-
3 may - Ümumdünya Mətbuat Azadlığı Günüdür.
Bu gün mətbuat azadlığında olan vəziyyətin təhlil edilməsi, mətbuatın hücumlardan qorunması və vəzifə borcunu yerinə yetirərkən həyatını qurban vermiş jurnalistlərə dərin ehtiramın izhar edilməsi üçün bir imkandır.
Ümumdünya Mətbuat Azadlığı Günü 1993-cü ildən qeyd olunur.
Azərbaycanın rəsmi mövqeyi odur ki, ölkədə söz və mətbuat azadlığı tam təmin olunub. Jurnalist fəaliyyətinə görə də heç kim həbsdə deyil.
ABŞ-da yerləşən Freedom House qeyri-hökumət təşkilatının mayın 1-də açıqladığı hesabatda qeyd olunur ki, «Azərbaycanda media azad deyil».
Hesabatda Azərbaycanda jurnalistlərə qarşı zorakılıqların artdığı və azad informasiyanın əldə olunmasının qarşısının alınması üçün qanunvericiliyə dəyişikliklər edildiyi üçün vəziyyətin pisləşdiyi göstərilir.