Faiq Şahbazlı: "TQDK-nın rəyinin, iradlarının təxminən 80-90 faizinin əsaslı olmadığı üzə çıxdı". (Debat)
-
Rafiq İsmayılov: "Sovet dövründə deyilirdi ki, pul əl çirkidir, guya uşağı pul məsələsinə qarışdırmaq olmaz..."
Asif Cümşüdov: "Riyaziyyat dərsliyində o qədər qüsur var ki, adam havalanır, yəni belə şeymi olar?"
"Riyaziyyat" dərsliyinin müəllifi Nayma Qəhrəmanova: "Bizim önümüzdə çəpər çəkirlər ki, bunu gətirməyin. Bu da sovet təhsilindən qalma baxışla bağlıdır".
Arif Əsədov: “Marş irəli, ehey, Türkün və İslamın düşmənləri”. Bu cümlə məktəblərdə necə qarşılana bilər?"
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Təhsil Nazirliyinin hazırlatdığı orta məktəb dərsliklərində ciddi səhvlərin olduğunu iddia edir. Söhbət hansı səhvlərdən gedir?
İki dövlət qurumu arasında münaqişə, yoxsa dərsliklərin keyfiyyətini yaxşılaşdırmaq üçün haqlı tənqidlər?
“Pen klub” proqramındakı debata tənqid edilən dərsliklərin müəllifləri Rafiq İsmayılov (Azərbaycan dili) və Nayma Qəhrəmanova (Riyaziyyat), TQDK-nın ekspertləri Aydın Qasımov, Arif Əsədov, Aydın Cümşüdov, Təhsil Nazirliyində dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı qatıldılar.
DİNLƏ
RAFİQ İSMAYILOV: “DƏRSLİYİ MƏQBUL SAYMAMAQ HAQSIZLIQDIR”
Şahnaz Bəylərqızı:
- Orta məktəb dərsliklərinin monitorinqini aparan TQDK-nın ekspert şurası belə qənaətə gəlib ki, bir sıra dərsliklər - 1-ci, 3-cü, 4-cü siniflər üçün “Azərbaycan dili” və “Riyaziyyat”, 3-cü, 4-cü siniflər üçün “Həyat bilgisi” dərslikləri məqbul deyil. Yeniləri yazılmalıdır. Siz müəllif kimi iradları qəbul edirsizmi?
Rafiq İsmayılov:
- Bu dərsliklərə yaxından bələd olmasaydım, mən də bu rəyi oxuyanda dəhşətə gələrdim. “Azərbaycan dili” haqqında rəylərdə yanlışlıq var. Məsələn, deyilir ki, dərslikdə istənilən mövzunun tədrisi sadədən mürəkkəbə getməlidir. Doğrudur. Sonra deyilir ki, 3-cü sinifdə ahəng qanunu mövzusuna daha çox fikir verilib, nəinki 4-cü sinifdə. Nəticə çıxarılır ki, “Azərbaycan dili” dərsliklərində sadədən mürəkkəbə doğru prinsipi pozulur. Amma mən onlardan soruşmaq istərdim ki, 3-cü sinifdə ahəng qanununun adı çəkilirmi? Yəni bunlar məsələyə bu dərəcədə başısoyuq, atüstü yanaşıblar? Və ya mətndən cümlə çıxarılır: “Birdən-birə göy çaxdı, ildırım guruldadı”. Onlar üslubun pozulduğunu deyirlər. Ancaq nədənsə fikir vermirlər ki, orda həmin cümlə göy hərflə verilib və səhv düşən sözlərin yerini tapmaq tələb olunur. 4-cü sinif dərsliyində 70-dən çox qeyd var, bir dənə də olsun orfoqrafik səhvdən danışılmır. Amma nəticədə qeyd olunur ki, həddən çox orfoqrafik səhv olduğundan dərslik məqbul sayılmasın. Hardan götürdülər bu səhvi? Bunu göstərin də. Sözsüz qəbul etdiyimiz iradlar da var. Ancaq hər 50 səhifədən bir buraxılmış texniki qüsura görə bunu şişirdib “yararsızdır” demək düzgün deyil. İradların təxminən 75 faizi qəbul edilə bilməz. Onları qəbul etsək, dərslik pisliyə doğru dəyişər. Təxminən 15-20 faizi onlar
eyən kimi də olar, biz deyən kimi də. 8-10 faiz qüsurlar texniki qüsurlardır, nöqtə-vergül səhvləridir... Buna görə də dərsliyi məqbul saymamaq haqsızlıqdır.
