Beynəlxalq Korrupsiya Məhkəməsi yaratmaq təklif edilir
Sizin brauzer HTML5-i dəstəkləmir
Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov bu ölkədə mərmurların korrupsiya əməllərinə dair yeni hesabat hazırlayıb. AzadlıqRadiosunun rus redaksiyasının Baş redaktoru İrina Lagunina həmin hesabatın yayılmasından əvvəl ABŞ-ın Massaçusetts ştatının federal hakimlərindən biri Mark Wolf-la Rusiyada korrupsiyanın vəziyyəti barədə söhbət edib. Cənab Wolf həmçinin Beynəlxalq Korrupsiya Məhkəməsi yaradılması barədə təklifin müəllifidir.