«Jurnalistlərin onlar üçün inşa olunmuş yaşayış binasına köçmələri bir-iki ay çəkə bilər».
Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib.
Onun sözlərinə görə, hazırda binanın təhvil-təslim sənədləri hazırlanır: «Bina istismara hazır olmalıdır və bizə ünvan verilməlidir. Ünvan olmalıdır ki, mənzillər, işıq, su və qaz sayğacları mənzil sahiblərinin adına keçirilsin. Bundan sonra mənzilləri jurnalistlərə təhvil verəcəyik. Sənədləri hazırlayıb, Bakı Şəhər İcra Hakimiyyətinə vermişik. Sənədlər müəyyən təşkilatlarla razılaşma mərhələsindədir. Hazırda sənədləşmə işləri aparılır. İstismara qəbul aktı olmalıdır ki, binaya qaz, su, elektrik verilsin. Biz istəyirik ki, binada qaz olsun. Bundan başqa, orada xidmətimizi yaratmalıyıq. Bu işlər həll olunandan sonra biz özümüz jurnalistlərə xəbər verəcəyik».
İyulun 22-də – Milli Mətbuat Günü Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən yaşayış evinin açarları sahiblərinə paylanıb.