-
"Ədəbi Azadlıq-2012" Müsabiqəsinin hekayə nominasiyası üzrə qalibi, Təbrizdə yaşayan yazıçı Rüqəyyə Kəbiri iki yeni roman yazıb. Onlardan biri - "Evim" adlanır və bir qizin məhbəs həyatının bir gününü anladır, onun iç dunyası, keçmış günlərinə dönüşü və soyuq zindan şəraitinə necə dözməsindən bəhs edir.
Rüqəyyə Kəbiri
EVİM
(Romandan parça)
Qapı qapandı. Dönüb baxdığında ikigözlü dəmir qapı - bir aşağı, bir yuxarı ona baxırdı.
Gözlərinin birisi təpəsində, o biri isə ayağındaydı.
Qapının dördbucaqlı gözləri qapalı olsaydı da, ona dünyanın ən qorxunc gözü kimi gəldi. Müvəqqətdə* qaldığı sellolun* qapısının bir gözü varıydı; o da təpəsində idi.
Tərpənmədən qapının önündə ayaqda qaldı. Gördüklərinə inana bilmirdi. Qərəni burda görmək... Özü də heç təxmin etmədiyi bir yerdə...
«Özüydü! Yoxsa ürəyim yersiz döyünməzdi. Qıvrım tükləri, qaş-gözü, duruşu heç dəyişməmişdi. Abacı demişkən: Qərə Xan idi. Genə yetim uşaxlar kimi qolların sinəsində qıfıllamışdı. Sar-saqqalı heç də üzünə yaraşmırdı. Nə də boy-buxun atıb! O duruşuq... Səhv etmirəm. Lap elə özüydü. Abacının Qərə Xanı idi, Qərə!..
Nə bilim! Bəlkə də səhv edirəm? Utanıb, çəkinməsəydim, əyilib üzünə, gözlərinə yaxından baxardım. Gözlərində qap-qara oynağan bəbəkləri bir daha görə bilsəydim... Necə də onun nəmli gözləri üçün, islaq-isti baxışları üçün darıxmışam. Yooo... Səhv edirəm. Onun burda nə işi ola bilər? Abacı izin verməz Qərə Xanın ayağı belə yerlərə çatsın. Amma özüydü, Qərə idi, Qərə...»
Dəmir qapı açıldı. Onu sellula gətirən qadın qaravul əlindəki sürütmələri qapının ağzından içəri tulazlarkən «başmaqların yaddan çıxıb!» - dedi.
Hövləsək əyildi ki, kerzlərinin bağını açsın. Çitməyini açdığında, bağı tərsinə çəkdi. Bağ düyün düşdü. Qaravul bir ayağın götürüb, o biri ayağın qoyurdu; tuvalet qapısında növbəyə durmuş kimi bir halı varıydı. Qaşların yığıb «tez ol!» - dedi.
Onunsa hövl canını götürdü. Əl-ayağını itirdi. Dırnağıyla düyünü açmağa çalışdı. Tutulandan bəri dırnaqların tutmamışdı. Qaravulun durduğu yerdə qımıldanması, onu daha artıq kırıx salırdı.
«Hələ nə yaxcı dırnaxlarım uzundu haa...». Ağlından keçəni qaravula demək istəsə də, susdu.
Qaravul bir daha səsləndi: «bə nə oldi? Bir düyünü aşmağa da başarığız yoxdi?.. Yazıx analarız... Hələ mənə hər oyundan çıxıllar... Pox yemaxlığa bax!..»
Düyünü açmağa çalışırkən, gözaltı qapıdan başını içəri uzadan qaravulu süzdü. Qaravul qara çərqədinin uclarını qulaqlarının dalısından keçirib, təpəsində düyünləmişdi. Qara gözləri alınmamış qaşlarının altında, əsəbi, kədərli və üzüntülü görünürdü. Siqaraya alışqanlığı olan adamlar kimi, dodaqları göm-göy göyərmişdi. Bozumtul paltarının düymələri açıq idi. Qara buluzunun üstündən belinə sarıdığı yaşıl rəngli şal bəlli idi. Dizlərinin altında, ağ-qırmız rəngli tumankeşi qalın, qara corablarını süyrüşmədən saxlamışdı.
Sonunda düyünü açdı. Başmağının o biri tayının çitməyini açırkən, düyün salmasın deyə diqqət etdi. Başmaqlarını qadına verdi. Ayaqları soyuq simentin üstündə üşüdü.
Qadın qapını qapadarkən «dəmpayıların* pulunu da fab-sabunla birlıxda hesablarıx» - deyib qapını çırpdı.
Taqqıltı başının kasasına çırpıldı. Simentdən qalxan soyuq - ayaqlarından yuxarıya qalxınca, üşütmə canında oturdu. Dərisini gizildətdi. Dil-dodağını büzüb, qaravulun söylədiyi sözü təkrarladı: «pox yemaxlığa bax!..».
_________
*Muvəqət - məhbusların müvəqqəti saxlanma yeri
*Sellul - kamera
*dəmpayı - səndəl