Bəzi İslam dövlətlərində sosial şəbəkələrin haram olması haqda fikirlər səslənir, onların “şeytan əməli” olması barəsində fətvalar verilir. Bu fikirlər nə dərəcədə İslama əsaslanır?
Quranda olmaya bir əmələ görə kiminsə cəhənnəmə gedəcəyini demək mümkündürmü? Bunlar dövlət siyasətidir, yoxsa hansısa dini xadimlərin şəxsi maraqları naminə atdıqları addımlar? Bu mövzu “İslam və demokratiya” verilişində müzakirəyə çıxarılıb.
Qeyd edək ki, bir neçə gün öncə Səudiyyə Ərəbistanının Baş müftisi Şəriət polisinin rəhbəri olan Sheikh Abdul Latif Abdul Aziz al-Sheikh deyib ki, sosial şəbəkədə olanlar axirətdə rahatlıq tapmayacaq, cənnətə getməyəcəklər.
"İSLAMIN BUNA KONKRET TƏLƏBLƏRİ VAR"
İlahiyyatçı Kəbleyi Sübhi Zərbiyev etiraf edir ki, İslamın yarandığı, müqəddəslərin yaşadığı dövrlərdə bu cür texnologiyalar, sosial şəbəkələr olmayıb. Amma bununla belə, dinin ictimai çirkinliyə qarşı konkret tələbləri var:
“Əgər kimlərinsə davranışı özü ilə yanaşı, bir neçə nəfəri çirkaba salırsa, onda həmin əməl qadağa olunmalıdır. Əgər bu yol səni günaha tərəf aparırsa, uzaqlaşmalısan. Yox əgər kamilliyə doğru aparırsa, öz sözünü dünyaya deyə bilirsənsə, qadağa ola bilməz”.
İlahiyyatçı İslama qadağalar, məhdudiyyətlər yığını kimi baxmağın əleyhinədir. Onun sözünə görə, əslində İslam ən demokratik dindir:
“Burada elmlə bağlı məhdudiyyət yoxdur. Amma sosial şəbəkələrdə əxlaqi normalara uyğun olmayan bir şeyə daxil olanda artıq dinin sərhədi pozulur. Bundan istifadə edərkən zərər görürsənsə, dərhal uzaqlaşmalısan”.
"İSLAMDA İNTERNETƏ QADAĞA YOXDUR"
Blogger Fərid Abdullah isə heç bir halda dində internetlə bağlı qadağa olacağını qəbul etmir.
“Səudiyyə Ərəbistanında səslənən fikirlərə baxmayaraq, bu ölkənin alimləri bəzən öz fətvalarını Twitterdə verirlər. Hər bir insan fərd olaraq tərbiyəsizdirsə, sosial şəbəkədə də elə olacaq. Sosial şəbəkəyə qadağa qoyulacaqdısa, onda gərək mobil telefonu da ləğv edərdilər”.
Blogger onu da etiraf edir ki, virtual aləmdə saxtakarlıq həddən artıq çoxdur.
“Təxribat törədənlər əsası olmayan şeylər yazırlar. Səhifələrində insanların adları, yaşayış yerləri saxta olur. Hər bir insan öz adından danışmalıdır”.
Fərid Abdullah hesab edir ki, dindarların bu məsələ ilə bağlı fətva verməsi sadəlövhlükdür.
“İnsan sosial şəbəkəyə daxil olmaqla cəhənnəmə gedə bilməz. İslamda heç Peyğəmbər (ə.s.) özü də kiməsə birbaşa cəhənnəmə gedəcəyini deməyib. Həmişə hər kəsə daha düzgün yol göstərməyə çalışıblar. Dinimizdə əsasən lağlağılıq, bayağılıq, ələ salmaq qəbul edilməzdir”.
İSLAM İNTERNETƏ ALUDƏÇİLİKLƏ BAĞLI NƏ DEYİR?
Blogger Fərid Abdullahın fikrincə, sosial şəbəkələrdə boş yerə vaxt itirmək pis şeydir.
“Gənclər bütün günü şəbəkədə otururlar, harda yemək yedim, filankəslə görüşdüm kimi statuslar paylaşırlar. Düzdür, hər kəsin şəxsi azadlığı var. Amma səhərdən axşama kimi burada qalmaq, xəstəsi olmaq, asılılıq yaratmaq təqdir olunmayan bir haldır və məzəmmət olunmalıdır”.
Müzakirələri tam olaraq buradan dinləyə bilərsiz.

Siz bu məsələ ilə bağlı nə deyirsiz?
-
Sosial şəbəkələrin haram, “şeytan əməli” olması barəsində fətvalar nə dərəcədə İslama əsaslanır?
-
Quranda olmaya bir əmələ görə kiminsə cəhənnəmə gedəcəyini demək mümkündürmü?
-
Bu cür açıqlamalar dövlət siyasətidir, yoxsa hansısa dini xadimlərin şəxsi maraqları naminə atdıqları addımlar?