müdaxiləsi onu təəccübləndirdi. Yusif açıq kinlə:
- Seyid onsuz da səlamət qalmayacaq. Düşmən əlində ölməsə, öz xəlifələrin öldürəcəklər! - dedikdə isə Fəzl elə bil tamam yad bir adama baxdı, onun fıkir və niyyətlərinin elmdən bu qədər uzaq-lığına mat-məəttəl qalmış kimi lap astadan:
- Çıx get... Biz daha bir yerdə ola bilmərik, övladım! Çıx get! -dedi. Sonra qəfıl qışqırtı ilə: - Çəkil gözümdən! Bətnin çürüyüb! Murdarsan! Çıx get mürid içindən - həq məkanından uzaq ol! -dedi.
İzdiham diz çökəndə "Bu mərəzdir, övladlarım!" - deyib müridlərinin məhəbbətini necə qəzəblə damğalamışdısa Fəzl indi Yusifin kinini də eynilə o cür lənətləyirdi:
- Riyakarlığa uydun, batin olub Div mövqeyində dayandın, müridlərimin mənə vəfasını mənim əksimə çevirdin, hamısına döz-düm. Kininə dözmürəm!..
Yusif dikdirdən enib aralandıqdan sonra da o, bir müddət sakitləşmədi. Xəlifələrinin ləyaqətini kütlə içində qorumağa həmişə xüsusi diqqət yetirən Fəzl, indi xəlifəsini açıq-açığına ifşa edirdi:
-Nəsimiyə kinin kamilliyə kindir və Nəsiminin mələkliyi müqabilində heç nəyə qabil deyil! - deyirdi. - Get boğul öz kinində! Yan cəhənnəm odunda! - deyirdi.
Bu, həq qəzəbi idi və bu qəzəb Yusiflə birgə müridləri də döyürdü: "Batin dərvişin" bətni aşkara çıxarıldıqca onlar məyuslaşıb ustad önündə xəcalətdən əriyirdilər... Qasidlər Yusifin qeyri-müəyyən istiqamətdə getdiyini xəbər verdikdə müridlər yəqin ki, bu ayrılığın günahını da özlərində görüb, tamam susqunlaşdılar.


Amma onlara çox qəribə gəldi ki, öz dili ilə "çıx get, biz daha bir yerdə ola bilmərik" dediyi halda, qasidinin "qeyri-müəyyən istiqamət" sözlərindən Fəzl də birdən-birə dəyişdi, ağır-ağır əyilib torpağa çökdü, dizlərini qucaqlayıb, başmı köksünə əydi.

Müridlər dikdirin dövrəsində girin-girin dayanıb gözlədilər. Fəzl başını qaldırmadı. Özündən başqa hələ heç kəs bilmirdi ki, Şeyx Fəzlullah Cəlaləddin Nəiminin faciəsi, nəhayət, son həddinə çatmışdı: xəlifələrinin yeddisi üz döndərmiş, səkkizincisi itkin düşmüş, doqquzuncusu isə cismində həq ruhunu qoruyub silsiləni yaşatmaq əvəzinə, hüdudsuzluq alan kimi düşmən içinə - aşkar ölümə getmişdi. Kütlə içində otursa da indi Fəzl tamamilə tək idi.










DİV HÜZURU


16

İbrahimin zənninə görə Bağdad yürüşündən əldə etdiyi talan malını Teymur çoxdan yeddiyüzminlik selə töküb, əsgərlərinə aylıqdan əlavə, qələbələrə görə mükafat da verdiyi üçün şübhəsiz kasıblamış, Ərmən-Naxçıvan-Şəbran aralarında qarətsiz, talansız keçirdiyi son aylarda isə, bəlkə hətta müflisləşmişdi. "Əmir Teymur hərb ilə gəlir" xəbərini eşitdiyi gündən İbrahim belə düşünürdü. Çünki məhz müflisləşəndə və ya belə bir təhlükə gözlənəndə müttəfiqlərini müxtəlif hədə-qorxu ilə ordunun xərcini verməyə vadar etmək Teymurun köhnə adəti idi. Əmin Məhrəm "Hüzurda oturan pünhan müridin" hürufilərə çatdırdığı məlumat əsasında İbrahimə xəbər gətirmişdi ki, Mavəraünnəhr və Xarəzm tərəflərdə Teymurun ən sadiq müttəfiqləri də daim qorxu içindədirlər. Teymur özü onların həmişə təqsirkar və gözükölgəli olmalarına çalışır, hətta xəyanət etmələrinə şərait yaradır ki, qarşıda gəlirli yürüş gözlənməyəndə, yollarda varidatını yeddi yüz min nəfərin kisəsinə töküb əvəzində heç bir şey tapmayanda müttəfiqlərinin xəzinələrinə əl ata bilsin. İndi hürufı elminə istinad edən Qara Yusif Qaraqoyunlu da bir zaman harada isə onunla danışıq aparıbmış, sonralar isə məhz soyğunçuluğuna görə ondan qaçmış, Sultan Əhməd Cəlairi ilə birləşib, Miranşahın ulusunu hədələyən güclü düşmənə çevrilmişdi. Pünhan müridin məlumatına görə bir zaman Toxtamış xan da Teymurun müttəfiqi imiş, Teymur özü onun Qızıl Orda təxtini almağına kömək edibmiş, amma sonralar o da məhz soyğunçuluqdan zinhara gəlib ayrılmışdı, doxsan minlik yüngül süvarisi ilə tez-tez Teymurun yollarında şəhərləri talayır və ya indiki kimi müdafıə və həmlə üçün əlverişli keçidləri kəsib onu düşərgədə oturmağa, öz kisəsindən yeyib müflisləşməyə vadar edirdi.

Yeddiyüzminlik müzəffər ordu sahibinin belə dərdləri vardı.
Kəsranilərdən qalmış ikiyüzotuzillik xəzineyi-xasını "son dinarına qədər" dəvələrə yüklədib Şamaxıdan çıxanda İbrahim əmindi ki, Teymur bu qeyri-adi karvanın yükünü geri qaytarmayacaqdı. Çünki əvvəla, yürüşə başladığı gündən ta yürüş qurtarana - ordular öz yurdlarına, otlaqlarına, əkin yerlərinə qayıdana qədər üçyüzminlik qırmızı süvaridən başqa, oğullarının, nəvələrinin, qohumlarının və əmirlərinin ordularına muzdu da Teymur özü verirdi: hər ayın başında yeddi yüz min nəfərdən hər birinə iki at qiyməti, onbaşılara, yüzbaşılara, minbaşılara isə əsgər aylığından beş qat, on və on beş qat artıq aylıq verirdi, bir aym xərci böyük bir xəzinəyə bərabər olurdu. İkincisi, Əmin Məhrəm səhih öyrənmişdi ki, cağatay bahadırlarından başqa, əmirlərin bütün qəbilələrinin bölüklərində qırmanc və çubuq cəzasından hər gün onlarla əsgər öldüyünə baxmayaraq, Teymur muzdu bir neçə ay ləngidəndə dərhal ordunun azalmaq təhlükəsi yaranırdı. İlk dəfə iyirmi beş il bundan əvvəl, Səmərqəndi özbəklərdən təzə aldığı və düşmən təzyiqi ilə şəhəri tərk edib dağlarda gizləndiyi vaxtlar Teymur bir səhər yuxudan oyanıb, atası Torağaydan qalan Barlas qəbiləsinin əsgərləri və ilk müttəfiqi Hüseyn xandan qalan ordu əvəzində ətrafında cəmisi əlli əsgər, bir səhər isə ancaq yüzbaşılarından bir neçə nəfərini görmüş və orada ilk dəfə "iki at qiymətində aylıq" vəd edib, gəncliyində olduğu kimi, yenidən yol kəsməyə, karvan vurmağa, yurd talamağa başlamışdı ki, rastına çıxan, onunla əlbir hərəkətə razı olan yağmaçı dəstələrin muzdlarını, mükafatlarını verib Səmərqəndi yenidən alsın... Teymur aylığı bir ay ləngidə bilərdi. İki ay, üç ay da ləngidə bilərdi. "İsfahanı bir quzu ilə basan" hökmdarın fatehliyinə vurğun əsgərlər bəzən dörd-beş ay muzd gözləyəndə də səbirlərini itirmirdilər. Amma bir vaxt, nəhayət, sükut başlanırdı və ordunun bu ağır, zəhmli sükutu içində Teymurun özü ilə əmirlərinin yaxın adamlarından düzəlmiş ağ atlı qarovul qoşunları bənd-bərələrdə nə qədər sayıq dayansalar da gecələr orda-burda qəfil nal səsləri eşidilir və beləliklə, ordu Teymurun iyirmi beş il əvvəlki o müsibətini yada salan sürətlə dağıldıqca dağılıb azalırdı. İbrahimə tamamilə aydındı ki, dünyanı lərzəyə salan Səmərqənd əmirinin səltənətinin sütunları, ancaq qızıl üstündə dayanmışdı, qızıl əriyəndə sütunlar da əyilirdi. Odur ki, "iki at qiyməti" hərdən "dörd at qiyməti"nə qalxırdı. Miranşahın qamçısı ilə dağlanan bahadırların "yaraları altunla sağaldılırdı", hətta Əlincə ətrafında yeddi il qalıb, məğlubiyyət ardınca məğlubiyyətə uğrayan mühasirə ordusuna da mükafat verilir və dünyanı talayan cahangir beləcə müflisləşirdi. Yeddiyüzminlik müzəffər ordu sahibinin belə müsibəti vardı.

İbrahimin xəzinəsini o, hökmən qəbul etməli idi. Demək, təqsirkar müttəfiqin təqsiri də bağışlanmalı idi.
Şirvanın qayalı, sıldırımlı dağlarının qılıncı ilə uzanan nazik cığırda təsbehtək düzülmüş ağır yerişli karvanın önündə ağ at belində Şəbrana yaxınlaşdıqca daha gərgin düşünüb düşərgədə necə qarşılanacağını əvvəlcədən müəyyənləşdirməyə çalışan İbrahim birdən-birə qəribə gümana düşdü: iki yüz otuz illik, zəngin və nadir xəzinə Teymura məlum deyildimi? Şirvanda hürufi ocağı haqqında Miranşahın məlumatının səhihliyinə baxmayaraq, keçən il Teymur öz müttəfıqinə qəsdən güzəştə gedib "Şah himayəsindəki hürufılərə münasibətini bildirib vəliəhdimi razı salsın, sonra mənim görüşümə gələr", - deyib qəsdən yumşaqhq göstərməmişdimi ki, İbrahim bu yumşaqlıqdan şirnikib təqsirini artıran işlər görsün və vaxtı yetişəndə "Əmir Teymur hərb ilə gəlir!" xəbərindən qorxuya düşüb, həmin bu nadir xəzinəni verməklə günahını yusun?
İbrahim sevinc duydu.
O, heç vaxt qızıl hərisi olmamışdı. Əmin-amanlıq carçısı rəncbər şahı mədh edən şair Katibi ilə onun xərabatı dostlarının, ədib və nədimlərinin üstünə min-min dinar atdıqca, tacirbaşı Hacı Nemətullahla qoca qazi onu bədxərclikdə məzəmmət edirdilər. O isə əlini təxtinin sağında, xəzineyi-dəxlin gümüş sini içində qalın siyahı kitabının üstünə qoyub, hər il kümxanalardan gələn iyirmi min xarvar barama ilə Bakıdan Hacı Firidunun göndərdiyi otuz min tuluq neftdən başlamış, əsnaf karxanalarının şah xəzinəsinə verdiyi bəhrəyə qədər əzbər deyib gülürdü: "Belə diyarın şahı bədxərc olmaya bilməz!" - deyirdi.

O, həqiqətən əliaçıq və səxavətli idi. Hakimiyyətin möhkəmliyi və zəvalsızlığı xatirinə, lazım gəlsəydi, Şəbrana apardığı bu xəzinə ilə birgə, hətta xəzineyi-dəxldən, xəzineyi-xərcdən də keçə bilərdi. Çünki bu hakimiyyətin istiqbalında əlli şəhərli diyar -vahid səltənət görünürdü, dünya bazarı Təbrizin dünyanı doyura bilən varidatı görünürdü. Odur ki, xəzinəni verməklə həqiqətən yaxa qurtara biləcəyini duyanda sevinməyə bilmədi.
Sonuncu dağ aşınmında o, ağ atlı qarovul qoşunları ilə rastlaşdı. Qoşunlardan ayrılan yüzbaşıların və pişvazına gələn bir neçə əmirin müşayiəti ilə düzənliyə enib qırmızı süvannin düşərgəsini üçqatar, dərin xəndəklər arasında gördükdə İbrahimin sevincinin üstünə sevinc gəldi: Teymur xəndək arasında otururdusa, demək, düşmənlərindən çəkinirdi. Çəkinirdisə, demək, güzəştli olacaqdı.
Lakin İbrahim işini ehtiyatlı tutdu. Xəndəklərin üzərində bir araba yolu enində qalın taxta keçiddən o tərəfdə, qabaq-qabağa qurulmuş hər on çadır arasında meydançalardan birində atdan düşəndə Teymurdan buyruq gəlməyini və ağ çadıra çağırılmağını gözləmədən qulamlarına işarə verdi. Qulamlar dərhal yükləri düşürməyə başladılar. O özü isə Qazi Bayəzidlə birgə əyan-əşrəfdən aralanıb teymurilərə diqqət yetirmək məqsədi ilə kənara çəkildi.
Qabağı düşərgəyə girib dalı hələ dağ döşündən dolayı cığırla burula-burula enən karvanın böyüklüyü və qulamlara əwəlcədən verilmiş tapşırıq üzrə dəvələrdən endiriləndə dərhal açılan saysız-hesabsız sandıqlarda ləl-cavahiratın, qızıl-gümüşün, fərməşlərdə zərbaftın, taftanın, məxmərin, qumaşın, atlazın anbaan artıb düşərgənin bir tərəfində düzənliyi götürən günəş parıltısı əmirləri heyrətə gətirmişdi: dünyanın yarısını talasalar da onlar hələ belə şey görməmişdilər.

Naxçıvandan öz ordu rəisləri ilə bir neçə dəfə Şamaxıya qonaq gedib, şahın ziyafətgahında günlərlə oturduğuna baxmayaraq, İbrahimlə şəxsi ünsiyyəti olmayan, üzündən od, gözlərindən qan daman Əmir Qıymaz indi ona birinci yanaşdı:
- Səxavət kanısan, şah! - dedi.
Sonra sehrli xəzinənin sehrindən tutulmuş qalan əmirlər və qır-mızı çəpkənli tümənbaşılar tökülüb, hökmdarın zərif libaslı, qızılı saqqallı, gözəl və məşhur müttəfıqinə açıq valehliklə onu əhatə etdilər. Pəncələri bir qarış enində kobud iri çəkmələrindən, papaqlarındakı rəngbərəng lələklərinə qədər ocaq hisi çəkmiş, at təri qoxuyan hay-küylü adamlar, ədib-nədim məclislərində Firdovsi, Nizami, Xaqani Şirvani, Əbül-Üla Şirvani, Fələki Şirvani əşarından zərifləşmiş İbrahimə dərhal yad göründülər.

O, kirpiklərini endirdi, sakit ləyaqəti ilə dayanıb əmirlərin xəzinə ətrafında danışıqlarına, zarafat və gülüşlərinə bir o qədər də diqqət yetirmədi. Bir tərəfdən çölçülükdən və murdarlıqdan xəbər verən dəhşətli at qoxusu, digər tərəfdən əmirlərin açıq qibtəsi, bir də ki, diqqətinin uzaqda - düşərgənin ortasında zər butaları parıldayan ağ çadırda olması onu bu kütlədən ayırmışdı.

Yalnız bu səfərdən qayıdanda Şəbran civarındakı xəndəklər arasında nə baş verdiyini aydınlaşdırmağa çalışanda İbrahim o kütlə içində üç nəfərin nə dediyini və necə dediyini aydın xatırlayırdı.

Üç nəfərdən biri öd üzlü Əmir Qıymazdı. Birdən-birə daha da ödləşən üzünü kənara çevirib:
- Xəzinə sorağında yeddi ildir məlun əlincəlilərlə cəngdəyik, şah isə əmin-amanlıqda Süleyman peyğəmbərin xəzinəsini tapıb! - dedi.

İkinci əmir, Əmir Qıymazın hərbdən belə açıq-açığına şikayətindən qəzəblənib soruşdu ki, əmin-amanlıq adama hər şey verirsə, bəs şahın təxti Süleymanı hanı?
Üçüncüsü kənardan:
- O, təxtini Fəzlullaha verib! - dedi.
Bu üçüncü - Teymurun səsi idi: ilk görüşlərindən səkkiz ilə qədər bir müddət keçsə də, bu müddətdə qulağından getməmiş gər səsi İbrahim dərhal tanıdı.

Teymur birdən-birə çadırların arasından peyda olmuşdu.
İbrahimin yolda ikən alışıb, sinəsində xoş istilik əmələ gətirmiş sevinci bir anda söndü: ağ çadıra dəvət olunmaması, üstəlik, səkkizillik fasilədən sonra Teymurun rəsmi görüş ayininə riayət etmədən, salamsız-kəlamsız, belə qətiyyətlə "o, təxtini Fəzlullaha verib!" - deməsi pis əlamətdi.
O, üçü sağı, üçü solu, üçü arxasınca yeriyən cavan bahadırlarının müşayiəti ilə gəlirdi. Nəhəng gövdəsi, sağ ayağını çəkib sol ayağının yanına qoyduqca diksinməyə bənzəyən dingilti əmələ gətirən əzablı yerişi, alov rəngində qısa, sivri saqqalı, qartal burnu və qartal gözləri ilə haman Teymurdu.

Kirpiklərin altından gərgin diqqətlə baxan İbrahim mavi rəngli yüngül xalatla süd rəngli ipək şalvarda onun bir şaqqasının quruluğunu, burnunun donqarı uzunu düz irəli baxan gözlərinin heybətli durğunluğunda həkk olunmuş can ağrısını da gördü və birdən bədəninin çimildəşdiyini, saç-saqqalının qabarıb qalxdığını hiss etdi. Sağ tərəfində, bir addım geridə qoca müəlliminin, ilk dəvələrdən düşürülmüş qızıl çıraqlarla və qızıl şamdanlarla dolu bir cüt böyük sandıq tərəfdə əyan-əşrəfinin, onlardan arxada qulamlarının, əsgərxasının
- bütün şirvanlıların gözü onda - Şirvanın ümidgahında idi. O isə özünü itirmişdi. Teymur dingildəyə-dingildəyə yaxınlaşdıqca İbrahim, hətta çalmasının kənarlarından boynuna tək-tək damlalar yuvarlandığını hiss etdi. Ona nə olmuşdu? Bir zaman "hədiyyələrin üs-tündə öz başımı gətirmişəm" deyən İbrahim deyildimi?

Onun içində qışqırtı qaynadı. Özünü ən kobud, ən nalayiq sözlərlə yamanladı və nəinki toxtadı, hətta Teymura təzim etməməyə də cəsarəti çatdı. Böyründə Qazi Bayəzid, uzaqda qulamları, əsgər-xası tərpənişdi. Eyni anda olan bu tərpənişdə qorxu ilə qürur birləşmişdi. İbrahim baxsaydı qazinin gözlərinin dolduğunu görərdi. Lakin onun fikri Teymurda idi.

İkiyüzotuzillik xəzinəyə həqiqətən əvvəlcədən bələd kimi, Teymur yerdəki günəş parıltısına gözucu baxmaqla kifayətləndi.

Düşərgədə dərin sükut vardı. Elə sükut ki, İbrahim yarımşaqqa adamın tövşüyündən və öz ürəyinin döyüntüsündən başqa heç nə eşitmirdi. "Təxtini Fəzlullaha vermişdisə", demək o, daha şah deyildi? Şah deyildisə, demək, daha müttəfiq də deyildi?
İbrahim əlini Qazi Bayəzidin qurşağının altında qızaran qarğı qələmdana atdı. Yeddi imzalı təslim hökmü bu qələmdanda idi. Mətn hürufi rəmzləri ilə yazılsa da Hacı Firidunun rəmzlərdən bir qisminə əsasən əlavə etdiyi: "O, Şamaxıya qayıdıb təslim olmalıdır!"
- sözləri və xəlifələrin imzaları məzmunu açırdı.

İbrahim hökmü çıxarıb yeni cürətlə irəli yeridi. Lakin Teymur onun dillənməyinə imkan vermədi. Günahkar müttəfiqinin hüzurda əl-ayaq tərpətməyindən diksinmiş kimi, birdən sol ayağının üstündə dikəlib bir baş da ucaldı və o ucalıqdan heybət saçdı:
Sənin xəzinən ağır gələr, Fəzlullahın başı?!

İbrahim hökmü göstərdi:
- Bu kağızdakı məna hər ikisindən ağırdır, şahlar şahı! Sənin düşmənlərin arasında birlik yoxdur. Xəlifələr qaçıb gediblər. Fəzlullahın yanında iki xəlifəsi qalıb. Seyid Nəsimi ilə rəis Yusif. Amma onların arasında da birlik yoxdur. Kafir bu gün-sabah təslim olmalıdır. Əgər şahlar şahı onun başını tələb edirsə göndərərəm.

Qəribə idi ki, Teymur hökmə fikir vermirdi.
- Cavabından razı qalmadım, şah! Fəzlullahın başı sənin xəzinəndən ağırdır. Çünki bir deyil onun başı. Şirvanda yüz min başı var o lənətullahın! - dedi.

İbrahimi ən çox qorxudan da bu idi: Teymur Şirvanda hürufilərin kökünü kəsməyi tələb edirdi. İbrahim nə deməli, yeddiillik işinin bəhrəsini, arzu və diləklərini məhv edən bu tələbə nə cavab verməli idi?

Hacı Firidunun xəbərinə görə, xəlifələr Şirvandan getdikdən sonra Fəzlullah müridlərinə batinlik buyurmuşdu: Hürufilər təğ-yirlibas olub camaata qarışmalı idilər. Lakin İbrahim bu xəbəri necə aça bilərdi? Camaata qarışandan sonra hürufiləri tapmağın qeyri-mümkün olduğunu deməklə bütün Şirvanı qırğına verməzdimi?

O, cəsarətdən düşdüyünü, əlacsızlığını duya-duya:
- Mən axtararam, şahlar şahı! - dedi və bu dəfə cavabında sanki ölüm hökmü eşitdi:
- Nə üçün axtarırsan, şah? Şirvanda cəmi əsnafın başı Fəzlullahın başı deyilmi?! Vəliəhdin Kəyumərsin* başı da o kafirin başı deyilmi?!

İbrahim bir andaca taqətdən düşdü.
Teymur ona baxmırdı. Amma yəqin ki, halətini görürdü, parıltı ilə gələn şahın şərəfini itirib daha danışığa qabil olmadığını da duyurdu. Sol dabanının üstündə fırlanıb geri döndü.
- Öz başını da o iblisə verməyibsənsə, get fikirləş. Üç ötər, dördüncü günü xəbər gözləyirəm! - dedi.

Bir az sonra İbrahim onu xəzinəsinin arasında gördü. Bahadırlarının yaralarını altunla sağaldan adam özü də ləl-cavahirat içində elə bil birdən-birə sağlamlaşmış, yarımşaqqa, yarımcan ikən bütövləşmiş, hətta axsaqlığı da azalmışdı...

İbrahim, hamısı eynilə onun kimi dirigözlü ölmüş təbəələrinin müşayiəti ilə düşərgədən çıxıb, xəndəklərin keçidi arxasında qulamların köməyi ilə ata mindi.

Əyan-əşrəf əsgərxas, silahdarlar və karvan əhli arasında indi ancaq qulamlar canlı idilər. Gələnbaş hamısı atlı olduğu halda indi piyada, şahın dövrəsində pərvanətək fırlanırdılar, sarp yoxuşda atın böyür-başına, qabağına keçə-keçə gah şərbət, gah da bulaq suyu verirdilər.

Dağ qılıcına qalxanda İbrahim cilovu çəkdi, yəhərdə dönüb geri baxdı. Günəş parıltısı arasında səf çəkmiş qaraltıların ortalığında

* Gövhərşahın rəsmi adı

tək qaraltıya və düşərgənin ən hündür yerində ağaran çadıra son dəfə baxdığını güman etdi. Çünki bütün varlığına hakim nifrətdən başqa heç nə duymurdu. Müsibət orasında idi ki, bu cür nifrətin müqabilində o, yenə də sədaqət göstərməli, başı Fəzlullahın başı olan vəliəhdini, əsnafını, özünü ölümdən xilas etmək və hakimiyyətini saxlamaq üçün rəncbər şahın siyasətinə zidd işlər görməli idi. Bacaracaqdımı? Yeddiillik siyasətin bəhrəsini, şahlığının və bütün ömrünün mənasını məhv etməyə əli gələcəkdimi?

O, düşərgədən, parıltı içində qaraltılardan gözünü çəkdi. Yükünü boşaldıb yüngülləşmiş karvan elə bil iki qat ağır yüklə, ağır-ağır yoxuşa qalxırdı. Vəzirlər vəziri Qazi Bayəzid öz adi işini - həmişə, hər yerdə şahının çiyni arxasında dayanmaq borcunu da unudub yəhərdə donqarlanmışdı, cilovu qulamın ixtiyarına buraxıb, başı əsə-əsə, saqqalı yellənə-yellənə karvanın böyrüncə qalxırdı. Tacirbaşı Hacı Nemətullah öz tacirləri və karvanın qarovul dəstəsi ilə bir tərəfdə, əyan-əşrəf o biri tərəfdə idi. Əsgərxasla bahadırlar və silahdarlar bir-birinə qarışmışdılar, məğlub olmuş şərəfsiz ordu kimi dağın sağ-sol yamaclarına səpələnmişdilər. Bu pərakəndəlik, ümidsizlik İbrahimi ayıltdı və o, cilovu qulamın əlindən alıb çəkmənin boğazından qamçını çəkdi. Dağ qılıcından daşa toxunan ox şaqqıltısına bənzər sərt bir şaqqıltı yayılıb dərələrdə əks etdi. Bu, İbrahimin Teymurdan aralandıqdan sonra ilk qəti hərəkətinin qəzəb və hiddətlə atın sağrısına endirdiyi qamçının şaqqıltısı idi. Sıldırımlı, sürüşkən qayalıqlarda bəzən bilək nazikliyində, dar cığırlarda at çapmaq nə qədər təhlükəli olsa da ləngimədi, iki-üç yerdə yastanalardakı kiçik karvansaralardan qabağına at çıxaran rahdarların yanından yeltək keçdi və dəvə ilə üçgünlük yolu bir günə qət edib qürub çağı dağ günəşinin son, çəpəki şüaları altında qala divarlarına sarılıq çökmüş Şamaxı aşağıda görünəndə cilovu çəkib şəxsi tövləsində bəslənən ən gözəl köhlənlərdən birini çatlatdığına diqqət yetirmədən yəhərdən atıldı. Yox, Gülüstan sarayına belə şərəfsiz qayıda bilməzdi. Onun əqlinə, şücaətinə, şöhrətinə, ləyaqətinə inamı, etiqadı məhv edən bu şərəfsizlik təcili tədbirlərlə məhv olmalı idi.

Dağ yamacında əlvan çiçəkli yaşıllıqda çadır quruldu. İbrahim beş nəfəri ayrı-ayrılıqda hüzura çağırdı. Beş nəfərdən birincisi Hacı Nemətullahdı.
Şəbrana yola düşdükləri gecə Şamaxıdan çıxanda tacirbaşı atmı İbrahimin atına yaxın sürmüş: "Karvan yolları bağlıdır. Şirvan için-də neft, duz alverilə mən sənin xəzinənə bir şey gətirə bilmərəm, şahım!" - demiş və təklif etmişdi ki, rəncbər şahm öz xəzinəsini son dinarına qədər Teymura apardığını carçılar cəmi Şirvanda car çəkib "avarizat"* tələb etsinlər, çünki dibinə süpürgə çəkilən xəzineyi-xası indi ancaq cəmi əsnafın və rəiyyətin əli ilə doldurmaq olar.

İbrahim Hacı Nemətullaha çox kəskin cavabı ilə təklifı rədd etmişdi. Çünki Kəsranilərin vergilərindən "qulluği"*, "qonalqa"*, "itlahaq"*, "şıltağat"* və sair iyirmi adda əcaib vergilər içində təbəələri tez-tez yağmalayıb ac qoyan "avarizat"ı da ləğv etmişdi və Kəsrani istibdadına bənzəyən heç bir şeyə yol vermədiyi kimi, ehtiyac olanda belə "avarizaf'ın tətbiqinə imkan vermirdi. Odur ki, tacirbaşını danlamışdı.
İndi isə Hacı Nemətullah hüzura gələn kimi, yəqin ki, yüyür-düyü üçün tərləmiş nəhəng gövdəli tacirbaşının nəfəsini dərməsini də gözləməyib:
- Avardır*, Hacı! Car çək! - dedi.
Hacı Nemətullahın necə mat-məəttəl baxdığını gördükdə isə:
- Heç nə soruşma! Belə lazımdır. Təbəələrim hədiyyələrini iki gündə verib qurtarmalıdırlar! - deyib hüzura çağırılmış ikinci adamı - Qazi Bayəzidi çadıra dəvət etdi.

İbrahim otura bilmirdi. Alnında narın, soyuq tər çadırın genişliyində hey gəzinirdi. Səsinin titrəyişindən indi hər ana da qənaət etdiyi aydın duyulurdu.
- Sənə məxfi buyruğum var, qazi, - dedi. - Sabah sübhdən Şirvanın hər yerindən təbəələrim dərgaha gələcəklər. Təkcə Şamaxının özündə iyirmi min əsnaf və on min qeyri ayağı yer tutan adam var. Bundan hesabını götür, qazi, gör hüzurumdan nə qədər məxluq keçəcək. Necə adil və xeyirxah olsaq da Şirvanda yüz adam içində bir düşmənimiz olmamış olmaz. Odur ki, təcili dərgaha get,

*"Avarizat" - fövqəladə hadisələr üçün təcili vergi
*"Q u ll u ğ i" - məmurlara məvacibdən əlavə gəlir üçün vergi
*"Qonalqa" - saraya gelən qonaqlara ziyafet üçün vergi
*"İt l a h a q " - sarayda israf xərclər üçün vergi

*"Şıltağat" - şahın kefı gələndə, şıltaqlığı tutanda buyurduğu səbəbsiz vergi

*"Avar" - təcili vergi yığmağa ixtiyar verən fövqəladə hadisə

fərman yaz, kəndxudalara , darğalara, mirşəblərə və darvaza keşikçilərinə özün xəlvəti oxu, sonra yandır. O fərman üzrə, hüzuruma gələn təbəələrimin hamısı tərk-silah olunmalıdır!

Gözlənilməz buyruğu ilə qazini də təəccübləndirdiyini gördükdə, İbrahim ona da:
- Heç nə soruşma! Belə lazımdır! Bir kəsdə bir qəmə, tiyə də qalmamalıdır! - dedi və hüzura çağırılmış üçüncü adamı - Hacı Firidunu çadıra dəvət etdi.
Fəzlullahdan xirqə və "Dərviş" adı almış bu alimənsəbi ilə söh-bəti ağır keçməli idi. Amma onunla da müqəddiməsiz başladı:
- Təyin olunmuş məkanda görüş baş tutmayacaq, Hacı! Sən Fəzlullahın cilovunu tutub, birbaş dərgaha aparmalısan. Amma bu, işin bir tərəfidir. Təslim vaxtı onun müridləri də şəhərdə olmalıdırlar!..

Hacı Firidun artıq hər şeyi anlamışdı. Dodaqları və buxağı titrəyirdi. İbrahim sərtləşdi:
- Müridləri gətirməlisən! Şamaxıdakı dəstə öz işini görməlidir! - dedi.
Ani sükutdan sonra Hacı Firidun birdən əyilib onun ayağına düşdü.
- Didərginlərin qanına bais olma, şahım! Möhlət hələ qabaqdadır! Üç gündə Fəzl özü bu işlərə bir əncam çəkər! Səbrini itirmə, qibləgahım! Amandır, səbrini itirmə!
İbrahimin kirpikləri endi, üzü daşa döndü. Əlini əlinə vurub hüzura çağırılmış dördüncü adamı - Şeyx Əzəmi dəvət etdi. Lakin Hacı Firidun çıxmaq istəmirdi...

Şirvanın bütün şəhərlərində olduğu kimi Bakının əsnaf məhəllələrində də hürufilərdən başqa daha bir neçə, o cümlədən nemətullahiyyə və heydəriyyə adlarında batin sufı təriqətləri mövcud idi. Hələ Abbasi xəlifələrinin zamanlarında xilafətin təqiblərindən gizlənə-gizlənə Misirdən, Suriyadan, İraqdan dünyaya yayılıb ilk ocaqlarından uzaqlaşdıqca əqidələrindən də uzaqlaşan bütün məh-dud təriqətlər kimi, nemətullahiyyələrlə heydəriyyələr də çox vaxt ancaq öz aralarında mübahisə və münaqişələrdən başqa bir iş görmürdülər. Hacı Firidun iqamətgahındakı məsciddə qətib1 rütbəsində saxladığı Fəzl canişini Mövlana Tacəddindən eşitmişdi ki, hər iki təriqətin müridləri son illərdə İranın, Azərbaycanın şəhərlərində və burada - Bakıda Fəzlin nuruna qovuşub köhnə məramlarından dönmüşdülər.

Nə imiş məramları?
Hacı Firidun bununla maraqlanmamışdı; hərəsi bir batin, çox vaxt qeyri-müəyyən imamm qulu olan dünyanın gedişatından xəbərsiz təriqətlər, məhdudluğu xoşlamayan işgüzar Hacı Firiduna yad idilər.
Onun hamısı dəmirağacdan qayrılmış, taxtalan mismar əvəzində geydirmə üsulla bir-birinə bərkidilmiş, dalğaya, tufana dözümlü, uzaq səfər gəmiləri vardı. Səhərlər Bakının üçqatar qala divarlarının dəmir qapıları açılanda Hacı Firidun şəhərin ən hündür yerinə, iqamət-gahının ikinci mərtəbəsindən ucalan qülləyə qalxıb, hakimi olduğu kiçik ərazidə zeytun bağlarına, üzümlüklərə, zəfəran əkinlərinə, dənizdən doğan günəş altında parıldayan neft göllərinə, tala-tala ağaran duzlaqlara, bir qismi şəhərdən, bir qismi də ətraf kəndlərdən çıxıb göllər və duzlaqlar arasında səpələnən araba, dəvə, ulaq karvanlarına, bütün gecəni dənizdə olub ağır yüklə qayıdan balıqçı qayıqlarına tamaşa edib, nəhayət, hökmən uzaq səfər gəmilərinə baxar və hökmən Mövlana Tacəddini çağırtdırıb, ötən gün ərzində Fəzlin iqamətgahına dünyadan nə kimi xəbərlər gətirildiyini öyrənərdi. Çünki yalnız dünyanın qarışıqlığı üzündən onun əlliyə qədər gəmisi dənizdən çıxarılıb, neftlə yağlanıb böyür-böyürə qalmışdı və yalnız dünya düzələndən sonra dənizə salınacaqdı. Dünyanın düzəlməyi isə Fəzl-həqqdən asılı idi. Odur ki, Hacı Firidun bütün diqqətini hürufilərə verib başqa təriqətlərdə heç bir kəramət görmürdü.

Lakin bu son vaxtlar "hürufi içində ixtilafı öyrənmək" niyyəti ilə tez-tez Bakıya gedən qardaşı Hacı Nemətullahla mübahisələrindən birində o, nemətullahiyyələrlə heydəriyyələrin haqqında gözlənilməz şeylər bildi.
Hacı Nemətullah soruşdu ki, əgər o, həqiqətən din və təriqət pasibanıdırsa, bəs həzrət Əli pərəstişkarları olan nemətullahiyyələrlə heydəriyyələri niyə himayə etmir?