NAYMA QƏHRƏMANOVA: “BİZİM ÖNÜMÜZDƏ ÇƏPƏR ÇƏKİRLƏR”
N.Qəhrəmanova:
- Əvvəla, riyaziyyat dərslikləri ilə bağlı monitorinqin nəticələri maraqlı kontekstdə verilib. Yəni dərslikdə məzmun üzrə 20 standartın yer almaması, çoxlu boşluqlar olması və xeyli sayda kənaraçıxmalar olduğu bildirilir. Bu məntiqlə baxsaq - o boşluğun yerinə həmin kənaraçıxmaları qoysaq deməli, o bütövü ala bilərik. Məsələ ondadır ki, bizim dərslik çox ciddi beynəlxalq təcrübə əsasında yazılıb. Orda bir və ya iki standarta əməl olunmasaydı, bunu nazirliyin Dərslikləri Qiymətləndirmə Şurasının görməməsi mümkün deyildi. Bütün bunlar dərsliyin quruluşunun yeni olmasından, o yeni yanaşmanın düzgün qiymətləndirilməməsindən irəli gəlir. Rafiq müəllimlə razıyam ki, biz bu iradları nəzərə alıb yeni dərslik yazsaq könhə sovet dərsliyi ortaya çıxacaq. Bu dərsliklər beynəlxalq təcrübədən bəhrələnib. Əlimdə xaricdə dərc olunmuş iki riyaziyyat ensiklopediyası, riyaziyyat lüğəti var. Burda yer alan 300 söz hər hansı dərslik üçün qiymətləndirmə ola bilər. 4-cü sinfə gələn uşaqların bilməli olduğu anlayışların 80 faizi bizim yazdığımız dərsliklərdə yer alıb! Amma bizim önümüzdə çəpər çəkirlər ki, bunu gətirməyin. Bu da sovet təhsilindən qalma baxışla bağlıdır.
“AZƏRBAYCAN DİLİNDƏ SAMİTLƏR NƏ VAXTDAN UZANIR?”
Aydın Qasımov:
- Rafiq müəllim, siz elə qeydləri tapıb dediniz ki, onlar sizə sərf edir. Şəxsən mən seminarda o iradları eşitməmişəm. Konkret olaraq, əlimin altında 5-ci sinif üçün “Azərbaycan dili” kitabı var. “Mükafat” mətnindən bir cümlə oxuyuram: “Nəhayət ata Aysunu kitaba alışdırmağın yolunu tapdı. O, qızını çağırıb dedi ki, qızım, al bu kitabı oxu. Sən bu kitabı oxuyub qurtarsan, 10 manat pul verəcəm”. Dərsliyə, kitaba bu münasibət nə qədər düzgündür? Başqa misal, həmin dərslikdə saitlərin növlərindən danışılır. Şagirdə məlumat verilmir ki, sait səslər nədir, hansı funksiyanı yerinə yetirir, birbaşa saitlərin növündən danışılır. Yuxarı siniflərdə bu qədər dil qaydası verilmədiyi halda 3-cü sinfin birinci səhifəsindən son səhifəsinədək qaydalar verilib. Əvəzinə 4-cü sinifdə dil qaydaları təkrarlanmır və ya yenisi verilmir. Rafiq müəllim, 3-cü sinif dərsliyində tez-tez təkrarlayırsız: “Hansı samit uzanır?” Bu Azərbaycan dilində yeni qaydadırmı, Rafiq müəllim? Azərbaycan dilində samitlər nə vaxtdan uzanır? Bundan başqa, mətnlər şagirdlərin yaş psixologiyasına uyğun deyil. 5-ci sinifdə fonetika haqda – saitlər, samitlər, ahəng qanunu haqda məlumat verilir, ancaq bircə yerdə
deyilmir ki, bunlar fonetika bölməsində öyrədilir. Bu cür qüsurlar çoxdur.
Şahnaz B:
- Rafiq bəy, elə “Mükafat” mətnindəki atanın sözündən başlayaq: “Sənə 10 manat verəcəyəm, kitabı oxusan...”
