"Ölkə necədirsə Wikipediası da elədir"

-
http://www.youtube.com/embed/ewXmK156IY4?feature=player_embedded

Zaur

Facebook-dan birbaşa şərh yaz

Texnologiya ensiklopediyanı daha çatımlı edib. Bizə lazım olanları axtarmaq üçün onlayn ensiklopediya var-Wikipedia.
Azərbaycan Wikipedianın imkanlarından necə yararlanır? İstifadəçilər hansı çətinliklərlə üzləşir?
Suallara Azadlıq FM-də cavab axtarırmışıq:

Wikipedia yazan Səfər İbrahimov:

- 2004-cü ildən Azərbaycanda Wikipediaya maraq yaranmağa başlayıb və bu vaxtda virtual ensiklopediya yenilənir…

- Wikipedia Azərbaycanda yüzlərlə istifadəçi qeydiyyatdan keçib. Amma onların hamısı aktiv istifadəçi deyil.

- Azərbaycanda Wikipedia çox zəif yenilənir. Demək olaraq ki, Azərbaycanda Wikipedia məqalələri müntəzəm yazılmır. Çox az hallarda məlumatlar yenilənir, yazılır. Bu da çox zaman “copy paste”lər olur.

- Wikipedia statistikasını elə qurum özü aparır... Bu statistikadan sonra bilinir ki, kimlər nələri yazıb və s.

- Azərbaycan Wikipediasında 9 administrator var. Onlar da çalışırlar Wikipedia qaydalarına nəzarət etsinlər…

- Wikipediada fizika, kimya, biologiya sahəsi çox zəifdir. Müqayisədə tarix sahəsi daha zəngindir…

- Azərbaycandilli Wikipedia ingilisdilli Wikipedia ilə müqayisə edilə bilməz...

Əli Hacızadə:

- Virtual ensiklopediya ənəvidən onunla fərqlənir ki, məlumatlar hər zaman yenilənir. Ənənəvi ensiklopediyada isə məlumatı təzələmək üçün növbəti çap olunma vaxtını gözləməlisən.

- Hər ölkə Wikipediasının öz fəlsəfəsi var. Azərbaycandilli Wikipediada yazılan yazını o üslubda fransızdilli Wikipediada yazmaq çətindir. Məsələn, Qarabağ haqda Azərbaycan Wikipediasına yazdığımız məqaləni olduğu kim Rusiya Wikipediasına yerləşdirə bilmərik. Mütləq redaktə edirlər, onların milli maraqlarına toxunan məqam varsa, redaktə edilir...

- Fransızdilli Wikipediada Qarabağla bağlı fotolar əlavə etmişdim. Fotonu çıxartdılar və dedilər ki, bizim qaydalara ziddir...

- Ölkə necədirsə Wikipediası da elədir…

- İngilisdilli Wikipediada ərəblərlə farslar, əfqanlarla pakistanlılar arasında böyük konflikt var. Reallıqda olan münaqişələr virtualda da davam edir...

- İnsanlar fəal şəkildə Azərbaycanda Wikipedianın genişlənməsinə çalışmalıdılar...