Hacı Firidun da soruşdu ki, "onlar mənim nəyimə gərəkdirlər?"
Hacı Nemətullah: "Şaha gərəkdirlər. Mənə gərəkdirlər", - dedi.
Məlum oldu ki, əsl adı çoxdan unudulmuş tacirbaşına Nemətullah adını heç də öz tacirləri yox, nemətullahiyyələrin təşəbbüsü ilə Şeyx Əzəmdən əvvəlki Şamaxı müftisi veribmiş. Hələ Kəsranilərin zamanından Keykavusun, sonra da Huşəngin şəxsi tapşırıqları və müftinin tədbiri ilə tacirbaşı həm nemətullahiyyələrə, həm də heydəriyyələrə gizlin himayədarlıq edirmiş və əsnaf içində Kəsranilərə qarşı iğtişaş başlananda nemətullahiyyələr bir tərəfdən bazar meydanlarına çıxıb bütün ədalətsizliklərin günahını şahın üstünə qılınc qaldırmağı təbliğ edən heydəriyyələrdə gördüklərini, heydəriyyələr isə o biri tərəfdən, iyirmi beş vergidən heç birinin ləğv edilməməyinin səbəbini şah xəzinəsindən rüşvət alan nemətullahiyyələrin satqınlığında gördüklərini car çəkirmişlər. Karxana, dükan, bazar əhlindən şahla danışıq və saziş tərəfdarı olanlar nemətullahiyyələrin tərəfinə, qılınc və zor tərəfdarları isə heydəriyyələrin tərəfinə keçib, bir-birini qana boyadıqdan sonra kəndxudalar, darğalar, mirşəblər işə qarışıb əsnaf içində ən nüfuzlu adamları - ustabaşıları, müşrifləri həbs edirmişlər və həbs olunanların əvəzində, əsnafa başçılıq üçün şahın özünün hazırladığı adamları göndərirmişlər.

Kəsranilərin, xüsusilə Huşəngin hakimiyyəti belə qırğınlar və həbslər üzərində bərqərar imiş.
Hacı Nemətullah qardaşını inandırdı ki, əgər o - tacirbaşı, əsnaf içində ixtilafı öyrənib nemətullahiyyələrlə heydəriyyələri qırğına sövq etməsəydi, ustabaşıları, müşrifləri zindana saldırmasaydı, Huşəng hakimiyyətinin lap birinci ili təxtdən yıxılardı və o vaxt İbrahimin əvəzində, çox güman ki, Kəsranilərin Dərbəndilərə zidd nəslindən bir nəfər təxtə çıxıb fars hökmranlığmın ömrünü uzadardı; qırğın törətməklə və Huşəngin zülmünü ərşə qaldırıb fars xanədanına nifrət yaratmaqla o - Hacı Nemətullah İbrahimin hakimiyyəti almasını asanlaşdırmışdı. Amma indi İbrahimin hakimiyyətinin də elə bir vaxtı yetişib ki, Huşəng kimi o da qan tökməlidir. Bu, əvvəla, Teymurun hüzurunda bəraət və etimad qazanmaq, ikincisi, Fəzlullahın qüdrətini sındırıb hürufilərin şahdan asılılığını artırmaq və dərgahla əlaqələrini tənzim etmək üçün lazımdır.

Çoxarvadlı, əhlikef qardaşım Hacı Firidun heç vaxt belə ciddi görməmiş və ondan heç vaxt belə şeylər eşitməmişdi.
Mürəkkəb siyasət yükü altında ağır-ağır danışan Hacı Nemətullah, qardaşının ona heyrətlə baxdığını hiss etdikdə birdən elə bil tamam qayğısız gülüb: "Div görürsən məndə, nədir, ey Fəzlullahın mələkmisalı?" - dedi.
Hacı Firidun həqiqətən div görmüşdü. Bu divin iddiasına görə, yer üzündə bütün mələkmisallar divlərə qurban olmaq və onların -divlərin hakimiyyətini möhkəmlətmək üçün yaranmışdılar. Buna görə də Hacı Nemətullah qardaşma məsləhət görürdü ki, Fəzlul-lahm əfsanələrinin sehrinə uymasm, "hürufi içində ixtilafı" açıb şahının bəladan xilasına kömək etsin.

Bir zaman öz kiçik qardaşını həccə aparıb həcdən gətirən, sonra "Mənüçöhr törəməsi" ilə dostlaşdırıb hakim və bəhrəssədr təyin edilməsinə səbəb olan böyük qardaşını Hacı Firidun bu cür, - bircə söhbətdə tanıdı və bütün səmimiyyəti ilə: "Səni ki belə gördüm, bəradərim, məhz şahımın bəladan xilası naminə bundan sonra Fəzlullahın ətəyindən daha bərk tutaram!" - dedi.
Bu söhbətdən bir neçə gün sonra Gövhərşah Şamaxıda, Şah məscidi önündə naməlum adamların boğazlarına cahad əlaməti ağ kəfən taxıb "mürtədləri biz yaxşı tanıyırıq, əsləhə verin, biz onlara divan tutarıq!" - dediklərini xüsusi qasidlə Dərviş Hacıya çatdırdıqda hacı dərhal anladı ki, o dəstə qardaşının əməlinin bəhrəsidir: "hürufı içində ixtilafı" öyrənmək cəhdindən bir şey çıxmadıqda Hacı Nemətullah yəqin ki, nemərullahiyyələrdən qalan köhnə dost-aşnalannı tapıb, onlann əli ilə dəstə toplamışdı.

Bədbəxtlik burasında idi ki, dəstənin təşkilində şahın özünün iştirakı şəksiz idi. İbrahimin indi: "Dəstə öz işini görməlidir!" - deməyi də bunu isbat edirdi.

Lakin hacı, rəncbər şahın Fəzl müridlərinə münasibəti ilə Huşəngin nemətullahiyyələrə, heydəriyyələrə münasibəti arasında fərq olmadığına inana bilmirdi.

Odur ki, yalvarırdı: "Didərginlərin qanına bais olma, şahım!" -deyirdi.
Şeyx Əzəmin sədrəddin tirməsi çadırın qapısında ağardıqda İbrahim hacını, demək olar ki, qovdu və onun necə məyus getdiyinə fıkir vermədən şeyxi içəri dəvət etdi. Başqa vaxt olsaydı, hürufılərin "Dərviş" adlandırdıqları hakimin məyusluğuna o, şübhəsiz, xüsusi diqqət yetirərdi. İndi İbrahimin beyni üçgünlük möhlətin qayğıları ilə dolu idi və Şeyx Əzəmlə danışıq bu qayğılardan ən mühümü idi. Odur ki, Hacı Firidunun çadırdan məyus çıxdığına diqqət yetirməyib, onun tapşırığa əməl etməyəcəyini ağlına gətirmədən şeyxə qarşısında yer göstərdi və nə qədər tələssə də, arada tez-tez susub düşünə-düşünə bu dəfə uzun bir söhbət başladı:
- Keçən il Sultaniyyədə Miranşaha, sonra da Bağdad yolunda Əmir Teymura xəbərlər çatdırılmışdı, şeyx! Şahlar şahı mənə sifariş göndərmişdi. O sifarişin cavabında mən ona yazmışdım ki, hürufiləri himayəmdə yox, qəfəsdə saxlayıram və vəliəhd Miranşahın öz ulusundakı doqquz şəhərdə hürufı ocağını tapıb dağıtmağını gözləyirəm, Miranşah öz işini görsə, mən qəfəsin qapısını asanlıqla bağlayaram...
Miranşah əql və səbatla iş görmək əvəzində məscidləri dağıtdı, günahsız müsəlmanlara qılınc çəkdi, sonra da qışın qar-tarında çapar göndərib məndən Fəzlullahı tələb etdi. Mən o tələbə də boyun əydim, cavab məktubumda vəd etdim ki, "yaz açılanda tutub göndərərəm..." Sabah mən öz vədimə əməl edirəm, cəmi təbəəmi Şamaxıya çağırıb qəfəsin qapısını bağlayıram və kafiri də tuturam... Şahlar şahının özünün buyurduğuna əsasən, kafir Naxçıvana göndəriləcək və Əlincə qənşərində qətlə yetişəcək. Demək o, şahlar şahının ixtiyarındadır və son məkanına - Əlincə qənşərinə gedənə qədər nə mənim ona toxunmağa ixtiyarım var, nə sənin, nə də Miranşahın; şahlar şahı özü necə buyursa, kafir o cür edam olunar. Onun müridlərinə gəlincə, sən bilməlisən ki, şahlar şahı özü onlara əl qaldırmır. Mən də əl qaldırmıram. Çünki o müridlər də Allah adından danışırlar, şeyx! Sidq-ürəklə etiraf edirəm ki, əslində kimin dindar, kimin mürtəd olduğundan baş açmıram. Amma sən bişəkk Allah adamısan. Sabah və birigün cəmi təbəəmi tərk-silah edib, əsləhəni sənə verməliyəm. İqamətgahındakı mücahidlərdən silahı olmayanlara, öz müridlərinə silah ver. Məscid mədrəsə əhlindən kimi istəyirsən silahlandır, təriqət davanı özün başa çatdır və bu işdə bitərəfliyimə görə məni məzur tut.

İbrahim danışdıqca şeyxin ağsümük üzündə göy damarların qabardığını aydın görürdü və nə qədər mürəkkəb şeylər danışsa da, eyni vaxtda gərgin düşünüb damarların qabarmağının səbəbini axtarırdı.

Axır vaxtlar o, xəlvətiyyədə ədib və nədimlərinin, şair Katibi ilə onun xərabati dostlarının məclislərində və əyan-əşrəf arasındadin və etiqad haqqında çox tez-tez söhbət edirdi. Bu söhbətlər vaxtı Şeyx Əzəmin də adı çəkilirdi. Üləmanın dediyinə görə, şeyxin teymuri dərvişlərə xirqə paylayıb, əlləri batqanlı adamları özünə mürid etməsi camaatı narazı salmışdı. Çünki mirşəblərlə birgə indi bu müridlər də gecələrin hakimləri olub sübhə qədər əsnaf məhəllələrində gəzir, xeyirdə, şərdə Nəsiminin, Nəiminin qəzəllərini oxuyan xanəndələri tutub aparırdılar, şübhəli evləri axtanb bəyaz xirqə və ya taxta qılınc tapdıqda, o evin kişilərini paslı mismar altına salır, oğulun qanını ataya, qardaşın qanını qardaşa içirirdilər. Odur ki, əsnaf içində bu qara xirqəliləri "qara müridlər", onların mürşidi Şeyx Əzəmi isə "mirqəzəb" adlandırmışdılar. Üləmanın iddiasına görə, ömrünün yandan çoxunu Məlhəm pirində insana xidmət etmiş Məlhəm şeyxi bu mirqəzəbin bətnində ölüb getmişdi və dirilməsinə ümid qalmamışdı.

Bununla belə, damarların qabardığını gördükdə İbrahim ehtiyatlandı: silah və qırğın təklifı Məlhəm şeyxini diriltməmişdi ki?.. Bəlkə şeyx onun - İbrahimin: "Kimin dindar, kimin mürtəd olduğundan baş açmıram", - deyib belə açıq-aşkar riyakarlıq etməyindən və ya bəlkə özünü "bitərəf' adlandırmağından narazı idi?.. Belə müxtəlif mülahizələr içində İbrahim qət etdi ki, əgər təklifı keçməsə, bir vaxt Fəzl elçilərini zindandan azad edəndə olduğu kimi həmlə çəkməli: "Din və etiqadımızın keşiyində duran sənsənsə, hürufi elminin yayılmağına rəvac verən və indi mürtədlərə divan tutmaqdan imtina edən də sənsənsə, mən bilmək istərdim sən kimsən, şeyx!" - deyib onu təqsirləndirməlidir.

Lakin İbrahimin bütün narahatlığı əbəsdi. "Kimi istəyirsən silahlandır, təriqət davanı özün başa çatdır", - sözləri onun dilindən çıxar-çıxmaz, ağsümük üzdə damarlarla birgə şeyxin gözləri də qabarıb çadırın bacasına tərəf dolandı və o, qəfıl, həyəcanlı bağırtı ilə xudavəndi-aləmə şükür deyib, hətta əsləhənin ona nə vaxt, necə veriləcəyini soruşdu.

İbrahim onun ilk növbədə razılığını almaq qayğısına qalıb, işin icrası barədə fıkirləşməmişdi. Ayağa qalxıb şeyxi ötürdüyü anlarda gərgin düşündü:
- Din və təriqət xirqəsi geyinənləri mən həmişə hakimiyyətimdən kənar bilmişəm, şeyx! Və özün şahidsən ki, Allahın adı olan yerdə ehtiyatımı itirməmişəm. Əsləhəni sənin iqamətgahma möminlər aparsınlar! - dedi.

Hüzura çağırılan axırıncı - beşinci adam Gövhərşahdı.
Şeyx Əzəmi ötürüb, çadırın dərinliyində gəzinə-gəzinə Şamaxıda necə bir Kərbəla müsibəti düşəcəyini, o müsibətdən sonra nələr baş verəcəyini, bir tərəfdən hürufılərin yanında etibarını saxlamaq, digər tərəfdən Teymurun etimadını qazanmaq üçün nələr edəcəyini müəyyənləşdirməyə çalışan İbrahim Gövhərşahı çağırdığını unutmasa da, onun artıq içəridə olduğunu hiss etmirdi.

Başının üstünü təhlükə almış oğlunun sərv boyunu qarşısında gördükdə, yəqin ki, çoxdan bəri onunla yaxın ünsiyyətini itirdiyindən özünü saxlaya bilməyib Gövhərşahın boynuna sarıldı.
- Gövhərim! O cəllad hər şeydən xəbərdardır, Gövhərim! - dedi. Qolunu oğlunun boynundan ayırmadan, onunla yanaşı oturduqdan sonra isə, xəzinəni əmirlərin və Teymurun özünün necə qəbul etməyindən başlamış üçgünlük möhlətə qədər Şəbran düşərgəsindəki o qısa, şərəfsiz görüşündə görüb eşitdiklərinin hamısını danış-dı və bütün düşüncələrini özündə cəmləyən sarsmtı ilə:
- O cəllad məni də cəllad edəcək, Gövhərim! - dedi.

Lakin nə qədər sarsıntılı olsa da, bu çadıra Gövhərşahdan əvvəl gəlib gedən dörd nəfərlə danışdıqlarının hər bir kəlməsi kimi, indi oğluna dediyi sözlər də siyasətdən kənar deyildi: İbrahim bilirdi ki, hadisə vaxtı Gövhərşah Şamaxıda olsa bu qarışıq zəmanədə hər bir incəliyə diqqət yetirməyə alışmış həssas oğlu dərhal hər şeyi anlayar, Fəzl müridlərinə qəlbən bağlanıb fikri-zikri "Payitəxti Təbriz olan "Ədalət səltənəti"ndə olduğu üçün heç nə ilə hesablaşmayıb qırğına qarşı açıq müqavimət göstərər və beləliklə, həm atasının, həm də özünün xilasına ümidi məhv edə bilər. Odur ki, İbrahim bir tərəfdən; "O cəllad məni də cəllad edəcək", - deyib bununla, lazım gəlsə oğlunun qarşısında bəraətinə zəmin hazırlayıb, o biri tərəfdən: "Məni də cəllad edəcək", - sözləri altında nə gizləndiyini aç-madan, dərhal söhbəti dəyişib:
- Sən daha Şamaxıda qala bilməzsən, Gövhərim! - dedi. -Dərbəndə gedib ordunun başında dayanmalısan. Fəzlullahın təslimindən sonra Toxtamışla müharibə baş tutsa, o müharibədə rəşadət göstərib Teymura sədaqətini isbat etməlisən!

Uzun sürən dərin sükut arasında oğlunun gözlərində eynilə onun - atanın gizlin mənalı incə təbəssümlərinə bənzəyən təbəssüm gördükdə, İbrahim bunun səbəbini soruşmaqdan çəkindi. Gövhərşah özü atasının sarsıntıları müqabilində qəribə görünən sakit cəsarətlə: - İşlərim baş-ayaq oldu, şahım! Dosta xidmət naminə düşmənə sədaqət göstərməliyəm! - dedi və ayağa qalxıb getmək üçün rüsxət istədi.

İbrahim bilmədi ki, çadırdan çıxanda oğlu Hacı Firidunla görüşəcək və onun bu iki əzizindən biri Dərbəndə yola düşməmiş ləşgərgaha gedib Fəzlə vəfadarlığının yeni ümdə şərtini - "təşkil olunmuş dəstəyə nəzarəti" bahadırlarına tapşırmağa tələsəcək, o birisi isə "cilovu tutmaq üçün" şəhər civarında dayanıb, orada Nəsimi ilə rastlaşdıqda hər şeyi ona çatdınb "Fəzldən çarə" istəyəcəkdi.


17

Bu elə gözlənilməz və elə qeyri-adi bir dərvişlikdi ki, Nəsiminin qaranlığa üz tutub qasidlərə müraciətlə: "At verin! Mən Div hüzuruna getməli oldum!" - dediyini öz qulaqlan ilə eşidən Hacı Firidunla birgə Nəsimi hünərinə bələd qasidlər belə, bu dərvişliyin mümkünlüyünə inana bilmirdilər. Yazbaşı Naxçıvandan qayıdanda Mövlana Mahmud rəmzi qılınc bahadırlannın salamatlığına cavabdeh qasidlər içində Fəzl canişini Dərviş Fədaya xəbərdarlıq etmişdi ki, ordu içində namaz çox təhlükəli olub, çünki Şeyx Bərəkənin hökmünə əsasən, bütün düşərgələrin dövrələrində qarovul qoşunları ilə birgə Dərviş Asirin dərvişləri də keşik çəkirlər, düşərgələrə gedən zahidlərin, tacirlərin və ərzaq qoşunlarının arasında teymuri olmayan hər bir nəfəri kəməndlə sarıyıb, alimənsəb seyidlərin çadırlarına aparırlar, yalnız mənsubiyyətlərini sübut edənləri buraxıb, qalanlarını hürufi adı ilə mismarla bədənlərini deşə-deşə, yaralarına duz basa-basa öldürürlər. Belə bir şəraitdə, aləmdə məşhur Nəsiminin ordu içinə, üstəlik Divin özünün hüzuruna dərvişliyi mümkündümü?

Qasidlər buna heç cür inana bilmirdilər.
Bütün gecəni bir neçəsi onun qabağınca, bir neçəsi ardmca dağ qılıclarına qığılcım səpələyə-səpələyə at çapıb, sübh tezdən bulaq başında yəhərlərdən töküləndə onların gözlərində hələ də heyrət vardı. Şamaxı-Şəbran yolunda axırıncı olan bu bulaq başında ocaq qalayıb, atların tərklərində dağarcıqlarda daşa dönmüş çörəkləri, ət qaxaclarını oda söykəyib təama oturanda qasid içində Fəzl canişini Dərviş Fəda ətrafındakı yoldaşlarının hamısının fikrini ifadə edib, nəhayət, heyrətini bildirdi:

- Sən hara, Div hüzuru hara, Seyid?! Bu nə divanəlikdir?! - dedi.
Nəsimi gözlərini uzaqda - Divin düşərgəsi səmtində dağ aşırımına dikib narahat dayanmışdı. Əlində alovsuz, tüstüsüz, qıpqırmızı kösöv vardı. Kösövü cəld hərəkətlərlə sağ-sol üzünə, çənəsinə, buxağına çəkdikcə sifətində, qaşlarının ayparasında ani titrəyişlər əmələ gəlirdi və qasidlər aydın görürdülər ki, bütün müridlər od təması ilə sarsıntıların, yorğunluğun ağrı-acılarını çıxarıb, adətən, rahatlandıqları halda, Seyid əksinə, kösövü çəkdikcə elə bil canına od doldurur, bədəni də son dərəcə həssas titrəyişlərlə dikəldikcə dikəlib gərginləşirdi. Qasidlər üçün tamamilə anlaşılmazdı ki, müridlərin faydasız fədakarlığını pisləyən adam özü indi belə gur hissiyyata qapılmışdı, "yüz min baş", üçgünlük möhlət" xəbərindən sonra mürid içində olmaq, çarə düşünmək əvəzində, hər şeyi atıb mənasız ölümə gedir və üstəlik, Fəzl canişininin haqlı sualına cavab vermək belə istəmirdi, odur ki, canişinlə birgə yoldaşları da ona açıq narazı baxırdılar.

Lakin Nəsimi nə Fədanın sualına etinasızdı, nə də onların baxışlarına.
Yeddi il bundan əvvəl, xirqə almaq mərasimindən sonra o, "ərənlər donu" adlandırdığı xirqəni vəsf edən bir qəzəl yazmışdı. İqamətgahda növbəti şeir məclisində başqaları ilə bir sırada o da şeir oxuyanda məclis əhli haman qəzəldə "üşümək müşkülünü eylədi asan kəpənək" sətrinə irad tutdu, "üşümək kəlməsi müqəddəs libası əşyaya çevirir", - deyib hamı sətrin dəyişdirilməsini məsləhət gördü. Tək Fəzl: "Övladım Seyid Əli üşümək yazmayıb, övladlarım, "üşümək müşkülü" yazıb, mürid bətnində məhəbbət oduna işarə edir", - dedi.
Fəzl: "Ucalıqla adiliyin vəhdəti elmimizin mayasında deyilmi, övladlarım? Mən qəzəli bəyənirəm və təşəkkürümü bildirirəm", -deyib mübahisəni yekunlaşdırsa da məclis yenə razılaşmadı: "Adiliyi məcazımız götürmür, ustad! Müqəddəs libası xələldar edən söz pozulmalıdır", - dedilər.

Bu "kamillər məclisi" adlandırılmış alim və şairlər məclisində Nəsiminin, bəzən hətta bir kəlməsinin də kəskin etiraz doğuracağından xəbər verən ilk mübahisə idi. Sonralar, ruhunun küskün çağlannda o, hüsnü kamilinə şikayətlənirdi: "Daş atırlar, məna şişəmi sındınrlar", - deyirdi və səbəbini bunda görürdü ki, Allaha dair köhnə təsəwürün darmadağın edildiyinə baxmayaraq, kamillər "həm həq, həm insan olan" Fəzlin insanlığını, yəni onun özünün də idrak yolunda olduğunu unudurdular, bir tərəfdən "cəmi bütlər yalandır", -dedikləri halda, o biri tərəfdən Fəzlin xirqəsindən başlamış, ona aid nə vardısa, hamısını bütləşdirirdilər, nəticədə Fəzlin özünü də bütə çevirir: "Cəmi həqiqətləri onda gör və qeyri-həqiqət axtarma", -deyib beləliklə, idrakın yolunu bağlayırdılar. Məhz yolun bağlılığı üzündən deyildimi ki, ustadın elmi, ruhun cismə, alinin ibtidaiyə, kamilin cahilə təsiri üzərində qurulduğu halda, Div hüzuruna dərviş göndərmək, Divin özünə təsir etmək bu vaxta qədər nə xəlifələrin ağlına gəlmişdi, nə də alim və şair müridlərdən birinin! Tək o -Nəsimi belə fıkrə düşmüşdü, ona da "Bu nə divanəlikdir?!" - deyilirdi. Nə üçün? Yoxsa, hətta hüdudsuzluq aldıqdan sonra da onu yenə məhdudlaşdırmaq niyyətində idilər? Demək, hətta bu dar ayaqda da mübahisəsiz keçinmək mümkün deyildi?

Ötən axşam Fəda özü ona ustadın bütün mübahisələrə yekun vuran kəlamını çatdırmışdı.

O kəlamda deyilirdi:
"Yer üzündə axırıncı hökmdar qurşağına taxta qılınc bağlayana qədər elm yayılmalıdır. Nə qədər ki, ordular tərksilah deyillər, nə qədər ki, təhlükə və qorxu mövcuddur, karvanda təbəddülat da davam edəcəkdir. Təbəddülata dözmək və xətaya yol verməmək üçün dərvişlərim yeganə həqiqi silaha - müqəddəs rəmzə sadiq qalmalıdırlar, cəmi bütlərin yalanlığını, bəşərin birliyini isbat üçün heç kimdən, heç nədən çəkinməyib moizə oxumalıdırlar, həmişə, hər yerdə, hər bir şəraitdə müqəddəs rəmz qüdrətinə istinad edib, qurtuluşu yalnız və yalnız rəmzimizdə görməlidirlər".

Mövlana Tacəddinin dünən axşam Məlhəmdə təcili yazıb rəmzi qılınc bahadırlarına göndərdiyi bu kəlamı Nəsiminin hafizəsi bütünlüklə alıb, fıkir burulğanları içində ayrıca saxlamışdı. "Həmişə, hər yerdə, hər bir şəraitdə müqəddəs rəmz qüdrəti" sözləri tək Fəzlin yox, həm də onun - Nəsiminin özünün sözləri idi, vəhdətin minillik yolunda yeganə silah haqqında aramsız düşüncələrindən törəmişdi. Hacı Firidunu dinləyib külli qırğının labüdlüyünü duyanda məhz bu sözlərin hökmü ilə: "At verin!" - demişdi. Bəs
Fəda nə üçün etiraz edirdi? Bəlkə bir vaxt olduğu kimi, yenə Yusifın və xəlifələrin mövqeyində dayanmışdı?!
Nəsimi sərt və bir qədər sinirli hərəkətlə kösövü atıb, üzünü bulaq axarının narın qumu ilə ovuşdurub yuyundu, qasidlərin yuxarı başda onun üçün ayrı süfrə açdıqlannı görmədən aşağıda yanpörtü oturub, elə bil birə-iki böyümüş, etirazla dolu gözlərini ocağın üzə-rindən o yana - Fədanın üzünə dikdi:
- Divanəliyim deyil, Fəda, Div hüzuruna getməyim kamilliyimdir, - dedi. - Ölməyib səlamət qayıtsam, dərvişliyimin bəhrəsini danışaram, o vaxt, əminəm ki, xəlifələrimizin xətasını daha heç biriniz təkrar etməzsiniz və məni məhdudlaşdırmağa səy göstərməzsiniz!

Hüdudsuzluq alıb mütləq həq iradəsinə sahib olan xəlifənin məhdudlaşdırılmaqdan ehtiyatlanması, deyəsən, qasidlərin hamısını və canişinin özünü də çaşdırdı. Fədanın at belində küləkdən yanıb həbəş üzütək qaralmış üzünə boğuq qızartı gəldi:
- Səni biz necə məhdudlaşdıra bilərik, Seyid?! - dedi. - Biz qasidlər yaxşı bilirik ki, varislə, Bakı müridləri ilə bahəm Fəzl özü də ali ruhu lap çoxdan səndə görürdü. Moizələrində əndazəsizliyini və gizlin həqiqətləri açıq qışqırdığını xəbər verib səni bir vaxt həqiqətən məhdudlaşdırmağa səy göstərmişiksə, bunlar hamısı xəlifələrin buyruğu ilə olub. İndi biz ancaq öz nigaranlığımızı deyirik. Gecədən hamımız mat-məəttəl, bir-birimizdən soruşuruq ki: "Bu necə dərvişlikdir?! Fəzlin özünü qurban vermək cəhdinin səbəblərini bildik. Bəs Nəsiminin ölümə getməyinin səbəbi nədir?..." "Ordu səmtinə dərvişlik" desəydin, güman etmək olardı ki, bəlkə Pünhan müridi tapıb onun vasitəsilə ordu içinə qapı açmaq, elmimizi tədris edən varislərin əli ilə gizlin tədbirdə olmaq fikrindəsən. Amma sən "Ordu səmti" demirsən, "Div hüzuru" deyirsən! Məni məzur tut, Seyid, belə dərvişlik mümkündürsə, bu vaxta qədər Fəzl özü nə üçün bir tədbirdə olmayıb?!
Nəsimi çox sadə və aydın cavab verdi:
- Çünki Divin bətninə təsir etməyə qadir dərviş görməyib! - dedi. Lakin bu cavab Fədanı daha da heyrətləndirdi:
- Təsir?.. Teymurun bətninə təsir niyyətindəsən?!
Nəsimi mübahisə üçün vaxtının olmadığına işarə əlaməti kimi günəşə baxdı:
- Başqa nə niyyətim ola bilər mənim? - dedi. - Rəhm diləməyə getmirəm ki!
Fəda gözlərini ağır-ağır yoldaşlarının üzlərində gəzdirdikdə, nəhayət, qasidlər də müdaxilə etdilər:
- Divin bətninə təsir qeyri-mümkündür! Daşdır onun bətni! İllərlə tədris də təbəddülat yaratmaz onda! - dedilər.
- Getmə, Seyid! Güdaza vermə özünü! Üçgünlük möhlətin tamamına qədər Fəzl özü bir çarə tapar! - dedilər.
Fəda kimi haqlı olduqlarına onlar da əsla şübhə etmirdilər.

Teymurun bətninə təsir, əlbəttə, qeyri-mümkündü, dünyanı mehvərindən oynatmağa, yer üzünün ab-havasını dəyişdirməyə bərabər bir şeydi. Amma bunu Nəsimiyə deməyə ehtiyac yoxdu. Çünki Hacı Firidunu dinləyəndə də, yolda, at belində də o, ancaq bu barədə düşünmüş, qeyri-mümkünü mümkün etmək üçün, həmişə dərvişliyə gedəndə olduğu kimi, qarşıdakı təsir hədəfinin xisləti haqqında aydın və dəqiq qənaətlər əldə etmişdi və indinin özündə də bu barədə düşünürdü. Əgər günəşin cismlərə təsiri şəksiz həqiqətdisə, daş da yaranmış cismlər sırasında idisə, kim sübut edə bilərdi ki, daş təsirdən kənardır? Əgər cəmi cismlərin mayası dəyişmək, kamilləşmək eşqilə doğub-törəyən xaliq zərrədən ibarətdisə, kim sübut edə bilərdi ki, daş, xaliq zərrədən məhrumdur, təbəddülata uğramır və heç vaxt uğramayacaq? Div uluslara üləma göndərib, qılıncla fəth etdiyini yenidən sözlə fəth etmək xəyalına düşmüşdüsə, varisinin qızıldəstə qılıncını gərəksiz bir şeytək kənara atıb, hətta Miranşahın da elm öyrənməyini tələb etmişdisə, bu özü Div bətnində təbəddülat deyildimi? Əgər Fəzl şahın bətnini dəyişdirmək və şahın vasitəsilə "Divi təhlükəsizləşdirmək" niyyətindədirsə, bu niyyət də Divə təsirin mümkünlüyünü sübut etmirmi?
Belə mülahizələrlə Nəsimi bir daha günəşə baxıb süfrədən qalxdı.
- Həq kəlamı daşı da göyərtməlidir! - deyib yola düşdü. Qasidlər birdən-birə susqunlaşmışdılar. Hamısmın nəzərində
son vida hüznü vardı.

Nəsimi isə vidalaşmadı. Silsiləyə qovuşduğu bir vaxtda ustadından, karvanı Yusifin pəncəsindən alıb düz yola qaytardığı bir vaxtda müridlərdən, təcridin ləğv olunduğu bir vaxtda yadlaşmış "qətiyyətindən başqa ürəyində heç bir şeyə yer verməmək üçün arxaya baxmadan uzaqlaşdı və tezliklə dağ qılıcının sal qayalığında yüz illər ərzində minlərlə karvanın açdığı cığırın kimsəsizliyində başmaqlarının taqqıltısını belə eşitmədən dərvişliyin qayğılarına qapıldı.

Ustadından sonra, yer üzündə o, bəlkə də birinci insandı ki, azadlığını istibdaddan kənarda yox, istibdad mühitinin özündə mütləq azadlıqla söz demək ixtiyaratında görürdü. Hüdudsuzluğunun verdiyi bu ixtiyaratla Div hüzurunda o, hər şeydən əwəl "həq sirrini" açıb, Fəzl məramında silah olmadığmı, qurtuluşu Fəzlin heç də qılınca qarşı qılınc qaldırmaqda - qiyamda, hərbdə görmədiyini hürufi elminə istinad edən hökmdarların və kütlələrin Teymura qarşı heç vaxt silah işlətməyəcəklərini sübut edib, bununla Divin bətninə açar salmalı idi.

Dərvişliyin ən ümdə qayğısı bu idi. Nəsimi hələ: "At verin!" - dediyi andan əmindi ki, açarı düz tapmışdı; bir tərəfdən İldırım Bayəzidin, Qara Yusiflə Sultan Əhmədin, Fəzl müridləri ilə əsnafın və itaətdən çıxıb dağlara çəkil-miş kütlələrin, digər tərəfdən Toxtamışın həmləsindən ehtiyatlanıb dərin xəndəklər arasmda oturan Teymuru dinləməyə məcbur etdikdən sonra o, insana, dinə, Allaha, peyğəmbərə, qılınca, qorxuya dair, zərgər əlində zərtək yonulmuş kəlmələrini birbəbir daş bətnə yeritməli idi; ustadın, müridlərin, əsnafın başları üzərində qılınc və möhlətin qısalığı fıkirlərini nə qədər qarışdırsa da o, bütün yolu nadir səbir və dözümlə moizəyə hazırlaşdığına görə kəlmələrində daşa təsir edə biləcək qədər siqlət olduğuna inanırdı. Lakin Div bətni tək Teymurun bətnindən ibarət deyildi. Pünhan müridin xəbərlərindən Nəsimiyə məlumdu ki, ağ çadırda, Teymurun sağ ayağının yanında, hürufilərlə müttəfiqlərinin və əsnafın barəsində "çox şeydən xəbərdar dərviş" otururdu. "Dərviş Asir" adı ilə hər yerdə, hamıdan, hətta öz dərvişlərindən də gizlənən məharətli batinin Şeyx Bərəkədən də üstün mövqedə - "sağ ayağımın yanında" oturmağından aşkardı ki, Divin əsl bətni o idi. Ondan - dərviş Asirdən, əmirlərdən, ordu rəislərindən başqa, ağ çadırın daimi sakinləri -Şeyx Bərəkə ilə alimənsəb seyidlər də Div bətni idilər və Nəsimi əvvəlcədən görürdü ki, hüzurda lailahəilləllahı təmsil edən kinli bir kütlənin həmləsinə məruz qalacaqdı. O, nəinki həmləni dəf etməli, hətta o kütlənin Div yanında mövqeyini sarsıtmalı idi. Çünki Pünhan müridin məlumatına görə, hürufilərə dair işlərində Div çox vaxt

Dərviş Asirlə məsləhətləşsə də, lailahəilləllahın hakimiyyəti o batində yox, Şeyx Bərəkə ilə həmin kütlədə idi. Şeyx Əzəmin Fəzli kafır, xəlifələri və müridləri mürtəd elan edən fıtvası onların tələbi ilə yazılmışdı, Fəzlin qətlinə fitvanı isə onlar özləri imzalamışdılar. Div Toxtamışın yaxına gəlməyini Ənəlhəqin təcili hərb niyyəti ilə əlaqələndirmişdisə və Miranşahın qırğınlarından sonra bütün uluslara üləma göndərdiyi vaxtda özü də yeni qırğın törədirdisə, buna, şübhəsiz, Şeyx Bərəkə ilə seyidlər də rəvac verib, icrası ləngidikcə lailahəilləllahın qüdrətinə şəkk doğuran fitvaların icrasını tələb edirdilər.

Nəsimi yəqin bilirdi ki, Divin bətninə açar salıb "daşı göyərməyə" və Şeyx Bərəkə ilə seyidlərin mövqelərini sarsıtmağa nail olduğu halda belə, fıtvalar hökmdə qalacaqdı. Demək o, mövqeyi sarsıtmaqla kifayətlənə bilməzdi. Dərvişliyin ikinci ümdə qayğısı lailahəilləllah məkanında lailahəilləllahın özünün ifşası olmalı idi ki, Şeyx Bərəkə ilə seyidləri Divin nəzərindən düşüb, ondan icra tələb etməsinlər. Əlbəttə, bu da qeyri-mümkündü. Lakin Nəsimi bu qeyri-mümkünü də mümkün etməli idi. Bir zaman Naxçıvanda, Əlincə yaxmlığındakı Xanəgah kəndində Fəzl bütün ziyarətgahlara canişin göndərmək və lailahəilləllahın inkarını lailahəilləllahın öz içindən başlamaq məramında olduğunu dedikdə, Mövlana Mahmuddan başqa hamı: "Məram qeyri-mümkündür", - deməmişdimi? Cəmisi üç il sonra, Nicat yurduna hicrət yəqinləşən vaxt Fəzl cani-şinləri Təbrizin məscidlərində "Kim Yari-pünhanla gedirsə ayağa qalxsın", - dedikdə isə onlarla məscid əhli ayağa qalxmamışdımı? İndi, hicrətin səkkizinci ilində Səmərqənddən Anqaraya qədər, Təbrizdən Bağdada, Hələbə qədər, hər yerdə türk, fars, ərəb, əcəm içində əsnafla birgə minlərlə məscid əhli də lailahəilləllahın inkarına durmuşdusa, bu, qeyri-mümkünün mümkünlüyünü sübut etmirdimi? İnkarın bəhrəsi - insanın cümlə aləmi, aləm içində özünü dərk etmək və cəmi bəşəri kamilləşdirmək amahnın özü də qeyri-mümkünü mümkün etmək eşqindən törəməyibmi? İnsan qabiliyyətinin imkanları hüdudsuzdursa, lailahəilləllah məkanında lailahəilləllahın ifşası nə üçün mümkün olmasın?!

