Pamukun yeni romanı gələn ilin əvvəli çap olunacaq

Orxan Pamuk

-

Nobel mükafatlı türk yazarı Orhan Pamukun "Kafamda bir tuhaflık" adlı yeni romanı 2014-cü ilin ilk aylarında çap ediləcək.

Bu barədə, kitabı nəşr edəcək “Yapı Kredi” nəşriyyatı açıqlama yayıb. Roman işini itirən boza (Türkiyədə dənli bitkilərdən çəkilən qidalı içki) satıcısının hekayətini anladır. O, yaşadığı Konyanı tərk edib İstanbula üz tutur.

Bir müddət əvvəl yazıçı türk mətbuatında roman haqda bir qədər detallı danışmışdı: "Öteki İstanbul'un, satıcıların, Gültepe, Kuştepe, Tarlabaşı gibi semtlerde yaşayanların ve Anadolu'dan göçenlerin, İstanbul'un o dokusunun romanı olacak. Böyle bir romandan bahsedince, hemen sosyal gerçekçilerin bahsettiği konular akla geliyor doğal olarak. Evet o konular ama ben tuhaf bir roman yazıyorum”.

“Yapı Kredi” bundan əvvəl – 2003-cü ildə Pamukun “Istanbul, Hatıralar ve Şehir” kitabını çap etmişdi. Kitab 40-dan çox dilə tərcümə edilib.