-
MEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu məşhur Azərbaycan maarifçisi, ədəbiyyatşünası və ictimai xadimi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin topladığı və 4 cilddə tərtib etdiyi «Azərbaycanda məşhur olan şüəranın əş'arına məcmuədir» adlı toplusunun IV cildinin nəşrinə nail olub.
Xəbəri nəşrin reaktoru Paşa Kərimov AzadlıqRadiosuna verib.
Bu cildə XVIII-XIX əsrlərdə yaşayıb-yaratmış Azərbaycan şairlərinin əsərlərindən seçmələr salınıb.
Nəşri çapa hazırlayan və izahların müəllifi Yədulla Dadaşlıdır.
Xatırladaq ki, Hüseyn Əfəndi Qayıbzadə 1830-cu ildə Qazax qəzasının Salahlı kəndində doğulub.
Uşaqlıqdan dini elmlərlə yanaşı, ərəb, fars və türk dillərini, eləcə də Şərq ədəbiyyatı və tarixini mükəmməl öyrənib.
Tiflisdəki üçillik müsəlman ruhani məktəbində Şərq dillərindən dərs deyib.
Daha sonra Qori Müəllimlər Seminariyasının ilk ərəb və fars dili müəllimi olub.
Mirzə Hüseyn Əfəndi Tiflisdə kasıb azərbaycanlılar üçün məktəb açıb, XX əsrin əvvəllərində buranı genişləndirərək altı sinifli «Müfti-İslam məktəbi»nə çevirib.
Hüseyn Əfəndi azərbaycanlı qızların təhsil almasının tərəfdarı olub, iki qızını - Nigar və Gövhəri Tiflis Nücabə Qızlar İnstitutunda oxutdurub.
Onun həyat yoldaşı Səadət xanım Tiflisdəki Qafqaz Qadınları Xeyriyyə Cəmiyyətinin fəxri sədri idi.
Hüseyn Əfəndi 1883-cü ildən 1917-ci ilə--ölümünə qədər Qafqaz müftisi olub.
O, çoxlu məqalələr, kitablar, dərs vəsaitləri hazırlayıb.
Atalar sözü, zərb-məsələlər, hikmətli sözlər toplayıb, 9 hissədən ibarət «Tövsiyyətnamə» kitabını yazıb.
XVIII-XIX əsrlərdə yaşamış 109 Azərbaycan şairinin əsərlərindən ibarət dördcildlik antologiya tərtib edib.
Mirzə Hüseyn Əfəndi «top tanrısı» general Əliağa Şıxlinskinin yaxın qohumu, həm də qayınatası olub.
Onun ikinci qızı Gövhər xanım 1920-ci Nargində güllələnən Cümhuriyyət ordusunun generalı İbrahim ağa Usubovun həyat yoldaşı idi.