Düşüncələr Nəsimidə elə bir vəcd yaratdı ki, o axırıncı dağ aşırımından keçib düşərgənin qənşərində teymuri dərvişlərlə üz-üzə gələndə də vəcdindən ayrılmadı. Yazla yay arasının tamam küləksiz, durğun vaxtı günəşin şaxıyan çağında kürətək qızmış dağ döşünün cəhənnəm istisini hiss etmədən canındakı odun hikməti ilə dərvişlərin üstünə yeridi, selav yarğanlarının kölgəliklərindən cır-cındırları, torbaları yellənə-yellənə cin-şəyatintək atılıb çıxan, əl-ləri batqanlı adamların bu dağ döşündəki boz-qara daşlartək bərkimiş enli-yastı, dəyirmi, nahamvar üzlərinə, günəşdən daha da qıyılıb itib-batmış gözlərinin iynə işıltılarına, xalatların qurşağa qədər açıq yaxaları arasında qaralan qarınlarından xeyli aşağıda qurşaq əvəzində dolanmış kəmənd iplərinə, qısa, möhkəm qıçlarının köhnə süvari əyriliyinə və hamısında eyni pələng çevikliyindən xəbər verən, hər an atılmağa, yüyürməyə meylli duruşlarına tamaşa edə-edə fikirləşdi ki, bu cahillər indicə quzğuntək tökülüb onu kəməndlə sarıyacaqlar, şəhərlərdən, əsnafdan kənarda əllərinə düşən bütün hürufilərlə necə rəftar edirlərsə, onunla da elə rəftar edib, xirqəsini xəncər-bıçaqla parça-parça doğrayacaqlar, taxta qılmcını məsxərəyə qoyub sındıracaqlar, başından "tərsa papağmı", ayaqlarından başmaqlarını, corablarını çıxaracaqlar, mismarla bədənini deşə-deşə sürüyəcəklər. Cismani işgəncədən qeyri, bu cahillər ona nə edə bilərlər? Sürüyüb aparanda heç düşünməyəcəklər də ki, əmir dərgahına onu məqsədinə doğru aparırlar, orada - dərgahda onun dilinin söz tutması kifayətdir ki, məqsədinə çatsın... Belə fikirlə Nəsimi bədənini əvvəlcədən bu cahillərin ixtiyarına verib, yalnız iradəsini hifz etdi. Bu, Fəzlin rəmzi qılınc bahadırlarının hamısına məxsus bir qabiliyyətdi: məqsəd uğrunda ali fədakarlıq lazım gələndə onlar təzyiqə dözümsüzlüyü ilə insan iradəsinə zidd olan bədəni sərf-nəzər edib işgəncələrə dözürdülər və nəticədə: "İnsan deyillər! Ağrı bilmirlər!" - deyib kənara çəkilən düşmənlərini nə qədər vahiməyə salsalar da, öz qabiliyyətlərində heç bir qeyri-adilik görmürdülər. Doğrudur, işgəncəyə dözməyi ustad "həq qabiliyyəti" adlandırmışdı. Bununla belə, istibdad mühitində bütün çətinliklər kimi, işgəncəyə dözmək də adiləşmişdi. Nəsimi üçün isə bu qabiliyyət adidən də adi bir vərdişə çevrilmişdi: dərvişlikdə dəfələrlə zahidlərin və cahil kütlələrin həmləsinə məruz qalıb, meydanlarda, barılar üstündə dəfələrlə daş yağmuru al-tında dayanıb, nəhayət, axırıncı dəfə Şeyx Əzəmin müridlərinin mismarları arasında qanına boyandıqdan sonra indi o, düşmən kütləsi əvəzində elə bil cansız qaraltılar üstünə yeridi.

Lakin bəs nədəndi ki, dərvişlər əllərini də tərpətmirdilər?
Tanımağına onu, əlbəttə, tanımışdılar: tamamilə aydın görünürdü ki, Əmir Teymurun düşərgəsinin qənşərində peyda olan bu bəyaz xirqəli adamın simasında onlar yol azmış adi bir müridə yox, kütlələr içində açıq moizələri ilə lailahəilləllahın sütunlarını uçuran xəlifəyə baxırdılar: qıyılıb itib-batmış gözlərin iynə işıltılarında onun gəlişinə təəccüblə birgə, barışmaz div düşmənçiliyi aşkardı. Bəs niyə qurumuşdular? Birbaş onların üstünə yeriyən xəlifənin qorxusuzluğundanmı tutulmuşdular, yoxsa bir başqa, gizlin səbəbdən?

Nəsiminin fıkri uzağa getdi.
Bakıda iqamətgahın və digər şəhərlərdə həq ocaqlarının ötəri qayğılardan asudə çağlarında Fəzl "Cavidannamə" ilə birgə alim və şair müridlərin divanlarının yayılmasına xüsusi diqqət yetirərdi. O vaxt Mahmudun yandırdığı "qayət məxfi həq ocağında" Nəsimi divanının bir qismini cağatay və türkmən ləhcələrinə uyğunlaşdırıb, "yari-pünhan", "dilbər", "yar", "can", "canan", "nigar", "aşiq", "sadiq", "üz", "sac", "zülf', "şərab", "saqi", "xumar", "məst" və sair kəlmələrdə rəmzləri şərh etmədən, müstəqim mənasında, aşiqanə şerlər kimi yayıb, onu yalnız "mehr-məhəbbət şairi" kimi tanıtdırmışdılar. Səmərqəndin "qayət məxfı" guşəsindən çıxan di-van açıq-açığına əllərdə gəzmiş, bazarlarda, meydanlarda, karvan-saralarda açıq satılmış, bir çox qəzəllərdə "cavidan", "kafunun", "yaradan", "həq", "nahəq", "din" , "Quran" , "əhli-həq", "cahil", "div", "şeytan" kəlmələri də müstəqim mənada anlaşıldığına görə, hətta minbərlərdən oxunub, nəhayət, dərviş xanəgahlarına, Şeyx Bərəkənin iqamətgahına, Teymurun Gülüstan sarayına, Div varislərinin məclislərinə qədər gedib çatmışdı. Bu, tədrisin lap ilk hazırlıq mərhələsi idi. Son mərhələdə - "Cavidannamə"nin həqiqətləri açılıb Quranın bətni aşkara çıxarılanda Nəsimi əşarının həqiqətləri də aşkar olmalı və o vaxt divan bütünlüklə yayılmalı idi.
"Qayət məxfi ocaq"da belə iş gedirdi.
Şeyx Bərəkə Seyid Nəsimi ilə Fəzl xəlifəsi Seyid Əlinin eyni adam olduğundan xəbər tutub onun əşarını küfr elan etdikdən sonrabelə, bu iş dayanmır, əksinə, divanı eyni açıqlıqla, sərbəst və geniş yaymaq üçün rəmzi qılınc bahadırları yeni yollar tapırddar.
Mahmudun dediyinə görə bir beyt onların dilindən düşmürdü:

Heç kimsə Nəsimi sözünü fəhm edə bilməz,
Bu quş dilidir, bunu Süleyman bilir ancaq.

Məscidlərdə, ziyarətgah və ibadətgahlarda mübahisə və münaqişələr vaxtı rəmzi qılınc bahadırları sözlərini bu beytlə başlayır, Süleyman peyğəmbərtək kamil olub "quş dilini" anlamaq* üçün "Qurani-şərif hürufatında həq əsrarını öyrənməyini vacibliyindən" danışıb, beləliklə, həm tədrisin yeni mərhələsinə keçir, həm də "mehr-məhəbbət şairi"nin Quran nurundan yarandığını isbata yetirib, ona münasibətin dəyişməsini tələb edirdilər. Bu barədə Nəsimi Mahmudun öz dilindən dəfələrlə eşidib, düşmən içində ona münasibətin ikiliyinə inanmışdı. Odur ki, indicə quzğuntək tökü-ləcəklərinə heç bir şübhə etmədiyi dərvişlərin hərəkətsizliyini, atılmağa, yüyürməyə hazır duruşlan ilə birgə, sehrlənmiştək tutulub qaldıqlarını yaxından gördükdə o, dərhal "mehr-məhəbbət şairi"nə münasibəti xatırladı. Demək, Seyid Əliyə düşmənçilik arxasında Seyid Nəsimiyə rəğbət gizlənmişdi?..

Nəsimi hələ bilmirdi ki, quru daşda da xaliq zərrə mövcudluğuna etiqadı onun özünün bətnində təbəddülat yaratmışdı və bu təbəddülat üzündən düşmənə düşmən gözü ilə baxmırdı. Odur ki, dərvişlərin adi çaşqınlıqdan törəyən hərəkətsizliyini başqa yerə yozdu. Səltənətin hər yerində, həmişə "Yahu! Yahu!" qışqırtılarından başqa dilindən bircə beyt, bircə rübai belə eşidilməyən vəhşi kütlədə "mehr-məhəbbət şairi"nə rəğbət axtarmağın Nəsimi hissiyyatına, Nəsimi fəhminə tamam yad sadədillik olduğunu anlayanda o, artıq kəmənd arasında idi. Əvvəlcə harada isə gurultu qopdu, uzaqda bürküdən boğulan nal səsləri yaxın daşlıqda şimşəktək şaqqıldayıb ara verdikdə, o, qarovul qoşununun titrəyən atlarının xırıltıları, yüyən, üzəngi, əsləhə cingiltiləri arasında öz adını eşitdi: "Nəsimi" və ya "Seyid Nəsimi" yox, dərvişlər məhz "Seyid Əli" dedilər, həmin anda da o, sadədilliyini anladı və həmin anda

* Süleyman peyğəmbərin guya quşların dilini bilməsi haqqında əfsanə onun – Süleymanın təbiəti anladığına işarə idi.


da kəmənd atıldı. Tərdən bozarmış ağ at belində nəhəng bir teymuri qeyri-adi cəldliklə kəməndi çəkib onun qollarını bədəninə sıxdı, dövrəsində toz qoparıb, atını enişə sürdü.

"Seyid Əli" adını eşidər-eşitməz o, bədənini yenidən sərf-nəzər etmişdi: atın ardınca dərvişlər də birdən enişə cumub öz işlərini görməyə başlayanda o, cüzi müqavimət belə göstərmədi. Eynilə əvvəl düşündüyü kimi, "tərsa papağını" tapdaladılar, taxta qılıncını vəhşi qəhqəhələrlə atıb-tutub sındırdılar, xirqəsini parça-parça doğradılar, çəpkənini cırıb saldılar, kürəyində, sinəsində hələ də qövr edən köhnə yaralan deşib-dağıdıb can köynəyini qana buladılar.
Bürkü arxasında çadırları bozaran yaxın düşərgə eyni zamanda dünyanın axın qədər uzaqdı, çöküksinəli, tərki-dünya bədən bu yolda dözməyə də bilərdi, amma ruh cismin fövqündə idi və onun dözümü vəhdətin minillik yolunda tələb edilən dözüm idi.
Cisminin fövqündə Nəsimi heç vaxt indiki qədər həssas olmamışdı: məkana yetişəndə o, bədəninin ölümcül yaralardan döşəli qaldığını və hətta qanının ətirli yovşanhğa axdığını bütün aydınlığı ilə görürdü. Köhnə dərviş vərdişi ilə mühitin səsini dinləyib dərhal anladı ki, ağ çadırın yaxınlığında, lailahəilləllah kütləsinin arasındadır: dərvişlərin qışqırtı-bağırtılarının, qəhqəhələrinin əksinə, bu kütlə ikrah və lənətlə uğuldayırdı. Uğultu boğuq idi. Amma bu yalnız çadırın yaxınlığından deyildi: kütlə həq divanında can verən bir adama baxdığını zənn edirdi.
Birdən uğultu azaldı.
O, gərgin diqqətlə bir daha mühitin səsini dinləyib, kütlə üzərində Divin zəhmini hiss etdi, yuxarıda - təpə belində tappıltı salan tək ayaq zərblərinin bu səmtə endiyini anlayar-anlamaz onun ürəyi də eyni zərblərlə vurmağa başladı: təsir hədəfi öz ayağı ilə gəlirdi! Adi maraqla, Fəzlullahın xəlifəsinin ölüsünə baxmağamı gəlirdi, yoxsa başqa niyyəti vardı? Hər halda gəlirdi və Nəsimi üçün indi bundan böyük xoşbəxtlik yoxdu.
Teymur yaxınlaşıb dayandı.
Nəsimi onun nəhəng qaraltısını, zülmət içində bir dəstə alovtək qızaran saqqalını gördü, ağır-ağır tövşüdüyünü və asta, gər səsini eşitdi:
- Dərvişlərim məgər bilmirlər ki, belə adam hər vaxt ələ keçmir?
Eynilə hökmdarına bənzəyən ikinci bir nəhəng qaraltı göründü:
- Bu lənətullahın nəfəsi dəydiyi yerdə ot bitmir, hökmdar! Düşərgəyə səlamət gətirsəydik, bu məxluqatı beşcə kəlmə ilə dindən döndərərdi, - dedi.
Bununla da söhbət kəsildi.
Qaraltıların aralandıqlarını gördükdə o, ağrıların məngənəsində çırpındı: "Qalx, ey Nəsimi!" - dedi.
Sonra bütün mühitə lərzə salan heybətli qışqırtı ilə:
- Qalx, ey həq! - dedi və bu dəfə, doğrudan da, ayağa qalxdı. Kütlə vahimə ilə duruxdu.
Teymur isə ağır-ağır dönüb bir daha diqqətlə ona baxdı. İndicə göz qabağında can verən xəlifənin atılıb ayaq üstdə dayanması yağı qurtaran çırağın son anda gur işıq saçmasına bənzəyirdi. Teymur bu cür ölənləri görmüşdü. Odur ki: "Qalx, ey həq!" - qışqırtısı onda ikrahlı qəzəb oyatdı.
- "Həqqəm" deyib it kimi gəbərənlər çox olub! Sən ölürsən! Uzan və üzünü qibləyə çevir! - dedi və eyni zərbli tappıltılarla aralandı.

Təsir hədəfi yox, Nəsiminin ümidləri uzaqlaşıb gedirdi. Üçgünlük möhlətin artıq ikinci gününün başlandığını, təsir hədəfinə əli çatmasa ustadını və ustadı ilə birgə yüz min mələkmisalı ölümə məhkum edəcəyini düşündükdə o, yenidən çırpınıb bu dəfə Teymurun özünü də diksindirən hökmlə:
- Dayan, əmir! Məramımı sənə çatdırmayınca ölüm yoxdur mənə! - dedi və qamətini düzəldib, başdan-ayağa qan içində Divə doğru addımladı.
Düşərgəyə məzar sükutu çökmüşdü. Sübh erkəndən gecənin yarısına qədər gündə beş dəfə həq dərgahına üz tutan, amma "həq" deyilənin nə olduğundan xəbərsiz kütlə açıq-aşkar möcüzə görürdü. Hətta qırğınları vaxtı qılıncla doğram-doğram edilsələr də boyunları vurulmayınca yıxılmayan itaətsizlərə az rast gəlməyən əmirlərlə ordu rəisləri də qurumuşdular.

Tək Nəsimi özü özündə heç bir möcüzə görmürdü. Ayağım hər dəfə yerdən üzdükcə dünya ağırlığında yük qaldıra-qaldıra yeriyib, həq qabiliyyətini itirmək təhlükəsini hər an hiss etdiyinə görə beynindəki fıkir burulğanını təsir hədəfinə çatdırmağa tələsdi:
- Beytül-müqəddəsdə, məsciddə mən "Səhra" daşı deyilən göy daş gördüm, əmir! Musa peyğəmbər o daşı qiblə buyurubmuş.
Musadan sonra Süleyman ibn Davud o qiblə üzərində məscid tikdirib. İslama qədər kütlə o daşa səcdə edərmiş. Məhəmməd özü də o məsciddə, o qibləyə səcdə edərmiş. Sonra Kəbə evində qara daş qoyub Musanın göy daşı əvəzində öz qara daşını qiblə buyurub!.. Fəhm et, əmir: hər hökmdar bir qiblə yaradırsa, aşikar deyilmi ki, insan özüdür qibləni yaradan?! Qılınc kimdədir, qiblə də ondadır, əmir! Sən payitəxtində Musanın göy daşına, Məhəmmədin qara daşına müğayir, qeyri rəngdə bir daş qoydur və qiblə buyur o daşı, təbəələrin Kəbə evindən üz döndərib üzlərini Səmərqəndə tutmazlarmı? Bundan da aşikar deyilmi ki, cəmi qiblələr yalandır? İnsanın bir həqiqi qibləsi var, o da insan özüdür! İnsana yox, sən öz qiblənə qılınc çəkirsən, əmir!

Kütlə elə bil qəfil tufana düşüb çaxnaşdı. Çılğın qışqırtılarla hər tərəfdən irəli yeridi:
- Küfrdür! Müqəddəsatı təhqirdir! Dinə təcavüzdür!.. Kütlənin həmləsinə məruz qalacağını əwəlcədən gördüyü üçün
Nəsimi təmkin və dəyanətini itirmədən, al qanlı vücudunun bütün qüruru ilə şax dayanıb, bu vaxta qədər yüzlərlə kütlədən min dəfə eşitdiyi "müqəddəsatı təhqir", "dinə təcavüz" sözlərinə qarşı həqiqətini bu cahil kütlənin üzünə çırpmağa, yerdə, göydə nə varsa, hamısının insanda cəm olduğunu, "müqəddəs" adlanan hər şeyin yalnız insanda birləşdiyini sübuta yetirib, həmləni dəf etməyə hazırlaşdı. Lakin bu vaxt kütlədən bir nəfər ayrıldı, uğultudan kəskin seçilən sarsımtılı, şikayətli qışqırtı ilə Teymura müraciət etdi:
- Həzrət əmir!.. Həzrət əmir!.. Mən səltənətimizin cəmi müftilərinə yazmışam, bu məlunların elmi ilan zəhərindən bədtərdir! Bu mürtədi hər yerdə daşa basırlar! Nə üçün rüsxət verirsən ki, indi o burda dil açıb sənin hüzurunda peyğəmbərin uca adına ləkə yaxsın və müqəddəs Həcərə* böhtan desin?!

Zülmət içində Teymura yaxınlaşan adamın nazik, uzun qaraltısı, ağsümük üzü, hətta səsi və sözləri də Şirvan sədrəddinini xatırladırdı. Amma bu, əlbəttə, Şeyx Əzəm deyildi. Hüzurda belə səlahiyyətlə danışan alimənsəb seyid ancaq Şeyx Bərəkə ola bilərdi.
Mahmud məclisdə Div mühiti haqqında söhbətlərinin birində Şeyx Bərəkənin barəsində də məlumat verib demişdi ki, bu seyidin əsli Məkkədəndir, orada - Məkkədə hələ iki yüz il bundan əvvəl

Məkkədə qara daş

quraqlıq, aclıq, səfalətdən dağılıb xərabəliyə çevrilib, sonralar da bərpa edilməyən "Mavəraünnəhr" məhəlləsində məskən salıb, yarıac, yarıtox güzəran keçirərmiş və Mavəraünnəhrdən Məkkəyə - Kəbə evinə ziyarətə gedən zəvvarlardan xəstə düşənlərə xidməti ilə təsəlli taparmış. Eynilə Şeyx Əzəm kimi, xəstəm zəvvarlara sidq-ürəkdən qulluğu ilə "Mavəraünnəhr" məhəlləsini pirə çevir-dikdən sonra bədəvi ərəblərin basqınlarından zərərdidə olub Məkkə ilə həmişəlik vidalaşmış, iyirmi beş il bundan əvvəl ulduzu təzə parlayan əmir Teymura pənah aparıb, xəstələr, köməksizlər əvəzində, birdən-birə Teymurun qılıncına xidmətə başlamış və tezliklə onun alimənsəb seyidinə çevrilmişdi. Mahmud bu məlumatı danışıb qurtaranda Fəzl fikrə gedib, nəhayət, qısaca: Yalan etiqadın aqibəti!" - demişdi və ustadın hər bir kəlməsitək bu sözlər də Nəsiminin zehnində qalıb, mühit birliyinin və qayğı eyniyyətinin adamları eyniləşdirməsi haqqında Fəzl elminə dair onun qənaətlərini daha da möhkəmləndirmişdi. Odur ki, Şeyx Bərəkənin sarsıntılı, şikayətli səsini eşitdikdə dərhal düşündü ki, öz şirvanlı məsləkdaşından seçilməyən bu şeyxin şikayəti hökmən çılğınlıq və qəddarlıqla vəhdətdə olmalıdır. Elə də oldu.
Şeyx Bərəkə "ilan zəhərindən də bədtər elm" barədə fikrini Teymura deyər-deməz, eynilə şirvanlı məsləkdaşı kimi, hökmdarının razılığını gözləmədən Nəsiminin üstünə cumdu:
- Ağzını bağlayın! Yarasına duz basın! Atın xəndəyə, canına həşərat daraşsın! - dedi.

Yox, bu seyid Şeyx Əzəmdən də qəddardı.
Lakin Nəsimi yaxşı bilirdi ki, öz fitvaları və cəzaları ilə nə qədər müdhiş görünsələr də, bu adamların qəddarlığı əlacsızlıqdandı.
Vəhşi kütlə onun yenə də qollarını bədəninə sıxıb sarıdı. Dəhşətli çirk və tər qoxuyan bir qurşaq onun ağzını qapayıb boynunda düyünləndi. O isə hələ qurşaq bağlanmamış, bir neçə anlıq fürsəti əldən verməyib, sözünü təsir hədəfinə çatdırdı:
- Ağız bağlamaq hökmdarın acizliyidir, Əmir Teymur! Mənim dilimdən yox, sənin bəlan İldırım Bayəzidin, Sultan Əhməd Cəlairinin, Qaraqoyunlu Yusifin və qeyri hökmdar, hakim və sərəsgərlərin qılınclarından gəlir! Məni dinləyib Fəzl məramından xəbər tutmasan bu xəndəklərin arasında ordunla bahəm məhv olacaqsan! -deyib Divi Divin öz silahı - qorxu ilə əsir aldı və bununla da Şeyx Bərəkənin həmləsini bir ləhzədə dəf etdi.
Qırmızı geyimli iki cağatay bahadırının müşayiətilə yuxarıya, lailahəilləllah kütləsindən kənar şəraitdə hüzura aparıldığını anladıqda Nəsiminin gözlərinə işıq gəldi. O, ipəyindən ocaq həniritək bürkü qalxan ağ çadırı, sonra içərinin alaqaranlıq, sərin karvansara genişliyini və nəhayət, Teymuru gördü.
Çadırın bütün bacaları örtülmüşdü. Tək dal bacanın küncündən işıq gəlirdi. O işığın altında təxt ağarır, təxtin arxasında və sağ-solunda bahadırların əsləhələri işıldayırdı.

Teymur təxtindən və bahadırlarından xeyli bəridə - ortalıqda sütun kimi görünürdü.

Varisləri ilə yaxın qohumlarından və əmirləri ilə alimənsəb seyidlərindən başqa onun hüzuruna kim gəlsə hökmən üç dəfə dayanıb diz çökməli və axırıncı dəfə diz çökdükdən sonra ancaq onun özünün icazəsi ilə ayağa qalxmalı idi. Bu qayda bütün səltənətdə hamıya məlum idi. Qaydanı unudanları cağatay bahadırları diz çökməyə məcbur edirdilər. Amma Nəsimiyə belə təzyiq göstərilmədi və o, təzim etmədən yaxınlaşıb beş addımlıqda dayandı.
İki aləm üz-üzə gəldi, Nəsimi bunu bütün varlığı ilə duydu. Çünki qarşısındakı sütunun gərginliyi, narahatlığı ilə birgə o, özünün - qandan köynək geyinib Div hüzurunda dayanmış Fəzl xəlifəsinin simasını da görürdü. Boğucu yovşan bürküsündə qanı tərinə qarışdıqdan sonra içəridə onun bədəni dərhal soyumuşdu, yaralarının elə bil hər birinə ayrı-ayrılıqda yenidən mismar sancılıb sümüklərinə işləyirdi. Bununla belə, indi o, həq qabiliyyətini itirmək təhlükəsindən uzaqdı. Gözlərini Teymurun çalın-çarpaz qırışlar arasında heybətli gözlərinə dikib, bu heybət arxasında gizlənmiş xoflu bətnə açar salmaq üçün "həq sirri"ni necə açacağını düşünür və əsla tələsmədən, hər bir kəlməsini ölçüb-biçirdi.

Teymur bu qəribə sükuta dözmədi.
Sütun birdən ləngərləndi:
- Baş açmıram, nə sirri-xudasan! Gah mənə təzə qiblə göstərib rəhm diləyirsən, gah da müttəfiqlərinizlə hədələyirsən! - dedi. -Kütahını de: nə üçün gəlibsən?

Onun gərginliyi səsindən də duyulurdu. Aydındı ki, bu adi nigaranlıqdan deyildi. Xəndəklərin arasında keçirdiyi günlər Teymuru tamam səbirsizləşdirmişdi və bu, Nəsiminin səhv etmədiyini - "həq sirri" açıldıqda elə tək bununla Div bətnində kəskin təbəddülat yaranacağını göstərirdi.
Amma o yenə tələsmədi:
- Mən elə bir mövqedəyəm ki, o mövqedən nə rəhm diləyirlər, nə də hədələyirlər, əmir! Həq elçisiyəm mən. Dilimdən nə çıxırsa, hamısı həq məramına aiddir, - dedi və sirri açmaq üçün zəmin hazırlamaq, Div bətnində mümkün qədər hissiyat oyatmaq ümidi ilə şərhə başladı:
- Qibləmiz təzə deyil, əmir! "Qiblə" bir mənada cəhət deməkdir. Dünyamızın altı cəhətindən biri, günəşin cismlərə təsirinin bol olduğu yer deməkdir. Digər mənada "qiblə" günəşin təsirindən əmələ gələn hərəkət - külək, yel, nəsim deməkdir... Musa həqdən dərs almışdı. Həqlə daim münacat edərdi. Və həqdən öyrəndiyini kütləyə çatdırmaq üçün yollar arayardı. Göy daşı o, günəşlə tor-pağın, suyun və yelin vəhdətindən yaranmış cümlə aləmin ve cümlə aləmdən yaranmış insanın timsah kimi səcdəgah buyurmuşdu. Göy daşın timsalında insan öz xaliqinə və özünə səcdə edirdi... Fəhm et, əmir, gör ki, o peyğəmbər nə iş görürmüş: insana xaliqlə birliyini anladırmış!.. Məhəmməd daşın rəngi ilə bahəm mənasını da dəyişdirdi. Tar gecə rəmzi qara daş dünyanı dərkolunmaz buyurdu, idrakı öldürüb zülmət törətdi. Zülmətdən qorxu törədi. Qorxudan qul törədi. İnsan öz xaliqindən ayrıldı, böyük ikən kiçildi, zərqiymət ikən qiymətsiz oldu! Odur ki, sən bu qədər baş kəsirsən, əmir və kimin başım kəsdiyini bilmirsən!.. - O, Teymurun üzündə qırışlarına yığılıb-açılıb qaynaşdığını gördü, bunun ardınca nə baş verəcəyini anlayıb sözünə ara vermədən: - Qorxu törətməklə sən özünü məhv edirsən, əmir! - dedi. - Vəliəhdin Cahangir qorxu qurbanı oldu! Digər vəliəhdin Miranşah qorxu əsir-liyində, diri ikən ölüdür! Sən özün, bu qədər qüdrətli cahangir, bu cəhənnəm odu içində düşərgə sahb xəndək arasında oturursansa, aşikar deyilmi ki, özün də qorxu əsirisən?!

Teymurun sifəti gömgöy kəsilmişdi, yığılıb-açılan qırışlar arasında soyuq tər işıldayırdı... İyirmi beş ildən çoxdu ki, o öz əlilə adam öldürməmişdi. Amma indi əli öz-özünə silaha uzanıb, arxadan yüyürən bahadınn qılıncını qından çəkdi. Çox pis axsaya-axsaya, tövşüyə-tövşüyə yeriyib, Nəsiminin iki addımlığında dayandıqda, yalnız Allah xofuna inamı və özünün törətdiyi qorxuya etiqadı, qarşısındakı müdhiş itaətsizin boynunu vurmaqdan əvvəl nə isə deməyə ehtiyac əmələ gətirdi.
Bir ərəş uzununda, bir çörək enində, ağır qılıncın ucu döşəmədə, xalı-xalçanın üstündə gəzib saçaqlan və saçaqların altında çör-çöpü doğradı və Teymur o çör-çöpə baxa-baxa bu vaxta qədər ancaq əməlində görünən fıkrini sözlə bildirdi:
- Xırda həşərat iri həşəratdan qorxur... Qoyun qurddan qorxur... Gücsüz adam güclüdən... Cəmi bəşər də bir olan Allahdan qorxur! - dedi. - Qorxu üstündə bərqərar deyilmi dünyamız?!
Nəsimi ağır-ağır başını buladı:
- Güclü, gücsüz insan yoxdur, əmir! Cahil var, kamil var. Cahilin tərzi-həyatı heyvanatın tərzi-həyatına həqiqətən uyğundur. Çünki hər ikisi idrakdan məhrumdur. Həqqə qovuşan kamillər isə dünyada qorxunun səbəblərini öyrənirlər, yağışın, çovğunun, qar-boranın, səmumun, zəlzələnin, yerdə və göydə hər şeyin günəş təsirindən və cismlərin bətnində təbəddülatdan törədiyini fəhm edib, elm qüdrətilə qorxudan xali olurlar! O kamillərdən birisi sənin hüzurundadır, bax gör üzümdə qorxudan bir əlamət taparsanmı, əmir?
Teymur məğlubiyyət hiss etmiş kimi, diksinib dingildədi:
- Qorxusuz insan qudurmuş itdir! Mürşidinizlə birgə hamınız ölməlisiniz! - dedi.
Nəsiminin kirpiyi də tərpənmədi.
- Qəflətdəsən, əmir! - dedi. - Mən sənə isbat edə bilərəm ki, Fəzlullah əl-Hürufınin qətlinə yox, sən öz qətlinə fitva verdiribsən! Şirvanda yüz min Fəzl müridinin yox, sən öz yeddiyüz-minlik ordunun başını kəsdirirsən! İmkan ver isbat edim!

Çadıra birdən-birə çökən dərin sükutda küt tappıltılar eşidildi: dünyanın yarısını qorxu altında saxlayan cahangir, bütün varlığını bürüyən xofdan heç cür yaxa qurtara bilməyib, tələsik, dingiltili addımlarla çadırın dərinliyinə yeridi, təxtində oturub ağır-ağır dikəldi və batqın səslə:
- İsbat elə! - dedi. Bu qələbə idi.
Nəsimi köksündə tufan təlatümü hiss etdi, vəcddən titrəyən vücudunun ağrılardan xilas olduğunu duya-duya, həq azadlığı, həq sərbəstliyi ilə təxt önünə yeridi.
- Dinlə, əmir! - dedi. - İnsan yalanı həqiqət bilir. Odur ki, həqiqət yalan cildində gizlənməli olur və çox vaxt təsirsiz qalır. Bunu fəhm etdiyim gündən mən sözümü açıq deyirəm, əmir!
Sənə məlumdur ki, yer üzündə ədalətsizliyin ümdə səbəbini Fəzl insanın cahilliyində görür, özündən əvvəlki kamillərtək o da cəmi bəşəri kamilləşdirmək yolu ilə istibdadı məhv etmək əzmindədir. Bu, həqiqətdir, əmir!
Elmimiz yalançı lailahəilləllahın və Allah xofunun inkarı ilə müstəbidlərin zülmünə etirazla pərvəriş tapıb, səltənətin cəmi uluslarında yayılıb. Səltənətdə sən insanı cəhalətdə saxlamaq və qorxutmaqla hökmransan, Fəzl isə elmi ilə, insana ləyaqət və ucalıq bəxş etməklə hökmrandır. Bu da həqiqətdir!

Lakin həqiqətimiz "qiyam" deyilən bir yalanın cildindədir, əmir. İnsan nadandır, hərə bir dükan açıb öz mətahmı satır. Hökmdarlarla birgə kütlələr də nəfs quludurlar, dinlərə, qiyamlara, hərblərə meylləri də nəfs və nəf ehtirasından törəyir. Odur ki, Fəzl öz həqiqətini "qiyam" cildində gizlətmişdi, taxta qılıncının əvəzində polad qılınc, hakimiyyət və səltənət vəd etmişdi. Əslində isə, Fəzlin məramında nə silah var, nə də hakimiyyət! Fəzlin bir silahı var, o da sözdür. Qiyamımız da, təxti-tacımız, səltənətimiz və malü-mülkümüz də insan bətnindədir, əmir!..
Mən sənə sirr açdım. İndi daha bir sirr açmalıyam. Mənə inansan, Şirvanda qırğın niyyətindən əl çəkəcəksən. İnanmasan Fəzllə yüz min mələkmisal insanla bahəm ordunu bada verib özün də məhv olacaqsan, əmir!

Həqqə əyandır ki, sənin "Hürufı içində hər şeydən xəbərdar dərvişin" var. O dərviş sənə xəbər gətirib ki, Qaraqoyunlu Yusiflə Sultan Əhməd Cəlairi hərbə hazırdırlar, o səbəbdən də Fəzlin xəlifələri Ruma gediblər, Fəzlin müttəfiqlərinin ordularını və cəmi sufilərin müridlərini İldırım Bayəzidin ordusu ilə birləşdirib həmləyə gəlmək və Toxtamış xanı hərbə qoşmaq niyyətindədirlər.

