-
Qobustan Milli Tarixi-Bədii Qoruğu 2013-cü il üzrə «Avropada İlin Muzeyi» müsabiqəsinin qalibi olub.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərə görə, Avropanın 41 tanınmış muzeyinin iştirak etdiyi müsabiqədə Qobustan qoruğu mürəkkəb seçim mərhələlərindən keçərək xüsusi mükafata layiq görülüb.
Avropa Muzey Forumu tərəfindən keçirilən «Avropada İlin Muzeyi» müsabiqəsi (EMYA - European Museum of the Year Award) dünyada muzey işi sahəsində ən nüfuzlu və böyük tarixi olan müsabiqələrindəndir.
1977-ci ildən bəri hər il onlarla muzey bu yarışmada iştirak edərək, nailiyyətlərini və qabaqcıl təcrübəsini həmkarları arasında paylaşmaq imkanı qazanır.
Müsabiqə eyni zamanda geniş ictimaiyyətin diqqətini muzeylərdə keyfiyyət səviyyəsinin artmasına və innovasiyalara cəlb etmək məqsədi güdür.
Mövcud şərtlərə görə, müsabiqədə son iki ildə açılmış, yaxud eyni dövrdə əsaslı rekonstruksiya keçmiş, yeni bölüm yaratmış «köhnə» muzeylər iştirak edə bilər.
ZİYARƏTÇİLƏRİN SAYI ARTA BİLƏR
Əsas seçim meyarları muzeyin ictimaiyyətlə sıx əlaqə qura bilməsi, muzey mövzularının və əşyaların təqdimatında yeni və eksperimental üsullardan istifadə etməsi, ümumiyyətlə, əhaliyə yüksək mədəni xidmət təqdim etməsidir.
Xəbərdə deyilir ki, Qobustan Milli Tarixi-Bədii Qoruğunun yeni muzeyi 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılıb:
«İllərlə təsdiq edilmiş faktdır ki, bu nüfuzlu müsabiqədə uğur qazanan muzeylərə ziyarətçi axını xeyli artır. Məsələn, bu il EMYA-nın təqdimat mərasiminə ev sahibliyi edən Belçikanın Tongeren şəhərindəki Qallo-Roman arxeoloji muzeyi 2011-ci ilin əsas mükafatını aldıqdan sonra onu ziyarət edənlərin sayı ildə 150 minə (bu, kiçik bir əyalət şəhərinin əhalisindən üç dəfə çoxdur) çatıb».
Nazirlik bu fikirdədir ki, qısa zamanda ölkənin hüdudlarından kənarda tanınan Qobustan muzeyinin də EMYA-nın münsiflər heyəti tərəfindən mükafata layiq görülməsi onun dünyada daha geniş tanıdılmasına töhfə olacaq.