Siyəzəndə «divarları gəzən» xatirə lövhəsi
Sizin brauzer HTML5-i dəstəkləmir
Siyəzən sakini Xatirə Xankişiyevanın oğlu Ağaqulu Xankişiyev 19 il əvvəl - 28 yaşında Qarabağ müharibəsində həlak olub. Şəhidin xatirəsinə qoyulmuş abidə parkda Heydər Əliyevin heykəli qoyulacağı səbəbi ilə götürülüb. Xatirə Xankişiyevanın dediyinə görə İcra Hakimiyyəti şəhidin xatirə lövhəsinin 6 sayılı orta məktəbin divarına vuralacağı sözünü verib. Adının da məktəbə veriləcəyini deyib. Amma hazırda xatirə lövhəsi istifadəsiz bir bulağın divarındadır.