-
Bu sözləri Beynəlxalq Əsilsiz Erməni İddialarıyla Mücadilə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey səsləndirib.
«GÖZÜQIYIQ ERMƏNİ OLA BİLMƏZ!»
Türkiyənin «Haber 3» saytının verdiyi xəbərə görə, Göksel Gülbey Akdamar kilsəsinin xristian türklərə aid olduğunu iddia edib:
«Ermənilərin sahibləndiyi kilsənin əslində peçeneq türklərə--xristian türklərə aid olduğunu biz buradan dilləndirir və söyləyirik. Bu dediklərimizin səbəbi kilsənin üst tərəfində təsvir olunan qaçan atın üstündə geriyə dönüb ox atan, gözüqıyıq bir motiv görünməsidir. Bütün dünya tarixçiləri bunu qəbul edir ki, qaçan atın üzərində geriyə dönüb ox atan yalnız türklərdir və gözüqıyıq erməni ola bilməz! Motivdə atın ayağı üzərində və yanlarında hilal (ay) görünür. Bu hilalın türklərdə islamiyyətdən öncə də olduğunu bütün tarixçilər qəbul etməkdədirlər».
«BU ADA «İFFƏT» ADASIDIR»
Gülbey Akdamar kilsəsinin ermənilərə aid olduğunu sübut etmək üçün cürbəcür əfsanələr uydurulduğuna təəssüflənir:
«Cürbəcür dedi-qodular yaradıb buranı özlərinə ziyarətgah ediblər. Əslində, 1915-ci ildə Van qətliamında erməni yaraqlılarının müsəlman qadınları gətirib zorladıqları və öldürdükləri bu adanın adı tarixdə «İffət» - «Təcavüz» adası kimi keçməkdədir.
Bu adaya gələn müsəlman Van qadınları təcavüzə uğramamaq üçün özlərini Van gölünə atıb boğulmaqdan qorxmadan namuslarını qurtarıblar».
«KİLSƏNİN SƏNƏDLƏRİ ERMƏNİLƏRDƏ YOXDUR VƏ OLA DA BİLMƏZ»
Gülbey ermənilərdə kilsənin sənədlərinin olmadığına da diqqət çəkib:
«Ermənilər bütün kilsələrin sənədlərini göstəriblər, amma bu kilsənin sənədləri əllərində yoxdur! Heç göstərə bilməzlər də. Çünki bura xristian türklərə--peçeneq türklərə aid kilsədir».
«KİLSƏNİ BƏRPADAN ƏVVƏLKİ HALINA QAYTARSINLAR»
Gülbey sentyabrın 8-də keçirilməsi nəzərdə tutulan ayinə qatılacaqlarını da bəyan edib:
«Sentyabrın 8-də keçiriləcək ayinə biz də türklər olaraq qatılacağıq. 3 avtobusluq heyətlə ayinə gəlib sözümüzü deyəcəyik. Bu kilsə babalarımızın islamiyyəti qəbul etməkdən öncəki ibadətgahıdır. Biz Akdamar kilsəsinin köhnə halını istəyirik. Qoy kilsəni təzədən bərpa edib əvvəlki halına qaytarsınlar».
«Akdamar türk kilsəsidir!»