Bu xəbər doğrudur, əmir!
Amma digər bir xəbər də var.
Sənin dərvişin həqiqətən hər şeydən xəbərdardırsa, bilməlidir ki, bu işlərin hamısımn mayeyi-fəsadı Anqara vəlisi Hacı Bayramdır. Hələ ötən ilin bahannda Anqaradan Fəzlin hüzuruna elçilər gəlmişdi və Fəzl hələ o vaxt vəlinin təklifini rədd edib Bayəzidlə birlikdən boyun qaçırmışdı. Bizə ancaq bu yaxında məlum oldu ki, o məkrli vəli öz işində imiş. Fəzlin xəlifələrini həq yolundan döndərib hərb fikrinə salan da odur, çox güman ki, Toxtamış xanı yaxına çağıran da odur, əmir!.. Əgər elmimiz və məramımız barəsində dediklərimdən bir qənaət hasil etdinsə, indi sən bilməlisən ki, məramında silah olmayan Fəzlim hökmdarlarla yalnız həqiqətinin təntənəsi naminə əlaqə yaradır. İndi onun öz xəlifələri ilə müttəfiqlərini Anqara vəlisinin pəncəsindən qoparıb Bayəziddən ayırmaqdan və böyük hərb meydanında qırğını dayandırmaqdan qeyri qayğısı yoxdur. Bu niyyətlə Fəzlin özünün təkidi ilə Şirvanda müridlərimiz silahdan imtina ediblər. Yelqanadlı qasidlərimiz cəmi uluslara və qeyri diyarlara Fəzlin yeni kəlamını aparıblar ki, o uluslarda və diyarlarda müridlərimizlə, əsnaf, rəncbər kütlələri ilə bahəm, elmimizə istinad edən cəmi hökmdarlar, hakimlər və sərəsgərlər də yalnız və yalnız rəmzi qılınca istinad edib həq mövqeyində dayansınlar.
Mən Fəzlin vəliəhdiyəm və insan bətnində təxti-tacın sahibiyəm, əmir! Rumda hərb ocağını söndürməyi Fəzl mənə tapşırıb. Dərvişlərin məni belə qana qəltan etsələr də, o tapşırığa əməl etməyincə mənə ölüm yoxdur. Günü sabah getməliyəm və Anqara vəlisinin əli ilə yandırılan o ocağı söndürməliyəm. Mən buna qadirəm, əmir! Amma Fəzlin digər alim və şair dərvişləritək mənim qüdrətim də ustadımla müridlərimizin səlamətliyindədir. Şirvanda külli qırğın mənim qüdrətimi sındırar. Mənimlə bahəm qeyri dərvişlərimiz də sınarlar. Cəmi uluslarda və diyarlarda kütlələr, hökmdarlar, hakimlər, sərəsgərlər çılğınlaşıb rəmzi qılıncı dübarə yerə atarlar, o vaxt hərb ocağını heç nə ilə söndürmək olmaz və dünyanın yansı sənin üstünə gələr. İndi özün de, əmir, şirvanşahdan kimin başım tələb edirsən? Fəzllə müridlərinin, yoxsa özünlə ordunun?!
Nəsimi susub cavab gözlədi.
Ona çoxdan məlum idi ki, Mavəraünnəhrdə hökmran olduğu gündən Teymurun heç vaxt sözü ilə əməli düz gəlməmişdi; ilk müttəfiqi Hüseyn xanla səltənəti bölmək haqqında danışıb, ertəsi günü kənar adamların əli ilə xanı öldürtdürüb, onun ordusuna da sahib olmuşdu; Səmərqənd əsnafına karxanalarda, bazarlarda icma qanunlarını saxlamağı vəd edib, onların əli ilə düşmənlərini Səmərqənddən qovdurmuş, sonra əsnaf başçılarını guya danışıq üçün hüzuruna çağırtdırıb, qəfıl həmlə ilə hamısını qılıncdan keçirmişdi. Belə hadisələrin sayı-hesabı yoxdu. Nəsimi bunların hamısını bilirdi ve düşünürdü ki, Səmərqənd əsnafının başına gətirdiyini burada təkrar etmək üçün Teymur heç bir çətinlik çəkməz: hürufilərin köməyi ilə hərbi dayandınb, Toxtamışa qalib gəldikdən sonra yenə də şahın və ya bir başqasının əli ilə onlara - hürufilərə divan tuta bilər. İşin bu tərəfi də açıq danışıq tələb edirdi. Amma Nəsimi danışmadı. Hiylədə, məkrdə məharətinə məharət çatmayan Divin öz vərdişindən əl çəkməyib bundan sonra da yeri gəldikcə məharətini göstərəcəyinə şübhə etməsə də, o: "Qalx, ey həq!" -dediyi andan indiyədək hədəfə çatdırdığı fıkirlərin təsirinə diqqət yetirib, Teymurun üzündə kəskin dəyişiklik oxudu və buna görə də susub qələbəsinə ümidlə cavab gözlədi. İndi Teymur da tələsmirdi.

Uzun sükutdan sonra o, dal bacanın işıq zehi altında, təxtin böyründə ağaran qılınca toxundu.
- Lailahəilləllahın qüdrəti mənim əlimdədir, mənəm sizin elminizi kəsən, - dedi. - Fəzlullah üçün əlverişli deyilmi ki, mənə qalib gəlsin? Nə üçün dayandırır o, mənə qarşı hərbi?
Nəsiminin gözlərinin panltısında bu çarpışma ilə uyuşmayan qəribə, ilıq təbəssüm qaynadı.
- Mənim ustadım elə bir Məcnundur ki, Leylasını qaytarmaq üçün döyüşən dostları ilə döyüşür, əmir! - dedi. - Qılıncla əldə edilən qələbə gərək deyil ona. Çünki Fəzlə görə, elminin düşmənində də həq zərrəsi var. Yaranışdan birik hamımız, əmir! Yalan hökmü ilə ayrılmışıq, müsəlman, tərsa, yəhudi, bütpərəst olmuşuq. Fəzl yalanı zir-zəbər edir, cəmi bəşəri həq səltənətində birliyə çağırır. Belə bir amal aşiqi qılınca istinad edərmi, əmir?!
Teymur təxtin arxasında və sağ-solunda bahadırlartək hərəkətsizdi. Təri çəkilmiş üzündə qırışlarla birgə indi elə bil gözləri də donmuşdu. Belə soyumuş, buzlaşmış halda, tamamilə sakit müha-kimə ilə:
- İnandırdın məni... İnandırdın ki, Fəzlullah hərb niyyətində deyil. Amma onun mənə vurduğu zərəri heç bir hökmdar vurmayıb. Şahdan tələbim hökmdə qalır! - dedi. - Güzəştim ancaq bu ola bilər ki, sən Rumda işini görüb qayıdana qədər şah onu öldürməyib zindanda girov saxlasın. Get!
Danışıq qurtarmışdı.






TƏSLİM


18

Bakı, Dərbənd, Şəki, Şəbran və Muğan tərəflərdən Şirvanın dağlarına dolana-dolana gəlib, Şamaxıda, dünyanın altı cəhəti rəmzində altı darvazada qovuşan karvan yollan ağır-ağır axan insan seli, yüklü dəvə, at, qatır, ulaqla dolu idi. Qala hasarının dövrəsində, yeddi karvansara arasında, bazar meydanlarının hamısmda burulub-bükülən, qaynayan sel uğultusu vardı. Lakin daş dirəkli, daş örtüklü günbəzli çardaqların altında xırda-xırda hücrələrə bənzəyən dükanlarda həmişəki adi alver getmirdi. Dəvələrin, at, ulaq və qatırların yükləri endirildikcə, kəndxudalarla darğalar və mirşəblər yedəkçilərlə heyvanları dərhal meydanlardan qovub, təpəliklərin bükülümlərinə və toxmacarlıqlara ötürürdülər ki, qarışıqlıq düşməsin, Əmir Teymura daimi tabelik rəmzi olaraq qapıları çıxarılmış darvazalardan şəhərə ancaq sadiq təbəələr keçsinlər.

Rəncbər şaha hamı sadiq ikən, qeyri-sadiqlər kimlərdi?
Camaat bu barədə bir şey bilmirdi.
Qeyri-sadiqlərin mövcudluğu yalnız ondan məlumdu ki, darvazalarda həmişəki dəri gərdənbəndli, nizəli keşikçilərdən başqa dəbilqəli, qolçaqlı silahdarlar da dayanmışdı və keşikçilərlə birgə silahdarlar da darvazalardan keçənləri birbəbir yoxlayıb, qılıncdan qəməyə və hətta bıçağa qədər, kimdə nə kəsər tapılırdısa, hamısını alırdılar.
Keşikçilərlə silahdarlardan başqa darvazaların sağ-solunda, divar diblərinin nəmli kölgəliklərində qara xirqəli müridlər də cərgələnmişdilər. Şeyx Əzəmin Fəzllə xəlifələrinə və müridlərinə dair fitvası bütün məscidlərin minbərlərindən car çəkildikdən sonra bu qara müridlər şəhərlərə, kəndlərə səpələnib, "üzündə saqqal olmayan mürtədləri daşqalaq etmək" haqqında nə qədər qışqırsalar da, hər yerdə: "Fəzl müridləri həq aşiqidirlər" və ya "Rüsxət verin özümüz həqbini mürtəddən seçək" - deyən camaatda heç bir hərəkət görməyib Şamaxıya çox narazı qayıtmışdılar. O vaxtdan da əksəriyyəti Mavəraünnəhr və Xarəzm ləhcələrində danışan bu qara müridlər Şamaxıdan kənara getmirdilər. Əllərində əsa əvəzində ölüm silahı batqan, ciblərində işgəncə silahı paslı mismar, darvazaların nəmli kölgəliklərində lal-dinməz dayanıb mürşidləri Şeyx Əzəmin tapşırığı ilə keşikçilərlə silahdarlara da göz qoyurdular və keşikçilərlə silahdarlar da məhz bu baxışların ağırlığı altında ciddi-cəhdlə yoxlayıb, maldarların bel qayışlarından sallanan buynuz dəstəkli bıçaqlara, tiyələrə qədər alırdılar.
Toz-torpaq içində qalaqlanan silah çoxaldıqda, darvazalarda ağçalmah mötəbər zahidlərlə çiyinləri palazlı mollaçalar peyda olurdular və əsləhəni palaz arasına doldurub aparırdılar.
Lakin camaat bu işlərə laqeyd idi.
Nə darvazaların silahdarlarla dolmasını etibarsızlıq hesab edən vardı, nə də silahın alınmasını.

On iki il bundan əwəlki qiyamçılann böyük əksəriyyəti sağ idi, qiyam haqqında həqiqət və rəvayətlər hələ də dildə-ağızda idi və bu həqiqət və rəvayətlər rəncbər şahın adının dövrəsində günəş tacı kimi bir şöhrət tacı yaratmışdı. Divanxanada, Kəsranilərin gümüş təxti önündə qızıl dirəklərdən asıh pərdəni rəncbər şahın necə qoparıb, camaatın ayağının altına atıb: "Sizin şahınız öz təbəəsi ilə pərdə dalından danışmayacaq," - dediyini, qızıl dirəkləri əridib dinar kəsmək, gümüş təxti isə xəzinəyə təhvil verib, əvəzində adi taxtadan bəzək-düzəksiz bir təxt qoymaq buyurduğunu, sonra Huşəngin iyirmi beş adda vergisindən yarısını bir dəfəyə ləğv etdiyini və tacgüzarlıq günü əsnafla bir süfrədə təam yediyini indi də danışırdılar. Bu danışıqlar şöhrət tacını elə parlatmışdı ki, hətta, qala qapılarının çıxarılmasını heç də Teymura tabelik rəmzi yox, rənc-bər şahın öz təbəəsinə etibar rəmzi hesab edirdilər.

Bütün bunlarla yanaşı Miranşahın tamqaçılarından, aclıq və yatalaqdan qaçıb, Arazın o tayından hələ də dəstə-dəstə gələn didərginlərə himayədarlığı və Teymurun hərb hədəsinə baxmayaraq Fəzlə əl qaldırmaması rəncbər şahın şöhrət tacının işığını daha da artırmışdı. Gecələr hamı yatandan sonra Şamaxıdan bir işıq çıxıb dağlara qalxırdı, bu vaxt dağlardan da bir işıq enib Şamaxıya doğru gəlirdi və hər iki işıq, vəliəhd Gövhərşahın ləşgərgahdakı iqamətgahı önündə tapışıb bir-birinə qovuşduqda elə şölə saçırdı ki, o ölədən bir tərəfdə Teymurun, digər tərəfdə İldırım Bayəzidin, üçüncü tərəfdə isə Toxtamışın gözü tutulurdu. Çünki dağlardan enən işıq sahibəz-zaman Fəzlin həq işığı idi, Şamaxıdan gedən isə, sahibəz-zamanın hökmü ilə əlində şame-əxi' tutan rəncbər şahın işığı idi; bir-birinə qovuşanda, yer üzündə hökmranlıq iddiasına düşmüş üç cahangirin üçünün də gözünün işığını alırdı.

Rəncbər şahı camaat beləcə vəhdətə qovuşdurmuşdu. Bundan sonra kimin ağlına gələrdi ki, o, Fəzl elmini tədris edən əsnafı və Fəzl məramını həq məramı bilən rəiyyəti tərk-silah etmək haq-qında gizlin fərman vermiş və indi pişgahda, divardan asüı cütünün yanında dayanıb tərk-silahın qurtarmasını gözləyirdi ki, işığını həqiqətən onun işığına qovuşdurmaq niyyəti ilə batinlikdən çıxmış Fəzli tutdursun və Fəzl müridlərini qırğına versin!

Xəbərdən xəbərsiz təbəə tərk-silahın etibarsızhq olduğunu xəyalına da gətirmirdi. Altı darvazadan keçib, göyümtül çaylaq daşı ilə döşəli altı küçəni başdan-başa doldurub, rəncbər şaha bu küçə-lərdəki daşların say-sanbalından da artıq hədiyyə daşıyan camaata məlum olan ancaq bu idi ki, rəncbər şah "varidatını təbəəsinə hasar edib", xəzinəsini son dinarına qədər Teymura aparmışdı.

Onun fədakarlığı nə ilə nəticələnmişdi? Hələlik məlum deyildi.
Şirvan əhlinin qəlbini ovlayıb belə külli axınla Şamaxıya gətirən nəticə yox, fədakarlıq özü idi: rəncbər şah yer üzündə bəlkə də yeganə şahdı ki, təbəəsini varidatına yox, "varidatını təbəəsinə hasar etmişdi".
Odur ki, şəhərin üzərində boz divarları ucalan zəhmli saray əvəzində elə bil pirə gedirdilər.
Eynilə pir ayağında olduğu kimi, altı küçənin altısında da varh ilə yoxsulun, rütbəli ilə rütbəsizin fərqi yoxdu: qolları çirməkli qara qulların əlləri üstündə zərbaft parça və qızü mücrülərlə gedən göyçalmalı, zərbuta xalatlı, əlvan başmaqlı tacirlər, sövdəgərlər, sarbanlar və rahdarlar*, boz keçə papaqlı, saya çəpkənli, yüngül başmaqlı əsnaf əhli zərgər, silahsaz, ahəngər*, misgər, qalayçı, kümçü* dərzi, boyaqçı, papaqçı və keçəçilər, davar dərisindən kür-dülü, corablı, çarıqlı, şişpapaq maldar dağ camaatı, başları qələmkar


*Qardaş şamı
*Yol nəzarətçiləri
*Dəmirçi
*Baramaçı



çəkili, arxalıqlı, çuxalı rəncbərlər, xəz papaqlı, dəri çəpkənli, tumac çəkməli kəndxudalar və darğalar - hamı bir-birinə qarışmışdı. İyirmi dörd əsnaf məhəlləsində iyirmi dörd məscid önünə toplaşan Şamaxı əsnafı öz ustabaşıları, müşrifləri ilə birgə bir ucdan axına qoşulub sıraları sıxlaşdırdıqca əlvan kütlələr daha da qarışır, qızıl hədiyyəli tacirlə gön, dəri yüklü maldarın ayrı-seçkiliyi belə qalmırdı.

Meydan və Şəbran məhəllələrinin arxasında, dərgah qapısı önündə yenidən silahdarlarla rastlaşdıqda və burada Şamaxı əsnafında tapılan qəmə, tiyə, xəncər-bıçaq da alındıqda onlar buna da heç bir məna vermirdilər.
Mərmər meydana keçib qulamların arasında yeni nəzarət altına düşdükdə bunu da etibarsızlıq bilməyib şaha yaxınlıqdan başqa heç nə duymurdular.
Enli pillələrlə qalxıb, uca, tağ altından keçib, nəhayət, pişgahın dəhlizinə qədəm basdıqda, onlar gözlərini bir-birinin çiyni üzərindən irəliyə dikib qanadları yanlara çəkilmiş zərbaft pərdədən o yanda mərmər sütunları və gümüş qəndilləri ağaran pişgahın meydan genişliyində rəncbər şahı görməyə tələsirdilər.

Pişgah alimənsəblərlə, üləma, tacir, hərbiyunla dolu idi. Sütunların dövrələrində, divar diblərində, qapılarda və şahın arxasında candarlar gümüşhaşiyəli qalxanlannı böyürlərinə sıxıb, əlləri qılınc qəbzəsində, rəsmi sükut içində gərgin diqqətlə izdihama baxırdılar. Şahın sağında Qazi Bayəzid, solunda Şeyx Əzəm, vəzirlər, şahzadələr, bahadırlar, ədib-nədimlər, təbib-əttarlar və münəccimlər də eynilə candarlartək gərgin diqqətlə axına baxırdüar. Tərksilah fərmanından burada İbrahimin özü ilə qazidən başqa heç kəsin xəbəri olmasa da, Teymurun külli qırğın tələbini və "üç ötər dördüncü gün" sözlərini eşitməyən, darvazalarda təbəənin tərk-silah edildiyini və əsləhəni məscid əhlinin apardığını görüb şahın tədbirini anlamayan qalmamışdı, odur ki, Fəzl elmini tədris edən əsnafla rəiyyətin külli axınına sakit baxa bilmirdilər.

Zərbaft pərdənin arasından enib gələn kütlənin baxışında isə inam və etibardan, məhəbbət və sədaqətdən başqa, cüzi şübhə, narahatlıq belə yoxdu. Pir, məbəd sehri içində ağır-ağır yaxınlaşıb, işığını həq işığına qovuşdurmuş rəncbər şahı, - qızılsaqqallı İbrahimi həmişəkitək gözəl, toxtaqlı və dəyanətli gördükdə, gətirdikləri hədiyyələr əvəzində, şirvanlılar sanki ürəklərini onun ayağının altına atırdılar.
- Qoyma hərb olsun, şahım!.. Şirvanı xilas elə, əmin-amanlığımızı qoru, şahım! - deyib bir-birinin sözünü təkrar edə-edə onun özü ilə birgə divarda cütünün, ətrafında əyan-əşrəfınin səcdəsinə əyilə-əyilə ötüb-keçirdilər.
Ustabaşılar, müşriflər Fəzlə işarə ilə:
- Həqdən ayrılma, şahım! Elm və səbatımızı, ləyaqət və ucalığımızı qoru, şahım! - deyirdilər.
Bəziləri isə şahla çiyin-çiyinə dayanmış mirqəzəb Şeyx Əzəmdən əsla çəkinmədən, açıq-açığına:
- Didərginlərimizi qoru! Yurdumuzda nicat tapanlara pənah ol, istiqbalımızı qoru, şahım! - deyirdilər.
İbrahim təbəələrinin hamısını eyni diqqətlə dinləyir, Fəzlullaha, Fəzl müridlərinə və Fəzl məramına etiqad və məhəbbətdən xəbər verən müraciətlərdən Şeyx Əzəmin hər dəfə necə ürpəndiyini hiss etsə də hamıya ehtiram göstərir, ustabaşılar, müşriflər arasında öz köhnə qiyam başçılarını gördükdə isə, hətta baş əyib təbəssüm də bağışlayırdı. Lakin bu vaxt kirpiklərin arxasında təbəssüm yoxdu. O, əvvəlcədən bilirdi ki, nə külli qırğın tələbi əsnafdan gizlin qalacaqdı, nə də üçgünlük möhlət. O vaxt tərk-silah əsnafı şübhələndirməyəcəkdimi? Qırğın başlandıqda isə tərk-silah barədə gizlin fərmanın sirri açdıb rəncbər şahın fitnəkarlığını aşkara çıxarmayacaqdımı? Doğrudur, bu fitnəkarlığın insan başından minarələr quran, insanı diri-diri torpağa basdıran, hasara hörən, saman tüstüsündə boğduran cahangirdən qorxu adında bəraəti vardı. O cahangirin əlində İslamın qılıncı, başı üzərində peyğəmbərin bayrağı vardı, bu da bir bəraət idi. Ölümə məhkumlar - Allaha bəndəlikdən çıxanlardılar, öldürməyə hazırlaşanlar lailahəilləllah mücahidləri idilər, İbrahim isə lailahəilləllah mücahidlərinin hər bir tələbinə boyun əyən, bir olan Allah hüzurunda aciz hökmdardı, bu da bir bəraətdi.

İbrahimin bəraəti əsaslı idi.
Lakin bunlar hamısı onun özünün öz qarşısında bəraəti idi, hürufilərlə əsnafın qarşısında isə heç bir bəraəti yoxdu. Fitnəkarlıq aşkar olsaydı çox güman ki, o, qırğını da axıra çatdıra bilməzdi.

Belə bir vahimə içində İbrahim iki gün təbəələrinin hədiyyələrini qəbul etdi. Zahidlər və mollaçalar iki gün darvazalardan silah daşıyıb Şeyx Əzəmin iqamətgahında cahad gözləyən dəstənin ixtiyarına verdilər. Bu, "Əbədiyyət atlısf'nın çağınş məkanında,
Məlhəm pirində və Məlhəmlə Şamaxı arasında ləngidiyi vaxtlardı. "Cilovu tutmaq" üçün öz qoşunu ilə şəhər civarında dayanıb hürufı məkanı ilə qasidlər vasitəsi ilə əlaqə saxlayan Hacı Firidun bu müddətdə dərgaha iki dəfə çapar göndərmiş, birində müridlərin, ikincisində Nəsiminin "təslimə üsyan" etdiklərini, buna baxma-yaraq "Atlının öz vədinə sadiq qalıb tezliklə hökmən Şamaxıda olacağını" xəbər vermişdi. Odur ki, möhlətin üçüncü gününə keçən gecə sonuncu təbəələr rəncbər şaha səcdə edib çıxdıqdan sonra İbrahim onunla Hacı Firidunun arasında gəlib-gedən çapara bir kəlmə: "Vaxtdır!" - dedi.

İki günün yükü ay, il yükünə bərabər olmuşdu. Bir tərəfdən aramsız qorxu, o biri tərəfdən yuxusuzluq İbrahimi elə hala salmışdı ki, Hacı Firidun bu dəfə özü hüzura gəlib "Atlının" dərgahda tək olacağını dedikdə, o, əvvəlcə heç nə anlamadı.

Hacı ona acizanə yalvarışla baxıb:
- Mən Fəzl müridlərini qırğına verməyə qadir deyiləm, qibləgahım! - dedikdə isə İbrahim təxtdə ağır-ağır dikəlib, birdən ağardı: sədaqətli alimənsəbinin buyruğa hökmən əməl edib təslim vaxtı Fəzlullahla birgə müridləri də gətirəcəyinə necə əmin olmuşdusa, indi bu xəbərdən çaşıb, eynilə Teymurun hərb xəbərini alanda olduğu kimi, üşəndi. Hacı niyə boyun qaçırırdı? Fəzlullahdan "Dərviş" adı alıb sədaqətə and içdiyinə görəmi? Məgər "o məlunun yüz min başı var" sözlərinin və üçgünlük möhlətin mənasını anlamırdı? "Üç ötər, dördüncü gün" qurban bayramına düşür. Hacı necə bilir, nə deməkdir bu? Teymur vaxtilə İsfahan civarında altı ay sərasər Sultan Əhmədin təslimini gözləyib, məhz qurban bayramı günü əsgərlərinin sayı qədər baş tələb edib, bu il isə üç ay sərasər Ərməndə, bir ay da Ərmənlə Şirvan arasında Fəzlullahın təslimini gözləyib, yenə məhz qurban bayramı günü "o məlunun yüz min başını" tələb edirsə, Şirvanın aqibəti məlum deyilmi? Hacının Fəzl müridlərinə sədaqəti üzündən Şirvan Teymurun əsgərlərinin sayı qədər qurban verməli olmazmı? Qurbanlar içində Gövhərşah da, Hacı Firidunun özü də qurban getməzmi?! Naxçıvanın, İsfahanın, Təbrizin, Bağdadın əsnafı kimi, Şamaxı əsnafı da Səmərqəndə aparılmazmı və belə müsibətdən sonra Şirvan bir də dirçələrmi?!

Dörd barmaq enində firuzə qaşlı tacın altından İbrahimin qaş-larının üstünə iri-iri damlalar axırdı. Hacı Firidunun titrək buxağında da iri damlalar titrəyirdi. Amma nə İbrahimin sualları qurtarırdı, nə də Hacı şahın əzabını yüngülləşdirə biləcək bir kəlmə deyirdi.
Yalnız İbrahim onun inadla susmağından heyrətlənib, təkidlə cavab tələb etdikdə Hacı, nəhayət, dillənib hər ikisinə tanış bir söz:
- Çarmıxdayam, şahım! Çarmıxdayam! - dedi. Bu, onun öz sözü deyildi.
İki gün əvvəl Dərbəndə yola düşməyə hazırlaşanda Gövhərşah Hacını da özü ilə ibadət otağına apanb orada mehrab qabağında dua edən atasının hüzurunda uzun və dəhşətli bir etiraf başlamış, lailahəil-ləllahla ənəlhəq arasında çırpındığı ilk günlərdən indiyə qədər atasının iradəsinin ziddinə, Fəzlə xidmətlərini bütün açıqlığı ilə danışmış: "Şah atamın diləyinə xidmətim bir cənnət idi, Fəzl ata-mın məramına xidmətim də bir cənnət idi. İndi iki cənnət arasında çarmıxdayam, şahım!" - demişdi. Oğlunun "ruhumda ikilik" adlandırdığı cəhənnəm əzabının baisi özü olduğu üçün İbrahim susub Fəzlullaha çatdırdığı xəbərlərə görə onu məzəmmət belə etməmişdi. İndi möhlətin qurtarmaq üzrə olduğu bir vaxtda, bu ölüm-dirim günündə Gövhərşahın sözünü təkrar edib şah buyruğundan boyun qaçıran Hacı Firidunun cavabında isə susa bilmədi:
- Səninlə, Gövhərimlə bahəm mən özüm də çarmıxda deyiləmmi, Hacı?! Teymurun, Miranşahın, Şeyx Əzəmin, hürufılərin, əsnafın, rəiyyətimin və siz alimənsəblərimin arasında sədparə deyi-ləmmi? Əlli şəhərli diyarda vahid səltənət eşqilə gəlib, indi Şirvanın mühafizəsinə də qadir olmadığımı aşikar görürəmsə, əmin-amanlıq carçısı və qan-qırğın düşməni ikən, bu gün səndən qan tələb edirəmsə, çarmıxdan da bədtər cəhənnəm deyilmi bu?!
İbrahim tər içində ayağa qalxdı:
- Get, Hacı! Təslim vaxtı müridlər şəhərdə olmahdırlar! Mənim Fəzlullaha xoş sözümü öz qulaqları ilə eşitməlidirlər! Sonra dəstə öz işini görməlidir! Ölən öləcək, qalanlar yenə sənin və Gövhərimin himayəsində, işimizin bəhrəsini gözləyəcəklər. Get!
O başını yandıran tacla çiynini üzən ləbbadəni qulamların üstünə atdı, ikinci mərtəbədə əndərunla üzbəüz yatağına qalxıb altı-guşəli, xırda əlvan şüşələrlə bəzənmiş pəncərəni açdı.

Şirvanın gah dumanlı, çər-çərməli, gah da açıq, sakit və sərin bahar gecələrindən fərqlənməyən adi gecə idi. Bürclərdə çəlləktək qaralan böyük saxsı qablarda kömürlə qarışıq yanan neftin gur alovları həmişəki kimi üç min addım uzununda qala hasarından başlamış karvansaranın hamısının həyət-bacalarını bazar meydanlarının hamısının dükan cərgələrini işıqlandırırdı. İlin bütün fəsillərində isti və soyuqdan, yağışdan, qar-borandan, çovğundan asılı olmayaraq, dəqiq intizamla öz işlərini görən gecə hökmranları -mirşəblər də həmişəki qayda üzrə, beşbir-üçbir bölünüb küçələrdə, meydanlarda, karxanaların, bazarların, karvansaraların dövrələrində gəzinirdilər. Bu gecənin başqa gecələrdən fərqi ancaq bunda idi ki, təpələrin aralarında, toxmacarlıqların talalarında və küm-xanaların yan-yörəsində xırda-xırda ocaqlar işıldayırdı. Yəqin ki, alverə qalan şirvanlılar ocaqların dövrələrində oturmuşdular. Hacı Firidunu görülən işlərin labüdlüyünə inandırdıqdan sonra nisbətən sakitləşmiş İbrahim, təbəələrinin ocaq dövrəsində rahat oturuşundan, mirşəblərin yedəklədikləri atların meydan, küçə daşlan üstündə asta-asta taqqıldayan nal səslərindən və dağ havasının şehli sərinliyindən süstləşdi, hər an Fəzlullahla müridlərini gözləsə də yatağa uzandı. Lakin o, bu gecə də yatmayacaqdı. Çünki həmin bu vaxtlar hürufilər arasında son hadisələr baş vermiş, Nəsimi Şəbran yolunda qasidlərə: "Cismimi dirçəldin və məni Şamaxıya yetirin!" - deyib dərvişliyinin bəhrələri haqqında fikirlərini danışmış, qasidlər onun mühafızəsini təmin etmək üçün Mövlana Tacəddinin gizlin görüş mənzillərinə təzəcə göndərdiyi keşikçi müridlərə, keşikçi müridlər isə əsnaf məscidlərində Fəzl canişinlərinə və ləşgərgahda bahadırlara təcili xəbər çatdırmışdılar. Yuxusuzluqdan sancan gözlərini yumub xüşgüyə dalmış İbrahim əvvəlcə çaxnaşma hiss etdi, sonra hövlnak atılıb Şamaxını oyaq gördü.

Əsnaf məhəllələrində iyirmi dörd məscidin iyirmi dördünün də həyəti adamla dolu idi. Camaatın duruşunda, tərpənişində açıq-aydın narahatlıq, həyəcan və gərginlik vardı. Hərdən, xalı-xalça və palazla örtülü qapılar arxasından çıxıb, hovuzların kənarında işıldayan ləyən və cürdəklərini götürüb, məhəllələrin içərilərinə uzaqlaşan tək-tək qoca möminlərdən başqa cəmi əsnaf çaxnaşmada, vurnuxmada idi. Nə olmuşdu? İbrahim nə baş verdiyini təcili öyrənməyin vacibliyini düşünməmiş, birdən şəhərin sağ tərəfindən sübh azanına bənzər güclü, zil səs eşitdi və o yana boylandıqda Şəbran yolu ilə ləşgərgah yolunun qovuşduğu yerdə bəyaz xirqəsinin ətəkləri yellənə-yellənə şəhərə enən hürufıni gördü.
İyirmi dörd məscidin iyirmi dördünün də həyətində çaxnaşma dayandı.
İbrahim sarayın ucalığından gah camaata, gah da tək-tənha gələn hürufıyə baxıb gecənin sükutunda yayılan münacat içində onun: "Dinlə məni, ey əhh-həq!" - dediyini aydınca eşitdi.

Nəsiminin səsini İbrahim onlarla müəzzin, xanəndə səsindən ayıra bilərdi. Boy-buxununu, yerişini min adam içində seçə bilərdi. Odur ki, dərhal tanıdı və tanıyan kimi sinəsində ağır döyüntülər hiss etdi: yenə Nəsimi gəlirdisə, demək, Fəzlullah gəlməyəcəkdi?! Demək, görülən işlər hədər getmişdi?!

İbrahim fəlakət duydu və fəlakətə yol verməmək üçün, siyasətinin bəhrələrinin məhvi bahasına olsa belə, Hacı Firidundan başlamış, Şamaxı ilə hürufı məkanı arasında gedib-gələn qasidlərə qədər, hamını Şeyx Əzəmin müridlərinin mismarları altına vermək və harada isə bu yaxınlarda olan məkanı öyrənib silahlı dəstəni təcili oraya göndərmək fikrinə düşdü.
Lakin bu vaxt ona daha gözlənilməzbir fəlakət üz verdi:

Darvazaların tağları altından Şeyx Əzəmin müridləri qara buludtək yeriyib bəyaz xirqəni çulğalayanda bir tərəfdən Gövhərşahın bahadırları ilə əsgərxas, o biri tərəfdən Hacı Firidunla qoşunu peyda oldu, üçüncü tərəfdən - məscidlərin həyətlərindən əsnaf axışdı, bir olan Allah himayəsində zavalsız, xətərsiz sayılan müridləri açıq düşmənçiliklə dağıdıb Nəsimini aralığa aldüar və baş darvazadan sağ əldəki üçüncü darvazadan şəhərə girib, Şamaxının dağətəyi qismini lərzəyə salan "Ənəlhəq" qışqırtıları ilə saraya doğru dikləndilər.

İbrahim "işin başında Nəsiminin dayanacağını" eşitmişdi. Bunu ona "təyin olunmuş məkanda görüş" haqqında danışıqda Gövhərşahla Hacı Firidun demişdilər. Fəzl həqqə vəfadarlığın ümdə şərt-lərindən birinin indi Nəsimini mühafizə etmək olduğunu isə nə Gövhərşah açmışdı, nə də Hacı. Odur ki, baş verən hadisə İbrahimə dəhşətli bir möcüzə kimi göründü.

O, başından şəbkülahı, çiynindən xalatı atdı. Şahın halının xarablığından özlərini itirmiş xidmət qulamlarına imkan vermədən geyinib Mərmər meydana endikdə onu əsmə tutmuşdu. Ömrü boyu min bir bəlaya düşüb çıxsa da, İbrahim heç vaxt indiki qədər bədbəxt olmamışdı. Teymurun "o təxtini Fəzlullaha verib" sözlərindəki həqiqəti yalnız indicə, Gövhərinin istəkli bahadırları ilə özünün istəkli alimənsəbi Hacı Firidunun tutduqları işi gördükdə dərk etmişdi. Şirvana uzaqdan baxan Teymurun gözləri necə də iti idi. Şirvanda hamıya kirpiklərinin çəpəri arxasından gərgin diqqətlə baxıb hər şeyi gördüyünə əmin olan şah isə kor imiş. Hələ bir neçə ay əvvəl Nəsiminin Fəzl elçisi Seyid Əli adı ilə gəlişindən sonra, hürufi elmini Şirvanda kimlərin tədris etdiyini danışanda Gövhər-şah açıq-aydın: "Bahadırlarımız da elm öyrənirlər" demişdisə, baha-dırlarının və onlarla birgə əsgərxasın da "hakimiyyətdən kənar" olacağını İbrahim niyə görməmişdi? Gövhərinin öz atasına, bahadırlarm şaha və himayədara məhəbbətini Fəzlullaha və Fəzl müridlərinə məhəbbətdən üstün bilmişdi? Bütün səhvləri bunda deyildimi? Korluğu da elə bunda deyildimi ki, hürufilərlə yeddi il əlaqə saxladığına baxmayaraq, nə Fəzlullahın özünə yaxından bələd idi, nə onun elminə, nə də bu elmə uyanlara? Şirvanla birgə bütün Azərbaycanı, İranı, İraqı, deyilənə görə hətta Suriyanı, Misiri də dəli-divanə edib dindən döndərən küfrdən qaça-qaça o, Gövhəri ilə bahadırlarından, Hacı Firidunla əmələsindən, öz köhnə istinadgahı - qiyam başçılan ilə əsnafdan da qaçıb uzaqlaşmışdı. Orduda şah Gövhəri vəliəhd əvəzində Fəzlullahın Əmin Məhrəmi hakim idisə, hürufilərlə əlaqələr üzərində şah alimənsəbi Hacı Firidun əvəzində Fəzlullahın Dərviş Hacısı hakim idisə, Şamaxıda şah istinadgahı əsnaf əvəzində Şeyx Əzəmin müridlərinə həmlədən çəkinməyən Allah xofundan xali kütlə hakim idisə, bunların hamısının üzərində isə Fəzl iradəsi hökmran idisə, İbrahim təxtini həqiqətən Fəzlullaha verməmişdimi? Nəsiminin keçən dəfəki kimi yeno də hər şeyi alt-üst etməyə gəldiyini əwəlcədən duysa da, ona qarşı bir iş görməyə qadir deyildisə, hakimiyyətdən həqiqətən məhrum olmamışdımı? İndi İbrahim nə çarə tapmah, möhlətin azaldığı, "yüz min baş" tələbinin "əsgərlərin sayı qədər qurban" tələbinə çevrildiyi bir vaxtda xilasını harada, kimdə axtarmalı idi?
Hacı Firidun itaətsizliyi ilə uyuşmayan, anlaşılmaz itaətlə hüzura gəlib, Nəsiminin görüş tələb etdiyini dedikdə, o, əvvəlcə elə bil heç nə eşitmədi, canında üşütmə, əlləri qoynunda vurnuxub, sonra birdən ayaq saxladı:
- Nə istəyir? Nə deyir?!
- O, Teymurun hüzurunda olub, şahım!
-Nəsimi?! Teymurun hüzurunda?!
- Bəli, şahım!..
- Və belə sağ-səlamət qayıdıb gəlib?! Hansı əbləh inanar buna, Hacı?! Nə demək istəyir mənə? Get öyrən gör sözü nədir!
Hacı Firidun hökmdarından incikliyini büruzə vermədən yumşaq etirazla:
- Nəsiminin hər kəlməsində min kəlmə olur. Məramını sənə ancaq o özü çatdıra bilər, şahım! - dedi.

