Nigar Yaqublu günün 12 saatını evdə olacaq

Nigar Yaqublu

-
N.Yaqublunun vəkili Nemət Kərimli apa-ya deyib ki, qanuna uyğun olaraq N.Yaqubluya gün ərzində 12 saat sərbəstlik verilir. O, bu müddəti evində, doğmaları ilə bir yerdə olacaq.

***
Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu Kürdəxanı təcridxanasından Lökbatanda yerləşən məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülür.

Bacısı Nərgiz Yaqublu AzadlıqRadiosuna deyib ki, Lökbatana gedənə qədər Nigar Yaqublu 12 saat azaddır və ailəsi ilə görüşə biləcək.

N.Yaqublu ölümlə nəticələnən avtomobil qəzasında təqsirli bilinərək məhkum olunub. Ötən il dekabrın 19-da Abşeron rayon Məhkəməsi cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə onu 2 il 6 ay azadlıqdan məhrum etmişdi.