İlham Əliyev imza vərəqələrini MSK-ya təqdim edib

-
Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin Azərbaycan prezidentliyinə namizədliyi üçün toplanmış imza vərəqələri və digər zəruri sənədlər avqustun 20-də Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub.

Bu barədə apa-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

O qeyd edib ki, MSK-dan alınan 900 imza vərəqi Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq doldurulub və təqdim edilib:

«125 dairəni əhatə etməklə toplanan 45 min imza müvafiq sənədlərlə birgə MSK-ya təqdim olunub və qəbul edilib».

MSK avqustun 10-da İlham Əliyevin namizədliyinin irəli sürülməsini təsdiq edib.

İmza toplama kampaniyası üçün son tarix sentyabrın 9-dur. Bu tarixə qədər imza vərəqələrini təqdim edən namizədlər bu tarixdən sonra MSK tərəfdən qeydə alınaraq sentyabrın 16-dan təbliğat-təşviqat kampaniyasına başlaya biləcəklər.