-
Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına – «Azərbaycan teatrı: dünən, bu gün və sabah - multimedia janrı teatrlarda» adlı layihənin rəhbəri Tariyel Məmmədov söylədi.
AZƏRBAYCANDA HƏLƏ BELƏ ELEKTRON BAZA OLMAYIB
http://www.azadliq.org/externalaudio-FLRM/Audio/961251.html
Onun fikrincə, yeni yaradılan elektron baza unikaldır:
«Hər bir elektron məhsulun məlumat yükü var. Məsələn, biz Üzeyir bəyin portalını hazırladıq--26 qeqabaytlıq. İlyas Əfəndiyevin virtual muzeyi 22 meqabayt, Xan Şuşinskinin virtual muzeyi 19 qeqabaytlıqdır. Ancaq bu bazadan hələ Azərbaycanda olmayıb. Bu, 1 terabaytlıq, yəni 1000 qeqabaytlıqdır. Bu baza 260 DVD diskdə olan elektron məlumatı özündə saxlayır. 5 saata yaxın videomateriala baxa, 357 saat audiomaterialı dinləyə, 100-ə yaxın pyesi oxuya, 1500 şəklə baxa bilərsiniz. Burada 3000-ə yaxın əlyazma, məktublar, 120 saatlıq canlı səslər və s. var. Çox böyük bir xəzinədir».
BAZA 3 DİLDƏDİR
Tariyel müəllim bazanın 16 bölməsi olduğunu xatırlatdı:
«Rubrikalar da var. Həm paytaxtda, həm də bölgələrdə fəaliyyət göstərən dövlət teatrları haqqında geniş məlumat toplanıb. Digər bölmələrdə istifadəçilər ayrı-ayrı teatr xadimləri, aktyorlar, rejissorlar, teatrşünaslar, rəssamlar, bəstəkarlar, dramaturqlar barədə bilgi əldə edə bilərlər. Baza 3 dildə hazırlanıb--Azərbaycan, rus və ingilis dilində. Nəinki keçmiş Sovet məkanında, eləcə də bütün dünyada Azərbaycan teatrında nələr baş verdiyini öyrənib-bilmək olur».
MDB MƏKANINDA YEGANƏDİR
Layihənin eksperti teatrşünas Elçin Cəfərovun fikrincə, Azərbaycan teatrlarında bu sahədə vəziyyət ürəkaçan deyil:
«100 ballıq şkala ilə qiymətləndirsək, 10 bal vermək olar. Məsələ Azərbaycanda internet resurslarının aktiv istifadəyə verilməsindən gedir. Azərbaycanda teatr saytları çox azdır. Amma o az saytlar belə kütləvi istifadəçilər tərəfindən tanınmır. Bu mənada bir çox teatrlarımızın saytı yoxdur, bir çoxlarının saytı qənaətbəxş deyil. Saytı olan və işlək sayılan teatrların saytına giriş sayı da azdır. Bu onu göstərir ki, Azərbaycan teatrı müasir informasiya texnologiyalarının tətbiqi baxımından axsayır. O üzdən də, milli teatr bazasının yaradılması təşəbbüsü böyük bir addımdır. MDB məkanında belə bir baza yoxdur».
BAZADAKI YENİLİKLƏR
Tariyel Məmmədov milli teatrın elektron bazasındakı yeniliklərdən də danışdı:
«İnternetdə 4 brauzer var. Bəzilərində video açılır, bəzilərində yox. Biz elə etmişik ki, hansı sistem qoşulur-qoşulsun açılacaq. Bu, yenilikdir. Bizdə ən unikal bölmələrdən biri video arxivdir. Bu bölmədə teatr və televiziya tamaşaları, eləcə də teatr tarixini əks etdirən nadir videolentlər toplanıb. Arxivlərdə çox şey var. Hər bir arxiv özünəməxsusdur. Bunları axtarmaq, toplamaq, ən əsası bərpa eləmək lazımdır. Canlı səsləri, epistolyar irsi, video xronikaları və s. Biz eksperiment də elədik. Elə videolar var ki, lal kinodakı kimi musiqi ilə «dilləndiririk». Biz 3D formatında işləyirik. «Teatr muzeyi»nə girsəniz, bütün ekspozisiyalar açılır. Bütün sənədləri oxuya bilərsiniz—3 dildə».
«Təəssüflər olsun ki, Azərbaycan teatrlarının çoxunun öz normal saytı belə yoxdur».
Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına – «Azərbaycan teatrı: dünən, bu gün və sabah - multimedia janrı teatrlarda» adlı layihənin rəhbəri Tariyel Məmmədov söylədi.
AZƏRBAYCANDA HƏLƏ BELƏ ELEKTRON BAZA OLMAYIB
İz- elektron teatr bazası
azteatr.musigi-dunya.az elektron bazasında daha nələr var? Elə buradan verilişimizi dinlə.http://www.azadliq.org/externalaudio-FLRM/Audio/961251.html