Bakı Gül bayramına hazırlaşır

Arxiv foto

-
Keçmiş prezident Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə bağlı Bakıda Gül bayramına hazırlıqlara start verilib.

Aprelin 5-dən başlayaraq bayramın keçiriləcəyi parka giriş bağlanıb. Artıq parka bəzi tarixi abidələrin maketləri gətirilib.
Polis və mülkigeymli şəxslər ərazini mühafizə etməkdədirlər.
2004-cü ildən başlayaraq hər il mayın 10-da, keçmiş prezident Heydər Əliyevin doğum günündə Bakı Şəhər İcra hakimiyyəti paytaxtda gül bayramı təşkil edir. Bu dəfəki gül bayramı Heydər Əliyevin anadan olmasının 90-cu ildönümünə təsadüf edir.
Hər il dekorasiyaların hazırlanmasına 50-dən çox ölkədən gətirilmiş 1 milyondan çox güldən istifadə olunur. Həmin dekorasiyaların hazırlanmasında yerli şirkətlərlə yanaşı xarici ölkələrdən dəvət edilmiş dizayn şirkətlərinin nümayəndələri də iştirak edirlər.
BŞİH-nin başçısı Hacıbala Abutalıbovun AzadlıqRadiosuna müsahibəsində bu il Heydər Əliyevin doğum günü üçün keçən ilkindən 2 dəfədən çox gül gətiriləcəyini deyib.
Amma gül bayrama nə qədər vəsait xərcləndiyini Bakı Şəhər İcra Hakimiyyəti açıqlamır.
Müstəqil iqtisadçılar bu tədbirin əslində bir israfçılıq və korrupsiya mənbəyi olduğunu iddia edirlər.