Azərbaycanda hər 8 nikahdan 1-i qızlar yetkinlik yaşına çatmadan bağlanır

Foto: Arxiv

-
Azərbaycanda 18 yaşına qədər ailə quran qızların 11.3%-nin ibtidai təhsili yoxdur.

apa-nın xəbərinə görə, bu barədə BMT-nin Əhali Fondunun (UNFPA) erkən nikahlara həsr olunmuş hesabatında bildirilir.

Qeyd olunur ki, Azərbaycanda 18 yaşına qədər ailə quran qızların yalnız 26%-i ibtidai təhsil alıb, 11%-i orta məktəb və daha yuxarı təhsilə malikdir.

2000-2011-ci illəri əhatə edən hesabata əsasən, Azərbaycanda nikahların 12.2%-i gəlinlər yetkinlik yaşına çatmadan bağlanıb. Amma bir sıra ölkələrdən fərqli olaraq, Azərbaycanda 15 yaşına çatmayan qızların ərə verilməsinə rast gəlinmir.

Uşaq nikahlarına daha çox Niger, Çad, Banqladeş, Qvineya, Mozambik, Mali, Cənubi Sudan və Malavidə rastlanır.

Cənubi Asiyada qızların 50%-i 18 yaşına qədər ailə həyatı qurur. Proqnozlara görə, 2011-2020-ci illərdə dünyada 140 milyon qız yetkinlik yaşına çatmadan gəlin olacaq. Onlardan 50 milyonu 15 yaşına çatmadan ailə quracaq.