MÜƏLLİF: “SOVET DÖVRÜNDƏ DEYİLİRDİ Kİ, PUL ƏL ÇİRKİDİR”
Rafiq İ:
- Rəyçilərdə belə xüsusiyyət var, kontekstdən bir cümləni çıxarırlar və mətndə onun rolunu nəzərə almırlar. Rəydə hətta belə bir cümlə var: “Pulla bağlı humanistlik mövzusuna çox toxunur”. Başa düşmədim bu nə deməkdir? Bir şey başa düşdüm ki, pul məsələsinə dərsliklərdə tez-tez rast gəlinir. “Mükafat”, “Futbol topu” və “Qənaətcillik” mətnlərində pul məsələsi var. Ancaq sovet dövründə deyilirdi ki, pul əl çirkidir, uşağı pul məsələsinə qarışdırmaq olmaz. Həmin mətndə ata kompyuterə aludə olan övladını kitaba alışdırmaq üçün yollar axtarır. Son vasitə olaraq bu yoldan istifadə edir. Azdımı ailələrdə bu cür hallar?
Şahnaz B:
- Amma bu düzdürmü?
Rafiq İ:
- Düzgün deyil. Ancaq söhbət ondan getmir. Əsas məsələ mətnin ruhudur. Axırda ata deyir ki, sən o kitabı oxusaydın, son səhifədə pulu tapa bilərdin. Bundan başqa, Aydın bəy saitlərin növlərindən danışır. Biz saitlər haqda birinci sinifdən məlumat veririk. İkinci sinifdə sait və samitlər fərqləndirilir və s. Bu qədər məlumat verəndən sonra mən 5-ci sinifdə yenə onların növlərindən danışmalıyam?.. Və ya fonetika sözü uşağa niyə başa salınmalıdır? Kim onu tələb edir? Müasir dil dərsliyı informasiyanı almaq və ötürmək üçündür, yəni ünsiyyəti öyrədir. Bu da dinləmək, danışmaq, oxu, yazı sayəsində mümkündür. Məqsəd bu 4 nitq bacarığını inkişaf etdirməkdir.
“RİYAZİYYAT DƏRSLİYİNDƏ O QƏDƏR QÜSUR VAR Kİ, ADAM HAVALANIR”
Asif Cümşüdov:
- Mən kifayət qədər dövlət standartlarını da bilirəm, kurikulum standartlarını da. Riyaziyyat dərsliyində o qədər qüsur var ki, adam havalanır, yəni belə şeymi olar? Birinci sinif dərsliyində yazılır ki, kvadrat düzbucaqlı deyil. Halbuki düzbucaqlıdır, özü
ə bütün tərəfləri bərabərdir. Sonra səma fiqurlarının açılışı. Standartda bu, nəzərdə tutulmadığı halda bunun dərslikdə nə işi var? Və ya ardıcıllıq məsələsi. Bu riyaziyyatda böyük anlayışdır, ancaq dərslikdə şəkillər ardıcıllığı ilə başlayır, izahat verilmədən ədədlər ardıcıllığına aparılır. Ya da ədəd oxu anlayışı haqda birinci sinfin ilk dərslərindən danışılır. Bölmə əməliyyatı keçirilmədiyi halda sual verilir ki, 18-in yarısı neçə edir. Birinci sinifdə uşaq 18-in yarısını bilirmi? Ədədin ikiqatı anlayışından danışılır, guya tez hesablama üsullarından istifadə edərək uşaqlara asan çıxma-üstəgəlmə öyrədirlər. 16-dan 6-nı çıxmaq 16-nı 10-a tamamlamaq kimi adlandırılır. Bu düz deyil, çoxu aza tamamlamırlar, azı çoxa tamamlayırlar. Bizim iradlarımız bununla bağlıdır.
Nayma Q:
- Biz bu iradlara yazılı cavab vermişik. Bu gün deyilən iradlara da cavab verməyə hazıram. Ardıcıllıq sözü ümumişlək sözdür, şagird bunu başa düşür. Ədədin ikiqatı ifadəsi isə yeni gətirilən anlayış kimi böyük təpki ilə qarşılanır. Çox böyük qısqanclıq var buna. 16-ya tamamlamaqla bağlı iradı qəbul edirəm.
