-
Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına türkiyəli araşdırıcı Seyfettin Altaylı söylədi.
DOĞRU BİLDİKLƏRİMİZ TƏKZİB OLUNUB, YANLIŞLAR DOĞRULANIB
Fevralın 27-də ata-anasının məzarı yanında canına qıyan tanınmış araşdırıcı Recep Albayrak-a həsr olunmuş verilişə Türkiyədən telefonla qoşulan Seyfettin bəy mərhumun çox məhsuldar işlədiyini dedi:
««Türklərin İranı» əsərini də 30 illik əmək nəticəsində ərsəyə gətirdi. Çox təəssüf ki, onun çapını, bəhrəsini görmədi. Baş nazirlikdə diplomat kimi, Türkiyənin məxfi təşkilatında 10 ilə yaxın çalışıb. İranı kənd-kənd dolanıb. Hansı kənddə, qəsəbədə, şəhərdə nə qədər insan yaşayıb—bunlar farsdırmı, türkdürmü, başqa millətdirmi—bunların hamısını bitdə-bitdə öyrənmişdi. 1918-ci ildə Azərbaycanda törədilən soyqırımları Güneydə - Elmasda, Xoyda, Urmiyada, Makuda da təkrar olunmuşdu. Soyqırımı törədənlər təkcə erməni quldur dəstələri deyildi. Onların içində suriyenlər də vardı. Recep bəy onların liderləri ilə görüşmüşdü. «Türklərin İranı» adlı kitabda bu görüşü də yazmışdı. Bu kitabda bizim doğru bildiyimiz çox şey təkzib olunub, yanlış bildiklərimiz doğruldulub».
AZƏRBAYCAN LEYLASININ MƏCNUNU İDİ
Seyfettin bəy Recep bəyin gecəli-gündüzlü Azərbaycan üçün işləyən bir adam olduğunu bildirdi:
«Azərbaycan Leylasının bir Məcnunu idi… Recep bəy Azərbaycana məhəbbət bəsləyən, onu sevən bir insan idi… Deyilənə görə, özünə qəsd edib. Amma mən ona inanmıram. Burada nə isə var. Recep bəy özünə qəsd edəcək bir insan deyildi. Allaha, Tanrıya, Qurana bütün varlığıyla inanan insan idi. İnsanı özünə qəsd edəndə onu nə gözlədiyini də yaxşı bilirdi. O, özünə qəsd etməyib. Başına nə isə gətirdilər…».
BU QƏSDİ «TÜRKLƏRİN İRANI» İLƏ BAĞLAYIR
Seyfettin bəy yenicə çapdan çıxmış bu kitabda indiyədək heç kəsin bilmədiyi detalların açıldığını dedi:
«Bu qəsdin səbəbini həmin kitabla bağlayıram. Yəqin kimlərisə qıcıqlandırdı və onun qisasını aldı…».
KİM BU CÜR SÖKÜB-TÖKÜB İRAN BOĞÇASINI?
S.Altaylı Recep bəyin İrandakı etnik qruplarla bağlı dəqiq məlumatı olduğunu təkrar vurğuladı:
«Məsələn, tatlar haqqında yazır ki, başsız börk, tatsız türk olmaz. Azərbaycanlılar qeyri-türklərə «tat» deyib həmişə. Recep bəy hətta kitabında neçə tat dili olduğunu da yazıb. Xalxalicə, çalicə, eneranicə, fərzəndicə, paşayicə, mərağicə, yengicə və s. Sizi bilmirəm, mən indiyədək eşitməmişdim. Məsələn, deyir ki, rəmandicə Qəzvinin cənub-qərbində danışılır. Kərinqanicə filan yerlərdə danışılır. Bu dərəcədə kim söküb-töküb İran boğçasını? Heç kim! Ona görə də, bu kitab bir yerləri qıcıqlandırdı və onun başına bəla açdılar. Mən təkrar söyləyirəm ki, Recep bəyin özünə qəsd etdiyinə qəti şəkildə inanmıram».
«KÜRƏKÇAY MÜQAVİLƏSİ GÖZÜMÜN QABAĞINDADIR»
S.Altaylı tarixi Kürəkçay, Gülüstan vә Türkmənçay müqavilələrinin orijinal mәtnlәrinin kitabda təqdim olunduğunu da dedi:
«Kürəkçay müqaviləsi hələ də gözümün qabağındadır… Müqavilənin əlyazmasını qoyub və tərcüməsini verib. Neçə maddə olduğunu göstərib. Gülüstan, Türkmənçay müqaviləsi də onun kimi. Bunlara kimlər qol çəkib, neçənci ildə qol çəkib—hamısı kitabda aydın şəkildə göstərilib. Bu kitab Azərbaycan tükcəsinə tərcümə olunmalıdır. Onda Güney də bundan xəbərdar olacaq. Bu, İranda inqilab edəcək bir əsər vəqfindədir. Azərbaycan dövləti nə edir-etsin—bu əsəri tərcümə edib çap etdirsin. Çox dəyərli əsərdir».
ƏGƏR ÖLKƏMİZİN ŞƏRƏFİNƏ LƏKƏ SALSANIZ…
Seyfettin bəy Recep bəylə bir xeyli müddətdir dostluq etdiyini dedi:
«Recep bəyin ailəsi XIX əsrdə rusların soyqırımı nəticəsində Quzey Qafqazdan köç edib Anadoluya gəlib. Anadolunun Kütahya bölgəsindəki Simav qəsəbəsində yerləşiblər. Çərkəz olublar. Ailə adları Hacalıdır. Hətta «Türklərin İranı» əsərinin ən başında Quzey Qafqazlı qadın döyüşçünün-- Gekhalı Mayla Taymaskhanın sözlərini qoyub:
«Eğer ülkemizin şerefine leke düşürürseniz, kendi çıkarlarınız doğrultusunda ülkemizi kullanmaya yeltenirseniz, düşmanlarımızın iyi niyet gösterisine ve güzel sözlerine aldanıp silahlarınızı bırakırsanız, tüm dünyanın lâneti üzerinize olsun!»»…
«Recep bəy bütün varlığıyla türk dünyasına xidmət etməyə çalışırdı».