Əlbəttə, doğru deyirdi. Amma İbrahim razılaşmadı:
- Məramının məğzi nədir? Təslimə üsyan deyil? Teymurun hökmü müqabilində hansı mülahizə ilə üsyan edir? Bunu öyrənə bilməzsən?
Hacı dillənmədi.

İbrahim yenidən vurnuxmağa başladı.
Mərmər meydanda həmişəki qayda üzrə, gur məşəllər yanırdı. Şahın meydana endiyindən xəbər tutan çıraqdarlar, xanəgahın divanxana səmtində ləvazimatgahdan yandırılmamış məşəllərlə çıxıb, hasar, barı diblərində müntəzir idilər ki, yağı azalan məşəlləri dəyişdirsinlər. Mehtərlər yenə təcili səfər olacağını güman edib şah tövləsi önündə amadə idilər. Buyruq və xidmət qulamları xanəgahın divan dibində və pişgahın tağı altında qollarını çarpazlamışdılar. Bir də ki, İbrahimin etibarlı ana qohumlan -yorulmaz, usanmaz candarlar, əllərində yalın qılınc, uzaqdan-uzağa onun ardınca gəzinirdilər. Gülüstan sarayında hər şey öz qaydasında idi.

Dərgahın hasarı arxasında şəhəri götürmüş izdiham isə saraya kimsəsizlik görkəmi verib İbrahimin üşütməsini artırdı.
Şah məscidinin minarəsindən sübh azanı eşidilib möhlətin üçüncü gününün başlandığını xəbər verdikdə o, nəhayət, dayanıb qanla dolu gözləri ilə Hacı Firiduna baxdı.

Dilində bir kəlmə vardı: "Xain!"
İllər keçəcək, bir vaxt gələcək Bakı hakimi, bəhrəssədr Hacı Firidunun kafırliyi və təxt-səltənətə xəyanəti haqqında üləma ilə şah divanı arasında danışıq başlananda, İbrahim gözlənilmədən bu danışığı kəsib hamını təəccübləndirən açıqlıqla: "Didərginlərə himayədarlığı biz özümüz tapşırmışdıq. Bu işdə Hacı Firidunun günahı yoxdur. Küfrə uyubsa tövbə etsin, günahını yüngülləşdirsin!" - deyib bu yolla onu edamdan qurtarmağa çalışacaqdı.
Çünki o vaxt İbrahim bütün bəlaların, o cümlədən Gövhərşahla Hacı Firidunun küfrə uyub dindən döndüklərinin də onun özünün siyasətindən törədiyini, daha doğrusu, hər şeyi açıqca görə-görə on əziz adamlarını qurban verdiyini daha aydın dərk edəcəkdi. İndi başı üzərində müəzzinin kafır izdihamına baxa-baxa vahimə ilə "Allahu əkbər!" qışqırdığı, Şəbrandan gələn fəlakətin labüd olduğu bir vaxtda isə, "xain" deyib Hacı Firidunu Şeyx Əzəmin müridlərinin mismarları altına verməyə hazırdı və bu qətiyyətində cüzi də olsa tərəddüd yoxdu. Əgər indi şirvanşahın düşüncələrindən xəbərdar bir nəfər tapılıb bir vaxt Fəzl elçilərini dəmir qəfəslərdə işgəncədən qurtaran şahla alimənsəbini paslı mismar altına vermək qəsdinə düşmüş şahın tamam başqa-başqa adamlar olduğunu desəydi, xəzinəsini Şəbrana apardıqdan sonra Teymurun ən kəsərli silahının - qorxunun təzyiqi ilə onun daha böyük bir sərvətdən - hökmdar əqlindən məhrum olduğunu anlatmağa səy göstərsəydi, İbrahim bəlkə də anlardı. Lakin onun belə səyə qabil adamı yoxdu. Belə adam ancaq Gövhərşah ola bilərdi ki, İbrahim onu da özündən uzaqlaşdırmışdı.

Hacı Firidunu yalnız təsadüf xilas etdi.
Şeyx Əzəmi hüzura çağırmaq üçün əlini-əlinə vurduğu anda İbrahim onun - Hacının şəhərə dikilmiş gözlərində anlaşılmaz təbəssüm gördü və istər-istəməz şəhərə boylandıqda o təbəssümdən də anlaşılmaz bir hadisənin şahidi oldu.
Əsnaf məhəllələrində məscidlərin hamısı sükuta batmışdı. İlin on iki ayında hər gün iyirmi beş minarədən eyni vaxtda ucalıb Şamaxını ibadətə çağıran iyirmi beş müəzzinin ərşə qalxan münəcatları əvəzində təkcə Şah məscidinin minarəsində avazı pozulmuş müəzzinin qışqırtısı şəhərin üzərində yayılıb qəribə və müəmmalı sükutu dərinləşdirirdi. Yalnız qəribə və müəmmalı yox, bu sükut həm də müdhiş idi: sübh azanında müəzzinin susması sübhün vax-tında açılmaması, günəşin vaxtında doğmaması, çərxi-fələyin dayanması kimi bir şeydi. Odur ki, İbrahim Hacıya qəzəbini boğub, tək müəzzinin vahiməli qışqırtısından bir o qədər də fərqlənməyən qışqırtı ilə soruşdu ki:
- Müəzzinlər niyə lal olublar?!
Hacı Firidun yaxınlaşıb, yenə də itaətsizliyi ilə uyuşmayan itaətlə baş endirdi və birdən ona Gövhərşahı xatırladan sakit cəsarətlə:
- Fəzlə istinad etmədiyinə görə sən çox şeydən xəbərsizsən, şahım! Məscidlərdə Nəsiminin səsini həq nəsimi bilirlər. Nəsimi oxuyanda müəzzinlər də onu dinləyirlər, - dedi.

- Küfr dinləyirlər?!
- Ənəlhəq vəsfi dinləyirlər, şahım! İbrahim inana bilmədi:
- Bəs qətiblər bu işə nə üçün yol verirlər?!
Hacı Firidun qətiblərin özlərinin də ənəlhəq vəsfi dinlədiklərini dedikdə isə o, tamam çaşqınlaşdı:
- Yəni məscidlərdə sadiq müsəlman qalmayıb?! Dilində laila-həilləllah olan yoxdurmu ki, küfrə yol verməsin?!
Hacı Firidun eyni sakit cəsarətlə izahata başlayıb:
- Elə adamlar indi ancaq sənin dərgahında və Şeyx Əzəmin iqamətgahında otururlar, şahım! - dedi. - Fəzl yurdumuza təşrif gətirdiyi gündən məscidlərə öz canişinlərini göndərmişdi. Xəlifələri ilə yaxın dostlarından başqa Fəzl bu sirri heç kəsə etibar etmirdi. Kürdələm üstündə mənə dedi ki, yeddi ildə canişinlər yeddi mərhələdə elmi şərh edib, lailahəilləllahın yalançılığını sübuta yetiriblər. İndi Şamaxıda iyirmi beş məsciddən iyirmi dördü həqiqəti ənəlhəqdə görür və hamı Fəzlin sözünü deyir, şahım! O səbəbdən də özün görürsən ki, ənəlhəq daha batin deyil burda!

İbrahim alt dodağının ortadan elə bil bıçaqla kəsildiyini və saqqalının arasına isti qan sızdığını hiss etdi.
Keçən il Miranşahın məscidləri, pir və ibadətgahlan dağıtdığını, mömin müsəlmanları qılıncdan keçirdiyini və bəraət üçün: "Dağıdıram, çünki bu diyarda hürufı ocağı olmayan yer qalmayıb. Öldürürəm, çünki bu diyarda hürufı olmayan adam qalmayıb", -dediyini eşidəndə o, Teymurun vəliəhdinin həqiqətən dəli olduğunu güman etmişdi. İndi birdən-birə Miranşaha və Miranşahla birgə, "cəllad" adlandırdığı cahangirin özünün qırğın tələbinə də bəraət verdi. Din əldən getmişdi. Allah xofu qalmamışdı. Təbəə itaətdən çıxmışdı. İbrahim yeddiyüzminlik sel sahibinin üç ay Ərməndə, indi isə Şəbranda nə üçün oturduğunu da yenidən anladı və burada ilk dəfə, dinlə birgə hakimiyyətinin də əldən getdiyini bütün aydınlığı ilə gördü. Dodağının çatlamasının səbəbi də bu idi. İndi o, ikitərəfli qorxu məngənəsində qalmışdı. Həm də, dinini, Allahını, hakimiyyətini qılıncsız, qansız məhv edən sehrkarlar ona qırğın tələbli düşməndən dəhşətli görünürdülər.
Belə halətdə o, Nəsiminin münacatını eşitdi.
"İşin başında duran" şair izdiham önündə fateh kimi gəlirdi. Keçən dəfə Nəsiminin duruşunda, tərpənişində gördüyü əzəmət əvəzində İbrahim indi onda fateh zəhmi duyur, səsində məhz fateh təntənəsi hiss edirdi:

Daim ənəlhəq söylərəm, həqdən çu* Mənsur olmuşam,
Kimdir məni bər dar edən, bu şəhrə məşhur olmuşam.

Qibləsiyəm sadiqlərin, məşuqiyəm aşiqlərin,
Məqsudiyəm layiqlərin, çün beyti-məmur* olmuşam.

Musa* mənəm ki, həqq ilə daim münacat eylərəm,
Könlüm təcəlla nuridir, onun üçün Tur olmuşam.*

"Ənəlhəq" qışqırtıları şəhərdə gurultu saldı. Sonra hər beyt belə gurultu qopardı. İbrahim dayanıb dinləyirdi.
Amma zehnində yalnız "Tur olmuşam" sözləri qalmışdı.
- Qaytar onu, qaytar! - dedi. - Nə danışmalıyam mən onunla?! Teymurun hökmünə qədər danışıqsız mühafızə etdim mən Fəzlullahı! Simurğ oldum, qanad gərdim, kölgəmdə saxladım hamısını! İndi təslimdən başqa çarə yoxdursa, xəlifələrlə bahəm Fəzlullah özü də təslim fıkrindədirsə, nə üçün üsyan edir o?!
Hacı Firidun şahının təlaşı müqabilində dözülməz sakitliklə:
- Nəsiminin üsyanı əbəs deyil, şahım! Sən onunla hökmən görüşməlisən, - dedikdə İbrahim alimənsəbinin yaxasına əl atdı: -Fəzlullahla müridləri gəlməyincə kəlmə kəsmərəm mən onunla, Hacı Firidun! Çatdır sözümü! - deyib, hətta itələdi də.
Və yalnız bundan sonra Hacı darvazaya doğru getdi.

* Çu – çünki
* “Beyti məmur” Kəbə mənasında olsa da, burada baş beyt əsas – aparıcı, təyinedici fikir – “ənəlhəqq mənası verir”
* Bəzi məxəzlərə görə Musa (Monsey) od tutub yanan bir ağacın dil açıb “ənəlhəqq” dediyini eşidib, yəni yaradıcını təbiətdə görüb. Daimi münacat – təbiətlə daimi əlaqə, aramsız idrak mənasındadır.
* Yəni: həqq məndə zühur etdiyinə görə həqlə danışan məkan Turi-Sina (dağ) olmuşam ki, həqiqəti yalnız mənim ucalığımda mənimlə danışan bilsinlər.



Lakin Nəsimi ilə danışmağa imkan tapmadı. Çünki "həq iradəsi" deyilən qüvvə, nəhayət, yolundakı bütün maneələri dəf edib, "özünü oda yaxan pərvanəsinin" Div hüzurundan qayıtdığını bildikdə dərhal atlanıb onun ardınca Şamaxıya gəlmişdi.

19

Bir ana bətnindən gələn əkiz körpələr bir-birinin ağrı-acısını necə hiss edərlərsə, ustadının dərd-ələmini Nəsimi də eləcə hiss etdi və Fəzlin artıq şəhərdə olduğunu hələ münacatını axıra çatdırmamış duydu. İzdiham içində ondan başqa hələ heç kəsin bu bədbəxtlikdən xəbəri yoxdu. Odur ki, Mənsur və Tur olduğunu car çəkən şairin vəcdli səsi əvəzində onun birdən-birə tükürpərdən fəryadla:
- Mədəd, ey əhli-həq! O gələn Yari-pünhandır! - dediyini eşidəndə izdiham tutuldu. Nəsimi üzüaşağı Fəzlin qabağına yüyürürdü: - Ustadım!.. Həq üzünü görmüş xoşbəxtlərin xoşbəxtliyi naminə! Karvanın istiqbalı naminə! Yalvarıram, qayıt, ustad! Adıyüksəyin bətnini dəyişdirməyə də qabiləm mən, dəstəni təhlükəsizləşdirməyə də qabiləm! Divin tələbi daha o tələb deyil, həq mövqeyini fəhm etdi, bətni sakitləşdi, bu gün-sabah çıxıb getməlidir o! Bəlkə heç möhlətin tamamını da gözləməyəcək. Yalvarıram, bircə gün gözlə, tək bir gün gözlə, ustad! İnan mənə, təhlükəsizləşdirmişəm Divi! Getməlidir o, ustad!

Fəzl atdan düşdükdən sonra yoxuşda dərhal təngnəfəs olub, iradə zoruna dırmandığına baxmayaraq, mənzilin axınnda heç vəchlə ləngimək istəməsə də dayanmaya bilmədi. Şagirdinin fəryadlı və qətiyyətli üzünə dikilən gözlərində ani qığılcım yanıb-söndü. Bu onun öz şagirdinə inamının, qürur və sevincinin son əlaməti oldu.
- Gözüm nuru! Sən elə bir ucalıqdasan ki, o ucalığa mənim də əlim çatmır! Həmdülillah, karvanımız pasibansız deyil! - deyib yenidən yoxuşa dırmandı.
Darvazaya cəmisi otuz-qırx addım qalmışdı. Tamamilə aydındı ki, "düşmən içinə səfər" başa çatmışdı. Lakin Nəsimi hələ də ümidini itirmir, Fəzlin gah sağına, gah soluna keçə-keçə əllərini öpə-öpə yalvarırdı:
- Mənim qüdrətim sənin səlamətliyindədir! Nurumu söndürmə! Vəcdimi öldürmə! Sən olmasan nitqim tutular, kütlə ilə dil tapa bilmərəm, karvanın yolunu azar! - deyirdi.
Fəzl əlini çəkib onun əlindən çıxartdı:
- Səhv etmə, gözüm nuru! Mənim səlamətliyimdə deyil sənin qüdrətin! - dedi. - Karvan yolunu o vaxt azar ki, başqaları kimi, mənə məhəbbəti sən də hər şeydən yüksək tutasan. Ötən gecə müsibət oldu. Mən bir evdə idim. Fatmanı da oraya çağırmışdım. Məsləhət gördüm ki, Keya ilə Bakıya getsin, bacüarını, qardaşlarını da götürüb o taya keçsin, Keyanı və ya bir başqasını təcili irəli göndərib Urmiyada Seyid Məhəmmədi axtarsm, bacıları, qardaşları ilə bir yerdə gedib sizin o gözəl ailənizin mühitində olsun. Dinlə, gözüm nuru, bu sözləri mən sənə boş-boşuna demirəm. Fikrim belə idi ki, Rumda işini qurtarandan sonra sən özün də oraya gedəsən, atanızın yanmda kəbininizi kəsdirəsiniz. Belə olsa bir çox cəhətdən arxayınçılıq olar. Əli ilə Fatma izdivacı əvvəla Məhəmmədə müna-sibətimizi gizlədib din içində özünüzü qorumağınıza kömək edər. Bundan başqa, həm o dönük əzizlərim, həm də müridlərim birdəfəlik bilərlər ki, mən səninlə hər tərəfdən, əbədi bağlıyam. Fatmanın özünün vəziyyəti də yaxşılaşar. Amma varisim məni məyus etdi, gözüm nuru. Çox məyus etdi. O da sənin kimi danışdı: "Seyidlə mənim də, qeyrilərinin də bir məhəbbətimiz var, o da atamıza məhəbbətimizdir, - dedi. - Sənin səlamətliyindir bizi xoşbəxt edən, - dedi. - Sənsiz mən heç yana getmərəm, Seyidin özünə də, ailəsinə də yovuşmaram - dedi. - İndi ki, gedirsən get, təslim ol, amma bil ki, Naxçıvana aparılanda hamımız dalınca gedəcəyik, o taydan, bu taydan hamını çağırıb səni xilas edəcəyik, - dedi. Özü də sən gördüyün Fatma, o xəstə övlad demədi bu sözləri, gözüm nuru!.. Evdən çıxanda bildim ki, məkanımızdan qovduğum o riyakar, o hakimiyyət düşkünü də orda imiş, qayıdıb o evdə gizlənibmiş, bizim söhbətimizi dinləyirmiş. Həyətdə ayağıma yıxıldı, göz yaşı tökdü, yalvardı: Xətalarımın hamısı ancaq sənin səlamətliyini qorumaq əzmindəndir, ancaq və ancaq sənə məhəbbətimdəndir, -dedi. - Görürəm etirazım əbəsdir, get təslim ol, Divi təhlükəsizləşdir, amma bil ki, Əlincə qənşərinə apanlanda hamımız dalınca gedəcəyik, - dedi. - İndi özün fəhm et və gör ki, mənim şəxsi səlamətliyimi hər şeydən yüksək tutmaqla sən kimin mövqeyindən danışırsan! Div hüzurunda mövqeyin hara, bu mövqeyin hara, gözüm nuru!? Orda sən cəmi karvanın taleyindən danışıbsan, burda isə vaxtı tamam olmuş bir qocanın ətəyindən yapışıb deyirsən sənsiz dünya dağüar! Xırdalıqdır bu, övladım! Ucalığına yaraşmır!" Nəsimi boğulub qaraldı. Qəhərini uda-uda:
- Div hüzurunda mən daşı yumşaltdım! Sənin hüzurunda isə acizəm! - deyib yenidən yalvarmağa başladı.

Lakin Fəzl daha dillənmirdi.
Eynilə Fatma yolu kəsib ayağına yıxılanda olduğu kimi o, dişini-dişinə sıxıb şagirdinə baxmadan, elə bil son taqət bahasına başmaqlarını sürüyə-sürüyə dərgah qapısına yaxınlaşdıqca izdiham ortadan yarılırdı və Məlhəm yolundakından fərqli olaraq burada heç kəs onun qabağına keçməyə cəhd etmirdi. Çünki əvvəla, açıq darvazada dayanıb baxan Hacı Firidundan başqa bu kütlə içində Fəzli üzbəsurət tanıyan, şəxsiyyətinə Fəzl müriditək vurğun olan bir nəfər də yoxdu, bir də ki, hürufilərin daxilində neçə ixtilaf baş verdiyini, üsyanlardan, çarpışmalardan nələr törədiyini və Fəzl cisminin üzüldüyünü heç kəs bilmirdi, buna görə də Nəsiminin fər-yadı, bu gedənin həqiqətən Fəzl olduğuna şəhadət versə də, bətnində sarsümaz ruh gəzdirən möhtəşəm Fəzl-həqqlə belini əyib başmaqlarını sürüyə-sürüyə gedən üzgün qoca bir araya sığışmırdı və ca-maat onun simasında həqqi görmürdü.
Yalnız Nəsimi izdihama üz tutub qəhərli qışqırtı ilə:
- Məgər sizə deyilməyibmi ki, məni mühafızənizin bəhrəsi Fəzlin azadlığı olmahdır?! Nə üçün mədəd durmursunuz?! - dedikdə kütlə, nəhayət, hərəkətə gəldi.
Lakin daha gec idi.
Silahdarlar Fəzli aralığa almışdılar. Şah isə birdən-birə yoxa çıxmışdı.

* * *

"Təyin olunmuş məkanda görüş"dən imtina etdikdən sonra "Atlını" dərgahda yaxşı qarşılayıb "xoş söz deməyin" gələcək işlər üçün vacibliyini əwəlcədən düşündüyü halda, onu darvazada görər-görməz, birdən dönüb pişgahın pillələrinə yönəldikdə, İbrahim nə üçün belə etdiyini, müridlərini qırğına verməyə hazırlaşdığı Fəzllə üz-üzə gəlməkdənmi, Nəsiminin üsyanındanmı qaçdığını bilmədi.
O vaxt ayıldı ki, pişgahda pəncərəni açıb dəmir şəbəkə arxasında dayanmışdı, arıq, qansız üzündə iri gözləri qaralan qocaya tamaşa edirdi, "lailabəilləllahın yalançılığını sübut edib" məscidləri döndərməyə qadir olan o sehrkarda nə isə qeyri-adi bir əlamət gör-məyə, anlamağa çalışırdı; amma adi adamdan, xəstəhal qocadan başqa heç nə görməyib, heç nə anlamayıb, ondakı mübhəmlikdən canına yeni xof dolduğunu hiss edirdi.

Belə xoflu-xoflu o, bir-birinin ardınca hökmlər buyurdu. Silahdarlar Fəzlullahı ayırıb, darvazanı Nəsiminin üzünə bağladılar. Zindan rəisilə açarçüarı məhbusu apardılar. Qazi Bayəzid hələ də qurşağının altında gəzdirdiyi yeddi imzalı hökmü qələmdandan çıxarıb, Fəzlullahın təslimə heç də şahın təzyiqi ilə yox, xəlifələrinin hökmü ilə gəldiyini əsnaf içində car çəkməyə getdi.
Yalnız bu işlərdən sonra, qırğın üçün hələ də heç bir şey etmə-diyini düşünəndə İbrahim birdən anladı ki, Fəzlullahla üz-üzə gəlməkdən və Nəsiminin üsyanından nə qədər çəkinsə də, əslində o, Şamaxıda hər şeyi görən Teymurun gözlərindən qaçmışdı. Şeyx Əzəmin iqamətgahından meydana dikilmiş o gözlərin necə baxdığını duymasaydı, İbrahim Fəzlullahı nəinki yaxşı qarşılaya bilər, vahid səltənətin carçısına, əsnafın səcdəgahı "Sahibəzzaman"a, bəlkə hətta təzim edib, rəncbər şahın həqiqətən "işığını həq işığına qovuşdurduğunu" nümayiş etdirərdi. Lakin bahadırların və Hacı Firidunun qara müridlərlə rəftarı, Şeyx Əzəmin iqamətgahından baxan gözləri qəzəblə doldurmuşdu. Bu qəzəb müqabilində İbrahimin Fəzlullahla adi mülayim rəftan belə Şeyx Əzəmin ondan tamam üz döndərməsinə, təşkil olunmuş dəstənin əldən çıxmasına va sabah sübhdən möhlət qurtaranda qırmızı süvarinin yürüşünə səbəb ola bilərdi. Odur ki, İbrahim meydandan qaçmışdı, bir zaman: "Hədiyyələrin üstündə öz başımı gətirmişəm!" - deyən şöhrətli rəncbər şaha indi ancaq zahirən bənzəyən bir ağciyərə çevrilib Nəsiminin hayqırtısı ilə iqamətgahdan baxan gözlər arasında çırpına-çırpına qalıb nə edəcəyini bilmirdi.
Birdən eynilə məscidlərin o müdhiş sükutuna bənzəyən sükut çökdükdə o, əwəlcə meydan boyunca sürətlə üzüyuxarı gedən bahadırlarla əsgərxası gördü. Sonra bir nəfərin zərbli ayaq səslərini eşitdi. O bir nəfər də meydan boyunca addımlayıb pişgahın pillələrini qalxdı.

İbrahim onu görmürdü. Lakin gələnin Nəsimi olduğuna şübhəsi yoxdu. "İşin başında dayanan" şair yox, gözlərində qığılcım qaynayan iblis gəlirdi. Silahdarlar, qulamlar, hətta etibarlı, dəyanətli candarlar da itib-batmışdılar, gələnə heç kəs mane olmurdu.
Zərbaft pərdə açılanda İbrahimin səhərdən titrəyən xoflu canını qaraqızdırma basdı, gözlərinə tor gəldi. Nəsiminin yalnız təzim etmədiyini gördü və itaətsiz səsini eşitdi:
- Həq önündə bağlı qapı yoxdur, şah!
Sonra daha heç nə görmədi və heç nə eşitmədi, haraya getdiyini, nə üçün getdiyini o qədər də düşünmədən təxtə doğru yönəldi. Beynində bircə fikir vardı: "Dəstə öz işini görməlidir!" Bu fıkirlə təxt arxasındakı qapıdan meydana çıxdı, sürətlə addımlayıb bir də Şeyx Əzəmin iqamətgahının qarşısında bahadırlan ilə üz-üzə gələndə dayandı.

Bahadırlar əsgərxasla birgə səf çəkib Şeyx Əzəmin iqamətgahını meydandan ayırmışdılar.

Nəsimini "bir nəfərdən qorumaq" tapşırığından xəbəri olmadığı kimi, İbrahim bahadırlarının "dəstəni nəzarətdə saxlamaq" barədə şəxsən Gövhərşahdan tapşırıq aldıqlanndan da xəbərsizdi və bilmirdi ki, Şeyx Əzəmin iqamətgahını meydandan ayırmaqla hürufilərə xidmətlərini onlar şaha, Nicat yurduna və "vahid səltənətə" xidmət hesab edirdilər. Əgər şahla təbəə arasında sədlər çox olmasaydı, "rəncbər şah" şöhrətli hökmdarın belə öz bahadırlarına yaxınlığı hökmdar ləyaqətinə zidd sayılmasaydı, İbrahim şah, Gövhərindən təlim almış bu əsnaf övladlarının şaha necə sidq-ürəklə xidmət etdiklərini bəlkə də vaxtında görər və indi onlara düşmən kimi baxmazdı.
- Bu din davasıdır! Təriqət davasıdır! Sədrəddinin işinə qarışmayın! - dedi. Bahadırlardan cavab çıxmadı. - Mən bu işdə bitərəfəm! Mənim əsgərxasım da bitərəf olmalıdır! - dedi. Çaşqın nəzərlərlə bir-birinə baxan bahadırlardan yenə də heç bir cavab almadıqda isə, açıq-açığına hürufı tərəfı saxlayan bu əsnaf övladlarının gözü qabağında şeyxin iqamətgahına getməyə cəsarət etməyib yolunu dəyişdi.

İllər keçəcək, bir vaxt gələcək Təbrizdə hürufi bayrağı altına toplaşan müttəfiqlərin məclisində şirvanşahın vahid səltənət təxtinə tabeliyinə dair gizlin müqavilə bağlandığı məlum olanda İbrahim, o müqaviləni Şirvan adından imzalayan günahkar Gövhərini divanın mühakiməsinə verərkən bu bahadırlar ilk dəfə onun üzünə qayıdacaq: "Sənin niyyətin nə idi, şah? Vahid səltənət idi, yoxsa vahid səltənətdə yalançı lailahəilləllah hökmranlığı?!" - deyəcəkdilər və yalnız o vaxt İbrahim, ənəlhəqə istinad etmədən vahid səltənət yaratmağın qeyri-mümkünlüyünü dərk edib, bahadırlarını da anlayacaqdı. İndi Şeyx Əzəmin iqamətgahı önündə isə o, baha-dırlarını da Hacı Firidun kimi xain sayıb başıalovlu divanxanaya, orada "avarizat" hədiyyələri ilə məşğul olan tacirbaşını görməyə tələsdi.
Qala bürclərində neft alovları Mərmər meydanda məşəllər söndürülmüş, boz-qara tüstü sütunları yüksəlib şəhərin üzərində al boyanmışdı.

Divanxanada isə hələ işıq yanırdı.
Təxtin dövrəsindəki uca şamdanlarda şamların, səqfdən qoşa-qoşa sallanan nazik zəncirlərin uclannda qoşapiltə çıraqların alovları titrəşir, gecə ikən pişgahdan buraya daşınıb kandardan dörə qədər bütün divanxananı doldurmuş "avarizat" hədiyyələrinin, ləl-cavahiratın, qızıl-gümüşün, zərbaft, tafta, qumaş və atlazın parıltıları göz qamaşdırırdı. Göy ipək çalmasında eynilə şahın tacındakıtək iri füruzəsi, boyunluğundan ətəklərinə qədər zər sapla işlənmiş xalatı, qızd kəməri və daş-qaşlı başmaqları ilə başdan-ayağa bərq vuran Hacı Nemətullah bütün gecəni burada işlədiyinə baxmayaraq, hələ də hədiyyələrin dövrəsində dolanırdı. Səhərlər yuxunun şirin çağı, adətən heç kəsin narahat etmədiyi on üç-on beş yaşlı xidmət qulamları bu dəfə yəqin ki, gecədən burada olduqlarına görə qaçqm bənizlə, taqətsiz dayanıb, qoz, fındıq ləpəsi, badam və püstə ilə, şərab, şərbət guzələri, piyalə və şərbətlərlə dolu ağır siniləri qucaqlarında zorla saxlayırdılar. Onların cərgəsi önündən keçdikcə Hacı Nemətullah özündən bir dirsək irəlidə duran qarnının üstündən əlini siniyə endirib ağzına hökmən nə isə atır və yemək-içməyindən qalmadan ətrafmda özü kimi parıltılı tacirlərin, xəzinədar və möhtəsiblərin birbəbir qaldırıb ona göstərdikləri əşyanın əlamətlərinin təsvirini deyir, hər bir şeyə həmin əlamətlərə əsasən qiymət kəsib xəzineyi-xas, xəzineyi-dəxl və xəzineyi-xərc arasında bölürdü. Divar diblərində qələm-davatlarını düzüb, dizlərinin altına döşəkcə qoyub dabanlarının üstündə oturan divanxana məmurları, katib və mirzələr, qamış qələmlərini tez-tez mürəkkəb qablanna batıra-batıra, tacirbaşının dediyi təsviri və qiymətləri yazıb qurtarmağa çalışırdılar.

"Ənəlhəq!" qışqırtüarının Gülüstan sarayım lərzəyə saldığı, dinin, Allahın, peyğəmbərin məhv olduğu, hakimiyyətin əldən getdiyi bir vaxtda divanxanada belə iş gedirdi. Şah dal qapıdan daxil olduqda Hacı Nemətullah onun məxfı iş üçün gəldiyini dərhal duysa da, xəzinə sehri içində qətiyyən tələsməyib, ağır-ağır təxt arxasına yeridi. İbrahim nəfəsini dərmədən:
- Dəstə öz işini görməlidir, Hacı! Əsnafın qanı su yerinə axmalıdır! - dedikdə tacirbaşının üzündə heç bir dəyişiklik olmadı:
- Əsnafın, yoxsa hürufilərin, şahım? - Elə bil hələ də əşya haqqında danışırdı.
İbrahim isə qaraqızdırma içində yanırdı:
- Dəstə adama fərq qoymamalıdır, Hacı! Bu şəhərdə hürufı olmayan adam qalmayıb! - dedi.
Beləliklə, Miranşahı "Maranşah" adlandıran İbrahim özü Miranşahın sözlərini təkrar etdi. Eynilə Miranşah kimi, indi o da başı ağrılı idi. Hacı Nemətullah qayıdıb, dəstə ilə birgə Şeyx Əzəmin öz müridlərini də iqamətgahın dal qapılarından şəhərə çıxardığını, cəmi iki minə qədər lailahəilləllah mücahidinin Şamaxıda qılınc çalmağa başladığını dedikdə ağrı daha da şiddətləndi və İbrahim qırğın işinin necə keçdiyini bilmədi.

İkinci mərtəbədə, dövrəsində təşvişlə vurnuxan təbiblər və qulamlarla haraya isə gedərkən o, tək bir dəfə pəncərədən şəhərə boylanıb, çaxnaşan izdiham üzərində şimşəktək çaxan panltüar gördü, başını içəridən çəkictək döyəcləyən zoqqultulann uğultusuna bənzər boğuq uğultu eşitdi. Pəncərədən aralananda isə birdən-birə qaranlıqlaşan dəhlizdə yalnız Qazi Bayəzidin qaraltısını seçib:
- Çapar göndər, qazi, Şəbrana çapar göndər! - dedi. Sonra daha heç nə görmədi və heç nə eşitmədi. İşgəncədən ancaq bihuşdaru ilə xilas olub, o günün axşamı gözlərini açanda ziyafətgahda idi, təbib və əttarların, əyan-əşrəfin əhatəsində, mütəkkə və balınclar arasmda oturmuşdu.

Şahın əhvahnm yaxşılaşdığını gördükdə Hacı Firidun yaxınlaşıb ona bir məktub təqdim etdi:
- Nəsimidəndir, - dedi və təbibxunkarla Qazi Bayəzidin kəskin etirazlarına baxmayaraq, İbrahimin icazəsilə kağız lüləsini açıb oxumağa başladı:

Ey qılan dəva ki, şahəm, ədlü insafın ham?
Çün səfa əhlindən oldun, məşrəbi-safın hanı?

Hər quşun olmaz səadətli humatək kölgəsi,
Çünki simurğəm deyərsən, laməkan Qafın hanı?

Əhli-irfamn yeri mənidə çün Əraf imiş,
Çün sən ariflərdən oldun, ürfü ərafın hanı?

Möhtəsib bazarə girdi, həqqi batildən seçər,
Qəlbim aridir deyən, ol doğru sərrafın hanı?

Başımı top eylərəm, meydana girdim oynaram,
Ey bu meydandan qaçan, ol urduğun lafın hanı?

Lütf əgər həqdən umarsan, göstər ehsan, lütf qıl,
Lütfin ehsanından uman yarə əltafın ham?

Kafu nun əmrindən oldu mayəkun məkan ilə,
Gər bu lövhün əbcədisən, nun ilə kafın hanı?

Ey Nəsimi, çün ulaşdın şeş cəhətdən yar ilə,
Bicəhət oldu hüdudun, həddü ətrafın hanı?


Məktub bu qəzəldən ibarətdi. Hökmdarına itaətli Hacı Firidun qəlbən Nəsiminin tərəfində olduğunu gizlətmədən, kədər və yasla oxuyub qurtardıqdan sonra, bu səhər meydanda dönə-dönə dediyini bir daha təkrar etdi:
- Sən onunla görüşməlisən, hökmdar! - dedi.
İbrahim illər uzunu müraciətində daim "şahım", "qibləgahım", "səcdəgahım" deyən Hacmın burada ilk dəfə dilindən çıxan "hökmdar" kəlməsindəki soyuqluğu duymadan qəzəli ondan aldı. Ağır ittihamlarla dolu sətirlərə, beytlərə diqqət yetirdikcə onun qan sızılmaqdan rəngi dəyişmiş gözlərində fikir işartıları əmələ gəlməyə başladı.

Təkcə "Ey qılan dəva ki, şahəm" xitabından və "ədlü insafın hanı?" sualından aydındı ki, Nəsiminin ona köhnə münasibətindən əsər-əlamət qalmamışdı. İşin başında duran xəlifə onu "səfa əhli" ikən, yəni Məkkədə, Səfa dağı ətəyində ibadət edən mömin ikərı "məşrəbi-saf 'dan - saf içki mənbəyi etiqaddan məhrum sayırdı; "Simurğəm" - "xilaskaram" dediyi halda simurğ məskəni "laməkan Qaf' dağından, yəni onu xilaskar edən məkansız istinadgahı Fəzl-həqqdən, arif olduğu halda "ürfü-əraf 'dan, yəni arifı arif edən mühitdən - cənnətlə cəhənnəm, cahilliklə kamillik arasında yer-ləşən alimlər şəhəri Ərafdan məhrum sayırdı, özünü "həqqi batildən", yəni həqiqi şeyi saxtadan seçən ticarət bilicisi möhtəsibə, onu "qəlbim aridir" deyən yalançı tacirə bənzədirdi.

