E. Məmmədyarov: «Danışıqlar durğunluq mərhələsindədir...»

Elmar Məmmədyarov

-
Mayın 17-18-də Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək.
APA-nın xəbərinə görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasına bildirib ki, rusiyalı həmkarı Sergey Lavrovun danışıqlarda tərəqqi olmadığına dair fikirlərini bölüşür və mövcud status-kvo qəbuledilməzdir:

«Mən Lavrovla razıyam. Biz əvvəlcə Praqa danışıqlarına başladıq, sonra 2007-ci ildə Madrid prinsipləri ortaya çıxdı. 2009-cu ildən prezidentlərin görüşləri başladı. Daha sonra yenilənmiş Madrid prinsipləri təklif olundu. Lakin bu danışıqlar hələlik nəticə verməyib. Biz hələlik staqnasiya (durğunluq) mərhələsindəyik».