Azərbaycan XİN-in "qara siyahısı"na düşən tanınmış yazarlar, musiqiçilər...

Dağlıq Qarabağ - Montserrat Caballe "Gandzasar monastırında Qarabağ arxiyepiskopu Pargev Martirosian" ilə, 05 iyun, 2013

-

Siyahıda məşhur müğənnilər Al Bano, Monserrat Kaballye də var.


Azərbaycanın Xarici İşlər Nazirliyi ölkənin işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiklərinə görə «persona non qrata» elan edilmiş şəxslərin siyahısını açıqlayıb.

Siyahıda ümumilikdə müxtəlif ölkələrdən olan 335 nəfərin adı yer alıb. Azərbaycana gəlişi yasaqlanan bu şəxslər arasında müxtəlif ölkələrdən olan şair, yazıçı, heykəltəraş və musuqçilər də var.

Makvala Qonaşvili
Gürcüstan Yazıçılar Birliyinin sədri

Marius Çelaru
Rumıniya, şair

Lyubitsa Mileviş
Serbiya, şair

Piter Kaulin
ABŞ, şair

(XİN bildirir ki, onların dördü də 2012-ci ilin 16-18 oktyabr tarixlərində işğal edilmiş ərazilərdə keçirilmiş “Şair-sülhün carçısı” adlı “beynəlxalq poeziya festivalı”nda iştirak etmək məqsədilə Dağlıq Qarabağa qanunsuz səfər etmişlər).

Makvala Qonaşvilinin bir neçə ay əvvəl "qara siyahı"ya salınmasına münasibəti burda.

Beso Xvedelidze
Gürcüstan, “Ədəbi palitra” jurnalının redaktoru
(2012-ci ilin 21 mart tarixində Xankəndidə keçirilmiş “Cənubi Qafqaz” toplusunun təqdimetmə mərasimində iştirak etmişdir).

Vladimir Zaxarov
Rusiya Rusiya yazıçılar ittifaqının üzvü, Lermontov Komissiyasının sədri
(XİN bildirir ki, o, 2006-cı ilin iyun ayında işğal olunmuş ərazilərə qanunsuz səfər etmişdir).

Vladimir Stupişin
Rusiyanın Ermənistanda keçmiş səfiri, yazıçılar ittifaqının üzvü
(1997-ci ildə işğal olunmuş ərazilərə qanunsuz səfər etmişdir).

Qriqori Pototski
Rusiya, heykəltəraş
(2010-cu ilin sentyabrında “Oduvançik” (Zəncirotu) adlı heykəli Xankəndidə
ucaldılmışdır).

İqor Karamerev
Litva, Kaunas şəhərində Musiqi akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur.
(2011-ci ilin iyul ayında keçirilmiş “Tndrje”(Çinar) klassik musiqi festivalında iştirak etmişdir).

Həmin festivala qatılan daha 4 musiqiçi:

Abiqayl Sin
Sinqapur, musiqiçi

Beate Matveyeva
Latviya, musiqiçi

Tomas Ladiga
Latviya, musiqiçi

Ernest Hoetzl
Avstriya, dirijor

"Qara siyahı"ya dünya şöhrətli ispan müğənnisi

Monserrat Kaballye

(2013-cü ilin iyununda Dağlıq Qarabağda konsert verib),

məşhur italyan müğənnisi

Al Bano

belçikalı musiqiçi

Stephan Vermeersch,

litvalı prodüser, rejissor,

Arvydas Barysas

da salınıb. XİN bildirir ki, sonuncu şəxs 2012-ci ilin may ayında film çəkilişi məqsədilə Dağlıq Qarabağa qanunsuz səfər etmişdir.

Bundan başqa Azərbaycanda "arzuolunmaz şəxs" elan edilənlər arasında gürcü yazıçı-dramaturq

David Turaşvili,

rus yazıçısı

Vadim Raxmanov

də var. Siyahıya məşhur rus müğənnisi Filip Kirkorovun atası

Bedros Kirkorov

da düşüb. O, “Qarabağın azad olunmasına həsr edilmiş bayram tədbirləri” adlı tədbirdə iştirak etmişdir.

"Qara siyahı"da xeyli jurnalistin də adı yer alıb.