Astanada Xoca Nəsrəddini düşünəcəklər

Ankarada Xoca Nəsrəddinin heykəli

-
Martın 28-dən 29-dək Qazaxıstanın paytaxtı Astanada «Xoca Nəsrəddin – türk dünyasının ortaq dəyəri və onun türk yumorunda rolu» mövzusunda tədbir keçiriləcək.

Xəbəri AzadlıqRadiosuna bu tədbirə dəvət alan tanınmış türkoloq-alim Ramiz Əsgər verib.

Yunus Emre adına Türk Mədəniyyət Mərkəzinin təşkil etdiyi tədbir 2 mərhələdən ibarət olacaq.

Birinci mərhələdə iştirakçılar Qazaxıstanın «Xabar» telekanalında yayımlanan «Biz» tok-şousunda müzakirəyə qoşulacaq. Türkiyədən, Azərbaycandan, Türkmənistandan, Özbəkistandan, Qırğızıstandan gələn araşdırıcılar öz qazax həmkarları ilə birgə fikir mübadiləsi aparacaqlar.

Proqramın açılışından sonra Qazax Musiqili-Dram Teatrının sənətçiləri Xoca Nəsrəddinin 10 lətifəsinin səhnə təcəssümünü təqdim edəcəklər.

Martın 29-da baş tutacaq ikinci mərhələdə eyni mövzu L.N. Qumilyov adına Avrasiya Milli Universitetində eyni mövzu simpoziumunda dartışılacaq.

İştirakçıların bütün xərclərini Yunus Emre adına Türk Mədəniyyət Mərkəzi öhdəsinə götürüb.