Anarın 75 yaşına Macarıstandan təbrik gəldi

Anar

-
Macarıstan Yazıçılar Birliyinin sədri Yanoş Sentmartoni Azərbaycan Yazıçılar Birliyinin sədri Anara 75 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.

Xəbəri AzadlıqRadiosuna Azərbaycanın Macarıstandakı səfirliyinin mətbuat xidməti verib.

Məktubda deyilir:

«Hörmətli cənab Sədr, əziz qələm yoldaşım!

75 yaşın münasibətilə Macarıstan yazıçılarının təbrik və ən yaxşı arzularını Sənə yetirməyi özümə şərəf sayıram.

İndiki qarışıq dönəmi yaradıcılıq üçün əlverişli saymaq olmaz. Yəqin ki, üzü küləyə və ya çevrəmizi bürüyən vecsizliyə qarşı getmək heç vaxt belə çətin olmayıb. Amma biz bilirik ki, gələcək nəsil tarixi keçmişdən söz açanda, hər şeydən öncə əbədi dəyərlərə üz tutur. Mədəniyyət və sənət əsərləri məhz belə dəyərlərin daşıyıcısıdır və həmin əsərlər əsrimiz bitənədək dünyadakı səy və varoluşumuza haqq qazandırır.

Macarıstan Yazıçılar Birliyi adından cansağlığı və yaradıcı ilham arzulayıram!

Dost salamlarıyla, Yanoş Sentmartoni».