İbrahimin elə bil sinəsinə tiyə sancıldı. Gicgahlarında, boyun-başında ağrılar gəzdi. Amma qəzəli atmadı. Son iki beytdə nə isə çox dumanlı fıkirlər gizlənmişdi. Onun - İbrahimin yaxşı yadında idi ki, Nəsimi: "Aləm zərrələrdən ibarətdir, hər bir zərrənin öz bətnində xəlq etmək qüdrəti var, - demişdi, - cümlə aləm özü Allahdır", - demişdi, burada - qəzəldə isə Qurani-şərifdən bir olan Allahın "kafunun" kəlməsini gətirirdi, "məkan" - yer "kafu nun" əmrindən yarandı", - deyib soruşurdu ki, əgər o -şah "bu lövhün əbcədidirsə", yəni bu yazını oxumaq üçün savadı varsa, bəs özünün "nun ilə kafı hanı?" Ədib və nədimlərinin hamısı İbrahimi ən çətin müəmmalan mənimsəyən şeir xiridarı hesab edirdilər. Bununla belə o, qəzəlin son beytlərini heç cür anlaya bilmədi.
- Özü doğru deyib ki, dili quş dilidir! Baş açmıram! - dedi. Hacı Firidun kədər içində:
- Sən bu quş dilini çoxdan bilməli idin, hökmdar! - dedi. Sonra şahın üzünə baxmadan şərh etdi ki, Nəsimi cümlə aləmi, təbiəti və insanı vahid bilir, yerdə, göydə nə varsa, hamısını insanda görür, insandan təcrid Allah tanımır və inanır ki, Allahla özünün birliyinə şəkk gətirməyən hər bir insan elm qüdrətilə "kafu nun" -"Kon" - "yaransın" deyib heç nədən bir şey yaratmağa, ruhsuza ruh verməyə, ibtidaini aliləşdirməyə qadirdir. Əgər şah Nəsiminin təklifinə vaxtında razılaşıb tədrisdən imtina etməsəydi, indi "nun ilə kafın hanı?" - sualını eşitməzdi və qəzəlində böyük həqiqətdən danışan şairin "quş dili"nə biganə qalmazdı. Hacı Firidun yanğı ilə köksünü ötürdü.
- Nəsiminin iş başında durmağı böyük xoşbəxtlikdir, çünki həq ondadır. Nəsiminin sözünə biganəlik isə həqqə biganəlikdir və böyük bədbəxtlikdir, hökmdar! Bu qan-qırğın sənin ona biganəliyindən törədi. Əsnafdan əlin çıxdı. Əsnafla bahəm vahid səltənət diləyindən də məhrum oldun. Nəsimi təkidlə görüş tələb edir. Amma mən bilmirəm - bu görüşdən bir fayda hasil olacaqmı? Hacı barmağını bir beytin üstünə tutub oxudu:

"Lütf əgər həqdən umarsan, göstər ehsan, lütf qıl?
Lütfin ehsanından uman yarə əltafın hanı?".

Mənim ümidim ancaq bu beytədir, hökmdar! - dedi.

Və bu beyt birdən-birə İbrahimə də ümid verdi. Nəsimi lütfü onun - İbrahimin ehsanından uman yarə - Fəzlə ehsan göstərməsini, lütf qılmağını diləyirdisə, bundan belə çıxmırdımı ki, bütün olub-keçənlərə baxmayaraq, işin başında duran xəlifə ilə əlaqə kəsilməmiş, əksinə, İbrahimin istədiyi kimi, hürufilərin hakimiyyəti məhdudlaşmış və Hacı Nemətullahın dediyi kimi "münasibət tənzim olunmuşdu?" "Başımı top eylərəm, meydanə girdim oynaram" sətri başqa təəssürat oyadıb, hakimiyyətin həqiqətən məhdudlaşdığına şübhə doğursa da, İbrahim ümidini itirmədi və bir əlcə kağız parçasında bayaqdan böyük məktub kimi oxuduğu qəzəli kağız-barat sinisi yanmda ayrıca mücrüyə necə ehtiramla qoyduğunu bir o qədər də duymadan dikəlib buyurdu ki, Hacı Firidun gedib onu - Nəsimini gözdən iraq, xəlvət yollarla birbaş buraya -ziyafətgaha gətirsin.
Lakin Hacı Firidun bu gecikmiş dəvətdən daha da kədərlənib:
- Görüş məkanını Nəsimi özü təyin edib, hökmdar. O sənin şəhərə çıxmağını tələb edir. Əks təqdirdə cəmi həq əhlinin iradəsi və həq hökmü ilə əsnaf üzərində hakimiyyətdən məhrum ediləcəksən, - dedikdə İbrahim yenə şübhəyə düşdü: hakimiyyət məhdudlaşmışdısa, Nəsimi ondan "ehsan göstərmək, lütf qılmaq" dilə-yirdisə, bəs bu "təyin", "tələb" nə deməkdi? Yox, bu adamlardan baş açmaq mümkün deyildi: təslim olandan sonra belə xof saçan Fəzlullahın özü kimi onu əvəz edən xəlifə də xof saçırdı.
İbrahim onunla bu dəfə də görüşməsə qeyri-müəyyənlik içində yenidən işgəncə çəkəcəyini anlayıb əlacsız ayağa qalxdı. Əyan-əşrəfin baxışını üzündə hiss edib, onların nə barədə düşündüklərini yaxşı bilsə də, qırğından özünü tamam xəbərsiz kimi tutub Hacı Firidunun müşayiəti ilə meydana endi və ata minmədən şəhərə çıxdı.
Arxasında, sağ-solunda candarlarla, irəlidə silahdarlarla gedən çıraqdarların məşəllərinin işığında darvazadan aralananda o, çaylaq daşlarının üstündə qurumuş qan ləkələri gördü.

Enişaşağı getdikcə çala-çuxurlarda qətrantək qara gölməçələr gördü.
Meydan və Şəbran məhəllələrinin arasından keçib, altı darvazadan gələn altı küçənin qovuşağına çatanda Hacı Firidunun işarəsi ilə silahdarlar sağa, sola çəkildikdə o, qarşısında aynatək parıldayan qırmızı göl gördü. Bu tərəfdə qan elə bil göydən tökülüb divarların da rəngini dəyişdirmişdi. Nəsimi bu bədrəng aləmdə, göldən on-on beş addım kənar, hündür səkidə, ətəkləri yerə toxunan bəyaz xirqəsi ilə birgə daşa dönmüş kimi, hərəkətsiz dayanmışdı. Ətrafında göy əbalı, ağ çalmalı qətiblərdən ibarət böyük dəstə cərgələnmişdi.

Gölə, divarlara və o daş adamın dövrəsindəki dəstəyə baxar-baxmaz İbrahim dərhal anladı ki, "şəhərə çıxmağı tələb edən" yeni şeyx onu buraya adi danışığa çağırmayıb.
Hacı Firidun bu fikri təsdiq edirmiş kimi:
- Heç Kərbəlada da belə müsibət olmayıb, - dedikdə İbrahim geniş yol qovuşağına başdan-başa yayılmış, kəsif qoxusu nəfəs daraldan bu gölün qırağma öz ayağı ilə öz mühakiməsinə gəldiyini hiss edib, əlini çəpkənin yaxasına qaldırdı, dartıb çalkeçirləri qırdı. Sinəsində, boynunda, başında, səhərki halətinin təkrar olunacağını xəbər verən küt ağrı, özünə də yad gələn boğuq səslə:
- Çağır onu, - dedi və Hacı Firidunun Nəsimiyə doğru bir neçə addım atıb tərəddüdlə ayaq saxladığına diqqət yetirmədən, qətib-lərin cərgəsinə göz gəzdirdi.

Qanları yəqin ki, bu göldə əsnaf qanına qarışmış qiyam başçıları - ustabaşılar kimi o, Şamaxıdakı qətibləri də yaxından tanıyırdı. Bayram günləri Şah məscidində namaz vaxtı qətiblər əsnaf məscidlərini təmsil edərdilər, Teymurla müqavilə əsasında xütbə oxunanda, Şirvanın bütün zahidləritək bu qətiblər də xütbəni "cəmi müsəlmanların pənahı, şahlar şahı əmir Teymurun" və "şahlar şahının sadiqi İbrahim ibn Məhəmməd Dərbəndi"nin adma oxuyardılar. Əgər o vaxt bu möminlərin də batinlikdə küfr öyrəndiklərini deyən olsaydı, İbrahim, şübhəsiz, inanmazdı. Hətta bu səhər azan vaxtı məscidlərin sükutundan dəhşətlənəndə də inanmaq istəməmişdi. İndi isə qətiblər göz önündə idilər və İbrahim açıq-aşkar görürdü ki, onlar həqiqətən "yalançı lailahəilləllah" düşməni olub ənəlhəq xəlifəsinin ətrafında cəmləşmişdilər və on iki il ərzində səcdəsində durduqları rəncbər şaha təzim etmədən açıq ittihamla baxırdılar.

Sükut və hərəkətsizlik çox uzun çəkdi.
İbrahim, nəhayət, dözməyib:
- Hüzura çağır onu, Hacı! Şah nüfuzunu xələldar etməməlidir o! - dedi.

Nəsimi ilə qətiblərin sükutunda və hərəkətsizliyində matəmi duymadığı kimi o, matəm içində bu tələbinin necə əcaib səs-ləndiyini də duymadı. Odur ki, Nəsimi birdən qəzəblə dikəlib:
- Yoxuna var demə, şah! Sənin nüfuzun bu qan gölündə qərq olub! - dedikdə, qəzəli kimi onun bu cavabı da İbrahimin ağrılı sinəsinə tiyətək sancıldı.

Qəzəlin ilk sətrində "Ey qılan dəva ki, şahəm" sözləri kifayətdi ki, o, işin başında duran xəlifənin nəzərində şahlıqdan düşdüyünü əvvəlcədən anlayaydı. Anlamamışdı.

"Başımı top eylərəm, meydanə girdim oynaram" sətri kifayətdi ki, Nəsiminin onunla necə rəftar edəcəyini də əwəlcədən görəydi. İndi isə daha gec idi.

Nəsimi səkidən enib şah əvəzində elə bil günahkar bir təbəəni mühakimə etməyə gəlirdi.
- Mən sənin hüzurunda namaz qıldım və Fəzl həqiqətlərinin xəzinəsini töhfə verdim. O xəzinədən bir şey əxz etmədin... Öz ciyərparan Əmin Məhrəm hüzurunda dəfələrlə namaz qüdı. O namazlardan da bəhrələnmədin... Fəzl məramına rəğbətinə görə ehtiram bəslədik biz sənə və ümid etdik ki, lailahəilləllahdan dönməsən də, qəlbində rəğbət həqiqətə yaxınlaşarsan. Amma indi aşikardır ki, sənin nə lailahəilləllaha inamın həqiqidir, nə də Fəzl məramına rəğbətin. Hökmranlıq ehtirasından qeyri varı olmayan, etiqadsız bədbəxtsən, şah! - O, qətiblərin cərgəsi önündə, beş addımlıqda dayandı: - Etiqadsızlığından idraksızlıq törəyib! İdraksızlığından qorxu törəyib! Qorxundan qan törəyib! - dedi. - Ömrünü Div varisi Maranşahla çarpışmaya həsr etməli ikən indi özün Maranşahsan, şah! Üzündə can ağrısı, içində Div qorxusu, mühitini qana boyamaqdan qeyri daha sən heç bir şeyə qabil deyilsən!

İbrahimə elə gəldi ki, bu ittiham içində, Hacı Firidunun xəbərdarlıqla dediyi həmin "həq hökmü"nü - əsnaf üzərində hakimiyyətdən məhrum edildiyini də eşitdi.

O, çəpkənin altında sinəsini sıxıb Miranşaha bənzəməsinə qədər hər şeyi görən bu müdhiş görücünün qarşısında bəraətin mümkün olmayacağını bütün varlığı ilə hiss etsə də, köksünü tutmuş ağrının nəfəs almağa imkan verməsini gözləyirdi ki, ittihamı rədd etsin. "Sizin müridlərtək Şeyx Əzəmin müridləri də mənim hakimiyyətimdən kənardırlarsa, qırğında nə üçün məni təqsirkar bilirsən?" - deyib hələ Şəbran düşərgəsindən qayıdanda nəzərdə tutduğu kimi, "bu Allah işini", "din davasını" yalnız və yalnız Şeyx Əzəmin üstünə atsın.

Lakin Nəsimi aman vermədi:
- İnkara cəhd etmə! - dedi. - Üç gün bundan əvvəl Qazi Bayəzid darvazalarda keşişçilərə və silahdarlara tərk-silah barəsində fərman oxuyub, ey fərmandar! Bu möhtərəm qətiblər o fərmanı öz qulaqları ilə eşidiblər! Qala bürcündə qazinin o fərmanı alova atdı-ğını öz gözlərilə görüblər! Əgər əməlisalehsən, sənə təxt-tac bəxş edən fədakar təbəəni nə üçün tərk-silah etdin?! Tərk-silahda bəd niyyətin yox idisə fərmanı nə üçün yandırdın?!
İbrahim ifşa olunmuşdu.

"Avarizaf'ın ancaq tərk-silah niyyəti ilə car çəkildiyi, əsləhənin Şeyx Əzəmin iqamətgahına daşmıb "təşkil olunmuş dəstəyə" verildiyi və hətta o dəstənin vaxtilə Huşəngin əziz tutduğu farslar içində Hacı Nemətullaha tabe adamlardan, neft göllərindən, duz-laqlardan Şirvanın şəhərlərinə neft və duz daşıyan bakılılardan toplandığı da Nəsimiyə məlum idi və hər şeyə "bu möhtərəm qətiblər" şahiddilər.
İbrahim qeyri-iradi, qətiblərin cərgəsinə baxıb bu lal-dinməz şahidlərin lailahəilləllahdan dönməyindən nə törədiyini elə bil yenidən dərk etdi. Gözləri dolanıb bürclərin alovları ilə işıqlanmış məscidlərin, yuxanda - sıx ulduzlu səma altında şamtək ağaran minarələrin üzərində gəzdi. Öz ayağı ilə təslimə gəldiyi halda xof saçan qocanın mübhəmliyi yalnız indi, birdən-birə aydınlaşdı: məscidlər, minarələr də sanki bəyaz xirqəyə bürünüb sehrli zəhmlə Fəzlullahın hakimiyyətini təsdiq edirdi. Yox, təslim olmamışdı Fəzlullah! Yer altında, bir-birindən möhkəm dəmir qapılar arxa-sında otursa da o, elmi ilə bütün Şirvanı sehrləyib şirvanşahın özünü təslim etmişdi.

İbrahim başını endirib ağrı içində Nəsimidən aralandı.
Gölün qaraya çalan uzaq yerlərində məşəllərin alovları əks edib, yer altında yanğıntək qaynayırdı. Ortada, tünd qızılı aynada isə iri-iri ulduzlar ağarırdı. İbrahim o ulduzlara Hacı Firidunun: "Heç Kərbəlada da belə müsibət olmayıb", - dediyi anda baxıb, vahid səltənətin mavi ipək üstündə gümüş ulduzlarını görmüş və bu ağır təəssüratı dərhal beynindən atmağa çalışmışdı. İndi Nəsiminin ittihamlarından sonra isə təəssüratdan qaça bilmirdi və beyni qövr edən yaratək zoqquldayıb tezliklə halınm xarablaşacağını xəbər versə də, dayanıb düşünürdü ki, əsnafın qanı ilə birgə o, rəncbər şahın qanını da axıtmışdı. O şöhrətli şahı diriltmək üçün o, Nəsiminin bütün ittihamları ilə razüaşmalı, ömrünü Div varisi Miranşahla çarpışmaya həsr etməli ikən özünün həqiqətən Miranşaha çevrildiyini və həqiqətən mühitini qana boyamaqdan qeyri daha heç bir şeyə qabil olmadığını etiraf etməli, Fəzl həqiqətlərindən bəhrələnməyə və bundan sonra heç vaxt, heç bir vəchlə vədə xilaf çıxmayıb, nə qədər dara düşsə də hürufilərə, əsnafa və cəmi təbəəsinə sadiq qalmağa söz verməli idi.
Rəncbər şahı diriltmək üçün İbrahimin başqa çarəsi yoxdu. Həm də dirildikdə bayraqdan qanı yumaq, köhnə şöhrətini qaytarmaq istəyirdisə, bu dəfə o, ancaq sözdə yox, əməlində də ənəlhəqə istinad etməli və demək, Div varisi ilə birgə Divin özünə qarşı da iş görməli idi. Lakin bəs bu onu Divlə yenidən üz-üzə gətirməzmi? "Öz başın da o lənətullahın başı deyilsə, get fikirləş!" - deyən Teymur şirvanşahm hürufilərlə yeni əlaqəsindən xəbər tutduqda bütün Şirvanı qan dəryasında qərq etməzmi? Hürufilər onun -Teymurun həmləsini dəf etməyə qabildirlərmi? Qabil deyillərsə, o - şirvanşah özü, təxt-tacını qorumaq üçün bir daha Teymura sədaqətini sübut etmək, yenidən Şeyx Əzəmlə danışıb ikinci dəfə qan tökmək məcburiyyətində qalmazmı?! Belə düşünər-düşünməz İbrahimin başını içəridən çəkictək döyəcləyən zoqqultular gücləndi və o, ittihamlarla razılığını bildirmək, günahlarını etiraf etmək əvəzinə, birdən dəli kimi qışqırdı:
- Div dediyiniz o cəlladın tələbi önündə necə qan tökməyəydim mən?! "Şirvanda o lənətullahın yüz min başı var!" - dedi mənə o cəllad, yüz min baş tələb etdi! Çapar göndərmişəm, xəbər vermişəm ki, tələbinə əməl olunub. Kim məni əmin edə bilər ki, öz xəbərgirləri indi onun hüzurunda deyillər və mənim çaparımın dediyinin əksinə, demirlər ki, tələbinin beşdən birinə də əməl olunmayıb?! Şamaxıdan kənarda "Ənəlhəq" deyənlərdən bir nəfərinə də xətər toxunmayıb, Fəzl müridləri isə batinlikdə sağ-səlamətdirlər! Sabah Div həmlə çəksə, neylərəm mən?! - Bu artıq başqa İbrahimdi. İndi o, riyasız, məkrsizdi. İşin başında duran xəlifə ilə belə açıq, şikayətli, yanıqlı danışmağından onun - xəlifə-nin sifətinin dəyişdiyini görüb, daha da açıldı və son dərəcə səmimi nida ilə: - Bu gün bu qan bahasına xilas etdim Şirvanı! Bəs sabah necə xilas edərəm? - dedi. - O cəlladın əsgərlərinin sayı qədər qurban verməyə vadar olub, səni mühafızə edən bahadırlarımla, əsgərxasımla bahəm özüm də qurban getmərəmmi?! Mən olmayım şah, sən ol, həmləyə gəlsə, necə və nə ilə çıxarsan onun önünə?! Nəsimi birdən-birə kədərlənmişdi:
- Bu sualı sən mənə bu qandan əvvəl verməli idin, şah! - dedi. - O vaxt bilərdin ki, Div daha əvvəlki Div deyil, öz köhnə hədə-hərbəsi ilə qorxu törətsə də təhlükəsizləşdirilib o. Çıxıb gedəcək.
- Teymur?! Təhlükəsizləşdirilib?! - Maraq və heyrətdən İbrahim hətta ağrısını unutdu. - Necə təhlükəsizləşdirilib?! Kim təhlükə-sizləşdirə bilər onu?!
Nəsimi irəli yeriyib, bircə kəlmə:
- Allah! - dedi.

İbrahim onun gözlərində yenə də haman, tüklərini ürpərdən qığılcımları gördü və "insandan təcrid Allah tanımayan", "elm qüdrətilə "kon" deyib ruhsuza ruh verən" bu anlaşılmaz adamm allahlığına daha heç bir şübhəsi yoxmuş kimi, nəfəs çəkmədən dayanıb onun izahatını gözlədi.
Nəsimi tələsmədən, ağır-ağır sözə başladı:
- Can ağrısından bihalsan. Çalış fəhmlə dinlə və heç nəyi unutma, şah! - dedi. - Fəzl təslimini "Xoşbəxtlik işi" adlandınmşdı. O sənin qorxu əsiri olduğunu, bir dinar üçün bir barmaq, beş dinar üçün beş barmaq kəsdirən bətni murdar tacirbaşının felinə uyub "lailahəilləllah mücahidləri" adı ilə dəstə topladığını, müridlərimizə və elmimizi tədris edən əsnafa divan tutmaq niyyətinə düşdüyünü bilirdi. Odur ki, səninlə "təyin olunmuş məkanda görüş" təyin etmişdi. Xoşbəxtliyi sənin bətnini dəyişdirməkdə və sənin elm ziyası ilə qorxudan xali olub ucalan ruhun vasitəsilə Divə təsir göstərməkdə görürdü... Son vaxtlar mən sənin dərgahına yaxın yerlərdə dərvişlikdə idim, bu möhtərəm qətiblərin mənzillərində və məscidlərdə namaz qılırdım. O səbəbdən mənə əyan idi ki, sən "təyin olunmuş məkanda görüş"dən imtina edəcəksən, dərgahında Atlının cilovunu tutmayıb meydandan qaçacaqsan, Şeyx Əzəmin əlilə qan tökəcəksən və Fəzli Əlincəyə, Miranşahın sərəncamına göndərməyə tələsəcəksən. Fəzlin təsliminə üsyanımın səbəbi sən idin, şah. Ancaq sən!..
Mən sənin bətnini görürdüm. Qorxu əsirliyində mərəzin elə qatı idi ki, bətnini az müddətdə dəyişdirməyə, sənin vasitənlə Divə təsir göstərməyə ümidim yox idi, şah! Odur ki, Şəbrandan məğlub qayıtdığını eşitdikdə özüm getdim Div hüzuruna. Heyrət etmə, bir zaman İbrahim Dərbəndi adında bətni nurlu bir bahadınn Div hüzuruna necə getdiyini xatırla, şah! "Hədiyyələrin üstündə öz başımı gətirmişəm", - dediyini xatırla! Uca şahlıq eşqi və insana məhəbbət aparmışdı səni, o məhəbbətlə də qalib gəlmişdin! Şəbrandan mən sənə o məhəbbətini töhfə gətirirdim. Məni dinləsəydin Nicat yurdumun Adıyüksəyi yenidən həq yanında etibarlı olardı. İndi isə sənə etibarım yoxdur, şah!

Mən Fəzlin vəliəhdiyəm, həq səltənətinin sahibiyəm və Fəzl-həqqəm. İradəm üstündə iradə yoxdur. İxtiyaratım hüdudsuzdur. Tələblərimi dinlə!
Fəzlin təbibi Dərviş Həsən zindanda - Fəzlin yanında olmalıdır, təbibxunkarın Dərviş Həsənlə tez-tez görüşməlidir və Fəzlin sağlamlığı üçün nə lazım olsa verməlidir.

Divin çıxıb getdiyini eşitdikdən sonra Fəzli dübarə zindandan azad edib Fəzl xəlifəsi Mövlana Tacəddinin müşayiəti ilə ləşgərgaha göndərməlisən, qüdrətimizi təsdiq əlaməti olaraq, Fəzli ziyarət etməlisən və tədrisə başlayıb, ilk dərsi ustadın özündən almalısan.
Əmin Məhrəmi Dərbənddən təcili çağırmalısan. Tədris müddətində Fəzl ləşgərgahda, Əmin Məhrəmin şəxsi himayəsində mühafizə olunmalıdır. Tədris tamamlandıqda isə Əmin Məhrəm özü cilovu tutub Fəzli yeni iqamətgaha aparmalıdır!

Tələbləri dinlədikcə İbrahim başında zoqqultulardan, sinəsində, kürəyində dözülməz ağrılardan gözlərinə tor gəldiyini hiss edirdi. Bununla belə, Əmin Məhrəmin adı çəkilməsəydi o, axıra qədər dözəcək və bəlkə də tələblərin hamısına razılıq verəcəkdi. Lakin "Əmin Məhrəm özü cilovu tutub, Fəzli yeni iqamətgaha aparmahdır" - sözlərini eşidib, belə açıqlığın nə demək olduğunu düşündükdə, birdən zərbədən qorunurmuş kimi, geri çəkildi:
- Yox, yox! Vəliəhdimi Şeyx Əzəmin qəzəbinə düçar etməyin! Fəzli zindandan çıxararam, xəlvət guşədə hörmət-izzət göstərərəm! Vəd edirəm, söz verirəm! Amma Əmin Məhrəmi qarışdırmayın bu işə! "Vəliəhdin Kəyumərsin başı da o lənətullahın başı deyilmi?!" -dedi mənə o cəllad! Şeyx Əzəm bilir bunu! Övladımı ölümə vermə, Nəsimi! Bəsdir sizə xidmət etdi, əl çəkin Əmin Məhrəmdən!
Nəsimi minarələr qənşərində minarətək dayanmışdı. Yenə də tələsmədən, ağır-ağır dillənib, İbrahim üçün bu dəfə daha göz-lənilməz bir xəbər dedi:
- Şeyx Əzəm yoxdur, şah! Cəmi həq əhlinin iradəsi ilə minbərdən düşürülüb o! Fəzl xəlifəsi Mövlana Tacəddin sədrəddin təyin edilib!

Qətiblərin cərgəsindən iri, qabarıq gözləri eynilə Nəsiminin gözləritək parıltılı, uzunsaqqallı, siqlətli bir adam irəli yeridi, beləliklə İbrahimin Bakıda - Hacı Firidunun iqamətgahında dəfələrdə gördüyü, hörmətini saxladığı mötəbər qətib də lailahəilləllaha müxalif çıxdı. Lakin İbrahim bundan yox, özünün və Gövhərşahın hakimiyyətindən sonra hakimiyyətin üçüncü pilləsinin - sədrəddin minbərinin də hürufi əlinə keçməsindən dəhşətlənib, bütün varlığı ilə nifrət etdiyi Şeyx Əzəmi və onunla birgə Gövhərşahı qorumağa çalışdı:
- Sizin təyinatınızdan nə hasil? Şeyx Bərəkənin fıtvası ilə təyin olunub Şeyx Əzəm! - dedi. - Əsnaf məscidlərinə sahib olsanız da, hansı ixtiyaratla düşürə bilərsiniz siz onu öz minbərindən?!
Nəsimi Mövlana Tacəddinə baxdı. Mövlana onun - Nəsiminin zəhmindən də ötkəm zəhmlə dillənib, bu gün qırğından sonra cəmi qətiblərin, qanları bu göldə olan şəhidlərin övladları bahadırların və əsgərxasın tələbi ilə Şeyx Əzəmin Şamaxını tərk edib, qızı, müridIəri, üləması və Məlhəm seyidləri ilə birgə Şəbran düşərgəsinə getdiyini, iqamətgahda "təşkil olunmuş dəstə"dən başqa heç kəs qalmadığını xəbər verdikdə İbrahimin dili-dodağı qurudu:
- Dağıtdınız! Məhv etdiniz xanimanımı! Şeyx Əzəm vaveyla qışqırmayacaqmı o düşərgədə?! Haray təpməyəcəkmi ki, Teymur dini xilas etsin?! - İbrahim xırıldayırdı.
Nəsimi bu xırıltını ikrahla dinləyirdi, qorxunun son həddində səsdən də məhrum olan insanın halına acıyırdı və belə xırıltıdan sonra İbrahimlə daha üz-üzə durmaq istəmirdi.
- Xanimanın deyil, dağılan və məhv olan yalançı peyğəmbərin dinidir, şah! Teymura isə çoxdan məlumdur ki, qılınc xilas etmir bu yalanı! - dedi və dönüb uzaqlaşdı.

İndi onun yolu Ruma idi. Mövlana Tacəddinin və qətiblərin müşayiəti ilə bütün gecəni məhəllələrdə gəzib icmaların sərvətindən böyük bir qismini şəhidlərin ailələrinə payladıqdan sonra məscidlərdən birində küncə çəkildi, şagirdlərin döşək salmağını gözləmədən toz qoxuyan quru palaz üstündə bütün günü döşəli qaldı və ayağa qalxanda Mövlana Tacəddinin təyin etdiyi müridlər dəstəsi ilə o axşam Şamaxıdan çıxdı. Lakin bu dərvişlik hələ baş tutmamah, hamını və hər şeyi orduların hərəkətinə bağlayan zəmanənin hökmündən xəbər tutduqda Nəsimi yoldan qayıtmalı və bu vaxta qədər gördüyü müsibətlərdən də dəhşətli bir müsibətin şahidi olmalı idi.


QƏTL

20

Fəzlin təslimindən iki gün sonra sübh tezdən Şamaxıda səs yayıldı ki, Şəbran düşərgəsində ordu qalmayıb. Hələ axşamdan Qarabağ tərəfdən oraya, neçə gün ərzində Bərdə, Ərəş, Şəbran aralığını - düzləri toza bürüyən, talan malı ilə arvad-uşaqla dolu araba karvanları və karvanların sağ-solunda ordu bölükləri axıb gəlirmiş. Qırmızı süvarinin əsgərləri ərzaq qoşunlarının davar sürülərini otaran kənar adamları düşərgədən qovub çıxarırmışlar, qarovul qoşunlarının əsgərləri isə əmir dərgahını ziyarətə gedən zahidlərə hökmdarın adından xələt bağışlayıb yoldan qaytarırmışlar. Yalnız Şeyx Əzəmi heç cür qaytara bilməyiblər və bu vaxt şeyxin dəstəsinə qoşulub xəndək kənannda gecələyən adamlar görüblər ki, göydə ulduzun sayı varmış, düşərgədə məşəlin sayı yoxmuş. Əsgərlər bütün sürülərdə davarı dəridən çıxarıblar, cəmdəkləri duza basıb hisə veriblər, arabaların yüklərini tay vurub yedək atlarına aşırıblar, körpə uşaqları beşiklərə qoyub atların tərkinə bağlayıblar, arabaları xəndəklərə itələyib üstünü torpaqlayıblar. Sonra göydə kəhkəşan kimi işıq seli dağları götürüb. Sübhə yaxın isə nə o işıqdan bir əlamət qalıb, nə də düşərgədən: Əmir Teymur nəinki xəndəkləri doldurtdurub, hətta odun-ocağı, sür-sümüyü də torpağa basırtdırıb ki, onun burada xəndək arasında oturduğunu bildirən bir şey qalmasın. Küncdə-bucaqda gözdən qaçan əlamətləri isə Şeyx Əzəmin müridləri yığışdırmışdılar. Həzrət əmirin ayağının dəydiyi torpağı belə ziyarətgah bilib, ağ çadırın yeri təpə belində namaz qılan Şeyx Əzəmin yanında olanlar öz gözləri ilə görmüşdülər ki, canamazını qatlayıb təpədən enəndə şeyx, Əmir Teymurun doldurtdurduğu xəndəklərin bir hissəsinin yaxşı doldurulmadığına diqqət yetirib, dərhal əbasını yerə sərmiş, torpağı dırnağı ilə eşə-eşə ovuc-ovuc yığıb əbanın üstündə sürüyüb xəndəyə tökmüş, müridlərini və üləmasını da işə qoşub "müzəffər ordunun şöhrətinə xələl gətirən xəndəyi" tamam düzəltdirdikdən sonra isə üzü mumiyalı ölü üzünə bənzəyən qızının əlindən tutub: "Şirvan ya xərabə qalacaq, ya da lailahəilləllah hökmü ilə abad olacaq! Yolumu gözləyin!" - deyib ordunun izinə düşmüşdü.

O iz haraya aparırdı? Fəzl qasidləri ilə Mövlana Tacəddinin əvvəlcədən Fəzldən eşitdikləri fikrə və İbrahimin özünün qənaətinə görə, Teymur birbaş Dərbənd arxasına, Toxtamışın üstünə getməli idi.

"Dosta xidmət naminə düşmənə sədaqət göstərən" Gövhərşahın ilk çaparı bu qənaəti təsdiq etdi.

Amma tezliklə çaparlar başqa tərəfdən gəlməyə başladdar və məlum oldu ki, Teymurun öz süvarisindən əlavə, Qarabağdan çağırdığı bölüklərlə və Şirvan ordusu ilə birgə dörd yüz mindən çox ordu ilə yaxınlaşdığını bildikdə Toxtamış dərhal karvan yolundan çıxıb dağlarla qaçıb. Teymur şirvanlıların bələdçiliyi ilə kəsə yollarla gedib, Təzin çayı üstündə ona çatıb. Lakin döyüş olmayıb. Çünki Toxtamış çayın sağ sahilinə keçib yeganə körpünün üstünü daş-qaya ilə, ağac və kötüklə doldurubmuş. İki gün sərasər, gecəli-gündüzlü, birisi çayın sağı, o birisi solu ilə gedib, yük altında bağrı çatlayan atlarla beşiklərdə əzilib ölən körpələrlə birgə tökülüb dərələrdə qalan ailələrə baxmadan fasiləsiz çapıblar, üçüncü gün dayanmağa məcbur olub düşərgə salıblar. Teymur elə halda imiş ki, gözlərini aça bilmirmiş. Ordu rəisləri - tümənbaşılar, minbaşılar orda-burda əmirlərin ətrafına toplaşıb yalvarırmışlar ki, hökmdar bu qovhaqovdan əl çəksin, Təzin aranı kəsib, onsuz da döyüş baş tutmayacaq, çayın ayağında - suyun lal yerində ordu o taya keçənə qədər Toxtamış qaçıb gedəcək, hökmdar izin versin, onlar - rəislər kiçik dəstə ilə qayıdıb yollarda qalan ailələri tapsınlar, uşaqların meyitlərini dəfn etsinlər... Bu söhbəti eşitdikdə Teymur deyib: "Uşaqları dəfn etməyin iki şərti var. Əvvəla, razı olun ki, qılıncdan başqa bütün əsləhəni arvadlara verib, Toxtamışla nizəsiz, qalxan-sız, dəbilqəsiz vuruşacaqsınız. İkincisi, söz verin ki, iki gündə gəl-diyiniz yolu bir gecədə gedib qayıdacaqsınız". Rəislər, gözləri yumulu hökmdarın yuxulu olduğunu və sayıqladığını zənn edib, ehtiyat xatirinə: "Razıyıq!" - deyiblər. Qaranlıq düşəndən sonra başları dəbilqəli, əlləri nizəli arvadlarını sahildə qalanmış ocaqların ətrafında gördükdə isə hər şeyi anlayıblar: o taydan əlləri nizəli qaraltılara baxa-baxa Teymurun ordusunun yerində olduğunu güman edən Toxtamışı şübhələndirmədən düşərgədən xəlvəti aralanıblar, yüksüz atları tez-tez dəyişdirə-dəyişdirə dördnala çapıb, körpünün üstünü təmizləyib o taya keçiblər və gecə ikən elə sürətlə qayıdıb, düşərgədə pərakəndə dincələn ordunun üstünü elə alıblar ki, Toxtamış əsgərlərinin ancaq bir qismi ilə qaçıb canını qurtarmaqdan başqa çarə tapmayıb.

