-
UNESCO-nun Türkiyə Milli Komitəsi «Nasreddin Hoca Fıkraları Anlatı Geleneği» (Nəsrəddin Hoca lətifələrini söyləmək ənənəsi) adlı bir sənəd hazırlayaraq Molla Nəsrəddini təşkilatın qeyri-maddi mədəni irs siyahısına salmağı hədəfləyir.
Türkiyə mediasının yazdığına görə, Milli Komitə mayın 7-dən 8-dək 30 ölkənin qatıldığı toplantıda bu niyyətini həyata keçirməyə çalışacaq.
UNESCO Türkiyə Milli Komitəsi başqanı Öcal Oğuz mediaya açıqlamasında dünyanın bir çox yerində Nəsrəddin Hoca lətifələrinin nəsildən-nəsilə, atadan oğula miras qaldığını deyib:
«Şərqi Türküstanda, Türküstanda, Çində, Özbəkistanda, Qazaxıstanda, Qırğızıstanda, Türkmənistanda, Azərbaycanda, Anadoluda, Balkanlarda, Orta Şərqdə, Şimali Afrikada, Hindistanda Nəsrəddin Hoca lətifələri söylənir. Bu bölgələrdəki 43 ölkəni UNESCO-nun «Nasreddin Hoca Fıkra Anlatı Geleneği»ni çoxmillətli bir sənəd olaraq təqdim etmək üçün dəvət etdik. 30-dan çox ölkədən müsbət reaksiya gəldi…UNESCO-nun bunu dünya mədəni irs siyahısına salmasını hədəfləyirik… Bu sənədi UNESCO-ya təqdim edəcəyik».
Türkiyə türklərinin Nəsrəddin Hoca dedikləri müdrik lətifə ustası müxtəlif xalqlarda fərqli adlarla məşhur olub.
Orta Asiyada – Türküstanda ona Xoca Nəsrəddin, Nəsrəddin Əfəndi, Əpəndi, Azərbaycanda Molla Nəsrəddin deyirlər.
8 əsrdir ki, onun adı Anadoludan tutmuş Çinə qədər böyük bir ərazidə anılır.
Onu bu ellərdə hamı özününkü bilir.
Molla Nəsrəddinlə bağlı söylənilən lətifələrə ilk dəfə yazılı şəkildə Sarı Saltukun həyatından bəhs edən «Saltuknamə» əsərində rast gəlinib.
Deyilənə görə, Fateh Sultan Mehmetin oğlu Cemin şahzadəliyi dövründə Molla Nəsrəddinlə bağlı lətifələrin qələmə alınması və kitaba köçürülməsi barədə göstəriş verilib.
O dövrün tanınmış alimlərindən olan Əbülxeyir Rumi 7 il xalq arasında gəzərək Molla Nəsrəddinlə bağlı lətifələri toplayıb və onları 1480-ci ildə kitab halına gətirib.
Qərb tədqiqatçıları da Molla Nəsrəddinlə bağlı lətifələri bir yerə toplayıb çap etdiriblər.
Pierre Millen-in «Nasreddin et son epouse» , Edmondo Savussey-in «La Litterature Populaire Turque» adlı əsərindəki Molla Nəsrəddin bölümü, Jean Paul Carnier-in «Nasreddin Hoca et ses HistoiresTurgues» adlı əsərləri var.
XX əsrin əvvəllərində Tiflisdə «gülgü jurnalı» çıxarmaq istəyən Mirzə Cəlil də sonralar əfsanəyə çevriləcək nəşrə «Molla Nəsrəddin» adını verib.