NAZİRLİK: “ƏLBƏTTƏ, TQDK-NIN RƏYİNİ QƏBUL EDİRİK”
Faiq Şahbazlı:
- Bu dərsliklər yazılandan sonra Təhsil Nazirliyinə təqdim olunur və nazirlik bu dərslikləri qiymətləndirir. Qiymətləndirmədə qabaqcıl, əməkdar müəllimlər iştirak edir. Yəni bizim ekspertlər, bu müəllimlər Türkiyədə təcrübə keçiblər, qiymətləndirməni öyrəniblər. Üstəgəl, biz Türkiyədən mütəxəssislər cəlb etmişik, qiymətləndirmə prosesində iştirak ediblər. TQDK-nın 2-3 eksperti cəlb eləyib 4-5 il qiymətləndirmədə təcrübəsi olan adamların zəhmətinə belə üzdən münasibət bildirməsi, bu işi hörmətdən salması düzgün deyil. Əlbəttə, TQDK-nın qərarlarına hörmət edirik, onların rəyi bizim üçün ciddi siqnal idi və bu rəylər təzədən dərslik müəlliflərinə, ekspertlərə verildi. Ancaq bu zaman Komissiyanın rəyinin, iradlarının təxminən 80-90 faizinin əsaslı olmadığı üzə çıxdı. Bizim mütəxəssislər göstərdilər ki, filan iradı qəbul edirik, haqlıdır, filan iradlar düzgün deyil, siz səhvsiniz. Birinci sinif dərslikləri ilə bağlı rəylər TQDK-ya təqdim olunub, 3-4-cü siniflərlə bağlı rəylər bir müddət sonra təqdim olunacaq. Mən hesab edirəm ki, sonda biz kompramisə gəlməliyik. Necə? TQDK-nın dərslikləri qiymətləndirən ekspertləri ilə Təhsil Nazirliyinin mütəxəssisləri üzbəüz oturmalıdırlar və orda bir arbitr olmalıdır, əsaslandırmalıdır ki, bax, sən yazmısan belə,
urda deyirlər başqa cür. Hesab edirəm ki, bizim göndərdiyimiz cavabları TQDK yaxşı qarşılayacaq. Biz bir stol arxasında mütləq oturmalıyıq. Dərslikləri qiymətləndirmək bu qədərmi çətindir? Azərbaycan dili ilə bağlı mütəxəssislərdən biri də elə mənəm. Mən birinci sinif “Azərbaycan dili” dərsliyi ilə bağlı təqdim olunan iradların təxminən 20-si ilə tanış oldum və yazılan 19 rəyə görə mən utandım.
Şahnaz B:
- Faiq bəy, insanları bir sual maraqlandırır: baş verənlər iki dövlət qurumu arasında gedən münaqişədir, yoxsa bütün bunlar doğrudan da dərsliklərin keyfiyyətini artırmaq üçündür?
Faiq Ş:
- İki dövlət qurumu arasında normal münasibətlər var və bu başqa cür mümkün deyil. Əgər irad 2+2= 4- dürsə, biz bunu necə qəbul etməyə bilərik?
“MƏNİM QIZIM ÖZÜNÜ DOĞRULTMASA, O GÜN İSTEFA VERƏRƏM”
- Dinləyici soruşur ki, Faiq Şahbazlının qızı biologiya müəllimidir, amma dərslik hazırlayır. Bu nə dərəcədə düzgündür?
F.Şahbazlı:
- Faiq Şahbazlının qızı biologiya üzrə magistratura təhsili alıb, fərqlənmə diplomu ilə qurtarıb. Mənim qızım öz ixtisasına uyğun dərslik yazıb. Yəni dörd-beş müəllifdən biridir. O sualı verən adam mənim qızımla gəlib üz-üzə otursun, onun təhsilini, səviyyəsini görsün. Mənim qızım özünü doğrultmasa, o gün istefa verərəm.
“MARŞ İRƏLİ, EHEY TÜRKÜN VƏ İSLAMIN DÜŞMƏNİ”
Arif Əsədov:
- Məsələn, 3-cü sinif dərsliyində əsgər marşı var. Onun musiqisi Cavanşir Quliyevindir. Amma müəllifi Əli Kamildir. Xahiş edirəm bunu dəqiqləşdirsinlər. Başqa bir dərslikdə şeir var: bayraqları bayraq yapan üstündəki qandır. Dərslikdə bu, Tofiq Fikrətin adına yazılıb. Ancaq müəllif başqadır. Dördüncü sinif dərsliyindən bir cümləni oxumaq istəyirəm: “Marş irəli, ehey, Türkün və İslamın düşmənləri”. Bu cümlə məktəblərdə necə qarşılana bilər?. Burada didaktik tələblər, şəxsiyyətyönümlülük gözlənilirmi?