Bu ilk çaparların gətirdikləri xəbərlərdi.
Sonra Təzin sahillərindən axırıncı çaparlar gəlib İbrahimə çatdırdılar ki, Gövhərşah öz ordusu ilə sağ-salamat geri dönüb tezliklə Şirvanda olacaq, teymurilərdən bir hissəsi xəzinənin üstündə, yaralılar və xəstələrlə birgə Mavəraünnəhrə yola düşüb, Teymur özü isə sorağı Edil* çayı səmtindən alınan Toxtamışın izi ilə gedib; əmirlərin mülahizələrinə görə Toxtamış Edil sahillərində qışlamaq, ordu toplayıb, yaz açılanda Astarxanın* gəmiləri ilə dənizdən keçmək, Qaraqoyunlu Yusiflə və Sultan Əhməd Cəlairi ilə birləşib Miranşahı məğlub etmək, beləliklə, hökmdarı yenidən Bağdadla Rum arasına qaytarıb düşmənlərin əhatəsinə salmaq niyyətindədir, buna görə də hökmdar ondan əl çəkməyib təqib edəcək, nə Edil sahillərində ordu toplamağına imkan verəcək, nə də Astarxanın gəmilərini tutmağına; bu ilin payızında və ya gələn ilin yazında Toxtamış xan ordusunun qalığı ilə birgə məhv ediləcək, ondan sonra Əmir Teymurun qüdrətinə daha bir kimsə şəkk gətirməyəcək, səltənətin daxilində və xaricində bir kimsə onun yolunda dayanmağa cürət etməyəcək; əmirlər şirvanlıların Təzin çayı üzərində rəşadətlərinə görə hökmdarın sədaqətli müttəfiqi şirvanşaha öz razılıqlarını bildirirlər, hökmdarın hökmü ilə, bütün işlərində vəliəhd Miranşaha itaət göstərməsi şərti ilə ona sultan rütbəsi və ləbbadə göndərirlər, keçən il hökmdara və qışda vəliəhd Miranşaha məktubunda verdiyi vədə şərəflə əməl edib kafır Fəzlullah üçün hazırladığı qəfəsin qapısını bağladığına görə isə kəlamı mübarək Şeyx Bərəkənin hökmü ilə şeyxülislam rütbəsi və əba göndərirlər və beləliklə, Şirvanda dinin taleyi ilə birgə Fəzlullahın haqqında fitvanm icrasını da onun özünə tapşınrlar; hökmdarın dərvişlərinə səhih məlumdur ki, kafirin kəlməsini deyənlərin bəziləri Bağdad səmtindən, bəziləri isə Rumdan səltənətimizə həmlə çəkmək üçün fürsət gözləyirlər; odur ki, sultan Şeyx İbrahim kafirin xəlifəsi Əli ən-Nəsiminin heç bir sözünə inanmamalıdır: Əli ən-Nəsimi də öz

*Volqa
* Həştərxan

mürşidi kimi, yalana həqiqət donu geyindirməyə qabil bir iblisdir; Şeyx Bərəkə sultan Şeyx İbrahimə xəbərdarlıq edir ki, o iblisin sehrinə uyub kafıri bir qədər də salamat saxlasa böyük bədbəxtlik baş verər: kafir, Əmir Teymura xidməti ilə Allah yoluna qayıdan vəliəhd Kəyumərsin bətnini yenidən zəhərləyib, onun əli ilə Şirvanda təxt-taca və təxt-tacla bahəm dinə qəsd edə bilər, o vaxt Şeyx Bərəkə sultan Şeyx İbrahimin əziz xələfi vəliəhd Kəyumərsin qətlinə fıtva göndərməyə vadar olar; belə bir bədbəxtliyin baş verməməsi xatirinə məsləhətdir ki, müqəddəs mehrab qabağında ibadətdən sonra ilk dəfə minbərə qalxdıqda Şeyx İbrahimin ilk sözü kəlamı mübarək Şeyx Bərəkənin fıtvasımn icrası barəsində olsun, minbərdən düşdükdə isə, dübarə səfər libası geyinsin, vəliəhd Miranşahın tələbini gözləmədən hökmdann Şirvandakı nəzarət dəstəsinin müşayiəti ilə kafiri fitvada göstərilən məkana apanb, orada onun əlincəli itaətsizlərə, külli Naxçıvana və cəmi mürtədlərə ibrət üçün cəhənnəmə vasil edilməyini öz gözü ilə görsün və o ibrətdən özü də faydalanıb, bir olan xaliq hüzurunda cəmi üsyan və xətalanna tövbə desin; əmirlər vəd edirlər ki, əgər sultan Şeyx İbrahim kafiri tezliklə qətl məkanına çatdırıb hökmdara sədaqətini bir daha sübuta yetirsə, çox çəkməz ki, hökmdar onun vəliəhd Miranşaha tabeliyini ləğv edər və öz adından sikkə kəsməsinə ixtiyar verər.

Bu xəbərlərdən Fəzlə aid olan qismi, rahdarların yol qıraqlarında gecə-gündüz yəhərli-yüyənli saxladıqları onlarla çapar atının çöllərdə leşə çevrilməsi bahasına, demək olar ki, eyni vaxtda Sultaniyyədə Miranşaha, Əlincə düşərgəsində Əmir Qıymaza, bir az sonra isə, Mövlana Tacəddinin səyi ilə Miranşahın ulusundakı bütün həq ocaqlanna və nəhayət, Dərviş Hacının köməyi ilə zindanda Fəzlin özünə də çatdınlmışdı. Fəzl hələ Bakını tərk etdiyi vaxtlardan yazmağa başlayıb, sərgərdanhq aylarında və burada - zindanda tamamlamağa çalışdığı "cəmi yer üzündə həq səltənətinə dair "İsgəndərnamə" dastanından ayrılıb, bir neçə səhifədə, bir qismi fars, bir qismi ancaq alim və şair müridlərinin anladığı qədim bir dildə, rəmzlərlə, işarə və eyhamlarla dolu vəsiyyətnamə yazmış, Dərviş Hacının vasitəsi ilə birinci, ikinci nüsxələri Mövlana Tacəddinə və Fatmaya, üçüncü nüsxəni Şamaxı civarından hələ də dağılışmayıb onun taleyinin həll olunmasını gözləyən müridlərinə, axırıncı - dördüncü nüsxəni isə qasidlərə göndərmişdi ki, hökmən Seyidə və "O əzizlərə" - xəlifələrə yetirsinlər.

Onu nə vaxt, necə apardılar? Külli qırğından sonra sınıb yas sükutuna batmış Şamaxı əsnafından bu barədə heç kəs heç nə bilmədi. Yalnız hər şey olub qurtarandan sonra səs yayıldı ki, Fəzlin özünün, Mövlana Tacəddinin və qətiblərin xahişi ilə şah, hər şeyi gizlin saxlamaq istəyirmiş, buna görə də o gecə darvazalar bağlanıbmış, Mərmər meydanda məşəllərdən qala bürclərində neft alovlarına qədər bütün işıqlar söndürülübmüş. Dərgah qapısından baş darvazaya qədər hər yerdə atlı mirşəblər və silahdarlar, darvaza arxasında karvan yolunun sağ-solunda isə min dəvə belində nəza-rət dəstəsi dayanıbmış və ordunun izi ilə getdiyi gündən səsi-sorağı çıxmayan "Mirqəzəb şeyx" də birdən-birə orada - darvaza arxasında peyda olubmuş. Danışırdılar ki, onun - Şeyx Əzəmin Əmir Teymura bu dəfə də əli çatmayıb. Harada isə dağlarda qızı ölüb, meyiti götürüb Məlhəmə qədər qucağında gətirib. Bunu eşidəndə şah çoxlu qulam, molla, mollaça göndərib ki, dəfn üçün nə lazımdırsa eləsinlər. Şeyxin ordutək silahlanmış qara müridlərlə, əlləri batqanlı dərvişlər və nəzarət dəstəsilə gəlib darvaza arxasında dayandığım eşidəndə isə şah pişvaza gedib özü onu şəhərə dəvət edib. Amma Şeyx Əzəm dəvəti qəbul etməyib: "Bu küfr yuvasına o vaxt qədəm basaram ki, ab-havası pak olsun!" - deyib və şahın bu şərtə cavabını gözləmədən teymurilərə buyurub ki, ləşgərgahda əsgərxasla bahadırları tərk-silah etsinlər, kafırin yalançı sədrəddini ilə qətiblərini və onların əhli-əyalını yığıb gətirsinlər, o iyirmi beş nəfərin əvvəlcə arvad-uşaqlarını toxmacarlıqda oda yaxsınlar, sonra mürtədlərin özlərini alova atsınlar... Danışırdılar ki, teymurilər, qara müridlərin bələdçiliyi ilə qətiblərin məscid küncündə olan arvad-uşaqlarını tapıb toxmacarlığa aparanda əmrin icrasına tələsməyib, o iyirmi beş nəfərin gözü qabağında zənənləri soyun-durmağa başlayıblar. Şeyx bundan çox təəccüblənib. "Siz neyləyirsiniz, övladlarım?! Mən dedim oda yaxın, demədim ki, bədnam edin?!" - deyib. Teymurilərin bu sözlərə gülüşüb, zənənlərlə birgə analarının yanında ağlaşan körpə qızları da zorladıqlarını gördükdə isə şeyx dönüb titrəyə-titrəyə, səndələyə-səndələyə qaranlığa gedib, harada isə yıxılıb və daha qalxmayıb.
Bu vaxt şah dərgahda imiş. Şeyx Əzəmin şərəfsiz ölümündən sevinmək əvəzinə nədənsə çox kədərlənib, xanəgahın ikinci mərtəbəsindən toxmacarlıqdakı cəhənnəm tonqalına tamaşa edib, teymurilərin əllərindən çıxan zənənlərin öz ayaqları ilə alov içinə getdiklərini gördükdə o da bihal olub, başından yapışıb: "Lənət sənə, Əmir Teymur!" - deyib və Hacı Firidunun köməyi ilə birbaşa zindana enib, Fəzlin hüzurunda diz çöküb, bütün olub-keçənlərə, siyasətinə, məkrinə, riyasına görə üzr diləyib: "Buyur, dərvişin Hacı Firidun mənim üzrxahhğımı hamı müridlərə və əsnafa yetirsin!" -deyib və and içib ki, vaxtı çatanda əlli şəhərli diyarın hər yerində, o cümlədən nəsib olsa, Təbrizdə də öz ordusu və vəliəhdi ilə birgə onların - hürufılərin xidmətində duracaq.
Adıyüksək Fəzllə dost kimi vidalaşıb xanəgaha qayıtdıqdan sonra kim isə bir nəfər dərgah qapısından üzüaşağı - əsnaf məhəllələrinə doğru qaça-qaça fəryad edirmiş, özünü divara-daşa çırpa-çırpa divanə qışqırtısı ilə: "Apardılar! Apardılar!"- deyirmiş.
Kimmiş o adam? Fəzl zindana düşdüyü gündən onun yanında olan Dərviş Həsənmi? Yoxsa, tərk-silah bahadırlardan əsgərxasdanmış? Hər kimmişsə, dübarə tutulsa da, məhz onun fədakarlığının nəticəsində bütün məscidlərin müəzzinləri minarəyə qalxıb, şəhərdən kənara - Fəzl qasidlərinə münacat içində söz çatdırmışdılar.
Bəs söz çatdınldıqdan sonra nə olmuşdu? Bu barədə heç kəs heç nə bilmirdi.

O zülmət gecənin dəhşətini törədənlərin özlərindən, İbrahimdən və Hacı Firidundan başqa, hadisələrin tək bir şahidi vardı ki, o da Fəzl özü idi.
İşıqlı dünyaya qapılarından biri divanxanada şah təxtinin qabağına açılan zindandan çıxarılanda onu dərhal qəfəsə salmışdılar.

Meydanda qara müridlər qəfəsin üstünə şığıyıb bəyaz xirqəni bir göz qırpımında qana boyadılar. Son ay yarım ərzində Şeyx Əzəmin dünya nemətləri ilə dolu ərzaq quyularından, şah mətbəxinin ədviyyatlı xörəklərindən, reyhani şərabından kənarda qalıb, bir az bundan əvvəl Şeyx Əzəmin meyitini gördükdən sonra isə, "zavalsız mürid" ixtiyaratının hamısından məhrum olduqlarını an-layıb, "hər şeyin günahını bu kafirdə", "bu lənətullahda" gördüklərini deyə-deyə, zorba mismarları qəfəsin dəmirləri arasından xəncərtək endirən, heç kəslə, heç nə ilə hesablaşmayan bu adamlar onu öldürə bilərdilər. Nəzarət dəstəsindən gələn cağataylar qəfəsi onlardan zorla alıb, özləri ilə gətirdikləri təkatlı arabaya atdılar və dördnala çapıb meydandan çıxartddar. Bədbəxt Dərviş Həsən həmin bu vaxt təbibxunkarın saray küncündə müalicəxanasında qulamların nəzarətindən qaçmış və Fəzl onun fəryad içində "Apardılar! Apardılar!" - deyib şəhər dolusu qışqırdığını da, müəzzinlərin bu kəlməni münacat içində yaydıqlarını da eşitmişdi.

Arabanı yüz addımlıqdan üz qarsan cəhənnəm alovunun yaxınlığında saxladılar. Əvvəlcə qətiblərin, sonra Mövlana Tacəddinin qollarından, qıçlarından yapışıb, əşyatək yellədib alova atdılar. Fəzl yeddi il sərasər batinlikdə bir dəfə də dözümsüzlük etməyən, hətta ömürlərinin bu son anlannda da heç bir çılğınlıq əlaməti bildirməyən canişinlərinin və həq səbirli, həq dəyanətli Mövlana Tacəddin Möhtərəminin qırmızı alov içindən burula-burula qalxan qara tüstüyə çevrildiklərini öz gözü ilə gördü, amma münacat içində yayılan "Apardılar!" kəlməsini unutmadı.

Dərviş Həsəni kəmənd ucunda, at quyruğunda sürüyə-sürüyə gətirdilər. Fəzl təbibinin əzablardan qurumuş xırdaca cisminin lap yüngülcə bir əşyatək, tonqalın ortasına tulazlandığını da öz gözü ilə gördü, tabuttək dar, təkadamlıq qəfəsdə bədəninin taqətdən düşüb dəmirlər arasında asdı qaldığını hiss etdi, amma o kəlməni yenə də unutmadı. Minarələrdən şəhər civarına və şəhər civarından, şübhəsiz, müridlərə çatdırılan o kəlmə ilə birgə Fəzl Fatmanın və Yusifın sözlərini də eşidirdi; dəyişib tanınmaz olmuş varis durğun üz və soyuq qətiyyətlə: "İndi ki gedirsən, get, amma bil ki, Naxçıvana aparılanda hamımız dalınca gedəcəyik, o taydan, bu taydan hamını çağırıb səni xilas edəcəyik", - deyirdi. Varisin əksinə, birdən-birə yalvarışlı olmuş Yusif göz yaşı tökə-tökə: "Xətalarımın hamısı sənin səlamətliyini qorumaq əzmindəndir, ancaq və ancaq sənə məhəbbətimdəndir. Görürəm etirazım əbəsdir, get, amma bil ki, Əlincə qənşərinə aparılanda hamımız dalınca gedəcəyik!" - deyirdi və Fəzl bu iki nəfərin indi necə kor ehtirasa qapıldıqlarını görürdü... "Tezliklə aparılacağını" və bu barədə Miranşahın ulusundakı bütün həq ocaqlarına xəbər verildiyini eşidəndə o, Dərviş Həsəni təbib-xunkardan dərman-dava almaq bəhanəsi ilə göndərib Dərviş Hacını çağırtdırmış və dəmir şəbəkələr arxasından gözlərini ona dikmiş lailahəilləllah mücahidlərinin nəzarəti altında, fikirlərini rəmzlərlə pərdələməyə çalışaraq Hacıya dönə-dönə tapşırmışdı ki, "böyük qızla birgə bütün övladlar bu atanın sözünü əziz tutub namazı tərk etməsinlər, kimsəsizlərin kimsəsi həq-təala özü necə buyurursa, elə də olsun", yəni varis də, müridlər də Fəzl məramından əl çəkməsinlər və həq iradəsindən kənar işə yol verməsinlər... Dərviş Hacı onun övladlarmın dönüklüyündən, xüsusilə böyük qızın "ata sözünə biganəliyindən" şikayətlənib, "atanın dediyi adama ərə getmək istəmədiyini", yəni həq iradəsinə tabe olmadığını bildirdikdə Fəzl, nəhayət, rəsmi "Vəsiyyətnamə" ilə hər şeyi rəsmiləşdirmək qərarına gəlib, zindan küncündə, hisli yağ çırağının işığında, o çırağın alovutək titrəyən sarı qamış qələmlə birnəfəsə yazdığı səhifə-ləri dörd dəfə köçürməyincə və mətləbini hər dəfə yeni-yeni rəmzlərlə gizlədib, vəsiyyətinin ünvana çatacağına əmin olmayınca ayağa qalxmamışdı. Bütün nüsxələrdə yalnız birinci sətir -"Bismillahir-rəhmanir-rəhim" sözləri mətləbdən kənardı ki, Fəzl bunun da rəmz sayılıb anlaşılmazlıq törədəcəyindən ehtiyatlanıb, bir qədər aşağıda "birinci sətri oxumağa dəyməz" yazmışdı. Bundan - birinci sətirdən və sətrə dair qeyddən başqa nə yazmışdısa hamısı ancaq bir qayğı ətrafında cəmləşmişdi: "Böyük qızıma salam* deyin, atanın vəsiyyəti budur*, "Ortancılıma, kiçiyimə salam deyin. Bütün ailə üzvlərinə* salam söyləyin, amandır namazı tərk etməsinlər*, "Allahın, Allahın, Allahın xatirinə övladlarımın qorunmasında qüsura yol verilməsin*, "Ayrı cür hərəkət edilməsin". "Özünüzü, özünüzü, yalnız özünüzü qoruyun, əzizlərim, atanın vəsiyyəti budur".

* Sülh
* Yəni sülh vəsiyyət edirəm.
* Müridlərə
* Yəni təbliğatı hərblə əvəz etməsinlər
* Yəni müridlərin varlığından mövcud olan həqqin qoruması xatirinə müridlərin qorunmasında qüsura yol verməsinlər.





Ürək çırpıntılarına bənzəyən bu qısa-qısa cümlələrdəki təlatüm kimə necə təsir etmişdi? - Fəzl bilmirdi.
"Seyid Əli övladlarının yanında olsun", - yazmışdı, bu sözlərin Nəsimiyə çatıb-çatmadığını, onun qayıdıb-qayıtmadığını da bilmirdi.

Bildiyi ancaq bu idi ki, Dərviş Hacıdan və Adıyüksəyin sözündən təkidlə xahiş etdiyinə və onların xahişə əməl etmək üçün cidd-cəhdlə çalışdıqlarına baxmayaraq, aparılmağı gizlin qalmamış, Fatmanın, Aişənin, İsmətin ətrafında olan Fatma ilə Yusifin mövqeyini təqdir edən mötəbər müridlərdən hər birinə ayrı-ayrılıqda "salam" göndərilsə də, şübhəsiz, indi onlar da hər şeyi unudub xilas tədbiri ilə atlanmışdılar.

Qəfəsi kəmənd ipi ilə arabanın cağlarına bağladılar. Qamçı şaqqıldadı. Min dəvə belində dəstənin qeyri-adi sürətindən xəbər verən gurultu qopdu, Fəzl səkkiz ilə yaxın bir müddətdə dağ belində ləşgərgahı, dağ ətəyində sarayı, ulduzlu göy altında minarələri, qapıları çıxarılmış darvazaları ilə birgə doğmalaşıb, böyük qələbələr vədi ilə onu fərəhləndirən şəhərə son dəfə baxmadan hər birinin belində tonqal qaladığı, hər birinin ucalığında uca fikirlər söylədiyi dağlarla, nəbatatını öyrəndiyi, bulaqlarından su içdiyi yamaclarla vidalaşmadan, gözlərində cəhənnəm tonqalının şəklini, qulaqlannda təbibinin fəryadmı, ürəyində labüd külli qırğın dərdini apanb, qəfəsin dəmirlərinə çırpıldıqca qanına bulanan bədənini sərf-nəzər edib, qaranlığa, boşluğa, kimsəsizliyə getdi; nə səhərisi Kür-Araz qovşağında üzünə çırpılan soyuq su onu ayıltdı, nə də sonrakı günlərdə Araz boyunda qabağına çıxdıqca onu yaxından görmək üçün arabanı dövrəyə alan teymuri dərvişlərin lənətləri, söyüş və təhqirləri.
Naxçıvan yayının elə vaxtı idi ki, gündüzlər torpaq qovrulub, dağ-daş kürətək qızsa da, gün batanda bürkü elə bil qılıncla kəsilir və havaya da elə bil tiyə soyuqluğu hopub üşütmə gətirirdi. Ata-baba yurdunun bu təzadı və yanıq qoxusundan sonra yovşan ətri də Fəzli cisminin fövqündəki qaranlıq boşluqdan ayırmadı. Yalnız insan səsi, böyük və doğma kütlənin uzaq əks-sədatək "Ənəlhəq!" qışqırtılan onu ağrı və əzabla dolu qəfəs içinə qaytardı. Fəzl köksündəki iniltini boğmağa: "Qalx, ey həq! Qalx!" - deyib dirçəlməyə, dikəlməyə, qışqırtıların haradan gəldiyini görməyə çalışdı. Lakin həq iradəsi bu bədənə çox zülm etmişdi, bədən daha iradəyə tabe olmurdu. Fəzl başını belə qaldıra bilmədi və görmədi ki, min dəvə belində dəstə xəlvət dərədən ildırım sürətilə çıxıb günbatan tərəfdən düşərgəyə girəndə, əks tərəfdə, İlan dağından Əlincənin ətəyinə qədər geniş ərazi "o taydan, bu taydan çağınlmış", "ətəyinə daş yığmış" bəyaz kütlə ilə, dağlardan, mağaralardan tökülüb gəlmiş silahlı, silahsız əsnafla, zirehli, qalxanlı, nizəli əlincəlilərlə dolu idi və əgər min dəvə belində dəstə dərədən çıxanda dərhal özünü düşərgəyə - dərin xəndəklər arasına salmayıb azacıq ləngisəydi qəfəsin ətrafında qan su yerinə axa bilərdi.
Onu qəfəsdən çıxartdılar, arabadan düşürüb Əlincə səmtində -düşərgənin qurtaracağında hündür təpə belinə apardılar.

Kobud, kinli və rəhmsiz əllər onu təpə belinin daşlığına atdıqda Fəzl yenə də cismindən ayrılıb qaranlıq boşluğa getdi və bütün gecəni kimsəsizlikdə, fikirsizlikdə qalıb, beynini məngənətək sıxan qırğın dərdindən başqa heç nə hiss etmədi.

Sübhün alatoranında zəncir cingildədi. Hər yerdə, hər bir şəraitdə mühitin səsinə həssas Fəzl cingiltini eşitdi, amma ayaqlarına zəncir bağlandığından və qatillərinin onu at quyruğunda sürümək niyyətində olduqlarından xəbər tutmadı, çünki bu vaxt ani yuxuya bənzəyən çox qısamüddətli rahathqdan sonra kirpiklərinin arasına dolan sərt ayazdan gözlərini açdıqda ona böyük xoşbəxtlik üz verdi: "İtkin düşmüş Pünhan dərvişi" - "Div qapısının açarı" Mövlana Mahmud sağ-salamatdı, təpə belində, ordu rəislərinin arasında Əmir Qıymazla yanaşı dayanmışdı. Baxışında etiqad səbri, uzun, göy əba içində duruşu, təmkini, dəyanəti ilə eynən mərhum Mövlana Tacəddinə bənzəyən əziz Pünhan onun gözlərini açdığını görüb bir neçə addım irəli yeridi:
- Nigaran getmə, ustad! Div özü əsir olub bizə, Şeyx Bərəkədən və qeyri lailahəilləllah seyidlərindən xəlvətdə vəliəhdinə əmr göndərib ki, "Fəzlullahdan başqa hürufilərin heç birinə əl qaldırmasın". Vəliəhd çaşqındır. Mənim ətrafımda isə hamı həq mövqeyindədir,- dedi və xəbərini təsdiq əlaməti olaraq, Əmir Qıymazla tümənbaşdarın qurşaqları altında ağaran qeyri-adi silaha işarə etdi.
O qeyri-adi silah taxta qılıncdı!
Fəzlin sinəsi vəcdlə qabardı. Gözlərində yaş qaynaya-qaynaya qəhərdən titrəyən, hissiyyatla dolu asta səslə:

-Mütəşəkkirəm, övladım, mütəşəkkirəm! - dedi. - Bağışla məni, sənin barəndə bəd gümana düşmüşdüm, ruhunda sarsıntı görürdüm, sındığını zənn edirdim. İndi anlayıram ki, o gecə Kür qırağında təslim hökmünü qırsan da, fəhm edibsən ki, mənim son mənzilim Əlincə qənşəridir. Müridlərimin xilas fikrinə düşəcəklərini əvvəlcədən görüb bu qədər tədbirli işləməyini tərif etməyə söz tapmıram, övladım! Təşəkkürümü Seyidə də yetir. Mən bilirdim... bilirdim ki, o əzizimin Divə təsiri bəhrəlidir. Öz hüdudsuzluğu ilə Nəsimi çox divləri əsir edəcək. Amma qoy unutmasın, heç vaxt unutmasın ki, bəhrələrinin sabitliyi karvan içində mövqeyimizin sabitliyindən asılıdır. Bircə ocağımızda, tək bircə ocağımızda mövqeyin dəyişməsi kifayətdir ki, Div divliyində qalıb yeni qırğın buyursun. Təşəkkürümü yetir və mənim adımdan tapşır ki, Seyid heç vaxt heç bir vəchlə tək öz qüdrətinə güvənməsin, Rumda işini qurtaranda səninlə birgə qayət məxfi ocağa getsin, sən orda - payi-təxtdə əsirlikdə olan əzizlərimizin xilası üçün tədbirdə ol, o əzizim isə "həq sirri"ni açıb mövqeyimizi şərh etsin, sonra iki ildə gəzdiyi yerləri yenidən gəzsin, Bağdadda, Surda, Hələbdə, Şamda, hər yerdə, hər yerdə, ancaq və ancaq mövqeyimizin şərhi ilə məşğul olsun... Tapşır heç vaxt unutmasın ki, Div dünyanı fəth etmək niyyətindən əl çəkməyəcək. Unutmasın ki, o bətndə nə qədər təbəddülat yaratsa da, cahangirlik ehtirasını söndürməyəcək, Toxtamışla müharibəsini qurtaranda Div hökmən Bayəzidlə döyüşəcək, ömrü çatsa Misirə, Hindistana, Çinə də gedəcək. Bunu o əzizim heç vaxt unutmasın! Bir daha hüzurda olsa onun cahangirlik ehtirasına toxunmasın, dəfatla deyirəm: yalnız və yalnız mövqeyimizi şərh etsin...

Fəzl getdikcə rəvanlaşan vəcdlə danışdıqca danışmaq, yer üzündə divlərdən ən müdhişinin "əsir olmağı", dünyada ən uzun-müddətli mühasirə mühitində rəmzi qılıncın qələbəsi və vaxtilə Ziyaülmülk müsibəti ilə məşhurlaşmış ən qəddar bir hakimin həq mövqeyində dayanması nə qədər böyük bəhrələr vəd etsə də, vəhdətin minillik yolunda elmin qələbələri naminə həq mövqeyinin sabitliyinə dair hələ çox fikirlər demək istəyirdi. Həq üçün bundan - ömrün sonunda da fikir demək imkanından böyük xoşbəxtlik ola bilməzdi. Lakin Mahmudla birgə o, xəndək arxasında, toranlıqda ağaran, bozaran kütlələri də görür və "ətəklərinə daş yığmış" müridlərinin hərb, həmləqabağı sükuta bənzəyən gərgin sükutu altında gizlənmiş təhlükəni də duyurdu. Odur ki, əziz Pünhanı ilə vidalaşıb, dərhal xəndək arxasına müraciət etdi, vəcdinin və həq qabiliyyətinin qüdrəti ilə tamamilə sağlam adam kimi dikəlib, səsini izdihama çatdırdı:
- Dinləyin, övladlarım! Dinləyin və əmin olun ki, bu gün burda icra edilən hökm həqtəalanın öz hökmüdür! - dedi. - Qoy hamı bilsin ki, bu işə heç kəsin qarışacağı yoxdur. Yazılan fitvalar, zindanda saxlanmağım və buraya gətirilməyim barədə verilən buyruqlar sizi çaşdırmasın, övladlarım. Fitvalar da, buyruqlar da işin zahiri tərəfləridir. Dünən özlərini mənə düşmən bilənlər bu gün həq nişanəsi - müqəddəs rəmz gəzdirirlər. Bu gün özlərini mənə düşmən bilənlər isə sabah müqəddəs rəmz gəzdirəcəklər. Adəm övladı həqiqəti fəhm etməyə qabildir. Bu səbəbdən də mən ömrümü onun yolunda qoydum. Canımı da onun yolunda verirəm. Bu həq nəsibidir: min-min illər ərzində cəmi kamillər özlərini karvana qurban veriblər. Nə qədər ki, bəşər vəhdətə qovuşmayıb belə olacaq, övladlarım!.. İndi mən də gedirəm. Həq sizdə qalır, əzizlərim! Həq ömrünün əbədiliyi xatirinə, mənim ölümümə etiraz və üsyanları bətninizdən çıxarın, daşı ətəyinizdən tökün! Bəşərin ən böyük bəlasını törədən, qardaşı qardaş qatili edən daşdır o daş! Kaman və tir də, zor və qüınc da, külli qırğın da o daşdan törəyib. Ali ikən ibtidaya qayıt-maym, həq ikən nahəq olmayın! Elmimizi məhv etməyin, övladlarım! Son sözüm və vəsiyyətim budur!
Bədbəxtlik gözlənilmədən Nəsiminin fəryadı ilə başlandı. Fəzl axırda sərt hərəkət və qətiyyətlə Əmir Qıymaza tərəf dönüb:
- Hökmü icra et, övladım! İşini gör!-dedikdə haman fəryadı eşitdi və diksinib baxdıqda şagirdini xəndəyin arxasındakı lap yaxın bir dikdirdə, Fatma ilə Yusifi isə onun sağ-solunda gördü.
Nəsiminin hönkürtülü fəryadı bütün mühitə hakim kəsilmişdi:

Ey müsəlmanlar, mədəd, ol yari-pünhan ayrılır, Ağlamayım neyləyim, çün gövdədən can ayrılır.

Ey sənəm*, hicran əlində naleyi-zar eylərəm, Gözlərimdən sanasan dəryayi-ümman ayrılır.

Ol səbəbdəndir ki, mən bimarü rəncür* olmuşam, Xəstə könlüm mərhəmi ol dərdə dərman ayrılır.

Taqətim, səbrim tükəndi, yarsız mən neylərəm? Əqlimi şeyda qılan ol çeşmi fəttan ayrılır...

*Büt, insan
*Çarəsiz xəstə

Vəsiyyətində "Seyid övladlarımın yanında olsun" yazarkən Fəzl xilas fədakarlığına qarşı Nəsiminin möhkəm dayanacağına şübhə etməmişdi. Bütün yolu labüd külli qırğın dərdi ilə gəlib "Ənəlhəq!" qışqırtılarını eşidəndə də, "ötəri qayğılardan yüksəkdə və hər şeyin fövqündə olan o əzizinin" mövqeyindən başqa heç nəyə ümid bağlamamışdı. Odur ki, "Ey müsəlmanlar, mədəd! - deyən, - Taqətim, səbrim tükəndi, Yarsız mən neylərəm?" - deyən şagirdinin fəryadı onun üçün gözlənilməz olduğu qədər də ağır oldu və o, ali ruh sahibinin də Fatmanın, Yusifin mövqeyinə endiyini düşünüb, arxası üstə daşlığa sərildi.
Fəzl səhv edirdi.
Yusif bir tərəfdən Nəsiminin üstünə yeriyib bağırdı:
- Ağı deməyə yığışmamışıq biz bura! Günümüzü car çək! Həmlə buyur! - dedi.

Fatma o biri tərəfdən cumub, onun - Nəsiminin yaxasını didişdirə-didişdirə dəyişib tanınmaz olmuş xırıltılı səslə qışqırdı:
- Car çək! Günümüzü car çək! - dedi.
Hələ dünəndən, qəfəs düşərgəyə gətiriləndən bəri onlar dəfələrlə Fəzl günü tələb etmişdilər; bütün gecə izdihamı çaxnaşdırıb, dönə-dönə Nəsiminin üstünə qayıtmışdılar; Nəsimi daştək, qaya-tək hərəkətsiz və səssiz qalmışdı. İndi isə o, təpə belində ustadının ayaqlarındakı zəncirlərlə at belində icraya hazır duran iki süvaridən və Mövlana Mahmudun birdən-birə qaralıb qətlə çox qalmadığını bildirən əzablı üzündən başqa heç nə görmürdü və öz içindəki yanğından başqa heç nə duymurdu. Fatmanın qeyri-insani xırütısı yanğını daha da artırdı:

Məhşəri-yovmul-hesab qopdu qiyamət başıma, Ey Yusif* surətli, məndən piri-Kənan* ayrıhr.

Ey cigərsuz nari-firqətdən Nəsimi, çarə nə?
Hər kimə "nəhnü qəsəmna"* çün əzəldən ayrıhr.


* Qədim məxəzlərə görə, Kənan hökmdarı Yəqub peyğəmbərin kiçik oğlu, qardaşlarının xəyanəti ilə quyuya salınıb, saflıq, gözəllik və əzabkeşlik rəmzi kimi dillərə düşüb.
* Yəqub peyğəmbər, intellekt rəmzi.
* Hər kəs məqsəd yolunda ölməyə and içibsə.

Onun fəryadına yenə də Fatma ilə Yusifin bağırtıları qarışdı, qətl məqamında mövqeləri ilə belə ayrılmaz olmuş bu iki nəfər bir-birinin sözünü kəsə-kəsə izdihama müraciət etdikdə isə, elə bil dağlar tərpənməyə, qayalar qopub dağılmağa başladı. Gurultu qopan tərəfə, düşərgənin kənarı ilə uzanıb gedən xəndək boyuna baxdıqda Nəsimi müharibələr tarixində görünməmiş bir müharibə gördü.
Cəmisi beş-altı ərəş enində xəndəyin sağında qaynayan bəyaz izdihamdan xəndəyin soluna, çapqanlar* arxasında gizlənmiş ordu səflərinin üstünə elə aramsız daş yağmuru tökülürdü ki, bir nəfər də başını qaldıra bilmirdi. Qılınc və nizə zərbəsinə qarşı düzəldilmiş gön üzlü, taxta çapqanlar parçalanıb dağıldıqca dəbilqələri də əzən dəhşətli yağmur altında ordunun səfləri pozulduqca pozulurdu. Amma əsgərlər geriyə, düşərgəyə doğru addım atmadan, xəndək boyunda - yarğan qaşında nizələri hazır saxlamağa çalışırdılar. Çünki o biri tərəfdən - bəyaz izdihamdan xəndəyə insan əvəzində elə bil qar uçqunu tökülürdü: ətəklərindəki daşları atıb qurtardıqca müridlər xəndəyə tullanıb üst-üstə qalaqlanırdılar, aşağıda, basırıqda qalan yoldaşlarının boğulub öldüklərini bilə-bilə, tərəddüd etmədən tökülüb, bədənləri ilə xəndəyi doldurduqca doldururdular ki, arxadan yeriyən kütlə onların meyitləri üstündən düşərgəyə keçsin... Nəsimi bütün aydınlığı ilə görürdü ki, ehtirası qələbə, silahı daş olan çılğın bir ordu yaranmışdı. Bu ordu qələbə çalacaqdımı, ustadı xilas edəcəkdimi? Məlum deyildi. Arazın o tay-bu tayından axıb gəlmiş saysız-hesabsız həq əhlinin bətnində elmin məhvi isə şəksizdi. Odur ki, hətta xilas ümidi də Nəsimini sevindirmədi. Qarşısıalınmaz fəlakət duyğusu necə üstün gəldisə o, tamam ümidsizləşib, acizləşib, nə isə deməyə, danışmağa belə cəhd etmədi. Yalnız düşərgədən xəndəyə doğru yeni ordu səfi yeridiyini gördükdə çırpınıb, sözünü izdihama çatdırmağa çalışdı:
- Bu məhşərdir, ey müridlər! Dayanın! Əl saxlayın! Məhşərdir! Məhşərdir! -dedi.

Lakin səsi hərbin gurultularında boğulub hədəfə çatmadı. Həmin bu vaxt yer üzündə ən böyük cinayətlərdən biri baş vermişdi: çılğın bir bədheybət at belindən yerə atılıb, əlindəki qəməni Fəzlin köksünə sancmışdı.

*Səngər qalxanı

Bir az əvvəl Fəzl də sözünü izdihama çatdırmağa çalışırdı, eynilə şagirdi kimi, o da qarşısıalınmaz fəlakət duyğusu ilə:
- Bu məhşərdir, övladlarım! Məhşərdir! Məhşərdir!- deyirdi və onun səsi də hərbin gurultularında boğulub hədəfə çatmırdı.

Qəmə köksünə sancıldıqda o, yalnız həq qabiliyyətini qorumağa çalışıb, qatilinin - Miranşahın üzünə belə baxmadı. Miranşah isə, dəstəyinə qədər işləmiş qəmənin qəribə çökük kökslə birgə necə sakit-sakit qalxıb endiyini və ağ saqqallı, sədəftək ağ üzdə heç bir ağrı, əzab əlaməti olmadığını öz gözləri ilə görüb, bir xeyli ona baxa-baxa qaldı. Sonra insan öldürdüyünü ömründə ilk dəfə anlamış kimi, dolaşıq addımlarla geri çəkildi, atını təpə belində qoyub düşərgənin dərinliyinə doğru getdi.
Gurultu, şaqqıltı davam edirdi. Müridlər qətldən hələ xəbərsizdilər. Miranşahın Sultaniyyədən özü ilə gətirdiyi min süvari arasından çapıb təpə belinə qalxdığmı və orada, sübh şəfəqində parıldayan qəmə ilə Fəzlin üstünə şığıdığını hamıdan əvvəl Fatma görmüş və səssiz-səmirsiz yerə sərilmişdi.

Yusif gah ustadın, gah da Fatmanın halətinə anlaşılmaz sakitliklə, Nəsimiyə isə qəribə rişxəndlə baxırdı:
- Mövqeyin bəhrəsini verdi, diləyinə çatdın! - deyirdi. - Natiq oldun! Təxti-tacın mübarək, ey Sahibəz-zəman! - deyirdi. Sonra Fatmanı yerdən qaldırdı, çay tərəfə, enişə sürüyə-sürüyə: - Bizi axtarma! - dedi.

Nəsimi öz içindəki iniltidən başqa heç nə eşitmirdi, sinəsində qəmənin sədəf dəstəyi ağaran ustadından başqa heç kəsi görmürdü, zəncirlərin uclarını bellərinə dolamış iki süvari Fəzli təpədən üzü-aşağı çayın məcrasına və oradan dərəyuxarı sürüyəndə onun iniltisi hönkürtüyə çevrildi...

Düşərgəyə ölüm sükutu çökmüşdü.
Xəndəyin bir tərəfındə ordu səfləri, o biri tərəfmdə müridlərlə əsnafın qarışıq dəstələri və əlincəlilər pərakəndə dayanıb, uzaqda daşlara, qayalara çırpıldıqca atılıb-düşən qaraltının dalınca boylanırdılar. At quyruğunda gedən o qaraltının Fəzl olduğuna inanmaq mümkün deyildi.
Gün yayılanda Əmir Qıymazın işarəsi ilə ordu çadırlara doğru dağılışdı.
Müridlər qurşaqlarını uc-uca bağlayıb, xəndəkdən yoldaşlarının ölülərini, dirilərini çıxarmağa başladılar. Bu vaxt Nəsimi çay qırağına enmişdi. Daşların, qayaların aralarında ustadın parçalanıb dağümış cismindən qalan əlamətləri ətəyinə yığa-yığa uzaqlaşırdı.
İşlərini qurtaranda müridlər də onun dalınca getdilər.

O axşam, qaranlıq qanşanda bəyaz izdihamın qabağı Əlincənin sol səmtində, Naxçıvan tərəfdən göründü. Çiyinlərində tabut gətirirdilər.
Düşərgədə, Miranşahın çadırının dövrəsində çaxnaşma düşdü. Hökmdardan "Fəzlullahın özündən başqa hürufilərdən heç birinə əl qaldırmamaq" barədə qəribə əmr aldıqdan sonra yenə də anlaşılmazlıq içində vurnuxan vəliəhdin xırıltılı bağırtısı eşidildi:
- Kim rüsxət verib? Nə cürətlə dəfn edirlər?! Şeyx Bərəkənin hökmüdür: hər tikəsi bir dərəyə dağılmalıdır! Nişanəsi qalmamalıdır! Ziyarətgaha çevrilməməlidir!

Əmir Qıymaz Miranşahın başağrısının növbəti şiddətindən xəbər verən bu bağırtının yeni fəlakət törədəcəyindən ehtiyatlanıb cəld atlandı və vəliəhdin adını tutmadan:
- Özüm öyrənərəm. İnanmıram Fəzlullah olsun, - dedi. Bəyaz izdiham çayın sol sahilində, Xanəgah kəndinin gündoğanındakı yarğan qaşında qazılmış qəbrin dövrəsinə yığışanda Əmir Qıymaz kənardan soruşdu:
- Kimi dəfn edirsiniz? Dedilər:
- Şeyx Xorasandır.

Pünhan müridlə onun ustadının sirlərinə vaqif əmir bu adı eşitdikdə dərhal atdan düşdü, son mənzilinə də gizlin adla gedən şeyxdən yadigar rəmzin dəstəyini sıxıb, ehtiram və yasla başını endirdi.

Yarğan qaşında, vaxtilə Şeyx Xorasanın öz məramını ilk dəfə car çəkdiyi yerdə onun məşəlinə rəmzən tək məşəl yandırıldı. Əlincə dərəsindən başlayaraq Naxçıvanın küçələrinə qədər, hər yerdən ustadın əlamətlərini sükutla yığıb, sükutla qayıtdıqları kimi, tabutu da dərin sükutla qəbrə endirdilər. Gecəyarıya qədər eyni sükutla qəbrin başına dolana-dolana, ovuc-ovuc torpaq atıb, Fəzl əvəzində, sanki bütün ümidlərinin, arzu və diləklərinin üstünü torpaqladılar.
"Cümlə aləmdən yaranıb cəmi bəşərə mənsub olan" cəfakeşin ömrü belə başa çatdı.
* * *

On bir il keçdi. Bu müddətin əvvəlində - 1395-ci ildə Teymur Toxtamışı Astarxanda məğlub edib, vəsaitsiz, ordusuz, köməksiz, kimsəsiz qoyub, yalquzaqtək çöllərə saldı. İldırım Bayəzidi isə 1402-ci ildə Anqara yaxınlığında məğlub edib əsir aldı. Salnaməçi yazır ki, Rumdan qayıdanda o, Bayəzidi dəmir qəfəsdə arabaya qoyub öz yanında aparırmış, gündə bir dəfə atını arabaya yaxın sürüb, qəfəsin dəmirləri arasından onun - Bayəzidin üzünə tüpürürmüş, "Varisin Süleyman səni mühasirədə qoyub qaçdı, səltənətin rəzil oldu!" - deyib Rumun taleyi barədə hər dəfə bir-birindən ağır xəbərlər danışırmış və bununla, çalmasının ucunu sol qaşının üzərindən kor gözünün üstünə sallayıb, tək gözü ilə qırğıtək baxan düşmənini sarsıtmağa, sındırmağa, əzab verməyə çalışırmış. Nə üçün? Belə hədsiz qəzəbin səbəbi nə imiş? Teymurun ətrafındakı hadisələrin bilavasitə şahidi olub, gördüklərini, eşitdiklərini dübarə qeydə alan salnaməçi Nizaməddin Şami ilə sonralar onun yazdıqlarını təkrar edən digər salnaməçilər bu qəzəbi cümlə cahanda hökmranlıq üçün yaranmış qüdrətli bir cahangirin əbəs yerə böyük iddiaya düşmüş digər cahangirə adi münasibəti kimi, Anqara döyüşündə Bayəzidin ona - Teymura böyük itki verməsi ilə izah edib, həmin döyüşdə hökmdarın əziz və istəkli nəvələrindən birinin ağır yaralandığını, Səmərqəndə aparılıb orada vəfat etdiyini təfərrüatla yazmağı da unutmayıb, əsl səbəb barədə isə işarəyə, eyhama belə yol verməmişdilər və beləliklə, Bayəzidə qəzəbin səbəbi ilə birgə, Teymurun həyatının son illəri də həmişəlik qaranlıq qalmışdı. Doğrudur, Səmərqənd əmirinin haqqında hər şeyi öyrənmək tapşırığı ilə uzaq Kastiliyadan Mavəraünnəhrə gedən elçi-salnaməçinin yazdığı həqiqətlər dünya dillərinə tərcümə edilib yer üzünə yayıldıqdan sonra tarixçilər və tədqiqatçılar arasında "Əcnəbilər Teymuru müsəlman hökmdarı saymırlar", "Din onun əlində vasitə idi", - deyib belə və buna bənzər mülahizələrlə qaranlığı dağıtmağa cəhd edənlər tapılmışdı, bir az sonra isə "Tüzik" kitabını öz dillərində oxuyan firənglər, külli qırğınlarla, insan kəlləsindən minarələrlə Teymurun ömrünün axırına yaxın diqtə edib qurtardığı bu kitabdakı ədalətli qanunlar arasında təzaddan heyrətlənib, Səmərqənd əmiri ilə, daha doğrusu, Kastiliya elçisi De Klavixonun yazdıqları ilə yenidən maraqlanmışdılar, amma elçinin bütün kitabına bərabər olan bir neçə cümləsindəki həqiqətə, onun Səmərqənd yaxınlığında təzə tikilmiş ziyarətgahlarda və əmirin bayraqlarında Məhəmməd peyğəmbərin ayparası əvəzində "üç dəyirmi dairə" gördüyünə, Səmərqəndin ətrafında "odla mərasim keçirən ağ geyimli xristianlar" gördüyünə lazımınca diqqət yetirməmişdilər, "üç dəyirmi dairənin" cümlə aləm rəmzi - Yer, Günəş və Ay, "odla mərasim keçirən" o ağ geyimli qəribə "xristianların" isə kösövlə üzlərini ütən Fəzl müridləri olduğunu bir kimsə bilmə-mişdi, beləliklə, gördüklərindən baş açmayan saray kübarı De Klavixonun özü ilə birgə onun oxucuları - tarixçilər, tədqiqatçılar da və tarixçilərlə, tədqiqatçdarla birgə geniş dünya da xəbər tutmamışdı ki, islamı rəsmi din kimi saxlasa da, Teymur alimənsəb seyidlərinə təzyiq göstərib, səltənətindəki bütün məqbul sufi təriqətləri ilə bir sırada hürufıləri də məqbul saymış, üstəlik, onlann həqiqətini, cümlə aləm rəmzi Yer, Günəş, Ay totemini və şübhəsiz, cəmi yer üzündə həq səltənəti məramını qəbul edib, çox güman ki, məhz bu məram sayəsində Fəzl dərvişlərinin köməyi ilə, bəlkə də daha heç vaxt qan tökmədən, öz cahangirlik niyyətlərinə çatmaq istəmişdi.

Fəzlin qətlindən bir neçə il sonra artıq bütün səltənətdə danışırdılar ki, "Əmir Teymurun yanında hürufı oturur". Hökmdarın sarayda təxtinin altına da cümlə aləm rəmzi göy daş qoydurduğunu və hətta nəvələrinin təhsil və tərbiyəsini "Qibləsi göy daş olan kafir azərbaycanlıya" tapşırdığını bildikdə, alimənsəb seyidlərlə birgə lailahəilləllah zahidlərinin hamısı sükuta batmışdı və bütün bunlar Əmir Teymurun tezliklə hər yerdə "Ənəlhəq" pasibanı kimi tanınacağına ümid oyatmışdı.

Hər şey birdən-birə, həm də gözlənilmədən dəyişdi.
1399-cu ildə Hindistanda Teymura xəbər verdilər ki, arxada ehtiyat həmlə bölüklərinin arasında çoxlu adam peyda olub, əsgərlərlə nə isə danışıb orduda qiyam qaldırmaq istəyirdilər. Naməlum adamların qorxusuzluğundan necə vahimələndisə, Teymur sorğusuz-sualsız, dərhal əmr etdi ki, hamısı qılıncdan keçirilsin.

Qırğın qurtaranda rəislər yüz min meyit saydılar. Kimlərmiş o yüz min nəfər? Haradan gəlibmişlər? Məlum olmadı. Üzdən hində də bənzəyirdilər, farsa da, türkə də. Paltarlarında, üst-başlarında isə mənsubiyyətlərini bildirən heç bir əşya, əlamət yoxdu. Amma Teymur şübhəyə düşdü: onun qulağı dibində ordu içinə dərvişlikdən çəkinməyən bu batinlər, "qorxudan xalilər" deyildilərmi? Belə isə, demək, hürufilər onu aldatmışdılar? Demək, "yeganə həqiqi silah", "həq mövqeyi", "cəmi yer üzündə həq səltənəti", - hamısı yalandı?! Demək, qorxudan xalilər qiyam niyyətindən əl çəkməmişdilər, onun təxtinin yanında, səltənətin bütün şəhərlərinin hakimləri yanında, cəmi məscidlərdə mövqe tutduqdan sonra, nəhayət, orduya əl atmışdılar?
Dərdini Teymur nə Hindistanda bir kimsəyə açdı, nə də Səmərqənddə. Əvvəla, ona görə ki, bu dərd hələlik ancaq şübhədən ibarətdi; təxminin yeni dayağı göy daşın küncündə oturub həq ocaqlarında canişinlərin köməyi ilə bütün Mavəraünnəhrin əsnafını "həq mövqeyində" birləşdirən, Azərbaycanla, Rumla, İran və İraqla daimi elaqə saxlayıb, o yerlərdə də "həq mövqeyi"nin qorunduğuna əmin olan Mövlana Mahmuda o, çox inanırdı. İkincisi, Mahmudun iradəsindən kənarda həqiqətən qiyam niyyətində batin hürufilər vardısa, o batinləri ayıq salmaq uduzmaq deməkdi. Odur ki, Teymur batinləri həmişə ən çox ehtiyatlandığı qüvvələrdən - Qaraqoyunlu Yusiflə Sultan Əhməddən ayırmaq üçün İldırım Bayəzidə məktub yazıb tələb etdi ki, onun - Bayəzidin himayəsində, Ruma tabe ərazilərdə gizlənən o iki hökmdarı təcili tutub Səmərqəndə göndərsin, əgər Bayəzid tələbə əməl etsə, o - Teymur indiyə qədər Ruma toxunmadığı kimi, bundan sonra da toxunmaz.

Bu məktubun cavabı çox şeyi aydınlaşdıracaqdı.
Lakin cavab əvəzində çaparlar ulusundan məhrum edilib Bağdada - sultan Fərəcin yanına göndərilmiş Miranşahdan, Ərməndən və Ərmənlə Rum sərhədindəki qalalardan Səmərqəndə bir-birindən bəd xəbərlər gətirdilər: İraq əsnafı Qaraqoyunlu Yusifin və Sultan Əhmədin köməyi ilə Bağdadda qiyam qaldırıb Sultan Fərəclə danışıq aparırdı, Rum sərhədindəki qalalarda və hətta Yerzinqanda teymuriləri "Ənəlhəq!" qışqırtıları ilə qovmuşdular. Teymur üçün ən ağır xəbər isə bu idi ki, qiyam ocaqlarındakı işlərlə eyni vaxtda Bayəzid də hərəkətə başlayıb, Rum qılıncına itaət edən qonşu tərsa torpaqlarında sürətlə gəzib-dolanıb hökmdarlarla, hakimlərlə, sərəsgərlərlə təcili danışıqlar apanrdı, bunların hamısı isə kiminsə gizlin əli ilə idarə edilirdi: Miranşah Fəzlullahın ölümündən sonra hürufiləri öz tərəfinə çəkən, onu - səltənətinin varisini isə hər şeydən məhrum edən atasından qisas almaq istəyirmiş kimi, çaparına çox tikanlı və ikibaşlı sözlər demişdi: "Bağdadın mötəbər sufləri bu fikirdədirlər ki, o gizlin əl həqqin əlidir".
Bu hadisələrin ilk qurbanı "həq canişini" Mövlana Mahmud oldu: Şeyx Bərəkə onu Miranşahın çaparı gedən günü tutub, tezliklə edam etdirdi. Sonra Səmərqəndin geniş düzən ərazisinin hər yerində lailahəilləllah carçılarının haray-həşirləri ucaldı, Fəzl dərvişlərini, müridləri, onları müdafıə etməyə can atan əsnafı sorğusuz-sualsız kəsib-doğramağa, məscidlərin minarələrindən, evlərin damlarından atmağa, ayaq altına salıb təpikləməyə, tapdalamağa başladılar.

Bu vaxt Teymur artıq yolda idi. Nəsiminin uzun müddət Rumda olub, Səmərqəndlə Bağdad, Hələb, Şam arasında bütün həq ocaqlarmı gəzib yenə Ruma qayıtdığını bilsə də o, hərbin "həq əli" ilə hazırlandığına inanmırdı: Mövlana Mahmud dönə-dönə demişdi ki, Fəzlin Rum xəlifəsi - məşhur şair Əbülhəsən Əliyül Əla ilə birgə başqa xəlifələr də Nəsiminin Ruma dərvişliyinin lap ilk günlərində Anqara yaxınlığında - Qırşəhrdə onun - Nəsiminin moizəsini dinləyib, o vaxtdan həq mövqeyində dayanmışdılar. Demək, əl Nəsiminin əli deyil, onun - Nəsiminin bir vaxt dediyi kimi, Anqara vəlisi Hacı Bayramın əli idi? Hacı Bayram isə cəmi Rum ordusunun ruhi himayədarı sayılırdısa, demək, əlin arxasında Bayəzidin gizlin əli işləyirdi? Elə isə bəs "Bağdadın mötəbər sufiləri" nəyə əsasən deyirdilər ki, "əl həqqin əlidir"? Əgər Nəsimi özü və onunla birgə bütün xəlifələr həq mövqeyində dayanmışdılarsa, bəs Hindistana, ordu içinə yüz min dərvişi birdən göndərən, Fəzl müttəfıqlərinə və İraq əsnafına qiyam hökmünü verən kim idi? Nə üçün hətta Yerzinqanda da "Ənəlhəq!" qışqırırdılar? Ermənilər də dönüb hürufi olmuşdularsa, belə bir möcüzəni Nəsimidən başqa kim yarada bilərdi?.. Şekk-şübhələrlə dolu, aramsız düşüncələrdən əmələ gələn yuxusuzluq, kəsə yollarla at belində fasiləsiz yürüş və can ağrıları Teymuru üzüb əldən salırdı. Düşmənin batinliyi, vəziyyətin anlaşılmazlığı, gözlənilən müharibənin qorxunc miqyası və üstəlik, ordunun yorğunluğu şəksiz məğlubiyyət deməkdi. Buna görə də o, Bağdad səmtində ləngimədi. Həmişə Qaraqoyunlu Yusiflə Sultan Əhmədin təzyiqindən şikayətlənən gənc və təcrübəsiz Sultan Fərəcin onları hansı möcüzə iləsə tutub zindana saldığını eşitdikdə Teymur dərhal Qarabağa qayıtdı, hələ ilk görüşdən müdrikliyinə inandığı köhnə müttəfiqi İbrahimi hüzura çağırtdırdı, keçib-getsə də hər halda izi qalmış incikliklərin əvəzində böyük hörmət və xüsusi nəvazişlə şahı qarşdayıb ağ çadıra dəvət etdi: "Səni məsləhətə və köməyə çağırmışam, şah", - dedi və hörmət müqabilində hörmət gördü: zindanda, Fəzlin hüzurunda etirafından ötən illərdə şəxsən Nəsimi ilə, cəmi hürufilərlə sıx ünsiyyət bağlayıb, Rum, Azərbaycan, İran, İraq, Suriya mühitinə bütün təfsilatı ilə bələd olan İbrahim tələsmədən, dostluq və həmkarhq duyğusu ilə aram-aram danışıb şərh etdi ki, Nəsimi cəmi karvanda həq mövqeyini qoruyan yeganə "bişək həq" olduğuna görə lailahəilləllah zahidləri onu ordudar və sərəsgər kimi qələmə verib "nahəq" adlan-dırırlar və qiyamları "nahəqqin" adı ilə bağlayırlar, bununla zahidlər bir tərəfdən Bayəzidin qiyamlarda iştirakını gizlətmək, ikinci tərəfdən Teymurla Ənəlhəqqi yenidən üz-üzə qoymaq və onun - Teymurun vasitəsi ilə "nahəqqin dünyanı gəzən ayaqlarını, böhtan yazan əllərini və Allaha şərik çıxan başını" kəsmək istəyirlər, buna görə də Bağdadın lailahəilləllahla müttəfiq olan "mötəbər sufiləri" siyasətdə kor Miranşahı aldadıb, onun vasitəsi ilə Səmərqəndə yalan məlumat göndəriblər, əslində qiyamlar da, hərbə hazırlıq da ancaq iki nəfərin, cəmi Rumda, İranda, İraqda, Suriyada lailahəilləllahla müttəfiq Hacı Bayram Vəlinin və onun hökmdarı Bayəzidin əməlidir; əgər hürufilərdən bir qismi qiyamda iştirak edirsə, bu Teymuru çaşdırmamalıdır, çünki o bir qism Fəzl müridlərinin indi ancaq adları hürufidir, əslində onlar vaxtilə "həq məkanından qovulmuş" köhnə Fəzl xəlifəsi Yusifin hökmü ilə Hacı Bayram Vəlinin qullarına çevrilmiş bədbəxt adamlardır; Fəzlin köhnə müttəfiqləri Qaraqoyunlu Yusiflə Sultan Əhməd də məhz Yusifın mövqeyində dayanan müridlərin vədlərinə aldanıb Bayəzidlə müqavilə bağlayıblar: Bayəzid hazırlığını qurtarana qədər hər ikisi zindanda qalıb onu - Teymuru arxayın salmalıdırlar, döyüş ərəfəsində dübarə zindandan çıxıb hərb ərazisinə tələsməli, pusquda dayanıb, ona - Teymura gözlənilməz həmlə ilə Bayəzidin qələbəsini təmin etməlidirlər, burada - Rum səmtində qələbədən sonra isə birbaş Səmərqənd üstünə getməlidirlər və əgər Teymur özü ələ keçsə, Bayəzid onu Sultan Əhmədin ixtiyarına verməlidir ki, necə istəyirsə, o cür rəftar etsin.

İldırım Bayəzidə qəzəb belə yarandı. Səmərqənddən çapar gəlib Mövlana Mahmudun edam edildiyini, Fəzl dərvişlərinə, müridlərə, əsnafa divan tutulduğunu xəbər verdikdə və Teymur hürufilərin ona yenidən və həmişəlik düşmən kəsildiyini anladıqda isə qəzəb kinə çevrildi.

O kin bütün qışı qaynayıb Teymurun bətnini yenidən daşa gön-dərdi. Yaz açılanda o, ilk növbədə Bağdada çapar göndərdi, Sultan Fərəci edam hədəsi ilə qorxudub, Qaraqoyunlu Yusifiə Sultan Əhmədin zindandan buraxılmayacaqlarına əmin olub, əvvəlcə Ərmənə, Yerzinqanın üstünə yeridi, dövrəsində dərin, keçilməz xəndəklər qazılmış, müdafiəyə hazır şəhəri bir neçə gün mühasirədə saxlayıb elçi yolladı, bir nəfərə də toxunmayacağını, bir damla da qan tökməyəcəyini vəd edib, camaatı danışığa çağırdı. Darvaza açıldıqda isə dinməz-söyləməz, qamçının ucu ilə camaata və xəndəyə işarə etdi.
Dedilər: "Vəd eləmişdin qan tökməyəsən!"
Dedi: "Vədimə xilaf çıxmıram. Diri-diri basdırın".

Div yenidən doğulmuşdu. Tək Bayəzidə yox, indi onda ümumən insana nifrətdən və üstünə torpaq töküldükcə peyin içində qara böcəklərtək qaynaşan "insan" adlı həşəratın bu növbəti qırğını ilə düşmənlərini və dünyanı yenidən dəhşətləndirmək ehtirasından başqa heç nə yoxdu.

Xəndək doldurulandan sonra, Yerzinqandan gətirilib göy otluğa tökülən xəzinəyə gözünün ucu ilə də baxmadan "o murdarın", yəni Yerzinqan hakiminin arvadını gətirməyi əmr edib çadıra qapandı, eynilə Miranşahın işgəncəli günlərinə bənzəyən günlər keçirib, bir tuluq şərab boşaldıb gözəlliyinin, zərifliyinin tərifi Səmərqəndə qədər gedib çıxmış Yerzinqan gözəli ilə çadırdakı taxtm fərqini hiss etmədən sürünüb qalxdıqda Bayəzidin ən möhtəşəm qalası Sivas üstünə yürüş buyurdu. Bu dəfə daşatan mancanaqlarını işə salıb, möhtəşəm qalanı içərisindəki ordu ilə, əhali ilə birgə daş altında batırdıqdan sonra isə Bayəzidin qonşu diyarlardan yığdığı xəzinəni və ailəsini Anqarada qoyub Sivas tərəfə yeridiyini eşitdikdə birdən atlanıb, heç kəsə heç nə izah etmədən dağlar beli ilə Qaxetə doğru çapmağa başlada. Atını tez-tez dəyişə-dəyişə gecəli-gündüzlü bir neçə gün çapıb, sonra gözlənilmədən düzənliyə endi. Onun qaçdığını güman edib ardınca düşən Bayəzid yorulub taqətdən kəsilmiş ordusu ilə Anqaraya qayıtdıqda Teymur çoxdan orada döyüş mövqelərində dayanıb dincini almışdı və bununla da hər şeyi həll etmişdi.
Bu, Teymurun ən böyük qələbəsi idi. Bu qələbə tezliklə ona dünya şöhrəti qazandıracaqdı. Lakin dünyanın xəbəri olmayacaqdı ki, "Mənəm Allah" deyən qorxunc qüvvə ilə yenidən üz-üzə qaldığını və səltənətinin hər yerində Ənəlhəq məramına qulluq edən təbəələrinin də hürufilərlə birgə itaətdən çıxdığını anladığına görə, məhz bu böyük qələbədən sonra o, özünü məğlub sayırmış, odur ki, Mavəraünnəhrə qayıdanda hər gün atını dəmir qəfəsə yaxm sürüb, sülh məktubunun cavabında hərb hazırlayan düşməninin üzünə tüpürürmüş, Rumun taleyi barədə bir-birindən ağır xəbərlər deyə-deyə məğlubiyyətinin səbəbkarına əzab verirmiş, səbəbkar isə, yəqin ki, onun - Teymurun məğlubiyyətini anladığına görə sarsılmadan, sınmadan, ağır xəbərlər içində "varisi Süleymanın onu mühasirədə qoyub qaçdığına" da dözüb, tək gözü ilə qırğıtək baxırmış. Yalnız arvadınm ələ keçdiyini eşidəndə o, nəhayət, dözümünü itirmiş və başını qəfəsin dəmirinə vurub özünü öldürmüşdü.
Salnaməçilərin yazdıqlarından belə çıxır ki, Toxtamışın tək-tənha qalıb didərgin düşməyindən, İldırım Bayəzidin ölümündən və Qaraqoyunlu Yusiflə Sultan Əhmədin məhkumluğundan sonra daha Teymurun qarşısında dayana biləsi hökmdar qalmasa da, səltənətin bütün şəhərlərində batin düşmənlərinin sayı-hesabı olmadığına görə o, daim fəlakət gözləyirmiş, buna görə də Səmərqəndə qayıdanda ilk növbədə batinləri aşkara çıxarmaq haqqında düşünmüş və Gülüstan sarayının qatı kölgəli yaşıl dərinliyində gizlənib, alimənsəb seyidlərinə heyrətli, peyğəmbəranə sözlər demişdi: "Mən ölmüşəm. Bütün səltənətdə xəbər yayın ki, mən ölmüşəm". Əmirlərinə isə: "Külli ixtiyar verirəm, öldüyümü eşidib baş qaldıranlardan birinin də başını bədəndə qoymayın", - demişdi.

Bu, Teymurun son qırğın tədbiri idi. Bir ərəb əsirinin şahidliyinə görə, bu vaxt o, elə halda imiş ki, sallanıb gözlərini örtən kirpiklərini də tərpədə bilmirmiş. Belə halətdə, bir qədər sonra tədbirini təkrar edib, bütün gecəni başı əsə-əsə şərab içib, səhərisi iki nökərin, bir mehtərin köməyi ilə yəhərə qalxmış, bir əli yüyən-də, o biri əli şərab camında Çin üstünə getməyə başlamışdı.
Bu vaxt onun üçüncü dəfə ölüm xəbəri yayıldı. Bu daha yalan deyildi.
1405-ci ilin qışında ordudan ayrılıb qayıdan bir dəstə adam Səmərqəndə qızıl sandıq - tabut gətirirdi. Əmir Teymur o tabutda idi. Amma qəribə idi ki, eyni vaxtda Səmərqənddən Miranşahla gedən bir dəstə də qara palıd taxtasından düzəldilmiş ikinci sandıq - tabut aparırdı.

O gecə yolda qızıl tabutla rastlaşanda Miranşah əmr etdi ki, meyiti taxta tabuta qoysunlar və şəhərdə bir müddət heç kəsə göstərməsinlər.
Hər iki dəstənin adamları Miranşahın müəmmalı əmrinə səssiz-səmirsiz, canfəşanlıqla əməl etdilər.
Amma tabutu gizlində çox saxlaya bilmədilər.
Bir neçə gün sonra tabutun ətrafında vuruşma düşdü. Meyiti ordunun düşərgəsindən gətirənlərlə birgə gizlədənlər də öldürüldü.
Sonra daha qəribə və daha heyrətli bir hadisə baş verdi: Kim isə harada isə səs yaydı ki, "tabutdan inilti gəlir".
Səmərqəndin geniş, düzən ərazisini başdan-başa iki yerə bölən əsnaf küçəsindən və şəhərin ətrafından Gülüstan sarayının darvazasına axışan izdihamdan içəriyə anlaşılmaz sözlər çatdırdılar: "Yurdlarından didərgin düşənlərin iniltisidir o inilti. Əsirləri buraxın, inilti kəsiləcək".
Bir əli atın yüyənində, o biri əli şərab camında, at belində oturduğu yerdə can verə-verə Çin üstünə gedən sərxoş qocanı kəfənə büküb qızıl sandıq - tabuta atıb üstünü qapaqlayan adamlar əbədi susdurulduğuna görə, izdihamdan çatdırılan sözlər bütün sarayı sehrləmişdi. Bu sehr içində kimlərsə nə isə bilirdilər. Onlar istə-səydilər, əlbəttə, Miranşahın əsirləri azad etmək üçün yollar axtaran batinlərlə əlaqədə olduğunu açıb deyər və sandıq - tabutun qapağını qaldınb, orada ölünün kəfəni necə cırıb parçaladığını gös-tərib, sehri dağıda bilərdilər. Lakin tabutda hərb allahı, külli qırğın tanrısı yatırdı və o tanrının dəhşəti heç kəsi tərpənməyə qoymurdu. Odur ki, keşikçilər Gülüstan sarayının darvazasını açanda onlara mane olan tapılmadı. Uzun illər ərzində uca, qalın, sərt divarlar ara-smda, açıq səma altında Əmir Teymurun ordusu üçün qılınc, qalxan, gərdənbənd, nizə düzəldə-düzəldə, aclıqdan, həsrətdən, ləya-qətsizlikdən saralmış, gənc ikən qocalmış əsirlər səssiz-səmirsiz göz yaşı tökə-tökə əsnaf içinə, şəhərə dağılışanda harada isə, kim isə sonuncu xəbəri car çəkib, tabutda iniltinin kəsildiyini xəbər verdi.

Divin ömrü belə başa çatdı.
Onun ölümündən düz bir il sonra, 1406-cı ildə Naxçıvan qışının qatı çağında Arazın o tayından bir tabutu da gecə qaranlığında gizlin gətirib Şeyx Xorasan türbəsinin yanında yerə endirdilər. İllər keçəcək, bir vaxt gələcək, Fəzlin Naxçıvan müridlərindən birisi türbənin üstündə məqbərə tikdirəcək, amma bu müqəddəs yerin salamatlığı xatirinə məqbərənin nişangah daşında "Şeyx Xorasan" sözlərindən qeyri bir şey yazmayacaqdı və hürufılərin özlərindən başqa heç kəs bilməyəcəkdi ki, o qaranhq qış gecəsində Arazın o taymdan gizlin gətirilən tabutda Fəzlin bədbəxt varisi atasının ayağı altında dəfn edilmişdi: Yusif Divin hələ ilk dəfə öldü xəbəri çıxanda əlataşa düşüb qiyama hazırlaşmağa, bir tərəfdən Bağdada -Sultan Fərəcin zindanına, digər tərəfdən Şamaxıya - Adıyüksəklə Əmin Məhrəmin hüzuruna tez-tez qasid göndərməyə və eyni zamanda, Əxi Qəssab iqamətgahı ətrafında müridlərlə əsnafı kobud açıqlıqla silahlandırmağa başlayıb teymurilərin Təbriz səmtindəki xəbərgir dərvişlərini və nəzarət dəstəsini duyuq salmış, odur ki, qiyamın lap başlanğıcında Təbriz müridlərinin əksəriyyəti ilə bir sırada Fatma da öldürülmüşdü: uca minarədən "Fəzl günü"nü car çəkərkən sinəsinə ox sancılmışdı. Haman ilin yazında İbrahim öz ordusu ilə Təbrizə daxil oldu. Qiyamda qırğının və Fəzl varisindən ayrdığın kədəri ürəklərdən getməsə də, Adıyüksəyi böyük sevinc və təntənə ilə qarşıladılar, Qarabağla, Naxçıvanla birgə, əlli şəhərli diyarı bütünlüklə ona verdilər. Lakin eyni vaxtda Bağdaddan xəbər gəldi ki, Sultan Fərəc çoxdan bəri onunla bir süfrədən təam yeyən məhbuslarını zindandan buraxıb, Qaraqoyunlu Yusiflə Sultan Əhməd öz ordulan ilə artıq yoldadırlar və tezliklə burada -Təbrizdə olacaqlar.
Əxi Qəssab iqamətgahında dedilər: "Sultan Əhməd məramımızı bəyənir, amma təxt-tacın Dərbəndilərə yox, Cəlairilərə verilməsini tələb edir. Qaraqoyunlu Yusif onunla razıdır".
İbrahim təxt üstündə ixtilafdan, qardaş qırğmından ehtiyatlanıb Təbrizi tərk etdikdən sonra, camaat orduların önündə qoşa at belində yanaşı gələn Qaraqoyunlu Yusiflə Sultan Əhmədi də eyni sevinc və təntənə ilə qarşıladı.
Lakin bu təntənənin də ömrü qısa oldu.
Qaraqoyunlu Yusif, vaxtilə Teymurun əlindən dərbədər düşüb indi Azərbaycanın və İranın müxtəlif guşələrində hökmranlıq edən türkmən sərəsgərləri ilə danışığa getdikdə Cəlairi hakimiyyətinin bərpası ilə birdən-birə dəyişib yenidən kefə qurşanmış "buğum-buğum titrəyən ət torbası" öz köhnə təbiətini göstərib, müttəfiqinin Təbrizdəki qoşunlarını qırdı. Bunu eşidən Qaraqoyunlu Yusif isə yoldan qayıdıb saraya həmlə çəkdi. "Ət torbası'nı əsnaf içindən bir bağban öz bağında tutub Qaraqoyunlu Yusifə təhvil verdi. Qaraqoyunlu Yusif onu - "ət torbasf'nı işgəncə ilə boğdurdu. Beləliklə, "Payitəxti Təbriz olan "Ədalət səltənəti" hələ yaranmamış qan içində boğulub, yeni-yeni müharibələr, qırğınlar mənbəyi, istibdad səltənətinə çevrildi.

Karvan yolundan azmış, qılınc, qorxu, nadanlıq, alçaqlıq, ləyaqətsizlik, təhqir, rəzalət və ölüm hakim kəsilmişdi. Səmərqənddən başlamış Ruma qədər parçalanmaqda, dağılmaqda olan səltənətin hər yerində indi yalnız "həq mövqeyinə sadiq", laməkan batinlər, vəhdətin minillik yolunda yorulmadan, usanmadan, həq ocaqlarında, məscidlərdə, kilsələrdə, bütxanələrdə həqiqətlərini şərh edə-edə insan haqqında yaxşı söz deyirdilər və ötəri qayğdarın fövqündə olan çökük sinəli, kəhrəba üzlü, gecə gözlü məkansızı vəsf edirdilər:

Müşk ilə ənbər saçın tərxanıdır,*
Ay ilə Günəş Yerin heyranıdır,
Nəsimi yer üzünün sultanıdır,
Dövr onun, dövran onun dövranıdır.

___________
* Təbiətin ətri idrakın rövnəqidir.